Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İmadəddin Nəsimi, şeyriyyatını və mənəviyyatını müzakirə edək!


Recommended Posts

Dünən növbəti dəfə TV-dən "Nəsimi" filminə baxdım. Gənc Rasim Balayevin ilk rolu olsa da obrazının öhdəsidən məharətlə gəlib. Nəsiminin şəxsiyyəti barədə də qarışıq fikirlər olduğundan Sizlərin bu şəxsiyyət barəsində fikrinizi bilmək maraqlı olardı.

Link to comment
Share on other sites

Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. Azərbaycan şairi, mütəfəkkir "İmaməddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. 10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir.
1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya (Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur. Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir. Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. O, 3 dildə gözəl müləmmələr yazmışdır. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca oricinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir.

Link to comment
Share on other sites

Ey insanlar, meded, ol yar punhan ayrilir,
Aglamayim neyleyim, cun govdeden can ayrilir.
Ey senem, hicran elinde naleyi-zar eylerem,
Gozlerimden sanasan deryayi-umman ayrilir.
Ol sebebdendir ki, men bimaru rencur olmusam,
Xeste konlum merhemi sol derde derman ayrilir.
Rengi-cohrem zerd olubdur, qametim hem cun hilal,
Ol gunes uzlu hebibim, leli xendan ayrilir.
Taqetim, sebrim tukendi,yarsiz men neylerem?
Eqlimi seyda qilan ol cesmi fettan ayrilir.
Mehseri-yovmul-hesab qopdu qiyamet basima,
Ey Yusif suretli, menden piri-Kenan ayrilir.
Ey cigersuz nari-firqetden Nesimi care ne?
Her kime "nehnu qesemna" cun ezelden ayrilir.

Link to comment
Share on other sites

Seyid Əli Imadəddin Nəsimi ibn Seyid Məhəmməd

Seyid Nəsimi XIV əsrin ortalarında Şamaxıda anadan olmuşdur. Şairin qardaşı Şeyx Xəndan Şamaxıda yaşamiş va qəbri Seyid Əzim Şirvaninin də dəfn olunduğu Şeyx Xəndan qəbirstanlığındadır.Nəsimi təxəllüsü ustadı Nəimiyə oxşar olmalaqla bərabər nəsim-sübh mehi, küləyi tərcüməsini verir. Mənası isə budur ki, sübh havasında bir yenilik, oyanma, təravət , dirilmə olduğu kimi, Nəsiminin şerləri də insanın ruhunu dirildir, gözəllaşdirir, yenilədir, haqdan xəbər gətirir.
Həqiqət məqamından baxdıqda Nəsiminin türk, fars va ərəb dillilər, xüsusən da azərbaycanlılar üçün mövqeyi İsa peyğəmbərin xristianlar üçün mövqeyindən aşağı deyil. Hər ikisi haqq sözünü bəyan etmiş, insanların haqqı başa düşməsi üçün çalışmış və hətta işgəncali edamları da haqqa xidmıt etmişdir. Hər ikisi ölüləri diriltmək-yəni bu fani dünyanın tələləri olan şan-şöhrət, var-dövlət, yemək-içmək və s. bədən qidaları qəflətində ruhları olmuş insanları təsirli haqq kəlamları və şəxsi nümunə ilə hayatın əsil mənasını göstərməklə ruhlarını diriltmək qüdrətinə malik olmuşdur.
Təəssüf ki, öz istəklərinin quluna çevrilmiş müasirlərimiz Nəsiminin bu mövqeyini başa düşmürlər. Heç bir millətin Nəsimi kimi şairi olmamışdır. Əlbəttə ki, bu Yaradanın qüdrət əlamətlərindəndir. Görəsən biz bu gün ona layiqikmi?
Edam zamanı şairi ittiham edən qafil şeyxlərdən biri, demişdir ki, guya Nəsimi elə böyük Allahsızdır ki, onun qanı hara dəysə o yeri tez kəsib atmaq lazimdir ki, kafirləşməsin. Elə bu vaxt Nəsiminin bədanindən sıçramış qan damcısı onun şairi hədələyən barmağına düşür. Bəzi müasirlərimiz bunu təsadüf saysalar da, ariflər öz aşiqinin haqq olduğunu qafillərə göstərmək üçün Rəbbimizin təqdiri nəticəsində olduğunu bilrlər. Şeyxin qorxudan rəngi ağarır, avam camaat isə qışqırır ki, tez onun barmağını kəsmək lazımdır ki, kafir olmasın. Başqasının diri-diri dərisinin soyulmasına razı olan yalançı şeyx özünün bir barmağının kəsilməsinə razı olmur. Əsə-əsə, dili topuq vura-vura dediyii sözdən dönür və deyir ki, o sözləri elə-belə dedim, Quranda belə şey yoxdur. Beləliklə, Allahın təqdiri nəticəsində şeyxin yalançı, şairin isə haqq olduğu sübut olunur. Son sınaqdan alnı açıq çıxan şair al-qan içində olmasına baxmayaraq gücünü toplayıb bütün dünyada mahşur olan bu beyti söyləyir:

Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu gerçək aşiqi sarpa soyarlar, heç ağlamaz.

Edamdan sonra insanlar eyni vaxtda Nəsimini Hələbin müxtəlif tərəflərdə olan yeddi darvazasından çıxan görürlər. Şairin son istəyi də həyata keçir, daim can atdığı yarına-məhbubi əzələ-yaradana qovuşur:

Gər «ənəlhəqq» söyləməkdən darə asılsam nə qəm,
Necə Mənsurun asılmış başı bərdar, iştə gör!

Şairin bu dünyadan köçməsi(bədəninin edamı) da həqiqətə, insanlara düzgün yolun-Allaha doğru yolun göstərilməsinə xidmət edir.
Şairin çox məhşur ziyaratgah olan qəbri Suriyanın Hələb şəhərində (köhnə şəhər qalası) Nəsimi küçəsindədir. Onu ziyarət edənlərə fəxri "Nəsimi" adı verilir. Bu bəzi xoşbəxtlərə nəsib olur.


İstifadə olunmuş mənbə:

1. “Qədim və orta əsrlər Azərbaycanının görkəmıi şəxsiyyətləri” Çingiz Qacar Baki-1997
2. İmadəddin Nasimi “Seçilmiş əsərləri” Həmid Araslı Baki-1978

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1295544610' post='8138923']
Allahu əkbər ey sənəm, üzünədir sücudumz?...

bunu da Nəsimi demiş, zahiri küfrdür, şəriətə uymaz...

Nəzimi sevərlər bunu necə izah edir...?
[/quote]
Burda problemli bir şey duymadım. Nəsimini məhz bu misralarla kafir və Allahsız qələmə vermək istəyənlər var, yəqin ki, Siz də o araşdırmalara istinad edirsiz, ancaq məhz nəyi nəzərdə tutursuzsa deyin, müzakirə edək.

Link to comment
Share on other sites

Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi – nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil!

Qaşların qövsündə müjganın xədəngin gizləyib,
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!

Canımı vəslin şərabından ayırdın, ey gözüm,
Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!

Qoymuşam eşqində mən kövnü məkanın varını,
Can nədir kim, qəsdi – can etmək dilərsən, etməgil!

Bürqəi üzündən açarsan məgər naməhrəmə,
Gizli əsrarı əyan etmək dilərsən, etməgil!

Yandırırsan önlümü eşqində, məlum oldu kim,
Ani risvayi – cahan etmək dilərsən, etməgil!

Doğruyam eşqində oxtək, kipriyin tanıqdurur,
Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!

Çünki eşqin məskənidir könlümün viranəsi,
Həsrətə anı məkan etmək dilərsən, etməgil!

Çün yəqin bildi Nəsimi ağzının var olduğun,
Ol yəqini sən güman etmək dilərsən, etməgil!

Link to comment
Share on other sites

Cana sən candan nə kim, gəlsə, cigərlər ağrımaz
Həq bilir, bir zərrə nəştərdən damarlar ağrımaz.
Şaha, mehrindənmidir, ya aşinalıqdanmıdır,
Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz.
Fitvasından zahidin nahəq məni gər soyalar,
Qəm degil səndən şəha görcək damarlar ağrımaz.
Zahidin əfsanəsindən soydular nahaq məni,
Həq bilir səndən, şəha, sahib nəzərlər ağrımaz.
Şişəmi çün daşa çaldım, həqqi izhar eylədim,
Çeşmi-əhvəl ağrıdan arif bəsərlər ağrımaz.
Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrımaz.
Cəhli-namərdin qaçan meydan günündə yeri var,
Ər bilir meydan qədrin kim, qədərlər ağrımaz.
Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün bir ər qıyarlar, ağrımaz.

Link to comment
Share on other sites

[quote name='verint' timestamp='1295589110' post='8141815']
Maraqlı mövzuya görə minnətdarlıq.
Eşitmişəm ki, şair Nəsiminin əhli-beyt haqqında da şerləti vardır. Amma, tapa bilmədim. Əgər kimsədə varsa, xahiş edirəm bölüşsün.
[/quote]
Elə əhli-beyt sevgisi də şairin axırına çıxdı da. Əhli beyti təqib edənlər ona kafir damğası vurdular.
:rroza:
Ta əzəldən bil mənim könlümdə Sultandır Əli,
Həm əlif, həm nüqteyi, həm hərfi Qurandır Əli.
Bağladı ifritə divan dəstini Gəhvarədə,
Həm duran ərşin yolunda şiri-Yəzdandır Əli.
Bir nəzər qıldı Mədinədən şəhi-düldül-səvar,
Asiyabanlara bek şəbbürdə kəşandır Əli.
Museyi-İmran həm odur, Yusifi kənan həm,
Həm Xəlilin narinə dəfi-gülüstandır Əli.
İsmi Heydər şahi-Qəmbər gör nəsiri çün dedi:
Yetmiş iki narə qıldı dedi sübhandır Əli.
Həm qopartdı qopusini Xeybərin ol dəmdə kim,
Həm olan ruhil əminə pirü xəndandır Əli.
Ol Mühəmməd Mustafadur, həm kilidi cənnəti,
Saqeyi kosər həm odur cümleyi-candır Əli.
Şah Həsən xəlqi rizadır, həm Hüseyni Kərbəla,
Həm dini izhar edən, həm kəşfi pünhandır Əli.
Həm Mühəmməd Baqir, Həm Cəfər Sadiqi deyim,
Həm həqiqət Kəbəsi, həm qibleyi-imandır Əli.
Kazim ol sultan Əli, Musa Rzadır cümlədə,
Kəşfi-ərbabi-vilayət, nuri-rəhmandur Əli.
Şah Təqidir bu cahan, mülkünə sultan bu Nəqi,
Həm vilayət şəhridir, həm bəhri-ümmandır Əli.
Həm Mühəmməd Mehdi Sahib Zaman oldur tamam,
Həm Məsihanın dəmi, həm Xizri dövrandır Əli.
Həm görən, həm göstərən nizə səkan və həm kaman,
Həm xəvaric gözlərinə tiri-peykandır Əli.
Həm kəvakib, həm qəmər, həm afitabi-xavəri,
İsmi rəsmi, fövqi təhti, mədəni-kandır Əli.
Bu Nəsimi məddahı Heydər, qulami-Heydəri,
Zülfüqari xarici boynunda bürrandır Əli.

Link to comment
Share on other sites

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Zanu dildən bəndəkye Baqir qulami Cəfərəm,
Museyi-Kazım İmam Rzaya kəmtərəm,
Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır bu gün layiq dir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli. :rroza:

Link to comment
Share on other sites

[quote name='Banzay' timestamp='1295528119' post='8137195']
Dünən növbəti dəfə TV-dən "Nəsimi" filminə baxdım. Gənc Rasim Balayevin ilk rolu olsa da obrazının öhdəsidən məharətlə gəlib. Nəsiminin şəxsiyyəti barədə də qarışıq fikirlər olduğundan Sizlərin bu şəxsiyyət barəsində fikrinizi bilmək maraqlı olardı.
[/quote]
Təəsüf ki, həmin film o vaxtkı sovet prizmasından tarixə baxış əsasında çəkilmişdi və Nəsimi Allahı inkar edən birisi kimi qələmə verilirdi. Nəsimini Əhli-beyt aşiqi kimi göstərən heç bir ssenarist müvəffəq olmazdı.
Ona görə də Nəsimi, Məhəmməd Fizuli kimi dahi şairlərimizə yeni baxış çox mühümdür. Yenə də təəsüf ki, indiki dövrdə də bu dahi şairlətin dini baxışları gizli saxlanılır. Az adama məlumdur ki, Məhəmməd Fizuli Kərbəlada İmam Hüseynin (ə.s) məqbərəsində ziyarətçilərə xidmətçilik edir və bunu özünə qürur sayırdı.
Amma, İranda onlar haqqında çox şey eşitmək və oxumaq mümkündür.

Link to comment
Share on other sites

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

Surətə baxu mə'nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.

Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.


Hesab edilir ki, Nəsiminin ən küfr şerlərindən biridir .... Mənə də elə gəlir ki, Nəsimini və Nəimini Sovet propaqandası "kommunistləşdirib".... burda küfrlürük nə var mən anlaya bilmirəm ... "Nəsimi" filmində Topal Teymurla belə bir dialoq var:

- Güclü insan var, və zaif insan var ...

- Güclü gücsüz insan yoxdur... Kamil insan var, birdə cahil insan .. Kamil insan yaradır, cahil insan dağıdır ...

bu sözlərdə çox dərin bir fəlsəfə var ... Əslində Nəsimi insanı təbiətin Allah tərəfində yaratdığı ən kamil yaratığı kimi qələmə verir, və bununla Allahı danmır ...





Link to comment
Share on other sites

[quote name='gagulya-Consigliere' timestamp='1295615966' post='8145965']

Hesab edilir ki, Nəsiminin ən küfr şerlərindən biridir .... Mənə də elə gəlir ki, Nəsimini və Nəimini Sovet propaqandası "kommunistləşdirib".... burda küfrlürük nə var mən anlaya bilmirəm ... "Nəsimi" filmində Topal Teymurla belə bir dialoq var:

- Güclü insan var, və zaif insan var ...

- Güclü gücsüz insan yoxdur... Kamil insan var, birdə cahil insan .. Kamil insan yaradır, cahil insan dağıdır ...

bu sözlərdə çox dərin bir fəlsəfə var ... Əslində Nəsimi insanı təbiətin Allah tərəfində yaratdığı ən kamil yaratığı kimi qələmə verir, və bununla Allahı danmır ...
[/quote]
Çox gözəl məqamlara toxundunuz və tamamilə düzgün təhlil etdiniz. Nəsimi dahi filosof olub, çox fikirlərini dərk etmək üçün heç olmasa onun kimi düşünmək gərəkdir. Allah(T.T.)insanı mükəmməl yaratdı, mələklərə və cinlərə insana səcdə etməyi əmr etdi. Nəsimi insanı kamil görmək istəyib, şeyriyyatında da bu çox gözəl hiss edilir.

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1295544610' post='8138923']
Allahu əkbər ey sənəm, üzünədir sücudumz?...

bunu da Nəsimi demiş, zahiri küfrdür, şəriətə uymaz...

Nəzimi sevərlər bunu necə izah edir...?
[/quote]
Sözsüz ki, küfrdür, qardaş.

Link to comment
Share on other sites

Küfr nədir, Nəsimi özü deyir o sözü ona görə? Bəlkə şiədir ona görə kafirdir, bəlkə Əlı(ə)və əhli-beyti sevirdi ona görə? Niyə məhz sələfilər onun və Babəkin əleyhinə təbliğat aparırlar? Heç olmasa açıq deyin ki, əhli-beyt-Peyğəmbər(S.A.A.S.)ailəsinin tərəfdarıdır ona görə.

Link to comment
Share on other sites

Hər kişinin sorman əslin, izzətindən bəllidir,
Söhbəti-irfan görənlər xidmətindən bəllidir.

Həq təala elm içində çünki simahun dedi,
Hər kişinin üzünə bax, surətindən bəllidir.

Dərvişin pirini sormaq dedilər adət degil,
Arifanə bir nəzər qıl, kisfətindən bəllidir.

Hər zərin qəlbi məhəkdən bilinür bəllü bəyan,
Nitəkim bimari-eşqin illətindən bəllidir.

Sorsalar səndən rəqibi, sən nəsindən biləsən,
Mən bilirəm, sözü əgri ənsəsindən bəllidir.

Ey Nəsimi,nəqdini nadan əlinə vermə kim,
Gövhəri dana bilir həm qiymətindən bəllidir. :rroza:

Gördüyümüz kimi, Nəsimi insanların simasına çox fikir vermişdir. Allah(T.T.) nın insanı gözəl yaratmış olduğunu bəyan edərək insanların bir çox batini xüsusiyyətlərinin zahirdə büruzə verməsini göstərir. Yuxarıdakı şerdə bu işin tədqiqatçısı olduğu bir daha görsənir. Əvvəlki 3 beytdə bu o qədər açıq görsənir ki, şərhə ehtiyac yoxdur. Sonrakı beytlərdə isə,[quote] Hər zərin qəlbi məhəkdən bilinür bəllü bəyan,
Nitəkim bimari-eşqin illətindən bəllidir.[/quote] Burada məhək zil qara rəngli çay daşıdır ki, hər zərgərin özündə olurdu. Zərgərlər təmiz qızılı bu məhəkə sürtərək özlərində şablon kimi sxlayırdılar, onların yanına qiymətləndirilməyə gətirilən qızılı bu daşa sürtərək alınan izlərin rəngini müqayisə edirdilər. Belə qızılın təmiz və ya qarışıq olduğunu bilirdilər. İkinci misradak "nitəkim" sözü "necə ki",mənasında, "illət" isə xəstəliyin əlaməti deməkdir[quote]Sorsalar səndən rəqibi, sən nəsindən biləsən,
Mən bilirəm, sözü əgri ənsəsindən bəllidir.[/quote] İnsanların xislətinə və millətinə görə ənsə sümükləri müxtəlif olur. Antrapoloqlar ilk olaraq bir çox tədqiqatları məhz ənsə sümüyünün formasına görə aparırlar. [quote]Ey Nəsimi,nəqdini nadan əlinə vermə kim,
Gövhəri dana bilir həm qiymətindən bəllidir. [/quote] Bu misrada dana deyiləndə alim nəzərdə tutulur, bu misranın tarixçəsi isə uzun və maraqlı bir rəvayətdən gəlir ki, bunu da bir başqa vaxt ola bilər ki, başqa mövzuda yazaram.

Link to comment
Share on other sites

[quote name='Ziya80' timestamp='1295788635' post='8158436']
[font="Palatino Linotype"]Nəsiminin kafir olmasını deyil, kafir olmamasını sübüt etmək lazımdır.
Şerləri ilə sübut ede bilən var? Həm də Nəsimi ü4ün kafir olmaq şərəf idi. [/font]
[/quote]
Men bele duwunmurem.... Neye gore Nesiminin qeyri-kafir olmasi subut olunmalidir? Mence duzgun yanawma deyil... Nesimi hansi werlerinde kafir olduqunu deyir?

Link to comment
Share on other sites

Nəsimi...

Şair olaraq çox sevərəm...

Mənə görə o əvvəla şairdir... və gözəl şairdir...

Əqidəsinə gəlincə...

Hürufi idi... Hürufilik nə dərəcədə Quranın tövhid anlayışı ilə iyğundur bu başqa bir söhbətin mövzusudur...(Hülul nzəriyyəsi, tənasüx və s.)...

Yəni Nəsimini şair olaraqmı, yoxsa bir hürufi olaraqmı müzakirə edəcəyik...

Məncə birincisindən danışaq...

Link to comment
Share on other sites

[b]Nəsimi – Kimə nə[/b]

Mən itirdim, mən araram,
O yar mənim kimə nə?
Gah gedərəm öz bağıma
Gül dərərəm kimə nə?

Gah gedərəm mədrəsəyə
Dərs oxuram haqq için
Gah gedərəm meyxanəyə
Dəm çəkərəm kimə nə?

Sufilər haram demişlər
Bu eşqin şərabına
Mən doldurur,mən içərəm
Günah mənim kimə nə?

Bir məlamət hirqəsini
Özüm geydim əynimə
Ari-namus şüşəsini
Daşa çaldım kimə nə?

Sufilər səcdə edərlər
Məscidin mehrabına
Yar eşiyi səcdəgahım
Üz sürərəm kimə nə?

Gah çıxaram göy üzünə
Hökm edərəm qafdan qafa
Gah enərəm yer üzünə
Yar sevərəm kimə nə?

Sufilər belə deyərmiş
Gözəl sevmək çox günah
Mən sevərəm sevdiyimi
Günah mənim kimə nə?

Nəsimiyə sordular ki
Yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım
O yar mənim kimə nə?

Bircə onu deyə bilərəm ki Nəsimi yaşadığı zəmanənin adamı deyildi. Çox təəssüf ki belə dahi şəxsiyyət yetişmir daha.

Link to comment
Share on other sites

[quote name='Coldunya' timestamp='1295870209' post='8166474']
[b]Nəsimi – Kimə nə[/b]

Mən itirdim, mən araram,
O yar mənim kimə nə?
Gah gedərəm öz bağıma
Gül dərərəm kimə nə?

Gah gedərəm mədrəsəyə
Dərs oxuram haqq için
Gah gedərəm meyxanəyə
Dəm çəkərəm kimə nə?

Sufilər haram demişlər
Bu eşqin şərabına
Mən doldurur,mən içərəm
Günah mənim kimə nə?

Bir məlamət hirqəsini
Özüm geydim əynimə
Ari-namus şüşəsini
Daşa çaldım kimə nə?

Sufilər səcdə edərlər
Məscidin mehrabına
Yar eşiyi səcdəgahım
Üz sürərəm kimə nə?

Gah çıxaram göy üzünə
Hökm edərəm qafdan qafa
Gah enərəm yer üzünə
Yar sevərəm kimə nə?

Sufilər belə deyərmiş
Gözəl sevmək çox günah
Mən sevərəm sevdiyimi
Günah mənim kimə nə?

Nəsimiyə sordular ki
Yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım
O yar mənim kimə nə?

Bircə onu deyə bilərəm ki Nəsimi yaşadığı zəmanənin adamı deyildi. Çox təəssüf ki belə dahi şəxsiyyət yetişmir daha.
[/quote]


Aman, Aman DIGGET...

Bu yazilan ş'er İmaməddin Nəsiminin ş'eri deyil

Gelin bir az ehtiyatli olag...

Link to comment
Share on other sites

Hürufilik din, məzhəb yox fəlsəfədir. Bəzi məzhəblər fəlsəfə və məntiqi İslamdan kənar bildiyindən Nəsiminin fəlsəfəsi küfr görünə və ya məqsədli şəkildə belə qələmə verilə bilər. Nəsiminin müsəlman olduğuna inanıram, müzakirəyə gəldikdə isə mövzunun başlığında yazıldığı kimi şeyriyyatını və mənəviyyatını müzakirə edək, mən Nəsimidə heç bir rakursdan problem görmürəm.

Link to comment
Share on other sites

[quote name='Banzay' timestamp='1295941331' post='8173026']
Hürufilik din, məzhəb yox fəlsəfədir. Bəzi məzhəblər fəlsəfə və məntiqi İslamdan kənar bildiyindən Nəsiminin fəlsəfəsi küfr görünə və ya məqsədli şəkildə belə qələmə verilə bilər. Nəsiminin müsəlman olduğuna inanıram, müzakirəyə gəldikdə isə mövzunun başlığında yazıldığı kimi şeyriyyatını və mənəviyyatını müzakirə edək, mən Nəsimidə heç bir rakursdan problem görmürəm.
[/quote]

Banzay, Nesimide ne problem ola biler? o, Dahidir, Esrleri addimlayan Filosofdur...

eger Allah varsa, Nesimi onun sevimli ogludur, bu geder..

xristianlar Isani Nesimiden oyrensinler, apostollarindan deyil...

problem bizdedir... bu forumda Nesiminin şeyriyyatını 1000 de 1 faizini anlayan varsa Allahimiza şukr edek... a anlayani da hele tapib bu temaya getirmek lazimdir...

Link to comment
Share on other sites

[b]Zerre menem, güneş menem, çar ile penc ü şeş menem,
Sureti gör beyân ile, çünki beyâne sığmazam................[/b]


deyir ki en kiçik varlıg da, güneş de menem...dört (dört unsur: torpag, su, rüzgâr, ateş), beş (beş duygu) ile altı (altı yön: sağ, sol, ön, arxa, üst, alt) da menem...

sözle anlatılan görünüşe bax, ancak men anlatmaya da sığmazam...




bu ş'er deyil, bu deryadir....

Link to comment
Share on other sites

[b][i]Gərçi bu gün Nəsimiyəm, [u]haşimiyəm, qureyşiyəm,[/u]
Bundan uludur ayətim, ayətü şanə sığmazam.[/i][/b]

Bu bendde 2 meshhur sulalenin adi chekilir. Mehemmed peyqember hashimilerden idi. Qureyshiler ise onunla ve yaxinlari ile muxalifetde olmush sulaledir. Ve ozunu hetta onlardan biri kimi de gorur. Amma bu muxalifeti qebul etmediyine gore diger setir gelir:

[i]Bundan uludur ayətim, ayətü şanə sığmazam.[/i]

Nesimi Allahsiz olmayib, onu sovetler bize bele teqdim edibler.

Link to comment
Share on other sites

[quote name='HYPNOSE' timestamp='1295998093' post='8180660']
[b][i]Gərçi bu gün Nəsimiyəm, [u]haşimiyəm, qureyşiyəm,[/u]
Bundan uludur ayətim, ayətü şanə sığmazam.[/i][/b]

Bu bendde 2 meshhur sulalenin adi chekilir. Mehemmed peyqember hashimilerden idi. Qureyshiler ise onunla ve yaxinlari ile muxalifetde olmush sulaledir. Ve ozunu hetta onlardan biri kimi de gorur. Amma bu muxalifeti qebul etmediyine gore diger setir gelir:

[i]Bundan uludur ayətim, ayətü şanə sığmazam.[/i]

Nesimi Allahsiz olmayib, onu sovetler bize bele teqdim edibler.
[/quote]
[font="'Times New Roman"][size="3"]Onu sufizmdən xəbəri olmayan adam allahsız hesab edə bilər. Onu ənənəvi müsəlman teologiyası nöqteyi-nəzərindən rus sözü "yeretik" kimi xarakterizə etmək olar. Amma, allahsız kimi yox.[/size][/font]

[url="http://az.wikipedia.org/wiki/H%C3%BCrufilik"]http://az.wikipedia.org/wiki/H%C3%BCrufilik[/url]

Link to comment
Share on other sites

Nesimi deyir ki, men bu cahana sigmazam, siz ise onu bir yere sigdirmag isteyirsiz. ne bilim mömindir, ne bilim ateistdir, ne bilim nedir...

Özü deyir ki:

Zahid menem, abid menem, asi menem, fasiq menem.
Mömin mənəm, kafir mənəm, mən gülli-insan olmusham.

Link to comment
Share on other sites

Bivefadar chün bu alem, kimden istersen vefa
Bivefa alemde sen yari-vefadar istəmə

Gül bulunmaz bu dikenli dünyanin baginda chün
Ebsem ol, bihude gülsüz yerde gülzar isteme

Sherbeti aguludur fani cahanin, sen anin
Sherbetindən nushudaru umma, zinhar isteme


http://www.youtube.com/watch?v=TJmw27Xp2ug

Link to comment
Share on other sites

[quote name='Bushido' timestamp='1296003168' post='8180750']
Nesimi deyir ki, men bu cahana sigmazam, siz ise onu bir yere sigdirmag isteyirsiz. ne bilim mömindir, ne bilim ateistdir, ne bilim nedir...

Özü deyir ki:

Zahid menem, abid menem, asi menem, fasiq menem.
Mömin mənəm, kafir mənəm, mən gülli-insan olmusham.
[/quote]
[font="'Times New Roman"][size="3"]kafir sözündən başqa burada kriminal görmürəm. Hürufinin "kafir" sözünü hansı məna ilə işlətdiyini bilmək üçün hürufiliyin fəlsəfəsini və ənənələrini bilmək lazımdır. Yaxşı olardı kabbalizmin də.
[/size][/font]

Link to comment
Share on other sites

[quote name='Odissey.' timestamp='1296004095' post='8180755']
[font="'Times New Roman"][size="3"]kafir sözündən başqa burada kriminal görmürəm. Hürufinin "kafir" sözünü hansı məna ilə işlətdiyini bilmək üçün hürufiliyin fəlsəfəsini və ənənələrini bilmək lazımdır. Yaxşı olardı kabbalizmin də.
[/size][/font]
[/quote]
o beytde esas megam: men gülli-insan olmusham.

Link to comment
Share on other sites

[quote name='HYPNOSE' timestamp='1295998093' post='8180660']
[b][i]Gərçi bu gün Nəsimiyəm, [u]haşimiyəm, qureyşiyəm,[/u]
Bundan uludur ayətim, ayətü şanə sığmazam.[/i][/b]

Bu bendde 2 meshhur sulalenin adi chekilir. Mehemmed peyqember hashimilerden idi. Qureyshiler ise onunla ve yaxinlari ile muxalifetde olmush sulaledir. Ve ozunu hetta onlardan biri kimi de gorur. Amma bu muxalifeti qebul etmediyine gore diger setir gelir:

[i]Bundan uludur ayətim, ayətü şanə sığmazam.[/i]

Nesimi Allahsiz olmayib, onu sovetler bize bele teqdim edibler.
[/quote]
Xanim, ele deyil.
Mehemmed de qüreyshidir. hashimiler ise qüreysh qebilesinden bir ailedir. müxalifet yoxdur.
Mehemmed de, Eli de, Ömwer de, Abu Bekr de qüreyshidirler. Onlarin Abu Süfyan kimi müxalifleri de qureyshidirler.

"Bundan uludur ayətim, ayətü şanə sığmazam." o demekdir ki, "meni qüreyshi, hashimi kimi shan elametlerine, adlarina da sizgmazam, bunlardan da uluyam."

Link to comment
Share on other sites

[quote name='Bushido' timestamp='1296035373' post='8183465']
"g" eleyin "k" :-)
[/quote]
Həə, süz mədəni dildə yazmusuuz, mən də başa düşməmişəm [img]http://img.dispute.az/public/style_emoticons/default/smile.gif[/img]. Yaxşı, külli-insan müasir Azərbaycan dilində nə mə`na verir?

Link to comment
Share on other sites

[quote name='Odissey.' timestamp='1296036339' post='8183622']
Həə, süz mədəni dildə yazmusuuz, mən də başa düşməmişəm [img]http://img.dispute.az/public/style_emoticons/default/smile.gif[/img]. Yaxşı, külli-insan müasir Azərbaycan dilində nə mə`na verir?
[/quote]
külli-insan =
tam insan, bütün insan.
o megamda artiq kafir, ya da mömin yoxdur.
Yaradanla bütünleshmak var.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 23 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Upvote
        • Like
      • 36 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Haha
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 113 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Sad
        • Red Heart
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Upvote
        • Haha
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...