Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər.


Recommended Posts

Dünən radioda bir mahnıya qulaq asırdım, sözləri çox xoşuma gəldi:
Bu dünyadan alimlər də baş açmayır,
Bu dünya hey fırlanır heç dayanmayır,
Sultanlara da əfsus ki, qalmayıb,
Bu dünya heç kimə, heç kəsə qalmayıb.
Çox gözəl musiqisi də var idi.
Şeri bütöv bilən varsa yazsın, minnətdar olaram.
Dünən Burc fm-də mahnıların arasında Bəxtiyar Vahabzadə öz yazdığı şerləri deyirdi. Çoooox mənalı şerləri var. Allah rəhmət etsin.

Link to comment
Share on other sites

  • Replies 1k
  • Created
  • Last Reply

[b]Əliağa Vahid[/b]

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir,
Eşq olan yerdə bütün aqilü-dana dəlidir.
Saldı Yusif kimi öz sevgilisin zindanə
Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir.
Eşq zəncirinin iftadəsi bir mən deyiləm,
Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir.
Sarılır çiyninə, gah boynuna, gah qamətinə,
Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir.
Bir vəfasız gül üçün naləsi dünyanı tutub,
Aşiqin qəlbi kimi bülbüli şeyda dəlidir.
Bircə Şirin iə Fərhadə məzəmmət yoxdur,
Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir.
Əl götürməz bu qara gözlülərin zülfündən,
Hər yetən zənn eləyər Vahidi guya dəlidir.

Link to comment
Share on other sites

[b]B.Vahabzadə - Allah[/b]

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.

Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.

Link to comment
Share on other sites

[b]Ə.Vahid[/b]

Xilqətdə sənin tək gözəlim, can ola bilməz,
Əxlaqı gözəl, sevgili canan ola bilməz.

Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda,
Bir gül hələ də sən kimi xəndan ola bilməz.

Minlərcə gözəllər yetirir gündə təbiət,
Amma sənə bənzər gözəl insan ola bilməz.

Yüzlərcə əgər hüsnünə adəm ola heyran,
Bir kimsə mənimtək sənə heyran ola bilməz.

Sən tərbiədə, hüsndə bir başqa gözəlsən,
Rəftarına, əxlaqına nöqsan ola bilməz.

Hürriyyətə, insanlığa layiq səni gördüm,
Hər kəs səni sevmişsə, peşiman ola bilməz.

Öz aşiqinin naz ilə qan eyləmə könlün,
Hürriyyət olan yerdə könül qan ola bilməz.

Hər xoş görünən kimsəyə aldanma, heyifsən
Hər xoş görünən kimsədə vicdan ola bilməz.

Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,
Vahid kimi eşqində qəzəlxan ola bilməz.

Link to comment
Share on other sites

QAR KIMI

Qar kimi ag geldim,lekesiz geldim,
Sessizce yagmisdim yollarina men.
Men senin omrune "belke"siz geldim,
Yigildin guc kimi qollarima sen.

Bitdi baxislarin negmesi,sozu...
Sukut qollarinda gezdirdi bizi.
Soyuduq qar kimi...ne deyim,duzu,-
Belke bu soyuqluq bezdirdi bizi...

Indi xatirenle yanacagam men.
Gulsen,gulusune buruneceyem.
Qar kimi ovcuna yagacagam men,
Qar kimi ovcunda eriyeceyem!...

Hesretin qelbimde dinir tar kimi,
Negmeler denizdir,vusalin qayiq.
Sen de,ay sevgilim,getdin qar kimi
Qayitsan,qar kimi lekesiz qayit!..

Link to comment
Share on other sites

Sən gəlin köçürsən üzündə sevinc
Mənimsə qismətim qəm oldu bu gün.
Yanağın sevincdən islandı sənin
Mənimki qüssədən nəm oldu bu gün.

Sən getdin elə bil yıxıldı taxtım
Sən getdin çarəsiz arxanca baxdım.
Gülmədi üzümə bu qara baxtım
Yenə əvvəlki tək kəm oldum bu gün.

Məhkuma dönmüşəm mən öz önümdə
Cavab yox sualım-sözüm önündə.
Nədəndir bilmirəm gözüm önündə
Bütün xatirələr cəm oldu bu gün!

Gedirsən-ümid yox gedənlər gələr
Nə edək, Tanrıdan gismətmiş belə.
Ağlım itməmişdi içkidən hələ
Qüssədən kədərdən dəm oldum bu gün!

Link to comment
Share on other sites

Bu, sən deyilsən...

Qayıdıb gəlmisən gözləri yaşlı,
Deyirsən, bir daha kusən deyilsən.
Hanı o vüqarın, o saymazlığın
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsen vaxt keçir, zaman gözləmir,
Dilin dediyini urəyin demir.
Bu yalvaran gözəl sənə bənzəmir,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsen küsənlər barışar yenə,
Nə tez boyun əydin beş günlük qəmə?
Özündən razılıq yaraşır sənə,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Dərdlisən, dərdini get daniş suya,
Əl açma, alçalma mən veren paya,
Elə bil dilənçi gəlib qapıya,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Link to comment
Share on other sites

Deyirsən, dərd oldu bizə eşqimiz,

Sarsıntı, üzüntü yetməzmi artıq?

Ürəkcə nə qədər bir olsaq da biz

Həyat yollarında ayrılmalıyıq.



Ayrılmaq! Söz asan, əməl çətindir,

Sevmək! Bu ki, sənin öz fitrətindir.

Necə ayırasan odu ürəkdən,

İstini atəşdən, ətri çiçəkdən?..



Mənim öz istəyim, mənim öz kamım –

Sənin öz istəyin, sənin öz kamm.

Sənin ad günündür mənim bayramım,

Mənim ad günümdür sənin bayramın.

Biri-birimizçün doğulmuşuq biz.

Birdir hər eşqimiz, hər istəyimiz.



Hərdənbir darıxıb gəzməyə çıxsan,

Ayağını öpən göy otlar mənəm.

Başmı qaldırıb göylərə baxsan,

Kövrəlib qaralan buludlar mənəm.

Demə ki, yanımca nə hərlənirsən?..

Mehvərin başına gərək hərlənəm.

Bəzən səbəbsiz də kədərlənirsən,

Səbəbi axtarma, o səbəb mənəm!

Qəlbin çox ucalır, çox qanadlanır,

Ona zirvə mənəm,

Ona son mənəm.

Yata da bilmirsən uzun gecələr,

Gözlərindən qaçan o yuxun mənəm...

Hər kəsə tutmadın, axı, tən məni.

Sən də bu dünyada mənimçün təksən.

Sən qova bilərsən evindən məni,

Qəlbindən ki, qova bilməyəcəksən.

Sənin hər dəqiqən, hər anın mənəm,

Axı, adın mənəm, ünvanın mənəm.



Qapını üzümə bağlasan da sən,

Özündən ayrıla bilməyəcəksən...

Sən ki, sən deyilsən,

Sən də bil, mənəm.

Yaşını çoxaldan, səni ucaldan,

Gün mənəm,

Ay mənəm,

Gülüm, il mənəm!..

Bəxtiyar Vahabzadə

Link to comment
Share on other sites

salam Xelil rzanin bir sherini axtariram kimde varsa goysun bura zehmet deyilse , cox shedevr sherdir
bir gun o meclisde olanda ona digget yetirmirler o da hirsli durur gelir evine yazir bu sheri
sherin degig adini bilmirem , unuduldum da ola biler...icinde her misradan bir sagligina seslenir icek onun sagligina , icek ummanin sagligina bele tipde, yeni o bele acigin cixir
belke kimdese olar ?

Link to comment
Share on other sites

[quote name='randy' timestamp='1297882364' post='8365879']
salam Xelil rzanin bir sherini axtariram kimde varsa goysun bura zehmet deyilse , cox shedevr sherdir
bir gun o meclisde olanda ona digget yetirmirler o da hirsli durur gelir evine yazir bu sheri
sherin degig adini bilmirem , unuduldum da ola biler...icinde her misradan bir sagligina seslenir icek onun sagligina , icek ummanin sagligina bele tipde, yeni o bele acigin cixir
belke kimdese olar ?
[/quote]

Bu deyil təsadüfən???

[b]Xəlil Rza Ulutürk,” Ayla Günəş arasında” kitabından[/b]

Məst olmaqla ölümün
Bircə santidir bəlkə məsafəsi, arası.
 
Ancaq mən ölsəm belə
Ölməz ürəyimdəki həsrət, hicran yarası.
 
Məst olmaqla ölümün
Xırdaca tük qədərdi, inanın ki, arası.
 
Məst olanlar bəlkə də yeri, göyü unudar,
Mənsə unuda bilməm doğma Azərbaycanı,
bir də qanlı Arazı.
 
Qaldırın badələri!
İçək Azərbaycanın, bu müqəddəs məkanın,
torpağın sağlığına!
 
Hardasa Araz boyu
Saralıb düşən bircə yarpağın sağlığına.
 
İçək…Araza doğru uzanıb…orda itən
Cığırın sağlığına…azdır bir sağlıq ona.
 
O qoşa cığır, qafil, bəlkə heç cığır deyil,
Öz vüsal yollarımdır.
Bəlkə o taya doğru
Uzanan qollarımdır.
 
Ölsəm…məzarıma siz gülab, ətir səpməyin,
Vəslə yetmiş Vətəndə Arazdan bircə ovuc
 
Alın tökün üstümə,
Ayrı heçnə istəməm.
 
O vaxtacan Arazın suları durulmasa
Heç olmasa onda siz
 
Doğmaca türk dilində
Mənə rəhmət deyiniz.
 
Əgər bu da olmasa, rədd olun, yansın qəbrim,
Bu Odlar torpağı tək daim odlansın qəbrim.

Link to comment
Share on other sites

Sabahiniz xeyir haminizi ilk qar münasibətilə !!!
gardaş təşəkkür amma bu deyil orda çünkü şerdə bir 20- defe minimum sağlığına içilir
deyesen unudulduğdan bele eseri yaradıb unuduldum dur adı amma dəgig bilmirem
minnətdar olaram

mən bir parça şerdən qoyuram kim bilirsə əgər köməyini əsirgəməsin
bax belə başlayır

bir məclisdə unuduldum

Link to comment
Share on other sites

Nüsrət Kəsəmənli

Özünlə aparmısan günlərimin rəngini,
Kədər mənə bənzəyir, qəm kövrəlib sən kimi.
Indi başa düşmüşəm sənsiz hər şeyim hədər,
Səndən sonra heç kəsi sevmədim sənin qədər.

Sevgi dolu baxışlar şəklindən baxır mənə,
Dönəcəksən bilirəm, sən əvvəl – axır mənə.
Mən elə bilirdim ki, hər şey soyuyub gedər,
Səndən sonra heç kəsi sevmədim sənin qədər.

Içimdə tufan kimi çağlayır xatirələr,
Göz yaşlarım qurumur, ağlayır xatirələr.
Mən kədərdən doymuşam, məndən doymayır kədər,
Səndən sonra heç kəsi sevmədim sənin qədər.

O qədər yaxın ikən, bu qədər uzaq olduq,
Yorulduq bu sevgidən, biz yarı yolda qaldıq,
Mən əzablar içində, sən özün məndən betər,
Səndən sonra heç kəsi sevmədim sənin qədər.

Link to comment
Share on other sites

Göz yaşını axıtmağa dəyərmi ,
Sonunda bir güləcəyi yoxdusa .
Hər görüşə sevgi demə əzizim ,
Əgər onun gələcəyi yoxdusa .

Sevgi yoxsa ürək quru qəfəsdi ,
Kor ümüdə nə qərəzi , nə qəsdi ?
Min yol geri çağırmağın əbəsdi
Əgər geri dönəcəyi yoxdusa .

Hər kül altda gizlənənə köz demə ,
Hər xatirə qırığına iz demə ,
Hər ürəkdən kövrək nəğmə gözləmə
Sarı simdə dinəcəyi yoxdusa .

Oda salsan buz bağlayıb donacaq ,
Əldən uçdu , yad budağa qonacaq ,
Könül versən nə qiymətə alacaq ?
Könül qədri biləcəyi yoxdusa .

Ucaltdığın kiçiləndə görərsən ,
Əriyərsən gözün görə - görə sən .
Süfrəsinə nə qoyacaq görəsən
Sənnən tikə böləcəyi yoxdusa .

Demə mənə : nələr gəlir ağlıma ;
Vay onda ki qara səndən ağ uma .
Ürəksizə ürək verib ağlama ,
Bir gün sənsiz öləcəyi yoxdusa ....



Nüsrət Kəsəmənli

Link to comment
Share on other sites

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Necə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi necə dövlətlərdən
Məzlumların ah-zarinı,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayib
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!


Nüsrət Kəsəmənli

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1297788043' post='8356257']
[b]Əliağa Vahid[/b]

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir,
Eşq olan yerdə bütün aqilü-dana dəlidir.
Saldı Yusif kimi öz sevgilisin zindanə
Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir.
Eşq zəncirinin iftadəsi bir mən deyiləm,
Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir.
Sarılır çiyninə, gah boynuna, gah qamətinə,
Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir.
Bir vəfasız gül üçün naləsi dünyanı tutub,
Aşiqin qəlbi kimi bülbüli şeyda dəlidir.
Bircə Şirin iə Fərhadə məzəmmət yoxdur,
Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir.
Əl götürməz bu qara gözlülərin zülfündən,
Hər yetən zənn eləyər Vahidi guya dəlidir.
[/quote]

Vahidin qəzəllərinin xüsusi yeri var. Yeri gəlmişkən bu gün doğum günüdür. Allah rəhmət etsin.
Vahidlə bağlı bir əhvalat eşitmişəm xoşum gəldi.
Bir dəfə Vahid dostlarla bir yığıncaqda yeyib içirmişlər. Stolda içki də olub. Vahid bədahətən içki haqqında belə bir meyxana deyir:
Qurban olum Məhəmməd Peyğəmbərə
Niyə haram eyləyib bunu...2 misrası yadımda qalıb

Məclisin sonuna yaxın artıq durub getməyə içkili olduğuna görə ayağa duranda nəsə yıxılır və başı əzilir. Ayağa qalxıb deyir:

Qurban olum Məhəmməd Peyğəmbərə,
Bilib niyə haram eyləyib bunu)))

Mən lap dəqiqliklə yazmadım, ümumi yadımda qalanları.
Doğurdan da gözəl qəzəlxan idi..

Link to comment
Share on other sites

GÖNDERMEDİYİM MEKTUB

Saçların qaradırmı,
Hesret ağardıb yoxsa?
Evinde isti varmı
Eger qelbin soyuqsa?
Çırpırsanmı yastığa
Yuxulu günlerini;
Göz yaşın isladırmı
Çoxunu günlerinin?
Ömür-günmü verirsen
Ötüb keçen illere?
Teze bey qısqanmır ki,
Köhne xatirelere?..
Eriyirmi sevincin,
İsti göz yaşın kimi?
Yeriyirmi üstüne
Kederin qoşun kimi?
Barı servet sarıdan
Gözün könlün doydumu?
Şöhret hersiliyini
Göz yaşları yudumu?
Hele boğmur ki seni
Bir otağın havası?
Hele düşmeyibdi ki,
Laqeydlik davası?
Silibsenmi göresen
Adımı dodağından?
Heykele dönürsenmi
Pencere qabağında?....

NÜSRET KESEMENLİ

Link to comment
Share on other sites

Iki Sevgi

Gözel qız, sen saf susan,
Iki qelb arzususan.
Mense seni sevirem
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su seven kimi.
O ise seni sevir,
rahatca bardaş qurub,
—Kabab üstden serin su pis olmaz—deyen kimi.
Gözel qız, sen işıqsan,
Yurduma yaraşıqsan.
Mense seni sevirem
iynenin ucu boyda
İşığa hesret qalan göz işıq seven kimi.
O ise seni sevir,
Bir şen mağarda, toyda,
Işıqlardan yaranmış yaraşıq seven kimi.
Danış, ucalsın sesin,
Qısılmasın nefesin.
Men ki seni sevirem,
Bakıdan, Daşkesenden
Gelen bir seda kimi,
Ses kimi,
Qüdret kimi.
O ise seni sevir,
Gizli deyil ki, senden,
Bir otaq küncündenki qemli sükunet kimi.
Bu men, bu o, bu da sen,
De görek ne deyirsen!
Amma yaxşı fikir ver bu iki mehebbete.
Daha heç ne demirem.
Nöqte, nöqte ve nöqte....

Eli Kerim

Link to comment
Share on other sites

Öyretme Özüne..

Taleyin qismeti rast saldı bizi,
Yolumuz hardasa qırılacaqdı..
İtireceyikse bir-birimizi,
Xatirem yadında qalmayacaqsa,
Bu eller menim olmayacaqsa,
Bu teller menim olmayacaqsa,
Sen Allah, özüne oyretme meni!..
Hicran qorxusuyla göynetme meni..

Elini elime öyretme bele,
Üzümü - üzüne oyretme bele,
Gözümü - gözüne oyretme bele..

Men bir az çiçekli budaq kimiyem,
Bir az da kövreyem, uşaq kimiyem..
Leylek yuvasına uyuşan kimi
Ana balasına qovuşan kimi,
Eh, men de insana tez yovuşuram,
Sevgi ateşinde tez alışıram.
Amma sönmeyim çox çetin olur,
Sevgiden dönmeyim çox çetin olur.

Öyretme özüne Meni..

Belke gözlemirdik bu xoş görüşü
Yaman qeribedir düynanın işi,
Heç vaxt yollarında dayanmayacağın
Heç hendeverinde dolaşmayacağın
Gelir birden Sene en Şirin olur.

Ömrünün içinde ömür doğulur,
Bu şirinim acı olacaq ise
Bu qismet çiçeyim solacaq ise
Öyretme özüne, öyretme meni!

Link to comment
Share on other sites

[quote name='randy' timestamp='1297920030' post='8367651']
Sabahiniz xeyir haminizi ilk qar münasibətilə !!!
gardaş təşəkkür amma bu deyil orda çünkü şerdə bir 20- defe minimum sağlığına içilir
deyesen unudulduğdan bele eseri yaradıb unuduldum dur adı amma dəgig bilmirem
minnətdar olaram

mən bir parça şerdən qoyuram kim bilirsə əgər köməyini əsirgəməsin
bax belə başlayır

bir məclisdə unuduldum
[/quote]


deyesen hec kim tapa bilmedi:)))

Link to comment
Share on other sites

[b]Narazıyam...[/b]
Narazıyam ey gül, mənə imdad eləsən də,
Naşad eləyən könlümü dilşad eləsən də.

Sındırmısan, əl vurma, sınıq könlümə zalım.
Viranə düzəlməz necə abad eləsən də.

Öz səhvinə bir gün peşiman olacaqsan,
Olmaz yetişən dadına, min dad eləsən də.

Vəslin həvəsi indi başımdan necə çıxsın?,
Zülfündə əsirəm, əgər azad eləsən də.

Sən bir mələk olsan da, inanmaz sənə könlüm,
Bülbül kimi yüz naləvü-fəryad eləsən də.

Öz yarına bax, başqa gözəllər səni sevməz,
Şəxsən özünü huri-pərizad eləsən də.

Əğyarə satıb Vahidə yadlar kimi baxma,
Yaddan o, çıxarmaz sən onu yad, eləsən də E. VAHID

Link to comment
Share on other sites


[b]Gözəldir[/b]

Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün - elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.
Link to comment
Share on other sites

Ürəyim incələr yağış yağanda,
Yadıma doğmalar,əzizlər gələr.
Nədənsə gecələr yağış yağanda,
Yuxuma dəryalar,dənizlər gələr.
Gecə yağış yağar-min səs,min səda,
Tikanlı nəğmələr dinləyər gecə,
İynələr sancılan,iynələr batan,
Zənci bədənitək inləyər gecə.
Gecə yağış yağar-qəmlə köklənən,
Bir şair qəlbini əzizləməkçin.
Gecə yağış yağar-gündüz çirklənən,
Günahkar dünyanı təmizləməkçin.
Səma sahibkarı kövrələr yenə,
Açar sandıqları,dəfinələri,
Gecə yağış yağar-yağar şerimə,
Yuyar hecaları,qafiyələri.
Gözlərim yorulub yorğun Ay kimi,
Söndürüb işığı yatacağam mən.
İndi otağımı kəlağay kimi,
Gecənin çiyninə atacağam mən.
İndi otağıma dolacaq gecə,
Gecəni yanımda qalacaq gecə.
Səhər açılanda mənim evimdən,
Qupquru çıxacaq bir otaq gecə..

[b] Ramiz Rövşən[/b]

Link to comment
Share on other sites

[b]Köhnə məktublar[/b]

Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən,
Hərdən hərdən köhnə məktublar düşər...
Əyilərsən,götürərsən gizlicə,
Boylanarsan arvad uşaq görməsin,
Çəkilərsən otağın bir küncünə
Gizli gizli oxuyarsan hər sözü...
BU nə sevgi məktubudu İlahi,
İndiyəcən ağriyır hər sözü də,.
Yazan qızın nəydi adı İlahi,
Yaddan çıxıb sifətidə üzüdə...
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən-qaşı düşər yadına,
Bir hərfdən gözü düşər yadına...
O gözlərdən yadigar tək varagda,
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən...
Diksinərsən,boylanarsan qapiya,
"o kölgəni arvad uşag gördümu?",
Tez məktubu atarsan külqabıya,
yandırarsan hər sözünü sətrini...
Sözlər yanar-kağızıda yandırar,
Sözlər yanar-o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca- basar səni soyuq tər,
Sıra-sıra qara qarışqaralar tək,
Qaçıb gedər qara-qara hərflər...
Təkcə o qız qça bilməz bu oddan.
Bİr quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb,
Yanar,yanar uzun-uzun telləri.
Yanar bir vaxt saçlarını oxşayan,
Uzun-uzun barmaqları,əlləri...
O qız yanar-ərşə çıxar tüstüsü,
Kağız yanar-külqabıda küllənər.
Qəfil birdən külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər...
Lap özünü itirərsən,baxarsan,
O üzüyü götürərsən-baxarsan,
BU üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən?
Ona üzük verməmisən bəlkə heç...
Arvadin da qəfil girər qapıdan:
-Əlindəki nədi?-deyər
- Üzükdü.
- O üzüyü nə yaxşı ki,tapmısan,
neçə vaxtdı itirmişdim,gəzirdim.
Sonra gələr ,səndən alar üzüyü,
- bunun rəngi niyə belə qaralıb?
Barmagına güclə salar üzüyü,
- Elə bilki,bir balaca daralıb...

Külqabıdan tüstü qalxar hələdə,
o məktubun külü hələ işarar.
Maddım-maddım durub baxar arvadın,
o tüstüdən bir cüt gözü yaşarar...
- Heç olmasa pəncərəni aç,- deyər.-
burda necə oturmusan sən,necə?
BU nə yanıq qoxusudu İlahi,
ele bil ki,adam yanıb indicə....

[b] Ramiz Rövşən[/b]

Link to comment
Share on other sites

[b]DÜNYA QƏFİL İŞIQLANSA[/b]


Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!
....Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...


[b]Ramiz Rövşən[/b]

Link to comment
Share on other sites

Ramiz Rovsehin sheri

[b]Ne gundesen Veten [/b]

Seni sevmek cetindi, Veten, ne gundesen?!
Tepeden dirnaga gunah icindesen…


Bilirsen mi seni sevmek bu saat neye benzer?
Zorlanmis bir qizi sevmeye benzer...


O sevgiden icin icin gizliden yanar adam,
Amma acib demeye qorxar, utanar adam,


Bu ne haldi dusmusen, bu nece gundu , Veten,
Adam seni sevmeye utanir indi, Veten...


Ustunde neft lekesi, kim yuyacaq lekeni?
Milyoncular olkesi, dilenciler Veteni...


Neftle getdi bereketin, bereket qacdi senden,
Neftle getdi bekaretin, borular kecdi senden...


Qaris-qaris qazinsan da, sevin heleki sagsan,
Qara neftin qutaranda, ag gune cixacaqsan...

Link to comment
Share on other sites

Deli bir şimşek ol gözlerimde çax
Kederini unut sevincinden bax.
Menden istediyin dileye bir bax,
Men sene sevmeyi nece öyredim.

Sevirem demirsen dilinden tutum .
Saçını oxşayım belinden tutum .
Yazı yazmırsanki elinden tutum.
Men sene sevmeyi nece öyredim.

Qelbimi üşüden külek deyilsen,
Mene menim qeder uzaq deyilsen.
Sen körpe deyilsen uşaq deyilsen.
Men sene sevmeyi :urey: nece öyredim

Link to comment
Share on other sites

[b]Mirzə Ələkbər Sabir. Hophopnamədən[/b]

Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..

Axtaxana, dağda dana böyüdü,
Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə, -
Həq sözü derkən utana bilmirəm!..

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..

Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..

Derlər usan, hərzəvü hədyan demə, -
Güc gətirir dərd, usana bilmirəm!..

Derlər, otur evdə, nedim, kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm!..

Derlər, a qanmaz, de yıxıl, öl, qutar!
Hə, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..




Link to comment
Share on other sites

[b]Mirzə Ələkbər Sabir. Hophopnamədən[/b]Sanma əzdikcə fələk bizləri viranlıq olur. Un təmənnası ilə buğda dəyirmanlıq olur! Qarışıqdır hələlik millətin istedadı, - Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur! Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur! Kim ki, insanı sevər, - aşiqi-hürriyyət olur, Bəli, hürriyyət olan yerdə də insanlıq olur! Ey ki, dersən, ürəfa rahi-xətadə bulunur, Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq olur! Ürəfa dersən, özün əhli-xəta dersən özün, Düşünürsənmi bu sözdə necə hədyanlıq olur? Gözünü xirələdirmi günəşi irfanın? Haydı, xəffaşsifət, buncamı xulqanlıq olur?! Tanırıq biz sizi artıq, demə ha, biz beləyik, Tanılır ol kişi kim, tutduğu meydanlıq olur! Baxmasız guşeyi çeşm ilə fəqiranə tərəf, Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur!..

Link to comment
Share on other sites

HEYF

Heyf o gozlere, o baxışlara
Özgə birisine baxacaq hemen
Heyf o ilahi qövsü-qaşlara
Sınacaq kederli düşüncelerden
Heyf o alovlu öten caglara
Uçan yad budaga tez qonacagdir
Heyf güle benzer o dodaqlara
Özgə bir dodaga toxunacagdir
Gülüm heyf sene heyfler mene
Qoruya bilmedim mehebbetimi
Özüm bile-bileverirem yene
Özgə birisinə səadətimi.. :urey:

Link to comment
Share on other sites

[b]Mirzə Ələkbər Sabir[/b]

Ax, bu uşaqlar necə bədzatdılar!
Lap deyəsən cin kimi bir zatdılar!

Bic-vələdüznalərə söz batmayır,
Min də nağıl aç, birin aldatmayır,
Keçdi gecə, mətləbə əl çatmayır,
Sübh olar indi, biri də yatmayır,
Nəşəmizə yaxşı xələl qatdılar!
Ax, bu uşaqlar necə bədzatdılar!

Hey yazıq arvad işi samanlayır,
Gəh Fatını, gəh Sadığı yanlayır,
Zeydi söyür, Kamiləni danlayır,
Körpə deyil, hər biri söz anlayır,
Əsl həqiqətdə də bədzatdılar!
Lap deyəsən cin kimi bir zatdılar!

Bir dəli şeytan deyir, aç bəd başın,
Gəl bu həramzadələrin at daşın,
Bir-birinə qat bacısın, qardaşın,
Əz bədənin, üz boğasın, kəs başın,
Gör məni axır kimə oxşatdılar!?
Ax, bu uşaqlar necə bədzatdılar!

Bir para bidinlər olub bədgüman,
Derlər: uyub arvada hacı filan,
Hər gecə Qəzvinə sürür karvan...
Sübhi də gərmabədə eylər məkan,
Leyk qaranlıq yerə daş atdılar!
Doğrusu, bunlar dəxi bədzatdılar!

Çox də məni bilməyin əhli-məcaz,
Qəsdim olur, məsələ olsun təraz,
Qüslə müsavi ki, deyil dəstəmaz,
Qüsl ilə bir rükətə mindir nəmaz...
Xasə çatır feyzə üç arvatdılar!
Bəxtəvər olsunlar, əcəb çatdılar!
Bir neçə şeytanə də ox atdılar!

Gərçi səvab əmr-ibadətdilər,
Əfzəli-feyz əhməzi-təatdədir,
Leyk o feyzi ki, nəhayətdədir,
Məncə, həman qüsli-cənabətdədir.
Heyf məni bu gecə toxdatdılar!
Ax, bu uşaqlar necə bədzatdılar!

Bağrımı çatdatdılar,
Sinəmi oxlatdılar,
İl gecəni sübhətək
Bircə məgər yatdılar?!


Link to comment
Share on other sites

[b]FÜZULİ[/b]

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun yalnız adı var.

Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,
Nütfeyi-qabildürür, qəmzə kimi ustadı var.

Qıl təfağür kim, sənin həm var mənim tək aşiqin,
Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.

Əhli-təmkinəm məni bənzətmə ey gül bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.

Öylə bədhaləm ki, əhvalım görəndə şad olur,
Hər kimin kim, dövr cövründən dili naşadı var.

Gəzmə, ey könlüm quşu, qafil fəzayi eşqdə
Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1298222756' post='8396026']
Tapanda bura da qoyun biz de oxuyaq, men cox maraqlandim.... Internetde yoxdur bu sher....
[/quote]


Elbette tapdim.cox gozel ve yumorlu sherdir
onu məclisdə yada salmadiqlarına gore ozunu sindirmir və ozunun sagligina o ki var soz deyir

buyurun feyziyyab olun!

[b]Yurdum, Sənin sağlığına Xəlil Rza Ulutürk[/b]

Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şux gözəlin sağlığına.
Güldandakı qızıl gülün sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına

Unuduldum.Nə tutuldum, nə pərt oldum
Pıçıldadım öz-özümə - Xəlil sənin sağlığına!
Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibtə etsin qoy dan yeri saçlarının təkəm-seyrək ağlığına,
Ey dost sənin sağlığına!

Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,
Basılmadın.Sarsılmadın.
Heç bir zaman qoltuqlara qısılmadın.
Şax yeridin öz yolunla,düz yolunla!
Mən heyranam sənin qaya dözümünə,dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni,könlüm sənin sağlığına!

Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,
Heç bir zaman xəstələnməz,
Ruhu enməz, əhdə sadiq,beyni yanar,qəlbi qaynar
Bir oğul var—Xəlil sənin sağlığına!

Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolçusan ki , məsləkindən dönməyin yox,
Tərif, çələng paylananda susmağın var, dinməyin yox.

Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahada beş oğul varsa,sənsən biri , Xəlil Rza!
Şerimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!

Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum sənin sağlığına!

Türkan 27 aprel 1979

Link to comment
Share on other sites

[b]Nəriman Həsənzadə
"Gəzəyən qız"[/b]
P.S. Həyat yoldaşına həsr etdiyi şer

Səni görübdülər dağüstü parkda,

gün bir az aşaği əyilən vaxtda.

kinodan çixanda görüblər səni,

ötürüb harasa bir nəfər səni.

sonra bir avtobus duracağında,

sonra bir metronun çıxacağında,

sonra bir taksiyə mindiyin yerdə,

sonra da evə gec döndüyün yerdə,

haraya gedibsən göz qoyubdular,

adıniı"gəzəyən qız" qoyubdular...


Məni gözləyibsən dağüstü parkda,

gün bir az aşaği əyilən vaxtda

səni o kinoya mən aparmişam,

özüm ötürmüşəm sonra qadasi

od tutub yanağın, üzün yanmasın,

yenə görüşmüşük gedib bir axşam:

əvvəl bir avtobus duracağında

sonra bir metronun çıxacağında

sonra bir taksiyə oturmusan sən,

mənim görüşümə gecikdiyindən.

Özüm saxlamışdım bir dəfə səni,

bir az gec ötürdüm mən evə səni.

Gör, necə yerbəyer, necə adbaad,

məni görməyiblər,

ay dadi-bidad!

Link to comment
Share on other sites

[b]Səməd Vurğun - Belələri də var [/b]
 
Göz aldadan bir su kimi,
Gah lal axar asta-asta.
Gah da mələr quzu kimi,
Ürək yaxar asta-asta...

Nə bir toya, nə bir yasa,
İstəməz ki, ayaq basa.
Adam ölüb, ev də yansa,
Durub baxır asta-asta...

“Yüz yol ölçər, bir yol biçər”,
Təmiz suyu üflər içər...
Dediyinin üstdən keçər,
Altdan çıxar asta-asta...

Özü qorxaq, cüssəsi dar,
Andını da tez unudar.
Sözlərini çeynər udar,
Hey udqunar asta-asta...

O “mərd” olar yaxşı vaxtda,
Çox danışar hünər haqda.
Çətin işdə, bərk ayaqda
Tez sıpıxar asta-asta...

Ürəyi buz, nəfəsi qar,
Üzdən gülər, üzdən yanar.
Az işləyib çox qazanar,
Ancaq tıxar asta-asta...

O aşkarda girər qına,
Qıfıl vurar öz ağzına.
Xəlvətdəsə ona, buna,
Ləkə yaxar asta-asta...

Nə yaradır, nə də qurar,
Yaradana ağız burar.
Quyu qazıb, tələ qurar,
Ev də yıxar asta-asta...

“Tilsimlidir o qəhrəman”,
Qan da axmaz yarasından.
Odun-suyun arasından,
Üzə çıxar asta-asta...

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Milli
        • Downvote
        • Thanks
        • Like
      • 204 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
      • 33 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
      • 19 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
        • Like
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 74 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Sad
      • 41 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Upvote
      • 45 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...