Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Noir Ilə Müsahibə .

Sunyata

Recommended Posts

Hörmətli forumçular , son səsvermənin nəticəsində  "Müsahib" müsabiqəsinin qalibi NOİR xanımdır !

NOİR  av-78628.jpg?_r=279083   növbəti müsahibimizdir. Təbrik edirəm !   0d1ea7dab9bf864ac5e3cf486dc768a7.gif

NOİR xanım  forumumuzda çoxdandır.  Az yazmasına baxmayaraq (d7aab1f13b9cfa4fe12f086e07a75b35.gif )   öz dəsti xətti  və  fikirlərinin dərinliyi  ilə  tanınan forumçumuzdur. Savadı və  dərin analiz etmək qabiliyyəti ,  onun yazılarını  xüsusi  olaraq maraqlıl edir.  Böyük həvəslə  oxunulur.  Beləliklə , bu kiçik , lakin səmimi  təriflərdən sonra onu  "qırmızı  xalça"mıza dəvət edirik , buyursunlar ))

Hörmətli userlər , buyurun , suallarınızı verin .

NOİR  , müsahibənin şərtləri haqqında qısa məlumat :

- istəsəniz ilk postunuzda özünüz barədə məlumat verin ( məcburi deyil ) .

- Hansı suala cavab verib verməməyi özünüz seçirsiniz .

- Mövzunu bağlanmasını - sizin və yalnız sizin qərarınızla edəcəyik. Mövzunun özündə, yaxud mənə LS yazmaqla.

Ümidvaram ki, bu son günlərdə kifayət qədər vitamin qəbul etmisiniz ,möhkəm olun )) b5e02dbb159eb68db6b45a21bb387299.gif

P.S. Qapqaranın təklifi ilə müsahibə mövzularında kiçik yenilik əlavə edirik. Hər müsahib sonda ən çox xoşuna gələn sualı verən useri öz bildiyi kimi mükafatlandıracaq. Sevdiyi kliplə , müsiqi parçası ilə , şeir ilə , assos. tipli foto montajla və s. Hamıya uğurlar!

Edited by Sunyata
Link to comment
Share on other sites

Ənənəvi olaraq ilk sualı da özüm verirəm ))

1.  NOİR-   abbreviaturadır ?   Haradan gəlir ?

2.  Avatarınızdakı  xanımla zahiri oxşarlığınız var ? Yoxsa bu  sizin ideal qadın obrazınızdır ? )) 

P.S. Hələlik sizə  asan suallar verirəm )) Çətinləri sonra olacaq 28a1dae1e863e716e2c9ec93e9b4e488.gif

Link to comment
Share on other sites

təqdimata görə sağolun, Sunyata.  :rroza: güllərə görə xüsusi təşəkkür, tülpan xoşlayıram. :)

yaxın zamanda mövzuya qatılacam.

din- fəlsəfə bölümündə də bir neçə postu cavabsız qoymuşam, yadımdadı unutmuram. hissə-hissə cavablandıracam.

Link to comment
Share on other sites

Mən də təbrik edirəm NOİR xanımı..Özünün dediyi kimi saytda mənim kimi az-az görünməyinə baxmayaraq ağıllı postları ilə həmişə diqqətimi cəlb edib..

Uğurlar..

Sualım isə belədir..

Sizin ruhunuza romantik, yağışlı, yüngül küləkli payız səhəri daha uyğundur və ya quşların cəhcəhi ilə başlayan günəşli yaz səhəri?

Link to comment
Share on other sites

Müsabiqəni qazanmağinizdan dolayi təbriklər edirəm sizi. :rroza: Saytda daimi şərhlərini bəyənərək oxuduğum qadin istifadəçilərdən birisisiz.Bu arada hər dəfə sizin yazinizi oxuyanda ağlima bəzi fikirlər gəlir , nədənsə yazilariniz sizi təsvir edir , ağilli , səmimi , dünyagörüşlü hətta bəzən də  heç bir işləri bir kişinin , insanin köməyi olmadan edə bilməyəcəyini , güclü xanim kimi təsəvvürümə gətirirəm . Maraqlidi bu güc , bu enerji , istedad hardandi axi sizə. :thinking: 

Mənim də bir - iki dənə sualim olacaq. Mümkün olarsa , Vaxtin olan zaman cavablandirarsan.)

Məncə həyatı ən mənalı edən istədiyini etmək, edə bilmək. Ancaq o zaman tam mənasıyla xoşbəxt olarsan və  qisaca olaraq həyatda əldə edə bildiklərin , qazandiqlarin nələr olub və nail olmadiqlarina görə özünü uduzmuş hiss etmisənmi ya əksinə yoxsa dayanmadan mübarizə aparmisan.?

Sevgilisini davamlı sorğulayan və izləyən qadınlar, özlərinə güvənmədikləri mesajını verərək cazibədarlıqlarını itirərlər adətən , bəs siz bu haqda nə düşünürsüz , qisqancliğa necə baxirsiz.?

Link to comment
Share on other sites

Ənənəvi olaraq ilk sualı da özüm verirəm ))

1.  NOİR-   abbreviaturadır ?   Haradan gəlir ?

2.  Avatarınızdakı  xanımla zahiri oxşarlığınız var ? Yoxsa bu  sizin ideal qadın obrazınızdır ? )) 

P.S. Hələlik sizə  asan suallar verirəm )) Çətinləri sonra olacaq 28a1dae1e863e716e2c9ec93e9b4e488.gif

ilk sualların "razminka" olduğuna heç şübhəm yox idi )

1. Noir - fransız mənşəli sözdü, mənası : qara, tünd, gecə. özümü ifadə etmək üçün maximum uyğun gələn, nik kimi yarayan bir söz. bir azca "tündəm" ), müəmmalıyam, bir az da qapalı.

2. Avatardakı şəkili oğlum bəyənib ) . Biz onunla arabir mənzərəli şəkillərə, gözəl rəsmlərə baxırıq.... rəsmlərin içindən birdən birə məhz bunu seçdi : "ana, bax. ana-sən. bu-sən " ... o zaman hələ çox kiçikdi, söz ehtiyatı az idi. amma anlata bildi ki, şəkildəkini mənim bənzərim bilir. daha sonralar, avatar axtararkən, oğlumun seçimini xatırladım. həmin şəkili tapıb yerləşdirdim. reala uyğunluqdan uzaq deyil, baxışı lap özümündü ))

Xatirəmdə zahiri ideal kimi dərk etdiyim bir qadın obrazı var. bu haqda əlavə yaza bilərəm. bir uşaqlıq xatirəsi ilə bağlıdır. amma əmin deyiləm...bilmirəm sizə maraqlı olarmı ? 

Edited by NOIR

Cavaba gore sag olun !  

Maraqlidir, yazin ))

Link to comment
Share on other sites

Təbrik edirəm Sizi və maraqlı müsahibə arzulayıram. (yəqin ki, başqa cür ola da bilməz).

Sualım belədir: təhsiliniz və ixtisasınız nədir? 

sağ olun, Waterandsun . (çalışım ki, ümidi doğruldum)

Təhsilim humanitar, idarəetmə ixtisası. maliyyəçiyəm, analitika istiqaməti üzrə.

əlavə olaraq , mənə həvalə olunan proyekrlərdə də çalışıram. 

məntiqi sual yarana bilər ki, məsələn, forumda maliyyə mövzularını niyə müzakirə etmirəm ? nə konkret, nə ümumi müzakirə vərdişi yaranmasın deyə,  çünki , xüsusiləşmiş və qorunan inf-ya ilə işləyirəm.

Link to comment
Share on other sites

Noir xanım, müsahibənizdə uğurlar arzulayıram.Postlarınızı maraqla oxuduğum userlərdənsiniz. :rroza:

Çox sual verməyi bacarmasam da ,mövzunuzu diqqətlə oxuyacağam.)

1.Sizi acıqlandırmaq asandır? 

2.Övladınıza dini tərbiyəni necə verirsiniz?  

3.Mübahisə yaranan zaman tərəf saxlayırsınız,yoxsa  neytral qalmağa üstünlük verirsiniz?

P.S.hələlik bu qədər. :nemmi:

Link to comment
Share on other sites

Noir müsahibede size uğurlar arzu edirem.Men eminem ki,bütün suallara mükemmel cavablarınız olacaq.:)

Noir xanım bele bir Danimarka atalar sözü var- "Kar kişiyle kor qadın mükemmel cütlükdür."

Bunu nece başa düşürsüz? Razısınızmı bu deyimle?

Sizce ideala yaxın bir cütlük olmaq üçün hansı en vacib xüsusiyyetler olmalıdır?

Link to comment
Share on other sites

Salam Noir xanim :) ne burcundensiz ? :)

salam, Qönçə xanım   :conf_icon.php:

Əqrəb bürcü

sizin postda plyus limiyim bitdi ( sabah qoyaram.

xahiş edirəm , postlara cavab gecikirsə, heç kim inciməsin. anlayışa ümid edirəm. )

Link to comment
Share on other sites

Noir xanımı mən heç tanımırdım, çox gözümə dəymirdi, müsabiqədə fikir verdim və diqqətimi çəkməyə bilməzdi. Biraz oxudum postlarınızı ordan burdan maraqlı gəldi. Şəkil, nik, ünsiyyət tərziniz demək olar tamamlayır bir-birini.

Burda bir xanım var Elizabeth, biraz nədənsə ona oxşadıram. Əlbəttə bir insan kimi siz təmamilə unikalsız.

Sualım - nə vaxtsa ürəyiniz xoşbəxtlikdən partlama halına gəlib çatıbmı?

//ağlıma gələn bu oldu

Edited by framework
Link to comment
Share on other sites

NOIR xanim,siz forumun maraqli xanim userlerindensiniz ve sizi musahib kimi gormek chox xoshdur. :rroza: Ilk once musahibenizde ugurlar dileyirem!

Her kesin ferqli bir disputa gelme tarixchesi vardir.Mumkunse,sizinkini de oyrenmek maraqli olardi. :)  Ve Az.Forumda "disput" etmek sizin uchun ne derecede maraqlidir?

Link to comment
Share on other sites

Xanım Noir ,bu yaxınlarda fb-də "bookchalange" çərçivəsində hamı bir-birinə10 kitab adı yazmaq dəvəti göndərirdi. Mən də sizə həmin dəvəti burda göndərirəm. Buyurun, ilk 10-luğunuzu təqdim edin, sizi həyəcanlandıran, maraqlandıran kitab onluğunuzu paylaşın

Təşəkkürlər

Link to comment
Share on other sites

Noir, size musahibede ugurlar. Her ne qeder maliyye ve peshenizle bagli yazilariniz olmasa da, postlarinizdan peshenizin xarakterini hiss etmek olur. Her postda fikrinizi konkretlesdirmeye ve esaslandirmaga sey gosterirsiniz, buna nail olursunuz da.

Nikinizi gorende bir mahni yadima dusur: Noir Desir-Le vent nous portera. Esitmis olarsiniz. Maraqli geldi. Nik secerken bunun bir tesiri olubmu? :)

Link to comment
Share on other sites

Mən də təbrik edirəm NOİR xanımı..Özünün dediyi kimi saytda mənim kimi az-az görünməyinə baxmayaraq ağıllı postları ilə həmişə diqqətimi cəlb edib..

Uğurlar..

Sualım isə belədir..

Sizin ruhunuza romantik, yağışlı, yüngül küləkli payız səhəri daha uyğundur və ya quşların cəhcəhi ilə başlayan günəşli yaz səhəri?

sağ olun, Qulliver. biz sizinlə forumdakı "köhnə qvardiyadanıq" ) təmkinli, səmimi, özünüzəməxsus "svoyski" yazı tərzinizlə həmişə dəbdəsiz, itib batmayın, görünün vaxtaşırı :)

sualınıza gəldikdə isə )) birincisi . payızı həmişə sevmişəm, öz gəlişi ilə sakitlik, rahatlıq gətirir.

P.S. Sizdən həm də Pəri xanımı xəbər almaq istərdim, qızımız görünmür ....

Link to comment
Share on other sites

Müsabiqəni qazanmağinizdan dolayi təbriklər edirəm sizi. :rroza: Saytda daimi şərhlərini bəyənərək oxuduğum qadin istifadəçilərdən birisisiz.Bu arada hər dəfə sizin yazinizi oxuyanda ağlima bəzi fikirlər gəlir , nədənsə yazilariniz sizi təsvir edir , ağilli , səmimi , dünyagörüşlü hətta bəzən də  heç bir işləri bir kişinin , insanin köməyi olmadan edə bilməyəcəyini , güclü xanim kimi təsəvvürümə gətirirəm . Maraqlidi bu güc , bu enerji , istedad hardandi axi sizə. :thinking: 

Mənim də bir - iki dənə sualim olacaq. Mümkün olarsa , Vaxtin olan zaman cavablandirarsan.)

Məncə həyatı ən mənalı edən istədiyini etmək, edə bilmək. Ancaq o zaman tam mənasıyla xoşbəxt olarsan və  qisaca olaraq həyatda əldə edə bildiklərin , qazandiqlarin nələr olub və nail olmadiqlarina görə özünü uduzmuş hiss etmisənmi ya əksinə yoxsa dayanmadan mübarizə aparmisan.?

Sevgilisini davamlı sorğulayan və izləyən qadınlar, özlərinə güvənmədikləri mesajını verərək cazibədarlıqlarını itirərlər adətən , bəs siz bu haqda nə düşünürsüz , qisqancliğa necə baxirsiz.?

təşəkkür edirəm, Azda xanım :rroza:

"vaxtın olan zamanı" uzaqgörənlik edib lap zamanında demisən, bu təklifindən yararlanmaya bilmərəm. Suallarından birinə mövzunun sonunda cavab verəcəm  ( həyat dəftərimi vərəqləyib baxım gərək  )

sual qadın qısqanclığı haqdadı, belə başa düşdüm. qədərində qısqanclıq ziyanlı deyil ki, lap normal baxıram. deyim ki,  hətta bəzi kişilərin öz xanımından bunu hiss etməsi çox xoşlarına gəlir. ))) ailəki münasibətlərə arabir həyəcan qatır.

ifrat qısqanclıq isə patalogiyadır , insanı daima izləmək, iç dünyasına soxulmaq, inamsızlıq , cürbəcür fobiyalar, gərəksiz əsəb gərginliyi ... bunlar hamısı , ilk növbədə qadının özünəəminliyinə zərbədir.

enerji məsələsinə gəldikdə isə, bu bizlərdə genetikdi, nəslidən gəlir. ))

Link to comment
Share on other sites

Cavaba gore sag olun !  

Maraqlidir, yazin ))

8-10 yaşım olardı. anamla şəhərə gəzintiyə çıxmışdıq. qarşıdan bizimlə üzbəüz gələn kübar bir xanım gördüm...

asta yerişi vardı, gözəl qaməti. siması mülayim idi, zövqlə geyinmişdi. klassik kofta, ətək, dabanlı tuflilər. sadə saç düzümü var idi. saçları bəyaz idi. xanım cavan deyildi, yaşı çoxdu. yanımızdan ötüb keçdi.... mən dönüb arxasınca baxdım... o sanki bir qu quşu idi.

anam da ona diqqət yetirmişdi. yavaşca dedim : "mən də onun kimi olmaq istəyirəm " . anam cavabında gülümsədi.

sonralar da mən bu xanımı xatırlayırdım. o gənc deyildi, cəlbedici gözəlliyi yox idi. amma onda sirli nəsə vardı - yəqin ki, qadın məlahəti .

Link to comment
Share on other sites

Noir xanım, müsahibənizdə uğurlar arzulayıram.Postlarınızı maraqla oxuduğum userlərdənsiniz. :rroza:

Çox sual verməyi bacarmasam da ,mövzunuzu diqqətlə oxuyacağam.)

1.Sizi acıqlandırmaq asandır? 

2.Övladınıza dini tərbiyəni necə verirsiniz?  

3.Mübahisə yaranan zaman tərəf saxlayırsınız,yoxsa  neytral qalmağa üstünlük verirsiniz?

P.S.hələlik bu qədər. :nemmi:

xoşdur , Könül xanım. forumun aktiv istifadəçilərindənsiz, postlarınız daima diqqətimdədir. :rroza:

1.  )) Tık-tık xanımın siçan bəyə verdiyi suala bənzədi bir az (birdən acıqlandırsam səni, nəylə döyərsən məni ?)... acıqlandırmaq çətindi, amma mümkündür .

2. övladım müstəqil, həm də həssas uşaqdı. düşünürəm, öncə dini maarifləndirmə olmalıdır, daha sonra təlim tərbiyə ... hər şeyin öz zamanı var.

3. əgər mübahisə birbaşa mənə toxunmursa, ya da hər hansı ümumi maraqlara (məsələn , ailə, iş) zidd deyisə,  çox zaman müdaxilə etmirəm. çünki, təcrübə göstərir ki, mübahisə iştirakçıları çox zaman əvvəl - axır ümumi anlaşmaya gəlirlər, "məsləhətçi" isə pərt qalır.

lakin arada ümumi maraqlar varsa, əlbəttə ki tərəfkeşlik edəcəm ))

ümumiyyətlə, münaqişədən, mübahisədən yayınan insanam, gərginliklə aram yoxdu.

Link to comment
Share on other sites

Noir müsahibede size uğurlar arzu edirem.Men eminem ki,bütün suallara mükemmel cavablarınız olacaq. :)

Noir xanım bele bir Danimarka atalar sözü var- "Kar kişiyle kor qadın mükemmel cütlükdür."

Bunu nece başa düşürsüz? Razısınızmı bu deyimle?

Sizce ideala yaxın bir cütlük olmaq üçün hansı en vacib xüsusiyyetler olmalıdır?

təşəkkür edirəm, İqolka xanım.

müdrik atalar sözüdür, mənaca - tamamlanma və qarşılıqlı anlaşmadan danışır.  amma hərfi mənada heç kəsin başına gəlməsin təki...

öz atalar sözlərimizə nə gəlib ki )) məsələn "ərə gedirsən. deməli, biz gözü kor, bir qulağı kar olmalısan" )  və yaxud "qaynanalı gəlinin dilinin altında gərək həm qənd ola, həm fənd ola" )))))) ... bunları zarafatyana yazdım )

ciddi desəm... bilirsizmi, həyat və ailə təcrübəm elə də çox deyil ki, gəldiyim qənaət nənə_babaların, müdriklərin nəsihətlərindən üstün ola ... bura qədər eşitdiklərimizə_bildiklərimizə onu əlavə edə bilərəm ki, Ailədə həm də həmrəylik olmalıdır. bu halda ,birgəyaşayış hər cəhətdən faydalı olur. düşünürəm bu fikrimlə, böyük bir yenilik də eləmədim.

suala görə çox sağ olun :rroza:

Edited by NOIR
Link to comment
Share on other sites

Noir xanımı mən heç tanımırdım, çox gözümə dəymirdi, müsabiqədə fikir verdim və diqqətimi çəkməyə bilməzdi. Biraz oxudum postlarınızı ordan burdan maraqlı gəldi. Şəkil, nik, ünsiyyət tərziniz demək olar tamamlayır bir-birini.

Burda bir xanım var Elizabeth, biraz nədənsə ona oxşadıram. Əlbəttə bir insan kimi siz təmamilə unikalsız.

Sualım - nə vaxtsa ürəyiniz xoşbəxtlikdən partlama halına gəlib çatıbmı?

//ağlıma gələn bu oldu

Framework, bəzi ehtimallarınız bir az qəribədir, amma nəzərə alsaq ki, "postlarımı ordan burdan" oxumusuz, təəccüblü deyil. )) yenə də sağ olun ki, imkan və diqqət ayırmısız.

Sualınıza cavab : ürəyim xoşbəxtlikdən belə bir hala gəlib çatmayıb. ürəyimi çox qoruyuram, duyğularımı isə mühafizə edirəm.

Link to comment
Share on other sites

NOIR xanım, sizə müsahibənizdə uğurlar. Onu da deyim ki, forumda seçilən xanım userlərdənsiz ki, şərhlərinizi daim maraqla oxuyuram. Ənənəmə sadiq olaraq müsahibə götürən kimi passiv, oxucunuz kimi aktiv olacam.

buyurun, Qara bəy... istər aktiv , istər passiv mövqeyinizə hörmətlə yanaşıram.

Link to comment
Share on other sites

Sualınıza cavab : ürəyim xoşbəxtlikdən belə bir hala gəlib çatmayıb. ürəyimi çox qoruyuram, duyğularımı isə mühafizə edirəm.

Əslində sualım başqa idi, sizə yazan vaxtı Whatsapp-da o sualı verdilər, məndə yazdım bura)

Uğurlar sizə

Link to comment
Share on other sites

"NOIR-le musahibe"ni gorende chox sevindim. Sen o qeder maraqli, herterefli, dunyagorushlu insansan ki, seni oyrendikce oyrenmek, tanidiqca tanimaq  isteyirsen. Yerigelmishken nikin sevdiyim etiri xatirladir mene. Sayende menasini oyrendim. :)

Givenchy_Dahlia_Noir.jpg

Bes senin sevdiyin etir hansidir? :)

Ve enenevi sualim - ruhunun qidasi nedir?

:loveyouu:

Link to comment
Share on other sites

səni görməyə şadam, Konsuelo :loveyouu:

sən müsahibəyə razılıq versəydin, bizə də sevinməyə imkan yaratmış olardın )) pis qız ) . yenə də düşün, bəlkə razılıq verəsən ? mən xahiş etsəm necə ...?

bu mövsümdə Dahlia )) və Guerlian İdylle :)

ruhumun qidası - şeir.

ruhumun mənbəyi - öz daxilimdə.

Link to comment
Share on other sites

NOIR xanim,siz forumun maraqli xanim userlerindensiniz ve sizi musahib kimi gormek chox xoshdur. :rroza: Ilk once musahibenizde ugurlar dileyirem!

Her kesin ferqli bir disputa gelme tarixchesi vardir.Mumkunse,sizinkini de oyrenmek maraqli olardi. :)  Ve Az.Forumda "disput" etmek sizin uchun ne derecede maraqlidir?

təşəkkür edirəm, Ceylin xanım. :rroza:  biz arabir sizinlə müxtəlif mövzularda qarşılaşırıq, nəzakətli və maraqlı həmsöhbətsiz :)

tarixçəsi elə qədimidir ki, dəqiq xatırlamıram ) ya bacım, ya rəfiqəmdən bu haqda eşitdim, oxudum, maraqlı gəldi....

.... və çox maraqlıdır. foruma dünyagörüşümü artırmaq üçün daxil oluram . çox savadlı insanlar var bölmədə. mürəkkəb , düşündürücü mövzular ətrafında müzakirələr gedir. mən  öyrənməyi, tədqiq etməyi xoşlayıram.

Edited by NOIR
Link to comment
Share on other sites

1.  )) birdən acıqlandırsam səni, nəylə döyərsən məni ?

Nə isə içimdən sizinlə səmimi söhbət etmək keçir.Bilmək istəyirdim,çox sual versəm əsəbləşməzsiniz.)

Noir,mübariz insansız,yoxsa tez ruhdan düşənsiniz?  Qarşılaşdığınız problemlə sonuna qədər mübarizə aparmağı bacarırsınızmı? Yaxud mütləq qarşılaşdığınız problem də günahkar axtarırsınız?.Tale,alın yazısı,iş yoldaşınızı,rəhbərliyi,qonşunun bədnəzərini,qara pişik,tək səbir)).vəs.s...günahkar çıxaraq özünüzü doğrultmağa çalışırsınızmı?

P.S.Hərçənd  ki,Noir sualımın cavabını təxminən bilirəm..Yazılarınızdan sizin xasiyyətinizi təxmin etmişəm.)Yenə də özünüzdən soruşub dəqiqləşdirmək  istədim.

Xahiş edirəm ,"xanım" və "siz" rəsmi müraciət formasını bir dəfəlik unudaq..)

Edited by Kenul2012
Link to comment
Share on other sites

sağ olun, Qulliver. biz sizinlə forumdakı "köhnə qvardiyadanıq" ) təmkinli, səmimi, özünüzəməxsus "svoyski" yazı tərzinizlə həmişə dəbdəsiz, itib batmayın, görünün vaxtaşırı :)

sualınıza gəldikdə isə )) birincisi . payızı həmişə sevmişəm, öz gəlişi ilə sakitlik, rahatlıq gətirir.

P.S. Sizdən həm də Pəri xanımı xəbər almaq istərdim, qızımız görünmür ....

Mənim haqqımda bu qədər yüksək fikirdə olmağınızı düzü gözləmirdim..Təşəkkür edirəm ))Hörmətiniz qarşılıqlıdır, siz demiş " Köhnə qvardiyan  " olan userler başqa olur da )) (yenilər bizdən inciməsin))

Cavabınız məni çox sevindirdi..)Çünki ən azı özüm kimi daha bir romantik ruhlu insan olduğuna əmin oldum..Payızda mən də sanki yaşayıram, nəfəs alıram..

P.s.Pərini taparam, siz demiş çoxdandı görünmür ))

Link to comment
Share on other sites

Xanım Noir ,bu yaxınlarda fb-də "bookchalange" çərçivəsində hamı bir-birinə10 kitab adı yazmaq dəvəti göndərirdi. Mən də sizə həmin dəvəti burda göndərirəm. Buyurun, ilk 10-luğunuzu təqdim edin, sizi həyəcanlandıran, maraqlandıran kitab onluğunuzu paylaşın

Təşəkkürlər

Xanım Elastika, kitablar yoxdur desəm yanlış olar. lakin həmin kitablara siz yazdığınız münasibəti yanlış hesab edirəm desəm , doğru olar )) . əlifbadan başlamış ötən həftə oxuyub bitirdiyim kitaba qədər olan siyahını xatırlayıb, fb xatirinə nəsə düzüb_ qoşmaq olardı. amma bu doğru olmaz. indi mən sizə ətrafl izah edərəm. həm də ki , sizin postu gözlətmişəm deyə, ümid edirəm ki, cavabım necə deyərlər, kak to doljno iskupit )

uşaqlıqda ərköyün və küsəyən idim çox. yeniyetmə çağlarımda həssas, həm sentimental, həm çılğın. və ətrafdan qəbul etdiyim bütün inf-ya (o cümlədən kitablardan) həmin "maraq və həyəcan" baxımından dəyər verirdim. məs, yalnız rəğbət bəslədiyim müəllifləri oxuyurdum, məs , ideolgiyası xristianlıq yayır səbəbindən mənbəni oxumaya bilərdim və s. bu kimi . zaman keçdikçə anlamağa başladım ki, bu münasibətim yanlışdır. çünki inf-ya əslində neytraldır. həmin inf-nı məqsəd, faydalılıq və dünyagöraş baxımından qəbul edib , təhlil etmək daha doğru olardı. və mən bununla bərabər, həm də emosionallığımı islah etmiş olaram. ümumiyyətlə deyilm ki, məhz ifrat emosionallığı qadın cinsinin mənəvi inkişafına ciddi maneə amili bilirəm.

.. və mənim mütaliəyə münasibətim dəyişdi. bu pereosmısleniye artıq ailəlik həyatımla birgə başladı deyə... vaxt məhdudiyyətləri yarandı. iş rejimim dəyişməmişdi, işimlə əlaqədar ixtisaslaşmış ədəbiyyat oxuyurdum, kurslar, tədbirlər, ailə qayğılarım və s. "bəhanələr" - fakt, əvvəlkinə nisbətən az mütaliə edə bilirdim. nəticədə, mən son illərdə sayca az olsa da, faydalı (məqsədyönlü və praktik, ən əsası emosiyasız )))) ədəbiyyatlar oxuyuram. özü də bu məşğələyə ciddi yanaşıram.  bloknot və qələm yanaşı olur. daha çox audioformatda dinləyirəm, mətbəx işləri zamanı. son zamanlar, yenidə ezoterik ədəbiyyata qayıtmışam, amma yalnız sərbəst mütaliə üçün, təhlil etmirəm. çox bəyəndiyim və son dövürlərdə araşdırdığım, praktik fəlsəfədir, terapevtik fəlsəfədir, psixologiya ilə fəlsəfənin sintezi ))

... bir sözlə, sizin postdakı suala əminliklə, təxminən,.... yaxın 5 il ərzində cavab verə bilərəm... ranşe nikak. )

Edited by NOIR
Link to comment
Share on other sites

Noir, size musahibede ugurlar. Her ne qeder maliyye ve peshenizle bagli yazilariniz olmasa da, postlarinizdan peshenizin xarakterini hiss etmek olur. Her postda fikrinizi konkretlesdirmeye ve esaslandirmaga sey gosterirsiniz, buna nail olursunuz da.

Nikinizi gorende bir mahni yadima dusur: Noir Desir-Le vent nous portera. Esitmis olarsiniz. Maraqli geldi. Nik secerken bunun bir tesiri olubmu? :)

təşəkkür, Müseyib.  biz sizinlə heç bir mövzuda həmsöhbət olmasaq da, deyim ki, sizi ağıllı və müstəqil mövqeyi olan bir insan kimi dərk edirəm. din-fəlsədə açdığınız mövzuları, yazdığınız postları həmişə oxuyuram.

musiqiyə rəğbət deyəsən, ümumi cəhətimizdi ( minus rok ))) . arabir, Prodigy_ni dinləyirəm, amma bu maxsimumdu ))

düzü, Noir Desir_ i ilk dəfə bu səhər dinlədim, buna qədər heç tanış deyildim. melodik əhvalım nik seçimimində iştirak etməyib.

Edited by NOIR
Link to comment
Share on other sites

Nə isə içimdən sizinlə səmimi söhbət etmək keçir.Bilmək istəyirdim,çox sual versəm əsəbləşməzsiniz.)

Noir,mübariz insansız,yoxsa tez ruhdan düşənsiniz?  Qarşılaşdığınız problemlə sonuna qədər mübarizə aparmağı bacarırsınızmı? Yaxud mütləq qarşılaşdığınız problem də günahkar axtarırsınız?.Tale,alın yazısı,iş yoldaşınızı,rəhbərliyi,qonşunun bədnəzərini,qara pişik,tək səbir)).vəs.s...günahkar çıxaraq özünüzü doğrultmağa çalışırsınızmı?

P.S.Hərçənd  ki,Noir sualımın cavabını təxminən bilirəm..Yazılarınızdan sizin xasiyyətinizi təxmin etmişəm.)Yenə də özünüzdən soruşub dəqiqləşdirmək  istədim.

Xahiş edirəm ,"xanım" və "siz" rəsmi müraciət formasını bir dəfəlik unudaq..)

Könül, hazırda postunuza tam cavab verə bilməyəcəm. amma mən sizə dönəcəm...

buyurun, ürəyinizdən keçəni saxlamayın, içiniz sıxılmasın deyə... qiybət də olucey ? ))

çox sual versəz də əsəbləşmərəm . mənə tərəf çevrilən güzgüləri qırmaq vərdişim yoxdu. həm də ki, əgər bu güzgülər mənim də deyilsə...

ümumi maraqlar uğrunda mübarizə aparanam, çox inadkaram. şəxsi ambisiyalarımı isə çalışıram ki, cilovlayım. ambisiyalar ailə və kollektiv maraqlardan üstün olmamalıdır. əksinə olarsa, həmrəylik və inkişaf olmayacaq.

hələlik bu qədər

Link to comment
Share on other sites

təşəkkür, Müseyib.  biz sizinlə heç bir mövzuda həmsöhbət olmasaq da, deyim ki, sizi ağıllı və müstəqil mövqeyi olan bir insan kimi dərk edirəm. din-fəlsədə açdığınız mövzuları, yazdığınız postları həmişə oxuyuram.

musiqiyə rəğbət deyəsən, ümumi cəhətimizdi ( minus rok ))) . arabir, Prodigy_ni dinləyirəm, amma bu maxsimumdu ))

düzü, Noir Desir_ i ilk dəfə bu səhər dinlədim, buna qədər heç tanış deyildim. melodik əhvalım nik seçimimində iştirak etməyib.

Mən də təşəkkür edirəm xoş sözlərə görə. Prodigy-dən qulaq asdığım bir dənə Firestarter mahnısı olub. Yəni mənim maraq sahəmə o qədər də daxil deyil. Onlar daha çox elektronik ifa edir :)

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Teshekkurler NOIR xanim  :rroza: Ilk olaraq sualim,bir zamanlar menim de maraq dairemde olan "Exlaqi-Nasiri" eserinden Tusinin sualidir.

1. "Insanin zehmeti ve xidmeti muqabilinde layiq oldugu en boyuk seadet ona yashadigi muddetde nesib olur,yoxsa olenden sonra?!"   Bes sizce heqiqi seadet nedir ve insanlarin ebedi seadetle shereflendirilmesi -yashadigi muddetde ve ya olenden sonra mumkundurmu?

2. Ovladlarinizin terbiyye edilmesinde xususile diqqet etdiyiniz meqamlar varmi?Ve sirr deyilse eger,bolushe bilerdiniz?

Edited by ceylin
Link to comment
Share on other sites

Yaxud mütləq qarşılaşdığınız problem də günahkar axtarırsınız?.Tale,alın yazısı,iş yoldaşınızı,rəhbərliyi,qonşunun bədnəzərini,qara pişik,tək səbir)).vəs.s...günahkar çıxaraq özünüzü doğrultmağa çalışırsınızmı?

problemin yaranma səbəbini mütləq axtarıram, çünki nəticəyə təsir etmək üçün onu yaradan səbəbləri aydın bilmək lazımdır. ola bilsin ki, həmin səbəb insan faktorudur.... bilirsiz, problem həll olunduqdan sonra əsas olan - nəticədir, cəza yox. işarə etdiklərimlə isə, bəraət qazandırmaq vərdişim yoxdur, açığı. özüm özümlə səmimiyəm.

Link to comment
Share on other sites

Noir ,  ezoterik ədəbiyyatla maraqlandığınızı  yazdınız .  Mən də  maraqlanırdım , oxuyurdum  ,  elə  indi də  maraqlanıram , amma forumla bağlı  vaxt çatdıra bilmirəm .  Yadıma gəlir ki, ezoterik ədəbiyyatın təsiri ilə  çox maraqlı  hallar və  hadisələr baş verirdi .  Məsələn , aktiv oxuduğum və məşğul olduğum dövrdə  "ezoterikləri"   danışığından , hərəkətindən  o dəqidiə  seçirdim ))   O dəqiqə  də  həmin insana qarşı  rəğbət yaranırdı .  Ruslar demişkən , "rıbak rıbaka vidit  izdaleka"  ))  Bundan əlavə , hər tərəfdən nə isə  işarələr gözləyirdim , adi  bir şeydə  möcüzə  görürdüm , rastlaşdığım hər adamda  özümə  "ruhi müəllim"  axtarırdım ( qorxudrum ki, "ruhi müəllim"  gələr , mən də onu tanımadan ötüb yan keçərəm )) )   

Sizdə də belə  hallar olubmu ? Ya olurmu ?  Ola bilər ki, sizdə ezoterik kitablar sayəsində  başqa məzəli və ya maraqlı  hallar olur ?  Maraqlıdır ))

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
        • Like
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Milli
        • Haha
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...