Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

[quote name='3-cublok_7-cietaj_N47' timestamp='1288200823' post='7590510']
HEÇ NƏ PARTLAMADI YENƏ 26 NƏFƏRDƏN İBARƏT NİSBƏTƏN CƏSARƏTLİ İNSANLAR (ÇOXUSU QADINLAR OLMAQ ŞƏRTİLƏ) 10 DƏQİQƏLİK YOLU BAĞLADILAR AMMA PPOLİSLƏRİN MÜDAXİLƏSİ İLƏ DAĞIDILDIKAR. İNANI Kİ ORDA O QƏDƏR İNSAN ONLARA SATILIB Kİ ADAM SADƏCƏ ÖZÜNƏ NİFRƏT EDİR K ELƏ İNSANLARLA SÖHBƏT ELƏMƏK MƏCBURİYYƏTİNDƏ QALRB. poliŞƏHRİYARIN İKİ QARDAŞI DA MİLLƏTİN İÇİNDƏ İDİ. QADINLAR ŞƏHRİYARIN ARVADINI QIZINI ANASINI BACISINIONLARIN GÖZÜNÜN QABAĞINDA SÖYÜRDÜLƏR. ONLARA LAP YAZIQIM GƏLDİ. BUİLİRƏM Kİ ANALARI DA ÖLÜB İNANIN K ÜZLƏRİNƏ BAXDIM AĞLAMAĞA QALMIŞDILAR. VALLAH HEÇ DÜŞMƏNİMƏ DƏ O VƏZİYYƏTİ ARZULAMAZDIM. MƏN ONLARI TANIYIRAM KƏNDÇİLƏRİMDİR. SADƏCƏ DƏHŞƏTƏ GƏLDİM ANASLARI BACILARI QARDAŞLARININ ARVADLARI ÜZLƏRİNƏ SÖYÜLÜRDÜ AMMA HEÇ NƏ DEYƏ BİLMİRDİLƏR. SADƏCƏ TÜKLƏRİM BİZ-BİZ DURDU HƏLƏ DƏ ÖZÜMƏ GƏLƏ BİLMİRƏM. MƏN ŞƏXSƏN ONLARIN YERİNƏ OLSAYDIM YA ÖZÜMÜ YA DA ŞƏHLRİYARI ÖLDÜRƏRDİM. AAMMA BİR FAKTI DA DEYİM BU İŞLƏRİ TÖRƏDƏN ELXAN ÖZÜDÜR. ŞƏHRİYAR O İŞƏ 2009 SENTYABRINDA GƏLİB AMMA MƏNİM EVİM 2007 VƏ 2008-DƏ SATILIB. YƏNİ ÇOXUSUNUN DEDİYİ KİMİ ELXAN GÜNAHSIZ DEYİL LAP BÖYÜK GÜNA ONUN ÖZÜNDƏDİR.
[/quote]
[b]GÜNAH BU CİNAYƏTƏ ŞƏRİK OLANLARIN HAMISINDANIR ! ONLARI HƏR BİRİ HƏR ŞEYİNİ SATIB CAMAATİN PUKUNU QAYTARMALİDİRLAR ! BİR ALLAH BİLİR Kİ, ONLAR PULLARIMIZI HARALARA XERCXLEYİBLER ! HARALARDA EVLER ALIBLAR !
HƏR BİRİ CAVAB VERMƏLİDİR ! SADƏCƏ ONLARIN HƏBSƏ DÜŞMƏSİ İLƏ NƏTİCƏLƏNMƏMƏLİDİR ! [/b]

Link to comment
Share on other sites

  • Replies 4.7k
  • Created
  • Last Reply

[quote name='deli lala' timestamp='1288242449' post='7592056']
hebs onlar üçün ceza deyil.Allah belalarını versin.İnsanlıqları olsaydı bilerdilerki camaat o pullari ezabla qazanıb, onlar kimi mawenniklik etmeyib
[/quote]

[b]TAMAMİLƏ RAZIYAM ! MÜTLƏQ DÖVLƏTİMİZ BİZƏ KÖMƏK OLMALIDIR Kİ, BU CÜR ƏZİYYƏTLƏ QAZANDIĞIMIZ PULLARIMIZI BELƏ ALCAGLAR YİMESİN ![/b]

Link to comment
Share on other sites

я боюсь что они все деньги и купленное имущество оформят на свои друзей и знакомых (даже не родственников - чтобы вдруг у них даже не конфисковали).

Link to comment
Share on other sites

вчера была та же самая сказка что и 4 месяца назад.вы не сомневайтесь в моих словах как человек проживший более 60 лет и видевший много за свою жизнь говорю что они вчера выиграли у нас для себя еще немного времени точнее весь разговор именно до 7 числа.потому что на выборы приедут журналисты со всего мира и этот хаос ни кто не должен видеть а после выборов разговор будет коротким точнее как ВАХИД-БАНК.у них сценарий уже был готов очень давно и по этому сценарию все роли распределены.и люди которые вчера были внутри из 10 человек только 2-3 были от народа и они свой фильм сняли точнее 1-ю серию

Link to comment
Share on other sites

Salam qonshular! Sorushmuram necesiniz! Chunki bele haldfa nece olmaq olaq ozum de yaxshi bilirem! Mene bir shey maqaqlidir ki niye hech zaman Beybalanin adi chekilmir? Axi butun bu ishleri qarishdiran odur! Elxani da yaman gune qoyan odur! Amma hemishe oxuyuram Vaqif Shehriyar Elxan bele eledi!!! Bes Beybalanin adini niye chekmirsiniz! Mene gore orda en firildaq ele Beybaladir! Onun koordinatlarini bilen varmi? Eger varsa xahish edirem yazin! Menim onunla xusui sohbetim var! Xahish edirem komek edin tapim bu shexsiyyetsizi! Evvelceden minnetdarliq edirem!!

Link to comment
Share on other sites

BEYBALANIN KOORDINATLARINI BILENLER! XAHISH EDIREM KOMEK EDIN TAPIM BU SHEREFSIZI! DANISHANDA ELE DANISHIRDI KI ADAM DEYIRDI BUNDAN YAXSHISI CHETIN OLAR! AMMA INDI YOXDUR VE MARAQLIDIR KI HECH ONUN ADI CHEKILMIR! AMMA HAMIDAN CHOX MURAYDA BEYBALA GUNAHKARDIR MENCE!KOMEK EDIN TAPIM BEYBALANI!

Link to comment
Share on other sites

[quote name='multi77' timestamp='1288244474' post='7592295']
вчера была та же самая сказка что и 4 месяца назад.вы не сомневайтесь в моих словах как человек проживший более 60 лет и видевший много за свою жизнь говорю что они вчера выиграли у нас для себя еще немного времени точнее весь разговор именно до 7 числа.потому что на выборы приедут журналисты со всего мира и этот хаос ни кто не должен видеть а после выборов разговор будет коротким точнее как ВАХИД-БАНК.у них сценарий уже был готов очень давно и по этому сценарию все роли распределены.и люди которые вчера были внутри из 10 человек только 2-3 были от народа и они свой фильм сняли точнее 1-ю серию
[/quote]Вы если помнити то президента Вахид банка посадили и все не кто не чего не смог взять так что нам не нужно чтоб их сажали пусть разхлебывают что заварили.

Link to comment
Share on other sites

28 -10 -2010 . Şirkət 350 mənzili azı 1000 nəfərə satıb

«MUR-AY» MMC-nin fırıldaqları Bakıda sükutu pozdu

Yüzlərlə insan MMC-nin ofisinə hücüm çəkdi, şirkət rəhbərləri polis mühafizəsi altında qaçırıldı

«MUR-AY» MMC-yə məxsus binadan birinci blok, üçüncü mərtəbədən 1 otaqlı mənzil üçün 10 min 900 manat ilkin ödəniş aparmışam. Əlavə də ayrı-ayrılıqda 200 manat ödəmişəm. Oktyabrın 14-də MMC-nin qarşısında çoxlu adam yığıldığını görəndə təəcübləndim. Gəlib maraqlananda, aldığım mənzilin məndən başqa 7 nəfərə də satıldığını öyrəndim. Hələ bəzi adamların xəbəri yoxdur. Getdikcə bir mənizlə sahib çıxanların sayı sürətlə artır. Aldığım mənzilin ümumi dəyəri 23 408 manat idi. Hər kvadratına 380 manat pul alıb. On il idi ki, kirayədə yaşayıram. Mənzili oğlumun adına aldım ki, heç olmasa, bir otaqlı evim olsun\". Bu sözləri deyən Nazilə Hüseynova və ailə üzvləri «MUR-AY» MMC tərəfindən başına gətirilən fırıldaqdan danışırdı, şirkət tərəfindən verilən sənədləri bir-bir bizə göstərirdi.

Mənzilin başqa iki “adaxlısı\" çıxıb
Hadisə ilə bağlı ilk məlumatı adını açıqlamaq istəməyən müştərilərdən biri verib. O da «MUR-AY» MMC-nin inşa etdiyi binanın 1-ci blok 6-cı mərtəbəsindən ev alıb. 21 700 manatlıq mənzil üçün 8 min manat ilkin ödəniş edib. Sonrakı 2 ayın ödənişi aparmasa da, ona hər hansı zəng və xəbərdarlıq edilməməsini onu şübhələndirib. MMC-nin ofisinin qarşına gələndə isə aldığı mənzilin başqa sahibi ilə üzləşib.

Sələmçi MMC rəhbərindən 100 min pulunu ala bilmir
Bir aydan çoxdur ki, «MUR-AY» MMC-nin Yasamal rayonu, Xiyabani 18 ünvanında inşa etdiyi binadan mənzil alanlar şirkətin ofisinin qarşısında gecələməli olurlar. Onlar MMC-nin rəhbəri Elxan Hüseynovu və onun şərikləri Bəxtiyar Təhməzovu, Vaqif Hüseynovu və Şəhriyarı yaxalamağa çalışırlar. Səbəb isə satışa çıxarılan üç binadakı hər mənzilin 5-10, hətta 13 adama satılması olub.
Ev sahibləri dərhal MMC-nin qarşısına toplaşsalar da, şirkət rəhbərlərini yerlərində tuta bilmirlər. Onların adamları isə hər dəfə vədlər verib, izdihamı dağıtmağa çalışırlar.
Lakin dünən 200-dən çox insan yerlərindən tərpənməyəcəklərini, lazım gəlsə, həftələrlə burada gecələyəcəklərini bildirdilər.
Maraqlıdır ki, şikayətçilər arasında tək mənzil alanlar deyil, həm də Elxana faizlə pul verib, geri ala bilməyənlər də var idi. MMC rəhbərinə 100 min manatdan çox pul verib, ala bilməyən bir xanımdan onun nömrəsinin almağa çalışsaq da, bizə çox sərt reaksiya verdi.

Mənzilin kvadratı 127 manata satılıb
Şikayətçilər bildirir ki, binalar 2007-ci ildən inşa olunmağa başlayıb. Kimi rayonlarda olan mənzillərini sataraq, kimi də illərlə qəpik-qəpik pul yığaraq övladlarına 1 otaqlı mənzil almaq istəyiblər. İnsanların «MUR-AY»a üz tutmalarının səbəbi isə cəlbedici aşağı qiymətlər olub. Mənzil ilk sahibinə baha, sonrakı \"müştərilərə\" isə ucuz qiymətə təklif olunub. Hətta etirazçılar arasında mənzilin kvadratını 127 manata alan da var idi. Ucuz qiymət onu cəlb etsə də, sonradan artıq mənzilin 13 \"adaxlısı\"nın olduğunu öyrənib.

«Mənim evimi birinə 24 minə, birinə 18 minə və 12 minə satıb»

Cahangir Mehdiyev Ordubad rayonundakı mənzilini sataraq Bakıda işini qurmaq istəyib. Deyir, mənzili də anasının adına alıb. Nəğd olaraq 42 min dollar pul ödəyib.
Aldadılan bir qadın isə ərinin şəhid olduğunu dedi. Buna görə aldığı müavinəti illərlə xərcləməyərək toplayıb ki, 3 oğlundan biri üçün ev ala bilsin. Amma fırıldaqçılar şəhid ailəsinin puluna göz dikiblər.
Səbinə Mirzəyeva isə 2-ci blok, 5-ci mərtəbədən ev alaraq mənzil sahibi olmaq istəyib: \"İki həftədir ki, bura gəlib-gedirəm, ofisin qapısı bağlıdır. O buna zəng edir, bu ona, orada heç nə yoxdur. Mənzilin dəyərinin 50 faizindən çoxunu ödəmişəm. Hardasa 16 min manatdan çox pul edir. Evin digər sahibinin xəbəri yox idi, ona zəng edib mən demişəm\".
\"Mənim evimi birinə 24 minə, başqasına 18 minə, üçüncü adama isə 12 minə satıb. II qrup Əfqanıstan müharibəsi əliliyəm. 4 il müharibədə vuruşmuşam\", -deyən Şahmur Mehdiyev övladlarının zəhmətinin məmurlara sığınan fırıldaqçılar tərəfindən mənimsənilməsinə yanıb-töküldüyünü söylədi: \"1989-cu ildən şor, qatıq satmaqla gecəni gündüzə birləşdirib işləmişəm ki, övladlarımı bir yana çıxarım. Belə çıxır ki, onların boğazından kəsib bu fırıldaqçılara vermişəm\".

Notariuslar şirkətin verdiyi müqavilələri təsdiqləməkdən boyun qaçırıb
Aksiyaçıları narahat edən məsələlərdən biri isə onlarla bağlanan müqavilələrdir. Şirkət rəhbərindən dəfələrlə tələb ediblər ki, müqavilə notarius qaydasında bağlansın. Lakin heç bir notarius müqavilələri qəbul etməyib. Oradan bildiriblər ki, dövlət komissiyası tərəfindən təhvil alınmayan binalarla əlaqədar sənədləşmə işi aparılmır.
Neçə gündür ki, şikayətçilərə bildirilər ki, müqavilələr yenidən yoxlanılacaq, saxta müqavilələr sıradan çıxarılacaq.
Sakinlər deyir: \"Bizə müqavilələləri 3 nəfər şəxs verirdi - Vaqif, Şəhriyar və katibəsi. Kimə saxta müqavilə verildiyi necə müəyyən olunacaq? Artıq 2 binada 350 mənzil 1000-dən çox adama satılıb. Hər kəs də pulunu ödəyib\".
Sakinlər Heydər Əliyev Fonduna, dövlət başçısına, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə şikayət göndərsələr də, müsbət nəticə əldə etməyiblər.

\"Qaçaq\"çıları sahə
müvəkkili tapıb gətirdi
Əhalinin etirazından sonra əraziyə gələn sahə müvəkkili bir neçə saatdan sonra Vaqifi, Bəxtiyarı və Şəhriyarı taparaq ofisə gətirə bildi. O, 5 nəfər qadın və 5 nəfər kişi qəbul edərək problemi onlarla müzakirə edəcəyini və nəticəsini açıqlayacağını bildirdi. Həmin müzakirələrdə iştirak etmək istəsək də, nə sahə müvəkkili, nə də MMC-nin rəhbərinin köməkçisi buna imkan verdi. Məcbur olub, nəticəni gözləməli olduq.
Təqribən 3 saatdan sonra çöldə gözləyən izdihamın səbri tükəndi.
Onlar ofisə hücum çəkib cavab tələb etməyə başladı.
Vaqiflə Şəhriyar ofisin qapısından çıxar-çıxmaz aksiyaçılar onları söyüş, qarğış atəşinə tutdular. Onlar ya evlərinin, ya da pullarının verilməsini tələb etdilər. Təpkini görən MMC rəhbərləri qaçıb ofisə girdilər. Qalmaqalda polis mayoru ilə bir xanım arasında yaranan \"söz savaşı\"ndan sonra xanım huşunu itirdi. Təcili yardım maşını çağrılaraq onu aksiya yerindən apardılar. Təxminən 1 saat ərzində etirazçılar Vaqiflə Şəhriyara ofisdən çıxmağa imkan vermədilər.
İnsanların ofisin qarşısından getməyəcəklərini yəqin etdikdən sonra Vaqiflə Şəhriyar polislərin mühafizəsi ilə qaçaraq maşına əyləşdilər. Bu zaman şikayətçilər onun üzərinə gələrək vurmaq istədilər. Lakin polislər onlara imkan vermədi.
Etirazçılar aksiyalarını davam etdirəcəklərini bildirdilər. Onlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qəbulunda olacaqlarını dedilər. Aldadılanlar arasında belə söhbət də oldu ki, iş adamları evləri restoranlarda, saunalarda qadınlara \"hədiyyə\" ediblər.

Etirazçılar
polislə toqquşdu
Etirazçıların bir qrupu Şərifzadə küçəsini bağladı. \"Mülk kağız\"larının (\"kupça\") olduqlarını deyən etirazçılar bildirdilər ki, \"MUR-AY\" MMC-nin rəhbərlərindən olan Vaqif Şirvan şəhərində tikidiyi binanı yarımçıq qoyub. \"Pulumuzla ailəsinin xeyir işini gördü: \"Dubaydan qızına mebel gətizdirdi, ərə verdirdi, kürəkəni parodiyaçı Fərda Xudaverdiyevə bahalı xarici markalı maşın aldı. Qızının toy günündə 20 qadına ev \"hədiyyə\" eləyib. Kimin pulu ilə, kimin evini verib?!
Etiraz aksiyası olan küçəyə 50-dən atrıq polis əməkdaşı gətirilmişdi. Bu zaman asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma baş verdi. Polis kapitanı etirazçılara xəbərdarlıq etdi ki, yoldan çəkilməsələr onları döyə-döyə şöbəyə aparacaqlar.
Etirazçılar bildirdi ki, bu dövlət vətəndaşlarının hüquqlarını qorumaq əzmində deyil. \"Rüşvətxorluq, əxlaqsızlıq burada ayaq tutub yeriyir. Ona görə də seçkilər günü ABŞ və başqa ölkələrin səfirliklərinə rəsmi müraciət edəcəyik ki, bizə sığınacaq, vətəndaşılıq haqqı versinlər.

Vüsalə RüstƏmova
Ramid İBRAHİMOV

http://bizimyol.az/?mod=news&act=view&nid=42101

Link to comment
Share on other sites

[quote name='sevka68' timestamp='1288247337' post='7592672']
Вы если помнити то президента Вахид банка посадили и все не кто не чего не смог взять так что нам не нужно чтоб их сажали пусть разхлебывают что заварили.
[/quote]
да согласен что посадили и денги не вернули.у нас та же самая ситуация.но если их не посадить то каждый день они будут продавать квартиры и все новые люди будут попадать в их сети.рыба гниет с головы и эту рыбу ни кто не будет кушать

Link to comment
Share on other sites

Bakıda 3 milyonluq üsyan
«Mur-Ay» MMC-nin aldatdığı vətəndaşlar Yasamalda yolu bağladı (FOTOLAR)

Şirkətin məsul şəxslərindən biri aldadılmış insanların hesabına kürəkəni olan aktyor Fərda Xudaverdiyevə 150 min dollarlıq maşın hədiyyə edib?

Məhəmməd Xiyabani 18 ünvanında yerləşən “Mur-Ay” MMC-nin inşa etdirdiyi 3 bloklu 14 mərtəbəli binada mənzil almış şəxslər etiraz aksiyalarına başlayıb. Buna səbəb isə inşasına hələ 4 il əvvəl başlanmış binadakı mənzillərin hələ də sahiblərinə təhvil verilməməsidir. Daha doğrusu, bu binada bir mənzilin bir neçə sahibi ortaya çıxıb. Başqa sözlə, şirkət rəhbərliyi eyni mənzili ən azı üç-dörd adama satıb.
Dünən yüzlərlə insan “Mur-Ay”ın Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən ofisinin qarşısına toplaşaraq, pullarını tələb edirdilər.

“Necə yemisinizsə, eləcə də qaytarın!”

Narazı vətəndaşlar aylardır, “Mur-Ay”ın direktoru Elxan Hüseynovu tapa bilmir. Ofisin qarşısına toplaşmalarının əsas səbəbi adıçəkilən şəxslə üz-üzə danışmaq idi. Amma Elxan Hüseynovu ofisdə də tapmaq mümkün olmadı. Sakinlərin qarşısına “Mur-Ay”ın Şəhriyar və Vaqif adlı əməkdaşları çıxsalar da, onlar sonadək duruş gətirə bilmədilər.
Yeri gəlmişkən, insanların toplaşdıqları ərazidə polislər də gözə dəyirdi.
Şirkət nümayəndələri etiraz edən mənzil sahiblərindən bir neçəsilə bağlı qapılar arxasında söhbətləşmək qərarına gəldilər. Başqa çıxış yolu olmayan vətəndaşlar buna razılaşdılar. Sən demə, söhbət əsnasında onlara söz verilib ki, problemləri qısa müddətdə yoluna qoyulacaq.
Amma artıq bir dəfə aldadılan vətəndaşlar növbəti dəfə bu aqibəti yaşamaq istəmədiklərindən deyilənlərə inanmırlar. “Bizə yalandan vəd verirlər. Bəlkə də gələn həftə qaçıb xaricə gedəcək. Odur ki, pullarımızı indi tələb edirik. Necə yeyiblərsə, eləcə də qaytarsınlar?”
Vətəndaşlar bir qədər əvvəl onların qarşısına çıxmış Şəhriyar və Vaqif adlı əməkdaşların yenidən onlarla görüşməsini tələb etdilər: “Nə sözü varsa, üzümüzə desin. Polislərin əhatəsində iki-üç nəfərlə söhbət etməsin!”.
Lakin adları çəkilən şəxslər sakinlərin qarşısına çıxmadılar. Belə olan halda, narazılar avtomobil yolunu bağlamaq qərarına gəldilər. Nəticədə Şərifzadə küçəsindəki yolun bir hissəsi təxminən yarım saat bağlı qaldı. Hadisə yerinə polislərin gəlişindən sonra aksiya iştirakçılarını kənara çəkmək mümkün oldu.
Yeri gəlmişkən, polislərlə vətəndaşlar arasında qarşıdurma zamanı Ictimai Televiziyaya məxsus avtomobillə bu telekanalın əməkdaşları ərazidən keçsələr də, ümumiyyətlə, məsələyə diqqət yetirmədilər. Baxmayaraq ki, etiraz edən vətəndaşlar “hara gedirsiniz, burada millət bədbəxt olur, siz isə parkları çəkirsiniz” deyə onlara səsləndilər də...
Ümumiyyətlə, zərərçəkənlər telekanalların onların problemlərini ictimaiyyətə çatdırmaq istəməməsindən şikayətləndilər: “Bura Azərbaycandır, hamı kimin kim olduğunu yaxşı bilir. Hamı bilir ki, telekanallar məmurların əleyhinə olan materialları efirə buraxa bilmir”.

“Biz heç kəsin yolunu kəsmirik”

Zərərçəkənlərin yolu bağlamaqda israrlı olduğunu görən polis onları sakitləşdirərək, hüquqlarını izah etməyə çalışırdı. Həmin vaxt polislərlə narazılar arasında belə bir dialoq yaşandı:
Polis: Siz haqqınızı aidiyyəti qurumlardan tələb edin.
Zərərçəkənlər: Hər kəsə müraciət etmişik, hamı deyir bizlik deyil.
- Konkret kimə şikayət etmisiniz?
- Yasamal Rayon Icra Hakimiyyətinə, Milli Məclisə, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili Işlər Nazirliyinə. Ölkədə elə bir qurum qalmayacaq ki, ora müraciət etməyək.
- Narahat olmayın, problemləriniz həll olunacaq.
- Axı hər yerə müraciət edirik, cavabları bu olur ki, “bizlik deyil”. Siz də deyirsiniz ki, yolu kəsmək olmaz.
- Siz yolu kəsirsiniz, biz də məcburuq ki, xalqın yolunu açaq.
- Biz heç kəsin yolunu kəsmirik. Bu hökumət bizim yolumuzu kəsir. Illərdir qəpik-qəpik pul yığırıq, banklardan kredit götürmüşük ki, bunu da bizə “atsınlar”?!
Bu dialoqdan sonra vətəndaşlar yenidən ofisin qarşısına qayıtdılar. Arxadan polislərin də gəldiyini görən narazılar bu dəfə onlara üz tutdular: “Cinayətkarlar ofisdədir, gedin onları tutun da, niyə tutmursunuz?”
Həmin ərəfədə zərərçəkənlərdən biri dözməyərək huşunu itirdi. Ətrafdakılar dərhal Təcili Tibbi Yardım çağırsalar da, xeyri olmadı. Huşunu itirmiş xanım elə ətrafdakıların köməyilə özünə gəldi.

Pullar hara getdi?

Mənzil sahibləri deyir ki, “Mur-Ay”ın səlahiyyətli şəxslərindən olan Vaqif aktyor Fərda Xudaverdiyevin qayınatasıdır. O, qızının toyunda aktyor kürəkəninə 150 min dollarlıq “Range Rover” markalı avtomobil bağışlayıb: “Bundan əlavə, o, toyda 20 nəfərə bizim binada mənzil hədiyyə edib. Görün, bizim pullar haralara gedir? Illərlə topladığımız pulları onlar restoranlara, barlara xərcləyirlər”.
Başqa bir zərərçəkmiş mənzil sahibinin dediyinə görə, Vaqif o və onunkimilərin pulu ilə öz villasına 50 min dollarlıq çilçıraq alıb.
Narazı vətəndaşlardan onu da öyrəndik ki, şirkət rəhbərinin Sənan adlı qardaşı oğlu da onlarla söhbətdə maxinasiyaların baş verdiyini etiraf edib.
“Məsul şəxslərdən pullarımızı tələb edəndə deyirlər ki, sizdən aldığımız vəsaitin bir milyon dollarını fövqəladə hallar naziri Kəmaləddin Heydərova vermişik, qalan pulu isə Şirvanda Heydər Əliyev muzeyinin tikilməsinə sərf etmişik. Açıq şəkildə hamımıza etiraf etdi ki, Şirvandakı muzeyi tikmək onların öhdəsinə qoyulub və bunu icra etməyə məhkumdurlar. Bu cür dövlət olmaz. Camaatın pulu ilə muzay tikdirmək, sonra açılışda onu öz adına çıxmaq heç bir məntiqə, əxlaqa sığmır” - bunu da narazı vətəndaşlar deyir.
Qeyd edək ki, 152 mənzilli bina 500-dən çox vətəndaşa satılıb. Satış nəticəsində əldə olunan vəsaitin miqdarı isə 3 milyondan çoxdur.

***

Nəhayət ki, zərərçəkənlər gec də olsa, istəklərinə nail oldular - şirkətin Vaqif və Şəhriyar adlı işçiləri bir neçə dəqiqəlik olsa da, polisin müşayiətilə onların qarşısına çıxaraq vəd verdilər: “Narahat olmayın, tezliklə pullarınızı alacaqsınız, biz sənədlərdə dəqiqləşdirmə aparırıq”.
Amma bu vəd də pul versələr də, mənzillərinə hələ də sahib çıxa bilməyən vətəndaşları sakitləşdirmədi: “Pul alanda dəqiqləşdirmə aparmırdınız, qaytaranda dəqiqləşəməyə ehtiyac var?”
Bir qədər sonra Vaqif və Şəhriyar adlı məsul şəxslər polisin müşayiətilə maşına əyləşərək, ofisi tərk etdilər. Sakinlər həmin vaxt irəliləyərək, bir daha onlarla danışmaq istəsələr də, cəhdləri uğursuz alındı. Bununla belə, aldadılan vətəndaşlar bəyan etdilər ki, mübarizəni sonadək davam etdirəcəklər.

Ramin DEKO

http://azadliq.info/bash_yazi/4875.html

Link to comment
Share on other sites

“MUR-AY” ŞİRKƏTİNİN ALDATDIĞI VƏTƏNDAŞLAR YOLU BAĞLADI

Sakinlər şirkətin ofisi önündə etiraz aksiyası keçirdi; ev fırıldağında məşhur aktyorun adı hallanır

“MUR-AY” MMC tikinti şirkəti tərəfindən aldadılan vətəndaşlar dünən növbəti dəfə etiraz aksiyası keçirdi. Onlar etiraz əlaməti olaraq Şərifzadə küçəsindəki maşın yolunu bağladı. Aksiyaçıların yolu bağlamaqda tələbləri evlərinin onlara təhvil verilməsi olub.

Aksiya zamanı əraziyə xeyli sayda polis cəlb olunmuşdu. Bu zaman polislə vətəndaşlar arasında qarşıdurma yarandı. Polis aksiya iştirakçılarına hədə-qorxu gələrək onlara təzyiq göstərməyə başladı. Ardınca şikayətçilər şirkətin ofisinə izdihamlı yürüş etdi. Burada etirazçılarla şirkət rəhbərlərindən olan Vaqif adlı şəxs arasında qarşıdurma yarandı. Onlar ya evlərinin, ya da pullarının geri verilməsini tələb etdilər. Polis mayoru ilə şikayətçi qadın arasında yaranan mübahisədə xanım huşunu itirdi. Az sonra daha bir qadının ürəyi getdi və təcili yardım çağırıldı.
Şikayətçilər iddia edir ki, pulları “MUR-AY” MMC-nin rəhbərləri Elxan Hüseynov və onun köməkçiləri olan Şəhriyar və Vaqif tərəfindən mənimsənilib. Belə ki, şirkət rəhbərləri Xiyabani küçəsi- 18-də tikilən 14 mərtəbəli binadakı hər mənzili bir neçə vətəndaşa satıb. Üstəlik hər birinə sənəd verib. Bundan xəbər tutan vətəndaşlar öz haqlarını tələb etsə də bu günə kimi nəticəsi olmayıb. Aksiya iştirakçıları dedilər ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət ediblər. Ancaq ortada heç bir nəticə yoxdur. Vətəndaşlar bildirdi ki, birotaqlı mənzil üçün 28 min manat ödəyiblər. Şikayətçilər Vaqif adlı şəxsin Şirvan şəhərində də belə bir bina tikdirdiyini söylədilər: “Şirvanda tikdirdiyi binanı da yarımçıq qoyub. Oradan ev alanlara sənədlə ev verib. Bizim pulumuzla ailəsinin xeyir işini gördü. Dubaydan qızına bizim pulla mebel aldırdı. Kürəkəni olan aktyor Fərda Xudaverdiyevə bahalı maşın aldı. Qızının toy günündə 20 qadına ev hədiyyə elədi. Bütün bunları bizim pulumuz hesabına edib”.
Şikayətçilər qarşıdan gələn parlament seçkiləri günü ABŞ və başqa ölkə səfirliklərinə müraciət edəcəklərini bəyan etdilər: “Biz xaricdən sığınacaq istəyəcəyik. Uşaqlarımızın boğazından kəsib ”MUR-AY" MMC-yə vermişik".
MMC-nin ofisi önündə etirazçılarla şirkət rəhbərləri arasında yenə qarşıdurma yarandı. Bundan sonra ev fırıldaqçıları polisin sayəsində qaçaraq “Mercedes”ə əyləşdilər və aradan çıxdılar.

Emil SALAMOĞLU

http://www.musavat.com/new/%C3%96lk%C9%99/88021-%E2%80%9CMUR-AY%E2%80%9D_%C5%9E%C4%B0RK%C6%8FT%C4%B0N%C4%B0N_ALDATDI%C4%9EI_V%C6%8FT%C6%8FNDA%C5%9ELAR_YOLU_BA%C4%9ELADI

Link to comment
Share on other sites

[quote name='sevka68' timestamp='1288247337' post='7592672']
Вы если помнити то президента Вахид банка посадили и все не кто не чего не смог взять так что нам не нужно чтоб их сажали пусть разхлебывают что заварили.
[/quote]








А где теперь этот президент Вахид банка? Знает кто-нибудь?
Я обращаюсь к Эльхану, его подручным и его шестеркам. Не прячтесь. Вернитесь и отдайте людям, то что вы у них забрали. Потом будет поздно. Никакая тюрьма, вас от людского ГНЕВА не спасет. Это не угроза, а всего лишь подсказка, на то что может произойти в дальнейшем.

Link to comment
Share on other sites

BEYBALANIN KOORDINATLARINI BILENLER! XAHISH EDIREM KOMEK EDIN TAPIM BU SHEREFSIZI! DANISHANDA ELE DANISHIRDI KI ADAM DEYIRDI BUNDAN YAXSHISI CHETIN OLAR! AMMA INDI YOXDUR VE MARAQLIDIR KI HECH ONUN ADI CHEKILMIR! AMMA HAMIDAN CHOX MURAYDA BEYBALA GUNAHKARDIR MENCE!KOMEK EDIN TAPIM BEYBALANI!

Link to comment
Share on other sites

Hərkəsə salamlar.Mən 2-ci blok 7-ci mərtəbə mənzil 25-in "Fəza"-da olan sakini Pərviz.Əsrimiz "KOSMOS" əsri olduğu üçün MURAY MTK-nın "Vətənpərvər" və "Qeyrətli" İdarə heyəti "Elxan-Vaqif-Şəhriyar-Bəybala" dörtlüsü çox düşünüb daşındıqdan sonra bizimdə qeydimizə qalmaq məqsədi ilə "KOSMOS"-da bizlərə ev tikib "satmaq" yox "atmaq" qərarına gəliblər.Gəlin bu reallığı qəbul edək ki,bunların amalları bizlərə atmaq olub,evlə təmin etmək yox.Mənim aldığım mənzil 6 şəxsə satılıb.2010-cu il 10 avqustunda mənə 1 kv.m-i 346 AZN-ə ilkin ödəniş 11 min AZN,ümumi dəyəri 44 min AZN olmaqla satılan 127 kv.m-lik mənzil,məndən 14 gün sonra,yəni 24 avqustda kv.m-i 240 AZN-dən başqa bir "Dövlət qayğısından uzaq",Yaşadığı ölkədə sabahı üçün heç bir "Zəmanət"-i olmayan,aldadıldığı halda heç bir "Dövlət Qurumundan" yardım əli uzadılmayan,"Analoqu" olmayan AZƏRBAYCANIMIZIN "Zəhmətkeş" bir vətəndaşına satılıb.Mən belə başa düşürəm ki,bu 3 bloklu binaların təməlindən "Haramçılıq" missiyası başlayıb və hər birimiz Balıq kimi Torunu atıb ofislərində oturub "Ovlarını" dört gözlə gözləyən bu hiyləgərlərin toruna düşmüşük. İndi hamılıqla bu bəladan necə qurtulacağımız haqda düşünməliyik. Burda yazılan bütün yazıları oxuyuram və “Allah adamın ağlını alınca aulunu alsın” prinsiplərindən yola çıxmağımızı düşünürəm. Pulumuz onsuzda “Fırıldaqçılar” tərəfindən alınıb,gəlin ağılla hərəkət edək. Odurki mənim bir neçə təklifim var:
1. Burada yazılanlar yəqin ki, Aidiyyatı orqanlar, Elxanlar və onların adamları tərəfindən oxunur və müzakirə olunur. Xaiş edirəm elə yazaq ki, onlarda bizə bizim yazdıqlarımıza uyğun cavab versinlər.Yəni düşmən quyusuna su tökməyək.Onlar gözəl bilməlidirlər ki,nə tutulmaqla,nə bu ölkədən qaçmaqla əlimizdən qurtula bilməyəcəklər.Elxan öləcək,tutulacaq,qaçacaq və.s bu o demək deyil ki,canını qurtaracaq.ƏSLA.Geridə ailəsi,qardaşı,nəsli,kökü var.Arxamızda hələdə bugün tam olaraq ümidimi itirmədiyim Demokratik Azərbaycan dövləti var,onun aidiyyatı orqanları var.Ən sonda bizim kimi Azərbaycanın qeyrətli oğlanları var.Heç kimin 1 qəpik pulunu yemədim.Öz pulumuda kimsələrə yedirtməm.Son damla qanımadək aparacağım mübarizədən hərkəs əmin olsun.
2. Yol kəsmək bizə yaraşmaz, XXI-ci əsrdə yaşayırıq.Yol kəsməklə işə tələsəni işindən,həkimə tələsən xəstəni səhhətindən edə bilərik.Yolunu kəsdiyimiz sıravi vətəndaşlarımızı özümüzə qarşı çevirə bilərik.Bunları düşünmək lazım.Bizi buna məcbur edənlər utansın!!! Aksiyamızı plakatlara şüarlar yazaraq dinç və səssiz şəkildə noyabrın 7-si,seçki günü binanın yanında toplaşaraq gün boyunca sürdürməmizi təklif edirəm. Yəqin ki,yazdığımız şüara bir “xarici” qonaq öz reaksiyasını bildirəcək.Plakatlarda ən böyük payçı olacağıma söz verirəm.
3. Ümumi bina payçılarından səs vermə vasitəsi ilə 10 nəfərlik komissiya yaradılsın və bütün problemlər bu komissiya üzvlərinə həvalə edilsin(bütün payçılarda hamı 1 nəfər kimi onların arxasında durmaq və sonadək dəstəkləmək şərti ilə).Komissiyanın tərkibinə nəzarət edilsin.Komissiyada qadın və kişi ayrımı edilməsin. Komissiya üzvləri savadlı,intellekt səviyyəsi yüksək,danışmağı bilən,dərdlərimizi aidiyyatı orqanlara və Binanın icraçılarına lazımınca çatdırmaq qabilliyətinə malik insanlardan qurulsun.
4. Birlik olaq. Çıxdığımız bu yoldan bezməyək,usanmayaq. Azərbaycanlı olduğumuza görə irəli çıxan bir neçə insanlara boş vədlər ediləcək ki, bu yoldan döndərsinlər. İnanmayaq və öz şəxsi mənfəətimiz uğruna başqalarını pis vəziyyətdə qoymayaq. Hamı 1 nəfər üçün, 1 nəfər hamı üçün...
Allah yardımçımız olsun.Amin.

Link to comment
Share on other sites

[quote name='Parviz_Orucov' timestamp='1288261024' post='7594531']
Hərkəsə salamlar.Mən 2-ci blok 7-ci mərtəbə mənzil 25-in "Fəza"-da olan sakini Pərviz.Əsrimiz "KOSMOS" əsri olduğu üçün MURAY MTK-nın "Vətənpərvər" və "Qeyrətli" İdarə heyəti "Elxan-Vaqif-Şəhriyar-Bəybala" dörtlüsü çox düşünüb daşındıqdan sonra bizimdə qeydimizə qalmaq məqsədi ilə "KOSMOS"-da bizlərə ev tikib "satmaq" yox "atmaq" qərarına gəliblər.Gəlin bu reallığı qəbul edək ki,bunların amalları bizlərə atmaq olub,evlə təmin etmək yox.Mənim aldığım mənzil 6 şəxsə satılıb.2010-cu il 10 avqustunda mənə 1 kv.m-i 346 AZN-ə ilkin ödəniş 11 min AZN,ümumi dəyəri 44 min AZN olmaqla satılan 127 kv.m-lik mənzil,məndən 14 gün sonra,yəni 24 avqustda kv.m-i 240 AZN-dən başqa bir "Dövlət qayğısından uzaq",Yaşadığı ölkədə sabahı üçün heç bir "Zəmanət"-i olmayan,aldadıldığı halda heç bir "Dövlət Qurumundan" yardım əli uzadılmayan,"Analoqu" olmayan AZƏRBAYCANIMIZIN "Zəhmətkeş" bir vətəndaşına satılıb.Mən belə başa düşürəm ki,bu 3 bloklu binaların təməlindən "Haramçılıq" missiyası başlayıb və hər birimiz Balıq kimi Torunu atıb ofislərində oturub "Ovlarını" dört gözlə gözləyən bu hiyləgərlərin toruna düşmüşük. İndi hamılıqla bu bəladan necə qurtulacağımız haqda düşünməliyik. Burda yazılan bütün yazıları oxuyuram və “Allah adamın ağlını alınca aulunu alsın” prinsiplərindən yola çıxmağımızı düşünürəm. Pulumuz onsuzda “Fırıldaqçılar” tərəfindən alınıb,gəlin ağılla hərəkət edək. Odurki mənim bir neçə təklifim Salam qonshular(eger bele demek olarsa. Men 3-cu blok 27-ci menzilin sahiblerinden biriyem. Rayondaya yashayiram. Amma orda bash veren hadiseklerden xeberim var. Yeznem de hemin blokdan ev alib.Men parviz muellimin dedikleriyle raziyam.Tez alishan tez soner. Burda ele yazilr var ki onalri oxuyanda sanki qorxmush geri chekilmek kimi adamda fikir yaranir. Bize ne vaqifin ne elxanin ne deshehriyarin tutulmaqi lazimdir. esas pulumuzun qaytarilmasidr. bir sheyi bilsinler ki lap menzile kochseler de insanlar yerde qalan pullarini geri gotura bilmeyen insanlr biri men orda sakitchiliye imkan vremeyecem. Chunki men de pul odemishem day konfet kaqizi yox. Bir de bu insanlar neyese kimlerese arxalanib bunu edibler. Esas mesele PREZIDENTIMIZIN diqqetini bu meseleye yoneltmekdir. Firildaqchilarin getirdikleri behneledren yeni pullari hansi istiqametde xer clemesi haqqinda uydurmalardan rehberin xeberi yoxdur. nece umumimilli liderimizin adindan istifade ederek bele heyler etmek olar.Mence savadli huqushunas meslehetelrinden istifade etmek lazimdir. bir onu bilrem insnaalrin min ezabla qazandiqlari(onlardan ferqli olaraq)pullari menimseyen bu insnalarin yeri turme yox cehennemdir. Hebse dushen insnlar bele cinayet etmeyibler. Birden bire 700 nefer insnin etibarindan istifade etmek

Link to comment
Share on other sites

Bele bir sayt var: www.prezident.az. Orada [b][url="http://www.president.az/letters/new?locale=az"]Prezidente mektub yazmaq[/url][/b] bolmesi var.
Fikirleshiremki [u]her birimiz[/u] ora bizim problemimizi yazsaq cenab Prezidentin nezerini oz terefimize yonelde bilerik. Ne fikirleshirsiz?
Tek-tek yazilanda yeqin hesab edirler ki, ferdi problemlerdir ona gore meshgul olmurlar. Ancaq hami yazsa bu artiq bir mena verer.

Link to comment
Share on other sites

Çox hörmətli Feorean və elchin 1980.
Hamımız bunu gözəl bilirik ki, istər Cənab Prezidentə və istərsə onun xanımı Mehriban Əliyevaya edilən bütün müraciətlərimizdə birinci növbədə konkret şikayətlərimizi birlik olaraq hamının adından bildirməliyik. Yazılan məktublar, aidiyyəti orqanlara edilən müraciətlər "təsirli" olmalıdır. Güc birlikdədir...
Əyər ki, hərkəs öz yanından mübarizə aparsa,vuruşsa,tez yorulacaq və amalına çata bilməyənlər çox olacaq. Birlik olsaq qabağımızda heç kim dura bilməyəcək. Mən buna əminəm.

Link to comment
Share on other sites

[quote name='Feorean' timestamp='1288264904' post='7595070']
Bele bir sayt var: www.prezident.az. Orada [b][url="http://www.president.az/letters/new?locale=az"]Prezidente mektub yazmaq[/url][/b] bolmesi var.
Fikirleshiremki [u]her birimiz[/u] ora bizim problemimizi yazsaq cenab Prezidentin nezerini oz terefimize yonelde bilerik. Ne fikirleshirsiz?
Tek-tek yazilanda yeqin hesab edirler ki, ferdi problemlerdir ona gore meshgul olmurlar. Ancaq hami yazsa bu artiq bir mena verer.
[/quote]

[b]BƏLKƏ BÜTÜN PAYÇILAR ADINDAN 1 MƏKTUB YAZAQ ???
BİR NƏFƏR SAVADLI VƏTƏNDAŞ MƏTNİ TƏRTİB EDİB GÖNDƏRSİN.
NECƏ FİKİRLƏŞİRSİNİZ ???[/b][size="5"][/size]

Link to comment
Share on other sites

[quote name='Feorean' timestamp='1288264904' post='7595070']
Bele bir sayt var: www.prezident.az. Orada [b][url="http://www.president.az/letters/new?locale=az"]Prezidente mektub yazmaq[/url][/b] bolmesi var.
Fikirleshiremki [u]her birimiz[/u] ora bizim problemimizi yazsaq cenab Prezidentin nezerini oz terefimize yonelde bilerik. Ne fikirleshirsiz?
Tek-tek yazilanda yeqin hesab edirler ki, ferdi problemlerdir ona gore meshgul olmurlar. Ancaq hami yazsa bu artiq bir mena verer.
[/quote]




Orada yazmisham Heyder Eliyev fondunada ama nedense hec birine cavab gelmedi.
Hami yazsa ola biler ki bezecekler bu ishden ve kimise teyin edecekler bu ishe baxmaga. goy hami yazsin .Ama orda Muracietin mozvu bolmesi var orda goy hami yazsin ki 'Mur AY'

Link to comment
Share on other sites

[quote name='Feorean' timestamp='1288264904' post='7595070']
Bele bir sayt var: www.prezident.az. Orada [b][url="http://www.president.az/letters/new?locale=az"]Prezidente mektub yazmaq[/url][/b] bolmesi var.
Fikirleshiremki [u]her birimiz[/u] ora bizim problemimizi yazsaq cenab Prezidentin nezerini oz terefimize yonelde bilerik. Ne fikirleshirsiz?
Tek-tek yazilanda yeqin hesab edirler ki, ferdi problemlerdir ona gore meshgul olmurlar. Ancaq hami yazsa bu artiq bir mena verer.
[/quote]

[b]BƏLKƏ BÜTÜN PAYÇILAR ADINDAN 1 MƏKTUB YAZAQ ???
BİR NƏFƏR SAVADLI VƏTƏNDAŞ MƏTNİ TƏRTİB EDİB GÖNDƏRSİN.
NECƏ FİKİRLƏŞİRSİNİZ ???[/b][size="5"][/size]

Link to comment
Share on other sites

Hörmətli Gunay_555. Mən biləni təqribən 20 gün bundan öncə məktub tərtib edildi və payçıların imzası ilə birlikdə aidiyyatı orqanlara göndərildi. İndi həmin məktublardan cavab gözlənilir.
Amma heç inanmıram ki, müsbət bir cavab olsun. Yenədə Allahdan ümid kəsilməz. Allah böyükdür. Amma boş oturmaq olmaz. Nəsə fikirləşmək, bir iş görmək lazımdır.

Link to comment
Share on other sites

здесь много разговоров идет но к сожалению здесь и остается.вчера не так много было людей перед офисом и нам надо действовать немедленно потому что каждый уходящий день идет нам не на пользу

Link to comment
Share on other sites

[quote name='Parviz_Orucov' timestamp='1288265669' post='7595182']
Çox hörmətli Feorean və elchin 1980.
Hamımız bunu gözəl bilirik ki, istər Cənab Prezidentə və istərsə onun xanımı Mehriban Əliyevaya edilən bütün müraciətlərimizdə birinci növbədə konkret şikayətlərimizi birlik olaraq hamının adından bildirməliyik. Yazılan məktublar, aidiyyəti orqanlara edilən müraciətlər "təsirli" olmalıdır. Güc birlikdədir...
Əyər ki, hərkəs öz yanından mübarizə aparsa,vuruşsa,tez yorulacaq və amalına çata bilməyənlər çox olacaq. Birlik olsaq qabağımızda heç kim dura bilməyəcək. Mən buna əminəm.
[/quote]

Mende ele birlikden danishiramda. Here bir dene ora mektub yazsa "MUR-AY" movzusu altinda (401057 deyen kimi) onda umumi mektublarin sayi 400-den cox olar.
Yeqinki bu qeder adamin sesi eshidiler.

Link to comment
Share on other sites

Millet deyilene gore.o gunleri Heyder Eliyev fonduna gedenleri sabah 29/10/10 tarixde saat 12 de gebula yaziblar.Heyder Eliyev fonduna. Ama men bilmirem kim gedecek ora. ora gedenleri taniyan varsa adlarini deyin ki bizde bilek kim gedecek nece gedecek.
Yegin ki sabah officin gabaginda yigishib gederler.Calishacam ozumde gelim sabah gorek kimdi geden.Deyeceyi soz ne olacaq.
Kim gebula dushenleri taniyirsa hamiya bildirsin. belke gedenler ele onlarin adamidi?!

Link to comment
Share on other sites

АЙ ЧАМААТ!!! БУНЛАРЫН БИЗДЕН ВАХТ ИСТЕМЕЙИ СЕЧКИЛЕРЕ ГЕДЕРДИР КИ БИЗИМ АХЗЫМЫЗЫ МУВЕГГЕТИ ЙУМСУНЛАР.
ГЕЛИН ХЕР ГЮН ЕЙНИ ВАХТДА ВЕ ЕЙНИ ЙЕРДЕ ГЕРЮШЮБ ПИКЕТ МИТИНГ ЕДЕК ВЕ ОЗ ПУЛЛАРЫМЫЗЫ ВЕ МЕНЗИЛЛЕРИМИЗИ ГЕРИ АЛАГ.

НАДО ВО ВРЕМЯ ВЫБОРОВ ВСЕМ ПОКАЗАТЬ НАШУ ПРОБЛЕМУ!!!

КАЖДЫЙ ДЕНЬ В 11.00 ВСТРЕЧАТСЯ И ВСЕМ ИДТИ СТУЧАТСЯ ВО ВСЕ ДВЕРИ,ВСЕХ ОПОВЕСТИТЬ О НАШЕЙ ПРОБЛЕМЕ.ВЕДЬ МЫ ЭТИ ДЕНЬГИ ПОТОМ И КРОВЬЮ ЗАРАБАТЫВАЛИ.

БУ ПУЛЛАР БИЗИМ УШАГЛАРЫМЫЗЫН БОХАЗЫНДАН КЕСИЛИБ БУНЛАРЫН ЧИБИНЕ ГЕДИМ.

В ДЕНЬ ВЫБОРОВ НАДО ЧТО ТО СДЕЛАТЬ-ЭТО НАШ МОЖЕТ БЫТЬ ПОСЛЕДНИЙ ШАНС.

Link to comment
Share on other sites

[quote name='Штирлиц' timestamp='1288255657' post='7593807']
А где теперь этот президент Вахид банка? Знает кто-нибудь?
Я обращаюсь к Эльхану, его подручным и его шестеркам. Не прячтесь. Вернитесь и отдайте людям, то что вы у них забрали. Потом будет поздно. Никакая тюрьма, вас от людского ГНЕВА не спасет. Это не угроза, а всего лишь подсказка, на то что может произойти в дальнейшем.
[/quote]
Он свои 13 лет отсидел и уже на воле гуляет да и семья его без него не плохо жили и он там в тюрьме не тужил. Так что дорогие соседи делаете вывод что нам будет лудше посадить и остатся у разбитого карыта или продолжать боротся за свои права.

Link to comment
Share on other sites

Я ЗНАЮ МАКЛЕРА И ВСЕ ЕГО ДАННЫЕ (НОМЕРА,МЕСТО РАБОТЫ-ОФИСА И Т.Д),КОТОРЫЙ ТАЩИТ БЕСКОНЕЧНО В МУР-АЙ ДЛЯ ОЧЕРЕДНОЙ ПРОДАЖИ КВАРТИРЫ,КОТОРЫЙ ОН УЖЕ ПО НЕСКОЛЬКО РАЗ ПРОДАВАЛ ДРУГИМ.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
      • 21 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 94 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Thanks
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Red Heart
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...