Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

[quote name='Rashad_Rasul' date='Aug 23 2005, 12:16 ']Eshi Agdash, [b]Goychay[/b], Agsu, Qobustan, Ismayilli, ferqi yoxdur, hamisini Shamaxiya aid etmek olar. :)

[right][snapback]412518[/snapback][/right][/quote]

у меня мама Гёйчайская ;)

Link to comment
Share on other sites

  • Replies 629
  • Created
  • Last Reply

[quote name='Rashad_Rasul' date='Aug 23 2005, 16:20 ']Nemesis, besdirin, siz artiq dediniz ki, Fatmayidensiniz :)

Biz yehudi deyilik, ona gore de, ana xettini nezere almiriq :)

Amma sen ozunu qelben bizden hiss edirsense problem yoxdur...
[right][snapback]412906[/snapback][/right][/quote]

Рашад, я Фатмаинец до мозга костей :D но с Гёйчаем меня связывают мои лучшие воспоминания детства.

Link to comment
Share on other sites

Demeli, dunenki planimiza nail olduq. Bele ki, day.az-da 10 nefer esli Shamaxidan olanlari mueyyen etmishik. :)

[quote name='Kaktus' date='Aug 23 2005, 22:29 ']Все равно [color=red][b]Гянджинцев[/b][/color] больше. :rolleyes:
[right][snapback]412996[/snapback][/right][/quote]

Esas say deyil, esas keyfiyyetdir, bizde birinci sirada duran shexse baxin :)

Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' date='Aug 23 2005, 15:07 '][font="Arial"]
Şamaxı torpağının day.az-dakı yetirmələri

1. Editor
2. Zeyd
3. Bad boy
4. Rəşad Rəsul[/font]

[right][snapback]412506[/snapback][/right][/quote]
Siz meni yadinizdan cixartmisiniz... :( Men de Samaxiliyam :)

Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' date='Aug 25 2005, 08:18 ']Baho, Kazim, biz seni hech yaddan chixara bilerik. Update eleyirik ve goruruk ki,

1. Editor
2. Zeyd
3. Bad boy
4. Rashad Rasul
5. Bakinets
6. ANGEL
7. La Flaca
8. Saja
9. Lider SS
10. TABU
11. GEYNE
12. KAZIM
[right][snapback]414555[/snapback][/right][/quote]

можно организовать футбольную команду. :)

Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' date='Aug 25 2005, 09:18 ']
Baho, Kazim, biz seni hech yaddan chixara bilerik. Update eleyirik ve goruruk ki,

1. Editor
2. Zeyd
3. Bad boy
4. Rashad Rasul
5. Bakinets
6. ANGEL
7. La Flaca
8. Saja
9. Lider SS
10. TABU
11. GEYNE
12. KAZIM
13.DOST

Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' date='Aug 25 2005, 08:18 ']Baho, Kazim, biz seni hech yaddan chixara bilerik. Update eleyirik ve goruruk ki,

1. Editor
2. Zeyd
3. Bad boy
4. Rashad Rasul
5. Bakinets
6. ANGEL
7. La Flaca
8. Saja
9. Lider SS
10. TABU
11. GEYNE
12. KAZIM
[right][snapback]414555[/snapback][/right][/quote]
Coxsagolun.... :rolleyes:

Link to comment
Share on other sites

[quote name='dost' date='Aug 25 2005, 12:59 ']
[quote name='Rashad_Rasul' date='Aug 25 2005, 09:18 ']
Baho, Kazim, biz seni hech yaddan chixara bilerik. Update eleyirik ve goruruk ki,

1. Editor
2. Zeyd
3. Bad boy
4. Rashad Rasul
5. Bakinets
6. ANGEL
7. La Flaca
8. Saja
9. Lider SS
10. TABU
11. GEYNE
12. KAZIM
13.DOST
14. Farmaseft

P.S. Shirvanima janim gurban!

Link to comment
Share on other sites

[quote name='TABU' date='Aug 25 2005, 18:07 ']Rashad_Rasul,

Men hele sizin kimi yerlibaz gormemishdim :)  :)
[right][snapback]415404[/snapback][/right][/quote]

:looll: . Tabu, Shamaxidan olan shexslerde yerlibazliq hissi chox zeif inkishaf edib ichi men qarishiq. :)

Link to comment
Share on other sites

[quote]:looll: . Tabu, Shamaxidan olan shexslerde yerlibazliq hissi chox zeif inkishaf edib ichi men qarishiq.  :)[/quote]

Hele zeif inkishaf eleyib amma bu heddedir :):):) Tesevvurume getirirem inkishaf etseydi neler bash vererdi :)

Link to comment
Share on other sites

[font="Arial"]Məxsusi olaraq TABU üçün :rroza:

Şamaxının [b]Məlhəm[/b] kəndi barədə bəzi məlumatlar

Şirvanda belə bir müalicə mərkəzinin - [b]Məlhəm Tibb Akademiyası[/b]nın - yaradıcısı isə görkəmli həkim-alim [b]Ömər ibn-Osman Kafiəddin[/b] idi. O, məşhur şair [b]Xaqani Şirvani[/b]nin əmisi idi. Görünür, onun təcrübəsi Mahmud ibn İlyas və onun əməkdaşları tərəfindən Azərbaycanda "Sağlamlıq evləri" yaradılarkən geniş istifadə olunmuşdur. Belə ki, öz səyahətlərindən birini təsvir edərkən Mahmud ibn İlyas yazır ki, vətənə dönəndə "Şirvan haqqında danışmaq, Kafiəddindən aldığı nəsihətləri yada salmaq məqsədi ilə yolüstü Bağdadda böyük həmyerlimə baş çəkdim, Şirvan haqqında xatirələr həmişə bizim üçün xoşdur."

Ömər Kafiəddinin təqribən 1080-çi ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. 0 öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı: "Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin tə'siri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb. Bircə Məlhəm adlanan yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilib. Buradan Kafiəddin belə qərara gəlir ki, Məlhəmdə hava nəinki çox təmizdir, həm də müalicəvi əhəmiyyət daşıyır. Buna görə də o, özünün tibb akademiyasını məhz bu yerdə qurmaq qərarına gəlir.

İndi bu yeri [b]Məlhəm düzü[/b] adlandırırlar. Azərbaycan alimi N. K. Kərəmov belə hesab edir ki, bu yerin adı dilimizdəki "məlhəm"-qiymətli dərman sözündəndir. Bu yerin adının mənşəyi barədə başqa bir ehtimal da var. Bu haqda belə bir rəvayət gəzir ki, guya Şamaxı ətrafında nə vaxtsa dəri xəstəliklərini mö'cüzəvi məlhəmlə sağaldan bir həkim yaşayırmış və "Məlhəm" adı da sonradan həmin yerə bu münasibətlə verilib. Kafiəddin müalicə, dərman istehsalı və həkim hazırlığı ilə məşqul olan təbib alimləri buraya öz yanında işləməyə də'vət edir. O, özü gözəl həkim, cərrah və əczaçı idi. Yaxın Şərqdəki dəgər oxşar müəssisələrdəki kimi, onun müalicəxanasında da əczaxana vardı. həkimlər, farmokoloqlar, müxtəlif ixtisaslı əczaçılar da burada yaşayırdılar. Eyni zamanda işə təzə götürülənlər, ixtisasını artıran həkim və əczaçılar, o cümlədən "cərrahi" adlanan cərrahlar, "kehali" adlanan okulistlər, "mücbiri", yaxud "müçabiri" adlanan travmatoloqlar və başqaları burada dərs keçirdilər.

0 dövrün müalicə mərkəzlərində adətən, binaların koridor sistemi tətbiq olunurdu. Girişdə qəbul və prosedura otaqları, koridorun hər iki tərəfində palata-lar və nəhayət, klinikanın axırında ölüxana yerləşirdi. Əsas bina təsərrüfat korpusu ilə açıq eyvan vasitəsi ilə birləşirdi. həmin eyvan binada havanın tən-zimlənməsini yaxşılaşdırır, lazım olduqda isə palata kimi istifadə olunurdu. Əsas binadan bir qədər qıraqda kiçik aptek yerləşirdi. Yaxınlıqda həkimlər və xidmətçilər üçün yaşayış evləri, həmçinin böyük aptek tikilirdi. Aptek, dərman hazırlanması üçün müxtəlif bitkilər əkilmiş bağçaya çıxırdı. M. A. Axundovun yazdığı kimi, "Akademiyada müxtəlif daxili və xarici xəstəliklərin müalicəsi üçün kif köbələklərindən istifadə olunurdu. Bu köbələklərin 17-yə qədər növü fərqləndirilirdi: çörək kifi, süd kifi, şirniyyat kifi, bal kifi və s."

Xaqani bir şe'rində əmisi haqqında danışarkən yazır: "O, mənə çox asan bir yolla başa saldı ki, "bir", "iki","üç","dörd","beş" nə deməkdir."Beş"-hissiyyat üzvləridir, "dörd"-dünyadakı başlanqıclar-su, hava, od və torpaqdır, "üç"-qeyri-üzvi təbiətdir, "iki"-cism və ruhdur, "bir"-allahdır." Görünür, bu cür şəfa ocaqları Azərbaycanda çox populyar olub. Belə ki, "Məhsəti və Əmir Əhməd" dastanında Gəncədəki "bimaranə" adlanan xəstəxana təsvir olunur. Orada xəstələr həkimin qəbuluna düşmək üçün növbəyə dururlar.

Öz fəaliyyətində Kafiəddinə oğlu Vəhidəddin Osman da böyük kömək göstərir. Osman ensiklopedik biliyə malik yaxşı həkim, cərrah və əczaçı idi. 0 həmçinin kamil filosof, ilahiyyatçı və şair kimi də tanınmışdı. Bundan başqa o, həm də iste'dadlı musiqiçi və musiqişünas idi. O, musiqi nəzəriyyəsini yaxşı bilir və müasir orqanın atası sayılan ərkənun alətində ustalıqla çalırdı. Osman Xaqaninin tərbiyəsində də fəal iştirak edirdi. İstisna edilmir ki, şair musiqi təhsilini Osmandan almışdır.

Ömər ibn Osman Kafiəddin 1150-ci ildə dünyasını dəyişmiş və Şamaxının yaxınlığında böyük hörmət-izzətlə dəfn olunmuşdur. Burada daim günəş şüaları altında qızınan daqda, yüksək ağaclar şirəli otlar və bol sulu bulaqlar arasında xəstələr həkimsiz də şəfa tapardılar. Sonralar bu yer pirə çevrilir. Bu yerlərin və burada dəfn olunan alimin müqəddəsliyinə sidq ürəkdən inanan əhali buraya sitayişə gəlir, qurbanlar gətirirdilər. Xalq arasında Kafiəddinə verilmiş "dədə" adından bu yerlərin künümüzə qədər gəlib çıxmış "Dədə Günəş" adı əmələ gəlir. Eyni zamanda xalq arasında adamları bat-bat otundan çəkindirmək üçün işlədilən bir deyim də yaşayır ki, burada da Kafiəddin Dədə yada salınır: "Sən də Dədə kimi bu otla oynama. Zəhərlidir, at getsin." Xaqani Kafiəddinin ölümünə mərsiyə yazmışdır:

Aman! Getdi filosofu yer üzünün bu dünyadan,
Açan mə'na göylərnnin qapısını getdi, aman!
Onun ruhu yüksələrək qayıtdı öz məkanına
"Dön geriyə!"-söyləmişdi, yəqin, fələk ona bu an.
Kamal əli torpaqlara düşən gözəl bu incini
Qaldıraraq fələklərin kəmərinə taxdı nişan.
Fələk özü üçün onu təbibliyə aparmışdır
Sınamışdır tə'sirini dərmanının zaman-zaman.
Çitan kimi köy uzunə, həmin saat ulduzların
Titrəməsi kəsilmişdir, əlac etmiş ona böyuk loğman.
Göyün yeddi bəzək ilə paltar geyən hurisi də
Ayağına sürtmüş oldu yanaqını çox mehriban.
Onsuz bütün əqrəbası ölmüş kimi qaldı, eyvah!
Qəbilənin Adəmiydi, İsa kimi verərdi can.
Cümə günü əcəl gəlib apardı o filosofu
Bax, Nuhun da gəmisini cümə günü tutub tufan.
Ey Xaqani, əmin uçun matəm saxla, göz yaşı tök,
Çunkç əmin yetişdirib etdi səni qabil insan.
[/font]


:rroza:
Link to comment
Share on other sites

По отцовской линии, я тоже шемахинец. Дедушка родился там :)

1. Editor
2. Zeyd
3. Bad boy
4. Rashad Rasul
5. Bakinets
6. ANGEL
7. La Flaca
8. Saja
9. Lider SS
10. TABU
11. GEYNE
12. KAZIM
13. Rosso (ну и число мне попалось, впрочем футболист изображённый у меня на аватаре - Неста, играет под этим номером) :devil:

Link to comment
Share on other sites

[quote name='Rosso' date='Aug 25 2005, 18:23 ']По отцовской линии, я тоже шемахинец. Дедушка родился там :)

1. Editor
2. Zeyd
3. Bad boy
4. Rashad Rasul
5. Bakinets
6. ANGEL
7. La Flaca
8. Saja
9. Lider SS
10. TABU
11. GEYNE
12. KAZIM
13. Rosso (ну и число мне попалось, впрочем футболист изображённый у меня на аватаре - Неста, играет под этим номером)  :devil:
[right][snapback]415519[/snapback][/right][/quote]

уже 2 запасных.

Link to comment
Share on other sites

[quote name='Iakov' date='Aug 25 2005, 19:27 ']уже 2 запасных.
[right][snapback]415525[/snapback][/right][/quote]
umoril:

Самое интересное, что у Шемахи нет своей футбольной профессиональной команды... впрочем, может когда-то была? :huh:

Link to comment
Share on other sites

[quote]13. Rosso (ну и число мне попалось, впрочем футболист изображённый у меня на аватаре - Неста, играет под этим номером)[/quote]

Вы вообще то должны быть под номером 15 :)

1. Editor
2. Zeyd
3. Bad boy
4. Rashad Rasul
5. Bakinets
6. ANGEL
7. La Flaca
8. Saja
9. Lider SS
10. TABU
11. GEYNE
12. KAZIM
13.DOST
14. Farmaseft

Link to comment
Share on other sites

[quote name='Rosso' date='Aug 25 2005, 19:39 '][quote name='Iakov' date='Aug 25 2005, 19:27 ']уже 2 запасных.
[right][snapback]415525[/snapback][/right][/quote]
umoril:

Самое интересное, что у Шемахи нет своей футбольной профессиональной команды... впрочем, может когда-то была? :huh:
[right][snapback]415543[/snapback][/right]
[/quote]

Olub ay brat, olub, sen bele sheyleri menden sorush... Inshaatchi Shamaxi, daha sonra ise Shirvan, ilk milli chempionatda chixish edibler (bibim oglu oynayib o komandada), daha sonra ise dagilib... Indi stadionda inekler otlayir :(

Amma eybi yoxdur, teze olimpiyski kompleksimiz var, onun da arxasinda genish bir duzenlik, orada yeni stadion tikeceyik, bunu mene hemin kompleksin rehberi olan qohumum deyib :D

Link to comment
Share on other sites

yayın bu cırhacırında, qədim olduğu gədər günü-gündən gözəlləşən Şamaxıdan bütün yuzerlərə və məxsusi olaraq Şamaxılılara buz kimi, səp-sərin salamlar. elə bu gün doğma torpağımda keçirdiyim 1 aylıq istirahətimi başa vuraraq bakıya dönməyimə baxmayaraq hələ də dağların abu-havasındayam. Əl-qərəz əssalamu aleykum.

Link to comment
Share on other sites

[quote name='ZEYD' date='Aug 26 2005, 00:47 ']yayın bu cırhacırında,  qədim olduğu gədər günü-gündən gözəlləşən Şamaxıdan bütün yuzerlərə və məxsusi olaraq Şamaxılılara buz kimi, səp-sərin salamlar. elə bu gün doğma  torpağımda keçirdiyim 1 aylıq istirahətimi başa vuraraq bakıya dönməyimə baxmayaraq hələ də dağların abu-havasındayam. Əl-qərəz əssalamu aleykum.
[right][snapback]415892[/snapback][/right][/quote]

Ay eleykim essalam, xosh gelib sefa getirmisen, ne var ne yox?

Millet, mene "Shamaxi" mahnisini soz veribler, mene veren kimi qoyacam bura :)

Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' date='Aug 26 2005, 09:04 '][quote name='ZEYD' date='Aug 26 2005, 00:47 ']yayın bu cırhacırında,  qədim olduğu gədər günü-gündən gözəlləşən Şamaxıdan bütün yuzerlərə və məxsusi olaraq Şamaxılılara buz kimi, səp-sərin salamlar. elə bu gün doğma  torpağımda keçirdiyim 1 aylıq istirahətimi başa vuraraq bakıya dönməyimə baxmayaraq hələ də dağların abu-havasındayam. Əl-qərəz əssalamu aleykum.
[right][snapback]415892[/snapback][/right][/quote]

Ay eleykim essalam, xosh gelib sefa getirmisen, ne var ne yox?

Millet, mene "Shamaxi" mahnisini soz veribler, mene veren kimi qoyacam bura :)
[right][snapback]416121[/snapback][/right]
[/quote]
Heyran olmuşam axı, həmdəm olmuşam axı
Şamaxı ay Şamaxı.
Gardaş bu mahnı esl incəsənət məskənində təcnisin cığalı üstünda yazılmış formasıdır.

Link to comment
Share on other sites

[font="Arial"]Mən bu barədə yazmasam olmaz :)

[b]Şamaxı Cümə Məscidi[/b]

Ərəblər işğal etdikləri ölkələrdə İslamı yayırdılar. Bu ərazilərdə dini geniş təbliğ etmək məqsədilə onlar ilk növbədə cümə məscidləri inşa edirdilər. Bu baxımdan ərəblər öz ölkələrindən kənarda Azərbaycanda hələ VII əsrdə məscid tikdiriblər. Onlardan birincisi 733-cü ildə Dərbənddə, ikincisi isə 743-cü ildə Şamaxıda inşa olunmuşdur.

Şamaxı Cümə məscidi Memarlıq ənənələri və abidələri ilə məşhur olan Şamaxı zonası xüsusilə, Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlamışdı. Ona görə də Şirvanın paytaxtında qədim və orta əsr abidələrindən heç nə qalmamışdır.

Dövrümüzə qədər gəlib çatmış Cümə məscidi 1902-ci ildə İ.K.Ploşko və memar Zivərbəy Əhmədbəyovun layihəsi ilə qədim məscid özülü üzərində tikilmişdir.

Şamaxının Cümə məscidi təkcə VIII əsrə aid edilən İslam memarlığının qədim tarixi baxımından deyil, həm də yaxşı plan həllinə görə Cənubi Qafqazın görkəmli dini tikililəri sırasında dayanır. Ərəblər birinci dəfə şəhərdə çox da böyük olmayan və mehrabı Məkkəyə istiqamətləndirilmiş məscid inşa etmişdilər. Şəhərin başqa tikililərindən bir o qədər də fərqlənməyən bu məscid haradasa yeni dini tikililərin memarlıq cizgilərini əks etdirirdi. Ola bilər ki, Şamaxı məscidinin günbəzi yerli təbii əhəng daşı ilə taxta parasız (taçparasız) inşa olunmuşdu. Bunu deməkdə bizə yerli konstruksiya və yerli inşaat materialı imkan verir. Hər halda dini tikililərdə yeni konstruksiyanın meydana çıxması nəticəsində həm şəhərin ətraf tikililərinin, həm də Şamaxı ticarət mərkəzinin kompleks şəkildə obrazı dəyişmişdi.

İslam dininin yerlərdə möhkəmləndirilməsini nəzərə alaraq məscidlərin, xüsusilə Cümə məscidlərinin memarlığına xüsusi diqqət yetirilirdi. Ona görə də qədim memarlıq formaları köklü şəkildə yeni formalı tikililər arasında əriyirdi və bu baxımdan şəhərlər sanki öz aralarında inşa olunan cümə məscidlərinin genişliyi və tərtibatı ilə yarışırdılar.

Şəriət qanununda deyildiyi kimi qədim məscidlər yenisi ilə əvəz ediləndə mümkün qədər əvvəlkinin plan həllini saxlamaq lazımdır. Bu baxımdan XX əsrin əvvəllərində qədim məscidin özülü üzərində inşa edilmiş Şamaxı Cümə məscidinin ilkin planını təyin etmək mümkündür. Əgər nəzərə alsaq ki, şəriətin bu qanununa 10 əsrdən çox bir müddətdə ciddi riayət edilib, onda haqqında söhbət gedən məscid də öz qədim özülü üzərində tikilərək ilkin plan həllini saxlaya bilmişdir. Uzunluğu 47 metr, eni 28 metrə çatan düzbucaqlı formalı məscidin nəhəng zalı kvadrat şəkilli 3 sərbəst hissəyə bölünərək bir-biri ilə arasındakı geniş keçidlərlə əlaqələndirilir.

Məscidin belə plan həlli müəyyən dərəcədə məşhur ərəb məscidlərini - konkret desək eyni dövrdə (VIII əsr) inşa edilmiş Dəməşqdəki Ömeyat və Kordovadakı böyük məscidi yada salır. Belə plan quruluşuna malik olan məscidləri mərkəz xətti boyunca memarlıq və konstruksiyasına xələl gətirmədən hər iki istiqamətə genişləndirmək olar. 1926-cı ildə Q.Aleksandroviç Şamaxıdan 3 kilometr aralıda yerləşən qonşu Ağsu kəndində hələ 1918-ci ildə ermənilər tərəfindən yandırılan və dağıdılmış bir məscid xarabalığı aşkar etmişdir. Üəmin məsciddə aparılmış tədqiqatlar göstərir ki, onun da memarlıq planı Şamaxı Cümə məscidi ilə eynidir. Məscidin inşa olunma dövrü VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslümün hakimiyyəti illərinə təsadüf edir. Aleksandroviç məscid divarlarındakı müxtəlif hörgü qalıqlarına əsaslanaraq onun çox qədim olması və müxtəlif dövrlərdə bərpa edilməsi nəticəsinə gəlmişdir. Doğrudan da Şamaxı və Ağsu məscidləri eyni dövrdə tikilib. Onlar Şirvan abidələri qrupuna daxil olub islam memarlığının nadir nümunələridir. Bu məscid interyerlərinin bilavasitə analoqu yoxdur. Ola bilər ki, Ağsu kəndindəki məscidin plan həlli Şamaxı ­ümə məscidinin təkrarıdır. Demək olar ki, elə bu vaxtlar, yəni Azərbaycanda mədəniyyət və incəsənətin çiçəkləndiyi dövrlərdə (XII-XIII əsrlər) Şamaxı Cümə məscidinin konstruksiya və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılmışdır. Aleksandroviç yazır ki, təəssüf, yanğın zamanı (1918-ci il) məscidin ilk inşa olunma tarixini göstərən daş da tamamilə sıradan çıxdığı üçün onun haqqında dəqiq məlumat verə bilmirik. Ona görə də Şamaxıda əldə etdiyimiz qiymətli məlumatlar Cümə məscidinin tarixi üzərinə də müəyyən işıq salır.

Zəlzələdən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruz qalma səbəblərini araşdırdı. Elə o zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlamışdı. (Marçenkonun dağılmış Şamaxı şəhəri haqqındakı məruzəsinin mətni, 26.04.1902-ci il iclasında Peterburqda A.İ.Nosaleviçin çıxışı. Mülki mühəndis xəbərləri. S.P.b,1902,e 2 mart-aprel, s.62). Beləliklə, demək olar ki, Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə, Dərbənddə inşa edilmiş məsciddən sonra (733-34) ən qədim məsciddir.

General-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktubdan göründüyü kimi, Şamaxının ümumi plan həllində mühüm tarixi rol oynayan Cümə məscidi Qafqazın hakim dairələrinin diqqət mərkəzində olmuşdur. Məktubda yazılır: Təcili olaraq böyük Cümə məscidinə yığılan ərzağın başqa otağa köçürülməsinə göstəriş verilsin və məscidin təmiri üçün lazım olan dəqiq plan çıxarılaraq mənə göndərilməsi mülkü mühəndis zabitinə tapşırılsın. Qədim məscidin planı əldə olunmamışdır. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə islamın qədim, iri həcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır. Məscidin mərkəzi simmetrik kompozisiyasını konusvari tamamlayan günbəz xüsusi nəzərə çarpır. Daxili fəza həllinin 3 hissədən ibarət olmasını fasadda əks etdirən mərkəzi böyük və ona tabe edilən balaca yan günbəzlər ümumi hissənin rəngarəngliyini daha da canlandırır. Məscidin ümumi memarlığını daha da dinamik göstərmək üçün onun günbəzi üfüqi istiqamətlənmiş gövdəsinin əksinə qoyulur.

1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrildi. Lakin şəhər və quberniya memarı Qasımbəy Hacıbababəyovun (1811-1877) düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunub saxlanıldı. Bununla yanaşı onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858), hamam, Cümə məscidinin qonşuluğunda (1877) inşa olunmuş 2 minarəli məscid və sair bu qəbildən olan tikililərdir. Cümə məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılmışdır.

Q.Hacıbababəyovun Cümə məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur. 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə də ucalırdı. Lakin zəlzələdən şəhərin demək olar ki, bütün yaşayış, dini və mülki tikililəri tamamilə dağılmış, o cümlədən Cümə məscidinə böyük ziyan dəymişdi. Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər misilsiz itkilərə məruz qalsa da xarabalar içindən yenidən qalxıb dirçəlirdi. 1903-cü ilin oktyabrında ­ümə məscidinin ianə yolu ilə bərpa olunması üçün komitə yaradıldı. Komitə qarşısında çox əsrlik Şirvan qüdrətinin simvolu olan yarıuçuq Cümə məscidinin qorunub saxlanması əsas və məsuliyyətli tapşırıq oldu. Komitə Cümə məscidinin layihə işlərini əslən şamaxılı olan mülki mühəndis Zivərbəy Əhmədbəyova həvalə etdi, ona uçulmuş cizgilərini saxlamaqla öz bünövrəsi üzərində məscidin lahiyələndirilməsi tapşırıldı. Tikinti işləri sürətlə aparıldı (Özülün mərkəzi və arxa divarı bərkidilib yan hissələrdə işlər davam olundu) lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı və nəticədə Zivərbəy Əhmədbəyov tikintini tərk etdi. Komitə məscidin layihə işlərinin davam olunmasını mülkü mühəndis İ.K.Ploşkoya təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı həm də Z.Əhmədbəyovun memarlıq variantını saxladı. 1909-cu ildə İ.K.Ploşkonun komitəyə təqdim etdiyi layihədə İslam memarlığının, dini tikililər obrazının şərhi ustalıqla təcəssüm etdirilirdi. Bu ciddi və simmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O çox planlı, rəngarəng, memarlıq dinamikası üzərində inşa olunurdu. Baş fasadın oxvarı taçbəndlərlə sıralanmış üfiqi həcmi üzərində göyə ucalan və sonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq edir. Şaquli minarələr tarım dartılmış məftilə bənzəyir. Bu minarələrin memarlıq motivinin əla siluetindən biz Şirvanşahlar saray ansamblının əks-sədasını görürük. Məscidin inşası maddi çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən başqa, bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavada hazırlanmışdı.

Azərbaycan memarlıq tarixində Cümə məscidinin böyük əhəmiyyəti vardır. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq lazımdır. Bu tədqiqatlar Bakıdakı Məhəmməd, yaxud Sınıqqala məscidi ilə təmsil olunmuş Şirvan-Abşeron memarlığının da bir çox aspektlərini işıqlandırmağa imkan verər. [/font]
Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' date='Aug 25 2005, 20:08 ']Olub ay brat, olub, sen bele sheyleri menden sorush... Inshaatchi Shamaxi, daha sonra ise Shirvan, ilk milli chempionatda chixish edibler (bibim oglu oynayib o komandada), daha sonra ise dagilib... Indi stadionda inekler otlayir  :(

Amma eybi yoxdur, teze olimpiyski kompleksimiz var, onun da arxasinda genish bir duzenlik, orada yeni stadion tikeceyik, bunu mene hemin kompleksin rehberi olan qohumum deyib  :D
[right][snapback]415597[/snapback][/right][/quote]
Что-то я слышал про Ширван, они вроде хотели в первую лигу заявиться, но потом передумали :huh:

[quote name='Rashad_Rasul' date='Aug 25 2005, 20:09 ']15. Rosso (qaga isteyirsen seni 13-e qoyum :) )
[right][snapback]415600[/snapback][/right][/quote]
Чох сагол, амма 15-дя пис дейил :)

Link to comment
Share on other sites

[font="Arial"][b]XAQANİ ŞİRVANİ[/b]

Şərq aləminin ən böyük şair və filosoflarından biri Əfzələddin İbrahim ibn Əli Xaqani Şirvani təxminən 1126-cı ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhərində anadan olub. Şamaxı Azərbaycanın şimalında yerləşirdi. Xaqanini fars poeziyasının klassiki Sənainin ardıcılı hesab edənlər çox vaxt onun adına "Bədil" ("Varis") ləğəbini də qoşurlar.

İbrahimin atası Əli Nəccar ibn Osman Şirvani dülgər, babası Osman isə toxucu idi. Osmanın atasının adı İbrahim olmuşdu. Şairin əmisi Ömər Kafiəddin oğlunu Osman adlandırmış, onun qardaşı Əli Nəccar isə oğluna babasının adını qoymuşdu. Azərbaycanda bu yolla adqoyma ən'ənəsi bu gün də davam edir. Özünün sadə mənşəyindən danışanda Xaqani həmişə Bibliya patriarxı Moiseyi (İbrahim) misal gətirir, belə ki, adları eyni olmaqdan savayı Moisey də dülgər oğlu olmuşdu. İbrahimin anası xristian-nestorian Rəbiyə xanım aşpaz idi. O, Şirvana gətirilmiş əsir kənizlərdən idi.

İbrahim həmişə atasına hörmətlə yanaşır, onu öz əsərlərində xoş sözlərlə xa-tırlayır. Lakin hansısa səbəblər üzündən atasının onları atdığı və İbrahimə əmisi Ömər Kafiəddinin tərbiyə verdiyi mə'lumdur. Ömər Kafiəddin öz dövrünün görkəmli şəxslərindən sayılırdı. Bir alim kimi onun şöhrəti Azərbaycandan uzaqlara yayılmışdı. O, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, riyaziyyat, təbabət, əzcaşünaslıq elmlərinə dərindən bələd idi. Ömər Kafiədiin mədrəsədə dərs deyirdi. Azərbaycanda təbabətin inkişafında onun xidmətləri daha böyükdür. 0, Şamaxı yaxınlığında, Məlhəm adlanan yerdə Tibb Akademiyası yaratmış və müalicə təcrübəsi, dərman hazırlığı və həkim kadrların yetişdirilməsi üçün təbabət elminin bilicilərini buraya də'vət etmişdi. Gözəl həkim, cərrah və farmokoloq olan Kafiəddin müalicə zamanı kif köbələyinin ondan artıq növündən istifadə edirdi (hal-hazırda kif köbələkləri antibiotiklər istehsalında istifadə olunur).

Kiçik İbrahimin təhsili ərəb əlifbasının, hüsnxətt qaydalarının mənimsənilməsindən və "Qur'an"ın mütaliəsindən başlanır. Sonra ona dövrün adətincə, ilahiyyat, dilçilik, riyaziyyat, astronomiya və astrologiyanı tədris edirlər. Xaqaninin tərbiyə olunmasında Kafiəddinə oğlu Vəhidəddin Osman da böyük kömək göstərir. Osman ensiklopedik biliyə malik həkim, əczaçı və cərrah idi. Bundan başqa o həm də iste'dadlı musiqiçi və musiqişünas idi. O, musiqi nəzəriyyəsini yaxşı bilir və müasir orqanın ələfi" sayılan ərqənun alətində ustalıqla çalırdı. Ehtimal ki, İbrahim musiqi təhsilini ondan alıb.

Həm əmisinin yanında, həm də mədrəsədə təhsil alarkən İbrahim slmlərin əsaslarına yiyələnir, sonradan isə biliklərini müstəqil surətdə artırır ('əmim məni böyük bir kitabxanaya kətirdi"). Şairin yüksək savad səviyyəsi onun "Bizans qeysərinə' yazdığı qəsidəsindən də bəlli olur. Burada o yazır ki, xristian ehkamlarını hər hansı bir yepiskopdan yaxşı bilir, yakovitlik, nestorianlıq və ortodoks provaslavlığın incəliklərinə dərindən bələddir, bundan başqa Zənda-vesta vasitəsilə Zərdüşt dininin sirlərinə də vaqif olmuşdur.

Ən'ənəyə görə, şe'r yazmağa başlayarkən İbrahim ilk əvvəl özünə təxəllüs seçməli olur. İbrahim böyük şair Sənainin pərəstişkarı olduğundan bir çox mütəxəssislər onun "həqaiqi" təxəllüsünü Sənainin "hədiqət əl-həqaiq" (həqiqətlər bağçası) kitabının tə'siri altında götürdüyünü iddia edirlər.

Himayədarı və tərbiyəçisi olan əmisi Allahın rəhmətinə qovuşandan sonra İbrahim şirvanşah Mənuçöhrün sarayında "məliküşşüəra" rütbəsinə çatmış Əbül-Əlanın şəxsində yeni bir xeyirxah tapır. Əbül-Əla öz əsli e'tibarilə Gəncədən idi və Şirvana artıq şair kimi məşhurlaşdıqdan sonra gəlmişdi. Əbül-Əla İbrahimin iste'dadını gördükdən sonra onu saray şairi kimi qulluğa düzəldir. Əbül-Əlanın məsləhəti, başqa bir fikrə görə isə Mənuçöhrün şəxsi rə'yi ilə İbrahim türk ən'ənəsinə görə, özünü "Xaqan" e'lan etmiş Şirvanşahın şərəfinə həqaiqi təxəllüsünü dəyişərək, ədəbi ad kimi Xaqani imzasını götürür. İbrahim Əbül-Əlanın sonradan Şirvanın hüdudlarından uzaqlarda da tanınmış ikinci şagirdi idi. Ustad ondan əvvəl daha bir şamaxılıya şair və astronom Cəlaləddin Məhəmməd Fələkiyə (vəf. 1181) himayədarlıq göstərmişdi. Rəvayətə görə, Əbül-Əla Fələkini o qədər istəyirdi ki, hətta öz qızını da ona vermək qərarına gəlmişdi. Lakin Xaqaninin poetik iste'dadı və şəxsi keyfiyyətlərini gördükdən sonra məliküşşüəra qızını İbrahimə verir. Bu işdən dərdə düşmüş Fələkiyə təsəlli üçün Əbül-Əla ona 20 min dirhəm pul bəxşiş edir və deyir: "Oğlum! Bu pula sən mənim qızımdan da gözəl 50 Türküstan kənizi ala bilərsən." hadisənin belə nəticələnməsi görünür, Fələkiyə də sərf edir və akademik Krımskinin ironiya ilə söylədiyi kimi, "Bundan sonra onların hamısı-məliküşşüəra Əbül-Əla da, onun kürəkəni Xaqani də, digər şagirdi Fələki də bir ağızdan Mənuçöhrü mədh etməkdə davam edirlər." Krımski misal üçün Xaqaninin mədhiyyələrindən birini gətirir: "Sənin əlin, Mənuçöhr, yalnız səxavətlə bəxşişlər vermək üçün açılır, təkcə al-qırmızı şərab badəsi götürməkdən ötrü yumulur. Yer üzündəki mövcudatdan heç nə sənin tərəfindən ədalətsizlik gördüyünü söyləyə bilməz, bircə qələm qamışından başqa. Axı o sənin qarşında günahkar deyildi, ancaq sən onun başını kəsdin."

Bütün bunlara baxmayaraq, bir qədər sonra şairin misralarında narazılıq və e'tiraz notları duyulmağa başlayır. Şairin qələmindən Şirvanşahlar sarayının despotik ruhunu ifşa edən misralar da çıxmağa başlayır. Bədxahlar bundan və şairin sufi görüşlərindən onu şahın gözündən salmaq üçün istifadə edirlər. Azərbaycan alimi Qafar Kəndli özünün iri həcmli "Xaqani Şirvani" (həyatı, dövrü, mühiti) adlı əsərində şairin və müasirlərinin əsərlərinin dərindən təhlili əsasında onun tərcümeyi-halını yeni mə'lumatlarla zənginləşdir-mişdir. Başlıcası budur ki,o, Xaqaninin Əbül-Əla ilə qohum olması haqda artıq 800 ildən bəri hallandırılan söz-söhbəti təkzib edir.

Qafar Kəndliyə görə, Xaqaninin üç arvadı olub. Bunlardan birincisi Şirvanlı bir kəndçi qızı idi. Bu arvadının ya Kür çayı, ya da Xəzər sahillərində yaşadığı Xaqaninin bu sözlərindən bəlli olur: "O kənddə qayıqçılar məni min kərə lə'nətlədilər." Alimin fikrincə, Xaqani təqribən 1151/52-çi ildə evlənmiş və arvadından 12 yaş böyük olmuşdur. Çox sevdiyi və bütün ömrü boyu unutmadığı həmin qadın şairin Məkkəyə ikinci səfərindən sonra rəhmətə gedir. Onlar bir yerdə 25 il ömür sürürlər. İki oğulları, iki qızları olur. Q. Kəndli oğlanların adını da gətirir: Rəşidəddin Rəşid və Əmir Əbdülməcid. Rəşid 20 yaşında Şirvanda vəfat edir. Xaqani onun ölümünə çox yanır və bu itkiyə mərsiyə də yazır. Mütəxəssislərin fikrincə, ifadə olunan kədərin dərinliyinə və ruhi tə'sir qüvvəsinə görə, Xaqaninin bu mərsiyəsi Firdövsidən üzü bəri yazılan bu tipli şe'rlərin heç birindən geri qalmır. Təbrizdə Xaqani dul qadınla evlənir. Bu arvad da tez ölür və şair üçüncü dəfə evlənməli olur. Lakin birinci xanımı ilk sevgi kimi onun yadından çıxmır. Ona həsr olunmuş misralar bu gün də müasir səslənir:

Sənin ardınca başqa yerlərə yollanıram
Sənsiz yer üzündə qala bilmirəm.
Bu ayrılıq tufanı və göz yişı qarşısında
Dünyanın tüfanı və seli nədir ki?!
Bəzən qəlbimə baş vururam,
Və orada səni tapıram.
Amandır, nə qədər ki, hələ sağam,
Məni tək qoyma, ruhunu səsləyirəm.
Sən dedin: "Sən hələ sevə bilərsən..."
Amma bilirsən ki, bu, mümkün deyil.
Sənsiz rahatlıq ağlıma belə gəlmir,
Onu nə xəylda, nə də yuxuda tapıram.

1160-cı ildə Mənuçöhr vəfat edir və onun taxtına yarım əsrə yaxın hökmranlıq etmiş I Əxsitan çıxır. O, "qəddar və sərt" olmasına baxmayaraq, şairlərə himayə göstərməsi ilə də məşhurlaşmışdı. Saray şairləri öz qələmlərini Əxsitanın, onun doğmalarının və hərəmlərinin tə'rifinə həsr edirlər. 1188-ci ildə dahi Nizami də "Leyli və Məcnun" poemasını ona ithaf edir.

Bu dövrdə Xaqaninin məharəti görünməmiş yüksəkliyə qalxır. Onun şe'rlərini fərqləndirən əsas keyfiyyətlər bədii kamillik, melodiklik, səslənmə gözəlliyi, eyni zamanda o dövrün ədəbi ən'ənələrindən irəli gələn mətn mürəkkəbliyi, sözlərin oynadılması, çətin tutulan eyhamlar və elmi istilahlarla zənginlik idi. Saray şairlərinin yarışmasında o, birincilik əldə edir və elə bu da onun məliküşşüəra Əbül-Əla, həmçinin o biri şairlərlə münasibətlərində özünü göstərməyə bilmir. Üstəlik 'əlahəzrət xaqan onun hər mədhiyyəsini min qızıl dinarla mükafatlandırmağa adətkərdə olmuşdu." Əbül-Əla ilə narazılıq hələ Mənuçöhrün vaxtından başlamışdı, Əxsitanın zamanında isə bu artıq söz müharibəsinə çevrilir. Satira və həcvlər daha kəskin və daha acı olur. Polemikanın dili o qədər açıq-saçıqdır ki, çağdaş ədiblər bu şairlərin həmin şe'rlərini yalnız fransızcaya tərcümədə dərc etməyi üstün tuturlar. Aydındır ki, poetik rəqabət məsələsi mübahisə üçün yalnız bəhanə idi. Ayrılıq məqamının köklərini daha dərində axtarmaq lazım gəlir.

Xaqaninin bədxahlarının tə'siri altında Əxsitan da ona öz münasibətini dəyişir. Artıq sarayda yaşamaq şair üçün dözülməz olmuşdu. O, artıq ikiüzlülük, riyakarlıq, alçaqlıq, intriqanlıq şəraitində qala bilmirdi:;

Bir addım atarsam yolda əgər mən,
Ya da bir ah çəksəm dərdli ciyərdən,
Düşmən tez bir düyün vurub o aha,
Durmadan aparıb çuğullar şaha.

O artıq Şirvanda heç kimə lazım deyildi və bu mə'nada özünü ötən illərin təqviminə bənzədir:

Necə ki, hər təqvim bitən zamanda
Məhv olur varlığı, daha bir an da
Onunla heç yerdə edilməz hesab
Tarixçi eyləyər ondan ictinab.
O təqvim məhv olar necə bir xayal,
Onunli açılmaz sonri bir də fal.
O, ya vərəq-vərəq verilər yelə,
Ya da ki, məktəbdan atılar çölə.
And olsun Allaha, dövrün əlindən
O köhnə, yıpranmış təqvim mənəm, mən!

Xaqani Şirvandan köçmək fikrinə düşür. Əvvəlcə Xorasana getmək istəyir. 1151-ci ildə şair bu istiqamətdə Reyə qədər gedir. Lakin Rey hakimi buradan o yana getmək üçün ona icazə vermir və şair yenidən Vətənə dönməli olur. Bundan sonra Xaqani şahdan həcc ziyarətinə-Məkkəyə getmək üçün izn alır.

Nəhayət, 1156-cı ildə Xaqani onun yaradıcılığında dərin iz buraxan bu səfərə çıxa bilir. O, Ön Asiyanın bir neçə ölkəsində olur, Ərdəbil, Baqdad, Dəməşq, Mosul, Məkkə və Mədinə şəhərlərində alimlər və dövlət xadimləri ilə görüşür, həmin ölkələrin ictimai həyatı ilə tanış olur.

Məkkə ziyarəti hər bir savadlı müsəlmanın həyatında böyük rol oynayan hadi-sədir. həcc ziyarəti bir qayda olaraq, onların yaradıcılıqda daha yüksək mərhələyə qədəm qoymasına yardım göstərir. Ziyarət zamanı zəvvarlar yeni-yeni ölkələr görür, görkəmli elm və siyasət xadimləri ilə görüşür, məşhur filosof və din xadimlərinin elmi söhbətlərində iştirak edirdilər. Çox vaxt həcc ziyarə-tində müəyyən fikirlər ətrafında cəmləşən qruplar yaranır, söhbət və mübahisələr elə yoldaca davam etdirilirdi. Ziyarətə bir, bə'zən iki il ərzində davam edən yol boyu insan öz ömrünü yenidən dərk edib, öz gələcəyi üçün istiqamət müəyyənləşdirə bilirdi. Ziyarət insanın fərdi həyatına müsbət tə'sirlər göstərməklə, ümumən cəmiyyətin inkişafı üçün də təkan verir.

həcc ziyarəti Xaqani yaradıcılıqına yeni axar verir. hətta tədqiqatçılar onun yaradıcılığını həccə qədər və ondan sonra olmaqla iki yerə bölürlər. Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun da yazdığı kimi, "O, geriyə qayıdanda gördüklərindən, yaşadığı təəssüratlardan, düşündüklərindən daha da müdrikləşmişdi. Onun poetik və fəlsəfi görüşləri daha da dərinləşmiş, düşüncəsi kamil bir müstəqillik və qətiyyət qazanmışdı. Görünür, şairin mədhiyyəçilikdən uzaqlaşması, ciddi, lirik duyğularla zənginləşmiş fəlsəfəyə, humanist pafosla yüklənmiş qəzələ doğru can atması da elə bununla bağlı idi."

Xaqaninin Məkkə ziyarətinə getdiyi dəqiq marşrut mə'lum deyil. Bəllidir ki, hər yerdə onu böyük təntənə ilə qarşılayırlar. Qafar Kəndlinin rə'yincə, o, həmədandan keçərək, səlcuq hakimi Sultan Məhəmməd ibn Mahmudun düşərgəsində də olmuşdur. Tədqiqatçını bu fikrə Xaqaninin bu hakimi tez-tez mədh etdiyi əsərlər gətirmişdir. Şair hətta Sultan Məhəmmədin sarayındakı bəstəkarlardan birinin onun şe'rlərinə musiqi bəstələdiyini də yazmışdır. həmədanda Xaqani bir qrup yerli alimlə görüşür. "Töhfətül-İraqeyn" əsərində şair həmədan mədrəsəsinin rəhbəri ilə görüşünü də xatırlayır. Buradan o, Mosula və Bağdada gedir. Müsəlman mədəniyyətinin mərkəzi sayılan Bağdad şairə öz ağuşunu sevgi ilə açır. Buradakı görüşlərin təşkilatçısı Xaqani yaradıcılığının pərəstişkarı, Mosul hakiminin vəziri Cəmaləddin Məhəmməd İsfahani idi. O, şairi xə-lifə əl-Müqtəfiyə təqdim edir. Xaqani qeyri-adi dərəcədə böyük bir qonaqpərvərliklə qəbul edilir. Şairi xəlifənin əlinə toxunmaq şərəfinə layiq görürlər bu da protokol üzrə az qala heç zaman yol verilmirdi. Adətən, böyük dövlət xadimlərinin şərəfinə verilən qəbullarda onlara nadir hallarda xəlifənin ayaqları altda oturmağa izn verilirdi. Xaqaniyə xəlifənin yanında fəxri katib vəzifəsi də təklif olunur, lakin o, nəzakətli bir şəkildə bu təklifdən boyun qaçırır:

Bir dəbir olmaqla nə fəxr edim ki,
Vəzirlik mənimçün deynl iftixar.
Mən bir günəş ikən ulduz olmaram,
Borc papaq qoymaqda nə məziyyət var?!

Şairin günləri Bağdadda nə qədər xoş keçsə də, artıq Şirvan üçün darıxmağa başlayıb-bu haqda şe'r də yazır. Xaqani Sasanilərin qədim paytaxtı Mədain haqda qəsidəsini də burada qələmə almışdır. O, həmin əsərdə göstərir ki, zərdüştilərin Mədaini də gələcək nəsillər üçün müsəlmanların Məkkəsi qədər böyük əhəmiyyət daşıyır. Özünün Bağdaddan Məkkəyə getməsini isə şair "Xəvassi-Məkkə' adlı şe'rində təsvir edir. Məkkədən də Mədinəyə gedir. Burada Məhəmməd peyğəmbərin və ilk iki xəlifənin qəbirlərini ziyarət edir. həmin ziyarətgahlar üzərində o, tövbə edir ki, şəraba yaxın getməyəcək, öz emosiyalarını və tamahını üstələyəcəkdir. Xaqani Mədinədən Mosula yollanır. Orada şairi Cəmaləddin Məhəmməd qəbul edir. Xaqani öz əsərlərində dəfələrlə onu xatırlayır.

Ziyarətdən Şamaxıya qayıdan Xaqani saraydan uzaqlaşır və bu hərəkətini müqəddəs yerlərdə şəraba tövbə etməsilə əlaqələndirir.

Şair indi sarayda yalnız təntənəli görüşlər və rəsmi qəbullar zamanı görsənir. O həmçinin saray qaydalarına tənqidi yanaşan şe'rlər də yazır. Xaqani başa düşür ki, bu odla çox oynamaq təhlükəlidir və 1157/8-çi ilin sonunda Dərbəndə köçür. Şairin yaradıcılığına yaxşı bələd olan Dərbənd ziyalıları və şəhər hakimi Seyfəddin Arslan Müzəffər onu böyük sevgi ilə qarşılayırlar. Seyfəddin sənətkara ev bağışlayır. Xaqani Dərbənddə özünə çoxlu dostlar tapır. O, şəhərin mədəni həyatı ilə, əski şəhər və onun ətrafları ilə tanış olur. Seyfəddinə qəsidə həsr edir.

Xaqaninin Dərbənddə nə qədər yaşadıqı mə'lum deyil. Orası bəllidir ki, 1159-çu ildə o, artıq Gəncədə idi. Şirvanşah Mənuçöhr ona məktubyazaraq, Şamaxıya qayıtmasını tələb edirdi: "Şirvanda siyasi vəziyyət çox ağırdır. Sənin tə'cili olaraq buraya gəlməyin həddindən artıq vacibdir." həmin məktubda Mənuçöhr ona iki görkəmli şairin ölümü barədə də mə'lumat verir. Bunlardan biri Əbül-Əla idi. Şair qayıda bilmir, o, dörd ay ağır xəstə yatır. Yalnız Gəncədə məşhur həkim və şairin dostu olan Şəmsəddin həkimin sə'yləri onu xilas edir. Gəncədə Xaqanini hələ Şirvandan tanıdığı dostu və məsləkdaşı Şirvanşah tərəfindən buraya sürgün olunmuş Arran və Şirvan sufilərinin başçısı, məşhur filosof imam Nəsirəddin Bakuvi də qəbul edir.

Gəncədən Şamaxıya qayıdan Xaqani Bərdəyə baş çəkir. Görünür, o, buraya sürgün edilmiş əmisi oğlu Vəhidəddin Osmana dəyməyə gəlmişdir. Mənuçöhr onların hər ikisini əfv edir və onlara qiymətli hədiyyələr göndərir. Onlar Şamaxıya bir yerdə qayıdırlar. Şamaxıya dönərkən (bəlkə də sonralar) 1159-cu ildə o, Kür üstündəki Bakilanidə su bəndinin açılışında iştirak edir.

Buradakı bənd 1138-çi ildə daşqın nəticəsində uçulmuşdu və Xaqani ilə Fələkinin mədhiyyələrində yazıldığı kimi, şirvanşah onun bərpası üçün çox iş görmüşdü. Şair bura çatan kimi Mənuçöhr tərəfindən qəbul olunur. Səhərisi gün yenidən şirvanşahın yanına də'vət edilir. Bu görüşdən əvvəl şair düçar olduğu bəlalara görə, öz böyük hamisini gizli şəkildə günahlandıran şe'rini yazmağa vaxt tapır. Qafar Kəndli-herisçinin fikrincə, təxminən həmin vaxtda şirvanşahın oğlu Fəriburz və qızı Alçiçək rəhmətə gedirlər. Xaqani bu hadisələrə mərsiyələr və poema həsr edir.

Şair 1159-cu ildə Mənuçöhrlə birlikdə Şamaxıya qayıdır. 1160 -cı ildə şirvanşahın elçisi kimi Xoya, 1163/64-cü ildə isə həmədana səfər edir.

Şamaxıda şirvanşah əleyhinə sui-qəsd hazırlanmışdı. Qəsdçilərin planına görə, 60-a yaxın saray xadimi öldürülməli idi. Bunların siyahısında Xaqani və Nəsirəddin Bakuvi də vardı. Bundan xəbər tutan Xaqani Qarabağa qaçır. Qəsdin üstü açılır, təşkilatçılar e'dam olunurlar və artıq bundan sonra Xaqani Şirvana qayıda bilir. Şair fəal ictimai-siyasi həyat keçirir, Azərbaycanı qarış-qarış gəzib-dolaşır. O, yenidən Xorasana getməyə can atır, əvəzində isə Şabran qala-sındakı dövlət həbsxanasına düşür. O, burada həbsxana təəssüratlarını yazır ki, mütəxəssislər şairin bu şe'rlərini onun maraqlı əsərlərindən sayırlar. həbsxa-nadan çıxdıqdan sonra Xaqani ikinci dəfə Həccə ketmək qərarına gəlir. Atabəy Şəms əd-Din İl-Dəniz Əxsitanı döyüşdə məğlub etdikdən sonra şirvanşah Şamaxıdan Bakıya qaçır və əl-qolu açılmış Xaqani də yenidən Məkkəyə yollanır.

Dostları və yaxınları şairi buraxmaq istəmirlər, Xaqani özü də narahatçılıq keçirir. Görünür, hamı nəsə olacağından ehtiyat edirdi. Qohumları, dostları və qulluqçuları da onunla gedirdilər. Şairi müşayiət edənlər arasında onun şagirdi, sonradan böyük Azərbaycan şairi kimi şöhrət qazanmış Mücirəddin Beyləqani də vardı. 1176-cı ildə Xaqani Bağdada gəlir. Təzə xəlifə əl-Müstədi onu əl-Müqtəfidən də təntənəli qarşılayır. Şair buradan Məkkəyə, ordan da Mədinəyə gedir. Burada o yenə Məhəmməd peyğəmbərin qəbrini ziyarət edir və yenə zə'fəranla "tövbə" yazıb xalq arasında mövcud olan ən'ənəyə görə, həmin yazını peyğəmbərin qəbri qarşısında torpağa basdırır.

Bağdad yolunda onu tutub qarət edir və hətta bir neçə gün nestorianlığı qəbul etdirmək məqsədilə saxlayırlar. Xaqani Bağdaddan yolda itirdiyi on dəvənin əvəzində ona bir dəvə yollaması üçün Əmir Saleh Əsədəddinə müraciət edir. Əmir Saleh yubanmadan şairə on dəvə göndərir.

Bağdadda olarkən o, bu şəhərə və orada keçirdiyi günlərə şe'rlər həsr edir, cümə günləri məscidlərdə dualar oxuyur, namaz qılır. Bağdad alimləri ona "Də-biri-ərəb" ləqəbi verirlər. Şair məşhur "Nizamiyyə" mədrəsəsində də olur.

Bağdadda bir həftəyə yaxın qalan şair qonşu ölkə və vilayətlərin hakimlərindən bir çox də'vətlər alır. 1177-ci ildə Xaqani Diyarbəkrdən keçərək Təbrizə gəlir. Bu vaxt Təbriz artıq Azərbaycan Atabəylər dövlətinin paytaxt şəhəri idi. Xaqani yolda olarkən eşidir ki, şirvanşah Əxsitanın sevimli oğlu ölüb. Xaqani onun tərbiyəçisi olmuşdu. Şair Əxsitana başsağlığı göndərir.

Şair ömrünün 24 ilini Təbrizdə müallimlik edərək, kitabxanalarda elmi axtarışlar aparmaqla keçirir. Bu dövrdə şair sufizmə daha tez-tez müraciət edir və çoxlu səfərlərə çıxır, sufi alimlərlə tanış olur, müqəddəs yerləri ziyarət edir. Əxsitan onun yanına Şamaxıya qayıtmaq xahişi ilə elçilər göndərir. Gürcü çarı III Georki də eyni xahişlə ona müraciət edir. Tiflisdən, Georkinin sarayında yüksək vəzifə tutan dostu İzzəddin də ona məktub yazır. Ancaq şair dediyindən dönmür. O, Şirvanı çox sevir və ona qulluq eləməyə hazırdır, ancaq bir daha oraya qayıtmayacaq.

Xaqaninin Təbrizdəki evi bir növ, Şirvan səfirliyinə çevrilir. Burada həmişə Şirvandan rəsmi və qeyri-rəsmi qonaqlar olurdu. Xaqani Əxsitanın sifarişlərini yerinə yetirir, onunla yazışır, ona şe'rlər qoşurdu. Şairin yazdığına görə, o, ildə qonaqlarına 3-4 min dinar pul xərcləyirdi. Məktublarından görünür ki, həmin xərcləri şarvanşah çəkirdi. Əxsitanın xalası, Mənuçöhrün bacısı İsmətəddin 1177-ci ilin sonunda Məkkəyə gedərkən üç ay Təbrizdə qalır. Bu hadisə ilə bağlı qəsidədə Xaqani yazır ki, bu vaxta qədər o, yalnız İxlat hakiminin arvadının uzaqdan-uzağa Məkkəni ziyarət etdiyini eşitmişdi.

Təbrizdə Xaqani Seyfəddin Bəydəmirlə yaxınlaşır. Bəydəmir bir məmlük olaraq, öz ağlı və tükənməz enerjisi ilə atabəy Qızıl Arslanın qulluğunda yüksək vəzifələr tuta bilmişdi. Onun zəngin kitabxanası vardı və o, alimləri, şairləri hər cür himayə edirdi. Şair Azərbaycanı, İraqı və Anadolunun mədəni mərkəzlərini gəzir, iki dəfə İsfahanda olur. Bütün ömrü boyu can atdığı Xorasana getmək isə ona nəsib olmur. Bu dəfə də yalnız Reyə qədər gələ bilir, sonra xəstələnir və Təbrizə qayıtmağa məcbur olur. Geri qayıdarkən Zəncanda böyük Azərbaycan filosofu Eynüddövlə həkim əl-Zəncani onu böyük səmimiyyət və qonaqpərvərliklə qəbul edir. Təbrizə çatandan sonra Xaqani Eynüddövləyə minnətdarlıq məktubu və hədiyyə olaraq bir qara atla ağ sarıqlı qara paltar göndərir. 197/98~ci ildə Əxsitan ölür və Xaqani onun ölümünə mərsiyə yazır.

Xaqani özü isə 1199-cu ildə Təbrizdə rəhmətə gedir və şəhərin yaxınlığında Surxab adlanan yerdə sonradan "şairlər qəbristanlığı" ("məqbərətüşşüəra") adı ilə məşhurlaşan qəbristanlıqda dəfn olunur. Hələ sağlığında İran və Azərbaycan poeziyasının klassikinə çevrilmiş Şəhriyarın ölümündən sonra 1981-ci ildə burada nəhəng bir muzey-məqbərə tikilmişdir. hal-hazırda orada Şəhriyarın adı ilə yanaşı Xaqaninin və bir çox başqa şair və mütəfəkkirlərin adlarına rast gəlmək mümkündür.

Orta əsr təzkirəçilərinin göstərdiklərinə görə, Xaqaninin ölümünə dahi Nizami də mərsiyə yazıb. O, burada böyük üzüntü ilə bildirir ki, həmişə öz ölümünə Xaqaninin mərsiyə yazmasını arzulayıb, ancaq tale elə gətirib ki, o, Xaqaninin ölümünə mərsiyə yazmalı olub:

Hey deyirdim ki, Xaqani mənim mərsiyaçim olsun,
Heyhat, indi mən Xaqaninin mərsiyiçisi oldum!
[/font]
Link to comment
Share on other sites

[b]Пиркулинский заповедник[/b]

На востоке Азербайджана, в Шемахинском районе, там, где леса южного склона Большого Кавказа сливаются со степным ландшафтом, в 1968 году был организован Пиркулинский государственный заповедник. Задачи этого заповедника ничем принципиальным не отличились от задач, стоящих перед другими заповедниками: охранять животный и растительный мир. Подъезжая к Шемахе, мы в очередной раз поразились разнообразию местных ландшафтов. В каждом регионе Азербайджана горы имели, если можно так выразиться, свое лицо. Горы этого района были не очень высокими, пологими и имели удивительную акварельную окраску. Буквально каждый поворот дороги дарил ни с чем не сравнимый нежный и воздушный пейзаж. Встречались места, где можно было встать, оглянуться, и перед тобой на 360 градусов открывалась практически вся планета до горизонта, несмотря на то, что пейзаж продолжал оставаться горным. Это было поразительно! И безумно красиво. Это была какая-то иная красота, с которой мы еще не встречались. Буквально накануне мы ехали по невероятно живописной горной дороге, которая соединяла древний Лагич и автомобильную трассу. Так вот та дорога изобиловала обрывистыми ущельями, крутыми отвесными склонами, расчерченными вертикальными полосами скальных пород. Когда-то эти породы лежали горизонтально, но после тектонических подвижек встали где строго вертикально, где под острым наклоном. Те, вчерашние горы, имели свое, ярко выраженное «готическое» лицо. Здесь перед нашими восхищенными взорами лежали плавные линии, словно абрис женского тела. Да, именно такое сравнение пришло нам на ум, когда мы молча стояли на холме около Обсерватории. О ней речь впереди.

Пиркулинский заповедник занимает 1,5 тысячи гектаров, из них почти 90% – сплошные леса. В заповеднике встречаются все виды древесной растительности, характерной для Кавказских гор. Во флоре около 45 редких и эндемичных видов, и до 20 видов диких плодовых деревьев, например, потрясающей красоты заросли дикой яблони. Жаль, не застали мы их в цвету! Но воображение подсказывало: это было бы потрясающее зрелище! Большую площадь занимают дубовые леса – грузинского дуба и крупнопыльникового. Есть бук восточный и граб кавказский, несколько рощ тисса ягодного, растет ясень, клен, тополь… Вполне естественно, что в таком месте будет море птиц. Из редких видов здесь можно встретить горную куропатку, кавказского улара, фазана и других пернатых.

Щедрую пиркулинскую фауну представляют кабан, косуля, рысь, бурый медведь, лесной кот, тур, лесная и каменная куницы, серна, благородный олень, а также фактически исчезнувший вид – полосатая гиена. Скажем сразу – здесь нам не повезло. Кроме ящериц, змей и лягушек нам не удалось увидеть больше никого. Это, впрочем, и неудивительно. Почти всю дорогу по Пиркулинскому заповеднику мы проделали на машине. А у зверей как-то не очень принято выскакивать навстречу автомобилю и позировать перед камерами.

Зато мы видели Шемахинскую обсерваторию! Самую большую астрофизическую обсерваторию на Кавказе, основанную еще в 1946 году. Ее 2-х метровый зеркальный телескоп предназначен для того, чтобы изучать физику Солнца, физику звезд и динамику тел Солнечной системы – вот такие глобальные задачи стоят перед этой обсерваторией. Располагается она на высоте 1435 м над уровнем моря на горе Пиркули. Для туристов, которые охотно приезжают сюда на курорт, возможно посещение этого чуда техники. Нам, в отличие от них, не повезло и здесь – в ту ночь, что мы ночевали в Пиркулях, небо было затянуто тучами. А какие звезды сквозь тучи? Правда, тучи не помешали нам полюбоваться на серебристые купола обсерватории, которые как шляпки гигантских грибов очень органично вписались в окружающий ландшафт.

А что касается звезд… Выйдя как-то ночью из гостиницы, мы случайно посмотрели вверх и ахнули! Название «Млечный путь» получило свое зримое воплощение! Это был действительно путь, серебристая дорога, по диагонали расчертившая темное южное небо. Дорога из мириада звезд, мерцающих таинственным жемчужным светом. Более красивого неба мы еще не видели! Нечто подобное иногда бывает в планетарии, но там зрителя не оставляет чувство неестественности происходящего: так много звезд на небе не бывает! И таких ярких! Оказывается, бывает! На самом деле бывает! Молча стояли мы, запрокинув головы и любуясь на звезды. Чувство, которое охватывает человека, смотрящего в ночное, усыпанное звездами небо, описать невозможно. Не будем даже и пытаться. Мы поняли что-то очень важное, что-то, соотносимое с понятием «Вечность». Красота гор и красота звезд сплелась в единый клубок. Мы поняли, на какой прекрасной планете мы живем. И еще мы осознали, что это понимание подарила нам эта удивительная страна Азербайджан.

Шемаха

Город в Азербайджане, в 72 км от ж.-д. станции Кюрда-мир. Поселение на месте города возникло в 5 — 4 вв. до н. э. В 9 —16 вв. — столица Ширванского царства, резиденция Ширваншахов; с сер. 18 в. — центр Шемахинского ханства, в 1805— 1917 в Российской империи. Насчитывает 19 тыс. жителей. Центр виноделия и ковроткачества. Имеется дом-музей поэта-сатирика А. Т. Сабира (1862 — 1911), которыйродился и похоронен в Шемахе. Сохранились остатки строенией 10-17 вв.

Автор: [b]Оксана Буланова[/b]

Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' date='Aug 25 2005, 19:09 ']En son siyahi

1. Editor
2. Zeyd
3. Bad boy
4. Rashad Rasul
5. Bakinets
6. ANGEL
7. La Flaca
8. Saja
9. Lider SS
10. TABU
11. GEYNE
12. KAZIM
13. dost
14. farmaseft
15. Rosso (qaga isteyirsen seni 13-e qoyum :) )
[right][snapback]415600[/snapback][/right][/quote]

З.Ы. дедушка-то в Шемахе родился, а потом они в Евлах переехали daldandanishan но место рождения зарегистрированное - Шемаха :-) это как я - в Лейпциге родилась, регили в Дрездене... Цыгане какие-то, а не семья! :-)

(да что такое делается!...никто на месте не сидел до 10-го колена наверх! :D )

Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' date='Aug 28 2005, 14:34 ']La Flaca, ваша дедушка шемахинец, значить вы тоже шемахинка, где вы родились не имеет значение :)
[right][snapback]418678[/snapback][/right][/quote]
Belə getsə froumun adının dəyişib "Şamaxı" qoyacaqsan ay Rəşad :)

Link to comment
Share on other sites

Шамахыда бизимди, Лянкаранда бизимди, Гебеледе бизимди -гёзел Бакы бизимди - бизимди, бизимди, бизимди [img]http://smilies.sofrayt.com/^/r/happy.gif[/img]

Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' date='Aug 28 2005, 14:34 ']La Flaca, ваша дедушка шемахинец, значить вы тоже шемахинка, где вы родились не имеет значение :)
[right][snapback]418678[/snapback][/right][/quote]

а то, где родился дедушка моего дедушки? :blink: моего дедушку карпатом (блин, что-то слово на слух не ложится...) не делает?

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
      • 11 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 85 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Sad
        • Thanks
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...