Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nightwatchman Ilə Müsahibə.

Kenul2012

Recommended Posts

Bir  dəfə səs toplayıb  imtina etmiş ,yenidən ikinci dəfə səs toplayıb qalib olan userimiz Nightwatchmanın müsahibəsini açıq elan edirəm.Ürəyiniz istəyən sualları ona verə bilərsiniz.

av-116912.jpg?_r=4075477

Müsahibənin şərtləri haqqında qısa məlumat;

-İstəsəniz özünüz haqqında qısa məlumat verin. ( məcburi deyil ) .

- Hansı suala cavab verib verməməyi özünüz seçirsiniz .

- Mövzunu bağlamağı da sizin, yalnız sizin qərarınızla edəcəyik. Ya mövzunun özündə ya mənə LS yazmaqla.

Rüfət ,sizə uğurlar arzulayıram.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Hə, axır ki, məni də qarmağa saldınız...))) Real həyatda bir neçə dəfə müsahibəm olub, amma sual verən bir nəfər olub, o da, gözümün önündə. Burda isə fərqli olacaq, ona görə də azca da olsa həyəcan var. Yəqin ki, yaxşı olar.....

Müsahibənin şərtlərinə cavabım

- Özüm haqda məlumatı elə suallara cavab verəndə verərəm, kimə, nə maraqlıdırsa, buyursun soruşsun. Adımı bilirsiz, Rüfətdir.

- Sualların hamısına cavab verəcəm, lazım bildiyim qədər şəxsi sərhəddə qədər. İşlərimlə əlaqədar ola bilsin ki, gec cavablıyım, amma cavab 100% olacaq, gec verilən cavablara görə indidən üzr istəyirəm

- Mövzu həmişə açıq qalacaq. İstənilən vaxt, istənilən kəs verə bilər sual.

Rüfət ,sizə uğurlar arzulayıram.

Nə vaxtdan Siz olduq? Hər bir kəsdən, mənə sənlə müraciət etmənizi xahiş edirəm.

Link to comment
Share on other sites

Müsahibə mövzusu həmişə açıq qalacaq, amma, müsahibənin aktiv olduğu müddətdə, yəni, növbəti müsahibə mövzusu açılana qədərki müddətdə (əgər səhv etmirəmsə, martın 1-ə qədər), bəyəndiyim ən maraqlı sual müəllifinə hədiyyəm olacaq.....)))

Link to comment
Share on other sites

Nightwatchman, ilk olaraq bizimle daha yaxindan unsiyyete (musahibeye) raziliq verdiyiniz uchun chox sag olun. Insanlarla unsiyyet, umumi dil tapmaq hech de asan bir shey deyil.

Sualim: Bunu, insanlarla unsiyyeti yaxshi bacarirsizmi?

Konsuelo, çox sağ olun ki, diqqət ayırıb ilk sualı verdiniz. 

Ünsiyyət ümumiyyətlə çətin bir şeydir. Əsasən də mənim kimi introvert, qapalı insanlara. Çox nadir hallarda ünsiyyətə ilk olaraq mən başlayıram, ömrümdə tək bir əllə sayılacaq qədər insanla ilk olaraq ünsiyyət qurmuşam. Bu bir növ qapalılıqdan və hər adama etibar etməməkdən irəli gəlir. Küçədə böyümüşəm deyə çox satqınlıqlar, arxadan vurulan zərbələr görmüşəm. Amma etibar etdiyim, ünsiyyətimin alındığı, bağlandığım insanla həmişə çox rahat, açıq oluram. Ünsiyyətim çox gözəl alınır. Evdə, qonşuluqda, qohumlarla, dost-tanışla, işdə çox gözəl ünsiyyət qururam, bilirəm kimlə, hansı dildə danışmaq lazımdır. Amma tanımadığım və tanınmadığım cəmiyyətə düşəndə, heç vaxt birinci ünsiyyət qurmaram və qaynayıb qarışmaram. Ona görə də toylar, şənliklər, məclislər, yığıncaqlar mənlik deyil, orda dəhşət darıxıram...)))

Qaldı ki, ünsiyyətin formasına, burda bir az müxtəliflik var. İnsanla ünsiyyət, debat zamanı mənim üçün ən başlıca şey faktlar və ədalətdir. Əgər qarşımdakı insan faktları və ədaləti qəbul etməsə və elə öz bildiyini desə, mən onunla ünsiyyət qura bilməyəcəm. Çünki insanın subyektiv fikri faktla və ədalətlə düz gəlməyə bilər, məndə çox vaxt olur ki, şəxsi fikrim ədalətsiz olur, faktlarla uzlaşmır. Amma faktları və ədaləti danmaq axmaqlıqdır. Belə insanla ünsiyyət qurmaq olmaz.

Link to comment
Share on other sites

Sene musahibende ugurlar, eyni zamanda ureyince suallar ve cavablar :)

Rufet, yadindadisa, menim musahibem olan vaxt bize verilen sesler paralel gedirdi ve sen oz sesini deyisib ilk musahib kimi menim secilmeyime sebeb oldun. 2-ci olaraq novbeti musahib sen olacaqdin. Amma hemin vaxt bilmediyimiz bir sebebden forumdan uzaqlasdin ve xeyli muddet hec ne yazmadin. Arada gelib kenardan baxirdin. Bilmek olarmi, onda ne bas vermisdi? Ve sonra ne oldu ki, tekrar geri qayitdin? Achiqlamaq istemezsen, basha duserem, problem deyil :)

Link to comment
Share on other sites

Salam ve ugurlar   :) Sualim :

-  Sonsuza qeder yashlanmayacaq olsaydiniz , hansi yashda qalmagi secherdiniz.?

Salam, çox sağ olun...

Belə bir arzum yoxdur sözün açığı, həyat mənim üçün elə də dəhşət maraqlı deyil ki, burda sonsuz qalım. Mənə bundan sonra olacaq daha maraqlıdır.

Qaldı ki, yaşa, belə deyim, bir neçə dəfə yaşlı və köməksiz insana qulluq etmişəm, bunun həm həmin insana, həm də ona qulluq edənə necə çətin olmasını nəzərə alaraq, deyərdim ki, elə bir yaşda olum ki, həm həyatda öz yerimi tutmuş olum, yəni ki, çox cavan olmayım, həm də ki, o yaşda olum ki, özüm özümü lazımı dərəcədə idarə edim və köməyə ehtiyyacım olmasın, yəni ki, qocalmış da olmayım. Təxmini elə orta yaş olsun, deyək ki, 35-40 yaş.....

Link to comment
Share on other sites

Night,bu müraciətimin rəsmi forması idi)).

Hardasa 10 il qabaq НТВ kanalında belə bir veriliş var idi, "Герой дня без галстука", yəni ki, hər hansı bir rəsmi insanla, qeyri-rəsmi şəraitdə söhbət.

Tak çto çıxartdıq qalstuku...)))

Link to comment
Share on other sites

Sene musahibende ugurlar, eyni zamanda ureyince suallar ve cavablar :)

Rufet, yadindadisa, menim musahibem olan vaxt bize verilen sesler paralel gedirdi ve sen oz sesini deyisib ilk musahib kimi menim secilmeyime sebeb oldun. 2-ci olaraq novbeti musahib sen olacaqdin. Amma hemin vaxt bilmediyimiz bir sebebden forumdan uzaqlasdin ve xeyli muddet hec ne yazmadin. Arada gelib kenardan baxirdin. Bilmek olarmi, onda ne bas vermisdi? Ve sonra ne oldu ki, tekrar geri qayitdin? Achiqlamaq istemezsen, basha duserem, problem deyil :)

Təşəkkür qardaş, sual verdiyinə görə də minnətdaram.

Yadımdadır əlbəttə. Suala cavab verəcəm, müəyyən sərhəddə qədər. Belə bir açıqlama edim, bunu bir-iki nəfər bilir burda. Sən, bu forumda xətrini ən çox istədiyim usersən, amma bunu heç vaxt hiss elətdirməmişəm ki, söz-söhbət olmasın. Ona görə də, sən türklərə maraq göstərəndə, bir böyük qardaş kimi hirslənirəm...))) İstəyirəm ki, digər dilləri öyrənib, digər dillərdə oxuyub, intellektini artırasan. Mənim kimi, roku bu qədər sevirsənsə, elə mahnıları oxuya oxuya ingilis dilini öyrən və oxuyanda ingilis dilli resurslardan oxu. Mənim bu hörmətin səbəbi, sənin bu zəmanə uşağı olmamağındır. Sən çox səmimi, saf, heç bir çirkin fikri olmayan, sadə bir insansan, indiki zamana uyğun deyilsən. Ona görə də çox zaman üzdə olan hər şeyə səmimi inanırsan, hamını öz saf arşınınla ölçürsən və əminəm ki, çox vaxt həqiqətdə baş verənlərdən xəbərsiz olursan. O vaxt, mən müsahibə mövzusunda cavab vermişdim ki, hamı müsahibə versin, sonra mən verim, təzəyəm, yekəbaşlıq olmasın, yəni müsahibə istəmirdim ümumiyyətlə, amma səsverməyə fikir verib insanların bunu istəməsini nəzərə alaraq razılaşdım. Sonra isə forumda xoşuma gəlməyən bir-iki şey oldu və pərdəarxası olaylar mənə xoş olmadı. Virtual forumla şəxsi həyat qarışdı bir birinə. Foruma ilk dəfə gəlməyimin səbəbi insanların Azforum haqda dedikləri idi, buranı çox aşağı səviyyəli sayırdılar rus forumunda, bu mənə xoş gəlməmişdi deyə gəlmişdim, maraqlı mövzularla, debatlarla həmin insanlara sübut etmişdim ki, azərbaycan dilli userlər də heç də sizdən əskik deyil, amma mənə xoş olmayan yerdə yazmaq da çətin idi. Forumdakı müzakirələrdən çox, LS-lərdə gedən müzakirələr mənə ləzzət etmirdi, ona görə də, yazdım ki, bu "tamaşa"-ya son qoymaq lazımdır. Yəni bunun müsahibəyə aidiyyatı yox idi, bəxtimdən də, elə müsahibədə mənlə eyni səs səndə idi, müsahibəni sənə vermək mənə xoş idi, belə də etdim. Qaldı ki, qayıtmağa, bunu qayıdış da adlandırmazdım. Namiqin başına gələn hadisədən sonra onun mövzusuna fikir verdim, bir-iki dəfə yazdım, sonra isə emosiyaları qırağa qoyaraq başqa mövzularda da fikir bildirməyə başladım. Amma yenə də, çox istərdim ki, bu forumda biz azərbaycanlılara xas olan ən zay bir xasiyyət, dalda edilən pıç-pıç, qeybət olmasın, kimin nə narazıçılığı varsa, şəxsən həmin insanla bu problem həll olunsun və uzadılmasın. LS xoşlamıram, çox nadir hallarda yazıram, mənə də gələndə yola verirəm...)))

Link to comment
Share on other sites

sizin fikrinizcə, xarizmatik insan nece insandır? Zahirən kiminsə xarizmatik oldugunu təyin edə bilirsinizmi? Əgər təyin edə bilirsinizsə, hansı cəhətlərə görə?

Xarizma elə bir şeydir ki, əgər insan müəyyən kütlənin başında olmaq istəyirsə ona lazımdır, yox əgər o kütlənin içində qarışmaq istəyirsə ona lazım deyil. Xarizmatik insan, öz sözü ilə, hərəkəti ilə insanları özünə inandıran, öz arxası ilə aparan insandır. Onun ideyası var, o ideyasına inanır, sözünə hörmət edir və başqalarını da hörmət etməyə məcbur edir. Belə insanlar lider olur, onlar idarə edir, daim yuxarıya doğru qalxır həyat pilləkanında. Belə insanlar həmişə hörmətə layiqdir, baxmayaraq ki, ideyaları ilə razılaşmaq olmur.

Zahirən təyin etmək mümkün deyil, məncə bunu insanlar danışdıqdan sonra müəyyən etmək olar. Ümumiyyətlə insanın xarici görünüşü lazımsız bir şeydir mənim üçün. Ola bilər insan zahirən çox gözəl və ya çox zəhmli olsun, amma onunla bir-iki kəlmə kəsəndən sonra onun bu gözəlliyi və zəhmi itmiş olsun. Danışığını bilməyən, intellektual cəhətdən zəif olan, ideyası olmayan insan mənim üçün xarizmatik insan deyil. Mən şəxsən onun arxasınca getmərəm.

Link to comment
Share on other sites

Təşəkkür qardaş, sual verdiyinə görə də minnətdaram.

Yadımdadır əlbəttə. Suala cavab verəcəm, müəyyən sərhəddə qədər. Belə bir açıqlama edim, bunu bir-iki nəfər bilir burda. Sən, bu forumda xətrini ən çox istədiyim usersən, amma bunu heç vaxt hiss elətdirməmişəm ki, söz-söhbət olmasın. Ona görə də, sən türklərə maraq göstərəndə, bir böyük qardaş kimi hirslənirəm...))) İstəyirəm ki, digər dilləri öyrənib, digər dillərdə oxuyub, intellektini artırasan. Mənim kimi, roku bu qədər sevirsənsə, elə mahnıları oxuya oxuya ingilis dilini öyrən və oxuyanda ingilis dilli resurslardan oxu. Mənim bu hörmətin səbəbi, sənin bu zəmanə uşağı olmamağındır. Sən çox səmimi, saf, heç bir çirkin fikri olmayan, sadə bir insansan, indiki zamana uyğun deyilsən. Ona görə də çox zaman üzdə olan hər şeyə səmimi inanırsan, hamını öz saf arşınınla ölçürsən və əminəm ki, çox vaxt həqiqətdə baş verənlərdən xəbərsiz olursan. O vaxt, mən müsahibə mövzusunda cavab vermişdim ki, hamı müsahibə versin, sonra mən verim, təzəyəm, yekəbaşlıq olmasın, yəni müsahibə istəmirdim ümumiyyətlə, amma səsverməyə fikir verib insanların bunu istəməsini nəzərə alaraq razılaşdım. Sonra isə forumda xoşuma gəlməyən bir-iki şey oldu və pərdəarxası olaylar mənə xoş olmadı. Virtual forumla şəxsi həyat qarışdı bir birinə. Foruma ilk dəfə gəlməyimin səbəbi insanların Azforum haqda dedikləri idi, buranı çox aşağı səviyyəli sayırdılar rus forumunda, bu mənə xoş gəlməmişdi deyə gəlmişdim, maraqlı mövzularla, debatlarla həmin insanlara sübut etmişdim ki, azərbaycan dilli userlər də heç də sizdən əskik deyil, amma mənə xoş olmayan yerdə yazmaq da çətin idi. Forumdakı müzakirələrdən çox, LS-lərdə gedən müzakirələr mənə ləzzət etmirdi, ona görə də, yazdım ki, bu "tamaşa"-ya son qoymaq lazımdır. Yəni bunun müsahibəyə aidiyyatı yox idi, bəxtimdən də, elə müsahibədə mənlə eyni səs səndə idi, müsahibəni sənə vermək mənə xoş idi, belə də etdim. Qaldı ki, qayıtmağa, bunu qayıdış da adlandırmazdım. Namiqin başına gələn hadisədən sonra onun mövzusuna fikir verdim, bir-iki dəfə yazdım, sonra isə emosiyaları qırağa qoyaraq başqa mövzularda da fikir bildirməyə başladım. Amma yenə də, çox istərdim ki, bu forumda biz azərbaycanlılara xas olan ən zay bir xasiyyət, dalda edilən pıç-pıç, qeybət olmasın, kimin nə narazıçılığı varsa, şəxsən həmin insanla bu problem həll olunsun və uzadılmasın. LS xoşlamıram, çox nadir hallarda yazıram, mənə də gələndə yola verirəm...)))

Cox sag ol, hem cavabin uchun, hem meslehetin uchun, hem de haqqimda yazdigin fikirlerin uchun.

Turk dili ile bagli bele bir sey deyim. Bir millet kimi onlari beyenmemeyini basha dushurem. Basqa dillerde (rus ve ya ingilis) oxuyub basa dusmek vaxt aparir ve hele ki o seviyyeye catana qeder melumati hardansa almaliyam. Aydindir ki, bu da turk dilinde mumkundur hele. Etiraf edim ki, turk dilinde de kifayet qeder faydali menbeler var. Qaldi ki, diger dillere, onlari da oyrenmeye calisiram :)

Neyse, deyesen, bu musahibe senin idi )). Perdearxasi sohbetler harada yoxdur ki? Odur ki, bu cur seylere cox fikir verme deyerdim. En azi oz eseblerini dushun :)

Buyur, səmimidir...

Türklərdən danışmayaq...))) İnan ki, türk dilində nə qədər faydalı məlumat olsa da, ən azından rus və ingilis dilində olan məlumatlara çatmaz. Sənə öyrənməklərində uğurlar.

Buyur, sən də mənimlə bərabər müsahibə verə bilərsən, ən azından, yanımda kimsə olsa bir az rahat olaram...))) Elə mən də fikir verməmək məqsədi qoymuşam qarşıma...çox sağ ol...

Link to comment
Share on other sites

Salam night, musahibende ugurlar arzu edirem.

Real heyatda kime musahibe vermisen?

Salam, çox sağ olun, sualınıza görə də minnətdaram.

Bir dəfə bir idman növündə ölkə çempionu olanda "Вышка" qəzetinə (90-cı illərin sonunda neftçilərin belə bir qəzeti var idi), "Məktəblilərin Tusi klubu"-da ikinci yer tutanda Aztv 2 telekanalı işçisinə, institut vaxtı breyn-rinq üzrə çempion olanda bir jurnalistə, bir dəfə də yenə də bir jurnalistə, amma bunu səbəbi və kimliyini açıqlamaq istəmirəm icazənizlə.

Link to comment
Share on other sites

Buyur, səmimidir...

Türklərdən danışmayaq...))) İnan ki, türk dilində nə qədər faydalı məlumat olsa da, ən azından rus və ingilis dilində olan məlumatlara çatmaz. Sənə öyrənməklərində uğurlar.

Buyur, sən də mənimlə bərabər müsahibə verə bilərsən, ən azından, yanımda kimsə olsa bir az rahat olaram...))) Elə mən də fikir verməmək məqsədi qoymuşam qarşıma...çox sağ ol...

Yaxsi, danismayaq ))

Qulaq asdigin musiqiye gore qeribe qarsilandigin olubmu hec? "Bu nedi qulaq asirsan?" deyiblermi? Ve olubsa, onlara cavabin nece olub? ))

Link to comment
Share on other sites

Salam, çox sağ olun, sualınıza görə də minnətdaram.

Bir dəfə bir idman növündə ölkə çempionu olanda "Вышка" qəzetinə (90-cı illərin sonunda neftçilərin belə bir qəzeti var idi), "Məktəblilərin Tusi klubu"-da ikinci yer tutanda Aztv 2 telekanalı işçisinə, institut vaxtı breyn-rinq üzrə çempion olanda bir jurnalistə, bir dəfə də yenə də bir jurnalistə, amma bunu səbəbi və kimliyini açıqlamaq istəmirəm icazənizlə.

MashaAllah! ))

Hansi idman novunde chempion olmushdun?

Sonuncu musahiben yeqin ishinle bagli olub. Sen shou biznesde chalishmirsan tesadufen? Bir defe yazmishdin ki monika beluchini heyatda gormusen? Bu xoshbextlik sene ishinle bagli qismet olmushdu yoxsa oz tesebbushun idi?

Link to comment
Share on other sites

Nightwatchman,ilk olaraq size musahibenizde ve heyatinizda ugurlar dileyirem,eminem ki maraqli musahib olacaqsiniz.

Ilk sualim ise enenevi olacaq:

Nece oldu ki disputa geldiniz?Feal ishtirakchi ve chox zaman keskin muzakirelerin merkezinde gorduyumuz biri olaraq,disput sizin uchun ne ifade edir?

P.S. Bir oxucu olaraq qeyd ede bilerem ki,hech de qapali insan tesiri bagishlamirsiniz,ozunuzu chox gozel shekilde ifade eden azsayli userlerden birisiniz.

Link to comment
Share on other sites

Ilk sual verdiyim ilk adamsan. :) Maraqli cavabdir ve maraqli insansan. Sene ("sen"e kechdiyimizi yuxarida unutmushdum) bir shey deyim...Ilk diqqetimi chekende, adinin Rufet oldugunu bilende seni Rufet Abdulla sanmishdim. Sonra daha diqqetli olduqca yanildigimi anladim. Rufet Abdulla menim fikrimce, indiki intellektual gencler arasinda en savadlilarindan biridir.

Sualim: Indiki genclerin intellektual seviyyeleri seni qane edirmi?

Link to comment
Share on other sites

Yaxsi, danismayaq ))

Qulaq asdigin musiqiye gore qeribe qarsilandigin olubmu hec? "Bu nedi qulaq asirsan?" deyiblermi? Ve olubsa, onlara cavabin nece olub? ))

)))))) Əgər ikimiz də rokun həvəskarıyıqsa, ikimiz də Azərbaycanda yaşayırıqsa, onda bu sualın cavabını məndən yaxşı bilirsən ki, özü də mən roka elə vaxtlar həvəs göstərməyə başlamışam ki, o vaxtlar, roku ümumiyyətlə qəbul etmirdilər burda. Cavabım həmişə "sənə nə" olub. Ümumiyyətlə zövqlə bağlı istənilə atmacaya bu cür cavab verirəm, insanın zövqünə qarışmaq olmaz. Bizim cəmiyyətimizin müxtəlif zamanlarda qəbul etmədiyi şeylərə görə qınanmışam həmişə, rok musiqi, uzun saç, tatu, şortik və s. Amma həmişə cavabım bu tərzdə olub, kimə nə mən nə xoşlayıram, bu mənim şəxsi işimdir.

Link to comment
Share on other sites

MashaAllah! ))

Hansi idman novunde chempion olmushdun?

Sonuncu musahiben yeqin ishinle bagli olub. Sen shou biznesde chalishmirsan tesadufen? Bir defe yazmishdin ki monika beluchini heyatda gormusen? Bu xoshbextlik sene ishinle bagli qismet olmushdu yoxsa oz tesebbushun idi?

Yüngül atletika.

Xeyr, Allah eləməsin mən şou-bizneslə əlaqəm olsun. Şou-bizneslə ilk və son əlaqəm 2005-2007-ci illərdə "Ay işığı" restoranının VİP zonasında ofisiant işlədiyim vaxtlarda olub. İndi yuxarı başda olan bir çox müğənnilərimizin imkanlı adamların sifarişi ilə stolun üstündə oynayan görmüşəm, elə o vaxtdan da nifrət etmişəm bu şeylərə.

Monika Beluççini canlı görməyim öz təşəbbüsüm ilə olub, onun pərəstişkarıyam-bir ideal qadın obrazı kimi, bura gəldiyini bilmişdim və bunu buraxa bilməzdim. Siz heç təsəvvür edə bilməzsiniz ki, necə də gözəl qadındır. Hərtərəfli !!!

Link to comment
Share on other sites

)))))) Əgər ikimiz də rokun həvəskarıyıqsa, ikimiz də Azərbaycanda yaşayırıqsa, onda bu sualın cavabını məndən yaxşı bilirsən ki, özü də mən roka elə vaxtlar həvəs göstərməyə başlamışam ki, o vaxtlar, roku ümumiyyətlə qəbul etmirdilər burda. Cavabım həmişə "sənə nə" olub. Ümumiyyətlə zövqlə bağlı istənilə atmacaya bu cür cavab verirəm, insanın zövqünə qarışmaq olmaz. Bizim cəmiyyətimizin müxtəlif zamanlarda qəbul etmədiyi şeylərə görə qınanmışam həmişə, rok musiqi, uzun saç, tatu, şortik və s. Amma həmişə cavabım bu tərzdə olub, kimə nə mən nə xoşlayıram, bu mənim şəxsi işimdir.

Klassik rok musiqisile bagli 80-ci illere munasibetin necedi? Neyi nezerde tutdugumu basa dusersen yeqin ki :)

Link to comment
Share on other sites

Nightwatchman,ilk olaraq size musahibenizde ve heyatinizda ugurlar dileyirem,eminem ki maraqli musahib olacaqsiniz.

Ilk sualim ise enenevi olacaq:

Nece oldu ki disputa geldiniz?Feal ishtirakchi ve chox zaman keskin muzakirelerin merkezinde gorduyumuz biri olaraq,disput sizin uchun ne ifade edir?

P.S. Bir oxucu olaraq qeyd ede bilerem ki,hech de qapali insan tesiri bagishlamirsiniz,ozunuzu chox gozel shekilde ifade eden azsayli userlerden birisiniz.

Çox sağ olun Ceylin, mən də Sizə hər şeyin ən yaxşısını arzu edirəm.

Disputa gəlişim bir sosial fəaliyyətimlə əlaqədardır, hansı ki, indi də davam edir. Bu xeyriyyəçiliklə əlaqədardır, bəzi userlər bilir, bəziləri yox, amma bu haqda çox danışmaq istəmirəm, reklam olmasın. Sadəcə bizə virtual bir platforma lazım idi, disput isə ölkədə sayılıb seçilən, izləyici toplayan forumdur. İlk əvvəl sırf öz fəaliyyətim və buna aid mövzularda yazmışam. Sonra isə yavaş-yavaş disput məni özünə çəkib, başqa mövzulara da qarışmışam, fikir bildirmişəm. Beləcə, forumun aktiv useri olmuşam. AzForuma gəlişimi də yuxarıda qeyd etmişəm.

Disput mənim üçün nədir - sözsüz ki, elə başlıca səbəb elə registrasiya olunmağıma səbəb olan sosial fəaliyyətdir, bunsuz özümü təsəvvür etmirəm. Bundan başqa isə, bu 5 il ərzində burda maraqlı dostlar tapmışam özümə, hansılarla ki, real həyatda dostluq edirik. Maraqlı forumdur, fikirlərimi, dünyaya baxışımı bölüşürəm, həmçinin də, çoxlu yeni şeylər öyrənirəm. Buna görə forumun administrasiyasına minnətdaram.

P.S. Həyatda məni tanısaydız, belə fikirləşməzdiz...)))

Link to comment
Share on other sites

Yüngül atletika.

Xeyr, Allah eləməsin mən şou-bizneslə əlaqəm olsun. Şou-bizneslə ilk və son əlaqəm 2005-2007-ci illərdə "Ay işığı" restoranının VİP zonasında ofisiant işlədiyim vaxtlarda olub. İndi yuxarı başda olan bir çox müğənnilərimizin imkanlı adamların sifarişi ilə stolun üstündə oynayan görmüşəm, elə o vaxtdan da nifrət etmişəm bu şeylərə.

Monika Beluççini canlı görməyim öz təşəbbüsüm ilə olub, onun pərəstişkarıyam-bir ideal qadın obrazı kimi, bura gəldiyini bilmişdim və bunu buraxa bilməzdim. Siz heç təsəvvür edə bilməzsiniz ki, necə də gözəl qadındır. Hərtərəfli !!!

Ayib olsun o imkanli adamlara da, o mugennilere de. Bashqa hansi xarici meshhuru heyatda gormusen ve ya gormek isterdin?
Link to comment
Share on other sites

Ilk sual verdiyim ilk adamsan. :) Maraqli cavabdir ve maraqli insansan. Sene ("sen"e kechdiyimizi yuxarida unutmushdum) bir shey deyim...Ilk diqqetimi chekende, adinin Rufet oldugunu bilende seni Rufet Abdulla sanmishdim. Sonra daha diqqetli olduqca yanildigimi anladim. Rufet Abdulla menim fikrimce, indiki intellektual gencler arasinda en savadlilarindan biridir.

Sualim: Indiki genclerin intellektual seviyyeleri seni qane edirmi?

Həmişə, hər şeydə ilk olasan təki.....

))))))) Rüfət məndən xeyli böyükdür, hardasa 6-7 yaş. Savadlı oğlandır, çox heyf ki, belələri azdır.

Yox, yox, milyon dəfə yox! Rüfətin adını çəkdin, elə o mövzuda davam edim. Çox təəssüf ki, güclü, savadlı, intellektual gənclər elə o 80-ci illərdə qaldı. 90-cı illərin gəlişi ilə sanki, xalqımız deqradasiya start verdi, getdikcə də lap pis olur, bunun səbəbini anlaya bilmirəm. İlk ağlıma gələn SSRİ-nin dağılmasıdır, sovet psixologiyası tam başqa idi, o tərbiyə, o təlim, o metodika başqa idi. Biz azadlığa çıxdıq, amma bu azadlıq bizi uçuruma aparır. Sanki, ailə tərbiyəsi, ciddi valideyn nəzarəti görmüş bir insan, birdən-birə ailəsindən qaçdı və həyatda olan bütün çirkinlikləri sınamaq qərarına gəldi və bunu azadlıq adlandırdı. İstəmirəm belə azadlıq.

Digər bir səbəb isə indiki gənclərin az, hətta deyərdim ki, çox az oxumasıdır. Əgər gənclərdən soruşsan, dəhşətə gələrsən. Mən soruşuram. Öz qohumum olan bir qızın 18 yaşı günündə, məclisdə, təsadüfən verdiyim sual, kitabla bağlı sualın cavabı buna misaldır. 18 yaşlı qız, cəmiyyətimizin bir üzvü, gələcəyin gənci, oxuduğu kitabların sayını barmaqla saydı mənim üçün. Bu dəhşətdir. Mən oxuduğum kitabları yada salmağa çalışsam, çaşıb qalaram, çünki, yüzlərlə kitab oxumuşam. Yüzlərlə də insan tanıyıram ətrafımdan ki, məndən də çox oxuyub. Bizim vaxtımızda "Sinifdən xaric oxu" dərsi var idi, həftədə bir dəfə keçilirdi bu dərs, tapşırıq verilirdi bir kitab oxumaq və sonra onun haqda inşa yazmaq. Yay tətilinə çıxanda bir neçə kitab siyahısı verilirdi bizə ki, yayda oxuyub gələn dərs ilində fikirlərimizi bildirək. Bir neçə kitabxanaya yazılırdıq, mən üç kitabxanada üzv olmuşam, hər axşam oxuyurduq. İndi gənclər oxumur, kitab əlinə almır. Bu deqradasiyadır.

Link to comment
Share on other sites

Klassik rok musiqisile bagli 80-ci illere munasibetin necedi? Neyi nezerde tutdugumu basa dusersen yeqin ki :)

Mən ümumiyyətlə həmişə qeyd etmişəm ki, 70-ci və 80-ci illər musiqi dünyasında sanki bir partlayış olub. Bunun izahını tapa bilmirəm, sanki, həmin aralıqda yadplanetlilər yerə enib və musiqi ifa etməyə başlayıblar. Bu illərin musiqisi heç vaxt təkrar olmayacaq tarix ərzində. Bu dövrlərin sənətçiləri birdə gəlməyəcəklər dünyaya. 

Rok musiqi də həmçinin, sevdiyim musiqiçilərin 80%-i o dövrlərin musiqiçiləri, qruplarıdır. Onları üstələyən də olmayacaq heç zaman.

Link to comment
Share on other sites

Ayib olsun o imkanli adamlara da, o mugennilere de. Bashqa hansi xarici meshhuru heyatda gormusen ve ya gormek isterdin?

Şəxsi işləridir, mənə aid deyil.

Başqa yalnız futbolçuları görmüşəm, çünki bütün futbol tədbirlərində iştirak etməyə çalışıram.

Görmək istədiklərim isə çoxdur. Saysam bəlkə də 40-50 adam olar. Amma bir nəfər seçəsi olsam, deyərdim ki, bu həyatda çox istərdim ki, Aleks Ferqyusonla görüşüm söhbət edim. Artıq qocalıb, ona görə də Allahdan ona can sağlığı və mənə imkan arzu edirəm ki, onu görmək mənə qismət olsun.

Link to comment
Share on other sites

Həmişə, hər şeydə ilk olasan təki.....

))))))) Rüfət məndən xeyli böyükdür, hardasa 6-7 yaş. Savadlı oğlandır, çox heyf ki, belələri azdır.

Yox, yox, milyon dəfə yox! Rüfətin adını çəkdin, elə o mövzuda davam edim. Çox təəssüf ki, güclü, savadlı, intellektual gənclər elə o 80-ci illərdə qaldı. 90-cı illərin gəlişi ilə sanki, xalqımız deqradasiya start verdi, getdikcə də lap pis olur, bunun səbəbini anlaya bilmirəm. İlk ağlıma gələn SSRİ-nin dağılmasıdır, sovet psixologiyası tam başqa idi, o tərbiyə, o təlim, o metodika başqa idi. Biz azadlığa çıxdıq, amma bu azadlıq bizi uçuruma aparır. Sanki, ailə tərbiyəsi, ciddi valideyn nəzarəti görmüş bir insan, birdən-birə ailəsindən qaçdı və həyatda olan bütün çirkinlikləri sınamaq qərarına gəldi və bunu azadlıq adlandırdı. İstəmirəm belə azadlıq.

Digər bir səbəb isə indiki gənclərin az, hətta deyərdim ki, çox az oxumasıdır. Əgər gənclərdən soruşsan, dəhşətə gələrsən. Mən soruşuram. Öz qohumum olan bir qızın 18 yaşı günündə, məclisdə, təsadüfən verdiyim sual, kitabla bağlı sualın cavabı buna misaldır. 18 yaşlı qız, cəmiyyətimizin bir üzvü, gələcəyin gənci, oxuduğu kitabların sayını barmaqla saydı mənim üçün. Bu dəhşətdir. Mən oxuduğum kitabları yada salmağa çalışsam, çaşıb qalaram, çünki, yüzlərlə kitab oxumuşam. Yüzlərlə də insan tanıyıram ətrafımdan ki, məndən də çox oxuyub. Bizim vaxtımızda "Sinifdən xaric oxu" dərsi var idi, həftədə bir dəfə keçilirdi bu dərs, tapşırıq verilirdi bir kitab oxumaq və sonra onun haqda inşa yazmaq. Yay tətilinə çıxanda bir neçə kitab siyahısı verilirdi bizə ki, yayda oxuyub gələn dərs ilində fikirlərimizi bildirək. Bir neçə kitabxanaya yazılırdıq, mən üç kitabxanada üzv olmuşam, hər axşam oxuyurduq. İndi gənclər oxumur, kitab əlinə almır. Bu deqradasiyadır.

Raziyam.

Menim nenem kitabxana mudiresi idi. Kitabxanaya gelen butun kitablar ilk bizim evden gelib gederdi ve men onlari vereqlememish, bezilerini oxumamish vermezdim. Indi ise ilk defe olaraq bir etiraf edecem...kitabxanalardan xeyli kitab "ogurlamisham"  )) (deyirler kitab ve gul ogurlugu sayilmir) Sen nece, hech kitab "ogurlamisanmi?

Link to comment
Share on other sites

Mən ümumiyyətlə həmişə qeyd etmişəm ki, 70-ci və 80-ci illər musiqi dünyasında sanki bir partlayış olub. Bunun izahını tapa bilmirəm, sanki, həmin aralıqda yadplanetlilər yerə enib və musiqi ifa etməyə başlayıblar. Bu illərin musiqisi heç vaxt təkrar olmayacaq tarix ərzində. Bu dövrlərin sənətçiləri birdə gəlməyəcəklər dünyaya. 

Rok musiqi də həmçinin, sevdiyim musiqiçilərin 80%-i o dövrlərin musiqiçiləri, qruplarıdır. Onları üstələyən də olmayacaq heç zaman.

70-ci illərə etirazım yoxdur, amma 80-ci illər haqqında eyni şeyi deyə bilməycəyəm :). Əgər fikir veribsənsə, 60-cı illərin sonu və 70-ci illərdə qurulmuş bir çox qruplar 80-lərdə bir tendensiyaya məruz qalır və bu, əvvəlki yaradıcılıqlarına nəzərən heç də yaxşı sayılmaz. Mənim nəzərdə tutduğum bu idi əslində :)

Link to comment
Share on other sites

Raziyam.

Menim nenem kitabxana mudiresi idi. Kitabxanaya gelen butun kitablar ilk bizim evden gelib gederdi ve men onlari vereqlememish, bezilerini oxumamish vermezdim. Indi ise ilk defe olaraq bir etiraf edecem...kitabxanalardan xeyli kitab "ogurlamisham"  )) (deyirler kitab ve gul ogurlugu sayilmir) Sen nece, hech kitab "ogurlamisanmi?

Çox xoşbəxt adam olmusan. Mən kitabxanalara girəndə, orda işləyən işçilərə paxıllıq etmişəm həmişə, neçə dəfə olub ki, gecə orda qalmaq istəmişəm, kitabaları vərəqləmək istəmişəm. İndi mənim özümün kitabxanam var...))) Balaca olsa da, var...

Oğurlamışam, özü də çox..... :blush: İndiyədək, kitabxanamda, kitabxana nömrəsi ilə olan kitablarım var...)))

Edited by Nightwatchman
Link to comment
Share on other sites

70-ci illərə etirazım yoxdur, amma 80-ci illər haqqında eyni şeyi deyə bilməycəyəm :). Əgər fikir veribsənsə, 60-cı illərin sonu və 70-ci illərdə qurulmuş bir çox qruplar 80-lərdə bir tendensiyaya məruz qalır və bu, əvvəlki yaradıcılıqlarına nəzərən heç də yaxşı sayılmaz. Mənim nəzərdə tutduğum bu idi əslində :)

Poplaşmanı nəzərdə tutursan? Anlamadımsa, açıqla...

Link to comment
Share on other sites

Uğurlarlar sizə!!!

Sizcə, insanlar kimlərdən və nələrdən küsürlər?İncimək və küsmək eynidirmi?

larlar...))) Çox sağ olun, hiss olunur ki, ürəkdən gəldi...)))

Küsmək yaxşı şey deyil məncə. Əsasən də kişi üçün, qadın zəifdir, zərifdir, küsə, inciyə bilər. Kişiyə yaraşdırmıram, kişi dalaşar, amma küsməz. İnsanlar onlara əziz olan, yaxın olanlardan küsürlər, necə deyərlər, uman yerdən küsərlər. Yəni ki, xətrini istədiyin, etibar etdiyin insan hansısa bir xoş olmayan hərəkət edəndə ondan küsərsən, amma yoldan keçən etsə, heç saymazsan da. Nələrdən - məncə həmin insandan gözləmədiyin və sənin baxışlarına uyğun olmayan hərəkətdən...

İncimək və küsmək eyni deyil. İncimək daha ağırdır məncə, insandan incimək, amma münasibəti davam etmək olar, sadəcə qəlbdə bir niskil qalar və bu heç vaxt yaddan çıxmaz, arada olan hissləri zəiflədər. Amma küsmək bir şıltaqlıq əlamətidir. Mısmırıq sallayıb bir müddət küsülü qalmaq, sonra isə barışmaq üçün...)))

Link to comment
Share on other sites

Bəli, özüdür ki var. Rok qruplarının 80-ci illərdəki poplaşma tendensiyası səndə necə təəssurat yaradır?

Anladım. Hm, belə deyim, mən də, popu sevmirəm, amma yenə də, 80-ci illərin popu da qeyri adi olub, o illərin popunu xoşlayıram. 

Rok qruplar isə, fikrimcə tamaşaçı marağını itirməmək üçün bu yolu seçiblər, çünki həmin dövrdə pop həqiqətən də güclü bir axın idi. Poplaşan rok qruplarının bəzilərini bəyənirəm, misal üçün Depeche Mode. Amma yenə də çox şadam ki, sanballı rok qruplar, özlərini itirməyiblər həmin dövr və öz dəst xəttini saxlayıblar, misal üçün sevimli qruplarım Pink Floyd və Led Zeppelin

Link to comment
Share on other sites

Yağış yağır,sual yağışı ))

Müsahibede uğurlar Rüfet.İntellektual bir genc olduğun aşikardır.Bunun üçün sene +.Xeyriyyeçilik işinde xüsusi iştirakın üçün ise sene min +.

1- Menevi rahatlığı tapdığın yer,şexs ve ya nese varmı?

2- Genclerin kitab oxumadığından şikayetçisen.Savadsızlıq baş alıb gedir.Men de savadsızam.Nece düşünürsen,men müsahibemden imtina edim?)

3- Deyirler sevgi ruh kimidir,onu varlığını hamı bilir,amma çox az adam görüb.Sen nece,görenlerdensen ya?

Helelik bu qeder.

Link to comment
Share on other sites

Anladım. Hm, belə deyim, mən də, popu sevmirəm, amma yenə də, 80-ci illərin popu da qeyri adi olub, o illərin popunu xoşlayıram. 

Rok qruplar isə, fikrimcə tamaşaçı marağını itirməmək üçün bu yolu seçiblər, çünki həmin dövrdə pop həqiqətən də güclü bir axın idi. Poplaşan rok qruplarının bəzilərini bəyənirəm, misal üçün Depeche Mode. Amma yenə də çox şadam ki, sanballı rok qruplar, özlərini itirməyiblər həmin dövr və öz dəst xəttini saxlayıblar, misal üçün sevimli qruplarım Pink Floyd və Led Zeppelin

Pink Floyd-un 80-ci illərdə çıxan iki albomu: The Final CutA Momentary Lapse of Reason. Nə yalan deyim, ikisi də ürəyimcə deyil, sonuna çatana qədər darıxıram :). Led Zeppelin 80-ci illərdə fəaliyyəti dayandırıb. 1980-də çıxan albom da yığma albom olub, yəni o dövrün məhsulu deyil əslində. 

Bu günlük son sualım :). Ən çox yaşayaraq və hiss edərək izlədiyin film hansı olub?

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       
        • Haha
        • Like
      • 31 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
        • Downvote
        • Upvote
        • Like
      • 311 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Milli
        • Upvote
        • Sad
        • Like
      • 132 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Like
      • 26 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
        • Like
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Facepalm
        • Haha
      • 88 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 45 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Haha
      • 50 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...