Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Disput.az Nə Vaxt Əl Cəkəcək Rus Dilindən?

Recommended Posts

Caledonia məndən 1 dənə jirni plyus ))))

O "samballı"  mövzuları açanlar hamısı postsovet məkanının qeyri azərbaycanlılarıdır ? Yoxsa rusdilli azərbaycanlılardır ?  Həmin adamlar belə "samballı"   mövzualrdan burada da aça bilər .   Heç olmasa ana dilinin inkişafı naminə.   İstəmirlərsə heç olmasa susun , belə də  həyasızlıq hələ görməmişəm ...  Sonra da milləti  ermənilərlə , pribaltlarla və s . ilə müqayisə edirlər.  Onlarda , sadəcə bu qədər bivec eşşəklər yoxdur !!!!!!!!!!!!!!!

Sizin ana dilinə görə narahatlığınızı tam anlayıram və bölüşürəm. İnanın ki, Caledonia heç də sizdən az narahat olmur.

Bəli, düz deyirsiniz, Azərbaycanca da samballı mövzular açmaq və müzakirələr aparmaq zəruridir. Amma mən burada gördüyüm qədərincə, təəssüflər olsun ki, burada Azərbaycanca açılan mövzular böyük marağa səbəb olmur, yəni mövzularda iştirakçı aktivliyi müşahidə olunmur. Niyə deyə soruşsanız, mən bilmirəm. Fikrimi daha konkret deyim - azərbaycan dilli istifadəçilərin ciddi mövzularda aktivliyinin niyə aşağı olmasının səbəbi mənə məlum deyil.

Bir də ki, hörmətli Sunyata, mən sizinlə bir neçə dəfə bəzi mövzularda qarşılaşmışam və sizi mədəni və savadlı bir istifadəçi kimi tanımışam. Məncə sizə bu cür kobud ifadələr işlətmək yaraşmaz, illah da xanıma qarşı. Sizi danlamaq və ya ağıl öyrətmək məqsədilə demirəm, əsla! Sadəcə öz fikrimi bildirdim. İnanıram ki məni düzgün anlayacaqsınız.

Link to comment
Share on other sites

  • Replies 364
  • Created
  • Last Reply

Top Posters In This Topic

2010-cu ildən burdayam.Lazımi qədər oxumuşam mövzuları.Niyə onda azforumun vəziyyəti belədi? Kim mane olur inkişafa?

Nə qədər ki səhvi onda-bunda axtaradcaqsınız o qədər də vəziyyət dəyişməz olaraq qaladcaq.

Düzgün fikir deyil. Rus bölməsində yazanlar arasında da kifayət qədər mənasız, mövzuya aid olmayan tikanlı, atmacalı yazanlar var. Burda ikili baxış var. O tərəf, bu tərəf - özgə, özününki.. 

Link to comment
Share on other sites

2010-cu ildən burdayam.Lazımi qədər oxumuşam mövzuları.Niyə onda azforumun vəziyyəti belədi? Kim mane olur inkişafa?

Nə qədər ki səhvi onda-bunda axtaradcaqsınız o qədər də vəziyyət dəyişməz olaraq qaladcaq.

Cavab çox çətindir- nə qədər səbəblər saymaq olar. Burda azəricə yazanlar qonşu bölmədə rus dilində yazirlar, çoxsu fikrini tamamlamağa hövsələsi çatmır sozünün yarısını rus dilində yazır, fikirlərini izah etmək rus dilində rahatdır, özlərinə sığışdırmayanlar da var, ümumiyyətlə az. dilində danışanlardan - yazanlardan uzaq olmaq istəyənlər də var, yuxarıdan "aşağıya" baxanlar da var.. nə isə siyahını artırmaq olar.. Bu real həyatda da belədir. Əlbəttə ki, geniş auditoriyaya üz tutanlar da çoxdur..

Rusdillilere olan qeribe nifrət var burda)))) Və yenə də günah maralı mövzu tapa bilməyən intellektual söhbətlər etmək bacarığına malik olmayan yuzerlərdə yox bura girməyən və ya girmək istəməyənlərədədir))))

O biri səhifədə yazdım səbəblərin birini.Səviyyəsiz yuzer.Nə qədər belə şeylər oladcaq o qədər də vəziyyət bərbad olaraq qakalcaq

Link to comment
Share on other sites

 Sizi danlamaq və ya ağıl öyrətmək məqsədilə demirəm, əsla!

Hörmətli Grey Wolf   postunuzun məzmunundan  məhz bunu etdiyiniz qənaətinə gəldim. 

Caledonia xanımla anlaşmaya gəldik . ( diqqətlə postları oxuyun ! ) 

Kobudluğa görə üzr istədim . (diqqətlə oxuyun) 

İndi siz və digər rus / azərbaycan dilli və Azərbaycan forumundan qaçqın düşənlər niyə belə aktivləşdiyiniz barədə düşünün ...  Məncə ,  ona görə ki,  vicdanınız sizə  imkan vermir bu mövzudan yan keçməyə ...   İndi izah edəcəyəm niyə belə düşünürəm. 

Sizin və digər userlərin azərbaycan forumunun acınacaqlı vəziyyətindən  şikayətçiliyiniz  -  əslində özünüzə bəraət qazandırmaqdan başqa bir şey deyil.  Bəraət qazandırmaq hissi özü -özlüyündə  pis hadisə deyil .  İnsan özünə bəraət qazandırmaq istəyirsə şüuraltı olaraq özünü artıq günahkar bilir ...

İki stulda eyni vaxtda oturmaq çox çətin akrobatik tryukdur ))  Siz və digər azərbaycan forumunun səviyyəsindən narazılar , gəlin öz səviyyənizdən  bizim milli forumumuza pay verin , yardım edin , səviyyəni qaldıraq !     Debillər hər yerdə var və olacaq. Onlara fikir verməyin ! 

Bunu da etmək istəmirsinizsə onda susun .  Baxın , indi ola bilər sərt danışıram , amma nəyi düz demirəm ? Ya gəlin köməkləşib bir şey quraq. Ya da quranlara mane olmayın da ... Məntiq var ? Amma, sizin kimi patriotların danışığında məntiq görmürəm ((

Link to comment
Share on other sites

Coxdandir buralar gelmirdim..vaxt var idi burada cox savadli, medeni, dunyagormus istirakcilar var idi..men de bura hevesle gelib gedirdim..bu forumu bu hala qoyan bilirsiniz ne oldu?Moderatorsuzluq,daha doghrusu Paradise-bird kimi bele deyek ureyiyumsaq bir insanin moderator olmasi ve intim bolmesinin acilmasi..

Paradise_bird xanim bir nece defe qayda qanun yaratmaq istedi, amma hamiya qarsi eyni cur qala bilmedi..zaman zaman tanislarina ve xanimlara hormet etdi..baghisladi onlarin aciq aydin kobudlughunu..sexsen mene qarsi da muxtelif cur oldu..gah meni qaydalari pozdughuma baxmayaraq cezalandirmadi gah da hec neden meni forumdan 10-15 gunluk qovdu..

Sunyata nikli yuzerin bu qeder savadli ve mentiqli oldugunu bilmirdim..ve din bolmesinde cox olmadigim ucun ele de tanislighim yoxdur..ona gore onun butun postlari ile razilasib + qoydum..Dilimize bu qeder hormeti ucun halal olsun..

Bir milleti mehv etmek isteyirsinizse onun dilini elinden almaq kifayetdir..

Link to comment
Share on other sites

Hörmətli Grey Wolf   postunuzun məzmunundan  məhz bunu etdiyiniz qənaətinə gəldim. 

Caledonia xanımla anlaşmaya gəldik . ( diqqətlə postları oxuyun ! ) 

Kobudluğa görə üzr istədim . (diqqətlə oxuyun) 

İndi siz və digər rus / azərbaycan dilli və Azərbaycan forumundan qaçqın düşənlər niyə belə aktivləşdiyiniz barədə düşünün ...  Məncə ,  ona görə ki,  vicdanınız sizə  imkan vermir bu mövzudan yan keçməyə ...   İndi izah edəcəyəm niyə belə düşünürəm. 

Sizin və digər userlərin azərbaycan forumunun acınacaqlı vəziyyətindən  şikayətçiliyiniz  -  əslində özünüzə bəraət qazandırmaqdan başqa bir şey deyil.  Bəraət qazandırmaq hissi özü -özlüyündə  pis hadisə deyil .  İnsan özünə bəraət qazandırmaq istəyirsə şüuraltı olaraq özünü artıq günahkar bilir ...

İki stulda eyni vaxtda oturmaq çox çətin akrobatik tryukdur ))  Siz və digər azərbaycan forumunun səviyyəsindən narazılar , gəlin öz səviyyənizdən  bizim milli forumumuza pay verin , yardım edin , səviyyəni qaldıraq !     Debillər hər yerdə var və olacaq. Onlara fikir verməyin ! 

Bunu da etmək istəmirsinizsə onda susun .  Baxın , indi ola bilər sərt danışıram , amma nəyi düz demirəm ? Ya gəlin köməkləşib bir şey quraq. Ya da quranlara mane olmayın da ... Məntiq var ? Amma, sizin kimi patriotların danışığında məntiq görmürəm ((

Yox, siz nahaqq bele qenaete gelirsiniz. men ona göre de vurğuladım ki esla bele bir fikrim olmayiıb ve bunu bir daha tekrar edirem.

Anlaşmaya gelmeniz çox gözel. Sadece bu sözleri sizin postda oxuyub teeccübümü gizlede bilmedim.

Şexsen men heç yerden qaçqın düşmemişem. Daha evvelki sehifelere baxsanız görersiniz ki men evveller de bu mövzuda fikir yazmışam.

Menim vicdanımı narahat eden bir işim yoxdur ki, özüme beraet qazandırmağa çalışım. Eger siz bu sözleri kimlerese ünvanlayırsınızsa, bununçün mene xitab etmek heç de vacib deyildi, ümumi şekilde yaza bilerdiniz.

Debillerin her yerde olması ile tam razıyam ve men de seviyyeli istifadeçileri onlara fikir vermemeye çağırıram.

Sizin menim şexsen patriotluğuma şübhe etmeye heç bir esasınız yoxdur. Eynile menim de sizin.

O ki qaldı birlikde ne ise etmeye, men aktiv mövzu açan istifadeçilerden deyilem, men adeten maraqlı mövzularda iştirak edir ve öz fikrimi memnuniyyetle ve açıq bildirirem.

Sözlerim deyesen biraz sizi esebleşdirdi, amma bilmirem niye. Eslinde biz eyni şeyden danışıq.

Link to comment
Share on other sites

Hörmətli Grey Wolf  , yaxşı , gəlin konkret işlərdən danışaq . 

Baxın , yazırsınız  -  

O ki qaldı birlikde ne ise etmeye, men aktiv mövzu açan istifadeçilerden deyilem, men adeten maraqlı mövzularda iştirak edir ve öz fikrimi memnuniyyetle ve açıq bildirirem

Bəs mövzualrı siz açmayın , mən açmayım -  haradan gəlməlidir maraqlı mövzu ? Göydən vəhy kimi gəlməlidir ?  Mövzusuz forumu necə təsəvvür edirsiniz ?  

Uzun müddət maraqlı mövzu olmayanda da onların yerini  "maraqsız"   mövzular tutur.  Sonra da "maraqsız"  mövzulara "maraqsız və savadsız" userlər postlar yazır . Sonra da siz gəlib deyirsiniz ki, axı niyə bu belədir ?  Bu nə səviyyədir ?  Və s.  Kafkanın absurd süjetlərini xatırladan bir dövrilik ))

Link to comment
Share on other sites

Hörmətli Grey Wolf  , yaxşı , gəlin konkret işlərdən danışaq . 

Baxın , yazırsınız  -  

Bəs mövzualrı siz açmayın , mən açmayım -  haradan gəlməlidir maraqlı mövzu ? Göydən vəhy kimi gəlməlidir ?  Mövzusuz forumu necə təsəvvür edirsiniz ?  

Uzun müddət maraqlı mövzu olmayanda da onların yerini  "maraqsız"   mövzular tutur.  Sonra da "maraqsız"  mövzulara "maraqsız və savadsız" userlər postlar yazır . Sonra da siz gəlib deyirsiniz ki, axı niyə bu belədir ?  Bu nə səviyyədir ?  Və s.  Kafkanın absurd süjetlərini xatırladan bir dövrilik ))

Heç necə. Aktual və maraqlı mövzuların açılması məsuliyyəti hər kəsin üzərinə qismən düşür, razıyam.

Demək çalışmalıyıq bu vəziyyəti düzəldək. ))

Link to comment
Share on other sites

Heç necə. Aktual və maraqlı mövzuların açılması məsuliyyəti hər kəsin üzərinə qismən düşür, razıyam.

Demək çalışmalıyıq bu vəziyyəti düzəldək. ))

Əla ! Deməli , sizinlə də anlaşmaya gəldik ))  Çalışmalıyıq bu vəziyyəti düzəldək -  ən düzgün məntiqi nəticə ! 

Postumun  bu hissəsini sizə şəxsən xitab   kimi anlamayın. Baxın , çoxumuzda istehlakçı mövqeyi mövcuddur ( hətta özümüzə münasibətdə belə )) )  .  Foruma da münasibət qismən istehlakçı ola bilər , burada qəbahətli bir şey  görmürəm. 

Amma , diqqət edin , niyə görə hazırda rus bölməsi dəfələrlə böyük , geniş və maraqlıdır ?  Məncə ona görə ki, kimlərsə bu forumun yaradilışından ona istehlakçı kimi yox yaradıcı mövqedən yanaşıb.  Yəni, başqa sözlə bu gün rus bölməsində istehlakçı kimi ( yenə deyirəm bunu normal hesab edirəm )  iştirak edənlər müəyyən mənada bu forumu inkişaf etdirən maraqlı və savadlı userlərə borcludur.  Onlar olmasaydı forum bu qədər genişlənə bilməzdi . Razısınızmı ? Eyni hadisə Azərbaycan bölməsində də təbii olaraq baş verməlidir.  Bunu da biz hamılıqla etməliyik ! 

Link to comment
Share on other sites

Moderator kim olursa olsun.İlk növbədə Az.forumda qaydalar qoysun.Alqi-satqi ilə bağli elanlari Az.forum əsas səhifəsindən və Qadinlar forumundan ayirsin.Yoxsa foruma girirsən kimsə nə isə satir, kimsə nə isə alir.Elə bil bazardasan.İntim forum.Bu foruma girəndə mən lap xəcalət çəkirəm.Hər yerindən duran qeydiyyatdan keçib,ilk postundan burda ağlina nə gəldi,səviyyəsiz mövzu aça bilir.Buna qadağa qoyulsun ki,intim forumda normal müzakirə getsin əttökənski olmasin.

Və nəhayət.Ən əsasi.Forumun inkişafini istəyiriksə ,gərək yeni bölmələr açilsin.Və hər bölmənində öz drujinniki olsun.Bütün bir forumu bir maderatorun üstünə qoymaq düz deyil.Çünkü bir maderator bütün foruma və bölmələrinə nəzarət edə bilmədiyindən forumda xaos yaranir.Nəticədə naraziliq yaranir.

Link to comment
Share on other sites

Məni də həmişə bu ətrafda mövzu düşündürür. Ona görə də öz səmimi fikirlərimi yazacam, necə var elə. 2010-cu ildən burda qeydiyyatdan keçmişəm, hələ ondan da nə qədər qabaq disputa sadəcə oxucu olmuşam. Mən həmişə bu forumun rusdilli hissəsində oluram. Özüm də azsektoru bitirmişəm. Rus dilini çox yaxsi basa düşürəm, amma bilirəm ki, rusca yazsam səhvlərim əlbəttə ki olacaq, ola bilsin kimsə üzümə belə vuracaq, utanacam, ona görə çox az postum var, onların da 90% i rus bölməsində yazdigim az. dilində olan postlarımdı. Sözümün canı nədir, mən baxıram ki, mənim düşüncələrimə uyğun müzakirələr rusdilli hissədə gedir, çox istərdim ki, rusca yaxsi bilim və rusdilli forumda müzakirələrdə aktiv iştirak edim, amma bilmirəm, azdilli hissəyə girirəm görürəm ki orda elə şəkildə müzakirələr gedir girib oxumaq istəmirsən. Qısası mənə uyğunu ya rus dilli userlerlə az. dilində müzakirə aparmaq ya da rus dilini təmiz öyrənib rus bölməsinə girməkdir. Müzakirələr ancaq o hissədə xoşuma gəlir, mənim üçün şəxsən ora daha maraqlıdır, daha xeyirlidir, eyni mövzunu həm orda həm burda açsaq tamam basqa istiqamətlərə şaxələnəcək. Ona gorə də mən arada qalmışam nə orda yaza blirəm nə də burda. Amma onu bilirəm ki, bu forumun rus bölməsi bağlansa mənim üçün buranın əhəmiyyəti qalmaz. Ona görə də düşünürəm ki, problemin həllini disputu rus dlindən təcrid etməkdə axtarmaq lazım deyil. Heç kim forumun az dilli hissəsinin çiçəklənməsinə mane olmur. Bəs niyə inkişaf etmir? Mən disputun bu iki bölməsini eyni torpaqlara əkilmiş müxtəlif ağaclara bənzədirəm, biri inkişaf edir, çiçək açır meyvə gətirir, o birisi nə etsən də istənilən nəticə yoxdur. Niyəsini özünüz düşünün.

Link to comment
Share on other sites

Moderator kim olursa olsun.İlk növbədə Az.forumda qaydalar qoysun.Alqi-satqi ilə bağli elanlari Az.forum əsas səhifəsindən və Qadinlar forumundan ayirsin.Yoxsa foruma girirsən kimsə nə isə satir, kimsə nə isə alir.Elə bil bazardasan.İntim forum.Bu foruma girəndə mən lap xəcalət çəkirəm.Hər yerindən duran qeydiyyatdan keçib,ilk postundan burda ağlina nə gəldi,səviyyəsiz mövzu aça bilir.Buna qadağa qoyulsun ki,intim forumda normal müzakirə getsin əttökənski olmasin.

Və nəhayət.Ən əsasi.Forumun inkişafini istəyiriksə ,gərək yeni bölmələr açilsin.Və hər bölmənində öz drujinniki olsun.Bütün bir forumu bir maderatorun üstünə qoymaq düz deyil.Çünkü bir maderator bütün foruma və bölmələrinə nəzarət edə bilmədiyindən forumda xaos yaranir.Nəticədə naraziliq yaranir.

tamamile raziyam..her bir bolme uzre drujinnik ve ya moderatorlar teyin olunmalidir ve hemin mesuliyyetli, selahiyyetli sexsler oz bolmesinin inkisafi ucun yeni movzular acib oz bolmesinin qayda-qanununa riayet etmelidir..

Link to comment
Share on other sites

tamamile raziyam..her bir bolme uzre drujinnik ve ya moderatorlar teyin olunmalidir ve hemin mesuliyyetli, selahiyyetli sexsler oz bolmesinin inkisafi ucun yeni movzular acib oz bolmesinin qayda-qanununa riayet etmelidir..

Bəli.Belədə olmalidir.Kobudluq edən yuzerləri,normol müzakirənin gedişinə mane olanlari hər bölmənin öz drujinniki cəzalandirmalidir.Hərə də öz bölməsinin inkişafi üçün çalişib yeni mövzular açmaladir ki,bölüm gündəmdən düşməsin.

Link to comment
Share on other sites

Əla ! Deməli , sizinlə də anlaşmaya gəldik ))  Çalışmalıyıq bu vəziyyəti düzəldək -  ən düzgün məntiqi nəticə ! 

Postumun  bu hissəsini sizə şəxsən xitab   kimi anlamayın. Baxın , çoxumuzda istehlakçı mövqeyi mövcuddur ( hətta özümüzə münasibətdə belə )) )  .  Foruma da münasibət qismən istehlakçı ola bilər , burada qəbahətli bir şey  görmürəm. 

Amma , diqqət edin , niyə görə hazırda rus bölməsi dəfələrlə böyük , geniş və maraqlıdır ?  Məncə ona görə ki, kimlərsə bu forumun yaradilışından ona istehlakçı kimi yox yaradıcı mövqedən yanaşıb.  Yəni, başqa sözlə bu gün rus bölməsində istehlakçı kimi ( yenə deyirəm bunu normal hesab edirəm )  iştirak edənlər müəyyən mənada bu forumu inkişaf etdirən maraqlı və savadlı userlərə borcludur.  Onlar olmasaydı forum bu qədər genişlənə bilməzdi . Razısınızmı ? Eyni hadisə Azərbaycan bölməsində də təbii olaraq baş verməlidir.  Bunu da biz hamılıqla etməliyik ! 

O zaman sual yaranır, bəs o maraqlı və savadlı yuzerlər azəri bölməsində niyə yoxdur və ya azdır? Digər tərəfdən, demək istəyirsiniz ki, rus bölməsində olan yuzerləri oraya konkret kimsə cəlb edib? inanmıram. onlar özləri maraq göstəriblər və üzv olublar. Bəs elə isə azəricə forumda niyə bu müşahidə olunmur?

LadyLayla, sizin də bu barədə düşünməniz, artıq özlüyündə müsbət haldır. Demək ki, bu məsələdən narahat olanlar yetərincədir. Biz də elə bunun səbəbini müzakirə edərək belə bir obyektiv qənaətə gəldik ki, hər birimiz gücümüz çatan qədər öz töhvəmizi versək, bu vəziyyəti düzəldə bilərik. Məncə siz də bu barədə düşünə bilərsiniz.

Rus dilini bilmək məsələsinə gəlincə. Mən anladığım qədər, siz azərbaycanlısınız. Demək rus dili sizinçün xarici dildir. Xarici dili zəif bilmək və ya o dildə səhvə yol vermək qəbahət deyil. Siz rus dilini mükəmməl bilməyə borclu deyilsiniz. Siz (və təkcə siz yox, hər kəs öz) ana dilini mükəmməl bilməyə borcludur.

Link to comment
Share on other sites

 Mən disputun bu iki bölməsini eyni torpaqlara əkilmiş müxtəlif ağaclara bənzədirəm, biri inkişaf edir, çiçək açır meyvə gətirir, o birisi nə etsən də istənilən nəticə yoxdur. Niyəsini özünüz düşünün.

Səmimi fikirlərinizə görə təşəkkürlər .    

Qoyduğunuz suala  isə belə cavab verərdim :   Eyni torpağa  müxtəlif vaxtlarda ( fərq illərlə ölçülür )  əkilmiş ağacların arasında sizcə fərq olmalı deyil.  Xüsusilə də , sizin də həmçinin   -  ağaclardan artıq bəhrə verəninə qulluq  etməyiniz nəticəsində digər ağac nəinki bəhrə verməz , hətta çürüyüb gedə bilər.  İndi sual ortaya çıxır :  Əgər ağacın yalnız bəhrəsini dadmaq istəyirsinizsə , nuş olsun ))  rus bölməsindəki ağac - super ağacdır : Eyni ağac müxtəlif dadlı meyvələr verir )) 

Amma , mən sizin özünüzün düşünməyinizi xahiş edirəm :  ikinci ağac hələlik qulluq tələb edir , bəhrəsi sonralar olacaq , gəlin siz də qulluq edin ağacımızı lazımınca böyüdək )) 

Link to comment
Share on other sites

O zaman sual yaranır, bəs o maraqlı və savadlı yuzerlər azəri bölməsində niyə yoxdur və ya azdır? Digər tərəfdən, demək istəyirsiniz ki, rus bölməsində olan yuzerləri oraya konkret kimsə cəlb edib? inanmıram. onlar özləri maraq göstəriblər və üzv olublar. Bəs elə isə azəricə forumda niyə bu müşahidə olunmur?

Cavabı qismən saytın rəhbərliyinin  azərbaycan bölməsinə olan etinasızlığında görürəm.   Saytın rəhbərliyi  , əlbəttə əmr formasında yox , amma öz nüfuzundan istifadə edərək heç olmasa administrasiyasına müraciət edib onları vaxtaşırı azərbaycan forumuna "baş çəkmək"  xahişi edə bilər .  Mən başa düşə bilmirəm . Axı bu forumun azərbaycan hissəsi də onların "malı"dır . Heç olmasa komersiya xatirinə  bu bölməni inkişaf etdirməlidilər .

Sonra , unutmayın ki ,  rus dilli azərbaycanlıların  rus dilli olaraq qalması  suveren , mədəni  ( inkişaf etmiş )  ölkə və xalq üçün mənfi haldır.  ( heç kim inciməsin , bunu şəxsi hücüm kimi qəbul etməiyin və rus dilini bilməyin yalnız tərəfdarıyam lakin ana dilinin hesabına yox ) Niyə bunu açıq şəkildə heç kim demir ?  Təsəvvür edin ki,  ruslar öz aralarında tatarca danışır , nəinki danışır hətta bununla fəxr də edirlər .  Halbuki , azərbaycan Rusiyanın təsirinə  , tatarların ruslara olan təsirindən az məruz qalıb ( heç olmasa zaman mənasında ) .  İndi absurd odur ki, öz ölkəndə öz ana dilində danışmaq və yazmaq  çöx çətin izah olunan "problemə"  çevrilib . Bu normal vəziyyətdə aksiom olmalıdır.   

Mənim təklifim odur ki, gəlin günhakar və dərin səbəb axtarmaqdansa , sadəcə , öz dilimizdə forumumuza bacardığımız qədər , imkan daxilində yardım edək və inkişaf etdirək . Belə başa düşdüm ki, sizin və digər userlər kimi bunu başa düşənlər çoxdur . Ümidvaram ki, hamılıqla bir iki il burada aktiv olsaq , mütləq nəticəsini görəcəyik !

Link to comment
Share on other sites

Sunyatanın forumda əməyi böyükdür. O olduqca zəhmətkeş və xalqını sevən bir insandır və burda da sübüt edir bunu. Onun yerində kim olsa çoxdan bezib hər şeyə tüpürüb üz çevirərdi. Bıçağın sümüyə dirənmə məsəli var. Belə vəziyyətdə insan hər şeyə əl atır. Əsəbləşib adam öldürənlər də olur..

Əgər Caledoniya xanım fikirləşdiyi kimi  bu bölməyə yıgışanlar “qıjı”dırlar- çox əbəs yerə, bu forum üzvlərinə təhqirdir,  rus bölməsınə qıjılar yığışmır bəyəm?? Orda səviyyəsiz mənasız söhbətlər edənlər yoxdur? Əlbəttə kifayət qədərdir. Hamı yaxşı bilir bu rusdillilər, ana dilini tam dürüst bilməyənlər nəyin hesabına gəlib rusdilli olurlar. Əlbəttə ki, o cür insanlar sonda gəlib azərbaycan dilində nəyinki yazmağı, müzakirə aparmağı hətta danışmağı belə özlərinə əskiklik bilirlər. 

...sonda xalqın dilinin, ana dilinin (əgər ana azərbaycanlıdırsa) inkişafına çalışmaq lazımdır. Nə qədər çox dil bilsən bir o qədər yaxşıdır, ancaq rus dilində danışmaq, oxuyub yazmaq heç də o demək deyil ki, mədəniyyət inkişaf edib.. 

Bax, mən ona görə buradakı userlərlə heç nə müzakirə etməkistəmirəm, adam kimi sözü yazırsan, izah edirsən, yenə də anlamır ki, sən nə demək istəyirdin. Ya da mövzunu axıradək oxumur, elə bildiyini deyir.

Mən dedim ki, bura yığışanlar qıjıdır? Bir baxın da nə yazırsınız? Bir yazmazdan əvvəl oxuyun da yazdığımı. Sonra mənə dair nəticə çıxarın. Adamın səbri çatmır bir-bir hamıya fikrini izah etməyə. Qıjı - azforumda oturan, yazan deyil, debil təfəkkürlü, davranışlı insandır. Qıjı rusda da var, azərbaycanlıda da. Sadəcə burada daha çoxdur. Rok dinlədiyinə görə sənə şeytanın qulluqçusu deyənlər, intimdə yazdın deyə sənə əxlaqsız deyənlər, forumda oturursan deyə səviyyəsiz deyənlər, ancaq axmaq-axmaq flood mövzulardan başqa heç nəyə beyin işlədə bilməyənlər, fanatizmi tənqid etdin deyə səni cəhənnəmlə qorxudanlar və s. Bunlardır qıjı, bunlardır debillər. Bunlardan rus tərəfdə də var, amma niyəsə çox azdır.

Link to comment
Share on other sites

1) translitin icaze olunmasi... boyumush nesil ə ö ü istifade etmeyi sevmir

2) DNOT-un esas muzakireleri Oxu.Az saytinin rus dilinde ki xeberlerin bazasinda movzularin acilmasi ve aktual meselelerin muzakiresidir. Oxu.Az-in esas dili azerbaycan dilidir. Azforumu canlandirmaq ucun gunde 2-3 aktual xeber-movzu acmaq olar

Editor müəllim, oxuaz nə vaxtdan aktual problemlər haqqında yazır ki? Ancaq, pardon, filankəs qızını/gəlinini zorladı, qardaş bacısını videoya çəkib youtube-a qoydu, Bagira ölməyib, Röyanın şok şəkilləri... xəbər saytıdır ki oxu.az?

İkincisi də, problem ondadır ki, aktual mövzu açılsa da, onu müzakirə edən olmayacaq. Camaat yığılır ancaq flood mövzulara.

Link to comment
Share on other sites

Sunyata azdilli forumun inkişafı üçün həddən ziyadə çalışıb və çalışır. bunu bütün userlər bilir.  digərləri isə 1-2 post aqresiya görən kimi dabanina tüpürüb qaçırlar.

Forumda mədəni userlər az deyil. qıjı adlandırdıgınız insanlar(userlər) sizlər kimi mədəniyyəti yüksək olan insanları görməlidirlər ki, düzəlmə şansları olsun. Vallah elə qıjı adam tanıyıram, ki adama "ürəyini" verər. bir -iki postuna görə usürə qıjı deyib , onu təxəyyülümüzdə müəəyən çərçivəyə salmaq mədəniyyət deyil. sən öz mərifətini çatdıra bilmirsənsə niyə yaşayırsan?

Mənə deyirsiniz "niyə yaşayırsan"?

Link to comment
Share on other sites

İkincisi də, problem ondadır ki, aktual mövzu açılsa da, onu müzakirə edən olmayacaq. Camaat yığılır ancaq flood mövzulara.

Caledonia xanım , inciməyin , sonra da deyirsiniz ki, sizi başa düşmürlər ))  Yuxarıdakı  fikrinizdən sizcə normal insan hansı qənaətə gəlməlidir ?  "aktual mövzu açılsa da , onu müzakirə edən olmayacaq" - Haradandır bu əminlik ? 

"Camaat yığılır ancaq flood mövzulara"  - rus bölməsinin  "camaatı"  qlobal ümumdünya ya lokal milli problemləri həll edir ? Onlar da o cümlədən "mırta" gəlir də ...  Deməli , bizim cammat  yalnız flood etməyə ona görə gəlir ki, azərbaycandillidir ? ( rusdillilər haqqında belə fikirləşmirsiniz )  Əgər , eyni xalqın bir hissəsi qabaqcıl və digər hissəsi geridə qalırsa , səbəbi də azərbaycandilli olmağındadırsa , deməli nə nəticəyə gəlmək olar ?  Nəticə birdir -  "doloy azərbaycan dili".  Azərbaycan dilində forumu vicdan əzabı çəkmədən bağlamaq olar .  Baxın , sizin postdan belə nəticəyə gəlmək olar.   

Əslində nə demək istəmişdinizsə... ))   Azərbaycan forumu ilə bağlı  bir optimist və ya pozitiv fikir söyləyə bilərsinizmi ?

Bir sözü xırdalayıb nə qədər nəticələrə gəldiniz... amma düz nəticələrə gəlmədiniz.

Haradandır? Təcrübədən. Gördüyümü deyirəm. "Ağıllı" mövzular açılanda ona münasibət bildirən az olur, hərə bir dəfə, bir cümlədən ibarət fikrini yazır, çəkilir. Amma flood olanda, bir adam min dəfə yazır. 10 səhifə dolur. Azforumun ümumi mövzularına bir baxın:

95% -i flood xarakterlidir.

Qalan yazdıqlarınızı da inkar edirəm, mənim sözümdən çıxan nəticələr belə olmamalı idi.

Elə rus bölməsidə indi bu gündədir smile.png

95% məsələsi isə doğru deyil . Ümumi bölməni geriyə səifələdikdə nə qədər maraqlı mövzuların pas atıb qaldığını görmək olar . 

Əslində administrasiya bizdəndə çox maraqlıdır bölmənin inkişafına .Çox "klik" çox pul deməkdir wink.png

Amma çox güclü , özüdə qonşu rəqiblə rəqabət aparmaq çətin işdir , çox çətin ..

Link to comment
Share on other sites

günah istifadəçilərin ozündədir.Maraqlı movzular açın və müzakirə edin.Sizə mane olan var.Bir dəfə müzakirə üçün bura daxil oldum.Kobudluqla üzləşdim.Mövzunu tərk etməyə hazırlaşırdım ki, hansısa ağıllı yuzer yazdı.Güclə rus forumundan qız tutmuşdum niyə qaçırtdınız?

Bu sozdən sonra özünə hörmət edən kəs burda nəsə yazar?

Niyə edək yox , edin ? 

Kobudluq , təhqir rus bölməsindədə kifayət qədər olur və deyərdimki hətda burdakındanda çox . Sadəcə olaraq orda qayda pozan cəzalandırılır gecikmədən ... Bölmədə qayda pozanlara qarşı operativ tədbir görülsə sadaladıgınız hallar miniuma enər ..

Link to comment
Share on other sites

Esas ferg istifadechilerin sayindadir. Forum, proyekt evvelden rusdilli auditoriya uchun nezerde tutulub ve mence onun ugurunun sebeblerinden biri de ele budur. Fikrimce forum Azerbaycan dilinde olsa idi,bu uguru gazana bilmezdi.

Forumun esas duzu, esas maragi fikir muxtelifliyinde, muzakirelerdedir. Bu ise Azerbaycan bolmesinde yox seviyyesindedir. Sebeb: istifadechilerin ekseriyyetinin,men deyerdim 95% nin genclerden,telebelerden ibaret olmasidir. Azsayli istisnalar olmagla,bu yashda userleri flood,laglagi,yungul temalar maraglandirir.ciddi movzularda temalar achilanda 4-5 istifadechi öz sösünü deyir, hami bir bri ile razilashir, hemrey olur ve movzu gapanib gedir. Yuxari dediyim kimi, forumu maragli eden fikir müxtelifliyidir ki, buna da bu bölmede rast gelmek olmur. Yeni yarananda ,bu seviyye var idi, amma sonradan müxtelif sebeblerden istifadecheler yoxa chixdilar ve bu bolmeni en azindan hemin seviyyeye galdirmag zennimce chetin olacag.amma mümkün olmayan shey yoxdur.

Flooda meyl edenler rusdilli bolmelerde de N gederdir, "sam durak" prinsipi ile "müzakire" aparanlar saysiz - hesabsizdir,amma on minlerle userin ichinde 50 nefer igtisadi, 100 nefer sosial meseleleri muzakire edir, 20-30 nefer dini söhbetlere goshulur ve mehz bu aktiv ,ciddi mövzularda müzakire aparanlar da, forum hagginda ümumi fikiri formalashdirir.

Link to comment
Share on other sites

Elə rus bölməsidə indi bu gündədir smile.png

95% məsələsi isə doğru deyil . Ümumi bölməni geriyə səifələdikdə nə qədər maraqlı mövzuların pas atıb qaldığını görmək olar

Əslində administrasiya bizdəndə çox maraqlıdır bölmənin inkişafına .Çox "klik" çox pul deməkdir wink.png

Amma çox güclü , özüdə qonşu rəqiblə rəqabət aparmaq çətin işdir , çox çətin ..

bir mövzu daim aktual qala bilməz ki. bir müddət aktiv müzakirə olunur və tədricən yaddan çıxır. ya da ki gərək o mpvzunu pinləsinlər ki həmişə öndə qalsın.

Link to comment
Share on other sites

bir mövzu daim aktual qala bilməz ki. bir müddət aktiv müzakirə olunur və tədricən yaddan çıxır. ya da ki gərək o mpvzunu pinləsinlər ki həmişə öndə qalsın.

Əlbətdə bu belədir , amma  eyni mövzu o biri üzdə azı 5-10 səifə getdiyi halda həmin mövzunun anoloquna bu tərəfdə uzağı 2-3 şərh yazılır .

Link to comment
Share on other sites

Əlbətdə bu belədir , amma  eyni mövzu o biri üzdə azı 5-10 səifə getdiyi halda həmin mövzunun anoloquna bu tərəfdə uzağı 2-3 şərh yazılır .

əgər siz "o biri üzdə" deyərkən rus bölməsini nəzərdə tutursunuzsa, bunun çox sadə bir izahı var. rus dilli bölmənin ziyarətçi sayı azəri dilli bölməyə nisbətən dəfələrlə çoxdur.

biz Sunyata bəylə də bu barədə danışırdıq ki, burada maraqlı mövzular açmaq olar, amma bu mövzular azəri bölməsinə kütləvi ziyarətçi cəlb edə biləcəkmi? bu sual hələki mənimçün açıq olaraq qalır.

Link to comment
Share on other sites

Esas ferg istifadechilerin sayindadir. Forum, proyekt evvelden rusdilli auditoriya uchun nezerde tutulub ve mence onun ugurunun sebeblerinden biri de ele budur. Fikrimce forum Azerbaycan dilinde olsa idi,bu uguru gazana bilmezdi.

Forumun esas duzu, esas maragi fikir muxtelifliyinde, muzakirelerdedir. Bu ise Azerbaycan bolmesinde yox seviyyesindedir. Sebeb: istifadechilerin ekseriyyetinin,men deyerdim 95% nin genclerden,telebelerden ibaret olmasidir. Azsayli istisnalar olmagla,bu yashda userleri flood,laglagi,yungul temalar maraglandirir.ciddi movzularda temalar achilanda 4-5 istifadechi öz sösünü deyir, hami bir bri ile razilashir, hemrey olur ve movzu gapanib gedir. Yuxari dediyim kimi, forumu maragli eden fikir müxtelifliyidir ki, buna da bu bölmede rast gelmek olmur. Yeni yarananda ,bu seviyye var idi, amma sonradan müxtelif sebeblerden istifadecheler yoxa chixdilar ve bu bolmeni en azindan hemin seviyyeye galdirmag zennimce chetin olacag.amma mümkün olmayan shey yoxdur.

Flooda meyl edenler rusdilli bolmelerde de N gederdir, "sam durak" prinsipi ile "müzakire" aparanlar saysiz - hesabsizdir,amma on minlerle userin ichinde 50 nefer igtisadi, 100 nefer sosial meseleleri muzakire edir, 20-30 nefer dini söhbetlere goshulur ve mehz bu aktiv ,ciddi mövzularda müzakire aparanlar da, forum hagginda ümumi fikiri formalashdirir.

bunları biz də bilirik. sizin fikirlərinizə çoxlu-çoxlu əlavələr də edə bilərəm. 

sohbət ondan gedir ki, bu userlər niyə görə dogma dilinə bigana qalmaqda davam edirlər? artıq vaxt çatmayibmı? bu həmdə dil məsələsi deyil. eyni zamanda bunlar azeri forumda yazanlara köməklik belə etmək istəmirlər. özlərini üstün görənlər də var. bu elə yaşadıgımız həyatda da belədi. SAVADLI VƏ SAVADSIZ İNSANLAR əgər azərbaycanlıdısa bir-birinə dayaq olmalıdı. 

Link to comment
Share on other sites

Disput.az Nə Vaxt Əl Cəkəcək Rus Dilindən?

Rus dilinden el cekib qardas turk dilinde gormek isteyirsiz yazilari? Cox vaxti eledi, rus dilinin eleyhine olurlar, derine gedende gorursen ki turk dilini oz dilinden ustun tuturlar, sual yaranir o halda niye rus dilinin eleyhine idiniz

Link to comment
Share on other sites

Disput.az Nə Vaxt Əl Cəkəcək Rus Dilindən?

Hər kəsin üstünlük verdiyi bir dil mövcuddur. İnsanların digər dillərdə müəyyən fikir mübadiləsi aparması çox da pis göstərici deyil. İnsan xarici dildə danışmaqla çox üstünlüklərə malik olur. Təbii ki, öz ana dilinə qarşı olan münasibəti də qoruyub saxlamalıdır. 

Link to comment
Share on other sites

Rus dilinden el cekib qardas turk dilinde gormek isteyirsiz yazilari? Cox vaxti eledi, rus dilinin eleyhine olurlar, derine gedende gorursen ki turk dilini oz dilinden ustun tuturlar, sual yaranir o halda niye rus dilinin eleyhine idiniz

Siz dərinə getməyin ))  Siz ən sadə və bəsit formada özünüzdən soruşun niyə azərbaycanlı rus dilində yazıb danışmalıdır ?  Rus dili belə müqəddəs dildirsə niyə  fransızlar, almanlar və ingilislər öz ana dili əvəzinə rusca danışmır. Yaxşı , bu əlavə dil , ikinci dil kimi olsa lap əla .Heç bir normal adam deyə bilməz  ki, niyə görə rus dilini bilirsən ?  Dəhşət odur ki, rus dili  bəzilərinə ( çoxuna ) ana dilinə çevrilib.  

Disput.az nə vaxt əl cəkəcək ya çəkmiyəcək  deyə bilmərəm , resurs sahibi özü bilər.  Mən eyni sualı rusdilli azərbaycanlılardan soruşmaq istəyirəm  :

-  Lənət şeytana , heç soruşmuram ... Quyuya su tökməklə ... ((

Link to comment
Share on other sites

men 5 dilde bilirem,az bolumunde demek olarki olmuram,rus bolumundede olsam bile hec vaxt rusca yazmadim nedeki danismadim,cunki dogma dilim rus dili,basa dusen dusur dusmeyenide oyredirem,goy onlar azeri dilini oyrensinler,

Xanım, çox sağ olun .   Mən də  türk dilini də saysaq 5 dildə danışıb  və ya fikrimi izah edə bilirəm . Doğrudur , müxtəlif dillər fərqli səviyyədədir. Amma, ana dili - ana dilidir.   Heç bir dilə pərəstişlə baxmıram , amma  insanın  milli özünüidentifikasiyası məhz dildən başlayır ( bəzi üzrlü hallardan başqa)  və yaxud  digərləri ilə yanaşı  ən vacib  ünsürlərdəndir.  Dil daşıyıcısı həm də müəyyən mədəniyyətin daşıyıcısı deməkdir. Beləliklə , rusdilli rus mədəniyyətinin daşıyıcısı , azərbaycandilli azərbaycan mədəniyyətinin daşıyıcısıdır .  Vəssalam !  

İndi deyəcəklər ki, səviyyəsiz , mədəniyyətsiz insanlar necə mədəniyyət daşıyıcılarıdır ? Bunun cavabını da əvvəlcədən verirəm :

Bu səviyyəsiz , mədəniyyətsiz insanlar öz milli mənsubiyyətlərinin kor -koranə daşıyıcılarıdır.  Onlar  öz uşaqlarına yüksək mədəniyyət ötürməsə də  fiziki  cəhətdən vacib olan aralıq zəncirlərdir. Bu mənada avara azərbaycandilli daha vacibdir nəinki "mədəni rusdilli" .

Rusdillidə zəncir qırılır.  Milli davam donur , estafet sonrakı nəslə ötürülmür. 

Link to comment
Share on other sites

sürü ile ))))

Sürü ya kütlə arasında  elə bir prinsipial fərqi yoxdur, məncə ))  Sürünü sürü instinkti xarakterizə/idarə edirsə , kütləni də kütləvi şüur ( ? )  xarakterizə/idarə edir.  Dərd onda başlayır ki, kütləvi şüurun yerini kütlə instinkti tutur ... Bax , bu vaxt artıq sürü ilə kütlənin fərqi tam itir )))

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Upvote
        • Sad
        • Like
      • 7 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
      • 8 replies
    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
      • 123 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
        • Haha
      • 15 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Haha
      • 9 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Upvote
        • Confused
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 41 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...