Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Kəlağayı: İpək kimi tarix


Zaman.

Recommended Posts

Kəlağayı - İpək kimi tarix

İncəlik və zəriflik nümunəsi olan kəlağayı, qədim zamanlardan günümüzədək xanımlarımızın sevimli aksesuarıdır. Bu zərif baş örtüyü müasir dövrdə də öz aktuallığını qoruyub saxlayır. Qədim zamanlar gəncliyə addım atan hər bir xanıma, elçilikdə ailə həyatı quracaq xanıma kalağayı hədiyyə edərdilər. Kalağayı Azərbaycan adətlərinə xüsusi rəng qatan dəyərdir. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılığı ona kəlağayısını verməklə bildirərdilər. Kəlağayını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Ənənəyə görə, yeni qurulan ailədə uşaq dünyaya gələn zaman onu, anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərmişlər. Gənc qızların, orta və yaşlı qadınların örtdüyü kəlağayılar bir-birindən fərqlənirdi. Adətən, toy zamanı gəlinin başına qırmızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayıya bürünərdi. Gənc qadınlar və qızlar kəlağayını “örpək”, yaşlı qadınlar isə “çalma” və ya “dingə” üsulu ilə bağlayardılar. Bu adət indi də davam edir. Qısacası kalağayı Azərbaycan xanımının qarderobunda daim xüsusi yerdə olub və olmağa da davam edir. 
 
Araşdırdıqca görürsən ki, kəlağayı sosial fərqləri də aradan qaldırıb, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından çox seçilməyib.
 
İndi isə gəlin kalağayının tarixinə nəzər salaq. 
Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
80f8b3.jpg
Link to comment
Share on other sites

Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı paytaxt Bakıdan 165 km. şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və elə həmin səmtdə, lakin 320 km. məsafədə olan Şəki şəhərində daha geniş yayılmışdır.
 
Kəlağayının daha çox məhz bu bölgələrdə toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz Şəki ipəyidir. Kəlağayının hazırlandığı bu unikal parçanın yaranması özü böyük prosesdir, tarixi isə çox qədimdir.
e7b47c.jpg
00640e.jpg
Link to comment
Share on other sites

Azərbaycanda ipəkçilik qədim zamandan təşəkkül tapıb böyük inkişaf yolu keçmişdir. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi. Hətta II Nikolayın çarlığı dövründə rus imperiyasında tədavülə buraxılan beşyüzlük əsginazlara əzilməməsi, qırışmaması üçün məhz Şəki ipəyi qatılırdı.
 
1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi medala layiq görülmüşdü. Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti Şəki ipəyinin daimi alıcılarından idi. Təsadüfi deyil ki, XIX əsrin əvvəllərində Şəkini ipəkçilikdə qazandığı uğurlarına görə “Qafqazın Lionu” adlandırırdılar.
 
Elə bu səbəbdən kəlağayı istehsalı ilə məşğul olan yerli əhali ipəyi adətən Şəkidə hazırlayıb, kəlağayını isə Basqalda yaradırdılar. Beləcə iki bölgə arasında müəyyən qədər məsafə olsa da, onların yollarını, elə məhz kəlağayı bağlayırdı.
 
Müxtəlif illərdə ölkəmizdə səfərdə olmuş A.Oleari, A.Cenkinson, E.Çələbi, A. Düma, F.Kotov kimi səyahətçi və diplomatlar öz qeydlərində kəlağayıdan ağız dolusu danışmışdılar. 1870-ci ildə Basqal kəlağayısı Londonda keçirilən sənət sərgisində gümüş medala layiq görülmüşdür.
 
Link to comment
Share on other sites

Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Bu barədə fikirlər müxtəlifdir. Akademik Ə.Əlizadə “Hüdud-əl-aləm” əsərinə istinadən X əsrdə toxuculuğun əsas mərkəzlərindən olan Bərzənd şəhərində baş örtüyü istehsal olunduğunu qeyd edir. Ancaq hansı baş örtüyündən danışıldığı bilinmir. “Əcaib-əd-dünya” adlı XIII əsrə aid anonim mənbədə Təbrizin sənət məhsulları içərisində güləbətinlə tikilmiş xüsusi baş örtüyünün adı çəkilir. Sənətşünaslıq doktoru S.Sadıxova XVI əsrin 70-ci illərinə aid miniatür sənəti nümunələrində sadə (aşağı) zümrədən (təbəqə) yünün Şamaxıda mövcudluğundan bəhs edir.
 
Məşhur türk səyyahı Evliya Çələbinin Naxçıvan kişilərinin qələmkar parçadan köynək geydikləri haqqında məlumatı, hələ XVII əsrə qədər Azərbaycanın toxuculuq mərkəzlərində basmanaxış üsulu ilə bəzək texnikasının özünün yüksək inkişaf mərhələsində olduğunu sübut edir. Şəkidə də əl dəzgahı ilə kəlağayı toxunmasının 500 ilə yaxın tarixi olub. Bu tarix qonşu Xanabad və ümumən Ərəş mahalı toxuculuğu ənənələri ilə eyni yaşda, eyni xarakterdədir. Əgər Xanabad ipək parça toxuculuğunun ən bariz nümunələri olan qanovuz, darayı, alafa ilə şöhrətlənibsə, Şəki özünün müxtəlif ölçülərdə olan ağ, qara, soğanı, innabı və s. kəlağayıları ilə öyünüb. Kəlağayı istehsalı Azərbaycanda basmanaxış sənətinin bir sahəsini təşkil edib.
 
Bu sənət sahəsi XIX-XX əsrin əvvəllərində daha çox Şəki, Gəncə, Şuşa və Şirvanın Basqal və Mücü kəndlərində geniş yayılıb. Təkcə Basqalda XX əsrin əvəlində 1500 dəzgaha malik 900 kustar şərbafxana (toxuma emalatxanası) vardı ki, burada il ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal olunub.
 
Bir kalağayının hazırlanmasında bir çox insanın imzası olur. Kalağayının rənglənməsi, naxış vurulması və s.
Toxucu (tərrax) (kəlağayı toxuyan), boyaqçı (kəlağayını boyayan), qəlibçi (qəlibin köməkliyi ilə kəlağayıya müxtəlif naxışlar vuran), kəlağayıçı (ornamentalist sənətkar). Bu proseslərdən ən qəlizi boyaqçının işi hesab edilir.

171962.jpg

Çünki lazım olan rəngi qaynar suda olan kalağayıya vermək incə duyum və zövq tələb edir.

0d43ff.jpg

Bu o qədər də asan iş deyil. 
Kəlağayının rənglənməsində adətən sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərindən istifadə edilir.
 729aaf.jpg


9fea63.jpg

Kəlağayıya daha da zəriflik qatan naxışları dəmir və taxta qəliblər vasitəsilə vururlar.

3dd5f2.jpg

Kəlağayının yeləni (haşiyəsi), bəzən də xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıya vurulan naxışlar özündə böyük məna ehtiva edir.

acbad4.jpg

 
Link to comment
Share on other sites

Kəlağayıda olan hər bir naxışın öz mənası var. Ən çox sevilən və üstünlük verilən naxış isə butadır

.61f3e8.jpg

Bu naxış «balalı buta», «küsülü buta», «qovuşan buta», «qönçə buta» və s. bir çox növə ayrılır. Onu da qeyd etmək lazımdır ki, tədqiqatçılar butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğunu ehtimal edirlər. Kəlağayıları onlara vurulan naxışlara diqqət edərək hansı bölgəyə aid olduğunu anlamaq olar.
Məsələn Şəki və Basqal kəlağayıları içərisində “Şah buta”, “Saya buta” və “Xırda buta” çeşniləri ilə digərlərindən seçilir.

fd8a9c.jpg

“Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar isə vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı.
Kəlağayı bu gün də Azərbaycanda geyim elementi kimi istifadə olunur və çadradan fərqli olaraq onun dinlə heç bir əlaqəsi yoxdur.
 
Adına şeirlər, qəzəllər yazılan, Azərbaycan xanımının nəcibliyinə naxış kimi yaraşan kalağayı bizim heç vaxt itirməyəcəyimiz bir dəyərdir. 
 
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
 
Qeyd: Hal-hazırda Basqalda “İnkişaf” Elmi Təşkilatın təşəbbüsü ilə “Kəlağayı” Mərkəzi fəaliyyət göstərir. Burada bütün kəlağayı ənənələri tamamilə bərpa olunmuşdur. Həmçinin Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi yaradılmışdır. Bura gələn ziyarətçilər nəinki kəlağayının tarixi və ənənələri ilə tanış olurlar, eləcə də sənətin yaranma prosesini canlı görüb, hətta məhsulun hazırlanmasında da iştirak edə bilərlər.
 
Kəlağayı yalnız Basqalda yerləşən muzeydə deyil, eyni zamanda Moskvada Dövlət Şərq Xalqlarının İncəsənət Muzeyində, Bakıda Milli Tarix Muzeyində, Azərbaycan İncəsənət Muzeyində xalqımızın məişətində və həyatında oynadığı böyük rol kimi təqdim olunur. Əminliklə deyə bilərik ki, kəlağayı daim Azərbaycan xalqının ayrılmaz hissəsi kimi yaşayacaq. Çünki kəlağayı ənənəsini yalnız bu sənətlə məşğul olanlar deyil, bütünlükdə xalq yaşadır.
Link to comment
Share on other sites

  • 2 months later...
  • 4 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 158 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...