Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Tərcümələrimiz


Sunyata

Recommended Posts

Qonşu mövzuda  (Dumanlı kirpi )   uşaq ədəbiyyatından nümunələr tərcümə olunur.  Bu mövzunu da paralel  olaraq diğər  ədəbiyyat nümunələrinin tərcüməsi  üçün açdım.  

 

Tərcümə sahəsində  eksperimentçilərimiz   var ))  Buyurun  , burada da uşaq ədəbiyyatı  olmayan digər  tərcümələrinizi  yerləşdirin. 

 

 

Mövzunu  açılış üçün özümün Volterdən etdiyim iki  tərcüməni  yerləşdirəcəyəm.  Volter yazıçı - filosof olduğundan  onun  kiçik  hekayələri  əsasən fəlsəfi  məzmun kəsb edir.  Amma hekayə janrında olduğu üçün , düşünürəm ki,  bu  mövzuya uyğun gələr.  Tərcümələr   bəlkə də çox quru   alınıb , bədii  tərcümədən uzaqdır ((  Çünki bunları "din və fəlsdəfə"  bölməsi üçün nəzərdə  tutmuşdum.

Link to comment
Share on other sites

 Xeyirxah bramin haqqında.

 

Mənə dünyanı səyahətlərim zamanı bir yaşlı braminlə görüşmək müyəssər olub. Bu bramin müstəsna müdrik , çox hazırcavab və dedikcə elmli və həm də varlı adam idi. Varlılığı da ona xüsusi olaraq müdrik olmağa imkan verirdi , çünki heç nəyə ehtiyacı yox idi və heç kimi də aldatmağa ehtiyacı yox idi. Təsərrüfatında üç gözəl qadın komıkçisi var idi . Bu gadınlar braminin hər işinə yaramağa çalışırdılar. Bramin onlarla əylənmədiyi vaxtlarında dərin düşüncələrə qərq olurdu .

 

Füsunkar bağları ilə əhatə olunmuş evinin yaxınlığında yaşlı , mömin və səfeh bir hindu qadın yaşayırdı.

 

Bir dəfə bramin mənə dedi : “ Mən dünyaya heç gəlməməyə üstünlük verərdim”.

Mən ondan niyəsini soruşanda , o belə cavab verdi :” Mən elmlə artıq 40 ildir ki, məşğulam. Bütün bu illər hədər yerə sərf olunub. Mən başqalarını öyrədirəm , amma özüm tam xəbərsizəm. Bu hal mənim üçün elə alçaldıcı və ürəkbulandırıcıdır ki, yaşamağa daha tabım yoxdur. Mən zaman daxilində anadan olmuşam və yaşayıram , amma zamanın nə olduğunu bilmirəm. Müdriklər demiş , mən iki əbədiyyətin arasındakı nöqtədə yerləşirəm , amma əbədiyyətin nə olduğu haqqında heç təsəvvürüm yoxdur. Mən hansısa bir maddədən ibarətəm. Mən düşünürəm , amma fikirlərrim harada doğulur , onu bilmirəm. Mənə məlum deyil ki, anlamaq , mənə xas olan - yerimək və qidanı həzm etmək kimi sadə xüsusiyyətdir ? Mənə məlum deyil ki, əllərimlə nə isə götürdüyüm kimi , başımla da bu tərzdə fikirləşirəm ya yox . Mənə məlum olmayan təkcə fikirlərimin mexanizmi deyil , hərəkətlərimin mexanizmi də mənə gizlidir. Mənə mövcudluğumun səbəbi bəlli deyil . Bununla yanaşı hər gün mənə bu barədə suallar verirlər. Sualları cavablandırmağa məcbur olub , çox danışıram. Amma ağıllı – başlı heç bir izah verə bilmirəm. Təşvişə düşürəm , öz - özümdən utanıram.

Məndən Vişnu`nun Brahma`dan yarandığının həqiqət olduğunu yaxud onların hər iksinin əzəli olduğunu soruşanda , halım daha da pisləşir. Tanrı şahiddir ki, bu barədə heç nə bilmirəm və cavablarımdan da bu hiss olunur. “Ah, möhtərəm ata , - deyə mənə müraciət edirlər – niyə şər yer üzünü bürüyüb ? ” Mən özüm də bu sualın qarşısında , sualı verənlər kimi çıətinlikdə qalıram. Hərdən mən onlara deyirəm ki, dünya gözəldir , lakin müflisləşmiş və müharibə dövründə şikəst olmuşalar mənə inanmırlar. Elə özüm də özümə inanmıram. Buna görə də bilik yanğısı və özümün məlumatsızlığımdan məyusluq duyub , evdə qapanıram. Qədim müqəddəs yazıları oxuyuram. Onlar isə zülməti daha da tündləşdirir. Dostlarıma müraciət edirəm. Onlar isə deyir ki, gərək dünyadan həzz alasan , insanlara məhəl qoyma. Bəzilərinə isə elə gəlir gəlir ki, guya nə isə bilirlər , əslində isə sərsəmləməklə cəfəng nəticələrə gəlirlər. Bütün bunlar mənə hakim kəsilmiş hissləri daha da şiddətləndirir. Bəzən , illərlə etdiyim axtarışlardan sonra haradan gəlib hara getdiyimi , nə olduğumu və nə olacağımı bilməməyim məni ümidsizliyə sürükləyir. “

 

Bu insanın halı məni əsl hüznə qərq etdi. Başqa belə zəkalı və ləyaqətli insan tapmaq olmazdı. Mən anladım ki, onun zəkası nurlandıqca və ürəyi daha çox həssas olduqca , o özünü daha çox bədbəxt hiss edir.

 

Həmin gün mən qonşuluqda yaşayan qadınla da danışdım. Mən ondan soruşdum ki, ruhunun necə təşkil olunduğunu bilməməsi heç onu məyus edibmi? Qadın hətta sualın özünü başa düşmədi. Qadın ömrü boyu bir dəfə də olsa , Braminə rahatlıq verməyən müəmmalı sualları özünə verməmişdi . Qadın sidq ürəklə Vişnu`nun fərqli təzahürlərinə inanırdı və Qanq çayından “dəstımaz” üçün su tapanda , özünü dünyanın ən xoşbnəxt qadını sayırdı. Mən bu miskin varlığın özünü xoşbəxt hesab etməsinə heyrət etdim və filosofun yanına qayıdıb , ona dedim : “Sizin qonşuluğunuzda yaşayan, heç nə haqqında düşünməyən və hər şeydən razı olan mexaniki məxluq varkən , özünüzü bədbəxt hesab etməyə vicdanınız necə yol verir ? ”

 

-Siz haqlısınız , - deyə cavab verdi, - yüz dəfələrlə öz - özümə demişəm ki, qonşu qadın kimi səfeh olsaydım , xoşbəxt olardım. Amma hər halda mənə belə xoşbəxtlik lazım deyil.

 

Braminin bu sözləri məndə daha dərin təəssürat oyatdı. Özüm haqqında düşündüm və anladım ki, əgər xoşbəxt olmaq üçün ağılsız olacağamsa , heç mən də belə xoşbəxtliyi arzulamazdım.

 

Öz fikirlərimi filosoflara izah etdim və onlar mənimlə razılaşdılar. “Lakin bu düşüncə tərzində müdhiş bir ziddiyət var, - mən dedim , - axı söhbətin mahiyyəti nədir ? Mahiyyət xoşbəxt olmaqdır. Axmaq və ya ağıllı olmağın nə fərqi var ? Bundan əlavə , taleyindən razı olanlar hamısı əmindilər ki, məhz razıdırlar. Bu barədə düşünənlər isə , mühakimələrinin sağlam düşüncəyə əsaslandığına əmin deyillər. Beləliklə , aydın olur ki , sağlam düşüncəyə malik olmamağa üstünlük verməliyik, çünki sağlam düşüncə bizim bədbəxtliyimizə yol verir.”

 

Hamı mənimlə razılaşdı , amma , buna baxmayaraq heç kim xoşbəxt olmaq üçün axmaq olmaq istəmirdi. Buradan da belə nəticyə gəldim ki, əgər xoşbəxtliyimizi dəyərləndirirksə, ağlımızı dah çox dəyərləndiririk. Lakin diqqətlə düşündükdə görürük ki, ağılı xoşbəxtlikdən üstün tutmağın özü də ağılsızlıqdır. Bəs bu ziddiyyəti necə izah edək ? Bütün digər ziddiyyətlər kimi . Bu barədə danışmağa dəyər.

 

 

Volter.

 

 

Bramin - Hinduizmdə 4 kastadan ( varnadan ) biri və ən vacibi . Ruhani rəhbər , müəllim kimi onların statusu cəmiyyətdə həmişə daha yüksıək olub.

 

Vişnu və Brahma - Hind panteonunda əsas tanrılardan. trimurti adlanan üçlükdən ikisi.

 

Qanq - Hinduizmdə müqəddəs sayıaln çay. Bu çayın suyu ilə yuyunma mərasimi yerinə yetirilir , ona görə də mətndə "dəstəmaz" sözünü şərti olaraq yazmışam.

Edited by Sunyata
Link to comment
Share on other sites

Volter

Yaddaşla bağlı əhvalat

 

Bəşəriyyətin düşünən hissəsinin , başqa sözlə , insan növünün ən çoxu 100 mində birinin gümanına görə , -hər halda daim bunu təkrar etməsinə görə - bütün təsəvvürlərimiz bizim duyğularımızdan doğur və yaddaş yeganə mənbədir ki, onun vasitəsilə iki fikri və ya iki sözü bir araya gətirirk.

Bax buna görə də təbiətin təmsilçisi Yupiter , ilk baxışdan. Mnemozinaya - yaddaş ilahəsinə vurulmuşdu. Bu izdivacınından incəsənətin bütün növlərini icad və himayə edən 9 muza dünyaya gəlmişdi.

Bütün biliklərimizin əsaslandığı bu müddəa , qəti olaraq hamı tərəfindən qəbul olunmuşdu , hətta Nonsobra 1 tərəfindən də qəbul edilmişdi.

Az sonra bir nəfər bu müddəanı təkzib edən2 yarım həndəsəçi , yarım dəli peyda oldu . O , bizim 5 duyğumuzu və yaddaşımızı inkar etməyə başladı və insan növünün çox cüzi olan düşünən hissəsinə müraciət etdi : “ İndiyə qədər siz yanılırdınız , sizin hissləriniz faydasızdır. Ona görə ki, sizin hisslərinz təzahür etməmişdən də əvvəl ideyalar artıq sizdə mövcud idi. Siz dünyaya göz açanda artıq bütün zərruri anlayışlarla təmin olunmuşdunuz. Siz hələ heç nə hiss etmədən artıq hər şeyi bilirdiniz. Sizinlə birgə doğulan fikirləriniz , artıq sizin təfəkkürünüzün sərəncamında idi. Ruh adlanan bu təfəkkürdə yaddaşa ehtiyac yoxdur. Yaddaşın faydası yoxdur “

Nonsobra bu iddanı pislədi və ona görə yox ki, bu bir cəfəngiyyat idi , yalnız ona görə ki, bu iddia yeni idi . Sonralar bir ingilis 3 daha geniş olaraq bu müddəanı təksiz etməyə başladı. Yəni beş duyğumuzun zərruri olmasını , anadangəlmə ideyaların olmamasını və yaddaşın duyğularımızın vasitəsilə qavradıqlarımızı bir yerdə toplaması və saxlanmasına imkan yaratması funksiyasını yerinə yetirdiyini sübut etməyə başlamışdı. Nonsobra özünün də qəbul etdiyi bu iddiaları pisləyib təkzib etdi. Çünki , bu fikir artıq ingilis tərəfindən ifadə olunmuşdu. Beləliklə , Nonsobra insanlarda anadangəlmə ideyaların olmasını və 5 duyğu və yaddaşa inanmamağı israr etdi. İnsan növü bununla razılaşmaq əvəzinə Nonsobranı ələ salmağa başladı. Bundan qəzəblənən Nonsobra hətta bir filosofu yandırmaq qərarına da gəldi. Bu filosof iddia edirdi ki, pendir haqqında düzgün təsəvvürə yalnız onu görüb və dadına baxnadan sonra gəlmək olar.

Liolistlər 4 mövcud olduqları dövrdə ilk dəfə olaraq Nonsobraya qoşuldular , seyanistlər5isə - liolistlərin qatı düşmənləri - müvəqqəti olaraq onlarla birləşdi. Onlar köməyə öz dərin filosofları ilə tanınmış keçmiş dikasterikləri 6 də çağırıb , birlikdə 5 düyğu və yaddaşı , eləcə də bunu iddia edən filosоfu pisləyib , qınadılar.

Bu cənablar mühakimə yürütməyə davam edirkən , onların arasında bir at tapıldı ki, - hərçənd ki, bu at başqa növdən idi və dikasteriklərdən quruluş , səs , yun və qulaqlarına görə seçilirdi - amma ağıl , 5 duyğu və yaddaşla təmin olunmuşdu . Həmin at baş vermiş hadisəni mənim at tövləmdə Peqasa danışmışdı , o da öz növbəsində ona məxsus cəldliklə Muzalara .

Muzalar , uzun müddət varvarlıqda bulunmuş və 100 il onların xüsusi himayəsində olmuş , ölkədə 7 bu hadisələrin baş verdiyini eşidib çox hiddətləndilər. Onlar öz analarını - Yaddaş və ya Memozinanı çox sevirdilər və bütün əldə etdikləri biliklərə görə ona borclu idilər. İnsanların bu nankorluğunu qəzəblə qarşıladılar. Onlar dikasteriklər , liolistlər ,seyanistlər və Nonsobra haqqında satiralar yaratmadılar , çünki satira heç kimi islah etmir , əksinə axmaqları qeyzləndirir və onları daha acıqlı və sərt edir. Onalr insanları cəzalandırmaqla həm də onları maarifləndirmək üçün üsul düşünüb tapdılar. İnsanlar Yaddaşı təhqir etmişdilər. Muzalar insanlardan bu Tanrıların verdiyi qabiliyyəti aldılar ki, onlar yaddaşın köməyi olmadan yaşamağı anlasınlar.

Gecələrin birində insanların beyni “əridi” və səhəri günü hamı yuxudan oyandı və onlar nə baş verdiyini qəti olaraq unutmuşdular. Bir neçə dikasteriklər öz xanımları ilə çarpayıda uzandıqlarını görüb , instinktiv olaraq – yaddaşdan asılı olmayaraq - onlarla yaxınlıq etmək istədilər. Qadınlar nadir hallarda instinktiv olaraq öz ərlərini yaxına buraxmaqlarından narazılıqla onların nəvazişlərini rədd etdilər.

 

Kişilər öz gecə papaqlarını götürüb, yaddaş və sağlam düşüncənin olmadığından , öz ehtiyaclarını təmin etmək üçün istifadə etdilər. Qadınlar eyni məqsədlə tualet stollarındakı vazalardan istifadə etdilər. Quuluiqçular öz vəzifələlərinı yaddan çıxararaq sahiblərinin otaqlarındada gəzirdilər və orada necə peyda olduqlarını anlamırdılar. İnsan öz təbiətinə görə çox maraqlanan olduğu üçün , qulluqçular bütün yeşiklərdə eşələnib , qızıl və gümüşün parıltısını xoşladıqları üçün , əllərinə keçəni götürüdülər. Bunu görən sahiblər “oğruları tutun” – deyə çığırmaq istəsələr də , “oğru” sözü yaddan çıxdığı üçün və bu sözü heç cür yada sala bilmədikləri üçün , bunu da edə bilmirdilər. Hamı sözləri unutduğundan qarışıq səslər çıxarırdılar. Bu məşhur Babil həngaməsindən də pis idi , ona görə ki , Babil həngaməsi zamanı hərə o dəqiqə öz dilini yaratmışdı. Anandangəlmə hisslər o qədər güclənmişdi ki, lakeylər ağına qarasına baxmayaraq , abır həyanı unudub , qadınların - öz sahib xanımlarının , qulluqçuların üzərinə atılırdılar. Əks tərəf də həmçinin abır həyanı unudub buna müqavinmət göstərmirdilər , buna maneəsiz imkan yaradırdılar.

Nahar vaxtı yetişmişdi və heç kim bilmirdi ki , naharı neçə təşkil etsin. Heç kim bazara nə almağa , nə də satmağa getmişdi . Qulluqçular öz sahiblərinin paltarlarını , sahiblər isə lakeylərin paltarlarını geyinmişdilər. Hamı sərsəm –sərsəm bir birinə baxırdı. Bir az daha fərasətlilər ( sadə xalqdan olanlar ) bir təhər vəziyyətdən çıxırdılarsa, digərlərinin isə heç bir şeyi yox idi. Birinci sədr , arxiyepiskop tamamilə lüt gəzirdilər, amma onların mehtərləri qırmızı mantiya geyinərək özlərini göstərirdilər. Böyük qarışıqlıq var idi . Hamı dilənçilik və acılıqdan məhv ola bilərdi . Heç kim bir birini başa düşmürdü.

Bir qədər gözləyib , muzalar rəhmə gəlib bu bədbəxtlərə kömək etmək istədilər , hərçənd ki, onalr lazım olduqda öz qəzəblərini də göstərməyi bacarırlar. Muzalar öz analarına Memozinaya yalvarıb . insanlara yaddaşı geri qaytarmağı xahiş etdilər. Memozina razılaşıb insanlara belə dedi -

“Ey axmaqlar , sizi əfv edirəm. Lakin yadınızda saxlayın ki, 5 duyğusuz yaddaş yoxdur , yaddaşsız da ağıl yoxdur.”

Dikasteriklər çox quru olaraq ona təşəkkür etdilər və qərara gəldilər ki. Ona töhmət verəcəklər. Seyanistlər bu hadisəni öz jurnallarında 8 dərc etdilər, məlum oldu ki, onlar hələ də şəfa tapmayıblar. Liolistlər bu hadisəni bəhanə edərək saray intriqaları ilə məşğul oldular. Metr Koje , son dərəcə heyrətləndirici bu hadisədən heç nə anlmayaraq , öz tələbələrinə belə bir mükəmməl aksiom təklif etdi : «Non magis musis quam hominibus infesta est ista quae vocatur memoria». 9

 

Qeydlər.

1. Nonsobra - Sorbonnanın anaqramması

2. Volter fransızs filosof- rasionalisti Rene Dekartı nəzərdə tutur.

3. Jon Lokk nəzərdə tutulur.

4. Liolistlər - Loyotanın ( İezuit ordeninin banisi ) adı ilə bağlı hərəkatının - loyolistlərin anaqramması.

5. Seyanistlər - yansenistlərin anaqramması.

6. Dikasteriklər - Feodal Fransadakı parlamentin , hüquq orqanlarının, şəhər özünüidarəısinin üzvlərini Volter belə adlandırırdı.

7. Volter Fransanı nəzərdə tutur.

8. “Kilsə xəbərləri” jurnalı nəzərdə tutulur.

9. “Yaddaş adlandırılan şey , nə insanlara , nə də Muzalara düşmən deyil(latın )

 

Link to comment
Share on other sites

Bu 23 öyüdverici bənd isə məndən gəlsin =)

1. Zövq üçün pulunuzu sərf etməyə heyfslənməyin.

2. Bəyənirsənsə - de.

3. Bugünunlə yaşa, çünki dünən artıq yoxdur, sabah isə olmaya da bilər.

4. Aydın deyilsə - soruş.

5. Görüşmək istəyirsənsə - dəvət elə.

6. Nəyisə istəyirsənsə - xahiş et.

7. Heç vaxt mübahisə etmə.

8. Anlayışlı olmaq istəyirsənsə - izah et.

9. Əgər təqsirlisənsə - anında bunu etiraf elə, bəraət axtarma.

10. Həmişəlik yadında saxlaki, hər kəsin öz həqiqəti var, və o səninki ilə üst-üstə düşməyə bilər.

11. Sarsaq insanlarla ünsiyyətdə olma.

12. İnsanın problemləri, sadəcə onun başındadır.

13. Hər bir hadisədən zövq almağa çalış.

14. Həmişəlik yadında saxlaki, sənin digər həyatın olmayacaq.

15. Zəhlətökən olma.

16. Televizoru çox izləmə, yoxsa manqurtlaşarsan.

17. Yadında saxlaki, sən heç kimə borclu deyilsən

18. Yadında saxlaki, heç kim sənə borclu deyil.

19. Siyasətlə məşğul olma, o insanları qəzəbləndirir.

20. Vədlərə deyil, hisslərinə inan.

21. Qadınlarla, uşaqlarla olduğu kimi, təmkinli ol və güzəştə getməyi bacar.

22. Əgər sənin pis əhvalın varsa, yadında saxlaki, sən öləndən sonra heç o da olmayacaq.

23. Yadında saxlaki, bugünkü gün - həyatının ən yaxşı günüdür.

Link to comment
Share on other sites

BaşlaTV kanalı, - mənə elə gəlir ki, youtube-un azərbaycandilli bölməsinin bəlkə də yeganə, maarifləndirici və maraqlı kanallarından biridir. Bölmə moderatoru narazı deyilsə, bu tip müəzzəm video çarxları da bölüşməyi təklif edirəm =)

Qeyd: O ki qaldı bu video çarxa, mənə elə gəlir ki, İsveçli uşaqların fikirləri, bir çox böyüyün mövqeyindən daha qərəzsiz və könüllüdür.

http://youtube.com/watch?v=QDEQV_0OAAE

Link to comment
Share on other sites

BaşlaTV kanalı, - mənə elə gəlir ki, youtube-un azərbaycandilli bölməsinin bəlkə də yeganə, maarifləndirici və maraqlı kanallarından biridir. Bölmə moderatoru narazı deyilsə, bu tip müəzzəm video çarxları da bölüşməyi təklif edirəm =)

Qeyd: O ki qaldı bu video çarxa, mənə elə gəlir ki, İsveçli uşaqların fikirləri, bir çox böyüyün mövqeyindən daha qərəzsiz və könüllüdür.

 

 

Yaxşı  kanaldır , sağ olun ! Mütləq istifadə edəcəyəm  bundan  ))  Amma bu mövzuda gəlin,   yalnız  özümüzün etdiyimiz tərcümələri  yerləşdirək.  Əgər kanalda sizin də  iştirakınız varsa  ,  öz adınızdan yerləşdirə bilərsiniz.   Həm də ki, orada material hələ azdır.  1-2 çarxı  "din və fəlsəfə"  bölməsində  istifadə  edib , yeni  mövzu açmaq olar. 

 

Hər halda, təklifinizə  və aktivlyinizə  görə  təşəkkürlər ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Yaxşı kanaldır , sağ olun ! Mütləq istifadə edəcəyəm bundan )) Amma bu mövzuda gəlin, yalnız özümüzün etdiyimiz tərcümələri yerləşdirək. Əgər kanalda sizin də iştirakınız varsa , öz adınızdan yerləşdirə bilərsiniz. Həm də ki, orada material hələ azdır. 1-2 çarxı "din və fəlsəfə" bölməsində istifadə edib , yeni mövzu açmaq olar.

Hər halda, təklifinizə və aktivlyinizə görə təşəkkürlər ))

Ətraflı cavab verdiyiniz üçün təşəkkür edirəm, o zaman qoy elə yalnız bu video çarx qalsın ki, yoldaşlarımızın da bu gözəl kanal haqqında xəbəri olsun. Xeyr, təəssüflər olsun ki burada mənim tərcümə etdiyim video çarx yoxdur.

Link to comment
Share on other sites

Ətraflı cavab verdiyiniz üçün təşəkkür edirəm, o zaman qoy elə yalnız bu video çarx qalsın ki, yoldaşlarımızın da bu gözəl kanal haqqında xəbəri olsun. Xeyr, təəssüflər olsun ki burada mənim tərcümə etdiyim video çarx yoxdur.

 

Buyurun ,  xoşdur !  Video da qoy  qalsın ,  ok ))

Link to comment
Share on other sites

  • 2 weeks later...

Konfutsi ilə  Lao Tszının görüşü haqqında bir neçə  pritçalar var. Bunları tərcümə etməyi  planlaşdırıram.  Birini artıq tərcümə etdim .

 

  Rəvayətə görə , Konfutsi bir dəfə  Lao Tszı ilə  görüşə  yollandı.  O , Lao Tszıdan yaşda böyük olduğu üçün , əlbəttə ki,  ondan özünə qarşı  lazımi səviyyədə  ehtiram gözləyirdi.* 

  Konfutsı ,  Lao Tszının sükuta qərq olub oturduğu  otağa daxil  olduqda ,  Lao Tszı  nəinki ayağa qalxdı , hətta ona heç  xüsusi əhəmiyyət belə  vermədi. Hətta oturmaq da təklif etmədi.

  Konfutsi  belə qəbul  olunmasından heyrətə gəldi.  Narazılıqla Lao Tszıdan soruşdu :

          -Siz hətta yaxşı  davranış qaydalarını qəbul  etmirsiniz ?

   Lao Tszı cavabında dedi :

  • Əgər siz  oturmaq istəyirsinizsə  ,  oturun ; əgər  durmaq istəyirsinizsə - durun.  Mənim sizə  nə etməyinizi  buyurmağa  haqqım yoxdur.  Mən başqasının həyatına qarışmıram.  Siz  azad adamsınız və mən də  azad adamam.

Konfutsi bu sözlərdən sarsıldı.  O ,  insanda  “yüksəklik”dən  danışmağa cəhd etdi , amma Lao Tszı güldü və dedi :

  • Mən heç vaxt  nə isə “yüksək”  və  nəı isə alçaq” görmədim.  İnsan elə  insandır , necə ki,  ağac ağacdır.  Hamı  eyni  mövcudluqda iştirak edir.  Yuxarı və aşağı olan  heç kim yoxdur. Bunlar hamısı  cəfəngiyyatdır !

 

  Konfutsi soruşdu :

-İnsan öləndən sonra onunla nə  baş verir ?

   Lao Tszı  cavab verdi :

-Siz yaşayırsınız , amma həyatın nə olduğunu deyə bilərsinizmi ?

  Konfutsi  pərt oldu . Lao Tszı dedi :

-Siz həyatın nə olduğunu bilmirsiniz və bununla belə , həyatı  dərk etmək əvəzinə ,  həyatdan xaricdə  olan  -  ölüm haqqında narahat olursunuz.

 

Oxuduqlarıma əsasən , Konfutsinin  Lao Tszıdən yaşda böyük olması  dəqiq deyil , Əksini  deyən mənbələr də var .

Edited by Sunyata
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 160 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Red Heart
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...