Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər.


Recommended Posts

Bulud göy üzünün gözüymüş demə,
Göy üzü dolanda bulud ağlayar... 
Ümid acizliyin sözüymüş demə,
Çarə tükənəndə ümid ağlıyar... 

Dərd çəkmək ürəyin boynuna düşüb,
Yük ağır olanda ürək ağrıyar... 
Tufanda çovğunda keçən bir ömrün,
Yayında çən düşər külək ağlıyar... 

Göz yaşı göylərin gözündən düşər,
Torpaq göz yaşından mamır bağlayar... 
Sazaqdan qəlbimdə dərd yetimləşər,
Birdən ağlıyaram göylər qınayar... 

 

Fateh Əliyev

Link to comment
Share on other sites

  • Replies 1k
  • Created
  • Last Reply

Yagiş.

Yagış yağır...
Gözlerimiz qapalı,ağlımızda bir şey sen ve men...
Qelbimiz qaynayar,daşar,titreyer dodaq, titreyer beden.
Sanki bu yağış üstümüze ehtiras küleklerinin qovduğu buludlardan yağar,
Hardan yağar ?!?!
Belke mehebbetin hökm etdiyi bir diyardan yağar? Ordan yağar?!?!
Bu yağışın sesi sanki bir neğme...
Mene öpüşünün dadı kimi doğma...
Berk-berk sarıl! Ayrılma menden!
Yağış keser birden.
Dodaqların dodağımdan ilham alsın,
Bu yağışın xatiresi,damlasının her bir sesi
Qulağımda qalsın...

P.S. - Muellif özümem. Müellif hüquqlarini pozana halalliq verilmir :-)

Link to comment
Share on other sites

Dün kuzəmi daşlara çaldim

Sərxoşdum,bilmədim əlimdən saldim.

Kuzə dilə gəlib dedi ki,

Məndə sənin kimi idim,bu günə qaldim.

                                                                   Məhsəti Gəncəvi.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Men seni severken ele bilirdim..
Omrumu seninle surub gedecem.
Bilmedim bu weher bogacaq meni..
Bawqa bir olkeye qerib gedecem...
Yawaya bilmerem men bu weherde...
Bu weher salibdi meni bu derde...
Qoy senin olsun o xatireler de...
Mende her neyin var verib gedecem...
Bir zaman her weyi unutsan da sen...
Bilirem yadina duwecem herden...
Inan ki hec kesi sevmeyecem men....
Qelbimin qapisin horub gedecem....
Bu weher dar oldu mene busbutun...
Gedirem men azad yawamaq ucun...
Yox deme.... Evine gelecem bu gun...
Sadece qapidan gorub gedecem...
Bir daha cetin ki geri donecem....
Mende her neyin var verib gedecem...

Link to comment
Share on other sites

Sən əgər, köhnə məktubları oxuyursansa
maraqlı deyilsə yeniləri
arxivləri eşirsənsə
gah özünə, gah ona haq verir,
səhvlərini bircə-bircə başa düşürsənsə
Gecə-gündüz xatirələrlə əlləşir,
Ayna ilə dərdləşirsənsə...
Tənhasan sən, ay adam.

Saatlarla uzanıb, tavana baxırsansa sən əgər
biraz da küskün halda
deyinirsənsə öz-özünə
göz yaşı da səssiz-səssiz süzülürsə üzünə
Silmirsənsə
nə edəcəyini bilmirsənsə
vurnuxursansa o yana bu yana
qalmısansa yana-yana
Tənhasan sən, ay adam!

Arabir qulağına qəribə səslər gəlirsə
üşünürsənsə biraz da
tez səsini qaldırır, 
səsli düşünürsənsə biraz da
Bu boyda ev-eşik sənə dardısa
yarımçıq oxuduğun bütün kitablarda 
yalnız onun gözləri vardısa
it kimi ulamaq da keçirsə könlündən,
boğulursansa da, məsələn
Tənhasan sən, ay adam!

Ilqar Kamil

 

Link to comment
Share on other sites

Mən ki, baxtımdan küsmədim,
Neyləyim, budu qismətim,
Dünyanın ən fağır iti
Məni görəndə şir olur.
 
Hesablama itənləri,
Gələnəri-gedənləri,
Yaxşı-pis ötən günlərin
Axır adı "ömür" olur.
 
Hər ömür tələdi-tələ,
İçində çırpınır hərə;
Ya özün dönürsən külə,
Ya da, başına kül olur..
 
R.R
Link to comment
Share on other sites

Öyrəndim ki,
Onun mənə dönüşü sevgisindən deyil, insafından imiş
Bu bilgi sillə kimi çarpılıb 
Bütün ümüdlərimi saldı əlimdən
Və onun belə etibarsız çıxması 
məni daha çox ona görə üzdü ki,
Onun üçün darıxmağı aldı əlimdən...
 
Bu etibarsılıq sağolsun,
Sonu görünməyən bütün yollardan çəkdi gözümü
Darıxdığım yoxdusa 
Bu əsl azadlıqdı -deyib təsəlli etdim özümü...
Daha özümünəm mən, 
Daha azadam;
kiməsə nəfəs, ürək, bəbək, can deyiləm
Ona görə də
Daha darıxmıram mən - daha insan deyiləm!
 
Indi günlərim elə bomboşdu ki
Darıxmaq çox vaxt alırmış
Lap körpə uşaq kimi
Ya da nə bilim, növcavan oğlan kimi olmuşam
Insan darıxdıqca qocalırmış...
 
Torpağa qarışanlarım arasında
Elə etibarlıları var idi ki
Axmaqlıq da olsa hələ də onların dönüşünü gözləyirəm.
Düşünürəm ki, etibarsız sağlar üçün darıxmaqdansa 
etibarlı ölənlər üçün darıxmaq daha qiymətlidir.
Əslində mən çox vaxt anamı bu üzdən özləyirəm...
 
Ehhh...Ölümü çıxsaq, 
Yəqin ki, Hər gedişin bir dönüşü var
Anlamadığım budur ki,
Darıxmayanın, gözləməyənin bu dünyada nə işi var?!
Mən getdim...
 
Ilqar Kamil
Link to comment
Share on other sites

Qaranquşa könül bağlama, oğlum!
Etibarı soyuqlar düşənəcən olar.
Bir gün onu sənə gətirən səxavətli soyuqlar
Bir gün də səndən amansızca qoparar...
 
Nə qədər ağırdır, deyilmi?!
Saman çöplərindən toxunmuş, 
Toz basmış bir yuvanın ümüdünə qalmaq.
Ay-ay, həftə-həftə 
Gün-gün, saat-saat azalmaq...
 
Nə məlum, gələn yaz 
gedən qaranquş səni yada salacaqmı?
Və nə məlum, 
o gələnə səndən bir əsər-əlamət qalacaqmı?!
 
Soyuqlar bəhanədi əslində
Getmək qaranquşun zatında var.
Onu durdurmaq mümkün deyil
Etdiyini edəcək!
Eşqinlə dünya qanunlarını devirsən belə,
Özünü yandırıb çovğunlu qışı qızmar yaya çevirsən belə
Payız ki, gəldi, 
O gedəcək...

 

Ilqar Kamil

Link to comment
Share on other sites

Yerini yığ, gözəl qızım,biri geler, ayıbdı..
Pijamayla gezme bele,bir biler,ayıbdı..
Dur gel, evi temizleyek,biri girer otağa..
Seliqeyle sen el gezdir, o bucaq,bu bucağa..
Heç qışqırma, asta danış,birden biri eşider,
Zəmbilləri al əlimdən, bir görse,ne deyer?
Onu yeme, kenara qoy, o birinin payıdır,
Çox danışma yol başında, belke biri qayıdır..
Evde otur, çıxma çöle,belke biri göz qoyur.
Sözlerin e diqqət ele,yaxşıotur,yaxşı dur...
-Eh ay ana, men belece
çıxammadım heç hara,
Ne de, "Biri" gelmedi ki,canımız da qurtara!
 
"BİRİ"-Afaq Şıxlı.
Link to comment
Share on other sites

Bitməz həyat, gəlməz ölüm.

Kipriyimlə qor götürüb,
Həsrət dolu baxışımla taleyimə yol çəkirəm.
Kədər adlı zəhrimarı ciyərimə bol çəkirəm.

Qədərimlə barışırıam, itaətə qol çəkirəm

Bu nə həyat, bu nə zülüm,
Bitməz həyat, gəlməz ölüm.

Qınayanlar bu həyatda, hansı dərdə şərik oldu?
Gül baxçamda çiçək əkdim, tikan bitdi, qönçəm soldu.
Acılara sinə gərdim, gözümdən çox bağrım doldu,

Bu nə həyat, bu nə zülüm,
Bitməz həyat, gəlməz ölüm.

Gözümdən yaş sel-su kimi axan zaman,
Silmədi ki, bu yaşları bir tək insan,
Bəzən bezib, bu dərdlərə etdim üsyan,
Ha cağırdım, ha bağırdım, çıxmadı ki, səsim-ünüm.

Bu nə həyat, bu nə zülüm,
Bitməz həyat, gəlməz ölüm.

Üfüqlərə can ataraq, bu dərdlərə şirin dedim,
Günəşimi gözləyirəm, səhərlərdi biri dedim,
Yay günündə qar yağdırıb, bəxtimə afərin dedim.

Bu nə həyat, bu nə zülüm,
Bitməz həyat, gəlməz ölüm.

Mən hələ də yürüyürəm, bir üzüm ağ, biri qara, 
Hardan bilim bu cahanın sonu gedib çıxır hara?
Güc almışam imanımnan, gücüm çatar buludlara,
Dərdlərimi nərdivan tək ayağıma sərim dedim.

Bitmə həyat, gəlmə ölüm.
Hələ çoxdur bu dünyada işıq dolu ömür-günüm,
Hələ çoxdur bu dünyada sevgi dolu ömür-günüm,
Bitmə həyat, gəlmə ölüm.

müəllifi bilmirəm(

Link to comment
Share on other sites

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?

Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan

Link to comment
Share on other sites

Cətini bu gündu yalnız bu gecə
 
Bəlkədə öpüsür dodağ-dodağa
Məni öpdüyü tək onu öpürmü?
Mən onsuz girirəm hər gün yatağa
O məni yuxuda bir kəs görürmü
 
Ya Rebbim al mənim ağlımı basdan
Yenidən sən gətir məni dünyaya
Yenidən baslayım həyata,basdan
Yada ki, bir yolluq apar röyaya
 
Adımı dəyisim basqa bir ada
Qoy mənim adıma filan desinlər
Desinlər sevgi yox, yox bu dünyada
Eybi yox qoy mənə yalan desinlər
 
Vəssalam unudum onu indicə
Mən indi azadə yasayacağam
Cətini bu gündu yalnız bu gecə
Sağ qalsam dünyada yasayacağam!
Link to comment
Share on other sites

CEVİZ AĞACI
 
Başım köpük köpük bulut, içim dışım deniz, 
ben bir ceviz ağacıyım Gülhane Parkı'nda, 
budak budak, şerham şerham ihtiyar bir ceviz. 
Ne sen bunun farkındasın, ne polis farkında.
 
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda. 
Yapraklarım suda balık gibi kıvıl kıvıl. 
Yapraklarım ipek mendil gibi tiril tiril, 
koparıver, gözlerinin, gülüm, yaşını sil. 
Yapraklarım ellerimdir, tam yüz bin elim var. 
Yüz bin elle dokunurum sana, İstanbul'a. 
Yapraklarım gözlerimdir, şaşarak bakarım. 
Yüz bin gözle seyrederim seni, İstanbul'u. 
Yüz bin yürek gibi çarpar, çarpar yapraklarım.
 
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda. 
Ne sen bunun farkındasın, ne polis farkında. 
 
Nazım HİKMET
Link to comment
Share on other sites

Eskisi kadar özlemiyorum seni,
Ve ağlamıyorum olduk olmadık zamanlarda.
Adının geçtiği cümlelerde, gözlerim dolmuyor.
Yokluğunun takvimini tutmuyorum artık.
Biraz yorgunum.
Biraz kırgın.
Biraz da kirletti sensizlik beni!
Nasıl iyi olunur henüz öğrenemedim ama
“İyiyimler” yamaladım dilime.
Tedirginim aslında, seni unutuyor olmak,
Hafızamı milyon kez zorlamama rağmen yüzünü hatırlayamamak korkutuyor beni.
Gel diye beklemiyorum artık,
Hatta istemiyorum gelmeni.
Nasıl olduğun konusunda ufacık bir merak yok içimde.
Arasıra geliyorsun aklıma, banane diyorum.
Benim derdim yeter bana banane!
Alıştım mı yokluğuna?
Vaz mı geçiyorum, varlığından?
Tedirginim aslında,
Ya başkasını seversem?
İnan o zaman seni hayatım boyunca affetmem...
 
Özdemir Asaf
Link to comment
Share on other sites

Anasız bu dünyamın
nə dadı var,nə də tamı !
İlahi ,al hər şeyimi,
qaytar mənə Anamı ..! 
 
Anasızlıq ağır gəlir
ürək onu çəkə bilmir.
"Yetim " adlı yırtığımı
heç bir iynə tikə bilmir.
 
Anasız çılğın həyatın
nəbzini tutmaq da çətin
Anasız gülmək,ağlamaq
Anasız yatmaq da çətin.
 
Anasızı gözlərindən tanıyaram:
-kövrək ,ürkək.
Heç bir gözün düz içinə baxa bilmir.
Elə bil ki ,baxışında nəsə çatmır.
Anasızlıq
gözlərindən çıxa bilmir...
 
"Əziz anam" ! -deyən görər,
Ana əzizləyən görər-
sol tərəfdə ağrı duyar Anasızlar
bir xəlvətə çəkilərək sızldayar Anasızlar...
 
Bircə kəlmə ,üçcə hərf
Dərin ,çözülməz bir məna.
Desəm, mələk
Desən ,insan
əlçatmaz bir imkan-Ana !
 
...Doğularkən qayçı ilə
göbək bağımızı kəsib
ayırarlar Anamızdan
Bax,o zaman bəlli olar Ulu istək !
Demək ,hər şey ötəridir,
hər şey haçansa bitəcək.
Demək,bu fani dünyada
öz doğmaca Anamıza 
belə bağlanmamaq gərək...
 
Ilqar Kamil
Link to comment
Share on other sites

Qızım - B.Vahabzade                               
 
Gəlirsən, gedirsən 
Gözüm önündə, 
Bilmirsən nə sorur, nə deyir atan. 
Üzündən, gözündən, 
Hər bir sözündən 
Qəlbini oxumaq istəyir atan. 
 
Gəlirsən, gedirsən, heç nə sormuram, 
Baxışlar danışır, baxışlar ancaq. 
Bilmək istəyirəm, a mənim balam, 
Səni isidirmi qonduğun budaq? 
Qınama, bələdəm mən bu həyata, 
Kim çərxi geriyə döndərə bilmiş? 
Övlada qızıldan təxt verər ata, 
Qızıldan bəxtini kim verə bilmiş? 
Gəlirsən, gedirsən. 
Dəyişmiş bizim 
Sözümüz, sorğumuz 
Bu sən, 
bu da mən 
Elə gəlirsən ki, elə bil, qızım, 
Bu evdə doğulub böyməmisən. 
Bir az yad olmusan, 
Bir az utancaq, 
Əvvəlki ərkini istərəm yenə. 
Gələndə qonaqsan, gedəndə qonaq, 
Nə tez özgələşdi bu ocaq sənə? 
 
Sənin xislətin də nə tez dəyişdi, 
Demə gileyliyəm, yox, yox, şadam mən, 
Sev ki, seviləsən,
Bizimki keçdi, 
İndi sənin üçün narahatam mən. 
Qoru hər ləkədən məhəbbətini, 
Hər yerdə, 
həmişə, 
hər zaman, qızım. 
Arxan-ata evi,
Səadətini 
Yalnız ər evində tapasan, qızım. 
Link to comment
Share on other sites

Mikayil Müşfiq 
 
Məni gözəl xatırla
Bunlar son misralar
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın ve mən bitdim
 
Məni gözəl xatırla! 
Çünki sevdim sənin mən, hər şeyini
Sənə sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzünə vurmadım heç bir nöqsanını 
Meni üzdün qınamadım
Alışmışdım vəfasızlığa, el oldun aldırmadım
 
Məni gözəl xatırla!
Səhifələrcə məktub buraxdım sənə 
Şerler yazdım her gece çoxunu oxutmadım
Saxladım günahını, savabını içimdə, səssizcə getdim
Səndən əvvəlkilər kimi sən də başa düşmədin
 
Meni gözel xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə en yorğun sabahlar
Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
Söylənməmiş ”Salamlar” buraxdım hər küncə
“Vidalar” buraxdım dayanacaqlara
Ne axtararsan bir sevdanın içində
Artıqlamasıyla buraxdım arxamda
 
Məni gözəl xatırla!
Dizlərində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Sevincli olduğun anları gətir gözünün önünə
Alnından öptüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Təəccübləndirməyi sevirəm bilirsən
Buda sene son surprizim olsun
İndi səninlə yaşanan günləri atəşə verirəm
Məni gözəl xatırla!
Gedirəm...
Link to comment
Share on other sites

Kishi yox?!
 
Kişi var ki, kişidir, amma kişiynən işi yox, 
Kişi var, nakişidir, amma deyir ki, kişi yox. 
 
Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür, 
Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox... 
 
Kişi var, pullu işi, yaxşı dişi, közdə şişi, 
Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox. 
 
Kişi var, arvadının xeyli vişindən buraxıb, 
Kişi var, arvadının dövri-qədimdən vişi yox. 
 
Kişi var, Azərbaycanda beşindən biridir, 
Kişi var ki, evində biri vardır, beşi yox. 
 
O qədim Ankarada Pünhana erkək dedilər, 
Kişi bizlərdə imiş, sən demə türkdə kişi yox.
Link to comment
Share on other sites

Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?
Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?
 
Xeyli götür-qoy etmişik, borca girib toy etmişik,
Hər ikimiz də həmxana, körpəmiz olsun, olmasın?
 
Borcu sələmnən almışıq, dərdnən-ələmnən almışıq,
Borcu verən də bir "dana", körpəmiz olsun, olmasın?
 
Baxmır həkimlər imkana, xətt çəkilibdi vicdana,
Ya öl, ya pul ver, ol ana, körpəmiz olsun, olmasın?
 
Yaşı çatanda yeddiyə, gün bükülür göy əsgiyə,
Dönür tədrisi "şirvana", körpəmiz olsun, olmasın?
 
Körpə soruşsa bir zaman, ay ata, yurdum hardadır,
Mən nə cavab verim ona, körpəmiz olsun, olmasın?
 
Vermə əzabı Pünhana, qıyma o yazıq insana,
Ver bu sualı Sübhana, körpəmiz olsun, olmasın?
Link to comment
Share on other sites

Bakının dərdi var...
Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var Bakı xəstədir.
 
Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.
 
Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.
 
O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.
 
Sən ey "Qız qalası" qalasan hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir....
Link to comment
Share on other sites

Gözlərində meyid vardı bu qarının
kirli dırnaqlarında
ölüm,
Aygün Kazımovanın mahnısını oxuyurdu
vücudundakı zülmət-“Qoy işıqları söndürüm!”
 
Arxasında isə yetim kitab dükanı…
 
əli altında-
-fizika-riyaziyyat dərslikləri,
Kafkanın gündəlikləri,
Quran təfsirləri,
Ümmülbanunun “Paris günləri”…
 
Müştəri gəldimi,
cibini eşələdimi,
ağzına gələni çərənlədimi,
beşcə qəpik ələ dəydimi,
o qarı, bir səhifə qoparır
həmin bəxtsiz kitablardan,
Vaxsey, Marks “Kapital”ının
düz ortasından!
 
dürmələyib, içinə qara tum tökür…
dildə, hökuməti söyür,
müştərinin dərdini alır,
başına dönür,
İşdə, hikmət dünyasını sökür,
Çökür, Nizaminin “Sirlər xəzinəsi”…
Ütülür, “Kapitan Nemo”nun
bütün fəlsəfəsi.
 
Hemid Herisci
Link to comment
Share on other sites

Ramiz Rovsen QARA PALTARLI QADIN 

Kishiler bir olmur atam balasi 
Qorxagi var,igidi var, 
Amma her kishinin olenden sonra 
Qebri ustde aglamaga 
Bir qara paltarli gozel bir qadina umidi var. 

Sen olende kim olacaq gozlerini baglayan ? 
Qardashmi olacaq,yadmi olacaq ? 
Bu dunyada belke sene en cox aglayan, 
En cox aglatdigin qadin olacaq ?! 

Goz yashlari yuduqca bash dashini, 
Qebrinde qurcalanib,deyeceksen:ilahi 
Iller boyu aglatdigim bu qadin 
Goren nece saxlayibdi bu qeder goz yashini ?! 

Birce kere ne sacini oxshamisham, 
Ne gozunu silmishem. 
Gozlerime batir indi saclarinin her deni, 
Iller boyu bu qadina men axi dert vermishem, 
Indi goren,niye cekir derdimi ? 

Bu qadin bash dashimi opub,sigallamaqdansa 
Yumruguyla doyse-doyse yaxshidir. 
Qebrimin ustunde aglamaqdansa 
Meni soyse, yaxshidir. 

Yeri-yeri,qara paltarli qadin, 
Kiri-kiri,qara paltarli qadin. 
Bu qebir de min qebirden biridi 
Bash dashimi besdi basdin bagrina, 
Butun mene aglayanlar kiridi, 
Sen de kiri, qebrim damir, aglama.

Link to comment
Share on other sites

Qadın
N.Həsənzadə
 
 
Pəncərəm önündə sular çağlayır,
Xal düşür gecənin aydınlığına.
Qollarım üstündə bir qız ağlayır,
İnana bilməyir qadınlığına.
Başının örpəyi yana sürüşüb,
İçməyib,məst olub…
Səbəbi nəydi?
Yerin çəkisizlik qütbünə düşüb,
Bu qütbü nə vaxtsa o,keçməliydi.
Özü gözlədiyi bir gün gəlibdi,
İndi soruşmayın, heç bilməyir o.
Qadınlıq qızlığa üstün gəlibdi,
Ağlaya-ağlaya gülümsəyir o.
Açıb gözlərini indi qalxacaq,
Tanımır özünü şirin röyada.
Qızlar nə deyəcək ,bilmirəm,ancaq
Mübarək!
Bir qadın artdı dünyada.
Bir kişi qayğısı artdı,
Mübarək!
Bu gecə hər qəlbə nur ələnibdi.
Nəqədər qadın var ,o qədər demək
Dünyaya qayğılar səpələnibdi.
Azalır o bəzən,artır o bəzən
Sınanır varlığı, yoxluğu üçün.
Bəlkə mən, sevirəm dünyanı qəlbən,
Qadın təbiətli olduğu üçün.
Bəzən bir eyhamla, ya baxış ilə
Nə qədər istəsən söz demək olur.
Yalnız bir qadının təbəssümüylə
Yüz ağlayan olsa,kiritmək olur.
Köksündə gizlicə sevən ürəyi
Gözündə həmişə məlum olubdu.
Kişilər önündə cəbrlə deyil,
Qadınlar xahişlə məğlub olubdu.
O ən müqəddəsdi,ən mədənidi,
Bəşər nəslimizə o həyat verir.
Qadının sərvəti- öz bədənidi,
Onu da kişiyə mükafat verir.
Qollarım üstündə bir göz yaşını
Bir qərib gülüşü öpürəm hələ.
Özü qız saçını,qadın saçını
Üzümə dağıdır öz əllərilə.
Link to comment
Share on other sites

Mən ki,sən deyiləm
 
Unutmadı gözlərini gözlərim,
Mənim gözüm sənin gözün deyil ki.
O yerləri naxışlayır izlərim,
Mənim izim sənin izin deyil ki.
Yalanlara öyrətmədim dilimi,
Mənim dilim sənin dilin deyil ki.
Hər yetənə uzatmadım əlimi,
Mənim əlim sənin əlin deyil ki.
Uçub getdin,sazaq düşdü könlümə.
Mənim qəlbim sənin qəlbin deyil ki.
Sən gülüşcün yaranmısan,inləmə
Mənim nəmim sənin qəmin deyil ki.
Sən qaraltdın,mən agartdım saçımı
Mənim saçım sənin saçın deyil ki.
Eşidənlər bağışlayır suçumu,
Mənim suçum sənin suçun deyil ki.
Yerə düşdü,odlu sözüm közərdi.
Mənim sözüm sənin sözün deyil ki.
Qarşılaşdıq.
Dil susdu, üz qızardı.
Mənim üzüm sənin üzün deyil ki.
Sən yolunu dəyişdirdin bir səhər,
Mənim yolum sənin yolun deyil ki.
Bu hicrana dözəcəyəm birtəhər,
Dözəcəyəm,hicran ölüm deyil ki.
 
  Nüsrət Kəsəmənli
Link to comment
Share on other sites

Ey bixeber...!
Men seni sevdiyim qeder..
Bir dawi sevseydim eger..
Daw donub insan olardi..
Bir quwu sevseydim eger...
Quw donub terlan olardi..
Her gun qonub pencereme
Mene negme oxuyardi.
Konlum bele qan olmasin
Halim periwan olmasin?
Sen ne dawsan...
Sen ne quwsan...
Sen gozumden axan yawsan..!
Niye yoxdu senden xeber??
Niye gozu yawli qalib
O muqeddes xatireler...???

Link to comment
Share on other sites

Deyim, biləsən
Səni özləmirəm 
heç dərdindən də ölmürəm 
Yox, yox
Sənsizlik məni üzmür ki
nə ağlamıram
nə də pəncərəmdən baxa-baxa
gözümün yaşını silmirəm.
Nə bilim,
Sən yoxsan deyə
nigaran da deyiləm heç...
 
Elə bilirsən ki səni unutmaq çətin idi?!
Yox, Əsla!
Həsrətinə and olsun,
Elə unutmuşamki səni.
Nə hüzünlü deyiləm
nə qaş-qabağımı tökürəm.
Yalan olar axı
necə deyim ki
Sənsiz çox əzab çəkirəm...?!
 
Sən heç narahat olma
fikir eləmə axşam-axşam
Mən artıq alışmışam sənsizliyə
həmişəkindən də yaxşıyam
Mən yaxşıyam
Yaxşıyam...
 
İlqar Kamil
Link to comment
Share on other sites

Bu nə təhər darıxmaqdı,
Axı belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.

Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim.
Evdə qalsam, ev-eşiyim.
Yol getsəm, yolum darıxır.

...Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır...
Link to comment
Share on other sites

GƏL GEDƏK OTURUB SAATA BAXAQ

Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin –
o da ki gözümü qapamaq üçün.

Mən ki GÜNÜN gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.

Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
gəl gedək oturub saata baxaq.
Link to comment
Share on other sites

Ağlanmayan dərd də var...

Ağlanmayan dərd də var;
göz yaşından yuxarı.
Nə bir kərə ah çəkir,
nə səsini çıxarır.

Bir küncündə ürəyin
kirimişcə uyuyur.
Tüstülənir eləcə,
nə sönür, nə soyuyur.

Yanından başılovlu
çaparaq dərdlər keçir.
Dərd demə, atam oğlu,
elə bil atlar keçir.

Çat-çat olub yarılır
neçə yerdən ürək də.
Qanlı ləpirlər qalır
o dərdlərdən ürəkdə.

...Ağlanmayan dərd də var;
bir damla yaşa həsrət.
Quru-quru
adamın axırına çıxan dərd...
Link to comment
Share on other sites

Ramiz Rovsen

Qanadım var, göyüm var,
Quşam, qəfəsim yoxdu.
Uçmağa hər şeyim var,
Təkcə həvəsim yoxdu.

Yol getməyə yolum var,
Qulluğum var, qulum var,
Xərcləməyə pulum var,
Təkcə həvəsim yoxdu.

Nə dərd var, nə əzab var,
Nə hirs var, nə qəzəb var,
Ölməyə yüz səbəb var,
Təkcə həvəsim yoxdu…
Link to comment
Share on other sites

BAĞIŞLA, OTAĞIM TÖR-TOKÜNTÜDÜ

Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü.
Link to comment
Share on other sites

...
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol ....
Nə qəribədir ?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur , gəl tanış olaq.

Qoluna girərdim ... bu , yadındadır ,
gedərdik ... yolumuz , arzumuz şərik .
Qolum qollarının lap yanındadır ,
toxunsa biz indi üzr istəyirik .

Hayanda oldumsa səhər , ya axşam ,
Aradın sən məni , gördün sən məni .
İndi gözlərinin qabağındayam ,
Hayanda durum ki ,
Görəsən məni ?
Link to comment
Share on other sites

DEMİŞƏM

HEÇ ÖZÜMÜ BAĞIŞLAYA BİLMİRƏM,
HƏYASIZA MƏN HƏYALI DEMİŞƏM
NECƏ GEDİB, NECƏ GƏLİB YANIMA,
AYAĞINA MƏN SAYALI DEMİŞƏM.

NƏ HİSSİ VAR, NƏ ÜRƏKDƏ DUYĞUSU
ÜRƏKSİZDİ NEÇƏ ÜRƏK OĞRUSU
ARA VERMİR VİCDANIMIN AĞRISI
VƏFASIZA, MƏN VƏFALI DEMİŞƏM.

QANQAL İMİŞ, GÜL YERİNƏ QOYMUŞAM
DAŞ PARLAYIB, LƏL YERİNƏ QOYMUŞAM
QARIŞQANI FİL YERİNƏ QOYMUŞAM,
MƏN SƏRÇƏYƏ DAĞ QARTALI DEMİŞƏM.

YUXULUYDUM, SƏN OLDUN İLK OYADAN
ELƏ BİLMƏ O YATANAM, O YATAN
ÜRƏK SINDI CALAQ TUTMUR SONRADAN
NƏ DEMİŞƏM MƏNCƏ HAQLI DEMİŞƏM.

SƏN BU YOLUN YOLÇUSUYDUN QALMA GET
İSTƏYİRDİM LƏNGİYƏSƏN, AMMA GET
MƏN DEMİŞƏM DAHA MƏNDƏN UMMA GET
KİŞİLƏRİN YOXMUŞ AĞLI DEMİŞƏM!

 NƏRİMAN HƏSƏNZADƏ.
Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
      • 6 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 14 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
      • 27 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
      • 18 replies
    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Upvote
        • Haha
      • 135 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 26 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
      • 25 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...