Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sveyqin Mistikası


Recommended Posts

1906-cı ildə Stefan Sveyq Berlin Krallıq Teatrından məktub alır. Üç ay əvvəl bitirib bir neçə teatra yolladığı “Tersites” adlı pyesini teatr repertuarına salmağa razı olmuşdu. Özü də baş rolu dövrün məşhur aktyoru Adalbet Matkovski canlandıracaqdı. Gənc dramaturq üçün bundan böyük şad xəbər ola bilməzdi. Zarafat deyil, pyesi Berlin Krallıq Teatrında oynanılacaq. Bu, Sveyq üçün misilsiz şöhrət demək idi. Məşqlər gedir. Gün tamam olub vədə yetişir. Sveyq Vyana- Berlin qatarında yataqlı yer ayırtdırır. Lakin son dəqiqədə aldığı teleqram Sveyqi səfəri təxirə salmağa məcbur edir. Teleqramda Matkovskinin xəstələnməsinə görə tamaşanın təxirə salındığı yazılır. Sveyqə elə gəlir ki, tamaşanı vaxtında hazırlayıb bitirə bilmədklərinə görə bu cür bəhanəyə əl atıblar. Lakin bir həftə sonra Sveyq qəzetlərdən dövrün ən böyük aktyoru Adalbet Matkovskinin dünyasını dəyişməsi xəbərini oxuyur.

 

Dövrün başqa bir məşhur aktyoru isə Cozef Keynz idi. Sveyq həvəsdən düşdüyü bir vaxt Keynz Sveyqin dostlarından biri ilə xəbər yollayır. O Keynz ki, Sveyq hələ yeniyetməliyindən onun sənətinin heyranı idi. Keynz mərhum Matkovskidən fərqli olaraq Axillesi deyil, Tersitesi oynamaq istədiyini və dərhal Burq Teatrıyla danışacağını bildirir. 

Lakin rəhbərlik tamaşanı səhnələşdirməyə razı olmur. Keynz məyus olsa da vəziyyətdən çıxış yolu tapır. Sveyqdən xahiş edir ki, onun üçün monopyes yazsın. Nəzm formasında, pilləli lirika şəklində, onun danışıq texnikasını mükəmməl sürətdə əks etdirəcək bir tamaşa. Bu təklif Sveyq üçün çox böyük bir lütf idi. Odur ki, düşünmədən razılaşır. Üç həftə sonra Sveyq aktyora iki lirik-dramatik monoloq əlavə edilmiş, Rokoko dönəmində baş vermiş bir pyes təqdim edir. Pyesi bəyənən Keynz əsərin nə vaxta tam bitirəcəyini soruşur. Sveyq bir ay möhlət istəyir.  Bir ay Keynz üçün də uyğun müddət idi. Qastrola gedəcək, bir aya qayıdacaqdı. Bundan sonra pyes səhnələşdiriləcəkdi. Bir ayın tamamında Sveyq Keynzin qastroldan qayıtdığını qəzetlərdən öyrənir. İki gün sonra aktyoru görmək üçün “Saçer” otelinə gedir. Sveyq aktyorla görüşmək istədiyini deyəndə resepsionda ona bildiririrlər ki, Keynzi bu səhər sanatoriyaya yerləşdibilər. Ertəsi gün Cozef Keynz xərçəng xəstəliyindən əməliyyat olunur. Sveyq xəstəni ziyarət edir. O, sınıxıb qocalmış xəstəni görəndə bütün ümidləri məhv olur. Aktyor isə elə hey bu pyesi oynamaq üçün Tanrıdan güc istəyir. Aktyorun son arzusu gözündə qalır. Sveyq premyeraya yox, dəfnə gedir.

 

Almaniyanın iki məşhur aktoyu onun pyesinin məşqindən sonra ölmüşdülər. Sveyq özü özündən qorxuya düşür və bir müddət pyes yazmaqdan əl çəkir. Ancaq bir neçə il sonra Sveyq yenidən “Dəniz kənarındakı ev”adlı pyes yazır. Və onu Burq Teatrının yeni müdiri, böyük sənətçi baron Alfred Bergerə təqdim edir. Sveyq bu dəfə pyesdə məşhur aktyorların oynamayacağına sevinir. Heç kəs ölməyəcək və onun bu axmaq mövhumatı da məhv olub gedəcək. Lakin o, dramın rejjissorluğunu və ssenarisini baron Bergerin öz boynuna götürməsini nəzərə almır. Teatr lənəti yenə öz işini görür. Heç məşqlər başlamamış Berger ölür.

 

Bundan sonra uzun müddət bu qorxu Sveyqin canından çıxmır. O, pyeslərinin lənətləndiyinə inanır. Onun tamaşalarında oynamaq istəyən məşhur insanlar ölürlər. 

 

1931-ci ildə Sveyq özünün “Yoxsulun quzusu” pyesini tamamlayıb Motkovskinin və Keynzin xələfi sayılan italyan əsilli aktyor, dostu Aleksandr Mossiyə yollayır. Bu illər ərzində Sveyqin tamaşaları dünyanın müxtəlif yerlərində səhnələşdirilsə də içindəki qorxu hələ də qalırdı.

 

Mossi baş rolu özü oynamaq istəyir. Dostunu itirməkdən qorxan Sveyq müxtəlif vairantlarla ona rədd cavabı verir.

 

Bu hadisədən 4 il sonra Mossi Sveyqə teleqram yazıb təcili görüşmək istədiyini bildirir. 1934-cü ildə Nobel almış italyan yazarı Pirandello “Kim bilə bilər” tamaşasının premyerasının Vyanada keçirilməsinə razılıq verib. Baş rolu Mossi oynayacaq. Lakin Pirandello dilin oynaqlıqlarının saxlanması məqsədilə əsəri Sveyqin tərcümə etməsini istəyir. Sveyq dostlarına rədd cavabı vermək istəmir. Həm də onun tamaşası deyildi axı. Qorxuya əsas yox idi. Razılaşır. İki həftəyə pyesi almancaya çevirir. 

Artıq tərcümə hazırdır. Məşqlər gedir. Premyeraya dövlət səviyyəsində hazırlıqlar gedir. Sveyq bu arada işləri ilə əlaqədar Vyanaya gəlmişkən dostu ilə də görüşmək qərarına gəlir. Səhər tezdən qəzeti açanda Mossinin İsveçrədə qripə tutulduğunu, məşqlərin təxirə salındığını oxuyur. Tez dostunun qaldığı otelə, ona baş çəkməyə tələsir. Lakin Mossinin hərarəti yüksək olduğundan onu görməyə icazə vermirlər. İki gün sonra Mossi dünyasını dəyişir.

 

Sonralar Sveyq başına gələn bu sirli hadisələri və dövrün məşhur aktyorları ilə olan bu qəribə münasibəti sırf təsadüf kimi xarakterizə edəcəkdi. 

Həyat istiqamətini taleyin deyil, insanın iç dünyasının müəyyənləşdirdiyini yazacaqdı.

Link to comment
Share on other sites

 

 
Sonralar Sveyq başına gələn bu sirli hadisələri və dövrün məşhur aktyorları ilə olan bu qəribə münasibəti sırf təsadüf kimi xarakterizə edəcəkdi. 
Həyat istiqamətini taleyin deyil, insanın iç dünyasının müəyyənləşdirdiyini yazacaqdı.

 

eledir ki var.insanin shuuralti proqrami nedirse onu da yasayir...

Link to comment
Share on other sites

  • 1 month later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
      • 38 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 165 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Sad
        • Red Heart
        • Like
      • 132 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Upvote
        • Haha
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Upvote
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...