Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Novruzun İslama Zidd Əhkamları

Recommended Posts

Novruzun İslama zidd əhkamları ( heç müsəlmanda bunu qeyd edərmi...??? )

1 - Uşaqların və gənclərimizin dilində olan ''Ağırlığım uğurluğum tonqala'' - Bu xurafatzəlalət və batildi !!

Quran ayəsinə baxın: "Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir." (Ənam, 17)

2 - Qapı pusmaq (özgənin söhbətini xəlvətcə dinləmək və s.) bu da - İslamda haramdır..!!

3 - Şam yandırmaq - Bunu heç Allahın lənətinə düçar olmuş yəhudilər belə etmir. Bu batil Xristianlığın adətidir. Maraqlanlar gedib kilsələrə baxsınlar. Bir dənə də olsa kilsə görməzsiniz ki, orda şamlar yandırılmasın.

4 - Kosa – Keçəl - - - İslamda obraza girmək, olduğun kimi görsənməmək, təlxəklik etmək,yalan danışıb güldürmək bunlar hamısı - Haramdır ..!!!

5 - Papaq atmaq - Bu haqda isə Professor A.Abbasov papaqatdı mərasimi:

"Qədim zamanlarda rəiyyət bəy qapısına papaq atardı, bacasından qurşaq sallayardı. Çünki onlar aşağı təbəqənin insanları idi, kasıb idi, bayram keçirməyə heç bir şeyi yox idi. Zaman keçdikcə bu adət halını aldı. İndi Novruz bayramında hamı papaq atır. Papaq atmaq çoban-çoluq işi olub. Bu, mənasız adətdir."

6 - Bahar gəldi bərəkət gəldi (halbuki Allahın bərəkəti hər mövsümdə var), qızların bəxti açıldı (fal və s.) bunlar hamısı xurafat, batil və İslama zidd olan əhkamlardır.

"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (Maidə, 90)

İndi sənə deyirəm: "Ey Allaha və peyğəmbərlərə, mələklərə, axirət gününə, kitablara, qəza və qədərə iman edən xurafat, bidət və zəlalətdən uzaq olması vacib olan müsəlman, sən hələdə Novruz gəldi xoş gəldi, səməni saxla məni deyirsən ..??"

Məqaləni Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) hədisi ilə bitirirəm:

"Hər kim bir camaata (qövmə, xalqa) bənzəyərsə (Onların geyindiyi kimi geyinərsə, getdiyi yolla gedərsə və onların işlətdiyi əməlləri işlədərsə) o da onlardandır." (Əbu Davud və Əhməd)

Edited by R-va
Link to comment
Share on other sites

Azərbaycan faktiki islamdan uzaq bir dövlətdir .Müsəlmannam demək heçdə müsəlman olmaq deyil ;) 

Öz mövqeyimə gəlincə isə Novruz mənim üçün digər dini bayramlardan daha yaxındır .Kosa və kəçəli çıxmaq şərti ilə ...

İzahı isə , dini bayramlar vaxtı ilə mənim xalqima zör, qlınc gücünə qəbul etdirilmişdir . Necəki indi İŞİD onlara tabe olmayan insanları həşarət kimi qəbul edir , o zamnlarda eyni ilə belə olmuşdur ... :(  

Bu tip mövzular açmağın özü haramdır! Bilirsiniz niyə?! Çünki tonqal üstündən tullananlardan, papaq atanlardan fərqli olaraq, yalnız sizin kimi insanlar bu qədimdən qalma və müasir gündə heç bir dini, irqi və ya hər hansı bir məna daşımayan el adət-ənənələrini dini səviyyəyə qaldırır! Deməli, siz özünüz tonqal üzərindən hoppanmağa haram baxırsınız. Bu isə artıq sizin şəxsi probleminizdir.

Sadaladığınız bütün adət-ənənələr isə (ədalət xətrinə onu demək lazımdır ki, başqasının söhbətinə qulaq asmaq həqiqətən də yaxşı şey deyil. dini aspektdən isə desək ən azından məkruhdur) xalq arasında heç bir məna kəsb etmir. Yalnız bayram əyləncəsi xarakteri daşıyır. 

İndi durub cavab olaraq "heç bir mənası yoxdursa, onda başınız xəbər olub ocağın üstündən hoppanırsınız?" deməyin qəti yeri yoxdur. 

Link to comment
Share on other sites

"Hər kim bir camaata (qövmə, xalqa) bənzəyərsə (Onların geyindiyi kimi geyinərsə, getdiyi yolla gedərsə və onların işlətdiyi əməlləri işlədərsə) o da onlardandır." (Əbu Davud və Əhməd)

Onda əynindəki şalvarı çıxardın! Bu türklərə məxsusdur! 

Qaşıq və çəngəldən istifadə etməyin! Əl ilə yeyin! Bu da avropa mədəniyyətindən gəlib! 

O cibinizdə gəzdirdiyiniz telefonu isə ümumiyyətlə tullayın!

STOP! Siz internetə girmisiniz? Foruma? Forumda nəsə yazırsınız? BU Kİ DƏHŞƏTLİ BİR HARAMDIR! 

Link to comment
Share on other sites

3 - Şam yandırmaq - Bunu heç Allahın lənətinə düçar olmuş yəhudilər belə etmir. Bu batil Xristianlığın adətidir. Maraqlanlar gedib kilsələrə baxsınlar. Bir dənə də olsa kilsə görməzsiniz ki, orda şamlar yandırılmasın.

Yadimdadir ki, uşaq olanda evde işıqlar sönende şam yandırıb otururduq. Demek biz böyük günah etmişik. Her halda qaranlıqda oturmaqdan yaxşı idi.

4 - Kosa – Keçəl - - - İslamda obraza girmək, olduğun kimi görsənməmək, təlxəklik etmək,yalan danışıb güldürmək bunlar hamısı - Haramdır ..!!!

Bu bizim milletin adi yaşam tərzidir. Bunun üçün Novruz bayramını, keçəl, kosanı gözləmək lazım deyil.
 
Link to comment
Share on other sites

Səməni cücərdirəm,şəkərbura-paxlava bişirirəm,tonqal qalayırıq,yumurta boyayırıq,şam yandırırıq.Papaq atan olanda (çox az olur) içinə şirniyyat qoyuram.Özümüz papaq atmırıq.Fal filana uşaqlıqdan marağım olmayıb,bu gün də buna inanmıram.) Qohumlargilə gedirik.Bu adətir,bütün böyüklərin evinə gedirik.vəs.Yadıma düşdükcə yazaram.İndi  yadıma ancaq bunlar düşdü.

İndi mən müsəlman hesab olunmuram? Kimin yanında hesab olunmuram? Allahın? Bunu kim dedi? Allahdan kiməsə vəyh gəlibmi ?

Link to comment
Share on other sites

Mən heç kimdən heç nə tələb etmirəm. Tələb edən uca Allahdır. Burda yazdıqlarınız qiyamət günü hesab verəndə danışarsız. 

Mən sadəcə özünü müsəlman sayanlara məlumat vermək üçün yazdım. Allah sizə baş verim yarmaq üçün yox, düşünmək üçün.© İndi oxuyan özü düşünsün. Mən sizə cavabdeh deyiləm. 

Link to comment
Share on other sites

Səməni cücərdirəm,şəkərbura-paxlava bişirirəm,tonqal qalayırıq,yumurta boyayırıq,şam yandırırıq.Papaq atan olanda (çox az olur) içinə şirniyyat qoyuram.Özümüz papaq atmırıq.Fal filana uşaqlıqdan marağım olmayıb,bu gün də buna inanmıram.) Qohumlargilə gedirik.Bu adətir,bütün böyüklərin evinə gedirik.vəs.Yadıma düşdükcə yazaram.İndi  yadıma ancaq bunlar düşdü.

İndi mən müsəlman hesab olunmuram? Kimin yanında hesab olunmuram? Allahın? Bunu kim dedi? Allahdan kiməsə vəyh gəlibmi ?

Müsəlman hesab olunmaq üçün Allahı qəbul etmək, və islam dininn Allahdan gələn bir din olduğunu, Məhəmmədi Allahın elçisi olduğunu, Quranın Allahın kəlamı olduğunu qəlblə, sözlə, əməllə qəbul etmək lazımdı. Mən bilmirəm siz bunları qəbul edirsiz yoxsa yox. Amma mövzu müsəlmanlara ünvanlanmışdır. Öünü müsəlman sayanların peyğəmbərin dediklərinə, quranda yazılanlara zidd olan bayramı qeyd etməsi doğrudur? Sırf məntiqlə düşünün. 

Link to comment
Share on other sites

Sırf məntiqlə düşünün. 

Allahı və peyğəmbəri inkar etmirəm.Gücüm çatan qədər deyiləni əməl edirəm,dindar fanat deyiləm.

Allaha inanmağımla ,Novruz bayramını qeyd etməyim mənə mane olmur.Din ayrı,qədim köklərə bağlı bayram ayrıdır.

Link to comment
Share on other sites

şamla bağlı uşaqlıq xatirəm )) inanirdıq ki kimin şamı tez sönsə o ən tez öləcək :D
Çox şükür islam dinini öyrənib batil inanclardan uzaq oldum. Yoxsa unidə imtahana talismanımla gedirdim etimtekuldu 
Novruz bayramı da batil inanclarla dolu bayramdır.
Şəkərbura paxlava  milli şirniyyat çox gözəl. müsəlman şəkərbura paxlavanı Novruzda yox ramazanda Qurbanda bişirər 

Link to comment
Share on other sites

Allahı və peyğəmbəri inkar etmirəm.Gücüm çatan qədər deyiləni əməl edirəm,dindar fanat deyiləm.

Allaha inanmağımla ,Novruz bayramını qeyd etməyim mənə mane olmur.Din ayrı,qədim köklərə bağlı bayram ayrıdır.

Hamımız gücümüz çatan qədər edirik də. Kim tam əməl edə bilir ki indiki imanların zəif olduğu zamanda.

Əməl edilməyənə qarşı tövbə etmək lazimdir, tövbə nə üçündü bəs? Allah tövbə edənləri bağışlayır. "fanatik deyiləm" deyənləri isə bəlkə dini cahil olduqlarına görə bağışlayar. 

Link to comment
Share on other sites

Hər bir xalqın öz adət-ənənəsi var..İki qonşu xalqı götürsən belə,onlarda müxtəlif adətlər olduğu meydana çıxacaq.Din yeddinci əsrdən  Azərbaycana gəlib.Ondan əvvəl Azəərbaycanda müxtəlif xalqlar və dövlətlər olub.Yeddinci əsrdən İslamı Azərbaycana məcburi qəbul etdirən də ,onun ərazisində formalaşmış xalq və dövlətlər var idi.Bütün bu adətləri inkar etsək,onda gərək həmin dövrlərə aid tarixi abidə və tarixin özünü inkar edək.

Bir xalqı məhv etmək üçün ilk öncə onun dilini ,sonra isə onun tarixini,mədəniyyətini məhv etmək lazımdır.Mədəniyyətə adət -ənənə daxildir.Biz xarici ölkədə mədəniyyitimizi necə təbliğ edirik? Öz adət -ənənəmizlə.Bir xalqı yavaş-yavaş məhv edib ,linç etməyin yolu budur.Xarici ölkədən gələnlər bizim Novruzda olan adətlərimizə heyran qalırlar.Biz burdan - bura öz kökümüzü danırıq.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Mən heç kimdən heç nə tələb etmirəm. Tələb edən uca Allahdır. Burda yazdıqlarınız qiyamət günü hesab verəndə danışarsız. 

Fala baxmaq, qabaxgörənlik etmək haramdır. Mən harda, kimə hesab verməyimi siz hardan bilirsiz? Mənə maraqlı olardı qiyamət günü məmin disputda yazdıqlarımın raspeçatkasını görmək. Yəginki mənim bu günahım Süryada özünü müsalman kimi qələmə verib insan qanı tökənlərdən daha ağır olmaz. İmakn verin Bayramımızı keçirək, onsuzda maaş gecikir, pulun qiyməti ölüb, bir dənə sizin dərdiniz qalmışdı. 

Link to comment
Share on other sites

Azərbaycan faktiki islamdan uzaq bir dövlətdir .Müsəlmannam demək heçdə müsəlman olmaq deyil ;)

Öz mövqeyimə gəlincə isə Novruz mənim üçün digər dini bayramlardan daha yaxındır .Kosa və kəçəli çıxmaq şərti ilə ...

İzahı isə , dini bayramlar vaxtı ilə mənim xalqima zör, qlınc gücünə qəbul etdirilmişdir . Necəki indi İŞİD onlara tabe olmayan insanları həşarət kimi qəbul edir , o zamnlarda eyni ilə belə olmuşdur ... :(  

Azərbaycanin 93%-i müsəlmandır. Siz özünüz islamdan uzaqsızsa olun uzaq, mövzu müsəlmanlara ünvanlanıb. 

Qədimdə zorla qəbul etdirən də olmayıb. lap tutaq ki keçmişdə zorla qəbul etdiriblər. O insanlar qalib keçmişdə. İndiki insanlar hamı könüllü qəbul edib, mənə kim qılıncla islamı qəbul etdirdi? Uydurma tarixi müasir insanlara aid etmək absurddur. 

Link to comment
Share on other sites

Fala baxmaq, qabaxgörənlik etmək haramdır. Mən harda, kimə hesab verməyimi siz hardan bilirsiz? Mənə maraqlı olardı qiyamət günü məmin disputda yazdıqlarımın raspeçatkasını görmək. Yəginki mənim bu günahım Süryada özünü müsalman kimi qələmə verib insan qanı tökənlərdən daha ağır olmaz. İmakn verin Bayramımızı keçirək, onsuzda maaş gecikir, pulun qiyməti ölüb, bir dənə sizin dərdiniz qalmışdı. 

sizə qadağan edən də yoxdu? kim qeyd etmək istəyir etsin. Peygəmbər deyib xurma dənəsi boyda əmələ görə də cavab verəcəksiz qiyamətdə. Ona görə dedim.

 Bu krizis vaxtı bu qədər yemək israf etmək də gülüncdür. Mən buğdani 2-3 günə cücərdib yeyirəm. Siz buğdanı çüçrdib ot edirsiz sonra onu tullayirsiz ))

Link to comment
Share on other sites

Azərbaycanin 93%-i müsəlmandır. Siz özünüz islamdan uzaqsızsa olun uzaq, mövzu müsəlmanlara ünvanlanıb. 

Qədimdə zorla qəbul etdirən də olmayıb. lap tutaq ki keçmişdə zorla qəbul etdiriblər. O insanlar qalib keçmişdə. İndiki insanlar hamı könüllü qəbul edib, mənə kim qılıncla islamı qəbul etdirdi? Uydurma tarixi müasir insanlara aid etmək absurddur. 

şeytan, kafir əməli olan kompyuterdə yazmaq, nə qədər düzgündür? Tabu varsa - bütün hər şeyə şamil edin. 

Ağabəy Sultanov köməyiniz olsun. 

Link to comment
Share on other sites

Hər bir xalqın öz adət-ənənəsi var..İki qonşu xalqı götürsən belə,onlarda müxtəlif adətlər olduğu meydana çıxacaq.Din yeddinci əsrdən  Azərbaycana gəlib.Ondan əvvəl Azəərbaycanda müxtəlif xalqlar və dövlətlər olub.Yeddinci əsrdən İslamı Azərbaycana məcburi qəbul etdirən də ,onun ərazisində formalaşmış xalq və dövlətlər var idi.Bütün bu adətləri inkar etsək,onda gərək həmin dövrlərə aid tarixi abidə və tarixin özünü inkar edək.

Bir xalqı məhv etmək üçün ilk öncə onun dilini ,sonra isə onun tarixini,mədəniyyətini məhv etmək lazımdır.Mədəniyyətə adət -ənənə daxildir.Biz xarici ölkədə mədəniyyitimizi necə təbliğ edirik? Öz adət -ənənəmizlə.Bir xalqı yavaş-yavaş məhv edib ,linç etməyin yolu budur.Xarici ölkədən gələnlər bizim Novruzda olan adətlərimizə heyran qalırlar.Biz burdan - bura öz kökümüzü danırıq.

Quranda müşriklər deyirlər bu sözü peyğəmbərə. Deyirlər sən bizi atalarımızıin yolundan döndərməyə gəlmisən. Bir neçə ayə var bu haqda. peyğəmbər də cavabında deyir:

 “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”.

İslamı qəbul edən islamda günah sayılan əməllərdən uzaq olar. Lap bu əməllər dədə-baba adəti olsa belə. İndi qədimdə qulaq falına iananıblarsa bzi də inanmalıyıq?  Və ya tonqala ağırlığın gedə biləcəyinə inanırdılarsa biz də inanmalıyıq? Hansı məntiqlə? 

Link to comment
Share on other sites

şeytan, kafir əməli olan kompyuterdə yazmaq, nə qədər düzgündür? Tabu varsa - bütün hər şeyə şamil edin. 

Komputer şeytan əməl hardan oldu, boş-boş danışmayın. 

Link to comment
Share on other sites

 Hansı məntiqlə? 

İslam dini özünü çox gözəl müdafiə edə bilən dindir.Bir qədim bayram onu sarsıda bilməz.İndi məntiq deyirsiniz,buyurun məntiqlə düşünək.Özümdən,kimdənsə misal gətirməyək.

Məsəl üçün.Bir Xasməmməd  adlı kişi var.Ailəsi ilə birgə Novruzu qeyd edir.Fala ,baxmır,qonşunun qapısını pusmur.Eyni zamanda namaz qılır,oruc tutur,quran oxuyur,Allaha inanır.

Xahiş edirəm ayələrdən sitat gətirməyək.Məntiq deyirsiniz,buyurun öz məntiqimizlə düşünək.Bu bayramın Xasməmməd kişinin ailəsinə mənfi təsiri və İslama zidd olanları göstərin.Falı və qapı pusmağı saymadım.Başqa nə ?

Link to comment
Share on other sites

Azərbaycanin 93%-i müsəlmandır. Siz özünüz islamdan uzaqsızsa olun uzaq, mövzu müsəlmanlara ünvanlanıb. 

Qədimdə zorla qəbul etdirən də olmayıb. lap tutaq ki keçmişdə zorla qəbul etdiriblər. O insanlar qalib keçmişdə. İndiki insanlar hamı könüllü qəbul edib, mənə kim qılıncla islamı qəbul etdirdi? Uydurma tarixi müasir insanlara aid etmək absurddur. 

Heç 1%-i də tapmaq çətindir .İslamda icazə verilən hərəkətlər vardıki bizdə kimsə onu qəbul edə bilməz ... :buba:

Namaz qılmaq , həccə-məşədə getmək əsil müsəlman olmaq deməkdirmi ? 

Əsil islam İŞİD-di . Bu mənim və ya sizin necə düşündüyümüzdən aslı deyil .Elə yeddinci əsrdədə olduğu kimi ... 

Link to comment
Share on other sites

Heç 1%-i də tapmaq çətindir .İslamda icazə verilən hərəkətlər vardıki bizdə kimsə onu qəbul edə bilməz ... :buba:

Namaz qılmaq , həccə-məşədə getmək əsil müsəlman olmaq deməkdirmi ? 

Əsil islam İŞİD-di . Bu mənim və ya sizin necə düşündüyümüzdən aslı deyil .Elə yeddinci əsrdədə olduğu kimi ... 

müsəlman olmaq nədir yuxarıda yazdım. Sizin savadınız, düşünmə qabiliyyətiniz o səviyyədədir ki işidi əsl islam sayırsız da. Nə etmək olar? İşinizdə olun. 

Link to comment
Share on other sites

İndi deyirsiz bizdə dəvə sidiyi içək ? 

Xalis dəvə sidiyi. Ərəb pivəsi də deyə bilərsiz. Ərəblər bunu dükandan alıb sərinləşdirici içki kimi içirlər. Azərbayacana da ixrac eləsələr, yerli müsəlmanlar bunu istemal edərmi, əcəba?  :rofl:  

6c8ef8987628.jpg

Link to comment
Share on other sites

İslam dini özünü çox gözəl müdafiə edə bilən dindir.Bir qədim bayram onu sarsıda bilməz.İndi məntiq deyirsiniz,buyurun məntiqlə düşünək.Özümdən,kimdənsə misal gətirməyək.

Məsəl üçün.Bir Xasməmməd adlı kişi var.Ailəsi ilə birgə Novruzu qeyd edir.Fala ,baxmır,qonşunun qapısını pusmur.Eyni zamanda namaz qılır,oruc tutur,quran oxuyur,Allaha inanır.

Xahiş edirəm ayələrdən sitat gətirməyək.Məntiq deyirsiniz,buyurun öz məntiqimizlə düşünək.Bu bayramın Xasməmməd kişinin ailəsinə mənfi təsiri və İslama zidd olanları göstərin.Falı və qapı pusmağı saymadım.Başqa nə ?

Mən demədim ki novruz qeyd edən islama zərərə gətiriri. Novruz qeyd edən özünə zərərə gətirri, çünki quranda yazılanlara, peyğəmbərin buyurduqlarına zidd əməllər edib özünə günah qazanır.

Xasməmməd kişi evinə səməni qoyub ki səməni onun evinə bərəkət gətirsin? xasməmməd kişi ümüumiyyətlə inanir ki Novruz bayramı qeyd etməkllə evinə bərəkət gəlir? Xasməmməd kişi uşaqlarına deyir tonqaldan tullanın ağırlığınız getsin, uğurluğunuzun gəlsin? Namazdan, orucdan da vacib elmdir. Quranda ən çox rast gəlinən söz elmdir. Elmlərdən də ən vacibi şəriət elmidir. O qədər namaz qilanlar var ki bir dəfə də quran tərcüməsi təfsiri oxumurlar. Oxusaydılar dərk edərdilər ki bərəkət səmənidən yox Allahdandır. İlahi kömək tonqaldan yox, Allahdandır.

Edited by R-va
Link to comment
Share on other sites

İndi deyirsiz bizdə dəvə sidiyi içək ? 

Xalis dəvə sidiyi. Ərəb pivəsi də deyə bilərsiz. Ərəblər bunu dükandan alıb sərinləşdirici içki kimi içirlər. Azərbayacana da ixrac eləsələr, yerli müsəlmanlar bunu istemal edərmi, əcəba?  :rofl:  

6c8ef8987628.jpg

üstündə dəvə şəkli varsa deməli dəvə sidiyidir?  onda uncle bens məhsullarının içində nədir ?))))))))))

uncle-Bens-converted-rice-varieties.png

Link to comment
Share on other sites

Mən demədim ki novruz qeyd edən islama zərərə gətiriri. Novruz qeyd edən özünə zərərə gətirri, çünki quranda yazılanlara, peyğəmbərin buyurduqlarına zidd əməllər edib özünə günah qazanır.

Xasməmməd kişi evinə səməni qoyub ki səməni onun evinə bərəkət gətirsin? xasməmməd kişi ümüumiyyətlə inanir ki Novruz bayramı qeyd etməkllə evinə bərəkət gəlir? Xasməmməd kişi uşaqlarına deyir tonqaldan tullanın ağırlığınız getsin, uğurluğunuzun gəlsin? Namazdan, orucdan da vacib elmdir. Quranda ən çox rast gəlinən söz elmdir. Elmlərdən də ən vacibi şəriət elmidir. O qədər namaz qilanlar var ki bir dəfə də quran tərcüməsi təfsiri oxumurlar. Oxusaydılar dərk edərdilər ki bərəkət səmənidən yox Allahdandır. İlahi kömək tonqaldan yox, Allahdandır.

İndiki zamanda Xasməmməd  inanmır ki ,tonqaldan atılmaq ona sağlamlıq ,Novruz ona ruzi-bərəkət gətirəcək.Keçmişdə əhali ya əkinçi idi,ya da maldar,az bir hissə sənətkar idi.Yazın gəlişi ilə qışa yığıb saxladıqları qida məhsulları bitdiyindən yazın gəlişi bir növ bərəkət-ruzi simvoluna çevrilmişdi.Yeni buğda əkəcəkdilər,yenidən bolluq olacaqdı.Bunun müasir zamanla əlaqəsi yoxdur.İndi Xasməmməd maaşını alıb qoyur cibinə,yazın,qışın onun üçün fərqi yoxdur) Buna görə müasir insan ,əcdadından fərqli olaraq bütün bu adət və ayinləri simvolik edir.

Şəiət elminə gəlincə isə hamı bu elmi öyrənə bilməz.Kimin həvəsi var o öyrənir.Birinin həvəsi fizika -astronomiyayadır.Nə olsun.İslam dinimizdir deyə hamı şəriət elminimi öyrənməlidir? Şəriət elmi deyəndə yəqin "İlahiyyatı "nəzərdə tutursuz?

Link to comment
Share on other sites

Новруз атешперестлерден яранмыш бир байрамды.Муселманын бу байрамын кечирдмеси мени теечублендирир.Мен намаз гылан вахтларымда гурбан ве рамазан байрамындан башга хеч бир байрамы кечиртмирдим.Буну адет хесаб едиб кечирден мусельманлар ахиретде джаваб вермели олачаглар.

Bu bizim qədim bayramımızdır.Bura dinin adiyyatı yoxdur.Axirətdə cavab verməli o qədər əməllər qala -qala bircə "Novruz" ox olub gözə batır.

дама дама гёл олар.Мусельман хен хансы бир харамдан узаг олмалыды.Мехеммед исламы ондан габаг ве сонра бидятлерден о чюмледен исламдан гейри олан байрамлардан узаг дурмагы билдирмишди.

Link to comment
Share on other sites

İndiki zamanda Xasməmməd  inanmır ki ,tonqaldan atılmaq ona sağlamlıq ,Novruz ona ruzi-bərəkət gətirəcək.Keçmişdə əhali ya əkinçi idi,ya da maldar,az bir hissə sənətkar idi.Yazın gəlişi ilə qışa yığıb saxladıqları qida məhsulları bitdiyindən yazın gəlişi bir növ bərəkət-ruzi simvoluna çevrilmişdi.Yeni buğda əkəcəkdilər,yenidən bolluq olacaqdı.Bunun müasir zamanla əlaqəsi yoxdur.İndi Xasməmməd maaşını alıb qoyur cibinə,yazın,qışın onun üçün fərqi yoxdur) Buna görə müasir insan ,əcdadından fərqli olaraq bütün bu adət və ayinləri simvolik edir.

Şəiət elminə gəlincə isə hamı bu elmi öyrənə bilməz.Kimin həvəsi var o öyrənir.Birinin həvəsi fizika -astronomiyayadır.Nə olsun.İslam dinimizdir deyə hamı şəriət elminimi öyrənməlidir? Şəriət elmi deyəndə yəqin "İlahiyyatı "nəzərdə tutursuz?

Sən öz arşınınna ölçürsən. Sənin üçün simvolikdir, çoxluq isə o inanclara inanir. Lap simvolik etməyin də mənasını başa düşmürəm. Bu ona oxşayır ki simvolik uşağına xaç suyuna çəkirsən. Biz əvvəllər həm də xristian olmuşuq axı. Atəşpərəstlikdən sonra xristianlıq olub bizdə.  Hələ yazığım gəlir kasıb canalrıynan borcnan baha qiymətə qozu fındığı alıb şirniyyatları bişirirlər, süfrəyə "s" hərfiynən başlayan 7 cür yemək düzürlər, elə bilirlər  baharı lazımınca qarşılamasalar fəlakət bədbəxtçilik gələcək. 

ilahiyyat da demək olar, islam dinini alim səviyyəsində olmasa da bacardığı qədər öyrənməlidir müsəlman, demirəm ki ixtisasca ilahiyyatçı səviyyəsinə qədər. Fərqi yoxdur həkim, mühəndis, müsəlman üçün islam sadəcə namazda əyilib qalxmaq olmamalıdır. 

Edited by R-va
Link to comment
Share on other sites

дама дама гёл олар.Мусельман хен хансы бир харамдан узаг олмалыды.Мехеммед исламы ондан габаг ве сонра бидятлерден о чюмледен исламдан гейри олан байрамлардан узаг дурмагы билдирмишди.

Novruzun harasında haram var? İnternetdə haram olsun, telefon da.Ərəbistanda hündür mərtəbəli binalar,hovuzlar ,ticarət mərkəzləri və s haram olsun.Peyğəmbərin vaxtında bunlar yox idi.Hamı dəvə ilə gəzirdi,bazardan alış-veriş edirdi,,aziatskiy unutaz,lampa işığı vəs.

Ay brat , necə deyərlər  gəl əyri oturaq , amma düz danışaq . Məsələn siz azyaşlı qız uşağı ilə evlənərdinizmi və sair ...  

Və ya Tonqalın üstündən hoppanmaq daha çox günahdır yoxsa araq içmək , bazdıq eləmək və sair , və ilaxirə ... Mən əminəmki azərbaycanlıların azı 70-80% sadaladığım günah sayılan adətlərdən faydalanırlar ..  ;)

Link to comment
Share on other sites

Novruzun harasında haram var? İnternetdə haram olsun, telefon da.Ərəbistanda hündür mərtəbəli binalar,hovuzlar ,ticarət mərkəzləri və s haram olsun.Peyğəmbərin vaxtında bunlar yox idi.Hamı dəvə ilə gəzirdi,bazardan alış-veriş edirdi,,aziatskiy unutaz,lampa işığı vəs.

Мехеммед мусельманлара 2 байрам хевале едиб.Рамазан ве гурбанлыг.Башга байрамлар о чумледен йени или,8 март,ве дигер дёвлет байрамларыны мусельманлар кечиртмемелидилер.Интернетин ве телефонун бу сохбете аидиййаты йохду.Исламда адет энене йохду

Link to comment
Share on other sites

Sən öz arşınınna ölçürsən. Sənin üçün simvolikdir, çoxluq isə o inanclara inanir. Lap simvolik etməyin də mənasını başa düşmürəm. Bu ona oxşayır ki simvolik uşağına xaç suyuna çəkirsən. Biz əvvəllər həm də xristian olmuşuq axı. Atəşpərəstlikdən sonra xristianlıq olub bizdə.  Hələ yazığım gəlir kasıb canalrıynan borcnan baha qiymətə qozu fındığı alıb şirniyyatları bişirirlər, süfrəyə "s" hərfiynən başlayan 7 cür yemək düzürlər, elə bilirlər  baharı lazımınca qarşılamasalar fəlakət bədbəxtçilik gələcək. 

ilahiyyat da demək olar, islam dinini alim səviyyəsində olmasa da bacardığı qədər öyrənməlidir müsəlman, demirəm ki ixtisasca ilahiyyatçı səviyyəsinə qədər. Fərqi yoxdur həkim, mühəndis, müsəlman üçün islam sadəcə namazda əyilib qalxmaq olmamalıdır. 

Azərbaycanın bütün ərazisində xristianlar yaşamayıb.Bu səbəbdən xristianlıq atəşpərəstlik kimi yayılmayıb.Dini bayramla mövsümü bayramı qarışdırmaq lazım deyil.Kim deyir borcla alınır ? Kimin imkanı nəyə çatır ,onu da alıb bişirib yeyir.Əgər ona qalsa borcla edilən toylar,borcla alınan maşınlar,evlər,telefonlar və s.niyə görmürsünüz? 

Link to comment
Share on other sites

Birdə yadda saxlayayınki od insanın belə desək genetik koduna transfer olunub .

Balaca  uşaqların ən xoşuna gələn əyləncə od qalamaq , nəyə isə od vurmaqdır .

Od əldə etmək  insanlığın kəşf etdiyi ən qədim və ilk kəşfdir ... :thinking:

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
      • 66 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
      • 110 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...