Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Dinlər Olmasaydı.

Recommended Posts

Allaha inanıram.Bunu başqa şeylərlə səhv salma.Oruc tuturam,bəzi dualar var (mücür,təvəssül ,Ayətəl kürsü,Yasin surəsi )  edirəm.Hər gecə şükür edirəm.Amma başqa baryerləri qəbul etmirəm.Risalə və kiminsə göstərişi ilə yaşayım..Kitabdan sitatları oxuya-oxuya hərəkət edim,bunlardan kənaram. 

Bu mövzuda mənim inancım müzakirə olsun deyə açmamışam.Sualım qeyd etmişəm ritorikdir.Hər kəs fikrini yazsın.

Allah var inkar etmirəm.Əsas məni maraqlandıran odur ki,Allah din yaratmağa ehtiyac duyubsa ,niyə bir yox,müxtəlif dinlər yaradıb? Bir din olsaydı nə olardı?Dünya bir din ,müxtəlif dil altında birləşərdi.

Müxtəlif dinlər yaratmaqla müxtəlif fikirlər yaratmış olur.Müxtəlif fikirlər mübahisə ,ixtilafa səbəb olur.Allah hər şeyi görən və biləndirsə ,bunu niyə bilə bilməyib?) 

Mən eşidəni Allah din yradanda bir din olub "Hənif" dini, sonradan insanlar  tərəfindən təhrif olunub.

Link to comment
Share on other sites

  • Replies 117
  • Created
  • Last Reply

Top Posters In This Topic

Allaha inanıram.Bunu başqa şeylərlə səhv salma.Oruc tuturam,bəzi dualar var (mücür,təvəssül ,Ayətəl kürsü,Yasin surəsi ) edirəm.Hər gecə şükür edirəm.Amma başqa baryerləri qəbul etmirəm.Risalə və kiminsə göstərişi ilə yaşayım..Kitabdan sitatları oxuya-oxuya hərəkət edim,bunlardan kənaram.

Bu mövzuda mənim inancım müzakirə olsun deyə açmamışam.Sualım qeyd etmişəm ritorikdir.Hər kəs fikrini yazsın.

Allah var inkar etmirəm.Əsas məni maraqlandıran odur ki,Allah din yaratmağa ehtiyac duyubsa ,niyə bir yox,müxtəlif dinlər yaradıb? Bir din olsaydı nə olardı?Dünya bir din ,müxtəlif dil altında birləşərdi.

Müxtəlif dinlər yaratmaqla müxtəlif fikirlər yaratmış olur.Müxtəlif fikirlər mübahisə ,ixtilafa səbəb olur.Allah hər şeyi görən və biləndirsə ,bunu niyə bilə bilməyib?)

Allah bir din yaradib, evvelki peygemberler de islam teblig edibler. Her gelen peygember evvelki peygbemrlerin dediklerini xatirlatmaga gelib.

Sizin dine münasibetiniz ise qeribedir. Allaha dua edib nelerse isteyirsiz, Allhin ise sizden nese teleb etmesinin, qadagalar qoymasinin eleyhinesiz.

Link to comment
Share on other sites

Allah bir din yaradib, evvelki peygemberler de islam teblig edibler. Her gelen peygember evvelki peygbemrlerin dediklerini xatirlatmaga gelib.

Sizin dine münasibetiniz ise qeribedir. Allaha dua edib nelerse isteyirsiz, Allhin ise sizden nese teleb etmesinin, qadagalar qoymasinin eleyhinesiz.

Mən bu duaları nənəm xərçəng xəstəliyinə tutulanda öyrənmişdim.Yasini isə atam rəhmətə gedəndən sonra onun üçün oxumağa başladım.İndi ancaq ailəmə can sağlığı arzulayıram və əvəzində hər günümə görə, ailəmin mənimlə olmasına görə şükür edirəm.Allah şükür edənləri sevir deyilmi?

Mənim dinə münasibətim fərqlidir.Bəlkə də desəm bir az qəribədir. Çünki mən daima dinin çatışmayan tərəflərini görə bilirəm. Sizin kimi bir çoxu məni qəribə, inancsız hətta dinsiz sayanlar da var))

Ancaq dində dərinə getdikcə boşluqları, yalanı görürsən.Bu da dindən üz çevirməyimə səbəb olur.Hə , bilirəm söhbəti mənim məzhəbimə gətirəcəksiz.Bu fikrim bütün dinlərə və məzhəblərə aiddir.))

Mömin olan kəs daima hərəkətlərini cənnət və cəhənnəmə görə tənzimləyir.Kimsə kiminsə rəvayətini əsrlərdir söyləyir.Cənnəti və ya cəhənnəmi gözü ilə görən olub?

Deyirsiz əvvəlki dinlər sonuncu islam dinini tərənnüm , təbliğ edib.Elə ilk gündən islam yaransaydı , digərləri olmasaydı təbliğə də ehtiyac olmazdı.Bütpərəst , kafir olmazdı.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Mən gəldiyim son nəticəyə görə din insanın ən böyük ixtirasıdır.Bu ixtira vasitəsi ilə əsrlərdir insanı sürü halında idarə edir.İstər qan tökür, istərsə sülh yaradır, sonunda istəyini yeridib insanı idarə edir.Bu idarəçilik sistemini quran dahidir)

Könül  sənin əslində son nəticən bilirsən nədir?

Sən özün  paradoksal düşüncədə  qalmısan...)

Link to comment
Share on other sites

Könül  sənin əslində son nəticən bilirsən nədir?

Sən özün  paradoksal düşüncədə  qalmısan...)

He-he) gəlib yenə bostanıma daş atdın.Bilirsən bu nədən irəli gəlir? Daima ətrafımda və ailəmdə inanclı insanlar olub.Gözümü açıb din,adət vəs.görmüşəm.Hərdən oturub fəlsəfi nəzərdən dini keçirdəndə bir çox şey uzlaşmır.Öldür məni,yerinə oturmur .Çatışmayan nöqtəsi çox olur)..Bu da mənim belə düşünməyimə səbəb olur ,dini insan uydurub..(həm də nəzərə al ki,mən mifologiya ilə maraqlanıram.Orada qədim dinlərin necə yaranması,necə təbliğ və insan beyninə yeridilməsi açıq izah olunur.Niyə də üç səmavi din hesab olan dinlər ,bura islam da daxildir,uydura olmasın?) 

Qeyd edirsən ki, ətrafında daima inanclı insanlar olub  və.s...Deməli problemivi bilirsəndə...Dini inkar eliyirsən Bəs niyə yenədə əminliyin yoxdur...? Bu dua eləmək nədir axı? Fikirləşırsən ki, birdən uydurma olmaz e...)

Əlbəttə bilirəm.Məcbur olunmamışam.Ancaq bir an olur ki,hər şeyə inanırsan.Hətta mən bir müddət hicabda örtmək istəmişdim,ailəm qoymamışdı.İndi düşünürəm ki,yaxşı ki qoymayıb..Çünki 16 yaşında mənlə.indiki 31 yaşındakı mənlə aramızda çox fərq var.

Duaya gəlincə  isə uydurma deməzdim sadəcə artıq adətkar olmuşam.Öyrəşmışəm.Çarəsiz anımda məni ovutmağa,əlimdən bir şey gəlməyəndə özüm-özümü ovutmağa bəhanəm olur deyərdim.( Məsələn gecə atamı yuxuda görürəm,ya yadıma düşür qaçıram məzarına ağlamaqla ürəyim soyumur.Oturub bir yasin oxuyuram.Və düşünürəm ki,mən nə isə ona yaxşı bir şey etdim.Özümü sakit edirəm..) Əslində Yasin ölü üçün yox,diri üçündür.Çünki yasin surəsində ölünün bilməsindən çox,dirinin bilməyi vacib olan məqamlara toxunulur.

Bura bax,sən yenə söhbəti fırladıb mənim inancıma yönləndirdin) Bu yaxşı olmadı heç.İnanclı insan kimi öz nöqteyi-nəzərini bildir.)

Link to comment
Share on other sites

Fakt odur ki, dinin hökmran olduğu heç bir üstün cəmiyyət mövcud deyil. Şərqin geridə qalmış din dövlətləri buna nümunədir. Orada əsl din yoxdur deyənlərə isə, din özü çox əlverişli şərait yaradır ki, cəmiyyət geridə qalsın. Bunu görməmək üçün kor olmaq lazımdır.

p.s. fikrinizə zidd postlara minus verməklə cənnətə xal qazanırsınız yəqin. Nə də olsa, qənimətdir.

Edited by Museyib Elekber

Burada təəccüblü heçnə yoxdur...Dinin özündədə deyilir ki, insanın ən böyük düşməni onun nəfsidir...Deməli insanın ömründə kəmiyyət və keyfiyyət  baxımından  nəfsinə qulluq elədiyi günlər qat-qat üstünlük təşkil edir...Bu bütün insanlara aiddir...Bu insanların qurduğu cəmiyyətdə  elə ona görədə bu gündədir...

Link to comment
Share on other sites

Mən bu duaları nənəm xərçəng xəstəliyinə tutulanda öyrənmişdim.Yasini isə atam rəhmətə gedəndən sonra onun üçün oxumağa başladım.İndi ancaq ailəmə can sağlığı arzulayıram və əvəzində hər günümə görə, ailəmin mənimlə olmasına görə şükür edirəm.Allah şükür edənləri sevir deyilmi?

Mənim dinə münasibətim fərqlidir.Bəlkə də desəm bir az qəribədir. Çünki mən daima dinin çatışmayan tərəflərini görə bilirəm. Sizin kimi bir çoxu məni qəribə, inancsız hətta dinsiz sayanlar da var))

Ancaq dində dərinə getdikcə boşluqları, yalanı görürsən.Bu da dindən üz çevirməyimə səbəb olur.Hə , bilirəm söhbəti mənim məzhəbimə gətirəcəksiz.Bu fikrim bütün dinlərə və məzhəblərə aiddir.))

Mömin olan kəs daima hərəkətlərini cənnət və cəhənnəmə görə tənzimləyir.Kimsə kiminsə rəvayətini əsrlərdir söyləyir.Cənnəti və ya cəhənnəmi gözü ilə görən olub?

Deyirsiz əvvəlki dinlər sonuncu islam dinini tərənnüm , təbliğ edib.Elə ilk gündən islam yaransaydı , digərləri olmasaydı təbliğə də ehtiyac olmazdı.Bütpərəst , kafir olmazdı.

Insan dine ya inanar, ya da inanmaz. Siz deyesen qerar vermemisiz hansindansiz. Cennete cehenneme inanmirsizsa bosh yere oruc niye turursuz? Niye quran ayeleri oxuyursuz?

Allah din yaratmayibsa, dinler insanlarin uydurmasidirsa, axiret yoxdursa, bu dünyada qalan zülmlere göre o dünyada cavab verilmeyecekse niye Allaha shukur edirsiz, niye Allaha dua edirsiz? Bu dünyani dinsiz qoyan Allah bu dünyaya biganedir sizin mentiqle. Bu dünyani yaradib, bash verenle ise qarishmir eger din yoxdursa.

Bu mövzu mənim şəxsi inancımın müzakirəsi üçün açmamışam..Dəfələrlə demişəm dinə münsibətim fərqlidir.)İnansam belə ,inadığım bir şeyin mənfi ya müsbət cəhətləri,əyrisini-doğrusunu saf-çürük etməyi sevirəm..Yenə də nə isə.

Mövzudan uzaqlaşmayaq.

Movzumuz isə Təkcə Allah olsaydı və din olmasaydı?

Niyə müxtəlif dinlər yaranıb?

Allah hər şeyi biləndirsə bilə-bilə ki,yaratdığı dinlər sonunda bir-birini qıracaq,müxtəlif dinlər yaradıb.Öncədən niyə bilməyib ?

Çalışaq ,bu suallara cavab tapaq.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Onu deməyin ki,ilk öncəki dinlər İslam haqqında məlumat verib ..Onda gərək İslam gələrkən xristianlar,bütpərəstlər, yəhudilər Məhəmməd peyğəmbər gələn  kimi öz dinlərindən dönüb ,İslamı qəbul edəydilər.Tarixdə isə əksini görürük.Onlarla mübarizə ediblər..

Siz nece dini saf cürük etmisiz ki peygemberlerin ne teblig etdiyini bilmirsiz :)

Demeli, peygemberler hamisi islam teblig edib. Bes islam nedir? Islam Tövhid ile Allaha teslim olmaq, itaet ile boyun eymek, shirkden uzaq durmaq demekdir.

"Xristian", "yehudi" bunlar sonradan insanlar terefinden qondarma sözlerdir. Isa peygember özüne xristian demeyib ve bu kelmeni ishletmeyib ümumiyyetle.

Mehemmed peygember gelen kimi bir cox xristianlar, yehudiler islami qebul etdiler. Islam tarixini saf cürük etmemisiz?

Bu güne qeder islama gelen xristianlar yehudiler var. Bilmemish olmazsiz.

Link to comment
Share on other sites

Məncə problemin kökündə təhrif durur, istənilən icmada, istənilən dində.

Dinin yaranış forması ilə indiki forması kəskin fərqləndiyindən, onun indiki forması çoxlarını ondan çəkindirir. Təhrifi isə edən insanlardır, hər kəs özünə görə dini formalaşdırır, öz maraqlarını güdür, bu isə digərlərinin xoşuna gəlmir. Və araşdıranda da müxtəlif boşluqlara səbəb olur. Dinə olan inamsızlığın başlıca səbəbi onun bu günə salınmasıdır.

Digər suala cavab, Allahın varlığını nəzərə alaraq, dinin lazımlığı barədə. Din, Allahın buyurduqlarını izah etmək üçündür. Evə yeni bir texnika alanda, ondan istifadə qaydalarını bilmək üçün texniki kitabçasını oxuyuruq və sonra istifadə edirik. Əgər texnikanı alıb evə qoysaq, kitabçanı isə lazımsız bilib tullasaq, texnikadan istifadə edə bilməyəcəyik, ya da ki, xətalara yol verəcəyik. Dinin ideal, orijinal forması bunun üçün göndərilib məncə, indiki forması yox. Bir növ, Allaha olan inamın, sitayişin izahı, ədəb-ərkan qaydaları.

Link to comment
Share on other sites

Eledir ki var. Evvelki dinler chox tehrif olunub islamdan uzaqlashiblar. Islamin bezi cereyanlari shielik, sufilik ve s. de islami insanlara tehrif olunmush shekilde chatdirir.

İslamın nəinki bəzi, istənilən cərəyanı, əqidəsi islamı təhrif edir, gəlin bölgü aparmayaq, yoxsa mövzü əqidə davasına çevriləcək

Edited by Nightwatchman
Link to comment
Share on other sites

İslamın nəinki bəzi, istənilən cərəyanı, əqidəsi islamı təhrif edir, gəlin bölgü aparmayaq, yoxsa mövzü əqidə davasına çevriləcək

Demezdim istenilen cereyani. Sadece her cereyanin icinden tehrifci adamlar chixa bilir.
Link to comment
Share on other sites

  • 3 weeks later...

Allahin heç nəyə ehtiyacı yoxdu!..bizi sevgidən yaratdı!....məcbur etmədi!...yoxdan var etdisə bu ömür(və qazanacağımız təqdirdə o biri əbədi gözəl həyat) bizə ehsandır!...sonra isə hər iki dünyada xoşbəxt(huzurlu) olmağımız üçün düsturlar verməyə başladı!...Yer planetində elə bir qövm olmadı ki ora öz elçilərini göndərib bu düsturları bəyan etməsin!...insanlar hər elçinin gətirdiyi düsturları təhrif etməklə öz cəmiyyətlərində daxili və xarici ədaləti pozmaq yoluyla huzurdan məhrum oldular...çünki Allahın istədiyi qanunlar nəfsin ziddinə işləyir...son və mükəmməl olan sevgi dinini özündə əks etdirən  Quran-ın zahirinə xələl gəlmiyibsə də batini(mənaları) müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə və kifayət qədər təhrif olunub..odur ki,bu gün İslam əfsuslar olsun ki,terror dini kimi tanıtDIRILIB!

Əgər sonuncu dini yaradıb ən gözəli edəcəkdisə,niyə o biri dinləri yaratdı?  Əsas bu sualın cavabıdır.Buna cavab tapmaq lazımdır)   Cəhənnəm və cənnətin varlığına inanırsınızmı? İnanırsızmı ki,öləndən sonra o dünya-sərin meh əsən yam-yaşıl meşələrin kənarında ,vadilərdə  süd çaylarından içib,mer-meyvədən yeyib,hürlərlə əbədi ömür sürəcəksiz? Əgər buna ömür demək olarsa))) Təhrif olunmağa gəldiksə isə ,demək olar ki,hər kəs ,hər şeyi özünə  sərf edən cür təhrif edir.Quran istisna deyil.

Link to comment
Share on other sites

Bu mövzu mənim şəxsi inancımın müzakirəsi üçün açmamışam..Dəfələrlə demişəm dinə münsibətim fərqlidir.)İnansam belə ,inadığım bir şeyin mənfi ya müsbət cəhətləri,əyrisini-doğrusunu saf-çürük etməyi sevirəm..Yenə də nə isə.

Mövzudan uzaqlaşmayaq.

Movzumuz isə Təkcə Allah olsaydı və din olmasaydı?

Niyə müxtəlif dinlər yaranıb?

Allah hər şeyi biləndirsə bilə-bilə ki,yaratdığı dinlər sonunda bir-birini qıracaq,müxtəlif dinlər yaradıb.Öncədən niyə bilməyib ?

Çalışaq ,bu suallara cavab tapaq.

Əvvəlcədən cavabı verilmiş suallara adətən yazmamağa çalışıram.

Dinlər UCA ALLAH tərəfindən yaradılmayıb. UCA ALLAH tək olduğu kimi dində təkdir.Dində heçbir bölünmə yoxdur.

Siz öz düşüncənizlə Qurani-Kərimdə səhvliklər görə bilərsiniz. Bunu sizə düşündürən səhv tərcümə

 ola bilər. Yəni məcazi məna ilə hərfi mənanı qarışdıran tərcüməçinin etdiyi səhvlər və ya qəsidli olaraq istədiyi bir fikri sizə çatdırmaq istədiyi kimi çatdırması.Ərəb sözləri çoxmənalı sözlər olduğundan kim nə məna mənafeinə uyğundursa elə tərcümə edir. Anlamaq üçün bir tərcümə ilə kifayətlənmək lazım deyil.

UCA ALLAHın insanlara ehtiyacı yoxdur. İbadət əslində insanın özünə lazımdır.

Əgər cənnət və cəhənnəmə inanmırsınızsa biraz düşünməyə dəyər:

-Alimlərin təcrübələrinə görə insan öləndə bədən çəkisi (səhv etmirəmsə) 21 qram yüngülləşir. İnsanın bədənini tərk edən bu varlıq nədir sizcə? İnsan öləndə odamı ölür? Bəs əgər o, ölmürsə yaşayırsa onda necə?

-Sizə heç maraqlı gəlməyibmi kliniki ölüm keçirən insanların bəzilərində nədən 6cı hisslər və ya ölmüş dilləri bilmək qabiliyyəti üzə çıxır?

Əslində insan bu dünyada olduğu zaman o, bədənindən çıxan varlığı tərbiyə etməlidir. Düşünürəm ki, elə bu tərbiyə üçün isə insana UCA ALLAHın dini göndərilib. Araşdırsanız görərsiniz ki, bütün dinlər sadəcə və sadəcə insanın o, bədəndən çıxan varlığını bu düynada tərbiyə etmək üçün gəldiyinin açıqca bəyanıdır. 

Bildiyimə görə Qurani-Kərimdə olan hərflər əslində keçmişdə rəqəmlər kimi istifadə olunub və müqəddəs kitabda heç bir təhrif yoxdur çünki kitabın özünü qorumaq xüsusiyyəti var. Buda rəqəmlərdən ibarətdir ki, 1 hərfi dəyişmək kitabın qorumasına ziddir.

Əgər din olmasaydı, insanlar özlərini tərbiyə etmək fəlsəfəsindən uzaqda heyvandan fərqsiz yaşayardı. 6cı hisslərimizi bizə bəxş edən RƏBBİMİZ çox UCADIR.

Dini bilmək siqaret çəkməyin ziyanlarını bilməyə bənzəyir.Amma təkcə bilmək işə yaramır əməl etməkdə lazımdır. Əgər əlimizdə olan səbəblərdən özümüzü saxlaya bilmirksə öz acizliyimizi dinə kölgə göstərmək doğru olmaz.Bir anlıq sakitlik duyğusu, yediyiniz yemək, içdiyiniz su, səmanı seyr etmək sizi rahatlatmırsa deməli siz dinə möhtacsınız.

Nəzərə alsaq ki, suyun içində olan zərrələr belə hər şeyi başa düşür, bu bədənimizi mənfi enerjidən boşaltmaq üçün UCA ALLAHIN dininə ehtiyacımız var.

Bu gün amerikalılar dolların üzərinə BİZ ALLAHA TƏVƏKKÜL edirik yazıb insan öldürürsə bu o, demək deyil ki, ALLAH insanların bir-birlərini öldürməsini istəyir. amerikalı şeytana ibadət edənlər insanlığın məhvi üçün əlindən gələni etməyə çalışır və bunuda bacarır.

Link to comment
Share on other sites

  • 2 weeks later...

mən özüm dinlərdən və diniyyətdən uzaq biri olsam da bu sözü deməyə məcburam ki, dinlər olmasaydı, biz bəlkə də hal-hazırki günü görməyəcəkdik. insanlar dünyanı yiyib-yiyib bitirərdilər, vəhşilik baş alıb elə bir həddə gələrdi ki, insanlar ən vəhşi insana pərəstiş edərdilər hətta))

Link to comment
Share on other sites

Hitler , Lenin , Stalin də müsəlman idi , onlar elə qati dindar oldularki dünya savaşi başlatdilar. :gizildish: Məsələn , İspaniya Vətəndaş müharibəsi , ÇinYapon müharibəsi , Münhen sazişi və Çexslovakyanın bölünməsi Versay rejimi və Adolf Hitlerin yüksəlişi , Britaniya müharibəsi , Qərbdəki Dəniz müharibələri , Lumberjack hərəkatı , Stalinqrad müharibəsi Balkan Cəbhəsi o birsi bu birsi hamsi İslam ölkəsidi , müharibəyə başlayanlar da dini yolla gedən xalis güclü müsəlman ölkələrinəən olan müsəlmanlardi.  :jidd: 

Link to comment
Share on other sites

Din olmaya bilməzdi, ən azından anlaşılmayan sirrləri nə iləsə izah edəcək, qorxulardan insanı azad edəcək biri olmasa belə onun yaranması labüd idi. Amma zaman keçdikcə, insanlar arasında qeyri-bərabərlik yarandıqda, bəzi ən hiyləgər fırıldaqcılar dinin necə bir imkanlara malik oldugunu anladılar və başladılar dindən özlərinə sərf edən səmtdə istifadəyə. Beləliklədə insanları sürü kimi idarəetmə alətinə cevrilən avraamik dinlər meydana gəldi. Amma ən acınacaqlısı budur ki, indi 21-ci əsrdə artıq bir çox sirrlərin, qorxuların izah olunduğu bir zamanda belə bu sürü düşüncəsi yapışqan kimi insanlardan əl cəkmir.

Bir misal:

İndicə feysdə bir hakimin ədalətsizliyindən bəhs edən məqalə və şəkil gördüm. Hakimin əməllərindən çox, altındakı statusları oxuyanda adam bilmir ağlasın ya gülsün. Hamı qarğış edir və allahın onu cəzalandıracağını və bir gün nə bilim onun özünün allah məhkəməsi qarşısında cavab verəcəyi ilə təskinlik tapirlar. Əgər bu qədər kədərli olmasaydı yəqin ki gülünç olardı. Dinin insanları necə itaəkar və qoyun sürüsü kimi sakitcə idarə olunmasında bir alət olmasına gözəl bir dəlildir. 

P.s Məncə yəqin ki qoyunların başını kəsəndə onlarda bizi allahın cəzalandiracağını məlyə-mələyə deyirlər, Yada onlarında öz allahı var və başı kəsilən qoyunların birbaşa cənnətə gedəcəyidə onların kitabında yazılıb.

Dostum DVB-s2 yazdığın fikirlərə öz tənqidimi bildirmək istəyirəm...)..(İnciməzsən yəqinki)

Hakim ədalətsizlik eliyib, inanclılar onun Allah tərəfindən cəzalanacağı ilə təskinlik tapırlar...Bu hansı ölkədə baş verib? Əgər konistitusiyası  dünyəvi qanunlarla işləyən ölkədə baş veribsə  dindar insan neynəməlidir?Vahabi belelrini öldürəndə onda deyirsiniz ki, vəhşidir...Öz  emosianal duyğularını(inancdan doğan) ifadə edən inanclı insanlarıda təskinlik tapan qoyunlar hesab edirsiniz...Bəs ateist insanın duyğuları nədir bu vəziyyətə?Və bu duyğulardan doğan fəaliyyəti nədir? İnanclıları lağ eləmək? Yoxsa məntiqlə düşünmək ki, hakimdi əlində imkan,nüfuz var öz mənafeyi üçün çalışır...Mənə nə düşüb ki, onunla mübarizə aparıb özümə diskomfort yaradım...(Heç olmasa inanclı insanlar öz duyğularını ifadə edərək belə ədalətsiz insanlara qarşı gənc nəsillərin şüuraltısında ikrah hissi yaradırlar)

Və sonrakı fikirlərinə münasibətim...Din yalnız xarici aləmi izah edən vasitə deyil...İnsanın daxili aləmində(mənəvi aləmində) baş verən prosesləridə izah edir...21-ci əsrdə illərnən təcrübəsi olan həkimdə xəstəni sagalda bilməyəndə öz dini duyğusunu ifadə etməkdən çəkinmir...Mən bildiyimi elədim qalanı Allahın əlindədir...(Maraqlıdır 21-ci əsrdə bu qədər sirləri bilən savadlı həkimin dini duyğuya ehtiyac duyması)

İndi keçək qoyun məsələsinə...Bu barədə ateistlərin məntiqini anlaya bilmirəm...Əvvəla bunu o adam deməlidir ki, ümumiyyətlə o gərək heç bir canlı ilə qidalanmasın...(bu isə mümkün olası bir şey deyil)İnsanlar qoyunların bəsləyir və çoxaldır...Qurban bayramında kəsilən qoyunlar imkansızlara paylanır...Və qoyunların nəslidə kəsilmir... Nəticə etibarı ilə heç olmasa imkansızlar havayı ət yeyir həmin bayramda...Ateistə isə yenədə lağ eləmək qalır...

İnciyərəm oyana da keçərəm.)) Çalışacam hamısına cavab verim.

Dindar insan elə belədə eləməlidir. Ən yaxşı halda qarğış etməli, pis halda isə bunları onun üçün göndərilən imtahan hesab edərək cənnətdəki hurilərin eşqi ilə müti olmalıdır. Sən özün bunu deyirsən. Buda sənin ücün dinin insanları kütləvi tdarəetmə aparatı olmasına sübut. Vəhabilərə qalanda isə onların birinci düşməni onlar kimi düşünməyən dindarlardır. İndiyədək hansısa bir vəhabinin ədalət uğrunda vuruşduğunu görmüsən? Onun ücün saqqalın uzunluğu və ya şalvarın balağı daha vacibdir nəinki kiminsə günahsız həbsdə yatması. 

Ateistlərin hamısının yerinə deyə bilmərəm, amma hər halda mənim üçün əsl diskomfort belə hakimlərin olması və onlarin cəzalanmaması, günahsız insanların həbsdə olmasıdır. Və bundan doğan fəaliyyətidə bu cür hallarla barışmamaq imkanı daxilində mübarizə aparmaqdır. 

Daxili aləmdəki proseslərə kecək. Bizim hörmətli şeyximiz A. Paşazadə indiyə qədər vicdan azadlığı nədir bilmir.)) Amma yəqin ki quranı əzbər bilir. İnsan öz daxili aləmini anlamaq üçün birinci gərək doqmalardan azad olsun. Hər insanın daxili aləmi bir dünyadır, onun izahını heç bir kitabdan tapa bilməzsən. Ancaq daxilən tam azad insan özünü dərk edə bilər. (beləsi varmı) 

Həkimlər arasında ateistlər ola bilməz? Onlar da bildiyin edər, amma sonra xəstənin aqibətinin allaha bağlı oldugunu nə fikirləşməz, nə də deməz. Əgər əlindən gələni həkim etmişsə özünü günahlandirmayacaq. Əgər etməyibsə əlbəttə bunun vicdan əzabln cəkəcək. Amma ümidini allaha bağlayıb kicik səhvləri olsa belə onun düzəldəcəyinə inanan həkimin bu barədə öz hökmü var: Hər şey allahin əlindədir, öldüsə deməli allahın əmri belə imiş. Yaxşı sığortadır.

Qoyunlara gələndə mən onları mütiliyə bir nümunə kimi gətirmişdim, olmasin qoyun olsun dana ))

Link to comment
Share on other sites

 Və qoyunların nəslidə kəsilmir... 

Doğurdan da belədir.) Ən çox artan heyvanlar qoyunlardi , sürü halinda. Onlar kəsilməsə dünyani qoyunlar zəbt edər. 

Link to comment
Share on other sites

Din olmasa nə olardı?

1. Allah var və din yoxdur ssenarisi: Dünyanı yaradan qüvvə mırta yaradıb və heç bir məqsədi yoxdur, hikmətsiz yaradıb. Çox ehtimal ki, ölümdən sonra cəza və mükafat da olmazdı, çünki din yox idi və insanlar heç nə bilmirdilər. Axirətsiz, 80-90 il yaşamaq üçün idisə bu həngamə, yaradılış mənasız olardı. Dünyanı yaradan varsa, O mütləq şüurludur və yaratdıqlarından daha üstündür, məqsədsiz iş görməz.

2. Allah yoxdur və din yoxdur. Milyardlarla qalaktikanın içində milyardlarla ulduzdan birinin ətrafında bir planet hərlənir və orada nətərsə bəxtimiz gətirir və proseslər elə gedir ki, həyat yaranır, özü-özünü tənzimləyir, bütün təhlükələrdən sovuşa bilir və insan kimi şüurlu varlıq təkamül edir. İndi bu ağıllanmış primatlar inkişaf edir, qurub-yaradır, içlərindən bir dəlisi çıxıb deyir ki: Ala voobşe bu bizim nəyimizə lazımdı? Niyə mən uşaq doğmalıyam? Niyə qurub yaratmalıyam? Vicdan? O ki nisbidi? Mən istəyirəm dünyanı partladıb hamını bu iztirabdan birdəfəlik xilas edəm. Mənim də vicdanım deyir ki, uşaqdan icazə almamış onu dünyaya gətirmək cinayətdir. Ələlxüsus primatlar insanlar 100 milyardı keçib, homoseksuallığı yayıb azaltmaq lazımdı. Vicdanım deyir ki, başqalarının da vicdanına qulaq asmaq lazımdı. O biri primat da deyir ki, bu primat insanları qırmaq istəyir, öldürün bunu. Onsuz da əvvəl axır öləcəkdi, ha indi öldürdünüz, ha sonra, ölüb torpaq olacaq. Vicdanlar iki yerə bölünür: Biri deyir heç kim onun yaşamaq hüququnu ala bilməz, o biri deyir voobşe o hüququ biz çıxartmamışıq? Biz də pozuruq. Başqa bir dəstə deyir ki, bu dəli də olsa düz deyir, niyə yaşayırı

Link to comment
Share on other sites

2. Allah yoxdur və din yoxdur. Milyardlarla qalaktikanın içində milyardlarla ulduzdan birinin ətrafında bir planet hərlənir və orada nətərsə bəxtimiz gətirir və proseslər elə gedir ki, həyat yaranır, özü-özünü tənzimləyir, bütün təhlükələrdən sovuşa bilir və insan kimi şüurlu varlıq təkamül edir. İndi bu ağıllanmış primatlar inkişaf edir, qurub-yaradır, içlərindən bir dəlisi çıxıb deyir ki: Ala voobşe bu bizim nəyimizə lazımdı? Niyə mən uşaq doğmalıyam? Niyə qurub yaratmalıyam? Vicdan? O ki nisbidi? Mən istəyirəm dünyanı partladıb hamını bu iztirabdan birdəfəlik xilas edəm. Mənim də vicdanım deyir ki, uşaqdan icazə almamış onu dünyaya gətirmək cinayətdir. Ələlxüsus primatlar insanlar 100 milyardı keçib, homoseksuallığı yayıb azaltmaq lazımdı. Vicdanım deyir ki, başqalarının da vicdanına qulaq asmaq lazımdı. O biri primat da deyir ki, bu primat insanları qırmaq istəyir, öldürün bunu. Onsuz da əvvəl axır öləcəkdi, ha indi öldürdünüz, ha sonra, ölüb torpaq olacaq. Vicdanlar iki yerə bölünür: Biri deyir heç kim onun yaşamaq hüququnu ala bilməz, o biri deyir voobşe o hüququ biz çıxartmamışıq? Biz də pozuruq. Başqa bir dəstə deyir ki, bu dəli də olsa düz deyir, niyə yaşayırıq ümumiyyətlə? Ana Təbiətdən nümunə götürüb yaşayaq, əqrəb ac olanda balasını yeyir, heyvanlarda insest əlaqə normal haldır, hansı primat özündən çıxardıb ki bunlar pis şeydi? Hər şey təbii olmalıdı. Doğulandan paltarsız doğulmuşuqsa, vicdan deyir ki, kiminsə azadlığını məhdudlaşdırıb ona alt paltarı geydirə bilməzsən. Və beləliklə 100 milyard primat, 100 milyard vicdan və hərənin özünə görə çıxartdığı müqəddəs qanunlar. Təbii ki, çoxluğun dediyi qanun sayılacaq, daha doğru olan yox. Monteskyö "Qanunların ruhu" kitabında yazırdı: "Elə bir qanun yazan yoxdur ki, orada öz şəxsi mənafeyini nəzərdə tutmasın." Din olmasa: Məqsədsiz, nisbi vicdanlı, güclülərin və çoxluğun yazdığı qanunlarla məhv olmuş bir sivilizasiya. Düzü din olmayandan sonra fərq eləmir, məhv olmasa guya nə olacaqdı ki? Onsuz da hamımız ölüb torpaq olacağıq.

Link to comment
Share on other sites

Həyatın qanunu elədir ki, Təyinatı üzrə istifadə olunmayan istənilən mahiyyət öz funksiyasını itirir. Dinin məqsədini və mahiyyətini araşdırıb müəyyən etməyənədək, bu cür disfunksiya davam edəcək.

Link to comment
Share on other sites

DVB-S2  söhbətimizin davamı...)

Ümumiyyətlə sağlam düşüncəli  (əqidəsindən aslı olmayaraq) insan  ədalətsizliklə rastlaşanda  ədaləti bərpa eləməyə çalışmalıdır...Əgər ədalətsizlik bir başa onun şəxsiyyətinə yönəlibsə bu artıq qürur məsələsidir...Yəni qorxaqlığı qürura sıgışdırmaq ağciyərlikdir,laqeyidlikdir...(Ağciyərlik ,laqeyidlikisə xəstəlikdir...rəzil sifətlərdəndir)

Bir məqamda səninlə razılaşıram ki, əgər dindar insan ədalətsizliklə rastlaşır və bu ədalətsizliklə mübarizə aparmaq onun imkanları çərçivəsindədirsə , ədaləti bərpa eləmək əvəzinə ,əşşi onsuzda Allah onun cəzasını verəcək deyib heçnə eləmirsə,bu ən böyük rəzalətdir...Belə dırnaqarası dindarların davranışı ilə dinə qiymət vermək düzgün deyil...Misal üçün İslam dini insanları şücaətli olmaga dəvət edir...Yəni islamda ədaləti bərpa eləmək üçün  deyilir...Cana-can,qana-qan,malada-mal...Bir damcı artıqda olsa həddinizi aşmayın...Ədaləti pozan insan günahını sidq ürəkdən başa düşüb sizdən bağışlanmağını istəyirsə,bagışlayın...(misal üçün yaxınınızı öldürüb,amma sonra həqiqətəndə peşman olur və sizdən bağışlanmağını istəyir və əvəzinə qan kəffarəsini ödəməklə və .s...Bağışlayıb bağışlamamaq isə sənin haqqındır...Allah bağışlayanları daha çox sevir)

Yəni dində Allah insanı şəxsiyyət olmaga dəvət edir...Elə bir şəxsiyyət ki, qəzəbində -şücaət, şəhvətində-iffət,ağlında-hikmət,davranışında,əməlində isə ədalət  olsun...

Link to comment
Share on other sites

Allaha inanib dinlərə inanmamaq böyük ziddiyyət təşkil edir , ateistlərin mövqesi onlarin düşüncəsindən daha da tutarli olur , ən azindan inandiqlari heç bir şey yoxdur. Ən gülməlisi də dara düşəndə Allahi çağirmalari olur. ) Demək ki məsuliyyətdən qaçirlar.Həm də beyində yaradilmiş inanc duyğusu varsa inanmasi lazim olan bir şeylər də var. Elələrinin inancina kor koranə inanc adlandirmaq olar. Əgər tanrının varlığına bütün səmimiyyətləriylə inanırlarsa, o tanrının mükəmməlliyinə  də inanmalidirlar. Deməli belə çixirki    o insan Allaha da inanmır , çünki hansı din olursa olsun yaxşılığı, gözəlliyi, insanin meydana gəlişinin və Allaha qarşı vəzifələrinin nə olduğu ilə əlaqədar bütün məlumatları verir , elə isə bu da Allaha inandığını söyləyib dinə inanmadığını söyləyən birinin əslində Allaha da inanmadığını göstərir .

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
      • 116 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Facepalm
        • Confused
        • Haha
      • 29 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Milli
      • 15 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 19 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 52 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 118 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...