Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər.


Recommended Posts

[font=times new roman,times,serif][color="#663300"]duygular hesrete inad etmisdi
oten gunlerdeki zaman kimiydin
arzular umudu qanad etmisdi
o uzaq yollarda duman kimiydin
silib gozlerimden hesretli nemi
Bu gece yuxumda gormusem seni

men sensiz aglatdim qemli hesreti
bu gece qiydigi merhemetisen
ovudaq kovrelen bu mehebbeti
sen axi yuxular seltenetisen
unutdum dunyada o sensiz meni
Bu gece yuxumda gormusem seni

nitqimde gizlenen arzum dileyim
ruhumun nefesi her an gereyim
sen menli dunyada var idin onda
hem sensiz kimsesiz tenha ureyim
esqin denizinde qerq olan gemi
Bu gece yuxumda gormusem seni

qayidan deyilsen ne desem ebes
seni gozlerinde gizletdi her kes
aradi axtardi bezmedi konul
tukenmir urekde tukenmir heves
divane qelbinin uzaq hemdemi
Bu gece yuxumda gormusem seni[/color][/font]

Link to comment
Share on other sites

  • Replies 1k
  • Created
  • Last Reply

[i][color="#ff0000"][color=#000000][/color] Yadına düşecem her seher-axsam
Sen meni unuda bilmeyeceksen
Meni göreceksen sen hara baxsan
Sen meni unuda bilmeyeceksen

Xatırladıqca dolar gözlerin
Qelbini yaxacaq o son sözlerin
Yadına düşecek menli günlerin
Sen meni unuda bilmeyeceksen

Bir gün yene de meni axtarıb
Gözlerin dolacaq meni tapmayıb
Görüş yerini yadda saxlayıb
Sen meni unuda bilmeyeceksen

Öten o illere hesret çekirsen
Günahkar tale yox senin özünsen
Özün-özüne unut deyirsen
Sen meni unuda bilmeyeceksen

Düşündün şekili yox etmekle sen
Bütün anları yox edeceksen
Menden başqasını bil sevmekle sen
Sen meni unuda bilmeyeceksen

Ayrılıq büsbütün yıxacaq seni
Sonsuz xeyalların sıxacaq seni
Hesretim yandırıb yaxacaq seni
Sen meni unuda bilmeyeceksen

Yadındamı bir gün sen sevilirdin?
Dünyanın en xoşbext insanı idin
Bir daha heç kimi sevmeyeceksen
Sen meni unuda bilmeyeceksen! [/color][/i]

Link to comment
Share on other sites

[b] [/b]

Xalqlar üz-üzə dursa da,
eşq-məhəbbət ölməyəcək…Bəşəriyyət qırılsa da,
eşq-məhəbbət ölməyəcək…
Məhəbbəti yerə basdır,
göyərib üzə çıxacaq,
Məhəbbəti məzara qoy,
məzardan səsi çıxacaq,
Poladın içində saxla,
poladı kəsib çıxacaq,
Sevən gözlər kor olsa da,
eşq-məhəbbət ölməyəcək…
Hətta günəş qaralsa da,
eşq-məhəbbət ölməyəcək…
Bütün ərzin yollarını
kərkədanlar kəsə belə,
Qəbilələr bir-birinin
başlarını kəssə belə,
Lap millətlər bir-birini
diri-diri yesə belə,
Ordular üzə dursa da,
eşq-məhəbbət ölməyəcək…
Hər şey tar-mar olsa da,
eşq-məhəbbət ölməyəcək…
Nə Leylinin, nə Məcnunun
kimsəyə kini olmayıb.
Sevənin sevgidən özgə
milləti, dini olmayır.
Qoca ərzin vallah, billah
eşqsiz günü olmayır,
Bu aləm zindan olsa da,
eşq-məhəbbət ölməyəcək…
Hər gün ölüm-qan olsa da,
eşq-məhəbbət ölməyəcək…
İnsan insanı duymasa
ruhu ölər, bağrı çatlar,
Yenə qardaş olacaqlar,
bir-biriylə bütün yadlar.
Məhəbbətdən aşağıdır
ədavətlər, küdurətlər,
And içirəm etiqada
eşq-məhəbbət ölməyəcək…
Sevənə yox zaval, xata,
eşq-məhəbbət ölməyəcək…
Ərzin vulkanları dönə
od dövrünə, köz dövrünə,
Dünya qayıda əvvəlki
su dövrünə, buz dövrünə,
Lap planet qədəm qoya
hətta insansız dövrünə,
Lap meymun əsri gəlsə də,
eşq-məhəbbət ölməyəcək…
Dünya ölüb-dirilsə də
eşq-məhəbbət ölməyəcək…

Link to comment
Share on other sites

Elə bilirsən asandı?
Çıxıb getmək…
Bu şəhərin
Hər küncündən
Uşaqlığım sızıldayan
Xatirələri,
Söküb getmək…
Elə bilirsən asandı,
Səni sevmək…
Bu şəhərin yağışını,
Başqa şəhərin
Baharına dəyişib,
Payızının rənglərinə
Üz çevirmək…
Yağışının cızıltısını
Küləyinin vıyıltısını
Qulaqlarımdan sökmək,
Kədərinin bozumtulunu,
Dənizinin mavisini,
Yarpağının sarısını
Gözlərindəki zülmətə batırıb
Çıxıb getmək,
Elə bilirsən asandı?
əllərinin istisini,
gözlərinin qorxusunu,
dodaqlarının pıçıltısını
götürüb getmək,
Elə bilirsən asandı,
Səni sevmək?…


Yegane Cansail

Link to comment
Share on other sites

Senden mene ancaq resmler qalib,
Onu da bu gece yandiracagam.
Bir zaman verdiyin bext uzuyunu,
Cixarib ozune qaytaracagam.
Seni ureyimden bir yolluq silib,
Esqime bir mezar qazdiracagam.
Adini sevdanin qatili goyub,
Ismini daslara yazdiracagam.
Bir gece yarisi geri donende,
Qapini uzune baglayacagam.
Nece ureyimden vurmusan meni,
Seni de qelbinden daglayacagam.
Indi kiminlesen, hardasan bilmem,
Tek onu bilirem cox – cox pesmansan.
Hansi meyxanede gecelesen de,
Qelbinde xeyalen mene mehmansan.
Dusunme ayrildiq, bu son gorusdur,
Menimle hele cox goruseceksen.
Unutma bir Vefa borcun var mene,
Onu da menimle boluseceksen.

Xuraman Vefa

Link to comment
Share on other sites

Sevgilim elvida desem de sene,
Bilirem ki, sensiz ovunmayacam.
Eynime geydiyim qem koyneyini,
Olunce eynimden soyunmayacam.
Bu gece qelbimin esq mucrusune,
Sevda zinetlerin toplayacagam.
Ana korpesine sarilan kimi,
Hesretle mucruye sarilacagam.
Sonra bu mucruye bir qifil vurub,
Gizli bir gusede saxlayacagam.
Bir axsam ustune adini yazib,
Senin unvanina yollanacagam.
Yarali qelbimin nazini cekib,
Diz cokub onunde yalvaracagam.
Konlumun konlunu ala bilmesem,
Oturub doyunca aglayacagam.
O gece gozumden suzulen yaslar,
Nakam esqimizin remzi olacaq.
Arzular elini qoynuna qoyub,
Umid qapisinda novbe tutacaq

Xuraman Vefa

Link to comment
Share on other sites

Hec kesin derdine gulme dunyada,
derdler ne vaxt geler basa bilmezsen.
Men senin ugrunda neler cekmedim,
gozumden suzulen yasa deymezsen.
Cox ucuz tutdugun bu sevda seni,
ne vaxtsa qelbine oxlar vuracag.
Bextin uz donderib gedenden sonra,
qelbin ozu senden hesab soracaq.
Sen menim qelbimle nece oynadin,
Senin de qelbinle oynayacaglar.
Gizlenpac oynayan usaqlar kimi,
Gozunu elinle baglayacaglar.
Sen ele bilme ki, ayrildiq artiq,
hele bundan sonra yalvaracaqsan.
Ne vaxtsa qarsimda diz cokub menim,
Cox pesmanam deyib aglayacagsan.
Menim ureyime toxunsan da sen,
Men senin xetrine deymeyeceyem.
Tanri verecekdir senin cezani,
Men sene bed dua etmeyeceyem

Xuraman Vefa

Link to comment
Share on other sites

[center]"Fikrin ayrılmaqdır"[/center]
Fikrin ayrılmaqdır,bilirəm bunu,
hər ilkin bir sonu hökmü-zamandır.
Amma bir ricam var:
Sən öz arzunu
Bəhanə çitinə bükmə,amandır.

Yanağın ağ şirə,dodağın boya,
Gözlərin sürməli ,sözlərin riya
Boyalar,riyalar düzü əydikcə,
Aldada bilmədin qəlbini təkcə.

Məqsədin aydındır mənə gün kimi,
Aldada bilmədin qəlbini...
nə qəm.
Sözün də sevməyən o qəlbin kimi
qoy riyasız olsun,de ki,sevmirəm!

Bilmirəm sözləri qəlbin nə bilmiş!..
Sözə boya çəkmə o yanaq deyil,
Nifrət bıçağiyla başı kəsilmiş
Sevginə sağ demə,o ki,sağ deyil.

Ayrılmaq istədin,ayrıl,
heç nədən.
Bəhanə gətirmə,
keç bəhanədən!
De ki,köhnə yolda,təzə dindəyəm,
De ki,təzələnmək həvəsindəyəm.
[center]B.Vahabzadə.[/center]

Link to comment
Share on other sites

İnciyirəm

İncimirəm məndən uzaq duranlardan…
İncimirəm qeybətimi qıranlardan…
İncimirəm adi aravuranlardan…
Kürəyimdən vuranlardan inciyirəm!!!

İncimirəm mənə əyri baxanlardan…
İncimirəm hər tərəfə axanlardan…
İncimirəm qurduğumu yıxanlardan…
Ümidimi yıxanlardan inciyirəm!!!

İncimirəm mənə yalan deyənlərdən…
İncimirəm özlərini öyənlərdən…
İncimirəm müftə çörək yeyənlərdən,
Haram tikə yeyənlərdən inciyirəm!!!

İncimirəm məni darda atanlardan,
İncimirəm tikan kimi batanlardan…
İncimirəm sözü baha satanlardan
Vicdanını satanlardan inciyirəm!!!

İncimirəm məni soyuq sananlardan…
İncimirəm həsəd çəkib yananlardan…
İncimirəm dediyini dananlardan…
Öz dilini,
Öz dinini,
Vətənini dananlardan inciyirəm!!!

Link to comment
Share on other sites

[b]Əvvəl sən düşürsən, yadıma ana.
Baş vurduqca xəyal adlı ümmana,
Yalnız sən yetirsən, dadıma ana.

Doğulandan sənsən arxam,dayağım
Zülmət gecələrdə sönməz çırağım,
Büdrəyib od üstə düşsə ayağım,

Məndən tez yanırsan, oduma ana.
Bu kövrək oğlunu ümid yerisan,

Ayrıla bilmərəm səndən bircə an,
Bircə an da ayrı qalanda
Yaman tez düşürsən, yadıma ana.[/b]

[b]Ana seiri [/b]

Link to comment
Share on other sites

[color=#1B1F21][font=Tahoma][size=3]Bəzən büdrəmişəm, düzü yanında,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Sevgidən salmışam sözü yanında.[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Min dəfə keçmişəm azı yanınnan,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Məni görməmisən, görməmisən sən.[/size][/font][/color]
[url="http://bakunights.net/uploads/posts/2012-08/un10z4ymwyq.jpg"][img]http://bakunights.net/uploads/posts/2012-08/thumbs/un10z4ymwyq.jpg[/img][/url]
[color=#1B1F21][font=Tahoma][size=3]Gözlərim həsrətlə dolub qalmışam,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Yolunda gül kimi solub qalmışam,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Üz-üzə gələndə donub qalmışam,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Məni görməmisən, görməmisən sən.[/size][/font][/color]
[url="http://bakunights.net/uploads/posts/2012-08/un10z4ymwyq.jpg"][img]http://bakunights.net/uploads/posts/2012-08/thumbs/un10z4ymwyq.jpg[/img][/url]
[color=#1B1F21][font=Tahoma][size=3]İzini ömrümə düzüb keçmisən,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Keçdiyin yollardan bezib keçmisən.[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Yanımnan qanqalı üzüb keçmisən,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Məni görməmisən, görməmisən sən[/size][/font][/color]
[url="http://bakunights.net/uploads/posts/2012-08/un10z4ymwyq.jpg"][img]http://bakunights.net/uploads/posts/2012-08/thumbs/un10z4ymwyq.jpg[/img][/url]
[color=#1B1F21][font=Tahoma][size=3]Mənəmi veribsən sənsiz küçəni?[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Alıb aparıbsan sirli gecəmi.[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Yalançı yuxular aldadıb səni,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Məni görməmisən, görməmisən sən.[/size][/font][/color]
[url="http://bakunights.net/uploads/posts/2012-08/un10z4ymwyq.jpg"][img]http://bakunights.net/uploads/posts/2012-08/thumbs/un10z4ymwyq.jpg[/img][/url]
[color=#1B1F21][font=Tahoma][size=3]Yaxşı istəyibsən, yaman tapmısan,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Günəş axtarıbsan, duman tapmısan,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Həqiqət gəzibsən, yalan tapmısan,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Məni görməmisən, görməmisən sən.[/size][/font][/color]
[url="http://bakunights.net/uploads/posts/2012-08/un10z4ymwyq.jpg"][img]http://bakunights.net/uploads/posts/2012-08/thumbs/un10z4ymwyq.jpg[/img][/url]
[color=#1B1F21][font=Tahoma][size=3]Dönüb boylanıbsan ötərgi səs,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Mənəm sənin üçün yarpağtək əsən,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Xətrinə dəyməsin, korsan ya nəsən?[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Məni görməmisən, görməmisən sən.[/size][/font][/color]
[url="http://bakunights.net/uploads/posts/2012-08/un10z4ymwyq.jpg"][img]http://bakunights.net/uploads/posts/2012-08/thumbs/un10z4ymwyq.jpg[/img][/url]
[color=#1B1F21][font=Tahoma][size=3]Payız demirəm ki, ömrün yaz olsun,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Yüz il də,min il də sənə az olsun,[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Ölsən, başdaşına bu söz yazılsın,"[/size][/font][/color]
[color=#1B1F21][font=Tahoma][size=3]Məni görməmisən,görməmisən sən!"[/size][/font][/color]

[color=#1B1F21][font=Tahoma][size=3]Buda yaxwi seirdi[/size][/font][/color]

Link to comment
Share on other sites

Sənə külək göndərmişdim,
Yaraşıqlı pəncərəndən cansıxıcı otağına dolsun deyə.
Sənə ürək göndərmişdim,
Köksündəki daş qəfəsdə məhəbbətin olsun deyə.

Mən qıymadım iztirabı bölüşməyə,
Dərd-sərimi daş bağrımda dustaq etdim.
Göndərdiyin elçiləri,bu həsrəti,bu ağrını,bu kədəri,
Ürəyimin sevgisinə qonaq etdim.

Sənə yağış göndərmişdim,
Yaş görməyən gözlərini yaşartmağa.
Sənə qarğış göndərmişdim,
Hisslərinə hakim olan qara nəfsin qarasınca daş atmağa.

Sənin rəva bilmədiyin bu sevgini tək daşıdım,
"Uf" demədim ağrısına mən bu dərdin.
Bu bəlaya tutulsaydın daş olmazdın,
Ölümündən qaçanlara qoşulmazdın, əcəlini düşünərdin.

Sənə torpaq göndərmişdim,
Daxilində gizlətdiyin ölü ruhu dəfn etməyə.
Sənə dodaq göndərmişdim,
Ürəyində yuva salmış o iblisin avazını gizlətməyə....

Link to comment
Share on other sites

[quote name='L_xan' timestamp='1349940209' post='14030007']
Sənə külək göndərmişdim,
Yaraşıqlı pəncərəndən cansıxıcı otağına dolsun deyə.
Sənə ürək göndərmişdim,
Köksündəki daş qəfəsdə məhəbbətin olsun deyə.

Mən qıymadım iztirabı bölüşməyə,
Dərd-sərimi daş bağrımda dustaq etdim.
Göndərdiyin elçiləri,bu həsrəti,bu ağrını,bu kədəri,
Ürəyimin sevgisinə qonaq etdim.

Sənə yağış göndərmişdim,
Yaş görməyən gözlərini yaşartmağa.
Sənə qarğış göndərmişdim,
Hisslərinə hakim olan qara nəfsin qarasınca daş atmağa.

Sənin rəva bilmədiyin bu sevgini tək daşıdım,
"Uf" demədim ağrısına mən bu dərdin.
Bu bəlaya tutulsaydın daş olmazdın,
Ölümündən qaçanlara qoşulmazdın, əcəlini düşünərdin.

Sənə torpaq göndərmişdim,
Daxilində gizlətdiyin ölü ruhu dəfn etməyə.
Sənə dodaq göndərmişdim,
Ürəyində yuva salmış o iblisin avazını gizlətməyə....
[/quote]



coxdandir oxumurdum bu bolmeni ...

L_xan, menden size sabah bir "+" ))

Link to comment
Share on other sites

[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Nə mən nifrət edə bilirəm sənə[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Nə də əvvəlki tək sevə bilirəm[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Adın çəkiləndə gözüm dolardı[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]İndi gülə-gülə ötüb keçirəm... (Nicat Vahidoğlu)[/size][/font][/color]

Link to comment
Share on other sites

Dünən üz-üzə gəldik,
Yenə də danışmadın.
Özündən böyük imiş
Təkəbbürün, inadın.
Necə də ağılsızam-
Tanımamışam səni.
Məhəbbətə yozmuşam
İnciyib küsməyini.
Sevgi müqəddəs olur
Ürək böyük olanda.
Yüz qəzəbi yandırar
Onun odu bir anda.
"Yanında günahkaram"
Bunu demirəmsə mən,
Bağışlamaq haqqını
Kim almışdır əlindən?!
Sənsə bağışlamadın,
Sevməmisən də demək.
Necə sevə bilərdi,
Bağışlamaq hissindən
Məhrum olan bir ürək?!

Link to comment
Share on other sites

[center]Gəzəyən qız.[/center]
[center]Səni görübdülər dağüstü parkda,[/center]
[center]gün bir az aşağı əyilən vaxtda.[/center]
[center]Kinodan çıxanda görüblər səni,[/center]
[center]ötürüb harasa bir nəfər səni.[/center]
[center]Sonra bir avtobus duracağında,[/center]
[center]sonra bir metronun çıxacağında,[/center]
[center]sonra bir taksiyə mindiyin yerdə,[/center]
[center]sonra da evə gec döndüyün yerdə.[/center]
[center]haraya gedibsən göz qoyubdular,[/center]
[center]adını "gəzəyən qız" qoyubdular.[/center]

[center]Məni gözləmisən dağüstü parkda,[/center]
[center]gün bir az aşağı əyilən vaxtda.[/center]
[center]Səni o kinoya mən aparmışam,[/center]
[center]özüm ötürmüşəm sonra,qadası.[/center]
[center]Od tutub yanağın,üzün yanmasın,[/center]
[center]yenə görüşmüşük gedib bir axşam:[/center]
[center]əvvəl br avtobus duracağında,[/center]
[center]sonra bir metronun çıxacağında,[/center]
[center]sonra bir taksiyə oturmusan sən,[/center]
[center]mənim görüşumə gecikdiyindən.[/center]
[center]Özüm saxlamışdım bir dəfə səni,[/center]
[center]bir az gec ötürdüm mən evə səni.[/center]
[center]Gör,necə yerbəyer,necə adbaad,[/center]
[center]məni görməyiblər,[/center]
[center]ay dadi-bidad![/center]

[center]N.Həsənzadə.[/center]

Link to comment
Share on other sites

[QUOTE="Dr.Ulya"]Gəzəyən qız.
Səni görübdülər dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Kinodan çıxanda görüblər səni,
ötürüb harasa bir nəfər səni.
Sonra bir avtobus duracağında,
sonra bir metronun çıxacağında,
sonra bir taksiyə mindiyin yerdə,
sonra da evə gec döndüyün yerdə.
haraya gedibsən göz qoyubdular,
adını "gəzəyən qız" qoyubdular.

Məni gözləmisən dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Səni o kinoya mən aparmışam,
özüm ötürmüşəm sonra,qadası.
Od tutub yanağın,üzün yanmasın,
yenə görüşmüşük gedib bir axşam:
əvvəl br avtobus duracağında,
sonra bir metronun çıxacağında,
sonra bir taksiyə oturmusan sən,
mənim görüşumə gecikdiyindən.
Özüm saxlamışdım bir dəfə səni,
bir az gec ötürdüm mən evə səni.
Gör,necə yerbəyer,necə adbaad,
məni görməyiblər,
ay dadi-bidad!

N.Həsənzadə.[/QUOTE]

Maraqli we'rdi :) yeqin o oglanda o qizi cetin veziyyetde qoymaz niwan gonderer ..

Link to comment
Share on other sites

Bilmem , neden bele dogmasan mene , bir bele qohumun yadin icinde ? Tek senin adini yazmisam gulum , Qelbime min gozel adin icinde . Esqinle inleyen bir bulbul oldum , Sene negme oldum , qizilgul oldum . Sense atdin oda yandim kul oldum , Men seni qoymazdim odun icinde .. Cox xowum gelir bu we'rden hec bir vaxt da unudmaram ..

Link to comment
Share on other sites

Bu gün men seni gördüm,
Salam vermek istedim,
Üzünü yana tutdun
Söyle illerden beri
Qelbimizin bir duyub
bir vurduğu illeri,
Axı ne tez unuttdun????
Bu qeder gözümüzden, axan o qanlı seller,
Bir salama deymedi?
Heç üzüme baxmadan, yanımdan nece keçdin??
Sen eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sen öz ehdine, ilqarına ağ oldun?
O qeder yaxın iken, bu qeder uzaq oldun.
Şirin gülüşlerimiz, acı feqanlarımız
Bir salama deymedi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama deymedi?
Sen neyledin, bir düşün!
Yalniz indi anladım; ah, sen daha menimçün
Elcatmaz bir çiçeksen,
Yaşanmiş günlerimtek, geri dönmeyeceksen!..
Qop ey tufan, es ey yel! Xezel olum, tökülüm
Düz bir il üreyimde
Beslediyim mehebbet, bir salama deymedi.
Bir günlük hesretime doze bilmeyen, güulüm,
Bes ne oldu? Bu hesret bir salama deymedi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sen nece etinasız öte bildin yanımdan?
Ah cekdim, başım üste yarpaqlar esdi, gülüm,
Senin qelbin esmedi.
Arxana da baxmadın!
Niye senin yolunu mehebbetin kesmedi?...
Qazancımız de, bumu?
Deyilmemiş o salam elvidamız oldumu?
Sen mene zülm eyledin, mene zülm yaraşıir.
Bir salama deymeyen eşqe ölüm yaraşır!

Link to comment
Share on other sites

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Bəlkə də xoşbəxtik xəbərimiz yox...
Aradan nə qədər vaxt keçib görən,
Tanıya bilmədim, menii bağışla!
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" – deyirəm, nə bilim axı,
Bəlkə də mən sənsiz ölmüşəm hələ,
Qəbirsiz, kəfənsiz ölmüşəm elə,
Bəlkə də biz onda ayrılmasaydıq...
Ne men indikiyem, ne sen indiki...
Ayrildiq seytani guldurduk onda,
Bu ilin, bu ayin, bu gunundeki,
Ele bu kucenin bu tinindeki,
Meni de seni de oldurduk onda.

Link to comment
Share on other sites

[quote name='hübsche' timestamp='1350426999' post='14096660']
Bilmem , neden bele dogmasan mene ,
bir bele qohumun yadin icinde ?
Tek senin adini yazmisam gulum ,
Qelbime min gozel adin icinde .
Esqinle inleyen bir bulbul oldum ,
Sene negme oldum , qizilgul oldum .
Sense atdin oda yandim kul oldum ,
Men seni qoymazdim odun icinde ..


Cox xowum gelir bu we'rden hec bir vaxt da unudmaram ..
[/quote]

Link to comment
Share on other sites

Həyat eniş-yoxuş bir yola bənzər,
Alim də, arif də, nadan da gedir.
Bizə nemət verən torpaq altına,
Yüz-yüz, min-min insan bir anda gedir.

Onun qanununda ədalətə bax,
Yandırmır məzarda kimsəyə çıraq.
Kimliyin soruşmur bu qara torpaq,
Ora xan da gedir, çoban da gedir.

Dərd ilə möhlətdir ay insan oğlu,
Baxdıqca Bəhmanın gözləri dolur.
Heyif ömür adlı bu gözəl yolu,
Qanmayan da gedir, qanan da gedir.

Bəhman Vətənoğlu

Link to comment
Share on other sites

  • 4 weeks later...

Bitməz həyat, gəlməz ölüm.

Kipriyimlə qor götürüb, Həsrət dolu baxışımla taleyimə yol çəkirəm.
Kədər adlı zəhrimarı ciyərimə bol çəkirəm.
Qədərimlə barışırıam, itaətə qol çəkirəm
Bu nə həyat, bu nə zülüm, bitməz həyat, gəlməz ölüm.

Qınayanlar bu həyatda, hansı dərdə şərik oldu?
Gül baxçamda çiçək əkdim, tikan bitdi, qönçəm soldu.
Acılara sinə gərdim, gözümdən çox bağrım doldu,
Bu nə həyat, bu nə zülüm, bitməz həyat, gəlməz ölüm.

Gözümdən yaş sel-su kimi axan zaman,
Silmədi ki, bu yaşları bir tək insan,
Bəzən bezib, bu dərdlərə etdim üsyan,
Ha cağırdım, ha bağırdım, çıxmadı ki, səsim-ünüm.
Bu nə həyat, bu nə zülüm, bitməz həyat, gəlməz ölüm.

Üfüqlərə can ataraq, bu dərdlərə şirin dedim,
Günəşimi gözləyirəm, səhərlərdi biri dedim,
Yay günündə qar yağdırıb, bəxtimə afərin dedim.
Bu nə həyat, bu nə zülüm, Bitməz həyat, gəlməz ölüm.

Mən hələ də yürüyürəm, bir üzüm ağ, biri qara,
Hardan bilim bu cahanın sonu gedib çıxır hara?
Güc almışam imanımnan, gücüm çatar buludlara,
Dərdlərimi nərdivan tək ayağıma sərim dedim.

Bitmə həyat, gəlmə ölüm.
Hələ çoxdur bu dünyada işıq dolu ömür-günüm,
Hələ çoxdur bu dünyada sevgi dolu ömür-günüm,
Bitmə həyat, gəlmə ölüm...

Link to comment
Share on other sites

[size=4][font=arial, helvetica, sans-serif][color=#333333]Gönlümle baş başa düşündüm demin; [/color]
[color=#333333]Artık bir sihirsiz nefes gibisin. [/color]
[color=#333333]Şimdi ta içinde bomboş kalbimin [/color]
[color=#333333]Akisleri sönen bir ses gibisin.[/color]

[color=#333333]Maziye karışıp sevda yeminim, [/color]
[color=#333333]Bir anda unuttum seni, eminim [/color]
[color=#333333]Kalbimde kalbine yok bile kinim [/color]
[color=#333333]Bence artık sen de herkes gibisin.[/color][/font][/size]

Link to comment
Share on other sites

[size=4][font=arial, helvetica, sans-serif][color=#333333]Boş qalmiş yellencek.. yaman kohnelib[/color]
[color=#333333]Pas atib,adi bir demir parcasi..[/color]
[color=#333333]Bir zaman kiminse goruş yeriydi..[/color]
[color=#333333]Kiminse uşaqliq xatiresiydi..[/color]
[color=#333333]Boş qalmiş yellencek.. tez unuduldu..[/color]
[color=#333333]Her yeri buruyen cirilti sesi,[/color][/font][/size]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]
[size=4][font=arial, helvetica, sans-serif]Daha eşidilmir,oda mi susdu?
Boş qalmiş yellencek.. ne tez yoruldu?

O yagiş bilmedi,o qar bilmedi
O guneş bilmedi,bahar bilmedi
Şahidi olmuşdu,sevgililerin
Danişa bilmedi,dine bilmedi..

Yaninda kohne bir gelincik vardi,
Kimse unutmuşdu,o vaxtdan beri
Belke o qizcigaz boyuyub indi
Daha xatirlamir,o şen gunleri..

Belke de heyati,qemdi kederdi,
Belke de vaxt tapsa bir gun gelerdi..
O şiltaq erkoyun,gulen qizcigaz,,
Unudub kederin,aci gunlerin
Bir gun,axşamadek hey yellenerdi..

Ozunu aldadib,”xoşbext olaydi”..
Şirin xeyallara,fikre dalaydi
Yadina duşdukce,erkoyunluyu
Herden gozlerine,hey yaş dolaydi..


Boş qalmiş yellencek.. yaman kohnelib
Pas atib,adi bir demir parcasi..
Bir zaman kiminse goruş yeriydi..
Kiminse uşaqliq xatiresiydi..[/font][/size][/size][/font][/color]

Link to comment
Share on other sites

[size=4][font=arial, helvetica, sans-serif][color=#333333]Nüsrət Kəsəmənli--Mənə nə?!..[/color]

[color=#333333]Ayrılırıq,uğur olsun yoluna[/color]
[color=#333333]Bundan sonra sevməyindən mənə nə?[/color]
[color=#333333]Xatirəmdə göz yaşların qalacaq,[/color]
[color=#333333]Kinayəli gülməyindən mənə nə?[/color]

[color=#333333]Hər günahı qəbahətin bilmədin,[/color]
[color=#333333]Məhəbbətin yolu çətin,bilmədin,[/color]
[color=#333333]Bu sevgini səadətin bilmədin,[/color]
[color=#333333]Bunda sonrabilməyindən mənə nə?[/color]

[color=#333333]Xatirən yox,ömrüm boyu saxlayım,[/color]
[color=#333333]De hardasan,hərdən gəlib yoxlayım.[/color]
[color=#333333]Gözlərimdə yaş qalmayıb ağlayım,[/color]
[color=#333333]Bundan sonra gülməyindən mənə nə?[/color]

[color=#333333]Qopub getdi son ümidin yarpağı,[/color]
[color=#333333]Həsrət əkib,dərd böyüdüb torpağı.[/color]
[color=#333333]Sən olmadın dərdlərimin ortağı,[/color]
[color=#333333]Bundan sonra bölməyindən mənə nə?[/color]

[color=#333333]Bu sevgidə düz sözünü görmədim,[/color]
[color=#333333]Özgə oldun,heç özünü görmədim,[/color]
[color=#333333]Sağlığında xoş üzünü görmədim,[/color]
[color=#333333]Bundan sonra ölməyindən mənə nə[/color][/font][/size]

Link to comment
Share on other sites

Ramiz Rovshen

Son görüş

Bu vaxtsız sevginin əcəli yetdi
Buydu qismətimiz ya tez ya da gec.
Hərə öz dərdini apardı getdi
Bəs niyə dərdimiz azalmadı heç... ?

Dünya dağılmadı biz ayrılanda,
Göylər biraz yağış çilədi ancaq...
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq...

Rahatlıq dilədin ev eşiyimə,
körpəmin beşiyinə,
Nəvəsi diziüstə çıxan
atama - anama da.
Bir vaxt səndən öncə rastıma çıxan,
Səni məndən alan qadınıma da...

İstədim son dəfə basım bağrıma
Dedin - "nəyə lazım, yox yaxşı deyil..."
Ağladın dedim ki, "kiri ağlama"
Dedin ki, "yağışdı göz yaşım deyil..."

Bu görüş sonuncu görüşdü daha
"Bu gün ayrılırıq" deyib gəlmişdin
Bəs niyə mənimlə son ayrılığa
Ən gözəl donunu geyib gəlmişdin..?

Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun, bilmirəm...

Bir sevgi yarımçıq qırıldı o gün
Yağış da kəsildi bulud da getdi
Bir qızla bir kişi ayrıldı o gün
Hərəsi bir yana üz tutub getdi .

O qızdan gözəl qız tapılmaz daha
Daha o kişidən igidi yoxdur.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdur...

Link to comment
Share on other sites

[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Sevgilim dön geri gəl, yoxluğuna dözmür ürək[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Səni tək istiyirəm, gəlsə mini nəymə gərək[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]O qədər ağlamışamki gəzirəm qanlı bəbək[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Hicranın sevinci artıq gətirib zarə məni[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Nə ola Tanrı qovuşdur yenədə yarə məni[/size][/font][/color]

[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Olunca gözmün önündə necə itdin birdən[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Ömrümün xoş baharın nöşün qış etdin birdən[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Təkcə dərman sən olarkən mənə getdin birdən[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]Ağrıdır, sızıldadır bu dözülməz yarə məni[/size][/font][/color]
[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]
Nə ola Tanrı qovuşdur yenədə yarə məni

Sən yoxsan indi həyat gəlir mənə mənasız
Qeys o vaxtdı bu cürə ömr eliyib sevdasız
Səhrada məcnun olub çünki qalıb Leylasız
Gəl qıyma yarıva sən eyləmə biçarə məni
Nə ola Tanrı qovuşdur yenədə yarə məni

Sən yoxikən ürəyim, mən nə cürnə alım nəfəs
Uçub azadə olardım, gəl qırılmırki qəfəs
Nə ola gülüm qayıd gəl, nə ola gecdi tələs
Həsrətin yavaş-yavaş edir parə-parə məni
Nə ola Tanrı qovuşdur yenədə yarə məni

Ürəyim partlayır amma iki gündür bu hələ
Özüm hiss eyliyirəmki cox az qalıb əcələ
Razıyamkı məni incid, mənə min cür naz elə
Yoxluğunla nə olar çəkməginən darə məni
Nə ola Tanrı qovuşdur yenədə yarə məni

Ey Ağa, bu sevginin qanunudur pozma onu
Bir gün o yar qayıdar ağlayar oxuyanda bunu
Sevgimiz sonsuz olsada yarıvın çatdı sonu
Məzarmın üstə oxu göstərib işarə məni
Nə ola Tanrı qovuşdur yenədə yarə məni[/size][/font][/color]

[color=#333333][font='lucida grande', tahoma, verdana, arial, sans-serif][size=3]
Dostum yazib [img]http://img.dispute.az//public/style_emoticons/default/buba.gif[/img] [/size][/font][/color]

Link to comment
Share on other sites

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, qanım qaynadı.
Onu bilirəm ki, ruhum oynadı,
Sonra nə oldusa, yadıma gəlmir.

Tez durub geyindim, çıxdım küçəyə,
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.

Gecədən, ulduzdan, aydan da betər,
Ürək sizə sarı çəkirdi məni.
Fələyə nə deyim, tutub qolumdan,
Fələk sizə sarı çəkirdi məni.
Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim.
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.

Alnıma toxundum, gördüm tərləyib;
Dodağıma baxdım, uçuqdu gördüm.
Bütün darvazalar gördüm bağlıdı,
Sizin darvazanız açıqdı gördüm.

Keçdim darvazadan, çıxdım həyətə,
Arzu, istək məni yaxalamışdı.
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə...
Qapınızın zəngi yuxulamışdı.

Qapını oyatdım, zəngi oyatdım,
Oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.

İş belə oldu ki, zəngin harayı,
Yuxudan yarımçıq qaldırdı səni.
Durna qatarında uçub gedirdin,
Durna qatarından saldırdı səni.

Sən oyanan kimi, sən duran kimi,
Əllərin oyanıb qalxdı yuxudan.
Yastığın üstünə sərilib qalan,
Tellərin oyanıb qalxdı yuxudan.

Çiyinlər oyandı -pambıq çiyinlər;
Addımlar oyandı- kövrək addımlar.
Nə gözəl olurmuş, Allah, yuxudan
Yarımçıq duranda gözəl qadınlar.

Həmişəki kimi “eşş” eləmədin,
Bir sözü çevirib beş eləmədin,
Sağını-solunu eşələmədin,
Yüyürdün qapıya, çatdın qapıya.

Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı.
Sonra nə oldusa, yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.

Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü, getdi.
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.

O süd işığından nə qaldı bizə?
Ağ yastıq, ağ döşək, ağ yorğanüzü.
Sənin baxışının odu, alovu,
Mənim baxışımın çınqısı, közü.

Od-oda qarışdı, alov-alova,
Köz-közə qarışdı, çınqı-çınqıya.
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.

Sən mənə dedin ki, lap elə belə?
Mən sənə dedim ki, lap elə belə.
Bu mənim telimdi, bu sənin telin.
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.

Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni: -bu xoş keçəni
Bir daş ütü kimi ütüləyirdi.

Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin.
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin.

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı.
Onu bilirəm ki, əlim səyridi,
Açıq pəncərədə baxdım səmaya


Eldar Baxış

Link to comment
Share on other sites

Zalım qardaşların yamanlığından,
Içimi yeyirəm gün boyu, ay qız.
Bir qadın bətninin qaranlığından,
Daha qaranlıqdı bu quyu, ay qız.

Divi almalıqda güddüyüm təki,
Yuxulu gözlərlə açılır səhər.
İndi mən yarama duz basıram ki,
Səni fikirləşim səhərə qədər.

Bu quyu kəsilmiş kəndir qoxuyur...
Qanayır köksümə batan xəyanət...
Sükut bu quyuda zildən oxuyur...
Burda ümidsizlik hər gün nəqarət...

Indi yorğun canım özümə sərhəd,
Yalandan deyirəm vecinə alma.
Mənə deyən lazım ay Məlikməmməd,
Sevməli yaşında nə div, nə alma...???

“Qu”-dedim quyuya atdılar məni,
“Qa”-dedim qardaşlar qayıtmadılar...
Gedib yuxu kimi yatdılar məni,
Sonra bir-birini ayıltmadılar.

Burda sənsizlədim, gümanım itdi...
Adamlar quyunu daşladı, ay qız.
Cavanlıq içimdə çürüdü getdi,
Qocalıq içimdən başladı, ay qız.

Quyuya hər gecə gümüş ay qonaq...
Hər gecə quyuya ulduzlar axır...
Quyu-durbiniylə münəccim torpaq,
Mənim gözlərimdən göylərə baxır...

Qara xatirələr ağlanan kimi,
Çoxaldı quyuda sənin azlığın...
Ümidin gözlərini bağlanan kimi,
Açıldı gözləri adamsızlığın...

Kaş külək olaydım, adam yox, külək
Indi mənim üçün külək- azadlıq...
Nə vaxtsa demişdin ağ qoç gələcək,
Min ilmi keçibdi ? bilmirəm artıq...

Qaranlıq, tənhalıq, soyuq və gecə...
Biryolluq gediblər bütün gedənlər...
Ədalət kəsilmiş kəndirdi məncə,
Indi padşahdılar kəndirkəsənlər...

Burda can verirəm, ölmürəm ay qız,
Bu quyu ümiddən, ölümdən kasıb...
Min ildi anlaya bilmirəm ay qız,
Mənim bu nağılda nə itim azıb ?!

Yaman üşüyürmüş adam adamsız,
Adamsız duyurmuş adam zamanı...
Canı şüşədəymiş divlərin ay qız ,
Bu quyu şüşədi, mənsə div canı...

Bir simurq lələyi yandır bu gecə,
Yoxdu bu quyuya gedib qayıdan...
Bu şüşə quyunu sındır bu gecə,
Mənim div canımı çıxart quyudan.

Göylərə baxıram ulduz sürüşmür...
Ölmürəm, uzanır bu dəhşət ,ay qız.
Mənə üç almadan bir alma düşmür,
Yoxmuş bu nağılda ədalət, ay qız...

Link to comment
Share on other sites

Vitrin


[size=3][b]Dünyanın bakirə çağları getdi…[/b][/size]
[size=3][b]Daha oksigen də saxtadır, saxta.
Dünya-dünya deyil, supermarketdi,
Hamı satıcıdır, hər yan piştaxta…

Burda şüarlar var, endirimlər var
Sevinclər bahadı, qəmlər ucuzdu.
Məsələn, necədir görün bu şüar :
“Üç [size=3]əclaf[/size] istəsən biri pulsuzdu”.

Vitrinlər önündə donub qalarsan,
Şüarlar çığırar “ Məni al ! “ –deyə.
Yüz metr Nəsimi dərisi alsan,
Bir şüşə Lorkanın qanı hədiyyə.

Burda sədaqətlər düzülüb rəfə,
Yazılıb : toxunmaq qətiyyən olmaz !
Xoruz banınacan gündə üç dəfə,
Pyotr yüz Məsih satar, yorulmaz…

Vitrində tozlanır namuslu olmaq,
Vitrində tozlanır qeyrətli ürək.
Neyləyək namusa sponsor tapaq,
Neyləyək ürəyə klip çəkdirək ?!

Ay Dünya, hər yanı piştaxta dünya,
Ay yalançı dünya, ay saxta dünya,
Ay qərəz dünyası, ay kin dünyası,
Ay market dünyası, vitrin dünyası,
Sən şair qətlinə möhür bassan da,
Şeirin kitabını bağlasan da sən.
Milyon il şairi qandallasan da,
Şeiri zirzəmidə saxlasan da sən,
Bir şair nəfəsi gedib-gəlirsə,
bir uşaq bircə bənd şeir bilirsə,
şairlər qazacaq sənin qəbrini.

Bir gecə şairlər küçəyə çıxıb,
Sənin mərsiyəni oxuyar, market
Bizə uzatdığın çekləri yığıb,
Sənin kəfənini toxuyar, market.

Bezib, qəzəblənib, hirslənib, doyub
Mən səni Eyfeldən asdıracağam.
Sənə kassalardan başdaşı qoyub,
Səni vitrinlərdə basdıracağam.

Nəyi almısansa qaytaracaqsan,
Sinənin üstünə çıxacam sənin.
Əlimin altında yalvaracaqsan,
Alnına bir şeir sıxacam sənin.

Yağacaq başına şeir-raketlər,
Vitrinlər söz altda dağılacaqlar.
Yetim qalacaqlar mini marketlər,
Gəbərib qurd-quşa yem olacaqlar.

Dükanlar hamısı batacaq yasa,
Bu market dünyası iflas olacaq.
Elə çığıracaq ağrıdan kassa,
Obama eşidib bəyaz olacaq.

Ay pozğun dünyanın pozğun qarısı,
Dollar dodağınla heç bir şey demə !
Sənə bağlanıbdı cənnət qapısı,
Yeri, cəhənnəm ol düz cəhənnəmə ![/b][/size]

Link to comment
Share on other sites

Bakı

Bakıya toxundum… əsdi ürəyim,
Toxunmaz olaydım Bakı dəyişib.
Geyinib əyninə dekolte geyim,
Burnu kiçilibdir, dodağı şişib…

Burdan milyardlarla qonaq ötürüb,
Indi öz-özünə qonaq, şəhərim.
Röyadan düzəlmə burun götürüb,
Aygündən silikon dodaq, şəhərim.
Qalıb bir sümükdə, bir də dəridə
Tarix küçə-küçə, ev-ev sürünür.
Izzətlə, Xosenin şəkilləri də
Bakıda Bakıdan böyük görünür.

Açıb yarıyacan öz sinəsini,
Biabır eləyib məni bu şəhər.
Kəsib, qayçılayıb gödəkçəsini
Geyinib əyninə mini bu şəhər.

Nədir səni belə qəfil dəyişən,
De, görüb tufanmı qopub içində ?
Sən ki, qocaldıqca lap gözəllləşən,
Gözəl bir qadınsan şəhər cildində…

Götür bu dəsmalı sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol amma Bakı ol.

Hər küçən ,hər evin qürbət kimidir
Hüznün, yalqızlığın paytaxtı şəhər.
Bəlkə də [url="http://kayzen.az/blog/azerbaycan/5248/bak%C4%B1-%C5%9F%C9%99h%C9%99ri.html"]Bakı[/url] bir qədim gəmidir,
Dayanıb Bakını gözləyir Xəzər…

Şirinlik qalmayıb şirinliyindən,
Qadınlar soyunub çıxır şəhərə.
Mavi ekranların dərinliyindən,
Masmavi “kişilər” axır şəhərə…

Axır mavi-mavi bəyaz yalanlar,
Utanır, qızarır bəyaz qalanlar,
Qırmızı-qırmızı mavi olanlar,
Gündə bir boyanı yaxır şəhərə…

Bakının yəhəri özündə deyil,
Dolanır özgənin atında Bakı.
Bir günə Dubayda kökələnlərin,
Həm özü, həm cibi “göy” gələnlərin,

Dikdaban geyinmiş göydələnlərin,
Qalıb ayağının altında Bakı.

Bitib iqtidarı, qurtarıb gücü
Səsini itirimiş yalquzaq kimi.
Dilənçi uşağın pul yığmaq üçün,
Asfalta qoyduğu bir papaq kimi-
Kimdənsə mərhəmət umur bu şəhər.

Çırpmır ! üstündəki torpaqdı, gildi
Qanmır ki, o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər

Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni…

Bir ömür gözünü yollara dikən,
Tənha qadınların möhnəti Bakı.
Pullu kişilərə baxıb “ah” çəkən,
Pulsuz kişilərin qisməti Bakı...

Link to comment
Share on other sites

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.
Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…

Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.
Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.
Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.
Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?
Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.
Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.
O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.
Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.
Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.
…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.
Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın…

Eldar Baxış

Link to comment
Share on other sites

[b]Şəhid analarına[/b]

Günəş yerini dəyişəcək,
Kölgələrimiz də...
Bədənimiz çürüyəcək,
əllərimiz də...

Sinənə döymə: “Oğlum
kişidi” - deyə
Cırıq paltarımla öyünmə...
“Güllə deşdi” deyə...

Məzar torpaqdan başqa bir şey deyil,
Şəhid də məzardan başqa...

Üstümüzdə yatacaq günəş...

Televizora çıxıb demə ki
Şəhid olmağımla fəxr eləyirsən...
Bilirəm axı, ana,
O qədər soyuqqanlı deyilsən...

Link to comment
Share on other sites

1925-ci ildə
bu küçədə yaşayan adamlar
ağ-qara rəngdə idilər,
sürətlə hərəkət edir,
görünüşlərində cızıqlar var idi...

Tozun içində idilər,
Son səhifələri cırılmışdı...

Bu küçədə yaşayan adamlar
Hər günün xəbərlərini oxuyur,
Hamısına da sevinirdilər...

Havanın necə olacağından xəbərsiz idilər...

Biz bu küçədə yaşayan adamların
Qalıqlarıyıq...

Bu göyün üzünü biz yaratmadıq,
Biz çəkmədik adamların üzündəki cizgiləri.
Biz insanlara bir ömür bəxş etmədik
Biz insanları yaşamaqdan məhrum etmədik...

Adamlar gülümsəmək üçün yarandı

Biz bu qapısı tez bağlanan metrolardan,
Balaca liftlərdən, saqqız çeynəyən adamlardan,
Qışqıran və təpik vuran polisdən,
Cırıq ayaqqabılardan,
Qırıq stəkanlardan
xilas olmaq istəyirik!!!

Bizə kömək edin...

Yandırın küçələrin lampalarını!!!

Link to comment
Share on other sites

[b]Həyat[/b]
Bütün acı xəbərlər gecə saatlarında gəlir,
məsələn, bir körpənin doğuluşu xəbəri.
Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə-
həm də əgər bu, oğlan uşağıysa.
Bütün acı xəbərlər gecə saatlarında gəlir.
Məsələn, «oğlunuz savaşa gedir» xəbəri.
Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə-
həm də əgər geri gönəcəyi bəlli deyilsə.
Bütün acı xəbərlər gecə saatlarında gəlir,
Məsələn, «oğlunuz əsir düşüb» xəbəri kimi
Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə
Həm də əgər xilasına ümid qalmışsa
Bütün acı xəbərlər gecə saatlarında gəlir
Məsələn «oğlunuz güllələnib əsirlikdən qaçarkən»
xəbəri kimi
Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Haha
      • 2 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Upvote
        • Confused
      • 33 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 16 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Sad
        • Like
      • 34 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
      • 22 replies
    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Milli
        • Facepalm
        • Haha
      • 135 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 28 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...