Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Cəbhə bölgəsində

Recommended Posts

11 minutes ago, bad boy said:

cox maragli megamlar var.

1.niye Russiya susr?

2.kecen il prezident ABS gedende eyni bir atishma oldu , amma 2 gun.

3. 100 faiz bu hamisi planlashdirilmish bir sheydi.

Rusun susmağı sərf edir bizə, həm də siyasətə qarışmasaq yaxşıdı )

Link to comment
Share on other sites

5 минут назад, azda сказал:

Başqa saytdan kopi etsəm də sevindirici yazidir . Bu yazilari oxumayanlar üçün )

12928187_196523650732724_1706274781519263797_n.jpg

sevindiricidi

amma men inanmiram 500 oluye.

amma Russiyanin gomek edeceyine shuphem yoxdu..

  • Upvote 1
Link to comment
Share on other sites

Только что, bad boy сказал:

sevindiricidi

amma men inanmiram 500 oluye.

amma Russiyanin gomek edeceyine shuphem yoxdu..

Yalandirsa doğru olsun.)

Saytlarda  torpaqlari qaytara bilsək  presidentimizin Rusiyaya pul ved edeceyinden xəbər verir . Rusiyaya indi pul hamidan çox lazimdi . (:

Ölkə camaati əsgərlərimizə güclü ərzaq köməyi yardimi edir , hər birinə Allah kömək olsun !

  • Upvote 3
Link to comment
Share on other sites

Müdafiə Nazirliyi bildirir ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.  Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Link to comment
Share on other sites

10 minutes ago, bad boy said:

nu ponatno cto, politika.. 

maaa ele gelir ki ermenistanin prezidenti Putini bezdirib.. 

koroce o da deyib ki bize pokajite im gde raki zimuyut

Biz bu siyasətdən bir az uzaq olsaq yaxşıdır, həm də siyasətin iç üzünü heç vaxt görmürük - görməsək yaxşıdır. Amma buna baxmayaraq küləyi dəyir bizə. 

P.S. Urusca yazma, cəzalana bilərsən )

Link to comment
Share on other sites

Təəssüf ki belə həvəslə başlanmışkən belə tez bitirməli oldular,təzyiqlərə bir az da qulaq yummaq mümkün olsaydı.. :(((

Təzyiqləri bir ay göz yummaq olardı.Beş günə şəhidlərin cənazəsi soyumamış heç nə olmamış kimi atəşkəs imzalayıb oturdular..Bir azda erməninn başını əzə bilərdik.Sonra bir müddət oturub yeni həmlə ilə bütün torpağımızı azad edərdik.

Facebookda bir çox səhifələri izləyirəm.Çoxu atəşkəsi istəmir.Atəşkəs adı ilə hər gün bir əsgəri dəfn edib otururduq.Bir dəfəlik düşməni yerinə oturdarda biləcək gücə sahibkən sülh imzalayıb oturmaq kimə və ya nəyə lazım idi.

28 ildir əzilirik.Bəs idi.Durmuşduq elə durmuşduq.Müharibəni heç kim istəmir.Hamının itirəcəyi qardaşı ,yoldaşı,oğlu var.Ancaq onsuzda bu cür də itirirdik.Qürurumuzda əzik ..Əsirlərə,şəhidlərə baxdıqca ,hər il torpaqların işğal günlərini qeyd etdikcə bir az daha alçalırdıq.

  • Upvote 2
Link to comment
Share on other sites

On 05.04.2016 at 7:36 PM, Kenul2012 said:

Könül, bunlar nə qədər ki, hakimiyyətdədilər Qarabağ geri alınmayacaq. Çünki bu insanların yeganə məqsədi hakimiyyətdə qalmaqdır. Millətin cəbhədə qırılan övladları, onun namusu qeyrəti vətəni bunları maraqlandırmır, onları düşündürən mümkün qədər çox vəsait oğurlayıb ofşorlara yatırmaqdır. Belə hakimiyyətlə müharibəyə getmək  intihara bərabərdir. 

  • Upvote 2
Link to comment
Share on other sites

Ele indi cebhe bolgesinden geri qayitmisham. Hem herbcilerimiz,hem de yerli ehali arasinda ruh yuksekliyi var. Hami doyushmek isteyir. Ermenilerin ateshine baxmayaraq hec kim evlerini terk etmek istemir. Bezi kendlerde qadin ve ushaqlari her ehtimala qarshi kocurseler de,kishiler hami ordadir. Diger bolgelerden xeyli sayda genc doyushmek uchun gelse de hamini geri qaytarirlar. Eyni zamanda esgerlerimize siqaret,su ve s.getirenler de coxdur.

Ermeniler arasinda itki hedden artiq coxdur. Tek Talish yuksekliyinde bir neche yuz ermeni mehv edilib. Amma hal-hazirda atishma dayanmisdi.  Hami yeniden hucuma kecmek umidindedir. Yeni hami bu fikirdedir ki,baslamishiqsa axiracan getmeliyik.

  • Upvote 5
Link to comment
Share on other sites

16 часов назад, Kenul2012 сказал:

Təzyiqləri bir ay göz yummaq olardı.Beş günə şəhidlərin cənazəsi soyumamış heç nə olmamış kimi atəşkəs imzalayıb oturdular..Bir azda erməninn başını əzə bilərdik.Sonra bir müddət oturub yeni həmlə ilə bütün torpağımızı azad edərdik.

Facebookda bir çox səhifələri izləyirəm.Çoxu atəşkəsi istəmir.Atəşkəs adı ilə hər gün bir əsgəri dəfn edib otururduq.Bir dəfəlik düşməni yerinə oturdarda biləcək gücə sahibkən sülh imzalayıb oturmaq kimə və ya nəyə lazım idi.

28 ildir əzilirik.Bəs idi.Durmuşduq elə durmuşduq.Müharibəni heç kim istəmir.Hamının itirəcəyi qardaşı ,yoldaşı,oğlu var.Ancaq onsuzda bu cür də itirirdik.Qürurumuzda əzik ..Əsirlərə,şəhidlərə baxdıqca ,hər il torpaqların işğal günlərini qeyd etdikcə bir az daha alçalırdıq.

Bağlı qapılar arxasında kim bilir ne çarxlar çevrilir :(

15 часов назад, HPTRUEVISION сказал:

Qarabağ geri alınmayacaq.

Bu son dəfəki qətiyyət az da olsa ümidləndirmişdi :(  En azından torpaqları qaytarıb xalqa verməyə borcludurlar.:mad:

11 час назад, _Aries_ сказал:

Ele indi cebhe bolgesinden geri qayitmisham. Hem herbcilerimiz,hem de yerli ehali arasinda ruh yuksekliyi var. Hami doyushmek isteyir. Ermenilerin ateshine baxmayaraq hec kim evlerini terk etmek istemir. Bezi kendlerde qadin ve ushaqlari her ehtimala qarshi kocurseler de,kishiler hami ordadir. Diger bolgelerden xeyli sayda genc doyushmek uchun gelse de hamini geri qaytarirlar. Eyni zamanda esgerlerimize siqaret,su ve s.getirenler de coxdur.

Ermeniler arasinda itki hedden artiq coxdur. Tek Talish yuksekliyinde bir neche yuz ermeni mehv edilib. Amma hal-hazirda atishma dayanmisdi.  Hami yeniden hucuma kecmek umidindedir. Yeni hami bu fikirdedir ki,baslamishiqsa axiracan getmeliyik.

Aries,siz o bölgəyə ezam olunmusunuz,yoxsa xidməti işiniz oradadır?

Bizim burada əlimizdən narahat olmaq və fikir yürütməkdən başqa heç nə gəlməzkən siz o çaxnaşmanın içində olmusunuz.Allah köməyi olsun,sizin və orada köməyini əsirgəməyən,əziyyəti olan hər kəsin! :rroza:

  • Upvote 2
Link to comment
Share on other sites

9 часов назад, ceylin сказал:

Bağlı qapılar arxasında kim bilir ne çarxlar çevrilir :(

Bu son dəfəki qətiyyət az da olsa ümidləndirmişdi :(  En azından torpaqları qaytarıb xalqa verməyə borcludurlar.:mad:

Aries,siz o bölgəyə ezam olunmusunuz,yoxsa xidməti işiniz oradadır?

Bizim burada əlimizdən narahat olmaq və fikir yürütməkdən başqa heç nə gəlməzkən siz o çaxnaşmanın içində olmusunuz.Allah köməyi olsun,sizin və orada köməyini əsirgəməyən,əziyyəti olan hər kəsin! :rroza:

Hazirki ish yerim cebheye yaxin bolgededir. Lakin sirf doyushler olan bolgeye ozum getmishem. Cox sag olun,Alllah herbchilerimize komek olsun. Menim ele bir ehemiyyetli komeyim olmayib.

6 часов назад, gapgara сказал:

Bizimkilər atəşkıs elan etməyinə baxmayaraq düşmən sakit dayanmır, əlləri gicişir. Yaxın bölgələrdən məlumatı olan var?

Tap Qaraqoyunlu istiqametinde atirlar.

  • Upvote 1
Link to comment
Share on other sites

Düşmən Naxçıvanda atəşkəs rejimini pozub

6 aprel 2016 il

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. 
Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.
Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.
Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Link to comment
Share on other sites

mən bu yazılarımı konkret heç bir userə ünvanlamayacam. postumu ümumiləşdirib yazıram.

Müşahidə etmisizsə, döyüşlər zamanı bizin ordu düşmənin məntəqələrinə çox dəqiq zərbələr vurur. daha sonra video görüntülər, şərhlər təqdim olunur. olduqca korrekt, təmkinli taktika aparılır. çünki məqsəd daha çox məhv etmək deyil. hər həmlədən sonra, düşmən tərəfə geriyə çəkilmək üçün vaxt imkanı verilir. düşmən ərazidə olan mülki əhaliyə məskunlaşdığı məkanı salamat tərk etmək üçün imkan yaradılır. - bunlar o deməkdir ki, hərbu əməliyyatlar peşəkarlar tərəfindən aparılır (buna heç kimin şübhəsi olmasın). ordumuz mülki əhaliyə hücüm etmir, erməni faşistlərindən fərqli olaraq... Peşəkar, humanist rəhbərlik öz əsgərinə qarşı vicdansız davrana bilərmi ? heç vaxt. mən bunları nəyə görə deyirəm ? çünki , izah etmək istəyirəm ki, günənki uşaqları - hazırlıqsız əsgərləri güllə qabağına itələmək kimi məqsəd yoxdur və ola da bilməz. əgər həqiqətdə belə olsaydı, hər gün yüzlərcə ölüm olardı... bunu isə gizlətmək mümkün olmayacaqdı artıq.

Həlak olan bütün şəhidlərimizə, hərbiçilərə Allah rəhmət eləsin. onların qanı yerdə qalmasın. Allah qorusun Azərbaycan əsgərini ! çünki o müqəddəs və ədalətli missiyanı yerinə yetirir.  

  • Upvote 1
Link to comment
Share on other sites

Rusiya niyə susur ?

İmperiya özünü təsdiq etmək üçün daima hücum vəziyyətində olmalıdır, aktiv olmalıdır. öz təsir dairəsini genişləndirməli, bəzən də qorxu, təhdid, təzyiqlə ələ keçirməli, güc nümayiş etdirməlidir ki,... ərazisində yaşayan etnosların milli qürur, mənlik hissini onlara unutdursun... qonşu ölkələr isə imperiyadan çəkinsinlər. onun vətəndaşına, hakimiyyətinə, siyasətinə loyal münasibət bəsləsinlər. İmperiya xeyirxah ola bilməz. 

Görünən sükut -  fəaliyyətsizlik demək deyildir, ikili oyunlar gedir. 

Ermənistan Rusiya münasibətləri heç partnyorluq səviyyəsində deyil. çünki Ermənistan Rusiya üçün həmişə əlcək olub, mədəni formada dedim. əlcəkdən nəsə almaq olmur, amma onun vasitəsilə ələ ziyan vurmadan əldə etmək mümkündür. bu günki ana qədər mümkün olan hər bir şey alınıb onlardan, onların canı da Rusiyaya məxsusdur... məsələn, Orta Asiya qədər ehtiyatlara da malik deyillər ki, heç olmasa imperiya üçün meyvə- tərəvəz bazası olub, bir işə yarasınlar 

Terrorla mübarizəni təbliğ edən bir imperiya terrorçu, faşist Ermənistana dəstək verib.... və Azərbaycan kimi imkanı itirmək üzrədir. bunu biz görürüksə, bütün dünya ictimaiyyəti görürsə, Rusiya da görür, bilir. 

Azərbaycan zəngin və nüfuzludur, strateji müttəfiq ola bilər, əlcəkdən fərqli olaraq. bu səbəbə , düşünürəm, prioritetlər dəyişən bir zamana gəlib çıxmışıq... maraqlara uyğun siyasətə yenidən baxılır. 

  • Upvote 1
Link to comment
Share on other sites

В 05.04.2016 в 23:27, fikus elastica сказал:

Panamada da havalar isti keçir

yəni ki, düzələn deyil ) 

xanım Elastika, bir qədər əhatəli yazın , zəhmət olmasa ) mən sizin postları həmişə izləyirəm

Link to comment
Share on other sites

son postumu təkrar redaktə etməli oldum, sistem bağlandı. bu səbəbə şrifti standart deyil. tələskən yazırdım, ola bilsin qrammatik səhvlərim olsun.

xahiş edirəm, bunu nəzərə alasınız.

Link to comment
Share on other sites

51 minutes ago, NOIR said:

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində 
Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. 

Bu heç yaxşı olmadı, 3-cü barmaq işini görür. 

Link to comment
Share on other sites

1 час назад, NOIR сказал:

Düşmən Naxçıvanda atəşkəs rejimini pozub

6 aprel 2016 il

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. 
Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.
Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.
Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

bu çoxmənalı bir ismarıcdır.

uduzan tərəfin hikkəsi yerə- göyə sığmır )

Azərbaycan hökumətini qıcıqlandırmaq, əhalini narahat etmək, qorxutmaq, regionda gərginliyi artırmaq, münaqişəyə İran və Türkiyəni cəlb etmək..... çox mənalar ola bilər.

Edited by NOIR
  • Upvote 2
Link to comment
Share on other sites

Təbrik edirəm hamınızı. Axırki devalvasiya dollar bank söhbətləri bağlandı. Hara gedirsən devalvasiyadan danışırlar. Çox sevinirəm ki camaatın yadına düşdüki cəbhədə əsgərlərimiz var. 

  • Upvote 2
Link to comment
Share on other sites

12 часа назад, NOIR сказал:

mən bu yazılarımı konkret heç bir userə ünvanlamayacam. postumu ümumiləşdirib yazıram.

Müşahidə etmisizsə, döyüşlər zamanı bizin ordu düşmənin məntəqələrinə çox dəqiq zərbələr vurur. daha sonra video görüntülər, şərhlər təqdim olunur. olduqca korrekt, təmkinli taktika aparılır. çünki məqsəd daha çox məhv etmək deyil. hər həmlədən sonra, düşmən tərəfə geriyə çəkilmək üçün vaxt imkanı verilir. düşmən ərazidə olan mülki əhaliyə məskunlaşdığı məkanı salamat tərk etmək üçün imkan yaradılır. - bunlar o deməkdir ki, hərbu əməliyyatlar peşəkarlar tərəfindən aparılır (buna heç kimin şübhəsi olmasın). ordumuz mülki əhaliyə hücüm etmir, erməni faşistlərindən fərqli olaraq... Peşəkar, humanist rəhbərlik öz əsgərinə qarşı vicdansız davrana bilərmi ? heç vaxt. mən bunları nəyə görə deyirəm ? çünki , izah etmək istəyirəm ki, günənki uşaqları - hazırlıqsız əsgərləri güllə qabağına itələmək kimi məqsəd yoxdur və ola da bilməz. əgər həqiqətdə belə olsaydı, hər gün yüzlərcə ölüm olardı... bunu isə gizlətmək mümkün olmayacaqdı artıq.

Həlak olan bütün şəhidlərimizə, hərbiçilərə Allah rəhmət eləsin. onların qanı yerdə qalmasın. Allah qorusun Azərbaycan əsgərini ! çünki o müqəddəs və ədalətli missiyanı yerinə yetirir.  

NOIR xanim, indi artiq Ura deyib hucuma kechilen doyushler zamani deyil. Hansisa bir strateji ehemiyyetli erazini ele kecirenden sonra dushmen onu geri qaytarmaga calisir. Buna gore de hemen yeri ele kecirdikden sonra dayanib orda muhendis-istehkam qurgulari qurulur ki,dushmen eks-hucumla orani yeniden ele kecirmesin. Yeni bu mulki ehali ile elaqedar deyil. Mulki ehali bizim torpaqlarda ne gezir ki? Yeni qesden onlari oldurmek fikirleri olmasa bele,onlarin hali herbcileri o qeder de maraqlandirmir.

Doyushler dogrudan da peshekarcasina hazirlanmisdi. Hem de esas xususiyyet odur ki,bu doyushlerde zabitler esgerlerden onde gedirdi. Hec kim esgerlerin arxasinda gizlenmirdi. Itkilere gelince,itkilerimiz az olmayib... Amma nezere almaq lazimdir ki,biz hucum eden terefik. Hucum eden teref ise adeten daha cox itki verir.

  • Upvote 2
Link to comment
Share on other sites

12 часа назад, NOIR сказал:

Rusiya niyə susur ?

İmperiya özünü təsdiq etmək üçün daima hücum vəziyyətində olmalıdır, aktiv olmalıdır. öz təsir dairəsini genişləndirməli, bəzən də qorxu, təhdid, təzyiqlə ələ keçirməli, güc nümayiş etdirməlidir ki,... ərazisində yaşayan etnosların milli qürur, mənlik hissini onlara unutdursun... qonşu ölkələr isə imperiyadan çəkinsinlər. onun vətəndaşına, hakimiyyətinə, siyasətinə loyal münasibət bəsləsinlər. İmperiya xeyirxah ola bilməz. 

Görünən sükut -  fəaliyyətsizlik demək deyildir, ikili oyunlar gedir. 

Ermənistan Rusiya münasibətləri heç partnyorluq səviyyəsində deyil. çünki Ermənistan Rusiya üçün həmişə əlcək olub, mədəni formada dedim. əlcəkdən nəsə almaq olmur, amma onun vasitəsilə ələ ziyan vurmadan əldə etmək mümkündür. bu günki ana qədər mümkün olan hər bir şey alınıb onlardan, onların canı da Rusiyaya məxsusdur... məsələn, Orta Asiya qədər ehtiyatlara da malik deyillər ki, heç olmasa imperiya üçün meyvə- tərəvəz bazası olub, bir işə yarasınlar 

Terrorla mübarizəni təbliğ edən bir imperiya terrorçu, faşist Ermənistana dəstək verib.... və Azərbaycan kimi imkanı itirmək üzrədir. bunu biz görürüksə, bütün dünya ictimaiyyəti görürsə, Rusiya da görür, bilir. 

Azərbaycan zəngin və nüfuzludur, strateji müttəfiq ola bilər, əlcəkdən fərqli olaraq. bu səbəbə , düşünürəm, prioritetlər dəyişən bir zamana gəlib çıxmışıq... maraqlara uyğun siyasətə yenidən baxılır. 

Bu movzuda uzun yazmaq olar. Yaxin gunlerde vaxt tapsam etrafli yazaram fikirlerimi. Qisaca bele demek olar: Biz Rusiyanin iqtisadi muttefiyiq,Ermenistan ise herbi. Ermenistan Rusiyaya iqtisadi cehetden lazim olmasa bele Azerbaycan,Turkiye ve Irana tesir ede bilecek bir movqededir. Rusiya Qarabag munaqishesinin hell olunmasini istemez. Cunki Azerbaycan tesiri ehemiyyetli zeiflemish olur. Qerb derhal Azerbaycani oz terefine ceke biler. 80-ci illerde Amerikanin bele bir plani var idi: Zengezuru Azerbaycana,Qarabagi ise Ermenistana vermek. Hemen halda Turkiye ile Azerbaycann serhedi boyuyurdu ve nefte,qaz kemerleri Azerbaycan birbasha Turkiyeye,ordan ise Qerbe getmeliydi. Rusiya imkan vermedi.

Dunyada son vaxtlar muharibelerin esas sebebi iqtisadidir. Ele Suriya muharibesi qaz kemerine gore baslanmadi ki?

Qisasi Rusiya bu munaqishenin brdefelik hellinde maraqli deyil. Azerbaycanin terefinin tutmasi da hemcinin...

  • Upvote 4
Link to comment
Share on other sites

Məlumat

Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. 
ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır. 
Əlavə məlumat veriləcək

  • Upvote 1
Link to comment
Share on other sites

On 4/7/2016 at 9:25 AM, NOIR said:

yəni ki, düzələn deyil ) 

xanım Elastika, bir qədər əhatəli yazın , zəhmət olmasa ) mən sizin postları həmişə izləyirəm

Təşəkkürlər,xanım Noir. Bir çox ölkələrin "iqliminə" təsir edən "Panama havasını" nəzərdə tuturdum əslində.. Bizdə heç yeli də tərpənmədi, cəbhədəki hadisələr fonunda bu o qədərə cılız görünürki,hətta bir çoxları "yeri deyil" deyib üstündən keçdilər.

  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Like
      • 93 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Haha
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Haha
        • Like
      • 97 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Like
      • 137 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Like
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Upvote
        • Red Heart
        • Like
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 54 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...