Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

150 Il Yasamis Mahmud Eyvazov


Recommended Posts

DAĞLAR OĞLU

Roman

“Dağlar oğlu” romanı planetimizin ən qocaman sakinlərindən

biri, Lerik rayon Pirəsaora kənd sakini 150il ömür sürmüş

Mahmud Eyvazovun həyatından bəhs edir. Mahmud Eyvazovun

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında əvvəl və sonrakı,

II Dünya müharibəsi və müharibədən sonrakı illərdə insana,

halal zəhmətə olan məhəbbəti bədii boyalarla kitabda əks etdirilmişdir

Dağlar oğlu. Gənclik, 1983, -456səh

Dəniz nəhəngsiz, dağ qartalsız olmaz

I fəsil

UĞURSUZ GÖRÜŞ

Çalmalı Talış dağlarının sinəsində yerləşən Pirəsora kəndi mülayim aprel gecəsinin sakit qoynunda mürgüləyirdi. Savalanla üz-üzə durmuş Barzavu dağının ətəyində bədirlənmiş ay yavaş-yavaş yüksəlir, qayaları, əlvan yamacları, sıra dağları, çəmən və tarlaları öz nuruna qərq edirdi. Kəkliklərin qaqqıltısı, daşlardan süzülən bulaqların zümzüməsi, pöhrəliklərdəki bülbüllərin zənguləsi bir ahənglə qovuşur, şirin-şirin yatan bu dağ kəndi üçün çalınan hüsunkar bir laylaya bənzəyirdi...

Gecədən xeyli keçmişdi. Evlərin çoxunda çıraqlar söndürülmüşdü. Qurban kişinin uşaqları çubuqdan hörülmüş alçaq tavanlı komanın ortasında sərilib mitil yorğan-döşəkdə yatışırdılar.

Gülsabah yatmamışdı. O, səkidə yamaqlı bir palaz üstündə cəhrə əyirirdi. Daranmış əlçimləri üst-üstə qoyub, bir-bir, iki-bir əyirdikcə hərdənbir çönüb buxarıda çörək qızdırıb iştaha ilə yeyən əri Qurbana da baxırdı. Qurban kişi arxacdan gec qayıtdığı üçün ailəsi ilə bir yerdə şam eləməyə çatmamışdı. O, sinidəki axırıncı tikə çörəyi də yeyib, əllərini ovuşdurdu. “Allaha şükür” edəndən sonra Gülsabahdan su istədi. Gülsabah ona saxsı oxurda su gətirdi. Sonra nəfəsini dərib dedi:

-Qurban, sən allah bir noxudluq Ərdəbil cöhəri al, qoy Yasəmənin palazını uzadım. Sabah bir çərçilərdən xəbər tut.

-Valinin evini Allah yıxsa, çərçilərdən xəbər tutaram. Zalım oğlu qoyur ki, göz açaq, -deyə Qurban su oxuruna baxdı və: -Gülsabah, bu suyun dadı birtəhərdir, dedi, deyəsən səhərki sudur, eləmi?

-Yox, a kişi, axşam gətirilib. Bəlkə evdə qaldığından isinib. Bir də sən çörəyi qızdırıb yedin, olsun ona görə su sənə elə gəldi.

-İnana bilmirəm, arvad, -Qurban Gülsabahla razılaşmayıb ayağa durdu. Kuzəni götürərək yaxındakı bulağa yollandı...

Gülsabah məfrəşin qabağında sərilən ağ yorğanın içində rahat yatmış qızı Yasəmənə nəzər salaraq, ürəkdən bir ah çəkdi:

“Görüm belə dünya alt-üst olsun, ay qışda Muğanda, yayda yaylaqda zəhmət çəkən balam. Atan yazığın o qədər mümkünü yoxdur ki, bir noxudluq çöhər alsın, sənə bir palaz toxuyam”.

O, Yasəmənin açılmış sinəsini örtərək gözləri yaşarmış halda cəhrənin qabağında əyləşdi. Bir neçə əlçim də əyirdi. Amma Qurban gəlib çıxmadı. hövsələsi təngişdi. Cəhrənin dəstəyini buraxdı. Bir də mışıl-mışıl yatan balalarına, rəfdə yanan hisli qara çırağa baxdı. Axı, bu kasıb külfətin Qurbandan başqa heç bir pənahı yox idi...

Gülsabahın atasını xanın valisi öldürmüşdü. O, anası ilə birlikdə Qurbana sığınmışdı. Qurban onun bibisi oğlu idi. Yoxsul idi. Qapılarda nökərlik eləyirdi. Nökərlikdə bir azcana mayalanandan sonra Gülsabaha evlənmişdi. İndi onların beş uşağı var idi. Külfət çoxalandan sonra nökərlik də əl vermədi. O, xanın valisinin sürüsünü muzdla otarıb çobanlıq eləyirdi.

Gülsabah da əligəlirli ərbablara əl tutur, azdan-çoxdan qazanıb birtəhər dolanırdılar.

“Görəsən, bu kişi harda qaldı?” deyə düşünən Gülsabah ayağa durmaq istəyirdi ki, Qurban içəri girdi.

-Hardasan, ay kişi, ürəyimi yedim, beş addımlıq yolda bu qədər yubanarlar?

-Heç demə, bulağa çatanda nə görsəm yaxşıdır: biri çimir. Şırhaşırla başına su əndərir, kefindədir. Məni görcək tələsik geyindi. Bir az onu gözlədim, bir az da ondan sonra bulağın qabağını vurdum ki, su durulsun. Ona görə də yubandım.

-Balam, gecənin bu vaxtı o çimən kim olsun?...

-Mən də əvvəl tanımadım. Uzaqda dayanıb gözlədim ki, geyinsin. Geyindi, əkilmək istədikdə yaxaladım. Gördüm bıy, Mahmud. Bərk utandı. Hə, elə götürüldü ki, heç geri də baxmadı. Əgər iki ayağı vardısa, ikisini də borc aldı...

-Bizim Ağabanu oğlu Mahmud? Bıy, uşağı utandırmısan ki?

-Mən nə bilim ki, o, gecənin bu vaxtında bulaqda çimir. Onun rəhmətlik atası Bağır da beləydi. Elə bu da atasına çəkib. Zirək oğuldur, tanrı saxlasın.

Bu vaxt Yasəmən gərnəşərək, yorğana daha da bərk bürünüb üzünü divara tərəf çevirdi. O, yarıyuxulu halda ata-anasının söhbətini dinləməyə başladı.

-Gülsabah, heç bilirsən ürəyimdən nə keçir? -deyə Qurban dilləndi: -Yasəmən razı olsaydı verərdik Mahmuda.

-Ay kişi, evin tikilsin, Mahmudun da bizim kimi heçzadı yoxdur. Yazıq anasının məndən beşbetər cındırını yel aparıb, şındırını sel.

-Vallah, Mahmud zirək oğlandır, yaxşı arvad saxlar. Atalar məsəlidir: “Qızı otaqlıya vermə, papaqlıya ver.” Arvad, Mahmud valinin bir sürüsünü tək otarır. Sən de “verərik”, təki qismət olsun.

Yasəmən bir də gərnəşdi, anasının dediyi son sözlərini də eşitdi.

-Nə deyirəm ki, ya qismət, qismət olsa, niyə vermirik.

-Gülsabah, mən də sənin kimi qismət, qismət çox deyirdim. Ancaq qismət adamın özündən asılıdır. Elədin, oldu qismət, eləmədin olmadı.

-Dünya ki belə tutub, ay Qurban, heç bilmirəm axırımız nə günə qalacaq.

Nə günə qalacaq ki? İran yalquzaqlarının əlindən çıxsaq, yüz dəfə Allahına şükür elə.

Gülsabah maşa ilə ocağı qarışdıra-qarışdıra dedi:

-Kənddə hərə bir söz danışır. Biri deyir “Urusiyyətə verilsək də, bəy genə öz bəyliyində qalacaq”. Başqa birisi deyir ki, bizi urusa versələr bəy keçər İrana. Keçəndə rəiyyətlərini də aparar özüylə.

Qurban hirslənmiş halda cavab verdi:

-Onu bəy yuxusunda görər. Mənə bir çərçi dostum danışdı ki, Türkmənçayda danışıq aparırlar, bu gün-sabah urus qazaqları gəlib çıxacaq Gədiyə, onda görüm bəy məni necə aparır İrana. Bir də axı, ay Gülsabah, sənin ağlın nə kəsir, heç camaatı verərlər?

Külsabah susur, o davam edirdi:

-O ki qaldı bəy, o öz bəyliyində qalır. Ancaq deyirlər ki, urus hökuməti olsa, fağır-füqəra uçün yaxşı olar. Çünki, hökumət ki urusda oldu, daha vali göz çıxarda bilməz, qulaq kəsə bilməz. Bizim də xeyrimiz bu olar.

-Təki elə olsun, -deyə Gülsabah könülsüz-könülsüz gülümsündü, ancaq, Ay Qurban, toyuğa dedilər “toydur”, dedi mənim yasımdır, kəsilirəm. Dedilər, yasdır, dedi, mənim “toyumdur” kəsilirəm. Urus olmasın, İran olsun, İran olmasın, urus olsun, biz nökərik ki, nökərik. Bizə qara yazmış, çərxi dönmüş əzəldən. Di dur yat, sabah tezdən gərək işə gedəsən. Fağır Mahmudu da avara elədin, qoymadın doyunca çimə. Gülsabah maşanı kənara qoyaraq sözünü tamamladı: -Birdən evə gedib uşağa soyuqzad dəyər.

Özündən qorx, ay arvad, onun atası qışın oğlan çağında buzu sındırıb çimərdi. Elə atadan belə də oğul olar.

-Lap qışda ha?

-Lap çillədə. O çiməndən sonra tonqal qalayıb döşənərdi qovurma çörəyə. Qurban danışa-danışa soyunaraq yatağa uzandı. Gülsabah da çırağı keçirdi.

Yasəmən isə yatağında hey çevrilir, öz-özünə düşünürdü, yata bilmirdi.

...”Demək, atam Mahmudu xoşlayıb... Yox, bəlkə də o mənimlə Mahmudun görüşündən bir şey eşidib, qəsdən söz salır ki, görsün mən nə deyərəm... Anam da razıdır... Gör Mahmud heç bir düşünür ki, yaylaq yeridir, su buz kimi olur, sətəlcəm olaram?.” Yerinin içində cürbəcür fikirlərlə əylənən Yasəmən, nəhayət, “sabah kilov (tərə) yığmağa gedib bu sözləri Mahmuda örüşdə danışaram...” xəyalı ilə yuxuya getdi...

Günün ilkindi çağı idi. Yaz günəşinin şüaları altında sinəsi xalı kimi parlayan əlvan yamaclar min rəngə çalırdı. Qumruların səsi, torağayların nəğməsi, suların, şəlalələrin şırıltısı bir-birinə qarışmışdı. Ətirli otların rayihəsi, çəmənlərin, zəmilərin gözəlliyi adamı valeh edir¬di. Qosmalyan çayının vadisində güllənən alma, ərik, gilas bağlarının şairanə görünüşü, bu daşlı-qayalı yerlərin təbiətinə misilsiz bir gözəllik verirdi. Başı buludlara dəyən qocaman dağlarda, gen dərələrdə, dərinliyinə baxanda göz qaralan uçurumlarda bir sözlə, hər şeydə, hər yerdə baharın təravəti, ətirli nəfəsi duyulurdu...

Nanə bulağının ətəyindəki güneyə yayılmış qoyun sürüsu həzin-həzin çalınan tütək səsindən zövq alırmış kimi çobanın ətrafında halqa vuraraq şirin-şirin otlayırdı. Çobanın itlərindən biri –“Tirmə” yoruluncaya qədər qovduğu dovşanı güneyin sağındakı dərədə itirdiyindən, hündür bir daşın böyründə çömbəlib gözlərini dərədəki gəvən kollarına zilləmişdi. O birisi –“Pələng” isə başını pəncələri üstünə qoyaraq qarşı tərəfdə uzanıb bir gözüylə sürüyə, o biri gözüylə də tütək çalan sahibinə baxırdı.

Yasəmən Nanə bulağına çatanda, ondan nə çobanın, nə də sürü itlərinin xəbəri oldu. Çünki bulaqla güney arasında olan otlu-çiçəkli bir təpə onların arasını kəsmişdi. O, gilovla dolu torbanı əlindən yerə qoymayıb ayaqr saxladı, çalınan tütəyin həzin və məlahətli səsinə diqqətlə qulaq asməğa başladı. Bu səs gah alçalır, gah da aramla ucalır, dərdli bir ürəyin könül dolu naləsi kimi, ləpələnib yayılırdı. Sanki əsrlərdən bəri məşəqqətli bir həyat sürən, köçha-köçdə, vurhavurda bəyin, xanın, paşanın, valinin, daha nə bilim hansı hazırın naziri olmuş zülmkarın əlində qul kimi inləyən yoxsulların, zəhmətkeşlərin azadlıq eşqi, fəryadı, çarəsiz şikayəti bu tütəyin dərdli səsində, kədərli avazında qəmli-qəmli ifadə olunurdu...

Başında al-yaşıl, əynində susidən ucuz bir libas olan Yasəmən tütək səsinə qulaq asandan sonra ürəkdən bir ah çəkdi. Onun ala gözləri, qələm kimi nazik, qara qaşları, sıx kirpikləri, al yanaqları bu odlu ahın təsiri ilə pərişan bir görkəm aldı. Bu ah yüzlərlə Yasəmənlərin azadlıq həsrəti ilə döyünən ürəklərindən gələn, nökərçilik və kənizçiliklə keçən acı həyatın əks-sədası idi. Yasəmən bu dünyada ikicə şeyə güvənirdi. Onlardan biri xanın valisi İmaməli bəyə nökərçilik edən atası ilə cəhrəçi anasının ilk övladlarına olan sonsuz məhəbbətləri, ikincisi də qədir-qiymətsiz gözəlliyi. O yaxşı bilirdi ki, arxalandığı hər iki qüvvənin heç biri onun səadətini əldə etməyə qadir deyildir.

Əlindəki torbanı yerə qoyaraq bulağa enmək istərkən Yasəmən gördü ki, metr yarıma qədər uzunluğu olan xal-xal bir ilan çeşməyə qoyulmuş camdakı südü içir. Qız dərhal yerdən bir daş götürərək ilana atmaq istədi. Laxin nəsə fikirləşib dayandı və işin sonunu gözləməli oldu. İlan Yasəməni görmürdü. O, südü yarıya qədər içdi və sonra çevrilərək ağzını camın böyrünə sıxdı. Bir azdan sonra başını qaldırıb. ətrafa baxanda Yasəməni gördü. Onun dərisi qırmızı, başı üçkünc, gözləri od kimi parıldayırdı. Təpəsində toyuq fərəsi kimi kəkili var idi. Yasəmən əlindəki daşı ona tullamaq istədikdə, o həlqələnib qızın üstünə tullandı. İlan hələ göydə ikən, sərrast və qüvvətlə atılan daş onun ortasından dəyib ilanı yerə saldı. İlan özünü yığışdırmamış Yasəmən ikinci daşı da atdı. İkinci daş ona dəymədi. Yasəmən geri çəkilib yenidən bir daş da götürüb vurmaq istəyirdi ki, birdən yandan çıxan “Pələng” ildırım kimi ilanın üstunə cumdu. Qızğın mübarizə başlandı. Yasəmən əlindəki daşı onların arasına atdı. Daş ilana yox “Pələng”ə dəydi. “Pələnk” əlləşirdi ki, ilanın ortasından tutsun, ilan isə belini ələ verməyib iti çalmağa çalışırdı. Nəhayət, “Pələnk” girəvəyə salıb ilanın belindən yapışdı. Sonra bir-iki dəfə başını silkələdi. İlan da “Pələng”in boynuna sarılaraq onu ağzından çalmaq istəyirdi. “Pələng” vəziyyəti belə gördükdə başını möhkəmcə silkələyib ağzını açdı, ilan kənara tullanaraq iri daşın altına girdi. “Pələnk”in vuruşmasından xəbər tutan “Tirmə” bulaq başında dayanmış Yasəmənə hürməyə başladı...

Çiynində palaz qırığından tikilmiş çörək heybəsi, əlində əzgil ağacından çomaq, başında qaragül papaq, əynində əldə toxunma şaldan tikilmiş pencək-şalvar, ortaboylu, enlikürəkli, qarayanız, iri qaragözlü çoban yaxınlaşaraq bulaq başında dayanmış Yasəməni gördü:

-Həə, deyirəm də, “Tirmə” havayı yerə hürməz, sən demə, qonağımız varmış, deyə Mahmud Yasəmənə yaxınlaşdı. Onlar salamlaşıb bulağın başındakı yastı bir daşın üstündə əyləşdilər. Söhbətə başladıqda Yasəmən gülümsəyərək dedi:

-Mahmud, mən tez qayıtmalıyam.

Mahmud ayağa durub heybəsindən kiçik, yamaqlı bir süfrə və lərgə unundan bişirilmiş bir çörək çıxartdı:

-Mən səni güclə saxlamıram, istədiyin vaxt gedərsən. Al süfrəni aç, çörəyi doğra, -deyib tələsik bulağa enərək çeşməyə qoyduğu camı gətirib Yasəmənə uzatdı: -Sən doğramac elə, mən gedim sürünü rahatlayım, qayıdım, həm çörək yeyək, həm də söhbət eləyək, -deyə Mahmud təpəni aşıb güneyə doğru getdi...

Yasəmən heç bir şeyə əl vurmadı... O, ilanı görməyinə heç də təəccüblənmirdi. Çünki Muğanda, yaylaqda belə ilanları çox görmüşdü. Və özü də bir neçəsini öldürmüşdü. Onu düşündürən yalnız ilanın südü zəhərləməsi idi. Südün rəngi dəyişmişdi. Sanki süd ocaqda vamsız qızdırılarkən çürüdüyü kimi çürümüşdü. O qədər çəkmədi ki, Mahmud geri dön¬dü. O, Yasəmənin çörəyi doğramadığını, südə əl vurmadığını gördükdə təəccübləndi və soruşdu:

-Mənim ki bu dağlarda qoyun südü ilə bulaq suyundan başqa bir devlətim yoxdur. Heç nəyimi səndən əsirgəmirəm. Nə üçün çörəyi doğramamısan, yoxsa acıq eləmisən? Yoxsa bir hadisə üz verib?

Yasəmən gülümsədi, onun mirvari kimi ağ və qəşənk dişləri göründü:

-Heç bir hadisə yoxdur, -dedi, ancaq camdakı süd zəhərlənmişdir.

Yasəmən gördüyü hadisəni danışıb ilanın gizləndiyi daşı Mahmuda göstərdi.

-Mən də deyirəm axı, hər gün cam nə üçün yarı olur. Sən demə, ilan südü mənimlə şərikli içirmiş... Amma zəhərliliyini duymamışam. Olsun ki, o, səni görüb hirslənərək südü zəhərləmişdir.

-Sənə görə, ya da mənə görə olduğunu deyə bilmərəm, ancaq çox təəccüblü işdir, -deyə Yasəmən cavab verdi.

-Dayan indi mən ona yaxşı süd içirdərəm, -Mahmud ayağa qalxanda Yasəmən onu saxladı və dedi:

-Yox, Mahmud, getmə, yuxumu qarışıq görmüşəm. Birdən Allah eləməmiş bir iş...

-Dayan görüm! -Mahmud Yasəmənin sözünü yarımçıq qoyub ağacı götürdü və onlar ilan gizlənən daşa tərəf endilər. O, yanınca gələn Yasəmənə dedi: -Bu, qızıl ilandır. Onlar yeddi qardaş olurlar. Mən bunun altısını öldürmüşəm, yeddincisi qalsa xəta çıxardar. Qorxma gəl.

Mahmud daşa çatar-çatmaz “Pələnk”lə “Tirmə” özlərini ona yetirdilər. O, güc vurub daşı qaldırdı. Ağaca əl atmamış “Pələnk” ilanı basmarladı. Mahmud “Pələnk”ə acıqlandı. İt ilanı buraxdı. İlan hərəkətsiz dayanaraq heç bir müqavimət göstərmirdi. Mahmud onun başını əzdi. İlanın belə mübarizəsiz təslim olmasının səbəbini bilmək üçün Mahmud onu diqqətlə nəzərdən keçirtdi. İlanın beli bərk zədələnmişdi. Bu Yasəmənin atdığı daşın zədəsi idi. Mahmud ağacla zədələnmiş yeri göstərərək gülümsündü:

-Elə bilirsən ilanı mən öldürdüm? İlanı sən öldürmüsən. Bax bir, o, ağacla ilanın belindəki zədə yerini və “Pələnk”in dişlərinin yaraladığı yerləri göstərərək, -mən gəlməsəydim də ilan bu zərbədən daşın altında öləcəkmiş, -dedi.

Onlar bulağın yanına qayıtdılar. Mahmud südü tullayıb camı yudu, yenidən süd sağıb gətirdi. Çörəyi doğramac edib yeməyə başladılar. Çörək yeyəndən sonra Yasəmənin uzun, şəvə hörüklərini oxşayan Mahmud dedi:

-Bu yayda toy eləmək fikrindəyəm. Bilmirəm atan nə deyəcək? Anamla razılaşmışam. Talıbqışlaqda qohumumuz var. Onlardan sizə elçi göndərmək istəyirik. Gözləyirik körək İran-Rusiya çəkişməsi necə qurtarır, sonra...

-Atam da axşam danışırdı. Türkmənçaydır, nədir, orada söz gedir ki, guya bizi Urusiyətə versinlər.

-Elə mən də onu deyirəm. Talıbqışlaqdakı qohumumuz Məşədi Sərdar xəbər yollayıb ki, tələsməsinlər, görək necə olur.

-Amma atam səni yaman diksindirib ha, deyir bulaqda çimirmişsən. Bəs demirsən sənə soyuq olar?

-Ay qız, mən hələ körpəliyimdən bulaqda çimə-çimə beöyüməmişəmmi? Mənə soyuq nə eləyər... Axı, anam qoca arvaddır. Ona əzab-əziyyət vermək istəmirəm. Dursun gərək su qızdırsın... Nədir-nədir mən çimirəm... Yaşısı budur ki, gir bulaq suyunda çim, vəssalam.

-De görüm evlənsən arvadına da qıyıb qoymazsan su qızdırsın?

-Əlbəttə qoymaram, arvadın işi azdır bəyəm, bir də durub su qızdırsın.

Onlar güldülər. Mahmud Yasəmənin gözlərinin içinə baxa-baxa susdu... Qız gözlərini yerə dikərək qızardı. Yanağında isti bir nəfəs hiss edən Yasəmən, əlini Mahmudun əlindən çəkdi. Bu vaxt hürkmüş sürü güneydən təpəyə çıxdı... “Pələnk” və “Tirmə” hürə-hürə güneyə tərəf götürüldülər. Mahmud durmaq istədikdə arxadan bir səs eşitdi:

-Bu çobanlıq deyil, bəylikdir, bəylik. Sürünü burax başlı-başına, özün otur xalqın qızları ilə beşdaş oyna.

Mahmud dönüb valinin qoçusu Sərxanın at üstündə durduğunu gördü. O, Yasəmənə yavaşcadan:

Sən get, mən bu köpək oğlu ilə özüm danışaram, -deyərək qızdan ayrılıb sürüyə tərəf yavaş-yavaş gedərkən, aşağıdan bir güllə atıldı. Bu, ova çıxmış valinin atdığı güllənin səsi idi. Mahmud ona əhəmiyyət verməyib yoluna davam etdi. Sərxan onu arxadan çağıraraq:

Ayə, heyyy... bəri gkəl, -dedi, -o tərəfə hara gedirsən... Sən bu gündən çobanlıqdan çıxarılırsan. -Sərxan yorğa səmənd atını mahmızlayıb yanından keçmək istəyən Yasəmənə çatdı. Qız sovuşmaq istədisə o, qoymadı:

-Dayan, deyib onu saxladı. Qız dayanıb soyuqqanlıqla qoçunun üzünə baxdı. -Kimin qızısan?

-Çoban Qurbanın.

-Atan deyib gəl bu dərələrdə belə işlər tut, binamusluq elə?

Qız burnunun ucuna qədər qızarıb, heç bir söz demədi. Onu təhqir edən adam valinin qoçusu idi. Yasəmən ona söz qaytarsa, atası çobanlıqdan qovular, onda bir tikə çörək üçun hara gedərlər? Yeddi baş külfətin başı kəsilməzmi? Yasəmən fikirləşir və fikirləşdikcə də susurdu. Qoçu isə həyasızlığa salıb sözlərini bir də təkrar etdi:

-De görüm özün kimi gözəl-göyçək bir xanım qızın (o, yaxınlaşmaqda olan Mahmudu göstərərək) belə bir pas atmış çobanla oturub-durmağından xəcalət çəkmirsən, utanmırsan?

Mahmud Sərxana çatar-çatmaz dilləndi:

-O utanır, sən utanmırsan. Sən...

Sərxan qamçı qaldırdı, Mahmud çomağa əl atdı. Yasənən araya girib Mahmuda yalvarmağa başladı:

-Mahmud, bir olan aAllah xətrinə eləmə. Qoy çıxıb gedim...

Sərxan al-yaşılı başından düşmüş lalə kimi Yasəmənə baxır və baxdıqca belə bir gözəl qızın yanında təhqir olunmasına alışıb-yanırdı. Lakin nə etmək? O, Yasəmənlə pis yerdə qarşılaşmışdı. O düşünürdü ki, indi küy qaldırsa, işə vali qarışar, qızı Mahmudun da, onun da əlindən alar. Axı belə maraldan kim keçər ki, vali də keçsin? Məhz buna görə qoçu danışmaqdan danışmamağı vacib bilib susdu.

Mahmud isə hirslənmiş halda davam edirdi:

-Sən utan ki, külfətini atıb İrandan gəlmisən başqasının süfrəsində sür-sümük gəmirməyə.

Bu söz Sərxanın düşündüyünü alt-üst elədi. O, qızın yanında gözləmədiyi dərəcədə təhqir olunmağa heç cür dözə bilmədi. Qoçu Sərxan qəzəblənərək qamçını Mahmudun başın¬dan endirdi:

-Al, tünbətül oğlu.

Mahmud onun qamçısını bilgəyə (pencəyi qola sarımaq) gtürüb səməndinin sağrısına bir çomaq endirdi. At götürüldü. İtlər hürüb onu təqib etdilər. Bu qarışıqlıqda güney tərəfdə bir güllə də atıldı. Yasəmən nigaran halda evlərinə yollandı,

Mahmud itlərin ardınca təpəyə çıxdı. Sürü uzaqlaşmışdı. O, iki barmağını ağzına salıb bərkdən fit çaldı. Guneyə səpələnmiş sürü bir anda geri qayıdıb onu üzük qaşı kimi dövrəyə aldı. Qoçu Sərxan dalına baxmadan güneydən millənərək birbaşa çaylaqda kəklik ovlamaqda olan valinin dəstəsinə qoşuldu...

Mahmud fikirləşdi: “Yəqin indi onun ardınca adam gələcək, vali çağırıb dərisini aşa qoyacaq ki, niyə qoçunun üzünə qayıtmısan?...» Çox gözlədi, ancaq gələn olmadı. Bir qədər çomağına söykənən Mahmud ona tutulacaq divanın axşama qaldığını qət elədi və “Nə olur olsun, təvəkkül Allaha” -deyərək qarşıdakı daşın üstündə oturub yenə dərdli-dərdli tütək çalmağa başladı.

Ardı var …

Link to comment
Share on other sites

II fəsil

“AĞA DEDI SÜR DƏRƏYƏ, SÜR”

Gün batmaqdaydı. Axşam kölgələri dərələrə endikcə suların ahəngdar səsi aydın eşidilirdi. Günəşin son şüaları göy üzündə süzən pənbə buludların gümüşü sinəsində əks olub qəribə rəngə çalırdı. Kənd qızları dəstə-dəstə çiyinlərində saxsı səhənklər Qılqılov bulağına su gətirməyə gedirdilər. Örüşdən dönən təzə doğmuş inəklər mələyə-mələyə kəndə dönüb, körpə buzovlarını görməyə can atırdılar. Valinin sürüsü Çoban dağının ətəyindən yavaş-yavaş bulaq üstünə enirdi. Qızlar, gəlinlər bulağa tələsirdilər. Yasəmən də çiynində səhəng onların içində idi. Onun topuqlarına qədər enən uzun, qara hörükləri qəmli çöhrəsi kimi fikirli və pərişan görünürdü...

Bulaq başında bir-birinə qarışmış qız-gəlin içərisndə him-cim və pıçpıçla müxtəlif danışıqlar gedirdi. Bu ona, o buna işarə edib Yasəmənlə Mahmudun sevişməsindən danışırdılar. Kimisi “elə babdırlar”, kimisi, “acda nə var ki, yalavaca da versin”, kimisi də “mətləbin harda olsa, mənzilin də ordadır” - deyir. “Yasəmən kimi gözəl bir qızın Mahmud kimi igid bir oğlanı sevməyə haqqı var” söyləyirdilər.

Pirəsora çayı kəndi düz iki yerə bölürdü. Zuvand nahiyəsinin valisi olan İmaməli bəyin Pirəsora kəndində xüsusi bir malikanəsi yox idi. Onun ev-eşiyi Nəmindəydi. Ancaq o, yaydan-yaya kəndin üstündəki Qılqılov bulağının başında alaçıq qurar, nökər-naibləri ilə orada yay düşərgəsi düzəldərdi. Zuvand nahiyəsinin Qosmalyan, Sədəfli, Sarvan, Divağac, Vələz, Qışlaq və başqa kəndlərindən torpaq vergisi yığıb, Nəmin xanlarından olan və Zuvand, Talıbqışlaq, Piləçayı kimi Savalan ətəyi boyu nahiyələrin xanı Mirzə Qulam xana göndərərdi. Mirzə Qulam xan da yazda-yayda əmniyyələriylə nahiyələrinə baş çəkər, valilərinə tabe olmayan “oğru-əyriyə” qulaqburması verib, çıxıb gedərdi. Vali İmaməli bəy demək olar ki, tabeliyində olan kəndlərin hamısından çox Pirəsoranı xoşlardı. Çünki Mirzə Qulamın xanlıq etdiyi ərazidə olan bulaqların hətta, Savalan ətəklərindəki bulaqların belə, suyu ona Pirəsoradakı Qılqılov bulağının suyunun ləzzətini verməzdi. Ona görə də İmaməli bəy gündüzlər hansı bağlı-bağatlı, gözəl kənddə gəzib-dolansaydı da, axşamlar quzu kababı ilə Qılqılovun sərin, suyundan içməyə adət eləmişdi...

Qılqılovun qabağında saysız-hesabsız ağaç novların, yerdə və əllə qayrılmış gölməçələrin olduğuna baxmayaraq, bahar vaxtı qoyun quzuya qarışanda bu nov və gölməçələr azlıq edib sürüyə çatmazdı. Odur ki, nökər-naib, çoban və onların külfətləri xanın sürüsünü axşam bulaq suyunda suvarmaq üçün evlərindən qab-qacaq gətirərdilər. Onlar gətirdikləri qab-qaçağı sürü gəlməmiş novların yanında düzüb əvvəlcədən doldurardılar ki, qoyun-quzu dolu qabları görüb incimədən suyu içsin.

Yasəmən də əlindəki teşti novun yanına qoydu. Səhənki götürüb bulağa döndü. Elə bu vaxt qarşı tərəfdə at kişnədi. Gələn xanın şatırı idi. O, mindiyi dəmirboz, köhlən atını güllə kimi səyirdərək birbaşa valinin alaçığının yanında düşdü.

Həmişə şatır kəndə gələndə mütləq bir hadisənin baş verdiyi, təzə bir əmrin və ya sərəncamın bəlli olacağı bilinərdi. İndi Yasəmən baş verəcək hadisənin Mahmudla qoçunun mübahisəsinə aid olacağını güman etdi. Sarsıldı, yerindəcə donub qaldı.

Bulaqdan alaçığın həyəti aydın görünürdü. Şatır atdan düşən kimi nökər dəmirboz köhləni yedəklədi. Qoçu, şatırı valinin alaçığına apardı...

Yasəmən səhəngini doldurub teştə boşaldarkən, şatırın yenə qayıdıb sürətlə bulağın üstündən keçdiyini gördü.

“İlahi, özün saxla” - deyə düşünən Yasəmən qəmləndi, çöhrəsini kədər çulğadı. Bu ara qoçu Sərxan “Heydər, Heydər” - deyib bağıra-bağıra nəsə danışır və bulağa tərəf gəlirdi.

Yasəmən boş qabların tamam dolduğunu gördü, səhəngini yenidən doldurub novun yanında dayandı. Bulaqdan daşan su aşıb-daşıb yeri islatmışdı. Gəlinlər, qızlar on iki taxtalıq uzun tumanlarının balaqlarını bellərinə sancmışdılar. Sərxanın bulağa yaxınlaşdığını görüb ondan yaşınmaq niyyəti ilə gəlinlər, qızlar kimi Yasəmən də balaqlarını buraxıb əli səhəngdə, sürü gələn tərəfə çevrildi. Sərxan gəlirdi...

O, əyninə göy nazik mahuddan arxalıq geymiş, belinə gümüş kəmər bağlamış, üstündən gümüş dəstəli xəncər asmışdı. Boz buxara papağı altında burulmuş qara birçəkləri, alnının üstündən təpəsinə qədər ülgüclə qırxılmış “məst” yoluyla iki yerə ayrılmışdı. Ayağındakı uzunboğaz, itiburun, dikdaban çəkməsinin quncuna simli bir qamçı sancılmışdı.

O, qab-qacağa doldurulmuş suyu və adamları nəzərdən keçirərək yavaş-yavaş Yasəmənə doğru gəlməyə başladı.

Yasəmən al-yaşılının bir tərəfini dişinə tutaraq ikiəlli səhəngi qaldırıb yanındakı dolu teşti boşaltmağa başladı ki, qoçu ona çatıncaya qədər su gətirmək bəhanəsilə bir də bulağa qayıtsın və arvad-uşağa qarışıb qoçunun nəzərimdən yayınsın. Qızın bu fikrini duyan qoçu, onun suyu dolu teştə tökdüyünü görüb qəzəbləndi: Korsan, görmürsən teşt daşır? İndi o yer olacaq palçıq, qoyun ordan su içə bilməyəcək... Bu da gündüz gördüyün iş deyil ha, gözlərini aç, mənə yaxşı bax. Mənə də Mirzə Qulam xanın valisi, İmaməli bəyin qoçusu Sərxan deyərlər. Bildin? Yoxsa, and olsun Allaha bu qamçını belində tikə-tikə eləyərəm, - deyə qoçu qamçını çəkməsindən çəkərək havada yellədə-yellədə Yasəməni təpədən-dırnağa qədər kinli-kinli süzməyə başladı. Qızı gözü yaman tutmuşdu.

Yasəmən səhəngin suyunu yarımçıq saxlayıb, dolmuş teşti islanmış yerdən kənara çəkdi. Ancaq teşti qaldırarkən onun hörüklərindən biri şıltaqlıq eləyərək sürüşdü, düz teştin içinə düşdü. O, saçlarına hirslənmiş kimi onları dəstələyib iki yerə ayırdı və bir neçə yol başına dolayıb alnının üstündə düyünlədi. Altdan gözünün ucuyla alçaqboylu qoçunun buynuz kimi dik bığlarına, boz sifətinə və qaralan kinli gözlərinə baxırdı. Onun niyyətini üzündən oxumağa çalışırdı.

Sərxan daş ürəyə, vəhşi heyvan rəftarına malik olsa da, Yasəmənin gözəlliyi qarşısında yumşalmaya bilmirdi. O, günortadan bəri fikirləşib elə bir yol tapmaq istəyirdi ki, bu yolla Yasəməni qeylü-qalsız ovlayıb Mahmudun əlindən alsın. İstəyirdi ki, düşünülmüş bir böhtan üzündən valinin əmrilə Mahmud aradan götürülsün. Qız dilə-ağıza düşmədən keçsin onun pəncəsinə... Sərxana görə hələlik bu barədə susmaq lazım idi. İndidən Yasəmənə söz demək, onu diksindirib hürkütmək şübhə doğura bilərdi...

O, məqsədinə çatana qədər özünü Yasəmənə igid bir qoçu kimi göstərmək, xanın və valinin yanında zəncirlənmiş bir qarınqulu yox, onların sağ əli, məsləhətçisi, xeyir-şərlərinin ağsaqqalı, müşküllərini həll edən kimi tanıtmalı idi. Elə bu məqsədlə gözünü yerə dikmiş Yasəməni danlamağa başladı:

Odur da vali sizin kimi heyvərə camaatın töhmətini mənə vurur. Deyir ki, Sərxan qağa, vallah, sən olmasan, bu pirəsoralıların dərisini soyaram. Bircə sən düyün olub qalmısan boğazımda. Yoxsa bu nahamar uşağının dərilərini aşa qoyardım. Vali ağanın siz bimərifət adamlar üçün künahı yoxdur. Yoxsa onu istəyirsiniz ki, xan cənablarına rüsxət verim dərinizə saman təpsin? - O, səsini yüksəldərək davam etdi: - Onu da bil ki, Nanə bulağındakı işini valiyə desəm, atan Qurbanı da qatar sənə, günü sabah qolubağlı gedərsiniz Ərdəbilə. Mən adamlığıma saldıqca sizin kimi gönüqalın heyvan tayfası da gündüz günortaçağı dərələrdə heyvərəlik edirsiniz. Elə sizə yaxşı ad qoyublar: “Talış gavələri”...

Sərxanın başı elə qarışmışdı ki, sürünün su üstə gkəlməsindən və Mahmudun arxada durub onun sözlərini dinləməsindən xəbəri olmamışdı. “Talış gavələri” sözünü tamamlayanda Mahmud arxadan dilləndi:

Sizə də yaxşı deyiblər: “Allahgir ol, həmşərigir olma». Sərxan çevrilib Mahmudu gördü. Düşündüklərinin alt-üst olduğunu başa düşüb, qəzəbləndi. O, Mahmudu məğlub etmək məqsədi ilə ona şər atmaq qərarına gəldi:

Deməli, sən valini söyürsən, öküz oğlu öküz, - deyə onun üstünə cumdu və qamçı ilə başından vurmağa başladı.

Mahmud köhnə palazdan düzəltdiyi cürcənəyini qoçunun qamçısına bilgkə verib, çiyninə güclü bir çomaq endirdi:

Öküz oğlu öküz sənsən ki, Nəmindən bura qarnını otarmağa gəlmisən, - dedi.

“Pələnk” sahibinin vuruşduğunu görüb araya cumdu. Qoçunu parçaladı. Hay qopdu. Yasəmən və başqa çobanlar araya girdilər. Qoçu harayçıları görüb kişiləşəndə, xəncərinə əl atdı:

Buraxın məni, onun bağırsaqlarını ayaqlarına dolamasam, bu börk mənə haram olsun. O indi ağzını o yerə yetirib ki, valini söyür, məni də itə parçalatdırır?

Ağzı köpüklənə-köpüklənə Mahmudun üstünə cuman qoçunu arvad-uşaq tutduqca, o şeşələnir və söyüş söyə-söyə əldən çıxmağa can atırdı.

“Pələnk” hürür, qoçudan da bərk hirslənərək adamların üstündən belə Sərxanın başına tullanmaq istəyirdi, ancaq Mahmud qoymurdu.

Qoyun-quzu mələşməsi, nökərlərin “tut, qoyma, amandır”, səsləri, itlərin hürüşməsi bir-birinə qarışmışdı. Qoçunua it parçalayan ayağından qan axırdı. Kimi deyirdi ki, igid ələsən, Mahmud. Kimi deyirdi ki, əlinə qurban olum, belə vurarlar ha! Kimi də deyirdi ki, Mahmudun yüz canı olsa, biri də sağ qurtarmaz. Bu hay-küy valinin alaçığından bir güllə atıldı. Qeylü-qala daldakı sürünün çobanı Qurban, kişi də gəldi. O, vəziyyəti belə görüb Mahmuda yanaşdı:

Mirzə Qulam xan alaçıqdadır. Durma, əkil, keçərsən ələ. Mahmud ara qarışığında əkilərək birbaşa evlərinə yönəldi. Qurban yapıncısını Yasəmənə verib onu da evə yola salandan sonra özünü qoçuya yetirdi. Köynəyini cırıb onun it parçalayan ayağını bağladı. Bu vaxt xanın əmniyyələri ətrafı dövrəyə alıb “tərpənməyin” deyə əmr etdilər. Bütün adamları alaçığa, xanın yanına apardılar. Nökərlər və çobanlar rahatlandılar, ara sakitləşdi.

Mahmud özünü evə yetirib əhvalatı anasına danışdı. Arvad ürəkdən ah çəkib, dilləndi:

-Ay oğul, indi kişi nə gəzir... “Ağa dedi sür dərəyə, sür”. Daha durma, Mirzə Qulam xan gəlib, alaçıqdadır, səni ölüncəyə qədər döydürər. Get birbaşa Məşədi Sərdargilə. Burda sənə arxa olan, təəssüb çəkən tapılmaz. Atalar deyib: “Uğurum olsun, qoy lap Rumda olsun” Axır ki, səninlə ata-baba əmi uşağıdırlar. Məşədi Sərdar kişi adamdır, ona bel bağlamaq olar. Təvəkkül Allaha, nə olar, qoy olsun, “göydən gələni yer götürər.»Mahmud dinmədi. Arvad heybəyə çaxmaq, qov və bir də iki-üç təndir çörəyi qoyub Mahmuda verdi. Kiçicik daxmalarını, qara çırağa qədər nəzərdən keçirən Mahmud anasına dedi:

-Ana, Yasəməni gözdən qoymayasan. Məndən arxayın ol. Nə qədər gec deyil, şeylərimizi də yığ məfrəşə, apar Yasəməngildə gizlət. Özün də orda qal. Yoxsa mənə görə səni incidərlər. Görək axırı hara çıxır.

-Yox, ay oğul, dost-düşmən var, başqasının qoltuğuna sığınmaqdansa, öz evimiz yaxşıdır. Nə olursa, qoy olsun, mən dözərəm, təki sən ələ keçmə. Di durma, özünü yetir Talıbqışlağa. Məşədi Sərdar nə desə qulaq as. Aləm xanıma da de ki, anam məni sənə tapşırıb. Di yaxşı yol, bala.

Onlar görüşdülər. Mahmud yola düşdü. Ağabanu onun ardınca su atdı. Yaşarmış gözlərini ətəyi ilə silib evə döndü.

Ardı var...

Link to comment
Share on other sites

  • 10 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Haha
      • 117 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 13 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
      • 19 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Sad
        • Like
      • 99 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Haha
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
        • Like
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Like
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...