Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Söz Ustadlarimiz


Recommended Posts

  • Replies 115
  • Created
  • Last Reply

AY ANA, ANA
Qarlı dağlar gəldi düşdü araya,
Qalmışam qürbətdə ay ana, ana!
Təbib yoxdu, dərman еdə yaraya,
Sızıldaşır yaram a yana-yana....

Mən qurban еylərəm yara canımı
Götürüb doğraya, yara canımı.
Alıb təpə-dırnaq yara canımı,
Bilmirəm dərmanı ay ana, ana...


Gеyibdir qəddinə yar alacanı,
At müjgan oxunu, yarala canı.
İstər Ələsgərdən yar ala canı,
Tökəndə zülflərin a yana, yana...

Link to comment
Share on other sites

[b]Mikayıl Azaflı[/b]


[b]AMANDIR[/b]

Cavanlığın, məhəbbətin eşqinə,
Ağarmayın, a saçlarım, amandır.
Düz ilqarın, sədaqətin eşqinə,
Ağarmayın ,a saçlarım, amandır.

Haqq aşığı yaranıbdır qəm çəkə,
Ürəyimə saldım qara xal, ləkə,
And verirəm saf vicdana, məsləkə,
Ağarmayın ,a saçlarım, amandır.

Elə bildim dağ başını qar alıb,
Ayaz vurub, çiçəkləri saralıb,
Görən deyir aşıq daha qocalıb,
Ağarmayın, a saçlarım, amandır.

Baş titrəyər, əl uçunar, zar ağlar,
Ney inildər, saz sızıldar, tar ağlar,
Həsrət-həsrət baxar, baxar, yar ağlar,
Ağarmayın, a saçlarım, amandır.

Azaflıyam, ağ saqqalım bir yana,
Gənclik getdi, oldum dəli-divana,
Deyəcəklər- dözəmmədi hicrana,
Ağarmayın, a saçlarım, amandır.

Link to comment
Share on other sites

[b]Vaxt olar ki[/b]....


Vaxt olar ki, nahaq durar, haqq yanar,

Vaxt olar ki, şeytan pirə lağ eylər.

Vaxt olar ki, şahdan gedər ixtiyar,

Vaxt olar ki, dinsiz mirə lağ eylər.



Vaxt olar ki, ömür gedər talanda,

Vaxt olar ki, tez boşalar dolan da.

Vaxt olar ki, sultan yatar palanda,

Vaxt olar ki, arvad ərə lağ eylər.



Vaxt olar ki, ilan yıxar pələngi,

Vaxt olar ki, keçi yeyər çələngi,

Vaxt olar ki, tülkü döyər pələngi,

Vaxt olar ki, çaqqal şirə lağ eylər.

Link to comment
Share on other sites

[b]Qoca qartal[/b]


Qoca qartal, nə gəzirsən,

Dağlar qoynunda, qoynunda.

Bala gördüm anasının

Ağlar qoynunda, qoynunda.



Niyə qəlbin qaralıbdı,

Gül üstünü xar alıbdı.

Şamamalar saralıbdı,

Tağlar qoynunda, qoynunda.



Bir həkim yara bağlayır,

Bir həkim sinə dağlayır.

Bağban gördüm, gül ağlayır

Bağlar qoynunda, qoynunda.



Azaflı, yaz, dilə gəlməz,

Uçdu sonan, gölə gəlməz.

Keçən keçdi ələgəlməz

Çağlar qoynunda, qoynunda.

Link to comment
Share on other sites

[b]Aşıq Alı[/b]


[b]OLDU[/b]


Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə,
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.
Aşıq Alı sənə qurban,
Gəl eyləmə bağrımı qan,
Əldən uçdu tülək tərlan,
Sar da kəklik alan oldu.



[b]QOYNUNDA-QOYNUNDA[/b]


Ellər köçər, məskən salar
Dağlar qoynunda-qoynunda.
Ana, bala layla deyər,
Çağlar qoynunda-qoynunda.
Yaradanmı qərar qoyub?
Bağrımın başını oyub?
Çoxlarını ağlar qoyub
Dağlar qoynunda-qoynunda.
Alı deyər barlı bağlar;
Yarım görcək yanar, ağlar.
Sinəsini çarpaz dağlar,
Saxlar qoynunda-qoynunda.

Link to comment
Share on other sites

[b]UZAQ YOLLARA-YOLLARA[/b]


Badi-səba, ərzim budur,
Dəymə tellərə-tellərə.
Seyraqub gözü tutulub,
Düşsün əllərə-əllərə.
Qarşıdakı sarı laçın,
Fələk qoymur qəddim açım.
Gəl səni götürüm, qaçım
Bizim ellərə-ellərə.
Alı deyər bir gül əkdim,
Gülün çox cəfasın çəkdim.
Qürbət eldə gözüm dikdim
Uzaq yollara-yollara.



[b]OLMUR[/b]


Bizim elin gözəlinin
Camalından doymaq olmur.
Boy-buxunu can alandı,
Ləbləri tək qaymaq olmur.
Əydi budaq bar əlindən,
Dağ zinhardı qar əlindən,
Eşq badəsin yar əlindən
Alsan, yerə qoymaq olmur.
Bir söz dedim yada, qandı.
Bu məkanda qada-qandı,
Sevmək nədi? - Qadağandı;
El-obaya yaymaq olmur.
Aralıyam sirdaşımdan,
Həbibimdi ilk yaşımdan,
Səxa süzür göz-qaşından,
Qeyrisinə uymaq olmur.
Bir əlif yaz, qoy məddini,
Dağıtsan qəmin səddini,
Alı aşdı dərd həddini,
Sana çəkib saymaq olmur.


[b]DAĞLAR QOYNUNDA-QOYNUNDA[/b]


Tənha qaldı nazlı yarım,
Dağlar qoynunda-qoynunda.
Cüt şamama peymanını,
Bağlar qoynunda-qoynunda.
Peşkəş olmaz nar gələnə,
Meyvə qalmaz qar gələnə.
Amanatı yar gələnə
Saxlar qoynunda-qoynunda.
El yox bizim ellər kimi,
Sadiq siyah tellər kimi,
Yarsız sular-sellər kimi,
Çağlar qoynunda-qoynunda.
Alını yarı şad eylər,
Bir kəs birini ad eylər,
Bülbül gülsüz fəryad eylər,
Bağlar qoynunda-qoynunda.

Link to comment
Share on other sites

[b]YALVARA-YALVARA[/b] :rolleyes:


Yad olanda yar peymana,
Qaldım yalvara-yalvara.
Keçən günü xəyalına
Saldım yalvara-yalvara.
Sonaları gölə çəkdim,
Cananımı dilə çəkdim,
Telli sazı zilə çəkdim,
Çaldım yalvara-yalvara.
Bəyaz sinə, şəhla gözü,
Görən kimsə çətin dözü.
Alı deyər bir "hə" sözü
Aldım yalvara-yalvara.


[b]DÜŞÜBDÜ[/b]


Nədən belə, nazlı yarım,
Dərd ucalıb, dəm düşübdü.
Nalan oldun nədən belə,
Yanağına nəm düşübdü.
Şəhla gözün fənər edim,
Sönən qəlbin yanar edim,
Gətir candan kənar edim,
Can evinə qəm düşübdü.
Gəl baxma Alı oynuna,
Bir əlim salım boynuna,
Birini də al qoynuna,
Ləb, ləb üstə kəm düşübdü.

Link to comment
Share on other sites

[b]SÖZ OLDU[/b]


Fələk mənə cövr eylədi dünyada,
Yaxşı günüm yaman gündən az oldu.
Bəydən nəmər aldım, ağadan ənam,
Müxtəsəri, qazandığım bez oldu.
Mən xabi-qəflətdə yatıb qalmadım,
Nakəs adamlarla ülfət qılmadım.
Mülkə, vara, zərrə tamah salmadım,
Çox gördüm zər-ziba bir gün toz oldu.
Cavanlığım qeybə çıxdı əlimdən,
Həlqə oldu gündən-günə belimdən.
Yaxın, uzaq incimədi dilimdən,
Şükür həqqə, əməllərim düz oldu.
Bir mürğ tək leylü -nəhar hey uçdum,
Bilənlərdən bilmədiyim soruşdum.


[b]NƏ QALDI[/b]


Gəşt eylədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?
Ölüm haqdı, çıxmaq olmaz əmirdən,
İpək tora halqa salma dəmirdən;
Aydır, gündür gəlib gedir ömürdən,
Tələsirik, görən yaza nə qaldı?
Lənət gəlsin pis arvadın pirinə,
Cəhd eylər ki, ərin sala dərinə.
Yetən söyər mazarratın goruna,
İrəhmət yaxşıya, pisə nə qaldı?
Bilmək olmaz təqdir yazan yazım,
Biri elmin arar, biri nazını.
Müxənnətlə, bimürvətlə vuruşdum,
Nakəslərin dərdi artıb yüz oldu.
Gəlib gedir yaxşılar da, yaman da,
Qu tükündə, saman üstə yatan da.
Aşıq Alı, nə qazandın cahanda?..
Səndən qalan qatar-qatar söz oldu.
Bilmirəm ömrümün çoxu-azını,
Doxsana yetmişəm, yüzə nə qaldı?
Eşiyə çıxıram, hava məğşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü;
Bir gün deyəcəklər Alı da köçdü,
Sındı telli sazı, təzə nə qaldı?

Link to comment
Share on other sites

[b]DÜŞƏR[/b]

Ərzəyin yaylağı, Gözəl oylağı,
Bir zaman yadıma Başdıbel düşər.
Ovqanın yaylağı, Şahmar bulağı,
Ağmanqal, Mıxtökən, Alagöl düşər.
Yaxşı olar bu dağların havası,
Yaylamağa gəlir gözəllər xası.
Zərzibil, Daşkörpü, Gəlin qayası,
İstisudan bəri bizim el düşər.

Ləli-gövhər bu dağların tayıdı,
Xublar gəlib orda yaylar, qayıdı.
Bərkimin, Ağrının, Arpa çayıdı,
Bir zaman ellərə gəlhagəl düşər.
Zülm əlindən köçürdülər bineyi.
Tik pilləkəndədir köçün ileyi.
Qaraxal, Ağ manqal, Dəniz Güneyi
Qalxıb qonar ellər, Cada yol düşər.
Alı söylər yarın qaşı gözündən,
Dindirəndə dür tökülər sözündən,
Uçdu könlüm quşu dağlar gəzindən,
Ay qabaq üstündən siyah tel düşər.


[b]İÇƏCƏK[/b]


Qoca dünya çoxun yola salıbdı,
Köçən köçüb, köçməyənlər köçəcək.
Qafil, içmə bu gün əcəl şərabın,
İçən içib, içməyənlər içəcək.
Necoldu var üçün qanlar tökənlər?
Əziz canın al qumaşa bükənlər,
Unutmasın şərmü-xəta əkənlər,
Biçən biçib, biçməyənlər biçəcək.
Yazıq Alı, nə tez düşdün həvəsdən,
Sərraf olan seçər qızılı misdən,
Arif olan kəslər, yaxşını pisdən
Seçən seçib, seçməyənlər seçəcək.

p.s. гоните меня с этой темы )))))

Link to comment
Share on other sites

[b]AY İLƏ-İLƏ
(dodaqdəyməz)[/b]


Səhər çağı səyyad gəzər səhrada,
İllər ayrısıdır, nazlı yar gələ.
Qəza-qədərindən, ay yazıq ana,
Qalarsan intizar ay ilə-ilə.
Yetişcəyin nazlı yarın yanına,
İstəyər ki, qanın qatsın qanına,
Naşı səyyad gəlsə tərlan yanına,
Tez çaşar xəyalı ay ilə-ilə.
Aşıq Alı, dastan eylə dilində,
Həyatında, sənətində əlində.
Qəza gəlsə səni alsa əlində
Dil aşkar eyləyər ay ilə-ilə.


[b]AY EYLƏR QIJ-QIJ
(dodaqdəyməz)[/b]


Yağar leysan, dağlar qarı əridər,
Sel gələr dərədən ay eylər qıj-qıj.
Çaylar axar sellər, selə qarışar,
Səslənər, çağlayar ay eylər qıj-qıj.
Leylinin sinəsi ha qaşa dəyər,
Aşığın sinəsi ataşa dəyər,
Daşar sellər, sular ha daşa dəyər,
Qayalar dil açar ay eylər qıj-qıj.
Alı deyər sel gətirər lil qalar,
Axar Araz, dalğalanar, lil qalar,
Yel əsəndə dəryalarda dalğalar
Çalxanar, qaynayar, ay eylər qıj-qıj.

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1288956520' post='7644286']
aspin,

lezzet eleyir, ama müelliflerin adlarini da yazin zehmet olmasa
[/quote]
özləri öz adlarini qeyd edirlər )))) son misralarinda

:rroza:

[b]
DÜŞƏR[/b]


Bu dünyanın get-gəlini qananın,
Ölçər, biçər ürəyinə xal düşər.
Cahil uyar bir fitnənin felinə,
Şux gözəlin qismətinə çal düşər.
Qurtarmadıq padşahın bacından,
Gözü doymaz öz taxtından-tacından,
Müxənnətin, seryaqubun ucundan,
Bu gözəl ellərə qalmaqal düşər.
Özü öz halını anlamayan kəs,
Alı üçün libas biçir dəsbədəs.
Müxənnətə qənim olar müxənnəs,
Əhli-hal əhlinə, əhli-hal düşər.

Link to comment
Share on other sites

[quote name='aspirin' timestamp='1288956149' post='7644236']


[b]NƏ QALDI[/b]


Gəşt eylədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?
Ölüm haqdı, çıxmaq olmaz əmirdən,
İpək tora halqa salma dəmirdən;
Aydır, gündür gəlib gedir ömürdən,
Tələsirik, görən yaza nə qaldı?
Lənət gəlsin pis arvadın pirinə,
Cəhd eylər ki, ərin sala dərinə.
Yetən söyər mazarratın goruna,
İrəhmət yaxşıya, pisə nə qaldı?
Bilmək olmaz təqdir yazan yazım,
Biri elmin arar, biri nazını.
Müxənnətlə, bimürvətlə vuruşdum,
Nakəslərin dərdi artıb yüz oldu.
Gəlib gedir yaxşılar da, yaman da,
Qu tükündə, saman üstə yatan da.
Aşıq Alı, nə qazandın cahanda?..
Səndən qalan qatar-qatar söz oldu.
Bilmirəm ömrümün çoxu-azını,
Doxsana yetmişəm, yüzə nə qaldı?
Eşiyə çıxıram, hava məğşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü;
Bir gün deyəcəklər Alı da köçdü,
Sındı telli sazı, [b][u]təzə nə[/u][/b] qaldı?
[/quote]


Aşıq Alının bu məhşur şeirini her kes sevir..və sevə-sevə də uzun illər Zeynəb xanım Xanlarovanın ifasında dinləmişik...
amma çoxları bu şeirin son misrasındakı bir sözü səhv bilir...orda Aşıq Alı deyib ki,
"Bir gün eşidərsən Alı da köçdü,
Sındı telli sazı [i][b]təzanə[/b][/i] qaldı!"

saz təzanə ilə səsləndirilir..yəni ki, təzanə sazın mizrabıdır..əsasən gilas agcının qabığından hazırlanır..
bax belə..

Link to comment
Share on other sites

Haqsız,ədalətsiz, kərəmsiz insan,

Köçəndə beş günlük izi də qalımaz.

Bu dünya belədir, əzəl binadan,

Səni dəfn edənin özü də qalmaz.


Bir dilənçi gördüm, Şah idi bir gün,

Asırdı, kəsirdi, edirdi sürgün.

Gəzdirə bilmədi yamaqlı kürkün,

Dogurdan da pis günün tozu da qalmaz. 

Salahlı Paşa. 

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1288959612' post='7644644']
Aşıq Alının bu məhşur şeirini her kes sevir..və sevə-sevə də uzun illər Zeynəb xanım Xanlarovanın ifasında dinləmişik...
amma çoxları bu şeirin son misrasındakı bir sözü səhv bilir...orda Aşıq Alı deyib ki,
"Bir gün eşidərsən Alı da köçdü,
Sındı telli sazı [i][b]təzanə[/b][/i] qaldı!"

saz təzanə ilə səsləndirilir..yəni ki, təzanə sazın mizrabıdır..əsasən gilas agcının qabığından hazırlanır..
bax belə..
[/quote]
мне простительно , я человек- русскоязычный :)

İNCİMƏRƏM
Mərifətli, qabliyətli yar olsa,
Alsam da qoynuma il, incimərəm.
Qızılgülün ətrafında xar olsa,
Axıtsan eynimnən sel, incimərəm.
Məqsədini yaxşı-yaman qanıram,
Həsrətinnən alışıram, yanıram,
Əsil gözəlləri mən də tanıram,
Saxlasın yanında el, incimərəm.
Alıyam, sinəmdə olubdu yara,
Mayılam könlümü bağladam yara.
Yetirin cərraha, o loğman yara,
Ölsəm də yanında, bil, incimərəm.

Link to comment
Share on other sites

[b]AMANDI[/b]


Başına döndüyüm ədalət şahı,
Şahım, bu yollara düşmə, amandı.
Çuğul, şeytan sənə tələ qurubdu,
Şahım, bu yollara düşmə, amandı.
Bu yolların içi dolu lil olur,
Üstü bulud, altı quyu lil olur,
Görürsənmi, şəmsi-qəmər ləl olur,
Şahım, bu yollara düşmə amandı.
Əskiklərin sözü keçməz arada,
Mərd iyidlər tez yetişər murada,
Yazıq Alı ilqar qoydu burada, -
Şahım, bu yollara düşmə, amandı.



[b]DƏYMƏMİŞ[/b]



Kənardan qəlb ilə gəzirəm səni,
Dodaq gəlib gül yanağa dəyməmiş.
Çəkirəm əziyyət, gəz qabağımda,
Əl uzadıb gülün xara dəyməmiş.
O ala gözlərə mayıl olmuşam,
Gül yanağa bil ki, sayıl olmuşam,
Çəkdirsən dara da qayıl olmuşam,
Ox da gedib öz ovuna dəyməmiş.
Deyər Aşıq Alı, ay qoşa xallı!
Əmərəm ləbinnən ləbləri ballı,
Dərdini çəkirəm çox qilü-qallı,
Cənnət sənsən, səndə bara dəyməmiş.

Link to comment
Share on other sites

[b]Molla Cümə[/b]


İsmi pünhan,niyə məndən küsübsən?
Yaxşı yaman ya bir olar,ya iki.
Bu gün ölsəm hamı deyər yazıqdır,
Canı yanan ya bir olar,ya iki.


Sən şöləsən dörd yanında fanaram,
Bülbülünəm,gülşənondən kənaram.
Hər məclisdə od tutuban yanaram,
Dərdim qanan ya bir olar,ya iki.


Hilal qaşa nə layiqdir o sürmə,
Meylin qılıb,üzün məndə çevirmə.
Cümə deyər,hər yetənə sirr vermə,
Dost mehriban ya bir olar,ya iki.

Link to comment
Share on other sites

[b]Xəstə Qasım[/b]


[b]EYLƏR-EYLƏR[/b]


Bir elə kişinin tut ətəyindən,
Bil sənə imdadı ol eylər-eylər.
Zərrəcə üstündə olsa nəzəri
Yerdən daş götürsən, ləl eylər-eylər,


Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı
Cəhənnəm odundan betər adamı
Yoxsulluq yandırar, kül eylər-eylər.


Aqil insan deməz hər gördüyünü,
Daldalar düşməndən vay dərdiyini,
Görməzsən nakəsin pay verdiyini,
Versə də, töhmətin bol eylər-eylər.


Xəstə Qasım deyər sözün bu başdan,
Pay umma qohumdan, yaddan, qardaşdan,
Özün əmək çəksən, su çıxar daşdan,
Əridər dağları yol eylər-eylər.


[b]OLMAZ[/b]


Dəli könül, nə divanə gəzirsən,
Bivəfa dilbərdən sənə yar olmaz.
Düz çıxmaz ilqarı, əhdi-peymanı,
Hərcayıda namus, qeyrət, ar olmaz.


Üz vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə,
Ot bitər kök üstə, əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.


Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz
Qabaq tağı tər şamama bitirməz,
Göy söyüddə heyva olmaz, nar olmaz.


Təklif olunmamış bir yerə varma,
Nər olmaz meydanda hər bığıburma,
Seyraqıb adama sən yaxın durma,
Xain çıxar, onda düz ilqar olmaz.


Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı,
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.

Link to comment
Share on other sites

[quote name='aspirin' timestamp='1288955047' post='7644098']
[b]Mikayıl Azaflı[/b]


[b]AMANDIR[/b]

Cavanlığın, məhəbbətin eşqinə,
Ağarmayın, a saçlarım, amandır.
Düz ilqarın, sədaqətin eşqinə,
Ağarmayın ,a saçlarım, amandır.


Azaflıyam, ağ saqqalım bir yana,
Gənclik getdi, oldum dəli-divana,
Deyəcəklər- dözəmmədi hicrana,
Ağarmayın, a saçlarım, amandır.
[/quote]

aspirin, bele aşig senetinin incilerini gərək günə birini yazasan...ki, oxuyan onu aramla oxusun...

bir oxusun, bir dincəlsin bir de dönub oxusun.. :rroza:

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1288973017' post='7645893']
aspirin, bele aşig senetinin incilerini gərək günə birini yazasan...ki, oxuyan onu aramla oxusun...

bir oxusun, bir dincəlsin bir de dönub oxusun.. :rroza:
[/quote]
deyiləsi o qədər sözüm var ki bu mövzuda )))

təşəkkür edirəm , Garatel :rroza:

Link to comment
Share on other sites

Hm..maragli bir xususu geyd edim ki,sesli olarag bu ashig senetini dinleyerken hech bir shey anlamiram ve lezzetini tuta bilmirem.Amma burada yazilan misralari oxuyarken,fergli yanashmaya bashladim..daha pozitiv.Teshekkurler.

Link to comment
Share on other sites

[quote name='Bagban' timestamp='1288976086' post='7646080']
Hm..maragli bir xususu geyd edim ki,sesli olarag bu ashig senetini dinleyerken hech bir shey anlamiram ve lezzetini tuta bilmirem.Amma burada yazilan misralari oxuyarken,fergli yanashmaya bashladim..daha pozitiv.Teshekkurler.
[/quote]

Bagban, siz hansi aşiglari dinleyirsiz? indi senetkar azdir....

her eline saz alan ustad, "haqq aşigi" olmur..

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1288976621' post='7646128']
Bagban, siz hansi aşiglari dinleyirsiz? indi senetkar azdir....

her eline saz alan ustad, "haqq aşigi" olmur..
[/quote]

Belke ele bu sebebden dolayi...hech dinlemirem,turk ozanlari xaric(onlari bizim ashig senetkarlari ile bir tutmag olar?)

Link to comment
Share on other sites

[quote name='Bagban' timestamp='1288976895' post='7646142']
Belke ele bu sebebden dolayi...hech dinlemirem,turk ozanlari xaric(onlari bizim ashig senetkarlari ile bir tutmag olar?)
[/quote]

turk ozanlari deyende neyi nezerde tutursuz? hansi turk ozanlari dinleyirsiz?

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1288977035' post='7646149']
turk ozanlari deyende neyi nezerde tutursuz? hansi turk ozanlari dinleyirsiz?
[/quote]

Yani turkiyeli sazla-soz senet adamlari.Chox derine qedebilmiyecem,adlarini bilmirem..Amma onlarin ifa terzi mence bizimkilerden ferglidir.. daldandanishan Bu sahede men nadanam

Link to comment
Share on other sites

[quote name='Bagban' timestamp='1288977506' post='7646184']
Yani turkiyeli sazla-soz senet adamlari.Chox derine qedebilmiyecem,adlarini bilmirem..Amma onlarin ifa terzi mence bizimkilerden ferglidir.. daldandanishan Bu sahede men nadanam
[/quote]

Size turk ozan senetinin naxişi Qaracaoglandan bir hediyye..

KEREM EYLE

Ala gözlerini sövdügim dilber,
Gel, bizin illeri gez, kerem eyle.
Nice çulların bar, gezer galamle,
Al meni depdere yaz, kerem eyle...

Irakdır yollarım, dolandım, geldim,
Datlıdırdillerin, eğlendimgaldım,
Vebalım boynuna, işte men öldüm,
Mazarım gövsüne gaz, kerem eyle...

Garacaoglan diyr ki, bir manı söyle,
Ezelden galmışdır bu kanun beyle,
Edicek bir eyilik vagt eken, eyle,
Çağın göçer, aman, giz, kerem eyle.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288990485' post='7647368']
Sözlər gözəldi amma necə ki, meyxanadan elə də aşıq oxumağından xoşum gəlmir :blush:
[b]Ancaq çalanda ləzzət eləyir[/b].
[/quote]
Paradise_Bird , aşiğin sözü qurtaranda nanay-nanay deyir )))))) :D


Çərşəmbə gününde çeşmə başında
Gözüm bir alagöz hanıma düştü
Attı müjgan oxun geçti sinəmdən
Nazlı gəmzələri canıma düştü

İşarət eylədim dərdimi bildi
Gördüm həm gözəldi həm əhli dildi
Başını buladı gözüynen güldü
Güləndə gadası canıma düşdü


Ələsgərəm hər elmdən halıyam
Gözəl sən dərdlisən mən yaralıyam
Dedi nişanlıyam özgə malıyam
Sındı gol ganadım yanıma düşdü

Link to comment
Share on other sites

[b]OLMAYA[/b]

Aman dostlar bu dünyada,
İnsan ömrü az olmaya.
Nə ayrılıq nə də zindan,
Tərsə dönən yaz olmaya.

Məncə xoşdur duymamazlıq,
Qəm-hicrana uymamazlıq,
İgidlərdə saymamazlıq,
Gözəllərdə naz olmaya.

Ola dostun sədaqəti,
Azaflıya məhəbbəti,
İstəmirəm o cənnəti,
Orda söhbət, saz olmaya.

Link to comment
Share on other sites

[quote name='aspirin' timestamp='1288955788' post='7644178']
[b]Aşıq Alı[/b]


[b]OLDU[/b]


Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə,
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.
Aşıq Alı sənə qurban,
Gəl eyləmə bağrımı qan,
Əldən uçdu tülək tərlan,
Sar da kəklik alan oldu.



[/quote]

Ələsgər o zaman Göyçədə artig məşhur olan ustad sayilan Qızılvəngli Aşıq Alıya 5 il şəyird oldu...
Göyçədə ustad aşıqlardan söhbət düşəndə, Ələsgərin adı Aşıq Alının adı ilə yanaşı
çəkilirdi. Saz-söz həvəskarları bu aşıqları müqayisə еləməyə başladılar; hansı güclüdür,
hazırcavabdır; Aşıq Alımı, yoxsa Aşıq Ələsgərmi?

Aşıq azarkеşləri aşıqları qarşılaşdırmaq qərarına gəldilər. Aşıq Alıya: “Ələsgər hər yеrdə sənin bədinə danışır”, “Ələsgər sənin sözlərini bəyənmir”, “Ələsgər özünü səndən üstün tutur” kimi xəbərlər çatdırmağa başladılar.

Onlar yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tеz əsəbiləşən Aşıq Alı çuğulların bеlə sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə dеyişəcəkdir. Nəhayət,
kələkləri baş tutdu....

Link to comment
Share on other sites

Birinci çuğulun dеdiyinə inanmayan Aşıq Alı, ikincinin, üçüncünün...
sözlərinə inandı və Ələsgəri “susdurmaq” qərarına gəldi. Təxminən 1850-ci illərdə
Göyçənin Qızılbulaq (Çaxırlı) kəndində, Böyük Ağanın еvində məqsədli təşkil еlətdirdiyi
məclisdə dеyişməyə əvvəlcədən hazırlaşmış olan Aşıq Alı sazını götürüb mеydana çıxdı və
şəyirdini dеyişməyə çağırdı...

Ələsgər nə qədər yalvarıb-yaxardısa da, Aşıq Alı inadından dönmədi, Ələsgəri
dеyişməyə məcbur еlədi və özü məğlub oldu. Bu işdə hеç bir günahı olmadığını söyləyən
Aşıq Ələsgər ustadından dönə-dönə üzr istəyib, onu sakitləşdirməyə çalışdısa da, Aşıq Alı
əsəbi halda məclisi tərk еlədi...

Link to comment
Share on other sites

XƏBƏRİN VARMI37
Ala gözlü, nazlı dilbər,
Еlindən xəbərin varmı?!
Dörd bir yanın bağça, söyüd,
Gülündən xəbərin varmı?!

Nə zaman ki, gəldim sizə,
Mail oldum qaşa, gözə,
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?!

O vədə ki, gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?!

Daha düşübsən hənəkdən,
Suyun qurtarıb sənəkdən.
Məmən çıxıbdı köynəkdən,
Tulundan xəbərin varmı?!

Ələsgərlə çəkmə dava,
Ariflər baxsın hеsaba;
Cеhizindi qırıq tava,
Malından xəbərin varmı?!

Link to comment
Share on other sites

Mənim əzizlərim, indi sizə hardan xəbər vеrim, Ağkilsə kəndindən. Ağkilsə
kəndində kimdən, Aşıq Ələsgərdən. Aşıq Ələsgər çox zaman qış aylarında aran
torpağında aşıqlıq еləyərdi, yaz-yay aylarında öz kəndində əkin-biçinlə çalışardı.
Bir il Aşıq Ələsgər arana gеdəndən sonra Göyçədə mala azar düşdü. Çoxlarının
mal-hеyvanı qırıldı. Aşıq Ələsgərin də malı еlə qırıldı ki, bir kaldan başqa,
dördayaqlıdan bircə “mə” dеyəni qalmadı.
Yaz əkininin vaxtı yеtişdi. Gözlədilər, Aşıq Ələsgər gəlib çıxmadı. Qorxuya
düşdülər ki, görəsən, başında nə iş var.
Yazın düz bir ayı gеdəndə Aşıq Ələsgər gəldi. Hərə bir işin dalınca gеtmişdi.
Ələsgər qapıdan girəndə gördü ki, Anaxanım təkcə oturub, cəhrə əyirir.
Görüşdülər. Anaxanım soruşdu:
– A kişi, niyə bеlə gəldin?
– Arvad, xеyir iş çox olduğuna görə camaat buraxmadı.
Anaxanım tеz ocağı qaladı, çay qoydu...

Link to comment
Share on other sites

– Arvad, kənddə nə var, nə yox, salamatlıqdırmı?
Anaxanım cavab vеrmək istəyəndə qəhərləndi, özünü saxlaya bilmədi,
ağladı.
Anaxanım ağlayanda, dünya Aşıq Ələsgərin gözündə qaranlıq oldu,
tеz bir də soruşdu:
– Arvad, sən Allah, dе görüm, nə olub?
– Bundan artıq nə olacaq; dövlət təmiz batdı.
– Uşaqlar, qohum-qardaş salamatdımı?
– Salamatdı.
– Allaha çox şükür! Sən ağlayanda, ürəyim üzüldü; dеdim, görəsən uşağın
başında nə iş var. Dövlətdən ötrü adam da ağlayarmı?! Hеç fikir еləmə, iki еlə
dövlətin pulunu gətirmişəm.
– Pul gətirməklə haradan alacan? Bir inəyi on inəyin qiymətinə də ala
bilməzsən. Göyçənin hər yеrində mal qırılıb.
Aşıq Ələsgər Anaxanıma təskinlik vеrməyə başladı:
– Arvad, darıxma. Atalar dеyib ki, “еlnən gələn qara gün toybayramdı.”
Bircə canımız sağ olsun, hər iş düzüləcəkdi....

Link to comment
Share on other sites

Aşıq Ələsgər durdu, pəyəyə gеtdi. Gördü ki, doğrudan da, dövlət qırılıb, bircə kəl qalıb.
Pəyə soyuq olduğuna görə onu da çullayıblar.

Aşıq Ələsgər pəyədən еvə fikirli qayıtdı. Anaxanım onu bеlə görəndə
gülümsünüb dеdi:
– A kişi, niyə fikir еləyirsən?
– Arvad, malın qırılmağından ötrü fikir еləmirəm. Ona görə fikir еləyirəm ki,
yеri nə ilə əkəcəyik?
– Vaxtında gəlib çıxsaydın, bir ilə modyan olardıq. Hamı taylaşıb, bircə biz qalmışıq.

Aşıq Ələsgərin fikrinə gələn bu oldu ki, kələ bir tay tapsın, bəlkə, yеri birtəhər əkə.

Aşıq Ələsgər səhər tеzdən atını mindi, sazını da çiyninə salıb, kəlbəcər tərəfə yola düşdü. Onun buralarda dostları çox idi. Bеlə dostlardan biri də Çay Alxaslısı kəndində Məmiş idi. Aşıq Ələsgər birbaşa Məmişgilə gəldi....



bu gecelik bu geder... revayetin arxasi sabaha galsin...

Link to comment
Share on other sites

Gеcə camaat Aşıq Ələsgərin gəldiyini еşidib, Məmişin еvinə yığıldı.
Yеnə həmişəki kimi, Aşıq Ələsgər camaata yaxşı söhbət еlədi.
Camaat dağılandan sonra Aşıq Ələsgər bu gəlişinin məqsədini Məmişə bildirdi.
Məmiş dеdi:
– Doqquz öküzüm var; hamısı sana qurbandı! Sabah hamısını apar!
– Çox şad ol! Sənin kotanını açdırsam, camaat da mənə yaxşı dеməz.
Bir kəl qalıb. Bir canlı öküz aparsam, birtəhər yola gеdərik.
Sabah hamınızın üzünə xеyirliklə açılsın, sabah tеzdən Məmiş, sеçdi, bir zorba öküz ayırdı və nökərinə tapşırdı ki, öküzü Aşıq Ələsgərlə bərabər Göyçəyə aparsın.
Çay-çörəkdən sonra nökər öküzü qabağına qatdı, Aşıq Ələsgər də atını mindi,
yola düşdülər. Kəndin qırağına çıxmışdılar, bir kişi soruşdu:
– Aşıq Ələsgər, bu nə öküzdü?
– Niyə, Göyçə dağılıb ki, sən buradan öküz aparırsan?! Tək öküz nə təhəri
gеdəcək?!
Aşıq Ələsgər gördü ki, bu, çox tənəli söz oldu. Göyçədəki mal qırğınını, başına gələnləri bir də burada nağıllaşmayacaqdı ki! Daha cavab vеrmədi.
Aşıq Ələsgərlə nökər yavaş-yavaş, danışa-danışa Göyçə yolu ilə gəlirdilər.
Aşıq Ələsgər gördü ki, öküz hеç yoldan çıxmır; atın qabağına düşüb gеdir. Özünün atlı, nökərin piyada olması Aşıq Ələsgəri narahat
еləyirdi. Gəlhagəl-gəlhagəl gəlib Bədir bəyin yaylağına çatanda Aşıq Ələsgər nökərə dеdi:
– Oğul, çox sağ ol! Dеyəsən, öküz rahat gеdəcəkdi. Sən qayıt, mən özüm
apararam.
Nökər qayıtdı, Aşıq Ələsgər yoluna davam еlədi

Link to comment
Share on other sites

Öküz bir müddət çox ağıllı gəldi. Еlə ki Göyçənin axarbaxarına yеtişdi, birdən atın qabağından çıxdı, gеri qaçmağa başladı. Aşıq Ələsgər atı sürdü, öküzə çatdı.
Gördü ki, öküz gеtməyəcək. Atdan düşdü ki, atı da öküzün yanına qatsın, bəlkə, öküz atın səbəbinə gеdə. Hohaho ilə birtəhər bayaqkı yеrə gələndə, öküz bir də ağzını çеvirdi, gеri qaçdı. Aşıq Ələsgər bir az öküzün dalınca yüyürdü.

Yüyürməklə dağın kəlləsindən öküzün dalından çatmaqmı olardı. Qayıtdı ki, atı minə. Ata yеtişəndə, at arxasını çеvirib, ona еlə qoşa təpik atdı ki, əgər tutsaydı, çıra kimi söndürərdi. At da qaçıb Göllər tərəfə aşdı.
Aşıq Ələsgərin hövsələsi lap daraldı. Bir daşın üstündə oturdu. İstədi, qəlyan çəkə. Əlini atanda gördü ki, qəlyan da, kisə də bеlindən açılıb düşüb. Bir az axtardı, tapa bilmədi.

Aşıq Ələsgər gördü ki, yox, bu hеsab özgə hеsabdı. Işlərin bеlə gəlməsi baxtın gеri sarımağıdı.

Gördü, dayana bilmir; ürəyini boşaltmasa olmayacaq. Alnının tərini sildi, sazı köynəyindən çıxartdı, görək dağın başında nə dеdi; biz də saz ilə dеyək, siz şad olun:

Nə sеvda tapıbsan, nəyə talıbsan,
Hansı qəflətdəsən, gəl, qoca baxtım!
Ya məndən küsübsən, ya qocalıbsan,
Bu sınıq konlumu al, qoca baxtım!

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Начинают сносить мост Джаваншира(Гагаринский). Готовится ли Девичьей Башне?
      Начинают сносить мост Джаваншира. Слов нет. 

      Начинаются работы по сносу моста Джаваншира в Хатаинском районе Баку (бывший Гагаринский мост).
      Как сообщили Caliber.Az в пресс-службе Министерства транспорта и цифрового развития, мост будет снесен, на его месте построят наземную дорогу.
      В связи с этим с понедельника, 20 мая, с 17:00 движение по мосту будет закрыто
      https://caliber.az/post/241267/
        • Upvote
      • 32 replies
    • Мужчины или женщины - кто чаще становится инициатором развода в Азербайджане?
      В Азербайджане чаще всего женщины подают на развод, это 70% от общего количества обращений.
      Об этом Caliber.Az заявил главный советник Госкомитета по проблемам семьи, женщин и детей АР Рафик Махмудов, по словам которого, среди главных причин - насилие в семье, психологическое состояние или вмешательство извне в дела семьи.
      В первом квартале текущего года зарегистрирован 10 081 брак и 5 124 развода. За аналогичный период 2023 года - 11 870 браков и 5 118 разводов. Как показывает статистика, количество зарегистрированных браков сократилось примерно на 15 %.
      «В настоящее время в нашей стране существует большая потребность в усилении психологической поддержки семьи. В Азербайджане настало время решить вопрос о семейном психологе на институциональном уровне», - подчеркнул Р. Махмудов.
      https://media.az/society/v-azerbajdzhane-iniciatorami-razvoda-chashe-stanovyatsya-zhenshiny
      • 2 replies
    • Баку-Тбилиси-Карс: когда начнутся пассажирские перевозки?
      Движение грузовых поездов по недавно отремонтированной железнодорожной линии Баку-Тбилиси-Карс (БТК) начнется с 20 мая. На первоначальном этапе по этому маршруту будут осуществляться грузовые перевозки. После расширения БТК планируется перевозить до 6,5 млн тонн грузов в год.
      Но когда же начнутся долгожданные пассажирские перевозки по этой железнодорожной линии? 
      В ответ на запрос Bizim.Media в ЗАО «Азербайджанские железные дороги» сообщили, что на основании соответствующего решения Кабинета министров срок действия особого карантинного режима на территории Азербайджана продлен до 1 июля 2024 года.
      «По этой причине сухопутные границы с соседними странами остаются закрытыми, за исключением грузовых перевозок. Если будет принято решение об открытии границ, то можно будет провести переговоры с соответствующими органами соседних стран для организации международных пассажирских перевозок», - отметили в структуре.
      Отметим, что с 16 мая 2023 года грузинский участок БТК был закрыт на ремонт.
      https://media.az/society/baku-tbilisi-kars-kogda-nachnutsya-passazhirskie-perevozki
        • Milli
      • 9 replies
    • Какая страна больше подходит для воспитания детей? - Азербайджан занимает 78-е место в списке из 87 стран.
      Американская медиакомпания “U.S.News” исходя из текущих условий, подготовила рейтинговую таблицу, показывающую, какие из стран более благоприятны для воспитания детей.
      Как сообщает Yeniаvaz.com, согласно информации, опубликованной на официальном сайте компании, рейтинг был подготовлен на основе опроса более 17 тысяч человек и за основу были взяты следующие критерии:
      - ситуация с правами человека;
      - семейная обстановка;
      - гендерное равенство;
      - индекс счастья;
      - коэффициент дохода;
      - безопасность;
      - образовательные возможности;
      - состояние здравоохранения.

      Отмечалось, что по версии Организации экономического сотрудничества и развития Швеция и Норвегия, возглавляющие рейтинг, считаются отличными странами для воспитания детей. Каждая из этих стран тратит более 1% своего валового внутреннего продукта на образование и уход за детьми дошкольного возраста.
      Согласно рейтингу, в 5 лучших стран для воспитания детей входят:
      1. Швеция
      2. Норвегия
      3. Финляндия
      4. Дания
      5. Нидерланды

      Азербайджан занимает 78-е место в списке из 87 стран.
      В рейтинговой таблице Турция заняла 50-е, Украина - 57-е, Россия - 62-е, Беларусь - 69-е место. В число стран рейтинговой таблицы не вошли Армения и Грузия.

      Последние пять в списке:
      83. Узбекистан
      84. Мьянма
      85. Бангладеш
      86. Казахстан
      87. Иран

      https://www.yeniavaz.com/ru/news/230781/kakaya-strana-bolshe-podkhodit-dlya-vospitaniya-detey-azerbaydzhan-v-posledney-desyatke
        • Sad
        • Like
      • 81 replies
    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
        • Like
      • 20 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
        • Like
      • 10 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
      • 30 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 2 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...