Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Orduda Qətliamla Bağlı Şok Təfərrüatlar. Ermənilər Mübariz İbrahimovun Qisasını Almaq Istəyiblər?


Recommended Posts

Bu gün ATMİA-nın ofisində 2011-ci ilin fevral ayının 20-də Müdafiə Nazirliyinin Göygöl rayonundakı hərbi hissədə baş verən qanlı hadisə zamanı qətlə yetirilmiş 7 əsgərin, eləcə də 2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədəki hadisə zamanı dünyasını dəyişmiş əsgərlərin, həmçinin ötən il müxtəlif səbəblərdən dünyalarını dəyişmiş əsgərlərin valideynləri mətbuat konfransı keçirdilər.

“Əgər onlar döyüşməsəydilər erməni kəşfiyyatı bir taburu qırıb gedəcəkdi”

Milaz.info portalının məlumatına görə, Göygöldəki hərbi hissədə dünyasını dəyişən əsgərlərdən birinin - Zakir Quliyev atası, “Atəşkəs Qurbanları” İctimai Birliyinin sədri Etibar Quliyev bildirdi ki, hadisə ilə bağlı məhkəmə prosesi düzgün aparılmır. Onun sözlərinə görə, hadisə baş verən zaman Hərbi Prokurorluq əməkdaşları valideynləri inandırmağa çalışblar ki, həmin hadisə barədə danışa bilməzlər, çünki dövlət sirridir, həmçinin valideynlərdən də susmalarını xahiş ediblər. “5-6 ay müddətində bizi get-gələ saldılar. Sonra işi Gəncə hərbi məhkəməsinə yönəltdilər. Məhkəmədə şahid ifadəsi var idi ki, 7 nəfər əsgəri yatan zaman 1 nəfər güllələyib. Tabur komandiri Taleh Əhədov məhkəmə ifadəsində bildirdi ki, hadisənin xarici kəşfiyyatın törətməsi mümkündür”, - deyən E.Quiyevin sözlərinə görə, bir ildir məhkəmə prosesi getməsinə baxmayaraq, valideynlərə heç bir sənəd təqdim olunmayıb: “Bizdə olan məlumata görə, əsgərlər erməni kəşfiyyatını görüblər və bu zaman döyüş başlayıb. Əgər onlar döyüşməsəydilər erməni kəşfiyyatı bir taburu qırıb gedəcəkdi”.

“Hökumət sübut etməlidir ki, əsgərlər arasında qətliam olub”

E.Quliyevin sözlərinə görə, prokurorluq orqanları cəmiyyəti aldadırlar. “Görüntü yaradırlar ki, ölüm hadisəsi ilə bağlı məhkəmə işi gedir. Hazırda Gəncədə gedən məhkəmə işi bizim marağımızda deyil, bu məhkəmə prokurorluq orqanlarının, Müdafiə Nazirliyinin marağındadır. Guya ki, kimsə rüşvət alıb, nəsə edib, bununla bağlı araşdırma aparırlar. Amma bu bizi maraqlandırmır. Biz tələb edirik ki, ölüm hadisəsinin baş verməsinin əsl səbəbləri ictimaiyyətə açıqlansın. Biz Hərbi Prokurorluq işçilərinin, Müdafiə Nazirliyinin təmsilçilərinin hadisə ilə bağlı açıqlamalarına şübhə ilə yanaşırıq. Biz övladlarımızın bir-birlərini güllələmələrinə inanmırıq. Hökumət də bunu sübut etməlidir ki, əsgərlər arasında qətliam olub. Belədirsə, bu cür hərbi xidmət mühiti yaratdıqlarına görə, hərbi birləşmə komandiri çingiz Şəfiyev daxil olmaqla rəhbərlik məsuliyyətə cəlb olunmalıdır”, - deyə o bildirdi.

“Gördüm ki, tabutdakı cəsəd mənim övladımın deyil”

Göygöldəki hərbi hissədə həlak olmuş digər əsgər - Əhməd Hüseynovun atası Əhmədəli Hüseynov hadisə zamanı baş verən bəzi faktları diqqətə çatdırdı: “Fevralın 20-si, hadisə baş verən gün hərbi hissədən mənə zəng edib bildirdilər ki, cəsədi özləri gətirəcəklər. Fevralın 21-də uşağı gətirdilər. Hərbi hissədən gələnlər bildirdilər ki, hadisə erməni kəşfiyyatının hücumu nəticəsində baş verib. Ermənilər Mübariz İbrahimovun qisasını almaq istəyiblər. Uşağı dəfn etmək istəyəndə, uşağa baxmalı olduğumu dedim. Əvvəlcə icazə vermədilər. Sonra təkid etdim və tabutu açdım. Gördüm ki, tabutdakı cəsəd mənim övladımın deyil və bunu bildirdim. Rayonun baş həkimi dedi ki, ola bilər ki, həyəcandan ağlımı itirib belə deyirəm. Dedim ki, mənim övladımın çənəsində və qıçında xalı var. Amma bu uşaqda yoxdur. Dedilər ki, ola bilər ki, öləndə xal çəkilə, dedim ki, diş forması fərqlidir, boyu da uyğun deyil. İcra nümayəndəsi dedi ki, ola bilər səhf olub,bəlkə də sənin uşağın yaşayır. Cəsədi apardılar, 22 fevral səhər tezdən hərbi komissarlıq tərəfindən zəng gəldi ki, Ağcabədi rayonuna gedim, Qardaşımla Hindarx qəsəbəsinə gəldim. UAZ maşınında tabutu göstərdilər, gördüm ki, bu uşaq mənimdir. Onu dəfn edibmişlər, amma şübhəyə görə çıxardıblar. Mənim övladımı Suanverdiyev Radvelin övladı Nurlan Suanverdiyevlə dəyişik salmışdılar”.

Onun sözlərinə görə, övladının ürək tərəfində yarası olub. “Amma yaranın çıxışı yox idi. Bu daha çox bıçaq yarasına oxşayırdı. Ekspertizanın nəticələri bu baxımdan şübhəlidir. Yazıblar ki, güllə ciynindən girib, arxasından çıxıb, amma reallıqda belə şey yox idi”, - deyə o bildirdi. Ə.Hüseynov bildirdi ki, övladının yas mərasiminə qatılmış deputat Aqil Abbası sorğu-suala tutub. “Hadisə ilə bağlı onu sorğu-sual etdim, dedi ki, dövlət sirridir, açıqlaması olacaq. Bu kimi məlumatlar mənim şübhələrimi artırırdı”, - deyə o bildirdi. Amma hadisədən 4 ay keçəndən sonra Hərbi Prokurorluğun nümayəndəsi Cəfər Cəfərov valideynləri Bakıya çağırıb və bildirib ki, “uşaqlar arasında nəsə olub”. Amma indiyə qədər hadisə ilə bağlı valideynlərə son, müfəssəl məlumat verilməyib.

“Biz məhkəmə prosesində təqsirləndirilənləri müdafiə etmək məcburiyyətində qalırıq”

Etibar Quliyev isə bildirdi ki, Hərbi Prokurorluq 7 əsgərdən əvvəlcə 4-nə cinayət işi açıb, sonradan onların dünyalarını dəyişməsini əsas gətirib işə xitam veriblər. “Bu çox ciddi yanlışlıqlardan biridir və biz bütün bu kimi addımların izahını istəyirik”, - deyə o bildirdi. Onun sözlərinə görə, valideynlər bundan sonra məhkəmə proseslərində iştirak etmək istəmirlər. “Bu məhkəmələr yanlış istiqamətdə aparılır. Təsəvvür edin ki, günahı olmayan zabitləri məhkəmə qarşısına çıxarıb ittiham edirlər. Biz bu məhkəmə prosesində təqsirləndirilənləri müdafiə etmək məcburiyyətində qalırıq. Biz istəyirik ki, məhkəmə prosesi baş vermiş hadisə üzrə aparılsın, hansısa zabitləri cəzalandırmaq və ya onlardan nəsə qeyri-qanuni tələb etmək məqsədilə yox”, - deyə E.Quliyev bildirdi. Onun sözlərinə görə, nə qədər ki, Azərbaycan Müdafiə Nazirliyinin başında Səfər Əbiyev kimi şəxs oturub, belə hadisələrin qarşısını almaq mümkün olmayacaq.

Hərbçilərin Hüquqularını Müdafiə Mərkəzinin direktoru Telman Əbilov bildirdi ki, Respublika Hərbi Prokurorluğu Səfər Əbiyevin addımlarına çoxdan qiymət versəydi, bu qırğınlar olmazdı.

“Bu, izi itirmək üçün atılmışdı”

Dünyasını dəyişmiş 7 əsgərdən biri - Naib Quliyevin anası Raziyyə Quliyeva bildirdi ki, faciə yeri ilə bağlı bir sıra məlumatlar ciddi şübhələr yaradır: “Cinayət işinin aparılması başa çatmamış hadisə yerini dağıtdılar. Əsgərlərin qaldığı sığınacağı söküblər. Məncə bu, izi itirmək üçün atılmışdı. Biz hər yerdən məlumat almağa çalışırdıq, hər bir məlumat o fikri təsdiqləyirdi ki, bu 7 əsgər bir-birini öldürə bilməzdilər. Mənim övladım hərbi xidmətdə müsbət tərəfdən fərqlənirdi. Fərqləndiyinə görə, onu manqa komandiri təyin etmişdilər. Onunla bağlı dəfələrlə təşəkkür eşitmişəm. İnanmıram ki, oğlum bu xüsusiyyətləri ilə əsgər yoldaşlarına əl qaldırsın və ya ona əl qaldırsınlar”, - deyə o bildirdi.

ötən ilin sentyabrında Müdafiə Nazirliyinin Hərbi Hospitalında həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişmiş əsgər Eldar Novruzovun atası Qədir Novruzov hüquq-mühafizə orqanlarının, Bakı Şəhər Prokurorluğunun hadisənin səbəblərini gizlətməyə çalışdıqlarını bildirdi.

“Polad Həşimov, çingiz Şəfiyev kimi insanlar vaxtında məsuliyyətə cəlb olunsaydılar, bu kimi hadisələr baş verməzdi”

2010-cu ildə yanvarda Daşkəsəndəki hərbi hissədə baş vermin qanlı hadisədə həlak olmuş Elxan Əzizovun atası Bəyalı Əzizov bəzi məqamları diqqətə çatdırdı.: “Hadisə belə qələmə verilirdi ki, əsgərlər 4 zabiti öldürüb, 2-sini yaralayıb, sonra silahı avtomat sistemində bir-birinə qarşı qoyaraq özlərini öldürüblər. Amma hadisənin belə olduğunu təsdiqləyəcək kimsə yoxdur. İndi həmin hərbi hissənin mayoru Babayevə rüşvət alma ittihamı üzrə 9 il iş veriblər. Amma hadisə necə olub, bununla bağlı hələ də açıqlama verilməyib. Biz o zaman hərbi birləşmə komandiri çingiz Şəfiyevi, digər zabit Polad Həşimovu məhkəməyə çağırdıq. Amma gəlmədilər. Fikrimcə, Polad Həşimov, çingiz Şəfiyev kimi insanlar vaxtında məsuliyyətə cəlb olunsaydılar, bu kimi hadisələr baş verməzdi”.

“Hərbi Prokurorluq məhkəməyə veriləcək”

E.Quliyev bildirdi ki, valideynlərin tələbləri aşağıdakılardır:

1. Hadisə ilə bağlı indiyə qədər aparılmış istintaqın nəticələri qəbul edilmir və valideynlər hesab edirlər ki, bu istintaq yanlış istiqamətdə aparılıb. Yeni istintaqın aparılması, hadisənin əsl səbəblərinin üzə çıxarılması tələb edilir;

2. Valideynlər övladlarını sağlam olaraq orduya verdiklərini xatırladaraq onları sağ-salamat geri tələb edirlər;

3. Valideynlər tələb edirlər ki, övladlarına şəhid status verilsin. Onlar ən azı döyüş əməliyyatlarının bilavasitə iştirakçısı olublar.

Etibar Quliyev bildirdi ki, yaxın günlərdə Hərbi Prokurorluğun baş vermiş hadisə ilə bağlı yanlış fəaliyyəti və özbaşınalığı ilə əlaqədar məhkəməyə müraciət olunacaq. Valideynlər eyni zamanda Hərbi Prokurorluq qarşısında piket keçirməyi planlaşdırırlar. Bununla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.

milaz.info

Link to comment
Share on other sites

Orduda həlak olmuş əsgərlərin valideynləri Ali Baş Komandana, parlamentə və Konstitusiya məhkəməsinə müraciət etdi – TAM MƏTN

Ali Baş Komandan İlham Əliyevə,

Milli Məclis rəhbərliyinə

Konstitusiya Məhkəməsinin rəhbərliyinə

MüRACİƏT

Biz, 2011-ci ilin 20 fevralında Azərbaycan Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən hərbi hissəsində baş vermiş hadisə zamanı Vətənə qurban verdiyimiz 7 (yeddi) əsgər valideyni bəyan edirik ki, Hərbi Prokurorluğun övladlarımızın adına qara yaxmaq cəhdləri Azərbaycan Əsgərini və Bayrağını təhqir etmək deməkdir.

O Bayrağı ki, bizim övladlarımızın olduğu tabutları ona bükmüşdülər.

Biz hadisə ilə bağlı Hərbi Prokurorluğun apardığı istintaqın nəticələrini qəbul etmirik. Və bu hadisə ilə bağlı aparıldığı deyilən məhkəmə proseslərinin faciəyə heç bir aidiyyatı olmadığını bəyan edirik.

125 millət vəkili içərisində yalnız bir deputat – İqbal Ağazadə bu faciəni iki dəfə parlament iclasında qaldırdı. Amma heç kim ona dəstək vermədi.

Bu ilin mart ayının 2-də aşağıdakı 20 deputata müraciət etdik:

Abbas Adil Məhhəməd oğlu

Rasim Musabəyev

Mirzazadə Aydın Böyükkişi oğlu

Aslanova Rəbiyyət Nurullah qizı

Hüseynov Etibar Əli oğlu

Əli Məhəmməd oğlu Hüseynli

Ziyafət Abbas oğlu Əskərov

Ogtai Sabir oğlu Əsədov

Bahar Əvəz qızı Muradova

Paşayeva Qanirə Ələsgər qızı

Rüstamxanlı Sabir Xudu oğlu

Vəliyeva Sadəgət Suleyman qızı

Axundova Elmira Hüseyn qızı

Baxşaliyeva Govhər Baxşəli qızı

Əhmədova Gulər Mikayil qızı

Əliyeva Kamilə Əliağa qızı

Qurbanov Cavid Qəmbər oğlu

Rzayev Rövşən Şukür oğlu

Məmmədov Elman Camal oğlu

Qasimova Flora Qasim qızı

Təəssüf ki, 1 aydır ki, onlardan heç bir reaksiya yoxdur.

Biz öz vətənpərvər övladlarımızı sağ-salamat, 18 yaşında Silahlı Qüvvələrə - Dövlətə verdik.

Bu necə dövlətdir ki, bu necə idarəçilik üsuludur ki, öz əsgərinin ölümünün əsl səbəbini gizlədir. Əsgərinin adına ləkə yaxır və əsgərinin qanını batırır...

Niyə bütün bunlar ölkə rəhbərliyinin, millət vəkillərinin vecinə deyil? Bəlkə onlar Azərbaycanın rəhbərləri, millət vəkilləri deyillər? Ya, bəlkə bizim övladlarımız Azərbaycan Milli Ordusunda xidmət etməyib?

İkisindən biridir....

Dövlət öz əsgərlərinin həm dirisinə, həm də ölüsünə sahiblik etməlidir. 2011-ci ildə dünyasını dəyişən 97 əsgərə görə kim məsuliyyət daşıyır?

Hörmətlə:

1. Cavadova Rəsmiyyə Əli qızı

2. Quliyev Fəxrəddin Bayramqulu oğlu

3. Suanverdiyev Radfel Xudu oğlu (oğlunun ölümünə dözməyib vəfat edib)

4. Xocverov Abdulla Ramazan oğlu

5. Kərimov Yaşar Cərulla oğlu

6. Hüseynov Əhmədəli Məhəmmədəli oğlu

7. Quliyev Etibar Əbdürəhman oğlu (Bakı şəh. Şərifzadə küç. Ev 130, mən.40 Tel (050) 3134363).

Müraciəti dəstəkləyənlər:

1. Məmmədova Aynur İbad qızı (2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədə baş vermiş faciədə dünyasını dəyişmiş Sadiq Məmmədovun anası);

2. Əzizov Bəyalı Köçalı oğlu (2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədə baş vermiş faciədə dünyasını dəyişmiş Elxan Əzizovun atası, (050) 4509960);

3. Novruzov Qədir Novruz oğlu (2011-ci ilin sentyabrında həkimlərin məsuliyyətsizliyi üzündən Hərbi Hospitalda dünyasını dəyişmiş Eldar Novruzovun atası).

2 aprel 2012

Link to comment
Share on other sites

Özünü Öldürən əsgər hərbi hissədə incidildiyini deyirmiş

«Bunu qaldırıblar posta, 4 nəfər olublar, biri təzə gəlib bunların yanına posta. Həmin əsgərlə bunun arasında mübahisə olub, o biri əsgərlər də o əsgərin dostları olublar. 3-ü də düşüblər bunun üstünə, dÖyüb incidiblər. Başlarının üstündə komandir olmayıb, elə başlı-başına buraxıblar. Postda yalnız birində silah olub, gedib onun silahını gÖtürüb gəlib, bunları vurub. Sonra da silahı boğazına dirəyib, Özünü vurub».

QONAQLIQ SüFRƏSİNİ ƏVƏZ EDƏN YAS ÇADIRI

Bakının Nəsimi rayonunda yaşayan Abbasovlar ailəsi Övladlarının əsgərlikdən dÖnməsi şərəfinə quracaqları süfrəni yas Çadırı ilə əvəz ediblər. Hərbi xidmətini başa vurmasına iki gün qalmış Məmməd Abbasov əsgər yoldaşlarından birini qətlə yetirib, 2-sini yaralayıb, sonra da Özünü güllələyərək həyatına son qoyub. ƏmisiƏhməd Abbasov deyir ki, qardaşı oğlu hər dəfə ailə üzvləri ilə telefon əlaqəsi saxlayanda, hərbi hissədəki Özbaşınalıqlardan, zabitlərin ondan pul tələb etmələrindən, incidilməsindən gileylənirmiş. Ailə üzvləri isə «3-5 günün qalıb, birtəhər əsgərliyini başa vur, gəl» deyiblər.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, martın 29-da Tərtər rayonundakı hərbi hissələrdən birində qulluq edən əsgər Məmməd Abbasovun hansı səbəbdən hərbi hissə yoldaşlarını və Özünü güllələməsi istintaqın nəticəsində məlum olacaq.

HƏRBİ PROKURORLUQ DA İNSİDENT BAŞ VERDİYİNİ DANMIR

Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti isə bildirir ki, hərbi hissədə manqa komandiri vəzifəsində xidmət edən əsgər Emil Həsənovun ərazidə aparılan təmizlik işləri zamanı hərbi hissənin digər əsgəriMəmməd Abbasova etdiyi iradlar onlar arasında mübahisəyə səbəb olub. Məmməd Abbasov Emil Həsənovdan qisas almaq məqsədilə martın 29-u axşam saat 7 radələrində avtomat silahdan Çoxsaylı atəşlər aÇaraq onu qəsdən Öldürüb. Atəşlər nəticəsində həmin vaxt Emil Həsənovun yanında olmuş əsgərlər Teymur TeymurovBabək İbişov da yaralanıblar. Bundan sonra əsgər Abbasov avtomat silahını Çənəsinin altına dirəyərək Özünü də Öldürüb.

«DEYİRDİ MƏNİ BURDA ÇOX İNCİDİRLƏR»

Ancaq Məmməd Abbasovun ailəsi Respublika Hərbi Prokurorluğunun dedikləri ilə razılaşmır. Əmisi Əhməd Abbasov deyir ki, mübahisəyə səbəb əsgərdən pul tələb edilməsi olub. Deyir, Məmməd tez-tez evə zəng edərək ailə üzvlərindən pul gÖndərmələrini xahiş edirmiş.

- Pulu kim istəyirmiş, araşdırmısınız?

​​- Bilmirəm nə puldur, onu bilirəm ki, 100 manat pul istəyiblər. Kim deyər ki, mən istəmişəm. Onu mÖhkəm incidiblər. Məmməd hadisədən bir neÇə gün qabaq zəng vurmuşdu ki, məni burda Çox incidirlər. Biz 50 manat bir yollamışdıq, axırıncı dəfə də 30 manat yollamışdıq. İmkansız ailədir, imkanları olmayıb pul gÖndərməyə.

Əsgər yoldaşı tərəfindən Öldürülmüş Emil Həsənovun atası Qılman Həsənov isə deyir ki, qohum-əqrəba aprelin 2-də onların həyətinə yığışmalı idi. Oğlunun sağ salamat əsgərlikdən qayıtması şərəfinə ziyafət təşkil edəcəkdi. Hər şey gÖzlənilməz oldu.

«Ayın 29-u saat 13:19-da mənimlə telefonda sÖhbət etdi. 18.20-də zəng elədim, telefonu cavab vermədi. Səhərə kimi zənglərimə cavab vermədi. Elə bildim postdan düşüb, istirahət edir. Qohumlar televizorda eşidib yığışdı həyətimizə. Onda bildim ki, uşağımı Öldürüblər».

Ata deyir oğlunun hansı səbəbdən Öldürülməsi ona məlum deyil.

Faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adam Öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qurumun mətbuat xidmətindən deyiblər ki, həbs olunan yoxdur:

«Vurub o birini Öldürüb, Özünü də Öldürüb. İlkin istintaqda kimisə həbs etmək mümkün deyil».

Mətbuat xidməti bildirir ki, hadisənin baş verdiyi hərbi hissənin əsgərləri Tərtər Hərbi Prokurorluğunda dindirilir. Həmin əsgərlər hərbi xidmət müddətini başa vurmalarına baxmayaraq , hələ də hərbi hissədə saxlanılırlar.

Abbasovlar ailəsi isə hadisənin hərtərəfli və obyektiv araşdırılmasını tələb edir.

3 AYDA 19 ƏSGƏR ÖLüMü?

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli orduda zabitlərin əsgərlərə qarşı nizamnamədən kənar davranmasını onların sosial vəziyyətlərinin acınacaqlı olması ilə əlaqələndirir:

«Məvaciblərin artırılması vacibdir. Zabit aylıq 49 manat kirayə pulu alırsa, bu, normal gÖstərici deyil. Əlbəttə, zabit Çalışacaq ki, digər yollarla vəsait əldə etsin və əsgərlərlə münasibətlərdə problemlər ortaya Çıxacaq».

Ekspert həmÇinin hesab edir ki, bir Çox hallarda orduda baş verən cinayətlərə gÖrə müəyyən maraqlar ÇərÇivəsində məhkəmələr tərəfindən yüngül cəzaların verilməsi də bu ordudakı Özbaşınalıqların artmasına stimul verir. Ekspert orduya ictimai nəzarətin gücləndirilməsini də vacib sayır.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmasına gÖrə, 2012-ci ildə orduda 19 əsgər Ölümü baş verib. 4 əsgər qeyri-nizamnamə hadisələri, 4 əsgər avtomobil qəzası, 1 əsgər bədbəxt hadisə, 2 əsgər xəstəlik, 2 əsgər atəşkəsin pozulması, 5 əsgər isə intihar nəticəsində Ölüb. Onlardan 14-ü Müdafiə Nazirliyinin, qalanı isə Daxili Qoşunların və Sərhəd Qoşunlarının əsgərləri olub.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
      • 11 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 85 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Sad
        • Thanks
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...