Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qadınların Və Kişilərin Hüquqları Eynidirmi ?

Kenul2012

Recommended Posts

Noir xanım evvela onu deyim ki, cemiyyetimizde sizin kimi savadlı,aiecanlı ve qürurlu xanımlarımızın olması ile fexr edirem...

İndi sizin fikirlernize loru dilde münasibetimi bildirim...)

Men yenede deyirem mentalitetimiz,deyerlerimiz bize lazımdır...Sebeblerini yuxarıda izah elemişem...Bizim bu deyerlerimiz xalqımızın tarixinde tecrübeden ve sınaqlardan keçib möhkemlenibler...Noir xanım ele siz özünüzde bu deyerlerin övladısınız...Bu deyerlerimiz sizi yetkin olmayan vaxtlarınızda lazımınca qoruyub... Bundan sonrası ise agıl meselesidir... Yeni sizin kimi ağıllı xanım sonradan anlayır ki, bu deyerler(qadagalar) meni cemiyyetin pisliklerinden qorumaq üçün idi...Bele derin exlaqi temeli ve ağılı olan xanım azadlığın mesuliyyetini tamamile derk edir ve onun ifasında olan istenilen fealiyyet ve davranış tebii görsenir...

Amma xarici ölkelerin deyerlerinden ise heç xoşum gelmir...(bu menim şexsi fikrimdir) ... Onların yolu budur...Sehv buraxa-buraxa öyren...

Təşəkkür edirəm , Vüqar. deməliyəm ki, mən də kiçik forum ailəmi sevirəm. Kimi səmimiyyəti, kimisi cəsarəti, nikbinliyi, kimisi ağılı, dünyagörüşü ilə maraqlıdır, ürəyəyatımlıdır, xoşdur.

Mənəvi dəyərlərimiz - özüldür (yaxşı ki, bu haqda söz saldınız ). Mentalitet - ənənəvi davranış məcmusudur. Ənənəvi özülün üzərində qurmaq istədiyimiz proyekt isə müasir olmalıdır, məncə. babalarımız, atalarımız da həmişə arzu edib ki, gələcək nəsil daha güclü, savadlı, əməksevər və müdrik olsin.

qadağalar barədə ... etiraf edirəm ki, -_-  hələ uşaqlıqdan qadağlara tabeçiliyim yüksək səviyyədə olmayıb. amma onu da deyim ki, "həyat dərslərindən " nəticə çıxaran olmuşam. bu arada, qadağalar barədə bəzi epizodları xatırladım. qonşu mövzuda yazaram, yəqin.

Mən məsuliyyəti qadın üçün vacib bilirəm. Həyatdı, bilmək olmaz, elə bir vəziyyət yarana bilər ki, qadın həm özünün, həm kişinin, ya ailənin mövqeyni , mənafeyini, maraqlarını mühafizə etməli olar.

xanım nə qədər incə, nazlı olsa da daş kimi kişinin boynundan asılmamalıdır. Kişinin himayəsində olsa yenə, bu statusu onu məsuliyyətdən azad etməməlidir. Məsuliyyət deyəndə, məhz bunları nəzərdə tuturdum.

P.S. qürura dəyər verdiniz, tşk.

Link to comment
Share on other sites

  • 7 months later...

Könülə  sual verdim nəsə cavab gəlmədi...)

Qanuna görə  kişi və qadının hüququ eynidir...Amma yazılmamış qanunlara görə bu belə deyil...(Yazılmamış qanunlar millətin mentaliteti , milli xarakteridir)...Yəni bizim xalqın mentaliteti qadınlara iffət , abır həya aşılamaqdır...Bizim mentalitet qadınlara o azadlığı vermir ki, siqaret çək, barlara get,spirtli içki iç və s... ki,  sən azad hüquqlusan...

Əgər qadınlar o azadlığı istəyirlər ki, xanımların iffətini qoruyan mentalitetimizi dəyərdən salsınlar şəxsən mən buna razı deyləm...

O xarici kinolara baxanda açıq-aydın görürük ki, insanlar ciddi ailə həyatına 40-45 yaşlarından sonra başlayırlar...Onlar həyatda səhv buraxa-buraxa öyrənirlər...Bizim dəyərlərimiz isə bizləri bu səhvlərdən qoruyur...

Dəyərlərimiz səhvlərdən qoruyur? Siz beləmi düşünürsünüz? Ellədirsə niyə bu gün cəmiyyətimizin ən çox travma alan təbəqəsi qadınlarımızdır?! Budurmu mentalitetimizin bizə tövhəsi?!

Link to comment
Share on other sites

Qadınların Və Kişilərin Hüquqları Eynidirmi?

Suala ən qısa cavab - Yox!

Nisbidir. Bəzən qadının hüququ çoxdur, bəzən kişinin, bəzən isə bərabərdirlər.

Bəzən qadın və kişiyə insan olaraq yanaşmaq, bəzən isə cins kimi yanaşmaq lazımdır.

Amma qananlar nə. deyir bilmirəm.

Yenə də israrla qadınların az işləməsi, amma bərabər qazanması tərəfdarıyam.

Link to comment
Share on other sites

Mən təklif edirəm iş sahəsində qadınların iş saatı kişilərə nisbətən azaldılsın (nahara qədər işləsinlər). Amma maaşları bərabər qalsın.

Qadınlara qarşı lütfünüzə görə təşəkkür edirəm, amma şəxsən bir qadın kimi mən bu təklifi qəbul etmirəm. Mənim rəsmi iş saatım 10 saatdır və mən bundan narazı deyiləm. Belə təklifdənsə, cəmiyyətdə qadına qarşı olan digər haqsızlıqları aradan qaldırmaq istəyində olsaydınız, daha aktual olardı. Məsələn, kişilərin qadınlara qarşı aqressiyasını, qadınlara öz şəxsi əşyası kimi yanaşmasını və s.

Link to comment
Share on other sites

эслиндя илк олараг бу хюгуглары гадына кишиляр вермишляр ,гадынларын эйни хюгуглу олмага джан атмасы исе менджя чох кишилерин месулиййетсизлийи ве гадына кобуд мюнасибети илэ баглыдыр

Fikrimce, bu en doğru cavabdır.

Qadın ne geder serbest, güclu görünmeye çalışsa da, yene de yanında özünden güclü, onu qoruya bilecek, arxalanabilecek bir kişiye ehtiyacı var her zaman.

Bizim cemiyyetde teessüf ki, deyerler deyişilib, menfi terefe doğru. Heqiqeten son zamanlar kişilerin mesuliyyetsiziliyi bir çox qadının ağır yükün altına girmeye mecbur edir.

Son iller qadınların özünden en çox eşitdiyim söz budur - her bir qadın mütleq işlemelidir, çünki kişilere güven yoxdur. Ve bezi boşanmış ailelerde kişilerin alimentden boyun qaçırmaqlarını gördükce, bunun heqiqet olduğunu anlayırsan.

Men düşünürem ki, kişi qadından menevi ve ağılca daha üstün olmalıdır. Kişi qadın üçün her zaman dayaq olmalıdır. Bele olmadığı surece, balans pozulur. Ve qadın mecburiyyet qarşısında kişi funksiyalarını da etmek zorunda qalır.

Link to comment
Share on other sites

Mən təklif edirəm iş sahəsində qadınların iş saatı kişilərə nisbətən azaldılsın (nahara qədər işləsinlər). Amma maaşları bərabər qalsın.

Mence saatın azaldılması baxımından gözel teklifdir. Amma bu halda maaşların beraber qalması doğru olmaz. Bele olsa kişiler demotivasiya olarlar :)
Link to comment
Share on other sites

Mence saatın azaldılması baxımından gözel teklifdir. Amma bu halda maaşların beraber qalması doğru olmaz. Bele olsa kişiler demotivasiya olarlar :)

Niyə demotivasiya olsunlar ki?

Hansı kişi istəməz yoldaşı nahara qədər işləsin və tam maaş alsın?

Axşam evə gələndə gülərüz, dincəlmiş yoldaşı hər şeyi hazır edib onu gözləsin ))))))

Link to comment
Share on other sites

Qadınlara qarşı lütfünüzə görə təşəkkür edirəm, amma şəxsən bir qadın kimi mən bu təklifi qəbul etmirəm. Mənim rəsmi iş saatım 10 saatdır və mən bundan narazı deyiləm. Belə təklifdənsə, cəmiyyətdə qadına qarşı olan digər haqsızlıqları aradan qaldırmaq istəyində olsaydınız, daha aktual olardı. Məsələn, kişilərin qadınlara qarşı aqressiyasını, qadınlara öz şəxsi əşyası kimi yanaşmasını və s.

Iş saatını qanunla tenzimlemek olar.

Kişilerin qadınlara qarşı aqressiyasına geldikde ise - burada ailenin ve cemiyyetin rolu daha böyükdü.

Bizim cemiyyetde oğlan uşaqlarına üstünlük verilir. Ve uşaqlıqdan oğlanlara çox serbestlik ve azadlıq verilir. Bir çox ailelerde heç oğlanlara qadınlara hörmet elemek baresinde terbiyye verilmir. En maraqlısı da budur ki, sırf analar (yani qadınların özleri) terbiyyede bu sehve yol verirler. Ne geder ki, ailelerde bu boşluq olacaqsa, qadına qarşı şiddet azalmayacaq.

Link to comment
Share on other sites

Niyə demotivasiya olsunlar ki?

Hansı kişi istəməz yoldaşı nahara qədər işləsin və tam maaş alsın?

Axşam evə gələndə gülərüz, dincəlmiş yoldaşı hər şeyi hazır edib onu gözləsin ))))))

Psixoloji faktor. Kişi düşünecek ki, xeyirdi men 3 defe artıq işleyirem, amma maaşı eyni alırıq))

Stimulu azalacaq.

Ailede kişinın qadına nisbeten çox qazanmağı daha doğrudur fikrimce.

Link to comment
Share on other sites

Iş saatını qanunla tenzimlemek olar.

Kişilerin qadınlara qarşı aqressiyasına geldikde ise - burada ailenin ve cemiyyetin rolu daha böyükdü.

Bizim cemiyyetde oğlan uşaqlarına üstünlük verilir. Ve uşaqlıqdan oğlanlara çox serbestlik ve azadlıq verilir. Bir çox ailelerde heç oğlanlara qadınlara hörmet elemek baresinde terbiyye verilmir. En maraqlısı da budur ki, sırf analar (yani qadınların özleri) terbiyyede bu sehve yol verirler. Ne geder ki, ailelerde bu boşluq olacaqsa, qadına qarşı şiddet azalmayacaq.

Tam doğru söz! Bu gün cəmiyyətdə kişilərin qadınlara qarşı aqressiyasinin kökündə məhz bu dayanır. Uşaqlıqdan kişilər "seçilmiş" təbəqə olaraq tərbiyə olunur (əsasən də anaları tərəfindən), bu da kökündən səhv tərbiyədir.

Link to comment
Share on other sites

Tam doğru söz! Bu gün cəmiyyətdə kişilərin qadınlara qarşı aqressiyasinin kökündə məhz bu dayanır. Uşaqlıqdan kişilər "seçilmiş" təbəqə olaraq tərbiyə olunur (əsasən də anaları tərəfindən), bu da kökündən səhv tərbiyədir.

Beli. Ve buna göre de cemiyyetde qadına qarşı haqqsızlıq, hörmetsizlik, kobudluq baş alıb gedir.
Link to comment
Share on other sites

Psixoloji faktor. Kişi düşünecek ki, xeyirdi men 3 defe artıq işleyirem, amma maaşı eyni alırıq))

Stimulu azalacaq.

Ailede kişinın qadına nisbeten çox qazanmağı daha doğrudur fikrimce.

Yenə diskriminasiya olunur. Kişi niyə qadından çox qazansın axı? Mümkün deyil ki, cəmiyyətdə hamı bir nəfər kimi düşünsün ki, qadın və kişi eyni qazansın? Onda nisbətən tarazlıq olar. Ümumiyyətlə, yenə də günahı valideyndə görürəm ki, uşaqlarına təhsil versinlər. Bütün cahilliyin kökündə təhsilsizlik dayanır (təhsil deyəndə görüntü xatirinə diplom alanları nəzərdə tutmuram). Həqiqi təhsil cahilliyin kökünü kəsər.

Mümkün olmağına yəgin ki, mümkündür. 

Amma mənim subyektiv fikrimə görə kişi çox qazansa daha yaxşıdı. Eyni qazansalar kişi düşünə bilər ki, yoldaşım da mənim qədər qazanır, qoy bazarlığı özü eləsin, hədiyyə, gül almasam da olar, çünki istədiyini öz puluna ala bilər :) yani qadına diqqəti azala bilər.  Bu nöqtəyi nəzərdən. 

Həm el arasında da belə bir deyim var - kişinin qazandığı, evə xərclədiyi pul daha bərəkətli olur :) Və mən buna inanıram. Bu barədə konservativ düşüncədəyəm :)  

Təhsil barəsinda də doğru deyirsiniz. Amma bizim indiki təhsil də bərbad və acınacaqlı vəziyyətdədir. 

Mütərəqqi fikirlərinizi alqışlayıram. Lakin icazə versəydiz konservativ fikirlərinizə öz münasibətimi bildirərdim. Bəri başdan deyim ki, "kişinin qazancının bərəkəti olur" və s. bu kimi fikirlər kişilərin uydurmasıdı. Gerçəkdə heç bir fərqi yoxdu. Sadəcə belə düşünmək kişilərə xeyir edir. Bu, qadına özünü kişidən bir pillə aşağıda hiss etməyə hesablanmış cəfəng ideyadır. Təhsilə gəlincə, haqlısınız. Amma unutmayaq! Biz özümüz də təhsili sevən millət deyilik. Satmaq, atmaq və s. bu kimi işlərdə bizə çatan olmaz. Amma təhsildə biz heç kimə çatanmırıq...

P.S. Sovet dövlətinin azərbaycan xalqı üçün ən böyük tövhəsi elm idi. Bu günkü təhsilin fonunda bu daha aydın görünür.

Edited by conclusive777

Ola bilər ki, kişilər uydurub, amma nədənsə bu deyimi mən hər zaman qadınlardan eşitmişəm :)

İndiki zamanda əksər kişilər əksinə sevinər qadın çox pul qazansa)) 

Məncə kişinin qadından bir pillə yuxarıda olması problem deyil, əsas odur ki, hörmətlə yanaşsın. 

Bəli, təəssüf olsun ki, çox tənbəldi bizim millət. Oxumadan alim, müdür olmaq və yüksək maaş almaq istəyir bir çoxu. 

"Bir" pillə yuxarıda dayanmaq görün nəynən nəticələnir: qadın səhərdən-axşama sil-süpür edir, qab-qacaq yuyur, gündə ən azı 2 dəfə yemək bişirir, uşaqları dərsə yola salır, dərslərini oxudur, qaynana-qaynata-baldız üçlüyünün "əbədi" qulluqçusu olur, evdə A-dan Z-yə hər şeyə cavabdeh, axşam oturub bircə stəkan çay içmək istəyəndə ailə üzvləri tərəfindən tənbəllikdə məzəmmət olunan bir məxluq. Hələ mən əri tərəfinnən gündəlik döyülən, qaynana-qaynatanın pulemyot atəşləri qarşısında susmağa məhkum edilənlərdən danışmıram. Öz hüququnu bilən qadınla isə belə rəftar nisbətən çətindir. Məsələn, "qadının pulunun bərəkəti olmur" devizinə mən canlı "bərəkət nümunələri" göstərmişəm

Sizin yazdıqlarınız acı həqiqətdir.

Amma bu hallarla Azərbaycanda evvəllər daha  tez-tez rast gəlmək olardı. İnşaAllah doğru düşünürəm.

İndi məncə qadınlar daha sərbəst özlərini hiss edir, etiraz etmək, söz demək hüququna malikdirlər.

Yenə də hər şeydən öncə düzgün tərbiyə, sağlam düşüncə və hörmət olmalıdır. 

Link to comment
Share on other sites

Postun yarısı itdi. Bəli, hörmət qarşılıqlı olmalıdır. Təəssüf ki, bizim Azərbaycan ailələrində bunu gündüz çıraqla tapmaq çətin məsələdir.

Bu mənəvi dəyərlərin azalmasından irəli gəlir.

Link to comment
Share on other sites

Sizin yazdıqlarınız acı həqiqətdir.

Amma bu hallarla Azərbaycanda evvəllər daha  tez-tez rast gəlmək olardı. İnşaAllah doğru düşünürəm.

İndi məncə qadınlar daha sərbəst özlərini hiss edir, etiraz etmək, söz demək hüququna malikdirlər.

Yenə də hər şeydən öncə düzgün tərbiyə, sağlam düşüncə və hörmət olmalıdır. 

Düzdü, haqlısınıız, əvvəllər Az-n ailələrində belə hallarla daha tez-tez rastlaşmaq olurdu. Lakin təəssüf hissi ilə demək məcburiyyətindəyəm ki, XXI əsrdə bu səhnələr Az-n cəmiyyətinin hələ də iç üzüdür. Məsələn, mənim qonşum utanmadan (buna başqa söz tapa bilmədim) mənə deyir ki, həyat yoldaşı ona mobil telefon işlətməyə icazə vermir. Şəxsən mən utanardım belə vəziyyətdə, durumda olsaydım. Bu kimi hallar Azərbaycan cəmiyyətində dilə alınıb danışmaq üçün hələ də utanc hissi gətirmirsə, deməli sərbəstlik, söz demək hüququndan danışmaq hələ tezdir. Lakin gələcəyə inam çoxdur. Feminist olmasam da, qadınların alçaldılması, təhqir olunması həmişə məni duyğulandıran, mənə aid olmasa da, alçaldan bir mənzərədir.

Mənəvi dəyərlərə gəldikdə isə gərək o mənəvi dəyərlər olsun ki, indi də azalsın də. Axı əvvəlki postlarınızda dediniz ki, Az-n ailələrinin düzgün qurulmamasının əsas səbəbi anaların oğlan uşaqlarına körpə ikən düzgün tərbiyə verməməsi ilə bağlıdır. Mən bu fikirlə tamamilə razıyam.

Link to comment
Share on other sites

Düşünürəm ki, müəyyən mərhələyədək. Mərhələ başa çatanda kişini idarə etmək sadəcə mümkün olmur. Eynilə qadını da.

Qadin boyuk quvvedi ve psixoloji olaraq kisiden qat qat gucludu ona gore agilli qadin kisini her zaman idare ede biler Edited by LaRoche
Link to comment
Share on other sites

Qadin boyuk quvvedi ve psixoloji olaraq kisiden qat qat gucludu ona gore agilli qadin kisini her zaman idare ede biler

Etiraf edim ki, bu sözləri eşitmək xoş, kişidən eşitmək isə ikiqat xoşdur. Deməli, proqressiv düşüncəli kişilərimiz də var və bu, insanı gələcəyə ruhlandırır.

Düşünürəm ki, qadın kişidən psixoloji baxımdan, Siz demiş, qat-qat güclü olduğu halda, nədən cəmiyyətin əzilən təbəqəsi olur həmişə? Bəlkə psixoloji olaraq özündən qat-qat güclü olan birisini əzmək kişilərə xoş gəlir, onu ayaqları altında süründürməkdən həzz alır? Düşünürəm ki, yenə də bunun kökündə düzgün olmayan tərbiyə durur. Azərbaycan ailələrində anaların oğlan uşaqlarını dominant böyütməsi istəyi.

Link to comment
Share on other sites

Qadınlarla kişilərin hüquqları konstitusiyaya görə, sənəd üzərində eyni ola bilər. Həyatda, realda isə tam başqadır. Belə olub belə də davam edəcək. Hələ elə bir güclü insan meydana gəlməyib ki, yer üzərindəki hökm sürən bu yazılmamış qanunu dəyişə bilsin. Kişilər gedən yolu qadınlar heç vaxt gedə bilməz, istisna halları çıxmaqla. Amma onunla da razılaşmaq lazımdıır ki, kişilər bu yolu qadınların diqtəsi ilə gedirlər. )

Sağ olun Siz kişilər, konstitusiyada da olsa, biz qadınlara özünüzlə bərabər hüquqlar verirsiniz və biz bunu dəyərləndiririk :)))

Yazdıqlarınızla razılaşmaqdan başqa çarəm qalmadı. Haqlısınız. Lakin bizim cəmiyyətdə qadın hüquqlarının aşağı səviyyədə olması fikri ilə də məncə Siz razılaşmalısınız. Məsələn, Ucarln Qaraçəmənli kəndində 25 yaşında qadın "ziyalı" qaynatanın aqressiv davranışından, tərbiyəsiz söyüşlərindən, yumruqlarından, bivec ərin laqeydliyindən qorunmaq üçün 3 körpəsini qoyub qaçmaq zorunda qalırsa, deməli vəziyyət hələ də acınacaqlı olaraq qalır.

Qadinlarin yegane problemi ondadir ki onlar bu psixoloji ustunluyu bezen duzgun oatiqametde iatifade ede bilmirler.

Bu barədə mən müvafiq mövzuda fikrimi bildirmişəm. 

Qadın ərə gedəndə kişinin evinə gedir, üstünlük istəyən qadın ailə quranda çalıçsın kişi onun evinə gəlsin, onda qadının hüququ kişininkindən üstün olacaq )

Hmm... Beləmi düşünürsünüz? Qadının evində yaşayan kişilər də az deyil... Lakin kişi xilqəti öz hüquqlarını asanlıqla qadınların hüquqları ilə bərabərləşdirən deyil, Qara bəy)

Link to comment
Share on other sites

Qadinlarin yegane problemi ondadir ki onlar bu psixoloji ustunluyu bezen duzgun oatiqametde iatifade ede bilmirler.

Savadsız rayon-kənd qadınlarından bunu gözləmək demək olar ki, mümkün deyil. Məsələn, yuxarıda adını çəkdiyim, cəmiyyətin növbəti qurbanlarından biri olan evdən qaçmış qadın bu "düzgün istiqaməti" Rusiyada yaşayan ərindən 2 ildən bir uşaq istehsal etməkdə görürmüş. Acınacaqlı mənzərədir.

Link to comment
Share on other sites

Qadın və kişi eyni təbiətin məhsuludursa, onların hüquqi bərabərliyi tək konstitusiyada yox, həyatda da eyni olmalıdır məncə. Söhbət fiziki və ya psixi durumun bərabərliyindən yox, fikir və söz sahibi olmaqdan gedir. Cəmiyyətin inkişafı zamanı bir gün bunun da fərqinə varacağını ümid edirəm. 

Link to comment
Share on other sites

  • 1 month later...

Tamamilə haqlısınız. Etiraf edək ki, qadınlara fikir və söz sahibi verməyən cəmiyyətlər daha çox müsəlman dövlətləridir. 

Link to comment
Share on other sites

Qadınlarla kişilərin hüquqları konstitusiyaya görə, sənəd üzərində eyni ola bilər. Həyatda, realda isə tam başqadır. Belə olub belə də davam edəcək. Hələ elə bir güclü insan meydana gəlməyib ki, yer üzərindəki hökm sürən bu yazılmamış qanunu dəyişə bilsin. Kişilər gedən yolu qadınlar heç vaxt gedə bilməz, istisna halları çıxmaqla. Amma onunla da razılaşmaq lazımdıır ki, kişilər bu yolu qadınların diqtəsi ilə gedirlər. )

)))) qadının diqtəsi ilə gedir ? Demək ki, kişi səhv yoldadırsa səbəbkar qadın imiş ))
Link to comment
Share on other sites

Səhv yolda olduqları üçün yox, sadəcə qadınlar dolayı yolla istədiklərini yeridirlər.

Bəli var belə məqam...özlərini kişilərin vasitəsilə realizə etməklə ən asan yolu seçmiş olurlar bu zaman. Dolayı yollarla gec olsa da, rahar olur )) tənbəlliyə nə deyəsən ..)
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Thanks
        • Like
      • 79 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 136 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Haha
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 155 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...