Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Biz niyə ölmədik?


Kenul2012

Recommended Posts

Ümidim var ki, bu yazını sosial şəbəkədə paylaşacaqlar. Millət səhər oyanan kimi internetə qoşulacaq, dünyada nə var, nə yox bəhanəsiylə mənasız yazılar oxuyub “Hər şey aydındır” deyib arxayınlaşacaq. Cavanlar oxuyub ağzını büzəcək, ya da həsəd çəkəcəklər. Nisbətən yaşlı, yəni sovetin hər üzünü görmüşlərsə ola bilər nostalji keçirəcək, dövrləri qarşı-qarşıya qoymaqla bir qədər kədərlənib köksünü ötürəcək. Amma heç kimdə “Bu belə deyil!” etirazı oyanmayacaq. 
 
Sizlərdən kimsə keçən əsrin ikinci yarısında doğulubsa bu sualı özünə dəfələrlə verib: “Necə oldu ki, biz salamat qaldıq?”.  Axı keçən əsrin uşaqları maşında kəmərsiz və təhlükəsizlik balışcıqları olmadan gedirdik. Setkalı dəmir çarpayıların tərkibindəki qurğuşun müasir standartlara görə adamı dərhal öldürməli idi. Rəngbərəng dərmanlar, yeməyə əlavələr, gündəlik vitamin normaları yox idi. Yeməyin özü də başdan aşmazdı, necə deyərlər qədərində. Qədərsə dövrlərə uyğun soğan bozbaşı və qara çörəklə plov diapazonunda müəyyənləşirdi. Biz suzayanda ağzımızı krana dirəyib su içirdik, amma qarnımıza qurd düşmürdü. Düşürdüsə də sarımsaq yeməklə onu bir gündə öldürə bilirdik. Qapılar bağlanmazdı, evin şkaflarının heç açarı olmazdı.  Sovet uşaqları səhər evdən çıxıb axşam gələrdi, küçə fonarları yanandan sonra. O vaxt məhəllələrdə də fonarlar vardı, təkcə magistral yollarda yox. O vaxtlar da uşaq və yeniyetmələr dalaşardı, əl-ayağını sındırar, davalarda dişlərini qırar, kəsilər, yaralanardılar, amma söhbət məhkəmələrə düşməzdi. Uşağının bütün günü harda olduğunu bilməyənlər ürəyini sıxmazdı, indiki kimi hər iki dəqiqədən bir zəng edib axtarmazdı. O vaxtlar da uşaqlar limonad, dondurma və pirojna yeməyi sevərdi, amma heç kim bundan piylənməzdi. Çünki yeyən kimi oynamağa cumardıq.
 
150 kanallıq televizoru kimsə təsəvvür edə bilməzdi. İnternet də yox idi, disklər də. Ona görə hamı yığışıb multfilmə baxardı, özü də müəyyən saatda. Günə cəmi 20 dəqiqəlik sakitlik çökərdi hər yerə. Əvəzində dostlarımız vardı, bir də kitablar. Lap darıxanda kibrit çöpünü küçəylə axan arxa buraxıb onun necə uzaqlaşdığını izləmək olardı. Biz bu boyda təhlükəli dünyada necə sağ qaldıq axı? Dəmir konserv bankaları əlimizi kəsəndə pis virusa yoluxmurduq, qonşu bağdan oğurladığımız albalını tumuyla yeyəndə qarnımızda ağac bitmirdi. İmtahanlar 10 ballıq deyil, 5 ballıq, faktiki isə 3 ballıq sistemlə qiymətləndirilirdi. Əla, yaxşı və məqbul qradasiyası ilə ali məktəbə də girirdik, lap aspiranturaya da. Müsabiqəyə düşənlər də olurdu. Bizim hərəkətlərimiz yalnız öz əməllərimiz idi və günahkarlar üzr istəməsə rahatlıq tapmırdı. Polisdən və əsgərlikdən rüşvətlə qurtulmaq hələ ayıb sayılırdı. Valideynlərsə həmişə müəllimin, qanunun tərəfində idi, uşaqlarının yox. 
 
Povidlalı pirojkilərin tamını unutmaqmı olar? O dövrü yaşayanlar ürəyinin sarı simi tərpənən kimi şirəli və qazlıı su aparatlarını xatırlayır. Hamı bir stəkandan içər, heç nəyə yoluxmaz və bu stakanlar yoxa çıxmazdı. 5 qəpiklik avtobusda qəpiyi o başa göndərən kimi pul yerinə çatar və əvəzində biletin özünə qayıdardı. Çoxluca banka bağlayar, mürəbbə bişirərdik. Qış tədarükünə baş qoşmayanlar təmbəl sayılardı. Qışda mərhəmət göstərib onlara da 1-2 banka göndərər və “bankanı mütləq qaytarın” deyərdik. Soyuducu xarab olanda quyuya salınmış qarpızlar daha dadlı çıxardı. Uşaqlar 8 martda analarına hədiyyəni öz əlləriylə düzəldərdi, açıqcanı gözəl sözlərlə doldurardı. İndi uşaqlara rezinka oyununun qaydalarını, iməclik və makulatura yığmaq məcburiyyətini necə başa salasan? Çörək növbələri, yemək talonu adamları incitməzdi, çünki hamı belə yaşayırdı. 
 
Bu nəsil şeir yazmağı, rəsm çəkməyi, musiqi bəstələməyi, yəni heç nədən nələrsə yaratmağı öyrəndi. Seçimimiz də vardı, uğursuzluq və risk hüququmuz da.  Əgər sizin də uşaqlıq və gəncliyiniz bu zamanda keçibsə deməli dünya hakimləri uşaqların gələcəyini mobil telefon, tok-şou və əntiqə çipslərə dəyişdirməmişdən  əvvəl ötüşüb. Ona görə 30-40 il əvvəl nağıla oxşamağa başlayır. 
 
İndi kompüterin parolunun çaşıb mikrodalğalı sobada yığmaq idi həyati hadisədir. Sənin telefonunda 3 nəfərdən  ibarət ailənlə əlaqə saxlamaq üçün azı 15 nömrə yazılır. Qonşu otaqda oturan iş yoldaşına sözünü email-də yazırsan. Mobil telefonunu evdə qoysan isteriyaya düşə bilərsən.  Səhər duran kimi çaydan, kofedən əvvəl internetini işə salırsan. Guya bu, səni dünyaya yaxın edir. Oxuyursan, öyrənirsən, maraqlanırsan, amma tənhalıq səni tərk etmir. Ona görə də bu yazının sosial şəbəkədə paylaşılması üçün bəzi standartlara uyğun gəlmədiyi faktını da boynuma almalıyam. Bu köşədə qan tökülmədi, söyüş, ağlaşma, zorlama və sevişmə olmadı. Sosial şəbəkə moderatoru çətin ki, yazını paylaşmağa layiq bilə...

 

Bizimyol /info.Gülnarə Rəfiq.

 

Bu sözlərindən çox incidim.) 

 

Sözlərində haqq var.Uşaqları az qalıb akvariumda böyüdək.((

Edited by Kenul2012
  • Upvote 4
Link to comment
Share on other sites

Yayda torpaqda oynayardıq.Oğlanlar qaraj,qızlar tort düzəldərdi.Dənizkənarında quyu qazardıq.Evə gələndə anam əllərimizi paltar sabunu ilə yuyardı.Abşeron bağlarında üzüm,əncir yığmağa gedərdik.Qohum-qonşulara qonaq gedərdik,işlərində kömək edərdik.Su harda tapdıq,ya kiminsə təklif etdiyi suyu geri çevirməzdik.(Qaynanmış sudur ?soruşmazdıq ) Tut çırpardıq.Əvəzində  isti südlü çörək,ya bir bütün qovun hədiyyə alıb evə sevin-sevinə qayıdardıq.8-10 yaşımız olardı.Bir neçə saatdan sonra evə qayıdanda evdə heç kim təşvişə düşməzdi.Filan əmigildə,ya xalagildə deyərdik.

 

İndi uşağı beş dəqiqə gözdən qoymaq olmaz.Mümkün deyil.Qoyana da ağılsız,məsuliyyətsiz valideyn deyilir..

Əlini torpağa vuranda bütünlüklə çimdiririk,mikrob düşər.Bu yay dənizkənarında uşaqlar quyu qazdıqca,qumla oynadıqca ,onları necə acıqlı müşahidə etdiyimi xatırladım.Deyirdim,etməyin.Çirkdir,qarnınıza qurd düşəcək,əlinizə mikrob..Alt paltarlarını xəstəlik dərəcəsində yuyub -ütüləyirəm.Hər altı aydan bir qurd analizləri verdirib sonra rahatlayıram.Oysa bizim vaxtımızda bunlar yox idi.Acı həqiqəti dərk edəndə daha ağrılı olur ..

 

 

Niyə belə olduq? bizə bu cür olmağa kim məcbur etdi? ya zamana uyduq...

  • Upvote 3
Link to comment
Share on other sites

O zamanın insanında rahatlıq,özgüvən,gələcəyə inam,daxili sakitlik vardı.

 

İndi ilə müqayisədə hamıda bir qorxu ,təşviş,narahatlıq var.Bunlardan dolayı daima  hər şeyə nəzarət,idarə etməlisən deyə beyin oyaq,əsəb sistemi daima gərgin vəziyyətdə olur..

 

Nəticədə insan yorulur.bezikir.

  • Upvote 5
Link to comment
Share on other sites

24 минуты назад, Kenul2012 сказал:

O zamanın insanında rahatlıq,özgüvən,gələcəyə inam,daxili sakitlik vardı.

 

İndi ilə müqayisədə hamıda bir qorxu ,təşviş,narahatlıq var.Bunlardan dolayı daima  hər şeyə nəzarət,idarə etməlisən deyə beyin oyaq,əsəb sistemi daima gərgin vəziyyətdə olur..

 

Nəticədə insan yorulur.bezikir.

Hər şey dəyişib, qəbul eləmək lazımdır. İndi də heç kim ölən deyil. İnsanların düşüncələri, dünyanı qavramağı da dəyişib.  

  • Upvote 2
Link to comment
Share on other sites

Только что, gapgara сказал:

Hər şey dəyişib, qəbul eləmək lazımdır. İndi də heç kim ölən deyil. İnsanların düşüncələri, dünyanı qavramağı da dəyişib.  

 

Niyə dəyişib ? Bu nöqtəni tapsaq -ətrafında filosofluq edərdik.Demə zaman.Zaman öz axarı ilə gedir.Yenə insanlar dəyişib.Dünya görüşləri ,həyata baxışlar dəyişib.Bu da insana təsir edir.

Link to comment
Share on other sites

5 минут назад, Kenul2012 сказал:

 

Niyə dəyişib ? Bu nöqtəni tapsaq -ətrafında filosofluq edərdik.Demə zaman.Zaman öz axarı ilə gedir.Yenə insanlar dəyişib.Dünya görüşləri ,həyata baxışlar dəyişib.Bu da insana təsir edir.

Ətrafda hər hər şey dəyişirsə insan da bu dəyişikliyə uyğunlaşmalıdır. 

  • Upvote 1
Link to comment
Share on other sites

Bir az düşündüm o dövrlə bu dövrü müqayisə edib səbəbləri özüm üçün tapdım...O dövrdə insan olmaq daha asand idi...Çünki ideologiya bərabərçilik idi...Fəhlə höküməti idi...İşsizlik,acından ölmək qorxusu,evsizlik və s kimi qayğılar yox idi...Hər bir insanın arxasında dövlət dayanırdı... və s...və s...

Amma bu dövrdə insan əsl gerçəkliyi görür və qorxur...Nədir əsl gerçəklik? İnsan tənha olduğunu anlayır...Bir  dəfə büdrədin ayaga qalxa bilməyəcəksən...Xəstələndin pulun olmadı öləcəksən...İşin olmadı acından öləcəksən...Evin olmadı kirayələrdə çürüyəcəksən...və s...Yəni zəif oldun yaşaya bilməyəcəksən...Heç kimində sənə yazığğı gəlməyəcək...

 

Bir az ifrat formada yazdım...Yaxşı xeyirxah və mənəviyyatı olan  insanlar həmişə var olub və olacaq...Allah onları saxlasın amin...!
 

  • Upvote 5
Link to comment
Share on other sites

В ‎29‎.‎09‎.‎2016 в 12:36, Kenul2012 сказал:

O zamanın insanında rahatlıq,özgüvən,gələcəyə inam,daxili sakitlik vardı.

 

İndi ilə müqayisədə hamıda bir qorxu ,təşviş,narahatlıq var.Bunlardan dolayı daima  hər şeyə nəzarət,idarə etməlisən deyə beyin oyaq,əsəb sistemi daima gərgin vəziyyətdə olur..

 

Nəticədə insan yorulur.bezikir.

rahatlıq vardı, çünki həyat ritmi azsürətli idi.

özünəgüvən vardı, çünki həyat tərzi stabil idi.

daxili sakitlik vardı, çünki informasiya yükü yox idi.

məlumat blokadası mövcud idi. inf-ya zəif sürətlə ötürülürdü. rabitə şəbəkəsi indiki kimi sıx deyildi. monoton ritm insana gərginlik verə bilməzdi, əksinə rahatlıq gətirirdi. ətraf mühit elmi-texniki tərəqqininin emal məhsulları ilə az korlanmışdı. qida məhsulları ekoloji təmiz idi.

Edited by NOIR
  • Upvote 2
Link to comment
Share on other sites

В ‎29‎.‎09‎.‎2016 в 13:05, Kenul2012 сказал:

 

Niyə dəyişib ? Bu nöqtəni tapsaq -ətrafında filosofluq edərdik.Demə zaman.Zaman öz axarı ilə gedir.Yenə insanlar dəyişib.Dünya görüşləri ,həyata baxışlar dəyişib.Bu da insana təsir edir.

mühit dəyişib.

insanın həyata baxışı, dünyagörüşü dəyişibmi ? yaxud necə dəyişib ? insanın bu barədə özü ilə sual-cavab etməyə vaxtı yoxdur )) ritmlə ayaqlaşmaq daha vacib olub, çünki... bu barədə Gapgara da öz postundan dedi : insan dəyişikliyə uyğunlaşmağa çalışır.

intellektual imkanlara gəldikdə, düşünmürəm ki, məsələn, bizim ölkədəki gənc nəsil, özündən öncəki, ya iki öncəki nəsildən üstündür. ətrafdan informasiyanı qəbul edib, qruplaşdırıb, paylaşmaq bacarığında uzağa gediblər. amma intellekt cəhətdən fərqi görmürəm.

Edited by NOIR
  • Upvote 2
Link to comment
Share on other sites

В ‎29‎.‎09‎.‎2016 в 12:33, Kenul2012 сказал:

Yayda torpaqda oynayardıq.Oğlanlar qaraj,qızlar tort düzəldərdi.Dənizkənarında quyu qazardıq.Evə gələndə anam əllərimizi paltar sabunu ilə yuyardı.Abşeron bağlarında üzüm,əncir yığmağa gedərdik.Qohum-qonşulara qonaq gedərdik,işlərində kömək edərdik.Su harda tapdıq,ya kiminsə təklif etdiyi suyu geri çevirməzdik.(Qaynanmış sudur ?soruşmazdıq ) Tut çırpardıq.Əvəzində  isti südlü çörək,ya bir bütün qovun hədiyyə alıb evə sevin-sevinə qayıdardıq.8-10 yaşımız olardı.Bir neçə saatdan sonra evə qayıdanda evdə heç kim təşvişə düşməzdi.Filan əmigildə,ya xalagildə deyərdik.

 

İndi uşağı beş dəqiqə gözdən qoymaq olmaz.Mümkün deyil.Qoyana da ağılsız,məsuliyyətsiz valideyn deyilir..

Əlini torpağa vuranda bütünlüklə çimdiririk,mikrob düşər.Bu yay dənizkənarında uşaqlar quyu qazdıqca,qumla oynadıqca ,onları necə acıqlı müşahidə etdiyimi xatırladım.Deyirdim,etməyin.Çirkdir,qarnınıza qurd düşəcək,əlinizə mikrob..Alt paltarlarını xəstəlik dərəcəsində yuyub -ütüləyirəm.Hər altı aydan bir qurd analizləri verdirib sonra rahatlayıram.Oysa bizim vaxtımızda bunlar yox idi.Acı həqiqəti dərk edəndə daha ağrılı olur ..

 

 

Niyə belə olduq? bizə bu cür olmağa kim məcbur etdi? ya zamana uyduq...

biz çirkli mühitdə yaşayırıq. əlbəttə ki, torpaq çirklidir, su da. immunitetimiz zəifdir, mikroblara müqavimət qabiliyyətimiz zəifdir. ərzaq sənayesi sintetik qatqılı məhsullar istehsal edir. nəticədə orqanizmdə maddələr mübadiləsi pozulur, şlaklar isə zəhərləyir.

  • Upvote 4
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Haha
        • Like
      • 30 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Haha
      • 96 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Milli
        • Upvote
        • Like
      • 124 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Upvote
        • Haha
        • Like
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Haha
        • Like
      • 54 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Upvote
        • Red Heart
        • Like
      • 452 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...