Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Apteklərdə Dərman Tapılmır


Kenul2012

Recommended Posts

Apteklərdə dərman tapılmır
38069.jpg
Bazarda böyük qıtlıq hökm sürür, alan da, satan da narazıdır
Dərmanların qiymətinin dəyişdirilməsi prosesi ləng aparılır

 

Elan edildiyi kimi 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minib. Tarif Şurasının (TŞ) qərarına əsasən, həmin tarixdən etibarən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər. Xatırladaq ki, Prezidentin tapşırığına uyğun Tarif Şurasının dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinə bir müddət əvvəl start verilib. TŞ-nin iyulun 30-da keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilmiş, avqustun 25-də olan iclasda isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilmişdi. Elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə, həmin tərkib üzrə dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb. Bununla da dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin mövcud qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib. 
 
Bizimyol.info portalının əməkdaşı bu sahədə faktiki vəziyyəti araşdırıb. Prosesə 1 ay 20 gün əvvəl start verilsə də, bazarı müşahidə etdiyimizdə sahibkarların hazırlıqsız olduqları görünür. Qərarlar arasında intervalı nəzərə alıb apteklərdə əsasən iyulun 30-da qiyməti müəyyənləşən dərmanları soruşdum. Birinci aptekdə məndən əvvəl iki nəfər dərman soruşdu, əczaçı xanım kompüterə baxıb həmin preparatların hazırda olmadığını söylədi. Yanımdakı xanım əlindəki reseptlərdə olan dərmanlarla maraqlandı, qiymətləri əvvəlki kimi idi. Məsələn, Akmioma kapsulları 49 manat, Progest 200-ün qiyməti 22 manat, Yarina tabletləri 12.30 manat, Janin 15.20 manat, Duphaston 10.70 manat, yenə adını oxuya bilmədiyim dərmanlardan biri 22 manat idi. Amma hazırda heç biri satışda yoxdu. Əczaçı xanım bildirdi ki, genekoloji dərmanların qiymətində dəyişiklik baş verməyib, çünki tənzimlənən dərmanlar siyahısında onların adı yoxdur. Siyahıda əsasən antibiotiklər, ürək dərmanları və təzyiqə qarşı dərmanlardır ki, camaat da əsasən həmin preparatları soruşur. Siyahı ilə tanış olub-olmadığı ilə maraqlandım, dedi ki, görüb və qiyməti uzlaşanlar arasında populyar dərmanlar da var, az-az istifadə olunanlar da. Əvvəlki qiyməti 86 manat, hazırkı qiyməti 41.86 manat müəyyənləşən Selekasinlə maraqlandım, aptekdə yoxdu. Halbuki yeni qiyməti çoxdan üzərinə vurulmalı və indi satışda olmalı idi, TŞ-nin ilk qərarında bu dərmanın adı vardı. Amifarın əvvəlki qiyməti 27.10 manata qədərdi, yeni qiymətdə 21.28 manat olacaq. Lakin soruşdum, o da yoxdu. Karvent tabletlərinin (köhnə qiyməti 30.10 manat idi, yeni qiymət 6.10 manat müəyyənləşdirilib) ucuzlaşdığını deyən əczaçı onların da hələ "gəlib çıxmadığı"nı bildirdi. Aptekdə dərmanlar azdı, daha çox istifadə olunan uşaq bezləri, şampunlar, kremlər və s. idi, qiyməti tənzimlənənlərdən biri də yoxdu. Mən əsasən ilk siyahıdakı dərmanları soruşurdum, fikrimcə onlar barədə qərar çoxdan çıxdığından indi apteklərdə olmalı idi. Amma sahibkarlar iş görmək əvəzinə 2 aya yaxın gözləmə mövqeyində olublar. Dərman preparatları üçün gələnlərin çoxu əliboş qayıdırdı. Əczaçının sözlərinə görə, dərman deposundan əksər preparatları geri götürüblər, yeni qiymətlərlə hələ geri qaytarılmayıb. Başqa dərmanlar da buraxılmır. Belə görünürdü ki, təkcə qiyməti tənzimlənən deyil, tənzimlənməyən dərmanları da depodan aparmışdılar. Satıcı xanım dedi ki, dərmanın qiymətindəki ucuzlaşma şəxsən onun işində problem yaratmayıb, amma əsəblərinə toxunur. Çünki insanlara "dərman yoxdur", deməkdən, suallarına cavab verməkdən yorulub: "Bütün günü eyni şeyləri soruşurlar, neynəyək, yoxdur da. Bizim üstümüzə düşməkdənsə depoya getsinlər". Soruşdum "qiymətlərin ucuz olması keyfiyyətə təsir edə bilər?" "Bura Azərbaycandır, hər şey ola bilər", dedi. Əczaçının əsəbləri həqiqətən də gərilmişdi, mənim də suallarıma tab gətirmədi.
 
Başqa bir aptekə girdim, burada 3 nəfər növbədə durub, əczaçı xanımın uzun-uzadı kompüterə baxmağını müşahidə edirdi. Yaşlı kişinin reseptindəki siyahıda olanlardan yalnız sonuncusu satışda vardı. Aptekçi dedi ki, depo hamısını yığıb, yeni qiymətlə də hələ gəlməyib. Dayı şikayətləndi ki, dərmanları bir yerdən tapmaq olmur, neçə gündür gəzmədiyi aptek qalmayıb, hərəsini birindən "yığır". O, qiymətin dəyişmədiyini də müşahidə etmədiyini dedi: "neçə gündür dərman alıram, hələ ucuzlaşma söhbəti yoxdur, hansını soruşuram, o dərmanların hələ qiymətinin düşmədiyini deyirlər". Dayının yenə bəxti gətirmişdi, dərmanlardan heç olmasa birini də olsa tapa bilmişdi, cavan oğlan və bir xanım apteki əliboş tərk elədi. Bir xanım da gəlib ürəkbulanmaya qarşı dərman istədi, əczaçı qiyməti 20.80 manat olan alternativi Aminolu təklif etsə də almadı. Əczaçı elə hey kompüterdə axtarış verir, amma dərman-filan tapa bilmirdi. Replika atdım ki, yəqin camaatın əliboş qayıtmağı sizin də işinizə zərərdir. Güldü, "dükan sahibini bilmirəm, amma mənim işimə heç bir zərəri yoxdur, əksinə, sevinirəm ki, qiymətlər ucuzlaşır, camaat yazıqdır axı, bahalı dərmanlar almaqdan canları qurtarır", dedi. İlk siyahıda olanlardan Proneyro (köhnə qiyməti 50-60 manat, təzə qiyməti 8-16 manat) ampulalarını soruşdum, hələlik gətirilməmişdi. Dedi ki, adı siyahıda olanlar hələ tam gəlməyib, burada olan dərmanların isə çoxu siyahıda olmayanlardır. Camaatı əliboş qayıdır, ən çox da soyuqdəymə və qripə qarşı dərmanlar soruşurlar. Bu aptekdə yeni qiymətlərlə olan bəzi dərmanlar vardı, onlardan bəzilərini göstərdi: "Pulmoksolu 5.50 manata satırdıq, indi 3.42 manat olub. Ya da Esculonun qiyməti 20 manatdan artıq idi, indi 3-4 manata düşüb. Klariks 22 manat idi, indi iki dəfə ucuzlaşıb. Camaat nədənsə bu qiymət endiriminə şübhə ilə yanaşır. Dünən biri gəlib, əvvəl 7-8 manata aldığı dərman indi 1.20 manata düşüb, "saxtadır", deyib almır. Başqa vaxt "bahadır", deyib özlərini "öldürürlər", indi ucuz olanda da şübhələnirlər. Qərardan sonra satış zəif idi, ayın 15-dən sonra dərmanlar yavaş-yavaş gətirilir.Bu gün depodan heç nə sifariş edə bilməmişik, kompüterləri xarab olub. Bayaqdan bəlkə yüz dəfə zəng eləmişəm, telefonları götürmürlər, sifariş də növbədir". 
Bayaqdan bir qadın yanımda dayanıb, gözünü əczaçıya zilləmişdi. Ara sakitləşəndə aptekçini sorğu-suala tutmağa başladı ki, "bəs bizim dərman sizdə yoxdur, sifarişini verməmisiniz, niyə mənim dərmanımın yerinə başqasınınkını satırsınız". Dərman firmasından gəlmişdi. Bir xeyli əsib-coşdu, sonda da əczaçıya "mənim Lorspray-imin yerinə Lorstop verməyin", deyib getdi. Görün a, həyatımız firmalarda dərman satanların və əczaçıların əlindədir, bizim hansı dərmanı almalı olduğumuzu onlar müəyyənləşdirirlər. Əczaçı onunla konfliktə getmədi, sərt davranışının əksinə dərmanının adını qeyd elədi. O gedəndən sonra da şikayətləndi ki, "Onun dərmanı olmayanda götürüb başqasını verirəm, sənin dərmanın nəyimə lazımdır ki, mənim alverim getsin, indi durub sənin dərmanını fikirləşəcəm? Həmişə belədir, gəlib dərmanlarını satdırmaq üçün mənimlə, müdirlə dava edib, gedir, sonra yenə nə üzlə gəlir, bilmirəm".
 
Növbəti aptekdə də tənzimlənən qiymət siyahısında adları olan dərmanlarla maraqlandım. Vaskorel (əvvəlki qiyməti 12.50 manat, hazırkı 2.82 manat) tabletlərini soruşdum, dedi var və 2.82 qəpikdir. Amvastan tabletləri 21.10 manatdan endirilib, 3.60 manata satılması qərarlaşdırılsa da 40 mq-lıq 14 manata idi. Görünür siyahıda olanların hamısının ucdantutma qiymətləri dəyişdirilmir. Aptekdə soruşduqlarımdan elə yalnız bu dərmanlar vardı. Selekasin, Proneyro, Amlotop və s. yoxdu. Yaşlı bir kişi Diprosalit mazı soruşdu, yoxdu. Şikayətləndi ki, "həmişə olurdu, indi qəhətə çəkilib". 
Dördüncü aptekə də girdim. Kassanın önündə dayanan cavan qız zoba qarşı dərmanlar reseptini əczaçıya uzatdı, məlum oldu ki, onun da çoxu yoxdur, olanlar isə xeyli pul tutdu. Burada da qiyməti tənzimlən dərmanlar tək-tük idi. Məsələn, Karvent tabletlərinin qiyməti əvvəldən elan olunduğu kimi 6.10 manata düşüb, halbuki bir neçə gün əvvələ qədər 22.65-30.10 manata satılırdı. İndi 5 dəfə ucuzlaşıb. Digər soruşduqlarım yoxdu. Bir qadın Yarina ilə maraqlandı, satışda olmadığını dedilər. Bu, TŞ-nin siyahısında olmasa da başqa dərmanlar kimi o da qəhətə çəkilib. Qiyməti tənzimlənməyən Akmioma kapsulları isə 46.90 manatdır. Apteklərdə xeyli bahalı və çox tələbat olan dərmanlar da çoxdur. TŞ-dən bildirilib ki, bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.
 
Beşinci aptekdə də vəziyyət fərqli deyildi, bəzi dərmanlar vardı, əksəriyyəti isə yox. Eskolan-Sanovel TŞ-nin qərarına görə 6.46 manata satılmalıdır, yeni qiymətlər tətbiq olunana qədər 40.20 manat idi. Başqa sözlə, əhali onu bir neçə gün əvvələ qədər 6.22 dəfə baha alırdı, hazırda 10 mq üçün yeni qiymət TŞ-nin müəyyən etdiyidir. ABŞ istehsalı Liprimar tabletlərinin 31.05 manatdan 3.11 manata enəcəyi bildirilirdi, yəni 10 dəfə ucuz satılacaqdı. İstehsalçı ölkələrə və qablaşdırma miqdarına görə də qiymət fərqi var. Məsələn, Liprimarın ən ucuzu 20 mq-lıq tabletlər ABŞ-dan gətirilir, ən bahalısı isə Almaniyadan ixrac olunur - 40 mq-lıq 39.80 manat idi. O da tənzimlənən qiymətlə 19.51 manat olacaq. 80 mq-lıqlar 43.20 manatdır, yeni qiymətlə 34.21 manat nəzərdə tutulub. Amma realda bu dərman 14.60 manatdan başlayır, ta 34 manata qədər. Elan olunduğu kimi 3 manatlıq yoxdur. Karventin qiyməti 6.12 manata enib. Burada Amvastan yoxdu. Qiyməti ucuzlaşdırılan dərmanlar arasında elələri vardı ki, adı heç əczaçılara da bəlli deyildi. Məsələn, Amlotop kimi. Aptekdə işləyənlərin əsəbləri onsuz da gərgindi, əlbəttə mən 1056 dərmanın hamısını sadalaya bilməzdim ki, görüm onların hansı populyardır, hansı az işlənən, hansını da heç kim tanımır. Əczaçı dedi ki, depodan qiyməti dəyişən bütün dərmanları yığışdırıb, hər gün 10 dərmanın yeni qiymətini vurub verirlər. Siyahıda olan dərmanların sayına baxılsa, belə davam etdiyi təqdirdə proses ilin sonuna ancaq başa çatar. Dərman qıtlığına bir az dözməli olacağıq. 
 

http://www.bizimyol.info/news/61340.html

 

Link to comment
Share on other sites

analoquolmayan derman islahati

Heç bilinmir analoqluqdur,ya nədir.Qaynatam şəkərli diabet və ürək xəstəsidir.Dərmanları qurtarıb, şəhərin bütün apteklərini gəzirlər ,dərmanlarını tapa bilməyiblər.Sonra qohumun aptekinə zəng ediblər,dərmanları yollayıb.

 

Tanış aptek müdiri olmayan xəstələr nə etsin? Elə çıxır ki,dərman yoxdur deyə yıxılıb ölməlidir?

 

Sığorta ilə işləyən apteklər deyir anbarımız boşdur.Dərmanla bağlı qıtlıq yaşayırıq.Nə edirlər,bilən yoxdur.Hələ ki,heç bir dərmanın qiymətində ucuzlaşma müşahidə etməmişəm.

Link to comment
Share on other sites

Heç bilinmir analoqluqdur,ya nədir.Qaynatam şəkərli diabet və ürək xəstəsidir.Dərmanları qurtarıb, şəhərin bütün apteklərini gəzirlər ,dərmanlarını tapa bilməyiblər.Sonra qohumun aptekinə zəng ediblər,dərmanları yollayıb.

Tanış aptek müdiri olmayan xəstələr nə etsin? Elə çıxır ki,dərman yoxdur deyə yıxılıb ölməlidir?

Sığorta ilə işləyən apteklər deyir anbarımız boşdur.Dərmanla bağlı qıtlıq yaşayırıq.Nə edirlər,bilən yoxdur.Hələ ki,heç bir dərmanın qiymətində ucuzlaşma müşahidə etməmişəm.

Bedbext millet bir suru axmaq tulanin elibde aciz qalib
Link to comment
Share on other sites

Tanış həkimin dediyinə görə dərmanların qiymətini salmaq əvəzinə həmin dərmanın daha keyfiyyətsiz olanından biraz ucuz satırlar. Yəni dərman mafiyasının gəliri stabil olaraq qalır, bəlkə də artıb. Əvvəl baha da olsa nisbətən keyfiyyətli dərman almaq olurdu, indi onu da tapmayacağıq.

Link to comment
Share on other sites

Mən də rast gəlmişəm bu qıtlığa. bir çox dərmanlar var ki, apteklərə buraxmırlar. Nə isə burda da çalışırlar biznesi bir ələ alsınlar, inşallah işləri düzələndən sonra dərman çatışmamazlığından ölməyənlər üçün dərman tapılar.Amma qutuların üzərinə qiymətlər vurulub. Xeyli ucuzlaşma var. Balıq yağını soruşdum, balıq yağı bir az bahalı dərmanlar sırasına düşdüyündən yə nədənsə bu ucuzlaşmadan yan keçib. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Milli
        • Downvote
        • Thanks
        • Like
      • 171 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
      • 28 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Facepalm
      • 18 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Like
      • 74 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Sad
      • 40 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Upvote
      • 45 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...