Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Aura. İnsan Başlanğıcları.


Recommended Posts

"Ezoterika nədir?"   mövzusunda aura barədə kiçik  müzakirəmiz oldu . Amma, başqa bir mənbədə  aura haqqında bir qədər fərqli  və daha geniş  məlumatla rastlaşdım  .  Bu  mənbədə  insan aurası  onun 7 başlanğıcı ilə  birbaşa əlaqədar olduğu üçün qərara gəldim ki,  bu mövzunu  -  aura haqqında -  həm əlavə məlumat , həm də daha geniş mövzu olan insanın 7 başlanğıcı haqqında məlumat və  münasibətimizlə genişləndirim . 

 

 

İnsanın 7 başlanğıcı və aura ilə əlaqədar mövzu  Ezoterik görüşlərdə  geniş  yer tutur.  Amma bu məlumat və mövzu ümumiyyətlə daha qədim olan şərq  ruhi texnikaları , dinləri və ezoterik görüşlərdən gəlmədir.

 

Məsələn , ezoteriklər aləmində böyük avtoritetlərdən biri olan xanım Blavatskayanın yaratdığı  teosofiya cəmiyyəti və teosofiya ideyasında da bu 7 insan başlanğıcı və aura haqqında məlumat var. 

Link to comment
Share on other sites

Bu mövzuda isə mən xanım Blavatskayaya yox  ,  Yoq Ramaçaraka kimi  tanınmış  amerikalı vəkil ,  naşir , yazıçı  , okkultist 

William Walker Atkinsona (1862 -1932) müraciət edəcəyəm . 

 

5fc84390b1ad8616ba260b93a30.jpg 

 

Daha doğrusu onun  "Yoqlar fəlsəfəsinin əsas kursu"  adlı kitabına .

Edited by Sunyata
Link to comment
Share on other sites

Yenidən aura haqqında danışmadan öncə  7 insan başlanğıcı ,  başqa sözlə insanın struktur quruluşu haqqında ezoterik  təlim haqqında çox kiçik məlumat . Sonra yenə auraya qayıdarıq . daha sonra isə bu 7 başlanğıcı ayrılıqda izahına baxıb , təbii ki,  müzakirə də edərik  .(  userlər tərəfindən həvəs yaransa )) ) 

 

7 başlanğıc fərqli təlimlərdə  müxtəlif formatda  verilsə də oxşar və ümumi olan daha çoxdur. Məsələn , xanım Blavatskayanın  bir neçə  təsnifatı olsa da  , əsasən onun təsnifatı belədir : 

 

1.Fiziki vücud.

2.Astral vücud.

3.Prana.

4.İstək vücudu

5.Manas.

6.Buddhi.

7.Atma

 

Yoq Ramaçakara isə aşağıdakı təsnifatı verir :

 

1.Fiziki vücud.

2.Astral vücud.

3.Prana və ya həyati qüvvə.

4.İnstinktiv ağıl.

5.İntellekt , ağıl , təfəkkür.

6.Ruhi ağıl ( birdən anlama qabiliyyəti , intuitiv ağıl, mənəviyyat )

7.Ruh.

 

 

Bu təsnifat haqqında aura haqqında məlumatdan sonra yenidən danışarıq .  İndi isə qısa olaraq yalnız  bu insan layları və struktur elementləri ilə  auranın əlaqədar olması səbəbilə   müvəqqəti olarqaq  bu infa ilə kifayətlənək .

Link to comment
Share on other sites

Yoq Ramaçarakaya görə aura  , adətən insanlar tərəfindən  fiziki  vücudun ətrafında müəyyən məsafədə çıxıntı etmiş xüsusi "materiya"  forması kimi qəbul edilir.   Amma, bu yalnız günəş ətrafında olan işığın günəşin hissəsi olması qədər doğrudur.  Əslində isə ,  aura (  günəş  şüaları )  emanasıyadır.  Yəni aura yalnız insandan olan emanasiya / şüalanmadır , insanın hissəsi deyil.  Bunu yalnız məcazi mənada insanın hissəsi adlandırmaq olar . 

 

Aura insanın eyni zamanda 7 başlanğıcının bir neçəsi və ya hamısı tərəfindən emanasiyasıdır .  İnsan strukturunu təşkil edən hər bir hissə ( 7 başlanğıc )  özünün xüsusi emanasiyasına yəni aurasına malikdir.  Lakin bu auralar  bir birinə sanki daxil olaraq  son auranı yaradır , amma bir birinə mane olmamaq şərtilə . Bu auranı ( və ya müxtəlif başlanğıcların aurasını )  yüksək psixoloji  gücə malik insanlar  "görə bilir" . 7- ci başlanğıcın aurasını isə  ümumuiyyətlə insan formatında olanda heç kim görmür.  5 ilk başlanğıcın aurasını  müəllifin fikrinə görə çoxları "görə bilir" . 6 -cı başlanğıcın aurasını yalnız nadir ,  yüksək psixi gücə malik olanlar  "görə bilir".

 

Beləliklə, hər bir insan başlanğıcı özünün xüsusi enerjisini şüalandırır ( emanasiya etdirir )  və bu emonasiyalar  eyni məkanda sanki bir birinə daxil olaraq bizim bildiyimiz insan aurasını yaradır.

Edited by Sunyata
Link to comment
Share on other sites

Filankwsin musbet aurasi var , ve yaxud menfi aura- bu sobetler ordan emele gelib? Sizce?

 

Bəli , məhz oradan yaranıb .  Bu müsbət və mənfi auraları onların rənginə görə təyin edirlər.  Auranın rəngləri haqqında yazanda daha geniş yazaram . Hələlik onu əlavə edim ki,  aurada mürəkkəb rənglər sistemi özünə yer tapır.  İnsanın fiziki sağlamlığından tutmuş ,  onun  intellektual , ruhi , mənəvi səviyyəsinədək , xarakter və emosiyalarınadək  hər şey  aurda rəng və rənglərin qarışığı ilə   əks olunur .

Edited by Sunyata
Link to comment
Share on other sites

Fiziki aura və ya fiziki vücudun emanasiyası olan aura haqqında.    Fiziki  aura əsasən insanın sağlamlığından xəbər verir .  Onun rəngi ağ / mavi -   təmiz su rəngindədir.  Bu aura ( eləcə də digər aura hamısı bir yerdə )  insan vücudundan 2-3 fut (  60 - 90 sm. )   məsafəni təşkil edir.  Aura yumurtavarı formadadır.  Ona görə də ona bəzən "aurik yumurta"  da deyirlər.  Bu "yumurta"nın bir xüsusiyyəti də onun daxilində  "tüklər"  formasında  zolaqların olmasıdır.  Sağlam vücuddakı auranın "tükləri"  düz dayanır , xəstə insanın aurası isə  sanki  "başlarını aşağı salmış tüklərdən"  ibarətdir.  Bu tipdə aura kənardan həyat enerjisi olan prananı kifayət miqdarda qəbul edə bilmir.  Fiziki  aura aşağı səviyyədə olan  psixi gücə malik insanlara "görünür" .   Çünki onlar  insan strukturundakı digər yuxarı elementləri ( onların çeşidli rənglərini görmürlər ) . Yüksək "psixik"  isə  fiziki auranı görmək üçün xüsusi səylə digər hissələrin rəngindən onu ayırır .

 

Fiziki vücuddan ayrılan emanasiyalar  bir növ müəyyən müddət fəzada /  məkanda qaldığı üçün  insanın izlənməsi mümkün olur.  Məsələn , xüsusilə inkişaf etmiş instinktə sahib olan itlər və digər heyvan növləri insanı məhz bu səbəbdən tapa bilir.

Link to comment
Share on other sites

İkinci insan başlanğıcının , yəni astral  vücudun  aurası  -  qazvarı ,  buxarvari yumurta formasında olub ,  seyrəkləşən buxar rəngindədir .  Bəzi insanlar bunu kabus, qarabasma kimi görür , əslində isə bu , yumurtavarı forma daxilində olan astral vücudun aurasıdır. 

 

Üçüncü tip aura , yəni  prana aurasını , müəllifin finkrincə ,  yalnız rentgen şüalarını görməyə qadir insanlara izah etmək olar .  Bu aura elektrik qığılcımı formasında və rəngində olan  buxarvarı buludla müqayisə oluna bilər.  Prana özü çəhrayı çalardadır , amma vücuddan aralandıqca rəngi itir. Bu hadisəni görənlər insan barmaqlarının ucundan bəzən qığılcım yayıldığını  görür. Bundan doğan  maqnetik müalicə deyilən bir  "müalicə"   növü var .  Bir də qeyd edim ki, bu tipdə auranın müəyyən mənada vampirləri -  şüurlu və ya şüursuz şəkildə  digər insanın pranasını ( həyat enerjisni )   udanlar -  mövcuddur.  Bu yolla , insan digər insanın enerjisini qəbul etməklə onu fiziki olaraq zəiflədir.

Edited by Sunyata
Link to comment
Share on other sites

Aura haqqinda televizorda eşitmişdim.Nə bilim insanin bio enerjisi.Bunlara çox fikir verməmişdim.Bu son 3-4 ildə bəzi müşahidə etdiyim nüanslari sizinlə bölüşmək istəyirəm.Yol gedərkən kiminləsə və hardasa göz-gözə gələndə insan nə isə xoş bir hiss keçirir.Eləsidə olur ki,ona baxanda elə bil insani tok vurur.Nə isə elə bil səni geri itələyir.Baxişlarinda qara və ürküdücü nə isə hiss edilir.Sonra bir neçə saat bu mənfi hiss insani öz təsiri altinda saxlayir.Budurmu aura?

Link to comment
Share on other sites

Aura haqqinda televizorda eşitmişdim.Nə bilim insanin bio enerjisi.Bunlara çox fikir verməmişdim.Bu son 3-4 ildə bəzi müşahidə etdiyim nüanslari sizinlə bölüşmək istəyirəm.Yol gedərkən kiminləsə və hardasa göz-gözə gələndə insan nə isə xoş bir hiss keçirir.Eləsidə olur ki,ona baxanda elə bil insani tok vurur.Nə isə elə bil səni geri itələyir.Baxişlarinda qara və ürküdücü nə isə hiss edilir.Sonra bir neçə saat bu mənfi hiss insani öz təsiri altinda saxlayir.Budurmu aura?

 

Könül xanım , yəqin ki , siz deyəndir.  Mən də belə hisslər keçirirəm . Buna insanın  mənfi və müsbət enerjisi də deyirlər .  Amma,  aurada insan xarakterinin  davamlı keyfiyyətləri əks olunur , məsələn xeyirxahlıq , sevgi , nifrət ,  kin, kudurət və s.  Həm də ötəri emosiyalarımız da o cümlədən əks olunur.  Bundan əlavə fikirlərimiz də aurda müəyyən rənglərdə əks olunur.   Bunların hamısını birləşdirəndə insanda aura ötəri çalarlardan əlavə bir növ daha davamlı aura rənginə malik olur.  Bu barədə daha geniş vaxt olduqca yazaram . 

 

Amma , onu da sizə deyim ki, bu oxuduğum kitabın müəllifinə görə auranın rənglərini bilən , psixik güclü insanlar qarşısındakı insanı açıq kitab kimi oxuya bilir .  Yəni , sizin sualınıza cavab  -  biz sizinlə nə isə mənfi bir enerji hiss edirik . Amma, auranı oxuya bilənlər isə insan haqqında çox geniş məlumat əldə edə bilir. 

Edited by Sunyata
Link to comment
Share on other sites

Könül xanım , yəqin ki , siz deyəndir.  Mən də belə hisslər keçirirəm . Buna insanın  mənfi və müsbət enerjisi də deyirlər .  Amma,  aurada insan xarakterinin  davamlı keyfiyyətləri əks olunur , məsələn xeyirxahlıq , sevgi , nifrət ,  kin, kudurət və s.  Həm də ötəri emosiyalarımız da o cümlədən əks olunur.  Bundan əlavə fikirlərimiz də aurda müəyyən rənglərdə əks olunur.   Bunların hamısını birləşdirəndə insanda aura ötəri çalarlardan əlavə bir növ daha davamlı aura rənginə malik olur.  Bu barədə daha geniş vaxt olduqca yazaram . 

 

Amma , onu da sizə deyim ki, bu oxuduğum kitabın müəllifinə görə auranın rənglərini bilən , psixik güclü insanlar qarşısındakı insanı açıq kitab kimi oxuya bilir .  Yəni , sizin sualınıza cavab  -  biz sizinlə nə isə mənfi bir enerji hiss edirik . Amma, auranı oxuya bilənlər isə insan haqqında çox geniş məlumat əldə edə bilir. 

 

Onda qeyri adi qabiliyyətli insanlar (məsələn Tofik Dadaşov, Allahverdi Şıxbabayev) qarşısındakı insanların aurasını oxuya bilənlərdir? Yoxsa onlarda daha başqa qabiliyyətlər də var?

Link to comment
Share on other sites

Onda qeyri adi qabiliyyətli insanlar (məsələn Tofik Dadaşov, Allahverdi Şıxbabayev) qarşısındakı insanların aurasını oxuya bilənlərdir? Yoxsa onlarda daha başqa qabiliyyətlər də var?

 

Zənnimcə , bəli .  Bu insanlar  xüsusi qabiliyyətlərə malikdirlər.  Əslində ,  məncə , hamıda belə qabiliyyətlər var, amma "aktivləşməmiş"  formada.   Şəxsi fikrimi deyirəm , sonra kitab müəllifinin də bu barədə fikrini yazaram .  İnsanda ola bilər ki, bu və ya digər duyğu üzvü  qeyri adi dərəcədə və formada inkişaf edib . Bu halda da insan , əlbəttə ki, adi  insanın görə , duya , eşidə bilməyəcəylərini hiss edir.  Məsələn ,  "İnsan -it"   iybilmə  qabiliyyəti həddən artıq olan insan , görmə diapazonu daha geniş olanlar ( rentgen kimi )   və s. və s.  Bu adamlar həqiqətən "möcüzələr"   göstərə bilər.   İkinci tərəfdən isə insanda ola bilər ki,  başqa plana -  məsələn "transa" keçmək qabiliyyəti var. Bu "trans"  halında insan informasiyanı intuitiv qəbul edə bilər , yəni təfəkkürün və ya hiss orqanlarının iştirakı olmadan ... 

 

İndi isə  qısa olaraq müəllifin fikrini yazıram bu barədə .  Yoq Ramaçakara deyir ki,  insandakı qeyri adi qabiliyyət hamıda var , lakin bunu  aktivləşdirmək üçün ruhi inkişaf vacibdir.  Onun deməyinə görə bu hadisələr - telepatiya , bəsirət , gələcəyi görmə və s .  insan tərəfindən adi / fiziki planda deyil ,  astral planda baş verir.  Astral aləmdə zaman / məkan yoxdur.  İnsandakı adi fiziki planda olan duyğu üzvlərinə uyğun olaraq  astral planda da xüsusi "astral duyğu üzvləri "   mövcuddur.  Bu duyğu üzvlərinə  adi fiziki duyğu üzvlərindən fərqli olaraq  görmək üçün görmək , eşitmək üçün eşitmək tələb olunmur.  Astral planda fikirləri də  beləcə ,müəllifin 6 -cı duyğu üzvü adlandırdığı orqan vasitəsilə oxumaq olduğunu deyir.  Bunları  "oxumaq"  da insanın astral planının aurasından mümkündür.  Yəni , dolayısı ilə auranın  burada  iştirakı var .  Zaman / məkan olmadığı üçün bunu fiziki planda çox uzaq məsafədən də edə bilirlər .

 

Məncə  bu izahın mövcudluğuna 100 %  də olmasa , əsaslar var ))

Link to comment
Share on other sites

İnsanın daha yüksək planlarına / təzahürlərinə keçməzdən əvvəl bir daha aura haqqında  -  Aura işıqsaçan ,  oval formada olan ,  fiziki vücudun ətrafında 2-3 fut ( ~ 90 sm )  kənara çıxan və tədricən bitən ,  birdən kəskin surətdə bitməyən ,  müxtəlif çalarlı rənglərin qarışığından ibarətdir.  

 

Yuxarıda qeyd etdiyim kimi, insanda hər bir fikir , emosiya və hisslər xüsusi rənglərlə aurada əks olunur , bu səbəbdən də aura hər insanda müxtəlif rənglər və çalarların qarışığından ibarət olur.  

 

İndi aurada əks olunan fikir və emosiyaların rəngləri haqqında .  

Edited by Sunyata
Link to comment
Share on other sites

 Auranın rəngləri və onların mənası - 

 

Qara rəng - nifrət , hirs , qəzəb , ədavət , intiqam kimi hisslərin rəngi.

Açıq boz - eqoizm rəngi.

Boz (xüsusi  meyit çalarında )  -   qorxu və vahimə rəngi .

Boz (tünd boz )  - melanxoliya və  məyusluq , ruh düşkünlüyü rəngi.

Yaşıl ( çirkli çalarda )  - qısqanclıq rəngi.   Buna əgər qəzəb də əlavə olunursa  , qırmızı zolaqlar da əlavə olunur.

Qara -yaşıl   -   yalan , aldatma , kələk rəngidir .

Yaşıl ( xüsusilə də parlaq ) - başqasının fikrinə  və inancına dözümlülük , dəyişikliklərə asanlıqla uyğunlaşmaq ,  ədəb və nəzakət  , həyatı müdriklik və s . kimi  hərdən " zərif aldatma"  adlandırılan   qabiliyyət rəngi .

Qırmızı ( alov çalarında ) - duyğusallıq və heyvani ehtiraslar  rəngi .

Qirmizi ( parlaq işartılar formasında )  -   qəzəb , hirs , qeyz rəngi.  Bu qırmızı  rəng  müxtəlif səbəbdən olan qəzəblə bağlı fərqli fonda  baş verir -  qara fonda , yaşıl fonda ...

Moruğu rəngi -  sevgi rəngidir . Ehtirasın dərinliyindən asılı olaraq müxtəlif çalarları var.  Ən dərin  və yüksək sevgi rəngi  gözəl  qızılgül  və ya çəhrayı rəngdir.

Qəhvəyi rəng (qırmızı çalarlı )   -   xəsislik və simiclik rəngidir.

Portağalı rəng - məğrurluq və  şöhrətpərəstlik rəngidir.

Sarı rəng ( onun fərqli çalarları ilə )  -  intellektual gücün rəngidir.  İntellektual səviyyə və qabiliyyətlər çox olduqca sarı rıng də daha   parlaq və  açıq çalarda olur.

Göy rəng -  dini inanc , emosiya və hisslərin rəngidir.  Bu rəngin çalarları da  dini hisslərin dərinliyindən və altruizmdən asılı olaraq  dəyişir.

Mavi  (xüsusilə də açlq və parlaq mavi )  rəng-    İnsanın ruhi və mənəvi  yüksəlişinin rəngidir.

 

Bir də yadınıza salım ki, əslində bu rənglərin çeşidli qarışığından ibarət insan aurası   əmələ gəlir.  Bu rənglər və çalarların hamısı  (  ultra və infra )  gözlə görünmür.  Bundan əlavə də eyni insanda  (adi halda )  aurada dəyişkənlik mövcuddur. 

 

Daha sonra qısa olaraq daha yüksək insan planlarının sırf onlara məxsus rənglərindən də qısa olaraq yazaram , bununla da aura haqqında məlumat bitəcək ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Sunyata, bu qədər rəngləri yazmısız auraya aid, bəs onda bu qədər rəngləri biz niyə görə bilmirik? Bu şey ki, insana məxsusdur və hamıda var, onu görmək üçün niyə xüsusi qəbiliyyət lazımdır? Bir də bu şey insanın hansı tərəfində cəmlənir - başının üstündə, yanında ya ki arxa tərəfində?

Link to comment
Share on other sites

Sunyata, bu qədər rəngləri yazmısız auraya aid, bəs onda bu qədər rəngləri biz niyə görə bilmirik? Bu şey ki, insana məxsusdur və hamıda var, onu görmək üçün niyə xüsusi qəbiliyyət lazımdır? Bir də bu şey insanın hansı tərəfində cəmlənir - başının üstündə, yanında ya ki arxa tərəfində?

 

Yazılanlara və deyilənlərə görə  bu rəngləri daha doğrusu çalarları hər insan görə bilmir.  Bunu görmək üçün ya xüsusi qabiliyyət ya da ruhi inkişafda müəyyən səviyyədə olmalıdır insan . 

 

Kitabın müəllifinə görə okkultik  qabiliyyət bütün insanlarda mövcuddur .  Bu aləmə   daxil olmağın da sanki  bir qiyməti var . Qiymət də ondan ibarətdir ki,  öz "mən"indən  imtina edəsən.  Müəllifin fikrinicə ( bu fikirlər əslində ezoterik aləmdə çoxları tərəfindən qəbul olunmuş fikirlərdir )   İnsan RUH - dur .  lakin onu məhdudlaşdıran bir neçə ( daha doğrusu 7  )  plan var .  İnsan özünü ən yüksək pillədə / planda hiss etmək üçün aşağıdan ( fiziki )  yuxarıya  (Ruha ) inkişaf etməlidir .  Bu o demək deyil ki,  fiziki vücud və s.  inkar olunur. sadəcə bu planlar hamısı Ruh tərəfindən idarə olunmalıdır. 

 

O ki, qaldı rənglərin hansı hissədə olmasına  .    Qeyd etdiyim kimi,  aura oval formada  ( yumurtavari )  insanın ətrafında mövcuddur .  1 metrə yaxın çeşidli rəng çalarları ilə  xarakterizə olunur.  Müəllifin  yazdığına görə  müxtəlif planların (  başlanğıcların )  əlavə emosiya , hiss və düşüncəsiz  -    öz xüsusi rəngləri var və ya tam rəngsizdirlər.  Məsələn ,  səhv etmirəmsə 6 -cı planda  ( sonra dəqiqləşdirərəm )  başın ətrafında  yaranır .  Deyəsən sarı / qızılı rəngdə olur. 

Link to comment
Share on other sites

Sunyata, bu qədər rəngləri yazmısız auraya aid, bəs onda bu qədər rəngləri biz niyə görə bilmirik? Bu şey ki, insana məxsusdur və hamıda var, onu görmək üçün niyə xüsusi qəbiliyyət lazımdır? Bir də bu şey insanın hansı tərəfində cəmlənir - başının üstündə, yanında ya ki arxa tərəfində?

 

i2265.gif

Link to comment
Share on other sites

Mənim 2 nəfər iş yoldaşım var, bu insanlar əlllərini bir birinə yaxınlaşdıranda barmaqlarının ucları bir birinə yaxınlaşanda qığılcım səsi çıxarır. Özləri də bunu hiss edirlər. sanki mənfi müsbət elektrik naqılını bir-birinə yaxınlaşdırırsan. Bunun auraya aidiyyatı var?

Link to comment
Share on other sites

Mənim 2 nəfər iş yoldaşım var, bu insanlar əlllərini bir birinə yaxınlaşdıranda barmaqlarının ucları bir birinə yaxınlaşanda qığılcım səsi çıxarır. Özləri də bunu hiss edirlər. sanki mənfi müsbət elektrik naqılını bir-birinə yaxınlaşdırırsan. Bunun auraya aidiyyatı var?

 

Bu barədə 8 -ci postda yazmışdım ))

 

 

Üçüncü tip aura , yəni prana aurasını , müəllifin finkrincə , yalnız rentgen şüalarını görməyə qadir insanlara izah etmək olar . Bu aura elektrik qığılcımı formasında və rəngində olan buxarvarı buludla müqayisə oluna bilər. Prana özü çəhrayı çalardadır , amma vücuddan aralandıqca rəngi itir. Bu hadisəni görənlər insan barmaqlarının ucundan bəzən qığılcım yayıldığını görür.

 

 

Ola bilər kİ  , biz adi insanlar bəlkə səsini eşidirk , amma görə bilənlər bunu həqiqətən qığılcım kimi görə bilir .

Edited by Sunyata
Link to comment
Share on other sites

Mənim 2 nəfər iş yoldaşım var, bu insanlar əlllərini bir birinə yaxınlaşdıranda barmaqlarının ucları bir birinə yaxınlaşanda qığılcım səsi çıxarır. Özləri də bunu hiss edirlər. sanki mənfi müsbət elektrik naqılını bir-birinə yaxınlaşdırırsan. Bunun auraya aidiyyatı var?

Elektrostatika günahkardır smile.png

Hətta belə öpüşdə var. Adıda elektrik öpüşü ))

Link to comment
Share on other sites

Təşəkkür Sunyata, aura haqqında xeyli məlumat yerləşdirmizsiz. Əziyyıtinizi dəyərləndirməmək olmaz.

 

Gapgara , dəyməz ))   Aura haqqında son postumu da əlavə edirəm .

 

Nurlanmış , ruhən böyük insanlarda   başın ətrafında gözlə görünməyən xalis sarı rəngdə şəfəq və parıltı mövcuddur.  7 ci başlanğıc olan ruhun özünəməxsus , elmə məlum olmayan xalis ağ rənğli aurası var. İnstinktiv ağıldan (4 – cü başlanğıc ) yaranan aura daha ağır , qonur və boz çalarlı olur. İnstinktiv ağıl yuxu vaxtı  tutqun , sönük qırmızı rəngli aura  yaradır ki, o da instinktiv ağılın yuxuda heyvani instinktləri yerinə yetirməsinin göstəricisidir . Bu rəng , aydındır ki,  həmişə mövcuddur . Sadəcə insan oyaq olduqda digər parlaq rənglərlə qarışır.  İnsan hətta sakit vəzyyətdə olduğu vaxtda da aurasında onun müxtəlif  meyl , cəhd və canatmalarının rəngləri qarışır. Ümumiyyətlə , iki tipdə rənglər var :  fikirlərin  göstəriciləri və emosiyaların və ehtirasların rəngi . Tez –tez təkrarlanan hisslər və fikirlər müəyyən mənada auranın daimi rənginə təsir edir. Bu da sabit aura rənginin insan mükəmmələşdikcə , dəyişdikcə tədricən dəyişməsinə gətirir.

İnkişaf etmiş insanlarda  aura  daha parlaq və yüksək dərəcəli çalarlala , az inkişaf etmiş insanlarda isə  daha tünd və kobud çalarlar mövcud olur.  Yüksək intellektli insan başı və çiyinləri ətrafında qızılı – sarı çalarda aura hissəsi olur. “heyvani rənglər”  isə aşağı tərəfə yönəlib.  Yüksək intellektli insan həm də ruhi axtarış və ya ruhi inkişaf keçirirsə onun qızılı – sarı  aurasının ətrafinda ruhi və mənəvi inkişafın rəngi olan parlaq və açıq mavi rəngli haşıyə yaranır.  Müəllif bu hadisəni  paradoksal “intellektual mənəviyyat /ruhanilik”   adlandırır. Bu heç də Ruhi ağıl deyil , bu Ruhi ağılla hopdurulmuş  intellektdir.

 

Bu hissə ilə aura haqqında materil bitdi (  təbii ki,  digər mənbələrdə daha geniş məlumat ola bilər ) 

 

P.S. Sonrakı postlarda imkan tapdıqca insanın 7 başlanğıcları haqqında ayrıca (  bacardıqca çox qısa )  məlumat verəcəyəm .  ( Əsasən ,  bu oxuduğum kitabdan  -yəni  yoq fəlsəfəsindən gəlmə ideyalarldan ) 

Edited by Sunyata
Link to comment
Share on other sites

Nənəm yaşayan kənddə bir oğlan var idi bütün bədən , saç , kiprik - qaş hamisi düm ağ rəngdə idi , gözlərinin rəngi də ağ fosfor rəngdə idi , oğlanin da adini fosfor qoymuşduq , ))) ümumiyyətlə kənd camaati ona fosfor deyərək müraciət edirdi. Amma bir zaman oğlan yoxa çixdi , sonradan eşitdik ki , onda qeyri - adi qüvvələr var , onu anonim adamlar apardilar , bilmirəm ondan necə istifadə edəcəkdilər amma gələcəyi də görürdü , biz görmədiklərimizi də görürdü , hətta qapali yerdə nə olduğunu da deyirdi.

Link to comment
Share on other sites

Azda xanım ,  ola  bilər ki ,  o oğlanda həqiqətən belə qabiliyyətlər olsun .  Amma, onun ağ olması   albinizm (  dəri piqmentinin olmaması )   ilə əlaqədardır . Başqa sözlə albinos olmasıdır.  

 

Yəni , oğlanın xüsusi qabiliyyətləri ilə albinizm arasında birbaşa əlaqə yoxdur.   Amma , maraqlıdır ki,  onu kim aparıb ?   Xüsusi xidmətlər yaxud gizli cəmiyyətlərdən biri ?

Edited by Sunyata
Link to comment
Share on other sites

Hə ola bilər. ) Ama bəlkə onun belə möcüzəli olmasi gözlərinin  rənginin qeyri adi olmasi ilə əlaqədərdir.? İnanirsiz gözlərinə baxmaq mümkün deyildi , adami vahimə basirdi. )

Gizli cəmiyyətlər olar yəqin ki... 

onda deyirdilər hökümət adamlari olubmuş.

İlllər keçib amma oğlandan səs soraq yoxdur. İtirdilər.thinking.gif

Edited by azda
Link to comment
Share on other sites

Hə , bu cür qabiliyyəti olanları elə belə  sakit buraxmırlar ...  Onlardan mütləq  ya xüsusi xidmətlər ya da qapalı nüfuzlu cəmiyyətlər gen bol istifadə edirlər .  Bu barədə o qədər filmlər çəkilib ki, artıq bunu  mən özüm də bir fakt kimi qəbul edirəm )) 

Link to comment
Share on other sites

  • 3 weeks later...

                                                     7 insan başlanğıcı /  əsası

 

 

Beləliklə ,  7 insan əsası  okkultizm , teosofiya , ezoterizm  təlimlərində  özünə yer tutub . 7 əsası fərqli adlandırsalar da bunu mənşəyi  Hinduizmdəndir.   Bu əsasları  Yoq Ramaçarakanın versiyasında yenidən nəzərdən keçirək . 

 

1.Fiziki vücud.

2.Astral vücud.

3.Prana və ya həyati qüvvə.

4.İnstinktiv ağıl.

5.İntellekt , ağıl , təfəkkür.

6.Ruhi ağıl ( birdən anlama qabiliyyəti , intuitiv ağıl, mənəviyyat )

7.Ruh.

 

Bu əsasların 5 -ini çox adam keçirib ,  6- cını nadir insanlar , 7 -cini isə praktiki olaraq insan irqinə mənsub olan  heç kim tərəfindən  çatılmayıb. 

 

                                                            1. Fiziki vücud

 

Bizə  ən məlum olan  , aşağı və kobud hissəmiz  fiziki bədənimizdir. Bu o demək deyil ki,  fiziki vücuda nifrət edək  və diqqətsiz yanaşaq.  Xeyr ,  fiziki bədən  Ruhun məbədi hesab olunur və bədəni nə qədər möhkəm etsək , onun qayğısına qalsaq bir o qədər Ruh üçün optimal  alətə , vasitəyə çevirə bilərik. Bu təlimdə   qərbdə qəbul olunmuş  -  bədən ağılı idarə edir tezisinin əvəziunə bunu əksi ,  bədən ağılla idarə olunur tezisi mövcuddur.  Misal kimi Hatha Yoqa gətirilir.

 

Yoq fəlsəfəsi öyrədir ki,  insan hüceyrələrində "hüceyrə ağılı"   mövcuddur. Bu "hüceyrə ağılı"   hüceyrələr onların funksiyası haqqında məlumat verir.  Bütün "hüceyrə ağılları"   isə mərkəzi ağıla tabedir. Yraların sağalması , hüceyrələrin yerdəyişməsi , hərəkəti yoqlar üçün "daxili həyatın"   təzahürüdür. Onlara görə hər atom canlı varlıqdır.  Bu atomlar qruplaşma yaradaraq "qrup ağılı"  yaradır ki, bu da ataomlar özləri var olduqca mümkündür.  Sonra bu qruplar da öz aralarında birləşib daha mürəkkəb varlıqlar yaradır. Fiziki bədən üçün ölüm hadisəsi baş verdikdə  bu qruplar atamlara parçalanır  və onları birləşdirən enerji ayrılıb başqa qrupu birləşdirməyə sərf olunur. Hüceyrələr də dağıldıqda atomları birləşdirən  enerji atomların yeni kombinasiyasının yaradılmasına sərf olunur.

 

Növbəti postum  Astral vücud haqqında ...

Edited by Sunyata
Link to comment
Share on other sites

                                                                2. Astral  vücud

 

İkinci insan əsası  Astral vücuddur. Bu  ,  bizə  fiziki bədən kimi tanış olmasa da onunla sıx bağlıdır. Fiziki bədən Astral vücudun bir növ kopiyası və əksidir.   Onun adına  "efir vücudu" ,"flüdik vücud"   də deyirlər .Astral  vücud teosoflar və okkultistlər tərəfindən fərqli qəbul olunur. Amma ,müəllif okkultizmdə qəbul olunmuş versiyadan danışır.

 

Astral bədən  fiziki bədənlə müqayisə oluna bilinməyəcək dərəcədə nazik materiyadan ibarətdir.  Yəni , Astral vücud materiyanın xüsusi forması hesab olunur.  Müqayisə üçün suyun    - ,  0- 100 , və 100 + dərəcələrdəki hallarını misal gətirib deyir ki,  su  yüksək  istiliyə məruz qaldıqda o  buxara çevrilir ki,  o da əslində gözlə görünmür.  İnsan buxarı ( suyu ) yalnız ona görə görür ki,  buxar hava ilə qarışanda temperaturası düşür və gözlə görünən olur. 

 

Astral bədən fiziki bədəni yaratmaq üçün bir orijinaldır. Bəzi şərtlər daxilində astral bədən fiziki bədəndən ayrıla bilir . Bu yalnız xüsusi praktikası olan və  qabiliyyəyi  olan insanlarda baş verə bilir.  Bu halda astral bədən fiziki bıədənsiz və şüursuz olaraq  hərəkət edir və  təəssüratlar  əldə edə bilir.Bəsirəti olan insanlar  ayrılmış astral bədəni insan formasında görürlər. 

 

İnsan fiziki olaraq öləndən sonra astral bədən müəyyən müddətə Ruhun ( yerdə qalan əsaslarla birlikdə ) yerləşdiyi yer olur.   Sonra isə ruh onu da tərk edir.  Beləliklə , astral bədən ruhsuz  .həyatsız bir  örtüyə çevrilir.  Bu "örtük"  mərhumun  qohumlarına , onu görmək istəyənlərə hərdən görünür...  İnkişaf etmiş okkultistlər insan öləndə ondan ayrılan astral bədəni görmək qabiliyyətinə malikdirlər.  Bundan əlavə isə yuxuda da astral bədən fiziki bədəndən ayrıla bilər.

Edited by Sunyata
Link to comment
Share on other sites

                                                    3. Prana haqqında.

 

Prana dünya enerjisidir. Bu enerjinin bir təzahür  forması da  "həyat enerjisidir" . Yəni , prana bütün həyat formalarında iştirak edir,  mövcuddur.  Ən sadə bitkidən ,  amyobdan tutmuş  ali heyvanlara qədər .  Prana hər yerdə var . Okkultististlərin fikrincə  hər şey canlıdır,  hər atom .   Sadəcə bizə həyatın olmaması kimi görünən  şeylər əslində onlarda prananın az olması səbəbindəndir.

 

Prana insan "Məni"  deyil. Prana dünya enerjisinin müəyyən hissəsidir ki,  bu hissədən "mən"  istifadə edərək  maddilik , cisimlik  formasında təzahür edir.

 

İnsan öləndə bu prananın bir hissəsi atomların yeni konfiqurasiyada iştirak etməsi üçün saxlanılır.  Yerdə qalanı isə yenidən ümumi dünya enerjisinə qayıdır.

 

Prana materiyanın bütün formalarında mövcud olmasına baxmayaraq özü material deyil. Yalnız materianı canlandıran güc və enerjidir. 

 

Xüsusi praktikalarla prananı toplayıb  xəstə orqan və hissələrimizə istiqamətləməklə  sağaltmaq olur.  Hətta . prananı toplayıb başqa insana da müxtəlif məqsədlərlə istiqamətləndirmək  olar.

 

 

Beləliklə , 7 insan əsaslarından aşağı  ilkin 3   "material"  hissəsi haqqında danışdıq.    Sonrakı 4 hissə  material deyil , Ruhi  /  yuxarı səviyyədəki əsaslar hesab olunur.  Bunlar haqqında da vaxt tapdıqca yazaram ...

Edited by Sunyata
Link to comment
Share on other sites

  • 3 weeks later...

Ola bilərmi başqasinin aurasini duyan biri onu işiq kimi yox istilik kimi hiss etsin? Pozitiv enerjini istilik ,neqativ enerjini isə qara itələyici ,ikrah edici ,qorxulu bir hiss kimi duysun?

 

İstilik barədə , səhv etmirəmsə , kitabda yazılmamışdı  .  Əsasən rənglər barədə məlumat var idi .  Amma , rəngləri görə bilməyən adi insanlar bəlkə də  siz dedyiniz  hisslər formasında bunu dərk edir.  Auranın isti -soyuqluğu haqında  başqa mənbələrdə də eşitməmişəm .  Şərti olaraq pozitiv , neqativ auralar haqqında eşitmişəm ...    

Link to comment
Share on other sites

                                                      Ruhi başlanğıclar / əsaslar  və ya ağılın əsasları

 

Müəllifin fikrinə görə Qərbdə  qəbul olunmuş altşüur və ya şüuraltı  əslində  Yoqa fəlsəfəsinə əsasən  İnstinktiv ağıl İntuitiv ağılın qarışığından ibarətdir.  Yoqa fəlsəfəsi bu qarışıqları ayıraraq  ağıl başlanğıclarını 3 hissəyə ayırır və bunlrın hamısına bir yerdə RUH deyir.   Bu hissələr : 

 

4.İnstinktiv ağıl -yüksək təşəkkül tapmış heyvanların ağılı.

5.İntellekt - "şüurlu ağıl" , təfəkkür.

6.İntuitiv ağıl  -   (ruhi ağıl)  - intuitiv ağıl ,ilham , qeyri şüurlu olan ağıl.

7.RUH. 

 

4 yüksək əsas ( 3 ilkin "material"  əsaslardan əlavə )   insanın fikirləşən , ağıllı hissəsini təşkil edir. 

 

Sonrakı  post  İnstinktiv ağıl barədə olacaq.

Edited by Sunyata
Link to comment
Share on other sites

                                                                  İnstinktiv ağıl .  4- cü insan başlanğıcı /əsası.

 

İnstinktiv ağılı insan heyvan aləmi ilə bölüşür.  Bu səviyyədə şüur hiss olunmayacaq dərəcədədir. Şüurluluq tədrici inkişav sayəsəində   5 -cə əsas olan intellektə çevrilir.  Müəllifə görə  instinktiv ağıl mineraldan başlamış , bitki aləminə və sonra da daha  güclü  heyvan aləmində özünü biruzə verir. İnsanlarda intellektin inkişafı ilə bağlı  instinktiv ağıl tədricən zəifləyir. Müsair insanda instinktiv ağıl demək olar ki , intellektin  kontrolundadır.  Bununla yanaşı instinktiv ağılın fəaləyyiəti də güclüdür , ona görə də  insan bu fəaliyyəti ya özünə tabe edir , ya özü ona tabe olur.  İnsan intellekti instinktiv ağılı özünı tabe etməyə çalışır . Amma hələ kifayət qədər tam inkişaf etməmiş intellekt instinktiv ağılı  özünə tabe edəndə də nəticə yaxşı olmur.  İnsana tam formalaşmış  bir varlıq kimi baxmaq olmaz , onu yalnız inkişafda  görmək lazımdır . Beləliklə , Yoqa fəlsəfəsində  3 ağıl növü bir birinə qarşı qoyulmur , onların harmonik  vəhdətini təqdir edir. 

 

İntellekt insanların çoxunda inkişaf edib , amma hamıda yox. Bəziinsanlar heyvanlara daha yaxın olaraq instinktlərlə idarə olunur.

 

İnstinktlərin  ən aşağı forması bitkilər aləmində olduğu kimidir.  Bədənimizin həyatı ruhumuzun bu hissəsindən asılıdır.   Fasiləsiz olaraq toxumaların bərpası ,  yenidən emal,  qidanın  mənimsəmə və həzmi,  İfrazat,xəstəliklərin sağalması  və s.  -  bunlar hamısı  şüurun iştirakı olmadan  edilir.    Yəni instinktiv olaraq.

 

Heyvanat aləmində  instinktiv ağıl daha irəli gedir .   Heyvan üçün artıq qaçılmaz özünü müdafiə ,  qida axtarışı , övladları qorumaq ,yuva qurmaq , qışda isti ölkələrə uçuş ,  qış yuxusu və s.  kimi  ehtiyaclar yaranır. Bunları da düşünmədən edirlər.  Bu  mövcudluq uğrunda mübarizədir.

 

Bəzi gördüyümüz işləri  instinktuv ağıl vasitəsilə  avtomatlaşdırırıq.   Bunları   əvvəlcə intellekt  instinktiv ağıla "öyrədir"  , sonra bu işlər avtomatik - instinktiv olaraq görülür və hətta intellekt vasitəsilə yerinə yetirməyimizdən  daha keyfiyyətli hyata keçirirk .   Yadınıza salın , öyrənmə prosesini və sonrakı icra prosesini .  Öyrənmə intellektlə baş verir , icra instinktiv .  Bütün gördüyümüz işləri  intellekt görsəydi onda tez "yorulardı"  ...  İnstinktiv ağılın bu forması  ylnız intellektlə bağlı  mümkündür.   

 

İnstinktiv ağıl bir növ vərdişlər yığını / anbarıdır.   Bu anbardakı şeylərin mənbəyi də özləri kimi müxtəlifdir.  İrsiyyətdən , intellektdən , fikir dalğalarından  və s. kimi mənbələrdən  ...  İnstinktiv ağıl bizim bütün ehtiyaclarımız , tələbatımız , istəklərimiz ,instinktlərimiz , hiss və emosiyalarımızın olduğu yerdir  .İnstinktiv ağıl  Ruhi başlanğıclarına arasında ən "material"  olanıdır.  Bu ağıl forması sayəsində insanın fiziki həyatı təşkil olunur.  İnsan tədricən kobud instinktlərdən azad olur , anlayır ki , instinktlər məqsəd yox  -  yalnız vasitə ola bilər . Bununla yanaşı müəllif qeyd edir ki,  aşağı səviyyədə instinktlərimiz "şeytan əməli" deyil . Bu insanda təkamül sayəsində yaranmış qanuni hadisədir.  

 

P.S. Vaxt tapdıqca  İntellekt , İntuitiv ağıl və RUH haqqında da yazmaq planlaşdırıram. 

Edited by Sunyata
Link to comment
Share on other sites

  • 1 year later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Haha
      • 62 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Milli
        • Upvote
        • Haha
        • Red Heart
        • Like
      • 103 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...