Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Dilimizə lazımi qədər sahib çıxa bilirikmi?

vuqar7

Recommended Posts

Mən orta təhsilimi rus dilində, ali təhsilimi Türkiyədə anadolu türkçəsində, ikinci ali təhsilimi ABŞ-da ingilis dilində almışam. Azərbaycan dilindən başqa bu 3 dili yaxşı bilirəm, ən azından bildiyimi hesab edirəm və heç bir azərbaycan dilini bilən bir insanla başqa dildə danışmıram (hətta tərəf müqabilim başqa dildə nəsə soruşduqda belə).

Məni uzun müddətdən bəri maraqlandıran bir sual var:

Nə üçün iki azərbaycanlı öz aralarında başqa dildə danışmaq ehtiyacı hiss edir?

Link to comment
Share on other sites

  • Replies 82
  • Created
  • Last Reply

[quote name='vuqar7' timestamp='1288207354' post='7591078']

[/quote]

Gəlin biraz aydınlaşdıraq bir məsələni 2 azərbaycanlı və yaxud azərbaycandilli azərbaycanlı. Niyə görə belə ayırıram çünki bir çox il başqa dildə təhsil alan və öz dilini yox məhs o dili ana dili kimi qəbul edən insanın azərbaycan dilində danışması çətindir. Məncə burdan gəlir bu ehtiyac hissi.

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1288207354' post='7591078']
Məni uzun müddətdən bəri maraqlandıran bir sual var:

Nə üçün iki azərbaycanlı öz aralarında başqa dildə danışmaq ehtiyacı hiss edir?
[/quote]

yeqin ki bu suala öz aralarinda rus dilində danişan azərbaycanlılar cavab verər, bu azmiş kimi indi öz aralarında türkcə danişanlar da var.
dünən şəhərin mərkəzində bir magazaya girdim, azərbaycanlı satıcı qız mene "zdrasti" dedi.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288208203' post='7591142']
Gəlin biraz aydınlaşdıraq bir məsələni 2 azərbaycanlı və yaxud azərbaycandilli azərbaycanlı. Niyə görə belə ayırıram çünki bir çox il başqa dildə təhsil alan və öz dilini yox məhs o dili ana dili kimi qəbul edən insanın azərbaycan dilində danışması çətindir. Burdan da bu ehtiyac gəlir. Məncə burdan gəlir bu ehtiyac hissi.
[/quote]

Bir millətin millət ola bilməsi üçün onun müəyyən dəyərləri olmalıdır. Dil, ortaq adət-ənənə, mədəniyyət və s.

Hər bir insanın ailədə və işində məsuliyyətləri olduğu kimi, cəmiyyətdə və mənsubu olduğu millətinə qarşı da cavabdehlikləri və məsuliyyətləri var.

Məsələn hər bir insan ilk növbədə yaxşı vətəndaş olmalıdır. Onun kimi də hər bir millətin nümayəndəsi öz dilinə, adət-ənənəsinə, mədəniyyətinə, tarixinə, nə bilim canım sənə desin hər şeyinə yiyə durmalıdır ki, o millət digər dünya millətləri arasında öz layiq olduğu yerini tuta bilsin.

Bu baxımdan sizin dedikləriniz səbəb təşkil edə bilməz. Mənim aldığım bütün təhsillər başqa dillərdədir. Özümü nümunə verib tərifləmək fikrim yoxdur. Mənim tanıdığım və əminəm ki tanımadığım bir çox bu cür insan var.

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1288208855' post='7591190']

Mən sizin hər bir sözünüz ilə təmamilə razıyam və sizin bu sualınıza cavab yazdım.

[quote]Nə üçün iki azərbaycanlı öz aralarında başqa dildə danışmaq ehtiyacı hiss edir?[/quote]

Ehtiyacı niyə hiss edirlər? Yazdığım səbəblərdən dolayı.

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1288207354' post='7591078']
Mən orta təhsilimi rus dilində, ali təhsilimi Türkiyədə anadolu türkçəsində,
Nə üçün iki azərbaycanlı öz aralarında başqa dildə danışmaq ehtiyacı hiss edir?
[/quote]

İlk əvvəl buna təsir edən amillərdən biri ətraf mühit və cəmiyyətdir.Əksəriyyət bele hesab edir ki, rus və ya ingilis dilində danışmaq elitarlığı bildirir. Fikir vermisinizsə hər hansı bahalı restorana və ya butikə daxil olduqda sizə salamı bele rus dilində verirlər.Yaxudda bəziləri insanın xarici görkəminə görə onunla rus dilində danışır.

Link to comment
Share on other sites

[quote name='Acer' timestamp='1288243507' post='7592157']
İlk əvvəl buna təsir edən amillərdən biri ətraf mühit və cəmiyyətdir.Əksəriyyət bele hesab edir ki, rus və ya ingilis dilində danışmaq elitarlığı bildirir. Fikir vermisinizsə hər hansı bahalı restorana və ya butikə daxil olduqda sizə salamı bele rus dilində verirlər.Yaxudda bəziləri insanın xarici görkəminə görə onunla rus dilində danışır.
[/quote]
indi 19-20-ci əsr deyil axı rus dili elitarlığı bildirsin. xarici görünüşə qalsa məni tanişlarım "Zil şoferi"-nə oxşadır amma mərkəzdə mənimlə də rusca danışırlar.
başqa dildə danışmaq başqa millətlər yaninda kiçiklik kompleksidir.

Link to comment
Share on other sites

[quote name='Phaeton' timestamp='1288245009' post='7592359']
indi 19-20-ci əsr deyil axı rus dili elitarlığı bildirsin. xarici görünüşə qalsa məni tanişlarım "Zil şoferi"-nə oxşadır amma mərkəzdə mənimlə də rusca danışırlar.
başqa dildə danışmaq başqa millətlər yaninda kiçiklik kompleksidir.
[/quote]

Sizinlə tam razıyam ki, öz millətinlə başqa dildə danışmaq kiçiklik kompleksidir. Baxmayaraq ki, artıq 21-ci əsrdəyik, millətin psixologiyasında rus dilində danışmaq yenə də elitarlıq hesab edilir. Bu danılmaz faktdır.

Link to comment
Share on other sites

Məsələn, avropada anadan olan türklərin əksəriyyəti ikili vətəndaşlıqlarını qorumaq üçün hətta gəlib Türkiyədə hərbi xidmət keçirlər. Orada anadan olmuş gənclər çox nadir hallarda öz aralarında alman dilində danışır və hesab edirəm ki, bu verilmiş milliyətçilik tərbiyəsiylə bağlıdır.
Amma nəinki Rusiyada anadan olan, həttə 5-6 il bundan əvvəl Rusiyaya gedən gənclərimiz başlayır rus dilində danışmağa. Mənim fikrimcə biz millət olaraq tez assimilasiya oluruq.
Bakının mərkəzi isə başqa bir aləmdir. Rus dilində danışmaq müasirliyin simvoludur.

Bütün dillərə hörmət etməliyik, o cümlədən rus dilinə də. Nə qədər bacarırıqsa o qədər dil də öyrənməliyik. Amma özünü azərbaycanlı adlandıran iki şəxs öz aralarında rus dilində danışırsa o insanların vətənpərvərlikləri və yaxşı vətəndaş olmaları mənim üçün şübhəlidir.

Link to comment
Share on other sites

Mənə elə gəlir bir çoxlarının azərbaycan dilini bilməməsi onlara çətinliklər də yaradır. Mən tez-tez belə halların şahidi oluram. Xüsusilə dövlət idarələrində çalışan rusdilli insanlar çətin vəziyyətlə daha çox qarşılaşırlar və hətta öz ana dilini öyrənmək üçün müəəlimə belə müraciət edirlər. Əlbəttə, insanın bir neçə dil bilməsi çox təqdirəlayiq haldır, amma ilk növbədə öz dilini.

Link to comment
Share on other sites

[quote name='svetlaya72' timestamp='1288262516' post='7594717']

O zaman öyrənsinlər, öyrənmək istəməyən də çoxdur

Link to comment
Share on other sites

Bu gün konsert başlamazdan əvvəl anam ətrafa baxıb belə bir müşahidəsi ilə mənilmə bölüşdü. "Bura gələnlərin demək olar ki, hamısı rus dilində danışır. Yəgin evdə də hər zaman rus dilində danışırlar".... Azərbaycanda və bir çox başqa keçmiş Sovet ölkələrində ziyalı təbəqəni əsasən məhs rus dilli vətəndaşlar təşkil ediblər.

Link to comment
Share on other sites

[quote name='svetlaya72' timestamp='1288262516' post='7594717']
Mənə elə gəlir bir çoxlarının azərbaycan dilini bilməməsi onlara çətinliklər də yaradır. Mən tez-tez belə halların şahidi oluram. Xüsusilə dövlət idarələrində çalışan rusdilli insanlar çətin vəziyyətlə daha çox qarşılaşırlar və hətta öz ana dilini öyrənmək üçün müəəlimə belə müraciət edirlər. Əlbəttə, insanın bir neçə dil bilməsi çox təqdirəlayiq haldır, amma ilk növbədə öz dilini.
[/quote]

İnsan bəlli bir yaşa çatandan sonra artıq hər hansı bir dili mükəmməl şəkildə öyrənməsi mümkünsüz olur. Bunu mən GEO jurnalındakı dillər barədə maraqlı bir məqalədən oxumuşam. Siz dediyiniz insanlar artıq bütün şüurlu həyatlarını rus dilində danışmaqla və oxumaqla keçiriblər və bundan sonra artıq dili yaxşı bilməkləri mümkün olmayacaq amma təbii ki, ən azından öz işlərini görə bilməkləri üçün vacibdir. Bəzi vaxt isə bilmirlər və öyrənməkdə istəmirlər amma bu özləri üçün pisdir.

Link to comment
Share on other sites

Бу ня шовинист мовзудур? Мюяллиф, утанмырсыныз бу гядяр бош-бош мянасыз шейляр язмаг? Ай орда рус дилиндя данышырлар, ай бурда рус дилиндя данышырлар... Сизя тязя форум верибляр, йазын, ойрянин, данышын, джамаатдан ня истяйирсиниз?

Беля гется, Эдитора мюраджият етмяк лазым оладжаг..

Link to comment
Share on other sites

[quote name='Bakinskiy Paren' timestamp='1288303990' post='7598253']

Əgər Siz forumları ayırırsınızsa o zaman niyə buranın işinə qarışırsınız? Mən forumların ayrılmasının əleyhinəyəm. Əgər mövzu üzrə deməyə nəsə sözünüz varsa deyin yoxdursa o zaman mövzudan kənar yazmayın.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288304354' post='7598260']
Əgər Siz forumları ayırırsınızsa o zaman niyə buranın işinə qarışırsınız? Mən forumların ayrılmasının əleyhinəyəm. Əgər mövzu üzrə deməyə nəsə sözünüz varsa deyin yoxdursa o zaman mövzudan kənar yazmayın.
[/quote]
Мян форумларын айрылмасынын игтидарында дейилям. Мевзу юзря дя сезюмю дедим. Азери дилиндя форум азеридилли юзерлярин азери дилиндя данышмаг учун ачылыб. Форумун ады "Антирус" дейил, она геря бурда русдиллилярин гаршысына шовинист пропаганда апармаг лазым дейил..

Link to comment
Share on other sites

[quote name='Bakinskiy Paren' timestamp='1288305276' post='7598282']

Ümüdvaram sözlərinizə bir balaca düzəliş gətirsəm inciməzsiniz. "Mən forumları ayırmaq iqtidarında deyiləm. Azərbaycan dilində olan forum azərbaycan dilli istifadəçilərin azərbaycan dilində ünsiyyət qurmaları üçün yaradılıb. Forumun adı "Antirus" deyil və buna görə də rus dillilərə qarşı şovinist propaqandası aparmaq lazım deyil" belə daha düzgündür. Azəri dili yox, azərbaycan dili, xahiş edirəm buna da diqqət yetirəsiniz və bundan sonra dilimizin adını düzgün yazasınız.
Azərbaycan dilində forum yalnız azərbaycan dillilər üçün deyil, azərbaycan dilində ünsiyyət qurmaq arzusunda olan(mənim kimi) rus dillilər üçündə açılıb.

Sizcə azərbaycanlı olub rus dilini mükəmməl bilib azərbaycan dilini təmamən bilməmək normal bir haldır?

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288306443' post='7598293']

Баша дюшмядим? Азери дили язмаг ня вахтдан дюзгюн дейил? Дилимизин ады "азяри"дир, буну билмирсинизся гюнахым йохдур.

Бяли, мянджя ади бир халдыр. Азербайджан тарихини билян адам буну няся гейри-ади кими гябул элямяйяджяк, бу сез-сёхбятляр апаранларын чоху савадсыз миллийятчилярдир.
Русдиллиляр учун форум вар, бу форум да азеридилли юзерляр учун ачылыб, бурада о гядяр "дискриминация"дан язан олуб..

Link to comment
Share on other sites

[quote name='Bakinskiy Paren' timestamp='1288307453' post='7598313']
Баша дюшмядим? Азери дили язмаг ня вахтдан дюзгюн дейил? Дилимизин ады "азяри"дир, буну билмирсинизся гюнахым йохдур.

Бяли, мянджя ади бир халдыр. Азербайджан тарихини билян адам буну няся гейри-ади кими гябул элямяйяджяк, бу сез-сёхбятляр апаранларын чоху савадсыз миллийятчилярдир.
Русдиллиляр учун форум вар, бу форум да азеридилли юзерляр учун ачылыб, бурада о гядяр "дискриминация"дан язан олуб..
[/quote]

Dilimizin adı [b]"azərbaycan dili"[/b]dir. Ümüdvaram bundan sonra düzgün yazarsınız.

Link to comment
Share on other sites

Ümumi götürdükdə Azərbaycan dilinin vəziyyəti elədə pis deyil. Universitetlərdə gənclərimiz Azərbaycan dilində danışır,əksər rus fakultəsinin tələbələridə daxil.Çox sevindirici haldırki bizdə insanlar orta asiya dövlətlərindəki kimi "manqurt"laşmayıb.

Ola bilsin Türkiyənin buna çox böyük təsiri olub.

Link to comment
Share on other sites

[quote name='Bakinskiy Paren' timestamp='1288303990' post='7598253']
Бу ня шовинист мовзудур? Мюяллиф, утанмырсыныз бу гядяр бош-бош мянасыз шейляр язмаг? Ай орда рус дилиндя данышырлар, ай бурда рус дилиндя данышырлар... Сизя тязя форум верибляр, йазын, ойрянин, данышын, джамаатдан ня истяйирсиниз?

Беля гется, Эдитора мюраджият етмяк лазым оладжаг..
[/quote]

Siz bu şərhi yazmazdan əvvəl şövinizmin nə olduğu və harada yarandığı haqqında kiçik bir araşdırma aparın. Sizə məsləhətim ilk əvvəl öz hərflərimizlə yazmağı öyrənin, bunun üçün kömək lazımdırsa sizə göstərə bilərəm.
Bu mövzuda utanılası nə var ki? İki azərbaycanlının başqa dildə danışmağının səbəblərini müzakirə edirik. Əgər belə hal yaxşıdırsa siz də münasibətinizi bildirin, biz də öyrənək bilək ki, bir millətin iki nümayəndəsi nə üçün başqa dildə danışmalıdır. Bu rus dili də ola bilər, ingilis dili də ola bilər, cənubda fars dili də ola bilər.
Sizin dediyiniz süursuz milliyətçilik 90-cı illərin əvvəllərində qaldı əzizim. Artıq yeni gənc nəsil dünyanı anlamağa başlayır və bu dalğa yavaş yavaş gəlir və bunun qarşısını heç kim ala bilməyəcək. Bunun əleyhinə olanlar istəsə də istəməsə də.
Müəyyən hissəmizi assimilasiya ediblər, amma hamısını yox. Mən üzr istəyirəm, amma bu səbəbdən siz asanlıqla gəlib burada sərt şəkildə etiraz edə bilirsiniz.

Unutmayın ki, bizim ölkəmizi öz tarixi ərazisinin keçmiş bir parçası olaraq görməyən heç bir qonşumuz yoxdur.

Link to comment
Share on other sites

[quote name='Bakinskiy Paren' timestamp='1288305276' post='7598282']
Мян форумларын айрылмасынын игтидарында дейилям. Мевзу юзря дя сезюмю дедим. Азери дилиндя форум азеридилли юзерлярин азери дилиндя данышмаг учун ачылыб. Форумун ады "Антирус" дейил, она геря бурда русдиллилярин гаршысына шовинист пропаганда апармаг лазым дейил..
[/quote]

Maraqlıdır, nəyə görə başqa millətlərin (gürcülərin, latışların və b.) öz dilində danışmalarını müsbət hal kimi dəyərləndirir və alqışlayırıq, amma öz millətimizin öz ana dilində danışmaq istəyini şovinizm kimi qələmə veririk...

Link to comment
Share on other sites

[quote name='svetlaya72' timestamp='1288339855' post='7600116']

Bu cür fikirləri bir gecədə dəyişmək mümkün deyil əfsuslar olsun ki. Amma yavaş yavaş olacaq. Onlar da anlamasa bir gün onların övladları və nəvələri anlayacaq.
Bu dil, soyad və əlifba məsələlərinə kopmleks yanaşmaq lazımdır.

Ruslar Cənubi Qafqazı işğal edərkən Rus dövlətinin əsas məqsədlərindən biri də bölgədə yaşayan 3 əsas xalqın (azərbaycan türkləri, gürcü və erməni) əlifbalarının və soyadlarının dəyişdirilməsi idi.
Bizim əlifbamızı da dəyişdilər soyadlarımızı da. Gürcü və ermənilərin əlifbaları və soyad sonluqları haqqında hesab edirəm ki, hamıda məlumat var.
Heç Rusiyada hamının soyadı -ov vəya -yev deyil. Yelçin var, Putun var, nə bilim canım sənə desin Rasputin var.))) Amma bizdə demək olar ki, soyadların 99%i -ov və -yevlə əvəzləndi. Orta asiya dövlətləri də həmçinin. Bu müsəlman dövlətlərin kommunist partiyalarında olan rəhbərlərin zəifliyi və Moskvaya yaltaqlanması bu prosesi tez və asan başa gətirdi.

Hələ də soyadlarımızı geri gətirə bilmirik. Amma cənab prezidentimiz soyad sonluğunu dəyişsə, bütün nazirlər bir neçə saat ərzində, qalan bütün məmurlar (JEK işçilərinə qədər) bir ay ərzində soyadlarını dəyişəcək.

Link to comment
Share on other sites

[quote name='svetlaya72' timestamp='1288339855' post='7600116']
Maraqlıdır, nəyə görə başqa millətlərin (gürcülərin, latışların və b.) öz dilində danışmalarını müsbət hal kimi dəyərləndirir və alqışlayırıq, amma öz millətimizin öz ana dilində danışmaq istəyini şovinizm kimi qələmə veririk...
[/quote]

çünki həmin sözü deyən şəxs Azərbaycanda doğulmayıb və Azərbaycan türkü deyilki bu dili sevsin :morqqqq::sluxii:

Link to comment
Share on other sites

[quote name='ralfik' timestamp='1288357771' post='7602659']
Tamami ilə razıyam. Əgər prezident zade və ya digər sonluqlu soyadı ilə olsa idi indi....
[/quote]

Əgər prezident bu işi görsə və soyadları dəyişsə o zaman adı tarixə böyük hərflərlə düşər

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288308885' post='7598329']
Dilimizin adı [b]"azərbaycan dili"[/b]dir. Ümüdvaram bundan sonra düzgün yazarsınız.
[/quote]
Сизин иджазянизля: Азери дилиндя Üm[b]ü[/b]dvaram сёзю йохдур, Üm[b]i[/b]dvaram вар.

Link to comment
Share on other sites

[quote name='Bakinskiy Paren' timestamp='1288371683' post='7603720']
Сизин иджазянизля: Азери дилиндя Üm[b]ü[/b]dvaram сёзю йохдур, Üm[b]i[/b]dvaram вар.
[/quote]

Necə ki azərbaycan dili mövcuddur, azəri dili yox :)

Azərbaycan var, azərbaycanlılar var, azərbaycan dili var.

Səhvimi düzəltdiyinizə görə Sizə təşəkkür edirəm.

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1288338403' post='7599916']
Siz bu şərhi yazmazdan əvvəl şövinizmin nə olduğu və harada yarandığı haqqında kiçik bir araşdırma aparın. Sizə məsləhətim ilk əvvəl öz hərflərimizlə yazmağı öyrənin, bunun üçün kömək lazımdırsa sizə göstərə bilərəm.
Bu mövzuda utanılası nə var ki? İki azərbaycanlının başqa dildə danışmağının səbəblərini müzakirə edirik. Əgər belə hal yaxşıdırsa siz də münasibətinizi bildirin, biz də öyrənək bilək ki, bir millətin iki nümayəndəsi nə üçün başqa dildə danışmalıdır. Bu rus dili də ola bilər, ingilis dili də ola bilər, cənubda fars dili də ola bilər.
Sizin dediyiniz süursuz milliyətçilik 90-cı illərin əvvəllərində qaldı əzizim. Artıq yeni gənc nəsil dünyanı anlamağa başlayır və bu dalğa yavaş yavaş gəlir və bunun qarşısını heç kim ala bilməyəcək. Bunun əleyhinə olanlar istəsə də istəməsə də.
Müəyyən hissəmizi assimilasiya ediblər, amma hamısını yox. Mən üzr istəyirəm, amma bu səbəbdən siz asanlıqla gəlib burada sərt şəkildə etiraz edə bilirsiniz.

Unutmayın ki, bizim ölkəmizi öz tarixi ərazisinin keçmiş bir parçası olaraq görməyən heç bir qonşumuz yoxdur.
[/quote]
Нарахат олмайын, мян оз дохма хярфляр иля йазырам.

Сябябляри ня гядяр истяйирсиниз мюзакиря един, амма русдилли форумда язаркян, анджаг видждансыз адам русдилли яхалисини рус дилиндя данышдыгына гёря гынайа биляр. Бу мёвзу диспутда нечя дяфя мюзакиря олунмушду, истясяз тапыб фикрими охуйа билярсиниз.

Мян дедийим миллийятчилик 90-джи илляриндя галыб, сёзсюз, амма хярдян бир о миллийятчилийин галыглары виртуал яляминдя ёз башыны галдырмаг истяйирляр. Озю дя рус дилиндя олан форумда.

Билмирям "йени нясил" няйи анламаха башлайир, амма бязи азербайджанлылар ючюн рус дили дохма олмахыны чохсу, дейясян, хеч вахт анлайа билмяз.. Сябяби ися савадсызлыгдыр..

Link to comment
Share on other sites

[quote name='svetlaya72' timestamp='1288339855' post='7600116']
Maraqlıdır, nəyə görə başqa millətlərin (gürcülərin, latışların və b.) öz dilində danışmalarını müsbət hal kimi dəyərləndirir və alqışlayırıq, amma öz millətimizin öz ana dilində danışmaq istəyini şovinizm kimi qələmə veririk...
[/quote]
Ёз халгымызын бязи хиссяляри оз дилляриндя данышмасына ня вахта гядяр гярибя хал кими гябул едяджяйик?

Link to comment
Share on other sites

azərbaycan dilində forum açılan kimi kimlərinsə kürkünə yenə birə düşdü.

100 faiz əminəm ki, onlar əsl azərbaycanlı deyillər. amma özlərini azərbaycanlı (azəri türkü) kimi qələmə verirlər. bilmirən niyə belə edirlər.

mən hər hansı digər millətin nümayəndəsi olsaydım fəxrlə deyərdim bunu.

o qədər yazırlar ki, adam bilmir onlara ümumi sualı hansı mövzuda yazsın ki, hamısı oxusun .

bax sizi nədir narahat edən ? xoşunuz gəlmir azərbaycanlıların bir biri ilə azərbaycan dilində yazışması sadəcə girməyin bu foruma. vəssalam.

siz şovinizmin əleyhinəsizsə niyə şovinizm azərbaycanlılara qarşı olanda bu qədər canfəşanlıq etmirsiniz ? şükür allaha bütün bu tip mövzuları da oxumuşuq, iştirakçıların fikirlərini də oxumuşuq.

Link to comment
Share on other sites

[quote name='Bakinskiy Paren' timestamp='1288373736' post='7603876']
Ёз халгымызын бязи хиссяляри оз дилляриндя данышмасына ня вахта гядяр гярибя хал кими гябул едяджяйик?
[/quote]

"Öz xalqımızın bəzi hissələri öz dillərində danışmasına nə vaxta qədər qəribə hal kimi qəbul edəcəyik?"

Bu nə deməkdir indi?

Link to comment
Share on other sites

[quote name='dziro' timestamp='1288374512' post='7603942']
azərbaycan dilində forum açılan kimi kimlərinsə kürkünə yenə birə düşdü.

[font="Arial Black"]100 faiz əminəm ki, onlar əsl azərbaycanlı deyillər. amma özlərini azərbaycanlı (azəri türkü) kimi qələmə verirlər.[/font] bilmirən niyə belə edirlər.

mən hər hansı digər millətin nümayəndəsi olsaydım fəxrlə deyərdim bunu.

o qədər yazırlar ki, adam bilmir onlara ümumi sualı hansı mövzuda yazsın ki, hamısı oxusun .

bax sizi nədir narahat edən ? xoşunuz gəlmir azərbaycanlıların bir biri ilə azərbaycan dilində yazışması sadəcə girməyin bu foruma. vəssalam.

siz şovinizmin əleyhinəsizsə niyə şovinizm azərbaycanlılara qarşı olanda bu qədər canfəşanlıq etmirsiniz ? şükür allaha bütün bu tip mövzuları da oxumuşuq, iştirakçıların fikirlərini də oxumuşuq.
[/quote]
Tamamile raziyam sizinle.

Link to comment
Share on other sites

[quote]Dilimizin adı "azərbaycan dili"dir. Ümüdvaram bundan sonra düzgün yazarsınız.[/quote]

^^Paradise_Bird^^ üçün

[b]Azəri[/b]və azərbaycan dili terminləri bir-birinə bərabər sayılır, və bu elmlə təsdiqlənib. Bu haqda hətta SSRİ vaxtı nəşr olunan ensiklopediyalarda göstərilib.
Misal üçün bu Böyük Sovet Ensiklopediyası http://oval.ru/enc/1204.html
bu isə İngiltərədə nəşr olunan İranika http://www.iranica.com/articles/azerbaijan-viii

Link to comment
Share on other sites

[quote name='thalys' timestamp='1288377183' post='7604172']
^^Paradise_Bird^^ üçün

[b]Azəri[/b] rəsmi olarag azərbaycan dilinin ikinci adıdır, və bu elmlə təsdiqlənib. Bu haqda hətta SSRİ vaxtı nəşr olunan ensiklopediyalarda göstərilib.
Misal üçün bu Böyük Sovet Ensiklopediyası http://oval.ru/enc/1204.html
bu isə İngiltərədə nəşr olunan İranika http://www.iranica.com/articles/azerbaijan-viii
[/quote]

Duz ad eslinde Azarbaycan Turkcasidir.

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1288375446' post='7604031']
"Öz xalqımızın bəzi hissələri öz dillərində danışmasına nə vaxta qədər qəribə hal kimi qəbul edəcəyik?"

Bu nə deməkdir indi?
[/quote]
mence bakinskiy paren ele rus dilinde danishsa yaxshidi, cunki azerbaycan dilinde danishanda alemi qatir bir-birine...

Link to comment
Share on other sites

[quote]Duz ad eslinde Azarbaycan Turkcasidir.[/quote]

Azərbaycan dili tam formalaşmış bir dildir, hansısa bir dilin ləhçəsi və dialekti deyil. Türk[b]cəsi[/b] sözü isə nəzərdə dilin bir dialekt olmasını göstərir, bu isə düz deyil.

Link to comment
Share on other sites

[quote name='thalys' timestamp='1288382736' post='7604707']
Azərbaycan dili tam formalaşmış bir dildir, hansısa bir dilin ləhçəsi və dialekti deyil. Türk[b]cəsi[/b] sözü isə nəzərdə dilin bir dialekt olmasını göstərir, bu isə düz deyil.
[/quote]

Azərbaycan dili Türk dilidir. Burada Türk deyəndə Türkiyə nəzərdə tutulmur.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
        • Haha
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...