Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Heyf ki, belə tez ölüb əlimdən çıxdın...

Garatel

Recommended Posts

Nəriman Nərimanov və Mircəfər Bağırov "virtual" söhbəti...

Bağırov – Heyf ki, belə tez ölüb əlimdən çıxdın. Dünyada ən ağır cəzanı sənə verdirəcəkdim.

Nərimanov – Niyə, ona görə ki, səni ÇK-ya sədr təyin elədim ?

Bağırov – Xeyr, Azərbaycanda qurduğun sosializmə görə. Xalqımızın başına açdığın bəla və müsibətlərə görə.

Nərimanov – Paho. “Qara məni basınca mən qaranı basım” buna deyərlər. Bəla və müsibətləri mən açdım, ya sən ?
Bağırov – Əlbəttə, sən. Mən Azərbaycan demokratik respublikasında canla-başla xidmət edəndə Həştərxanda qırmızılara qulluq edib 11-ci ordunu öz xalqının üzərinə kim göndərdi ?

Nərimanov – Əvvələn, ordunu mənsiz də göndərirdilər. İkincisi, yenə mənə görə qırğın olmadı.
Bağırov – Gələnlərə güllə-zad atdılar ki, qırğın da olaydı ?

Nərimanov – Onsuz da olan olacaqdı. Məni də aldatdılar. Nə bilim sosializmin mənası bu deməkdir. Bəs sən niyə sonra millətin olan-qalanlarını da güllələtdirdin, digərlərini isə sürgünlərdə çürütdün ?

Bağırov – Fanatik kommunistləri. Stalinin ən sadiq təbəələrini.

Nərimanov – Bəs Cavid, Müşfiq, Yusif Vəzirlər ?

Bağırov – Onlardan hər respublikada güllələndi. Azərbaycan göydən düşməmişdi ki.. Bir də onların üzünə duran kim oldu ? Öz dostları, həmkarları. Millətin qaymağı belə olanda kütləsi necə olar ? Bəs niyə mənim müharibə dövründəki xidmətimdən danışmırsan ? Azərbaycan diviziyasını yaratmağımdan və ya Azərbaycanlıları kütləvi surətdə Qazaxıstan düzlərinə sürgün edilməyə qoymamağım barədə niyə susursan ?

Nərimanov - Bəs sonra neylədin ? Xalqın bütün kişilərini qorxudub elə xədimə göndərdin ki, nə qədər söyülürlərsə bir nəfərdən də səs çıxmır. Bəs Heydər Hüseynov ?

Bağırov - Xədimliyin də bünövrəsini də siz qoydunuz. Heydər Hüseynova gəldikdə isə deyirsən ki, iyirmi illik rəhbərliyimdə bir dənə də səhv buraxmayım ? Yaxşı, mənim qorxaq və mənsəbpərəstlərə çevirdiklərim rüşvətxor ki, deyildilər, yerlipərəstliyin nə olduğunu ki, bilmirdilər. Bəs sonra gələnlər, neylədilər ? Aşağıdan yuxarıya kimi bütün vəzifələri elə rüşvət hərislərinə döndərdilər ki, bütün xalqı tutub damlasan da düzəlməz. İndi respublikada sahədə olur-olsun, bir nəfər vəifəli göstərı bilərsənmi ki, rüşvət almasın ?

Nərimanov – Bunların hamısı sənin əməllərinin nəticəsidir. Xədimə dönənlərin oğul və nəvələrindən bundan artıq nə gözləmək olar ?

Bağırov – Hə, bu tamam başqa məsələ. Bu mənim özümdən asılı olmayan günahımdır. Biz elə millətik ki, rəhbərlərimiz, ağalarımız bizə deyəndə ki, “get filankəsin papağını gətir”, biz onun papağıyla birgə başını da kəsib gətiririk. Mən də ruslara xüsusi bir xidmət etmək istədim. Ancaq ağlıma gəlmədi ki, həddini aşan qulluq hərisliyi tamamilə əks nəticə verir. Yaxşı, çəmin baxıb ibrət almaq üçün nümunım yox idi, bəs məndən sonra gələnlərə nə olmuşdu ?

Nərimanov – Dedim ki, səndən qalan “irs”in, qoyduğun qayda-qanunların, yaratdığın mühitin nəticəsidir.

Bağırov – Bəs onda niyə mənim vaxtımda Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı kimi korifeylər yetişdi, sonrakılar hamısı cır oldu ?

Nərimanov – Onlar sənin yetişdirmələrin deyildi. Hələ sənin repressiyalarının qorxusu olmasaydı, ALLAH bilir, nələr yaradardılar. Sonra gələnlər isə, sən nə tələb edirdin, onu “yaradır”dılar, daha hardan korifey olacaqdılar ?

Bağırov – Bəs lap sonra gələnlər?

Nərimanov – Lap sonra gələnləri deyirsənsə, yenə onlara min rəhmət ki, yazılarında az-çox həyat əlaməti göründü.

Bağırov – Bəs eyni vəziyyətdə olan rus yazıçıları min bir məhrumiyyət içində və ya sürgünlərdə belə acı həqiqətləri təsvir edib gələcək üçün irs qoyurdular, bizimkilər heç olmazsa indi memuar da yaza bilməzlər ? Öz əməllərini təsvir edib niyə üzr istəmirlər ?

Nərimanov – Xədim məsələsi nə tez yadından çıxdı ? “Bəlkə də qaytardılar” məsələsi. Hələ də inana bilmirlər ki, heç bir şey əbədi deyil.

Bağırov – Deməli, on beş respublika içində yalnız Azərbaycanda bir dənə də necə deyərlər, “disident” olmamasının da səbəbi budur ?

Nərimanov – Əlbəttə. Çünki başqa yelərdə “disident”i çağırıb dilə tuturdular, şəxsi tələb və ehtiyaclarını yerinə yetirirdilər. Hətta böyük məsələlərdə müəyən güzəştlərə gedirdilər, sən, sənin şagirdlərin və onların varisləri isə elə elə birinci dəfədən dama salıb o qədər döyürdülər ki, ya ölürdü, ya gedib-gəlməzə yollanıb itib-batır, ya da ələ alıb satqına çevrilirdilər.

Bağırov - Yaxşı, bəs niyə belə edirdilər ?

Nərimanov – Çünki, sənin kimi xidmət etmək ehtirasları tüğyan edir. Çünki belə eləməklə özlərinin zəngin həyatlarını, övladlarının təmin olunmuş gələcəklərini qorumuş hesab edirdilər. Hə, daha nə sözün var ?

Bağırov – Daha heç nə...

Link to comment
Share on other sites

bu parça Əlisa Nicatın seçilmiş əsərlərindən ("Karvan")...

sözsüz ki Azərvaycanda ilk ve son siyasətçi ve görkəmli xadim Heydər Əliyev olmayib... ondan öncə də tariximizde mühüm adlar olub..

Mircəfər Bagirov hagda nə düsünürsüz?

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1289760898' post='7698742']

[/quote]

Mənim üçün çox maraqlı mövzudur. Çox maraqlanmamışam Bağırov barədə, amma eşitdiklərimlə bilmirəm fəxr etmək lazımdır yoxsa nifrət etmək lazımdır. Amma deyəsən səhvləri xeyrindən qat qat böyük olub.

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1289760898' post='7698742']
...
Mircəfər Bagirov hagda nə düsünürsüz?
[/quote]
Şübhəsiz, dahi şəxsiyyət olub. Stalinin rəhbərliyi dövründə yeganə baş katib idi ki, onun sözünün qarşısında söz deməyə cürət edirdi. Məhz bunun sayəsində Azərbaycan indiki Azərbaycan miqyasında qalıb, 6 yerə bölünməyib.
Sovet İmperiyasında yeganə baş katib idi ki, oğullarını könüllü olaraq müharibəyə göndərmişdi.
Məhz M.C.Bağırovun sayəsində İsrafil Məmmədova ilk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı verilib. Bundan sonra Azərbaycanlı hərbçilərə (Həzi Aslanov, Mehdi Hüseynzadə, Hüseynbala Əliyev, Gəray Əsədov, Məlik Məhərrəmov və s.) Sovet İttifaqı qəhrəmanı adı verilməsi üçün yol açılıb.
Stalinin əmri ilə Azəırbaycan ziyalılarının - Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Ömər Faiq Nemanzadənin, Əhməd Driliçin, Böyükağa Talıblının və s. repressiyasına qol qoysa da, onlara fiziki əzab verilməməsinə şəxsən özü nəzarət edib. Məhz bu şəxslərin repressiyasına görə daim vicdan əzabı çəkib, hətta edam olunmazdan əvvəl üzünü məhkəmə icraçılarına tutub "Məni güllələmək yox, şaqqalamaq lazımdır! Slışite, menya nujno çetvertovat!" deyib.
Tündməcaz xasiyyətinə görə "Mirqəzəb" ayaması alsa da, Azərbaycan üçün çox böyük işlər görüb.

Link to comment
Share on other sites

[quote name='Revan' timestamp='1289761376' post='7698790']
Mənim üçün çox maraqlı mövzudur. Çox maraqlanmamışam Bağırov barədə, amma eşitdiklərimlə bilmirəm fəxr etmək lazımdır yoxsa nifrət etmək lazımdır. Amma deyəsən səhvləri xeyrindən qat qat böyük olub.
[/quote]

Bilirsiz, M.C.Bağırov Azərbaycan tarixinin ən ziddiyyətli və ən çətin dövrlərindən fəaliyyət göstərib..Ele bir murəkkəb bir figurdu ki uzun illər M.C.Bağırova aid kitab və məqalələr yazmaq yasaq edilmişdi.

Bizim evde 1976-cı ildə nəşr olunmuş «Azərbaycan Sovet Ensiklopediyası» var..

1-ci cildde 13 nəfər Bağırov soyadlı şəxs haqqında, o cümlədən Bağırov Ruben Xristoforoviç haqqında məlumat verilsə də, M.C.Bağırovun adı çəkilməmişdir..

Link to comment
Share on other sites

Mir cəfər bagırov kimilərin goruna tüpürməyi bacarmayan millətin gələcəyi yoxdu necə ki görürsüz.

1918ci il Quba genosidində ermənilərlə çiyin çiyinə iştirak edən bağırov deyil o ? hətta onun bir nömrəli müdafiəçisi olan tarixçi qohumu da bu faktı doğru-dürüst təkzib edə bilmədi dedi ki bağırov orda olub amm iştirak etməyib.

bu onun lənətə layiq olmasına səbəb bircə fakt. hələ o biriləri sadalamıram.

Link to comment
Share on other sites

maragli ehvalat danisirlar

Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Əliağa Vahidin da adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək.

Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

Vahidin Bağırova yazdığı şeir:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.
Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır

Link to comment
Share on other sites

[quote name='dziro' timestamp='1289762751' post='7698911']
Mir cəfər bagırov kimilərin goruna tüpürməyi bacarmayan millətin gələcəyi yoxdu necə ki görürsüz.

1918ci il Quba genosidində ermənilərlə çiyin çiyinə iştirak edən bağırov deyil o ? hətta onun bir nömrəli müdafiəçisi olan tarixçi qohumu da bu faktı doğru-dürüst təkzib edə bilmədi dedi ki bağırov orda olub amm iştirak etməyib.

bu onun lənətə layiq olmasına səbəb bircə fakt. hələ o biriləri sadalamıram.
[/quote]

Quba qırğınında onun öz qohumlarını da gözü qabağında qətlə yetiriblər. Amma o heç nə edə bilməyib.

Link to comment
Share on other sites

Bildiklərim qədəriylə,ona qarşı münasibətimin hansı məcrada olduğunu hələ dəqiqləşdirməmişəm.Çox mürəkkəb və sual altında qalan məsələlər var.Bağırovun şəxsiyyəti də məcazi mənada çox mürəkkəbdir.Əməllərindəki mənfi hallar daha çox vurğulansa da,müsbət hallar barədə də eşitmək olar.Hətta, bizim bugün Azərbaycan ərazisində yaşamaq üçün Bağırova borclu olduğumuz kimi fikirlər də var.Yəqin bilirsiniz, xalqın Qazaxıstana sürgün edilməsi ideyası; Qarabağın birbaşa Ermənistana birləşdirilməsi kimi ideaların qarşısını alması kimi kifayət qədər tutarlı faktlar da var.

Link to comment
Share on other sites

[quote name='A.Bagirova' timestamp='1289763768' post='7699013']
Bildiklərim qədəriylə,ona qarşı münasibətimin hansı məcrada olduğunu hələ dəqiqləşdirməmişəm.Çox mürəkkəb və sual altında qalan məsələlər var.Bağırovun şəxsiyyəti də məcazi mənada çox mürəkkəbdir.Əməllərindəki mənfi hallar daha çox vurğulansa da,müsbət hallar barədə də eşitmək olar.Hətta, bizim bugün Azərbaycan ərazisində yaşamaq üçün Bağırova borclu olduğumuz kimi fikirlər də var.Yəqin bilirsiniz, xalqın Qazaxıstana sürgün edilməsi ideyası; Qarabağın birbaşa Ermənistana birləşdirilməsi kimi ideaların qarşısını alması kimi kifayət qədər tutarlı faktlar da var.
[/quote]

1945-ci ilin noyabrında Ermənistan Kommunist Partiyasının rəhbərliyi İ.Stalinə məktubla müraciət edərək [b]yenidən Dağlıq Qarabağ məsələsini qaldırmış, bu ərazinin Ermənistana verilməsini tələb etmişdir[/b].

İ.Stalin həmin məktubu G.M.Malenkova, o da M.C.Bağırova göndərmişdir.

M.C.Bağırov cavab məktubunda aşağıdakıları bildirmişdir:

«...ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların məskunlaşdığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır... Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79 min nəfərdir ki, bunlardan cəmi 9 min nəfəri gürcü - ingiloylardan ibarətdir. Gürcüstan SSR-in, demək olar ki, yalnız azərbaycanlıların yaşadığı və Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Nəhayət, biz Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi olan, Bakı quberniyasının tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik Dərbənd və Qasımkənd ra- yonları ərazilərinin Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxmağınızı xahiş edirik».

Link to comment
Share on other sites

mən bu temadan bezdiyim üçün heç danışmaq belə istəməsəm də məcbur qalıram.

ay azərbaycanlılar, Azərbaycan xalqına tarixi boyu vurulan ən ağır zərbə Stalinizm dövründə olub. Bağırov yoldaşın əli ilə.

10 minlərlə insan, say-seçmə insan 1 ildən az müddətdə güllələnib, sürgün edilib, ailələri dağıdılıb. tarixi oxuyun görün o dövrün ittihamları nə olub. heç inzibati xətalar
məcəlləsinə düşə bilməyəcək ittihamlara görrə insanları güllələyiblər.

Bagırovun əl altıları, güllələyənlər kim olub - ruslar və ermənilər.

1 adamı öıdürənə hamımz güllələnmə istəyirik. bagirov kimi xalqın düşmənini şəxsiyyət adlandıdırıq.

onda bəlkə Hacı Məmmədovu da ziddiyyətli şəxsiyyət adlandırıb azadlığa buraxılmasını tələb edək. O da adam öldürüb pul qazanırdı, pulunun bir hissəsini müğənnilərə sponsorluq edirdi. Hətta uşaq evlərinə də verirdi.

açın tarixi oxuyun da. Həmin o Bagırov Mikayıl Müşviq təqsirləndiriləndə rus prokuror deyir ki, tovarish Bagirov cavandı, sürgün edək cəhənnəm olsun vəssalam. Bagirov sa deyir yox güllələnməlidi. Yaxşı ki sənədlər durur. açın oxuyun da.

özü öz məhkəməsində deyir ki, məni güllələmək azdı. deməli hələ biz bildiyimizdən də çox şeyləri var. amm siz onu müdafie edirsiz.

vaxtilə "Sərhəd" qəzetində Azərbaycanda güllələnən bütün adamların adları familiyları hansı gün kim trəfindən gullələndikləri siyahı çap olunmuşdu. tapın baxxın. sonra müdafiə edəcəksiniz ?

inciməyin və müdafiəçilərə inanmayınş and içərəm ki, onların bir hissəsinin ataları və babaları NKVD işçiləri olublar. ona görə cani dildən Bagiorov kimi xainləri müdafiə edirlər. Bir hissəsi isə hadisələrin məğzinə vara bilmir.
"

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1289761897' post='7698839']
Bilirsiz, M.C.Bağırov Azərbaycan tarixinin ən ziddiyyətli və ən çətin dövrlərindən fəaliyyət göstərib..Ele bir murəkkəb bir figurdu ki uzun illər M.C.Bağırova aid kitab və məqalələr yazmaq yasaq edilmişdi.

Bizim evde 1976-cı ildə nəşr olunmuş «Azərbaycan Sovet Ensiklopediyası» var..

1-ci cildde 13 nəfər Bağırov soyadlı şəxs haqqında, o cümlədən Bağırov Ruben Xristoforoviç haqqında məlumat verilsə də, M.C.Bağırovun adı çəkilməmişdir..
[/quote]
Həmin 10-cildlikdə repressiyaya uğramış bir çox dahi şəxsiyyətlərimizin adı yoxdur - o şəxslərin ki, onlar Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyəti üçün nəhəng işlər görüblər. M.C.Bağırovun adı orada haradan olacaq?
Həm də, məncə, hər bir erməni kolxozçusuna bütöv bir sərlövhə həsr edən bir ensiklopediyaya istinad mənbəyi kimi yanaşmağa dəyməz. O ensiklopediya artıq çoxdan köhnəlib, naftalin iyi verir. Yeni Azərbaycan ensiklopediyasını isə mən hələ görməmişəm.

Link to comment
Share on other sites

[quote name='dziro' timestamp='1289764629' post='7699111']
mən bu temadan bezdiyim üçün heç danışmaq belə istəməsəm də məcbur qalıram.

ay azərbaycanlılar, Azərbaycan xalqına tarixi boyu vurulan ən ağır zərbə Stalinizm dövründə olub. Bağırov yoldaşın əli ilə.

10 minlərlə insan, say-seçmə insan 1 ildən az müddətdə güllələnib, sürgün edilib, ailələri dağıdılıb. tarixi oxuyun görün o dövrün ittihamları nə olub. heç inzibati xətalar
məcəlləsinə düşə bilməyəcək ittihamlara görrə insanları güllələyiblər.

Bagırovun əl altıları, güllələyənlər kim olub - ruslar və ermənilər.

1 adamı öıdürənə hamımz güllələnmə istəyirik. bagirov kimi xalqın düşmənini şəxsiyyət adlandıdırıq.

[b]onda bəlkə Hacı Məmmədovu da ziddiyyətli şəxsiyyət adlandırıb azadlığa buraxılmasını tələb edək. O da adam öldürüb pul qazanırdı, pulunun bir hissəsini müğənnilərə sponsorluq edirdi. Hətta uşaq evlərinə də verirdi.[/b]

açın tarixi oxuyun da. Həmin o Bagırov Mikayıl Müşviq təqsirləndiriləndə rus prokuror deyir ki, tovarish Bagirov cavandı, sürgün edək cəhənnəm olsun vəssalam. Bagirov sa deyir yox güllələnməlidi. Yaxşı ki sənədlər durur. açın oxuyun da.

özü öz məhkəməsində deyir ki, məni güllələmək azdı. deməli hələ biz bildiyimizdən də çox şeyləri var. amm siz onu müdafie edirsiz.

vaxtilə "Sərhəd" qəzetində Azərbaycanda güllələnən bütün adamların adları familiyları hansı gün kim trəfindən gullələndikləri siyahı çap olunmuşdu. tapın baxxın. sonra müdafiə edəcəksiniz ?

inciməyin və müdafiəçilərə inanmayınş and içərəm ki, onların bir hissəsinin ataları və babaları NKVD işçiləri olublar. ona görə cani dildən Bagiorov kimi xainləri müdafiə edirlər. Bir hissəsi isə hadisələrin məğzinə vara bilmir.
"
[/quote]
Qeyd etdiyim fikir istisna olmaqla, digər fikirlərinizlə razılaşa bilərəm, Teymur bəy! Amma məncə, M.C.Bağırovu Hacı Məmmədovla müqayisə etmək, L.Qaydayın məşhur filmini yadımıza salıb, İ[b]van Qroznı ilə JEK müdiri Bunşanı müqayisə etmək kimi bir şeydir[/b] - nə olsun ki, ikisini də eyni aktyor aynayıb.

Link to comment
Share on other sites

dziro,

bir fakt deyim ki, 1933-cü ildə M.C.Bağırov Azərbaycana rəhbər təyin olunanda o bu vəzifədə erməni Rubeni əvəz etməsdi...

nece bilirsiz əgər repressiyaların tüğyan etdiyi 1937-1938-ci illərdə M.C.Bağırovun yerinə erməni Ruben Azərbaycana rəhbərlik etmiş olsaydı, faciələrin miqyası daha geniş olmazdimi?... müharibə dövründə digər müsəlman xalqlarla birlikdə Azərbaycan xalqın elliklə Orta Asiyaya, Qazaxıstana sürgün olmazdimi?..

Link to comment
Share on other sites

Müsəlman kimi qiymətləndirsək, günahlarda boğulacaq olan cəhənnəmlik insan yaxşı insan deyildir. Şəxsiyyətinin də əhəmiyyəti yoxdur.

Məcbur qalıb filan şeyi edib sözünə haqq qazandıra bilmirəm. Özü öləydi, eləmiyəydi.

Link to comment
Share on other sites

[quote name='dziro' timestamp='1289762751' post='7698911']
Mir cəfər bagırov kimilərin goruna tüpürməyi bacarmayan millətin gələcəyi yoxdu necə ki görürsüz.

1918ci il Quba genosidində ermənilərlə çiyin çiyinə iştirak edən bağırov deyil o ? hətta onun bir nömrəli müdafiəçisi olan tarixçi qohumu da bu faktı doğru-dürüst təkzib edə bilmədi dedi ki bağırov orda olub amm iştirak etməyib.

bu onun lənətə layiq olmasına səbəb bircə fakt. hələ o biriləri sadalamıram.
[/quote]

dziro,

Mircəfər Bağırov daşnaklara [b]qarşı[/b] döyüşüb. Rudenkonun apardığı məhkəmə prosesində də [u]Mircəfər Bağırova verilən maddələrdən biri Qubada millətlərarası münaqişədə iştirakla bağlı olub[/u].

Əli Zizikski Quba qəzasının valisi, İttahad Partiyasının üzvü, polkovnik olub, Sankt-Peterburqda oxuyub. O, həm də Quba qəzasında hektarlarla torpağı olan böyük mülkədar, eyni zamanda, Azərbaycan parlamentinin üzvü olub. 1917-ci il inqilabından sonra Rusiyada müvəqqəti hökumət qurulur, həmin dövrdə Əli Zizikski Quba qəzasının valisi olub. Daşnaklar Mircəfərin 15 əmisi uşağını öldürüblər. Mircəfər Bağırov da Qubada daşnaklara qarşı Zizikskinin yanında döyüşüb.

bele olmayibmi?

Link to comment
Share on other sites

[quote name='Abbasov J.' timestamp='1289761790' post='7698825']
Şübhəsiz, dahi şəxsiyyət olub. Stalinin rəhbərliyi dövründə yeganə baş katib idi ki, onun sözünün qarşısında söz deməyə cürət edirdi. Məhz bunun sayəsində Azərbaycan indiki Azərbaycan miqyasında qalıb, 6 yerə bölünməyib.
Sovet İmperiyasında yeganə baş katib idi ki, oğullarını könüllü olaraq müharibəyə göndərmişdi.
Məhz M.C.Bağırovun sayəsində İsrafil Məmmədova ilk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı verilib. Bundan sonra Azərbaycanlı hərbçilərə (Həzi Aslanov, Mehdi Hüseynzadə, Hüseynbala Əliyev, Gəray Əsədov, Məlik Məhərrəmov və s.) Sovet İttifaqı qəhrəmanı adı verilməsi üçün yol açılıb.
Stalinin əmri ilə Azəırbaycan ziyalılarının - Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Ömər Faiq Nemanzadənin, Əhməd Driliçin, Böyükağa Talıblının və s. repressiyasına qol qoysa da, onlara fiziki əzab verilməməsinə şəxsən özü nəzarət edib. Məhz bu şəxslərin repressiyasına görə daim vicdan əzabı çəkib, hətta edam olunmazdan əvvəl üzünü məhkəmə icraçılarına tutub "Məni güllələmək yox, şaqqalamaq lazımdır! Slışite, menya nujno çetvertovat!" deyib.
Tündməcaz xasiyyətinə görə "Mirqəzəb" ayaması alsa da, Azərbaycan üçün çox böyük işlər görüb.
[/quote]
Cavid, 30-cu ilde Sheki qiyami zamani hemen dediyin tundemecaz xasiyyetli Mirqezeb, qiyamchilardan qorunmaq uchun Merdan Mesme adli qadinin yubkasi altinda gizlenmemishdimi? :roga:

Link to comment
Share on other sites

1943-cü ilin əvvəli idi.

Mirmövsüm Ağanı aparmaq üçün NKVD-dən çoxlu milis və hərbçi göndərildi. Onu kreslo qarışıq küçəyə çıxarmışdılar. Bütün İçərişəhər əhalisi yığışmışdı, ağlayırdılar ki, Ağanı niyə və hara aparırlar. Nə qədər çalışdılarsa, Ağa mindirilən maşın işə düşmədi. Axırda ağa özü dilləndi ki, məni hara istəyirsinizsə, öz faytonumla aparın. Bundan xəbər tutan Yemelyanov özü gəldi və o, Ağanın tez maşından düşürülüb evinə aparılmasını əmr etdi. Ağa düşən kimi maşın öz-özünə baş alıb üzüaşağı getdi və tikə-tikə parçalandı. Yemelyanov orqan işçilərini qovduqdan sonra içəri keçib üzr istəyərək, Ağaya bildirdi ki, onu Mircəfər Bağırov göndərib. Ağayla bağlı nəsə anlaşılmazlıq olub. Sonra da deyib ki, nə qədər ki, Azərbaycanda Seyid var, mən varam, kimsə sizə yaxın düşə bilməz”

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1289851668' post='7704042']
1943-cü ilin əvvəli idi.

Mirmövsüm Ağanı aparmaq üçün NKVD-dən çoxlu milis və hərbçi göndərildi. Onu kreslo qarışıq küçəyə çıxarmışdılar. Bütün İçərişəhər əhalisi yığışmışdı, ağlayırdılar ki, Ağanı niyə və hara aparırlar. Nə qədər çalışdılarsa, Ağa mindirilən maşın işə düşmədi. Axırda ağa özü dilləndi ki, məni hara istəyirsinizsə, öz faytonumla aparın. Bundan xəbər tutan Yemelyanov özü gəldi və o, Ağanın tez maşından düşürülüb evinə aparılmasını əmr etdi. Ağa düşən kimi maşın öz-özünə baş alıb üzüaşağı getdi və tikə-tikə parçalandı. Yemelyanov orqan işçilərini qovduqdan sonra içəri keçib üzr istəyərək, Ağaya bildirdi ki, onu Mircəfər Bağırov göndərib. Ağayla bağlı nəsə anlaşılmazlıq olub. Sonra da deyib ki, nə qədər ki, [b]Azərbaycanda Seyid var, mən varam, kimsə sizə yaxın düşə bilməz”[/b]
[/quote]
bunu eshitmishem,olmush hadisedir.

Sonuncu fikir,tamamen duzdur.Sozunun uzerinde de durub,heqiqeten.Subut ise menim babamgildir.Chox uzunluguna varmayacam sohbetin,bir xirda fakt deyim -menim babam mehz MC.Bagirova gore atasinin adinin onunde "Mir"i saxlatdira bilib-qeti shekilde icaze vermirlermish ve elave olaraq seyid oldugu uchun hech bir vezife mehdudiyyeti qoymayiblar karyerasinda.Yeni,seyidlerle bagli deyilen duzdur,ozu de seyid idi de.

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1289760898' post='7698742']
Mircəfər Bagirov hagda nə düsünürsüz?
[/quote]
O özü haqqında qiymətini verib - "Məni şaqqalamaq lazımdır" (orijinalda rusca bele deyib "Меня надо четвертовать").

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1289851668' post='7704042']
1943-cü ilin əvvəli idi.

Mirmövsüm Ağanı aparmaq üçün NKVD-dən çoxlu milis və hərbçi göndərildi. Onu kreslo qarışıq küçəyə çıxarmışdılar. Bütün İçərişəhər əhalisi yığışmışdı, ağlayırdılar ki, Ağanı niyə və hara aparırlar. Nə qədər çalışdılarsa, Ağa mindirilən maşın işə düşmədi. Axırda ağa özü dilləndi ki, məni hara istəyirsinizsə, öz faytonumla aparın. Bundan xəbər tutan Yemelyanov özü gəldi və o, Ağanın tez maşından düşürülüb evinə aparılmasını əmr etdi. Ağa düşən kimi maşın öz-özünə baş alıb üzüaşağı getdi və tikə-tikə parçalandı. Yemelyanov orqan işçilərini qovduqdan sonra içəri keçib üzr istəyərək, Ağaya bildirdi ki, onu Mircəfər Bağırov göndərib. Ağayla bağlı nəsə anlaşılmazlıq olub. Sonra da deyib ki, nə qədər ki, Azərbaycanda Seyid var, mən varam, kimsə sizə yaxın düşə bilməz”
[/quote]
Bu hadisə barədə eşitmişdim, amma Yemelyanovun belə dinpərəst olduğunu ilk dəfədir eşidirəm. Yəqin Bağırovun əmri imiş ki, ona əl dəyməsinlər.

Mirmövsüm Ağanın cəddinə qurban olum, elə ona görə də, Bağırov daxil o cür dövlət adamları sonradan cəzalarını aldılar.

Link to comment
Share on other sites

diger bir fakt

Azərbaycanın Kirovdan sonra rəhbəri 3 il yarım Levon Mirzəyan olub.

Bu dövrdə Levon Mirzəyan Mircəfər Bağırovu Azərbaycandan qovub.

Bakı Dövlət Universitetini (BDU) bitirmiş Levon Mirzəyan 1928-ci ildə bu ali məktəbi bağladır.

Bu haggda BDU rektoru Abel Məhərrəmov da danışır, ancaq ... Deyir ki, 1928-ci ildə BDU bağlanır. Demir ki, kim bağladı. Deyir ki, sonradan 1934-cü ildə BDU yenidən açılır. Ancaq yene de Abel Məhərrəmov bunun səbəblərinə də aydılıq gətirmir...

[u]Levon Mirzəyan 1928-ci ildə BDU-nu bağlayır. Deyir ki, bu, Müsavat Partiyasının qalığıdır, ləğv olunmalıdır. [/u]

1932-ci il oktyabrda Mirzəfər Bağırov 2 il Moskvada oxuyandan sonra Azərbaycana gəlir ve Azərbaycan Nazirlər Sovetinin sədri təyin olunur. 1933-cü ilin dekabrında erməni Rubenin yerinə 1-ci katib təyin olunur. Sovet Azərbaycanının ilk azərbaycanlı rəhbəri Mircəfər Bağırov olur.

[u]Mircəfər Bağırov 1934-cü ildə BDU-nun bərpasına nail olub[/u].

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1290106319' post='7719793']
bu gun Mirmövsüm Ağa hagginda verilis verdiler... sonda Heyder Əlliyevi de gösterdiler, amma Agani sovet rejiminin çaynagindan gopardan Mirceferin adini bele çekmediler
[/quote]
möhtəşəm reklamı oldu verilişin,mən də baxdım,amma layiqincə məlumat vermədilər heç.

Link to comment
Share on other sites

Mircəfər Bağırovu qınamaq və ya tərifləmək fikrindən uzağam. Birincisi, mənim masştabım deyil. O hara, mən hara :) İkincisi, ən zəhləm getdiyi şey diletantlıqdı. Lazımı qədər informasiyam olmadığı mözvü haqda danışmağı sevmirəm. Üçüncüsu, o vaxt başqa vaxt idi. O atmosferi hiss etmədiyimdən heç bir fikir yürüdə bilmərəm.

Amma mənim üçün qaranlıq qalan bəzi məqamlar var. M.Bağırov bu mövzuda qeyd edildiyi kimi Azərbaycan millətinin sürgününə yol verməyib, Mir Mövsüm Ağanı repressiyadan xilas edib və s. Amma digər tərəfdən H.Cavid, M.Müşfiq və bir çoxları repressiya olunublar. Bütün bunların doğru olduğunu qəbul etsək burdan bəzi çıxarışlar etmək olar:

1) Mircəfər Bağırovun gücü yox idi. Vəziyyət nəyi diqtə edirdi o da onu edirdi. ==> Azərbaycan millətinin sürgün olunmamasında, bəzi insanların repressiyadan yaxa qurtulmasında əməyi yoxdu. Həmçinin kütləvi repressiyada da gunahı böyük deyil, yəni sistem belə idi, onun yerində kim olsaydı da hadisələr davam edəcəkdi.

2) Mircəfər Bağırovun kifayət qədər gücü və nüfuzu var idi. Millətin sürgün olunması planı heç də kiçik plan deyil, və bu mövzuda Stalinə öz fikrini yürütmək ücün müəyyən avtoritet lazımdı. O avtoritet ki Cavid və Müşfiq kimilərini asanlıqla xilas edə bilərdi. Hər hansı bir yolla - kompromis olsun lap elə. Bu halda elə çıxır ki Bağırov diskriminasiyalı siyasət aparırdı və kimə şəxsən simpatiyası var idi, onları da repressiyadan xilas edirdi (necə də bizim millətə xas bir xüsüsiyyət, deyilmi?). Deməli repressiyalarda Bağırovun ən azı Stalin, ümumi sistem, siyasi atmosfer qədər günahı var.

Qəliz məsələdi, heç bilmirəm nə vaxtsa aydınlıq gələcəkmi. Çox güman ki yox, çünki tarixi həmişə qalib yazır və yozur. Hər dövrün öz qalibi olduğündan isə çox guman ki M.Bağırov fenomeni hər bir tarixi kəsikdə başqa cür yozulacaq.

Amma bir şeyi əminliklə deyə bilərəm ki 30-cu illər repressiyaları bizim genofonda vurulan masştabına görə elə bir böyük zərbə idi ki onun ən azı yumşulmasına səbəb olacaq bir tarixi qəhrəmana ehtiyac var idi. Yumşulması deyəndə mən təkcə kəmiyyəti yox, hətta bir çoxları tərəfindən qeyri sivil başa düşüləcək - keyfiyyəti də nəzərdə tuturam. Heyf amma o qəhrəman tapılmadı. Bəlkə də qəhrəmanlar yalnız nağıllarda olur.

Link to comment
Share on other sites

[font="Arial"]Hadisəni eşitmişdim ama lap bu qədər dəqiqliklə yox.
Yemelyanovun adını tam olar? Və hansı vəzifədə çalışıb?
Yadımnan çıxdı Bağırov haqqında fikrimi bildirim,çox təzadlı fikirlər var onun haqqında.Bəxti onda gətirməyib ki,çətin dövrdə yaşayıb.
[/font]

Link to comment
Share on other sites

Represiyada xeyli adamı gedər gəlməzə göndərib. Ancaq həqiqətən bizim bir dövlət olaraq pis yaxşı dağılmayıb bu günlərə qədər salamt qalmağımızda əməyi varsa ... tamam haqqını vermək gərəkdir.
Haqqı nə olacaq sadəcə bu əməlini xeyirlə, təşəkkürlə anmaq...

Hətta adına küçə də vermək olar.

Link to comment
Share on other sites

[quote name='Eugenic' timestamp='1290133119' post='7721053']
Amma digər tərəfdən H.Cavid, M.Müşfiq və bir çoxları repressiya olunublar. Bütün bunların doğru olduğunu qəbul etsək burdan bəzi çıxarışlar etmək olar:

1) Mircəfər Bağırovun gücü yox idi. Vəziyyət nəyi diqtə edirdi o da onu edirdi. ==> Azərbaycan millətinin sürgün olunmamasında, bəzi insanların repressiyadan yaxa qurtulmasında əməyi yoxdu. Həmçinin kütləvi repressiyada da gunahı böyük deyil, yəni sistem belə idi, onun yerində kim olsaydı da hadisələr davam edəcəkdi.

2) Mircəfər Bağırovun kifayət qədər gücü və nüfuzu var idi. Millətin sürgün olunması planı heç də kiçik plan deyil, və bu mövzuda Stalinə öz fikrini yürütmək ücün müəyyən avtoritet lazımdı. O avtoritet ki Cavid və Müşfiq kimilərini asanlıqla xilas edə bilərdi. Hər hansı bir yolla - kompromis olsun lap elə. Bu halda elə çıxır ki Bağırov diskriminasiyalı siyasət aparırdı və kimə şəxsən simpatiyası var idi, onları da repressiyadan xilas edirdi (necə də bizim millətə xas bir xüsüsiyyət, deyilmi?). Deməli repressiyalarda Bağırovun ən azı Stalin, ümumi sistem, siyasi atmosfer qədər günahı var.

Qəliz məsələdi, heç bilmirəm nə vaxtsa aydınlıq gələcəkmi.
[/quote]

bilirsiz margalisi ondadir ki, [b]Mircəfər Bağırovun Hüseyn Cavidə hörməti olub[/b], 1937-ci ilə qədər onu bacardigi geder qoruyub...

Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus olur. Həmin binada bir neçə nəfər yaşayır. Onların hamısını oradan çıxarırlar. Hüseyn Cavid Mircəfər Bağırova məktub yazır ki, xahiş edirəm ki, burada yaşayım, çünki eyvana çıxanda Xəzəri görürəm, ilham alıram. Mircəfər Bağırov Hüseyn Cavidə həmin binada yaşamağa icazə verir

Yəni Mircəfər Bağırov Cavidin xətrini istəyib. Ancaq onu 1937-ci ildə repressiyadan qoruya bilməyib....

dogrudan qəliz məsələdi..........

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1290189723' post='7726226']

[font="Arial"]Bağırovun ailəsi olub? Oğlu-qızı nəyisə qalıb? Bu barədə heç eşitməmişəm.
Birdə ki, eşitdiyim onun haqqında bu olub "Ermenilər aldadıblar onu". Mənə çox maraqlıdır, indikilər pul hesabına edirlər bəs Bağırovu nəynən şirnikdiriblər? Onunda banklarda hesabları olub ya nəslinə çatacaq qədər pulu? [/font]

Link to comment
Share on other sites

[quote name='Fiancee`' timestamp='1290413081' post='7739271']
[font="Arial"]Bağırovun ailəsi olub? Oğlu-qızı nəyisə qalıb? Bu barədə heç eşitməmişəm.
[/font]
[/quote]

Mircefər Bağırovun 2 övladı olub. Mircəfər Bağırov Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızla ailə qurur. 1919-cu ildə bir övladları olur, adını Cahangir qoyurlar. Cahangirin adı eyni zamanda Vladimir gedir. Mariya 1926-cı ildə vəfat edib. Mircəfər Bağırov 4 il subay qalıb.

Bacısının təkidi ilə Mircəfər ikinci dəfə ailə qurub. İkinc dəfə İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurub. 1932-ci il avqustun 9-da oğlu Cen anadan olur.

Böyük oğlu Cahangir aviasiya məktəbində oxuyub. İkinci Düya Müharibəsi başlayanda artıq təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Sol qolu işləmirmiş. Ancaq atası Mircəfər Bağırova məktub yazır.

Yazır ki, əziz ata, mən camaatın gözünə baxa bilmirəm, xəstə deyiləm, icazə verin, hərbi xidmətə gedim, mən sənin, xalqımızın adını uca etməliyəm.

Mustafa Topçubaşov o vaxt Azərbaycan Hərbi Komissiyasının sədri olub. Mircəfər Bağırova məktub yazıblar ki, Cahangir müharibəyə yararsızdır. Ancaq buna baxmayaraq, Cahangir 2-ci dəfə müharibəyə gedib. 1943-cü ildə iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün təyyarəsini alman təyyarəsinə çırpıb, tarana gedib.....

Link to comment
Share on other sites

[quote name='Bak' timestamp='1289994482' post='7710639']
O özü haqqında qiymətini verib - "Məni şaqqalamaq lazımdır" (orijinalda rusca bele deyib "Меня надо четвертовать").
[/quote]

Xeyir, belə şey olmayıb.... uydurmadi..

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1290430273' post='7741324']
Mircefər Bağırovun 2 övladı olub.
[/quote]

[font="Arial"]Bəs digər oğlu haqqında məlumatınız yoxdur?

Çox maraqlıdır mənə, niyə bizim üzdə olan oğlanlarımız,varlı-hallı,əsli-nəsli olan igidlərimiz əksər vaxt başqa millətdən olan xanımlarla evləniblər? :unsure: [/font]

Link to comment
Share on other sites

[quote name='Fiancee`' timestamp='1290491293' post='7745915']
[font="Arial"]Bəs digər oğlu haqqında məlumatınız yoxdur?

Çox maraqlıdır mənə, niyə bizim üzdə olan oğlanlarımız,varlı-hallı,əsli-nəsli olan igidlərimiz əksər vaxt başqa millətdən olan xanımlarla evləniblər? :unsure: [/font]

[/quote]

2-ci övladı Cen professor, elmlər doktoru olub, 1994-cü ildə Moskvada öldürüblər

Link to comment
Share on other sites

[quote name='SeymurEmin' timestamp='1289770975' post='7699717']
Problem ondadır ki hətta 20 il əvvəl olanlar haqqda düzgün yazmırlar Mütləq yazılanlarda kiminsə münasibəti var və tərif olunub Ona görə də çox bir-birinə zidd və ya uyğun olmayan məlumatlar var Çox istərdim həqiqiti öyrənim Görəsən var ?
[/quote]

M.C.Bağırov fenomeni, hər şeydən əvvəl, ona görə səbrlə öyrənilməlidir ki, azərbaycan fenomenidir, milli həyatımızın məhsuludur, 30 il bu xalqa rəhbərlik edib və onu ancaq “xalq düşməni” kimi tanımaq, əslində tanımamağa bərabərdir....

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1290430273' post='7741324']
Mircefər Bağırovun 2 övladı olub. Mircəfər Bağırov Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızla ailə qurur. 1919-cu ildə bir övladları olur, adını Cahangir qoyurlar. Cahangirin adı eyni zamanda Vladimir gedir. Mariya 1926-cı ildə vəfat edib. Mircəfər Bağırov 4 il subay qalıb.

Bacısının təkidi ilə Mircəfər ikinci dəfə ailə qurub. İkinc dəfə İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurub. 1932-ci il avqustun 9-da oğlu Cen anadan olur.

Böyük oğlu Cahangir aviasiya məktəbində oxuyub. İkinci Düya Müharibəsi başlayanda artıq təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Sol qolu işləmirmiş. Ancaq atası Mircəfər Bağırova məktub yazır.

Yazır ki, əziz ata, mən camaatın gözünə baxa bilmirəm, xəstə deyiləm, icazə verin, hərbi xidmətə gedim, mən sənin, xalqımızın adını uca etməliyəm.

Mustafa Topçubaşov o vaxt Azərbaycan Hərbi Komissiyasının sədri olub. Mircəfər Bağırova məktub yazıblar ki, Cahangir müharibəyə yararsızdır. Ancaq buna baxmayaraq, Cahangir 2-ci dəfə müharibəyə gedib. 1943-cü ildə iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün təyyarəsini alman təyyarəsinə çırpıb, tarana gedib.....
[/quote]

Vladimir Bağırovun babasina hospitaldan yazdığı mektublardan biri (turk dilinde rusçadan tercüme):

Eziz babam!

Artık iki buçuk ay oldu ki ben kendi yerimde değilim, ülkemizin ekmeğini bedava yiyorum. Vatanımızın indiki halinde, başkaları kahraman kibi kan ve can bahasına faşistleri yakarken, ben burada uyumağı kendime haram biliyorum.

Senin oğlun, partimizin oğlu olduğum için, benim bu Vatan karşısında borcum iki kat. İnsanların gözlerine bakamıyorum.

Senden bir daha rica ediyorum, cepheye gitmemi bir kadar çabuk yap. Son defa bana yeni uçakları beklememi bana tavsiye etdin - baba bana yeni uçak falan lazım değil, U-2 olsa bile uçacam, savaşacam. Bir haftadan fazla bekleyen deöilim. Bıkdım. İlk gördüyüm kesle cepheye varacam.

Cevabını bekliyorum. Ben babamın soyadına lgadir bir oğulum.

Öpüyorum, senin Vladimir

4 Şubat 1943

Link to comment
Share on other sites

Mir Cəfər Bağırov haqqında ətraflı məlumata malik olmasam da, onun haqqında eşitdiklərimdən, oxuduqlarımdan, gördüklərimdən belə başa düşürəm ki, o xalqını, millətini sevən insan olub. O ki, qaldi repressiya məsələlərinə düşünürəm ki, Azərbaycanlıların Qazaxıstana köçürülməsi, Azərbaycan dövlətini qoruyub saxlamaq üçün ona avtoritet qazanmaq lazım idi. Baxın əgər bu insan bizim düşmənimiz olsaydı onda elə Qarabağın da Ermənistana verilməsi məsələsinə müsbət rəy bildirərdi..

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1290512818' post='7748839']
2-ci övladı Cen professor, elmlər doktoru olub, 1994-cü ildə Moskvada öldürüblər
[/quote]

[font="Arial"]Maraqlıdır,əgər hər hansı məlumatınız varsa yerləşdirin. Google-da axtarış verdim ama Cen Bağırov deyə birisni tapa bilmədim.[/font]

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
        • Like
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Milli
        • Haha
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...