Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Maraqlı Və Faydalı Faktlar 1


Recommended Posts

Bu yazdiqlarinizin fakt oldugunu ne bilirsiniz? Subutu yox delili yox ele hami copy-paste eliyir doldurur movzunu yaziyla


Siz bir faktı ne vaxt fakt kimi qebul edirsiz?Yalnız gözünüzle görseniz? Oxuyub melumatlandığımız şeyleri yerleşdirmişem bura.Başqa yolu var melumatlanmanın? Qezet,jurnal,internet saytları,kitablar bunun üçün deyilmi?
Link to comment
Share on other sites

  • Replies 500
  • Created
  • Last Reply

Top Posters In This Topic

[attachment=3694604:image.jpg]
Pakistanda dünyada ilk dəfə olaraq gəmi formasında bir məscid inşa edilib. Bir çox ölkə məscid inşasında pakistanlı memarlara müraciət edir.

Pakistan arxitekturası ilə məscidlərə fərqli imic vermək istəyən memarlar məscidi gəmi formasında inşa ediblər. Məscidinin adı “Kutchi məscidi”, digər adı isə “Kashtı Walı məscidi”dir.

Namazın qurtuluş olduğunu insanlara xatırlatmaq üçün məscidi gəmi formasında inşa etdiklərini bildirən memarlar, bölgə əhalisinin və turistlərin diqqətini çəkə bilib.

Link to comment
Share on other sites

Dünyada ilk qadın stüardessa tibb bacısı olan Ellen Çerç hesab edilir. 1930-cu il 15 may tarixində o, ilk uçuşunu etmişdir.

24 yaşlı Ellen 8 qızla bərabər “Boinq” kompaniyasında bort baxıcısı vəzifəsinə təyin olundu, onlar müasir stüardessaların vəzifələrini yerinə yetirirdilər. Ellen Çerç ilk qadın stüardessadır, ondan əvvəl bu vəzifəni yalnız kişilər (stüart) icra edirdilər.

Onlar ayrı-ayrılıqda sərnişinləri və onların əşyalarını tərəzidə çəkirdilər. Təyyarəyə yanacaq doldururdular və hətta təyyarələri uçuşdan sonra dayanacağa çəkirdilər. O zamanlar stüardessa işləmək istəyənlərin xüsusi miniatür parametrlərdə olması tələb olunurdu. Belə ki, onların boyu 160 sm-dək, çəkisi isə maksimum 50 kq olmalı idi. Hal-hazırda isə müxtəlif aviakompaniyalarda stüardessa üçün müxtəlif parametrlər tələb olunur.
Pilotlardan fərqli olaraq, stüardessa sərnişinlərlə birbaşa ünsiyyətdə olan bir ekipaj üzvüdür. Buna görə də, stüardessalar xarici görkəmləri ilə bərabər, xoşxasiyyət, xoşsifət, gülərüz, şirindil, yaxşı danışıq qabiliyyətinə malik, təmkinli, sərnişinlərlə ünsiyyət yaratmağı bacaran olmalıdır. Bütün bunlardan əlavə, əsas olan odur ki, stüardessalar tam sağlam olmalıdırlar.
Stüardessa peşəsi elə ilk günlərdən romantik bir peşə hesab olunmuşdur. Elə ilk günlərdən bugünədək, yəni XX-XXI əsrlərdə, 100 ilə yaxın bir müddət ərzində ən romantik peşələrdən biri olaraq qalmaqdadır.[attachment=3712364:image.jpg]
Bütün parametrləri uyğun gələn gələcək stüardessalar tibbi müayinədən keçdikdən sonra aviakompaniyalarda xüsusi kurslar keçirdilər. Bu cür kurslar 3 ay davam edir. Kurslarda stüardessalara nəzəri və praktik dərslər keçirlər. Sonda gələcək stüardessalar mütləq imtahan verməlidirlər. İmtahandan uğurla keçənlər şəhadəthamə alırlar.

Beynəlxalq səhadəthamə almaq istəyənlər isə xarici ölkələrdə xüsusi kurslar keçməlidirlər. Beynəlxalq kurslarda təhsil alanlar təqaüd alırlar. Buraxılış imtahanlarını verdikdən sonra isə praktik imtahan da verməlidirlər. Praktik imtahan – 30 saatlıq öyrədici uçuşlardan ibarətdir.
Bu uçuşlar zamanı gələcək stüardessalar öz qabiliyyətlərini tam şəkildə göstərməlidirlər. İmtahanların bütün etaplarını uğurla keçdikdən sonra gələcək stüardessalar “3-cü dərəcəli bort baxıcısı”(Stüardessa) sertifikatı əldə edirlər. Gələcəkdə onların dərəcələrinin yüksəlməsi isə uçuş saatlarının çox olması ilə bağlıdır.
[attachment=3712366:image.jpg]

[attachment=3712369:image.jpg]

Link to comment
Share on other sites

  • 3 weeks later...

Amerikada doktor Loqan hamilə qadınlar üçün bandaj ixtira etmişdir.
Gələcək analara həmin bandajı qarın nahiyəsinə bağlamaq tövsiyə olunur.
Mikrostereokolonkalar geydirilmiş və pleyer ilə əlaqələndirilmiş bandaj vasitəsilə 60 audiokasetdən xüsusi musiqi səsləndirilir.
Döl halında olarkən həmin melodiyaları dinləmiş bütün uşaqlar (1200-dən artıq) testdən keçiriləndən sonra onların adi uşaqlara nisbətən dörd dəfə zəkalı olduğu müəyyənləşdirilmişdir.

Link to comment
Share on other sites

"European Journal of Clinical Nutrition" jurnalında nəşr olunan araşdırmada inək südünün ana südündən dördqat daha duzlu olduğu ifadə edilib.
Bristol Universitetindən Dr. Pauline Emmett ilə Vicky Cribbin təxminən 1200 yeni doğulmuş və 8 aylıq körpələr üzərində apardıqları araşdırmada hər 10 körpədən 7-nin bəslənməsində normadan çox duza rast gəlinib. Alimlər inək südünün 100 millilitrində 55 milliqram duz olduğunu və bu nisbətin ana südündə 15/100 olduğunu ifadə ediblər.
Gündə 700 millilitr inək südü içən körpənin təkcə bu qidadan 385 milliqram duz qəbul edəcəyi, bunun bir yaşına qədər olan körpələr üçün tövsiyə edilən gündə 1 qram duzun az qala yarısına bərabər olduğuna diqqət yetirilib.
Araşdırmaçılar "Bu araşdırmalar bu yaşda olan körpələrin duz qəbulunun əhəmiyyətli dərəcədə azaldılmasının lazım olduğunu göstərir. Buna görə də 1 yaşdan tez olmayaraq körpələrə inək südü verilməməsi məsləhətdir" deyə bildirib.

Link to comment
Share on other sites

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, New Yorkdakı Yeşiva Universiteti Albert Eynstein Tibb Fakültəsindən olan araşdırmaçılar bədənin digər bölgələrində olduğu kimi, beyin hüceyrələrinin də qıtlığa qarşı son enerji qaynağı olaraq özünə müraciət etdiyini təyin edib. Pəhriz saxlamaqla arıqlamaq istəyənlərdə qida çatışmazlığının beyin hüceyrələrinin bir-birini yeməsinə gətirib çıxardığını, bununla da aclıq hissinin daha da artdığı bildirilib.

Araşdırmaçılar bədənin aclığa yağ turşularını çıxarmaqla cavab verdiyini, bunun da beyindəki aclıq siqnallarını və bu səbəbdən yemək istəyini daha da artırdığını ifad edib. Araşdırma pəhriz saxlayanların bir çoxunun arıqlaya bilməməsinin səbəblərinə də açıqlıq gətirir.
Alimlər bu araşdırmanın özünü yeni elm kimi sübut etmiş arıqlama üsullarının tapılmasını təmin edə biləcəyini ifadə edib. Siçanlar üzərində aparılan təcrübələrdə beyin hüceyrələrinin öz-özünü yeməsini önləməyin aclıq səviyyəsinin yüksəlməsinə də mane olduğu təyin olunub.

Link to comment
Share on other sites

Yekəqarın kişilərin yaddaşı zəif olur

Scientific Amerikan” jurnalında dərc olunmuş elmi araşdırmaların nəticəsi, qarında piyin yığılması ilə yaddaş zəifliyinin arasında bağlılığın olmasını deməyə imkan verir, həmçinin, qarın nahiyəsində piy yığılan adamlarda “demensiya” (qocalara xas, yaddaş, nitq, beyin funksiyalarının pozğunluğu) xəstəliyi daha tez-tez rast gəlinir. Piylənmənin yaddaşa mənfi təsiri hələ 2010 – cu ildə aşkarlanmışdı, lakin alimlər bu prosesin mexanizmini tam aydın müəyyən edə bilməmişdilər.

Son araşdırmalara əsasən, qarın nahiyəsində olan piyin yandırılması zamanı, insanın ciyəri zülaldan istifadə edir, zülal isə öz növbəsində yaddaşın formalaşmasında və fəaliyyətində iştirak edən komponentdir. Piy çox olanda isə, ciyər çatışmayan komponentləri digər orqanlardan almaqla kompensasiya edir, bu orqanların arasında, ürəyi, əzələləri, böyrəkləri və bədənin bəzi diqər daxili toxumalarını da göstərmək olar.

Bu isə son nəticədə, yaddaşın zəifləməsi ilə yanaşı, piylənmədən əziyyət çəkən insanlarda, arıq insanlara nisbətən qocaldıqda “marazm” xəstəliyinin əmələ gəlməsi qorxusunun 3,6 dəfə çox olması deməkdir. Nəzərə alsaq ki, Azərbaycanda xüsusən kişilər və eləcə də gənc oğlanlar arasında artıq piylərə malik bir çox insan var, bizim vətəndaşlarımız üçün bu məsələ kifayət qədər əhəmiyyətlidir. Bunun qarşısını almaq üçün isə, aktiv həyat tərzi, idman və sağlam qidanı məsləhət görmək olar.

Link to comment
Share on other sites

Üzüklər bizimlə bağlı hansı ipuclarını verir?

 

Həyatımızda bir çox detalın mənasının olduğu kimi üzüklərin də öz mənası var. Belə ki, üzüyü hansı barmaqa taxmağıımız bizimlə əlaqədar ipucları verir.

Üzüyünüzü baş barmağınıza taxırsınızsa azadlığınıza düşkün birisiniz. Sizinlə birlikdə olacaq biri bunu bilməli və bu vəziyyəti anlayışla qarşılamalıdır əks halda əlaqəniz uzun ömürlü ola bilməyəcək.

Üzüyünü işarət barmağına taxanlar nüfuzu və gücü xoşlayır. Ətraflarında da nüfuz və güc təmsili olaraq görülür. İş həyatında çox müvəffəqiyyətli olacaq bu kəslərdənsinizsə qısa zamanda işinizdə yüksəlməniz heç də çətin olmayacaq.

Üzüyünü orta barmağına taxmağı seçənlərin ən diqqətə çarpan xüsusiyyətləri etibarlı oluşmalarıdır. Ətraflarında dərhal hər kəs tərəfindən güvən duyulan və sirr saxlama xüsusiyyətlərindən ötəri hər kəslə müsbət əlaqələr quran bu kəslər etibarlı olmalarından ötəri möhkəm dostluqlara sahibdirlər.

 Üzüklərini yalnız üzük barmağına taxanlar isə nizamlı, vasvası kəslərdir. Evləri avtomobilləri iş masaları hər vaxt nizamlı olan bu kəslər bu xüsusiyyətlərindən ötəri qısqanılan kəslərdir. Dağınıqlığa dözüm edə bilməyən bu kəslər üçün nizam yoldaş seçkisində də əhəmiyyətli bir meyardır. Onlara təsir etmək istəyən kəslər vasvası olmaq məcburiyyətindədirlər.

Üzüklərini kiçik barmaqlarına taxanların ən diqqətə çarpan xüsusiyyəti cazibədar oluşmalarıdır. Ətraflarında dərhal diqqət çəkməyi bacaran bu kəslərin insanları təsir etmə potensialları hər vaxt yüksəkdir. Girdikləri hər mühitdə cazibədarlıqlarıyla özlərini müəyyən edən bu kəslərin diqqətini çəkib onları təsir edə bilmək olduqca çətindir.

Link to comment
Share on other sites

İnsanın rəqs etmək qabiliyyəti onun beynində olan maddə ilə bağlıdır. İngiltərənin Oksford Universitetində aparılan araşdırmalar rəqsin sirrinin beyində gizli olduğunu üzə çıxarıb.
Bu maddənin adı GABA-dır. Maddənin səviyyəsində baş verən artım və enmələr insanın rəqsi tez və ya gec öyrənməsinə təsir edir.
Araşdırmada könüllülər iştirak ediblər. Onlardan 10 rəqs hərəkətini təkrar etmək rica olunub. Könüllülərdən bir neçəsi hərəkətləri asanlıqla öyrənsə də, bəziləri onları qavramaqda çətinlik çəkib. Daha sonra onların beyin tomoqrafiyaları (MR) çəkilib. MR-da hərəkətləri ən asan öyrənən qrupdakıların beynində GABA səviyyəsində sərt azalmalar müşahidə edilib. Nəticələrə görə, GABA-nın yüksək göstəricisi öyrənmək qabiliyyətini yavaşladır.

Link to comment
Share on other sites

İngiltərənin Leicester şəhərində gənclər arasında nargiləylə tütün çəkməkdən qaynaqlanan xəstəliklərin artması həkimləri çaşdırıb.
Leicester Sağlamlıq Xidmətləri,siqaret tərgitmə mütəxəssisi Kasim Çovdari nargilənin xüsusilə 15-24 yaş qrupunda gedərək yayıldığını söyləyir.
Çovdari araşdırmaların,nargiləylə tütün çəkmənin siqaret çəkməkdən daha az zərərli olduğu inanışıyla ziddiyyət təşkil etdiyini söyləyir"Dünya Sağlamlıq Təşkilatının araşdırmasına görə bir saat nargilə çəkmək 200 ədəd siqaret çəkməyə ekvivalentdir" .
Çovdari bir neçə il əvvələ qədər az qala heç kimin bilmədiyi nargilənin hər mədəniyyət və etnik qrupdan gənclər arasında inanılmaz bir sürətlə yayıldığını ancaq bu vərdişin tənəffüs və ürək narahatlıqlarına səbəb olduğunu vurğulayır.Siqaretin bilinən zərərlərinə əlavə olaraq nargilə istifadəsi vərəmə yoluxma riskini də artırır.

Link to comment
Share on other sites

- Cənubi Koreyada eyni soyadına malik insanların evlənməsi qadağandır
- Bəzi diş pastalarının tərkibinə antifriz daxildir
- Panda ayı yox, yenotdur!
- Qarışqalar yatmırlar.
- Heç bir kağız parçasını yeddi dəfədən artıq ikiyə qatlamaq mümkün deyil

- Heç bir kağız parçasını yeddi dəfədən artıq ikiyə qatlamaq mümkün deyil-cox maraqli geldi oxuyan kimi sinamaq istedim,dogurdanda alinmadi
Link to comment
Share on other sites

Bu şəkildə gördüyünüz qız uşağı sizcə o qədər insanın arasında nə edir? Düşünməyin ki, bu, hansısa uşaq əyləncə yarışlarından biridir. Gördüyünüz bu şəkil 1958-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərindəki "insan zooparkında" çəkilib. İnsan zooparkları 19-cu əsrdən Avropa şəhərlərində ağ insanın əyləncəsi üçün təşkil edilən tədbirlərdən biri olmuşdur. Afrikadan insanlar gətirərək onları bu cür qapalı yerlərdə saxlayardılar. Gördüyünüz uşağı da ətrafındakı "mədəni" ağ insanlar yedirirlər. Zooparkda heyvanlara yem verildiyini xatırlayın və "mədəniyyətin" nə dərəcədə güclü olduğunu düşünün. Çox uzaq keçmiş deyildir, sadəcə yarım əsr bundan əvvəlin rəsmidir.
 
 

getImage?photoId=543626424770&photoType=

Link to comment
Share on other sites

İnsanın rəqs etmək qabiliyyəti onun beynində olan maddə ilə bağlıdır. İngiltərənin Oksford Universitetində aparılan araşdırmalar rəqsin sirrinin beyində gizli olduğunu üzə çıxarıb.
Bu maddənin adı GABA-dır. Maddənin səviyyəsində baş verən artım və enmələr insanın rəqsi tez və ya gec öyrənməsinə təsir edir.
Araşdırmada könüllülər iştirak ediblər. Onlardan 10 rəqs hərəkətini təkrar etmək rica olunub. Könüllülərdən bir neçəsi hərəkətləri asanlıqla öyrənsə də, bəziləri onları qavramaqda çətinlik çəkib. Daha sonra onların beyin tomoqrafiyaları (MR) çəkilib. MR-da hərəkətləri ən asan öyrənən qrupdakıların beynində GABA səviyyəsində sərt azalmalar müşahidə edilib. Nəticələrə görə, GABA-nın yüksək göstəricisi öyrənmək qabiliyyətini yavaşladır.

Deyirsiz indi mənim GABA-m artiqdir indi?Bu yaşa çatmişam rəqs edə bilmirəm.Öyrənmək niyyətimdə yoxdur.secret.gif )))

Link to comment
Share on other sites

 
Deməli rayonların birində məktəbin nə gündə olduğunu gizlətmək üçün üstünə bir parça vururlar. Keçən həftə soyuqlar və güclü külək olduğuna görə həmin parça cırılıb və məktəbin nə gündə olduğunu fotoda görə bilərsiz. Buna deyirlər analoqu olmayan inkişaf. Buna deyirlər təhsilimizə olan munasibət!
 
getImage?photoId=542883635906&photoType=

 

Link to comment
Share on other sites

Deyirsiz indi mənim GABA-m artiqdir indi?Bu yaşa çatmişam rəqs edə bilmirəm.Öyrənmək niyyətimdə yoxdur.:sluxii: )))


Yeqin artıqdır da )) Reqs etmek çox asandı eslinde.Hereket etmek her zaman yaxşıdı.:)
Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...