Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

[quote name='Islami Nur_313' timestamp='1312288081' post='9702324']
nagil oxuma ...qatil matil deyib de ozuvi vetenperver kimi aparma...qatilliye qalsa felestinde de muselmanlarimiz qirilir..eynni dinden olan ezizlerimiz..
bu videoya bax...siyasetden dunyada bs veren oyunlardan xeberin yoxdu...sizlere diseler ki qatiq qaradir diyessiz ki hee qaradir halbuki agdir..
media vasitesile beyinlerivizi yeyibler...


[/quote]

Qatil sözü səni niyə belə qıcıqlandırır??? Sarkisyan Qarabağda həlak olan həmvətənlərimin qatillərindən biridir, razı deyilsən bununla?
Özün də söhbəti fırlatma. burda kiminsə vətənpərvər olmağı müzakirə edilmir. sən özüvə ağıl ver, mən özümü harda və necə aparmağı yaxşı bilirəm.

Link to comment
Share on other sites

  • Replies 174
  • Created
  • Last Reply

[quote name='Islami Nur_313' timestamp='1312306978' post='9704109']
qatil olmagini da bilirem,torpaqlari verenleri de gozel bilirem,,,get hec olmasa Agdere emeliyyatini oxu arasdir.,,gor torpaqlari aliblar yoxsa vermisik??!!!Sozsuz Agdere emeliyyati adli kitabi tapsan))))))
bizimkiler Simon Peresi qucaqliyanda bes senin ruhun,qanin bes cirpinmir ki,felestinde ereb olkelerinde korpe usaqlar qirilir amma sen burda onu bagriva basirsan...
yeqin sen suretli internetle foruma gelmirsen,gelseydin men yerlesdirdiyim videoya baxardin...
Elcibey demisdi zamaninda Iranla Qarabagi qaytaraqdansa vermek yaxsidir...O torpaqlar bize lazim deyil..))gorursen ki kim kimden qacir)
qaqa dunyadan xeberiviz yoxdur,ele tv-de esitdikleriviz,gordukleriviz,onun bunun texribata sovq eden sozleri sizleri qul edib...
[/quote]

1. Heç dəxli var? Ağdərə əməliyyatından danışan oldu?
2. Şimon Peresi qucaqlayana sözün varsa, iş yerini bilirsən, sözün varsa, get onun özünə de.
Nəinki Fələstində, dünyanın harasında olursa olsun, günahsız müsəlman qanı töküləndə mənim ürəyim ağrıyır.
Amma mən sənə başqa şey deyirəm, bu günkü İran dövləti düşmənimiz Ermənistana yardım edir. Ona görə də Səudiyyə İran kimi olmasa yaxşıdır, çünki İran kimi olsaydılar ermənilərə yardım edərdilər.
3. Elçibəyin belə deməyini xatırlamıram, amma hətta belə desə belə, onu qınamaq olmaz. Çünki sən özün də bilməlisən ki, Yaqub Məmmədovu çağırdılar İrana danışığa, həmin gün də ermənilər Şuşaya hücum edib tutdular.
4. Ey öz soydaşlarını unudub fələstinlilərin halına ürəyi çırpınan azad insan, İsrail Fələstini işğal etdiyi kimi İran da Arazdan cənubda olan ərazilərimizi işğal altında saxlayır. Hərdən bir tarix kitablarını oxu, biləsən ki, keçən əsrdə İran 3 dəfə soydaşlarımızın azadlıq hərəkatını qanla boğub, minlərlə soydaşımızı qətl etib.
Qaqa, ona görə deyirəm, yaxşı ki, Səudiyyə İran deyil.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1312371879' post='9709476']
1DEXLI VAR KI YAZMISAM CUNKI O EMELIYYETI ARASDIR GOR ARXADAN VURULAN ZERBE NECE OLUAR(OZUMUZUNKULER)
2.Simon Perezi qucaqliyana sozum var ya yox goz qabagindadir,,amma esas olan kimin kimin yaninda yan almasidir..
3.Elcibeyin demeyini xatirliyib xatirlamaman mene ele de maraqli deyil,,esas olan oz bildiyim ve bilmek istediklerimdir..Senin Yaqubun Irana getmeseydi guya Susa getmeyecekdi??!!! yaxsi susani Irana bagladiz bes Lacin,Kelbecer ve s hansi yere bagliyirsan??!!!
4.Ilk novbede tarixciyem senden gozel bilirem bu prosesleri..men milletden yox Islamci muselmandan sohbet edirem...menim muselman ezizlerim harda zillete ducar olursa onlari bu hala salanlara qarsiyam...
a bala sene burda Hesen Amulinin videosunu yerlesdirdim oxumadinsa basimizi bos bos sozlerinle niye alirsan?>?!! Senin kimi fikirde bir yaxin dostum var idi,,onunla oturdum sohbet etdim ve bir kitab verdim ,,inan ki fikirlerinde deyisdi ve dediyi kimi deyim:Fil qulaginda yatmisiq dunyadan xeberimiz yoxuymus....Iran soydaslarimiz azadliq herekatini bogmuyub)))Ele inqilabi soydaslarimiz etdi ve Islami dovlet yaratdi...bir sira texribatci insanlar>>Amerikaya,Israile,Qerbe satilmis insanlar Iranin icinde oyun oynamaq isteyir amma bu alinmir ve alinmiyacaq....Dunyadan xeberin olsaydi ele bilerdin ki dindarlarin coxu ele bizim soydaslarimizdir...imana da gelince ele soydaslarimiz farslardan daha cox imanlidir...videoya bax vaxtimi sene gore bos bos israf etmiyim....
gorurem ki hele oxudugun kitablarin,tvden texribatci xeberlerin qulu olmusan...daha da inkisaf ele bele olmaz....
ay qardas ne merdlik merdlik salmisan get torpagi aldaaa......pisiyin eli ete catmiyanda cirmaq atar><atalar yaxsi deyib)) gunde bir esgerimiz helak olur ,,prob ele onlar ates acanda sen de ac..bu yaxinlarda 1 hefte olar bir zabitimiz de sehid oldu...ne merdlikden dem vurursan?!!!bele merdsense cix aparata teleb ele ki torpaq;ari almaliyiq,,inan seni ordan itirerler)))
her halda Seyyid Mubariz dindarlarin arasindan cixdi...cox sineve doyme)
Sen narahat olma torpaqlarin alinmasi emri verilende ele dindar,mominler en onde gedecek...gorecem onda sizleri))
2 gulleye arxada senger qurassan)) :D
[/quote]

Sən elə hey ətrafında danışırsan....

1. Deyirəm ki, bu söhbətin Səudiyyə-İran söhbətinə nə dəxli var?
2. Ne oldu? ona sözün yoxdur, bəs şəklini niyə bura qoyurdun? Monitor arxasında dil pəhləvanı olmaq çox asandır.
3. Yaqub mənimdir??? :) sən o məsələni öz dostlarından soruş niyə onu İrana dəvət etmişdilər.
4. İran soydaşlarımızın inqilabi hərəkatlarını boğmayıb?? Sən doğrudan tarixçisən?????
Heç mərdlik söhbəti edən oldu burda??? Hara fırladırsan söhbəti??
Allah şəhidlərimizə rəhmət eləsin. Onların hamısı bizim qəhrəmanlarımızdır.
Amma mənim sənə dediyim budur ki, bu günkü İran bizim düşmənimiz olan Ermənistana yardım edir, Cənubi Azərbaycan torpaqlarını da işğal altında saxlayır. Ona görə də çox İran deyib döşüvə döymə. Yaxşı ki, Səudiyyə İran deyil!
mübahisə etmək xatirinə nəsə yazacaqsansa, özüvü yorma.

Link to comment
Share on other sites

Müsəlman qardaşlarımdan xahiş edirəm fitnəyə uyub siyasi çəkişmələrə baş vurmasınlar.Ola bilər ki kiməsə mövzu sadəcə öz siyasi maraqları üçün gərəklidir.Offtop etməyək.Çünki səhabələrin həyatı o qədər gözəl nümunədir ki, bugün istəsək də onlar kimi yaşaya bilmərik.
[b]ÖMƏR bin ƏBDÜLƏZİZ[/b]
Xəlifə olduqdan sonra ona gətirilən bəzəkli atlara minmədi. Sarayda deyil "mənə öz çadırım da bəsdir!" deyib əvvəlki evində yaşadı. Xanımını yanına çağırıb əgər mənimlə yaşamaq istəyirsənsə onda qızıl gümüşlərini Beytül-mala ver. Nə qədər ki, onlar səndədir mən səninlə qala bilmərəm. Sən bir xəlifənin zövcəsi kimi gərək ümmətin qadınlarına nümunə olasan dedi.

Xanımı isə onun bu təklifini cani dildən yerinə yetirdi. Özünün 50 000 qızıl pulunu kasıb və kimsəsizlərə payladı. Qulluqçularını azad edib özü çox sadə bir ömür sürdü. Ümmətə təvəzokarlıq və fəzilət nümunəsi oldu.

Bir dəfə xəstələnib yatağa düşdükdə qohumları dedi: Özündən sonra ailənə, uşaqlarının dolanmaları üçün Beytül maldan bir şey vəsiyyət et.O, isə belə cavab verdi: Uşaqlarım ya saleh ya da şər adam olacaqlar. Saleh olsalar onların buna ehtiyacı olmayacaq. Şər adam olsalar onda mənim onlara bir şey saxlamağım düzgün deyil. Hər iki halda buna lüzum görmürəm.

Qulluqçusu az bir miqdarda pul alıb onun yeməyinə zəhər qatmışdı. Xəlifə yeməyi yeyən kimi onu sancı tutmuş və qulluqçusunu çağırıb soruşmuşdu:
"-Məni zəhərləməyinin əvəzində nə qədər aldın?"
"-1000 dinar" deyən xidmətçisinə Xəlifə heç hirslənmədi. və qulluqçusu 1000 dinarı Beytül-mala verdikdən sonra, etdiyi cinayətə baxmayaraq onu bağışladı. Çünki o yalnız qəlbində Allah sevgisini saxlayırdı.

Link to comment
Share on other sites

Əgər Qurani Kərimə istinadən bütün səhabələrin və cənnətlə müjdələnməsini deyirsinizsə onda bəs Rəsuli Əkrəmdən(S.A.A.S.) gətirdiyiniz 10 cənnətlə müjdələnən məsum haqqında hədis nə deməkdir. Belə çıxmırmı ki, ikisindən biri səhvdir (fikrimcə hər ikisi) yəni Quran ayəsi düz yozulmur və səhabələrin heç də hamısı məsum deyil və zəmanəti olan ancaq bu 10 nəfərdir və yaxud da Quran ayəsini siz deyən kimi qəbul etsək onda Peygəmbər (S.A.A.S.) nəhzübillah Qurana əks olan və ya yersiz bir hədis deyir, yoxsa nəyə görə 10 nəfəri ayırardı!?
... İftara az qaldı, ALLAH(T.T.) oruclarımızı, namazlarımızı və dualarımızı qəbul etsin İnŞaAllah!

Link to comment
Share on other sites

eger haqq islama esaslanirsa burda dovlet ve millet ferqi olmamalidi. hemde musalmanin ustun olmasi onun iran ve ya turkiye kimi , erebistan kimi olkelerle mueyyenlewe bilmez. xahiw edirem sohbetlerinizin bu hissesini here ozu ucun gizlin saxlasin.amma cetin bunu bacarasiz cunki sizleri kim dine devet edibse onun da goruwlerinin terefini saxlayirsiz. unutmayin ki, sovet hokumeti dovrunde azerbaycanda islami deyerler hecde diger olkelerden geri qalmayib sadece bu deyerler gizli qalib. bizim en teqvali seyidlerimiz bu zaman formalawib, hemde bu sebeblere gore sovet dagildiqdan sonra bele xarici dindarlar bizim olketye gele bilmirdiler. amma indi onlar kimi musalmanlara rast gelmek cox cetindi. din azadligi var deye her olke oz dinin yaymaq ucun hazir nezir olub.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1312399252' post='9712013']
1nagil danisma...
2.Kime ne sozumuz varsa deyirik,,bele torpaq qeyretinden dem vurursansa oturub burda yazma ksihisense get gunu sabah torpaqlari al... :D ..
3.Irana devet olundu olunmadi bunun isle elaqesi yoxdur....torpaq gedenden sonra meseleni neyese baglamali,kiminse ustune atmaliydilar ya yox?!!!
4.ona qalsa bele torpaq derdindesense Rusiyadan Dagistani,Gurcustandan Borcalini ve s.Ermenistandan Zengezuru da istede)))) axi sen ne bilirsen)))
Iran menim ne dovletim ne deki torpagimdir...Sadece olaraq gorduklerin 1dise perde arxasi gormediklerin ise 100dur...elmivi artir...bu forumda movzudan kenar sohbet etsen menden incime...Torpaq isteyirsen get al..ala bilsen))) paradda ordunda var her seyin de )) amma aldaaaa))ala bilsin))
5.Neye gore qerar verildi ki Qarabagda yasayan ermenilere biz status veririk teki torpaqlar qaytarilsin biz onlarin tehlukesizliyini temin ederik...bele qerar sene gore mence gozeldir)
harda qaldi analarin,qardaslarin,bacilarin qani?!!!!serefi leyaqeti olan 1 an bele olsa tereddud etmeden dusmeni mehv eder.!!!
Duz soz adamin iliyine qeder de isleyer)
[center][color="#FF0000"][size="5"]OFFTOP OLMASIN..MOVZUDAN KENAR SOHBET OLMASIN!!![/size][/color][/center]
[/quote]

Nə danışdınsa, ətrafında danışdın. Sən öz fikirlərivi ancaq ətrafında yaza bilirsən, qalanları da copy-paste-dir.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1312988345' post='9755729']
[center][color="#FF0000"][size="6"]Əhli-sünnət alimləri və “qapıların bağlanması” hədisi[/size][/color][/center]

Sual: Əhli-sünnət alimləri “qapıların bağlanması” hədisini hansı ifadələrlər nəql etmişlər?


3[b]4. “Xəsaisu Əmiril-mö`minin Əli ibn Əbutalib (əleyhis-salam), səh. 13 və 14.
[/b]

[b]51. Mənaqib Əmirəl-möminin (əleyhis-salam), səh. 253və 257. [/b]

[b]55. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 464.[/b]
________________________________________________________________________________

[b]3 “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 11-ci cild, səh. 49.
[/b]


[/quote]
İslami Nur bir stop deyin))BUnlar nə vaxtdan əhli-sünnədə mötəbər mənbələridir?Yoxsa arada qarışdırıb atırsız ki, onsuz da oxuyan olmayacaq? :morqqqq:
Yeri gəlmişkən gəlin fərz edək ki, hər iki hədis zəifdir nə fərqi var Əbu Bəkr ya Əli?Hər ikisi səhabə deyilmi?

Link to comment
Share on other sites

[quote name='yazva' timestamp='1313066118' post='9762249']
İslami Nur bir stop deyin))BUnlar nə vaxtdan əhli-sünnədə mötəbər mənbələridir?Yoxsa arada qarışdırıb atırsız ki, onsuz da oxuyan olmayacaq? :morqqqq:
Yeri gəlmişkən gəlin fərz edək ki, hər iki hədis zəifdir nə fərqi var Əbu Bəkr ya Əli?Hər ikisi səhabə deyilmi?
[/quote]
Onlar sizin üçün səhabədir..Amma şiə təriqətində səhabələrə qəribə yanaşma tərzi var.Məsələn onlar iddia edirlər ki, şəhadətdə Əlinin(r) adını çəkməyən şəhadəti tam sayılmaz,yəni imamət və vilayət məsələləri...Elə deyilmi İslami Nur?

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1312399252' post='9712013']
1nagil danisma...
2.Kime ne sozumuz varsa deyirik,,bele torpaq qeyretinden dem vurursansa oturub burda yazma ksihisense get gunu sabah torpaqlari al... :D ..
3.Irana devet olundu olunmadi bunun isle elaqesi yoxdur....torpaq gedenden sonra meseleni neyese baglamali,kiminse ustune atmaliydilar ya yox?!!!
4.ona qalsa bele torpaq derdindesense Rusiyadan Dagistani,Gurcustandan Borcalini ve s.Ermenistandan Zengezuru da istede)))) axi sen ne bilirsen)))
Iran menim ne dovletim ne deki torpagimdir...Sadece olaraq gorduklerin 1dise perde arxasi gormediklerin ise 100dur...elmivi artir...bu forumda movzudan kenar sohbet etsen menden incime...Torpaq isteyirsen get al..ala bilsen))) paradda ordunda var her seyin de )) amma aldaaaa))ala bilsin))
5.Neye gore qerar verildi ki Qarabagda yasayan ermenilere biz status veririk teki torpaqlar qaytarilsin biz onlarin tehlukesizliyini temin ederik...bele qerar sene gore mence gozeldir)
harda qaldi analarin,qardaslarin,bacilarin qani?!!!!serefi leyaqeti olan 1 an bele olsa tereddud etmeden dusmeni mehv eder.!!!
Duz soz adamin iliyine qeder de isleyer)
[center][color="#FF0000"][size="5"]OFFTOP OLMASIN..MOVZUDAN KENAR SOHBET OLMASIN!!![/size][/color][/center]
[/quote]
İranda hələ də. aftafa-ləyən dəbdədir!Deyir kim daha yaxşı aftafa götürsə, onu "İrancənnətinə" yerləşdirəcəklər!

Link to comment
Share on other sites

[quote name='Yusif A.S.' timestamp='1313187563' post='9772934']
İranda hələ də. aftafa-ləyən dəbdədir!Deyir kim daha yaxşı aftafa götürsə, onu "İrancənnətinə" yerləşdirəcəklər!
[/quote]
Sən kecəl başun get skinxed pedofil şizofren Ələsgərin dərdin cək.

Link to comment
Share on other sites

[quote name='Dr.White' timestamp='1313233312' post='9774922']
Sən kecəl başun get skinxed pedofil şizofren Ələsgərin dərdin cək.
[/quote]
Sənə məsləhətim,aftafa alanda "kitayskisini"al ucuzdur,çox al ki, daha çox "ağayilərə" qulluq edəsən!
"Skinxed"liyə gəlincə. hər il həcc ziyarətində milyonlarla "skinxed" əmələ gəlir!
"pedofillikdə" islam düşmənləri həmişə Muhəmməd (s.ə.s)-i günahlandırırlar(Ayişə s.ə.-ni 8 yaşında aldığına görə)
Həmçinin Əli (ə.s) Fatmayi-Zəhra ilə o , uşaq yaşlarında olarkən evlənmişdi(hərçənd ki, mən tarix və hədisləri oxuyub qəbul etmirəm, ancaq bunları nə vaxtsa oxumuşam.
Ələsgərin(A.S.o) dərdini sizlər çəkin!Necə deyərlər:ağıllı olub hamının dərdini çəkincə, dəli ol ki, sənin dərdini çəksinlər! umoril:

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1313495159' post='9794169']
sen hele dirisen??!!!seni buralarda gorumuyum! :D
Aiseni 8 yasinda aldi amma izdivaci gor nece yasinda oldu ay uzuz nurlu meleyim))
isin gucun qurtarib haqqa girirsen,Resulullahin(s.a.v) ve Imam Eli(e) izdivacinin sohbetini edirsen....hec xecalet cekirsen??!!abri heyasi olan elbette haqqa girmez.!!
sen cani sizin o Amondan sorus gor yehudilerden,dovletden ne qeder maaliyyelesme ile ireli gedir??!!!!
[/quote]
ALLAH-ın Salamı olsun!
Bizim amonu öldürmüşük,amma sizinkindən soruşdum, deyir farsların aldığı aftafaları daşıyanları yaman axtarırlar, deyir türmədə aftafa daşıyana böyük ehtiyac var!Tapşırdı sənə deyi m ehtiyatlı olasan, ALLAH rəsuluna sataşanlar heç vaxt xeyir tapmayıb!
ALLAH tutulanların hamısının qapısını açsın, onları ailələrinə qovuşdursun!Heç kəs , heç kəsin fitnəsinə uymasın!

Link to comment
Share on other sites

  • 1 year later...

Ümumiyyətlə isə pəncərə deyil qapı idi amma Aişa(r) haqqında hədisi "şil küt" tərcümə edənlər sözsüz ki, Əbu Bəkr(r) haqqında hədisi də "öldürüb" tərcümə edəcəkdilər.Mövzunun adına baxanda elə təəssürat yaranırdı ki, müəllif Peyğəmbərimizin (s.ə.s) "səhabələrimi söyməyin " hədisini rəhbər alıb ümmətin ən xeyirliləri haqqında yazacaq onların fəzilətilə bölüşəcək.Amma müəllif yəqin ki, öz sədəqəsini Uhud dağından çox zənn edir)))Yaxud özünü peyğəmbərdən(s.ə.s.) və hətta onun ailə üzvlərindən daha ağıllı sayır.
Beləliklə
Əbu Bəkr Siddiq Ümumiyyətlə, xilafət 30 il olub.
Səfinənin (Allah ondan razı olsun! - radıyallahu anhu - r.a.) rəvayət etdiyi hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun! - s.a.s.) demişdir: «Peyğəmbərlik (yəni sonrakı) xilafəti otuz il olacaq» (Əbu Davud, «Sünnə» kitabı, «Xəlifələr» fəsli, 12-ci cild, səh. 259, 4633-cü hədis).
Bu hədisin səhih (mötəbər) olduğunu aşağıda adları çəkilən alimlər təsdiqləmişlər:
1. Əhməd bin Hənbəl; 2. İbn Əbdü-l-Bərr; 3. əl-Hakim; 4. ət-Tirmizi; 5. İbn Əbi Asim; 6. İbn Teymiyyə; 7. İbn Cərir ət-Tabəri; 8. İbn Hibbən; 9. əz-Zəhəbi; 10. İbn Hacər əl-Əsqaləni; 11. əl-Albani.
Bu məlumatın səhih olmasını isbat etmək üçün bax: «Səhih hədislər silsiləsi», 1-ci cild, səh. 820-827, 459-cu hədisin şərhi.
Xilafətin müddəti:
1. Əbu Bəkr (r.a.) - 2 il 3 ay 10 gün;
2. Ömər (r.a.) - 10 il 6 ay 8 gün;
3. Osman (r.a.) - 11 il 11 ay 9 gün;
4. Əli (r.a.) - 4 il 9 ay 7 gün;
5. Həsən (r.a.) - 6 ay
Allahdan istədiyim budur ki, etdiyim bu əməli xeyirli əməllərdən etsin və bunun vasitəsilə müsəlmanların arasında sülh yaratsın. Həqiqətən, yalnız O, buna qadirdir!


[center]I XƏLİFƏ:[/center]
[center]ABU BƏKR ƏS-SİDDİQ (r. a)[/center]
Adı: Abdullah İbn Osman
Atasının adı: Osman İbn Amir
Anasının adı: Səlmə bint Saxr
Künyəsi: (Ad və ləqəbdən başqa hər hansı bir şəxsə verilən xüsusi əlamət) Əbu Bəkr
Ləqəbi: əs-Siddiq (Peyğəmbər (s. a. s) bu ləqəbi Əbu Bəkrə (r.a.) isra və Merac səfərini təsdiqlədiyi üçün vermişdir)
Anadan olduğu tarix və yer: Əbu Bəkr Peyğəmbərdən (s.a.s.) 2 il və bir neçə ay sonra (təxminən 572. ci il) Məkkə şəhərində anadan olmuşdur.
Məhəmmədə (s. a. s.) peyğəmbərlik verildiyi zaman o, Məkkə əhlini İslama dəvət etmiş və bu dəvəti kişilərdən qəbul edən ilk şəxs Əbu Bəkr olmuşdur. O, peyğəmbərin (s.a.s.) ən yaxın səhabələrindən, hicrət yoldaşı və cənnətlə müjdələnmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Peyğəmbərin (s.a.s.) vəfatından sonra səhabələrin şurası tərəfindən seçilərək xilafətə gəlmiş və 2 il 3 ay xəlifə olmuşdur. Xilafət zamanı İslam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür:
1) Peyğəmbər (s.a.s.) Şamın şərqini fəth etmək üçün ordu hazırlayır və Üsamə bin Zeydi (r.a.) bu orduya başçı təyin edir. Qoşun Mədinədən çıxmazdan əvvəl Peyğəmbər (s.a.s.) vəfat edir. Bir çox səhabələr bu ordunu Üsamənin (çox gənc, 17 yaşında olduğundan) başçılığı ilə göndərilməsinə etirazını bildirirlər. Lakin Əbu Bəkr (r.a.) Peyğəmbərin (s.a.s.) əmrini yerinə yetirərək, qoşuna məhz Üsamənin başçılığı ilə Şama getməyi əmr edir. Beləliklə, bu qoşun öhdəsinə düşəni yerinə yetirərək Şamı fəth edir.
2) Peyğəmbərin (s.a.s.) vəfatından sonra mürtəd olanlara (dindən çıxanlara) qarşı vuruşur və onları məğlub edir. Bununla müsəlman ümmətini parçalanmaq təhlükəsindən qurtarır.
3) Yəmamə döyüşündə bir çox qarinin (Quran hafizi) şəhid olduğunu görən Əbu Bəkr (r.a.) Zeyd bin Sabitə (r. a.) xurma lifləri üzərində yazılmış Quran ayələrini cəm etməyi tapşırır. Zeyd bin Sabit (r. a.) onun əmri ilə Quranı cəm edir (ayrı-ayrı mənbələrdən bir yerə toplayır).

[b]Əbu Bəkrin (r. a.) zövcələri və övladları:[/b]
1. Quteylə bint Abdu-l-uzzə. Övladları: Abdulla, Əsmə
2. Ummu Rumən bint Amir. Övladları: Əbdürrəhman, Aişə.
3. Əsmə bint Umeys. Övladı: Məhəmməd.
4. Həbibə bint Xaricə. Övladı: Ummu Kulsum.
Vəfat etdiyi tarix: hicrətin 13-cü ili, cumedəl-axər ayının 21-i (və ya 22-i) vəfat etmişdir.

[center][b]Əbu Bəkrin (r.a.) fəzilətinə dair ayə və hədislər:[/b][/center]

1) Uca Allah buyurur:
«[Ey möminlər!] Əgər siz Peyğəmbərə kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu [Məkkədən] iki nəfərdən biri [ikinin ikincisi] olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna [Əbu Bəkrə]: "Qəm yemə, Allah bizimlədir!" - dediyi zaman göstərmişdi. O vaxt Allah ona [Peyğəmbərə və ya Əbu Bəkrə] bir rahatlıq nazil etmiş, onu sizin görmədiyiniz [mələklərdən ibarət] əsgərlərlə müdafiə etmiş, kafırlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü [kəlmeyi-şəhadət] ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir» (Tövbə 40)
Bu ayədə zikr olunan Peyğəmbər (s.a.s.) dostunun Əbu Bəkr olmasında İbn Cərir ət-Tabəri, İbn Kəsir, əs-Suyuti!, əl-Buxari, Müslim və digər islam alimləri həmrəydirlər.
2) Uca Allah buyurur:
«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!» (ət-Təhrim, 4)
İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömer (r.a.) və s. səhabələr bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) və s. olduqlarını təfsir etmişlər. (Təfsir İbn Kəsr) 4/500.
3) Uca Allah buyurur:
«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir» (Zumər, 33)
Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) və başqa möminlərdir. (Ət Tabəri, Camiu-l-bəyan, 3/24)
4) Uca Allah buyurur:
“Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaqlaşdırılar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər. O şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi verilsin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır» «Leyl, 17-21»
Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkrə (r.a.) görə nazil olub və bütün möminlərə aid edilir. (Təfsır ibn Kəsir, 4/762)
5) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) səhabələrə xitab edib dedi: "Həqiqətən, mənə ən yaxın yoldaş və mal-dövləti ilə ən çox qayğı göstərən Əbu Bəkrdir. Rəbbimdən qeyrisini sevmiş olsaydım, (ifrata varmaqla) Əbu Bəkri sevərdim. Lakin, o mənim müsəlman qardaşımdır. Elə isə, məscidə açılan Əbu Bəkrin qapısından başqa bütün qapıları bağlayın!» (Səhihu-l-Buxari», 7/15, 3654-cü hədis. )
6) Cubeyr bin Mut'im (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) onun yanına gələn qadına qayıdıb, bir müddət sonra gəlməyini bildirir. Qadın: "Səni tapa bilməsəm necə?" - deyə soruşduqda, o (s.a.s.) dedi: "Məni tapmasan, Əbu Bəkrin yanına get!"» (Səhihu-l-Buxar, 7/22, 3659-cu hədis)
7) Əbu Hüreyrə (r. a. ) rəvayət edir ki, «Peyğəmbərdən (s.a.s.) eşitdim, o dedi: "Hər kəs Allah üçün saleh əməl edərsə, cənnət qapılarından (cənnətə) dəvət olunar: namaz əhli namaz qapısından, cihad əhli cihad qapısından, sədəqə əhli sədəqə qapısından və oruc əhli Rəyyan adlı oruc qapısından cənnətə dəvət olunar». Bunu eşidən Əbu Bəkr (r.a.) dedi: "Ey Allahın elçisi! O qapıların hamısından dəvət olunan olacaqmı?" Allahın elçisi (s.a.s.): "Bəli, və mən istəyirəm ki, sən onlardan olasan, ey Əbu Bəkr! – deyə cavab verdi!" (Səhihu-l-Buxari, 7/23, 3666-ci hədis)
8) Aişə (r.a.) rəvayət edir ki, «Peyğəmbər vəfat etdikdə Əbu Bəkr (r.a.) Sunhda (Peyğəmbər məsçidindən bir mil uzaqda yerləşən məntəqədir) idi. Ömər (r.a.) səhabələrə xitab edib dedi: "Allaha and olsun ki, Peyğəmbər (s.a.s.) ölməyib, Allah onu qaytaracaq. Bu vaxt Əbu Bəkr (r.a.) gəldi, onun üzünü açıb öpdü və dedi: “Atam-anamsan sən, sağlığında da, öləndən sonra da səndən gözəl iy gəlir. Nəfsim əlində olan Allaha and olsun kı, O sənə ölümü iki dəfə daddırmaz”. Sonra Ömər (r.a.) oturmağı əmr etdi və üzünü səhabələrə tutub, Allaha həmd-səna etdikdən sonra dedi: “Kim Məhəmmədə ibadət edirdisə bilsin kı, artıq o vəfat etmışdir. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah əbədi və ölməzdir”.
"(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər" «əz-Zumər, 30»
"Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki, geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər". «Ali-İmran, 144»
Bu ayələri oxuduqdan sonra səhabələr ağladı». «Səhihu-l-Buxari», 7/23, 3667, 3668-ci hədislər.
9) Urva ibnu-z-Zubeyr (r.a.) rəvayət edir ki, «Mən Abdullah ibn Amrdan (r.a.) müşriklərin Peyğəmbərə (s.a.s.) nə etdikləri barəsində soruşduqda, o dedi: "Peyğəmbər (s.a.s.) namaz qılarkən Uqbətu bin abi Muit gəlib dəsmalı onun boynuna sarıdı və boğmağa başladı. Bunu görən Əbu Bəkr gəlib onu kənara itələdi və Allahın bu kəlamını oxudu: "Məgər, siz bir adamı "Rəbbim Allahdır" - deməyinə görə öldürəcəksiniz?! Halbuki, o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir"». «Ğafir (Əl-Mümin, 28) » , «Səhihu-l-Buxari», 7/26, 3678-ci hədis.
10) Əbu Musa əl-Əşari (r.a.) rəvayət edir ki, «Bir dəfə Əbu Bəkr (r.a.) Peyğəmbərin (s.a.s.) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (s.a.s.) çatdırdıqda, o dedi: "İzn ver, gəlsin və onu cənnətlə müjdələ!". . . » «Səhihu-l-Buxari», 7/25, 3674-cü hədis.
11) İbn Abbas (r.a.) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (r. a. ) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım; Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r. a. ) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (s.a.s.) "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik" dediyini eşidirdim. Mən dönüb arxamda dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (r.a.) idi» «Səhihu-l-Buxari», 7/26, 3677-ci hədis.
12) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"» «Səhihu-l-Buxari», 7/25, 3673,. cü hədis.
13) Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) üzünü səhabələrə tutub soruşdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr (r.a.): "Mən" - deyə cavab verdi. Peyğəmbər (s.a.s.) yenə soruşdu: "Hansı biriniz bu gün cənazəni təqib edib?" Əbu Bəkr (r.a.): "Mən" - deyə cavab verdi. Peyğəmbər (s.a.s.) yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yedizdirib?" Əbu Bəkr (r.a.): "Mən" - deyə cavab verdi. Peyğəmbər (s.a.s.) yenə soruşdu: "Hansı biriniz bu gün xəstəni ziyarət edib?" Əbu Bəkr (r.a.): "Mən" - deyə cavab verdi. Peyğəmbər (s.a.s.) dedi: "Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar"» «Səhih Müslim», 15/151, 6132-ci hədis.
14) Əli (r.a.) iki şeyx - Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və onun elçisinə (s.a.s.) ən yaxını - xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın» Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.
15) Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan şəxs ona: "Sən də ona Siddiq deyirsən?" ~ dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz» Ərbili. «Kəşfu-l-ğümmə fi mərifəti-l-Əimmə», 2/147.
16) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar, onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub, onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi» «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh. 298, Tehran çapı, 1995).
17) Əli ibnu-l-Hüseyn İbn Musa «əş-Şafi» adlı kitabında qeyd edir ki, Əlidən (r.a.): «Vəsiyyət etmirsən?» - deyə soruşduqda, o demişdir: «Peyğəmbər (s.a.s.) kimi vəsiyyət edirəm, lakin, Allah insanlar üçün xeyir istəsə, Peyğəmbərdən (s. a. s. ) sonra səhabələri xeyir üzərində cəm etdiyi kimi (İmam Əli (r.a.) burada Əbu Bəkrin (r. a. ) xilafətini nəzərdə tutur.), onları da xeyir üzərində cəm edər». «əş-Şafi» səh. 171, Nəcəf çapı.
18) Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin xəlifəliyini qəbul edib, onları sevə bilərəmmi?» - deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilərsən». Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" - deyə Ona xəbər verə bilərəmmi?!» - deyə soruşduqda, Cəfər ona: "Bəli" - deyə cavab verdi «ər-Ravzə minə-l-Kəfi», 8/101, 238.
19) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir «Biharu-l-ənvar», 22/305, 306.
20) Et-Tabrisi əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin, Əbu Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir «əl-İhticac», səh. 230, Kərbəla çapı.
21) əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (s.a.s.) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr:" (r.a.) və Ömərə (r.a.) də salam verərdi «əş-Şafi», səh. 238.
22) Əli (r. a. ) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərine dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdilər» «Nəhcu-l-Bəlağə», səh: 143 (tərcümədə səh. 257, Tehran çapı, 1995).
23) Əlinin (r.a.) Əbu-Bəkrə (r.a.) qarşı olan hörmət və sevgisinə (Əbu-Bəkr (r.a.) xəlifə olduqdan sonra) Leyla bin Məsudan (Əlinin (r.a.) üçüncü arvadından) olan oğluna Əbu-Bəkr adını verməyi də dəlalət edir.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Milli
        • Facepalm
        • Haha
      • 121 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 18 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Facepalm
        • Haha
        • Like
      • 21 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Facepalm
        • Upvote
        • Haha
        • Like
      • 100 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Milli
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
        • Confused
        • Like
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Haha
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...