Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

" Daş Yuxular" Romanı Ətrafında Qalmaqal Qızışır.

Blok

Recommended Posts

Musa Quliyevdən Əkrəm Əylisliyə sərt ittiham: “ ...sünnət olunmuş Əylis ermənisidir”

“Bəlkə də Əkrəm Əylisli fikirləşir ki, bu cür əsərlər yazmaqla ona da Nobel mükafatı verəcəklər. Onu da böyük, bəşəri yazıçı kimi tanıyacaqlar. Düşünürəm ki, bu onun tərəfindən böyük bir səhvdir. Heç vaxt öz xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayağına atan yazıçı ümumbəşəri ola bilməz. Mən çox təəssüf edirəm ki, “Xalq yazıçısı” adını daşıyan, “İstiqlal” ordenli bir yazıçımızın əsəri Ermənistanda da toy-bayram kimi qarşılanır. Bu bizim həm də ermənilərlə siyasi müstəvidə mübarizəmizə böyük bir zərbədir.

Xocalı faciəsinin bütün dünyada tanındığı bir dövrdə belə bir əsərin ortaya çıxması, Azərbaycanın tanınmış yazıçısı tərəfindən qələmə alınması, “tək mən Azərbaycanda yaxşıyam, bütün azərbaycanlılar pisdir” şüarının ortaya atılması bizim bu işimizə də böyük əngəl törədəcək. Bu əsərdə Bakıdakı ermənilərin vəhşicəsinə qətlinin, Sumqayıt qətliamının azərbaycanlılar tərəfindən törədildiyi qeyd edilir. Bununla da bir millətin Xocalını da özü törətdiyini iddia edəcək qədər ermənilərin əlinə böyük bir dəstək vermiş olur.

Ermənilərin əlinə başqa bir dəstavüz verir ki, belə bir vəhşi millətlə biz birgə necə yaşaya bilərik. Ona görə də dünya birliyi bizim Qarabağın Azərbaycandan ayrılması tələbini haqlı saymalı və dəstəkləməlidir. Yəni bütün bu əsər həm millətə, həm dövlətin müstəqilliyinə qarşı çox böyük qəsddir. Ermənilərin 25 il ərzində Qarabağ savaşı başlayandan bəri vurmadıqları zərbəni Əkrəm Əylisli vurub. Ən pisi odur ki, Əkrəm Əylisi əsərinin başında yazıb ki, mən bu əsəri bu dünyadan dərdli köçmüş həmyerlilərimə ithaf edirəm.

Təbii ki, Əkrəm “həmyerlilərim” deyəndə Əylis ermənilərini nəzərə tutur. Əsərinin axırında isə əsəri Əylisdə bitirdiyini yazır. Göstərir ki, əgər hər öldürülən bir erməninin üzərində bir şam yandırılsaydı, bu şamların işığı Ayın işığından da parlaq olardı. Dolayısı yolla türklər tərəfindən milyondan çox erməninin öldürüldüyünü göstərir. Əkrəm Əylisli 2005-2006-cı illərdə Əylisdə yaşadı. Əylislilərin çörəyini yedi, Əylislilər onun suyunu daşıdı, onun odununu yardılar, evini isitdilər, evində ona qulluq etdilər. Əkrəm Əylisli də Əylis ermənilərinin xətrinə Əylis azərbaycanlılarını  o qədər aşağıladı, onların hamısını qatil, yaramaz, tənbəl və mədəniyyətsiz adlandırdı. Mən buna çox təəssüf edirəm və hesab edirəm ki, buna bir ictimai təpki, qınaq olmalıdır”.  

Link to comment
Share on other sites

YAP Əkrəm Əylislinin evi qarşısında aksiya keçirəcək

“Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Əkrəm Əylislinin evinin qarşısında aksiya keçirəcək”.

Bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Teleqraf.com-a açıqlamasında deyib.

Onun sözlərinə görə, YAP Gənclər Birliyi xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın ədəbiyyat jurnalı olan “Drujba narodov”da dərc olunmuş “Daş yuxular” romanına etiraz olaraq aksiya keçirmək niyyətindədir.

Link to comment
Share on other sites

"Doktoru daha çox şəhərin müsəlman sakinlərinin ermənilərə qəddar münasibəti dəhşətə gətirirdi, çünki, o, belə bir qəddar münasibəti ermənilər tərəfdən görməmişdi".

"Doktor, əziz doktor... öldürdülər... Günün günorta çağı belə bir adamı döyüb məhv elədilər. Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de - işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar".

"Sən demə, bu, qoca erməni imiş. Çörək almağa çıxıbmış, elə orda yerazların əlinə düşüb. Elə ev paltarında... başmaqda... Mən o evin yanına çatanda yazığı artıq öldürüb hovuza atmışdılar".

AZXEBER.COM-un məlumatına görə, bunlar "Daş yuxular" adlı romanda Azərbaycan yazıçısı Əkrəm Əylislinin qələmə aldığı ifadələrdir. Bu ifadələr sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb. 

Gənc yazar Əhməd Şahidov bu cümlələrə görə Əkrəm Əylisini "şərəfsiz" adlandırıb: "Tüpürüm Əkrem Əylisliyə də, onun ziyalılığına da... Ağzımı açdırmasın da. Mənim dayım Daşaltı əməliyyatında sağlamlığını itirib ki, Əkrəm kimi gədələr Bakıda rahat gəzsin?! Qardaşım Şəmkirdə erməni ile üz-üzə dayanıb ki, Əkrəm kimilər Bakıda Orxan Pamuk olmaq xülyasıyla ağzına gələni yazsın?! Mən Moskvada hər gün ermənilərin nifrəti ile üz-üzəyəm, ay Əkrəm Əylisli. Gəl sen də çox yox, bu üç səbəbləri yaşa, görüm yenə erməniye dayı deyəceksənmi?! Ama zatın xarabdırsa, deyərsən! Ziyalı olmuş, yox bir! Ziyalı xalqa xidmət edər. Biz gənclər səndən nə ibrət götürəcəyik, ay şerefsiz!"

Link to comment
Share on other sites

Maraqlisi odurki Əkrəm Əylisli dunən axsam ANS TV-də ozunə haqq qazandirir. Deyir mən bunu gələcəkdə Dagliq Qarabagda bir yerdə yasayan azərbaycanli və ermənilərin ucun yazmisam. Qarabag munaqisəsi bitəndən sonra biz dost qardas olub yenidən bir yerdə mehriban yasayacagiq. Gor bu nə yazir..! Hələ camaatin gozundə yash qurumayib, atasi, qardashi, həyat yoldashi Qarabagda səhid olanlar qan aglayir. Bu dostluqdan yazir. Elə tarixdə bunu gostarir. Əkrəm kimilər illər kecdikcə tarixi dəyishir, ermənilərlə qardash olur, erməni qizi alir nəsil salir (necəki 1905-dən) və belədə davam edir. Hər sey unudulur, bagishlanilir. Və birdə illər kecəndan sonra hər sey yenidən bashlanilir. Mən Əkrəm Əylislidən sorushmaq istərdim ki bu insan basqa bir movzu tapmayib ki? Səhidlərimizin birinin həyatini yaxud Qarabag muharibəsində istirak etmis bir əlildən... Axi yuzlərlə movzu var. BAX ƏN QORXULUSU ARTİQ BASLANDİ. "Gəlin barishaq, olub kecenləri unudaq, bir yerdə yasayaq."

Link to comment
Share on other sites

“Əgər mənə, ailəmə qarşı hər hansı bir təxribat, təzyiq baş verərsə...” - Əkrəm Əylisli

“Əsəri kimsə Azərbaycanda və ya Ermənistanda icazəsiz tərcümə edib yaymağa çalışsa, məhkəməyə müraciət edəcəyəm”

Xalq yazıçısı Əkrəm Əylisli “Drujba narodov” jurnalında rus dilində nəşr olunan “Kamenniye snı” əsərinin Azərbaycan dilinə tərcümə olunmasına etirazını bildirib. Qeyd edək ki, “Qafqazinfo” əsəri Azərbaycan dilinə tərcümə etdirərək saytda yayımlayacağı ilə bağlı yazıçını məlumatlandırdıqdan sonra Ə.Əylisli bu təşəbbüslə çıxış edəcək istənilən quruma və şəxsə xəbərdarlıq edib: “Mən romanımın Azərbaycan dilinə tərcümə olunmasına qəti şəkildə icazə vermirəm. Bu mənim müəllif hüquqlarımın pozulması demək olardı. Nəinki Azərbaycanda və Ermənistanda, eləcə də dünyanın harasında olursa olsun, əsər məndən icazəsiz tərcümə olunsa məhkəməyə müraciət edəcəm. Mənim əsərimi məndən icazəsiz çap edə bilməzsiz, əgər özüm lazım bilsəm tərcümə edərəm”.

Link to comment
Share on other sites

Ozan Arif belə şərəfsizlər barədə gözəl deyir:

Türk ekmegini yersiniz, yedikce atarsiniz

arkasindan her türlü kuyuyu kazarsiniz

yeter artik birakin bu milletin peşini

sizin gibi aydinin 7-den 70-ni............

Link to comment
Share on other sites

Torpaqlar alinandan, sonra sulh və əmin-amanliq olandan sonrada ,ermənini dost deyib sufrə başinda oturtmaq duzgun deyil.Ən azindan Xocalida ölən korpələrə qarşi haqsizliq olardi.Bizim millət belədirdə, cətinə duşəndə dərdini unudur.UNUDAQ ,BARİŞAQ. Əvvəl olanlari unudub , onlari yaxina buraxmasaydiq belə olmazdi .Erməniyə qardaş dedik, həmin qardaş bizi vurub, torpağimiza göz dikdi ..İndi yenə unudaq. barişaq .bağişlayaq. İllər kecəndən sonra oturub muzakirə edək ,ki TARİX TƏKRARLANİR.

Link to comment
Share on other sites

Heç vaxt öz xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayağına atan yazıçı ümumbəşəri ola bilməz

Təəssüf amma Orhan Pamuk və Salman Rüştü kimilərin timsalında belələrinin Nobel aldığının şahidi olmuşuq. Sadəcə bir əmma var. Onlararın Əkrəmdən fərqli olaraq ədəbi istedadı var idi. Əkrəm isə istedadsız, maraqsız, cılız biridir. Görüb ki heç cür buna fikir verən yoxdu. Deyiq qalmaqal yaradım gündəmə gəlim... çox ucuz bir yol... Yaddaşlarda erməniyə dayı deyən alçaq kimi qalacaq... ondan artıq yox...

Link to comment
Share on other sites

Torpaqlar alinandan, sonra sulh və əmin-amanliq olandan sonrada ,ermənini dost deyib sufrə başinda oturtmaq duzgun deyil.Ən azindan Xocalida ölən korpələrə qarşi haqsizliq olardi.Bizim millət belədirdə, cətinə duşəndə dərdini unudur.UNUDAQ ,BARİŞAQ. Əvvəl olanlari unudub , onlari yaxina buraxmasaydiq belə olmazdi .Erməniyə qardaş dedik, həmin qardaş bizi vurub, torpağimiza göz dikdi ..İndi yenə unudaq. barişaq .bağişlayaq. İllər kecəndən sonra oturub muzakirə edək ,ki TARİX TƏKRARLANİR.

Tamamile raziyam. Bele sheyleri unutmaq ozu de bir vicdansizliqdir

Link to comment
Share on other sites

  • 2 weeks later...

Romanı heç kim oxumayıb əslində amma hamı roman haqqında danışır ))

Hərə özünə görə danışsın. Mən bir neçə səhifə oxudum, sonra çox pis təsir edti və iyrənclik hissi doğurdu. Davam etmək mənasız gəldi. Həm dəyərli vaxtıma heyfim gəldi, həm zövqümə... demək olar ki hər cümləsində Azərbaycanlı xalqına qarşı nifrət var idi. Bu da oradan bir sistat:

"Это все еразы, доктор, еразы. Пять-шесть парней-еразов… Эти сукины дети беженцы совсем не уважают людей, доктор, дорогой мой..."

Belə şeyləri oxumaq ləzzət edirsə, buyurun... mənlik deyil... və mənə də onun kimi, erməni qrantını yeyib, vətənini söyən alçaq "yazıçıcığazlar" lazım deyil... Çingiz Abdullayevin ona yazdığı açıq məktubu oxuyun, xüsusilə də sonunu... necə ədalətsiz insan olduğunu görəcəksiniz...

Bu da o məktubdan bir parça:

Вот уже двадцать с лишним лет Акрам Айлисли не считает себя членом Союза писателей и в течение всего этого времени на страницах газет и журналов поливает грязью и оскорбляет своих коллег. Больше всех он “специализировался” на мне и Председателе Союза писателей Анаре, своем друге молодости. Ни разу в жизни я ему не ответил, я вообще считаю подобные споры непродуктивными. Но из восьми живущих народных писателей он выступал против всех восьмерых. Поразительно, но рекомендацию в Союз писателей ему давал отец Анара, на памяти которого он тоже “потоптался”. Согласитесь, что это диагноз, а не беллетристика. И насчет его “интернационализма” тоже смешно. Как раз наоборот. Он стал известен как “патриот”, когда призвал сразу после развала СССР выгнать из Союза писателей пишуших на русском языке литераторов (!). Поймите, это никак не вяжется с его нынешними “интернациональными” взглядами.

Ruscam pisdir,ona görədə məktubla filan bağlı bir söz deyə bilmərəm.Çingiz özü yaltağın biridir.Müsahibələrində,qatıldığı proqramlarda dəfələrcə görmüşəm bunu.Mənə milliyyətçilik.vətənpərvərlik mansturbasiyası eləmək lazım deyil.Bukovski kimi adamın şəklini vurub profilə nasist kimi danışan adamdan ciddi bir şey gözləmərəm onsuzda.Romandan bir hissə oxudum,Azərbaycan dilinə tərcümə olunmuş hissə,hamısını oxuduqdan sonra bir söz deyə bilərəm.Siz çallışın əsərlərdə bir cümlədən yapşıb hər şeyə qərar verməyin.Kitabın çatdırmaq istədiyi fikir,sujet xətti əsasdır,birdə yazıçının öz əsəri barədə dedikləri.Faşist düşüncəylə nəyəsə yanaşıb elə onu-bunu söyməklə heç kim zor görünmür.Mən əsəri tam oxuduqdan sonra fikir bildirə bilərəm.Sizin kimi hay-küyə gedən adam deyiləm,öz ağlım.öz məntiqim varki,əsəri oxuyub qiymətləndirim.Hə,birdə sizdən fərqli olaraq məsələyə faşist,milliyyətçi gözüylə yox obyektiv baxmağı bacaracam əsəri oxuduqda.

Bir şeyidə qeyd edim:Heç bir yazıçının borcu deyil ki,kütlənin kayfına görə nəsə yazsın.Hamının öz fikri,öz düşüncəsi var.Yalnışda olsa,doğruda olsa bu belədir.Heç olmasa həyatınızda bircə dəfə olsun ayrı düşüncəyə,ayrı fikrə tolerant yanaşın əziz bozqurdlar.

öz millətini sevən nasist olur?facepalm.gif daha sizə deyəsi sözüm yoxdur...

Link to comment
Share on other sites

Fəqət, öz millətini yüzillər boyunca qıran, soyqırım edən, planlı şəkildə torpaqları alıb dənizdən dənizə ermənistan yaratmaq istəyən, qarabağda millətin qadınlarını zorlayan, uşaqlarını qıran ermənilərlə dostluq qardaşlıq propaqandası aparan haramzada olmaqdansa elə elə öz millətinin nasisti olmaq yaxşıdır...

o ki qaldı,

Heç bir yazıçının borcu deyil ki,kütlənin kayfına görə nəsə yazsın

heç bir kütlənin də borcu deyil ki hər yazılanı bəyənsin və tənqid etməsin.... yazdığına layiq münasibəti də görür...

Link to comment
Share on other sites

Fəqət, öz millətini yüzillər boyunca qıran, soyqırım edən, planlı şəkildə torpaqları alıb dənizdən dənizə ermənistan yaratmaq istəyən, qarabağda millətin qadınlarını zorlayan, uşaqlarını qıran ermənilərlə dostluq qardaşlıq propaqandası aparan haramzada olmaqdansa elə elə öz millətinin nasisti olmaq yaxşıdır...

o ki qaldı,

heç bir kütlənin də borcu deyil ki hər yazılanı bəyənsin və tənqid etməsin.... yazdığına layiq münasibəti də görür...

Bəyənməyə bilərsiz əlbəttə.Heç kimə bir söz deyən yoxdur.Mən nə kiməsə zor tətbiq edə bilərəm nədə kimsə bəyənmir deyə.Sadəcə hər halda bu forum müzakirə üçündür və bu məsələni müzakirə edirik və mən öz nöqteyi-nəzərimdən yanaşmanızın səhv olmasını anlatmağa çalışıram.Hər nəysə bu mövzu çox uzanacaq danışdıqca.Sonda isə onu deyə bilərəm ki,həyat heç kimə,düşmənimə belə nasist olmağı qismət eləməsin.

Link to comment
Share on other sites

Yanaşmadan danışsaq millətimi tapdalayan və alçaldan, müharibə vəziyyətində olan, qaçqınları olan və torpaqlarını itirmiş xalqın milli mənəvi hisslərini alçaldan kitaba qarşı başqa nə yanaşma ola bilərdi ki? Mən şəxsən son dəfə bənzər hissləri 10 il öncə, tələbə ikən Zori Balayanın Ocaq əsərini oxuyanda keçirmişdim... sakit oxumaq mümkün deyil, adamı elə bil tok vurur oxuduqlarının absurdluğundan...

Özü də, konteksti kənara qoysaq belə, qeyri professional, ədəbi bədii koloritdən məhrum, tələbeeeeep cizmaqara kimi yazılmış bir şey təəssüratı yaratdı məndə şəxsən...

Edited by Грешник

Ümumiyyətlə Azərbaycanda ədəbi cəhətdən elədə güclü yazan bir yazıçı tanımıram.ona görədə bu barədə tam haqqınız var danışmağa.Ədəbi cəhətdən tənqidə kimsə bir söz deyə bilməz.Baxın yoldaş mən burada Əkrəm Əylislinin doğru və yaxud səhv olduğunu demirəm çünki dediyim kimi əsəri tam oxumamışam,çox az qismini oxumuşam.Amma başa düşün bir insan ayrı cür düşünə bilər,ayrı cür yaza bilər.Bu heç kimə haqq vermirki,onu yazıçıcığaz,alçaq(siz deməsənizdə deyənlər var) adlandırsın,fiziki zor tətbiq etməyə çalışsın.Baxın kimsə çıxıb desəki,normal tərzdə:"Mən Əkrəm Əylislinin yazdıqlarıyla heç razı deyiləm,fikrimcə milləti alçaldıb,tarixi faktları dəyişdirib və əsər ədəbi cəhətdən elədə güclü əsər deyil.Amma bu o demək deyil ki,ona qarşı təhqirlər,fiziki təsirlər olmalıdır.Bu qeyri-tolerant,insani olmayan davranışdır.Fikrindən asılı olmayaraq hamıya tolerant yanaşmaq,insani münasibət göstərmək lazımdır"-bax onda ayrı məsələ.Amma hamı hirslə,nifrətlə nəbilim Əkrəm yanlarında olsa bu dəqiqə öldürəcəkləri təsuratını yaradacaq tərzdə yazır,məsələyə yanaşır.Bu doğru deyil.

Eeeh, bu hələ harasıdı, tarixdə yazdıqlarına görən insanları yandırırdılar... repressiyaları demirəm hələ....

şükür eləsin ki, belə sivil vaxtda yaşayır və belə şeylərlə canını qutarıb...))

Yazıçıcığaz isə onun kitabının mahiyyəti ilə bağlı olmayan, və sırf yazıçılıq qabiliyyətinə yönəldilmiş bir ifadə idi. Belə ki nə yazdığını bir kənara qoysaq yazıçılıq istedadından tamamilə məhrum olduğu halda biri yazırsa - o ya xırda yazıçı olur, ya da yazıçıcığaz... ))

Tolerantlıq isə məncə zəyiflərə aşılanan bir dəyərdir... Dünyanın güclüləri nəsə heç tolerant olmaq barədə düşünmürlər...

Edited by Грешник
Link to comment
Share on other sites

Eeeh, bu hələ harasıdı, tarixdə yazdıqlarına görən insanları yandırırdılar hələ... repressiyaları demirəm hələ....

şükür eləsin ki, belə sivil vaxtda yaşayır və belə şeylərlə canını qutarıb...))

Yazıçıcığaz isə onun kitabının mahiyyəti ilə bağlı olmayan, və sırf yazıçılıq qabiliyyətinə yönəldilmiş bir ifadə idi. Belə ki nə yazdığını bir kənara qoysaq yazıçılıq istedadından tamamilə məhrum olduğu halda biri yazırsa - o ya xırda yazıçı olur, ya da yazıçıcığaz... ))

Tolerantlıq isə məncə zəyiflərə aşılanan bir dəyərdir... Dünyanın güclüləri nəsə heç tolerant olmaq barədə düşünmürlər...

O repressiyalara,yandırılmalara haqq qazandırırsız?Baxın mənim heç vecimə deyil hansı xalq necədir.Mən öz tərbiyəmə,dünya görüşümə görə bir onu bilirəmki,kim necə düşünür-düşünsün,mənə zidd belə düşünsün,öz fikirlərini ifadə etməyə haqqı var və mən heç kiməm buna görə onu günahlandırım.Siz hal-hazırda Hitlerdən heçdə geri qalmayan tərzdə danışırsız.Bir öz yazdıqlarınıza baxın və unutmayın nə sizin,nə də bir başqasının,heç kimin haqqı yoxdur ki,kiməsə nəyəsə görə fiziki təsir etsin və yaxud ediləcək fiziki təyziqə haqq qazandırsın.İnsan həyatı sizin bu can verdiyiniz,siyasətçilər tərəfindən tabe olmanız üçün hər fürsətdə vasitə kimi istifadə olunan,4 tərəfdən sərhədlənmiş torpaq parçanız insan həyatından dəyərli deyil mənim üçün.Elə ermənilərdə,siz də bu faşist düşüncəylə hara gedəcəksiz heç bilmirəm.

Edited by Heyat_Gozeldir
Link to comment
Share on other sites

yoox, qətiyyən... sadəcə deyirəm ondan daha pis hallar olub tarixdə... Əylislinin bəxti gətirib ki yaxşı zəmanədə yaşayır))

Əslində heç birimizin bəxti gətirməyib.Sadəcə vəziyyəti bu yerə gətirənlər,bütün bu axmaq siyasətçilər utanmaqdan,başlarını cəhənnəmin dibinə soxub bəşəriyyətdən əl çəkməkdənsə,özləri problemlər yaradır və sonra bu çətinlikləri xalqın öhdəliyinə buraxırlar.Xalq isə bir-birini yeyir))

Link to comment
Share on other sites

Əslində heç birimizin bəxti gətirməyib.Sadəcə vəziyyəti bu yerə gətirənlər,bütün bu axmaq siyasətçilər utanmaqdan,başlarını cəhənnəmin dibinə soxub bəşəriyyətdən əl çəkməkdənsə,özləri problemlər yaradır və sonra bu çətinlikləri xalqın öhdəliyinə buraxırlar.Xalq isə bir-birini yeyir))

Bu ifadələr isə sizin Nikinizlə bir arada heç yaxşı səslənmədi... bu nikin sahibi həyatdan razı olmalı idi...)

Axmaq siyasətçilər və rüşvətxor məmurlar isə həmişə olub və zənnimcə də olacaq... xalq özü daha savadlı olsa, nəyin yaxşı nəyin pis olduğunu ayırd edə bilər... əgər edə bilmirsə, onda malik olduğu hakimiyyətə layiqdir...

İnana bilirsən elə həmişə fikirləşirəm bu niki nə çəkib açmışdım :D Hələdə tapa bilmirəm :D

Sonda dediyin fikirlərlə tam razıyam :)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
      • 3 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Red Heart
      • 46 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
        • Like
      • 16 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Like
      • 35 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
        • Haha
      • 22 replies
    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Haha
      • 135 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
        • Milli
        • Upvote
        • Like
      • 28 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...