Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər.


Recommended Posts

Olmek-o genish korpuden her kes kechjekdir,
Bir bade ki,ondan butun alem ichejekdir,
Her gonche chichek sonda yaranmish guru yarpag,
Insan nedir?Ezeli torpag,sonu torpag.
-----------------------------------------------------------------



YADA ABİDƏLƏR UCALDIB DEDİK..
('416' poemasından.)

...Yada abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
Çox zaman özgəyə qulluq elədik
Beyin bizim oldu, əsər özgənin.

Nadir də, Qacar da ölkələr aldı,
Vətən ucalmadı, özü ucaldı,
Öz doğma yurdunu ayağa saldı,
Şahlar bizim oldu, zəfər özgənin.

Saldıq özümüzü özümüz gözdən,
Kül ilə oynadıq əl çəkib közdən.
Ölkələr nur aldı şəfəqimizdən,
Günəş bizim oldu, səhər özgənin.

Mənim sərvətimə cahan göz dikdi,
Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi,
Əmək bizim oldu, bəhər özgənin.

Açdı sinəsini bizə bu torpaq,
Aləmi bəzəyib lüt olduq ancaq.
Cıdırda çapsaq da hamıdan qabaq,
Hünər bizim oldu, nəmər özgənin,
Qızıl bizim oldu, kəmər özgənin.

1969.


İKİ KOR

Bir kor tanıyıram, gözü korsa da, özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü yazır, oxuyur,
Ağlınm gözüylə o görür, duyur.

Ancaq... biri də var... kor deyilsə də,
gözü görməyir.

Dostu göz önündə öldürülsə də,
görmədim deyir...
Yaxşıya ortaqdır, yamanı görmür,
O, saata baxır, zamanı görmür.
Fikrini, hissini ucadan deməz,
bəzən gördüyünü görmək istəməz.

Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur, deyərdim.

1968


QƏZƏL

'Gəl-gəl' deyə hicrində kaman tək mələdim mən,
Bir ömrü sənin eşqinə qurban elədim mən.
Asudə tifildin, nə qəmin vardı, nə dərdin,
Dərdimlə sənin gözlərini sürmələdim mən.

Hissim sənə 'gəl-gəl' dedi, əqlim dedi 'get-get'
Bu qanlı döyüşdən mənə imdad dilədim mən.

Eşqim də qaxınc oldu mənim başıma hər gün,
Bir eşqin ucundan nə qədər tənə yedim mən.
Öz hissini dustaq eləyən Bəxtiyar olmaz,
Öz eşqimə, öz könlümü zindan elədim mən.

fevral, 1969.

BÖL GÖRÜM

'Bəxtim, mənə yar ol', deyib çağlaram,
Yar olmasa de bəxtiyar ol görüm.
Gələcəyə ümidimi bağlaram,
Bir an sonra nə olacaq, bil, görüm.

Yaz ayları çağıldayan selmisən?
Bu dünyanı oyuncaqmı bilmisən?
Həyat səni güldürəndə gülmüsən,
Hünərin var, ağladanda gül görüm.

Dünyamızı yasa, toya bölmüşük,
Sevdamızı oda, suya bölmüşük,
Ömrümüzü günə, aya bölmüşük,
Min arzuya, min diləyə böl görüm.
1974.


DÜNYANIN..

Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.

Link to comment
Share on other sites

  • Replies 1k
  • Created
  • Last Reply

Nüsrət Kəsəmənli yaradıcılığı

Mesajgöndərən montin490 tarix Çərşənbə Avq 19, 2009 12:27 pm
Qar kimi

Qar kimi ag geldim
Lekesiz geldim
sessizce yagmisdim yollarine men.
Men senin omrune *belke*siz geldim
Yigildin guc kimi qollarima sen…
Bitdi baxislarin negmesi,sozu
Sukut qolarinda gezdirdi bizi…
Soyuqdur qar kimi…
Ne deyim,
Duzu,-
Belke bu soyuqluq bezdirdi bizi…
Indi xatirenle yanacagam men,
Gulsen, gulusune buruneceyen
Qar kimi ovcuna yagacagam me,
Qar kimi ovcunda eriyeceyem!...
Hesretin qelbimde dinər tar kimi
Negmeler denizdir,vusalin qayiq.
Sen de,ay sevgilim,
Getdin qar kimi
Qayitsan,qar kimi lekeisz qayit

Link to comment
Share on other sites

İlk dəfə bu şeri eşidəndə az qalmışdı ağlayım...



Biri vardı, biri yox...

Olan olub keçən keçib bəlkə də
İndi daha kövrəlməyin yeri yox
Ömrum boyu belə gəlib menimki
Əvvəlindən biri vardı, biri yox

Uzaqdaydı mən istəyən ocaqlar
Ürəyimdən gəlib keçdi sazaqlar
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox

Gözlərimə doldurmuşam yağışı
Bir köynəkdə çıxarmışam mən qışı
Şalvar-pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı biri yox

Qəlbim yandı ilk sevgimdən eşqimdən
Dara düşdüm əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı biri yox

Üzüm güldü tələbəyəm deyəndə
Sıxılırdım dost penceyi geyəndə
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox

Mən orduya nələr görüb getmişdim
Ürək alıb ürək girib getmişdim
İki qıza könül verib getmişdim
Qayıdanda biri vardı biri yox

Uzaq gəzdi əmi, dayı, bibilər
Söz arası mənə evlən dedilər
Nişan üçün iki şey istədilər
Məndə isə biri vardı,biri yox

Vaxt gələcək bu günü görəcəksən
Çox suala gözünü döyəcəksən
Vaxt gələcək sən özun deyəcəksən
Deyəcəksən, biri vardı, biri yox...

Link to comment
Share on other sites

[quote name='zerishka' timestamp='1304918881' post='9049525']
İlk dəfə bu şeri eşidəndə az qalmışdı ağlayım...



Biri vardı, biri yox...

Olan olub keçən keçib bəlkə də
İndi daha kövrəlməyin yeri yox
Ömrum boyu belə gəlib menimki
Əvvəlindən biri vardı, biri yox

Uzaqdaydı mən istəyən ocaqlar
Ürəyimdən gəlib keçdi sazaqlar
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox

Gözlərimə doldurmuşam yağışı
Bir köynəkdə çıxarmışam mən qışı
Şalvar-pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı biri yox

Qəlbim yandı ilk sevgimdən eşqimdən
Dara düşdüm əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı biri yox

Üzüm güldü tələbəyəm deyəndə
Sıxılırdım dost penceyi geyəndə
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox

Mən orduya nələr görüb getmişdim
Ürək alıb ürək girib getmişdim
İki qıza könül verib getmişdim
Qayıdanda biri vardı biri yox

Uzaq gəzdi əmi, dayı, bibilər
Söz arası mənə evlən dedilər
Nişan üçün iki şey istədilər
Məndə isə biri vardı,biri yox

Vaxt gələcək bu günü görəcəksən
Çox suala gözünü döyəcəksən
Vaxt gələcək sən özun deyəcəksən
Deyəcəksən, biri vardı, biri yox...
[/quote]
:aappll: Super !

Link to comment
Share on other sites

Sen menim en eziz Sirrim, Isteyim,
Sen menim en aci Heqiqetimsen.
Itmish gencliyimden soraq getiren,
Sen menim ikinci Mehebbetimsen...

Yash o yash deyil ki, yolunu kesim,
Yash o yash deyil ki, achim qelbimi.
Tezeden bashlayim, barishim, kusum,
17 yashinda cavanlar kimi...

Yash o yash deyil ki, Seni izleyim,
Ozumu odlara toxuyum yene,
Durub saatlarla vede gozleyim,
Gorenler, bilenler ne deyer mene?...

Seni her gorende chashiram duzu,
Hami mene baxib, gulur ele bil.
Dilimi dishleyib, demirem sozu,
Yash o yash deyil ki... hayif ki, deyil...

Link to comment
Share on other sites

Yandı urek kabab oldu
Gul baxçada xəzan oldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu ?

Öz eşqimlə, diləyimlə,
…Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1303465893' post='8904146']
[b]gagulya-Consigliere[/b] çoxdandır bu mövzuda passivsiz)))
[/quote]

Meni bir ayliq mecburi mezuniyyete gondermishdiler :)

[b]BƏXTIYAR VAHABZADƏ - ŞƏHİDLƏR[/b]

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalim öyünməsin zülümləriylə,
Min-bir böhtanıyla, min-bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqın dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
'Dünyada mənim də haqqım var',- diyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağranı cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

Link to comment
Share on other sites

Sovet vaxtı gəldi İvan, dedik vsyo, on xaraşo
İndi görüb ingilisi söyləyirik, Con xaraşo.

İqtidarda özgə kəslər, heykəl sevər bütpərəstlər
Evlərində xaçpərəstlər, rusca desən, von xaraşo.

Deputatlar qəflə-qatır, padşahımız şeş-beş atır
Oksigeni pula satır, müftədi karbon xaraşo.

Heydər əmi nazir seçib, məddahlığı boyna biçib
Yaltaqlığın həddi keçib- kilo nədi, ton xaraşo.

Prezidentin ilqarından, parlamanın astarından
Baş komandan şalvarından Haykanuşda don xaraşo.

Qaçqın qalıb əsə-əsə, Qaçqınkom da yardım yesə,
İldən-ilə atəşkəsə azca versə fon, xaraşo.

Məmurları yığ halaya, ştrafnoy falaqqaya
Zakir, Ramil, Hacbalaya qapalı bir zon xaraşo.

Vətən marşın o yana bur- "Azərstar neçənci tur"?
Ay el oğlu, ayağa dur, heydərizmə son xaraşo.

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1304961543' post='9054080']
Yandı urek kabab oldu
Gul baxçada xəzan oldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu ?

Öz eşqimlə, diləyimlə,
…Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!
[/quote]

Şeri də, musiqisi qədər gözəldi :aappll:

Link to comment
Share on other sites

uhunda hiss edərək
Sevməmisən ki…
Mənə həyatında yer
Verməmisən ki…
Duyğuların içində
İtməmisən ki…
Düş, gözlərimdən
Ucaltdığım tək!..

Yuxu tək gözünü
Tutmamışam ki…
Varlığında bir zərrə
Olmamışam ki…
Səninlə buludlara
Qalxmamışam ki…
Düş, gözlərimdən
Ucaltdığım tək!..

Titrəyərək əlimdən
Tutmamısan ki…
Son istəklə içinə
Çəkməmisən ki…
Mənim üçün özündən
Keçməmisən ki…
Düş, gözlərimdən
Ucaltdığım tək!..

Dodağından qəlbinə
Axmamışam ki…
Susaraq gözlərində
Qalmamışam ki…
Sənin sətirlərində
Olmamışam ki…
Düş, gözlərimdən
Ucaltdığım tək!..


Günay Ələkbərzadə

Link to comment
Share on other sites

[b]Süleyman Rüstəm - Ana və Poştalyon[/b]

Dörd ay vardı ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi.
Sorurdu:«Balam hanı?»Hər cəbhədən gələndən,-
Ondan xəbər gəlməyir,xəbər gəlir öləndən.
«Yerəmi batdı oğlum,göyəmi çıxdı oğlum?
Bəlkə mən yanılmışam,əzəldən yoxdu oğlum?!
El bilir ki,uşaqlıqdan o,naxələf olmayıb,
Ürəyimə damıb ki,oğlum tələf olmayıb...

Bəs nədir yazmır anaya bircə kağız?
Oğul,oğul deməkdən qabar oldu dil,ağız»
Buludlu səma idi,onun dalğn baxışı
Gözlərindən yağırdı bir ilk bahar yağışı.
Qəlbindəki ilk yara təzəydi,builkiydi;
Onu bu hala salan nobarıydı,ilkiydi,
Qalxırdı yatağından dan yeri söküləndə...
Həq qapı açılanda,hər qapı döyüləndə,
Dikilirdi ananın gözləri bir nöqtəyə,
Sevinirdi:-«Oğlumdan bəlkə məktub var!»-deyə.

Dörd ay vardı ananın gözləri yol çəkirdi:
Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi.

Tanımayan tapılmaz məhlədə poçtalyonu;
Hamı istərdi onu,hamı sevərdi onu,
Onu tanıyırdılar adamlar addımından,
Bir bayramdı,çantası dolu gəldiyi zaman.
Anaya şad xəbərlər gətirmişdi vaxtilə,
İndi kağız almayan ana gələrək dilə
Söylədi poçtalyona bir neçə acı kəlmə:
-Məktub olmasa,bir də sən bu həyətə gəlmə!
POçtalyon söz demədi,dilsiz dayanıb durdu,
Elə bil dağ başında onu ildırım vurdu...
Ananın gözlərində sual gördü bir yığım,
Başını yerə dikib dayandı xeyli dalğın
Sinəsini ötürüb sonra küçəyə çıxdı,
Fikirlər,düşüncələr həssas qəlbini sıxdı.
Deyirdi öz-özünə:-Ananın haqqı vardır
Geniş dünya oğulsuz onun qəlbinə dardır...

Dörd ay vardı ananın gözləri yol çəkirdi:
Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi....

Günlər keçdi...poçtalyon bu həyətə girmədi;
ANa gözüylə onu çox aradı,görmədi.
Bütün həyətdəkilər öyrənmişdilər ona,
Hamı dedi:«Görəsən nə oldu poçtalyona?!»
Bu qoca poçtalyon da anaya bir dərd oldu;
Yolunu gözləməkdən hər gün gözü dörd oldu.
Heç olmasa,poçtalyon bu həyətə gələndə,
Məktub alan qonşular sevinəndə,güləndə,
Oğlunu xatırlayıb sevinirdi ana da;
Ümumin sevincindən pay düşürdü ona da...
Ana düşündü:«Bəlkə qəlbini qırdım onun,
Bəlkə bir macəra var başında poçtalyonun...
Bəlkə onun da oğlu qanlı döyüşlərdədir,
Kim bilir,bəlkə,o da mənimlə bir dərddədir...
Xəstədir,baxan yoxdur,bəlkə də poçtalyona,
Evlərini bilsəydim,bir baş çəkərdim ona.
BUndan artıq nə gələr,nə gələr ki, əlimdən?!
Kaş ki,o sözlər mənim çıxmayaydı dilimdən,
Məktub gətirməsə də,qoy gəlsin,görək onu...
Görməsə çatlayacaq bu dərdli ürək onu...
Oğlumun ətri gəlir,onun hər gəlişindən,
Ümid,təsəlli yağır mehriban gülüşündən...»
Dərdli ananın artdı indi birə on dərdi,
Bir doğma oğul dərdi,bir də poçtalyon dərdi...

Bir gün qapısı açıldı çox sürətlə,
Qonşular çıxdı evdən təəccüblə,heyrətlə,
Gördülər ki,poçtalyon əlində məktub gəlir,
Elə bil caynağında qartal ov tutub gəlir,
Aldılar bir qırpımda poçtalyonu dövrəyə:
-Məktub kimədir??Söylə,niyə dinmirsən,niyə?
Zilləyib gözlərini ananın gözlərinə,
Poçtalyon qanaq taxdı öz ürək sözlərinə:
-Bundan neçə gün əvvəl məndən küsən,inciyən,
«Məktub olmasa, bir də bu evə gəlmə»- deyən
Mərhəmətli,möhtərəm anayadır bu kağız!...
Hamı bir səslə dedi: «Gözlərin aydın ay qız!»
Ana,gözləri yaşlı,ətir saçan dilindən,
Tez öpdü poçtalyonun məktub verən əlindən....

Link to comment
Share on other sites

[b]Süleyman Rüsrəm - Azərbaycana gəlsin[/b]

Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin.

Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümdə bu həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin.

Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun, qardaşlığın təməllərindən gəlir,
Könüllərin müqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gəlsin.

Payızında, qışında, baharında, yazında
Dinər dostluq nəğməsi könüllərin sazında.
Sabaha addımlayan mərd oğlunda, qızında
Qeyrət görmək istəyən Azərbaycana gəlsin.

Sonsuz gözəlliyindən çətindir məncə doymaq,
Məhəbbəti, şöhrəti dolanır oymaq-oymaq,
Al bayraqlar altında alnıaçıq, üzüağ
Millət görmək istəyən Azərbaycana gəlsin

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə - AXI, DÜNYA FIRLANIR[/b]

Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.

Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.

Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...

Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...

Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.

Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,

Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

Link to comment
Share on other sites

[quote name='Consigliere_' timestamp='1305010618' post='9058046']
[b]Süleyman Rüsrəm - Azərbaycana gəlsin[/b]

[/quote]

Bu şeri isə bacımın qızına bağçada öyrədiblər, elə şirin deyir ki..əl-qol ilə :)

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1305011364' post='9058195']
Bu şeri hər dəfə oxuyanda çox təsirlənirəm..
[/quote]

çox şadam ki, sizi bir daha təsirləndirdim :)

[quote name='Pari***' timestamp='1305011410' post='9058208']


Bu şeri isə bacımın qızına bağçada öyrədiblər, elə şirin deyir ki..əl-qol ilə :)
[/quote]
Allah saxlasın :)


Bu mövzu üçün darıxmışdım ha yaman :)

Link to comment
Share on other sites

[quote name='Consigliere_' timestamp='1305011682' post='9058264']
çox şadam ki, sizi bir daha təsirləndirdim :)


Allah saxlasın :)


Bu mövzu üçün darıxmışdım ha yaman :)
[/quote]

Təşəkkür edirəm, sizin balacalarla bahəm.

Hə yeriniz yaman görsənirdi bu mövzuda :)

Link to comment
Share on other sites

[quote name='Rashad_XL' timestamp='1296803812' post='8263880']
ən sevdiyim şerdir. ama müəəlifini hələ də tapa bilmirəm

Mən səni gec tapıb, itirəcəyəm
Özümdə bilmirəm nəçisən, kimsən?
Bəlkə bir xəyalsan gözə görünməz,
Bəs, onda qəlbimə necə girmisən?

Sevirəm söylədin sükut içində,
Deyirəm yuxuymuş bəlkə o anlar.
Səhəri həsrətlə gözləyirəm ki,
Açım gözlərimi-yuxum çin olar.

Dodağı çatlamış susuz torpağam
Üstümə ələnməz yağış olmusan
Gələndə min istək, min arzu idin
Gedəndə bilmədin günah olmusan.

Sən məni duymadın duya bilmədin
Bəlkə də bilmədin məhəbbət nədir?
Mənim ünvanıma dediyin yalan
Məni unutmağa bir bəhanədir.

Məni xatırlayıb, düşünüb hərdən,
Bilirəm qəhərdən boğulacaqsan.
Eh! sənə nə var ki, günəş kimisən
Kiminsə bəxtində doğulacaqsan.
[/quote]

hələ də müəllifini tapa bilmirəm :(

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1304961543' post='9054080']
Yandı urek kabab oldu
Gul baxçada xəzan oldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu ?

Öz eşqimlə, diləyimlə,
…Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!
[/quote]


Heyatda meni en cox kovrelden sozlerdir :(

Link to comment
Share on other sites

[b]GULUM[/b]

Gordun ki, olurem Senin derdinden,
Bir az da zulmunu artirdin,Gulum.
O, senin emelin, bu menim bextim,
Borcunu vaxtinda qaytardin, [b]Gulum!
[/b]
Demirem aldandim, ya aldatmisan,
Deyirem yaniram, Sen yandirmisan.
Belke yuxudayam, Sense ayiqsan?
Meni xeyallardan ayiltdin, [b]Gulum!
[/b]
Hele dozumum var bu eziyyete,
Qorxmuram, getsem de bir gun rehmete,
Sense, baxa-baxa bu mesheqqete,
Gulerek gunumu qaraltdin, [b]Gulum!
[/b]
Meni derde salan Senin eshqindir,
Deli gune qaldim, Senin besindir?
Bilmirem, arzundur, ya meqsedindir,
Gor nece divane yaratdin, [b]Gulum!
[/b]
Men hardan bileydim, harda idin Sen,
Vaxtinda gelmedim bu dunyaya men.
Omrum heder gedib xebersiz Senden,
Meni goyermemish saraltdin, [b]Gulum!
[/b]
Iki sher yazdim, eshq hevesine,
Birini qelbime, birini Sene.
Shirin arzularla yasharam yene,
Xeyallarla meni aldatdin, [b]Gulum!
[/b]
Yaxshi eliyirsen, mene azdir bu,
Qishi gore-gore, dedim yazdir bu.
Agladim! Seninchun xosh avazdi bu,
Meni zulmetlere Sen atdin, [b]Gulum!
[/b]
Bu eshqe hele de gumanim choxdur,
Menim bu halima yananim yoxdur,
Qashlarin xencerdir, kipriyin oxdur,
Besdir ureyimi partlatdin, [b]Gulum!
[/b]
Hele achilmayib Sevginin sirri,
Hech kimin chatmayib buna huneri,
Ne olchusu belli, ne de deyeri,
Bu sirri Sen mene anlatdin, [b]Gulum!
[/b]
Menden sonra, ay Ureyim, ay Gozum,
Qalacaq dunyada her cumlem, sozum.
De gorum, mehv olum, ya hele dozum?
Elnurun canini alirsan, [b]Gulum![/b]

P.S: Anamdan bu Elnurun kim oldugunu sorushanda dedi ki, bu sheri Sovet vaxtinda bir qezetden oxuyub, ozune kochurub :rroza:

Link to comment
Share on other sites

Könlüm səndən dönən deyil,
Gəlmir xoşuna, gəlməsin.
Mən sevirəm, qədrimi bil,
Nadan tuşuna gəlməsin.

İnci, necə istər kefin,
Əzabıma baxıb sevin.
Ölsəm, ağla, qoy heyifin
O göz yaşına gəlməsin.

Taleyimin üzü sərtdi,
Eşqindən dönən namərddi.
Unudulmaq yaman dərddi,
Gülüm, başına gəlməsin.

________

Bir də Şahməmməd Dağlaroğludan bir beyt çox xoşuma gəlir:

Boşluq yüngüllüksə, bəs onda neçin,
Gəzdirə bilmirəm sənsiz ürəyi?

Link to comment
Share on other sites

Ən sevdiyim:

Əgər çatılsaydı qaşın kamanı,
Kainat ətrinə dəysəydi əgər,
Elə silkələrdim mən asimanı,
Ulduzlar tut kimi tökülədilər.

Səhv etmirəmsə Fikrət Qocanındır.

_______

Qayıt, apardığın günəşlə qayıt,
Günəşsiz qalmışam, aysız qalmışam.
Sanki təcrid edib məni kainat,
Mən sözə-söhbətə parçalanmışam.

Qayıt evimizə, qayıt deyirəm,
Məni də özünlə qaytar gətir sən.
Gecə də qapını açıq qoyuram,
Bəlkə də...Bəlkə...Bəlkə də birdən...

Səni ömrüm boyu gözləyəcəyəm,
Qayıt deyəcəyəm son nəfəsimdə.
Ancaq yalvarıram, sevmirsən əgər,
Qayıtma, qayıtma, "qayıt" desəm də.

______________


Sevmədim dünyada qızıl-gümüşü,
Dedim ki, vüqarım - etibarımdır.
Gözəl sevgilimin şirin gülüşü
Mənim dövlətimdir, mənim varımdır.

Sevmədim dünyada varı-dövləti,
Onları həyatda əfsanə sandım.
Bax, həmin dediyin varı-dövləti
Öz halal qanımla özüm qazandım.

Axtarıb gəzərəm sirdaşlarımı,
Gəzərəm ömrümün baharı kimi.
İstəsə sevgilim, göz yaşlarımı
Düzərəm boynuna mirvari kimi.

Uca bir dağam ki başı qarlıyam,
Demə zirvəndəki o bulud nədir.
Mən ki varlılardan daha varlıyam,
Dövlətim məhəbbət, varım sevgidir.

_____________

Qəlbimə sığmayan dünya elə bil,
Sənin yaşadığın küçəyə sığıb.
Qaşların kədərdən düyünlənəndə,
Mənim də qəlbimi kədər, qəm sıxıb.

Bizdən sizə qəər ölçülüb çox vaxt,
Ömrü kədərin də, xoşbəxtliyin də.
Ömürlük səadət taparam inan,
Sənin bircə anlıq xoşbəxtliyində.

Məhəbbət yaşadır insanı hər an,
Səndən ayrı düşüb, ayrılsam da mən,
İstərəm o qədər xoşbəxt olasan,
Mənə də pay düşə səadətindən.

___________

Link to comment
Share on other sites

Bu sirli dünyada nələr baş verir?
Bir zaman gələnlə bir zaman gedir,
Qoca da cavan da olur ki, deyir:
Bir anlıq keçmişə dönmək istədim!

Bəs mənim istəyim nə olar sizcə?
Aşkarmı söyləyim yoxsa gizlicə,
İmkanım olsaydı elə indicə,
Bir anlıq keçmişə dönmək istədim!

Axşamlar əl-ələ tutub gəzməyə,
Ala gözlərini bir də görməyə,
"Səni çox sevirəm" yenə deməyə
Bir anlıq keçmişə dönmək istədim!

İncə əllərindən bərk-bərk tutmağa,
İpək saçlarını tumarlamağa,
Əbədi səninlə qoşa qalmağa,
Bir anlıq keçmişə dönmək istədim!

Tale qovuşdurdu bizi, bəs nədən
Sonradan o, səni ayırdı məndən
Yalnız sənə görə hətta cənnətdən
Bir anlıq keçmişə dönmək istədim!

Yağmurlu bir gecə, ayrılan zaman
Gözümün içinə baxırdın yaman
Həmin o gecəyə düşməyə inan
Bir anlıq keçmişə dönmək istədim!

Eləbil o gecə sən hiss edirdin,
Əlini əlimdən çəkə bilmirdin,
"Vaxt gələr deyərsən"-mənə söylədin
Bir anlıq keçmişə dönmək istədim!

Sevən gözlərini məndən çəkmirdin,
Sanki baxışınla nəsə deyirdin,
Poza bilməsəm də yazını sənin
Bir anlıq keçmişə dönmək istədim!

Həyat aldı səni mənim əlimdən,
Qoruya bilmədim səni əcəldən,
Acı taleyini dəyişməyə mən,
Bir anlıq keçmişə dönmək istədim!

Hər gün məzarını qucaqlayıram,
Göz yaşı axıdıb mən ağlayıram,
Şəklinə baxaraq təkrarlayıram:
Bir anlıq keçmişə dönmək istədim!

P.S.Bu şerin müəllifi disputun istifadəçilərindəndir. İcazəsiz yerləşdirdiyimə görə yəqin məndən küsməz :rolleyes: Adı qoy sirr qalsın.

Link to comment
Share on other sites

İnsanlar sevilər, sevər dünyada,
Ümidlər ömürçün məğrur qanaddır.
Sevgi bir kiçicik qəlbə sığsa daz.
Bəlkə sevgi özü bir kainatdır.

Onun üfüqləri o qədər dərin,
Onu arzuları könül varıdır.
Bəlkə o şəfəqli, nurlu gözlərin
Həmin kainatın ulduzlarıdır.

Keçərik ümidlə yol aça-aça,
Gözlərik ən nurlu sabahımızı.
Dünyanın məhəbbət sarayındaca
Tale özü kəsib nikahımızı. :urey:

Link to comment
Share on other sites

Çox axtardım, çox dolandım
Çox insanlara aldandım
Sonunda sənə inandım
İndi tək deyil ürəyim
Sən mənimsən mən də sənin...

Dözdün çox əziyyətlərə
Tab gətirdin mənə görə
Səni sevmir deyənlərə
Susdun tükənmədi səbrin
Sən mənimsən mən də sənin...

Həsrətinlə gündüz-gecə
Yaşadım bilmirəm necə
Səni sevirəm deyincə
Nələrdən keçdim bilmədin
Sən mənimsən mən də sənin...

Keçib hər cür sərhədləri,
Qovduq dərdi, qəmi, səri
Ağlar qoyduq düşmənləri
De Tərlan, susmasın səsin
Sən mənimsən mən də sənin...

Bu şerin müəllifi isə Tərlan Növrəslidir.Toyda öz həyat yoldaşına ithaf etmişdi :urey:

P.S.bir az da qohumbazlıq edim :rolleyes:

Link to comment
Share on other sites

[b] Pari***[/b]'nin Terlan Novreslinin oz heyat yoldashina hesr etdiyi sherini (gozel sherini :aappll: ) bura post etdiyinden sonra cesarete geldim :rolleyes: Illerdir [b]Nishan Gunumuzu[/b] gozleyib, bugunun mehz menim [b]ad gunume[/b] tesaduf etdiyinden ilhama gelen, dunyada en [b]Ideal Kishi[/b] olan Sevgilimin eqrebler duz 10.10.10 tarixini gosterdiyi an mene ithaf edib, sms'le gonderdiyi, sehersi gun ise [b]Nishan Merasimimizde[/b] butun qonaqlarin qarshisinda ( :blush: ) mene oxudugu sheri, burda Sizinle bolushurem :urey:

Semaya baxiram, gozel bir gece,
Ulduzlar ecazkar sayrishir Bugun...
Ruzgar pichildayir hezin bir negme,
[b]"Ad gunun"[/b] sholeni parlayir Bugun! :rroza: ...

Buludlar reqs edir, dovre vuraraq,
[b]Ureyim[/b] bir bashqa doyunur Bugun...
Mehtab qaranligi aydinlataraq,
[b]"AD GUNUN MUBAREK"[/b] soyleyir Bugun :rroza: ...

Hamiya meni kimi (here oz istediyi kimi) Sevilmeyi dileyirem :wub:

Link to comment
Share on other sites

Çıxmayır başımdan fikrin, xəyalın,
Gecə də, gündüz də, yar səninləyəm,
Məni qınamasın dostlar, tanışlar,
Etsən də dünyamı dar səninləyəm.

Nə olar qınama, sevgilim məni,
Gecələr yatmayıb anıram səni,
Hər zaman bir fikir yorur beynimi,
Görən bağışlarmı yarım səhvimi?

Link to comment
Share on other sites

[b]Məhəmmədhüseyn Şəhriyar - Azərbaycan [/b]

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan !
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan !

Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qelbim kimi, qelbi viran Azərbaycan.

Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə,
Abad olub, azat olub, mülkü-İran, Azerbaycan !

Bisütuni-İnqilabda Şirin-Vətən için Fərhad,
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan !

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Üstadımız demiş heçdir vətənsiz can, Azərbaycan !

Qurtarmakçün zalımların əlindən Rəy şümşadını,
Öz şümşadın başdan-başa olup al qan, Azərbaycan !

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin ?
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan ?!

İgidlərin İran üçün şəhid olmuş, əvəzində,
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan !

Övladların nə vaxtadək tərki-vətən olacaqdır ?
Əl-ələ ver, üsyan elə, oyan oyan Azərbaycan !

Yetər fəraq odlarından od ələndi başımıza,
Dur ayağa ! Ya azad ol, ya tamam yan, Azərbaycan !

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan !

Link to comment
Share on other sites

[b]Şəhriyar - Azə[/b][b]rbaycan[/b]

Ey Iran Qəsrini əliylə tikən,
Iran'dan həmisə bəlalar çəkən,
Bulaq gözlərinə dumanlar çökən,
Pərisan məmləkət, dərtli məmləkət.

Üstünə atəslər yagan topragim,
Məhəbbət ocagim, ülfət ocagim,
Ay mənim hamiya bar verən bagim,
Ah çəkmə, bulutlar yanar ahindən.

Tarix az görməyib qudurqanlari,
Qanlini qan tutar, qandir onlari,
Ey mənim xalqimin qartal vuqari,
Enmə, öz zirvənin ucaligindan.

Nə qədər ki yasar cahanda günəs,
Nə qədər ki sudan çəkinər atəs,
Sərq adli üzüyün gövhər qasi tək,
Parlasin, Parlasin qoy, AZƏRBAYCAN.

Link to comment
Share on other sites

[b]Şəhriyar - [/b][b]Azərbaycan Marşı[/b]

Ey toprağı lal u mərcan, Azərbaycan Azərbaycann!
Mən verərəm uğrunda can, Azərbaycan Azərbaycann!

Ey vətənim, düşmən əcəb bağrıvı alqan elədi,
Bağlarıvı vurdu xəzan, gör necə viran elədi,
Zülmət geçib döndü zaman, Azərbaycan Azərbaycann!
Ey toprağı lal u mərcan, Azərbaycan Azərbaycann!

Geçmişivə baxmalıdır pir u cəvan ibrət ilə,
Hazır olub ellərimiz intiqama geyrət ilə,
Məqsədimiz var səni azad eyləyək sürət ilə,
Müstəbidə yoxdur aman, Azərbaycan Azərbaycann!

Bəsləmişsən şanlı vətən, nazilə öz evladıvı,
Mən də gərək cəhd eləyib ərşə ucaldam adıvı,
Himmət elə, parçalayıb məhv eləyim cəlladıvı,
Vəqti saadətdür uyan, Azərbaycan Azərbaycann!
Ey toprağı lal u mərcan, Azərbaycan Azərbaycann!

And içirəm namusuma -məsləyimə -vicdanıma,
Gün kimi dünyada müqəddəs tanılan imanıma,
Ya səni azad eləyim, ya boyanam al qanıma,
Haqqın özi dönməz, Azərbaycan Azərbaycann!
Ey toprağı lal u mərcan, Azərbaycan Azərbaycann!

Link to comment
Share on other sites

[b]Şəhriyar - Azərbaycanım[/b]

Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyuram başımı ayaqlarına,
Ey ana torpağım, ey Azərbaycan!

Üstünə atəşlər yağan torpağım,
Məhəbbət ocağım, ülfət ocağım.
Ey mənim hamıya bar verən bağım,
Ah çəkmə, buludlar yanar ahından.

Ey çörək yerinə yaralar yeyən,
Al-əlvan yerinə qaralar geyən,
Anam, mehribanım, söylə, nə zaman
Qandal açılacaq əl-ayağından?

Tarix az görməyib quduranları,
Qanlını qan tutar, qandır onları.
Ey mənim xalqımın vüqarlı qartalı,
Enmə öz zirvənin ucalığından,
Ey ana torpağım, ey Azərbaycanım!

Link to comment
Share on other sites

[b]M.Şəhriyar ( Heydərbabaya salam"dan )[/b]

Heydərbaba,göylər bütün dumandı,
Günlərimiz …bir-birindən yamandı.
Bir-birizdən ayrılmayın,amandı.
Yaxşılığı əlimizdən alıblar
,
Yaxşı bizi yaman günə salıblar!
Bir soruşun bu qarğınmış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?
Deynə,keçirt ulduzları ələkdən,

Qoy tökülsün,bu yer üzü dağılsın,
Bu şeytanlıq qurğusu bir yığılsın!
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən
.
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı,kim qaldı?
Mən sənin tək dağa saldım nəfəsi,

Sən də qeyrət,göylərə sal bu səsi.
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır
.
Heydərbaba,qeyrət qanın qaynarkən,
Qaraquşlar səndən qopub qalxarkən.
O sıldırım daşlar ilə oynarkən,
Qovzan,mənim himmətimi orda gör,

Ordan əyil,qamətimi darda gör.
Heydərbaba,gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə.
Qıratını minib,kəsib-biçəndə,

Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çatmayınca yatmaram!!!....

Link to comment
Share on other sites

ELE BAXMA..

-Ele baxma qadan alim,
Her baxanda konlum olur dilim-dilim
-Nece baxim?
-Ele bax ki, men de sene baxa bilim.
-Bu menim oz baxishimdir.
Hardan alim teze baxish?
-Duzu mende can qalmamish
-Onda baxma!
-Nece?Meger bu mumkunmu?
Gulum menden ne tez bezdin?
Eger sene baxmasaydim,
Sen de bele gorunmezdin.

Bextiyar Vahabzade

Link to comment
Share on other sites

GOR NECE GUCLUSEN!..

Yatmaq isteyirem...sensizliyimi
Yuxu denizinde batiram deye.
Yuxumsa kolgeni oz kolgem kimi
Izleyir, qisqanib seni her seye.
Yuxum qacaq dusub menden yan gezir,
Yuxum kucelerde sergerdan gezir.
Hesretin asilib kirpiklerimden.
Yuxum da gelmir ki, hec olmasa men
Itirim, batirim seni yuxumda.
Menden vefaliymis sene yuxum da.
Yuxum qacaq dusub yatammiram men,
Yuxum qorxub qacib fikirlerimden...

Gezmek isteyirem... sensizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gediremse, xatiren kimi
Agir bir yuk ile qarsilasiram.
Seni itirmisem,
neyleyim ancaq
Her zaman, her yerde gorunur yerin.
Yox, doze bilmirem,
derd ondadir ki,
Ozunden agirdir xatirelerin.
Sirin xatireler bir tikan kimi
Yollara sepilib destebedeste.
Xatiren tikandir, cizir qelbimi,
Yoxlugun duz sepir yaramin uste.
Yaddasim ele bir gunes ki, gun ki,
Duneni nur kimi gorurem aydin.
Deyirem, yaddasim ele olsun ki,
Mene dunenimi xatirlatmasin!

Gulmek isteyirem... ureyimdeki
Honkurtu sesini batirmaq ucun.
Bilmirdim, mehebbet bir cellad teki
Menim gulusumu oldurmus butun.

Yandirdi konlumu bu soyuqlugun,
Var iken, sag iken yox olmusam men.
Gor nece guclusen, senin yoxlugun,
Menim varligimi aldi elimden...

Basimda tufan var, konlumde covgun,
Arzu da, fikir de qaldi yarida,
Gor nece guclusen,
senin yoxlugun
Mene ogey etdi dogmalari da.

Ferehim, sevincim dunende qaldi,
Derdimde, qemimde yasarsan menim.
- Yoxlugun gor nece qelebe caldi,
Bu gunum oludur, yasar dunenim!
Caldim oz konlumu ayri simde men;
Ilisib qalmisam dunenimde men.


Bextiyar Vahabzade

Link to comment
Share on other sites

Bəxtiyar Vahabzadənin "Fəryad" pyesindən bir şeir. Duzdu sevgi haqqinda deyil, amma allaha sevgi kkimi qebul etmek

Bəxtiyar Vahabzadə - Allah

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah,
Dünyaya şəfəqlər kimi, Tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah.

Allah bilirik cismi deyil. Bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdədir Allah,
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et, bu təəcübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik gizlidir insandakı qüdrət,
Hər-kəs onu fəhm etməsə, acizdir o əlbət,
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur, gizlidir hər zərrədə vəhdəd,
Bir zərrə içən, küllə qovuşmaq ulu niyyən,
Gördüklərimiz zahiridir, bətnə nüfuz et,
Batildəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət əd yatır sözdə - sözün öz yükü fikrin,
Seçmiş, seçəcək daima tükdən tükü fikrim,
Mən bir ağacam - yarpağı sözlər, kökü - fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan, təpədən dırnağa sən arzu-diləksən,
Nəfsində doyumsuz, fəqət eşqində mələksən,
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz,
Zülmətdə, cəhalətdə, ədalətdə görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Haha
      • 47 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Milli
        • Downvote
        • Upvote
        • Thanks
        • Red Heart
        • Like
      • 329 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
        • Sad
      • 208 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
      • 29 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
        • Like
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 92 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Sad
      • 46 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...