Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər.


Recommended Posts

  • Replies 1k
  • Created
  • Last Reply

Sen deme tezeden sevmek olarmis
Tale de tezeden gule bilermis.
Kusub gozu yasli geden mehebbet
Pesiman-pesiman done bilermis
Urek bulud kimi bosalirsa da
Demek bulud kimi, tezeden dolur
Sonuncu splesi titreyen samdan
Ayri bir sami da yandirmaq olur
Sen deme tezeden sevmek olarmis
Kohne yaralari vaxt, zaman silir
Kesilen budaqla olen agaclar
Teze pohrelerle dirile bilir
Aglaya-aglaya dunyaya gelib,
Biz ana suduyle gulmemisikmi?!
Her axsam sapsari batan gunesi
Her seher tezeter gormemisikmi?1
Sen deme tezeden sevmek olarmis
Sevgi furset deyil qus kimi uca
Ne de KoLGedir ki, qacasan qova
Ya da sen qovasan, o senden qaca
Cixarsan qelbinden oten sevginin,
Bir gun de tenhaliq sixacaq seni
Kimese etdiyin yaxsiliq kimi
Mehebbet qarsina cixacaq senin
Ilk sevgi yuvadan dusen quscugaz,
Korpe qanadlari pohrelenmeyib.
Mecnunun ahiyla ucan mehebbet
Min hiyle eliyle yere enmeyib…
Men ki, gormemisem sevgini susan
Mehebbet zirvede beslenen qarmis
Kim deyir, bir defe sevilir insan,
Sen deme her zaman sevmek olarmis

Link to comment
Share on other sites

Mənə biraz ondan danış...

Mənə biraz ondan danış,
Az da olsa yaşat məni,
Çox dolmuşam için-için,
Biraz aglat, boşalt məni
Yaman sıxır həyat məni

Mənə biraz ondan danış
Duruşundan, yerişindən
Şirin şirin gülüşündən
Gəlişindən, gedişindən
Bacardıqca hər işindən
Nə bilirsən axır çalış

Mənə biraz ondan danış
Başın necə qatmağından
İstəyinə çatmağından
Hər gün biraz öldüyüm de
Gecə rahat yatmağından
Məni necə atmağından

Mənə biraz ondan danış
Söylə neynir can yoldaşım?
Qısqanclığdan coşum daşım,
Qoy lap quru söznənsə də
Özümü itirim,çaşım
Ona yenə yaxınlaşım

Mənə biraz ondan danış
Danış təbim dilə gəlsin
Hər bir sözün bağrım dəlsin
Qoy içkisiz,qoy içmədən
Ruhum biraz məzələnsin
Xatirələr təzələnsin

Mənə biraz ondan danış
Qaytar mənə getir məni
Al onsuz bir gələcəkdən
keçmişimdə itir məni
Danışdığca bitir məni!

Mənə biraz ondan danış
Hicran pozub düzənimi
Sarıb şeir,qəzəlimi
De ki,təsəllim öpməkdir
Ondan yazan öz əlimi
Görərsənsə gözelimi
Ona bir az menden danış!

Link to comment
Share on other sites

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.

Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən nə danış nə din
Yox ol uzaqlartək dumanda çəndə
Nəyimi sevmişdin diyə bilmədin
İndisə yüz eyib görürsən məndə

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.

N.Kəsəmənli

Link to comment
Share on other sites

Nüsret Kesemenli
MƏN SƏNİ UNUDA BİLMİRƏM AXI

Mən səni unuda bilmirəm, axı
Unutsam nələri unudam gərək
Göylərə baxmışıq aylı gecədə
Unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları?
Xatirən yadımdan çıxaydı barı
Payızda xəzanı, qışdasa qarı
Baharda gülləri unudam gərək!

De, necə unudum mən səni, necə?
Sevgi durna deyil payızda köçə
Yuxuma gəlirsən mənim hər gecə
Ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
Adındır hər saat qarşıma çıxan
Qarışıb şəklinə gözümdən axan
Yağışı, selləri unudam gərək!

Sinəmdə peşiman ürəyim qaldı
Uçdun əllərimdə lələyin qaldı
Nələri itirib, bax nəyim qaldı
Nələri, nələri unudam gərək!

Link to comment
Share on other sites

Sən yoxsan işıqlı dünyam qaralıb,

Sən yoxsan qara saçım ağarıb.

Fikrim xeyalım sanki dağılıb,

Ey fikrim xəyalım söylə hardasan?.

Ağlama deməkdən gecələr bezdi,

Sanki gecələrdə eşq dərdindədir.

Dağlara danışdım dağlar diz çökdü,

Deməli bu ürək gör nə gündədir.

Eşqinlə danışdım gözlər qan tökdü,

Qəddimi bir tək o vefasız bükdü.

Həyatda bu mənə ən ağır yükdür,

Qaldıra bilmədim qəlbim də çökdü.

Həsrətində gözlər birdə mən qaldım,

Sevgidən həyatda dərsimi aldım.

Elə vurdun ki sən yıxılıb qaldım,

Səni isə bəxtsizlər yanına atdım
Menim ilk ve son sevgim menim
Bir yerin ağrısa ağrıyar canım,

Ey mənim damarda axan bu qanım.

Səni sevdiyimi de necə danım,

Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,

Səni hər dəqiqə bil anmışam mən.

Dünyaya cahana səs salmışam mən,

Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,

Əgər çıxıb getsən tez azaram mən.

Dağlara daşlara bil yazaram mən,

Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,

Eşqlər çata bilməz mənim eşqimə.

Hər zaman deyəcəm salıb dilimə,

Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,

Qoymaram ilk sevgim kül olub yana.

Ayrılan zamanı deyəcəm ona,

Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,

Gözün gözlərimdə çox xoşbəxtəm

mən.

Ölürəm gör yenə nə deyirəm mən,

Sevirəm ilk eşqim sevirəm səni.

Link to comment
Share on other sites

Gözlərimdən itsən də sən,

Mənə vida etsən də sən,

İnanmıram unudasan

Uzaqlara getsən də sən.

Yorulmadan axşam-səhər

Küçə-küçə,şəhər -şəhər

Sorağına gələcəyəm.

Yerə vurma bu cəhdimi,

Məni üzmək fərəhdimi?

İnanma ki pozacağam

Öz andımı,öz əhdimi.

Sızlasa da könül simi

Alovlu bir öpüş kimi

Dodağına gələcəyəm.

Kaş itsə də neçə ilim,

Əllərinə dəysin əlim.

Kaşki bir də gözündəki

Səadəti görə bilim.

Əgər mənə versən izin,

Sürünərək dizin-dizin

Ayağına gələcəyəm.

Dayan,bəlkə sənsən elə

Mahnıdakı qaragilə.

Yat hələki,doyunca yat.

Mən gedəsi olsam belə,

Üz qoyacam qayıtmağa.

Bir gün səni oyatmağa

Otağına gələcəyəm

Link to comment
Share on other sites

QÜRUB ANI
 
Günəş qürub edir
sən də təmiz evinin ləkəli pəncərəsindən 
o qürubu izləyirsən
ləkələri təmizləyirsən...
Onu özləyirsən...
Soruşursan özündən:
- Tutalım ki, mən pis oldum
Bəs O niyə bağışlamadı?
 
Siqaretin kötüyü deyil
niyələrdi dişlərinin arasında çeynənən.
Günəş istəmədən batır
Və sən də haranınsa ləhcəsi ilə bağırırsan:
- Denən, 
Tutalım ki, mən zalım oldum
Sən niyə əfv mələyim olmadın?!
Ürəyim olmadın!
 
Qəfil qapın döyülür
Odurmu yoxsa?!
Açmağa tələsirsən
tir-tir əsirsən...
Açırsan açılanda bütün qonşuları oyadan qapını
köhnə üst-başda 9 - 10 yaşlı bir qız uşağıdır:
- Əmi, Allah xatirinə yardım edin!
...Ümüdünü kəsirsən.
Küsürsən...
 
Qəfədan qaynayır -
Qadınların səngərində
atəş əzab verir suya
Sən də ki, guya...
nə bilim,
nəsə fikirləşirsən
Manitorun qarşısına keçib
filosofanə bir cümlə yazırsan:
 
Eşq kədərin sinonimidir!
 
İlqar Kamil.
Link to comment
Share on other sites

Тепло нисходит от руки
А от религий – только холод.
Господь, прости мои грехи!
Аллах, я ветрен был и молод.

 

 

 

Bütün dinlər soyuqdur,
Təkcə əllərin isti
Allah, keç günahimdan,
Господи, прости!.. 
 
Vaqif Samedoglu
Link to comment
Share on other sites

Sevgilin oluram...
 
Səni incidirəm... görürəm özüm,
Sonradan könlünü alıram axı.
Hirslənib gedirəm, dönürəm özüm,
Qolumu boynuna salıram axı.
Onsuz da hər zaman varam yanında,
Ürəyim döyünür sanki canında.
Gözüm üzündədir, üzgün anında
Bir sevgi nəğməsi çalıram axı.
 
Birdən od –alovum göylərə çatır,
Birdən də susuram, fırtınam yatır,
Dəyişik olmağım fikrini qatır...
Yenə də sevgilin oluram axı.
Sənsiz - qərinədən uzundur ilim,
Varlığın sevincdir, yoxluğun zülüm.
Bilirəm, sevirsən, sevirsən, gülüm,
Mən də sənin üçün ölürəm axı
Link to comment
Share on other sites

Keçmiş hisslər olmur cənab,
Ötəri hisslər olur.
Siz ona sevgi deyirsiz
Və qorxursuz...
Keçmiş qorxular olmur cənab,
Onlar böyüyür
Və təbəssümə çevrilir.
Siz də onu kiməsə göstərirsiz
Və dost olursuz...
Keçmiş dostlar olmur cənab,
Keçmiş dostluq olur. 
Gələcək sevgilini
Qısqandırmaq üçün...
Keçmiş sevgililər olmur cənab
Keçmiş sevgilər olur.
Onlar da böyüyəndə
Xatirəyə çevrilir...
Keçmiş xatirələr olmur cənab,
Yaddaşınız sizi aldadır.
Əslində elə siz
Xatırlamaqla səhv edirsiz...
Keçmiş səhvlər olmur cənab,
Səhvlər heç vaxt bağışlanmır,
Bağışlanmır və keçmiş olmur...
Keçmişin özü də olmur cənab,
Hər şey gələcəkdən xəbər verir.
İndi bir söz deyəcəm:
Məni görüşə çağırmayın,
Hələ ki, bütün saatlarım təmirdədir.
Yaxşısı budur, 
Bir az vaxt verin.
Mən sizi həmişə
Gələcəkdə gözləyəcəm...
Link to comment
Share on other sites

Dəli bir şimşək ol, gözlərimdə çax,
Kədərini unut sevincindən bax,
Məndən istədiyin diləyə bir bax
Mən sənə sevməyi necə öyrədim?!
 
Könlümü üşüdən külək deyilsən,
Mənə mənim qədər uzaq deyilsən,
Sən körpə deyilsən, uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim?! 
 
Sınıq təbəssümün gülüş deyil ki,
Bu görüş mən deyən görüş deyil ki,
Məhəbbət bir sığal, öpüş deyil ki,
Mən sənə sevməyi necə öyrədim?!
 
Dinmirsən, sevgini dilindən tutum,
Saçını oxşayım, belindən tutum,
Yazı yazmırsan ki əlindən tutum,
Mən sənə sevməyi necə öyrədim?!
 
Baxışlar sevinib, göz gülməyibsə,
Ürəyin bir hicran, qəm bilməyibsə,
Dünyaya sənınlə bir gəlməyibsə,
Mən sənə sevməyi necə öyrədim?!
 
Bu gizli sevdada hekayət nədir?
Kədərə bükülü səadət nədir?
Heç özüm bilmirəm məhəbbət nədir,
Mən sənə sevməyi necə öyrədim?!..
Link to comment
Share on other sites

Ben güzel gözlü kadınları severim 
Bir de küçük ayaklıları, uzun boyunluları 
Hem nasıl severim, öyle severim işte 
Terler avuçları, kesilir solukları 
 
Ben mahzun kadınları severim 
Yavru ceylanca kadınları, ürkekçe 
Hem nasıl severim, öyle severim işte 
Bilemezsiniz ne güzeldir, öpüştükçe 
 
Ben akıllı kadınları severim 
Düşünen, az konuşan, o çok bilen 
Her yerde, her zaman nazı çekilen 
Hem nasıl severim, öyle severim işte 
 
İçimde büyük, sonsuz ateşler yanmalı 
Ve ölümüm o kadın yüzünden olmalı.
Link to comment
Share on other sites

MƏN - OZÜMUN DUŞMƏNI

Mən kiməm? Bu sualı

Hər il ad günlərimdə

öz-özümə vermişəm

Cavab tapa bilməyib

Bu sualın önündə

Başımı endirmişəm.

Mən kiməm?

Mən nəçiyəm?

Eşqim, diləklərim nə?

Niyə gəldim dünyaya,

Bu dünyada yerim nə?

Sağ ikən də bilmirəm

Ölüyəm, diriyəm mən?

Əvvəlini, sonunu

Dərk etməyən, ən adi,

Kəslərdən biriyəm mən.

İmkanla arzuların

Arasmda vurnuxan

Saat kəfkiriyəm mən.

Zamanın dəhrəsilə

Qanadlı arzuları
Budanan bir bəndəyəm.
Mən bir üzü ağamsa,
Bir üzü şərməndəyəm.

Mən özümün düşməni!

Hər gün çəkir çarmıxa

Öz içimdə mən, məni.

Mən özümçün həmişə

Baxdıqca sirri artan

Müəmmalı şəkiləm.

Özümə ittihamçı, özgəsinə vəkiləm.

Bildiyim bu qədərmiş

Məni məndən gizlədən

O suallar hədərmiş.

Bəxtiyar Vahabzadə

Link to comment
Share on other sites

ƏLİ (ə) VƏ SƏN
 
Yalan deməyin
O 25 il oturmadı
Olmadı “xanənişin”
Yalan deməyin
O 25 il için-için yandı deyin
O oturmadı
Sadəcə
Haqqın keşiyində gizli-gizli dayandı deyin.
 
Kim deyir ki, o 25 il dinmədi,
Susdu,
Danışmadı...?
Kim deyir ki o heçnəyə qarışmadı?
Kim deyir?
 
O dindi
Biz gərək, dedi
Dinməyək dedi -
Səs çıxarmayaq
Təki haqqın səsi ucalsın...
 
O sükutuyla qorudu haqqı
Sən səs-küyünlə dağıdırsan
O qaranlıq gecələrdə səssizcə göz yaşı axıtdı
Sən ürəklərdə qardaş qanı axıdırsan
Fərqə bax:
Əli (ə) Və Sən!
Bir bax, o harda
Sən harda qalırsan...?
O, haqqını qəsb edənə kömək etdi
Sən haqqını tələb edənə balta çalırsan.
Alçalırsan
Sus!
Allah eşqinə sus!
Bu qədər batil üçün susdun
Bir dəfə də Haqq üçün sus!
 
İlqar Kamil
Link to comment
Share on other sites

GƏLƏR İNDİ...
 
Deyəsən qapım döyülür,
görəsən odurmu gələn?
Nə qədər qalacaq bizdə,
sevəcəkmi məni, görən?
 
Xoşbəxtliyi gözləyirəm,
harda olsa gələr indi. 
 
Hardadı axı bu qonaq,
niyə bu qədər gec qaldı?
Şamım da əridi bitdi,
Otağın qanı qaraldı.
 
Xoşbəxtliyi gözləyirəm,
harda olsa gələr indi. 
 
Onu necə tanıyacam,
axı çoxdu gedib-gələn.
“Mənəm xoşbətliyin” -deyib,
əl tutub, üzümə gülən.
 
Xoşbəxtliyi gözləyirəm,
harda olsa gələr indi. 
 
Bu nə naz, ax, bu nə əda?
düşmək olmur sorağına.
Ünvanını da bilmirəm ki,
özüm gedim ayağına.
 
Xoşbəxtliyi gözləyirəm,
harda olsa gələr indi. 
 
Pis fikirə qapılmayım...
Nədən mənim xoşbəxtliyim,
məni kimləsə “aldadar?!”
Axı insan sayı qədər,
bu dünyada xoşbəxtlik var.
 
Xoşbəxtliyi gözləyirəm,
harda olsa gələr indi. 
 
İlqar Kamil. 21.12.11.
Link to comment
Share on other sites

Ömrün bahar çağında qəlbə yağan qar nədir? 
Sevirsənsə, sevgilim, səndə bu vüqar nədir? 
Bütün arzularına zirvə mənəm, son mənəm, 
Qüruru neyləyirsən? Sənin qürurun mənəm. 
 
Vüqar hara, eşq hara? Sevənlər "mən-mən" deməz, 
Sevənlər eşq odunda əriyib itməzmi bəs? 
Vüqarınla döyüşdə məhəbbətin uduzmuş, 
Mənim isti göz yaşım boş qürurdan uduzmuş.

 

B. Vahabzade

Link to comment
Share on other sites

Her gece bu odada Aşk ölüyor...!
Ölüsünü öpüyorum kaderimin...!
İçten içe kan topluyor duygularım...!
nefes darlığı çeken hayallerim oluyor...!
Dudağımda,çevirisi olmayan kelimeler geceye kurban gidiyor...!
Başını ezemiyorum yalnızlığımın...!
Sustum...!
Ana dilim ağlaya ağlaya sustum...!
Link to comment
Share on other sites

Könül, istəsən Xudanı biləsən, Əlini yad et,
Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı.
İki dünyada fənadan bir əsər belə tapılmaz,
Əgər öz əlinə alsa Əli çeşmeyi bəqanı.
 
Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm,
Qəzəb atəşində yoxsa külə döndərər cahanı.
Gedib ey yazıq dilənçi qapısını döy Əlinin, 
Ki, üzük verib şah eylər kərəmilə hər gədanı.
 
Əlidən savayı kimdən hələ bir uşaq doğulmuş,
Ki, tanıtdıra cahanda şühədayi Kərbəlanı.
Edər əhdi dosta qurban verə var-yoxunu dostlar,
Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı.
 
Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır,
Çağırım nə adla bilməm şəhi mülki lafətanı.
Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət,
Onun astanından al, gəl mənə xaki tutiyanı.
 
O ümidlə ki, ayağın tozunu ziyarət etsin,
Qapına ürək sözümlə yola salmışam səbanı.
Sən Əli, qəzasövənsan, bizi dinlə binəvayıq,
Uzaq eylə canımızdan kərəminlə hər qəzan.
 
Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə, 
Ki, lisani qeybi xoşdur edə vird bu nəvanı.
Gecə sübhətək ümidim bunadır səhər nəsimi,
Verə aşina həyamı, edə şad aşinanı.
Qulaq as gecə o “Ya həqq” quşuna ki, Şəhriyara,
Biləsən nə xoşdur açmaq gecə dosta macəranı.
 
Məhəmməd Hüseyn Şəhriyar 
Link to comment
Share on other sites

Bəlkədə öpüsür dodağ-dodağa
Məni öpdüyü tək onu öpürmü?
Mən onsuz girirəm hər gün yatağa
O məni yuxuda bir kəs görürmü
 
Ya Rebbim al mənim ağlımı basdan
Yenidən sən gətir məni dünyaya
Yenidən baslayım həyata,basdan
Yada ki, bir yolluq apar röyaya
 
Adımı dəyisim basqa bir ada
Qoy mənim adıma filan desinlər
Desinlər sevgi yox, yox bu dünyada
Eybi yox qoy mənə yalan desinlər
 
Vəssalam unudum onu indicə
Mən indi azadə yasayacağam
Cətini bu gündu yalnız bu gecə
Sağ qalsam dünyada yasayacağam!
Link to comment
Share on other sites

Bir kadının erkeği olmak istemiştim, ömür boyu.
Ama öyle sıradan bir kadının değil,
Özel bir kadının erkeği olmak.
Sadece güzellikle işim olmaz,ön yargılarla da.
 
Kim demiş ki
Erkekler aptal kadın ister diye,
Ben çok zeki bir kadının
Erkeği olmak istedim,
O kadar zeki olsun ki hem,
Neyi niçin yaptığımı da
O kendiliğinden anlasın istedim,
"Vallahi billahi" ile başlayanaçıklamalar
yapmak zorunda kalmayacağım
bir kadının erkeği olmak istedim.
 
O kadar zeki olsun ki
Benimle oynadığı oyunlardabeni yensin istedim.
Bazı kadınlar anlatırlar ya
Tavlada eşlerini nasıl yendiklerini,
işte o da güzeldir ama,Tavla zar işi...
 
Ben öyle bir kadın istedimki
Satranç tahtasını bana dar etsin, 
Fillerimi, atlarımı 
Önüne katıp kovalasın istedim, 
 
Beni o kadın mat etsin istedim...
Ben öyle özel bir kadın istedim ki, 
Sığınmasın, Ağlaşmasın,
Benden minnet beklemesin, 
Hepsini söke sökekendi yapsın istedim, 
 
Kim demiş ki,
Erkekler sığınacakları bir kadın istemez, 
Ben omzunda ağlayacağım bir kadın istedim.
Ama beni buna pişman etmeyecek, 
O göz yaşlarının zayıflık değil, 
Duygu seli olduğunu bilen ve
"Göz yaşına kurban olurum senin" diyebilecek
bir kadınınErkeği olmak istedim. 
 
Hamarat olsun istedim tabi ki,
Benide ateşlesin, 
Yapmadığım ötelediğim işleri bana yaptırsın istedim,
Ama öyle klasik kadın yöntemi ile kafamın etini yiyerek,
dırdır ederek değil, 
Bana örnek olarak, 
Beni utandırarak yapsın istedim bunu...
 
Yetenekli bir kadın olsun istedim,
Gerektiğinde hani, Benim elim bir türlü değmemişse bozuk prize, 
eline tornavidayı alabilecek bir kadın olsun istedim.
 
Yardımsever bir kadın olsun istedim,
Kendi parasınıda kazanan bir kadın olsun ama...
Benim verdiğim paralardan dazulaya atsın bir şeyler,
fakat o paralarla mesela birilerine yardım etsin, 
 
Sonra da bunu bana anlatsın istedim..
ki böylece, benimde zengin gönlümüm 
yardımseverliğimin değerinide anlayabilecek 
bir kadın olsun istedim. 
 
O ay bütçede verdiğim açığın sebebi için 
kafamın etini yemesin birine el uzattığımı anlasın istedim...
 
Delikanlı bir kadının erkeği olmak istedim, 
Hani, Koy yüz erkeğin içine Kızoğlan kız çıkanından...
Sokakta biri laf attığında, Çantayı kafasına geçireninden olsun istedim.
Şöyle gözüpek bir kadın.
 
Kadınsı bir kadın istedim, 
Delikanlılık kalbinde olsun ama...
Kendisi çok afilli bir kadın olsun istedim, 
Albenisi yüksek bir kadın yani, 
Çok bakımlı, Vücuduna saygısı olan,
Kendine özen gösteren bir kadının erkeği olmak istedim, 
Bir gören , Gördüğü anda şöyle yamulup kalsın yani..
İşte öyle bir kadın olsun İstedim, 
Kıskançlıkta yapabilirim bu durumda tabi ki,
İşte bunu da hoş görecek bir kadının Erkeği olmak istedim.
Link to comment
Share on other sites

Agırlıq.
Bir vaxt imtahana çəktilər bizi,
məhkəmə qurdular...dözdük birdəhər.
Dagıtmaq istədi ailəmizi
sən acan süfrədə çörək kəsənlər.
Səni telefona çagırıb hərdən,
bayramlar gəlməmiş təbrik eyləyən
filankəs,
adını çəkməyə dəyməz.
 
Sənə dedilər ki,dedidlərki, bil,-
ərin bir qadınla...
ey dili-qafil!
 
Mənə desəydilər,mən sarsılardım,
mən yeksan olardım bəlkə də yerlə.
Mən sənin yanında səndən sınardım
sən cavab qaytardın hələ səbrlə.
 
Mən sənə borcluyam o sözlər üçün,
(bu sənin nə hissin,nə inadındı)
Ən böyük sirdaşdı qadın ər üçün,
ən böyük arxa da
bəlkə qadındı.
 
Qaldı ürəyində əbədi bir xal,
neyləyim xəbisin dünyası dardı.
Agırdı gözündə gördüyüm sual,
dilinlə desəydin,yüngül olardı.
 
Nəriman Həsənzadə.
Link to comment
Share on other sites

Füzulidən təxmis.

Mehman ki oldun,ey dil,bunyadı yox binadə,
Əlbəttə,bəzmi-qəmdə şirin olar qəfadə,
Zəhri ki oldu şirin tişə yetərmi dadə,
"Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min bisütunu badə."

Ağazi-eşq edəndə məndən alıb həvasın,
Heyhat,uçurdu başdan rəsmi-cünun hümasın,
İnşa edəndə başda zağü zəğən yuvasın,
"Versəydi ahi-Məcnun fəryadımın sədasın,
Quşmu qərar edərdi başındakı yuvadə."

Rüxsari-Şirin oldu Fərhadə kuhi-əcz'a,
Səhranı sandı Məcnun Firdovsü Ədnü Məva,
Fərhad məsti- Şirin,Məcnun xabi-Leyla,
"Fərhad zövqi-surət,Məcnun seyri səhra,
Bir rahət içrə hər kəs,ancaq mənəm aradə."

Nəhr olgu abi-çeşmim,səhl olmadı fəridim,
Ondan nə hasil,əfsus,artdı ğəmi-cədidim,
Vəsl oldu bəhri-dərdə,faş oldu çün nəvidim,
"Əşki-rəvanimə el cəm oldu, var ümidim,
Kim ola varə varə cəmiyyətim ziyadə."

Xuni-dil qəsdi ilə çəkmiş sipah çeşmin,
Ağazi-hərb istər,bilməz günah çeşmin,
Nagəh mübariz etdi ğəmzəni şah çeşmin,
"Gəh ğəmzən içmək istər qanımı,gah çeşmin,
Qorxum budur ki,nahəq qanlar ola aradə."

İstərsən ər əyaği ver başı,can nisar et,
Leysə hüna məcalün lir-rə'si,ixtiyar et,
İn ləm yəkun məramun,sər verməyi kənar et,
"Sərvərlik istər isən üftadəlik şüar et,
Kim düşmədən əyağə,çıxmadı başə badə."

Etdin bina zuyufə beytüs-səfa,Füzuli,
Sən bir səxi,Məzahir bir binəva,Füzuli,
Tapdı bu beytin içrə dərdə dəva,Füzuli,
"Gər görməmək dilərsən rəsmi-cəfa,Füzuli,
Olma vəfayə talib dünyayi-bivəfadə."

Link to comment
Share on other sites

Bəzən deyirlər ki, dəyişib zaman
Hər şey adiləşib...
Nə sevinc, nə qəm!
Elə bir möcüzə tapılmaz,
insan,
Ona heyrətlənə...
Heyrətlənmirəm!
Əgər belədirsə, küsmə zamandan.
Qəlbinə yaxşı bax!
Qəlbin çox soyuq!
Heyrət qurtarıbsa, demək, cahandan
Gözəllik köçübdür, xəbərimiz yox!..

 

Bəxtiyar Vahabzadə

Link to comment
Share on other sites

Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...

Ramiz Rövşen.

Link to comment
Share on other sites

Axı uzaqdayam...sənə sözüm var,
Bir yol zəng eləsən, axı, nə olar?
Bilmirdim bu qədər dönükmüş üzün,
Bəs sənin heç yoxmu mənə bir sözün?
Boşalmaq istərmi ürək dolmasa,
Səni tərpətmədi bunca davalar?
əgər sözün yoxsa...
Sən heç olmasa
Soruş, necə keçir burda havalar?
Dağ seli dağlanar dar dərələrdə,
Düzənə çıxmasa durula bilməz...
Səni qınamıram düzü bu yerdə
Eşqsiz ürəkdə söz ola bilməz!
Necə bacarırsan, necə dözürsən?
Əsəbin, ürəyin də daşdanmıdır?
Anlaya bilmirəm, damarlarından
Axan qar suyumu, yoxsa qanmıdır?
Bunu da oxuyub gülərsən yəqin,
Mənəm danlayan da, mənəm sevən də!
Poladdan əsəbin var imiş sənin,
Kaş sənin xislətin olaydı məndə!
Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
      • 119 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 14 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Like
      • 21 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Facepalm
        • Upvote
        • Sad
        • Confused
        • Like
      • 100 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Sad
        • Haha
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Upvote
        • Sad
        • Red Heart
        • Like
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...