Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər.


Recommended Posts

Nüsrət Kəsəmənlinin kitabı stolüstü kitabım olduğuna görə, demək olar ki, çox şerini əzbər bilirəm. Bütün şerlərini sevirəm... Bu şeri isə xüsusilə sevirəm.

ƏLLƏRİN NƏ YAMAN SOYUQDUR, GÜLÜM

Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.

Biz ki, cənubluyuq bu soyuq hardan?
Gərək gülümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq
Gərək əlimiz də soyuq olmasın.
Oddan yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz duyğular tonqalı kimi
Yanağın elə bil alov dilimi,

Əllərin nə yaman soyuqdur gülüm
Niyə bu soyuğu indi duymuşam
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?

Ay üzü baharlı,əli qış sonam.
Giləyim gülməli gəlməsin mənim
Qorxuram sevginə soyumağın da
Əlindən başlaya, əlindən sənin.
Əllərin nə yaman soyuqdur, gülüm…



Link to comment
Share on other sites

  • Replies 1k
  • Created
  • Last Reply

Nusret Kesemenlinin weirleri bizim auditoriyamizda muahzire vaxti mektub rolunu oynayirdi..))daha dogrusu onun weirleri mektublarin esas terkib hissesi idi..sevenler bir birine,yada ki kiminse kimden xowu gelirdise weir yazib yollayardi..teneffuslerde dehlizde esasen rayon uwaqlarinin ellerinde Nusret Kesemenlinin weirler kitabi olardi...cunki qerib yerde telebe heyati suren gencler axwamlar dogma ailesini xatirlayan zaman romantik, yangili sevgi weirleri ile teselli tapirdi..ureyinin yangisini sondururdu...


nedense men bu movzuda telebeliyime qaydiram...

Nusret Kesemenli adi gelende ise, men bir neferi xatirlamaya bilmerem...men deyerdim ki, Nusret Kesemenlinin doguldugu torpaqdan onun ozunun ruhunda yazan yegane bir wexs var idi..hansi ki, Nusret Kesemenli mektebinin ilk belke de yegane telebesi olardi...
Bu insan gencliyinde hesretli, yangili sevgi weirleri ile yaddawlara hopmaga caliwan Uzeyir Meherremli idi...

Onun weirlerinden bu movzuda yazacam..mutleq yazacam...

Link to comment
Share on other sites

haqlısan nikowka, mən də ilk dəfə Uzeyir Məhərrəmlinin şerlərini oxuyanda, onlardan Nüsrət Kəsəmənli ətri gəldiyini hiss etmişdim.

YALANIMSAN

Sen hesrete yariyanim,
Qem evinde qariyanim.
Bulaq kimi quruyanim,
Bulud kimi dolanimsan.

Sene gelen yollar uchub,
Sevinc urkub, gulush qachib.
Ureyimde vaxtsiz achib,
Derilmemish solanimsan.

Chichekleri uz elinle,
Sachlarina duz elinle.
Aramiza oz elinle
Ayriligi salanimsan.

Derelerin deli chayi,
Qayalarin hay - harayi,
Gozlerimin keder payi,
Yuxularda qalanimsan.

Ocaginda qalandigim,
Murgusunden oyandigim,
[b]Ozumun de inandigim,
En muqeddes yalanimsan![/b]

UZEYIR MEHERREMLI

Link to comment
Share on other sites

NECƏ ÖYRƏDİM…

Dəli bir şimşək ol gözlərimdə çax,
Qəmimdən boşalıb, sevincimdən ax,
Məndən dilədiyin diləyə bir bax
Mən sənə sevməyi necə öyrədim?

Könlümü üşüdən sazaq deyilsən,
Mənə mənim qədər uzaq deyilsən,
Sən körpə deyilsən, uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim?

Sınıq təbəssümün gülüş deyil ki,
Hər görüş mən deyən görüş deyil ki.
Məhəbbət bir sığal, öpüş deyil ki
Mən sənə sevməyi necə öyrədim?

Dinmirsən, sevgini dilindən tutum,
Saçını oxşayım, belindən tutum,
Yazı yazmırsan ki əlindən tutum,
Mən sənə sevməyi necə öyrədim?

Baxışlar sevinib göz gülməyibsə,
Ürəyin bir hicran, qəm bilməyibsə.
Dünyaya səninlə bir gəlməyibsə
Mən sənə sevməyi necə öyrədim?

Bu gizli sevdada hekayət nədir,
Kədərə bükülü səadət nədir?
[b]Heç özüm bilmirəm məhəbbət nədir
Mən sənə sevməyi necə öyrədim?[/b]
Üzeyir Məhərrəmli.

Bu iki şeri oxuyan anda dəftərçəmə qeyd etmişdim.




[b]
[/b]

Link to comment
Share on other sites

[quote name='Консуэло' timestamp='1293137817' post='7959220']
NECƏ ÖYRƏDİM…

Dəli bir şimşək ol gözlərimdə çax,
Qəmimdən boşalıb, sevincimdən ax,
Məndən dilədiyin diləyə bir bax
Mən sənə sevməyi necə öyrədim?

Könlümü üşüdən sazaq deyilsən,
Mənə mənim qədər uzaq deyilsən,
Sən körpə deyilsən, uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim?

Sınıq təbəssümün gülüş deyil ki,
Hər görüş mən deyən görüş deyil ki.
Məhəbbət bir sığal, öpüş deyil ki
Mən sənə sevməyi necə öyrədim?

Dinmirsən, sevgini dilindən tutum,
Saçını oxşayım, belindən tutum,
Yazı yazmırsan ki əlindən tutum,
Mən sənə sevməyi necə öyrədim?

Baxışlar sevinib göz gülməyibsə,
Ürəyin bir hicran, qəm bilməyibsə.
Dünyaya səninlə bir gəlməyibsə
Mən sənə sevməyi necə öyrədim?

Bu gizli sevdada hekayət nədir,
Kədərə bükülü səadət nədir?
[b]Heç özüm bilmirəm məhəbbət nədir
Mən sənə sevməyi necə öyrədim?[/b]
Üzeyir Məhərrəmli.

Bu iki şeri oxuyan anda dəftərçəmə qeyd etmişdim.




[b]
[/b]
[/quote]


Sene bu weirin yaranma tarixini,sebebini, sebebkarini, ilk oxucusunun kim oldugunu soylesem ne deyersen..?

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1293079807' post='7952298']
Vahidin qəzəllərinin isə məxsusi yeri var.Təşəkkürlər))
[/quote]

Sizede bele movzu acdiginiz ucun tskler.:rroza:



[b]Deme Mecuna deli,belke de Leyla delidir
Eşq olan yerde bütün agilü dana,delidir

…Saldı Yusuf kimi öz sevgilisin zindane
Goydu rüsvaligi alemde Züleyxa, delidir

Eşq zincirinin iftadesi bir men degilem
Heves-i silsileyi eşq ile dünya delidir

Sarılır çiğnine gah boynuna gah gametine
Ejdahalar kimi ol zülfü çelipa delidir.

Bir vefasız gül üçün nalesi dünyanı tutur
Aşigin qelbi kimi bülbülü şeyda delidir

Birce şirin ile ferhada mezemmet yoktur
Vadiyi eşqde Varmiq deli Ezra delidir

El götürmez bu gara gözlülerin zülfünden
Her yeten zenneyleme Vahidi güya delidir
[/b]
:rroza: VAHID:rroza:

Link to comment
Share on other sites

[quote name='Консуэло' timestamp='1293137817' post='7959220']
NECƏ ÖYRƏDİM…

Dəli bir şimşək ol gözlərimdə çax,
Qəmimdən boşalıb, sevincimdən ax,
Məndən dilədiyin diləyə bir bax
Mən sənə sevməyi necə öyrədim?

Könlümü üşüdən sazaq deyilsən,
Mənə mənim qədər uzaq deyilsən,
Sən körpə deyilsən, uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim?

Sınıq təbəssümün gülüş deyil ki,
Hər görüş mən deyən görüş deyil ki.
Məhəbbət bir sığal, öpüş deyil ki
Mən sənə sevməyi necə öyrədim?

Dinmirsən, sevgini dilindən tutum,
Saçını oxşayım, belindən tutum,
Yazı yazmırsan ki əlindən tutum,
Mən sənə sevməyi necə öyrədim?

Baxışlar sevinib göz gülməyibsə,
Ürəyin bir hicran, qəm bilməyibsə.
Dünyaya səninlə bir gəlməyibsə
Mən sənə sevməyi necə öyrədim?

Bu gizli sevdada hekayət nədir,
Kədərə bükülü səadət nədir?
[b]Heç özüm bilmirəm məhəbbət nədir
Mən sənə sevməyi necə öyrədim?[/b]
Üzeyir Məhərrəmli.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------




[b]
[/b]


Gesheng she'rdir. Xoshuma geldi.

Link to comment
Share on other sites

[quote name='Seva711' timestamp='1293138195' post='7959265']
Sizede bele movzu acdiginiz ucun tskler.:rroza:



[b][b][i]Deme Mecuna deli,belke de Leyla delidir
Eşq olan yerde bütün agilü dana,delidir
[/i]
[/b]…Saldı Yusuf kimi öz sevgilisin zindane
Goydu rüsvaligi alemde Züleyxa, delidir

Eşq zincirinin iftadesi bir men degilem
Heves-i silsileyi eşq ile dünya delidir

Sarılır çiğnine gah boynuna gah gametine
Ejdahalar kimi ol zülfü çelipa delidir.

Bir vefasız gül üçün nalesi dünyanı tutur
Aşigin qelbi kimi bülbülü şeyda delidir

Birce şirin ile ferhada mezemmet yoktur
Vadiyi eşqde Varmiq deli Ezra delidir

El götürmez bu gara gözlülerin zülfünden
Her yeten zenneyleme Vahidi güya delidir
[/b]
:rroza: VAHID:rroza:
[/quote]


Bu qezeli ewidende yadima "Papaq" filmi duwur"

Link to comment
Share on other sites

Çox sağolun, uşaqlar! Doğurdan da bu mövzu, burda yazılan şerlər məni çox uzaqlara aparir. yadımdan çıxardığım şerləri yenidən xatırladım.
Dünən işdən evə gedərək bütün yolu şerlər fikrimdə fırlanıb.
Təşəkkürlər :rroza::rroza::rroza:

Link to comment
Share on other sites

[size="5"][size="4"]Mənə qadan alım demə, əzizim,
Mən sənin başına dönə bilərəm.
Sənsiz qəm alovlu yanan ocağam,
Ağlama, yağişdan sönə bilərəm.

Mən Günəş gözləyən puçuram hələ,
Özüm öz dərdimdən qaçiram hələ.
Ulduzdan ulduza uçuram hələ,
Çağırsan torpağa enə bilərəm.

Qıfıl axtarıram mən açar kimi,
İmdad gözləyirəm bir naçar kimi.
Hələ ki, susuram günahkar kimi,
Bir gün üsyan edib dinə bilərəm.

Deyəsən Tanriya yetisdi duam,
Hele ki, cavabsız qalıbdı sual,
Küsmüsen, belece küsülü də qal,
Barişsan, sevincdən öle bilərəm [/size][/size]

Link to comment
Share on other sites

GƏLİN

Of, nə yamandır süzgün baxışlar,
Ay ipək talləri zərəfşan gəlin!..
Hər kəs gülər, hər kəs səni alqışlar,
Yalnız mənim halım pərişan, gəlin!

Getmə, dur, könüldə min həsrətim var,
Söylənəcək dərdim, fəlakətim var,
Səndən sənə gizli şikayətim var,
Ey mələk ədalı, xuraman gəlin!

Nədir suçum, məndən uzaq qaçırsan,
Yabançı ellərə şənlik saçırsan,
Röya kimi süzülürsən, uçursan,
Bilməzsən ki, bağrım olur qan, gəlin!

Nə söyləyim! Halım əyandır sana;
Sən bir yana, bütün dünya bir yana.
Sənsiz gülüstanlar zindandır mana,
Ey cənnətdən bizə ərməğan gəlin!..

Hüseyn Cavid

Link to comment
Share on other sites

Yuxuma Gəlmişdin....

Yuxuma gəlmişdin sən həzin-həzin,
İşvəli, qəmzəli, nazlı nazənin.
Sən coşğun bir bulaq, mən yazıq əzgin,
Sən yanar bir dodaq, mən halsız, üzgün!

...Onbeşdən az idi, yaşım o zaman,
Axırdı qəlbimə yaşım o zaman.
Daşdan-daşa dəydi başım o zaman,
Yazda başlamışdı qışım o zaman!

Sən sevda buludu, mən təşnə dodaq,
Sən pək iyi bir sərv, mən solğun yarpaq.
Mən quru bir ağac, sən gül ağappaq,
Sinəmə dəyirdi oxlar şaqhaşaq!

Canımda qalmayıb nə tab, nə təvan,
Baxışın şimşəkdi, duruşun ceyran;
Dodaqın lalədir, ətirin reyhan,
Onsuz da qurbanam, mən sana qurban!

Sən canlı mələksən, mən quru şəkil,
Bən sana tayammı, ay saçı sünbülə
Bağrımın başında sızlayan bülbül,
Deyir: çəkil yoldan, bu yoldan çəkin

Əhməd Cavad

Link to comment
Share on other sites

Gözlərin

Sevgilim, el bilir mən əhli-dərdəm,
Səndən başqasını sevsəm namərdəm
Qüssədən ölürəm neylim ki, hər dəm,
Məni qoyub baxır yana gözlərin.

Kipriyin xəncərdir, qaşların kaman,
Yıxdığın acizə verməzsən aman.
Dedilər cəlladsan, etməzdim güman,
Salacaqdır məni qana gözlərin.

Sənin əlindədir hər ixtiyarım,
Zalım, öldür məni qəmdən qurtarım,
Bəs kimə söyləyim, kimə yalvarım,
Gətiribdir məni cana gözlərin.

Könlümü salacaq zülfün kəməndə,
Həsrətin qoymayıb can qalsın məndə,
O gözlər var ikən nə qədər səndə,
Alacaq könlümü sona gözlərin.

Vahidəm, sevgilim, mən də qanıram,
Fitnəkar gözəli üzdən tanıram,
Necə deyim sənə, qəmdən yanıram,
Mənim tək od tutub yana gözlərin!

Əliağa Vahid

Link to comment
Share on other sites

[quote name='J.ALIYEV' timestamp='1293175649' post='7960918']
Gözlərin

Sevgilim, el bilir mən əhli-dərdəm,
Səndən başqasını sevsəm namərdəm
Qüssədən ölürəm neylim ki, hər dəm,
Məni qoyub baxır yana gözlərin.

Kipriyin xəncərdir, qaşların kaman,
Yıxdığın acizə verməzsən aman.
Dedilər cəlladsan, etməzdim güman,
Salacaqdır məni qana gözlərin.

Sənin əlindədir hər ixtiyarım,
Zalım, öldür məni qəmdən qurtarım,
Bəs kimə söyləyim, kimə yalvarım,
Gətiribdir məni cana gözlərin.

Könlümü salacaq zülfün kəməndə,
Həsrətin qoymayıb can qalsın məndə,
O gözlər var ikən nə qədər səndə,
Alacaq könlümü sona gözlərin.

Vahidəm, sevgilim, mən də qanıram,
Fitnəkar gözəli üzdən tanıram,
Necə deyim sənə, qəmdən yanıram,
Mənim tək od tutub yana gözlərin!

Əliağa Vahid
[/quote]
+1 Çox gözəl şerlər yazırsınız. Təşəkkürlər.

Link to comment
Share on other sites

Yada düşdü

Gördüm üzünü, bağçada laləm yada düşdü,
Əmdim ləbini bal kimi, ağzım dada düşdü.

Bir lalə yetişmişdi bu viranə çəməndə,
Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü.

Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim,
Aldı fələk əldən onu, yarım yada düşdü.

Bənd oldu könül bir gülə, səs tutdu mahalı;
Guya ki, bu dünyada qan oldu, qada düşdü.

Söz verdi, sözün tutmadı, and içdi, unutdu;
Bəlkə, deyirəm, yar usanıb innada düşdü

Bəxt onda ki, paylandı, biri çatmadı payə,
Dünyada o bədbəxt də bizim bərbada düşdü.

Cəfər Cabbarlı

Link to comment
Share on other sites

Qara geyinmə

Gözəlim, durdunmu gül yatağından,
Könlümü zülfündə ara, geyinmə!
Qoy hələ başına dönüm, dolanım,
İpək saçlarını dara, geyinmə!…

Zülfün qamətindən uzundur, uzun,
Yalansa, əmr eylə boynum vurulsun!
Ayna qabağında bir ayna dursun,
Görünsün əndamın yara, geyinmə!

Qəlbimi, könlümü, sənə vermişəm,
Hər zaman başına dönməkdir peşəm,
Mən hələ bağçandan güllər dərmişəm,
Əlim yetişməmiş nara, geyinmə!

Sənə şal yaraşır, ipək yaraşır,
Görəndə sevincim başımdan aşır,
Bəyaz qumaşlardan gözüm qamaşır
Ara geyinsən də, ara geyinmə!

Bu könül sözümdür, dedim ürəkdən,
Bil ki, xoşum gəlməz bəzək-düzəkdən!
Geysən də al, yaşıl, abı ipəkdən,
Üstü qara güllü xara, geyinmə!

Ey mələk, üzümə gülmə üzərdə,
Bilirsən məna var bu pərdələrdə…
Əgər geyinsən də xeyirdə, şərdə,
Sən bizə gələndə qara geyinmə!

Osman Sarıvəlli

Link to comment
Share on other sites

O gece toy idi,
Sen gonag,men gonag.
Bir hava calindi,
Ikimiz oynayag.
Bir addim sen atdin
Bir addim men atdim.
Men seni belece
Negme ile oynatdim.

O gunden biz hemishe
Gosha dolandig.
Hicrandan acilib
Vusala burunduk.
Gorushe yuyurduk
Gorushe surunduk,
Bir addim men atdim,
Bir addim sen atdin.

Bir axsham aldandig
Min uzlu yalana,
(Ah gorum o axsham,
Odlara galana).
Ayrildi yolumuz,
Bu hicran yoluna
Bir addim sen atdin,
Bir addim men atdim...

Link to comment
Share on other sites

Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?


Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.

Demə,biz ki, quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı...

[b]Ramiz Rövşən.[/b]

Link to comment
Share on other sites

Ay geciken mehebbetim...

Iller boyu seni gezdim,
Ay geciken mehebbetim..
Sen yubandin men telesdim,
Kecdi genclik teravetim,
Ay, geciken mehebbetim..

Men bir yanda sene mohtac,
Sen bir yanda gezdin elac.
Iki qelbde bir ehtiyac,
Ovladiyiq bir hesretin,
Ay, geciken mehebbetim..

Sac agartdim bu yollarda,
Harda idin, soyle, harda...?
Bir yarpagam son baharda,
Saraliram yetim-yetim,
Ay, geciken mehebbetim..

Sen ezabsan, goz yawisan,
Bextimin son naxiwisan.
Belke tale qargiwimsan,
Belke de ilk seadetim,
Ay, geciken mehebbetim..

Gelki sensiz urek bir daw,
Poz qanunu, sedleri aw.
Seve-seve olyedim kaw,
Sen olaydin vesiyyetim,
Ay, geciken mehebbetim..


p.s.
Bir xesteyem elacim sen,
Bir koram el agacim sen.
Goruwune el acim sen-
Sen ol menim son qismetim,
Ay, geciken mehebbetim...

...

Link to comment
Share on other sites

  • 2 weeks later...

Qəlbimdən asılan bir daş imiş, daş!
Sən "getmə" deyəndə gözlərində yaş
Dinə bilməyəydim, lal olaydım kaş,
Dilim quruyaydı "yox" deyəndə mən.

Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən sənsiz necə günlərə düşdüm.
Dilim quruyaydı "yox" deyəndə mən.

Artıq gecikmişəm, getdi o qatar.
Daha "hə" deməyin nə mənası var?
İndi gücüm bircə qarğışa çatar:
Dilim quruyaydı "yox" deyəndə mən.

Mən indi bilirəm neyləməliydim,
"Sənsiz nə günüm var?!" söyləməliydim.
Ömrümdə bircə yol "hə" deməliydim,
Dilim quruyaydı "yox" deyəndə mən.
Dilim quruyaydı "yox deyəndə mən!

Baba Vəziroğlu.


P.S.Bu şeiri çox axtarırdım, axır o gün televizorda Baba müəllim özü deyəndə əzbərlədim. Səhvim varsa, bağışlayın.

Link to comment
Share on other sites

Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək əvvəlki tək sən urəyi daş,
Elə əvvəlki tək saymaz olaydın…

Bu istilik hardan, sən ki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün?
Sən mənə əlçatmaz bir ulduz idin,
Goylerden qolumun ustune dushdun.

Bu da vüsal günü… Yox, sevinmirəm,
Indi darıxıram bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün?

Ötən günlərimə bir ümman dedim,
Boşalib ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur…

Link to comment
Share on other sites

Elə məhəbbətdən yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz...

Odlara qalanmaq ötəri hissdir,
Kəlmələr biçimli, sözlər biçimli.
Çoxları diplomsuz mütəxəssisdir,
Eh, ürək aldatmaq bir su içimi...

Sevimmi?! Tərəddüd qət edə bilmir,
Bəzən itiririk inam, ümidi.
Ürək var, duyğular fəth edə bilmir ,
Ürək var, həndəsi fiqur kimidir...

Bir qəlbə girəndə boyalı sözlər,
Görən öz sözünü ürək dedimi?!
Axtarır, axtarır, axtarır gözlər;
İşləyən bir saat kəfkiri kimi...

Təbəssümlər saxta, söz qiymətlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könüldən səxavətlidir,
Hər qıza bir könül bağışlayırlar...

Elə məhəbbətdən yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz.

Link to comment
Share on other sites

Nə Biləydik

Ne bileydik bu sevginin sonu yox
Ne bileydik dunya bele donecek
Ne bileydik sevgi adli bu qonaq
Ikimizin arasinda olecek..

Ulu sevgi goyden yere endimi?
Ne dayandi yolumuzun ustunde?
Bu mehebbet soyuduqca sen deme
Can verirmiw qolumuzun ustunde..

Her goruwe surunurdu ayaqlar
O cemenler bir baharliq semeni
Dodaqlari yandiranda dodaqlar
Ureyimiz uwuyurmuw demeli..

Eylenceler qoymadiki goz acaq,
Her isteyi biz belece bitirdik
Payiz geldi toy-bayramla biz ancaq
Yarpaq yarpaq gunumuzu itirdik

Wirin oldu yalanlarin zeheri
Heqiqeti gizlemiwik hemiwe
Sevgililer oyaq acdi seheri
Biz axwami gozlemiwik hemiwe..

Yuxu gorduk...gah qorxulu,gah da wen
Bogdu bizi tereddudler axari.
Yuxularda eller gorduk birlewen
Ne yozduqsa hicran oldu axiri.

Ne bileydik bu sevginin sonu yox,
Ne bileydik dunya bele donecek.
Ne bileydik sevgi adli bu qonaq
Uzumuze baxa baxa olecek...

Link to comment
Share on other sites

Nə Biləydik

Ne bileydik bu sevginin sonu yox
Ne bileydik dunya bele donecek
Ne bileydik sevgi adli bu qonaq
Ikimizin arasinda olecek..

Ulu sevgi goyden yere endimi?
Ne dayandi yolumuzun ustunde?
Bu mehebbet soyuduqca sen deme
Can verirmiw qolumuzun ustunde..

Her goruwe surunurdu ayaqlar
O cemenler bir baharliq semeni
Dodaqlari yandiranda dodaqlar
Ureyimiz uwuyurmuw demeli..

Eylenceler qoymadiki goz acaq,
Her isteyi biz belece bitirdik
Payiz geldi toy-bayramla biz ancaq
Yarpaq yarpaq gunumuzu itirdik

Wirin oldu yalanlarin zeheri
Heqiqeti gizlemiwik hemiwe
Sevgililer oyaq acdi seheri
Biz axwami gozlemiwik hemiwe..

Yuxu gorduk...gah qorxulu,gah da wen
Bogdu bizi tereddudler axari.
Yuxularda eller gorduk birlewen
Ne yozduqsa hicran oldu axiri.

Ne bileydik bu sevginin sonu yox,
Ne bileydik dunya bele donecek.
Ne bileydik sevgi adli bu qonaq
Uzumuze baxa baxa olecek...

Link to comment
Share on other sites

Nüsrət Kəsəmənli:TOY GÜNÜ
TOY GÜNÜ


Sağlıqlar uzandı...Şəhərə kimi,
Çalıb-oynadılar,kef eylədilər
Çırpıb pillələrə son ümidimi
"Vağzalı" üstündə dəfn eylədilər
Son ümid! O mənim gərəyim idi...
Yoluna şam tutdu neçə qız-gəlin,
Şam deyil! O mənim ürəyim idi:
Son dəfə yanırdı yolunda sənin.
Getdin...O köhnə yol nur yolu idi.
İzin düşən yerdə gül açmadı ki?!


*********
Özgəylə keçirdin o yolu indi,
Ayağın altindan yer qaçmadi ki?!
Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər?!
Düşüb qədəminə hər eniş, yoxuş,
Niyə ürəyimə çəkilmədilər...


*********

Başına gül-çiçək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
"Get deyib"ıalnından öpdülər o gün,
Sınaq taleyini düzəltmədilər...


*********

Güldün...Gülüşünün ömrü çox qısa
Bir həsrət axırdı qanında sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin.


*********

Dünən toyun idi...
Xoşbəxt olasan!
Görünür, bu bizə qismət deyilmiş
Unut!
Elə bil ki sevdiyin oğlan
Getdiyin oğlan deyilmiş...

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1294854786' post='8080845']
Nüsrət Kəsəmənli:TOY GÜNÜ
TOY GÜNÜ


Sağlıqlar uzandı...Şəhərə kimi,
Çalıb-oynadılar,kef eylədilər
Çırpıb pillələrə son ümidimi
"Vağzalı" üstündə dəfn eylədilər
Son ümid! O mənim gərəyim idi...
Yoluna şam tutdu neçə qız-gəlin,
Şam deyil! O mənim ürəyim idi:
Son dəfə yanırdı yolunda sənin.
Getdin...O köhnə yol nur yolu idi.
İzin düşən yerdə gül açmadı ki?!


*********
Özgəylə keçirdin o yolu indi,
Ayağın altindan yer qaçmadi ki?!
Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər?!
Düşüb qədəminə hər eniş, yoxuş,
Niyə ürəyimə çəkilmədilər...


*********

Başına gül-çiçək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
"Get deyib"ıalnından öpdülər o gün,
Sınaq taleyini düzəltmədilər...


*********

Güldün...Gülüşünün ömrü çox qısa
Bir həsrət axırdı qanında sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin.


*********

Dünən toyun idi...
Xoşbəxt olasan!
Görünür, bu bizə qismət deyilmiş
Unut!
Elə bil ki sevdiyin oğlan
Getdiyin oğlan deyilmiş...
[/quote]
:aappll: cox ela...

Link to comment
Share on other sites

Sade bir sher..
Bir gun demishdin ki donen deyilem,
Sensiz yashayaram, olen deyilem
Indi sensiz gunum,ayim bilinmir
Sensiz bir an bele doze bilmirem

Yatiram gozumun yuxusundasan,
Qelbin telashinda, qorxusundasan.
En shirin xeyalin arzusundasan,
Sensiz bir an bele doze bilmirem.

Sen ele girmisen qelbime,gulum
Sensiz bu baharda men cetin gulum.
Sensiz yashamagin ozu 1 olum
Sensiz 1 an bele doze bilmirem

Sen konul serdabem, sen ilham perim,
Inan ki, eshqinle gulur gozlerim.
Sensen gunum,ayim,subhum,seherim
Sensiz 1 an bele doze bilmirem

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1294854786' post='8080845']
Nüsrət Kəsəmənli:TOY GÜNÜ
TOY GÜNÜ


Sağlıqlar uzandı...Şəhərə kimi,
Çalıb-oynadılar,kef eylədilər
Çırpıb pillələrə son ümidimi
"Vağzalı" üstündə dəfn eylədilər
Son ümid! O mənim gərəyim idi...
Yoluna şam tutdu neçə qız-gəlin,
Şam deyil! O mənim ürəyim idi:
Son dəfə yanırdı yolunda sənin.
Getdin...O köhnə yol nur yolu idi.
İzin düşən yerdə gül açmadı ki?!


*********
Özgəylə keçirdin o yolu indi,
Ayağın altindan yer qaçmadi ki?!
Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər?!
Düşüb qədəminə hər eniş, yoxuş,
Niyə ürəyimə çəkilmədilər...


*********

Başına gül-çiçək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
"Get deyib"ıalnından öpdülər o gün,
Sınaq taleyini düzəltmədilər...


*********

Güldün...Gülüşünün ömrü çox qısa
Bir həsrət axırdı qanında sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin.


*********

Dünən toyun idi...
Xoşbəxt olasan!
Görünür, bu bizə qismət deyilmiş
Unut!
[b]Elə bil ki sevdiyin oğlan
Getdiyin oğlan deyilmiş...[/b][/quote]
Üzr istəyirəm, burada bir balaca səhv var.

Unut, elə bil ki sevdiyin oğlan,
Getdiyin oğlanmış, Nüsrət deyilmiş.

Link to comment
Share on other sites

Axı uzaqdayam...sənə sözün var,
Bir yol zəng eləsən axı, nə olar?
Bilmirdim bu qədər dönükmüş üzün,
Bəs sənin heç yoxmu mənə bir sözün?

Boşalmaq istərmi ürək, dolmasa?
Səni tərpətmədi bunca davalar?
Əgər sözün yoxsa... Sən heç olmasa
Soruş, necə keçir burda havalar?!

Dağ seli dağlanar dar dərələrdə,
Düzənə çıxmasa, durula bilməz.
Səni qınamıram, düzü bu yerdə,
Eşqisiz ürəkdə söz ola bilməz.

Necə bacarırsan, necə dözürsən?
Əsəbin, ürəyin de, daşdanmıdır?
Anlaya bilmirəm, damarlarından,
Axan qar suyumu, yoxsa qanmıdır?

Bunu da oxuyub gülərsən yəqin,
Mənəm danlayan da, mənəm sevən də.
Poladdan əsəbin var imiş sənin,
Kaş sənin xislətin olaydı məndə.

Şeirin yaşı çoxdur. Heyif müəllifi bilmirəm. Təsadüfən keçdi əlimə köhnə dəftərlərimdən, yazdım bura da.

Link to comment
Share on other sites

Unutmaq istərəm!
Özüm özümdən,
Bir daha ayrılıb haçalanmayım.
Gecələr yatıram bir fikirlə mən:
Səni düşünməyim, səni anmayım.

Bu elə qayğı ki, bu elə qəm ki,
Azdırar yüz illik yolundan səni.
Səhər də, axşam da düşünürəm ki,
Gərək düşünməyəm heç zaman səni.

Unudar fikirdə, xəyalda, təkcə
Unutmaz ürəkdə sevən sevəni.
Mən özüm özümə "unut!" dedikcə,
Özümü unudub tapıram səni...

"Unudum" deyirəm, ancaq nə fayda?!
Yadımdan çıxmamış düşürsən yada.
Eşqimin odunu söndürə bilmir,
Qəzəbim sel kimi aşıb-daşsa da.

Bu şeirin də müəllifini bilmirəm.

Link to comment
Share on other sites

Nə yaman, nə çətin günlərə qaldım.
Sevginin düşməni min-min olurmuş.
Gümansız gümanlar, qansız şübhələr
Sevənin qəlbində çin-çin olurmuş

Qırıldı arzular, öldü inamlar,
Qaldı aramızda quru salamlar.
Məni başa salın, siz, ey adamlar,
Bəs nə vaxt sevənlər mətin olurmuş?

Mən haqqı itirdim güman içində,
Azdım öz yolumu duman içində.
Sevəndə sevirik bir an içində,
Unutmaq nə yaman çətin olurmuş.

Link to comment
Share on other sites

Ayrıldıq...güc gəldi bizə hücumlar,
Ayrıldıq, usanıb tənədən, sözdən.
Bizdən razı qaldı yadlar, qohumlar,
Biz razı qalmadıq öz-özümüzdən.

Ayrıldıq...nəğməmiz qaldı yarımçıq,
Fikirlər pərişan, könüllər qırıq.
Ayrıldıq...de, harda ləngidi zaman?
İndi nə sən sənsən, nə də mən mənəm.
Başımda tufanlar hayqırdığından,
Meyvəsi dəyməmiş tökülən mənəm.

Dağlara dırmanıb ardımca qoşdun,
O axar sulara qarışan mənəm.
Taleyin hökmüylə sən çox vuruşdun,
Bu ağır hökm ilə barışan mənəm.
Yandıran da mənəm, yaxılan mən,
Döyən də, vuran da, yıxılan da mən!
Ayrıldıq...
bilmədik,
neçin,
nədən biz?
Ayrıldıq...
Ayrılmaq istəmədən biz.

Yoxdur ürəyimdə sənə qəzəb, kin,
Yadıma düşməyir bəd əməllərin.
Nifrətsiz ayrılıq ayrılıq deyil,
Nifrətsiz ayrılıq vüsaldan şirin...
Gülüm, sevə-sevə ayrılırıq biz,
Ürək kökdən düşən tək simə bənzər,
Bizim gözü yaşlı, bədbəxt eşqimiz
Atalı-analı yetimə bənzər.
Deyirəm, unudam mən səni gərək,
Mümkünmü?
Arzuya əməl tən gərək!
Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulam, təzədən gərək!

Link to comment
Share on other sites

[quote name='Dark Lady' timestamp='1294935632' post='8088346']
Üzr istəyirəm, burada bir balaca səhv var.

Unut, elə bil ki sevdiyin oğlan,
Getdiyin oğlanmış, Nüsrət deyilmiş.
[/quote]

Hə bu şeri əvvəllər oxumuşdum indi düzü internetdən götürdüm gördüm nəsə axırı düz gəlmir))təşəkkürlər!
P.S.Yazdığınız şerlər əladır.

Link to comment
Share on other sites

Bir şer oxudum vu yaxınlarda, görün sadə bir şey haqda nələr yazmaq olarmış... Bəxtiyar Vahabzadənin "Barmaqlar" şeri, İlahi adi barmaqlar haqda nələr yazmaq olarmış:



[b]Barmaqlar[/b]

[font="Arial"][size="2"]Barmaqlar, barmaqlar![/size][/font]
[font="Arial"][size="2"]Nə qədər işiniz, əməliniz var![/size][/font]
[font="Arial"][size="2"]Kitab yazırsınız, ot çalırsınız,[/size][/font]
[font="Arial"][size="2"]Calaq vurursunuz, bağ salırsınız![/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Siz çırtma da çalıb gah için-için[/size][/font]
[font="Arial"][size="2"]Məsum bir körpəni güldürürsünüz.[/size][/font]
[font="Arial"][size="2"]Çəkib tətiyini gah da tüfəngin[/size][/font]
[font="Arial"][size="2"]Yazıq bir insanı öldürürsünüz. [/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Barmaqlar pul sayır, çiçək də dərir,[/size][/font]
[font="Arial"][size="2"]Barmaqlar can verir kamana, tara.[/size][/font]
[font="Arial"][size="2"]Barmaqlar, barmaqlar yol da göstərir[/size][/font]
[font="Arial"][size="2"]Nabələd yollarda yol azalanlara.[/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Barmaqlar qaldırır, ən ağır yük də,[/size][/font]
[font="Arial"][size="2"]Barmaqlar can verir daşa, torpağa.[/size][/font]
[font="Arial"][size="2"]Ürəyin elçisi qızıl üzük də,[/size][/font]
[font="Arial"][size="2"]Barmağa taxılır, bəli, barmağa.[/size][/font]


[font="Arial"][size="2"]Mümkünmü, mümkünmü saymaq, büsbütün?[/size][/font]
[font="Arial"][size="2"]Nələrə qadirdir barmaqlar yenə?[/size][/font]
[font="Arial"][size="2"]Bizim əsrimizdə barmaqlar üçün[/size][/font]
[font="Arial"][size="2"]Yaranıb lap təzə bir vəzifə də:[/size][/font]
[font="Arial"][size="2"]Bir kiçik düyməni basmaq! Bu nədir?[/size][/font]
[font="Arial"][size="2"]Basdısa, bu dünya bir viranədir.[/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Məhv etmək bəşəri, ərzi, hər şeyi,[/size][/font]
[font="Arial"][size="2"]Bir anda dünyanı alt-üst eyləmək?[/size][/font]
[font="Arial"][size="2"]İşə bax! Bu boyda ərzin taleyi, -[/size][/font]
[font="Arial"][size="2"]Bir kiçik barmağa bənd imiş demək![/size][/font]


[font="Arial"][size="2"]İnsan idrakının yaratdıqları[/size][/font]
[font="Arial"][size="2"]İnsan idrakının hədəsindədir.[/size][/font]
[font="Arial"][size="2"]Gəlin, ay insanlar, birləşək barı,[/size][/font]
[font="Arial"][size="2"]Dünyanın taleyi məndə, səndədir.[/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Nələr görməmişdir bu qara torpaq,[/size][/font]
[font="Arial"][size="2"]İndicə sağalır sinə dağları.[/size][/font]
[font="Arial"][size="2"]Bizim birliyimiz kəsəcək ancaq[/size][/font]
[font="Arial"][size="2"]Düyməyə uzanan o barmaqları.[/size][/font]

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1295353188' post='8122302']
Bir şer oxudum vu yaxınlarda, görün sadə bir şey haqda nələr yazmaq olarmış... Bəxtiyar Vahabzadənin "Barmaqlar" şeri, İlahi adi barmaqlar haqda nələr yazmaq olarmış:



[/quote]
Təşəkkürlər, bu şeri ilk dəfə idi oxuyurdum.

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1295353188' post='8122302']
Bir şer oxudum vu yaxınlarda, görün sadə bir şey haqda nələr yazmaq olarmış... Bəxtiyar Vahabzadənin "Barmaqlar" şeri, İlahi adi barmaqlar haqda nələr yazmaq olarmış:



[b]Barmaqlar[/b]

[font="Arial"][size="2"]Barmaqlar, barmaqlar![/size][/font]
[font="Arial"][size="2"]Nə qədər işiniz, əməliniz var![/size][/font]
[font="Arial"][size="2"]Kitab yazırsınız, ot çalırsınız,[/size][/font]
[font="Arial"][size="2"]Calaq vurursunuz, bağ salırsınız![/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Siz çırtma da çalıb gah için-için[/size][/font]
[font="Arial"][size="2"]Məsum bir körpəni güldürürsünüz.[/size][/font]
[font="Arial"][size="2"]Çəkib tətiyini gah da tüfəngin[/size][/font]
[font="Arial"][size="2"]Yazıq bir insanı öldürürsünüz. [/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Barmaqlar pul sayır, çiçək də dərir,[/size][/font]
[font="Arial"][size="2"]Barmaqlar can verir kamana, tara.[/size][/font]
[font="Arial"][size="2"]Barmaqlar, barmaqlar yol da göstərir[/size][/font]
[font="Arial"][size="2"]Nabələd yollarda yol azalanlara.[/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Barmaqlar qaldırır, ən ağır yük də,[/size][/font]
[font="Arial"][size="2"]Barmaqlar can verir daşa, torpağa.[/size][/font]
[font="Arial"][size="2"]Ürəyin elçisi qızıl üzük də,[/size][/font]
[font="Arial"][size="2"]Barmağa taxılır, bəli, barmağa.[/size][/font]


[font="Arial"][size="2"]Mümkünmü, mümkünmü saymaq, büsbütün?[/size][/font]
[font="Arial"][size="2"]Nələrə qadirdir barmaqlar yenə?[/size][/font]
[font="Arial"][size="2"]Bizim əsrimizdə barmaqlar üçün[/size][/font]
[font="Arial"][size="2"]Yaranıb lap təzə bir vəzifə də:[/size][/font]
[font="Arial"][size="2"]Bir kiçik düyməni basmaq! Bu nədir?[/size][/font]
[font="Arial"][size="2"]Basdısa, bu dünya bir viranədir.[/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Məhv etmək bəşəri, ərzi, hər şeyi,[/size][/font]
[font="Arial"][size="2"]Bir anda dünyanı alt-üst eyləmək?[/size][/font]
[font="Arial"][size="2"]İşə bax! Bu boyda ərzin taleyi, -[/size][/font]
[font="Arial"][size="2"]Bir kiçik barmağa bənd imiş demək![/size][/font]


[font="Arial"][size="2"]İnsan idrakının yaratdıqları[/size][/font]
[font="Arial"][size="2"]İnsan idrakının hədəsindədir.[/size][/font]
[font="Arial"][size="2"]Gəlin, ay insanlar, birləşək barı,[/size][/font]
[font="Arial"][size="2"]Dünyanın taleyi məndə, səndədir.[/size][/font]

[font="Arial"] [/font]
[font="Arial"][size="2"]Nələr görməmişdir bu qara torpaq,[/size][/font]
[font="Arial"][size="2"]İndicə sağalır sinə dağları.[/size][/font]
[font="Arial"][size="2"]Bizim birliyimiz kəsəcək ancaq[/size][/font]
[font="Arial"][size="2"]Düyməyə uzanan o barmaqları.[/size][/font]
[/quote]
:aappll: mən də ilk dəfə idi oxuyurdum. Allah rəhmət eləsin, yazıb da rəhmətlik.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 40 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 167 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 132 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...