Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Axırıncı dəfə hansı kitabı oxumusunuz və ya oxuyursunuz?


Recommended Posts

İvan Turgenev - Kaştanka; dövlət imtahanından dolayı müntəzəm olaraq mütaliə eləyə bilmirəm. Amma arada qısa əsərlər oxuyuram, nə deyim, hər bir valideyn övladına bu ibrətamiz hekayəni oxumalıdır. Qısa olmasına rəğmən, möhtəşəm təhkiyədir, hələ üstəlik rəsmlərlə zəngin kitabı mütaliə etsəniz əgər, çox xoş əhval-ruhiyyəyə qərq olacaqsınız =)

Link to comment
Share on other sites

Fyodor Dostoyevski - İdiot əsəri. Mışkin obrazı çox qəliz oldu mənim üçün. Həm ona rəğbət bəsləyirəm, səmimi xasiyyətinə, saf qəlbinə, əqidəsinə və əfəndiliyinə görə, digər tərəfdən isə mənim daxilimdə ona qarşı bir ikrah hissi doğrulub, səbəb isə ondan ibarətdir ki, Mışkin artıq yetkin, həddi buluğa çatmış bir kişidir və uzun müddət əziyyət çəkdiyi xəstəlikdən qurtulmaq üçün müalicə alıb. İsveçrə kimi gözəl bir ölkənin sakit, dilbər güşəsində yaşayıb və orada kifayət qədər həyat təcrübəsi toplayıb; edam prosesinin şahidi olub, ölümünə dəqiqələr qalan insanın, həyatının hər saniyəsinə nə dərəcədə dəyər verdiyini gözləri ilə görüb, qadın zərafətinin, daha doğrusu qadın müdrikliyinin (ruslar ona целомудрие deyirlər) canlı şahidi olub, anlayıb ki, insan həyatının müəyyən çağında baş verən bir səhv, bütöv həyatı param-parça edə bilər. O bütün bunları görüb, Rusiyaya gəlib, qeneralın xatirində o dərəcədə dərin bir iz buraxıb ki, cibində qara qəpiyi olmaya-olmaya özünə həm iş tapıb, həm də kübar çevrə ilə tanış olub. Bir sözlə taleh onun üzünə gülümsəyib. Lakin bütün bunlara rəğmən, o bu həyatın insanı olmayıb. Hisslərində qətiləşə bilməyib, heç vaxt duyğularını büruzə verməyib, və buna görə də əziyyət çəkib. İnsanlar onun axmaqlığından öz mənafelərinə yönəlik istifadə ediblər, o isə uşaq kimi hər kəsə inanıb və dəfələrlə aldanıb. Əslində bu haqda uzun-uzadı yaza bilərəm, amma yormaq istəmirəm oxucuları. Mən hər zaman Dostoyevski yaradıcılığının şah əsərlərini oxumağı arzu etmişəm, lakin dərk etməyəcəyimdən qorxub, oxumamışam. Əsərin təsirindən ayrılsam da, hələ də düşüncələrə qapılaraq, fərqli Mışkin obrazını canlandırmağa çalışıram; deyirəm ki, kaş ki knyaz düzgün seçim edərdi, kaş ki knyaz heç düşünərək belə fikrini bildirməyəydi, sadəcə susardı, Çexov demişkən: "Hər bir sükutun, öz müzakirəsi var". Psixoloji olaraq çox təhlillər edəcəksiniz, təsəvvür edin ki, bir insanın yüksəlişindən başlayaraq, tənəzzül etməsi gözünüzün önündə canlanacaq, ən möhtəşəmi isə bilirsinizmi nədir? Dostoyevskinin təsvir qabiliyyəti, personajları, hadisələri sanki zərgər dəqiqliyi ilə təsvir edir, bu əsərə vərdiş eləməyə kömək edir, təfsilatı ilə təsvir almış obrazlar bir anda doğmalaşır, hadisələr isə sanki bir zaman elə sənin başına gəlirmiş kimi dəqiq xatirində qalır. Bir sözlə, mütaliəyə doymayacağınız, səhifə bə səhifə böyük maraqla oxuyacağınız bir əsərdir bu.

Link to comment
Share on other sites

Coan Roulinq - Harry Potter və fəlsəfə daşı, və Harry Potter və sirli otaq. Deməli "endorfin" adında hormon var ki, insan sevdiyi işlə məşğul olarkən, o hormon aşırı dərəcədə hasil edilərək, insanı ruhun ən yüksək halı olan - eyforiyaya qərq edir. Təbii ki Harry Potter klassik əsərlərlə müqayisə olunmayacaq bir silsilədir. Lakin bir tərəfdən düşünürsən ki, bu, bu gün belədir, çünki C. Tolkinin - Hobbit və Üzüklərin hökmdarı da vaxtilə oxucuları fərqli məzmunu ilə pərişan edirdi, necə yəni cüllütlər? əjdahalar? sehrbazlar? divlər? bunu oxumaq olar? Axı bu qeyri-kübardır deyə deyinirdilər yəqin ki o zamanın oxucuları =)) Fəqət zaman sübut etdi ki, Tolkin ədəbiyyata yeni nəfəs verdi, ardıyca da Roulinq gəldi, Stephen King deyir ki: "Mütaliənin ikinci plana keçdiyi dönəmdə, qəflətən lənətə gəlmiş Harry Potter peyda olur və yeni texnologiyaların (oxu: kapitalistlərin) planlarını puça çıxardır", həqiqətən də dünyada milyonlarla insan (qətiyyən mübaliğə deyil), məhs bu silsilənin vasitəsilə mütaliəyə başladı; və bugün onlar üçün daha dərin məna ehtiva eləyən kitabları mütaliə etmək, və ən əsası onları dərk etmək müşkül məsələ deyil, çünki onların mütaliə bazası artıq formalaşıb, təməli möhkəm qoyulub =) Mən hər dəfəsində müəzzəm və məni heyrətləndirən əsəri bitirdikdən sonra həmin o "endorfin" bolluğu yaşayıram, filoloqlar dünyanın ən xoşbəxt ixtisasına qabildilər, çünki bilavasitə işləri ədəbiyyatla bağlıdır. Bir də Harry Potter əsərini filmlərlə müqayisə etməyə belə dəyməz, onsuz əksər hallarda belə olur, necə ki dahi Ken Kizinin - Ququ quşunun yuvası üzərində əsərini kəsib-doğramışdılar, eynilə də bu əsərlə də ona bənzər əməliyyatı aparıblar =) Bu əsərlər uydurma olsa belə, oxucuya mütaliə zamanı sevgi, mərhəmət, diqqət, etibar, sədaqət, dostluq, tolerantlıq və onlarla digər xüsusiyyətləri aşılayır ki, bu da gələcək fərdin formalaşmasında gözəl və xoşməramlı təkan olur =) İnşallah bu rəy təkəbbürlü olmaz, çünki içdən gəlir və səmimi qəlbdən bölüşmək məcburiyyətində qalırsan. Hər kəsə xoş mütaliələr! =)

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

Харпер Ли - Убить Пересмешника. Oxuduğum kitablara nəzər yetirəndə başa düşürəm ki, uşaqların dili ilə nəql edilən süjet xətlərinə daha çox üstünlük verirəm. Yuxarıda qeyd etdiyim kitaba gəldikdə isə, çox maraqlı və bir az da ibrətamiz kitabdır. 1930-cu illərdə ABŞ-ın Alaba ştatında Meykonq ərazisində yaşayan Finçlər ailəsi barəsindədir. Ailənin başçısı Attikus Finç hüquqşünasdır və o zamanlar çox qara dərili bir nəfərin hüquqlarını qoruduğuna görə çoxları tərəfindən tənqid və təhdidlərə məruz qalır. Luiza və Cim Finç bacı-qardaşdırlar və bütün uşaqlar kimi qaçıb-oynamağı çox sevirlər. Qısaca bunları deyə bilərəm, oxumağı da məsləhət görərdim.

Link to comment
Share on other sites

Corc Oruelin "1984" əsəri barəsində bir-iki söz demək istərdim. Totalitar rejim, satılmış və tam idarə olunan media, diktatura, insan azadlığının maksimum dərəcə boğulması və insanların bu cür rejimdə etiraz etmədən yaşamaları barəsindədir. Qəti olaraq Rus dilində oxunmasını tövsiyyə edərdim. Bir az maraqsız gələ bilər müəyyən anlarda, lakin ümumilikdə oxumağa dəyər. Yazıçının "yeni dil" barəsindəki və ümumilikdə insanların psixologiya ilə bağlı fikirləri düşünməyə vadar edəcək.

Link to comment
Share on other sites

En son Martin Idenden sonra Chingiz Abdullayevin Sonuncu sinklit romanini oxudum. Chox maraqli idi. Dunyanin 8 efsanevi eksperti bir arada ishleyirdi ve her birinin dushunceleri, ishleme terzi ferqli idi. Tebii ki, Drongo qelebe qazandi.

vaxt var idi o eser Abdullayevden oxudugum 100 roman icinde en sevdiklerimden idi..Tebii, Randevu s Valtasarom daha maraqlidir mence..

Link to comment
Share on other sites

Son gunlerde Abdullayevden " Мистерия Эпохи заката " oxudum..Sovetin necə dağılması, kimlərin hakimiyyətə hansı yollarla gəlməsi, Oliqarxların necə varlanması bir-bir aydınlaşır..Qorbaçov, Yeltsin, Putin, Xodorkovski, Qusinski, Abramoviç, Sobçak və s. məşhur şəxslərin həyatlarından real faktlar məni çox təəccübləndirdi və bir çox şeyləri öyrətdi..

Link to comment
Share on other sites

Gregory David Roberts - Shantaram

Mütləq oxumalı olduğunuz kitablardan biridir. Yazıçının öz həyatında baş verən hadisələrin əsasında yazılmış bir əsəsrdir. Avstraliya həbsxanalarının birindən qaçan və Hindistana gəlib çıxan heroin aludəçisi barəsindədir. Əsərdə Hindistanın rəngarəng aləmi, adət-ənənələri, insanları, müxtəlif dövrlədə baş vermiş siyasi hadisələri, İslam dini, yaxşı və pis, əsl dostluq, sevgi, Əfqanıstan, Taliblər və daha bir çox mövzularda dərin mülahizələr yer almişdır. Çox böyük əsərdir, həm həcm, həm də daşıdığı mənəvi dəyərlər cəhətdən. Oxumağımdan 3-4 ay keçib və artıq onu yenidən oxumaq üçün tələbat duyuram. Rus dilində oxumuşam, sizə də məsləhət görərdim.

Link to comment
Share on other sites

  • 1 month later...
  • 2 weeks later...

Son zamanlar amerikan fantastlarınln yaradıcılığına marağım yaranıb. Ən son oxuduqlarımdan Ayzek Əzimovun "Стальные пещеры", Filip Farmerin "Восстаньте из праха" kitablarını çox tövsiyə edirəm.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Alan Mur - V deməkdir Vendetta.

Əvvəl elə bilirdim ki, bütün komikslər Marvel məzmunundadır. Marvel'in komikslərini çox bəyənirəm, ona söz yox, fəqət oradakı məzmun, sırf fantastik güclər, varlıqlar və sair haqqında nəql edirsə, bu əsər komiks olub məcranı tamamən dəyişib. Necə ki bir xəbəri paylaşıb, diqqəti cəlb eləmək üçün "Seks" sözündən istifadə edirlərsə, eynilə də burada. Kitabın müəllifi Alan Muldur, əsər əsasında eyniadlı - V deməkdir Vendetta filmi çəkilib. Əgər 20-ci əsrin ən yaxşı antiutopiya əsərlərini Zamyatin, Oruell və Haksli yazıbsa, əminliklə demək olar ki, Alan Mur bu işin davamçısıdır; hətta bu əsər bu gün üçün daha aktualdır, daha təsirlidir. Oxuyursan, və şücaətli Ukrayna xalqını, vicdan məhbuslarını xatırlayırsan. Əsərdəki sətiraltı məğzi dərk edəndə, dzen fəlsəfəsini qavramış qədər olursan. Qay Foksun maskası, və Vendetdanın işarəsi artıq azadlığın, hürriyətin rəmzinə çevrilib. Hökmən oxuyun!

Link to comment
Share on other sites

Alan Mur - V deməkdir Vendetta.

Əvvəl elə bilirdim ki, bütün komikslər Marvel məzmunundadır. Marvel'in komikslərini çox bəyənirəm, ona söz yox, fəqət oradakı məzmun, sırf fantastik güclər, varlıqlar və sair haqqında nəql edirsə, bu əsər komiks olub məcranı tamamən dəyişib. Necə ki bir xəbəri paylaşıb, diqqəti cəlb eləmək üçün "Seks" sözündən istifadə edirlərsə, eynilə də burada. Kitabın müəllifi Alan Muldur, əsər əsasında eyniadlı - V deməkdir Vendetta filmi çəkilib. Əgər 20-ci əsrin ən yaxşı antiutopiya əsərlərini Zamyatin, Oruell və Haksli yazıbsa, əminliklə demək olar ki, Alan Mur bu işin davamçısıdır; hətta bu əsər bu gün üçün daha aktualdır, daha təsirlidir. Oxuyursan, və şücaətli Ukrayna xalqını, vicdan məhbuslarını xatırlayırsan. Əsərdəki sətiraltı məğzi dərk edəndə, dzen fəlsəfəsini qavramış qədər olursan. Qay Foksun maskası, və Vendetdanın işarəsi artıq azadlığın, hürriyətin rəmzinə çevrilib. Hökmən oxuyun!

Filmine en azi 4-5 defe baxmisham. En gozel dialoqlari olan filmlerden biridir menim nezerimde. film bele maraqli alinibsa, demek kitabi mutleq oxumaga deyer.

Link to comment
Share on other sites

Filmine en azi 4-5 defe baxmisham. En gozel dialoqlari olan filmlerden biridir menim nezerimde. film bele maraqli alinibsa, demek kitabi mutleq oxumaga deyer.

Eynilə, filmi dəfələrlə izləmişəm, və təkrar-təkrar izləməyə doymuram, ancaq kitabla filmi müqayisə etmək olmur, filmi kəsib-doğrayıblar (həmişəki kimi), burada isə Alan Mur bir növ bəşəriyyət kitabı hazırlayıb sanki, çox maraqlı əsərdir =)

Link to comment
Share on other sites

Bilirəm çox uzun yazıdır, amma Tolkinin - Hobbiti haqqındadır, bikar olanda oxuyun, bəlkə əsərə marağınızı oyatdı =)

Con Tolkin - Hobbit

O ki mütaliə zamanı sehrli aləmə baş vurursan, o hissi təsvir etmək istərdim. Bir dünya təsəvvür edin, biz insanlardan başqa həmçinin elflərin, cırtdanların, hobbit və sair varlıqların yaşadığı bir dünya. Orada heyvanlar danışır, oxunulan mahnılar isə çox mənalı olur. Elə bir dünya ki, orada onlarla krallıq və dövlət mövcuddur, və hər birinin özünə məxsus qanunları, adət-ənənələri, sakinlərinin isə fərqli-fərqli yaşam tərzləri var. Kimsə dağın dərinliyində (cırtdanlar), kimsə yerin altında (qoblinlər), kimsə də ucu-bucağı bitməyən meşələrdə (elflər) məskunlaşıb, və öz dövlətinin təməlini qoyub. Bu dünya yaşadığımızdan o qədər fərqlidir ki, mütaliənin ilk səhifəsindən oxucunu cəzb edir, çünki bir növ məchul kimidir, oxuduqca yeni-yeni şeylər kəşf edirsən və faydalanırsan. Məsələn elflər, əgər Harry Potter əsərində onlar evdar-qullar tayfası qismində təqdim olunmuşdursa, Tolkin elfləri olduğu kimi, skandinav nağıllarına sadiq qalaraq təqdim edir, onlar cəsur, çox ağıllı, sədaqətli və təmizürəkli xalqın nümayəndələridir. Qədim tarixləri, və nəsildən nəsilə dəyişən, səhih hakimiyyət və adət-ənənələrə sahibdirlər, bir növ çox sevdiyim Yaponiya prototipi =) və ya qoblinlər, elflərdən fərqli olaraq, onlar yerin ta dərinliyində məskunlaşıb, gücləri çatan hər bir canlını qətlə yetirib, onunla qidalanırlar, məkrli, əlləri çirkli əməllərə bulaşmış xalqdır, bir növ mənfur qonşularımızı xatırladır. Və bütöv bu dünya - Aralıq Dənizi dövləti adlanır. Tolkin bu dünyaya aid kifayət qədər əsər yazıb. Fəqət mən iki gün öncə oxuyub, bitirdiyim, Hobbit haqda bir az yazmaq istərdim.

Əsər, nağıllarda adət etdiyimiz: "biri var idi, biri yox idi" cümləsi ilə başlamır, müəllif oxucuya müraciət edir, və çox maraqlı bir hekayə danışacağını vəd edir. Deməli cırtdanlar çox varlı, əzəmətli və təkəbbürlü xalqdır, bir gün onların yaşadığı dövlətə Smauq adlı əjdaha hücum edir, və minlərlə cırtdanı qəddarcasına qətlə yetirir. Sağ qalan cırtdanlar öz el-obalarını tərk etmək məcburiyyətində qalırlar və müxtəlif əyalətlərə didərgin düşürlər, illərlə onlar öz milliyətlərinə layiq bilmədikləri əzab-əziyyətə qatlanıb, zülmlə yaşamağa məcbur olurlar. Bu durum, Hendalf adlı sehrbazla qarşılaşana qədər davam edir. Hendalf bədnam qüvvələrin vahid güc altında toplandığını öncədən görür, və bütöv cırtdanları bir dövlət altında birləşdirmək qərarına gəlir. Lakin bir şərti olur, cırtdanların evi sayılan - Tənha Dağa daha bir nəfər qoşulacaq, həmən o bir nəfər, - Bilbo Beqqinsdir. Əsərin əvvəlində Beqqins qorxaq, ürəksiz və xüdbin hobbit təəssüratını yaradır, fəqət Hendalf ona söz verir ki, bu səyahət onun həyatını dəyişəcək, və o buna təkidlə olsa belə razılaşır. Beləliklə 13 cırtdan, bir hobbit və bir sehrbaz Tənha Dağa səyahətə başlayır. Yolda onların qarşısına nələr çıxmır ki? İlk olaraq 3 divlə qarşılaşırlar, onlara qarşı böyük müqavimət göstərirlər, ölümün ucunda olurlar, lakin təsadüf nəticəsində qurtulurlar, sonra böyük daş nəhənglərinin döyüşünə şahidlik edirlər, vəhşi millət olan qoblinlərin əsirliyinə düşürlər, və güc-bəla ilə bunlardan qurtulurlar. Uzun yolu qət edərək, Tənha Dağa çatırlar, və evlərini azad etmək uğrunda onları vaxtilə buradan didərgin salmış Smauqa qarşı hiyləgərli mübarizəyə başlayırlar.

Deyirlər ki fentezi elə adı üstündə nağıldır, və mütaliə üçün lüzumsuzdur, fəqət bu belə deyil, mənim fikrimcə məxsusi əsərlər var ki, janrından asılı olmayaraq oxucuya ibrət verir. Əsərin əsas personajı hobbitdir, bütöv xalqların küçümsədiyi, heç kəs üçün bir əhəmiyyət daşımayan milliyətin nümayəndəsi - hobbit. Burada cəsarətsiz hobbitin, yaşanılanlarla nə dərəcədə dəyişdiyi müfəssəl şəkildə təsvir ounur. Əgər Dostoyevskinin İdiot əsərində knyaz Mışkin əvvəldən axıra doğru tənəzzül edirsə, burada hər şey tamamilə əksinədir. Və bu məni bir oxucu olaraq valeh etmişdir. Mən anladım ki, əslində bəzilərimiz daxilimizdə gizlənən saflığı, müdrikliyi və insanlığı büruzə verə bilmirik, lakin zamanla, həyatda yaşanılanlarla, kimlərsə "gerçək mən"i təcəssüm etməyi bacarır. Tolkinə bir ədib olaraq heyranam. O Aralıq Dənizi dövləti haqqında sadəcə onlarla əsər yazmayıb, o həmçinin müstəqil olaraq yeni dil kəşf edib, bu, - Elf dilidir, o dil ki, Tolkindən başqa onu heç kim bilmirdi. Yəni görün adamın təxəyyülü nə dərəcədə geniş və dərin olub ki, o uydurulmuş bir milliyət üçün müstəqil dil düşünüb və onun yazılı lüğətini də tərtib eləyib. Seçdiyi bütün adların mənası olub, kiçik bir bulağın adından tutmuş, ta ki dövlətin adına kimi hər şey tarixi-etnik mənbələrdən götürülmüşdür. Yəni Tolkin fentezi janrlı bir əsərə, çox ciddi və məsuliyyətli çalarlar qatmışdır. Yoldaşlar, əgər siz dincəlmək, mütaliədən zövq almaq istəyirsinizsə, ən azından Hobbit əsərini oxuyun, gündəlik ətalətdən, səs-küydən beyninizi azad edin. Adicə bir misal, Beş Ordunun döyüşü və ya Hökmdarın Dönüşü hissələri; həqiqətən insan təxəyyülünü ehtizazaya gətirir, sən sadəcə çap hərflərini oxumursan, yox, sən özün də o döyüşdə iştirak edirsən, sən döyüşdə həlak olan hər bir baş qəhrəmana görə göz yaşı tökür, qələbə çalanda məğruriyyət hissini yaşayır, geri çəkiləndə isə pərt olursan, bir sözlə, sən özün də orada olursan, və bir faydan dəymədiyi üçün heyfslənirsən =) Aramla oxuyun, və bütöv silsilə sizə doğmalaşacaq, sanki hazırkı dünya sürrealdır, oradakı aləm isə əsl gerçəkdir. Müəllif əsər boyunca oxucu ilə ünsiyyətdə olur, o deyir ki: "Kaş ki cırtdanlar və hobbit bir az da səbrli olardılar, və onlar görərdilər ki, Elf Meşəsinin demək olar ki sonuna yaxınlaşıblar, amma.." və ya "Qəhrəmanlarımızın hal-hazırda gördükləri heç nədir, onları əsl həyəcan Beş Ordunun döyüşündə gözləyir" , adam istəyir qalxıb müəllifə qışqırsın ki: "A kişi, niyə adamı belə intizarda saxlayırsan! =)" Əsəri bir nəfəsə oxudum, həqiqətən Tolkin fentezi janrının banisidir. Və sonda, əsər əsasında çəkilmiş Hobbit və Üzüklərin Hökmdarı filmlərini ekranlaşdırmış, rejissor Piter Ceksona da böyük təşəkkür düşür, çünki məhs o, üç saatlıq bir film çəkib, Oskar mükafatını qazana bilmişdir.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Seymur Baycan - Kulisdə yazdıqlarım.

Bu kitabda müəllifin onlarla məqaləsi, bir neçə hekayəsi, iki müsahibəsi və sonunda hətta bonus olaraq şeirləri də toplanmşdır. Kulisdə yazdıqlarım kitabını yekdilliklə Seymur Baycanın fikir antologiyası adlandırmaq olar. Bu kitab onun publisistikası ilə tanış olmaq istəyən oxucular üçün əla vasitədir. Əgər Seymur Baycan yaradıcılığı sizə maraqlıdırsa, və siz elektron mənbə əvəzinə kağız vasitələrə üstünlük verirsinizsə, kitabı əldə eləyin, xərclənilən pula dəyər.

Seymur Baycanda ən çox bəyəndiyim xüsusiyyət, - səmimiyyətidir. Kimdənsə narazıdır, bunu açıq-aydın məqaləsində qeyd edir ki, həmin insan Azərbaycan ədəbiyyatına, çağdaş dövrü təfəkkürünə ləkədir. Məsələn illərdir dəyişməyən, fərqli və ya yeni məzmunda yazmayan yazıçılar, senzura mədəniyyəti və s. Bir neçə məqaləsində bəyəndiyi kitablar siyahısını paylaşıb ki, onun vasitəsilə mən Knut Hamsunun - Misteriyalar əsəri ilə tanış oldum. Bir müddəaya da diqqət etdim, Seymur bəy əksər məqalələri ilhamlanaraq yazır, məsələn maraqlı bir kitab oxuyur, ruhlanır, və oradakı məzmunun təsiri altında cəmiyyətdəki hər hansısa problemi müzakirəyə çıxardır. Bəzi məqalələri mənim fikrimcə daha da müəzzəm ola bilərdi. Məsələn "Madam Bovarilər" və ya "Dindən necə uzaqlaşdım" məqalələrini o qədər də bəyənmədim, çünki başlığı ilk dəfə oxuyar-oxumaz Seymur bəyin bu mövzuya daha müfəssəl yanaşacağını ümid etmişdim, ancaq oxumaq istədiyimi görmədim təəssüf ki, bu təbii ki subyektivdir, yəni fərdə görə dəyişir. Seymur bəylə tanışlıq mənim fikrimcə bir oxucu üçün çox faydalıdır, insanı mütaliəyə sövq eləmək qalsın bir kənara, maraqlı esse yazmaq, ağlın istedaddan üstün olduğunu bəyan etmək, heç vaxt düşünmədiyin mövzular üzərində təhlillər aparmaq, fikirləri süzgəcdən keçirmək və s. mümkün olur Seymur Baycan sözlərin mahir daşıyıcısıdır, yəni düşünmək belə çətindir, bir adam, 31 hərflə sanki doğma övladıymış kimi rəftar edir, cümlələri elə qurur ki, adam sonunda mat qalır. Və bu amil yazıçının illər sonra dünya miqyasında nəşr olunacağına vəd verir, ən azından bu cür ümid qığılcımı vardır. Və sonuncu nüans, Seymur Baycan son məqalələrindən birində qeyd etmişdi ki, əgər AXC yaşasaydı, kim bilir, bəlkə də bu gün Azərbaycanın spesifik, özünəməxsus ədiblər silsiləsi mövcud olardı; bu fikir həqiqətən də düşündürür. Mütaliə etməyi tövsiyə edərdim =)

Link to comment
Share on other sites

  • 2 weeks later...

Əli Əkbər - Gilə

Hərdən adam ağladığını gizlətməyə çalışır, sərt məzəmmətdən qorxduğu üçün deyil təbii ki, nə düşünürlər düşünsünlər, sadəcə adam bəzən duyğularının yalnız özünə məxsus olmasını istəyir. Bu kitabı oxuyarkən tökülən göz yaşı ananın fəryadına bənzəyir, çünki eynilə o hiss qədər dəhşətlidir, o duyğu qədər doğmadır, səbəbi isə sadədir, hekayənin nəqli əcnəbi tərəfindən deyil, elə öz həmyerlimiz, - Əşrəf baba tərəfindən edilir. Əşrəf baba İkinci Dünya müharibəsi dövründə ön cəbhəyə yollanır, qeyri-bərabər döyüş nəticəsində almanlara əsir düşür, və həmən gündən etibarən Əşrəf babanın çətin, zülm və əziyyət dolu günləri başlayır, o sınıq-salxaq konslaqer baraklarında gecələyir, aclıqla, susuzluqla mübarizə aparır, yaşamın ucundan tutmağa çalışır, və sonunda sağ qalır. Əşrəf baba İsveçrədə məskunlaşır və orada ailə həyatı qurur. O bu günə kimi yaşayıb, gördüklərini təsadüfən qatarda rastlaşdığı birisinə nəql etmək qərarına gəlir. Çünki həmən o birisi, azərbaycanlı olur, onun soydaşı, həmyerlisi, Qarabağ, Müğan, Mil, Gəncəbasar, Aran torpağının övladı - Əli bəy. O Əli bəyə həyatının ən acımasız, ən təsirli hissəsini danışır, o, Gilənin hekayəsini Əli bəylə bölüşür. Bilirsiniz, hər nə olur olsun, milli mənsubiyyət hissi ayrıdır, adam dünyanın ən tolerant insanı olsa belə, öz həmyerlisi onun üçün daha doğma, daha əziz təsir bağışlayır. Əsər mükəmməl azərbaycancada yazılıb. Əşrəf bəy əzəli azərbaycan dilinin mahir daşıyıcısı olub, doğma dilimizi o qədər mükəmməl bilib ki, hər cümləsi təsirli, hər sözü məni düşündürüb. Burada Laçının da yaşlı kişinin xatirəsində qalan xatirələri öz yerini alıb. Və sonuncu müddəa, mənim bir babam var idi, onun da adı - Əşrəf idi, o da Vətəndaş Müharibəsində iştirak etmiş, və itkin düşmüşdür; bizim hələ də Əşrəf babanın aqibəti haqqında bir xəbərimiz yoxdur, ona görə mən bu əsəri mütaliə etdikdə, Əşrəf obrazı mənim üçün xüsusi olaraq doğmalaşmışdı, mən sanki öz babam haqqında oxuyurdum, amma nə fərqi var ki? nəticədə o da həmyerlimizdir. Mütaliə etməyinizi tövsiyə edərdim. Möhtəşəm povestdir.

Link to comment
Share on other sites

Qilinc ve Qelem, Dumanin bir chox eseri, V. Yanin Chingiz Xan triologiyasi, ve s, ve s, :)

Qılınc və Qələm mənim doqquzuncu sinifdən bu yana ən sevdiyim əsərdir)..Qışda özümə kitabını aldım.Kitabxanamda axtarış edəndə rastıma çıxanda böyük zövqlə onu vərəqləyirəm)..Dediyin ikinci kitabı Müseyib deyən kitabı oxuyandan sonra sən deyənə keçərəm.

Link to comment
Share on other sites

Sənin ən maraqlı bildiyini başladım.İkinci fəsilini bitirdim.Görüm sonuna çatmağa səbrim çatacaq)

Evvelki bir neche fesile doz, sonrasi maraqli olacaq. Tesvirler cox gozeldir :)

Bir de, lap birinci cumlede "ucbucagin oturacagi" evezine "ucbucagin esasi" yazilib. Bu, tercumede yaranan sehvdir (ishdi, shayet azerbaycanca oxuyursansa )) )

Link to comment
Share on other sites

Evvelki bir neche fesile doz, sonrasi maraqli olacaq. Tesvirler cox gozeldir :)

Bir de, lap birinci cumlede "ucbucagin oturacagi" evezine "ucbucagin esasi" yazilib. Bu, tercumede yaranan sehvdir (ishdi, shayet azerbaycanca oxuyursansa )) )

Azərbaycanca oxuyuram.

Sən deyən cümləni tapdım) Səhv olduğunu haradan bilmisən?

Link to comment
Share on other sites

Maraqlı tarixə aid bir əsər oxumaq istəyirəm.Özüm seçim edə bilmirəm. Hansı əsəri oxumağı məsləhət görərdiniz?

Əsəd bəy - Qafqazın on iki sirri və Amin Maalouf - Leon Afrikalı. Maraqlı, tarixi əsərlərdir.

Link to comment
Share on other sites

"Mən necə idiot oldum" kitabını oxumağa başladım, bəyənmədim deyə yarımçıq qaldı, elə kitablar var ki sonacan çatdıra bilmirəm sıxıcı olduqlarından. Sonra Abdullayevin "Dərdimə şərik ol" romanını aldım, onu da 100-cü səhifəsinə qədər oxudum, ardını çatdıra bilmədim, uzun illərdir Abdullayevdən heçnə oxumurdum indi isə artıq istəsəmdə oxuya bilmədim ya az-can dilində olduğundan, onun əsərlərini rus dilində oxumaq daha maraqlıdır ya da artıq məktəbli deyiləm, Abdullayev məni məşğul edə bilmir artıq. Hal hazırda isə çoxdan aldığım hələ indi oxumağa başladığım М.В. Ломов-un tərtib etdiyi "100 Великих романов" kitabını başlamışam. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 12 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 81 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 78 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 31 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 52 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 50 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
        • Confused
      • 444 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...