Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər.


Recommended Posts

  • Replies 1k
  • Created
  • Last Reply

bu da çox gözəl şerdir:

[b]B. Vahabzadə: Həyat, sən nə şirinsən[/b]

[font="Arial"][size="2"]Səndən doymaq olarmı, həyat sən nə şirinsən![/size][/font]
[font="Arial"][size="2"]Ancaq hamının deyil,[/size][/font]
[font="Arial"][size="2"]Sən həyatın qədrini[/size][/font]
[font="Arial"][size="2"]Yalniz bilənlərinsən!...[/size][/font]
[font="Arial"][size="2"]Özünü bu dunyada heç kəs qonaq sanmamış,[/size][/font]
[font="Arial"][size="2"]Ancaq ömrün özü də bərabər paylanmamış.[/size][/font]
[font="Arial"][size="2"]Ömür paylanan zaman görün kimə nə düşdü,[/size][/font]
[font="Arial"][size="2"]300 il boz qarğaya, on il şahinə düşdü.[/size][/font]
[font="Arial"][size="2"]Həyat sən nə şirinsən, kim səndən doydu getdi?[/size][/font]
[font="Arial"][size="2"]Gedənlər bu dunyada qəlbini qoydu getdi.[/size][/font]
[font="Arial"][size="2"]Dunən bir qoca qarı[/size][/font]
[font="Arial"][size="2"]Dilində ahu zarı.[/size][/font]
[font="Arial"][size="2"]"Bu dunyanın əlindən gəlmişəm zara" - dedi.[/size][/font]
[font="Arial"][size="2"]"ölmürəm ki, bir dəfə canım qurtara" - dedi.[/size][/font]
[font="Arial"][size="2"]Ürəkdənmi söylədi o bu sözü görəsən?[/size][/font]
[font="Arial"][size="2"]Xeyir inanmıram mən![/size][/font]
[font="Arial"][size="2"]o, yana - yana dedi;[/size][/font]
[font="Arial"][size="2"]Dili soylədisə də,[/size][/font]
[font="Arial"][size="2"]Ürəyində o dərhal:[/size][/font]
[font="Arial"][size="2"]"lənət şeytana" - dedi.[/size][/font]
[font="Arial"][size="2"]Həyat, sevincin qədər, əzabın da şirindir,[/size][/font]
[font="Arial"][size="2"]Səni mənalandıran o keşməkeşlərindir.[/size][/font]
[font="Arial"][size="2"]200 il yaşadı ləzzət içində Loğman,[/size][/font]
[font="Arial"][size="2"]Yenə möhlət istədi ölərkən Allahından.[/size][/font]
[font="Arial"][size="2"]Yatırdı göy çəməndə, çatdı ona Əzrail.[/size][/font]
[font="Arial"][size="2"]Söylədi: - 200 il[/size][/font]
[font="Arial"][size="2"]ömür sənə bəs deyil?![/size][/font]
[font="Arial"][size="2"]Mən canını almağa gəlmişəm nə sözun var?[/size][/font]
[font="Arial"][size="2"]Loğman dedi: - sözüm yox, aldığımı gəl apar.[/size][/font]
[font="Arial"][size="2"]Ancaq mənə macal ver bircə anlıq əcəldən,[/size][/font]
[font="Arial"][size="2"]Gəl canımı burda yox, o çəmənlikdə al sən.[/size][/font]
[font="Arial"][size="2"]Əzrail razılaşdı...[/size][/font]
[font="Arial"][size="2"]Ayağa qalxdı loğman[/size][/font]
[font="Arial"][size="2"]Yeridi[/size][/font]
[font="Arial"][size="2"]Daş asıldı ancaq ayaqlarından,[/size][/font]
[font="Arial"][size="2"]Asta - asta yeriyib çatdı dediyi yerə.[/size][/font]
[font="Arial"][size="2"]Loğman baxdı göylərə, Loğman baxdı yerlərə[/size][/font]
[font="Arial"][size="2"]Bu son baxışı ilə üstündən 200 il[/size][/font]
[font="Arial"][size="2"]Yaşadığı cahanla vidalaşdı elə bil...[/size][/font]
[font="Arial"][size="2"]Özü vidalaşsa da, gözü qaldı cahanda[/size][/font]
[font="Arial"][size="2"]O düşündü bu anda:[/size][/font]
[font="Arial"][size="2"]"Nə görmüşəm dünyada bu cahana gələndən?[/size][/font]
[font="Arial"][size="2"]Ahhh elə bilirəm ki, dünən doğulmuşam mən.[/size][/font]
[font="Arial"][size="2"]Ömrümü verdim bada,[/size][/font]
[font="Arial"][size="2"]Nə görmüşəm dünyada."[/size][/font]
[font="Arial"][size="2"]Loğmanın gözü bu an bir gülə dəydi, durdu.[/size][/font]
[font="Arial"][size="2"]Ürəyini quş kimi gülə doğru uçurdu.[/size][/font]
[font="Arial"][size="2"]"Ahh onu kim üzəcək, bircə bunu biləydim , - dedi.[/size][/font]
[font="Arial"][size="2"]O gülü də iyləyib , sonra öləydim." -- dedi.[/size][/font]
[font="Arial"][size="2"]Ancaq, ancaq nə fayda ... Yetişmiş artıq əcəl,[/size][/font]
[font="Arial"][size="2"]Loğman dedi: - Hazıram , al canımı indi gəl.[/size][/font]
[font="Arial"][size="2"]Əzrail dedi: - Ancaq agah eylə məni sən,[/size][/font]
[font="Arial"][size="2"]Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən?[/size][/font]
[font="Arial"][size="2"]Neçin məni qoymadın orda alım canını?[/size][/font]
[font="Arial"][size="2"]Loğman dedi: - Həyatın şirin olur hər ani[/size][/font]
[font="Arial"][size="2"]Ordan bura gəlincə bir az ömür qazandım,[/size][/font]
[font="Arial"][size="2"]Onu da bu dünyada özümə fayda sandım.[/size][/font]
[font="Arial"][size="2"]Qoca öldü ...[/size][/font]
[font="Arial"][size="2"]Dedilər - Yaranan bir gün ölər. Nəvələri çəməndən həmən gülü üzdülər,[/size][/font]
[font="Arial"][size="2"]Loğmanın qəbri üstə qoydular,[/size][/font]
[font="Arial"][size="2"]Titrədi gül[/size][/font]
[font="Arial"][size="2"]Gülün ətriylə doldu bütün çayır, bütün çöl.[/size][/font]
[font="Arial"][size="2"]O ətriylə saxladı yolçuları yolundan,[/size][/font]
[font="Arial"][size="2"]Torpağın altındasa bunu duymadı Loğman.[/size][/font]


[font="Arial"][size="2"]Həyat sən nə şirinsən, kim səndən doydu getdi?[/size][/font]
[font="Arial"][size="2"]Gedənlər öz qəlbini dünyada qoydu getdi.[/size][/font]
[font="Arial"][size="2"]Səndən doymaq olarmı, çoxun, azın da şirin.[/size][/font]
[font="Arial"][size="2"]Həyat, qışın da şirin, həyat, yazın da şirin![/size][/font]
[font="Arial"][size="2"]Cürbəcür yazılar var ömrün varaqlarında...[/size][/font]
[font="Arial"][size="2"]Həyatımın qayğısız, fərəhli çağlarında[/size][/font]
[font="Arial"][size="2"]Qədrini bilməmişəm.[/size][/font]
[font="Arial"][size="2"]Hələ nə var ki ... "ömrüm qabaqdadır" demişəm.[/size][/font]
[font="Arial"][size="2"]Otuzdan adlayınca gündə otuz min kərə[/size][/font]
[font="Arial"][size="2"]Başımı yelləyirəm hədər keçən illərə.[/size][/font]
[font="Arial"][size="2"]Səndən doymaq olarmı, həyat sən nə şirinsən[/size][/font]
[font="Arial"][size="2"]Ancaq hamının deyil,[/size][/font]
[font="Arial"][size="2"]Sən həyatın qədrini[/size][/font]
[font="Arial"][size="2"]Yalnız bilənlərinsən![/size][/font]

[b]
[/b]

Link to comment
Share on other sites

Vusalinla dolu xeyyalar getdi,
Arzular 1 anda he, oldu itdi.
Sevincim, sadligim, gulen gozlerim...
Sen getdin seninle silindi getdi

Herden gorunursen, yada dusursen...
Herden gozlerinle meni suzursen.
Hec ozun bilmirsen ne hiss edirsen?
Sen getdin yalanlar seninle getdi.

Senli arzular konlumde qaldi.
Konlum de inciyib qelbinden getdi.
Bir sey oyretti bu sevgi mene..
Realliq sevgim idi, seninle getdi..

Link to comment
Share on other sites

Ne olar susma bir weyler soyle
sen sus men susum olmayir bele
sevgi bitmeden,wans tukenmeden
ne olar susma bir weyler soyle!

her ikimiz yarali ewqde,sevdada
yorgun her ikimiz ewq diyarinda
daniwmaga gucun hec olmasada
yenede susma bir weyler soyle

bir addim atsan qacaram sene
yorulmuw sevgim doner ciceye
demeye soz tapmasan bele
ne olar susma bir weyler soyle!

Link to comment
Share on other sites

Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın

Link to comment
Share on other sites

Sevdimsə, sevildim bir qış axşamı,
Bir ürək verdimsə, bir ürək aldım.
Xəlvətdə görüşüb, danışdıq hərdən,
Nəhayət eşqini könlümə saldım.

Varlığım sevgimin varlığı oldu,
Onunla bölüşdüm şadlıqlarımı,
Onunla bölüşdüm qəm-kədərimi,
Sandım ki, tapmışam əsil yarımı.

Sevilmək dünyada çətin deyilmiş,
Sevmək də dünyada çox asan imiş.
Müqəddəs bir eşqin ən nəhayəti,-
Dünyalıq ləzzəti bircə an imiş.

Bir zaman eşqimə can verən gözəl,
Bu zaman gör necə alır canımı?
Ayrılıq sazını səsləndirərkən,
Od vurub, odlara salır canımı.

Sevilib, sevdimsə bir qış axşamı,
Ayrıldım sevgimdən bir bahar günü.
Doğrusu baharda sevinir hamı,
Mənimçin qış oldu şadlıqlar günü

Link to comment
Share on other sites

Inanmisdim sozlerine,

Qelbindeki gozlerine,

Dunya qopsa gozlerine,

Gorunmerem ay yalanci!



Qoy ezablar menim olsun,

Sevgi sene qenim olsun,

Sozun imdad gunun olsun,

Burunmerem ay yalanci!



Men sene inandim,

Basina dolandim,

Her sozune qandim

Ne bileydim yalandi!



Ele bildim bagli dilin,

Meni oda saldi dilim,

Sensiz qalan ilk esqimin,

Dusmeniyem,ay yalanci!



And icirdin subh cagina,

Esqimizin ciragina,

Lap tanri olacagina,

Surunmerem, ay yalanci!!!

Link to comment
Share on other sites

[quote name='БЕЛАЯ ВОРОНА' timestamp='1295441069' post='8130920']
Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın
[/quote]
:aappll: hələ axırına çatmamış bildim ki, Bəxtiyar Vahabzadənin şeiridir. Dəsti-xətti bilinir.

Link to comment
Share on other sites

[quote name='Dark Lady' timestamp='1294936455' post='8088436']
Unutmaq istərəm!
Özüm özümdən,
Bir daha ayrılıb haçalanmayım.
Gecələr yatıram bir fikirlə mən:
Səni düşünməyim, səni anmayım.

Bu elə qayğı ki, bu elə qəm ki,
Azdırar yüz illik yolundan səni.
Səhər də, axşam da düşünürəm ki,
Gərək düşünməyəm heç zaman səni.

Unudar fikirdə, xəyalda, təkcə
Unutmaz ürəkdə sevən sevəni.
Mən özüm özümə "unut!" dedikcə,
Özümü unudub tapıram səni...

"Unudum" deyirəm, ancaq nə fayda?!
Yadımdan çıxmamış düşürsən yada.
Eşqimin odunu söndürə bilmir,
Qəzəbim sel kimi aşıb-daşsa da.

Bu şeirin də [b]müəllifini[/b] bilmirəm.
[/quote]

Bəxtiyar Vahabzadə!!!

Link to comment
Share on other sites

[color="#DDA0DD"][b][size="7"]Веди нас, дорожка, вперед и вперед,
Начала тебе и конца нет.
Веселое сердце идет и поет,
Печальное - скоро устанет![/size][/b][/color]

Link to comment
Share on other sites

Uzunu menden nihan etmek dilersen, etmegil!
Gozlerim yashin revan etmek dilersen, etmegil!

Bergi nesrin uzre mishkin zulfunu sen dagidib,
Ashiqi bixaniman etmek dilersen, etmegil!

Qashlarin qovsunde mujganin xedengin gizleyib,
Ey gozu mestane, qan etmek dilersen, etmegil!

Canimi veslin sherabindan ayirdin, ey gozum,
Eynimi govherfeshan etmek dilersen, etmegil!

Qoymusham eshqinde men kovnu mekanin varini,
Can nedir kim, qesdi can etmek dilersen, etmegil!

Burqei uzunden acharsan meger namehreme,
Gizli esrari eyan etmek dilersen, etmegil!

Yandirirsan konlumu eshqinde, melum oldu kim,
Ani risvayi cahan etmek dilersen, etmegil!

Dogruyam eshqinde oxtek, kipriyin taniq durur,
Qeddimi neychun kaman etmek dilersen, etmegil!

Chunki eshqin meskenidir konlumun viranesi,
Hesrete ani mekan etmek dilersen, etmegil!

Chun yeqin bildi Nesimi agzinin var oldugun,
Ol yeqini sen guman etmek dilersen, etmegil!

Nesimi.

Link to comment
Share on other sites

Uyma ey dil xelqde yoxdur sedaqet rengidir
Mescidü meyxane reng eyşi ibadet rengidir
Mey riya meşuqe ğeşş hüsnü vecahet rengidir
Rengidir her dürlü matem,her meserret rengidir
Anla ey ebnayi-xilqet,cümle xilqet rengidir

Görmedim bir zerri-xalis,büteyi nasutide
Menevi min leke gördüm lelde,yaqutide
Biqerez insan olur görmek feqet tabutide
Bilmezem varmı sedaqet alemi lahutide
Azma fikrim,cümle ecazü keramet rengidir

Her kesin Cibrili* kendi qelbidir vicdanıdır
Var ise insafı şexsin,dinidir imanıdır
Bednihad insanların öz nefsi öz şeytanıdır
Lövhi-qelbi arifin ayatıdır,Quranıdır
Mabeqi övhamıdır,şerü teriqet rengidir

Bir zaman vardı ki men hemfikir idim zöhhad ile
Sonra gördüm ferqi yoxmuş zahidin cellad ile
Dedim:eyyaş olmalı ta gün keçe mötad ile
Cümle eyşü nuşi gördüm min feryad ile
Anladım ki,zöhdü teqva,eyşü işret rengidir

Qıl tesevvür bir daha şairlerin xülyasını
Aşiqi-zarın başında seyr qıl sevdasını
Qebri aç göster ona Şirinini,Leylasını
Bir ayılsında düşünsün gördüyü röyasını
"Bax" deyir "Heqqi bütün eşqü mehebbet rengidir"

Tapmadım alemde bir hemdem ki,olsun biriya
Görmedim heç kes de bir niyyet qerezden maeda
Küllen ebnayi-beşer öz nefsine olmuş feda
Nefsi uğrunda görürse her bela,her mecara
"Meslek"e isnad eder,meslek deyanet rengidir

Səməd Mənsur

Link to comment
Share on other sites

[b]Dəli bir ağlamaq keçir könlümdən…
Nüsrət Kəsəmənli.   [/b]


Yüyürüb-yüyürüb dərə boyunca
Düşüm çəmən ustə qoy üzü quylu
Öpüm bu torpağı, öpüm doyunca
Üzümə üz qoysun hər soyuq daşı
Qoy şehə qarışsın gözümün yaşı
Qurumuş bulaqlar içir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən…

Könlünə dəydigim, incitdigim qız
Vuqar kölgəsində yatdığım bəsdir
Odlu yanağından su içdigim qız
Bu qədər günaha batdığım bəsdir
Daha dodaqların titrəməsin qoy
Mən sənin qarşında titrəyim, əsim
Səndən dünyaları istəmirəm yox
Məni bağışlasan bəsimdir bəsim

Can desən alışıb yana bilərəm
Dön desən yerimdə dona bilərəm
Indi bilmişəm ki ömür-gün gedir
ən gözəl hislərim köçür könlümdən qayıt!
Sən ömrümə təzəlik gətir
Dəli bir ağlamaq keçir könlümdən…

Coxdandı qəbristana düşməyir yolum
O tənha məzarı ot basıb bəlkə
Mənim soyuqluğum, laqeydligim
Onun sinəsinə od basıb bəlkə
Bir daş var gözümün yaşına həsrət
Dayanıb o giley heykəli kimi
əlim torpağına- daşına həsrət
yıxılıb ustunə mən dəli kimi ağlayam gərək!

O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək!
Şöhrətin ustunə yüyürdükcə mən
Istəklər, arzular köçür könlümdən
Sevgi dünyasına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən…

Küləklər oynayır kənd evimizdə
Taleh baş götürüb apardı məni
Hörümcək tor qurub pəncərəmizdə
Həsrətim çırpınır o torda mənim
Yarasa boylanır uçur tavandan
Bükülmüş dirəklər çat-çat olubdur
Qorxudan dıvarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur

Gedim dıvarına yalvarım onun
Gedim qapıların qatı açılsın
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çinimə barı uçulsun
Daşı daş ustunə qoyum təzədən
Dəlisov küləklər əsir könlümdən
Elə kövrəlmişəm!
Bilmirəm nədən!
Dəli bir ağlamaq keçir könlümdən…

Link to comment
Share on other sites

[b]BIRAZ DA ALIAGA VAHIDDEN OXUYAQ :)

Bir denesen[/b]

Gözeller icre sen,ey mahipare bir denesen.
Gözellerin gözüsen,zülfü qare,bir denesen....
Gülüzlü nazli senemler düser qedemlerine.
Bu cesmi-mest ile qilsan isare bir denesen...
Sen olmasan,meni hicran qemi helak eyler.
Sikeste könlüme alemde care birdenesen...
Zemane ehline meshursan gözellikde.
Bu sirr gizli deyil,asikare,bir denesen...
Reqibi qoyma yaxin vesline,xeyanet eder.
Ki,qorxuram,seni ceksin kenare,bir denesen...
O zövqü dövleti-dünyaye vermerem,herden.
Meni feqire de qilsan nezare,bir denesen...
Gözel heyatini,Vahid,fenaya serf etme.
Seni zemane yetirmez dübare,bir denesen

[b]Dedim-Dedi[/b]

Dedim:-Ey qöncedehan,könlümü qan eylemisen.
Dedi:-Bica yere esqimde fegan eylemisen!...
Dedim:-Insaf ele,incitme meni,asiqinem.
Dedi:-Get,sirrimi dünyaya eyan eylemisen!....
Dedim:-Aglatma meni serv boyun sövqinde.
Dedi:-Göz yasini bihude revan eylemisen....
Dedim:-Axi,gözelim,bagi-baharim sensen.
Dedi:-Sen ömrûnü hesretle xeyan eylemisen...
Dedim:-Az cekmemisem gözlerini hesretini.
Dedi:-Öz könlünü yersiz nigeran eylemisen...
Dedim:-Esqinde esirem,mene bes xeyri nedir?
Dedi:-Evvelden bu sevdade ziyan eylemisen....
Dedim:-Esq atesi neyler mene,qorxan deyilem!
Dedi:-Bicare,yanarsan,ne güman eylemisen?!...
Dedim:-Ey gül,men ezelden de gözel asiqiyem.
Dedi:-Sen ruhini esq ile cavan eylemisen...
Dedim:-Her gün seri-kuyinde dolanmaqdir isim.
Dedi:-Vahid,ne gözel yerde mekan eylemisen!

[b]Ölenden sonra[/b]

Gelmese üstume yarim men ölenden sonra.
Tutmaz aram mezarim men ölenden sonra....
Hansi gülcöhreni meshuri-cahan eylemedim.
Qoy desin sanli diyarim men ölenden sonra?!...
Gördüyüm her gözeli sövq ile tesvir eledim.
Sen de xatirla,nigarim,men ölenden sonra...
Vetene,xalqa calisdim,ebedi xidmet edem.
Solmasin bagu baharim men ölenden sonra...
Asiqem senete,sere ve gözel musiqiye.
Dillen,ey sevgili tarim,men ölenden sonra...
Vahidem,qaldi sözüm dehrde bir dürr kimi.
Yasayar elde süarim men ölenden sonra

[b]Olmasa da[/b]

Yaninda dilberimin etibarim olmasa da.
Yene qemin cekerem,qemküsarim olmasa da.....
Bedende yari canim qalmayib,gedib yarim.
Gerek dözem qemi-hicrane,yarim olmasa da.....
Günüm ki,tar olub o zülf elinden,ey tari.
Terennüm eyle,seni tari,tarim olmasa da.....
Üzün xeyali besimdir behisti-kuyinde.
Yuz il xeyalima gelmez,baharim olmasa da....
Lebinle mest gözün her dusende xatirime.
Sherabe regbetim artir,xumarim olmasa da....
Menim bir ahim ile shemler yanir geceler.
Toxunma,shöleyi-esqem,sherarim olmasa da.....
Kemendi-zülfile,Vahid,özüm shikar oldum.
Menim o ahu baxishli shikarim olmasa da

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1296342337' post='8218654']
[b]Dəli bir ağlamaq keçir könlümdən…
Nüsrət Kəsəmənli.   [/b]


[/quote]

N. Kəsəmənlinin bütün şerləri əladır, amma bunun xüsusi yeri var. Hər bir insanın həyatında olur məncə belə anlar...Təşəkkür edirəm)

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1296423661' post='8224902']
[b]BIRAZ DA ALIAGA VAHIDDEN OXUYAQ :)

Bir denesen[/b]

Bu qəzəl Əlibaba Məmmədovun ifasında çox xoşuma gəlir.

[b]Ölenden sonra[/b]

Bu qəzəl isə Vahidin ifasında səs yazısında eşitmişəm. Onun ifasında çox qəşəng səslənir. Təşəkkürlər )))
[/quote]

Link to comment
Share on other sites

[b]Sənsiz-Nizami Gəncəvi[/b]

Hər gecəm oldu kədər,qüssə,fəlakət sənsiz,
Hər nəfəs çəkdim,hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eləyən vəslinə and icdim,inan,
Hicrinə yandi canim,yox daha taqət sənsiz!

Başqa bir yari necə axtarim,ey nazli mələk?
Bilirəm sən də dedin: "Yox yarə hacət sənsiz!"

Sən mənim qəlbimə hakim,sənə qul oldu könül,
Sən əzizsən,mən ucuz,bir heçəm,afət sənsiz!

Nə gözum var arayim mən səni,bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!

Sən Nizamidən əgər arxayin olsan da,gülüm,
Gecə-gündüz arayib,olmadı rahət sənsiz!

Link to comment
Share on other sites

[b]Məni candan usandirdi"-Məhəmməd Füzuli.[/b]

Məni candan usandirdi,cəfadan yar usanmazmı?
Fələklər yandi ahimdan,muradim şəmi yanmazmi?

Qamu bimarinə canan dəvayi0dərd edər ehsan.
Neçün qilmaz mənə dərman,məni bimar sanmazmi?

Qəmim pünhan tutardim mən,dedilər yarə qil rövşan
Desəm,ol bivəfa bilməm,inanarmi.inanmazmı?

Şəbi-hicran yanar canim,tökər qan çeşmi-giryanim,
Oyadar xəlqi əfğanım,qara bəxtim oyanmazmi?

Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim,fəsli güldür bu,axar sular bulanmazmı?

Degildim mən sənə mail,sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?

Füzuli rindü şetdadır,həmişə xəqə rüsvadir,
Sorun kim,bu nə sevdadir,bu sevdadan usanmazmi?

Link to comment
Share on other sites

[b]Nizami - Ay üzlü nigarım, kimə mehman olacaqsan?[/b]

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1296504589' post='8233850']
[b]Məni candan usandirdi"-Məhəmməd Füzuli.[/b]

Məni candan usandirdi,cəfadan yar usanmazmı?
Fələklər yandi ahimdan,muradim şəmi yanmazmi?

Qamu bimarinə canan dəvayi0dərd edər ehsan.
Neçün qilmaz mənə dərman,məni bimar sanmazmi?

Qəmim pünhan tutardim mən,dedilər yarə qil rövşan
Desəm,ol bivəfa bilməm,inanarmi.inanmazmı?

Şəbi-hicran yanar canim,tökər qan çeşmi-giryanim,
Oyadar xəlqi əfğanım,qara bəxtim oyanmazmi?

Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim,fəsli güldür bu,axar sular bulanmazmı?

Degildim mən sənə mail,sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?

Füzuli rindü şetdadır,həmişə xəqə rüsvadir,
Sorun kim,bu nə sevdadir,bu sevdadan usanmazmi?
[/quote]
Ən sevdiyim şerlərdən biridi.Bir 5 il bundan qabaq əzbərləmişdim,indiyəcən yadımdadı:)

Link to comment
Share on other sites

[b]Nizami - "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi"[/b]


Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi.

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

Dedi getmək dəmidir, söylə nə istərsən, yar?
Bir öpüş istədim ondan, yeri var, gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

Ey Nizami, dedi, birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə - Muğamat var olan yerdə[/b]

Yaranmışdır muğamatım ecebdir şux qezellerden,
Qezeller ixtilat eyler qara gözlü gözellerden,
Gözeller imtina etmez bu sevdaya dözenlerden,
Hemişe şad olar diller kamança, tar olan yerde.
Sedayi müsiqi xoşdur menimle yar olan yerde,
Xüsusen zövq alar arif muğamat var olan yerde.
Muğamat olmasa rövneq gelermi bezmi irfane,
Meqami eşqde şamdir, men ol şame pervane,
Eyer rişxendiler etse bize her naşi bigane,
Yeqindir qoymazdığ gezsin çemen gülzar olan yerde.
Sedayi müsiqi xoşdur menimle yar olan yerde,
Xüsusen zövq alar arif muğamat var olan yerde.
Bütün xalq musiqisinde bu desgahdan elamet var,
Tamamen mahnı tesnifde bu babetden şerafet var,
Bunu derk etmeyenlerde yeqin ey dil qebahet var,
Amandır qoymayın bülbülü ötsün xar olan yerde.
Sedayi müsiqi xoşdur menimle yar olan yerde,
Xüsusen zövq alar arif muğamat var olan yerde.
Gerekdir xalq arasında muğamatım sedalansın,
Muğamatın sedasından seven dostlar sefalansın,
Nevası şuri şahnazın deşur ile nevalansın,
Qemin olmaz senin Hacı qemer, qemxar olan yerde,
Sedayi müsiqi xoşdur menimle yar olan yerde,
Xüsusen zövq alar arif muğamat var olan yerde.

Link to comment
Share on other sites

[quote name='haEmatoLogist' timestamp='1296505352' post='8233965']
Qonşu,mətndə bəzi orfoqrafik səhvlərə yol vermisiniz:unsure:
[/quote]

Neyniyim, iphonumda Azeri klaviatirasi yoxdur))) bezi herfleri tek-tek ayri metnlerden tapib copy-paste etmek adami yorur)))))

[quote name='haEmatoLogist' timestamp='1296504895' post='8233902']
Ən sevdiyim şerlərdən biridi.Bir 5 il bundan qabaq əzbərləmişdim,indiyəcən yadımdadı:)
[/quote]

Menim ise "Ay uzlu nigarim", "Gece xelvetce bize sevgili yar gelmiw idi" ve "Muqamat var olan yerde" xowuma gelir

Link to comment
Share on other sites

[b]Nizami - Xosrov və Sirindən[/b]

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
Bu dünya eşqdir, qalan fırıldaq,
Eşqdən başqa şey – boş bir oyuncaq.
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Eşqsiz bu dünya soyuq məzardır,
Ancaq eşq evində rahatlıq vardır.
Eşqin yanğısından gözəl şey nə var?
Onsuz nə gül gülər, nə bulud ağlar.

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1296504589' post='8233850']
[b]Məni candan usandirdi"-Məhəmməd Füzuli.[/b]

[/quote]
Bu şeri məktəb illərində əzbərləmişdim. M. Füzulinin yaradıcılıq gecəsi keçirilirdi bu şeri demək mənə həvalə olunmuşdu. O illərim yadıma düşdü))

Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1296506206' post='8234084']
[b]Bəxtiyar Vahabzadə - Muğamat var olan yerdə[/b]

[/quote]
Bu şeri mən də çox xoşlayıram amma düzünü deyim ki, müəllifinin Bəxtiyar Vahabzadə olduğunu bilmirdim. Çox sağ olun.

Link to comment
Share on other sites

[b]RAMİZ RÖVŞƏN[/b]

Tənhalıq başlayır burdan o yana,
Keçdikcə keçilməz, atam balası.
Ayları, illəri tutsan boyuna,
Çayları, çölləri tutsan boyuna,
Ölçdükcə ölçülməz , atam balası.

Daha çoxlarıyla aram sərinlər,
Çoxları boynuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.

Mən axı nə Çöləm, nə Yol, nə küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü ölüncə
23 yaşımda qala bilmərəm.

Nə qədər sözlər var sözümdən cavan,
Daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
Şeirlər yazmağa həvəsim gəlmir.

Kiriyir, yumşalır şeirlərim də,
Qocalır misralar, sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdən,
Qocalmaq istəmir dostlar mənimlə.

İlahi, qocalıq buymuş deməli,
Dostlardan səssizcə qırılır adam.
Ömür bir bulantıq suymuş deməli,
Ömür azaldıqca durulur adam.

İçimin çölümün yuyulur pası,
Sətirlər göyərir bu ağ varaqda.
Nə çpxmuş ürəklə əlin arası,
Nə yaxşı ölmədim bu aralıqda.

Sözlər ürəyimdən əlimə yetdi,
Bir azca soluxdu-soldu, nə olar.
Bir azca şaxlığı-şuxluğu itdi,
Heç kəs qinamasın, yoldu, nə olar.

Daha balta kəsməz ağlım kəsəni,
Dünyanın dadını bilirəm daha.
Bu qoca dünyada hər nəfəsimi
Ağacdan meyvətək dərirəm daha

Son nəfəs dünyada hər şeydən şirin,
Şair də qocalır, ölür, bikirəm.
Sözündən qan iyi gələn şairin
Ağzından süd iyi gəlir, bilirəm.

Bu dünya bir qaynar qazanmış demə,
Sözümdəz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağımış.

Link to comment
Share on other sites

[b]Məmməd Araz - Məndən ötdü, qardaşıma dəydi[/b].

Ey daşlaşan, torpaqlaşan
ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan,
ulu babam,
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur səninləyəm !
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə san:
Sənə gələn, səndən ötən
nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçə dəfə
Ata-oğul qardaş hissi haçalandı,
Bir şəhərin,
Beş qardaşın xanlığına parçalandı ?!
O zamanmı biti bizim dilimizin
"sənin", "mənim" qabarı da?
O zamanmı bitdi bizim dilimizin
"Haralısan" damarı da?....
Səninləyəm, ulu babam?
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi,
Ataların imzasını
Çəkib ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma qıyma doğrayaram,
Qara Çoban,
Ulu Babək,
Dəli Domrul ,
Ey Xan Eyvaz ,
Giziroğlu Mustafabəy .
Əgər ki , siz
Bu məsələ qol çəkdiniz !
Sonra , sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi ,
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi ,
Məndən ötdü !...
Məndən ötdü !....
Sevincə bax , qeyrətə bax !
Bunu yazan xilqətə bax !
Məndən ötdü ...
Qulağımdan getmir bu səs ,
Zərbələri qardaşına ,
Sirdaşına ötürən kəs
Elə bil ki bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna qəh - qəh çəkdi .
Sonra , sonra
Səhərəcən başına yüzqədəh çəkdi .
O qəh -qəhin dalğasından ,
O məstliyi baş fırladan
Havasından qopan daşdı ----
Azərbaycan torpağında
Araz boyda şırım açdı .
Məndən ötdü .....
Bunu dedi Şəki xanı ,
Bunu dedi bakı xanı ,
Bunu dedi İbrahim xan ,
Fətəli xan , Kəlbəli xan ...
Qəza ötsün - məndən , - dedi ;
Ötən kimi mən dedi ;
Mən deyən bir ölkədə
Nə qədər xan .
Onlar mən -mən deyən yerdə
Sən olmadın Azərbaycan !
Səni səndən alıb belə
Yüz illərlə uyutdular ,
Səni səndə ələdilər .
Səni səndə üyütdülər .
Dibək oldun öz duzunla ,
öz daşınla .
Ögey oldun ,
doğma , ekiz qardaşınla ---
Məndən ötdüdeyənlərin qeyrətindən ,
Namusunu yeyənlərin qeyrətindən !
Ey daşlaşan , torpaqlaşan ulu babam !
Bu günümdən dünənimə uzaqlaşan ulu babam !
Ayağa dur !
Dəfn etdiyim məsələnin
Başdaşına
Bir təəssüf xatirəsi yazıb , yondur :
Səndən ötən mənə dəydi ,
Məndən ötən sənə dəydi ,
Səndən ,məndən ötən zərbə
Vətən , Vətən , sənə dəydi ...

Link to comment
Share on other sites

onlar gorusduler ayli geceydi
bir oglan bir qiza sevirem dedi
ehdinden donenin gozu ovulsun
ay da sevgimize qoy sahid olsun

onlar ayrildlar ayli geceydi
oglan basqa qiza sevirem dedi
ay qacib gizlendi uzunde qeher
qorxdu onu bir de sahid seceller

Link to comment
Share on other sites

Gedirəm Həyatım Unutma Məni,
Yada Sal Xoş Anları, O Xoş Günləri.
Dönmə Sevgindən Gözlə Sən Məni,
Nə Olar Buraxma Sən Bu Əlləri...

Həyatım Olubdur Sənsiz Mənasız,
ölmüşəm Mən Burda Sənsiz Əlacsız.
Məcburən Qalmışam Mən Sənsiz Yalqız,
Nə Olar Buraxma Sən Bu Əlləri...

Günlərim Dönübdür Burda İllərə,
Yoxdur Sənsizliyimə Burda Bir çarə.
Röyamda Deyirəm Hanı O Yarə,
Nə Olar Buraxma Sən Bu Əlləri...

Gəzirdik Səninlə Biz O Bulvarı,
Bilmirdik Nə Vaxtsa Qalarıq Ayrı.
Bizi Ayırdı Bu Noyabr Ayı,
Nə Olar Buraxma Sən Bu Əlləri...

Xətrinə Dəymişəm Məni Bağışla,
Adını Qəlbimə Yazdım Naxışla.
Bəzən Ağlayardın Yağan Yağışla,
Nə Olar Buraxma Sən Bu Əlləri...

Arxamca Ağlama Yolumu Gözlə,
Şəkilimə Baxaraq Sən Məni özlə.
Ürəkdən Deyirəm Bunu Bir Sözlə,
Nə Olar Buraxma Sən Bu Əlləri...

Link to comment
Share on other sites

YADIMA DÜŞDÜ
Keçən günlərimi vərəqləyirkən

Sevdalı dillərin yadıma düşdü.

Xəyalın qarşımda canlandı, birdən

Göyərçin əllərin yadıma düşdü.



Deyildir eşq odu məni yandıran.

Ruhumun şəhrini işıqlandıran,

Pozğun şəfəqləri mənə andıran

Ziyalı tellərin yadıma düşdü.



O gün də bir gündü, ey üzü dönmüş,

Sandım içində bir qaplan döyünmüş.

Bir anda köpürmüş, bir anda sönmüş

Xırçın əməllərin yadıma düşdü.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 159 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...