Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Məhəbbət yolçusu


Recommended Posts

В 28.05.2016 в 17:36, Bamiya сказал:

Salam.Sizin şeirlərinizi oxuduqca bir daha anlayıram ki, Sevgi şairi əbədi yaşar.

Təşəkkür edirəm hər bir misraya görə.Mənim qəlbimin döyüntüsü yalnız şeirlə qidalanır...

Hər dəfə yeni bir misraya imza atanda, kövrəlirəm.Son nöqtəsində "saxlayın o qatarı "deməyim gəlir.

Cox istərdim bilim, siz nə hisslər kecirirsiz,sizə, sizin şeirləriniz doğma olub qəlbinizi kövrəldir?

sözsüz, misralarım qəlbimdən keçib. Qəm, kədər, qüssə, sevinc - bütün bu hislər qələm vasitəsiylə vəraqa keçir. Demək olar ki şeirlərim gündəliyimin yazılarıdır.

Link to comment
Share on other sites

Mənim gündəliyimnən cox təssüf olsun ki,hec bir şeirim işıq üzü görməyib.Cətindi mənə sərhədi kecib onları insanlara bəxş etmək.Demək olar ki,yalnız şəxsən özüm ücün yazıram.

Hər zaman yadların məni anlaya bilməyəcəyinən cəkinmişəm.

Link to comment
Share on other sites

В 31.05.2016 в 14:47, Bamiya сказал:

Mənim gündəliyimnən cox təssüf olsun ki,hec bir şeirim işıq üzü görməyib.Cətindi mənə sərhədi kecib onları insanlara bəxş etmək.Demək olar ki,yalnız şəxsən özüm ücün yazıram.

Hər zaman yadların məni anlaya bilməyəcəyinən cəkinmişəm.

əfsuslar, kitab   paylanılıb, satışda yoxdur.

yazdığlarıvızı oxumaq isterdim

Link to comment
Share on other sites

  • 2 months later...

Axtar məni

 


Axtar məni darıxanda    
Həyalında axtar məni          
Təklik səni tam  sıxanda,
Vüsalnda axtar məni.

 

Axtar məni ürəyində
Həsrətində axtar məni,
Arzularda, diləyində
Xiffətində axtar məni

 

Məni axtar yer üzündə,
Gül ətrində axtar məni.
Bu şeirin hər sözündə
Hər sətrində axtar məni
 

Link to comment
Share on other sites

  • 1 month later...

 

Doğum günün mübarək

 

Arzum budur istəyinə çatasan,

Xoşbəxt olub, qəm-qüssəni atasan,

Sevincinə yeni sevinc qatasan.

Əziz insan, doğum günün mübarək.

 

Ömür yolun gül-çiçəklə bəzənsin,

 Sevənlərin daim sənə güvənsin,

Yaxınların sənə baxıb sevinsin.

Əziz insan, doğum günün mübarək.

 

Yaradandan can sağlığı dilərəm,

Sən güləndə mən də deyib-gülərəm.

Sən ağrısan mən üzülüb ölərəm.

Əziz insan, doğum günün mübarək.

Link to comment
Share on other sites

  • 1 month later...

Səndən öyrəndim
 İllərlə intizar içində qaldım, 
Səni xatırladım, xəyala daldım, 
Mən həyat gücünü eşqindən aldım, 
Sevib-sevilməyi səndən öyrəndim. 

Nə yaxşı sən mənim ömrümə gəldin, 
Canımı isitdin, üzümə güldün, 
Qəlbimdən kədəri tərtəmiz sildin, 
Sevib-sevilməyi səndən öyrəndim. 

Artıq unutmuşam nə imiş həsrət, 
Könlümü bürüyüb sevinc, səadət. 
Ölüncə yaşadar məni məhəbbət, 
Sevib-sevilməyi səndən öyrəndim.
 

Link to comment
Share on other sites

  • 1 month later...

Yuxu

Allahım, bu gecə yuxu ver mənə,

Elə bir yuxu ki, sakitçə yatım.

 Xoşbəxtlik hissinə qərq olum yenə,

Bu gecə həsrəti kənra atım.

 

 

Qoy həmin yuxuda açılsın çiçək,

 Sərt qışın yerinə isti yay gəlsin.

Bir şirin yuxuda dincəlsin ürək ,

 Qəlbim sakitləşsin, üzüm də gülsün.

 

 

Gün çıxsın nəhayət, gəlsin yaz-bahar,

 Bülbülün səsiylə hər tərəf dolsun.

 Görüşə mənimlə gəlsin gözəl yar,

 Qoy yuxum bitincə yanımda olsun.

Edited by LadyN
Link to comment
Share on other sites

  • 1 month later...

sevirəm səni.


Mənim dövlətimsən, mənim varımsan,
Gözümün işığı, şən baharımsan.
 Sən mənim əzizim, gözəl yarımsan,
 Nə yaxşı sən varsan, sevirəm səni. 

Dilimdə ah-nalə, qəlbimdə həsrət,
Gözümdə gündüz də olmuşdu zülmət. 
Sən mənə bəxş etdin sevinc, səadət, 
Nə yaxşı sən varsan, sevirəm səni. 

Sənsiz bir qəfəsdi bu dünya mənə, 
Hər bir kəs möhtacdır onu sevənə, 
Allaha min şükür rast gəldim sənə, 
Nə yaxşı sən varsan, sevirəm səni.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Allahdan ümidi kəsməyək gərək. 


Sabah Günəş çıxar əridər qarı,
 İsinər soyuqdan üşüyən ürək. 
Dost dostu salamlar, tapar yar yarı,
 Allahdan ümidi kəsməyək gərək. 

Sərt qışın yerinə gələr şən bahar, 
Ağaclar yenidən açar gül-çiçək. 
Tezliklə əriyər qalaq-qalaq qar, 
Azaldar sürətin şaxtalı külək.

 Açılar üzlərə nurlu bir səhər, 
Dolar ürəklərə xoş arzu-dilək. 
Dağılar bir qara bulud tək kədər,
Ömrün göylərini səadət bəzər.
 

Link to comment
Share on other sites

  • 2 months later...

Məni səsləsən
Sən məni səsləsən, həmən gələrəm, 
Uzaqda olsam da, inan, fərqi yox. 
Nə dərdin, qəmin var sənlə bölərəm, 
Xoşbəxt olmağını istəyirəm çox. 

Dağları aşaram, düşərəm düzə, 
Tələsib gələrəm göz yaşın silim. 
Bilirəm möhtacsan bir şirin sözə, 
Doludur xoş sözlə ürəyim, dilim. 

Mən sənin əlindən tuta bilərəm, 
Bir anda yox olar üzündən kədər. 
Ağlasan ağlaram, gülsən gülərəm, 
Yanında qalaram ölənə qədər.
 

Link to comment
Share on other sites

  • 2 months later...


Mələk olaydım
Mən bir mələk kimi qoruyub səni, 
Dərdini, qəmini uzaq edəydim. 
Mələklər tək qoymaz Allah sevəni, 
Sən gedən yerlərə mən də gedəydim. 

Olduğun yerlərdə əkəydim çiçək, 
Sağ tərəf bənövşə, solda yasəmən. 
Gözün gülsün deyə şad olsun ürək, 
Dövrəni cənnətə döndərəydim mən. 

Başının üstündə durub hər gecə, 
Səhər açılınca oyaq qalaydım. 
Nəzarət edəydim sənə gizlicə, 
Mən səni qoruyan mələk olaydım.
 

Link to comment
Share on other sites

  • 2 months later...

Intizar 
Gözlərim dikilib uzun bir yola,
Yaman darıxmışam mən səndən ötrü. 
Sinəmdən ürəyim çıxa az qala, 
Sən də həsrətmisən de məndən ötrü?!

Gözlərim yollarda axtarır səni, 
Payızdır, ağaclar yarpağın tökür.
Buludlu havalar çox üzür məni, 
Şiddətli küləklər hər yeri sökür. 

Səpir yarpaqları başıma payız,
Rəngbərəng yarpaqlar uçur sağ-sola.
Tez qayıt, həyatım, qalmayım yalqız,
Yoruldu gözlərim baxmaqdan yola.

Link to comment
Share on other sites

  • 10 months later...

Görüşə ümid
Bir gün gələcəyəm yanına inan, 
Ömürlük bitəcək ayrılıq, həsrət.
Mən də darıxıram, sən də çox güman, 
Görüşüb doyunca edərik söhbət.

 

 

Gerçəyə çevrilər bir gün bu xəyal, 
İnşallah Tanrımız eşidər bizi. 
Xoş arzu-diləklə qayıdar vüsal, 
Qalmaz ayrılığın ürəkdə izi.

 

 

Gülər üz-gözümüz, sevinər ürək, 
Gözümüz yollarda ilişib qalmaz. 
Sevgi bağımızda açılan çiçək, 
Bir daha saralıb, bir daha solmaz.

Link to comment
Share on other sites

Duyanın da var

Bu dünya gəlirsə əgər sənə dar,
Nə dostun dost isə, nə də yarın yar. 
Qaldır əllərini Allaha yalvar, 
Bil ki, duan varsa, duyanın da var.

Ümidi heç zaman olmaz itirmək, 
Yenidən yaz gələr, açılar çiçək. 
Qalanda dərd ilə, qəmlə təkbətək, 
Bil ki, duan varsa, duyanın da var.

Yaradan bircə an tək qoymaz bizi, 
Eşidər ağızdan çıxan hər sözü. 
Onun qarşısında bükərik dizi, 
Bil ki, duan varsa, duyanın da var.

 
Link to comment
Share on other sites

Yaşadan məni
Bu gecə şübhələr bürüdü məni,
“Niyə”lər, “bəlkə”lər qəlbimi sıxdı.
Düşündüm yenə də ötüb-keçəni,
Bilmədim nə zaman göz yaşım axdı.

Bu gecə yatmadım, yuxusuz qaldım,
Üz-üzə oturdum suallarımla.
Ürəkdə həyəcan təbili çaldım,
Acılı-şirinli xəyallarımla.

 

İnana bilmirəm özümə özüm,
Gözümü yumanda görürəm səni.
Sən mənim dilimdə ən şirin sözüm,
Sənin varlığındır yaşadan məni.

 
Link to comment
Share on other sites


Xəyal

Gəl xəyala dalaq bir az, 
Kimsə yoxdur, sənsən və mən. 
Təmiz hava, fəsil də yaz. 
Dörd bir tərəf yaşıl çəmən.

 

Nə gözəldir bax bu məkan, 
Başdan-başa, sanki, cənnət. 
Fərəhlidir burda hər an, 
Unudulur kədər, həsrət.

 

Külək qovub buludları, 
Parıldayır qızıl Günəş. 
Yox sevincin hüdudları, 
Qəlbə sevgi salıb atəş.

 

Uzaq olsun bizdən kədər, 
Döndərməsin üzün fələk. 
Qoy ömrümüz var nə qədər, 
Xəyal deyil, ola gercək.

Link to comment
Share on other sites


Yaz gəldi

Bilmirəm nağıldır, yoxsa ki, gerçək,
Bir yuxu görürəm bəlkə hələ mən.
Yaz gəldi, əzizim, açıldı çiçək,
Yayır xoş ətrini bağda yasəmən.

Kədəri unutdum, sakitdir ürək,
Qəlbimdən bir yolluq yox oldu həsrət.
Uzaqa apardı dərdimi külək,
Verdi öz yerini sevincə möhnət.

Gözümdə hər tərəf bağça-bağ, çəmən,
Heç neyçün ürəyim deyil narahat.
Qanadım olsaydı uçardım həmən,
Səninlə hər zaman gözəldir həyat.

Link to comment
Share on other sites


Sən alın yazımsan
Tez açan çiçəklər tezcə də solur, 
Ömrü gözəlliyin çox qısa olur...
Demə sevgilimsən, həsrətimsən de, 
Sən alın yazımsan, qismətimsən de.

Nə qədər yansa da tonqal da sönür,
Atəşə nə düşsə tez külə dönür...
Demə alovumsan, xiffətimsən de, 
Sən alın yazımsan, qismətimsən de.

Zaman əlimizdən biryolluq gedir, 
Cavanlıq sürətlə bizi tərk edir... 
Əbədi dünyamsan, cənnətimsən de, 
Sən alın yazımsan, qismətimsən de.

Link to comment
Share on other sites

  • 5 months later...


Canlanım
Hardasan, gəl artıq, ey canım, gözüm,
Ayrılıq oduna mən necə dözüm!?
Adına bağlıdır söhbətim, sözüm,
Qarşımda canlan ki, mən də canlanım.

Başımız üstündə Günəş dayansın,
Dünyamız al-əlvan rəngə boyansın.
Eşqin atəşinə canımız yansın,
Qarşımda canlan ki, mən də canlanım.

Bir də ayırmasın bizi Yaradan,
Baxtımız yar olsun bizə hər zaman.
Sən mənə bir can ol, mən sənə bir can,
Qarşımda canlan ki, mən də canlanım.


Dözmək gərəkdir

Əzizim, xoşbəxtlik bizim olacaq,
Sevgidən, sevincdən gözlər dolacaq,
Ayrılıq gedəcək, vüsal qalacaq,
Sadəcə bir az da dözmək gərəkdir.

Sərt qışın yerinə bahar gələcək,
Dərd-qəmi biryolluq üzdən siləcək. 
Bizim də bəxtimiz bir gün güləcək,
Sadəcə bir az da  dözmək gərəkdir.

Bir az gec, bir az tez həsrət bitəcək,
Arzumuz yerinə axır yetəcək.
Səadət başımız üstə ötəcək,
Sadəcə bir az da  dözmək gərəkdir.
 


Sevirəm səni
Sən məndən qəlbimi, canımı istə,
O saat mən sənə deyim baş üstə. 
Mən sənsiz qalanda oluram xəstə, 
Ey mənim həyatım, sevirəm səni! 

Dərd-qəmi ürəkdən silmək istərəm, 
Səninlə sevinib-gülmək istərəm. 
Ömrün mənasını bilmək istərəm, 
Ey mənim həyatım, sevirəm səni! 

Sən mənə dünyada hər kəsdən əziz, 
Əzizim, sevgimiz qoy olsun təmiz. 
Gəl onu qoruyaq sona qədər biz. 
Ey mənim həyatım, sevirəm səni!

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
        • Like
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Sad
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Haha
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...