Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Avtomobil Dünyası


Teymur_Haji

Recommended Posts

Yəqin, hər bir avtomobil istifadəçisi dəfələrlə avtomobilində yaranan nasazlığın nədən qaynaqlandığını tapa bilməmək problemi ilə üzləşib.

Adətən, belə olur ki, avtomobildə hər hansı bir nasazlıq yaranır və onu aradan qaldırmaq üçün gedirik avtomobil çilingərinin, mühərrik ustasının və ya digər ustanın yanına ki, avtomobildə olan problem aradan qalxsın. Usta da öz növbəsində həmin nasazlığın aradan qaldırılması üçün hansısa bir detalın dəyişilməli olduğunu deyir. Həmin detalı alırıq, ustaya zəhmət haqqını veririk və o da detalı dəyişir.

"Avtomobilimiz düzəldi" deyə sevincək sükan arxasında əyləşəndə görürük ki, nəinki nasazlıq düzəlməyib, hətta avtomobildə əlavə problem də yaranıb. Ustadan bunun səbəbini soruşanda deyir ki, hələ detal təzə qoyulub, qoy yerini bərkitsin, düzələcək. Səbrimizi sıxıb bir neçə gün gözləyirik, lakin avtomobil düzəlmir ki, düzəlmir.

Sonra başlayırıq başqa, daha yaxşı ustalar və ya servislər axtarmağa. Hər dəfə başqa bir usta maşına "əl gəzdirəndən" sonra, təxminən 10 və ya 15-ci cəhddən sonra problem həll olunur. Problem həll olunana qədər isə külli miqdarda pulumuz və vaxtımız hədər olur. "Köhnə kişilər" deyirlər ki, sovet vaxtında Bakının ən yaxşı ustaları ya ruslar, ya da cuhudlar (yəhudilər) idilər. Onlar da ölkədən gedəndən sonra ümid qalıb bizim öz "mütəxəssislərimizə".

Bəs ölkəmizdə peşəkar avtomobil ustalarının olmaması probleminin kökü nədədir? öz mütəxəssislərimizin sözün əsl mənasında mütəxəssis olmaları üçün nə etmək lazımdır?

Sovetlər dönəmində Azərbaycanda və İttifaqın digər yerlərində avtomobil təmiri sahəsində fəaliyyət göstərən mütəxəssislər peşə təhsili müəssisələrində hazırlanırdılar. Lakin yaşadığımız dönəmdə peşə təhsili müəssisələri belə mütəxəssislər hazırlamaq iqtidarında deyil. Peşə təhsili müəssisələrinin vəziyyəti və hazırladığı kadrların peşəkarlığı ilə bağlı məsələyə mətbuat və telekanallar dəfələrlə toxunub. Bəs indi bu mütəxəssislər nə cür hazırlanırlar? Ustaların nəzəri və təcrübi bilikləri hansı səviyyədədir? Bu sahədə inkişaf etmiş ölkələrdə hansı üsullardan istifadə edilir? Qeyd olunan məsələləri araşdırmağa çalışacağıq.

Şəhərimizdə fəaliyyət göstərən texniki servis mərkəzlərindən birinin texniki məsləhətçisi Elçin Abbasov deyir ki, inkişaf etmiş ölkələrdə ustaların peşə təhsili sistemi var. Avtomobillərə texniki xidmət göstərən heyətin belə məktəbləri bitirməsi vacib şərtdir. E.Abbasovun sözlərinə görə, peşə təhsillərini bitirdikdən sonra ustalar müsabiqə əsasında müəyyən şirkətlərdə işə başlayırlar. Ustalar işə başladıqdan sonra həmin şirkətin özünün istehsal etdiyi texnika ilə bağlı ətraflı bilgilər almaq üçün treninqlər keçirilir:

"Misal üçün, Türkiyədə servis şirkətlərində xüsusi tədris bölmələri fəaliyyət göstərir. Həmin bölmələrin təşkilatçılığı ilə ustalar müəyyən kurslar keçdikdən sonra bürünc, gümüş və sonda qızıl sertifikatlar alırlar. Ustaların sertifikatlarının səviyyəsinə uyğun olaraq servisin də səviyyəsi müəyyən olunur".

E.Abbasovun sözlərinə görə, bir sıra ölkələrdə "Qızıl servis" adı daşıyan servislərdə 5 nəfər qızıl sertifikatlı texniki işçi, 4 nəfər gümüş sertifikatlı texniki işçi, bundan bir qədər az da bürünc sertifikatlı texniki işçi olmalıdır.

E.Abbasov deyir ki, özünün də fəaliyyət göstərdiyi texniki servis mərkəzində hazırda ustaların əksəriyyəti ali təhsillidir. Bu vəziyyəti E.Abbasov onunla əsaslandırır ki, texniki peşə məktəbini bitirən adamın bilik səviyyəsi heç bir peşə təhsili olmayan adamın bilik səviyyəsindən heç nə ilə fərqlənmir:

"Texniki peşə məktəblərində verilən bilik müasir standartlara cavab vermir. Ən yaxşı halda, həmin məktəblərdə 60-cı illərdə istehsal olunmuş avtomobillər haqqında bilgi verilir. Həmin bilgilər də müasir avtomobillərlə işləmək üçün kifayət etmir".

Xarici ölkələrdə ustaların baza təhsilinin olması ilə yanaşı, digər kriteriyalar da tətbiq olunur. Belə ki, qızıl sertifikat almış usta mütəmadi kurslara getməsə, onun səviyyəsi bir pillə aşağı düşür. çünki texnologiya sürətlə inkişaf edir, avtomobillər tez-tez dəyişilir. Buna görə də yeni biliklər əldə etmək lazımdır.

Azərbaycan Texniki Universitetinin (AzTU) avtonəqliyyat vasitələri kafedrasının müdiri, texnika elmləri namizədi Sülhəddin Gözəlov hesab edir ki, Azərbaycanda avtomobillərə texniki xidmət göstərən mütəxəssislərin bilik səviyyəsinin aşağı olmasının səbəbi elmin sürətlə inkişaf etməsi və bu inkişafa uyğun olaraq da ölkəmizdə avtomobil parkının sürətlə dəyişməsidir. Belə ki, 10 il bundan öncə Azərbaycandakı avtomobil parkının əksər hissəsini bəsit konstruksiyalı Rusiya istehsalı olan avtomobillər təşkil edirdisə, bugünkü avtomobil parkı əsasən mürəkkəb və daha mükəmməl konstruksiyalı avtomobillərdən ibarətdir:

"Sovetlər dönəmində və ondan sonrakı dövrlərdə Rusiyada və postsovet məkanında istehsal olunan avtomobillərin konstruksiyası olduqca bəsitdir. Azərbaycanda fəaliyyət göstərən ustalar da əsasən həmin konstruksiyalı avtomobillərin texniki göstəricilərini bilirlər. O sahəyə yönəlik formalaşmış mütəxəssislərdir, amma son dövrlərdə, yəni son 10 il ərzidə respublikada avtomobil parkının həm say, həm də keyfiyyət baxımından ciddi şəkildə dəyişməsi, daha çox Avropa və Şərqi Asiya istehsalı olan avtomobillərin Azərbaycana gətirilməsi həmin konstruksiyalı avtomobil mütəxəssislərinin çatışmazlığı problemini yaradıb".

S.Gözəlov deyir ki, Avropa, Amerika və Şərqi Asiya istehsalı olan avtomobillər ciddi şəkildə MDB məkanında istehsal olunan avtomobillərdən fərqlənir. Bu fərq həm elektron təchizatında, həm də konstruksiyanın özünün təkmilləşdirilməsində özünü göstərir. Bu cür təkmilləşdirilmiş və mürəkkəb konstruksiyalı avtomobillərin külli miqdarda Azərbaycana gətirilməsi bizim mütəxəssislər üçün - çilingərlər, elektrik ustaları və digər ustalar üçün problem yaradır.

S.Gözəlovun sözlərinə görə, bu problemi qonşu ölkələrin təcrübəsindən istifadə edərək həll etmək mümkündür:

"Bizə qonşu olan ölkələrin bir çoxunda mütəxəssisləri qrup şəklində avtomobil istehsalı zavodlarında tədris kursları keçməyə göndərməklə bu problemi həll edirlər. Kurslarda ustalar qəliz konstruksiyalı avtomobillərin bütün texniki göstəricilərini öyrənirlər və beləliklə ölkədə kadr çatışmazlığı ilə bağlı məsələlər qaydasına düşür".

AzTU-nun kaferda müdiri deyir ki, avtomobil istehsalı ilə məşğul olan şirkətlərin özlərinin də akademiyaları var və həmin akademiyaların mütəxəssisləri öz avtomobillərinin çox istismar olunduğu ölkələrdə kurslar təşkil edir və yerli kadrlar hazırlayırlar. S.Gözəlov hesab edir ki, hər il avtomobillərin konstruksiyalarında dəyişikliklər olunduğuna və yeni texnologiyalar tətbiq olunduğuna görə ən peşəkar ustanın da yeni istehsal olunmuş avtomobildən xəbərsiz olması mümkündür.

"Buna görə də avtomobillərin təkmilləşməsinə uyğun olaraq kadrların da təkmilləşdirilməsi prosesi getməlidir. Kurslar daimi həyata keçirilməli və sistemli xarakter daşımalıdır".

Onun sözlərinə görə, bu sahədə Azərbaycanda da artıq addımlar atılır, kadrların təkmilləşdirilməsi sahəsində işlər gedir. Bu işlər Azərbaycanda rəsmi distribütoru olan böyük avtomobil istehsalı şirkətləri tərəfindən aparılır, amma bu hələ ürəkaçan səviyyədə deyil.

"çünki Azərbaycanda avtomobil parkının dəyişməsi prosesi ilə kadrların təkmilləşməsi prosesi bir-birinə adekvat deyil".

S.Gözəlov Azərbacanda avtomobillərə texniki xidmətin göstərilməsi ilə bağlı xüsusi standartın da tətbiq olunduğunu deyir. Onun sözlərinə görə, 2007-ci ildə AzTU tərəfindən "Avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən istehsalat sahələri haqqında" standart hazırlanıb. Həmin standart Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunub.

Lakin bu standartı hələ ki, Azərbaycanda tam şəkildə tətbiq etmək mümkün deyil. çünki Azərbaycanda əhalinin əksər hissəsi hələ də Rusiya və MDB ölkələrində istehsal olunan avtomobillərdən istifadə edir, bu avtomobillər vasitəsi ilə öz nəqliyyat tələbatlarını ödəyirlər. Həmin avtomobilləri isə müasir texniki xidmət mərkəzlərində yox, fərdi şəkildə fəaliyyət göstərən kiçik sexlərdə və şöbələrdə təmir etdirirlər. Standartın tam şəkildə tətbiq olunması həmin xırda sexlərin bağlanmasına səbəb olar. Bu da ciddi sosial gərginliyin yaranmasına gətirib çıxara bilər. Məhz buna görə də həmin standart yeni yaradılan servis mərkəzlərinə tətbiq olunur.

"Bu standartın bütün ölkəyə tətbiq olunması zamanla bağlı məsələdir. Müqayisə üçün demək olar ki, 10 il öncə Azərbaycanda böyük avtomobil brendlərinin servis mərkəzləri yox idi. Bu gün isə vəziyyət dəyişib və servis şəbəkəsi kifayət qədər artıb. Bu proses daha da dərinləşdikcə bəsit avadanlıqlarla, peşəkarlıq səviyyəsi aşağı olan ustalarla fəaliyyət göstərən xırda sexlər tədricən sıradan çıxacaq. Avtomobil parkı tədricən dəyişdiyi kimi, həmin proses də tədricən getməlidir. Kiçik sexlər böyük servis mərkəzləri ilə rəqabətə tab gətirə bilməyəcək və sıradan çıxacaq".

Mövzu ilə bağlı söhbət etdiyim ustaların əksəriyyəti deyir ki, bilikləri əsasən Rusiya istehsalı olan avtomobillər üzərində formalaşıb. Fariz adlı cavan çilingər deyir ki, peşə fəaliyyətinə başlamaq üçün heç bir məktəb oxumayıb. Orta məktəbi bitirdikdən sonra bir neçə ay digər ustanın yanında şagirdlik edib və sonra özünün sexini açıb. Usta Farizin sözlərinə görə, onun digər usta yoldaşları da heç yerdə təhsil almayıblar: "Elə hamımız bir müddət başqa ustaların yanında öyrənirik, sonra da belə işləyirik".

O, yeniləşən avtomobillərlə bağlı bilik səviyyəsini artırmağa marağının olmadığını deyir. Fariz hesab edir ki, bütün avtomobillərin iş prinsipi eynidir, sadəcə, xırda konstruksiya dəyişiklikləri var. Ona görə də Rusiya istehsalı olan avtomobilin konstruksiyasını bilən usta Almaniya və digər ölkələrin istehsalı olan avtomobillərin də konstruksiyalarından asanlıqla baş açır.

Ustaya "Heç nəzəri biliklərini artırmaq üçün kitablar oxuyursanmı?" sualını veririk, o isə öz növbəsində maraqlı cavab verir: "Bilirsiniz, evdə çoxlu kitablarım var, ancaq heç vaxt o kitabların üzünü açmamışam. Hamısı rus dilindədir deyə oxuya bilmirəm".

Danışdığımız digər ustalar da təxminən eyni cavabları verdilər.

Belə məlum olur ki, Azərbaycanda da texniki xidmət göstərən şəxslərin və müəssisələrin sertifikatlaşması tələb olunur. Azərbaycanda başqa ölkələrdəki kimi standartlar tətbiq olunarsa, o zaman bəlkə vətəndaşların canı səriştəsiz ustalardan qurtara bildi.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 30 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 96 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 120 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 54 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
        • Confused
      • 452 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...