Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər.


Recommended Posts

Belələri də var

Səməd Vurğun

Göz aldadan bir su kimi,
Gah lal axar asta-asta.
Gah da mələr quzu kimi,
Ürək yaxar asta-asta...

Nə bir toya, nə bir yasa,
İstəməz ki, ayaq basa.
Adam ölüb, ev də yansa,
Durub baxır asta-asta...

“Yüz yol ölçər, bir yol biçər”,
Təmiz suyu üflər içər...
Dediyinin üstdən keçər,
Altdan çıxar asta-asta...

Özü qorxaq, cüssəsi dar,
Andını da tez unudar.
Sözlərini çeynər udar,
Hey udqunar asta-asta...

O “mərd” olar yaxşı vaxtda,
Çox danışar hünər haqda.
Çətin işdə, bərk ayaqda
Tez sıpıxar asta-asta...

Ürəyi buz, nəfəsi qar,
Üzdən gülər, üzdən yanar.
Az işləyib çox qazanar,
Ancaq tıxar asta-asta...

O aşkarda girər qına,
Qıfıl vurar öz ağzına.
Xəlvətdəsə ona, buna,
Ləkə yaxar asta-asta...

Nə yaradır, nə də qurar,
Yaradana ağız burar.
Quyu qazıb, tələ qurar,
Ev də yıxar asta-asta...

“Tilsimlidir o qəhrəman”,
Qan da axmaz yarasından.
Odun-suyun arasından,
Üzə çıxar asta-asta...

Link to comment
Share on other sites

  • Replies 1k
  • Created
  • Last Reply

[size="5"]Azərbaycan[/size]
Səməd Vurğun

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə,
Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...

Hey baxıram bu düzlərə,
Alagözlü gündüzlərə,
Qara xallı ağ üzlərə
Könül istər şer yaza;
Gəncləşirəm yaza-yaza...

Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş sonalar gəzər;
Xəyalım dolaşar gəzər
Gah Muğanı, gah Eldarı.
Mənzil uzaq, ömür yarı!

Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr...
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.

Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar...

Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan
Bir səngərdir yaranışdan.

Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı tök ver görək
Anamın dilbər gəlini!
Yadlara açma əlini.

Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək.
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan-tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xallı xalçalardan
Sər çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın1 səsi,
Qarabağın şikəstəsi.

Gözəl vətən! Mənan dərin,
Beşiyisən gözəllərin!
Aşıq deyər sərin-sərin,
Sən günəşin qucağısan,
Şer, sənət ocağısan.

Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə!

Nazlandıqca sərin külək,
Sahillərə sinə gərək.
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Gözəl vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın... yarandım mən.
Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan!

Dinlə məni, gözəl vətən!
Bir söz gəlir ürəyimdən:
Partiyanın eşqilə sən,
Güləcəksən hər bir zaman,
Azərbaycan, Azərbaycan!

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə - Çörək-Vətən[/b]

Eynində cinsi şalvar ,
Belində enli kəmər ,
Saçı çiyinlərində ,
Döşündə enblümlər ,
Firmenli bir Türk ilə
Mən danışdım ərk ilə;
- Burda çörək tapmısan , bəs səadet , bəs Vətən ?
Çörək səadet deyil , unutdunmu bunu sən ?
Üç il , Beş il , Nə zaman , Dönəcəksən Vətənə ?
- Harda qarnım toxdursa , ora Vətəndir mənə , -
Deyə qəhqəhə çəkdi .
O bu qəhqəhəsilə üzümə şillə çəkdi .
- Bir qarınlıq çörəkçün sən unutdun hər şəyi ,
Sən çörəyə bağladın taləyini , bə ,
Bəs Vətənin taleyi ?
Bəs onu kim düşünsün ?
Vətən düşmənlərinin qanını tökmək üçün ,
Kimin kini , qəzəbi ,
Yanıb gülləyə dönsün ?
Burda çörək tapmısan ,
bəs səadet ,
Bəs Vətən ?
Çörək səadət deyil , unutdunmu bunu sən ?
Səadət - Və demək !
O , Vətənə bağlıdır .
Elin qəlbi dağlısa , sənin qəlbin dağlıdır .
Bəs hər zülmə , cəfaya necə dayanmış baban ?
Ellə gələn yası da , toy - bayram sanmış baban
Elsiz bir səadəti səadət bilməmişlər .
Unutma ,
- El içində- öl içində-
demişlər .
Vətən - namus ,
Namusu
İtə atsan, it yeməz ,
Yal üçün zingildəyər , namusa zingildəməz .
Sən insansan !
Namusun , el qeyrətin hanı bəs ?
Namusu elef kimi gövşeme !....
O , yetilməz !
Bir parçacıq çörəkçün hamıqaçsın Vətəndən ,
Bəs Vətənde kim olsun ?
Kədərindən qaçdığın ,
Sabahkı səvincinə uzaqdan əl açdığın ,
O su , hava ,
O torpaq
Qoy sənə qənim olsun !
Harda qarnım tox isə , ora Vətəndir - dedin .
Sə Vətəni çörəyə nece qurban eyledin ?
Burda çörək qazanıb , özünü də itirdin .
Bığ dalınca gəlirkən , saqqalı müfte verdin .
Qürbetde çöreyin var ,
ürəyin yoxdur sənin .
Anasız bir uşaqsan ,
Qıvrıl yat ,
Dinme !
Qəlbin
oyuqdur sənin !
Çöreyin var,
Bəs hanı saçına sığal çəkən ,
Vətənin küləkləri ?
Səni sərməst eyləyən gülləri , çiçəkləri ?
Hanı Vətən havası ?
Hanı ana laylası ?....
Vətən yalnız çörəkmi ?
Bəs bunlar ?
Bunlar hanı ?
Bir parçacıq çörəyə satarlarmı ananı ???

Link to comment
Share on other sites

[b]Ana Dili (Bəxtiyar Vahabzadə)[/b]
 
Dil açanda ilk defe ‘ana’ söyleyirik biz
‘Ana dili’ adlanır bizim ilk dersliyimiz
İlk mahnımız laylanı anamız öz südüyle
İçirir ruhumuza bu dilde gile-gile.

Bu dil - bizim ruhumuz, eşgimiz, canımızdır,
Bu dil - birbirimizle ehdi-peymanımızdır.
Bu dil - tanıtmış bize bu dünyada her şeyi
Bu dil - ecdadımızın bize qoyup getdiyi
En qiymetli mirasdır, onu gözlerimiz tek
Qoruyub, nesillere biz de hediyye verek.

Bizim uca dağların sonsuz ezemetinden,
Yatağına sığmayan çayların hiddetinden,
Bu torpağdan, bu yerden,
Elin bağrından qopan yanığlı neğmelerden,
Güllerin renglerinden, çiçeklerin iyinden,
Mil düzünün, Muğanın sonsuz genişliyinden,
Ağ saçlı babaların eqlinden, kâmalından,
Düşmen üstüne cuman o qıratın nalından
Qopan sesden yarandın.
Sen xalqımın aldığı ilk nefesden yarandın.

Ana dilim, sendedir xalqın eqli, hikmeti,
Ereb oğlu Mecnunun derdi sende dil açmış.
Üreklere yol açan Füzulinin sen’eti,
Ey dilim, qüdretinle dünyalara yol açmış.
Sende menim xalqımın qehremanlıqla dolu
Tarixi varaqlanır.

Sende neçe min illik menim medeniyyetim
Şan-şöhretim saxlanır.
Menim adım, sanımsan,
Namusum, vicdanımsan!

Ey öz doğma dilinde danışmağı
Ar bir elen fasonlu edebazlar
Oxşamır ruhunuzu qoşmalar, telli sazlarʔ!
Bunlar qoy mənim olsun.
Ancaq vətən çörəyi sizlərə qənim olsun!

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə - GÖR NECƏ GÜCLÜSƏN[/b]


Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.

Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...


Gəzmək istəyirəm... sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!


Gülmək istəyirəm... ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.

Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən...

Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.

Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
- Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür,
yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.

Link to comment
Share on other sites

[b]Cabir Novruz - Sağlığında qiymət verin, insanlara![/b]

Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda;
Bu sözlərim düz olmasa
töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
aslan deyin aslanlara;
Sağlığında qiymət verin insanlara...
Hər kəs bilsin öz yerini
necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi, qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
bu köhnəlmiş adətlərdən,
xoşum gəlmir...
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ,
dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

Link to comment
Share on other sites

Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları?
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!
Mən səni unuda bilmirəm axı

Nüsrət Kəsəmənli

De, necə unudum mən səni, necə?
sevgi durna deyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!

Sinəmdə peşiman ürəyim qaldı
uçdun əllərimdə lələyin qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!

Link to comment
Share on other sites

Nüsrət Kəsəmənli

Oğru olmaq istəyirəm.

Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!

Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Link to comment
Share on other sites

[b]Əhməd Cavad "Qara dəniz” şeri[/b]

Çırpınırdın Qara Dəniz
 Baxıb Türkün Bayrağına.
 Ah deyərdin, heç ölməzdin
 Düşə bilsəm ayağına!

 Ayrı düşmüş dost elinden
 İllər var ki çarpar sinən.
 Vəfalıdır gəldi gedən
 Yol ver Türkün bayrağına!

 Dost elindən əsən yellər
 Mənə şer, salam söylər.
 Olsun bizim bütün ellər
 Qurban Türkün bayrağına!

 İncilər tök gəl yoluna
 Sırmalar düz sağ-soluna,
 Fırtınalar dursun yana,
 Salam türkün bayrağına!

Link to comment
Share on other sites

[b]Əhməd Cavad - SUSMARAM[/b]

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinç bilməz bir məxluqam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmler məskən olmuşdur mana.

Mana dinmə, sus deyirsən, ne vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana vətənimdir talan olan bu diyar.

Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların, elxanların vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
Men bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam mahkum, anam sail, əlim hər şeyə möhtac.

Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Ne vaxtacan çiynimizdəgəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı isyankaram, əzilsəm de susmaram!

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1296758257' post='8260970']
[b]Cabir Novruz - Sağlığında qiymət verin, insanlara![/b]

[/quote]
Çox təəssüf ki, heç kim buna əməl etmir. İtirəndən sonra insana dəyər veririk..

Link to comment
Share on other sites

[b]Hüseyn Arif - Könül deyir:- Yaşa hələ[/b]


Səfərdəyəm ,səfərimi
Vurmamışam başa hələ.
Arzularım ,əməllərim
Toxunmayıb daşa hələ.

Dolanıb kəndi ,şəhəri,
Dağlarda açdım səhəri.
Fikrim gəzir üfiqləri
Dönüb qızıl quşa hələ.

İlləri yola salmışam,
Şer yazıb,saz çalmışam
Ömür deyir: - Qocalmışam,
Könül deyir: - Yaşa hələ.

Link to comment
Share on other sites

ən sevdiyim şerdir. ama müəəlifini hələ də tapa bilmirəm

Mən səni gec tapıb, itirəcəyəm
Özümdə bilmirəm nəçisən, kimsən?
Bəlkə bir xəyalsan gözə görünməz,
Bəs, onda qəlbimə necə girmisən?

Sevirəm söylədin sükut içində,
Deyirəm yuxuymuş bəlkə o anlar.
Səhəri həsrətlə gözləyirəm ki,
Açım gözlərimi-yuxum çin olar.

Dodağı çatlamış susuz torpağam
Üstümə ələnməz yağış olmusan
Gələndə min istək, min arzu idin
Gedəndə bilmədin günah olmusan.

Sən məni duymadın duya bilmədin
Bəlkə də bilmədin məhəbbət nədir?
Mənim ünvanıma dediyin yalan
Məni unutmağa bir bəhanədir.

Məni xatırlayıb, düşünüb hərdən,
Bilirəm qəhərdən boğulacaqsan.
Eh! sənə nə var ki, günəş kimisən
Kiminsə bəxtində doğulacaqsan.

Link to comment
Share on other sites

Teze dil achib danishdigim vaxtdan ilk sevdiyim ve ezberlediyim sher Nusret Kesemenlinin "Bir salama deymedi" sheri olub. Yadimdadir ki emi qizlari meni stulun uzerine qoyub sheri soylememi xahish edirdiler her defe eve qonaq gelende ))

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1296919813' post='8274719']
[b]Businka[/b], super werdir, amma "Bir salama deymedi" weri Nusret Kesemenlinin deyil, Bextiyar Vahanzadenindir ;)
[/quote]
Aa duzdur )))

Link to comment
Share on other sites

[b]Xəlil Rza - Davam edir 37...[/b]

Bu dünyada otun,suyun,torpağin da yaddaşi var.
Sindirilmiş bir budağin,söndürülmüş ocağin da yaddaşi var,
Ələkbələk darmadağin otağin da yaddaşi var,
Bayaq isti,indi bumbuz yatağin da yaddaşi var.
Halli çəkmnə altindaca qolu çixan kuklaciğin,
Miz üstündə yetim qalan bir qələmin,varağin da yaddaşi var.
Azərbaycan tanimişdir vaxtsiz qapi döyənləri,
Qara günlər gətirdikcə qan qirmizi geyənləri,
Yox unuda bilmərik biz xeyir cildi geyən şəri,
Yüz minləri...qanunsuz və məhkəməsiz güllə baran edənləri
Qorxa qorxa yarim addım ata-ata
Ayaq üstə yata-yata,
Qurşağacan qan içinə bata-bata sürgünlərə gedənləri.
Ac yuxusuz,nalan,uryan
Min-min qoca,min-min cavan
İş üstündə bir sümükdü,bir də dəri.
Yox,unuda bilmərik biz
Ac canavar iştahiyla yurdu söküb,tökənləri,
Bir dəstəni qana çəkən dəstəbaşa təkələri
Rəhbər,xadim sayilirdi baş kəsənlər,göz oyanlar
-Haqq-bağinda boğazlara qurşun tökdü
Markaryanlar,Qriqoryanlar.
Yanda durdu Topurudze,asta cəllad,usta cəllad.
Adi doğma erəyi yad
Cin Cəfərin əlləriylə viran qaldi xanimanlar
74min dustaq getdi qayitmadi yüzdə biri.
Çoxu güllə işiğinda əli ilə qazdi qəbri.
Ən rəzili bu deyil yox,
Ən rəzili odurki,sən
Özün şair adlanasan,ədib,alim adlanasan.
Yox,unuda bilmərik biz iş başinda omba duran gürzələri,
Naxçivanda DTK-nin çirmə qollu dilavaəri
Alni kərpic,gözləri tum...mirzələri
Əllərində daşda keçən cəsusnamə ərzələri,
Tribunada "Vətən"deyə,"Millət"deyə vəz eləyən hərzələri.
Yox,unuda bilmərik biz
Bircə üskük çöhrət üçün,göz dikdiyi sərvət üçün mənliyini satanlari...
Xirdəyəcən bataqliğa batanlari.
-Daloy muğam!
-Daloy papaq!
-Daloy tar da!
-Daloy saz da!-deyib liğa batanlari
Xəyanətə qurban getdi tər bənövşə,bahar....Müşfiq.
Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq.
Xəyanətə qurban getdi neçə igid,
Pensneli,zər əsali,nur heykəli ulu Cavid.
Qurban getdi dağ billuru Yusif Vəzir
Yəlçin Qaya-Əhməd Cavad
Qoç Koroğlu,Sani oğlu Haci Kərim
Ulduzlari salxim gibi göydən dərən Çoanzadə Bəkirimizi.
Güllələndi təpərimiz,hünərimiz,kəsərimiz
Bu dərdləri öncə sezib tab etmədi Cəfərimiz.
Haray dünya!
Hələ durur o qansizlar.
Qəhrəmana,mərd baxişa aman verməz imansizlar.
Qirdiğimiz dişlərini zaman-zaman şaqqildadan
Qan tökməyən,baş kəsməyən imkansizlar...
Elə bilmə o dəhşətli yanğin bitti,batdi,getdi.
Hələ durur davam edir 37
O,yaşayir,qorxularda,hürkülərdə
"-Bəlkə bir də qaytarildi"
Vicdanlaribasib yeyən ləkələrdə,kölgələrdə.
Nə qədər ki,bu milləti 70yerə bölənlər var,
Nə qədər ki,rütbə üçün,şöhrət üçün ölənlər var
Nə qədər ki,kabineti,vəzifəni gözlərinə təpənlər var,
Tiranlarin yambizini biz az altdan öpənlər var,
Nə qədər ki,istedadi addim-addim pusanlar var,
Xalq dərdini hayqirmağin əvəzinə əqrəb kimi susanlar var.
Nə qədərki,iş başinda bunca çüt baş,kəmsavad var.
Düz yüz min didərgindən heç nə yazmaz mətbuat var.
Nə qədər ki,başçi olur başsiz canlar,
Bir millətin mənliyini talam-talam talayanlar,
Nə qədər ki mənə əxlaq dərsi verir
Fərarilər,boşqab dibi yalayanlar,
-Demokrati!
-Aşkarlama!-deyə-deyə boğaz yirtir...bu sürülər,zurnaçilar.şeypurçular,
Bu qdər ki cəzasizdir
Xankəndində evlər yixan,ürək yixan yirticilar,
Davam edir 37-
Daha kəskin,daha ciddi!
Nə qədr ki,xalq şairi,xalqa yaddir,
Nə qədr ki,rütbəlilər mütləq dahi istedaddir,
Nə qədər ki,yollananlar harda aşdir,orda başdir,
Nə qədr ki,erkən duran,axşamacan kətmən vuran....analarin döşü südsüz,gözü yaşdir,
davam edir 37-daha kəkin,daha ciddi.
Dİqqət!Diqqət
Qapamasin gözlərini haray-həşir,çiğir-bağir.
Qəzetləri lal eləmək xalqi lal etməkdən ağir...
Ruhun hələ ölməmişsə hayqir-bağir:
Nə qədər ki sixib məni limon kimi sümürən var,
Sümüyümü gəmirən var,
Nə qədər ki, Bakimizapüskürülür ölüm tozu,
Təyyarələr zəhərləyir o kalxozu,bu savxozu,
Nə qədər ki,çocuk qani pestisidlə mayalanir,
Asimiza qatir alçaq yüz fitnəni,min yalani
Nə qədər ki Ovçarenko dəstəkləyir Balayani,
Milli Kəda Boravini,Ağanbekyan min ilani...
Nə qədr ki qanimizda qan sorucu min gənə var
Mənim isti sözlərimə soyuq baxan biganə var
O xəyanət sanma bitdi
Davam edir 37
O cinayət,davam edir 37
Mən şeirim,mənim qanim cinayətlə dava edir.
Bir haldaki davam edir 37
Qorx ki bir gün Vətən deyə:
Xəlil balam qurbanım getdi.

Link to comment
Share on other sites

[b]Məmməd Araz - Dünya sənin, dünya mənim...[/b]

Bir taleyin oyununda cütləşmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin ışığına milyonlar şərik,
Dünya sənin, dünya mənim, dünya heç kimin...

Çövrəsindən çıxsa əğər sevda fırfıran,
Bir ümidin ətəyinden tutub da fırlan.
Eşidirsən: pıçıldayir yıxılan, duran:
Dünya sənin, dünya mənim, dünya heç kimin...

Bu get-gəllər bazarina dəvədi dünya,
Bu ömür-gün naxısina həvədi dünya,
əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin, dünya mənim, dünya heç kimin,..

Link to comment
Share on other sites

[quote name='Businka' timestamp='1296918172' post='8274560']
Teze dil achib danishdigim vaxtdan ilk sevdiyim ve ezberlediyim sher Nusret Kesemenlinin "Bir salama deymedi" sheri olub. Yadimdadir ki emi qizlari meni stulun uzerine qoyub sheri soylememi xahish edirdiler her defe eve qonaq gelende ))

[/quote]
Bu şer Əminə Yusifqızının ifasında çox təsiredici alınır.

Link to comment
Share on other sites

[b]Mirzə Ələkbər Sabir - Kim nə deyər bizdə olan qeyrətə [/b]

Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyrətimiz bəlli bütün millətə!...

Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünərdmərdlərik, nərlərik,
İş görəcək yerdə, söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Çırmanarıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi - bir ay gəlməmiş,
Asta qaçıb dürtülərik xəlvətə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrətü-milliyyəmizi atmarıq,
Əhlimizi başqalarına satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə!
Kim nə deyər bizdə olan qeyrətə?!

Bizdə görünməz nə fəsadü nifaq,
İşləmədə bir-birimizden qoçaq,
Bax, budur islamı gətirrik qabaq;
Boyləcə xidmət olunur millətə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Bir işə min hummətimiz var bizim!
Bax, neçə cəmiyyətimiz var bizim!
Bundan gözəl niyyətimiz var bizim!
Ay bərəkallah, bu gözəl niyyətə!
Kim nə deyər bizdə olan qeyrətə?!

Hansı məkatib ki, onu açmadıq?
Hansı sənaye ki, para saçmadıq?
Verdiyimiz sözdən uzaq qaçmadıq;
Işlərimiz mindi bütün surətə!..
Kim nə deyər bizdə olan qeyrətə?!

Bax, neçə darüləcəz, dari-elm!
Bir neçə məktəb, neçə asari elm!..
Bizlərik, əlbəttə, xəridari-elm!
Çatmışıq ondandı belə hörmətə!..
Kim nə deyər bizdə olan qeyrətə?!

Bizdə nə fəhlə tapılar, nə gəda,
Bizdə nə sail və nə bir binəva,
Bəxtəvər övladımıza mərhəba!
Baş aparıb hər biri bir sənətə!..
Kim nə deyər bizdə olan qeyrətə?!

Etmişik ifa atalıq mehrini,
Çəkmişik övladımızın fikrini,
Ömrümüz olsa görərik bəhrini,
Onda ki, onlar uyacaq sirqətə,
Həbsdə məşğul olacaq işrətə,
Fəxr edərik biz də bütün millətə!
Kim nə deyər bizdə olan qeyrətə?!
Ay bərəkallah, bu gözəl niyyətə!..


Link to comment
Share on other sites

[b]Mehemmedhuseyn Shehriyar[/b]

[i]Sehende mektub[/i]

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim,
Başı dumanlı Səhəndim, başı tufanlı Səhəndim
Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan
Son ipək telli buludlarla ufuqda sarışıbsan
Savaşırkən barışıbsan
Göydən ilham alalı sirri səmavata deyərsən
Hələ ağ kürkü bürün, yazda yaşıl don da geyərsən
Qoradan halva yeyərsən1
Döşlərində sonalar sinəsi tək şux məmələrdə
Nə şirin çeşmələrin var
O yaşıl telləri yel hörmədə, aynalı səhərdə
İşvəli eşmələrin var
Qoy yağış yağsa da yağsın, sel olub axsa da axsın,
Yanlarında dərələr var
Qoy qləmqaşların uçsun fərələrlə, hamı baxsın
Başlarında herələr var, sıldırımlar, sərələr var
O ətəklərdə nə qızlar yanağı lalələrin var
Quzular otlayaraq neydə nə xoş lalələrin var
Ay kimi halələrin var
Gül çiçəktdən bezənəndə, ne gəlinler kimi nazın,
Yel əsəndə o sularda, nə derin raz-ı niyazın
Oynayar güllü qotazın
Titreyir saz telli tek şaxələrin çayda-çəməndə,
Yel o tellərdə gəzəndə, ne Koroğlu2 çalı sazın
Ördəyin xəlvət edib göldə pərilərlə çiməndə
Qol-qanaddan ona ağ hövle açar qəmzəli qazın
Qış gedir, qoy gələ yazın.
Hələ novruzgülü var, gar çiçəyin var, gələcəklər
Sel yağışda yuyunar kəndə günşlə güləcəklər
Üzlərin tez siləcəklər
Qışda kehlik həvəsiylə çölə qaçdıqda canavarlar
Qarda qaqqıldayaraq nazlı qələmqaşların olsun
Yaz o döşlərdə nahar məndəsin3 açdıqda çobanlar
Bollu, südlü sürülər, daldı qavutmaşların4 olsun
Ad alıb səndən o şair ki, sən ondan ad alarsan
Ona hər dad verəsən yüz o muqabil dad alarsan
Tarıdan hər zad alarsan
Adaş olduqda sən onla daha artıq ucalarsan
Baş ucaldıqca Dəmavənd dağından bac alarsan
Şir əlindən tac alarsan
O da şerin, ədəbin şah dağıdır, şanlı Səhəndim
O da sən tək atar ulduzlara şeriylə kəməndi
O da Simorğdan almaqdadı fəndi
Şer yazanda qələmindən baxasan dür səpələndi
Sanki ulduzlar elendi
Söz deyəndə görüsən qatdı gülü, püstəni, gəndi
Yaşasın şair əfəndi.


Chox gozel sheyrdir.
(ardi var)

Link to comment
Share on other sites

[b]MIRZƏ ƏLƏKBƏR SABİR - ADƏMİ ADƏM EYLƏYƏN PARADIR[/b]

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır,

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,

Baş-ayaq eyb içində olsan da
Tək bu aləmdə dövlətin olsun

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın;

Atəşi-xanə suzi-millət ikən
Hər kəsin səcdəgahıdır xakın;

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,

Та ki, var əldə beş puçuq quruşun
Mötəbərsən gözündə əşrafın;

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Link to comment
Share on other sites

[b]MİRZƏ ƏLƏKBƏR SABİR - BƏRƏKALLAH[/b]

Sən beləsənmiş, balam, ay bərəkallah sənə!
Fisq imiş əmrin tamam, ay bərəkallah sənə!

Doğru imiş, şairin olmaz imiş məzhəbi,
Kafir olurmuş bütün mirzələrin əğləbi,
Ləğvü əbəs mətləbi, ləhvü ləəb məşrəbi,
Şuğlü qəzet, telqram, ay bərəkallah sənə!

Ay adama oxşamaz, bir üzünə baxsana!
Bomboz olub saqqalın, rəngü həna yaxsana!
Mömin olub, bir üzük barmağına taxsana!
Та ki, desin xasü am: ay bərəkallah sənə!

Yox xəbərin, binəva, hiç özündən sənin,
Lap malaqanlıq yağır girdə üzündən sənin,
Doğrusu, mən ürkmüşəm bəzi sözündən sənin....
Vermərəm artıq salam, ay bərəkallah sənə!

Heyf qapanmış sənin dideyi-həqbinlərin,
Mənzilinə yığmısan partretin cinlərin,
Gözlərinə çarpmayir yoxsa bu bidinlərin
Surəti hər sübhü şam, ay bərəkallah sənə!

Əqlin azıb, ay yazıq, boşlamısan karını,
Cümlə dəyişdirmisən kürkünü, paltarını,
Çəkmə, qaloş geymisən, pozmusan ətvarını,
"Felükə felülhəram", ay bərəkallah sənə!
Ağzına olsun qadam, ay bərəkallah sənə!

Link to comment
Share on other sites

[b]MİRZƏ ƏLƏKBƏR SABİR - DAŞ QƏLBLİ İNSANLARI NEYLƏRDİN, İLAHİ?[/b]

Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --
Bilməm belə dövranları neylərdin, ilahi!

Məzlumların göz yaşı dərya olacaqmış, --
Dəryaları, ümmanları neylərdin, ilahi?

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!

İş rəncbərin, güc öküzün, yer özününkü, --
Bəyzadələri, xanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, --
Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış, --
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımız iş bacarırkən, --
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, --
Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!

Link to comment
Share on other sites

[b]MİRZƏ ƏLƏKBƏR SABİR - FƏHLƏ, ÖZÜNÜ SƏN DƏ BİR İNSANMI SANIRSAN?![/b]


Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlali gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Himmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Fəqr ilə ğina əhlinə kim verdi müsavat?
Mənadə də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsəyə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbası gün muzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın küfrünü şükranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan?!

Link to comment
Share on other sites

[b]HÜSEYN CAVİD - KOR ƏRƏBİN MAHNISI[/b]

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.




Link to comment
Share on other sites

GƏLİR

Tarıma çəkilmiş simə bənzə sən,
Titrə, bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa gilavar gəlir.

Bir az sıxnaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar,
Sabah yağış gəlir, sabah qar gəlir.

Hər kəsə müyəssər deyildir ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.

Qəlbim götürməyir bəri-bəzəyi,
Çətindir yamamaq sınmış ürəyi.
Üzün dərk edəsən gərək hər şeyi,
Səni başa salmaq mənə ar gəlir.

Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir!

Link to comment
Share on other sites

Bir sher var, ne muellifin bilirem, ne adin, eslinde ancaq 4 misrasini bilirem, amma cox xoshuma gelir... Internetden tapammadim:

Cavanliq olunce qalaydi Mende
Ne dovletim ne de varim olaydi
Duwmezdim dalinca her vefasizin
Ehdinden donmeyen yarim olaydi.....

Bunu bilen varmi? Muellifin? Butov sheri??

Link to comment
Share on other sites

[quote name='Ега' timestamp='1293087479' post='7953054']
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.


Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?


[b]1937 Mikayıl Müşfiqin edam edilməmişdən qabağ son şe'ri [/b]
[/quote]


:aappll: teshekkurler chox xoshladigim sherdir.. :rroza:

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1297276262' post='8308837']
Bir sher var, ne muellifin bilirem, ne adin, eslinde ancaq 4 misrasini bilirem, amma cox xoshuma gelir... Internetden tapammadim:

Cavanliq olunce qalaydi Mende
Ne dovletim ne de varim olaydi
Duwmezdim dalinca her vefasizin
[b]Ehdinden donmeyen yarim olaydi..... [/b]

Bunu bilen varmi? Muellifin? Butov sheri??
[/quote]

Maraqlanaram, hər kim yazıbsa yaxşı yazıb.

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1297316707' post='8311228']
Maraqlanaram, hər kim yazıbsa yaxşı yazıb.
[/quote]

Ağdamda bir toydaydım, söhbət təqribən 25 il bundan əvvəldən gedir, 10 yaşım var idi :) bu sözləri toyda oxunan bir mahnıda eşitdim.... Rəhmətlik Sədi Məmmədov oxuyurdu )))) o vaxtdan beynimdə qalıb, heç yerdə də tapa bilmirəm bu sözlər kimə məxsusdur ....

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1297318614' post='8311469']
Ağdamda bir toydaydım, söhbət təqribən 25 il bundan əvvəldən gedir, 10 yaşım var idi :) bu sözləri toyda oxunan bir mahnıda eşitdim.... Rəhmətlik Sədi Məmmədov oxuyurdu )))) o vaxtdan beynimdə qalıb, heç yerdə də tapa bilmirəm bu sözlər kimə məxsusdur ....
[/quote]
Yaxşı yaddaşınız var))

Link to comment
Share on other sites

Azda çoxu isteyirik,çoxda azı.
Yayda qışı gözleyirik,qışda yazı.
Uşaqlıqda cavanlığın hesretile yaşayırıq,cavanlıqda uşaqliğın.
Arzu birmi,beşmi,onmu,
yığın,yığın.
Gözləyirik..,özümüzdən çox güclüdür həsrətimiz.
Gözləyirik xoşbəxtliyi,xoşbəxtliyin içinde biz.
Bəxtiyar Vahabzadə


Link to comment
Share on other sites

Görün nə gözel şer tapmişam.....

[b]Cabir Novruz - Daha dəhşət[/b]

Millətimiz öz yurdunda əsir-yesir,
Anaların, bacıların ahı - dəhşət...
Bu torpağı yada vermək dəhşətdirsə,
Vərdiş etmək bu dəhşətə daha dəhşət...

Şuşasızlıq ağrısına hamı dözür,
İtirilmiş mahalların sayı - dəhşət,
Minlər ilə şəhid görmək dəhşətdirsə,
Şəhidliyə vərdiş etmək daha dəhşət...

Ölənləri ağlamayır artıq kimsə,
Saymır Allah, çoxu qonşu vayın - dəhşət...
Çöl düşmənim qorxuncdursa, dəhşətdirsə,
İç düşmənim daha qorxunc, daha dəhşət...

Nə ki, Laçın, Ağdamda da yadlar gəzir,
Kəlbəcərdə oldu düşmən payı - dəhşət...
Cəbrayılı satmaq əsl dəhşətdirsə,
Xocalının soyqırımı daha dəhşət...

Geri torpaq almayacaq heç kim bizə,
Biz də olduq Fələstinin tayı - dəhşət...
Özümüzə güvənməmək dəhşətdirsə,
Özgələrə arxalanmaq daha dəhşət...

Yağılara yalvarırıq durub bəzən,
Dünya bizi gücsüz, yazıq sayır - dəhşət.
Vəhşi olmaq, cəllad olmaq dəhşətdirsə,
Miskin olmaq, naçar olmaq daha dəhşət...

Yastıq verin, yorğan çəkin üstümüzə,
Yuxudayıq ilin on bir ayı - dəhşət...
Qəflətlərdə yatmağımız dəhşətdirsə,
Durmağımız daha müşkül, daha dəhşət!

Azərbaycan yarı yadda, yarı bizdə,
Eşidən yox bu harayı-hayı - dəhşət…
Bu günümüz ağırdırsa, dəhşətdirsə,
Sabahımız kaş olmaya daha dəhşət...

Link to comment
Share on other sites

Rəhmətlik Xan əminin özünün yazdığı mahnısının sözləri

[b]ŞUŞANIN DAĞLARI[/b]

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasanda balam, barı gül.

Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstə yarını gözlər.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasanda balam, barı gül.

Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Milli
        • Downvote
        • Thanks
        • Like
      • 216 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
      • 43 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
      • 19 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
        • Like
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 76 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Sad
      • 42 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Upvote
      • 45 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...