Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Hərtərəfli məlumatlar


Recommended Posts

[font="Arial"][b]Mən şahə qalxmış atam! (Nuridə Atəşi həyat hekayətini danışır) [/b]

[img]http://gdb.rferl.org/9A719F33-DED7-45CA-9D17-C9AF487559BB_mw800_mh600_s.jpg[/img]

[b]Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşinin "Gəl günaha bataq" kitabından[/b]


[b]ANAM ƏSL AMAZON İDİ[/b]

Anamın doqquzuncu hamiləliyi idi. Ağrısı elə atın belində tutur. Atı dördnala çaparaq birtəhər özünü evə yetirməyə çalışır.

Qonşunun qapısından keçərkən tez bizə gəlməsini söyləyib özünü güclə həyətə çatdırır.

Pilləkənləri qalxa bilməyəcəyini anlayaraq həyətdə böyük qoz ağacının dibındə salınmış xalçanın üzərinə çöküb dərindən nəfəs alır, sancıdan qovrulan, bükülmüş belini bir az dikəldir, iki əlini ağaca dirəyib bir göz qırpımmda məni dünyaya gətirir.

Qonşu gəlib çatınca, göbəyimi də özü kəsibmiş.

[b]Halbuki, indiki bəzi qadınlar uşağın dünyaya gəlməsinə iki ay qalmış gedib xəstəxanaya girirlər, qorxularından əməliyyat etdirirlər, ya da heç güc iynəsi ilə də doğa bilmirlər.
[/b]

Evimiz Böyük Qafqaz sıra dağlarının lap ətəyində idi. Qədim Qəbələ mahalının (indiki Oğuz rayonu)nun Xaçmaz dərəsi adlanardı bura.

Azərbaycanın səfalı guşələrindən olan bu şimal rayonları xalqımızın həyatında çox əhəmiyyətli bir yer tutur.

Uşaqlığım burada keçmişdi. [b]Evin doqquzuncu uşağı və altıncı qızı idim.[/b] [b]Atam məni oğlan kimi boyüdüb tərbiyə edirdi.
[/b]

Hara getsəydi məni yanında, ya da atının tərkində özü ilə aparardı.

Qəbələnin, Oğuzun bütün dağlarını, meşələrini onunla qarış-qarış gəzmişəm, hər yeri ovcumun içi kimi tanıyırdım. [b]Ən sevimli oyuncağım atamın ov tüfəngi idi. Bir göz qırpımında söküb yığardım.
[/b]

Meşələrdə, dağlarda bir dağ keçisi qədər azad idim. Məncə o dağlar, dərələr, gur sellər, o füsunkar təbiət məni şair etdi. 8-9 yaşımda artıq şeir yazırdım.

[b]Yaman tənbəl idim amma.[/b]

Ev işlərini heç sevməzdim. Atam da hamıya beləcə söyləyərdi:[b] "Mənim uşağımla işiniz olmasın.

O oxuyub alim olacaq". Böyük bacı-qardaşlarım da mənə istehza edərək: - Bu eybəcər qaraçıya oxşayandan heç nə çıxmaz, - deyirdilər.
[/b]

[b]Indi anlayıram ki, mübarizəyə, haqsızlığa qarşı savaşlara ilk olaraq elə evimizdə başladım.[/b]

[b]Atamın məni daha çox sevməsini nə anam, nə də digər bacı-qardaşlarım heç vaxt bağışlamadılar.[/b]

Mən isə bütün mehrimi ona salmış, onunla sanki nefəs alırdım. Həmişə qucağında yatardım. Atam mənim hər şeyim idi.

Soyuq qış günlərindən biri idi. Ən azı bir metrədək qar yağmışdı. Heç indi o qədər qar yağmır,

Həyətimizə bir maşın odun gətirmişdilər. Qonşu uşaqlar odunu yarıb qurtarmışdı, hamısını evə daşımaqsa mənim və bacılarımın öhdəsinə düşmüşdü.

Qarnımı tutub isti yorğanın altına girərək özümü xəstəliyə vurdum.[b] Və başladım "Min bir gecə" nağılları oxumağa. İlk erotİk fantaziyaları məndə bu nağıllar yaradıb.[/b]

Qış tətili idi. Üç gündən sonra odunlar tamam daşınıb qurtardı, lakin mənim hələ yataqdan qalxmaq fıkrim yox idi. Çünki "Min bir gecə"ni oxuyub qurtarammamışdım.

[b]Evdə belə kitablar oxumağa icazə vermirdilər və mən üz qabığmı cırıb digər kitablarımın arasına qoyaraq oxuyurdum. Dərs oxuyurmuş kimi.[/b]

Hələ ayağa qalxa bİlməməyimdən narahat olan atam "Birdən uşağa bir şey olar, mən onu bir həkimə aparım" deyərək məni oxşaya-oxşaya geyindirdi.

Atamla hər dəfə rayon mərkəzinə gedəndə mənə çoxlu kitab-dəftər, təzə paltar alardı deyə, bu sözdən çiçəyim çırtladı və o saat geyinib maşına oturdum.

[b]İLK MÜBARİZƏ[/b]

Rayonun mərkəzi xəstəxanasında yekəpər bir həkim vardı. [b]Əlinə kim keçdi tutub əməliyyat edər və xəstənin sahiblərindən kalan pul qoparardı. Bəxtimdən atam məni düz onun yanına gətirdi.[/b]

Həkim yekə əlləriylə qarnımı xeyli əlləşdirdikdən sonra başını bulayaraq atamdan soruşdu - "Ağrıları nə vaxtdan başlayıb? Atam: - "Üç gündür" - deyəndə kişinin qırışığı açıldı: - "Yaman gecikdirmisən. Təcili əməliyyat etməliyəm.

Kor bağırsağın iltihabıdı, hər an partlaya, uşaq əlindən gedə bilər".

[img]http://gdb.rferl.org/052CE7A8-F38B-481C-A7F6-5B194B6E65DD_mw800_s.jpg[/img]

[b]Əyilib atamın qulağına:- "Get, filan qədər pul gətir"[/b], bərkdən isə: "Amma sən gəlincə gözləmək olmaz, mən əməliyyat eləməliyəm", - dedi.

Atam doluxsunub əlini başıma çəkərək: - "Əlbəttə sən gözləmə, əlindən gələnı et, həkim, mənim balamı qurtar", - dedi və həkimlə birlikdə bayıra çıxdılar.

[b]Ürəyimdə: - "Ay eşşək oğlu həkim, mən sənin başına bir oyun açım ki, bir də heç kəsi yalandan kəsib doğramayasan".[/b]

Bir azdan iki şəfqət bacısı gəlib məni palataya apardı. Ovcuma bir neçə dərman töküb: - "İç" dedilər.

Dərmanı sakitcə alıb dilimin altına yığdım, ancaq udmadım və ufuldamaqda davam etdim. Çarpayıya uzandıqdan sonra, bir azdan yavaş-yavaş səsimi kəsdim.

On üç yaşım ola, ya olmazdı.[b] Kinolarda görmüşdüm ki, dərman yavaş-yavaş təsir edir. Onlar mənim artıq yatdığımı zənn edərək otaqdan çıxdılar.
[/b]

Bir anlığa həkimin yekə və kobud əlləri gözümün qabağına gəldi. O qarnımı gərək elə böyük yaraydı ki, o əllər ora girə bilsin. [b]Ay yardın ha...
[/b]
Sivrilib çarpayıdan düşdüm. Astaca dəhlizi gözdən keçirdim. Bir neçə ağxalatlı arxası qapıya tərəf dayanaraq söhbət edirdi.

Xalatı əynimdan çıxarıb bir kənara tulladım, barmaqlarımın ucunda koridora çıxdım, nəfəsimi içimə çəkərək bir anda pillələri endim və həyətə düşdüm. Ağacların arasıyla qaçaraq küçəyə çıxdım.

Güllə kimi uçurdum. Mənə artıq kimsənin çata biləcəyini zənn etmirdim. Ayaqlarımın üşüdüyünü hiss edəndə baxdım ki,[b] ayaqqabılarım yaddan çıxıb.
[/b]
Nəfəsimi dərim deyə, arxaya çevriləndə isə gördüm bir dəstə ağxalatlı arxamca qaçır. - Ay çatdınız ha, fikirləşərək ilk tindən buruldum.

Burada atamın işlədiyi Su İdarəsi olduğundan yaxşı tanıyırdım və dar, gizli yollarla qaçıb özümü avtobus vağzalına yetirmək istəyirdim. Elə bu an kimsə başını göy rəngli "Volqa" maşınının pəncərəsindən çıxarıb qışqırdı: - [b]Ay bala, hara qaçırsan, belə?[/b]

Bu, atamın iş yoldaşı, həm də qonşumuz idi. Çiçəyim çırtladı sanki. Özümü maşının içinə atıb: - "Tez məni evimizə çatdır" - dedim.

Yolda qonşumuza hər şeyi danışmış, atam mənə acıqlanmasın deyə olanları başa salmasını xahiş etmişdim.

Biz evə çatanda atam hələ yır-yığışda idi. Məni görəndə gözləri heyrətdən kəlləsinə çıxdı. [b]Amma qonşumuz hər şeyi yoluna qoydu.[/b]

[b]Beləcə böyüdüm. Orta məktəbi əla qiymətlərlə bitirdim.[/b]

Sənədlərimi Bakı Mədəni Maarif Texnikumuna təqdim etdim. Qəbul imtahanlannda müəllimlər sənədlərimi niyə birbaşa instituta vermədiyimi təəccüblə soruşdular.

Öz-özümə sual etdim:-Doğrudan niyə? [b]Tezcə də öz sualımın cavabı beynimdə hazır oldu:- Evdə Bakıya gəlməyimə belə narazı idilər.[/b]

Həm də özüm nəyə qadir olduğumu hələ bilmirdim. [b]Öz gücümə, istedadıma o qədər də bələd deyildim. Texnikumu qırmızı diplomla bitirdim.[/b]

Təyinatımı rayonumuza, kəndimizə aldım, daha doğrusu zorla verdilər

[b](Yalnız şəhər uşaqlarının Bakıda qalmağa ixtiyarı var idi).[/b]

Kəndimiz çox geridə qalmışdı. [b]Baxmayaraq ki, qədim idi, on minə yaxın əhalisi vardı. Amma gözdən-könüldən iraq bir yerdi. Yalnız 1963-cü ildə oraya elektrik xətləri çəkilmişdi.[/b]

[img]http://gdb.rferl.org/AC230E8F-2C9E-44F9-B9B1-4844531DFB2A_w270_s.jpg[/img]

İndi kəndə gedib gecələr lampa işığında oturanda elə bilirəm daş dovrünə düşürəm. Nə diqqət edən var, nə də bu zavallı kənd camaatının halına bir yanan.

Hələ məktəblərin halını, digər sosial obyektlərin vəziyyətini heç demirəm. [b]Nə qaz, nə əməlli-başlı su kəməri vardı. İnsanların yaşayışı dəhşətli vəziyyətdədir.
Əgər bu ucqar kənd Nuridə Atəşini bu şərtlərlə yetiribsə, demək orda yeni Nuridələr var.[/b]

Mən doğulub böyüdüyüm el-obama yararlı olmaq, fayda vermək istəyirdim. Mədəniyyət evində işə başladım.

Kəndə bir canlanma gətirmişdim. Konsertlər verməyə, gəncləri cəlb etməyə, kəndin gələcəyi üçün çalışmağa səy göstərsəm də, [b]çox çətin idi.[/b]

O günün, zamanın tələbləriylə yanaşsaq, bu o qədər də asan deyildi. Gənc və gözəl olduğumdan kəndin oğlanlarının da ağlını yerindən oynatmışdım.

Hərçənd ki mənə yaxınlaşmağa heç birində cəsarət yox idi. Elə uzaqdan həsrətli gözlərlə baxırdılar, vəssalam.

[b]Yəqin kimsə güclü çıxıb məni ya zor gücünə, ya da sevgi ilə ram etsə, alsaydı, yəqin ki indi 8-10 uşaq doğar, sadə bir kənd arvadı olardım.[/b]

Ayağı qaloşlu, başı bağlı inək sağan, toyuq-cücə saxlayan, abırlı kənd arvadı...

Məndən böyük bacım Rəqimə kimi. Hər dəfə kəndə gedəndə onun halına için-için ağlayıram.

[b]Əslində o məndən güclü, məndən bacarıqlı idi.[/b] Məktəbi qurtarar-qurtarmaz "Zil" maşını olan bir oğlana bənd oldu və atdı özünü oda. Hələ də yanır. Ömrü boyu da yanacaq bu odda.

[b]Anam:- "Nə qədər ki, adı, abrı üstündədir, birinə verək getsin, ev-eşik sahibi olsun", - deyə atama təkid edirdi, mənsə təhsilimi davam etdirmək üçün Bakıya qayıdacağımı israrla söyləyirdim.[/b]

Bir gün qonşu Mollalı kəndindən atamın ovçu dostu oğluna görə bizə elçi gəldi. Atamla bizə gələndə Abdallı meşələrində ceyran ovlar,[b] gecəylə gətirib gizlincə soyar, hazırlar, 3 gün ceyran kababı yeyerdik.[/b]

Onlar aynabənddə oturaraq anamın bişirdiyi plovu ləzzətlə yeyir, araqdan vurur, sağlıq deyir, şirin-şirin söhbətləşirdilər. Mən də içəridən bütün söhbətlərini eşidirdim:

- Sən əgər mənim evimə gəlib uşaqlarımın birinin başını kəssən, mən sənə yox demərəm, balalarım sənə qurbandır. Bilirsən, mən sənin kıçık qızını ogluma ıstəməyə gəlmişəm.

Onlar Nic bazarında (Qəbələnin bazarı) qoz alveri edirdilər.

[b]Atam getdikcə yumşalırdı. Çünki çox mohkəm dost idilər. Qapını tappıltı ilə açıb düz gəlib qarşılarında dayandım; - Ata, sən məni hara verirsən? Heç onun oğlunu tanımıram, bu hansı zəmanədir?
[/b]

[b]Mən oxuyacağam hələ, deyərək, atama yalvarmağa başladım. Kişi kor-peşman çıxıb getdi. Atam bir neçə gün mənimlə danışmadısa da, ürəyində mənə haqq verdiyini bilirdim.[/b]

Anamın bütün etirazlarına baxmayaraq, [b]atam məni Bakıya gətirdi. Mənim gücümə, istedadıma, gələcəyimə inanırdı.[/b]

[b]Sən mənə sadəcə İncəsənət Universitetinin qapısnı göstər və geri qayıt, özüm qəbul olub oxuyacağam, - deyə soz vermişdim. Qəbul olundum.[/b]

Universiteti də qırmızı diplomla bitirib aspiranturaya qəbul olmaq idi niyyətim. Çünki bütün qiymətlərim "5" idi və mən gələcəyə boyük ümidlər bəsləyirdim.

[b]HAQSIZLIĞA QARŞI İLK DİRƏNİŞ
Savaş başlayır...[/b]

[b](ardı var[/b]) [/font]

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288727175' post='7626715']
Müəllif mövzunun məğzini anladmasa mövzu bağlanacaq.
[/quot]

[font="Arial"]Əvvəla hamıya salamlar...!

Üzr istəyirəm ki, mövzüda aydınlıq yaratmamışam...
Səbəb ondadı ki, bundan qabaq mən buna oxşar mövzü yaratmışdım (ayrı adla), əgər yadınızdan çıxmayıbsa mövzünün adı "Təzə xəbərlər" (təsvir qeydi qısaca olaraq başa düşülürdü - yəni Ana dilimizdə)... Axır həftələr işim çox oldüğuna görə nadir hallarda foruma girirdim... Axrincı dəfə bu foruma daxil olanda, fikir verdim ki, birinci bölümün adı dəyişilib... Fikirləşdim ki, yəgin "Təzə xəbərlər" bu bölümə müvafiq olaraq öz yerində qalıb... Ancaq təəssüfki nə qədəm axtardım tapa bilmədim öz mövzümu... Həmdə İrad və Təkliflər mövzüsunda bu barədə soruşdum; http://www3.disput.az/index.php?showtopic=216087&view=findpost&p=7596267
Hər ehyata qarşı: 7-ci məlumat...
Ancaq nəyə görəsə cavab gözlənmədi... Fikirləşdim ki, hər nədisə cannarı sağ olsun, yəgin Müdriyyətin və Nəzarətçitinin vaxtları olmayıb cavab yaza və qərara gəldim camaatı mənasız suallarnan narahat eləməyib, təzədən köhnə mövzüya uyğun olaraq ayrı adla mövzü yaradım...
Aydınlığı genişləndirməkdə fikrim o du ki, başa düşəsiz səbəbin ucu bucağı nətər və nə ilə əlaqədardı...

O ki qaldı mövzümda olan hekayə demək olar məlumata təmiz uyğun olmasada, hər halda Hərtərəfli mövgeyini itirməyib...
Yəni ki, bu mövzüda nəinki siyasi, ictimai, iqtisadi və idmanla əlaqədar məlumatlar qeyd olunacaq, hətta öz müxtəlifliyilə incə fikirlərin demək olar ümumiləşmiş incə fərqlər oricinal formada yerini tapa bilər... Hər halda bunu başa düşmək istiyən forum iştirakçılarına ümid edirəm...

Bu qədəm...
Ayrı suallarınız varsa, böyük məmunyətlə cavab verərəm...
İşdi gec cavab yazsam, bağışdıyın, işimlə əlaqədardı...

Hörmətlə El Paso
[/font]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[font="Arial"][b]Barak Obama Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
[/b]
Təbrik məktubunda bildirilir:

«Hörmətli cənab Prezident,

[b]Qurban bayramı münasibətilə mənim və xanımım Mişelin [/b]Sizə və [b]Azərbaycan xalqına olan ən xoş arzularına Amerika xalqı da qoşulur.
[/b]

Ümid edirəm ki, bütün xalqlar Qurban bayramının təcəssüm etdirdiyi sədaqət və qurbanlıq ruhunu əziz tutacaq, bütün bəşəriyyət arasında sülh və xeyirxahlığa şəfqətlə və təmənnasız nail olmaq səylərini davam etdirəcəklər.
[/font]

Link to comment
Share on other sites

[font="Arial"][b]Hillari Klinton Azərbaycan xalqını təbrik edib[/b]

[img]http://anspress.com/images/photos/9071.jpg[/img]

ABŞ-ın dövlət katibi bayramla əlaqədar Elmar Məmmədyarova təbrik məktubu göndərib[/font]


[font="Arial"]ABŞ-ın dövlət katibi Hillari Klinton Qurban bayramı münasibəti ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib. Bu barədə məlumat Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilib. [b]Məktubda xanım Klinton Həcc mərasimi ilə əlaqədar bütün Azərbaycan xalqını təbrik edib.[/b][/font]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[font="Arial"][b]Bloqqerlərin işinə güzgüdən baxanda[/b]

[img]http://gdb.rferl.org/B296E1E8-668C-44FB-BB55-55339414AC6B_mw800_mh600_s.jpg[/img]

D. Dilim-dilimov

[b]Bloqqerlərin bir ildən artıq davam edən tarixçəsinə nöqtə qoymaq istədik, amma sual yarandı. İndi biz bu məsələyə necə dənə nöqtə qoymalıyıq?[/b]

[b]BİR NÖQTƏ - AZAD EDİN![/b]

İndiyədək eşidilən “Bloqqerləri azad edin!”çağırışlarını nəzərə alsaq –[b] bir nöqtə və ya lap elə nida işarəsi ilə kifayətlənmək olardı. Axır ki, Azərbaycanda çoxmərtəbəli binaların giriş-cıxış hissəsini ifadə edən “blok”la, virtual yazı növü sayılan “bloq”[/b] arasındakı fərqi başa düşdülər.

[b]İKİ NÖQTƏ - XULİQANLIQ..[/b]

Məsələyə Azərbaycanda xuliqanlığa qarşı mübarizə prizmasından baxsaq, [b]nöqtələrin sayını artırmaq olardı, 1 xuliqan – bir, 2 xüluqan – 2 nöqtə.[/b] Bloqqerləri vaxtından əvvəl azad edən məhkəmələrin məntiqinə etibar etsək, [b]bundan sonra Emin Milli və Adnan Hacızadə heç vaxt öz sifətləri ilə kiminsə yumruqlarını zədələməyəcəklər.[/b]

[b]ÜÇ NÖQTƏ - UZUNQULAQ..[/b].

Nəhayət bu hənagəməyə bütün dünyada ad alan [b]“Donkey case” – “Uzunqulaq işi”[/b] kimi yanaşsaq, nöqtələrin sayını [b]3-ə qədər artırmaq lazım gələrdi.
[/b]

Mətni 3 nöqtə ilə bitirəndə [b]“nəticəni özün çıxart”[/b] demək istəyirlər.

Bizim gəldiyimiz nəticə belədir:

[b]Əgər güzgüyə baxanda uzun qulaqlar görünmürsə, bəlkə güzgü kifayət qədər hündür deyil?

Bəs sizin gəldiyiniz nəticə necədir? Adnan və Eminin tarixçəsini neçə nöqtə ilə bitirərdiz? Fikrinizi bölüşün, asta yazan namərddir![/b]

[b]Yazıdakı fikirlər müəllifin şəxsi müıahizələridir[/b][/font]

Link to comment
Share on other sites

[quote name='Эль Пасо' timestamp='1290625301' post='7758882']
[font="Arial"][b]Bloqqerlərin işinə güzgüdən baxanda[/b]

[img]http://gdb.rferl.org/B296E1E8-668C-44FB-BB55-55339414AC6B_mw800_mh600_s.jpg[/img]

D. Dilim-dilimov

[b]Bloqqerlərin bir ildən artıq davam edən tarixçəsinə nöqtə qoymaq istədik, amma sual yarandı. İndi biz bu məsələyə necə dənə nöqtə qoymalıyıq?[/b]

[b]BİR NÖQTƏ - AZAD EDİN![/b]

İndiyədək eşidilən “Bloqqerləri azad edin!”çağırışlarını nəzərə alsaq –[b] bir nöqtə və ya lap elə nida işarəsi ilə kifayətlənmək olardı. Axır ki, Azərbaycanda çoxmərtəbəli binaların giriş-cıxış hissəsini ifadə edən “blok”la, virtual yazı növü sayılan “bloq”[/b] arasındakı fərqi başa düşdülər.

[b]İKİ NÖQTƏ - XULİQANLIQ..[/b]

Məsələyə Azərbaycanda xuliqanlığa qarşı mübarizə prizmasından baxsaq, [b]nöqtələrin sayını artırmaq olardı, 1 xuliqan – bir, 2 xüluqan – 2 nöqtə.[/b] Bloqqerləri vaxtından əvvəl azad edən məhkəmələrin məntiqinə etibar etsək, [b]bundan sonra Emin Milli və Adnan Hacızadə heç vaxt öz sifətləri ilə kiminsə yumruqlarını zədələməyəcəklər.[/b]

[b]ÜÇ NÖQTƏ - UZUNQULAQ..[/b].

Nəhayət bu hənagəməyə bütün dünyada ad alan [b]“Donkey case” – “Uzunqulaq işi”[/b] kimi yanaşsaq, nöqtələrin sayını [b]3-ə qədər artırmaq lazım gələrdi.
[/b]

Mətni 3 nöqtə ilə bitirəndə [b]“nəticəni özün çıxart”[/b] demək istəyirlər.

Bizim gəldiyimiz nəticə belədir:

[b]Əgər güzgüyə baxanda uzun qulaqlar görünmürsə, bəlkə güzgü kifayət qədər hündür deyil?

Bəs sizin gəldiyiniz nəticə necədir? Adnan və Eminin tarixçəsini neçə nöqtə ilə bitirərdiz? Fikrinizi bölüşün, asta yazan namərddir![/b]

[b]Yazıdakı fikirlər müəllifin şəxsi müıahizələridir[/b][/font]
[/quote]

qara camaat indi bunu necə başa düşsün?

Link to comment
Share on other sites

[font="Arial"] [b]Putin tapmacası[/b]


[img]http://gdb.rferl.org/9E881EFB-2898-4B91-A6F7-C07081ADADE3_mw270_s.jpg[/img]
Dmitri Furman

[b]Şahnaz Bəylərqızı[/b]

[b]1990-cı illərin əvvəlində politoloq Dmitriy Furman uzaqgörənliklə demişdi ki, Rusiyada sıçrayışla, bir həmlədə demokratiya qurmaq mümkün deyil. Bəs politoloq bugünkü siyasi sistem haqda nə düşünür? Bu suallarla ona “Forbes” jurnalı müraciət edib.
[/b]

[b]“DAHA DA PİS OLACAQ”[/b]

1991-ci ilin oktyabrında, avqust qiyamından ay yarım və [b]“KPSS”-in[/b] fəaliyyətini dayandırmasından sonra [b] ABŞ və Kanada İnstitutunun əməkdaşı[/b] Dmitriy Furman yazırdı:

“Demokratiya “demokratlar” partiyasının ağalığı deyil...[b] Demokratiya – partiyaların qanun çərçivəsində mübarizəsidir.[/b] [b]İndi demokratlar praktiki olaraq müxalifətsiz qalıblar... Amma demokratlara müxalifət lazım deyilsə belə, demokratiya üçün o hava kimi lazımdır”.[/b]

O zaman bu xəbərdarlığı az adam eşitdi – ölkədə antikommunist inqilabı başa çatmışdı, bunun da xalq hakimiyyətinin qələbəsi ilə nəticələnəcəyi [b]düşünülürdü.
[/b]

Amma artıq Furmanın bu dedikləri [b]mürtəd (dissident)[/b] fikri kimi qəbul olunmur. Çağdaş politologiyada Rusiyanı Orta Asiya, Cənubi Qafqaz və Belorus respublikaları ilə yanaşı [b]“hibrid” rejimlərə aid edirlər, onlar diktaturadan demokratiyaya keçid etmirlər, özlərinin dinamikası və spesifik xüsusiyyətləri var[/b]. Furman belə sistemləri [b]“təqlid etmə (oxşatma və ya rus sözünnən götürülmüş imitasiya) demokratiyası”[/b] adlandırmağa üstünlük verir. O, [b]“Spiralvarı demokratiya”[/b] kitabında keçmiş SSRİ məkanındakı siyasi rejimlərin evolyusiyasını təsvir edir.

[b]- Siz nə zaman bu qənaətə gəldiniz ki, sovet məkanında planlı şəkildə demokratiyaya doğru hərəkət etmək mümkün deyil?[/b]

- Avqust qiyamından sonra mən başa düşdüm ki, demokratikləşmə baxımından indən belə daha da pis olacaq. Bu qənaətim Belovejsk razılaşmasından sonra daha da möhkəmləndi.

[b]“SSRİ DAHA 10-15 İL QALMALIYDI”[/b]


[b]- Siz SSRİ-nin buraxılmasını geriyə dönüşü olmayan nöqtə kimi qiymətləndirirdiniz, yəni məhz bundan sonra qalib demokratlar hakimiyyəti geri verə bilməzlər?
[/b]

- Bəli. Mən düşünürdüm ki, bu bir qədər pis olacaq, amma əslində daha betər oldu. Mən fikirləşirdim ki, Putinə daha sürətlə keçərik. 1991-ci ildən sonra mən artıq xüsusi olaraq siyasi məyusluq hiss etmirdim...
O zaman polyak və ya macarsayağı birbaşa demokratiyaya keçid mümkünsüz idi.

[b]Demokratikləşmə baxımından düşünürəm ki, ən yaxşı variant SSRİ-nin daha 10-15 il qalması olardı.[/b] Eləcə də yenidən qurulmuş və adı dəyişdirilmiş “KPSS”-in də partiyalardan biri kimi qala bilməsi olardı, bəlkə hətta inhisarçı partiya olardı, [b]Hindistan Milli Konqresi tipli – parlament inhisarçısı, ona müxtəlif qüvvələr qarşı durur – ortodoksal-kommunistlər, liberal bazarçılar, cürbəcür separatçılar...[/b] [b][b]Bu hakimiyyətdəki siyasi qüvvələrin rotasiyası baxımından mükəmməl demokratiya olmazdı[/b][/b], [b]amma bu mərhələdə ölkə yeni oyun qaydalarına alışmış olardı, gələcək demokratikləşməyə hazırlaşardı.[/b] Başlıcası [b]mütərəqqi hərəkat qorunmuş olardı, nəinki sıçrayış və məğlubiyyət.[/b] Bunun arxasınca isə həmişə pozulmuş, mənəviyyatsızlaşma gəlir.

[b]“PUTİN ÜÇÜNCÜ MÜDDƏTƏ QALMALIYDI”[/b]

- Siz yazırsınız ki, gələcək inkişafla bağlı variantlar çox deyil, amma çox şey siyasətçilərin şəxsi fəaliyyət və addımlarından asılıdır.
- Postsovet inkişafında haçalanma, şaxələnmə çox idi, amma birini daha vacib sayıram. Putin üçüncü müddətə qalmadı. [b]Məntiq baxımından bu hərəkəti izah etmək olmur.[/b] Putin tam arxayınlıqla hakimiyyətdə qala bilərdi və qalmalıydı da. [b]Qərb təqdir etməyəcəkdi – cəhənnəmə.[/b] Qazaxıstan ATƏT-ə sədrlik edir, amma öz Konstitusiyalarının başına nə oyun açmadılar.
Məncə, Putinin həmin addımı müəyyən mənada [b]Üçüncü dünyanın standart prezidentləriylə bir sırada dayanmaq qorxusundan qaynaqlanmışdı.[/b] [b]Bəlkə də, Putin sadəcə, avropalı olmaq istədi.[/b]
Ancaq istənilən halda bu çox vacib və cəsarətli addım idi. [b]O, bizi normal trayektoriyadan tərpətdi.[/b] [b]İndi bizim ölkə tam olaraq demokratiyanı təqlid edən tipik rejimlərdən deyil.[/b] [b]Tandem – nadir hadisədir, demək olar həddinnən artıq nadirdir..[/b] [b]Bu cür ölkələrin rəhbərləri üçün normal yol – konstitusiyanı dəyişməkdir, nə qədər ki, buna gücün çatır, sonda isə hakimiyyəti ən yaxın adamına verə bilərsən. [/b][b]Putin normal yolla getmədi[/b]. Bununla da [b]o yeni haçalanmalara, zəncirbənddə yeni həlqələrə yol açdı.[/b] Amma istisna deyil ki, bununla həm də demokratiyaya fəlakətsiz keçid üçün bəzi imkanlar açdı.

[b]“DEMOKRATİYANI TƏQLİD EDƏN REJİMLƏR ZƏİFDİRLƏR”[/b]

[b]- Niyə Rusiyada güclü siyasi partiyalar yaranmadı?[/b]

- Siyasi partiyalar ümumiyyətlə necə yaranır? [b]Bunun üçün [b]məfkürəvi (ideoloji)[/b] parçalanma baş verməlidir. 1990-cı illərin əvvəlində dərin və vacib parçalanma qalib demokrat və kommunistlər arasındaydı, bu parçalanma da sovet hökumətinə münasibətdə özünü göstərirdi.[/b] Amma əgər müxalifəti, yəni kommunistləri hakimiyyətə yaxın buraxmaq mümkün deyilsə, demokratlar partiya olmaqdan çıxırlar. Onlar sadəcə, hakimiyyətə çevrilirlər.

[b]- Hansı amillər qeyri-sabitliyə gətirə bilər: iqtisadi böhran, elitanın parçalanması?
[/b]

- Demokratiyanı təqlid edən rejimlər [b]zəifdirlər.[/b] Onların [b]əqilə özülü yoxdur,[/b] onlar [b]utancaqdırlar və vurnuxmağa, quyruq bulamağa məcburdurlar.[/b] Onlarda [b]cırlaşma[/b] prosesi gedir: elitaya getdikcə [b]daha zəif[/b] adamlar düşür. Hakimiyyət zamanla ölkədə, [b]ümumən dünyada nə baş verdiyini daha pis anlayır.[/b] Devrilmiş postsovet prezidentlərinin – Akayevin, Bakiyevin, Şevarnadzenin reaksiyası adamı tamam heyrətə salır. Onlar elə xəyal edirlər ki, guya onlara qarşı sui-qəsd hazırlanır, bunun da arxasında amerikalılar, ruslar, ümumiyyətlə hansısa xarici qüvvələr dayanır. [b]Onlar sadəcə ağıllarına da gətirmirlər ki, xalq onlara qarşıdır.[/b] Bakiyev devriləndən sonra təəccüblənirdi: [b]“Mən bu yaxında ümumxalq müşavirəsi keçirmişdim, bütün ağsaqqallar çıxış etdilər və dedilər ki, mən necə də düzgün siyasət yeridirəm!”[/b]
Adamlar paralel olaraq daha azad sistemə öyrənirlər. Sorğular göstərir ki, artıq Rusiyada müxalifətin mövcudluğu norma kimi qəbul olunur. [b]Onu xüsusi olaraq sevmir, ona səs vermirlər, amma vətəndaşların qənaətincə, o olmalıdır.[/b]

- Buna etiraz da var: rejimin zahiri güzəşti, sərhədlərin açıq olması əslində onun güclənməsinə səbəb olur, [b]çünki narazılar çıxıb gedirlər.[/b]
- Mən düşünmürəm ki, vətənə qayıtmaq imkan qalan azad mühacirlik (emiqrasiya) [b]rejimə elə də faydalıdır.[/b] [b]Axı mühacirlər (emiqrantlar) vətənə təkcə pul göndərmirlər, həm də yeni əqilələr (ideyalar), əlaqələr, təcrübələr göndərirlər.
[/b]


[b]Tərcümə etdi Şahnaz Bəylərqızı[/b] [/font]

Link to comment
Share on other sites

[font="Arial"] [b]«Heydər Əliyevlə Mustafa Kamalı eyniləşdirməsinlər»[/b]

[img]http://gdb.rferl.org/7C7117BA-18D0-4A6E-AF83-041F142A480A_mw270_s.jpg[/img]
Heydər Əliyev Bakıda 1 may nümayişində, 1971-ci il


[b][b]Xədicə İsmayılova, Kamran Mahmudov[/b][/b]

[b]“Azadlıqdan Tiranlığa” əsərinin müəllifi Turqut Ər “İşdən sonra” proqramında son zamanlar Azərbaycan KİV-lərində onun haqqında yazılanlara münasibət açıqlayıb:
[/b]

[b]- Turqut bəy, yəqin kitabınızın doğurduğu səs-küydən xəbərdarsınız?[/b]

- Xəbərdaram. İzləyirəm.

[b]- Sizin kitab ciddi rezonans yaradıb. Hər gün telekanallarda əleyhinizə reportajlar verilir. Hətta sizi Ermənistanla iş birliyində suçlayırlar. Sizin buna münasibətinizi bilmək istərdik...
[/b]

- Yəqin ki, qəhqəhələrimi eşitdiniz?

[b]- Eşitdik, bizi dinləyən hər kəs eşitdi...[/b]

- Bu qəhqəhəm nə idi? Məni tanıyanların işlədiyim dövrdə müxalifət, iqtidar qəzetlərində, radiolarda, televiziyalarda etdiyim çıxışlarımı xatırlamaları lazımdır. Mən o vaxt işğalçılar barəsində nələr danışmışam, hansı faktları sadalamışam, bunlar hamısı axrivlərdə durur. 1998-99-cu illərdə AzTV-də Firuz Novruzovla sənədli serial gedirdi. Bu serialda, həmin illərdə “Space” kanalında, 1998-ci ilin “Xalq qəzetin”də Xocalı soyqırımı, Azərbaycan türklərinə qarşı törədilən vəhşiliklər haqda danışmışam. 1992-ci ildə Türkiyədə “Xocalıda nələr olub” adlı kitab çıxıb. Tapıb o kitabı oxusunlar və görsünlər ki, işğalçılar haqqında mən nə yazmışam. Bunlara görə məni ermənilərlə əlaqələndirmələrinə güldüm...

[b]NEYLƏMƏLİYDİM, BU FAKTLARI BASDIRILMALIYDIM?[/b]

Əslində, kitabımı mən yazmadım. Kim yazdı, deyim?! [b]Məsələn, Daşnaksütunün rəhbəri “Ayna” qəzetinin müxbirinə bir fikir deyib (PKK-nın yaradılmasında və maliyyələşdirilməsində KQB-nin Bakı təşkilatının rol oynadığını nəzərdə tutur - red.), müxbir yazıb, mən də onu götürüb kitaba salmışam.[/b]

[b]1988-ci ildən başlayaraq iki il müddətində SSRİ və Azərbaycan Baş prokurorluqlarının Mixail Qorbucova və KQB-yə verdiyi raprotu salmışam kitaba. Mənim burda nə günahım var?[/b]

[b]Rəsul Quliyevin[/b] Heydər Əliyevə qarşı qaldırdığı iddia ərizəsini çap etmişəm. Türk qanı içən, 1918-20–ci illərdə on minlərlə türkü qətlə yetirən Şaumyan haqda 70-ci illərdə Heydər Əliyevin “Kommunizm uğurunda mərd mübariz” adlı kitabını qoymuşam kitaba. “OMON” məsələləri ilə bağlı faktları çap etmişəm.

[b]Neyləməliydim, bu faktları basdırılmalıydım? Bunlar Azərbaycan türkünün tarixidir. [/b]Onların bütün qorxduğu da ondadır ki, [b]daha tarixi saxta yaza bilməyəcəklər[/b]. [b]Bu kitab çap olduqdan sonra Azərbaycan tarixində saxtakarlıq edə bilməyəcəklər.[/b] Onların bütün dərdləri buna görədir.

Başqa yandan saxta seçkiləri gözardı etmək üçün məni gündəmə gətirirlər və [b]WikiLeaks-in[/b] dünən, sırağagün yayılan məlumatlarını da mənim vasitəmlə ört-basdır etmək fikirindədirlər. [b]Buyursunlar, yayılan raportlarda İlham Əliyevin dediyi, yaxud ona dedirdilən Türkiyə əleyhinə fikirlərin cavabını versinlər.
[/b]

[b]- Ancaq Azərbaycan tərəfi bəyan edib ki, yayılan hesabat doğru deyil, İlham Əliyev həmin ifadələri işlətməyib...
[/b]

- [b]Onların həmişəki xasiyyətidir.[/b] Bir şeyi yaparlar, edərlər, görərlər,[b] sonra da [/b][b]“biz yapmadıq, etmədik, görmədik” deyərlər.[/b] Azərbaycanda həmişə qətllər oldu, [b]üstü açılmadı[/b]. “Yapmadıq, etmədik” dedikləri zaman ruslarla bağladıqları qaz anlaşması fakt deyilmi?

[b]- Yəni, demək istəyirsiniz ki, WikiLeaks-in yaydığı məlumatlar sizin kitabdakı fikirlərinizi dəstəkləyir?
[/b]

- Bəli. Bilirsinizmi, [b]həmişə günahkar yaxalananda “mən etmədim” deyər.[/b]


[b]- Dinləyicilər soruşur ki, kitabınızı necə əldə etmək olar?[/b]

[b]MƏN O KITABA GÖRƏ BİR QƏPİK ALMAMIŞAM[/b]

[img]http://gdb.rferl.org/DF3C5EC5-B520-4FC2-9FD7-FB281120DCC7_w270_s.jpg[/img]
Turqut Ər

- Bu işi yayım evi görür, mənim kitabla əlaqəm onu yazıb qurtarandan sonra bitdi.
Deyirlər pul alıb yazmışam. [b]Mən o kitaba görə bir qəpik almamışam.[/b] [b]Dövlətdən aldığım təqaüddən başqa gəlirim də yoxdur.[/b] Heç kimdən də bu kitaba görə bir qəpik almamışam. Bu kitabımı niyə yazmışam? Astaranı, Bakını, Qubanı, Göyçayı, Şamaxını və başqa yerləri 6 il tam dolaşmışam.[b] Orda yaşayan zavallı insanlara edilən haqsızlığı gördüyüm üçün.[/b] [b]Onminlərlə qaçqın uşaqlar vardı, onlar indi savadsız qalıblar. Onların pis vəziyyətlərini gördüm, bunları yazmayacaqmıydım?[/b]

[b]1993-cü ilin iyunu ilə 1994-ci ilin mayı arasında nə baş vediyini niyə heç kim göz qabağına gətirmir? Niyə bu haqda danışmırlar? Azərbaycanın 6-7 rayonu o vaxt ermənilərdə verildi. İndi bu faktları yazan mənmi günahkaram, yoxsa o rayonları verənlər?
[/b]



[b]- Kitabı dərc edən şirkət “Azadlıq” qəzetinə müraciət edərək, onun internetdə yayımını dayandırdı. Buna baxmayaraq, bəzi bloqlar kitabdan parçaları yenə də yayırlar. Onlara nə deyərdiniz?
[/b]

- Onlara heç bir sözüm yoxdur. Bu “Azadlıq” qəzeti ilə yayım evi arasında bir hüquqi məsələdir. [b]Çap haqlarının hamısını o yayım evinə vermişəm. Onlar təmənnasız, məndən pul almadan bu işi görüblər.[/b] “Azadlıq” qəzeti də sağ olsun, elə belə də olsa, bu kitabı yayıb və bunun nəticəsində Azərbaycan xalqında maraq oyanıb, indi hər kəs kitabı oxuyur.


[b]- Timurçin adlı dinləyici soruşur: Rast gəlməmişəm ki, Rusiya və fars rejimi kimi, o vaxtkı türk rejiminin də Azərbaycanda qardaş qırığını başlamasında maraqlı olduğunu, aranın qarışmasını istədiyini yazasınız. Niyə yazmamısınız? Belə etsəydiniz daha obyektiv olmazdımı?[/b]

[b]DÖVLƏTİMİN DƏ SƏHVLƏRİNİ GÖSTƏRMİŞƏM[/b]

- Bəzi faktları yazmışam. [b]Hökumətimin də, dövlətimin də səhvlərini göstərmişəm.[/b] Bizim hökumətimiz də, dövlətimiz də düşünürdü ki, orda kiçik, müstəqil bir dövlət qurulub. Müdaxilə etməyək, özləri problemlərini həll etsinlər. Bir növ ehtiyatlılıq. Mən kitabımda bunu pisləmişəm...

[b][b]- Yəni, deyirsiniz ki, Türkiyə Azərbaycanda aranın qarışmasını istəməyib?[/b][/b]

- Təbii ki, istəməyib. Niyə istəsin ki? Biz orda işlədiyimiz dövrdə həmişə birlik, bərabərlik istədik. [b]1994-cü ilin martında Rusiyanın dəstəyi ilə Sürət Hüseynov Heydər bəyə qarşı qalxanda onun qarşısını biz almışıq.[/b] Müxalifətdən də, başqa adamlardan da xahiş etmişik ki, gedib meydanda Heydər Əliyevə dəstək versinlər. [b]Bunları niyə unudur indi əleyhimə qalxanlar?[/b]



[b]- Kitabınızın telekanallarda müzakirəsi zamanı ortaya belə bir təklif çıxdı ki, Milli Məclis Heydər Əliyevin “ulu öndər” statusunu qanuniləşdirsin və bu status təxminən Atatürkə Türkiyədə verilən statusa bərabər olsun. Buna sözününz nədir?[/b]

[b]HEYDƏR ƏLİYEV NƏ EDİB?[/b]

- Azərbaycan Milli Məclisinin, millətin öz işidir. Xalq bunu qəbul edər, ya [b]etiraz göstərər,[/b] bir söz deyə bilmərəm. Deyəcəyim bir şey var ki, [b]Mustafa Kamal Paşa arkadaşları ilə bərabər yoxdan bir dövlət qurub. Vətən torpaqlarını düşmənlərin işğalından qurtarıb.[/b] [b]Türk adı ilə bir dövlət qurub, başa düşürsünüzmü? Bəs Heydər Əliyev nə edib? Heydər bəylə Mustafa Kamalı eyniləşdirməsinlər.[/b]


[b]- Son sözləriniz...[/b]

-Mənim ölkəmdə demokratik, hüququ dövlət qurulmuşdur. [b]Mənim vətəndaşlarımın qarnı toxdur, onlar Azərbaycandakı kimi heç bir hüquqsuzluqla qarşılaşmırlar.[/b] Dolayısı ilə belə bir dövlətdə yaşayan vətəndaşa qarşı xaricdən nə deyirlər, desinlər. Bir şeyi açıqcasına demək istərdim: [b]Azərbaycanı idarə edən insanlar mütləq düz insanlar olmalıdırlar.[/b]

Nə deyirsə, onu etməlidir. [b]Edib sonra “etmədim”, deyib sonra “demədim”söyləməklə ciddilik qazanmaq olmaz. Kimsə belə dövlətə inanmaz, güvənməz, onun arxasında durmaz, ona şübhə ilə baxar.[/b]

Qaldı ki, mənim haqqımda danışan parlamentarilərə, [b]onları xalq seçməyib, bir qəzetçinin sözləri ilə desək, onlar deputatxanaya təyin ediliblər.[/b] Onlara deyəcəyim heç nə yoxdur. [b]Azərbaycan türklərinin isə hamısını qucaqlayıram.[/b]


[b]SABİR PULU, MƏQAMLARI ÇOX SEVDİ
[/b]

[b]- Bəs deputat Sabir Rüstəmxanlı və onun partiyadaşlarının sizin haqda dediklərinə münasibətiniz necədir? Çünki burda olarkən onunla yaxşı münasibətləriniz vardı...[/b]

- Mən Sabiri bir Azərbaycan türkü və şairi kimi düşünürəm.[b] Amma görünən odur ki, Sabir pulu, məqamları çox sevmiş, bacarmayacağı işə - siyasətə, deputatlığa şairliyini dəyişmişdir.[/b] [b]O, yazarlığında, şairliyində qalsaydı, Azərbaycan, Türk dünyası daha çox qazanardı[/b]. Nə deyim mən ona?...
[/font]



Bu sözdər ləzzət elədi...)

[quote] [b]HEYDƏR ƏLİYEV NƏ EDİB?[/b]

- Azərbaycan Milli Məclisinin, millətin öz işidir. Xalq bunu qəbul edər, ya [b]etiraz göstərər,[/b] bir söz deyə bilmərəm. Deyəcəyim bir şey var ki, [b]Mustafa Kamal Paşa arkadaşları ilə bərabər yoxdan bir dövlət qurub. Vətən torpaqlarını düşmənlərin işğalından qurtarıb.[/b] [b]Türk adı ilə bir dövlət qurub, başa düşürsünüzmü? Bəs Heydər Əliyev nə edib? Heydər bəylə Mustafa Kamalı eyniləşdirməsinlər.[/b]
[/quote]

Link to comment
Share on other sites

[font="Arial"] [b]WikiLeaks xəstəliyinin Azərbaycan dərmanı[/b]

[img]http://gdb.rferl.org/1A7E4C37-3D6A-4209-9440-AEFFB0450A54_mw270_s.jpg[/img]

[b]D. Dilim-dilimov
[/b]

Sovetlərin xarici işlər naziri olan Andrey Qromıkonun məşhur bir ifadəsi vardı. [b]“Mən bildiklərimi danışsam, bütün dünya alt-üst olar”.
[/b]

Sovet diplomatı partbiletinə sadiq qalıb bu dünyadan bildiklərini özü ilə o dünyaya apardı.

Qromıkonun atdığı oxun 40 il gizli qalan yayını bu günlərdə [b]WikiLeaks[/b] təşkilatı üzə çıxartdı – gizli sənədlərin dili ilə diplomatların bildiklərini açıqladı.

[b]HƏR ŞEY YALANDIR[/b]

Oldumu dünya alt-üst?


Belə baxanda demək çətindir, çünki Yer kürəsi yumru olduğundan bilinmir ki, [b]altı hardadır, üstü harda?[/b]

Amma dünya ilə Azərbaycanın veci arasında keçilməz bir uçurum var, bilməmiş olmazsız.

O boyda qlobal maliyyə böhranının amansız caynaqlarından qorunmağa nail olan Azərbaycan üçün hansısa[b] WikiLeaks nədir ki?[/b] Bir kilo ingilis sözünün yığnağı, qatığa hansı rəng verir-versin, [b]Azərbaycanın öz milli qatıq rəngi var.[/b]

Nə bilim, İran Bakıda pul yuyur, Amerika səfrirliyi nə yazıb, Riçard Burnslə İlham Əliyev kimin sümüklərini yuyublar? Bütün bunlar – yalandır.

Bu məlumatları dərc edən Asancdır, kəsəncdir – kimdir, 100 faiz ya nəşəxordur [b](Bakıya göndərin, sübut edək)[/b], ya da ağıldan kəm [b](Naxçıvana göndərin sübut edək)[/b].

Azərbaycan haqqında nə yazıblar, nə yazırlar, nə yazacaqlar – hamısı yalan və iftiradır. [b]Kim bilir, bəlkə də həmin Asanc Müsavatın Avstraliya dayaq dəstəsinin rəhbəridir.
[/b]

[b]ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, QOQOL!
[/b]

Özünə hörmət edən istənilən adamda yəqin ki, belə bir sual yaranır: necə olur ki, dünyanın fırladılmasında [b]Nyutonun qanunları ilə bəhsə girən aparıcı dövlətlər çıqqılı bir təşkilatın əlində aciz qalır?[/b] Sualın cavabını rəhmətlik Qoqol hələ 175 il əvvəl vermişdi.

“Müfəttiş” komediyasının finalında Xlestakovun məktubunu oxuyurlar. Fırıldaqçı Xlestakov bir-bir şəhərin məmurları haqda fikrini yazır. Hər dəfə məktubun oxunuşuna kimsə müdaxilə edib, bu biabırçılığa son qoymaq istəyir. Amma hər dəfə adı artıq çəkilən məmurlar təkid edirlər ki, məktub oxunsun, Xlestakovun digər məmurlar haqda yazdıqları da açıqlansın.

İndi Klinton, Kəddafi, Əhməddinnejad, Putin, Merkel, Kəmaləddin Heydərov və sair dünya siyasətçiləri haqda sirrləri yayan WikiLeaks söz verib ki, dünya maliyyə maqnatlarının da sandığını açıb, bütün pambığı tökəcək ortalığa.

Xatırlayırsızsa, bu WikiLeaks əvvəl hərbçilərdən başladı. [b]İndi keçib siyasətçilərə. [/b][b]Əzizlərim, heç dünyada biabır olan həmin adamlar imkan verərlərmi ki, bu ifşa zənciri qırılsın?[/b]

[b]KLEVLENDDƏN XƏBƏR GƏLSƏ, YALANDIR![/b]

Odur ki, bankirlərdən sonra yəqin ki, növbə həkimlərə çatar. Bəri başdan bildirək ki, [b]Klevlend xəstəxanasının həkimlərinin yazdıqları – yalandır.
[/b]

[b]Sonra da növbə jurnalistlərə çatar, eləmi?[/b]

Millət, mənim müdirə yazdığım məktublar haqda WikiLeaksdə nəsə oxusaz, bilin və agah olun ki, hamısı təxribatdır, iftira və böhtan, qısası isə - YALANDIR! [b]Mən müdirimin heç e-mail ünvanını belə bilmirəm.[/b]

Heç bilmirəm, sizi inandıra bildikmi? [b]Bircə yazıb bizləri rahat etsəydiniz, minnətdar olardıq.[/b]

[b]Yazıda ifadə olunan fikirlər müəllifin şəxsi mülahizələridir[/b] [/font]

Link to comment
Share on other sites

[font="Arial"][b]“Xaç atası” filmi qadağan olunacaq”[/b]

[img]http://gdb.rferl.org/ECA6A4D3-29FB-4742-86EA-730EED993A47_mw270_s.jpg[/img]
Natiq Cəfərli

[b]Kəbiran Dilavərli
[/b]

[b]Bu həftə bloqqerlər WikiLeaks-in sənədlərindən, azərbaycanlının kreditə hesablanmış həyat tərzindən, mentalitetdən və s. yazırlar...[/b]

[b]Natiq Cəfərli[/b] yazır ki, [b]çox güman ki, WikiLeaks-in açıqladığı son sənədlərdən sonra ölkədə “mafiya” oyunu və “Xaç atası” filmi qadağan olunacaq:[/b]

“Millət, WikiLeaks və Turqut Ər olaylarından sonra sistem, ya hər hansı bir şəkildə islahata gedəcək, [b]ya da repressiyaları gücləndirib, ölkəni partlayışa aparacaq[/b]. Onlar anlamalıdırlar ki,[b] dünya çox dəyişib, dəyişməkdə də davam edir. Bizlər isə hər iki varianta hazır olmalıyıq”.[/b]

Natiq Cəfərli bu həftə ölkədə [b]“quş qripi”nin tapılmasına da şübhə ilə yanaşır:[/b]

[b]“İnsanların başını qatmaq, fikirlərini WikiLeaks və Turqut Ər məsələlərindən yayındırmaq üçün ortaya “Quş qripi” xəstəliyi atdılar”[/b].

[b]SAXTALAŞMAQ KEYFİYYƏT GÖSTƏRİCİSİ HALINA GƏLİB[/b]

[b]Azər Aydın[/b] öz bloqunda yazır ki, Yeni il yaxınlaşdıqca bir çox proseslər sonluğa doğru hərəkət edir: “Yekun hesabatlar hazırlanır, növbəti il üçün yeni strateji planlar qurulmağa başlanır. Eyni zamanda, müxtəlif sahələr üzrə “ilin adamı” kimi formal xarakter almış müsabiqələr təşkil olunur”.

Azər Aydın yazır ki, keçirilən müsabiqələr və ya seçimlər çox zaman saxta olur:

[b]“Saxtalaşmaq” - artıq bizlərdə daxili keyfiyyət göstəricisi halına gəlmişdir. Sevgimiz də, dostluğumuz da, düşüncəmiz də saxtalaşmaq üzrə ixtisaslaşmışdır”.[/b]

[b]Ülvi Telmansoy[/b] yazır:

[b]HƏR ŞEY KREDİT[/b]
[img]http://gdb.rferl.org/5EB1DCCF-825A-48D5-B597-85BFA80050AA_w270_s.jpg[/img]
Hələ nağd pul kimi kredit də verirlər...

[b]“İndi yaşadığım şəhərdə tək-tük adam tapa bilərsən ki, banka borcu olmasın. Kimi dindirirsən, bankdan kredit götürüb. Əslində, kredit elə sələmdir. Sadəcə, sələmi qanuniləşdiriblər, adını da dəyişib kredit qoyublar”.[/b]

Bloqqer yazır ki, camaat artıq kreditlə yaşamağa alışıb: [b]“Avtomobil kredit, ev kredit, telefon kredit, kontur kredit, kompyuter kredit, əşyalar kredit, hələ nağd pul kimi kredit də verirlər. Kef elə...”.[/b]

[b]METRODA MÜŞAHİDƏ[/b]

Ramilə Əliyeva yazır ki, “rəfiqələrimlə metronun “Neftçilər” stansiyasından “Sahil” stansiyasına gedirdik. Oturub insanları müşahidə edirdim. Qarşıda bir qadın oturmuşdu. Hardasa 50-60 yaş arası olardı. Üzündə bir nigarançılıq, dərin fikir var idi. Görünür, fikri maliyyə məsələsi ilə əlaqəli idi. [b]Güman ki, qonşunun bağrını çatlatmaq üçün qızına daha yaxşı cehiz almağı düşünürdü və hansı bankdan kredit götürəcəyini götür-qoy edirdi.[/b][b] Bəlkə də yanılıram.[/b] Digər gənc qız isə hey mənə və rəfiqəmə baxırdı. Üst-başımızdan gəlmə olduğumuz sezilirdi”.

[b]Vəfa Cəfərova [/b]isə yazır ki, [b]hər gün eyni şeylərdən yazmaq insanı bezdirir:[/b]

“Hə, sual doğa bilər yazdığımdan sonra bəs niyə mən hələ də nə üçünsə mübarizə aparıram…[b]Ümid üçün, gələcəkdə doğacağım uşaqlarım üçün, bu yolu sevdiyim üçün[/b]…Kimsə bu gün yazmışdı ki, xeyirxah insanlar heç vaxt bu dövrdəkindən xeyirxah görsənə bilməyəcək”.

[b]“MENTALİTET 2010”[/b]

[img]http://gdb.rferl.org/FDAC24C2-C673-4201-9966-F6CEF7517956_w270_s.jpg[/img]
Firudin Allahverdi


[img]http://2.bp.blogspot.com/_5N4Jn_P-9sc/TOkZ2_NrfgI/AAAAAAAAAN0/flelKkUYWnk/s320/1547.jpg[/img]

[b]Firudin Allahverdi[/b] “Mentalitet 2010” adlı yazısına qədim bir şəkli yerləşdirib: “Bu fotoya diqqətlə baxın. Çox yox, [b]təxminən 100 il əvvəlin azərbaycanlılarıdır.[/b] Şübhəsiz, onların da [b]özlərinə məxsus “mentalitet”, “namus”, “qeyrət” anlayışları olub.[/b] Məsələn, indi bizə çox adi gələn məsələlər, tutaq ki, qadınların kişilərlə bir yerdə işləməsi, yaxud başı açıq gəzməsi onlar üçün dəhşətli bir hadisə ola bilərdi. [b]Onlar heç vaxt razılaşmazdılar ki, xanımları evdən başı açıq, tək-tənha çıxıb işə getsin, hansısa binada yad kişilərin yanında işləsin (hələ mən ictimai nəqliyyatda yan-yana oturub getməyi demirəm).[/b] Heç şübhəsiz bunu biqeyrətlik sayardılar, deyərdilər ki, bu, kafirlərin, avropalıların adətidir, bizə yaramaz”.

Bloqqer yazır ki, [b]yüz il keçdi,[/b] indi biz onların [b]düşüncələrini gerilik, cahillik sayırıq:[/b]

“Amma [b]indinin özündə də biz öz müasirimiz olan, fəqət bizdən irəlidə olan cəmiyyətlərdəki həyat tərzinə, məişətinə qəribə baxırıq, bəyənmirik, hətta bəzən bunu əxlaqsızlıq sayıb, deyirik ki, onlara oxşamayaq, öz adət-ənənəmizi saxlayaq və s.[/b] Yəqin bizdən 100 il, [b]hətta 20-30 il sonrakı nəsillər də cəmiyyətimizdə bu gün yaşamını sürdürən qadağalara güləcək, bunları gerilik, cahillik sayacaq...Mentalitet dediyin də elə bu zatən” [/b]. [/font]

Link to comment
Share on other sites

[font="Arial"][b]“Səddamı, Pinoçeti, Stalini gördükdən sonra qorxmalı nə var ki?!...”
[/b]

[img]http://gdb.rferl.org/5361B27D-92FD-4DCA-897F-A61FAE0CB2E5_mw270_s.jpg[/img]
Fərman Demirqol


[b]Şahnaz Bəylərqızı[/b]

[b]“DİKTATORU UYKU TUTMAZ”[/b]

[b]“Diktatoru uyku tutmaz” kitabının müəllifi Fərman Dəmirqol Azərbaycanla bağlı ikinci kitabını yazır. Bu haqda o AzadlıqRadiosuna müsahibəsində deyib.

Fərman Dəmirqol İstanbul Universiteti Hüquq fakültəsinin müəllimidir. Azərbaycan cəmiyyəti onu daha çox 1995-ci ilin mart hadisələrindən sonra tanıdı. Həmin vaxt Dəmirqol Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) rəhbəri Rövşən Cavadovun yaxını kimi qələmə verilib. Fərman Dəmirqol 90-cı illərdə bir müddət Bakı Dövlət Universitetində müəllim kimi çalışıb.[/b]

[b]“PİNOÇET KİMİ, SƏDDAM KİMİ”[/b]

[b]- Fərman bəy, ikinci kitabın mövzusu nədir?[/b]

- Birinci kitabım da Azərbaycanla bağlıydı.[b] Amma bu kitabda hadisələri olduğu kimi nəql etmişdim.[/b] [b]O verdiklərimin pərdə arxasını - oyunları, hiylələri yazmamışdım. [/b]Gözləyirdim ki, bu mövzularda məndən başqa biri də yazsın, [b]Azərbaycanla bağlı başqalarının da müşahidələri ortaya çıxsın.[/b] Amma uzun zaman belə kitab yazılmadı. [b]Bu günlərdə Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Turqut Ər “Azadlıqdan Tiranlığa” adlı kitab çap edib.[/b] [b]Mövzu mənim ikinci kitabıma yaxındı, oyunları yazır.[/b] Təəssüf ki, Turqut Ər persona-non-qrata olduqdan sonra, özü Əliyev hakimiyyətindən zərbə gördükdən sonra kitab yazdı. [b]Mən gəlir-gəlməz kitab hazırlığına başlamışdım, Heydər Əliyev hakimiyyəti ilə əlaqə saxlamamışdım.[/b] [b]Məni zatən Heydər Əliyev zorla Türkiyəyə göndərmişdi. Hüququma sayğı duymadan.[/b] [b]Azərbaycanda hüquq, məhkəmə, hakim yoxdur. Əlbəttə, Azərbaycanda şəxsi iqtidar var. Pinoçet kimi, Səddam kimi[/b].

[b]Turqut Ərin kitabı mükəmməl kitabdır, hadisələr olduğu kimi yazılıb.[/b] Ondan sonra [b]mən də qərara gəldim ki, müxalifətin və ziyalıların gözünün açılmadığı, gözü-qulağı bağlı hakimiyyəti olan cəmiyyətdə həqiqətləri çatdırmaq lazımdır.[/b]

[b]TURQUT ƏRİN KİTABI YIĞIŞDIRILIR[/b]

[b]- Turqut Ərin kitabı çıxandan sonra Azərbaycanda ona qarşı kampaniya aparılır. Bundan çəkinmirsiz?[/b]

- Səddamı, Pinoçeti, Stalini gördükdən sonra qorxmalı nə var ki?!...Azərbaycan dövlətinin, [b]camaatının düşmənləri prezidentin ətrafına yığışıb.[/b] Onlar da bir-birini qoruyur. Görün o qorxu Türkiyədə nə etdi? Sizə bir xəbər verim. [b]Turqut Ərin kitabını diktator Azərbaycan hökuməti satışdan yığışdırtdırıb. Yoxdur. Kitabçılarda tapa bilmirsiz. Bu kitabı hamı soruşur, kitabçılar da deyir ki, kitab yoxdur, yığışdırtdırılıb. Amma Türkiyə kapitalist ölkəsidir, kitab ikinci-üçüncü dəfə də çap olunacaq.[/b] Sadəcə, deyirəm ki, Azərbaycandakı diktatura Türkiyədədə özünü göstərir.

[b]“SƏFİRLİK MƏNİM KİTABIMLA BAĞLI PROKUROLUĞA MÜRACİƏT ETMİŞDİ”[/b]

[b]- Narahat deyilsiz ki, sizin kitabı da eyni aqibət gözləyər?
[/b]

- İlk dəfə AzadlıqRadiosuna deyirəm ki, mənim birinci [b]kitabımın da yığışdırılması üçün Azərbaycan diktaturası İstanbul Porokurorluğuna müraciət etdi[/b]. Kitablar iki cür yığılar: bir prokurorulğa, məhkəməyə müraciət edərsən, onun əliylə yığışdırılar, ikincisi, kitabçılardan alarsan, çuval-çuval.

Mənim kitabımla bağlı səfirlik prokurorluğa müraciət etdi ki, Fərman Dəmirqol Azərbaycan prezidentinə həqarət edib. [b]Türkiyə Azərbyacan məhkəməsi deyil.[/b] [b]Türkiyədəki prokurorlar Azərbaycan prokurorları kimi deyil. Məhkəmə rədd etdi[/b]. Əlbəttə, mənim də kitabım yığışdırıla bilər. Amma kitab yox edilər,[b] düşüncələr, fikirlər yox edilmir. [/b][b]1995-ci ildən bu yana danışıram. Ancaq şanssızlığım var[/b]. Türkiyə dövləti və mətbuatın bir hissəsi Azərbaycan hökuməti tərəfindən təzyiq altında saxlanır deyə, bu məsələləri çox yazmırlar, danışmırlar.

[b]YENİ KİTABDA NƏLƏR YAZILACAQ?[/b]

[b]- Fərman bəy, nələri indiyə qədər danışmamasız və bunları yazınca Türkiyədə, Azərbaycanda şok yarada bilər?[/b]

- Dağ-daş, Azərbaycan iqtidarı dedi ki, Fərman Dəmirqol qaçıb, çevriliş edib.[b] Əfəndim, Azərbaycan hökumətinin, bu gün İlham Əlyievin atasının və özünün, ətrafının çevirdikləri oyunlarla bağlı nə çevriliş var, nə qaçış var. Necə olur?[/b] Amma çox demədiyim bir mövzu var. [b]Mən Azərbaycanın içində və çölündə xəyanət edənlərin qurbanı olmuşam.[/b] [b]Bu hadisələri bir az da açacam.[/b] [b]Bir də Azərbaycanda həqiqətən müxalifət kimi görünən, yalançı, hökumətlə birgə hərəkət edənlər var, həmin hadisələrdə onların da barmağı var, bunu yazacam.[/b] [b]Bir də tövsiyə edirəm, hər bir Azərbaycan vətəndaşı Turqut Ərin “Azadlıqdan Tiranlığa” kitabını əldə etsinlər. İnternetdən, televiziyadan. Bilsinlər ki, neftin olduğu Azərbaycan Küveyt, Səudiyyə Ərəbistanı olacaq.[/b]


-[b] Kitab nə zaman hazır olar?[/b]

[b]- “Azərbaycandakı oyunlar və dolablar” və ya “Azərbaycandakı xəyanət örnəkləri” bu adda olacaq.[/b] Bir ilə bitirə bilərəm.

[b]“ONLARMI OBYEKTİVDİR”[/b]

[b]- Azərbaycanda bəziləri sizin kitabın obyektivliyinə şübhəylə yanaşırlar. Deyirlər ki, Fərman Dəmirqol iqtidar tərəfindən incidilmiş və ölkədən çıxarılmış adamdır. Belə düşünənlərə cavabınız nə olardı?[/b]

- Sadə bir cavab. [b]Mənim dərdim Azərbaycan iqtidarı deyil ki. İqtidarın camaatı necə boğmasıdır. Mən indi neyləməliyəm? Susmalıyam? Danışmamalıyam? O zaman nə deyəcəklər? Fərman bəy Azərbayan hakimiyyətinin yaxşı adamıdırmı deyəcəklər?[/b] Azərbaycan hakimiyyətini incidirəm, ona toxunuram, onu analiz edirəm, deməli, narahat olacaqlar. [b]“Allah Mehriban Əliyevanın, İlham Əliyevin, onun uşaqlarının canını sağ eləsin, Heydər Əliyevə rəhmət eləsin” deyənlərmi obyektiv olacaqlar?..[/b]


[b]- Müsahibə üçün təşəkkür edirəm.[/b]

- Siz də sağ olun. [/font]

Link to comment
Share on other sites

[font="Arial"][b]"Elə emo qızlar var ki, atası molladır"[/b]

[img]http://gdb.rferl.org/CCF20FB8-87CC-4EAF-83C7-90E8952FB922_mw270_s.jpg[/img]


[b]Gülnar Axundova[/b]


Onlar adətən cizgi filmlərinin qəhrəmanlarının şəkilləri olan koftalar, rəngbərəng “ket”lər geyir, rəngli kəmərlər, qolbaqlar, şərflər taxırlar. Onların arasında elələri də olur ki, tatuirovka (bədənə şəkil döydürmək) və pirsinqlərdən (bədənlərinin müxtəlif yerlərini deşdirmək) istifadə edirlər. Bu əlamətləri qabarıq görünən gənc oğlan və qızlara “Emo” deyirlər.

[b]EMO NƏDİR?[/b]

Emo- ingiliscə “Emotion” [b](duyğu)[/b] sözündən götürülüb. Emolar adlarını [b]emosiya ilə yaşamaqları ilə izah edirlər.[/b] Bəzən özlərinə [b]“hisslə yaşayan oğlan və qızlar”[/b] da deyilər. Emolar üçün hisləri göstərmək zəiflik əlaməti yox, adi bir vəziyyətidir. Hislərlə yaşamaq bir növ onlar üçün xüsusi həyat tərzidir.

Emolar bir çox ölkələrdə yeniyetmələr arasında yayılmaqdadır. [b]Azərbaycanda isə Emolara son zamanlarda rast gəlinir.[/b]

[b]“MOLLA QIZLARI DA EMO OLUR”
[/b]

Onunla metronun qarşısında görüşdük. İdman paltarı geyinmiş, arıq, 19-20 yaşlarında bir oğlan idi. [b]Özünü “Emo” adlandırırdı, nikinin (şərti ad) Host_ niko olduğunu deyir.
[/b]

Öz xüsusiyyətlərini belə təsvir edir:

[b]“Bizlər çox emosionalıq. Biz bəzən tənhalığa qapanmağı sevirik. Emoların sevgisi çox güclü olur. Bizlər hətta sevgimizə görə həyatımızı qurban verməyə hazırıq. Bizim həyatımızda rok mahnıları çox böyük yer tutur. Bizlər rok mahnılarına qulaq asmaqla və axşamlar oturub ağlamaqla sakitləşirik. Fərqli geyinməyi sevirik. Sevdiyimiz rəng çəhrayıdır.”[/b]

[img]http://gdb.rferl.org/3FC730E2-BFED-4CB5-9B26-1F7740F47AD1_w270_s.jpg[/img]

Deyir 2007-ci ildən Emo-lara qoşulub. Səbəbini [b]“bekarçılıqla”[/b] izah edir. [b]Deyir məktəbdən davranışına görə qovulandan sonra “dəstəyə düşüb”,[/b] olub Emo. Dəstə isə dediyinə görə, [b]2005-2006-cı ildən yaranıb.[/b]

Ona diqqətlə baxanda, qollarında kəbeeeeep izləri görürəm. Söhbətə davam edirəm:

[b]- Dəstənin qanunları var?[/b]

- Əlbəttə var. Geyimimizin fərqli olması bizim seçilməyimizə işarədir. Amma geyimimiz fərqli olsa da, hərəkətlərimizlə emo olmağımızı bildirməməliyik. Nə deyirik, onu etməliyik. Ürəyi olmalıdır Emonun.

[b]- Valideynlərinizin sizin hərəkətlərinizdən xəbəri var?[/b]

- Yox, bilmirlər. Mən də istəmərəm övladım Emo olsun.

[b]- Dəstənizdə qızlar var?[/b]

- Emo qızlar da var, biz nə ediriksə, onlar da onu edirlər. Hətta, bəlkə, artığını da edirlər. İstədikləri vaxt evdən də çıxırlar. Elə Emo qız tanıyıram ki, atası molladır.

[b]- Nə vaxta qədər emo qalmaq fikrindəsən?[/b]

- Ömrümün sonuna qədər...

[b]“YARADICILIQLA MƏŞĞUL OLUN”[/b]

Psixoloq [b]Azər Qaraçənli[/b] deyir ki, emoları təmsil edən insanlarla bağlı məlumatlarda [b]bir neçə məqam diqqətini cəlb edir.[/b] Onlardan biri yaş məhdudiyyətidir. Adətən [b]14-20[/b] yaşda olan yeniyetmələr özlərini bu qrupa daxil edirlər.

[img]http://gdb.rferl.org/395A30DA-8E78-407E-82AF-7F0EE53C9FD0_w270_s.jpg[/img]

“Çünki bu yaş dövrü çətin dövr kimi qəbul edilir. [b]Bu yaşda bəzi yeniyetmələr dərs prosesindən aralanır, yaşca böyüklərlə münaqişə edirlər[/b]. Emoların davranışında
yeniyetməlik dövründən çətinlikləri ilə qarşılaşan insanların üzləşdiyi problemlərin təzahürləri diqqəti cəlb edir. [b]Onlar geyim, şəkil çəkdirmək tərzi ilə ətrafdan seçilməyə çalışırlar.[/b] Əgər hansısa bir qrup özünə sərt simvollar, sərt davranış tərzi müəyyənləşdirirsə,[b] demək həmin qrup özünə ətrafdan təhlükə hiss edir.[/b] Tarixən bəzi qruplar olub ki,[b] müəyyən səlahiyyət qazananda ətrafa təhlükələr yaradıblar.[/b] [b]Amma bunu Emo haqqında demək olmaz. Emolar insan tipi kimi deməzdim ki, ətrafa ziyan vururlar, əksinə onların meyli özlərinə zərər vurmağa yönəlib.[/b] Çox zaman böyüklərin aşıladığı akademik məqsədlər olur ki, [b]bu da yeniyetmələrin çoxunda qıcıq yaradır.[/b] Emolar da demək olar ki, bunlara etiraz olaraq özlərinə xüsusi olaraq bir yol tutublar”.

Psixoloq yeniyetmələrin bu yaş böhranından çıxması üçün onların [b]yaradıcılıqla məşğul olmasını məsləhət görür:
[/b]

[b]“Gündəlik tutmaqla, şəkil çəkməklə və ya hər hansı bir yaradıcılıq işi ilə məşğul olarsa, həm yeniyetmə enerjisini çıxarda bilər, həm də özünü kənardan görməsinə kömək edər. Çox zaman bu üsulla mənfi emosiyalar müsbət istiqamətə yol alır.”[/b]

Azər Qaraçənli bu yolu tutan yeniyetmələri [b]yollarından döndərmək üçün məsləhət vermək istəyənlərə ehtiyatlı davranmağı tövsiyə etdi. Çünki bu cür məsləhətlər çox zaman əks nəticə verir.[/b] [/font]

Link to comment
Share on other sites

[font="Arial"] [b]Naxçıvandan müsavatçının döyüldüyü xəbəri gəldi
[/b]

[img]http://gdb.rferl.org/89EB3162-C032-4714-B8B2-199C58B86714_mw270_s.jpg[/img]
Naxçıvanda daha bir insident

[b]Yafəz Əkrəmoğlu[/b]

Müsavat Partiyasının üzvü [b]Çapay Əliyev[/b] Şərur rayon polis şöbəsinin [b]əməkdaşları tərəfindən döyülüb. [/b][b]Bu haqda AzadlıqRadiosuna müsavatçının qardaşı, deputatlığa keçmiş namizəd Səxavət Əliyev məlumat verib.
[/b]

Səxavət Əliyevin dediyinə görə, dekabrın 10-u Şərur rayon polis şöbəsinin [b]İbadullah bölməsinin əməkdaşları qardaşı Çapay Əliyevin yaşadığı Püsyan kəndinə gələrək, onu həyatyanı sahəsindəki mağazasının təcili söküləcəyi ilə bağlı xəbərdarlıq edib:[/b]

[b]“Qardaşım söküntünün səbəbini soruşduqda ona və digər qohumlarımıza fiziki təzyiq göstərilib”.[/b]

[b]“20-30 POLİS HƏYƏTİMİZİ MÜHASİRƏYƏ ALMIŞDI”
[/b]

Məsələyə aydınlıq gətirmək üçün Çapay Əliyevin özüylə əlaqə saxlamağa çalışdıq. Telefon zəngimizə cavab verən, özünü Çapayın əmiqızısı kimi təqdim edən Balaxanım Əliyeva Çapayın vəziyyətinin ağır olduğunu və bizimlə danışa bilməyəcəyini dedi. [b]Suallarımızı cavablandıran Balaxanım Əliyeva da hadisənin baş verdiyini təsdiqlədi.[/b] Onun sözlərinə görə, hadisə baş verən vaxt yas yerində olub:

“Mənə məlumat verdilər ki, tez evə get, [b]Çapayın və bacım Əliyeva Gülarənin vəziyyəti ağırdı. Evə gələndə gözlərimə inanmadım. 20-30 nəfər polis işçisi həyətimizi mühasirəyə almışdı. Həyətə keçmək istəsəm də polislər məni buraxmadı”.[/b]

Balaxanım Əliyeva deyir ki, qonşunun həyətindən baxıb bacısı Gülarəni, Çapayı, onun bacısı Tağıyeva Rəxşəndəni, yeznəsi Tağiyev Bayramı, bacısı oğlu Babayev Zakiri [b]al-qan içində vəziyyətdə görüb:[/b]

[b]“POLİSLƏR MƏNİ BOĞMAĞA BAŞLADILAR”[/b]

Balaxanım Əliyeva:[b] “Polislər sonra məni döyməyə, boğazımdan yapışıb boğmağa başladılar. Mən özümə gələndən sonra gördüm ki, buldozerlə həyətdəki dükanı və digər tikililəri yerlə-yeksan ediblər”.[/b]

Səxavət Əliyev deyir ki, hadisədən bir gün əvvəl, [b]dekabrın 9-u keçirdiyi mətbuat konfransında Naxçıvan hakimiyyətinin əleyhinə sərt tənqidi fikirlər səsləndirib: “Hesab edirəm ki, ailəmə qarşı törədilən vəhşilik mətbuat konfransında səsləndirdiyim fikirlərə görədir. Hakimiyyət məndən qisas alır”.
[/b]

Məsələyə aydınlıq gətirmək üçün Şərur rayon polis şöbəsinə dəfələrlə zəng vursaq da, [b]telefonlara cavab verən olmadı.[/b]

Muxtar Respublika Daxili İşlər Nazirliyinin rəsmisi Anar Heydərov isə deyilənlərin yalan olduğunu, Naxçıvanda belə bir hadisənin baş verməsinin mümkünsüzlüyünü bildirdi.

Səxavət Əliyev 7 noyabr parlament seçkilərində AXCP-Müsavat seçki blokunun 2 saylı Şərur seçki dairəsindən deputatlığa vahid namizədi olub. [/font]

Link to comment
Share on other sites

[font="Arial"][b]Qəzetlərə qarşı iddiaya etiraz edənlər saxlanıldı [/b]


Bu gün Yasamal Rayon Məhkəməsində ZQAN Holdinqin başçısı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməliydi. [b]Ancaq hakim məzuniyyətdə olduğundan proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.[/b]

İddiaya səbəb “Azadlıq” qəzetinin 2 iyul 2010-cu il tarixli sayında [b]“Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı yazıdır[/b]. Məqalədə qeyd olunur ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov 1 milyon manat verib Qəbələ rayonunda Fövqəladə Hallar nazirinə məxsus restoranda saxlanan ayını kəsdirib, kabab bişirtdirib. Bundan sonra “Yeni Müsavat” qəzeti də bu məlumatı bir qədər əlavələr etməklə dərc edib.

Anar Məmmədov şərəf və ləyaqətinin tapdandığını əsas gətirərək məhkəməyə müraciət edib. O, qəzetlərin hər birindən 250 min manat təzminat istəyir.

Məhkəmə binasının qarşısında isə [b]“Dalğa”[/b] gənclər təşkilatının üzvləri, [b]“Azadlıq” [/b]və [b]“Yeni Müsavat”[/b] qəzetlərinin əməkdaşları iddiaya etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçılarından iki nəfər - [b]Elmin Bədəlovla Emil Salamoğlu saxlanaraq Yasamal rayon polis idarəsinə aparılıblar[/b].[/font]

Link to comment
Share on other sites

[font="Arial"] [b]«Dərsə hicabsız gəl!»[/b]

[img]http://gdb.rferl.org/B3074F93-0A60-420A-B536-5C33F6164A97_w270_s.jpg[/img]
Valideynlər məktəbin direktor müavini ilə mübahisə edirlər

[b]Nüşabə Fətullayeva[/b]

- Konstitusiyanın 42-ci maddəsində mənim uşağımın təhsil almaq hüququ var, [b]48-ci maddədə isə qeyd olunur ki, din azaddır. Mənim uşağımın bu iki hüququ tapdalanır.[/b]

- Hüququ tapdalanır gedin Baş Təhsil İdarəsinə, Təhsil Nazirliyinə müraciət edin.

- Mənim uşağımı siz dərsdən çıxarırsınız.[b] Buna görə də siz məsuliyyət daşıyırsınız. Mənim uşağımı bir də dərsdən çıxarsanız, sizi məhkəməyə verəcəyəm.
[/b]
- Gedin məhkəməyə verin.


[b]«ELƏ QIŞQIRIR Kİ, UŞAĞIMI AĞLAMAQ TUTUR»[/b]

Bakının Yasamal rayonundakı 18 saylı orta məktəbdə dərsdən çıxarılan hicablı şagirdlərin valideynləri ilə məktəbin direktor müavini elə qapının ağzındaca mübahisə edirlər.

Valideynlər məktəbin kandarından bir addım atan kimi məktəb rəhbərliyi hicablı şagirdləri dərsdən çıxarır. Buna görə də valideynlər məktəbin həyətində dayanıb dərsin başa çatmasını gözləyirlər.

- «Elə qışqırır ki, [b]«çıx sinifdən, sən dərsə başı açıq girməlisən!»[/b] Tutdu qolundan bir dəfə çıxardı, [b]apardım qoydum sinfə, təzədən yenə çıxardı. Elə qışqırır uşağın üstünə ki, çıx sinifdən. Uşağımı ağlamaq tutur».[/b]

[b]- «Uşağı təhsil almağa qoymurlar. Bu hansı qanunda var?»[/b]

[b]- «Direktorun özü də təsdiq edir ki, məktəbdə 14 nəfər hicablı şagird oxuyur, 14-ü də əlaçıdır»[/b]

[b]- «Axı mənim uşağımın hicabının təhsilə nə aidiyyəti var?»
[/b]

[img]http://gdb.rferl.org/A21B717E-D3DD-4613-AD93-8B8563E5D96D_w270_s.jpg[/img]
Valideynlər məktəbin həyətində dayanıb dərsin başa çatmasını gözləyirlər

- «Məktəb rəhbərliyindən deyiblər ki, valideynlər, uşaqlarınız məktəbə başını açıb gəlsin. Hansı qanunda yazılıb ki, dərsə baş örtüyü ilə gəlmək olmaz? Hər bir vətəndaşın təhsil almaq hüququ var»

[b]TƏLİMAT YUXARIDAN GƏLİB[/b]

Valideynlər uşaqlarının hüquqlarının pozulduğunu, məktəb rəhbərləri isə T[b]əhsil Nazirliyinin verdiyi göstərişi icra etdiklərini deyirlər.[/b]

18 saylı orta məktəbin direktor müavini Elxan Məmmədov deyir ki, birmənalı olaraq hicablı şagirdlərin dərslərə buraxılmasına qadağa qoyulub:

«Təhsil Nazirliyinin göstərişi ilə hicablı şagirdlərin dərslərə buraxılmaması tapşırılıb. Biz də məktəb rəhbərliyi olaraq hicablı şagirdləri dərslərə buraxmırıq, getsinlər başlarını açsınlar, gəlsinlər. Artıq suallar varsa, getsinlər nazirliyə. [b]Biz icraçı orqanıq[/b]. [b]Yuxarıdan hansı təlimatı veriblər, biz də o təlimatı icra edirik»[/b].

«Məktəbli qızların sinifdə hicab taxması normal deyil». [b]Bunu Təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.[/b] O, əlavə edib ki, sinifdən kənarda kim hansı forma istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə AzadlıqRadiosuna müsahibəsində vurğuladı ki, bütün məktəblərə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı göstəriş verilib:


«Hicabın bağlanması o deməkdir ki, artıq həmin şagirdlər dərsə məktəbli formasında gəlmir. Biz bütün məktəblərə göstəriş vermişik ki, bütün şagirdlər dərslərə məktəbli formasında gəlsin. Bütün məktəb rəhbərliyi də çalışmalıdır ki, bu göstərişə əməl etsinlər və şagirdlərin dərslərdə məktəbli formasında iştirakını təmin etsinlər».

[b]QORXUDAN YARANAN QADAĞA[/b]

[img]http://gdb.rferl.org/A1AF8BC2-D0E2-4CAC-BA4B-B321AF4A760E_w270_s.jpg[/img]
Erkin Qədirli

Hüquqşünas Erkin Qədirli Təhsil Nazirliyinin bu yanaşmasını [b]dövlətin daha bir yanlış qərarı kimi qiymətləndirir. Erkin Qədirli deyir ki, bu qərar yüzlərlə məktəbli qızların tədrisdən yayınması ilə nəticələnəcək:[/b]

[b]«Bu, inzibati özbaşınalıqdır və bu qadağa konstitusiyada təsbit olunmuş dini etiqad və vicdan azadlığı haqqını pozur. Bu qərar hansısa qeyri-sağlam xoflardanmı, qorxulardanmı qaynaqlanan bir qadağadır. Oturuşmuş demokratik ölkələrin heç birində belə bir qadağalar yoxdur».[/b]

Dini Etiqad və[b] Vicdan Azadlığı Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu[/b] deyir ki, Bakı məktəblərinin [b]25 faizində hicablı şagirdlər ciddi problemlərlə üzləşirlər.[/b] [/font]

Link to comment
Share on other sites

[b]Təhsil Nazirliyi qarşısında “hicab aksiyası” (Video-Fotosessiya) [/b]

[img]http://gdb.rferl.org/53C4A3A4-037F-4691-BA78-655210C9EDC5_mw1024_mh768_s.jpg[/img]


[b]http://www.azadliq.org/video/13243.html[/b]


[b]Nüşabə Fətullayeva[/b]

Dekabrın 10-da Təhsil Nazirliyinin qarşısında bir qrup dindar orta məktəblərdə şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulmasına etiraz aksiyası keçirməyə cəhd edib. Polis aksiyanın qarşısını alıb, AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, [b]dindarlardan 20-ə yaxını saxlanıb.[/b]

[b]Hazırda Təhsil Nazirliyinin qarşısında yüzlərlə polis əməkdaşı toplaşıb. Onlar nəqliyyatın və sakinlərin hərəkətini məhdudlaşdırır.[/b]

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev AzadlıqRadiosuna deyib ki, aksiyada 10 nəfər saxlanıb. Onlar Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

Təhsil naziri [b]Misir Mərdanov[/b] jurnalistlərə son açıqlamasında deyib ki, Azərbaycan dünyəvi dövlətdir. “Təhsil haqqında “qanunda da bu məsələyə birmənalı şəkildə münasibət bildirilib:

“Şagirdlərin orta məktəbdə hicab taxması ilə bağlı məsələdə gərginlik yaratmağa ehtiyac yoxdur. On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var”.

M. Mərdanov deyib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır.

Ayrı-ayrı orta məktəblərdə şagirdlərin hicabla dərsə buraxılmamasına dair şikayətlər var.


http://www.azadliq.org/content/article/2244300.html

Link to comment
Share on other sites

[font="Arial"][b]«Moskvada xaosdur»[/b]

[img]http://gdb.rferl.org/4594C55C-886C-410F-A3F1-73A0CFB77FB5_mw270_s.jpg[/img]
Fanatlar Sviridovun xatirəsini anırlar

[b]Aygün Muradxanlı[/b]

Rusiyanın xəbər mənbələri son bir neçə gündə paytaxt Moskva və bir sıra regionlarda [b]qafqazlılarla toqquşmalar haqda xəbərlər yayır[/b]. Toqquşmalar dekabrın 6-da Moskvada [b]“Spartak” komandasının fanatı Yeqor Sviridov öldürüldükdən sonra başlayıb[/b]. [b]Milisin apardığı araşdırmalar zamanı Yeqoru güllələməkdə şübhəli bilinən Dağıstan Muxtar Respublikasının 28 yaşlı vətəndaşı Aslan Çerkezov saxlanıb.[/b]

[b]Dekabrın 13-də isə üç naməlum şəxs bir mağazada satıcı işləyən 28 yaşlı Azərbaycan vətəndaşı ilə mübahisə etməyə başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, naməlum şəxslərdən biri travmatik silahdan Azərbaycan vətəndaşına 7 dəfə atış açıb.[/b] Sinəsindən və sağ çiynindən güllə yaraları almış həmyerlimiz xəstəxanaya aparılıb.

Azərbaycan vətəndaşı, əməkçi mücahir Aydın Qasımov deyir ki, millətçilər “Spartak”ın fanatının öldürülməsi faktından öz məqsədləri üçün yararlanmaqdadır. Onun sözlərinə görə, son 3-4 gündə metrostansiyalarda, küçələrdə, ticarət mərkəzlərində lokal toqquşmalar hər kəsi təşvişə salıb:

[b]HAMI QORXUR[/b]

- Millətçilər bundan istifadə edərək küçələrə xeyli insan çıxardılar. Bizimlə işləyən xeyli insan var ki, onlar işə maşınla gedib-gəlir, hamı qorxur. [b]Metrolar xüsusən təhlükəli olub.[/b] Ancaq çox güman ki, hökumət durumu sabitləşdirəcək.

Aydın Qasımovun sözlərinə görə, milis gücləndirilmiş iş rejiminə keçsə də,[b] hələlik durumu nəzarətdə saxlaya bilmir.[/b]

Azərbaycanlıların Moskvada dərc etdiyi [b]“Millətin səsi”[/b] qəzetinin əməkdaşı Tünzalə Vəliqızı isə deyir ki, Rusiya paytaxtında [b]əsl xaosdur[/b]:

[img]http://gdb.rferl.org/7943F48E-78C6-4855-87B0-A6C57215B3E1_mw1024_mh768_s.jpg[/img]


[b]BU, 1984-CÜ İLDƏ QAFQAZLILARA QARŞI BAŞ VERƏN KÜTLƏVİ HÜCUMLARI XATIRLADIR[/b]

- Baş verənlər son 10 ildə gördüyüm[b] ən dəhşətli hadisələrdir.[/b] Bu, 1984-cü ildə yenidənqurma dönəmində [b]qafqazlılara qarşı kütləvi hücumları xatırladır[/b]. Tanışlarımın ailələrində uşaqları universitetlərdə oxuyan, Rusiya vətəndaşı olan insanlar var,[b] onlar hamısı təlaş içərisindədir.[/b]

Tünzalə Vəliqızının sözlərinə görə, baş verənlər [b]xeyli suallar yaradır[/b]. Onun fikrincə, adətən bir komandanın fanatları rəqib komandanın fanatları ilə toqquşur. [b]Ancaq indiki halda baş verənlər “fanat davası”ndan çox millətçilərin Qafqazdan, Orta Asiyadan olanlara hücumu xarakterini alıb.[/b]

[img]http://gdb.rferl.org/CB1BDADA-34AE-437B-8592-C172DC619347_w270_s.jpg[/img]
Millətçilər küçələrə xeyli insan çıxardılar

Tünzalə Vəliqızı deyir ki, əslində, ölən də öldürən də Rusiya vətəndaşlarıdır. Bu halda nəyə görə, konfliktin milli zəmində inkişafı ciddi araşdırma tələb edir:

[b]BUNLARIN HAMISI EYNİ MƏRKƏZDƏN İDARƏ OLUNMUR Kİ?
[/b]

- Son 2-3 gündə metro qatarlarında hicablı qadınlara, Qafqazdan olanlara qarşı hücumların qarşısında milis də aciz qalıb. Hələlik durum çox anlaşılmazdır. İnsanları döyürlər, milis gəlir, təcili yardım çağırılır, ancaq döyüləni hətta təcili yardım maşınından düşürüb öldürmək istəyirlər. Belə bir sual yaranır ki, görəsən bunların hamısı eyni mərkəzdən idarə olunmur ki? Bu provokasiyalar Rusiya hökumətinə qarşıdırmı?

Jurnalist bildirir ki, baş verənlər hansısa qüvvələrin Rusiyada mərkəzlə federasiya subyektləri arasında konflikt yaratmaqda maraqlı olduğunu sübut edir.


Dekabrın 11-də “Spartak” klubunun fanatları Yeqorun anım mərasimini keçirib. Komandanın fanatları ilə millətçi kimi tanınan qruplaşmaların bərabər keçirdiyi aksiyada qafqazlılara qarşı şüarlar səsləndirilib.

[img]http://gdb.rferl.org/276FAF29-6E09-413E-A88E-A8681EE09B31_w270_s.jpg[/img]
Müraciətdə azərbaycanlılara millətçi qüvvələr tərəfindən təşkil edilən kütləvi toplanış, aksiya və digər tədbirlərdən kənar gəzmək tövsiyə edilib

[b]
HƏLƏLİK DURUMU AYDINLAŞDIRMAĞA ÇALIŞIRIQ[/b]


Son günlərdəki iğtişaşlar zamanı neçə Azərbaycan vətəndaşına qarşı cinayət törədilib? Azərbaycanın Rusiyadakı səfirliyi yaranan durumla bağlı vətəndaşlara hər hansı müraciət ünvanlayıbmı? Səfirliyin mətbuat xidmətindən bu cavabı aldıq:

[b]- Biz indi şərh vermirik. Hələlik durumu aydınlaşdırmağa çalışırıq.[/b]

ANSPRESS-in məlumatına görəsə, səfirlik Rusiyada yaşayan azərbaycanlılara müraciət edib. Müraciətdə azərbaycanlılara millətçi qüvvələr tərəfindən təşkil edilən kütləvi toplanış, aksiya və digər tədbirlərdən kənar gəzmək tövsiyə edilib.

Sənəddə o da bildirilir ki, səfirlik təcavüzkar millətçi gənclərin hücum edəcəyi təqdirdə vətəndaşların mühafizəsi barədə Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət edib.

Dekabrın 11-də metronun [b]“Tverski”[/b] stansiyasında hücum nəticəsində sinəsindən və əlindən kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya düşən [b]27 yaşlı azərbaycanlının taleyinə gəlincə, açıqlamada bildirilir ki, hazırda zərərçəkənin şəxsiyyəti müəyyənləşdirilir və səfirlik bu məsələni nəzarət altında saxlayır.[/b]
[/font]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[font="Arial"][b]Fotoqrafın obyektivdə son anları[/b][/font]


[font="Arial"][b]Foto səhivələr[/b]:[/font] http://www.azadliq.org/soundslide/929.html

[font="Arial"]Qəfil vəfat etmiş tanınmış fotojurnalist [b]Elxan Kərimov[/b] bu gün torpağa tapşırıldı. Onun dəfn mərasimindən Abbas Atilayın fotoları. [/font]

Link to comment
Share on other sites

[font="Arial"][b]Amerikalı demokratın Bakıda qətlindən 10 il keçir[/b]


[img]http://gdb.rferl.org/9A3415CB-1D9B-421D-8FB6-2322F41D6CDD_mw270_s.jpg[/img]

[b]Dekabrın 26-da "The Washington Post" qəzetində Peter Van Praagh-ın, ABŞ-ın Alman Marşal Fondunun elmi əməkdaşının Azərbaycanla bağlı məqaləsi dərc olunub.[/b]

[b]"10 il əvvəl dekabr ayında Azərbaycanda demokratiya üçün çalışan bir amerikalı gənc keçmiş Sovet respublikasının paytaxtında vəhşicəsinə öldürülmüşdü. John Alvisin qətli o zaman ictimaiyyətin diqqətini çox az çəkdi. O vaxtdan 10 il keçib, Federal Təhqiqatlar Bürosu onun ölümünü açılmamış cinayətlər sırasına qatıb.[/b]

[b]DEMOKRATLAR VƏ RESPUBLİKAÇILAR ƏL-ƏLƏ...[/b]

[b]John Alvis, 36 yaşlı texaslı Beynəlxalq Respublikaçılar İnstitutunun Bakıdakı nümayəndəsi idi.[/b] Mən isə Milli Demokratiya İnstitutunun təmsilçisi idim. Biz Sovet Politburosunun keçmiş üzvü Heydər Əliyevin təkhakimiyyətli hökumətinə demokratik siyasi islahatlar gətirmək üçün yaxından əməkdaşlıq edirdik. [b]Bizim sıx əməkdaşlığımız onu göstərdi ki, respublikaçılar və demokratlar ümumi iş üçün birlikdə çalışa bilərlər.[/b]

[b]Johnun Azərbaycanda qətlə yetirilməsi ondan xəbər verirdi ki, bu cür ölkələrdə hətta mülki vətəndaşlar demokratiyanın təbliği və müdafiəsi ilə məşğul olanda diktatorlar bu səylərin qarşısını almaq üçün hər vasitədən cəld yararlana bilir.
[/b]

[b]JOHNUN ÖLÜMÜNDƏN 10 İL SONRA DA HEÇ NƏ DƏYİŞMƏYİB[/b]

Azərbaycanda son 10 ildə heç bir siyasi irəliləyiş qeydə alınmayıb.

[b]Johnun öldürülməsi 2000-ci il parlament seçkilərindən dörd həftə sonraya təsadüf edirdi.[/b]

İndiki prezident İlham Əliyev mərhum atasına sadiq qalaraq növbəti dəhşətli seçkini bu ilin noyabrın 7-də reallaşdırdı.Son saxta seçkiyə qədər müxalifət partiyalarının çox az və zərərsiz təmsilçilərinin parlamentə buraxılmasına icazə verilmişdi. İndi isə Azərbaycan qanunverici orqanında müxalifət partiyasının bircə üzvünə də yer yoxdur.

[b]ƏLİYEVLƏRİN VECİNƏ DEYİL[/b]

Bəzi Qərb siyasətçiləri iddia edir ki, bu fakt Azərbaycanda liberal siyasətə zidd deyil.[b] Onlar hesab edir ki, demokratiyadan daha vacib məsələ Azərbaycanın zəngin neft-qaz ehtiyatları və Əfqanıstana tranzit nəqliyyat baxımından etibarlı partnyor olmasıdır.[/b]

Əliyevlər ailəsi uzun müddətdir[b] bu yanaşmadan asılıdır[/b] və öz qərbli tərəfdaşlarına açıq-aşkar [b]“ABŞ və Avropanın Azərbaycanda demokratiya və insan hüquqları haqqında fikirləri onların vecinə deyil” deyir[/b].

Amma Azərbaycanın vecinədir. [b]Əliyevlər hamıdan yaxşı bilirlər ki, onlar Moskva ilə yaxın əlaqələr qurmağı seçiblərsə, Bakıda xalq hərəkatı baş tutmayacaq.[/b]

[b]AZƏRBAYCANLILARIN ƏLACI İRAN?[/b]

Bununla belə, ABŞ administrasiyasının Azərbaycanda Amerikanın təsiri və potensial rıçaqlarının məhdud olmasına inamı sadəlövhlük idi. [b]Bir çox azərbaycanlılar da ümidini itirib ki, ABŞ vətəndaş cəmiyyəti üçün əhəmiyyətli təsirindən istifadə edəcək.[/b] Və faktiki olaraq Qərbdən Əliyev rejiminə siyasi təzyiq gözləmək əvəzinə, 90 faizi şiə müsəlmanı olan əksər azərbaycanlılar dinə və real əlac olaraq Azərbaycanın cənub sərhədi olan İrana üz tutub.

[b]İŞLƏR BELƏ GETMƏLİ DEYİLDİ...
[/b]

10 il öncə siyasi durumla bağlı ehtimal olunan nəticə bugünkündən çox uzaqdır – işlər belə getməli deyildi. 2000-ci ilin sonlarına doğru mən və [b]John İranı müasir siyasi islahatlara doğru çəkməkdə mütərəqqi bir Azərbaycanın köməyinə ümid edirdik.[/b] O zaman Azərbaycan siyasi səhnəsində [b]plüralizm var idi və əksər azərbaycanlılar nikbin idilər ki, Moskvadan asılılıqdan formal da olsa çıxmaq özü Qərblə yaxın əlaqələr deməkdir. Öz növbəsində, gözlənilirdi ki, bu, İranda yaşayan milyonlarla azərbaycanlıya kömək edəcək ki, onlar öz ölkələrinin açıq olması məsələsinə təsir etsinlər.[/b]

Biz, təəssüf ki, sonradan bəlli olan situasiyanı - İslamçı İranın Azərbaycana, eləcə də digər qonşularına təsirini proqnoz verə bilmədik.

[b]Bu gün isə Amerikanın Azərbaycana təsiri olduğu aşkarca göz qabağındadır.
[/b]

[b]ABŞ DÜZMÜ ETDİ?[/b]

Dövlət Departamenti keçən ay seçkilərin beynəlxalq standartlara uyğun olmadığını bəyan edən zaman[b] Əliyev administrasiyası dərhal Qərbə sual etməyə başladı ki, ABŞ nəyi nəzərdə tutur.[/b]

[b]Əliyev nəticə çıxardı: Vaşinqton tələb edir ki, bir ildən çox həbs edilmiş iki gənc demokratiya bloqçularını dərhal azad etsin.[/b]

[b]Azərbaycanın korrupsiyalaşmış iqtidarını aktivistləri azad etdiyi üçün (onlar əslində həbs edilməməli idilər) mükafatlandırmaq və azərbaycanlıların ABŞ-a və onun demokratik müttəfiqlərinə güvənini baltalamaq əvəzinə, indi müstəqil vətəndaş cəmiyyətinin müdafiəsi və düzgün siyasi təmsilçiliyə nail olmaq üçün Birləşmiş Ştatlar Azərbaycana daha çox təkan verməlidir.[/b]

[b]SARSILMIŞDILAR, AMMA MÜBARİZƏ APARIRDILAR[/b]

[b]John və mən demokratik təfəkkürlü azərbaycanlılarla əməkdaşlıq edirdik, o adamlarla ki, 2000-ci ildəki saxta seçkidən sonra mənəvi sarsılmışdılar, amma öz ölkələrini irəli aparmaq üçün mübarizəni davam etdirirdilər.
[/b]
[b]John öz fəaliyyətinə görə Bakıdakı evində qətlə yetirildi.[/b] Bununla bir vaxtda çoxları Vaşinqtonda müzakirələr aparırdılar ki, [b]demokratlar və respublikaçılar dünyanın bəzi yerlərində - harada ki cəsarətli insanlar öz həyatlarını müdafiə etmək üçün risklərə gedirlər - demokratiyaya dəstək üçün birgə iş strategiyası qursunlar"[/b]. [/font]

Link to comment
Share on other sites

[font="Arial"][b] Köhnə ilin son həftəsi[/b]


[img]http://gdb.rferl.org/21B46F83-1A71-421D-9BB3-98A2AE2A1F32_mw270_s.jpg[/img]
Sevda İsmayıllı

[b]Həftə süst keçdi. Ağıllarda WikiLeaksin dedikləri dolaşır. Bu olayı, heç şübhəsiz, 2010-cu ilin ən yaddaqalan olayı saymaq olar. Saytın keyləşdirdiyi beyinlər, çətin ki, tam gücüylə başqa xəbərə köklənə bilə…
[/b]

[b]KAMERAMANIN DÜŞMƏKLİYİ…[/b]

Həftənin ən sarsıdıcı xəbəri bəlkə də bu oldu. Rumıniya parlamentində [b]iş başında olan Dövlət TV-sinin kameramanı özünü balkondan Məclisin üstünə atdı...[/b] Hökumətin iqtisadi islahatlar paketinə etiraz olaraq, Məclisin böhran səbəbindən qəbul etdiyi bir qərarla bağlı. Həmin qərarda əngəllilərə verilən müavinət ləğv olunurdu. [b]40 yaşlı kameramanın övladı da əngəlli idi.[/b] Və sinəsinə buna etiraz sözləri yazılmış kameraman çarəni özünü 7 metrlik bir hündürlükdən atmaqda gördü. Bərk əzilib, həyatda qalıb-qalmayacağı sual altında.
[b]Ey gidi dünya! Son ucu ölümlü dünya! Bizim Milli Məclis bu iki onillikdə nələr görüb, nələrə şahid olub? Amma yuxarı bir yana, heç aşağıdan da etiraz əlaməti olaraq özünü atmağa heç kəs cürət etməyib…[/b]

[b]EVSİZ ALİMLƏRƏ XARİCİLƏR KÖMƏK EDƏCƏK?![/b]

Milli Elmlər Akademiyası evsiz alimlərin mənzil və digər sosial təminatlarının həlli ilə bağlı təkliflər hazırlayacağını bildirdi. Akademiyanın prezidenti bu təkliflərin elmin inkişafı strategiyasının tərkib hissəsi olduğunu bəyan etdi. Bu məqsədlə UNESCO ilə AMEA arasında müqavilə imzalandığını da bildirən prezident Yaponiya hökumətinin 100 min avro ayırdığını söylədi. Anlamaq olmur, bu qədər neft gəlirləri olan ölkədə evsiz alimlərə niyə xarici ölkələr kömək etməlidir? Hə, Akademiyanın prezidenti xarici ölkələrdə oxuyan tələbələrin Vətənə dönməsi üçün stimul olmalıdır mesajını da verib. [b]Amma bu stimulu Yaponiya, yoxsa Azərbaycan hökumətinin yaradacağını söyləməyib. Bircə onu deyib ki, ümidini Elmin İnkişafı Fonduna bağlayıb…[/b]

[b]MƏFTUNUN MƏFTUNLUĞU…[/b]

Bakıda 4 ay əvvəl təcridxanadan qaçan residivist tutulub. Məftun adlı bu şəxs, hələlik, [b]bu 4 ayın içində törətdiyi 2 qorxunc əməlini boynuna alıb: Bakıda 19 yaşlı bir qızla nişanlanıb. Qızın ata-anası tanımadığı oğlana qızını məmnuniyyətlə verib, hətta toy tədarükü də görüb, dəvətnamələr paylayıb. Məftun məftun olduğu qıza “toy”dan bir az əvvəl təcavüz edib və qaçıb… Düz Sumqayıta.[/b] [b]Orada özünü kosmetika firmasının əməkdaşı kimi qələmə verib. Bir qadınla tanış olub. Kirayə ev tutub. O qadınla da yaşayıb. Hətta bu dul qadını arabir döyüb də… Ah, bizim qadınlar! Ah, bizim mentalitet! Görəsən, Məftun yaxalanmasaydı, ölkədə nə qədər toy çaldıracaq və daha kimlərə toy tutacaqdı?[/b]

[b]CAN, CAN, AZƏRBAYCAN…AXIRI BADIMCAN…[/b]

Şanson Fərhad Bakinski rus dilində buraxdığı bir alboma Azərbaycan haqqında mahnı salıb. Mahnıda Azərbaycan sözü can-can və badımcan sözləri ilə qafiyələndirilib. “Vesti.az” saytında mahnının sözləri də verilib. Oxuyun:

Баку-Баку-Азербайджан- джан-джан-джан
Помидоры, виноград и бадымжан
Осетрина, наршераб, кабаб-люля
Тебя без этих прелестей, не мыслю я…

[b]HACININ TƏƏCCÜBÜ: “BAŞQA HƏYAT”[/b]

[b]Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab-albom bu həftə axır ki, Hacının adına layiq təntənə ilə təqdim olundu.[/b] Mərasimə Azərbaycan cəmiyyətinin seçkinləri toplanmışdı. Tədbirdə çıxış edən Hamlet İsaxanlı Hacının həyatından maraqlı bir faktı xatırlatdı (bir dəfə bu əhvalatı “Can Bakı”nın canlı efirindən mən də danışmışam). Deyir, Hacı Paris səfərlərinin birində harasa vacib bir görüşə gecikirmiş. Minir faytona və faytonçunun sağa yox, sola burulduğunu görən Hacı əlindəki çətiri faytonçunun çiyninə toxundurur ki, sola dönsün. Faytonçu faytonu saxlayıb yerə düşür və qışqırmağa başlayır. [b]Hacı soruşur ki, bu niyə qışqırır? Cavab verirlər ki, öz hüququnun pozulduğunu söyləyir və deyir ki, Siz nə cəsarətlə onun çiyninə toxunmusunuz!... Hacı yerində donub qalır. Geri gələndə, Bakıda bunu qəzet müxbirlərinə də danışır və deyir ki, mən oradakı camaata təəccüb qaldım və hər şeyi başa düşdüm. Bizdə adamın lap boynuna da vursan, sənə baş əyəcək. Nə vaxt bizim də insanımız öz haqqını beləcə qoruyacaq, onda başqa həyat olacaq...[/b]

[b]HƏFTƏNİN SƏTRİ XƏBƏRLƏRİ:[/b]

-- Keçmiş Travmatologiya Xəstəxanasının binası hirsindən [b](ona olan ədalətsizlikdən) yanıb-töküldü.[/b]
[b]-- YAP üzvlərinin sayı yarım milyonu ötdü.[/b]
-- Gəncədə Azərbaycan prezidentinin şərəfinə 49 metrlik tort -- Qafqazın ən böyük tortu bişirildi (yerli TV-lərə görə Avropanın ən böyük tortunu)!
-- Ölkə prezidenti “Jurnalistlərin dostu” sayıldı (yəni bizim).
-- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkelin Estoniyada “Azərbaycan məktubları” adlı kitabı çıxdı.
-- Daha bir diktator cəzasına çatdı-- Argentina məhkəməsi keçmiş diktator Xorxe Videli insanlıq əleyhinə cinayətlər törətməkdə suçlayaraq azadlıqdan ömürlük məhrum etdi...
İlin sonuna lap az qalıb...

[b]Gələn həftə köhnə ildə başlayıb Təzə İldə bitəcək.
[/b]

[b]Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.[/b]
[/font]

Link to comment
Share on other sites

[b][font="Arial"]Sökülən məhəllənin xronikası

http://www.azadliq.org/video/13685.html

Füzuli və Şəmsi Bədəlbəyli küçələrində Qış bulvarının salınması üçün evlərindən zorla köçürülən insanların bir illik tarixçəsi. Layihə olmadan söküntü işlərinə necə başlanıldı? Buna kim imza atdı...Ətraflı video reportajda. Hazırladı: Vüsalə Əlibəyli və Nüşabə Fətullayeva [/font][/b]

Link to comment
Share on other sites

[font="Arial"][b]Ziyalılar Azərbaycanın 2020-ci ilə qədərki əsas problemlərin siyahısını hazırlayıb[/b]


[b]“Azərbaycan 2020 İctimai Forumu” dekabrın 30-da Milli Birlik və İnkişaf Xartiyasını müzakirə edib. Sənəd Azərbaycan ziyalılarının 21-ci əsrin ikinci onilliyində ölkənin inkişafına baxışından ibarətdir.
[/b]

[b]“Turan” informasiya agentliyinin məlumatına görə cümə axşamı “İbrus” teatrında müzakirə edilən xartiyada hazırda ziyalıları narahat edən məsələlər kimi ölkədə korrupsiyanın artması, məhkəmə sisteminin qanunların aliliyini və vətəndaşalrın təməl haqlarını təmin edə bilməməsini göstəriblər.[/b]

Xartiya müəllifləri hesab edir ki, dövlət orqanlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə səyləri ilə ölkənin modernləşmə strategiyasını, vacib həyat sahələri - səhiyyə, elm və mədəniyyət üzrə islahat proqramını, kiçik və orta biznesin inkişafını, neft gəlirlərinin idarə edilməsini, məhkəmə və hüquq mühafizə sistemini, Seçki Məcəlləsini işləyib geniş ictimai müzakirəyə çıxarmaq lazımdır.

Professor Cəmil Həsənli qeyd edib ki, dövlətlə vətəndaş cəmiyyəti arasında dialoqun başlanması bütün insanların istədiyi dəyişikliklər zərurətindən doğur. Onun fikrincə, ölkənin gələcəyi barədə geniş ictimai müzakirələrin başlanması üzrə səylərin uğuru bundan asılıdır.

[b]Diskussiya gedişində sənədin yekun mətni 2011-ci il yanvarın sonunda qəbul edilmək üçün təklif olundu. Forum həmçinin Xartiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlayır.
[/b]

İctimai forum 2009-cu ilin oktyabrında yaradılıb. Əsas məqsədinin ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunun artırılması olduğunu bildirir.

[b]Birliyə Azərbaycanın tanınmış ictimai xadimləri - yazıçı Rüstəm İbrahimbəyov, xalq şairləri Vaqif Səmədoğlu və Ramiz Rövşən, iqtisadçı Vahid Əhmədov, yazıçılar Elmira Axundova və Gülrux Əlibəyli, alimlər və təhsil sistemi xadimləri - Rafiq Əliyev, Hamlet İsaxanlı, Cəmil Həsənli, Eldar İsmayılov, İradə Bağırova, Rəhman Bədəlov, KİV rəhbərləri Mehman Əliyev və Rauf Talışınski, həmçinin ictimai təşkilat və fond rəhbərləri eldar Namazov, Arzu Abdullayeva, Fərda Əsədov, Rəşid Hüseynli, politoloqlar Rasim Musabəyov, Zərdüşt Əlizadə, Rasim Ağayev, Leyla Əliyeva, İlqar Məmmədov, Erkin Qədirli və digərləri daxildir.[/b][/font]

Link to comment
Share on other sites

[font="Arial"][b]Politoloqların 2011-ci ildən gözləntiləri...[/b]

[img]http://gdb.rferl.org/1020289D-57ED-418D-9EBC-D9A26D8A96ED_mw270_s.jpg[/img]
Zərdüşt Əlizadə

[b]Babək Bəkir[/b]

[b]«Panorama» verilişində politoloqlar Zərdüşt Əlizadə və Eldar Namazov Azərbaycanda 2011-ci illə bağlı gözləntilərini dilə gətirirlər.[/b]

Zərdüşt Əlizadə:

[b]«İÇKİYƏ ALUDƏ OLAN İNSAN ARAQDAN ƏL ÇƏKƏ BİLMƏDİYİ KİMİ, HAKİMİYYƏT DƏ RÜŞVƏTDƏN ƏL ÇƏKƏSİ DEYİL...»
[/b]

- [b]Mən 2011-ci ildə Azərbaycanda əvvəlki illərdən fərqli heç nə gözləmirəm. Düşünmürəm ki, Azərbaycanın köklü problemləri bu il öz həllini tapacaq.[/b] Bircə bundan əminəm ki, bu il də neft daşınacaq, satılacaq və ölkəyə böyük pullar gələcək. Azərbaycanın maliyyə imkanları artacaq. Ancaq necə deyərlər içkiyə aludə olan insan araqdan əl çəkə bilmədiyi kimi, hakimiyyət də rüşvətdən əl çəkəsi deyil. Bu il də böyük infrastruktur layihələrində ölkəyə gələn böyük neft pulları tarı-mar ediləcək...

Eldar Namazov:

[b]ŞAHIN İRANI...[/b]

- Mən təkrarçılığa yol vermək istəmirəm.[b] Sadəcə, «niyə görə hər il vəziyyət dəyişmir» sualına cavab verməyə çalışacam.[/b] Bu ona görədir ki, ölkədə bir sistem qurulub. [b]Bu sistem korrupsiyanın, insan hüquqlarının pozulmasının üstündə bərqərar olunub.[/b] Bu sistem ölkəni başqa cür idarə edə bilməz. [b]Nə qədər ki, ölkədə sistem dəyişməyib, vəziyyət də dəyişməyəcək.[/b] [b]Azərbaycanda demokratiya bərqərar olmayınca, biz yeniliklərin şahidi olmayacağıq.[/b] Əslində, ölkədə getdikcə narazılıqlar artmaqdadır. Sadəcə, Azərbaycanda dünyəvi müxalifət məhv edildiyindən meydan boş qalıb və səhnəni başqa qüvvələr tutası olacaq. Rusiyada da belədir. Orada səhnəni getdikcə millətçi, şovinist, neofaşist qüvvələr tutmaqdadır. Azərbaycanda isə oxşar proseslərdə önə çıxan qüvvə siyasi İslamdır .Ona görə biz 2011-ci ilin sakit keçəcəyini düşünməməliyik.

[img]http://gdb.rferl.org/8603CF0C-C3D5-4EC4-99BF-F97B25ED4BE3_w270_s.jpg[/img]
Eldar Namazov

[b]2011-ci ilə kifayət qədər gərgin və təhlükəli siyasi proseslərin cərəyan edəcəyi bir il kimi baxmalıyıq.[/b] Bu siyasət davam etsə, Azərbaycanın taleyini Şahın dövründəki İranın taleyi gözləyə bilər...

Zərdüşt Əlizadə:

[b]«RUSİYANIN İSTƏYİ İLƏ ÇİRKİN OYUN OYNAYIRLAR»[/b]

- Mən Eldar bəylə razıyam. Ancaq bir şey əlavə etmək istəyirəm.[b] Mən şəxsən ictimai sahədə heç nə gözləmirəm. Nəsə baş versə, bu da xarici qüvvələrin təhriki ilə Qarabağ münaqişəsi ətrafında baş verə bilər[/b]. Tərəfləri ya müharibəyə, ya da sülhə sürükləyə bilərlər. Yadınızda saxlayın ki, zəif və uzaqgörən olmayan ölkələri onların iradəsindən kənar hansısa icbari sülh variantlarına sürükləyə bilərlər.[b] Bunun üçün Deyton variantı var, Kosovo variantı var. Bunu Azərbaycan və Ermənistan rəhbərliyi dərk etmir və ona görə dirəniblər. Rusiyanın istəyi ilə çirkin oyun oynayırlar.[/b]

Eldar Namazov:

[b]«DANIŞIQLAR DALANA DİRƏNİB...»
[/b]

- Əslində rəsmi danışıqlar dalana dirənib. Ona görə ki, iki əsas prinsip hələ də razılaşdırılmayıb. Bu, Azərbaycanın ərazi bütövlüyü və öz müqəddəratını təyin etmədi. Bu prinsiplər bir-birinə tamamilə zidd prinsiplərdir. Bunu da bir-biri ilə uzlaşdırmaq qeyri mümkündür...
[/font]

Link to comment
Share on other sites

[font="Arial"][b]2010-cu ildə mülkiyyət hüquqları daha çox pozuldu...[/b]

[img]http://gdb.rferl.org/BCC5BA7F-C995-45BE-B77F-F9187EC005FD_mw270_s.jpg[/img]
Mülkiyyət, əmlak hüququna qanunsuz müdaxilələr kütləvi xarakter alıb


[b]Kəbiran Dilavərli
[/b]

[b]«Bizim mülkümüzə təcavüz olunub. Oğru heç olmasa gözləyir ki, ev sahibi yatsın, onun malını oğurlasın. Ancaq bunlar bizim malımızı nəinki oğurlayır, günün günorta çağı evimizi başımıza uçurdurlar. Özümüzü də döyürlər, haqqımızı tapdalayırlar. Bizi insan yerinə qoymurlar. Sonra da insan haqlarından danışırlar».[/b]

Bakı sakini [b]Rəfiqə Əhmədova uçurulan evinə baxıb yana-yana danışır, arada göz yaşlarını silir.[/b] O, 2010-cu ildə evi sökülən, illərlə yaşadığı mənzilindən zorla çıxarılan Bakı sakinlərindən biridir.

[b]«MƏN 1500 MANATDAN ARTIQ HEÇ KİMƏ HEÇ NƏ VERMİRƏM»[/b]

Elə hüquq müdafiəçiləri də deyirlər ki, 2010-cu il mülkiyyət hüquqlarının pozulması baxımından daha çox yadda qaldı. [b]Baxmayaraq ki, bu adamlar öz şikayətlərini prezidentə çatdırmaq üçün bir neçə dəfə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası da keçirmişdilər:[/b]

Evi sökülənlərdən biri [b]Hikmət İsmayılov isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla da görüşmüşdü. Ancaq bu görüş evi sökülən Füzuli və Şəmsi Bədəlbəyli küçəsi sakinlərində nikbinlikdən çox ümidsizlik yaratdı:[/b]

Hikmət İsmayılov:

[b]«Son sözü bu oldu ki, mən 1500 manatdan artıq heç kimə heç nə vermirəm. Gedin məhkəməyə verin. Məhkəmədə də məğlub olacaqsız».[/b]

Mülki işlərlə bağlı vəkillik edən, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri [b]İntiqam Əliyev deyir ki, bu sahədə vəziyyət çox ağırdır:[/b]


[img]http://gdb.rferl.org/D405BDED-BE1F-45E0-B4CD-29E17C4C106B_w270_s.jpg[/img]
İntiqam Əliyev

«Bu gün mülkiyyət, [b]əmlak hüququna qanunsuz müdaxilələr kütləvi xarakter alıb.[/b] [b]Hansısa məmur göstəriş verə bilər ki, qatar yolundakı evlər sökülsün. Ya da şəhərin mərkəzində kimsə nəsə tikmək istəyirsə, icra hakimiyyəti sərəncam verir. Baxmayaraq ki, insanların əllərində qanuni sənədləri var, evləri sökülür».[/b]

[b]BUNDAN ARTIQ ƏDALƏT?[/b]

Ancaq Bakı şəhər İcra Hakimiyyəti evdən çıxarma prosesində qanunsuzluğun olmadığını, sökülən evlərin hər kvadratmetrinə 1500 manat verilməsini ədalətli sayır.

Elə Milli Məclisin İnsan haqları komissiyasının rəhbəri Rəbiyyət Aslanova da deyir ki, burda insan hüquqlarının tapdanmasından söhbət gedə bilməz:

«Dövlət əhəmiyyətli tikintilər üçün həmin yerlər dövlət tərəfindən alınır. Bu insanlara qanunla müəyyən olunmuş qaydada pul verilir. Onlar da oradan köçürülür. Həmin insanlar elə pul tələb edir ki, dövlət bunu vermək iqtidarında deyil. Bunu da onunla əsaslandırılır ki, bu şəhərin mərkəzidir. Şəhərin mərkəzi olduğuna görə də ona bu pul verilir və o pulla da gedib ev ala bilərlər».

[b]İNDİ HANSI DÖVRDÜR – BOLŞEVİZM?[/b]

Hüquq müdafiəçiləri isə deyirlər ki, 2010-cu ildə Azərbaycanda sərbəst toplaşmaq, söz azadlığı, seçib-seçilmək hüquqları da kobud şəkildə pozulub. Ancaq siyasi hüquqlarla bağlı vəziyyət əvvəlki illərdə də heç ürək açan olmayıb. [b]Onların fikrincə, bu ilin özəlliyi isə ondadır ki, vətəndaşların sosial, iqtisadi, mülkiyyət hüquqlarının pozulması əvvəlki illərlə müqayisədə qat-qat artıb.[/b]

[img]http://gdb.rferl.org/8AC4BDDC-1D89-4AFB-B5B4-D74D973A62BF_w270_s.jpg[/img]
Sahib Məmmədov

[b]Hüquq müdafiəçisi Sahib Məmmədov[/b] bu il mülki hüquqlar ətrafında baş verənləri bolşevizm dövrü ilə müqayisə edir:

[b]«Adamların əlindən ucdantutma mülkiyyətlərini alırlar. Ya kompensasiya vermirlər, ya da cüzi məbləğ verirlər. Fərq ondadır ki, bolşevik inqilabından sonra varlılardan alıb kasıblara verirdilər, indi kasıblardan alıb varlılara verirlər. Elə Respublika Sarayının arxasında baş verən acı mənzərəyə baxaq. Ümumrespublika üzrə götürsək, məsələn, neft, qaz, su kəmərlərinin çəkilişi ətrafında baş verən köçürülmələrlə müqayisədə bu, kiçik hadisədir. Ancaq gözümüzün qabağında olan ən yaxşı nümunədir. Biz bu ədalətsizliyi görürük. Görürük ki, insanlar öz mülkiyyətlərini bazar qiymətinə sata bilmir. Bu misalda bu, dövlət ehtiyacı sayılmamalı idi».[/b]

Sahib Məmmədov bu problemin 2011-ci ilə keçdiyini də təəssüflə bildirir.

Həmin ərazidə Qış Parkı salınacaq. Park keçmiş Respublika Sarayından Azərbaycan Dram Teatrına qədər uzanacaq.

Qarşıdakı 10 il ərzində isə 8 milyon kvadratmetrlik ərazidə köhnə evlərin sökülməsi planlaşdırılır. [b]Bunun da 350 min insanı əhatə edəcəyi bildirilir.[/b]

Köhnə evlərin yeniləri ilə əvəzlənməsinə dair proqramın müəlliflərindən biri İlqar İsbətov mətbuata bildirib ki, proqram 2020-ci ilə qədər həyata keçiriləcək. [/font]

Link to comment
Share on other sites

[font="Arial"][b]ABŞ-da 1 il pulsuz təhsil almaq istəyirsən?[/b]

[img]http://gdb.rferl.org/932123ED-E13F-442B-8B1B-2986249DA8EB_mw270_s.jpg[/img]
Könül Əzimzadə və Aynurə Piriyeva


[b]“Amerikada kimsə əlinə qutu götürə bilər, universitetə də girə bilər, sinif-sinif pul yığa bilər ki, xeyriyyə tədbiri keçirsin. Və ya məsələn, küçədə oynaya bilər, yığdığı pulu xeyriyyəyə sərf edə bilər. Amma bizdə uzun prosesdir bu, məsələn küçədə rəqs etmək üçün də Bakı Şəhər İcra Hakimiyyətindən icazə almaq lazımdır, çünki bu, “asayişi pozur”.
[/b]

[b]Könül Əzimzadə ABŞ-da təhsil alıb Azərbaycana qayıdandan sonra əsl mədəniyyət şoku yaşadığını deyir.[/b]

Könül Qlobal Tələbə Mübadiləsi [b](UGRAD)[/b] proqramının məzunudur. O, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu Tərəfindən maliyyələşdirilən proqramla 1 il ABŞ-da pulsuz təhsil alıb. [b]Tələbə deyir ki, təhsil aldığı müddətdə Amerika cəmiyyəti onun dünyagörüşünün formalaşmasına xeyli təsir göstərib:[/b]

[b]AZƏRBAYCAN KİMİ MÜKƏMMƏL ÖLKƏ YOXDUR
[/b]

“Biz burdan getməzdən əvvəl elə bilirik ki, Azərbaycan kimi mükəmməl ölkə yoxdur. [b]Təhsil alıb gəldikdən sonra cəmiyyətimizdəki problemləri görürük, köhnəfikirliliyi, konservativliyi görürük və s.[/b] Amma həmişə də ölkəmizdə təriflər eşidirik: “Ölkəmiz dünya standartlarına uyğundur və s. və ilaxır”. Doğurdan, bu, insanı dəli edən bir şeydir.[b] Gələndən sonra bir müddət depressiyaya düşürük. Heç kim bizim dilimizdə danışmır. Məcazi mənada dilimizdə danışmır. Nəyisə dəyişmək istəyəndə alınmır, bu da bizə ayrı bir stress verir”.[/b]

UGRAD-ın digər məzunu [b]Aynurə Piriyeva[/b] da tələbə həmkarı ilə razıdır:

[b]5 İLLİK UNİVERSİTET TƏHSİLİNİ ƏVƏZ EDƏN 1 İLLİK TƏCRÜBƏ[/b]

[b]“Mən getməzdən əvvəl başqa bir insan idim, oxuyub gələndən sonra başqa.[/b] [b]Birinci, insan komplekslərdən azad olur. Bizdə qapalı cəmiyyət olduğu üçün müəyyən komplekslər var ki, onları qıra bilmirsən. Amma orda gördüyüm azad cəmiyyət, insanların sənin fikrinə hörmət etməyi, səni necə varsan elə qəbul etməyi bu kompleksləri qırdı”.[/b]

Aynurə deyir ki, bir il ərzində ABŞ-da əldə etdiyi təcrübə [b]5 il universitetdə oxumağa dəyər:[/b]

“Təkcə təhsil baxımından deyil,[b] proqram elə qurulub ki, sən hərtərəfli inkişaf edirsən. Məsələn proqrama hansısa böyük bir Amerika müəssisəsində təcrübə keçmək daxildir”.
[/b]

[b]1 İLDƏ 10 TƏLƏBƏ ABŞ-A GÖNDƏRİLİR
[/b]

UGRAD proqramı koordinatoru [b]Fidan Hüseynovanın sözlərinə görə, indiyədək 200-dən artıq azərbaycanlı gənc bu proqram vasitəsilə ABŞ-da bir illik bakalavr təhsili alıb.
[/b]

[b]“Qlobal Tələbə Mübadiləsi proqramı 1-2-3-cü kurs tələbələri üçün ABŞ-da bir illik ödənişsiz təhsil proqramıdır.[/b] [b]Proqram ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu Tərəfindən maliyyələşdirilir. UGRAD proqramı çərçivəsində hər il 10 nəfər tələbə ABŞ-a göndərilir. Proqram pulsuzdur, tələbələrin bütün xərcləri ödəniləcək, onlara J1 vizası təmin ediləcək”.
[/b]

Bu proqramda tələbələrin seçimi [b]3 mərhələdən ibarətdir. Hazırda 1-ci mərhələdir - ərizə qəbulu mərhələsi. Yanvarın 14-də ərizələrin qəbulu başa çatır.[/b]

Fidan Hüseynovanın sözlərinə görə,[b] ikinci mərhələyə adlamış tələbələrdən ABŞ səfirliyinin əməkdaşları, amerikalı professor və proqramın məzunu müsahibə götürəcək. Müraciətçinin müsahibəsi uğurlu alınsa, onlar TOEFL imtahanına çağırılacaq.[/b]

[b]Proqrama müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr qatıla bilər.
[/b]

Fidan Hüseynova:

[b]“Vacib deyil ki, ABŞ-da təhsil almaq istədiyi ixtisas burda oxuduğu sahə olsun. Tam fərqli bir ixtisas da seçə bilərlər”.[/b]

[b]"UGRAD"IN ƏMMASI...[/b]

UGRAD-la Amerikada bir il təhsil almağa gedən tələbə[b] Azərbaycana qayıdanda 1 il kursda da qala bilər:[/b]

[b]“Əksər tələbələr akademik məzuniyyət götürür Azərbaycanda oxuduğu universitetdən, ABŞ-da təhsil aldıqdan sonra həmin ili burada yenidən oxuyur”.
[/b]

Məzunlardan Aynurə Piriyeva isə deyir ki, o, [b]təhsil aldığı Xarici Dillər Universitetində kursda qalmayıb:[/b]

[b]“Bizdə Boloniya sistemi olduğu üçün kursda qalmadım.[/b] [b]3-cü kursu orada oxudum, kredit sistemi olduğu üçün mənə icazə verdilər ki, burda 4-cü kursdan təhsilimə davam edim.[/b] Bu, universitetdən asılıdır. Elələri var ki, Amerikada oxuduğun 1 ili qəbul edirlər, eləsi də var ki, fənlər uyğun gəlmirsə, tələbələri 1 il kursda saxlayırlar”.

[b]UGRAD proqramından daha nələri bilmək istəyirsiniz?[/b]

Verilişi dinlədikdən sonra suallarınız yarandı? Elə isə suallarınızı foruma yazın, UGRAD məzunları və ekspertlər qaranlıq məqamları sizə aydınlaşdırsın.[/font]


http://www.azadliq.org/content/article/2262430.html

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 77 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 136 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 153 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...