Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

bizdən avropalı çıxmaz !


Blok

Recommended Posts

"Əcnəbi seyrə balonlarla çıxır

Biz hələ avtomobil minməyirik"

21-ci ƏSR ..

azərilər indi avrtobildə gəzir, nə fayda?

dəyişən nədir?

Cins şalvarla, mini yubkaya avropalı olmaq istəyirik.

gülünc deyilmi?

Link to comment
Share on other sites

  • Replies 96
  • Created
  • Last Reply

Çixar,çixar..

Sizi ne yaman narahat edir Azerbaycanlilarin geyimi.? :)))

“başlayırıq qızmağa yay gəlməmiş,

çırmanırıq keçməyə çay gəlməmiş”

Link to comment
Share on other sites

Avropalı olmaga heç ehtiyac da yoxdur...AZƏRBAYCANLI olmaq lazımdır...

Biz Avropanı bəyənmişik..

ona görə də Avropaya interqasiya olunan xalqlar sırasındayıq

Link to comment
Share on other sites

ümumiyyətlə bizdən niyə avropalı çıxmalaıdır ki ??

əyər yanımızda olan rusdan, farsdan, ermənidən və gürcüdən fərqliyiksə avropalı necə ola bilərik ?

biz ən yaxşı halda Bakılı, Şəkili, Xaçmazlı və ya Sabirabadlı ola bilərik. yəni hərə öz rayonundan və kəndindən.

Link to comment
Share on other sites

Həqiqətən fikirləşəndə ki , şeytana " halal " olsun , eyni işləri başqa adlarla bizə sırıdığı üçün.

Homoseksuallığı bizə " insan haqları " kimi təqdim etdiyi üçün.

Yüngül əxlaqlığı bizə " şou biznes , musiqi , sənət " kimi göstərdiyi üçün

Soyunmağı bizə "avropalaşmaq , irəliyə getmək , müasir - çağdaş olmaq " kimi beynimizə yeritdiyi üçün.

Bunlara görə ona "minnətdaram" , "təşəkkür" , "çox sağ olsun" , Allah "razı" olsun ondan ..

Link to comment
Share on other sites

Birincisi Avropa heç kəsə soyunub lüt gəzin demir. Avropada kişi başqa kişinin çiyninə əli ilə toxunsa sizə çönüb pis-pis baxarlar, Avropada kişilər hər görüşəndə salamlaşıb öpüşmürlər, avropada kişilər qol-qola girib küçələrdə gəzmirlər (homoseksualistlərdən başqa). Avropada qadınlar açıq saçıq deyil istədikləri kimi geyinirlər, bizdə isə ya başdan ayağa bağlı, yada tam lüt. Bədbəxt avropa neyləsin ki, bizimkilər ortaq məxrəcə gəlib, öz yerini bilmir. Nə müsəlman ölkəsi kimi müsəlmanıq, nə də avropa ölkəsi kimi avropa.

Homoseksuallara gəlincə isə, bu həm anadangəlmə xromosomların sayında yarnmış səhvin nəticəsində də ola bilər, sonradan əmələ gələndə. Homoseksualizm Azərbaycanda hər zaman olub və heç kəs deyə bilməzki bu son 10-15 ildə Avropaya inteqrasiya ilə əlaqədar bir şeydir. Təəssüflər olsun ki, Azərbaycanda Psixoloji mərkəzlər 0 səviyyəsindədirlər və psixoloji yardıma ehtiyacı olan insanlara heç bir yardım göstərilmir. Şou biznesin isə bu vəziyyətdə olmasına isə biz və bizim TV kanallar səbəb olub. Biz əgər manısların, homoseksualların və digər axmaqların mahnılarına qulaq asır, toylarımıza dəvət edir, hər konsertində anşlaq yaradırıqsa, burada avropanın yox, Azərbaycanlıların günahıdır. Odur ki, başqasının bostanına daş atmaqdansa, öz həyət bacanızı təmizləyib abıra salın. Avropanın həyat tərzinə isə bizimkilərin çatmasına hələ çox var. BU templə getsə ümumiyyətlə biz o günü görməyəcəyik.

Link to comment
Share on other sites

sonrası məlumdur..

ya bizi xaç suyuna çəkəcəklər, ya da başqa bir su ilə qarşıdıracaqlar

...)))...Məncə mərasim zamanı keşişi ciddi nəzarətdə saxlamaq lazımdır.Çünki,bizimkilərdən kimsə keşişə güclü təzyiq göstərərək prosesi poza bilər)))

Link to comment
Share on other sites

Birincisi Avropa heç kəsə soyunub lüt gəzin demir. Avropada kişi başqa kişinin çiyninə əli ilə toxunsa sizə çönüb pis-pis baxarlar, Avropada kişilər hər görüşəndə salamlaşıb öpüşmürlər, avropada kişilər qol-qola girib küçələrdə gəzmirlər (homoseksualistlərdən başqa). Avropada qadınlar açıq saçıq deyil istədikləri kimi geyinirlər, bizdə isə ya başdan ayağa bağlı, yada tam lüt. Bədbəxt avropa neyləsin ki, bizimkilər ortaq məxrəcə gəlib, öz yerini bilmir. Nə müsəlman ölkəsi kimi müsəlmanıq, nə də avropa ölkəsi kimi avropa.

Homoseksuallara gəlincə isə, bu həm anadangəlmə xromosomların sayında yarnmış səhvin nəticəsində də ola bilər, sonradan əmələ gələndə. Homoseksualizm Azərbaycanda hər zaman olub və heç kəs deyə bilməzki bu son 10-15 ildə Avropaya inteqrasiya ilə əlaqədar bir şeydir. Təəssüflər olsun ki, Azərbaycanda Psixoloji mərkəzlər 0 səviyyəsindədirlər və psixoloji yardıma ehtiyacı olan insanlara heç bir yardım göstərilmir. Şou biznesin isə bu vəziyyətdə olmasına isə biz və bizim TV kanallar səbəb olub. Biz əgər manısların, homoseksualların və digər axmaqların mahnılarına qulaq asır, toylarımıza dəvət edir, hər konsertində anşlaq yaradırıqsa, burada avropanın yox, Azərbaycanlıların günahıdır. Odur ki, başqasının bostanına daş atmaqdansa, öz həyət bacanızı təmizləyib abıra salın. Avropanın həyat tərzinə isə bizimkilərin çatmasına hələ çox var. BU templə getsə ümumiyyətlə biz o günü görməyəcəyik.

Allah agzınızdan eşitsin.Allah bizə Avropa həyat tərzinə çatmagı heç vaxt qismət eləməsin.Allah bizə o günü ümumiyyətlə göstərməsin)))

Link to comment
Share on other sites

Homoseksuallara gəlincə isə, bu həm anadangəlmə xromosomların sayında yarnmış səhvin nəticəsində də ola bilər, sonradan əmələ gələndə. Homoseksualizm Azərbaycanda hər zaman olub və heç kəs deyə bilməzki bu son 10-15 ildə Avropaya inteqrasiya ilə əlaqədar bir şeydir.

Azərbaycanda 2006-cı ildə Avropa Şurasının birbaşa təsiri ilə " Gender bərabərliyi" haqqında qanun qəbul edildi. Cinayet Məcəlləsindən 113-cü maddəsinin ləgv edildi və bununla da üzdəniraqlaırin ve lesbiyanlarin normal fealiyyetinə şerait yaradildi.

Hal-hazirda üzdəniraqlar ve lesviyanlar siyasi partiyalarda felaiyyet göstərə bilər, mektəblərdə ders deyə bilər, uşaq baxçalrında tərbiyəçilik işləri ilə məşgul ola bilərlər.

ps.

Azerbaycan Respublikasinin Milli Meclisi qerar alir;

1." Siyasi partiyalar haqqinda" Azerbaycan Respublikasinin Qanunun........8-ci maddesine ashagdaki mezmunda beshinci hisse elave edilsin.

" Siyasi partiyalara daxil olmaq kishi ve qadinlar uchun eyni shertlerle achiq olmalidir ve onlar uchun beraber imkanlar yaradilmalidir"

2. Azerbaycan Respublikasinin Tehsil Qanunun.......3-cu maddesinin 1-ci bendine ashagdaki mezmunda uchuncu abzas elave edilsin;

"Dovlet, mulkiyyet novunden asli olmayaraq butun tedris muessiselerinde qebulda, telebelerin tequdle temin edilmesinde, tedris planinin sechilmesinde ve biliyin qiymetlendirilmesinde kishi ve qadinlar uchun beraber mkanlar yaradilmasini temin edir"

3.Hemkarlar Ittifaqi haqqinda Azerbaycan Respublikasinin Qanununun 7-ci maddesine ashagdaki mezmunda 3-ci hisse elave edilsin.

"Hemkarlar ittifaqina daxil olmaq kishi ve qadinlar uchun eyni shertlere achiq olmalidir ve onlar uchun beraber imkanlar yaradilmalidir.

4. Azerbaycan Respublikasinin 1996-ci il 17 may tarixli 74-IQ nomreli qanunu ile tesdiq edilmish " AR Milli Meclisinin daxili nizamnamesini"nin 21-1-ci maddesine ashagidaki elaveler edilsin.

1) maddein adinda 'illik melumat" sozlerinden sonra " gender beraberliyinin temin edilmesine nezaret heyata kechiren muvafiq icra hakimiyyeti orqaninin illik melumati " sozleri elave edilsin.

2) Maddeye ashagidaki mezmunda 7-ci hisse elave edilsin.

' Gender ( kishi ve qadin) beraberliyinin teminatlari haqqinda AR qanunun 20-ci maddesine uygun olaraq, gender beraberliyinin temin edilmesine nezreti heyata kechiren muvafiq icra hakimiyyeti orqani oz felaiyyeti haqqinda AR Milli Meclisine illik melumat teqdim edir.

( bu belke de Azerbaycanda yegane qanundur ki, Milli meclis terefinden nezerete goturulub))

5. AR emek mecelesine ashagidaki deyishiklikler elave edilsin.

1) 1.2 hisseye ashagidaki mezmunda f ve g bendleri elave edilsin;

f) ishe qebul, ishde ireli chekilmek, peshe hazirligini artirmaq, yeni ixtisasa yiyelenmek ve ixtisasini artirmaq zamani, ishin keyfiyyetini qiymetlendirerken, ishden azad ederken cinsinden asili olmayaraq ishchilere eyni yanashmaq ve beraber imkanlar yaratamq..

g) cinsiznden asili olmayaraq eyni ishle meshgul olan ishchilere eyni ish sheraiti yaratmaq eyni pozuntya gore ishchilere ferqli intizam tenbehini tetbiq etmemek, cinsi mensubiyyete gore ayri-sechkiliyin qarshisini almaq uchun lazimi tedbirler gormek..

Link to comment
Share on other sites

Bu yazdığınızın isbatı var mı ?

GoldenHead bunu ispat eləsə Nobel mükafatı alacaq. ;)

GoldenHead i gözləməkdən başqa çarəmiz yoxdur .. Gəlsin və savadsızlığımızı aradan qaldırsın :)

Birincisi mən homoseksualizm üzrə alim deyiləm, sadəcə uzun illər bundan öncə hadasa oxuduğum bir məqalədə irəli sürülmüş bir teoriyadan yadımda qalıbdır və əgər siz zəhmət çəkib araşdırma aparsanınz, görə bilərsiniz ki, bunun yaranması ilə əlaqədar KONKRET fikir və yaxud TEORİYA yoxdur. Ən azından bilirəm ki, homoseksualizm AVROPALI olmaqdan irəli gəlmir. Buna səbəb həm psixoloji travma, həm lori dildə desək qudurğanlıq, həm də digər faktorlar səbəb ola bilər. Yazdığım yazıda isə, mən bu halın yaranma səbəbini sübut etməyə çalışmamışam. Ən azından ona görə ki, homoseksualist AVROPALI demək deyil və kimsə homoseksualdırsa o AVROPALI deyil.

Allah agzınızdan eşitsin. Allah bizə Avropa həyat tərzinə çatmagı heç vaxt qismət eləməsin. Allah bizə o günü ümumiyyətlə göstərməsin)))

Siz AVROPA həyat tərzi görmüsünüz? Niyə Avropa həyat tərzi deyəndə elə homoseksuallar, fahişələr, narkomanlar, avaralar ağlınıza gəlir... Guya bunlar bizdə yoxdurlar və heç vaxt olmayıblar??? Onda deyin görüm nə üçün avropanın küçələri tərpətəmizdir bizdə isə zibil adamın ağzına girir, niyə onlarda qanunlar işləyir, bizdə isə hamı küncdə bucaqda söyür amma üzdə dədəm sənə qurban deyir, niyə onlarda elm inkişaf edir, bütün texnologiyalar orda yaradılır, kosmosa uçulur və s. bizdə isə alimlər acından ölür, məqsəd isə vergi ya da "tamojnidə" day-day tapıb işə düzəlməkdir ki, ayda filan qədər "levıy" gələcək??? Nİyə siz yaxşını qoyub, pisi gözə soxursunuz. Yəqin onların hamısı "petuxdu" ona görə belə qabağa gediblər. Əgər sözün əsl mənasında kişi olmaq istəyiriksə gəlin qayıdaq daş dövrünə. Nə üçün hansısa Homoseksualistin fikirləşdiyi geyimi geyinirsiniz, icad etdiyi telefonu, kompyuteri işlədirsiniz, internetdə sağa sola gəzirsiniz?

Azərbaycanda 2006-cı ildə Avropa Şurasının birbaşa təsiri ilə " Gender bərabərliyi" haqqında qanun qəbul edildi. Cinayet Məcəlləsindən 113-cü maddəsinin ləgv edildi və bununla da üzdəniraqlaırin ve lesbiyanlarin normal fealiyyetinə şerait yaradildi.

Hal-hazirda üzdəniraqlar ve lesviyanlar siyasi partiyalarda felaiyyet göstərə bilər, mektəblərdə ders deyə bilər, uşaq baxçalrında tərbiyəçilik işləri ilə məşgul ola bilərlər.

İndi siz demək istəyirsiniz ki, Azərbaycanda bu qanun qəbul olunmayana qədər, Homoseksualizm yox idi və homoseksualistlərin əmələ gəlməsində məhz bu qanun səbəbkardır? Bir sual soruşacağam ancaq inciməyin, niyə bu qanun qəbul olunandan sonra, siz və yaxud mən, və yaxud milyonlarla digər Azərbaycanlı kişi çönüb homoseksual olmadı? Guya bu qanun aəbul olunmamışdan homoseksuallar uşaq baxçasında tərbiyəçi, məktəbdə müəllim və s. yerlərdə çalışmırdılar? Yoxsa CV-lərində elə yazılırdı HOMOSEKSUALAM???

Mən bu qanunun tərəfdarı deyiləm, nə də ki homoseksualistlərin və onun inkişafının. Ancaq Avropa ilə Azərbaycanı müqayisə edəndə homoseksualların sayını və qadınların geyimini müqayisə etmirlər. Bəli bizim həyat tərzimizə, dünya görüşümüzə uyğun olmayan çox şey var. Avropadan yalnız bizə xeyir gətirə biləcək mədəniyyəti, biliyi, məlumatı götürməliyik, qalanı isə özlərinə qalsın.

Link to comment
Share on other sites

İndi siz demək istəyirsiniz ki, Azərbaycanda bu qanun qəbul olunmayana qədər, Homoseksualizm yox idi və homoseksualistlərin əmələ gəlməsində məhz bu qanun səbəbkardır? Bir sual soruşacağam ancaq inciməyin, niyə bu qanun qəbul olunandan sonra, siz və yaxud mən, və yaxud milyonlarla digər Azərbaycanlı kişi çönüb homoseksual olmadı? Guya bu qanun aəbul olunmamışdan homoseksuallar uşaq baxçasında tərbiyəçi, məktəbdə müəllim və s. yerlərdə çalışmırdılar? Yoxsa CV-lərində elə yazılırdı HOMOSEKSUALAM???

xeyr, mən demək istəyirəm ki, Avropa Şurası qomeseksualsitlərin hüquqlarını qoruyur. Belə olan halda Avropaya inteqrasiya etməyin ne adi var? Bu qanun çıxmamışdan əvvəl çox nadir haıllarda küçələrdə mavilərə rast gəlmək olardi

amma hal-hazırda onlar kütləvi şəkildə küçələrdə durub fahişəliklə məşgul olurlar. CM-də 113-cü maddə ləgv edilməsəydi yeqin ki, belə toyalarada rast gəlməzdik

http://www.youtube.com/watch?feature=player_embedded&v=RQQKISyzrNA#at=443

Link to comment
Share on other sites

Əziz GoldenHead,məsələyə bir az geniş baxmaq lazımdır.Bəli,mən Avropada dəfələrlə olmuşam.İlk baxışdan Avropa çox cəlbedicidir,gözəldir,təmizdir...İnsan özünü orda rahat hiss edir.Ordakı insanlarda kompleks yoxdur,hamı qaygısız şəkildə gülümsüyür…və s.Amma bununla iş bitmir.Bütün bunlar onların özü üçündür.Avropa ailəsinə daxil olmaq istiyən,qeyd-şərtiz onların qayda-qanunlarını (həm yazılmış,həm yazılmamış) qəbul eləməlidir.Heç bir problemsiz -filansız da onlara əməl eləməlidir.Eləmiyənləri Fransada oldugu kimi,adlarını qaraçı qoyub,polis tərəfindən ölkədən iti qovan kimi qovalıyacaqlar.

Biz ona görə yaxşını qoyub pisdən danışırıq ki,Avropa bizə ancaq pis şeyləri təklif eliyir.Yaxşı şeyləri Avropa bizə dünya dagılsa da öyrətməz.Niyə?Çünki,bunun arxasında böyük siyasət durur.Əvvəla,birdəfəlik bilin və agah olun ki,biz Avropaya lazım deyilik.Ona görə ki,xristian fundamentalizmi buna yol vermir.Kilsə həmişə bizə düşmən olub.Heç Avropa da bizə lazım deyil.Avropalı olmaq üçün, biz birinci başımızı,yəni ki,beynimizi dəyişməliyik.Başqa cür bu mümkün olmayacaq.Beynimizi dəyişəndən sonra isə, bu işin axırı pis qurtaracaq.Nə at olacıyıq,nə də ki,eşşək.Olacıyıq qatır.Xahiş edirəm,heç kim bu sözləri özünə təhqir kimi qəbul eləməsin.Məsələ belədir ki,bizim kimi kiçik dövlətləri idarə etmək üçün böyük dövlətlərin,böyük universtitetlərinin,böyük laboratoriyalarında gecə -gündüz elmi araşdırmalar və s.aparılır.Bizim kimi xalqların mentaliteti,milli-mənəvi dəyərləri,nə fikirləşdikləri,hamısı analiz olunur,öyrənilir.Biz,çoxumuz öz köklərimizi bilmirik,amma Avropa bunu bilir.Avropa heç vaxt Türkləri və Türk əsilli xalqları sevməyib.Çünki əsrlər boyu kilsə Türk və İslama düşmən olub.Bu düşmənçilik onların qanına hopub.Biz həmişə hər şeyi unuduruq,amma Avropa yaxşı bilir ki,Türk olmasa,tarix də olmaz.Türk dövlətlərinin əsl tarixi tam olaraq ortaya çıxsa,Avropa gərək öz tarixini təzədən yazsın.Yaddan çıxarma ki,Türklər ən az 400 il Avropada at oynadıblar.Səlcuqlar Anadoluda,Osmanlılar da Avropa və Balkanlarda onlara qan uddurublar. Türklərə heç kim silah ilə qalib gələ bilmədi.Bu faktdır!Avropa ancaq bir yolla-onları özlərinə oxşadaraq məglub elədi.Amma günü bu gün,yenə də qorxularından Türkiyəni Avropa birliyinə üzv qəbul eləmək istəmirlər.Niyə?Çünki,Avropa yaxşı bilir ki,biz öz həqiqi mədəniyyətimizə qayıda bilsək,Avropa mədəniyyəti bizdən çox geridə qalar.

Mən razıyam,gəlin Avropadan yaxşı şeyləri götürək.Misal üçün onların avtomobil,ərzaq,yüngül sənaye… və s. məhsullarını,yüksək texnologiyalarını öyrənək,tətbiq eliyək.(Halbuki bu gün bütün super dövlətlər, istər kosmos,istər yüksək texnologiya…və s. sahələrdə Azərbaycanlı Lütfüzadənin və başqa Azərbaycanlı alimlərin kəşflərindən istifadə edirlər)Amma bütovlükdə Avropaya inteqrasiya-bu bizə lazım deyil.Biz Avropaya ancaq onun maraqları üçün lazımıq.Onlar bizdən istifadə eliyib tullayacaqlar.Yenə təkrar eləmək istiyirəm,İslam amilini heç vaxt yaddan çıxarmayın.Argentinada Türkiyənin xəritədə harda yerləşməsini bilmirlər,amma qondarma “ermeni genoseksini” o dəqiqə tanıyırlar.Amma elə dünən,bütün dünyanın gözü qabagında,Azərbaycanlıları ermənilərin əli ilə Xocalıda,arvad-uşaq,qoca-cavan demədən qanlarına qəltan eliyib dogradılar,heç kim dillənmədi!Bütün nüfuzlu qəzetlərin,telekompaniyaların reportyorları hamısı bu vəhşiliyi gördülər,bəs niyə heç bir dövlət səsini çıxartmadı?Bəyəm Xocalıda ölənlər insan sayılmır?Yaxşı,indi biz bütün bunları bilə-bilə gedək Avropaya deyək ki,biz gəlmişik,buyur bizi Avropalı elə?Səncə eliyəcək???Məncə eləmiyəcək…

Link to comment
Share on other sites

Biz ona görə yaxşını qoyub pisdən danışırıq ki,Avropa bizə ancaq pis şeyləri təklif eliyir.Yaxşı şeyləri Avropa bizə dünya dagılsa da öyrətməz.

Ay qardaş, Avropa bizə adam olmağı da öyrətməlidir?

Link to comment
Share on other sites

xeyr, mən demək istəyirəm ki, Avropa Şurası qomeseksualsitlərin hüquqlarını qoruyur. Belə olan halda Avropaya inteqrasiya etməyin ne adi var? Bu qanun çıxmamışdan əvvəl çox nadir haıllarda küçələrdə mavilərə rast gəlmək olardi

amma hal-hazırda onlar kütləvi şəkildə küçələrdə durub fahişəliklə məşgul olurlar. CM-də 113-cü maddə ləgv edilməsəydi yeqin ki, belə toyalarada rast gəlməzdik

http://www.youtube.com/watch?feature=player_embedded&v=RQQKISyzrNA#at=443

Siz əminsiniz ki, onlar küçələrdə topa-topa yox idilər??? Sadəcə olaraq indi bir çox insanın düşüncə tərzi dəyişib, heç kəs baş qoşmaq istməri vəssalam, qısacası artıq öyrəşiblər ki, bu var. Əvvəl isə təzə-təzə idi deyə mavi görən kimi hamı hay həşir salırdı. Homo toylar Azərbaycanda rəsmi olaraq qəbul edilməyib və bu barədə qərarın qəbul edilib edilməməsi Hökumətin özündən asılıdır belə ki, heç avropa ölkələrinin çoxunda rəsmi olaraq eyni cinsli ailələrin qurulmasına icazə yoxdur. Toya gəlincə isə, bu bəlkədə gündə çalınan toylardan biridir və bu cür yığıncaqlar məncə əvvəldə olub, sadəcə Youtube yox idi.

Yenə təkrar edirəm, yazdıqlarım maviləri və buna bənzərlərin tərəfini saxlamaq deyil, sadəcə olaraq Avropaya inteqrasiya ilə homoseksualizmin artması ilə müqayisə zənnimcə düzgün deyil. Sadəcə əvvəl üstü örtülü idi.

Link to comment
Share on other sites

Birincisi mən homoseksualizm üzrə alim deyiləm, sadəcə uzun illər bundan öncə hadasa oxuduğum bir məqalədə irəli sürülmüş bir teoriyadan yadımda qalıbdır və əgər siz zəhmət çəkib araşdırma aparsanınz, görə bilərsiniz ki, bunun yaranması ilə əlaqədar KONKRET fikir və yaxud TEORİYA yoxdur. Ən azından bilirəm ki, homoseksualizm AVROPALI olmaqdan irəli gəlmir. Buna səbəb həm psixoloji travma, həm lori dildə desək qudurğanlıq, həm də digər faktorlar səbəb ola bilər. Yazdığım yazıda isə, mən bu halın yaranma səbəbini sübut etməyə çalışmamışam. Ən azından ona görə ki, homoseksualist AVROPALI demək deyil və kimsə homoseksualdırsa o AVROPALI deyil.

Dırnaqarası məqalələr hər yerdə yazılır . Onlara inanmaq sadəlövlük olardı. Homoseksuallığı xəstəlik kimi görmək olmaz , bu sonradan özünüz də qeyd etdiyiniz kimi qudurğanlıq , yeni macəralar axtarmaq , bundan da istifadə edim görüm nə olacaq kimilərindəndir . Məsələn qızla münasibətlərdən bezir , sonra keçir kişilərə ondan da bezir keçir uşaqlara , yenə də bezir fikirləşir ki , həmişə mən bu dəfə də məni - sevsinlər .

Şəxsən düşünmürəm ki , homoseksuallıq Avropadan gəlmədir , Nuh ələyhissəlamın zamanında Avropa yox idi . Amma indi bəlkə Avropa özündə bunu ciddi cəhdlə yaymır , amma danılmaz faktdır ki , özü ilə münasibət qurmaq istəyən dövlətlərdən birinci bunu istəyir .

Link to comment
Share on other sites

Əziz GoldenHead,məsələyə bir az geniş baxmaq lazımdır.Bəli,mən Avropada dəfələrlə olmuşam.İlk baxışdan Avropa çox cəlbedicidir,gözəldir,təmizdir...İnsan özünü orda rahat hiss edir.Ordakı insanlarda kompleks yoxdur,hamı qaygısız şəkildə gülümsüyür…və s.Amma bununla iş bitmir.Bütün bunlar onların özü üçündür.Avropa ailəsinə daxil olmaq istiyən,qeyd-şərtiz onların qayda-qanunlarını (həm yazılmış,həm yazılmamış) qəbul eləməlidir.Heç bir problemsiz -filansız da onlara əməl eləməlidir.Eləmiyənləri Fransada oldugu kimi,adlarını qaraçı qoyub,polis tərəfindən ölkədən iti qovan kimi qovalıyacaqlar.

Sizi bilmirəm, ancaq mən Avropaya inteqrasiya dedikdə Avropa Birliyinin bir üzvü olmaq kimi başa düşmürəm. Avropaya inteqrasiya ilk növbədə, ölkə əhalisinin həyat səviyyəsinin, mədəniyyətinin, elminin, təhsilinin, dünya görüşünün və s. nin Avropa vətəndaşlarının səviyyəsinə çatdırmaqdır ki, onlar bura gələndə bizə 3-cü dünya ölkəsi kimi yox, ən azından özü səviyyəsində və hətta özündən üstün bir cəmiyyət olduğunu görsün. Bizdə isə 2 adam o səviyyədədirsə, 15 adam tam əksinə gedir.

Biz ona görə yaxşını qoyub pisdən danışırıq ki,Avropa bizə ancaq pis şeyləri təklif eliyir.Yaxşı şeyləri Avropa bizə dünya dagılsa da öyrətməz.Niyə?Çünki,bunun arxasında böyük siyasət durur.

Avropa heç kəsə heç nə təklif etmir, Avropa deyir mənim həyat tərzim və dəyərlərim budur, mənlə oturub durmaq istəyirsənsə müəyyən şeylərdə mənə bərabər ol. Day onun pisini biz götürəcəyik yoxsa yaxşısını o bizdən asılıdır. Sizin dediyinizdən belə təsəvvür yaranır ki, Avropa bir dükandır və vaxtı keçmiş zərərli malları bizə zornan sırıyır, bizdə acından ölməmək üçün məcburuq onları almağa. Axı bu mədəniyyət, təhsil, dünya görüşü fiziki bir material deyil axı ki, istədiklərini bizə versinlər istəmədiklərini yox. Bəlkə küçədə zibili yerə yox zibil qabına atmağı, adam kimi maşın sürməyi, bir-birnin başına çıxmayıb adam kimi növbədə durmağı da Avropa öyrətməlidir bizə??? Axı bunlar elementar şeylərdirlər. Vallah hərdən svetoforda yolu keçə bilməyim üçün qırmızı işığı gözləyəndə, başqalarının maşınların qabağından qaçıb keçdiyini görəndə özümü dəi sayıram. Çünki mən tək dayanıb gözləyirəm, yerdə qalan fərqi yoxdur böyüyü kiçiyi atır özünü yola.

Mən razıyam,gəlin Avropadan yaxşı şeyləri götürək.

Kimsə sizi saxlayıb? Hər kəs bu istiqamətdə bir addım etsə, ətrafda hər şeyin necə dəyişəcəyini dərhal görə bilər.

Link to comment
Share on other sites

Dırnaqarası məqalələr hər yerdə yazılır . Onlara inanmaq sadəlövlük olardı. Homoseksuallığı xəstəlik kimi görmək olmaz , bu sonradan özünüz də qeyd etdiyiniz kimi qudurğanlıq , yeni macəralar axtarmaq , bundan da istifadə edim görüm nə olacaq kimilərindəndir . Məsələn qızla münasibətlərdən bezir , sonra keçir kişilərə ondan da bezir keçir uşaqlara , yenə də bezir fikirləşir ki , həmişə mən bu dəfə də məni - sevsinlər .

Şəxsən düşünmürəm ki , homoseksuallıq Avropadan gəlmədir , Nuh ələyhissəlamın zamanında Avropa yox idi . Amma indi bəlkə Avropa özündə bunu ciddi cəhdlə yaymır , amma danılmaz faktdır ki , özü ilə münasibət qurmaq istəyən dövlətlərdən birinci bunu istəyir .

Onda yəqin Tailand Avropanın 1 nömrəli dostudur...

AVropanın istədiyi homoseksuallara azadlıq deyil, digər insanlar kimi insan haqqlarının tanınmasıdır. Yəni əvvəl hər hansı bir homoseksual bunu gizlədərək, bir işdə çalışırdısa və onun homoseksuallığı ortaya çıxardısa o işdən atılmalı idisə indi o buna görə atılmamalıdır. Avropa demirki, qoy sizin homoseksuallar arvad paltarı geyinib çıxsınlar fahişəliyə, sonra biz baxarıq sizi qəbul edək ya yox.

O ki qaldı əmələ gəlmə səbəbinə, bu barədə konkret cavab və yaxud teoriya yoxdur. Ancaq ən əsas qəbul olunan bunu psixoloji travma olmasıdır ki, əksər insanlar uşaqlıqda, əsgərlikdə və yaxud digər yerlərə bu cür travmalara uğrayırlar. Psixoloji travma isə qudurğanlıq deyil, xəstəlikdir.

Link to comment
Share on other sites

Birincisi Avropa heç kəsə soyunub lüt gəzin demir. Avropada kişi başqa kişinin çiyninə əli ilə toxunsa sizə çönüb pis-pis baxarlar, Avropada kişilər hər görüşəndə salamlaşıb öpüşmürlər, avropada kişilər qol-qola girib küçələrdə gəzmirlər (homoseksualistlərdən başqa). Avropada qadınlar açıq saçıq deyil istədikləri kimi geyinirlər, bizdə isə ya başdan ayağa bağlı, yada tam lüt. Bədbəxt avropa neyləsin ki, bizimkilər ortaq məxrəcə gəlib, öz yerini bilmir. Nə müsəlman ölkəsi kimi müsəlmanıq, nə də avropa ölkəsi kimi avropa.

Homoseksuallara gəlincə isə, bu həm anadangəlmə xromosomların sayında yarnmış səhvin nəticəsində də ola bilər, sonradan əmələ gələndə. Homoseksualizm Azərbaycanda hər zaman olub və heç kəs deyə bilməzki bu son 10-15 ildə Avropaya inteqrasiya ilə əlaqədar bir şeydir. Təəssüflər olsun ki, Azərbaycanda Psixoloji mərkəzlər 0 səviyyəsindədirlər və psixoloji yardıma ehtiyacı olan insanlara heç bir yardım göstərilmir. Şou biznesin isə bu vəziyyətdə olmasına isə biz və bizim TV kanallar səbəb olub. Biz əgər manısların, homoseksualların və digər axmaqların mahnılarına qulaq asır, toylarımıza dəvət edir, hər konsertində anşlaq yaradırıqsa, burada avropanın yox, Azərbaycanlıların günahıdır. Odur ki, başqasının bostanına daş atmaqdansa, öz həyət bacanızı təmizləyib abıra salın. Avropanın həyat tərzinə isə bizimkilərin çatmasına hələ çox var. BU templə getsə ümumiyyətlə biz o günü görməyəcəyik.

:aappll:

Dar düşüncəli insanlara nəisə başa salmaq çətin məsələdir)

Link to comment
Share on other sites

Народ, зачем вам нужна Европа? Азербайджан сам впереди Европы ходит, а они нас только догоняют бедные. :)

Burada ancaq azerice yazirlar. Qaydalari pozmayin, rica edirem.

Link to comment
Share on other sites

Achigi bizden hech asiyali da chixmaz.

Bizdən heç kəsi çıxartmaq lazım deyil. Qoyun özümüz olaq, mədəni olaq, ağıllı olaq, başa düşən olaq, lazım gələndə də sərt cavab verə bilən olaq bizə bəsdir. Ondan sonra AVropasıda, Asiyasıda, Amerikası da deyəcəklər biz Azərbaycana inteqrasiya eləmək istəyirik...

Link to comment
Share on other sites

Bizdən heç kəsi çıxartmaq lazım deyil. Qoyun özümüz olaq, mədəni olaq, ağıllı olaq, başa düşən olaq, lazım gələndə də sərt cavab verə bilən olaq bizə bəsdir. Ondan sonra AVropasıda, Asiyasıda, Amerikası da deyəcəklər biz Azərbaycana inteqrasiya eləmək istəyirik...

Lap AzTV kimi danishdiniz.

:looool:

Link to comment
Share on other sites

Avropanın istədiyi homoseksuallara azadlıq deyil, digər insanlar kimi insan haqqlarının tanınmasıdır.

Üzr istəyirəm , amma heyvan kimi yaşayan insanlar vardır , niyə Avropa homoseksualları qoruduğu kimi onları qorumağa cəhd etmir ? Vaxtı ilə müstəmləkəsi etdiyi bütün dövlətlər aclıq və səfalət içindədir . Məhz həmin sivilizasiyalı Avropa demokratiya gətirmə bəhanəsi ilə Liviyaya soxulandır. Fələstin və Əfqanıstana baxsınlar. Həmin Avropa çox yox 70 il bundan öncə bir-birini qırırdılar , yəhudiləri yəhudi olduqları uçün başdan ayağa bütöv bir milləti məhv edən həmin sivilizasiyalı avropalılar idi . İndinin özündə qaraçıları Fransadan qovan həmin homoseksual müdafiəçiləridir . 1975- ci ilə kimi qaralar və ağlar üçün ayrı-ayrı avrobusları olan ABŞ və onun kimiləri heç kimə insan haqqlarından danışa bilməzlər.

Link to comment
Share on other sites

Siz əminsiniz ki, onlar küçələrdə topa-topa yox idilər??? Sadəcə olaraq indi bir çox insanın düşüncə tərzi dəyişib, heç kəs baş qoşmaq istməri vəssalam, qısacası artıq öyrəşiblər ki, bu var. Əvvəl isə təzə-təzə idi deyə mavi görən kimi hamı hay həşir salırdı. Homo toylar Azərbaycanda rəsmi olaraq qəbul edilməyib və bu barədə qərarın qəbul edilib edilməməsi Hökumətin özündən asılıdır belə ki, heç avropa ölkələrinin çoxunda rəsmi olaraq eyni cinsli ailələrin qurulmasına icazə yoxdur. Toya gəlincə isə, bu bəlkədə gündə çalınan toylardan biridir və bu cür yığıncaqlar məncə əvvəldə olub, sadəcə Youtube yox idi.

Uzaga getmək nəyə lazım ? Gəlin mən sizə belə bir misal çəkim.

Götürək bizim Disput.az forumunu. Forumda "İNTİM" bölməsi açılandan sonra harda əxlqsız uzerler var..orda cəm olur. Yəni, mikroblar üfunət olan yerlər can atırlar. Qayıdaq Azərbaycana)

Avropa Şurası Azərbaycanda mavilər üçün hüquqi baza yaradıb. Bir növ onlara toxunulmazlıq ststusu verib. Bir neçə il keçəcəndən sonra siz özünüz görəcəksiniz ki, başqa ölkələrdə yaşayan mavilər də azərbayacana axşırlar. çünki, Azərbaycanda onalr üçün münbit şərait yaradılıb. və artım çoxalndan sonra mavilərin bir-biri ilə evlənməsi məsləsi MİLLİ MƏCLİSİN gündəliyinə gətiriləcək.

vəssalam

Link to comment
Share on other sites

Bizə Avropa lazım deyil . Böyüyə hörmət , ana , bacı , həyat yoldaşı , qızına hörmət etdiyi kimi bütün xanımlara hörmət edilməsi üçün Avropa gərəkli deyildir . Atasına , əmisinə, nənəsinə , babasına ,dayısına , xalasına ,bibisinə və onların qız və oğlanlarına sevgi və hörmətlə yanaşdığı kimi hər kəsə elə yanaşmaq lazım olması üçün Avropaya ehtiyacı yoxdur . Özünə rəva bilmədiyini başqası üçün düşünə bilməyəcəyini bilmək üçün Avropa "mədəniyyətini" mənimsəmək üçün Avropaya ehtiyac qalmır . İnsanda vicdan ( öncədən peşmanşılıq) və utanmaq hissinin bütün günahlardan çəkindirən və arındıran ən başlıca səbəblərdən biridir . İndi düşünün bu sözlər harada və necə yazılmışdır vı biz haraya üzümüzü çevirməliyik ...

Link to comment
Share on other sites

Üzr istəyirəm , amma heyvan kimi yaşayan insanlar vardır , niyə Avropa homoseksualları qoruduğu kimi onları qorumağa cəhd etmir ? Vaxtı ilə müstəmləkəsi etdiyi bütün dövlətlər aclıq və səfalət içindədir . Məhz həmin sivilizasiyalı Avropa demokratiya gətirmə bəhanəsi ilə Liviyaya soxulandır. Fələstin və Əfqanıstana baxsınlar. Həmin Avropa çox yox 70 il bundan öncə bir-birini qırırdılar , yəhudiləri yəhudi olduqları uçün başdan ayağa bütöv bir milləti məhv edən həmin sivilizasiyalı avropalılar idi . İndinin özündə qaraçıları Fransadan qovan həmin homoseksual müdafiəçiləridir . 1975- ci ilə kimi qaralar və ağlar üçün ayrı-ayrı avrobusları olan ABŞ və onun kimiləri heç kimə insan haqqlarından danışa bilməzlər.

Siz mənim yazdıqlarımı oxuyursunuz, ancaq hər postumda yazdığım əsas məsləni elə bil görməmiş kimi yazırsınız. Siz mənə Avropa və ABŞ-ın mənfi cəhətlərini sadalayırsınız, mən isə yuxarıda da dediyim kimi onlardan yalnız bizim inkişafımıza yaxşı mənada təsir göstərə biləcək xüsusiyyətləri götürməyimiz barədə deyirəm. Avropalı da Azərbaycanlı kimi bir insandır və yeri gələndə bizimkilər onlardan qat-qat üstündürlər, ancaq belələrini barmaq ilə saymaq olar. Mənə AVropanın hara soxulduğu və hansı prinsiplər ilə yaşadığı maraqlı deyil, mənə Avropa Birliyinə daxil olmaq da həm iqtisadi, həm də syasi cəhətdən maraqlı deyil. Ancaq, mən öz ölkəmdə də məhkəmə sisteminin ali olmasının, təhsilin yüksək səviyyəsinin, insanların küçədə özünü adam kimi aparmasını və s. istəyirəm. Avropa bu mənada bir oriyentirdir və yaxud bir misaldır. Biz onların təcrübəsindən istifadə edib daha sivil cəmiyyət qura bilərik, ən azından öz ölkəmiz daxilində. Avropa bizə çox şərt qoya bilər, ancaq bu demək deyil ki biz onların hər birinə əməl etməliyik. Sizin deyənlərin tərəfdarı olan, bu ideyaları sizdən neçə il əvvəllər yayan Avropalılar yoxdur bəlkə???

Link to comment
Share on other sites

Uzaga getmək nəyə lazım ? Gəlin mən sizə belə bir misal çəkim.

Götürək bizim Disput.az forumunu. Forumda "İNTİM" bölməsi açılandan sonra harda əxlqsız uzerler var..orda cəm olur. Yəni, mikroblar üfunət olan yerlər can atırlar. Qayıdaq Azərbaycana)

Avropa Şurası Azərbaycanda mavilər üçün hüquqi baza yaradıb. Bir növ onlara toxunulmazlıq ststusu verib. Bir neçə il keçəcəndən sonra siz özünüz görəcəksiniz ki, başqa ölkələrdə yaşayan mavilər də azərbayacana axşırlar. çünki, Azərbaycanda onalr üçün münbit şərait yaradılıb. və artım çoxalndan sonra mavilərin bir-biri ilə evlənməsi məsləsi MİLLİ MƏCLİSİN gündəliyinə gətiriləcək.

vəssalam

Şəxsən mən neçə ildir bu forumda otururam ancaq, İntim bölməsinə nə daxil oluram, nə də ki yazıram. Maraqlı deyil.Mavilər haqqında qanunun qəbulu, nəyə görə isə sizi digər problemlərdən daha çox maraqlandırır. Sanki, Azərbaycanın baş ağrısı problemələrinin əsasında mavilər durub. Qanun olsa da olmasa da bu kateqoriya insanlar olacaqlar, istər gizli istər aşkar evlənəcəklər də. Necə deyərlər: В совестком Союзе Секса Нет.

Link to comment
Share on other sites

Bizə Avropa lazım deyil . Böyüyə hörmət , ana , bacı , həyat yoldaşı , qızına hörmət etdiyi kimi bütün xanımlara hörmət edilməsi üçün Avropa gərəkli deyildir . Atasına , əmisinə, nənəsinə , babasına ,dayısına , xalasına ,bibisinə və onların qız və oğlanlarına sevgi və hörmətlə yanaşdığı kimi hər kəsə elə yanaşmaq lazım olması üçün Avropaya ehtiyacı yoxdur . Özünə rəva bilmədiyini başqası üçün düşünə bilməyəcəyini bilmək üçün Avropa "mədəniyyətini" mənimsəmək üçün Avropaya ehtiyac qalmır . İnsanda vicdan ( öncədən peşmanşılıq) və utanmaq hissinin bütün günahlardan çəkindirən və arındıran ən başlıca səbəblərdən biridir . İndi düşünün bu sözlər harada və necə yazılmışdır vı biz haraya üzümüzü çevirməliyik ...

Mən sizin ümumiyyətlə hansı məntiq ilə düşündüyünüzü anlaya bilmirəm. Mən tam razıyam ki böyük-kiçik, ana-bacı, namus-qeyrət söhbətlərində Avropa Azərbaycandan ibrət dərsi götürməlidir. Ancaq nə üçün siz Avropaya inteqrasiya dedikdə mavilər, fahişələr, vicdan, xristianlıq və s. ortaya soxursunuz. Sizə deyən var alnınıza xaç yapışdırıb lüttənin düşün küçələrə, kim harda gəldi kimnən gəldi eyş-işrətə qoşulsun??? Elə danışırsınız ki, elə bil avropada hər addımda min oyundan çıxırlar. Nə üçünsə bütün günahları Avropada axtarırsınız. Avropada bizim kimi maşın sürürlər? Avropada növbədə bir birini boğurlar? Avropada qız qaçırdırlar? Sizə deyən var Avropanın ən axmaq, əxlaqsızlıqlarını təkrarlayın? Guya onlar çox şaddırlar bu cür hallardan? Məsləhət görərdim Azərbaycana gələn bir iki avropalı ilə tanış olub söhbət edəsiniz ordan-burdan.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
      • 32 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 163 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 132 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...