Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Mən Realistəm , Bəs Siz ?

Recommended Posts

Mənə  verilən bu sualı   sizə  "ötürürəm"  ))  Realistsinizmi ? 

Öz növbəmdə ağlıma gələn ilk  fikir/ cavabı formalaşdırıb növbəti postumda yerləşdirəcəym , 

Edited by Sunyata
Link to comment
Share on other sites

P.S. mən realistəm, bəs siz ?

Bəli  realistəm ! 

Amma , bununla yanaşı həm də  idealistəm ,  mistikəm , emosionalam , sentimentalam ,  praqmatikəm , qeyri stabiləm , həm də  stabiləm   və s. – yəm ))    Yəni , müxtəlifəm .  

İnsan davamlı olaraq realist  ola bilməz. Davamlı olaraq heç cür ola bilməz . İnsan Heraklitin axar çayıdır , dəyişkəndir , sabit  deyil . 

İnsan hər an üçün onun fiziki , psixoloji  , emosional  parametrlərinin yığınıdr.

İnsan  hər an üçün  yuxarıdakı parametrləri nəzər almaqla  müəyyən hadisədir , haldır.  Həm də  böyük sürətlə və ya güclə hiss olunacaq   sürətlə dəyişiən  haldır.  

Elə buna görə də deyə bilərəm ki, realist olan hallarım da olur.  Amma  davamlı olaraq hansı  halın  daşıyıcısı olduğunu heç özüm də bilmirəm .   Kompromiss kimi  onu deyə bilərəm ki, bir sözlə  -  müxtəlifəm ((  və ya  ))   

Bəs siz əminsinizmi  realistsiniz ? )) 

Edited by Sunyata
Link to comment
Share on other sites

Maraqlı sual və mövzudur.)

Mən də özüm haqqında realistəm ,bir azcıqda romantikəm deyirəm.  Həmişə,belə olmur. Zamanla sentemental, bəzən emosional ,bəzən romantik və s.oluram ..Özümü heç bir hissəyə bölməmişəm. Ancaq hərəsindən bir az var. Deyərdim,bu o zaman özümü hiss etməyimdən və o an düşdüyüm vəziyyətdən asılı olur.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Cetin ki kimse konkret movqeden cixis etsin. Her insanda her xarakter bu ve ya diger nisbetde olur ve nisbet yerine ve vaxtina gore deyisir. Nisbeti de mueyyen eden, esasen, yer ve vaxt olur.

Men cox hallarda realistem, optimistem, bezen pessimist de oluram. Gozlemediyim hallarda xeyalperest ola bilirem. Romantikmi? Hele bilmirem :)

Xəyalpərəst romantikin qardaşı oğlu deyilmi?)

Link to comment
Share on other sites

mən sizin postu bir neçə gün öncə , qiyabi cavablandırdım, Sunyata. əhatəli yazıb cavablandırmaq imkanım olmadı , sadəcə. bitkin fikir formalaşmamışdı hələ...hazırda vaxtım var. mövzuya aid fikirlərimi növbəti postlarda yazacam.

Ok.   Buyurun , bekliyoruz ))

Link to comment
Share on other sites

Realist olmaq , mənim üçün nə deməkdir : öz potensialını real qiymətləndirmək. həyatın müxtəlifliyini müqayisəli ( müqayisə etməklə) dərk etmək.

mən sizi tam anlayıram və dərk edirəm, Sunyata. deməliyəm ki, müxtəlifliyiniz sizə narahatlıq gətirmirsə, çox yaxşı))

sizinlə razıyam ki, insan müxtəlif psixi-fizioloji funksiyaları məcmusudur. bu funksiyaların müxtəlif təzahür formaları var. siz sadaladıqlarınızdan hansı birisisə sizdə daha güclü təzahür edir. yəni , siz deyəndə, bunu müqayisə üçün deyirəm. öz potensialımızı bu funksiyalardan birinin vasitəsilə daha rahat realizə edə bilirik. ya iş fəaliyyətimizlə, ya ailədəki özünütəyin statusu və s. əlaqədar olaraq bu formalardan hansı birisə davamlı olaraq bizi şərtləndirir.

"müxtəlif " insanlar haqda təxminən belə deyirlər : onlar - festival insanlardır. düşdükləri hər hansı cəmiyyətə canlanma gətirirlər. ətrafdakılarla öz enerjiləri ilə paylaşırlar.

fikrimin davamı var...

Edited by NOIR
Link to comment
Share on other sites

bununla belə, "müxtəliflik" özü ilə emosiya yükü gətirir. davamlı olaraq bir vəziyyətdən digərinə keçid zamanı, emosional sabitliyi qorumaq çətin olur, çünki.... müxtəliflik öz yerində , gəl ki, emosiyalar artıq vərdişə çevrilib. emosiyalardan birinin digərinı (bu bəzən əksliklərə keçid də ola bilər ) sürətlə əvəz etməsi psixoloji gərginlik gətirməyə bilməz. və çox zaman, "müxtəliflər " zaman keçdikcə, bəzi vasitəçi təzahür formalarından şüurlu imtina edirlər.

mən bu mövzuya bir yuzerin postunu da köçürmək istərdim. yəni birbaşa əlaqəli mövzular olmasa da, müqayisə üçün əyani vəsait kimi istifadə etmək olar. müəyyən mahiyyət aydın olur.

Link to comment
Share on other sites

bu fikir Sima Nağıyevanın Ulenşpigelə cavab postundandır :

////bilirsiz, meqsedsiz her terefe daxili nur sacmaq sonradan mene pesimanliq hissi getirib(((((((((( ve men anladim ki, rus demisken, есть люди, которым не дано понять порывы души другого человека.......

tebii ki, bu  musbet enerji yayilmasi cavan caglarimda cox olub..... yasha dolduqca bir az ehtiyatli oldum ve musbet enerjini de bezi adamlardan gizledim..........///

insanlar "müxtəlifliklərini " gizlətməyə meyillidir.

P.S. mən deyəsən, çox yavaş yazıram )... üzürlü hesab eliyin, çünki ev işlərim də var.

Şərhlərinizi  çox maraqla  oxudum . sağ  olun !  

Hər halda siz də razısınız ki,   hamımız əsasən müxtəlifik. Yaş  ötdükcə  , sosial statusu və  ətraf "mühiti"   nəzərə alıb  "realistləşirik" .   Bir az da sərt desək , "maskalarımızdan biri  daha davamlı"  olur.  Amma , elə bu vaxtttt   ))  daxilimizdə yenə də müxtəlif olaraq qalırıq .  Yəni  , zahirən  daha dayanıqlı görünsək də daxilən müxtəlifliyimiz ,  özü də təbii  müxtəlifliyimiz  qalmaqda davam edir.  Müxtəlifliyimizə qarşı çıxmaq -  başqa sözlə , öz təbiətimizə qarşı şıxmaq -  insanda daxilən  diskomfort yarada bilər.  Təbii  olaraq , olduğumuz kimi ,  müxtəlifliyimizi də gizlətmədən yaşamağımız isə əksinə heç bir diskomfort və ya maneçilik yaratmır. 

Məsələnin digər tərəfini də qeyd edim .  məsələn ,  realist  insan , məntiqi baxımdan eyni zamanda dindar  və ya mistik ola bilməz ,yəni ,  fövqəladə  hadisələrə inanmamlıdır.  Amma . sizin keçmiş  şərhlərinizdən də  hiss edirəm kİ , bu belə deyil . Yəni , realist  olduğunuz qədər də mistiksiniz  ( geniş mənada mistik - yəni,   konkret misal kimi , Allaha inanan hər kəs artıq özü də bilmədən mistikdir )) ) ,  soyuqqanlı iş qadını  obrazı yaratsanız da , emosionalsınız .  Sentimentalsınız .  Praqmatiksiniz  və s.  Elə mənim kimi :bayan

P.S.   Ümidvaram ki,  sizin  şəxsiyyətinizi  misal kimi  gətirdiyimi  anlayışla qəbul edərsiniz .   Müəyyən proporsiyada hamımızda hər şeydən az -maz var ))  Kimsə bunu inkar edirsə ,  özünə  daha dərin və geniş nəzər salmalıdır . İMHO

Edited by Sunyata
Link to comment
Share on other sites

mən ictimai forumda yazıram və deməli, postlarımın və bəzən də şəxsiyyətimin təhlil olunmasına hazır olmalıyam, bu səbəbdən təmkinlə yanaşıram. cavab postunuzda məni "ifşa etməyinizi" anlayışla və təbəssümlə qəbul elədim.

daha çox praqmatikəm bəli, realistəm, emosionalam, bəli (amma "sizin kimi deyiləm", inanın, emosiya cəhətdən sizə çatmağıma hələ çox var )))  .

amma işdə - tələbkaram, soyuqqanlıyam, bəzən hətta qəddaram. xüsusulə də məsuliyyətsiz və tənbəl işçilərə qarşı ba-rış-ma-zam, vəssalam.

mistikliyə gəldikdə, mən bu anlayışı ,açığı Allaha inam mənasında düşünmürdür, hardasa ezoterik görüşlərlə bağlı bilirdim. bu nöqteyi nəzərdən, mistik idim demək olar, praqmatikliyim ona üstün gəldi, iqtisadi cəhətdən əhəmiyyətsiz olduğu səbəbindən deyil, sadəcə ... ...... ...

beləliklə də, müəyyən etdik ki, insanların hamısı az-çox müxtəlifdir, miksdir demək olar. sosium bizləri "realist" edir. amma təbii başlanğıc üstün olduğu üçün, qarşı çıxmaq olmaz. amma , bununla belə, bəzən elə situasiyalar olur, mahiyyəti tam açıqlamaq diskomfort gətirir, bəzən gizləmək faydalı olardı (sonuncu, şəxsən mənim öz qənaətimdir və belə düşünən bircə mən deyiləm)

Təəssüf ki , sizinlə çox  tez ortaq məxrəcə gəldik ))    

Link to comment
Share on other sites

Insanlar reallığa bağlıdır.

çunki, biz reallığı bütün hiss üzvülərimizlə dərk edirik : görmə, eşitmə, qoxu və dadbilmə, lamisə.

bu beşliyin təəssüratı unudula bilməz.

Link to comment
Share on other sites

reallıq əhəmiyyətlidir, çünki ..

ideyalar əbədidir , bəşəriyyətə məxsusdur.

realliq ehemiyyetli olsa da acidir.

yuxaridaki yazilarinizi oxudum, az da olsa ozunuz haqqinda mende maraqli tessuratlar yaratdiniz..sizi slujebniy roman filminin qehranina benzetdim. o heyatda her sheyi real olaraq gorur, ama bu heyat onu mueyyen menada qane etmirdi

— Подумаешь – личная жизнь! Есть много других интересов. Я руковожу большим учреждением. Работу свою люблю. Многие меня уважают. Некоторые даже боятся. Кстати сказать, я только что от министра, и он меня хвалил. Так что я совершенно не нуждаюсь ни в вашем сочувствии, ни в вашем покровительстве.

— Я думал, вы сегодня утром были настоящая. Но я ошибся. Настоящая вы сейчас.

Edited by Blok
Link to comment
Share on other sites

Blok, sizə hörmətim böyükdür, ləyaqətli insansız.

mən sizin postunuzu hansı cür cavablandırsam da, bu cavab məni tam dərk etmək üçün az olacaq, belə hiss edirəm amma...

deyirsiz, ki reallıq əhəmiyyətli olsa da acıdır.

elə isə ideal əlçatmaz olduğu üçün şirindir , yəqin ki.

ideayalar qarşısında məsuliyyət anlayışı xüsusiləşmiş və spesifikdir, həmin şəxsin özünə məxsusdur, məsələn, istədiyi vaxt ideyasından imtina edə bilər, dəyişə bilər.

reallıq isə həmişə bizimlədir, məsuliyyətini daşıyırıq, imtina edə bilmərik. düşünək, öz həyatından şikayət edən insan əslində kimə irad bildirə bilər ki, taleyinə ? bu gülüncdür. valideynlərinə ? bu qəddarlıqdır. özünə ? .... ??

mən öz reallığımı sevirəm, çünki bu günki reallığıma keçmişimdən gəlmişəm, reallığımın acısını da sevirəm, şirinliyini də.

atamı sonra qardaşımı əlimdən alan reallıqdan necə imtina etmək olar ? ailə yükünü təkbaşına çəkmək ağırdı, acıdı. bəli, etiraf edirəm ki, xasiyyətim çox sərtləşıb o zamandan... amma mahiyyətim ki, dəyişmədi.

hansı məntiqlə mən öz işimə bağlı olmamalıydım , axı o zaman bu ailəmin yaşayışını təmin edirdi.... hazırda vəziyyət artıq fərqlidir.əgər işgüzar bacarıqlarım , profesionallığım dəyərlidisə, zəruridirsə, hansı məntiqlə mən bu istedadımı gizlətməliyəm, yaxud digər işçilərə öyrətməməliyəm...mən öz işimi və ailəmi sevirəm və qürur duyuram.

həyat yalnız o insaları qane etməyə bilər ki, onlar həyatdan möcüzə gözləyirlər, onlar ümid edirlər ki, kimsə , hansı qivvəsə gələcək və onların həyatını yaxşıya dəyişəcək.... həyatım məni qəne edir, çünki mən möcüzə gözləmirəm. mən özüm möcüzəyəm )))

P.S.  slujebnıy roman filminin qəhramaı obrazında özümü tapa bilmədim, üzürlü hesab eliyin, Blok ))) o qadınının qəlbində böyük boşluq var idi.

Reallıq  -    həm də  bizim , əvvəllər  hələ  real olmayan   istəklərimiz , arzularımız və ideyalarımızın həyata keçməsidir.   Bu günki reallığa görə həm də keçmişdəki  ideya və  məqsədlərimizə  borcluyuq.  Lakin onlar ağlımıza gələndə reallıqdan çox uzaaaq idi ))  İnsan  təfəkküründə    təxəyyül və  təsəvvür kimi fenomenlər də var  . Bunlar olmasa reallığımız çox məhdud və darıxdırıcı olardı.  Təxəyyül və  təsəvvür isə  reallıq hesab oluna bilməz.  

Bundan əlavə  reallıq yalnız işdən ibarət deyil axı ...  Reallıq -  hərdən  bizim nə  xasiyyətimizdən , nə də intellektimizdən və nə də iş bacarığımızdan   asılı olmayan  -  özümüzlə və  yaxınlarımızla bağlı xəsətəliklər , çətinliklər , uğursuzluqlarla müşayiət olunur.  Bu vaxtı  elə möcüzə  istəməyimiz gəlir ki ...  Kimisi  Allahdan , kimisi  həkimdən  , kimisi  kosmosdan ,  kimisi  fortunadan möcüzə diləyir .  Çünki , bu  acı  reallığı dəf etməyə  bizim intellektual səviyyəmizin və  digər bacarıq və qabiliyyətlərimizin gücü çatmır ... Belə reallığı  inanmıram ki , kimsə  ümidsiz  ,  möcüzə gözləmədən  sadəcə qəbul etsin ... 

Həyat mürəkkəbdir -  bunu  hamımız başa düşürük. Amma  həyatın mürəkkəbliyinin  bizim özümümzün də  mürəkkəbliyimizə  çevrilməsini   başa düşmürük və ya   razılaşmırıq ... 

Edited by Sunyata
Link to comment
Share on other sites

Həyat mürəkkəbdir -  bunu  hamımız başa düşürük. Amma  həyatın mürəkkəbliyinin  bizim özümümzün də  mürəkkəbliyimizə  çevrilməsini   başa düşmürük və ya   razılaşmırıq ... 

bu fikirinizlə tam razıyam, tam dərk edirəm.

işə gəldikdə isə, iş əlbəttə ki, prioritet deyil. sadəcə olaraq, kollektivdə, yaradıcı prosesdə , elə situasiyalarla qarşılaşırsan ki, xasiyyət də, temperament də aşılanır. sən çox mürəkkəb insanlar və onların yaratdığı situasiyalarla qarşılaşırsan. bəzən yaxın perspektivi planlaşdırmaq belə çətin olur, çünki heç bilmirsən ki, qarşındakı insandan nə gözləyəsən...

ailə kiçik məkandır , etibarlı məkandır. rollar öncədən paylaşdırılıb, ailə səni, sən isə ailəni yetkinləşdirirsən,  ailə xususi bir yerdir, sakitlik,sabitlik məkanıdır, rahatlıq gətirir, enerji toplayırsan.

möcüzəyə gəldikdə isə )) möcüzə arzulamaq başqa, fəaliyyətsiz oturub möcüzə gözləmək başqa... dəli kimi ağlayıb, Allahdan xilas istədiyim vaxtlar olub, amma sonrakı məqamda dərhal əlimdən gələni eləmişəm, özümə rəhm etmədən. duyğuların potensialı əməli potensialı tamamlamalıdır.

Edited by NOIR
Link to comment
Share on other sites

Blok, sizə hörmətim böyükdür, ləyaqətli insansız.

mən sizin postunuzu hansı cür cavablandırsam da, bu cavab məni tam dərk etmək üçün az olacaq, belə hiss edirəm amma...

deyirsiz, ki reallıq əhəmiyyətli olsa da acıdır.

elə isə ideal əlçatmaz olduğu üçün şirindir , yəqin ki.

ideayalar qarşısında məsuliyyət anlayışı xüsusiləşmiş və spesifikdir, həmin şəxsin özünə məxsusdur, məsələn, istədiyi vaxt ideyasından imtina edə bilər, dəyişə bilər.

reallıq isə həmişə bizimlədir, məsuliyyətini daşıyırıq, imtina edə bilmərik. düşünək, öz həyatından şikayət edən insan əslində kimə irad bildirə bilər ki, taleyinə ? bu gülüncdür. valideynlərinə ? bu qəddarlıqdır. özünə ? .... ??

mən öz reallığımı sevirəm, çünki bu günki reallığıma keçmişimdən gəlmişəm, reallığımın acısını da sevirəm, şirinliyini də.

atamı sonra qardaşımı əlimdən alan reallıqdan necə imtina etmək olar ? ailə yükünü təkbaşına çəkmək ağırdı, acıdı. bəli, etiraf edirəm ki, xasiyyətim çox sərtləşıb o zamandan... amma mahiyyətim ki, dəyişmədi.

hansı məntiqlə mən öz işimə bağlı olmamalıydım , axı o zaman bu ailəmin yaşayışını təmin edirdi.... hazırda vəziyyət artıq fərqlidir.əgər işgüzar bacarıqlarım , profesionallığım dəyərlidisə, zəruridirsə, hansı məntiqlə mən bu istedadımı gizlətməliyəm, yaxud digər işçilərə öyrətməməliyəm...mən öz işimi və ailəmi sevirəm və qürur duyuram.

həyat yalnız o insaları qane etməyə bilər ki, onlar həyatdan möcüzə gözləyirlər, onlar ümid edirlər ki, kimsə , hansı qivvəsə gələcək və onların həyatını yaxşıya dəyişəcək.... həyatım məni qəne edir, çünki mən möcüzə gözləmirəm. mən özüm möcüzəyəm )))

P.S. slujebnıy roman filminin qəhramaı obrazında özümü tapa bilmədim, üzürlü hesab eliyin, Blok ))) o qadınının qəlbində böyük boşluq var idi.

tsk edirem xos sozlere gore, Noir

Sizin real dushunceleriniz her cehetden hormete layiqdir.

heyatda bezi insanlar öz realliqlari ile digerlerine ideal olmagi bacarirlar.

Edited by Blok
Link to comment
Share on other sites

  • 3 weeks later...

Bəli  realistəm ! 

Amma , bununla yanaşı həm də  idealistəm ,  mistikəm , emosionalam , sentimentalam ,  praqmatikəm , qeyri stabiləm , həm də  stabiləm   və s. – yəm ))    Yəni , müxtəlifəm .  

İnsan davamlı olaraq realist  ola bilməz. Davamlı olaraq heç cür ola bilməz . İnsan Heraklitin axar çayıdır , dəyişkəndir , sabit  deyil . 

İnsan hər an üçün onun fiziki , psixoloji  , emosional  parametrlərinin yığınıdr.

İnsan  hər an üçün  yuxarıdakı parametrləri nəzər almaqla  müəyyən hadisədir , haldır.  Həm də  böyük sürətlə və ya güclə hiss olunacaq   sürətlə dəyişiən  haldır.  

Elə buna görə də deyə bilərəm ki, realist olan hallarım da olur.  Amma  davamlı olaraq hansı  halın  daşıyıcısı olduğunu heç özüm də bilmirəm .   Kompromiss kimi  onu deyə bilərəm ki, bir sözlə  -  müxtəlifəm ((  və ya  ))   

Bəs siz əminsinizmi  realistsiniz ? )) 

Burada deyirsən ki, gah onnansan gah bundan heç özümdə bilmirəm necəyəm...sabit deyiləm.

O biri mövzuda qeyd etmisən ki, dünyanı həmişə bərbad görürsən...məntiqlə dünyanı gah bərbad gahda mükəmməl görməliydin.

Link to comment
Share on other sites

Burada deyirsən ki, gah onnansan gah bundan heç özümdə bilmirəm necəyəm...sabit deyiləm.

O biri mövzuda qeyd etmisən ki, dünyanı həmişə bərbad görürsən...məntiqlə dünyanı gah bərbad gahda mükəmməl görməliydin.

Sözlərinə fikir ver !  Mən orada "onnan  -  bundan"  yazmamışam.  Bir də ki,  sənə nə dəxli var ?  Sualı adam kimi verməyi öyrən , sonra cavab alarsan  ! 

Link to comment
Share on other sites

Sözlərinə fikir ver !  Mən orada "onnan  -  bundan"  yazmamışam.  Bir də ki,  sənə nə dəxli var ?  Sualı adam kimi verməyi öyrən , sonra cavab alarsan  ! 

Yuxarida o qeder sey yazmisan ki, men umumilesdirib ondan bundan yazdim...

Men adamam...Sen ise ozun bilersen.

Link to comment
Share on other sites

Yuxarida o qeder sey yazmisan ki, men umumilesdirib ondan bundan yazdim...

Men adamam...Sen ise ozun bilersen.

Bu ümumiləşdirməni  özünçün et !  Adamsan , adam olaraq da qal  və adam kimi də  danışmağı  öyrən !   Əxlaqdan dəm vurursan , əxlaqını  bir nümayiş etdir , görək.    Gedib mövzuları  korlama !  Sən mənə düşmənçiliyinlə  ilk növbədə  həm sənin , həm də mənim , həm də hamımızın forumumuzu  dağıdırsan !  Bayquş dedin getdin ,   indi  də  ağzına gələni danışırsan.   Budur sənin əxlaqın ? 

Vüqar , mən sənə son dəfə deyirəm :  Ya insan ol , insan kimi də  söhbət edək , ya da əl çək məndən !    

Link to comment
Share on other sites

Sənə daha sözüm yoxdur...Ayıb olsun sənə...

adi bir sual verdim qatıb qarısdırdın alemi bir birine...ele duz deyirsen haldan hala düsürsen...

Şəxsiyyətə keçid və  offtopa görə  Sunyataya və  Vugar Rehimova 2 ball !

Link to comment
Share on other sites

Sənə daha sözüm yoxdur...Ayıb olsun sənə...

adi bir sual verdim qatıb qarısdırdın alemi bir birine...ele duz deyirsen haldan hala düsürsen...

Vuqar, qardasim, eseblesme, sakitles. Imkan daxilinde "sen" deye muraciet etme, "siz" de. Xetrine qeti deymesin sozlerim. Her bir userin fikir bildirmek haqqi var. Sunyata da maraqli insandir,yararli movzulari coxdur. Sexsi mertebeye qalxmayin. Umid edirem bir qardas kimi meni basa dusursen.

Onunla o qeder fikir ayriliqlarim var ki...qelebe calmaq isteyirsense temkin ve zeka numayis etdir.

Edited by Waterandsun
Link to comment
Share on other sites

Maraqli movzu olanda kimse gelib qara qepik atib movzunu bulandirmalidir,Sunyata,sizdeki temkine heyran qaldim,men moder olsaydim bann vererdim.Men rus dilinde bextim getirib ki yaxwi bilmirem,(amma ingiliscem var yazim ki,mene giji kimi baxmayasiz)bir dene donuz ermeniye yazdim ki,bu sizin iwiniz deyil,mene buwidadir yoxsa quwidadir ozunu qaca qaca catdirib 30 qun bann verdi.

Link to comment
Share on other sites

Rus dilini bilmemek o yazdigin demek deyil. Eksine, oz ana dilini bilmeyen axmaq quldur) Bu da realizmdir.

Men ozumu sirf realist hesab edirem, menim uchun din yehudi-ereb, monqol-Tibet nagilindan bashqa bir shey deyil. Onun kimi de dunyadaki kultlar, vudu, "о великикй магду", dunyanin 7 mocuzesi, bermud uchbucaqi kimi dunya sirrleri hamisi uwaq sohbetleridir. Dunyani idare eden bir shey var, o da puldur. Pul olansan sonra ise bashlayir her milletin ideologi qanunlari. Pul kimde choxdursa o da oz medeniyyetini ve ideologiyasini medeni shekilde ya da zorla chalishir yeridsin o biri milletlerin beynine. Qalan dunyada bash veren hadiseler bu iki sheyin ustunde qurulub, hem dunyada bash veren hadiseler, hem olkelerde hem de ferdi insanlarda.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Баку выбран Спортивной столицей мира
      Федерация европейских спортивных столиц и городов выбрала Баку «Спортивной столицей мира» на 2026 год.
      Как сообщили в пресс-службе Министерства молодежи и спорта, об этом говорится в официальном письме, направленном сегодня международной организацией в нашу страну.
      Отметим, что в конце следующего года в Европейском парламенте в Брюсселе планируется проведение официальной церемонии презентации Баку «Спортивной столицы мира».
      https://media.az/sports/baku-vybran-sportivnoj-stolicej-mira-1067961117
      • 5 replies
    • Post in Экотур
      ПИК ГОРЫ БЕЙБЕЙИМ
      Дата 12 мая, воскресенье

      ПРОГРАММА
      06.40 Сбор у автобуса
      - Хайкинг через красивые зеленые поля около 4-х часов. На пути будет шанс увидеть знаменитый цветок Хары бюльбюль, а также дикий ирис, лук, гуланчар и другие полезные для здоровья растения. На вершине неповторимая панорама на горы, озеро и море, вокруг все цветет и пахнет весной. Пешая прогулка среди разноцветных гор в поисках карбонатных отложений мезозойской эры
      - Отдых и пикник на вершине
      -Спуск около 2-х часов
      - Чайная пауза с домашним пирогом
      18.00 Дорога в Баку   Протяженность: 12 km
      Min max высоты: 219m - 935m
      Степень тяжести: средняя   ТРАНСПОРТ:
      Мерседес Спринтер (20 мест)   МЕСТО И ВРЕМЯ ВСТРЕЧИ:
      В 6.40 около кафе Макдональдс, метро Нариман Нариманово   ЦЕНА: 35 AZN (входит: транспорт, чай+домашний пирог)    ХОТИТЕ ПОУЧАСТВОВАТЬ?
      Тогда регистрируйтесь КОНТАКТЫ:
      Facebook.com/AzEcotour/
      Instagram.com/ecotour_azerbaijan/
      Youtube.com/channel/UCzQvr30h0bWuUpC_tMxM7wA
      +99455 742 08 20 WhatsApp / Telegram canal
        • Like
    • Стало известно, кто выступит на открытии нового музыкального сезона SEA BREEZE Summer LIVE
      8 июня состоится первый open-air концерт нового музыкального сезона SEA BREEZE Summer LIVE.
      В этот вечер на берегу Каспийского моря выступит почти весь состав артистов музыкального лейбла RAAVA Music: российский певец и музыкант азербайджанского происхождения, продюсер одноименного музыкального лейблa Elman (Эльман Зейналов), российский рэп-исполнитель цыганского происхождения Andro (Иоанн Жани Кузнецов), российская певица Mona (Даша Кустовская), музыкант и исполнитель из Ростова Toni (Антон Гайворонский), а также хитмейкеры Bahh Tee & Turken - российский певец азербайджанского происхождения Бахтияр Алиев и исполнительница Туркен Салманова.
      Кроме того, ожидается выступление российского исполнителя азербайджанского происхождения Эллаи (Элвина Алиева), азербайджанского певца Мурада Арифа и певицы Hiss (Ройи Мамедовов). Порадуют публику и представители Азербайджана на конкурсе «Евровидение 2024» – Fahree (Фахри Исмаилов) и Илькин Довлатов, которые споют свой хит Özünlə apar.
      Перед концертом всех гостей ждет атмосферное выступление ди-джея. Кроме того, зрителей ждет первоклассный саунд, расширенная фан-зона, которая позволит еще большему количеству поклонников быть ближе к любимым артистам, а завершится вечер традиционным для всех летних мероприятий Sea Breeze праздничным салютом.
      https://media.az/showbiz/stalo-izvestno-kto-vystupit-na-otkrytii-novogo-muzykalnogo-sezona-sea-breeze-summer-live-foto
        • Haha
      • 20 replies
    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
      • 8 replies
    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Sad
        • Haha
      • 127 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 100 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 138 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...