Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

[font="Arial Black"][size="7"] Peyğəmbər səhabəyə əmr edir, səhabə isə onun əmrini qəbul etməyib ona qarşı çıxır.[/size][/font]

Əl Qazi Ənsari, “Əhadisu-ş-şuyuxi-s-siqat” (Məşyəxəti-l-kubra) kitabı, 1097-ci səhifə.

Peyğəmbər və səhabələri xaric oldu. Biz həcc ehramında idik. Məkkəyə çatdıqda Peyğəmbər dedi: “Həccinizi ümrə qərar verin”. Camaat dedi: “Ya Rəsuləllah biz artıq həcc ehramındayıq. Onu necə ümrə qərar verək.” Peyğəmbər (s) buyurdu: “Sizə əmr etdiyim şeyə fikir verin və ona əməl edin.” Onlar onun sözünü qəbul etmədilər. Peyğəmbər əsəbləşdi və gedib Aişənin yanına daxil oldu. Aişə onun üzündəki qəzəbi gördü və dedi: “Səni kim qəzəbləndirib? Allah ona qəzəblənsin.” Peyğəmbər dedi: “Necə qəzəblənməyim? Mən bir işə əmr edirəm, amma ona əməl olunmur.”

isnadı səhihdir.

[img]http://az.313news.net/up/article/img/hadis/mashyahatil-kubra_p1097.jpg[/img]

Link to comment
Share on other sites

  • Replies 174
  • Created
  • Last Reply

[quote name='Islami Nur_313' timestamp='1299928883' post='8556113']
[size="7"][color="#000000"]Ömər ibn Xəttab bəzi səhabələr Əbubəkrə beyətdən imtina edib Fatimənin (s) evində cəm olduqda Fatimənin evini yandıracağı ilə hədələyir[/color][/size]

İbn Əbi Şeybə "Əlmusənnəf" kitabı, 579-cu səhifə

Peyğəmbərdən sonra Əbu-Bəkrə beyət olunduqda Əli və Zubeyr Peyğəmbər qızı Fatimənin evinə daxil olub məşvərət edirdilər və onların işindən geri çəkilmişdilər. Bu Ömər ibn Xəttaba çatdıqda Fatimənin evinə getdi və dedi: “Ey Peyğəmbərin qızı, and olsun Alaha sənin atandan bizə daha sevimli bir şəxs yoxdur. Atandan sonra bizim üçün səndən daha sevimli şəxs yoxdur. And olsun Allaha, əgər bunlar sənin yanında cəm olsalar o zaman mənim bu evi yandırmaq haqqında verəcəyim əmrin bu da qarşısını almaz”

İsnadı səhihdir.
Müəllif: Təbəri
Kitab: Xalqlar və dövlətlər tarixi (Tarixul-uməmi vəl-muluk), c. 2, səh. 443

“Ömər ibn Xəttab Əli ibn Əbu Talibin evinə gəldi. Təlhə, Zübeyr və bəzi mühacirdən olan şəxslər də Əlinin evində idilər. Ömər dedi: “And olsun Allaha, ya (Əbubəkrə) beyət etməyə gedəcəksiniz, ya da ki, evi sizin üstünüzə yandıracağam!”.
[/quote]

Bəs bu məsələdə Əli Ömərin (Allah hər ikisindən razı olsun) cavabını verməyib?

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300170400' post='8578062']
salam aleykum
Hemin an Eli(e) evde olmush,hetta senedlerde qeyd olunmushdur ki Eli(e) qolu bagli sekilde Ebu Bekrin qabagina getirmishler ve o cumleden ezab vermishler hetta Fatima(s.e) betninde olan ushaq bele olmush ve Fatima(s.e) qolu sindirilmishdir...Tekzib olmaz senedler bunu tesdiq edir...Bundan elave Peygember(s.a.a.s) Hz.Eliye(e) buyurmushdur ki eger yaninda seni seven ve lazimi qeder adam olsa onlara qarshi vurush ,,olmasa sebr et,,zamani gozle..Fatima(s.e)torpaga tapsirilanda onun harda basdirildigi melum olmamish,ve indi de bu haqda bir sira ferziyyeler ireli surulur,cunki Fatima(s.e) vesiyyetine esasen onun yeri namelum olmali idi bezi menfur insanlara gore...Bu da aydin meseledir kimler nezerde tutulur!!!..bu zaman Omer bir nece atli ile gelmish ve buyurmushdur ki qebr cixarilsin torpaqdan hardadisa....biz ona cenaze namaz qilmaliyiq....Bundan qezeblenen Eli(e) buyurmushdur ki:And olsun Allaha eger bele bir fikiri bir daha soylesen seni qilincimdan kecirdecem...Bunu esiden Omer ise :Eger Eli Allaha and icdise bunu eder,,ona gore de burdan getmek lazimdir...Forumda <<ӘLİ (Ә)-IN XİLAFӘTӘ MÜNASİBӘTİ VƏ SƏBRİ>>movzusu var ,,tam olaraq bir cox seyler yazilmishdir baxa bilersiz..
salam aleykum
[/quote]

Və aleykumsalam.
1. Deyək ki, həmin an Əlinin qolunu bağladılar. Bəs qolunu açandan sonra?? Gedib qisasını almadı? Bədrin, Uhudun, Xəndək savaşının qəhrəmanı, igid və cəngavər Əli sevimli həyat yoldaşına qarşı o cür hərəkət edən adamlardan heç vaxt qisas almadı, səbr elədi??????? Əbu Bəkrə qolları bağlı halda zorla beyət etdirdilər, bəs Ömərə necə beyət eledi?

2. Bəs Əlinin öz qızını sonralar Ömərə ərə verməsi sizin sənədlərdə öz əksini tapıb?

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300262175' post='8587983']
Eli (e) oz qizini Omere vermiyib bu bezi menfur insanlarin dushunceleridir!!!!!
İmam Şafei Hәzrәti Әli (ә.s.) haqqında belә demişdir: “Mәn,
düşmәnlәrinin paxıllığı, dostlarının isә qorxduqları üçün fәzilәtlәrini gizlәtmәlәrinә
rәğmәn fәzilәtlәri şәrq vә qәrbi dolduracaq dәrәcәdә nәşr olunan bir kişidәn
heyrәtlәnirәm.”
[/quote]


Mən deyirəm ki, Əli qorxmaz və igid adam idi, sözün əsl mənasında kişi idi. necə yəni onun həyat yoldaşını Ömər vurdu, o isə qisas almadı.
Səhih Buxaridən və Müslimdən sitat gətirəndə ehtiyatlı ol. Çünki o kitablarda belə bir hədis var.
İbn Abbasdan belə dediyi nəql edilmişdir: “Ömər ibn Xəttab(radiyallahu anh) vəfat etdiyi vaxt, insanlar onun ətrafına yığışdılar, onu xeyirlə yad edib, ona dua etməyə başladılar. Mən də insanların arasında idim. Hiss etdim ki, bir kəs əllərini arxadan çiyinlərimin üzərinə qoydu. Arxaya dönərkən onun Əli olduğunu gördüm.(Əli) Ömər üçün Allahdan rəhmət dilədi və belə dedi: “Artıq səndən sonra, sənin kimi (saleh) əməl işləyib, Allaha qovuşacağını istədiyim başqa bir şəxs qalmadı. Allaha and olsun, mən bilirdim ki, Allah daima səni iki dostunla (Peyğəmbər və Əbu Bəkr ilə) bir yerdə bərqərar edəcəkdir. Çünki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) daima belə dediyini eşidirdim: “Mən, Əbu Bəkr və Ömər gəldik. Mən, Əbu Bəkr və Ömər getdik. Mən, Əbu Bəkr və Ömər çıxdıq.”(Buxari 3677, 3685 və Müslim 2389)

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300623262' post='8620451']
Buxari ve Tirmizi eslen farsdirlar bu 1!!...
Emeviler 861-750....Abbasiler 750 -1258....Buxari Abbasiler dovrunde yashiyib 10 cu esrde...deqiq ilini de yazaram istesez...Abbasiler ise Peygember(s.a.v) Ehli Beytinden (12imamlar)(e) necesini zeherledib oldurub bunu tarix senedler subut edir...
Buxaride ,Tirmizi de ,Muslum de qondarma hedisler var cunki Xelife qorxusu ve vezife sevgisi bunlarin bele hedisler yazmasina serait yaradib ve xelifelikde yaxshi vezifeler tutmush insanlardir bunlar...

Eli(e)adina qondarma hedisler yazib insanlari azdirmaq istemishler...amma alinmiyib...Siz hec bilirsiz ki Eli(e) adina hedisler sehihlerde bir birne ziddir?? saysam qurtarmazeee...

Eli(e) Nechul Belagesini oxusaz..gozel olar...Orada sizin suallarinizin butun cavablari var....Mesume dukaninda 15man satilir...Eger Eli(e) nece bir ezaba ducar olub bunlara bax...
[/quote]
1. Buxari və Müslim xəlifəlikdə hansı yaxşı vəzifələr tutublar?
2. Səhihlərdə Əlinin adından hansı uydurma hədislər var? çox yox, 1-2-nin isnadını yaz.

Mənə Əli (Allah ondan razı olsun) haqqında əhli sünnə mənbələrindən oxuduqlarım kifayət edir ki, onu tanıyım, ona şəxsiyyət, əsl kişi kimi hörmət edim. Elə təkcə xəndək döyüşü haqqında yazılanları oxumaq bəsdir başa düşəsən ki, elə kişi imkan verməz ki, kimsə onun həyat yoldaşına barmagının ucu ilə toxuna o da səbr eliyə. Və yaxud kimsə haqqı gizlədə Əli ona qarşı çıxmaya, susa.Yəni zülfüqarın qabağına çıxmağa ürək edən var idi ki, Əliyə əzab da versinlər? Allah razı olsun o böyük sahabədən.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300705130' post='8625293']
Sizden bir xasih İslam tarixini gozel terzde oxuyun ..Xeyber doyusu,Suffeyn doyusu filan hamisini gozel sekilde oyrenun,Peygemberin(s.a.v) sehabelerinden olan 2 nefer Hucr ibn Edid ve Yasir Ammarin kimler terefinden nece sekilde oyrenilmesini oyrenun...

“Ey Әli, sәnin mәnә görә mәqamın, Hәzrәti Harunun Hәzrәti Musaya görә mәqamı
kimidir. Amma mәndәn sonra peyğәmbәr gәlmәyәcәkdir “Sәhih әl-Buxari”, c.2, sәh.305; “Sәhih Müslüm”, c.2, sәh.360; “әl-Müstәdrәk lil-Hakim”, c.3, sәh. 109.
Harunun Musaya olan munasibetini soyliye bilersuz?? Ve HArunun oglanlarinin adlari erebceden tercumeden nedir?

Vә “Xeybәr qәzvәsi” babında Aişәdәn belә nәql edir: “Peyğәmbәrin qızı Fatimә
(ә.s.) Әbu Bәkrin yanına adam göndәrәrәk atası peyğәmbәrdәn ona yetişәn mirası
istәdi. Lakin Әbu Bәkr o mirasdan heç bir şey Fatimәyә vermәdi, bundan sonra Fatimә Әbu Bәkrә qәzәblәndi vә vәfat edәnә kimi onunla danışmadı.”Sәhih әl-Buxari”, c.3, sәh. 39.


burasi hec...kecek esas meseleye
Siz bilirsiz ELI(e) haqqinda sizin sehih kitablarivuzda ne qeder tezadli hedisler var??? Mes: istesez seh tapa bilerem...ve sizincun butun ELI(e) haqqinda olan tezadli hedisleri tapim seh filan hamisi o cumleden diger hedislerin de aciqlamasini ve diger kitablardan esaslarini getirim,,ve tehrif olunmush hedislere aydinliq getirim..razisiz??
[/quote]
İmkan olsa, mənim 1-ci sualımı da cavablandır. Çox maraqlıdır İmam Buxari hansı vəzifədə işləyib.
Görəsən Buxari saxta hədis yazırdısa, niyə miras barədə olan hədisi saxlayıb kitabında, çıxarmayıb.
Əli haqqında [b]Səhih əl-Buxaridə[/b] təzadlı hədis varsa, nömrəsini dəqiq yaz. Çünki digər mənbə olsa, mənim indi həmin mənbələri araşdırmaq imkanım yoxdur, bura da uzun-uzadı copy-paste qoymağın da mənası yoxdur.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300773713' post='8629551']

daha da var...ozun artiq axtar tap,cunki sizin sehih kitablarivuzdir./...17cildlik(17 qalin kitablar) sehih buxarivizi oxuyun...
[/quote]

1.Səndən Buxarinin dövlətdən hansı vəzifə aldığını soruşdum, cavab deyirsen ki, əziyyət çək özün axtar tap. Düz danışansansa de görək hansı vəzifə alıb xəlifədən, mən niyə əziyyət çəkib hər sən deyəni axtarmalıyam.
2. Səhih əl-Buxaridən Əli haqqında təzadlı hədislər istədim nömrəsini göstərmək şərtilə, hanı???
Hədislərin nömrəsini yaz, çünki hədisin nömrəsi məlum olanda onu tapmaq asandır. Səhihdə hədislər asan tapılmaq üçün nömrələnib sən isə kitabın səhifəsini gösətərirsən. Məndə səhihin elektron variantıdır, kitab halında deyil. Əsasən də aşağıdakı hədisin;
Buxari öz “Sәhih”inin vәsiyyәtlәr kitabında vә Müslüm
“Sәhih”inin vәsiyyәt kitabında belә qeyd ediblәr: “Aişәnin yanında peyğәmbәrin
Hәzrәti Әliyә vәsiyyәt etdiyinә dair hәdisdәn söhbәt getdi”“Sәhih әl-Buxari”, c.3, sәh.68; “Sәhih Müslüm”, c.2, sәh.14

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300829277' post='8634750']
Nə avrsa aciq askar burda yazmisam...bu sizin kitablarda olan tezad ve problemlerdir...
Nəysə qardaş bu məsələləri araşdırsan əmin ol ki işıq görərsən...Allah köməyin olsun
[/quote]

Bayaqdan deyirdin ki, Buxari dövlətdən vəzifə alıb, indi deyirsən ki, dövlətdəkiləri mədh eləyib... axır etiraf etdin ki, Buxari dövlətdə vəzifə tutmayıb.
Mən Əli haqqında təzadlı hədislərin nömrəsini səndən istədim, sən mənə deyirsən ki, niyə Əbu Hureyrədən çox hədis rəvayət edib. Səhih hesab edib, ona görə rəvayət edib. Mən nə qədər hədisin əhli-beytdən rəvayət olunduğunu saymamışam.
Abdullah ibn-Abbasdan rəvayət olunan hədisləri niyə saymırsınız?
Sağ ol. Allah sənin də köməyin olsun. Yaxşı olar ki, siz İslam dinindən söhbət düşən kimi, xəlifəliyi Əlinin əlindən aldılar söhbətini deyil, tövhiddən, imanın əsaslarından danışasınız.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1299928958' post='8556126']
[font="Arial Black"][size="6"][color="#000000"] Ömərin müsəlmanlara qarşı cinayətlərindən biri[/color][/size][/font]

[img]http://az.313news.net/up/article/img/tarih/tarixul-xulafa/tarixul-xulafa_p135.jpg[/img]

Müəllif: Cəlaləddin Süyuti
Kitabın adı: Xəlifələrin tarixi, səhifə 135

Əbu Qasim ibn Bişran özünün “Fəvaid” əsərində Musa ibn Əqəbə vasitəsilə Nafedən, o da ibn Ömərdən nəql edir ki, Ömər ibn Xəttab bir kişiyə dedi:
- Adın nədir?
- Cəmərə.
- Kimin oğlusan?
- Şəhabın.
- Hansı tayfadansan?
- Hirqə tayfasından.
- Harada yaşayırsan?
- Hirrədə.
- Harasında?
- Zatu Ləzada.
- Qayıt öz ailənin yanına, onlar hamısı yandılar.
Həmin şəxs öz yaşadığı yerə qayıtdığında oranın əhalisini hamısının yandırıldığını gördü.
[/quote]
Rəvayətin mənasını başa düşməmisən. Özüvü biabır eləmə! :)

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1299929075' post='8556138']
[font="Times New Roman"][size="7"][color="#2F4F4F"]Vəhhabilər, səhabə və münafiqlərin rüsvayçı əməllərini gizli saxlamağı əmr edir[/color][/size][/font]

Vəhhabilər, səhabə və münafiqlərin rüsvayçı əməllərini gizli saxlamağı əmr edir, bu barədə danışmağı qadağan edirlər. Qadağaya məhəl qoymayanları cəzalandırırlar.

[img]http://az.313news.net/up/article/img/fetva/sahabh.jpg[/img]

Küveytdə çap olunan bu kitabın 20-ci səhifəsində yazılıb:

7. Əhməd İbn Hənbəl “Sünnə” əsərində yazır: “Peyğəmbərin(s) səhabələrinin hamısının yaxşı işlərini danışmaq, səhabələrin öz aralarında baş vermiş məsələlərə baş qoşmamaq sünnətdir. Kim bir səhabəni aşağılayıb nalayiq ifadə işlədərsə, həmin şəxs bidətçi və rafizidir. Heç kəs səhabələrin pis hərəkətləri barədə danışa bilməz, onları tənqid edə bilməz. Kim bu işi görərsə, padşah onu cəzalandırmalıdır, həmin şəxsi əfv edə bilməz”

[img]http://az.313news.net/temp/Solid/images/logo.jpg[/img]
[/quote]
Əhməd ibn Hənbəl IX əsrdə yaşayıb. Vəhhabilərin buna nə dəxli? Özünü biabır eləmə! :)

Link to comment
Share on other sites

Bu qədər copy-paste gətirib, amma bircə də olsa ayə dəlil gətirməyib. Uca Allah buyurur:

«Muhəmməd Allahın Elçisidir. [b]Onunla birlikdə olanlar[/b] kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir ki, [b]kafirləri qəzəbləndirsin[/b]. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir». (əl-Fəth, 29).

İmam Malik (Allah ona rəhmət etsin!) bu ayəyə əsaslanaraq səhabələrə nifrət edənlərin kafir olduqlarını bildirmişdir. Çünki bu ayədə uca Allah buyurur ki, səhabələrə baxanda yalnız kafirlər qəzəblənərlər. Allah səhabələrlə kafirləri qəzəbləndirir.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300831827' post='8634988']

qardash birinde vesiyyet sohbet acilir yeni vesiyyetin tesdiqi var,,birinde ise vesiyyedin inkarindan sohbet gedir....Bu Eli(E) BAGLI OLAN hedisdir...Diger hedisleri de tapib sene verecem..100%....

Bu qeder tezadli alimi nece qebul etmek olar???


Sene bir sual menim yerleshdirdiyim melumatlari hec axiradek oxudun yoxsa??oxumadun?? sozum var sene....suala cavab versen sualim var sene....
[/quote]

Mənə gətirdiyin hədislərin nömrəsini yaz, zəhmət olmasa. xüsusile vesiyyet haqqında olan.
Harun Musa peyğəmbərin qardaşı olub.
Hədisdə 12 əmirdən söhbət gedir, siz niyə 12 imam başa düşürsünüz?
Konkret mənə yazdığın cavabları tam oxuyuram, mövzunun əvvəlində yerləşdirdiyin copy-paste-in bir hissəsini oxumuşam.

Link to comment
Share on other sites

As Salamu Aleykum!

Kenardan müdaxileye ehtiyac yoxdur. Bir balaca imkan yaransa bir birinizin boğazını gemirersiniz.
Eslinde butun yuxarida yazilanra kenrdan baxan bir kimse cox guman ki derhal düşüner, ümumiyyetce islamdan uzaq olmaq lazımdır. Bir müəllim ki uzun illər ərzində öz ən yaxın sirdaşlarına, oturub durduğu, cörək kəsdiyi, qardaşlıq, qohumluq etdiyi sehabelerine islamı yetərincə öyrədib, aşılaya bilməmişdirsə, demək ki o müellim cox pis müellimdir. Deyil mi??

Əstəğfirullah!
Sevimli Peyğənbərimiz Muhammad s.a.s sehabeleri baresinde deyilen her bir pis fikir, onların müellimlerine atilan iftira ve böhtandir. Allah Rizası ücün Sizi bu işden el cekmeyi ve bütün tanıdığınız insanları bu cirkin emelden cekinmeyi cağırıram.
Bu işin binevresini qoyanlar cox gözəl biliblər ki, kimin bostanına daş atırlar. Heyifler olsun ki obaşdan beri bu meseleler şişe-şişe gelib cıxıb. kim harada ne yazıb,biri birine cep baxdi, bu ona bele dedi... filankəs filankəsi sehhih hesab edir, o biri ise eksine.......

Hec düşünmüsünüz ki, niyə islamın ilk devrinde müselmanlar ne sebebe zefer calirdilar?
Andalusiyadan Böyük Kitay sethinecen islamı yaymağı Allah Subhane ve Teale Kime nesib eleyib?
Ve en nehayet niye sonraki dövrde müselmanlar hele he-e-e-ey itire itire gelirler.
cox güman ki Krılovun basnyasından xeberiniz var.Bu Ən başlıca səbəbdir: Hərə başladı bir tərəfə cəkməyə.

P.S.
Allaha dua edirem ki bütün müsülmanları düzgün yolla yönəltsin, bütün müsülmanlar Öz əməlləri barədə düşünsün, Öz əyər əsgiyini düzəlsin, dünyasını dəyişmiş insanlar barədə pis pis şeyləri az danışsın, cünki ehtimal olunacaq her bir səhf fikir ve böhtana görə Uca Rəbbimiz Allahın qarşısında məsuliyyət daşıyacağ, və onu bu səhflərə görə şiddətli əzab gözləyir.
Şübhesiz ki Allah her şeyi bilən və eşidəndir.
Allah bizleri her cür fitne fesaddan, şeytanın vesvesesinden, fitne ehlinden, əməllərimizin şərindən qorusun.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300879538' post='8637509']
Elmin olsaydi bilerdin ki Vehabi kimi dediklerimiz ne namazi qilir?!!! Vehabiler Henbeli mezhebinde namaz qilir!!

(Nezerive catdirim ki Henbeli mezhebi Sunnilerin 4 mezhebinden biridir ve Seudiyye Erebistanda bu mezheb daha da inkisaf etdirilir)
Men bunlarla sohbet de elemishem ve bir birlerine Henbeli Henbeli deyirler...
Ne qeder ki burda sunni geldi sohbet etmeye menle ekseriyyetinin umumiyyetle savadsiz gordum,,,ve coxunun tesir altinda oldugunu gordum....bax beleeee....Ibn Teymiyye ve ondan sonra EbdulVahab Imam Henbeliden behrelenibler ve Henbeli mezhebinde namaz qiliblar ,,bunu da bil,,o cumleden Ibn Teymiyye Imam Henbelinin kitablarindan behrelenib ve sonra Ebdul Vahab da Ibn Teymiyyenin goruslerini arashdirmish ve Henbeliliye yonelmisdir..,umumiyyetle menimle muzakire aparmaginiz yersizdir cunki hansi molmede disez muzakirede pas edessiz...
Ifratci mezheblerden biri Henbeli mezhebidir,,Imam Henbelinin kitabini oxusaz bunu bilersiz,,,,Seherde gorduklerin de buna misaldir..
[/quote]
Deməli, vəhhabilər yoxdur. Yalnız hənbəlilər var. Onlar da sünnilərin 4 məzhəblərindən biridir. Özün bunu etiraf etdin. Sonra da deyirsiniz ki, biz sünnilərlə qardaşıq, vəhhabilərlə düşmənik. İndi isə haqqı ortaya çıxdı. Heç demə vəhhabilər = hənbəlilər = sünnilər. :)

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300880260' post='8637589']
Qurani erebceden oyren eger bele elmden sohbet edirsense....[/quote]
إذا كنت تحسن العربية فاكتب بها إذن وإلا يكون كلامك حجة عليك

[quote]Esi Imam Malik olene yaxin>>>demishdir ki men verdiyim fetvalara gore Allahin axiretde mene qarsi qezebinden qorxuram....kas bu fetvalari vermiyeydim.....senedini isteyirsen verim,,,,,,????[/quote]
Elə də olmalıdır da. Əsl təqvalı, Allah xofu olan insan həmişə qorxu içində olmalıdır, Allahın əzabından özünü əmin-amanlıqda hiss etməməlidir. Allah-taala buyurur: «[b]Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər» [/b] (7:99).

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1300943311' post='8642397']
o kitabda Ibn Teymiyyeden behrelenerek yazilib....
[/quote]
Mən bəs nəyi deyirəm? İbn Teymiyyə də Əhməd ibn Hənbəldən bəhrələnib. Deməli, bunların hamısı hənbəlidirlər, vəhhabi yox.

P.S. «Sünni» dostuvun özünün savadı yoxdur. Əbu Hənifə, Malik, əş-Şafii və Əhməd Müaviyəni, radıyəllahu anh, tərifləyirdilər, ona rəhmət oxuyurdular, lənət yox. Bu, danılmaz bir həqiqətdir.

Link to comment
Share on other sites

Həqiqətən də vahabilər bir sərçə kimidirlər. Onları tutmaq istədikdə budaqdan-budağa(mövzudan-mövzuya) qaçaraq iz azdırırlar. Məqsəd həqiqəti araşdırmaq yox, batili qorumaqdır. Çünki bu təriqət batildir,əsas məqsədləri müsəlmanları gözdən salmaq, islamın düşmənlərini ucaldaraq dostlarını aşağılamaq, sünni və şiyələrin arasını vuraraq təfriqə salmaq, islamı terroristlər kimi qələmə verməkdir. Əfsuslar olsun ki, bu batil təriqqətin Azərbaycanımızda da müəyyən qədər kök salmasına imkan yaratdılar(bir qismləri şirniklənərək, digərləri isə azaraq bu yola düşdülər). Lakin bu köklər onların maddi dəstəkləri azalınca çürüdü. Artıq əxilər saqqallarını qırxaraq "sərf eləmir" deyərək batildən uzaqlaşırlar. Bəziləri isə hələ gözləyirlər ki, şeyxləri növbəti istifadəsi bitmiş qızıl unitazları nə vaxt mişarlayıb bölüşdürəcək. Bir şeyi də bilin ki, o unitazın parçaları yuxarı eşalonda oturanlara ancaq ki, bəs edir. Aşağılar "suxoy payok" da qalmalı olacaqlar, yəni ki, Azərbaycanımızın qalan müsəlman əhalisinin sədəqəsində.

Link to comment
Share on other sites

[quote name='Banzay' timestamp='1301121249' post='8656702']
Həqiqətən də vahabilər bir sərçə kimidirlər. Onları tutmaq istədikdə budaqdan-budağa(mövzudan-mövzuya) qaçaraq iz azdırırlar. Məqsəd həqiqəti araşdırmaq yox, batili qorumaqdır. Çünki bu təriqət batildir,əsas məqsədləri müsəlmanları gözdən salmaq, islamın düşmənlərini ucaldaraq dostlarını aşağılamaq, sünni və şiyələrin arasını vuraraq təfriqə salmaq, islamı terroristlər kimi qələmə verməkdir. Əfsuslar olsun ki, bu batil təriqqətin Azərbaycanımızda da müəyyən qədər kök salmasına imkan yaratdılar(bir qismləri şirniklənərək, digərləri isə azaraq bu yola düşdülər). Lakin bu köklər onların maddi dəstəkləri azalınca çürüdü. Artıq əxilər saqqallarını qırxaraq "sərf eləmir" deyərək batildən uzaqlaşırlar. Bəziləri isə hələ gözləyirlər ki, şeyxləri növbəti istifadəsi bitmiş qızıl unitazları nə vaxt mişarlayıb bölüşdürəcək. Bir şeyi də bilin ki, o unitazın parçaları yuxarı eşalonda oturanlara ancaq ki, bəs edir. Aşağılar "suxoy payok" da qalmalı olacaqlar, yəni ki, Azərbaycanımızın qalan müsəlman əhalisinin sədəqəsində.
[/quote]

Zəhmət olmasa deyə bilərsiz hansı əxilər saqqalını siz dediyiniz kimi qırxıb ?
Vəhabilər siz kimə deyirsiz ?
Azərbaycanda rafizilər var ?
Yazdıqlarınız yalan deyilsə zəhmət olmasa faktlarla göstərin.

Link to comment
Share on other sites

[quote name='BP-AZ' timestamp='1301129704' post='8657466']
Zəhmət olmasa deyə bilərsiz hansı əxilər saqqalını siz dediyiniz kimi qırxıb ?
Vəhabilər siz kimə deyirsiz ?
Azərbaycanda rafizilər var ?
Yazdıqlarınız yalan deyilsə zəhmət olmasa faktlarla göstərin.
[/quote]
Qətiyyən zəhmət deyil.
1. Bir neçəsinin inşaat bazarında kiçik alverlə məşğul olanlardan obyektləri bağlandı. Bəzilərinin bir xeyli borcları da qalıb, hansını ki, ödəmirlər. Konkret olaraq mən tanıdıqlarımdan ikisi əqidəsindən dönüb. Deyirlər ki, çoxdur, mən öz bildiklərimi dedim.
2.Vəhabi yuxarıda qeyd etiyimlərə deyirəm.[quote],əsas məqsədləri müsəlmanları gözdən salmaq, islamın düşmənlərini ucaldaraq dostlarını aşağılamaq, sünni və şiyələrin arasını vuraraq təfriqə salmaq, islamı terroristlər kimi qələmə verməkdir. [/quote]
3.Var hələ ki, çünki vahabilərə görə şiyələr rafizidirlər( yolunu azmışlardır),şiyələrə görə də vahabilər rafizidirlər( yolunu azmışlardır). Sabah Azərbaycanda ya şiyə ya da vəhabi olmasa deməli rafizi də olmayacaq.
4.Əgər qızılın əyarını, çəkisini və ya hərəyə düşən payın miqdarını soruşursunuzsa onda deyim ki, mən bu hesabatı aparan orqanlarla əlaqədə deyiləm. Yox əgər əqidəsini dəyişən dindarları soruşursunuzsa, onu da deyim ki, kimisə kamera qarşısında otuzdurub rolik düzəldib bu və ya digər tərəfdən "zəhmət haqqı" (qrant) da almıram. Mən sadə bir müsəlmanam, hansı ki, öz əməlimə görə özüm cavab verəcəyəm. Düz sözüm də, yalan sözüm də, hamısı mənim əməlimdədir! Hakimi Mütləq Özü bilir!

Link to comment
Share on other sites

[quote name='Banzay' timestamp='1301143853' post='8659010']
Qətiyyən zəhmət deyil.
1. Bir neçəsinin inşaat bazarında kiçik alverlə məşğul olanlardan obyektləri bağlandı. Bəzilərinin bir xeyli borcları da qalıb, hansını ki, ödəmirlər. Konkret olaraq mən tanıdıqlarımdan ikisi əqidəsindən dönüb. Deyirlər ki, çoxdur, mən öz bildiklərimi dedim.
2.Vəhabi yuxarıda qeyd etiyimlərə deyirəm.
3.Var hələ ki, çünki vahabilərə görə şiyələr rafizidirlər( yolunu azmışlardır),şiyələrə görə də vahabilər rafizidirlər( yolunu azmışlardır). Sabah Azərbaycanda ya şiyə ya da vəhabi olmasa deməli rafizi də olmayacaq.
4.Əgər qızılın əyarını, çəkisini və ya hərəyə düşən payın miqdarını soruşursunuzsa onda deyim ki, mən bu hesabatı aparan orqanlarla əlaqədə deyiləm. Yox əgər əqidəsini dəyişən dindarları soruşursunuzsa, onu da deyim ki, kimisə kamera qarşısında otuzdurub rolik düzəldib bu və ya digər tərəfdən "zəhmət haqqı" (qrant) da almıram. Mən sadə bir müsəlmanam, hansı ki, öz əməlimə görə özüm cavab verəcəyəm. Düz sözüm də, yalan sözüm də, hamısı mənim əməlimdədir! Hakimi Mütləq Özü bilir!
[/quote]

[b]“Siz (iftira etməyin) asan şey olduğunu zənn edirsiniz. Hal bu ki, o Allahın yanında çox böyük bir günahdır.” (Nur 15) [/b]

Siz dediklərinizi faktlarla cavablandırmadınız. Suallara cavablarınız isə öz düşüncələrinizdir
Bilməmək eyib deyil bilmiyib öyrənməmək eyibdir.

Bu səmavi din elmsiz, elm isə bu dinsiz təsəvvür edilməzdir. Elmli insanla cahil arasında çox böyük fərq olduğunu önə çəkən Uca Allah belə buyurur:

[b] "De ki, heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?" ("əz-Zumər" surəsi, 9.)[/b]

Belə bir sual meydana çıxır: "Insanı əsassız fikirlər söyləməyə vadar edən nədir?" Cavab isə birmənalı olaraq belədir: Bu insanın əqidəsi ilə bağlı bir məsələdir. Insan belə bir hərəkətə yol vermək fikrinə düşdükdə ilk addımda o öz elmsizliyini ört-bastır etmək istəyir.

Bu fikirlər Quran və sünnə ilə təsdiq olunmayanda bidətə, (Lüğəti mənası, yeni bir şeyin ixtira olunması deməkdir. Dində isə (istilahi mənada) Allahın və Onun rəsulunun qanuniləşdirmədiyi bir əməli ibadətə aid etməkdir.) faktlar gətirmədikdə isə böhtana çevrilir.

Bidət əhli belə hərəkətlərə yol verməklə Allaha və Onun Rəsuluna - səllallahu aleyhi və səlləm - qarşı çıxmış olurlar. Uca Allah belə buyurur:

[b] "Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün Islamı bəyənib seçdim". ("əl-Maidə" surəsi, 3.)
[/b]

Bunları bir nəsihət kimi qəbul edin.

Link to comment
Share on other sites

Məni kimə böhtan atmaqda günahlandırırsınız? Dedim axı hər kəs əməlinə görə özü cavab verəcək!Böhtançı bilirsiz kimdir, mövzu açıb mövzuda sübutsuz olaraq müsəlmanları biidətçi adlandıranlardılar, yalandan insanlara şər yaxanlardırlar, insanlarda imana, islama meyl yaratmaq əvəzinə sirk bidət axtaranlar yəni vahabilərdilər. Bu batil təriqqət Azərbaycanda kök sala bilmədi və bilməyəcək də. Özlərini sünnilərə yamaq etmək də heç bir nəticə verməyəcək. Azərbaycanda sünni Nizami və şiyə Fizulinin davamçıları gözəl vəhdətdə olub və İnŞaAllah olacaqdır. Terrorislərə, Beslanda məktəbli uşaqıları qırğına verənlərə isə burda yer yoxdur. Hələlik əfqanıstana köçsünlər, sonra da Allah(T.T.) bilər. Zəhmət olmasa deyin görüm siz niyə narahat olursuz ki, dediyim vahabilərə xas xüsusiyyətlər sizdə var, yoxsa siz özünüzü vahabi hesab edirsiz!?

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1301063338' post='8652934']
Oxuyarlardaaa Cunki Abbasiler sulalesinin zamaninda yasiyiblar(750-1258)...Emeviler de(861-750)ci illerde Muaviye sulalesinin esasidir...Elbette ki terifleyecek...Ozun de sahidsen ki bunlar dovlet rehberlerini teriflemekle mesqul olublar,,ona gore de bu gun Seudiyye Erebistanda bunlar uze cixarilib...Erebistanda o qedeeeeeeer alim olub ki sayilsa qurtarmaz,,sadece olaraq bunlar dovlete yaxin olublar...
Sunni dostumun da kifayet qeder savadi var...hami savadsiz oldu birce sizler savadli olduz... :D
[/quote]
Sözlərin məntiqsizdir. Deyirsən, Abbasilərin vaxtında yaşayıblar. Onda niyə Müaviyəni, radıyəllahu anh, tərifləyirdilər? Abbasilər axı Əməvilərə düşmən idilər. Onda bu alimlər Abbasilərə yaxın olmaq üçün Müaviyəni pisləmədilər? Deməli, sənin sözlərin boş iddialardan və pis zənndən başqa bir şey deyil.

P.S. Sünnilərə olan düşmənçiliyini açıq-aşkar göstərdin.

Link to comment
Share on other sites

[quote name='Banzay' timestamp='1301160846' post='8660688']
Məni kimə böhtan atmaqda günahlandırırsınız? Dedim axı hər kəs əməlinə görə özü cavab verəcək!Böhtançı bilirsiz kimdir, mövzu açıb mövzuda sübutsuz olaraq müsəlmanları biidətçi adlandıranlardılar, yalandan insanlara şər yaxanlardırlar, insanlarda imana, islama meyl yaratmaq əvəzinə sirk bidət axtaranlar yəni vahabilərdilər. Bu batil təriqqət Azərbaycanda kök sala bilmədi və bilməyəcək də. Özlərini sünnilərə yamaq etmək də heç bir nəticə verməyəcək. Azərbaycanda sünni Nizami və şiyə Fizulinin davamçıları gözəl vəhdətdə olub və İnŞaAllah olacaqdır. Terrorislərə, Beslanda məktəbli uşaqıları qırğına verənlərə isə burda yer yoxdur. Hələlik əfqanıstana köçsünlər, sonra da Allah(T.T.) bilər. Zəhmət olmasa deyin görüm siz niyə narahat olursuz ki, dediyim vahabilərə xas xüsusiyyətlər sizdə var, yoxsa siz özünüzü vahabi hesab edirsiz!?
[/quote]

Mən sizə sadəcə Allah rzası üçün nəsihət etmək istəyirəm. Siz əslində bizə böhtan atmırsınız, siz Allahın dininə böhtan atırsınız və sadəcə bundan qafilsiniz. Bir gedin araşdırın oxuyun görün Vəhabi deyən tərəfdə kimlər durur və digər tərəfdə kimlər durur. Bu söhbəti ortaya atanlar ən başda xaçpərəstlər, yəhudilər, ateistlər və s. kafirlərdir. Əgər sadəcə Allaha ibadət etdiklərinə görə vəhabi deyirsənsə bil ki, Ona ibadət etməyi Allah Təala özü buyurur. Gedin açın Quranı oxuyun. quran az saytına daxil olun "ibadət" sözünü yazın, görün nə çıxacaq. Azərbaycana tək Allahlıq dəvətini gətirən Ömər ibn əl-Xəttab olmuşdur. İndi demək istəyirsən ki, Ömər, Əli vəhabi olub? Bu din Allahın dinidir. Dini yayan da Allahdır. Özünüz baxın görün 70 illik Sovet dövründən sonra sizin "vəhabi" dediyiniz bizim isə "İslam, Tək Olan Allaha İbadət" dediyimiz dinin tərəfdarları nə qədər artıb. Maşallah hər təbəqədən insanlar var. Peyğəmbərə də böhtan atırdılar. Peyğəmbərə məcnnun, şair və s. deyirdilər. Öz əmiləri qarşı çıxdılar. İndi nə deyirsiniz? Peyğəmbərin tərəfindəsiniz yoxsa əmilərinin? Nizami Gəncəvi də elə bizim əximizdir. Hətta onun əxilər şeri də var. Terroristin dini olmur. Əsl terroristlər yəhudilər, xaçpərəstlərdir. Özləri terror aktlarını həyata keçriri, müsəlmanları bir-birilə qırdırır, sonra da deyirlər ki, bunu şiə elədi, onu da sünni və s. Bütün müsəlmanlar qardaşdırlar. Əfqanıstan, Çeçenistan, Qırğızıstanda və s ölkələrdə Allaha və Onun dininə iman edən hər kəs müsəlmandır. Xahiş edirəm araşdırın, özünüzə hər şey aydın olacaq. İngilislərin təbliğatına bilmədən kömək etməyin. "Rafizilik" də başqa bir siyasətdir. Dini parçalamağa xidmət edir. Burada "İran kartı" var. Farslar "şiəlik" adı altında köhnə "əzəmətli" Fars İmperiyasını bərpa etməyin xülyaları ilə yaşayırlar. Odur ki, bir halda ki, əllərində "şiə kartı" var, niyə istifadə etməsinlər?!

Şiələrdə səhih kitablar yoxdur. Amma Əhli Sünnədə səhih kitablar en qədərdir. Sualınızı bir az da aydınlaşdırsanız yaxşı olar.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1301388057' post='8680757']
Ilk novbede Cecenistan meselesine gelek..Burada konkret olaraq qruplasmalar maaliyyelesdirilir qerb terefden ve Rusiya federasiyasini yixmaqcun,,ozun dusun Doku Umarovun sence basiucundur Rusiya federasiyasina dimdik atmasi???ELBETTE yox....bu haqda fikirlesh..
Efqanistan meselesine gelek...<<Komite-300>> deyilen yehudi milyarderleri bu teskilatin uzvudurler ve masondurlar...1897ci ilde yaradilib...Uzvlerinden biri dunya milyarderi R.Rokfellerle Aron Russonun sohbetini arasdir...Menbeni de sene verim...Sultan Memmedov Dunyani idare eden quvveler kitabi...bu kitabi tap..Bu kitab da dunya mason ensiklopediyasina esaslanib yazilib...Gor Efqanistanda cihad eden var yoxsa qurmasdirma meseleler???
Fars sohbetine gelek..Peygemberin(s.a.v) sehabesi Salman FARSI agilli,savadli,kamalli,bilikli,teqvali insan olub,,,onda Peygemberde (s.a.v) de deyerdi ki bu kartdir bizden uzaq dursun???elbette demedi cunki Salman Farsi dogurdanda sehabe adini dogrultdu..Bundan elave din sohbetinden siyasi meqamlara da toxundun...Fars imperiyasindan sohbet acdun...Her bir olke regionda guclenmek ve siyasi ve iqtisadi terefden inkisaf etmeyin terefinde qerar tutub..Sozsuz Iran da belelerinden biridir..Bu basqa mesele...Yehudi dovletine qarsi nece diyerler sedd qurub..
Sehih kitablara gelek...Sehihlik meselesi Seud rejimi terefinden sehih adlandirilib ve bundan elave 6 alimin kitablarindaki hedisleri sehih kimi qerara aliblar,,cunki bu onlara serf edir bundan elave sence o boyda Erebistan yarimadasinda bunlardan basqa hedis yazan olmuyub??hetta men sene deyim ki bunlardan da mohkem hedisleri olan alimler olub...500den cox alim orda olub her dovre gore...yasiyib rehmete gedibler...Sadece olaraq bu 6 alimler rehberliyin cirkin islerini az da olsa ort basdir etdiyicun bunlar sehih adlandirilib ve muselmanlara da bunlari qebul etdirmek kimi fikirleri var...amma cetin!!
Sieliyin sehih kitablarina gelince ....Kitablarimiz var ve bizi qane edir cunki gozeldir...Fikir versen gorersen ki biz Sieliyi ele sizin sehih adlandirdiginiz kitablarla haqq oldugunu subut edirik...
[/quote]

Çeçenistan məsələsini ortaya atan Rusiyadır. Çünki Rusiya Qafqazda öz nüfuzunu saxlamaq istəyir. Bu aydındır. Orada kim nə niyyət üçün vuruşur Allah bilir bəs edir. Bu barədə mən bir söz söyləyə bilmərəm. Sadəcə müsəlmanlar üçün dua edirəm. Bu qədər.

Yəhudilər haqqında kifayət qədər oxumuşam. Quran və Sünnə bizə kifayətdir. Siz elə danışırsınız ki, sanki Əfqanıstandan bu dəqiqə gəlmisiniz. Əfqanıstan söhbətinin əsas baiskarı Amerikadır. Çünki kommunist əfqanların vaxtında ABŞ oradan yaxşı pul qırırdı. Narkotikdən. İndi isə alınmır. Çünki müsəlmanlar şəriət ilə yaşamaq istəyirlər. Nəşə də haramdır. Milyardlarla pul qırırdılar öz kukla rejimləri vaxtında. Pentaqonun partlayışı və s. hamısı Əfqanıstana daxil olmaq üçün güclü bəhanə idi. Yoxsa necə girə bilərdilər? Camaatı necə inandırsınlar ki, "terrorist" axtarırırq?!

Salman Farisi (Allah ondan razı olsun) üstün səhabədir. Bunda şəkk yoxdur. Söhbət Fars imperiyasından gedir. Şiəlik və s. hamısı siyasi oyundur. Necə olur ki, vuruşan ərəb, ölən ərəb şiə dövlətini quran "fars"?! Mənə elə gəlir ki, yəhudilərə ən yaxşı xidmət edən fars dövlətidir. Hələ bir gedin araşdırın görün İranın prezidentinin milliyyəti nədir? Baxın görün İranda nə qədər yəhudi var?

Görünür sizin hədisşünaslıq elmi barədə elminiz yoxdur, yaxud azdır. 6 səhih kitab Səud rejimindən 1200-1300 il əvvəl tərtib olunub. Buna "Kutubi Sittə" (yəni altı kitab) deyilir. Başqa kitablar da var, sadəcə bunların içərisində ən səhih olanı bunlardır. Konkret fakt göstərin hansı rəhbərliyin çirkin işini "hansı hədislə" ört basdır ediblər? Bunu Səud yox , ərəb yox bütün Türk dünyası qəbul edir. Şiəliyin səhih kitabı yoxdur. Heç ad olaraq belə yoxdur. İnanmırsınız gedin araşdırın. Bir şeyin ki adı "şiəlikdir" (firqə, qruppa) bu dindən ola bilməz.

[b]Sizə doğrusu belə bir nəsihət edim. Bir cədvəl düzəldin. Cədvəlin iki sütunu olsun. Birinin adını qoyun "....əqidəsi" o biri sütunun adını "....əqidəsi"

sonra bəndlər şəklində yazın.
Məsələn nümunə verim:

1.Biz inanırıq ki, Allahdan başqasından kömək istəmək olar. (Bu təbii ki şiə əqidəsinə xasdır)
1. Biz inanırıq ki, ibadət yalnız Allaha edilir (Bu təbii ki, əhli sünnə əqidəsidir)

Amma sünni və şiə yazmayın. Sadəcə verin bir 50 avam adama oxusun. Özünüz nəticələri görəcəksiniz.
[/b]

Link to comment
Share on other sites

[quote]Mənə elə gəlir ki, yəhudilərə ən yaxşı xidmət edən fars dövlətidir. Hələ bir gedin araşdırın görün İranın prezidentinin milliyyəti nədir? Baxın görün İranda nə qədər yəhudi var?[/quote]
Mənə də elə gəlir ki, sizə çox səhv gəlir. Dünyada islamı parçalamaq və zəiflətmək istəyənlər bir neçə vasitədən istifadə edirlər ki, bunlardan biri də hansısa millətin digərlərindən üstün olmasını onların qulaqlarına "pıçıldamaq", digərlərini isə müxtəlif vasitələrlə gözdən salmaqdır. Vahabilik islamı parçalamağa xidmət edir və ilk olaraq İranı hədəf kimi seçib. İlk şiyə dövlətini isə azərbaycanlı Şah İsmayıl Xətai qurub iran və ya farslar yox. Farslar 11-ci əsrdən sonra şiyə olublarsa Azərbaycana 8-ci əsrdən bəri şiyələr və əhli beytin təqib olunan davamçıları pənah gətiriblər. Farslar 11-cı əsrə qədər xilafətə xoş olsun deyə şiyələrə qarşı çoxlu təqiblər göstəriblər.
[quote]1.Biz inanırıq ki, Allahdan başqasından kömək istəmək olar. (Bu təbii ki şiə əqidəsinə xasdır)
1. Biz inanırıq ki, ibadət yalnız Allaha edilir (Bu təbii ki, əhli sünnə əqidəsidir)[/quote]
Növbəti dəfə insanları azdırıb haqqa girirsiniz! Yazdığınız başqa-başqa sualların cavabı olsa belə bir bənd kimi yazmısız. Özünüzü niyə sünnilərə yamaq edirsiniz, heç olmasa yazın ki, "əhlə sünnəl vəl cəmaət, sələfi, nə bilim, ""vəhabi" dediyiniz bizim isə "İslam, Tək Olan Allaha İbadət" dediyimiz dinin tərəfdarları"(bunu da yenicə ixtira etdiz, patent şöbəsinə müraciət edin ki, sizdən qabaq müəlliflik şəadətnaməsini başqasına verməsinlər).

P.S. Post syını artırırsız ki, sonra 3 nikdən (-) qoymaq imkanı qazanasız!? Ayıb olsun deməyəcəyəm, çünki onsuz da təəssüf ki,sizə ayıb olmur.

Link to comment
Share on other sites

[quote name='Banzay' timestamp='1301465927' post='8689805']
Mənə də elə gəlir ki, sizə çox səhv gəlir. Dünyada islamı parçalamaq və zəiflətmək istəyənlər bir neçə vasitədən istifadə edirlər ki, bunlardan biri də hansısa millətin digərlərindən üstün olmasını onların qulaqlarına "pıçıldamaq", digərlərini isə müxtəlif vasitələrlə gözdən salmaqdır. Vahabilik islamı parçalamağa xidmət edir və ilk olaraq İranı hədəf kimi seçib. İlk şiyə dövlətini isə azərbaycanlı Şah İsmayıl Xətai qurub iran və ya farslar yox. Farslar 11-ci əsrdən sonra şiyə olublarsa Azərbaycana 8-ci əsrdən bəri şiyələr və əhli beytin təqib olunan davamçıları pənah gətiriblər. Farslar 11-cı əsrə qədər xilafətə xoş olsun deyə şiyələrə qarşı çoxlu təqiblər göstəriblər.

Növbəti dəfə insanları azdırıb haqqa girirsiniz! Yazdığınız başqa-başqa sualların cavabı olsa belə bir bənd kimi yazmısız. Özünüzü niyə sünnilərə yamaq edirsiniz, heç olmasa yazın ki, "əhlə sünnəl vəl cəmaət, sələfi, nə bilim, ""vəhabi" dediyiniz bizim isə "İslam, Tək Olan Allaha İbadət" dediyimiz dinin tərəfdarları"(bunu da yenicə ixtira etdiz, patent şöbəsinə müraciət edin ki, sizdən qabaq müəlliflik şəadətnaməsini başqasına verməsinlər).

P.S. Post syını artırırsız ki, sonra 3 nikdən (-) qoymaq imkanı qazanasız!? Ayıb olsun deməyəcəyəm, çünki onsuz da təəssüf ki,sizə ayıb olmur.
[/quote]

Mən sizinlə razıyam ki, müsəlmanların düşməni çoxdur və cürbəcür cildə girirlər. Xüsusilə də münafiqlər. Lakin "İslamı" yox müsəlmanları parçalamaq istəyirlər, bu isə heç vaxt alınmayacaq. Mən sizin "Vəhablik" deyəndə konkret nəyi nəzərdə tutduğunuzu bilmək istəyirəm. Xahiş edirəm mümkünsə cavab verin. Yəni Vəhablik dediyiniz doktrinanın islama zidd cəhətlərini sadalaya bilərsiniz? Amma xahiş edirəm kimsə borca düşdü obyekt açdı və s.... belə yox.

Bəli düz dediniz, İran sonradan şiə olub. Amma əvvəlcə hamısı bir olub. İrana İslamı gətirən Ömər ibn əl-Xəttab olub. Ona görə də , bu nemətə görə ona təşəkkür etməlidirlər. Özünüz də görürsünüz ki, sonradan özləri fundamental, saf, əsil İslamdan dönüblər. Şah İsmayılın dövlət başçısı kimi deyil, dinə vurduğu zərbə Türk dünyasına yaxşı məlumdur. Həmçinin Avstriya ilə Osmanlıya qarşı bağladığı ittifaq da bəllidir. Həmçinin Gürcüstanda monastırda böyüdülməsi...müsəlmanlara qarşı yetişdirilməsi və s. tarixçilərə məlumdur. Gedib soruşa bilərsiniz.

8-ci əsrdə şiəlik olmayıb. Olsa da başqa məcrada olub. O vaxtkı şiələr pirə. daşa, ipə iman etməmişdilər. Onlar sadəcə deyirdilər ki, Həzrəti Əli, Osmandan fəzilətcə üstündür. Çox uzatmıram....

Yaxşı siz mənə öz əqidənizi açıqlayın. Sualdan kənara çıxmayın. Allah haqqında məlumat verin. Allah ilə imamların arasında fərq nədir? Yəni onları bir-birindən fərqləndirən nədir. Mədəni olsanız daha məqsədəuyğundur. Bizim əqidədə patent bir dəfədir. Amma yəqin bunu da bilirsiniz ki, "təqiyyə" patenti şiələrdədir. Yəni istənilən əqidənin müəllif hüququnu mənimsəyə və şəkil almaq hüquqları var.

Allah dediklərinizi yazır. Zənn edirsiz ? Bu nədi yazırsız ?
(P.S. Post syını artırırsız ki, sonra 3 nikdən (-) qoymaq imkanı qazanasız!? Ayıb olsun deməyəcəyəm, çünki onsuz da təəssüf ki,sizə ayıb olmur.)

Gəlin mövzunu başqa yerə yayındırmayın və sualdan kənara çıxmayın.

Deyin görüm siz kimə ibadət edirsiniz və necə?

Link to comment
Share on other sites

[quote]Deyin görüm siz kimə ibadət edirsiniz və necə?[/quote]
Mənim və bütün şiyələrin Tək olan Allahdan(T.T.)başqasına ibadət etmədiyini sizin başbilənləriniz çox gözəl bilir. Sizin də biləməmiş olduğunuza inanmıram. Təqiyyə, təvəssül(imamların,övliyyaların qəbrinin ziyarəti), müvəqqəti əqd(siğə) və s. dedikləriniz də min dəfələrlə alimlər tərəfindən Qurani kərimlə izah olunub, elə bu forumda dəfələrlə bu mübahisələr şiyələrin tam qələbəsiylə sonuclanıb. Sadəcə olaraq sizə hər hansı bir mövznu sübut edəndə başlayırsız ki, bəs sizin alimlər filan yerdə(tam başqa bir mövzuya aid söhbət) nə deyib, nəbilim təqiyyəni sona çatdırdıqda haqqı etiraf etmək əvəzinə bir əldə qayırma remix olunmuş rolik qoyurlar guya kərbəla müsibətinə aid, sigəni sona çatdıranda imamzadələrin qəbrinin ziyarətini göstərib ələ salırlar. Mən ateistlərlə olan mövzularda heç bir müsəlmanı aşağılamaram, əksinə eyni cəbhədən çıxış etməyə çalışıram. Sizin əsas məqsədiniz isə farsları gözdən salmaqdır ki,şiyə faktorundan buruada bir alət kimi istifadə edilir. Məlumat üçün deyim ki, mənim indiyə qədər(ömrümün çox hissəsini yaşamışam, ancaq düzünü Allah(T.T.) bilir) şükür olsun Allahın birliyinə ki, nə təqiyyə etməəyə nə də siğə etməyə zərurətim olmayıb. Təqiyyə edəsi vəziyyəətə düşməmişəm(dininə, həyatına, ailəsinə, mal-mülkünə ciddi təhlükə yarandığı zaman yalan danışa bilmə zərurəti) siğənin isə həm şərtlərinin ağır olması səbəbindən, həm də Allahın(T.T.) buyurduğu kimi səbr edənlərdən olmaq istəmişəm. Şiyələrin 99% də mənim kimi. Yox əgər siz Ətağanın qəbrini ziyarət edərək oranı 7 dəfə dövr edib bir illik murdar əməllər üçün "lisenziya" aldıqlarını düşünən qarnı açıq xanımları, rüşvətxor məmurları, əyyaş gədələri şiyələrin sırasına yazırsızsa onda elə düppədüz qoyulan xətlə tapşırıq üzrə hərəkət edirsiz. Sizin bəndlər üzrə hərəkəət etdikdə isə mən sizin tərəfdən bizdə olmayan(zərurət olmayıb)təqiyyəyə qarşı açıq riya və yalan gördüm. Bizim bu forumda normal olaraq sünni Müfti nikli userlə maraqlı söhbətlərimiz ola bilərədi. Həmçinin də imamət, xilafət və s. barədə normal söhbətlər ola bilərdi ki, sizlər buna imkan vermədiz. Forum pis günə qaldı və nəticə olaraq Islami Nur_313 adlı user sizinlə sizin kimi danışır. Tam olaraq islama ziyan vurursunuz. Bu gün kimi aydındır. Azərbaycanda vahabiliyin təkamülü mənim gözümün qarşısında olub, mən sizləri hər yerdə əsasən şirk bidət ax taran gördüm, bunu öz zənninə görə tapanda elə bil cənnətlə müjdələnmiş kimi gözləri parıldayırdı. Sizlərdən haqqı axtaran görmədim. Burada silis qurmusuz, suallara ancaq mən cavab verəcəyəm?!

Link to comment
Share on other sites

[quote name='elmuminun' timestamp='1301517399' post='8697673']
[i](Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.[/i]" (Nur surəsi, 12-15)

Qardash xeyri yoxdu onsuzda bunlara haqqı subut etsende qebul etmeyecekler. Ona gore men artiq bunlara yazmiram.
Banzay beyin menfi musbet sohbetine gore yazdim ki ureyi sakit olsun.
Bir terefden deyir ki menim hec vecime deil menfi qoymusuz bir terefden artiq necenci movzudur bu barede yazir.
Narahat olmayin Banzay bey bir daha size menfi qoymaram.
[/quote]
Mən bu (-) lərə hər dəfə qayıdacağam, səbəbini isə siz məndən gözəl bilirsiz. 1.O əvvəlki mövzular pozuldu. 2.Etiraf edin ki, 2 nikdən qoymusuz. 3.Haqsız olaraq 36(-)başqa-başqa dəxli olmayan mövzularda tənbəllik etmədən postlarımı axtarıb qoymusuz. 4. Haqqıma girdiyiniz üçün halallıq istəyin heç olmasa.

Link to comment
Share on other sites

[quote name='dizel1984' timestamp='1301562461' post='8701528']
Banzay sahabələr barədə bir şiə kimi fikriniz nədir?
Onlar Quranda Allahın təsvir etdiyi kimi möminlərdir yoxsa şiə əqidəsinin münafiq kafir kimi qələmə verdikləri insanlardır?
[/quote]
Bir şiyə kimi deyim ki, səhabələrin heç də hamısını mömin saymıram. Onların içərisində münafiqlər də olub. Müaviyyə(l) də səhabə olub, mən onu necə mömin sayım?! Quran da biz deyəni deyir! Mədinədə avtobusla gedəndə orada türkcə bir disk oxudurdular, elə ancaq Müaviyyə(l) və Yezid(l) in "fəzilətindən" bəhs edirdilər. Orda bir yer var idi deyirdi ki, Yezid Peyğəmbərimizin əlinə dəstəmaz üçün su töküb, Yezid Peyğəmbərimizə misvak gətirib və s.. belə çıxır ki, onların deməyindən Yezid(l) o vaxt anadan olubmuş və o da səhabə hökmündə olur. Fikir vermişəm ki, harda ki, Müaviyyə(l) və Yezid(l) təbliğinə nail olurlar yavaş-yavaş başlayırlar imam Hüseyn(ə)ın qiyamını pisləməyə və onun səhvdə olduğunu deməyə. Harda ki, hələ ona nail ola bilməyiblərsə deyirlər ki, biz əhli beyti, Əli(ə) və Hüseyn(ə) hamıdan çox istəyirik. Halbuki, İslama ilk lənəti elə Müaviyyə(l) gətirdi özü də kimi-kimi, Əli(ə) lənətləməklə. Cümə namazlarında da xütbə deyilişini namazdan əvvələ saldı ki, insanlar namazdan sonra dağılışıırlar və bu əks təbliğatı eşitməyə qalmırlar. Pul-parayla o qədər təbliğat apardı və saxta hədislər yazdırdı ki, bir qismi ciyəryiyənlə münafiqin izdivacından əmələ gələn Müaviyyə(l)i əhli beytdən üstün saymaqdan belə çəkinmədi. Pak təmiz Rəsulullah(S.A.A.S.) sünnəsi yalnız əhli beyt şiyələrindədir. Mən bu fikrimə qəti olaraq çoxlu araşdırmalar sayəsində gəlmişəm. ƏsSalamun Aleykum və RəhmətUllahu və Bərakatuhu.

Link to comment
Share on other sites

Banzay Sahabələrin neçə faizini mömin sayırsiz? ƏbuBəkr , Ömər, Osman sizcə mömindirmi? ya münafiqdir?. Sizin avtobusda qulaq asdiğınız diskdəki Yezid Əbu süfyanın oğlu Yeziddir yəni Müaviyyənin qardaşı. Demək o sahabədir. 2-ci Yezid isə Müaviyyənin oğludur. Bunlar ayrı-ayrı adamlardır. Müaviyyə heç vaxt Əliyə lənət deməyib. Müaviyyə 20 il krallıq edən vaxtı nə Həsən nə Hüseyn nə də ki, Əlinin digər övladları ona qarşı bir şey etməyiblər. Əksinə gedib Müaviyyədən hədiyyələr alırdılar. Yezidə isə Əlinin kiçik oğlu Məhəmməd beyət etmişdi. Bəs niyə onu da lənətləmirsiz? O ki qardaşını-Hüseyni imam hesab eləmədi

Link to comment
Share on other sites

dizel1984, mən siz adını çəkdiyiniz səhabə və xəlifə olan şəxsləri nə münafiq nə də mömin saymıram. Onların da digərləri kimi haqq-hesabını Allah(T.T.) çəkəcək İnŞaAllah, ancaq onların Peyğəmbər(S.A.A.S.) in buyurduqlarına qarşı ciddi xətaları olmuşdur. Fəzilətlər ilə xətaları tərəzidə qoyub ağırını dəqiqləşdirmək bəndəlik deyil, o vaxta qədər ki, Allah(T.T.) özü bizə Quranla və y Rəsullullah(S.A.A.S.) sünnəylə çatdırmayınca. Aşkar dəlillər olan adama isə insanların və mələklərin lənəti olub və olacaqdır İnŞaAllah. Mənim avtobusda dinlədiyim şəxs fikrimcə Yezid ibn Müaviyyə(l) idi, çünki yanımdakı zəvvardan da soruşdum, o da təsdiq elədi. Bundan başqa bir çox alimlər də Yezid ibn Müaviyyənin(l) səhabə olmasını deyirlər. Müviyyə Əli(ə)a lənətlər deyib, hətta Həsən ibn Əli(ə) Müaviyyə(l) verdiiyi sülh müqaviləsində(hansını ki, Müaviyyə(l)ayaqlar altına altdı) Əli(ə)ın aşağılanmaması bir bənd kimi var idi. Həsən (ə) və Hüseyn(ə) heç vaxt gedib Müaviyyədən(l) hədiyyələr almayıblar. O ki, qaldı lənətlənməyə, mən harda dedim ki, Müaviyyə(l)ə beyət edilənlər lənətlənməlidirlər? Müəyyən səbəbdən Müaviyyə(l)ə beyət edənlərin içərisində çox fəzilətli insanların olması istisna deyil. Bu barədə də araşdırmalar var ki, hər şeyə toxunsaq 1 yox, bir neçə ömür belə bəs etməz. Həmçinin də sizin oxuduğunuz kitablar və araşdırmalar birtərəfli mövqe tutub, həmçinin də mənim oxuduqlalrım da, ancaq bir az ordan , bir az burdan oxuyub məntiqlə haqqa yaxın olmaq mümkündür. Siz dediklərinizdə əminsinizsə onda dua edin ki, Allah(T.T.) sizi Müaviyyəyə yaxın etsin. Mən fikrimdə qətiyəm və ondan uzaq olmaq istəyirəm. Əgər əminsinizsə onda Müaviyyəyə yaxınlığı diləyin ya da bir qədər də araşdırın və məntiqinizi də daha yüksək performansla işlətməyə çalışın. Nədənsə mənim məntiqim Hindəylə əbu Süfyanın oğlu Müaviyyənin onun da oğlu Yezidin fəzilətli bir şəxslər olmasına imkan vermir. Əgər bu zəncirdə onlar siz düz dediyiniz kimi krallıq və səltənət uğrunda bu amansızlıqları, Rəsullullah(S.A.A.S.) in nəvələrini öldürməsəydilər imkan verərdi,indiki vəziyyətədə isə qətiyyən.

Link to comment
Share on other sites

[quote name='Banzay' timestamp='1301640296' post='8710300']
dizel1984, mən siz adını çəkdiyiniz səhabə və xəlifə olan şəxsləri nə münafiq nə də mömin saymıram. Onların da digərləri kimi haqq-hesabını Allah(T.T.) çəkəcək İnŞaAllah, ancaq onların Peyğəmbər(S.A.A.S.) in buyurduqlarına qarşı ciddi xətaları olmuşdur. Fəzilətlər ilə xətaları tərəzidə qoyub ağırını dəqiqləşdirmək bəndəlik deyil, o vaxta qədər ki, Allah(T.T.) özü bizə Quranla və y Rəsullullah(S.A.A.S.) sünnəylə çatdırmayınca. Aşkar dəlillər olan adama isə insanların və mələklərin lənəti olub və olacaqdır İnŞaAllah.
[/quote]
Müaviyyə Və yezid barəsində sonra sizə cavab verərəm. Əsas keçək ilk 3 xəlifəyə. Siz deyirsiniz ki, nə mömindir nə də münafiq . bu fikrinizlə siz həm Allaha həm də şiəliyə qarşı çıxdınız.

Allah Quranda Tövbə surəsi 100-cu ayədə deyir ki, mühacirlər(Əbu bəkr , ömər , osman və digərləri) mömindirlər. və cənnətlikdirlər. Siz isə deyirsiniz ki, yox onlar mömin deyillər hesabı Allaha qalıb. Hansı hesabdan söhbət gedir? bir halda ki Allah Özü vəd verir ki, onlar cənnətlikdirlər. Deməli siz Qurana inanmırsız inansaydınız belə deməzdiniz

Şiə əqidəsinə görə Əbu bəkr , ömər , osman Əlinin xilafətini zəbt etdiklərinə görə münafiq və kafirdirlər. Bunu da qəbul etmirsiniz. Demək tam şiə də deyilsiniz.
Xahiş edirəm nə isə yazanda nəyəsə əsaslanın ya müəlman kimi Qurana ya da şiə kimi şiə mənbələrinə

Link to comment
Share on other sites

[quote]Xahiş edirəm nə isə yazanda nəyəsə əsaslanın ya müəlman kimi Qurana ya da şiə kimi şiə mənbələrinə[/quote]
Siz də bütün vahabilər kimi şiyələri müsəlman saymırsınız!? Mən də elə bildim ki, bir adekvat opponent var diskusiya etməyə. Adını çəkdikləriniz getsinlər xanım Faimə(ə) dan və bütün əhli beytdən halallıq alsınlar, mənlik deyil.

Link to comment
Share on other sites

[quote name='Banzay' timestamp='1301642158' post='8710639']
Siz də bütün vahabilər kimi şiyələri müsəlman saymırsınız!? Mən də elə bildim ki, bir adekvat opponent var diskusiya etməyə. Adını çəkdikləriniz getsinlər xanım Faimə(ə) dan və bütün əhli beytdən halallıq alsınlar, mənlik deyil.
[/quote]
baxır şiə də şiə var müsəlmadır məsələn zeydilər. şiə var Qurana guya iman gətirdiyini deyir özü isə zidd gedir, məsələn cəfərilər. Bayaqdan Qurandan ağız dolusu danışdıdırnız. qıraqdan baxan deyir bu əsl mömindir. Amma söhbət Quran və ya şiə əqidəsini hansınısa seçmək qarşınıza qoyanda istəyirsiniz ki, bu 2-si arasında balans yaradasınız ona görə də ikisini də inkar edirsiz.

Link to comment
Share on other sites

[quote name='Islami%20Nur_313' timestamp='1301642688' post='8710732']

Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.Munafiqun 3cu aye


[/quote]
gör e hətta sənin barəndə ayə var

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Haha
      • 132 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 20 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Like
      • 22 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Haha
        • Like
      • 103 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Thanks
        • Like
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Red Heart
        • Like
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...