Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi


Recommended Posts

Bakı metrosundan istifadə edənlərin sayı iki dəfə artacaq

18 IYUN 2011 [13:55] - MİLLİ.AZ

Bakı Metropoliteninin inkişaf proqramı hazırlanarkən Azərbaycan paytaxtının əhalisinin ildə 2,5% artacağı ilə bağlı proqnoz əsas götürülüb. APA-nın məlumatına görə, bu barədə metropolitenin texniki-istehsalat şöbəsinin rəisi Fuad Tağızadə bildirib. Onun sözlərinə görə, proqram hazırlanarkən digər amillərlə yanaşı, paytaxtda sürətli ictimai nəqliyyata tələbat da nəzərə alınıb. Hazırda Bakı Metropolitenindən istifadə edənlərin sayı saatda 38 min nəfərdir: “Hesablamalar göstərib ki, lazımi tədbirlər görülməsə, bu rəqəm 2016-cı ildə kritik həddə – 48 min nəfərə, 2030-cu ildə isə saatda 80 min nəfərə çatacaq”.

Fuad Tağızadə bildirib ki, hazırda Bakı Metropoliteninin işinin təmin edilməsi üçün çoxsaylı qurğulardan istifadə olunur. Belə ki, metronun enerjiyə olan tələbatının təmin edilməsi üçün 29 yarımstansiya fəaliyyət göstərir. Metroda mikroiqlim yaratmaq üçün isə 41 ventilyasiya şaxtası, 89 ədəd güclü ventilyator qurğusu, 93 yerli ventilyasiya qurğusu istifadə olunur. Bundan başqa, tunellərdə yığılan qrunt sularının xaric edilməsi üçün 113 suxaric qurğusu, 312 nasosdan istifadə edilir. Stansiyaların çıxışlarında sərnişinlərin qalxıb enməsi üçün 50 ədəd müxtəlif tip eskalator quraşdırılıb.

Milli.Az

URL: http://www.milli.az/news/economy/53760.html

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Milli Parkda attraksionlar niyə belə bahadır?

18 IYUN 2011 [14:09] - MİLLİ.AZ

"Yelləncəklərin qiyməti baha olduğundan, uşaqları ora mindirə bilmirik".

"Gəl gedək, səni o biri karuselə mindirəcəyəm". Ana ağlayan oğlunu attraksiondan uzaqlaşdırmağa çalışır, uşaqsa "yox, buna minəcəyəm" deyə getmək istəmir. Yəqin ki, Milli Parkda belə hallarla siz də rastlaşmısınız. Bulvardakı karusellərin bahalığı valideynləri uşaqların yanında xəcalətli edib, desək yanılmarıq.

Yazqabağı Milli Parkda olarkən, oradakı karusellərə maraq göstərilməməsi diqqətimi çəkmişdi. Özlüyümdə "bəlkə də bu, havaların hələ soyuq keçməsiylə bağlıdır" deyib, yayın gəlişini gözləməyə qərar verdim. Və bugünlərdə yolumu yenidən bulvardan saldım.

Milli Parkda aparılan abadlıq və yenidənqurma işləri alqışlanmağa layiqdir. Burda insanların dincəlməsi üçün hər cür şərait yaradılıb. Amma uşaqların daha çox maraq göstərdiyi karusellərə yaxın durulmalı deyil. Bunun da səbəbi təbii ki, karusellərin qiymətinin baha olmasıdır.

"Yelləncəklərə minənlər niyə belə azdır", - deyə yelləncəklərdən birinin işçisindən soruşuram. Deyəsən, sualım o qədər də xoşuna gəlmir. Hirsli-hirsli "niyə yoxdur ki" deyib, üzünü çevirir. Amma orda olduğum bir neçə dəqiqə ərzində bir nəfərin belə bilet alıb karuselə yaxınlaşdığını görmədim.

Karusellərin baha olmasından daha çox valideynlər narazılıq edirlər. "Yelləncəklərin qiyməti baha olduğundan, uşaqları ora mindirə bilmirik", - deyən valideynlər heç olmasa, yayda bir balaca endirimlərin olmasını istəyirlər.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, attraksion və yelləncəklərin qiymətlərinə təmsil olunduğu qurum nəzarət etmir. Yelləncəklərin qiymətinə onların aid olduğu sahələr, onları idarə edənlər cavabdehdir. Bununla belə, onun sözlərinə görə, bulvar ərazisi genişlənəndən sonra bura yeni attraksionlar və yelləncəklər gətiriləcək, qiymətləri də münasib olacaq.

Biz də yeni açılacaq attraksion və yelləncəklərin qiymətinin heç olmasa, köhnələri ötüb keçməyəcəyinə ümid edirik.

"Ekspress" qəzeti

URL: http://www.milli.az/news/society/53779.html

Link to comment
Share on other sites

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov anılıb

18 IYUN 2011 [12:34] - MİLLİ.AZ

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümü ilə əlaqədar şənbə günü məzarı üzərində anım mərasimi keçirilib. Trend-in məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, bir qrup gənclər şəhid Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Mübariz İbrahimov öz həyatı və əməli ilə vətəndaşlıq borcunu yerinə yetirib.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Milli.Az

URL: http://www.milli.az/news/karabah/53734.html

Allah rəhmət etsin , qəbri nurla dolsun , milli qəhrəman şəhidimizin ...

Link to comment
Share on other sites

Bakıda hərbi paradın məşqləri başlayıb

Hazırlıqda hərbi qüvvələrin bütün növləri iştirak edir

23640.jpg

Bu səhər Bakıda "Azadlıq" meydanında, Hökümət evinin qarşısında iyunun 26-da keçiriləcək hərbi paradın məşqləri keçirilib. Prosesi izləyən ANS PRESS əməkdaşının məlumatına görə, hazırlıqda hərbi qüvvələrin bütün növləri iştirak edir. Məşq prosesində əvvəlcə Azərbaycanın dövlət himni səslənib. Daha sonra hərbçilər aparıcının çıxışının müşayiəti ilə meydanda keçid ediblər.

292d2eba3602.jpg

Hərbi parada hazırlıq Milli Parkda istirahət edən şəhər sakinləri tərəfindən də maraqla izlənilib.

Qeyd edək ki, hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü, Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibəti İlə keçiriləcək.

Link to comment
Share on other sites

Allah uzaq eləsin

Ağsuda gəlin maşını aşıb: 1 ölü

Qəzada daha 4 nəfər ağır xəsarət alıb

Ağsuda bəy-gəlin maşını aşıb, bir nəfər ölüb, 4 nəfər ağır yaralanıb. Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, hadisə ötən axşam saat 20.00 radələrində Ağsu-Kürdəmir yolunun 6-cı kilometrində qeydə alınıb. Göy Dəlləkli kənd sakini 1985-ci il təvəllüdlü Baxşiyev Ramil Bəybala oğlu tranzit nömrə nişanlı “Hyundai Sonata” markalı maşınla bəy və gəlini toy mərasiminin keçirildiyi şadlıq sarayından götürərək Göy Dəlləkli kəndinə apararkən yolda avtomobili aşırıb. Hadisə nəticəsində bəy 1987-ci il təvəllüdlü Qacayev Zərbalı Nemət oğlu, gəlin 1991-ci il təvəllüdlü Əliyeva Zeynəb Hafiz qızı, sürücü Baxşiyev Ramil və onun həyat yoldaşı - bəyin bacısı 1989-cu il təvəllüdlü Baxşıyeva Şəlalə Nemət qızı ağır bədən xəsarətləri ilə Ağsu xəstəxanasına yerləşdirilib. Sürücünün 1 yaşlı oğlu Baxşiyev İbrahim hadisə yerindəcə dünyasını dəyişib. Yoldan çıxaraq 5 dəfə aşan maşında yanğın baş verdiyi üçün hadisə yerinə Ağsu və Kürdəmir yanğından mühafizə hissələrinin maşınları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Link to comment
Share on other sites

Nyu-Cersi üzərində «uçan boşqab» - FOTO

21 IYUN 2011 [08:30] - MİLLİ.AZ

ABŞ-ın Nyu-Cersi ştatının sakinlərindən biri iyunun 17-də havada naməlum uçan obyekt görüb.

Milli.Az xəbər portalının Amerika mətbuatına istinadən verdiyi məlumata görə, o, dərhal qeyri-adi uçan «apaprat»ın şəklini çəkib.

Müəllif bildirir ki, avtomobillə gedən zaman sanki ildırım çaxdığını hiss edib. Lakin göyə baxan zaman orada «uçan boşqab»ı xatırladan cismin uçduğunu görüb.

Milli.Az

URL: http://www.milli.az/news/interest/53997.html

Link to comment
Share on other sites

Rənglərin ögey qardaşı: cəmiyyət qara rəngin əsirinə çevrilir?

21 IYUN 2011 [09:15] - MİLLİ.AZ

Diqqət etsəniz, ətrafınızdakı insanların və özünüzün gündəlik istifadə etdiyiniz əşyaların, geyimlərinizin və müxtəlif aksessuarlarınızın çoxunun qara rəngdə olduğunun fərqinə varacaqsınız. Qarderobumuzdakı geyimlər, ayaqqabılar, çantalar, telefonumuz, avtomobilimiz və s. müxtəlif əşyalarımızın əksəriyyəti qara rəngdədir.

Görəsən, insanlar niyə daha çox qara rəngə üstünlük verir?

Qara paltarın sirri

Təsəvvür edin, bir avtobusa, ya da metro vaqonuna minərkən bütün salonun qaraya büründüyünü görmək olur. Eynilə, böyük bir konfrans salonunda və kütləvi tədbirlərdə. İnsanlarımızın qara rəngə üstünlük verməsinin səbəbləri tam araşdırılmayıb.

“Sağlam Toplum” İB-nin əməkdaşları araşdırma yazımız üçün Bakı sakinləri arasında sorğu keçirdilər. Bizim gözlədiyimizdən də maraqlı nəticələr ortaya çıxdı. Birlik əməkdaşları özəlliklə tam qara geyimdə olan insanlara yaxınlaşıblar. “Niyə qara geyinirsiniz?” deyə sual ünvanlanan insanlardan çox maraqlı cavablar alınıb. 40 nəfər respondentin 14-ü daha cəlbedici görünmək üçün, 16-sı ciddi göründüyünü düşündüyü üçün, 7-si heç bir məqsədi olmadan geydiyini, 3-ü isə rok və rep söyləyənlərə bənzəmək üçün bu rəngi seçdiyini deyib. Maraqlıdır ki, sorğuda iştirak edən respondentlərin böyük əksəriyyəti qara rəngin xarakteri və psixoloji təsiri barədə heç nə bilməyib...

HAŞİYƏ: Bir neçə il öncə Marseldə (Fransa) bir qatı cinayətkarın polis tərəfindən təsadüfən saxlandığı haqda xəbər var idi. Cinayətkar haqda yalnız bir məlumat var imiş - bu gənc əcnəbidir. Polis nəfərindən bu adamdan niyə şübhələndiyini soruşduqda belə cavab vermişdi: fransız gəncləri heç vaxt tamamilə qara geyinmirlər, düşündüm ki, bu, 100 faiz əcnəbidir...

Rənglərin ögey qardaşı

Rənglər elmini öyrənən Asim Şirinov deyir ki, bu elmlə məşğul olanlar qara rəngi bütün rənglərin ögey qardaşı adlandırırlar: “Digər rənglərdən fərqli olaraq, qara rəng göründüyü kimi deyil, onda dərin mənalar yatır.

Öncəliklə, yalnızlığı təmsil edir. Düçüncənin rəngidir, üsyankar ruha malikdir, sonsuzluğa işarədir. Kosmosda sonsuzluq qara rənglidir. Qara, həm də matəm rəngidir. Xüsusilə, qeyd etmək istəyirəm ki, qara rəng qaranlığı, darlığı ifadə etmir, əksinə, qaranlıq bir dünyanın varlığını, amma oraya bir gün günəşin doğacağını deyir”.

Qara rəng çəki problemi olan insanların ən ideal geyim rəngidir. Bu rəngin artıq kiloları gizlətmək bacarığını bütün modelyerlər təsdiqləyir. Qara rəng yeganə rəngdir ki, həm yaşlı, həm cavan, həm kök və həm də arıq insanlara yaraşır”.

Qara rəng qadın və kişi ayrımı edir?

Psixoloqlar deyir ki, qara rəng yalnızlığı sevən insanların rəngidir. Amma bu rəngin özəlliyi qadın və kişilərə görə dəyişir. Qara rəng sevən qadınlar daha çox qəm və kədərə meyilli olanlardır. Həyatları aldanmaqla keçir. Ətraflarına nəşəli, həyat dolu bir qadın təsiri bağışlasalar da əksinədir. Qara rəngi sevən qadınlar bu rəngdən enerji, qüvvət alırlar.

Qara rəngi sevən kişilər isə düşüncəsində hürr olanlardır, sərbəstliyi çox sevirlər. Həyatdan zövq almazlar. Amma başqalarınınn həyatına müdaxilə etməyi çox sevərlər. Başqalarına öyüd verməyi çox sevərlər. Bir qədər neqativ insan olurlar.

Ümumilikdə, götürdükdə isə qara rəngi sevən insanlar bir qədər kompleksli olurlar. Qoruyucu təsir bağılşayan bu rəngi psixoloqlar ani reaksiya verən insanlara tövsiyyə edirlər. Amma məişətdə davamlı olaraq istifadə edilən qara rəng insanlara bədbinlik, depressiya da gətirə bilər.

Psixoloq Aydın Rzayev deyir ki, qara rəngdən ən məhsuldar şəkildə faydalanmağın tək yolu, onu ağ rənglə bir arada istifadə etməkdir: “Beləcə, bu iki rəngin mənfilikləri bir-birini tarazlayır və insanın istədiyi bir tərzi yaradır. Qara rəng insanın şüuraltına təsir edərək, narazı olduğu məsələləri problem halından uzaqlaşdırır. Amma mümkün qədər tək istifadə edilməməlidir”.

Niyə əksəriyyət qara avtomobilə üstünlük verir?

Diqqət etsəniz, görərsiniz ki, küçədən keçən hər 3 avtomobildən 2-si qara rəngədir. İnsanlar qara rəngli avtomobilə daha çox üstünlük verir. Bilirsinizmi niyə?

Çünki qara rəngli avtomobil daha bahalı görünür. Məcazi mənada daha ağır çəkiyə malikdir. Ciddiyyəti ifadə edir. Rəsmi bir quruma, dövlət idarəsinə mənsub olduğu düşünülür, daha az kosmetik xərc tələb edir, gündəlik təmizliyə o qədər də çox ehtiyacı olmur.

Maraqlıdır ki, bəzi Avropa ölkələrində bəzi özəl şirkətlərə iş üçün müraciət edənlərə maraqlı bir sual ünvanlanır: “İşə başlayanda şirkətimiz sizi avtomobillə təmin edəcək, hansı rəng avtomobil istəyirsiniz?”.

İşə girmək istəyən “qara” deyə cavab verənləri işə daha tez götürür. Bunun səbəbi odur ki, qara rəngi sevənlər işlərinə daha məsuliyyətli yanaşırlar, işində tez yüksəlirlər. Lakin bununla yanaşı, qeyd etməliyik ki, avropalılar daha çox açıq rəngli avtomobillərə üstünlük verirlər.

Qara, bədbəxtliyin və şərin rəngidir?

Bir neçə həftə öncə Rusiya mətbuatında maraqlı bir statistikaya rast gəldim. Bu ölkədə qəzaya uğrayan avtomobillər arasında qara rənglilərin 70 faiz təşkil etdiyi bildirilirdi. Yazıda qeyd olunurdu ki, qara geyim mənfi psxilogiya yaradır. Yayda qara rəngli paltar geymək isə sivil ölkələrdə anormallıq sayılır.

Qara rəngin mistik qüvvəsinə də inananlar çoxdur. “Qara magiya”, “qara qüvvələr”, “qəlbi qara”, “qaralamaq”, “qara əməllər” kimi sözlər boş yerə yaranmayıb. Qaranlıq işığa qarşıdır, qara ağa qarşıdır, qaralanmaq (ləkələnmək) ağlanmağa (təmizlənməyə) qarşıdır. Qara rəng həm də qiyam və təbii fəlakətlərin rəngidir.

Daha da maraqlı olan odur ki, bizim cəmiyyətdə qara rəng uğursuzluq kimi xarakterizə edilir. Bizdə qara rəng matəmi bildirir, amma Yaponiyada xoşbəxtliyin rəngidir. Eynşteyn fikrini toplamaq üçün pərdələri qara, gün işığı olmayan otaqda daha çox otururmuş, bu halda beyninin daha məhsuldar olduğunu düşünürmüş.

Həyatın gözəlliyi onun fərqliliyində, müxtəlifliyindədir. Təbiətdə də belədir. Monotonluq yoxsulluqdur. Çoxçalarlılıq isə zənginlikdir. Şərq və Qərb düşüncə tərzlərinin fərqlərindən biri də budur: Qərbdə monotonluğa, Şərqdə çoxçalarlılığa üstünlük verilir. Rəngarəng xalçalarla bəzənmiş Şərq evi evrotəmirli Qərb evlərindən daha zəngin təsir bağışlayır.

Lakin dəbi Qərbdə müəyyən edirlər, Şərqdə isə buna uyğunlaşmağa çalışırlar. Bu isə tamam başqa yazının mövzusudur...

Lalə Mehralı

Milli.Az

URL: http://www.milli.az/news/society/52659.html

Link to comment
Share on other sites

Azərbaycanlı müğənni və aparıcı: “Niyə axı həyatda bu iyrənclikləri görməliyəm?” - FOTOSESSİYA

21 IYUN 2011 [09:30] - MİLLİ.AZ

Müğənni bu günə qədər hamıdan gizlətdiyi məqamları açıqladı.

Müğənni və aparıcı Sevinc Ağaşirinovanın Milli.Az xəbər portalına müsahibəsi.

- Müğənni olmağınla yanaşı, aparıcılıq fəaliyyətin də olub. Hər iki sahədə eyni anda çalışmaq çətin deyil?

- Artıq neçə vaxtdı ki, çalışmıram. Bunun da səbəbi həvəsdən düşməyimdir. Sonuncu işlərimdən biri “Doğma diyar” layihəsində aparıcılıq idi. Bundan başqa, “Eurovision” müsabiqəsinin seçim turlarında da çıxış etdim. Nəticədə uğur da qazandım ki, bu da yadda qalan oldu. Amma “Eurovision” müsabiqəsinin seçim turlarından sonra çox pis xəstələndim. Ona görə də həm aparıcılıq, həm də müğənnilik fəaliyyətimdə fasilələr yarandı. Həmin fasilələr məni müəyyən qədər geriyə apardı. Yenə də dayanmadım, çalışırdım ki, yeni mahnılar üzərində işləyim.

“Təəssüflər olsun ki, Tunar çox səhlənkar müğənnidi”

Hazırda isə milliyyətcə gürcü olan Mrzya müəllimə məni ifaçılıq baxımından hazırlaşdırır. Musiqisi Tunara və sözləri Aydına məxsus olan yeni “Sən də get” adlı mahnını yaxın günlərdə təqdim edəcəyəm. Sadəcə olaraq, Tunar mahnını hazırlayıb, təhvil verməkdə çox vaxt itkisinə yol verdi. Buna səbəb isə onun səhlənkarlığı oldu. Düzdür, yaxşı mahnılar yazır, amma təəssüflər olsun ki, çox səhlənkar müğənnidir. Onun səhlənkar olmağını tək mən yox, onunla çalışan bir çox müğənnilər deyir.

- Neçə ildir ki, şou-biznesdəsən?

- Təxminən, 3-4 il olar. İlk dəfə “Xalq ulduzu” mahnı müsabiqəsinin aparıcısı oldum. Bundan sonra da yavaş-yavaş adımlamağa başladım. Amma onu da deyim ki, tək çalışmaq mümkün deyil. Hər hansı müğənniyə dəstək lazımdır, yaxşı dostların olmasa qabağa gedə bilmirsən. Mənəvi cəhətdən dostlarım müəyyən qədər mənə dəstək olublar ki, bu gün bu yerə gəlib çata bilmişəm. Amma maddiyyat olmayanda, haradasa, adam işində yarımçıq qalır.

- Aparıcılıqdan əvvəl müğənni fəaliyyətin olubmu?

- İlk dəfə aparıcı olanda Sumqayıt Musiqi Texnikumunda təhsil alırdım. Amma yenə də həmin vaxtlar fəaliyyətim çox çətin idi. İlk dəfə aparıcı kimi fəaliyyətə başlamağım tramplin oldu. Düzdür, neçə illərdi ki, toylara, konsertlərə gedirdim, yenə də gəlirim çox az idi. Amma efirə çıxandan sonra toylara, şou proqramlara dəvətlər çoxalırdı, qazancım da artırdı. Həmin qazancımla da nə isə bir iş görə bilirdim.

“Qadın... mətbəxdə olmalıdır”

- Müğənni xanımın, yoxsa müğənni kişinin tanınması asandır?

- Həmişə özümə deyirəm ki, kaş, kişi olardım. Çünki qadın zərif qüvvədir. Qadın tez küsər, inciyər, nə etsə, tez diqqət çəkər. Qadın ağ kağız kimi təmizdir, üzərinə düşən ləkə kənardan tez görünür. Ona görə də bəzən hirslənirəm, ağalayıram ki, niyə qadın doğulmuşam? Niyə axı həyatda bunlarla rastlaşmalıyam, bu sözləri eşitməliyəm, iyrənclikləri görməliyəm? Hətta bəzən fikirləşmişəm ki, kaş, bunları da görməmək üçün doğulmazdım. Düşünürəm ki, qadın mətbəxdə xörək bişirmək üçün yaranıb...

- Sənin üçün şou-biznes nədir?

- Şou-biznesə ilk addımlarımı atanda bilmirdim ki, burada nələr baş verə bilər. Dərinliyinə varmırdım. Amma irəlilədikcə, içəri daxil olduqca gördüm ki, pisdir, çətindir. Çətinliyi dəf etmək üçün gərək çoxlu pulun, güclü arxa-dayağın olsun. Yoxsa mənim kimi, yetim qız olasan, avtobusa pul tapa bilməyib, piyada dərsə gedəsən, üstəlik, çətinliklə oxuyasan, sonra da nəticəsiz qala...

İnsan bilir ki, nə vaxtsa öləcək, amma yaşayır. Özünü oda-alova atır, çalışır ki, nə isə edə bilsin. Mən də həmin insanlardanam. İstəyirəm ki, arzum çin olsun, dayanmadan çalışım. Amma arada elə şeylərin şahidi olursan ki, həvəsdən düşürsən. Bir sözlə, hamı öz mənafeyini güdür, hamı özü üçün yaşayır.

- Maraqlıdır, özün də şou-biznesdəsən, ancaq tənqid edirsən bu aləmi.

- İnanın, o vaxtlar müğənni olmaq istəyəndə, kasıbçılıqdan evimizdə televizor da yox idi. Heç bir müğənnini tanımırdım. Söhbət 1990-2000-ci illərdən gedir. Həmin 10 il bizim üçün çox çətin olub. Toylara gedirdim, halal zəhmətimlə pul qazanırdım. Amma həmin vaxtlar şou-biznesi daha maraqlı, rəngarəng bilirdim. Deyirdim, oxumağı bacarıramsa, deməli, hər şey mənim üçün asan olacaq. Əslində, isə belə deyilmiş...

- Bayaqları dostlarının olduğunu dedin. Ümumiyyətlə, şou-biznesdə dost anlayışı varmı?

- Kimsə, kiminləsə, nəyinsə xatirinə dost olur. Sadiq dostlar da var, amma azdır. Həmçinin, şou-biznesdə də hamı bir-biri ilə yaxşı ola bilməz ki.

- Bəs sənin necə, şou-biznesdə dost hesab etdiyin şəxslər var?

- Əlbəttə, dostlarım var. Televiziyada çalışan səmimi dostlarım var ki, onlar ürəkdən kömək edirlər, azdan-çoxdan. Daha sonra “Doğma diyar” layihəsində Röya ilə dost oldum. Müğənnilər arasında ən yaxın dostluq münasibətim olan da elə Röyadır. Nə isə lazım olanda, dərhal onun yanına məsləhət üçün gedirəm. Baxır ki, arxa-dayağım, büdcəm yoxdur, mənim üçün əlindən gələni edir.

Bir ildir ki, Röya ilə dostuq. Bu günə qədər onunla sözümüz çəp gəlməyib. Onunla bir yerdə çörək kəsmişik, yol yoldaşı olmuşuq. Röya deyib-gülən, canıyanan, şən bir insandır. Hərdən televiziyaya baxanda, saytları oxuyanda onun haqqında xoşagəlməz xəbərlərin şahidi oluram. Sonra da Röya əsəbi halda efirdə heç kimə dəstək olmayacağını deyir. Bu, mənə pis təsir edir. Axı Röya pis insan deyil. Onun nəyi varsa, dilindədir.

- Cəmiyyət arasında birmənalı qarşılanmayan müğənni adı sənə təsir edib?

- Əvvəllər olub. Hətta, elə təsiri olub ki, müğənni olduğum üçün istədiyim insanla ailə qura bilməmişəm. Çox problemlər olub. Kimsə deyirsə ki, müğənni adım mənə təsir edə bilməz, yalan deyir. Müğənni adı hansı insanasa yapışdısa, həmin insan istədiyini edə bilməz. Hər şey onun üçün asan ola bilməz. Asan olsa da problemli olacaq.

Müğənni, bütün günü ortalıqdadır. Evinə vaxt ayıra bilmir, həftələrlə qastrol səfərlərinə gedir. Məsələn, müğənni ilə ailə quran insan bir müddətdən sonra deyir ki, mən bu insanı neyləyirəm? Nə evində tapılır, nə də ailəsinə vaxt ayıra bilir. Ona görə də hərdən pis oluram ki, niyə müğənni oldum...

- Peşmansan?

- Yox, peşman deyiləm. Amma müğənni olduğum üçün çox nüanslarda itirmişəm. Qeyd etdiyim kimi, müğənni olduğum üçün sevdiyim insanı itirmişəm. Hazırda isə ailəliyəm və çox xoşbəxtəm. Sadə bir həyat yoldaşım var. Onunla da birtəhər yola gedirik.

- Müğənni olduğun üçün sevdiyin şəxsi nə vaxt itirmisən?

- İki il əvvəl...

- Bir-birinizi sevirdiniz?

- Bəli, qarşılıqlı olaraq, bir-birimizi sevirdik.

Bəzən deyirlər, ailə, yoxsa karyera... sözüm odur ki, biz, bir-birimizi tam anlaya bilmədik. O, müğənni olmağımı qəbul etmirdi.

- Deməli, sən sevgini sənətə satdın?

- Yox! Mən oxumasam, ürəyim partlaya bilərdi. Başa düşürəm, bir insanı sevirsən... sevdiyim insan üçün də hər şey edərəm. Amma özümü də sevirəm axı. Özümün də istəklərim, özümə də hörmətim var. Heç olmasa, aradabir yaxud hər hansı çərçivədə olsa da oxumalıyam. Yoxsa ürəyim partlayar, ölə bilərəm.

- Nə vaxt ailə qurmusan?

- Keçən ilin dekabrında ailələrimiz razılıq verdi. Bu ilin fevralında isə nişanlandıq. Amma nişan və toy mərasimi təmtəraqlı keçmədi. Öz ailələrimizlə birgə keçirdik. Çünki mən bundan əvvəl bir dəfə də ailəli olub, ayrılmışam. Onun üçün toyun təmtəraqlı keçirilməsini məsləhət bilmədim.

“İnsanlar müğənnilərin qurduğu ailəni yalanla bağlayırlar”

- İlk dəfə neçə yaşında ailə qurmusan?

- 20 yaşımda. Bu günə qədər heç kim bunları bilmirdi. İlk dəfədir ki, bu barədə sizə danışıram. Həmin oğlan musiqiçi idi. Onu aradabir görürəm. Amma tanınmış insan deyil. Onunla 1 ilə yaxın ailəli olduq. Ayrılmağımızda isə onu günahlandırmıram. Sadəcə, mənə uyğun deyildi. Ailəni sona qədər davam etdirə bilmədik.

Bundan sonra da bir dəfə istədiyim şəxs olub ki, ondan da ayrılmışam. O, bizim uzaq qohumumuzdur. Şou-biznesə heç bir aidiyyatı yoxdur. Onun işi kiçik biznesdən ibarətdir. İctimaiyyətdən gizli ailə qurmağımıza səbəb, müğənninin ailəsinə pis baxılması ilə əlqədardı. Çünki insanlar müğənnilərin qurduğu ailəni yalanla bağlayırlar. Deyirlər, yalandan toy edib, toya da müğənniləri dəvət edib, özlərini reklam edirlər. Ona görə də bunu nəzərə aldıq. Amma bilmirəm ki, bu ailəni də sona qədər apara biləcəyik ya yox. Həyatdır, hər şey ola bilər...

- Hazırda evli olduğun şəxs sənin ikinci dəfə ailə qurmağını bilirdi?

- Hə, bilirdi. Biz uzaq qohum olduğumuzdan o, məni çoxdan izləyirdi, tanıyırdı. Əvvəl elə bilirdim ki, şou-biznesə aidiyyatı olmayan şəxs olarsa, məni anlamayacaq. Zaman keçdikcə gördüm ki, belə deyil. Həyat yoldaşım məni anlayır, bu da mənim üçün böyük bir hissdir. Onu da bildirim ki, həyat yoldaşım ailəmizin reklam olunmasını istəmir. Düzdür, müğənninin ailəsi hər zaman tamaşaçıya maraqlı olub. Amma istəyirəm ki, yalnız sənətimi reklam edim.

Fuad Mədətov

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/53809.html

Link to comment
Share on other sites

Rusiyadakı təyyarə qəzasında ölənlər arasında azərbaycanlı varmı? - YENİLƏNİB - VİDEO

21 IYUN 2011 [10:38] - MİLLİ.AZ

10:38

Milli.Az xəbər portalının «Trend»ə istinadən verdiyi məlumata görə, Petrozavodskda baş vermiş faciə nəticəsində həlak olmuş insanlar arasında azərbaycanlılar yoxdur.

----------

09:13

Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, Moskvadan Kareliya Respublikasının paytaxtı Petrozavodska uçan «Rusaero» şirkətinə məxsus Tu-134 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. Bu barədə Rusiya FHN informasiya idarəsinin rəisi İrina Andrianova məlumat verib.

Təyyarə hava limanına 15 km qalmış tarlada sərt eniş etməyə məcbur olub. Zərbədən təyyarənin gövdəsi dağılıb və təyyarə yanmağa başlayıb. Təyyarədə 43 nəfər sərnişin və 5 heyət üzvü olub. Sərnişinlərin 8 nəfəri uşaq olub. 8 nəfər, o cümlədən 1 uşaq xilas edilib.

Milli.Az

------------

10:15

URL: http://www.milli.az/news/world/54052.html

Link to comment
Share on other sites

Azərbaycan şou-biznes ulduzlarının yığışdığı toyda nələr oldu? - YENİLƏNİB - FOTOSESSİYA

21 IYUN 2011 [10:44] - MİLLİ.AZ

Müğənni gəlin simasını yayımlanmasını istəmədi

10:32

Dünən “Azəri star” telemüsabiqəsinin ilk iştirakçısı və daha sonra təşkilatçısı olan müğənni Pərvin Lətifovun toyu oldu. Milli.Az xəbər portalının məlumatına görə, müğənni Pərvin Lətifov öz xalası qızı Əfsanə ilə ailə həyatı qurdu. Bakı şadlıq sarayların birində keçirilən toya Pərvin və Əfsanə Azərbaycan xalq mahnısı olan “Vağzalı” sədalarının müşayiəti ilə salona daxil olaraq, lirik musiqi sədaları altında rəqs etdilər. Toya təşrif buyuran KİV-in çalışması üçün heç bir qadağalar olmasa da, yalnız Pərvin KİV nümayəndələrinə müraciət edərək gəlinin şəklinin çəkilməsini istəmədi. Pərvin bunun səbəbini gəlinin simasını ictimaiyyətdən gizlətməklə əsaslandırdı.

Ümumiyyətlə, bəy öz toyunda həm gəlinlə, həm qonaqlarla, həm də tək rəqs etməsi ilə daha çox seçilirdi. Bundan əlavə, Pərvinin müğənni Nazənin ilə duet oxuması da maraqlı məqamlardan biri idi. Toy əvvəl müğənni Abbas Bağırovun aparıcılığı ilə başlasa da, daha sonra eyni missiyanı Elçin Hüseynov davam etdirdi.

Toy zamanı diqqəti cəlb edən maraqlı məqamlar da oldu. Belə ki, izdivac verilişi olan “Toy olsun”nun aparıcıları Elgiz və Ulvira salonun mərkəzinə keçərək, əl-ələ cütlüyü təbrik etdilər. Daha sonra onlar gənc meyxanaçı ilə duet ifası ilə nəzərləri üzərilərinə çəkdilər.

Bundan başqa, müğənni Flora Kərimovanın Elarizlə yan-yana əyləşərək, səbəbkarların şəninə xoş sözlər söyləməsi, Nadir Bayramlının salonun kənarında tək əyləşməsi, Elçin Hüseynovun qonaqlara yaxınlaşaraq, nə isə pıçıldaması, Emil Bədəlovun aclıqdan kababı dişinə çəkməsi və Röyanın toya gec gəlib, jurnalistlərin olduğu masada əyləşməsi diqqət çəkən məqamlardan idi.

Onu da bildirək ki, müğənninin toyunda həmkar dostları Flora Kərimova, Nazənin, Röya, Abbas Bağırov, Emil Bədəlov, Elçin Hüseynov, Elariz, Vasif Məhərrəmli, Nadir Bayramlı, Nurlan Növrəsli, Fidan Süleymanova və başqa sənətçilər də iştirak edirdilər.

Fuad Mədətov

Milli.Az

----------

10:44

URL: http://www.milli.az/news/showbiz/54095.html

Link to comment
Share on other sites

"Qarabağ"da şok!

25 IYUN 2011 [10:54] - MİLLİ.AZ

Klubun məsul oyun öncəsi gənc forvardı zədələnib.

Türkiyədə hazırlıqlarını davam etdirən “Qarabağ” itki ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisinin heyətində Əfran İsmayılov son məşqdə xəsarət alıb.

Bu səbəbdən futbolçu Avropa Liqasının ilk oyununda Litvada “Banga” ilə matçda meydana çıxa bilməyəcək. Bununla belə, Əfranın iyulun 7-də Bakıda baş tutacaq oyunda forma geyinəcəyi gözlənilir.

Milli.Az

URL: http://www.milli.az/news/sport/54877.html

Link to comment
Share on other sites

Rəhim Rəhimlinin səhnəyə qayıtmasına kim kömək edib?

25 IYUN 2011 [11:08] - MİLLİ.AZ

Populyar müğənni Rəhim Rəhimli vaxtilə Türkiyədən Azərbaycana qayıtdıqdan sonra ona yardım əlini uzatmış şəxsin adını açıqlayıb.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Xəzər TV-nin «Star life» verilişinə açıqlamasında o, deyib: «Mən bunu efirdə heç zaman deməmişəm. Murad Dadaşovun hesabına populyar olmuşam. O, mənim səhnəyə qayıtmağıma kömək etmiş yeganə şəxsdir».

Yay planları haqda da danışan Rəhim Rəhimli bildirib ki, yayda o həm dincələcək, həm də işləyəcək. İfaçı hazırda «Sheker» mahnısına klip çəkdirib: «Yayda Nabranda və Bakıda, həmçinin Türkiyənin Kuşadası bölgəsində konsertim olacaq».

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/54873.html

Link to comment
Share on other sites

İstanbul-Bakı təyyarəsi təcili eniş edib

25 IYUN 2011 [11:19] - MİLLİ.AZ

İstanbul-Bakı reysi ilə uçan təyyarə Trabzona təcili eniş edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb iş məqsədilə Azərbaycana gələn mühəndisin infarkt keçirməsi olub.

Belə ki, Bakıya gələn Asya İstanbullu adlı mühəndis özünü qəfildən pis hiss edib. Stüardessalar ona ilkin yardım göstərməyə çalışsalar da, ağrılar şiddətləndiyi üçün təyyarə qəza enişi etməli olub.

İstanbul-Bakı təyyarəsindən endirilən xəstəyə hava limanı həkimləri tərəfindən kömək edildikdən sonra o, xəstəxanaya aparılıb və əməliyyat olunub. Həkimlərin sözlərinə görə, hazırda xəstənin səhhəti normaldır və o ən qısa zamanda Bakıya uça biləcək.

Milli.Az

URL: http://www.milli.az/news/society/54883.html

Link to comment
Share on other sites

Elşad Xose Oksana Rəsulova ilə münasibətləri haqda danışdı – VİDEO

25 IYUN 2011 [13:08] - MİLLİ.AZ

Populyar repçi Elşad Xose Day.Az Radionun qonağı olub.

Milli.Az xəbər portalının məlumatına görə, «Shock-show» verilişinə qatılmış repçi rəqqasə Oksana Rəsulova ilə münasibətlərinə dair sualı da cavablandırıb.

Milli.Az

URL: http://www.milli.az/news/video/54917.html

Link to comment
Share on other sites

Azərbaycanlı model ad günündə kimi görmək istəmir?

25 IYUN 2011 [14:27] - MİLLİ.AZ

"Mənim yanımda onun yeri yoxdur"

«Miss şarm» və «Miss zəriflik» müsabiqələrinin qalibi Xanım Manafzadə Afrikada təşkil olunmuş «Extrime» realiti-şousunda iştirakdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, layihənin karyerasına təkan verdiyini söyləyib. Məhz bu layihədən sonra model fotosessiyalara çəkilmək təklifləri alır. Hazırda o, Türkiyədə «Istanbul Life» jurnalı üçün çəkilişdədir.

İyunun 30-da 20 yaşı tamam olacaq X.Manafova sabah Bakıya dönmək niyyətindədir. Onun sözlərinə görə, ad günündə «Extrime» realiti-şousunun iştirakçıları da olacaq. Amma layihə zamanı modellə aralarında insident yaşanmış Pişik Günel istisnadır.

«Ad günümdə yalnız sevdiyim və hörmət etdiyim insanlar iştirak edəcək! Mənim yanımda onun yeri yoxdur», - deyə X.Manafzadə bildirib.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/54950.html

Link to comment
Share on other sites

Aygün Kazımova meymun oynatdı - FOTO

25 IYUN 2011 [15:30] - MİLLİ.AZ

"Məncə, bu bəxtəvər meymundur".

Azərbaycan şou-biznesinin bəzi nümayəndələri özlərinə "timsah", "dinozavr", "pişik", "kərtənkələ" və s. kimi adlar verirlər. Bu uzun siyahıya daha bir adı əlavə etmək olar. Milli.Az xəbər portalı Trend Life-a istinadən bildirir ki, söhbət Azərbaycanın xalq artisti Aygün Kazımova və onun balaca meymunundan gedir.

"Məncə, bu bəxtəvər meymundur. Oyuncağı canlı meymunlardan fərqləndirən isə onun mənim ulduz əllərimdə olmasıdır. Meymun yaxın dostlarımdan birinin hədiyyəsidir. Amma hədiyyə "Ekstrim" realiti-şousuna qatıldığım Afrikadan deyil. Orada vəhşi təbiətin qoynunda 14 gün yaşayaraq o qədər canlı meymun gördüm ki, Bakıya meymun gətirməyə ehtiyac qalmadı. Lakin oyuncaqları da sevmirəm. Mənə "Prinsessa" itim bəsdir. Üstiəlik, qoy, meymunlarla onlara uyğun olanlar oynasınlar", - Ayğün Kazımova dedi.

Milli.Az

URL: http://www.milli.az/news/photos/54959.html

Link to comment
Share on other sites

Azərbaycanlı rəqqasə ana oldu - YENİLƏNİB

25 IYUN 2011 [17:58] - MİLLİ.AZ

Rəqqasə 15:00-da qız uşağı dünyaya gətirib

17:58

Azərbaycanın əməkdar artisti, rəqqasə Məryəm Süleymanova dünyaya gətirdiyi qızını Aylin adlandırıb.

"Qızın adı Aylindir. Onun adı hələ doğulana qədər müəyyənləşmişdi", - bəstəkar, şoumen Murad Arif Trend Life-a bildirib.

--------

15:40

Əməkdar artist, rəqqasə Məryəm Süleymanova ana oldu. Rəqqasənin qaynı, tanınmış fotoqraf Zaur Zamanın ANS PRESS-ə verdiyi məlumata, Məryəm yarım saat öncə, saat 15:00-də gözlənildiyi kimi qız uşağı dünyaya gətirib.

Körpə Respublika Perinatal Mərkəzində dünyaya göz açıb. Ananın və körpənin vəziyyəti yaxşıdır.

Xatırladaq ki, rəqqasə Məryəm Süleymanova 07.04.2010 tarixində mühəndis-memar İlkin Zamanovla ailə həyatı qurub.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/54961.html

Link to comment
Share on other sites

Azərbaycanlı müğənni: "Pərəstişkarlarım üçün vida konserti verib bu işdən uzaqlaşacağam"

25 IYUN 2011 [18:32] - MİLLİ.AZ

"Bunların səsi məni çox rahatladır"

Müğənni Nadir Bayramlının "Ekspress" qəzetinə müsahibəsi.

Nadir Bayramlını hamı səsindən tanıyır. Çünki onun səsi tembrinə, məlahətinə görə seçilir və sevilir. Onun səsində insanın ruhuna mənəvi qida verən həzinlik, büllur bulaqların zümzüməsi, dağ çaylarının şaqraqlığı var. Lakin bu nadir səsin sahibini artıq nə vaxtdır efirlərdə görmürük. Səbəbi? Biz də bunu sənətçinin qəzetimizə verdiyi müsahibədə özündən soruşduq.

"Yeni qaydalar mənə görə deyil"

- Nadir müəllim, nə vaxtdır sizi efirlərdə görmürük, bu nəylə bağlıdır?

- Nadir Bayramlı Azərbaycanda yeganə telekanal fəaliyyət göstərəndə, başqaları televiziyanın qapısından içəri girməyə ürək etməyəndə, gecəsi-gündüzü efirlərdə keçən sənətçidir. İndi efirdə az-az görünməyimin günahı məndə deyil ki... Xalqımız bilir ki, mən özümü çəkən sənətçilərdən deyiləm, hara çağırsalar gedirəm. Lakin çağırılmadığım yerə getmərəm. Ona görə də hələlik telekanallardan dəvət gözləyirəm. Amma belə getsə, deyəsən, çox gözləyəcəyəm. Bu qədər çox gözləməyimin səbəbini də bilmirəm. İnanmıram ki, burada hansısa qərəz var. Çünki indiyə qədər heç kimlə qərəzli işim olmayıb.

- Bəlkə etiraf edəsiniz ki, rəqabətdə gənclərə uduzursunuz...

- Bilirsinizmi, biz tamam başqa cür yetişdirilmişik. Biz görmüşük ki, sənətkara xalq sənətinə və şəxsiyyətinə görə qiymət verər. Əsl sənətkar öz şəxsiyyətinə hörmət etməsə, xalq ona hörmət etməyəcək. Amma gərək telekanallar da xalqın hörmət etdiyi sənətkarı diqqətdən kənarda qoymasın. Biz belə görmüşük deyə, hələ də içimizdə mənasız bir arxayınçılıq var ki, sənəti qiymətləndirən insanlar bizə dəvət göndərəcəklər. Hərçənd, artıq bunun baş verəcəyinə inanmıram. Amma yaşımın bu vaxtında gedib heç kimə yalvaran da deyiləm ki, "qadan alım, məni efirə burax..."

Siz bayaq buyurdunuz ki, gənclərə rəqabətdə uduzuruq. Xeyr, sənət yalnız efirdə görünmək deyil. Efirə çıxmağa həvəs göstərməməyim passivlik kimi görünə bilər. Amma gedib kimlərəsə ağız açıb efirə çıxmaq mənlik deyil...

- Hər halda, bugünkü qaydalara öyrəşmək lazımdır.

- Bilirsinizmi, Nadir Bayramlının tembri min səsin arasından asanlıqla seçilir. İnsanlar bu səsi boş yerə sevmirlər ki! Mən efirə çıxdım-çıxmadım, insanlar elə əvvəlki kimi məni sevirlər. Zəmanə nə qədər dəyişib? 5-10 il keçib. Bu müddətdə nə dəyişib ki? İnsanlar elə əvvəlki insanlardır da. Sadəcə, yeni qaydalar mənə görə deyil. Mən Nadir Bayramlıyam. Efirdə görünməsəm də, əvvəlki tempdə işlərimi davam etdirirəm. Yeni mahnılar da yazdırıram, kliplərim də çəkilir. İnşallah, bu yaxınlarda yeni klipim efirdə yayımlanacaq. Mən həmişə oxuduğum mahnıya ciddi yanaşmışam. Ola bilsin, aralarında zəif alınanları da olsun. Həmişə keyfiyyətli musiqiyə üstünlük vermişəm. Amma bir məsələ var ki, efirlərdə musiqimizin təbliğatı bərbad vəziyyətdədir. Əvvəllər belə deyildi. O dövrdə efirə çıxacaq konsertlərin anonsu bir həftə əvvəlcədən verilirdi, xalq oturub səbirsizliklə sevdiyi sənətçinin konsertini gözləyirdi.

- Amma o dövrdə cəmi bir televiziya kanalı vardı...

- Lap bir telekanal olsa belə, əməlli-başlı qayda-qanun vardı. İnanın, hərdən elə verilişlər yayımlanır ki, bunun nə məqsədlə hazırlandığını başa düşmürəm. Səmimi sözümdür, xalq artıq telekanallardan bezib. Bizim öz sənətçilərimiz efirdən kənarda qalıb, günün istənilən vaxtı televizoru açsan, xaricin uşaq-muşaq müğənnilərini görəcəksən. Bu xarici musiqiyə nə qədər qulaq asmaq olar? Onsuz da neçə illərdir xaricilərin musiqisinə qulaq asa-asa öz musiqimizi yaddan çıxarırıq.

Artıq insanlar musiqiyə qulaq asmağı yadırğayırlar, çünki beziblər. Yad ünsürlər bugünkü müğənnilərin həm ifalarına həm də əxlaq-davranışlarına mənfi təsir edir. İstər kişi, istər qadın olsun, hamı özünü xaricilərə bənzətməyə çalışır. Bu da efir mədəniyyəti olan sənətçilərin azalmasına gətirib çıxarır. Ona görə də telekanallarda musiqi proqramlarına məsul olan şəxslər bu kimi nüanslara diqqətlə yanaşmalıdırlar. Dəb xatirinə xalqın musiqi zövqünü korlamaq böyük cinayətdir.

Bu gün həqiqətən musiqi sahəsini nizamlamaq, orada qayda-qanun yaratmaq istəsək, televiziya faktoruna böyük diqqət yetirməliyik. Çünki telekanalların bu işdə təsiri çox böyükdür. Mən tutalım ki, bir, uzağı iki zəif sənətçini düz yola gətirə bilərəm. Əgər telekanallar bu məsələdə ədalət prinsipini qoruyub, efirə yalnız layiqli sənətçiləri çıxarsalar, bugünkü xaos qısa müddət ərzində yoxa çıxar. Sənətdə böyük-kiçik məsələsi yaddan çıxıb. Bu da telekanalların günahıdır. Əgər dünənki uşağı hər gün efirə buraxıb, mənim kimi sənətkarı efirdən kənarda qoyursansa, o, istər-istəməz mənə yuxarıdan aşağı baxacaq. Türkiyədə türk sənət musiqiçiləri üçün dövlət ayrıca kanal açıb. "TRT-3" kanalında yalnız türk sənət musiqisi səsləndirilir. Mən elə bilirdim ki, Azərbaycanda Mədəniyyət Kanalı açılanda, xalqın sevdiyi müğənnilərə yer ayrılacaq...

Hər halda əvvəllər lap gənc idim, bir-iki iş görə bildim. İndi maşallah, uşaqlar da yekəliblər, onların evlənib ev-eşik yiyəsi olmaq vaxtları çatıb. Bu gün başım bir az bu işlərə qarışıb. Amma mənim sözüm hələ qurtarmayıb, vaxtı gələndə deyəcəyəm...

"Artıq ruhumun da saflaşmaq, rahatlanmaq məqamı çatıb"

- Nadir müəllim, "Toylar kralı" müsabiqəsində Manaf Ağayevə uduzdunuz... Ümumiyyətlə, bu müsabiqə ilə bağlı söz-söhbətlər indi də gedir. Orada iştirakçılara həqiqətən o qədər SMS gəlirdi, yoxsa fırıldaq-zad vardı?

- Belə yerdə hər şey ola bilər... Mən açıqlamasam da, siz, insanlar bu barədə artıq düzgün informasiyaya malikdirlər. Mən "Toylar kralı" müsabiqəsində Manaf Ağayevə qədər 2 dəfə duelə çıxdım. Birinci dəfə Elariz Məmmədoğluya qalib gəldim. O birisində də "Yeni sabah" ansamblına. Burada həqiqətən xalq sənətçiyə SMS göndərir, amma iştirakçılar da "tərləməli" olurlar. Əgər Manaf o qədər səs yığa bildisə, deməli yığa bildi...

- Bəs siz özünüz SMS-lərə xərc çəkdinizmi?

- Əvvəlki turlarda bir az xərcim çıxdı. Amma son görüşmədə bir qəpik də xərcləmədim.

- Deyirsiniz ki, o müsabiqədə iştirak etmək üçün SMS-lərə kifayət qədər pul xərclədiniz. Təbii ki, Manaf Ağayevin də kifayət qədər xərci çıxıb. Necə bilirsiniz, həmin pulu başqa məqsədlərə sərf etsəy-diniz, daha effektiv alınmazdımı? Misal üçün, kliplərin efirdə dolaşmasına və yaxud "ödənişli" verilişlərə... Çünki "ANS" telekanalı daha çox ictimai-siyasi verilişlərə istiqamətləndiyindən, xalq əyləncəli verilişlərə başqa kanallarda baxmağa öyrəşib...

- Əgər siz dediyiniz kimi etsəydim, xeyri lap çox olardı. Manaf həqiqətən bu işə əvvəlcədən prinsipiallıqla girişdi. Çox böyük zəhmət çəksə də, işin öhdəsindən layiqincə gəlməyi bacardı...

- Bu gün bir çox müğənni "Toylar kralı"nda iştirak edən sənətçiləri 2-ci, 3-cü kateqoriyaya aid edir...

- Bəli, bu müsabiqədə səviyyə cəhətdən aşağı müğənnilər də iştirak edirdi. Sözün düzü, heç bilmədim, orada iştirak etməyə necə razılaşdım. Bunu başa düşəndə isə artıq gec idi. Nə isə, keçmiş olsun, bir iş idi, yola verdik getdi. Hər kəsin öz yeri var, buna diqqət etməlidir...

- Bu gün hamı muğama üz tutur. Vaxtilə muğam sinfini bitirib estradaya üz tutanlar belə indi muğam oxumağa cəhd göstərirlər. Nədi-nədi, artıq muğam köhnəçilik əlaməti sayılmır, dövlətin qayğısındadır. Necə bilirsiniz, bu hal muğam sənətində qarışıqlıq yaratmaz ki?

- Bilirsinizmi, pop və ya estrada müğənnidən elə bir səs tələb etmir. Amma muğam oxumaq üçün xanəndəyə yüksək diapazonlu səs, boğaz, zəngulə lazımdır. Ona görə də hər kəs muğam oxuya bilməz. Narahat olmayın, kim ki, gücünü düzgün hesablamayıb bu yükün altına girmək istəsə, elə yükün altında qalacaq. Amma bununla yanaşı, onu da deyim ki, bu gün gənc xanəndələrimiz mənim çox ürəyimcədir. Bunların arasında Təyyar Bayramovun, İlkin Əhmədovun, Babək Niftəliyevin, Ehtiram Hüseynovun, Mirələm Mirələmovun adını xüsusilə qeyd etmək istəyirəm. Çünki bunların səsi məni çox rahatladır.

- Nədənsə müğənnilər telekanallardan şikayət edirlər, amma özləri konsert verməyə təşəbbüs göstərmirlər. Konsert verməyə sizə nə mane olur?

- Konsert efirə çıxmaqdan da çox ağır məsələdir. Çünki bu işdə böyük maliyyə dəstəyi lazımdır. Burada həm çoxlu pul xərcləməlisən, həm də ağır əziyyət çəkməli olursan. Hələlik bir konsert barədə düşünürəm, çünki bundan sonra mənim yeganə-yekun konsertim olacaq. Pərəstişkarlarım üçün vida konserti verib bu işdən uzaqlaşacağam. Düşünürəm ki, artıq bəsdir, bir az da başqa qayğılarım var. Mən ibadətlə məşğulam, ona görə də bu il ilahilərdən ibarət bir albom da buraxdırmağı planlaşdırıram. Artıq yavaş-yavaş bu tərəfə istiqamətimi yönləndirəcəyəm. Düşünürəm ki, artıq ruhumun da saflaşmaq, rahatlanmaq məqamı çatıb. Amma mən sufi musiqilər yox, Sami Yusif kimi ilahilər oxuyacağam. Çünki sufilik mənlik deyil.

- Ailədə sənət estafetini kimə verməyi düşünürsünüz?

- Düşünürəm ki, övladlarımdan sənətimi davam etdirəni olmadı. Kiçik oğlumun səsi vardı, amma o da utandı, nəsə oxumaq istəmədi. Neynək, yəqin ki, nəvələrimdən biri babası kimi müğənni olar. İnşallah, yaşayıb görərik...

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/54958.html

Link to comment
Share on other sites

Azərbaycan şou-biznesinin "Şrek"i: "...Səni yeyərəm!" - FOTO

25 IYUN 2011 [19:00] - MİLLİ.AZ

Şən xasiyyəti ilə tanınan Nurlan Əzizbəyli toylardan birində həyat yoldaşı və meneceri Nərmin xanımla bir yerdəydi.

Milli.Az xəbər portalı xəbər verir ki, Trend Life-nin fotokamerasını görəndə Əzizbəylilər ailəsi əsl drayv hiss edərək masanın üstündəki təamları sürətlə yeməyə başladılar. Onlar meyvələrə daha çox "divan"t tutdular. Görünür, "Azərbaycan şou-biznesinin Şreki" adlandırılması Nurlanın xoşuna gəlib.

Təbiətcə sakit olan Nərmin xanım ərini sakitləşdirməyə çalışsa da, bir nəticə hasil olub. Vəcdə gəlmiş Nurlan Əzizbəyli lətifələrə danışmağa başlayıb və masa arxasındakı qonaqları əyləndirib.

Bir qədər sonra isə o, masada meyvələrin qurtardığını görəndə üzünü arvadına çevirib: "Bəs indi nə yeyim? Bilirsən ki, ac qala bilmirəm! Belə getsə, səni yeyəcəyəm!"

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/54960.html

Link to comment
Share on other sites

Azərbaycanlı müğənni: “Zamiq özü bilər, niyə boşanıb, ailə qurub, mənə nə?!” - FOTO

28 IYUN 2011 [09:30] - MİLLİ.AZ

Müğənni Elşad Xose ilə Oksana cütlüyünə münasibət bildirdi

Müğənni və aparıcı Xəyalə Manaflının Milli.Az xəbər portalına müsahibəsi

- Aktyor və şoumen Qorxmaz Əlilinin təşkilatçılığı və aparıcılığı ilə “7-17” müsabiqəsindən bu günə kimi fəaliyyət göstərirsən. Bu gün özünlə həmyaşıdların arasında fərqi nədə görürsən?

- Artıq 20 ildir ki, şou-biznesdəyəm. Həmkarlarımda maddi imkana sahib olmağa, qalmaqala, gündəmdə qalmağa meyllilik daha çoxdur. Amma onlarda nə yoxdur? Onlarda illərin təcrübəsi, xüsusiylə, bəzilərinin sənətləri, bəzilərinin təhsili, şarmı, 20 illik sənət və efir təcrübəsi yoxdur. Fərq budur.

- Səhv etmirəmsə, müğənni və aparıcılq fəaliyyətindən başqa da, aktrisalıq fəaliyyətin də olub...

- Musiqili Komediya Teatrında 2 ay ərzində sınaq məşqlərinə getdim. Məni ora teatrın rəhbəri aktrisa, solist kimi dəvət etdi. Həmin vaxtda yay mövsümünə, teatrın məzuniyyət ərəfəsinə təsadüf etdiyi üçün o, mənə hələlik, teatr səhnəsinə alışana kimi xor kapellasında fəaliyyət göstərməyimi məsləhət gördü. Mən də bir neçə gün getdim. Amma sözün düzü, sentyabr ayında sənədlərimi təsdiq etməliydim ki, səhlənkarlığımdan getmədim. Əlbəttə, aktrisa fəaliyyətim, sənət həyatımda növbəti mərhələ ola bilər. Bəlkə nə vaxtsa fəaliyyət göstərəcəyəmsə, bu barədə indidən heç nə deyə bilmərəm.

- Şou-biznes inkişaf edir yoxsa...

- Kimsə deyir ki, artıq şou-biznes “pik” nöqtəsindədir, kimsə də deyir ki, inkişaf etməkdədir və yaxud da şou-biznes ilkin mərhələsini başlamayıb. Hərə bir tərz, bir fikir, bir obraz gətirir. İnkişaf barədə bir söz deyə bimərəm. Şou-biznes nə deməkdir? Sənət göstərirsən və ondan da gəlir əldə edirsən. Şou və biznes! Əslində, Azərbaycanda şou-biznes 1990-cı ildən “7-17” müsabiqəsi ilə başladı. Hansı ki, biz qaliblər - mən, İzzət Bağırov, Aynur Dadaşova, Nurlan Əzizbəyli, rəqqasələrimiz və başqaları. Qorxmaz Əlilinin şou komandası birgə konsertlərə gedirdik, pul qazanırdıq. Konsertlərdən sonra prodüserlər pulları iştirakçılar arasında bölüşdürürdülər və beləliklə də, şou-biznesin əvvəli 90-cı illərdən başlayır. Hazırda demək olmaz ki, şou-biznesimiz “pik” nöqtəsini yaşayır. Sadəcə olaraq, yaxşı, yaxud pis anlamda şou-biznesimiz irəliləyir, addımlayır.

- Şou-biznes əvvəl maraqlı idi yoxsa indi?

- Mənə görə, əvvəl daha maraqlı idi. Çünki hamı sənət üçün çalışırdı. Hal-hazırda isə bəziləri bir-birilərinin bəhsinə çalışırlar. Bu da şou-biznesin axsamasına səbəb olur. Hazırda sənət rəqabəti getmir, qalmaqal rəqabəti gedir. Rəqabəti bir-birilərinin arxasınca danışmaqda görürlər. O vaxtlar Aynur Dadaşova, İzzət Bağırov 3 mahnı öyrənirdilər, sabahı gün sevinə-sevinə gəlib, öyrəndikləri mahnını oxuyurdular. Məsələn, İzzət, İbrahim Tatlısəsin ən yeni mahnısını öyrənib, oxuyurdu. Nurlan Əzizbəyliyə şirin oğlan deyirdik, o da “şirin oğlan” sözünə səviyyəli mahnı tapırdı. Deməyim odur ki, hamı axtarışda idi. Aramızda sənət davası, rəqabəti gedirdi. İndi isə sənəti aşağı səviyyə salan iyrənc söhbətlər danışılır. Nə vaxtsa təmiz, ədalətli rəqabətin getməsini zaman göstərər. Amma bilmirəm, bu olacaq, ya yox?!

- Şou əhlinin ailə məsələləri də gündəmdən düşmür. Şou əhli hər kəsi maraqlandıracaq nə isə edirlər ki, gündəmdə qalsınlar. Bəs, bu barədə fikirin nədir?

- Ailə söz-söhbətləri təkcə şou-biznesdə deyil, cəmiyyət içərisində də baş verir. Amma şou-biznes haqqında danışırıqsa, təbii, bu sahə göz qabağında olduğundan hamı üçün maraqlıdır. Jurnalistlər də tanınmışların ailə vəziyyətlərini araşdırıb efirə çıxardırlar. Adamlar deyirlər ki, görüm, Zamiq niyə evləndi, niyə boşandı? Görüm, Ayazın xanımı necədir? Nə geyinib, nə geyinmir? Elnur xanımını göstərmir... toy hansı şadlıq sarayında oldu və s. Bu, yaxşı şey deyil. Düzdür, heç kim istəmir ki, öz ailəsi haqqında danışılsın. Amma şou-biznes olduğu üçün bu cür söz-söhbətlər qabardılır.

Təsir edən məqamları da var ki, bu da onların reklamı üçündür. Amma onlar üçün yaxşı, yaxud pis məqamların olmasının fərqi yoxdur.

- Bütün bunlara görə, bu mühitdə olmağından narahat deyilsən?

- Əlbəttə ki, mənə də təsir edir. Məndən soruşular: Bilmirsən, Zamiq niyə boşanıb? Deyirəm ki, bilmirəm. Düzünü desəm, o vaxtları Zamiqin boşanmasını bilmirdim. Zamiq özü bilər, niyə boşanıb, ailə qurub. Mənə nə?! Mənə maraqlıdır ki, öz işimi görüm, heç kimə badalağ vurmayım, heç kimin toyuğuna “kiş” deməyim. Qeybəti sevmirəm. Hamıya deyirəm, gəlin dost olaq!

- Hər kəsi dostluğa dəvət edirsən. Şou-biznesdə necə, yaxın dostların var?

- Şou-biznesdə çox yaxın dostlarım yoxdur. Ümumiyyətlə, şou-biznesdə hər kəslə münasibətim normaldır. Konfliktim yoxdur. Amma bir neçə qız və oğlan dostlarım var ki, onlara ürəyimin sirrini deyə bilirəm, onların tənqidi qəbul edirəm.

- Reper Elşad Xose ilə rəqqasə Oksana Rəsulova da bir zaman dost idilər. Amma dünən dost olan cütlük, bu gün sevgilidirlər. Üstəlik, ailə qurmağa da hazırlaşırlar. Sənin, necə dostların arasında sevdiyin şəxs varmı?

- Onların dostluğuna da, sevgili olmaqlarına da çox sevindim. Təki, gözə gəlməsinlər, dedi-qodudan uzaq olsunlar, öz çərçivələri daxilində yaşasınlar. Bunu tək onlar üçün deyil, hamının ailəsi üçün arzulayıram.

İnanmıram ki, dostlarım arasında sevgilim olsun. Dostlarımı çox istəyirəm və onları dost olaraq görürəm. Düzdür, bəzən deyirlər ki, oğlanla qız arasında dostluq münasibətinin sonu ya evliliyə, ya da ki düşmənçiliyə gətirib çıxarır. Şükür Allaha, təmənnasız, səmimi, sadiq dostlarım var.

- 26 yaşın var, ailə qurmaq fikirin yoxdu?

- Hal-hazırda bu haqda fikirləşmirəm. Təbii ki, mən də bir nənənin, babanın nəvəsiyəm. Atanın, ananın övladıyam. Onlar da mənim toyumu görmək istəyirlər. Ancaq həyat yoldaşı axtarmaqla ailə qurulmur. Məcburi evlilik yoxdur. Allah qismət edərsə, sabah elə bir insan qarşıma çıxar, onu bəyənərəm, ailə quraram. Hazırda elə bir şəxs də, fikir də yoxdur.

- Repper Uranla, “Klan-A-Plan” qrupundan Ramillə, aparıcı Cavidlə duetlərin var ki, yaxın günlərdə geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Amma bu duetlərdən sonra haqqınızda birmənalı fikirlər səslənməyəcək...

- Uran dostum, qardaşımdır. Onun mənə xanım hörməti var.

Ramil isə evlidir. İki övladı var. Ailəsini də tanıyıram. Allah, xoşbəxt etsin! Hətta, Ramil zarafatca deyir ki, gözlə oğlum böyüsün, səni ona alacağam (gülür). Sənin qayınatan olacağam.

Cavid mənə sevdiyi, xoşuna gələn xanımdan, içindəki üsyandan danışa biləcək insandır. Onunla səmimi münasibətimiz var. Hər birinə simpatiyam var, amma onun sevgiyə çevriləcəyini bilmirəm. Bunu da zaman göstərər.

Fuad Mədətov

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/54981.html

Link to comment
Share on other sites

FİFA Azərbaycan və Ermənistan yığmaları ilə bağlı qərar qəbul etdi

28 IYUN 2011 [10:19] - MİLLİ.AZ

FİFA 2014-cü ildə Azərbaycan və Ermənistan milli komandaları ilə bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumu bu iki yığmanı DÇ-2014-də ayrı-ayrı qruplara salmağı məqsədəuyğun sayıb. Rusiya və Gürcüstan yığmaları da həmin məsul yarışda bir qrupa düşməyəcəklər. FİFA bunu ölkələr arasında siyasi vəziyyətlə əlaqədar UEFA-nın xahişi əsasında qəbul edib. UEFA FİFA-ya bu istəklə bağlı müraciət edən yeganə qitə qurumudur. DÇ-2014-ün final mərhələsi Braziliyada keçiriləcək. Bu turnirin seçmə mərhələsinin püşkü bu ilin iyulun 30-da Rio-de-Janeyroda atılacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan milli komandaları AÇ-2008-in seçmə mərhələsində bir qrupa düşsələr də, UEFA görüşlərin məkanını onlarla razılaşdıra bilmədiyindən, oyunları ləğv etdi. Bundan sonrakı seçmə mərhələlərdə onları bir qrupa salmamaq qərara alındı.

Milli.Az

URL: http://www.milli.az/news/sport/55238.html

Link to comment
Share on other sites

TQDK məzunlara xəbərdarlıq edib

28 IYUN 2011 [11:13] - MİLLİ.AZ

Bu il Azərbaycanda buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək attestat alan 54 400 abituriyentin Sənəd Qəbulu Komissiyasında attestat məlumatlarını təsdiqlətmələrinə ehtiyac olmayacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair məlumat bazası artıq komissiyaya təqdim olunub.

Bu məlumatlar əsasında 2011-ci ildə orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları Komissiya tərəfindən onların elektron ərizələrinə daxil edilib.

Mərkəzləşdirilmiş buraxılış imtahanlarına cəlb olunmayan, elektron ərizə doldurarkən şagird kodunu yanlış qeyd edən və ya ümumiyyətlə qeyd etməyən abituriyentlər SQK-da attestat məlumatlarını təsdiqlətməli olacaqlar. Belə abituriyentlərin sayı təxminən 6300 nəfərdir.

Həmin abituriyentlərin imtahana buraxılış vərəqələri saytda yerləşdirilməyəcək və onlar iş nömrələrini və şifrlərini həmin səhifəyə daxil etdikdə ekranda bu barədə xəbərdarlıq elanı görünəcək.

Həmin abituriyentlər attestatlarını elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasına təqdim edib attestat məlumatlarını təsdiqlətdikdən sonra “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər.

Milli.Az

URL: http://www.milli.az/news/society/55258.html

Link to comment
Share on other sites

“Azəri Top Model" müsabiqəsini tərk edən model işlə təmin olundu - FOTOSESSİYA

28 IYUN 2011 [11:56] - MİLLİ.AZ

Getdikcə iştirakçılar arasında rəqabət qızışır

Dünən 20 model xanımın iştirakı ilə “Azəri Top Model" müsabiqəsi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 20 model xanım podiuma təşrif buyuraraq, modelyer Günel Behbudovanın geyim kolleksiyasını nümayiş etdirdilər. Lirik instrumental musiqinin müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.

Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.

Bundan başqa, F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, “Pasaj” jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, geyim üzrə stilist Aygün xanımla yanaşı, bu dəfəki verilişdə müğənni və model Züleyxa Akçurina və müğənni İlqar Muradov da münsiflər heyətini təmsil edirdilər.

Nəzərinizə çatdıraq ki, müsabiqə zamanı həyəcanlı görünən model xanımların çəkiliş zamanı podiumda büdrəmələri və sıranı pozmaları diqqətdən yayınmırdı.

Onu da qeyd edək ki, müsabiqədə müğənni Zamiq və Əbdülxalid də iştirak edirdilər.

Müsabiqənin sonunda həftə boyu model xanımların fotosseiyası təqdim olundu. Fotosessiyaya münasibət bildirən münsiflər heyəti nəticədə Leyla Əliyevanı ən yaxşı fotouyğunluğa görə “Yves Roche” şirkətindən olan hədiyyə ilə qiymətləndirdilər.

Daha sonra SMS nəitəciləri açıqlandı. Həftənin birincisi model Olqa Arsentyeva və müsabiqəni tərk edən model Aida İsmayılova oldu. Münsiflər model Aida İsmayılovanın müsabiqəni tərk etməsinə təəssüfləndilər. Stilist Syama Aidanı rəhbərlik etdiyi “Venera” moda agentliyinə model kimi çalışmağa dəvət etdi.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da “Lider” televiziyasında keçirilir. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsilə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda, müxtəlif geyimlərdə modellərin fotosessiyaları, rəngarəng görüntüləri olacaq.

Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

"Azəri Top Model" iştirakçılarının siyahısı:

Ramazanova Nərminə

Nəzərova Qərənfil

Rəcəbova Samirə

Əliyeva Çinarə

Rzayeva Təranə

Əlizadə Ləman

Klimova Yuliya

Eyyubova Diana

Abdullayeva Naida

Allahverdiyeva Sabina

Kustamova Elvira

Rizayeva Oksana

Şevçenko Aleksandra

Arsentyeva Olqa

Əliyeva Leyla

Cavadova Sabina

Cəfərova Maya

Həsənova Xana

Əbilova Gülnar

İsmayılova Aidə

Fuad Mədətov

Milli.Az

Foto: Vüsal Verdiyev

URL: http://www.milli.az/news/showbiz/55260.html

Link to comment
Share on other sites

Müğənni Zamiq niyə tənhadır?

28 IYUN 2011 [12:08] - MİLLİ.AZ

Populyar müğənni Zamiqin ürəyi boşdur.

Milli.Az xəbər portalının məlumatına görə, o, bunu Day.Az saytına müsahibəsində bildirib. «Heç kimlə görüşmürəm və heç kimi sevmirəm. Ürəyim boşdur. Hələ ki kimsə oraya çata bilməyib», - deyə ifaçı qeyd edib.

Zamiq bildirib ki, hər kəs kimi, o da bəzən özünü tənha hiss edir: «Bəzən hər kəsdən bezirəm. Hamıdan gizlənmək istəyirəm ki, məni heç kim tapa bilməsin. Amma yaxşı ki, bu, bir neçə dəqiqə davam edir və yenidən əvvəlki həyatıma qayıdıram».

Yaradıcılığı haqda da danışan müğənni hazırda çoxlu layihələr üzərində işlədiyini söyləyib. O, 2 albom buraxmağa hazırlaşır: «Onlardan birində yalnız retro mahnılar, digərində yeni mahnılarım yer alacaq». Zamiq qarşıdakı vaxtlarda 3 klip çəkdirəcəyini də söyləyib.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/55254.html

Link to comment
Share on other sites

Aygün Kazımova Rəqsanədən borcunu tələb edir

28 IYUN 2011 [12:22] - MİLLİ.AZ

Gözlənildiyi kimi, xalq artisti Aygün Kazımova həmkarı Rəqsanə İsmayılovanın onun haqqında fikirlərini cavabsız qoymayıb.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, A.Kazımova deyib: «Mən bilmirdim ki, Rəqsanənin belə zəngin dostları var. İndi ona yeni hesab təqdim etməli olacağam. Qoy dostlarının hesabına deyil, özü ödəniş etsin. Ötən dəfədən onun mənə 24 manat borcu qalmışdı. Bu borcu silmək fikrində idim. Amma onun səsləndirdiyi sözlərdən sonra fikrimi dəyişdim».

Xatırladaq ki, Rəqsanə qızının ad günündə Aygün Kazımovanın ifasının ona «dostlarının hədiyyəsi» olduğunu bildirmişdi.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/55282.html

Link to comment
Share on other sites

Röya son mahnısına klip çəkdirdi

29 IYUN 2011 [11:06] - MİLLİ.AZ

Müğənni Röya "Sənə görə" mahnısına klip çəkdirdi.

ATV kanalının ”Onlar” verilişinə müsahibə verən Röya Tarkanın son albomunun ən hit mahnısı olan “Öp” klipinin operatorunun və işıqçısının məhz ona görə Bakıya gəldiyini açıqlayıb.

Milli.Az xəbər portalının məlumatına görə, klipdə süjet xəttinin olmadığını söyləyən Röya klipi 12 illik dostu olan rejissor Rəna Qulamovaya həvalə edib. Hər zaman özündən narazı qalan müğənni bu dəfə özünü klipdə tamamilə bəyənib. YouTube-da ən çox dinlənilən və izlənilən bu mahnı elə bu saytda da rekord vurub.

Yaxşı mahnının heç vaxt ölməyəcəyini söyləyən müğənni bu mahnının ömürlük hit olacağını da bildirib. Müğənni onu da qeyd edib ki, klip bahalıdır.

Emiliya

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/55464.html

Link to comment
Share on other sites

Məşhur azərbaycanlı teleaparıcı: "...Onlardan biri mənə toxunsa, qışqırığım aləmi götürər" - FOTO

29 IYUN 2011 [10:00] - MİLLİ.AZ

"Mənə desələr ki, “Eurovision”da salto vur, onu da edərəm"

İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Hüsniyə Məhərrəmovanın Milli.Az xəbər portalına müsahibəsi.

- Həyatınızda alınmayan məsələlər çox olub?

- Əslində, bu günə qədər nə istəmişəmsə, həyata keçib. Ola bilsin ki, gecikir - amma yerinə yetir. Ümumiyyətlə, həyatımda təkrarlanan heç nə yoxdur.

- Adınız qeyri-adi aparıcılar arasında birincidir...

- Qeyri-adi sözü mənim üçün dünyada ən böyük tərifdir. “Sən çox gözəlsən. Gözlərin qəşəngdir” kimi sözlər belə mənə o “qeyri-adi” sözü əvəz edə bilməz. Hər zaman düşünmüşəm ki, insan qeyri-adi və individuallığı ilə seçilməlidir. Əgər digərlərdən fərqlənirəmsə, bu, mənim üçün böyük bir şeydir. Heç vaxt şablon olub, kiməsə bənzəmək istəməmişəm. Kütlədən seçilmək mənim üçün önəmli olub. Əgər məni elə bir aparıcı sayırlarsa, bu mənim uğurumdur.

- Yadımdadır, siz Murad Ariflə “Qaraj” verilişini aparanda bir çox stereotipləri qırmışdınız. Fikrimcə, qeyri-adi aparıcı adını elə o vaxtdan aldınız.

- “Qaraj”dan çox danışırdılar. Ümumiyyətlə, o, çox inqilabi bir veriliş idi. O zaman gənclər üçün verilişlərdə boşluq var idi. O boşluğu biz doldura bildik. Əslində, özümüzə uyğun bir veriliş etdik. Alternativ musiqiyə önəm verirdik. Deyirdilər ki, çox uğursuz olacaq. Amma sonda çox uğurlu alındı. Onda ən çox mənim saç düzümüm müzakirə olunurdu. Ümumiyyətlə, saç düzümüm hər zaman müzakirə obyektinə çevrilib. Nədənsə mənim saçlarım hər zaman insanlara çox maraqlı gəlib.

Əslində burda qeyri-adi heç nə yoxdur. Saçlarım bir qırağa, danışıq tərzim də hər kəsə təəccüblü gəlirdi. Jestlərlə çox danışırdım. Aparıcı olan zaman çox emosional oluram. Düşünmürəm ki, möhtəşəm nəsə etmişəm ki, insanlar mənə qeyri-adi gözlə baxırlar. Sadəcə məndən hər zaman danışıblar. Bilmirəm yaxşı ya da pis...

- Bir də deyirlər ki, Hüsniyə çox cəsarətli xanımdır.

- Düz deyirlər. Amma hərdən məni də saxlayan bəzi məqamlar olur. Düzünü desəm, mən bu mühitdə cəsarətliyəm. Əslində həyatda o qədər də cəsarətli addım atmamışam. Hər zaman düşünmüşəm ki, bizim cəmiyyət bir az passivdir. Deyəsən, insanlar yeniliklərə addım atmaqdan çox çəkinirlər. Bəlkə də belə insanlar arasında cəsarətli görsənirəm. Adi bir məqam - insanlar saçımı bu cür qısa kəsdirməyimə də cəsarətli addım kimi baxırlar. Amma vaxtlar olub ki, az qala başımı keçəl etmişəm. İnsanlar saçlarıma təəccüblənirlər, mən isə onların mənə təəccüblənməyinə. Mən səhnədə qorxmuram və çəkindiyim heç nə yoxdur. Mənə desələr ki, “Eurovision”da salto vur, onu da edərəm.

"...Etiraf edim ki, çox qeyri-stabil insanam"

- Amma məncə Hüsniyənin efirdəki obrazı ilə daxili aləmi düz gəlmir. Deyəsən, təbiyyətcə çox sakitsiniz.

- Əslində mən elə olduğum kimiyəm. Amma efirə çıxmadan öncə çoxlu enerji yığıram. Amma həyatda daha az danışmağa üstünlük verirəm. Susmağıma baxmayaraq, həyatda çox enerjili və emosionalam. Ancaq olduğum yığıncaqlarda hər kəs mənə təəccüblə baxırdı. Çox tez-tez danışıram və emosional çıxış edirəm. Məndə kompleks yoxdur. Ürəyim istəsə, küçədə gəzən zaman oxuya da bilərəm. Bir dəfə də qardaşım məni danlamışdı ki, heç küçədə də adam oxuyar?! Lakin uşaqlıqdan çox sakit olmuşam. Elə bir gün olurdu ki, heç bir kəlmə belə danışmaram. Danışmaq istəmədiyim vaxtlar çox olub.

İndi müəllimlərimin bəziləri mənə baxanda deyir ki, bu qız niyə bu qədər danışır. Dərslərdə, məktəbdə çox sakit olmuşam. Ancaq mütləq vurğulamalıyam ki, mənim də müəllimlərim iki yerə bölünür. Bir qismi mənim sakit, digər isə əksinə, səs-küylü uşaq olduğumu qeyd edirlər. Hərdən isə iki müəllim üz-üzə gəlirdi. Biri mənim sakit, digəri isə əksinə, çox dəcəl olduğumu deyirdilər. Etiraf edim ki, çox qeyri-stabil insanam. Əhvalım gün ərzində 75 dəfə dəyişə bilər. Hərdən çox sakit oluram, hərdən isə lap coşuram. Bürcüm tərəzidir. Deyirlər, məhz tərəzi hər zaman dəqiq olur. Ancaq belə deyiləm. Ya əvalım çox yüksək olur, yada əksinə.

- Mənim fikrimcə, Hüsniyənin öz dünyası var. Ora hər kəs daxil ola bilmir.

- Düzdür. Mən kənardan o öz dünyası olan insanlara baxanda, yaxşı mənada gülürəm. Ancaq sonra fikirləşirəm ki, mənə də gülürlər?! Mənə tez-tez deyirlər ki, göylərdə uçursan. Xəyallarda uçmağı çox sevirəm. Maşın sürmürəm və yəqin heç vaxtda sürməyəcəm. Çünki özümə inanmıram. Bilirəm ki, sükan arxasında olan zaman fikirlərim yenə harasa uçacaq və Allah eləməsin, qəza baş verər. Çox hərdəmxəyal insanam, özümə heç güvənmirəm.

- Ancaq kənardan özünə çox inanan xanıma bənzəyirsiniz. Yəni Hüsniyə üçün alına bilməyəcək heç nə yoxdur.

- Bəlkə də yoxdur. Mən çox gözəl avtomobil idarə edirəm. Ancaq məhz bu xüsusiyyətimə görə, sürmürəm. Cəsarət etmirəm. İşdə isə başqa cürəyəm. Təklif gələndə maraqlıdırsa, razılaşıram. Onu bacarmayacam deyə düşünmürəm. Öhdəsindən də gəlirəm. Deyirəm, “canın çıxar, edərsən”. Çox məsuliyyətli bir insanam. Özüm cəhənnəm, başqasına xələl gətirməkdən qorxuram.

- Hüsniyənin edə bilməyəcəyi nəyisə var?

- Hüsniyə heç vaxt ac qala bilməz. Ancaq istədiyim hər bir şeyi edə bilərəm. Tərs damarım tutsa, mütləq istəyimə çatacağam. Anam hər zaman deyirdi ki, aclıq olsa, qızım birinci öləcək. Nəyisə edə bilməsəm, bunu özümə bağışlamaram. İşimdə qlobal da olmasa, çətinliklər olub. Amma hər işin öhdəsindən gələ bilmişəm. Düşünürəm ki, həyatda hər bir işin öhdəsindən gələ bilərəm.

- Görəsən, Hüsniyə nədən qorxur?

- Dünyadan ən çox qorxduğum həşəratlardır. Əslində, uşaqlıqdan qorxaq olmamışam. Yırtıcı heyvanlrdan qorxmuram. İlanı isə hətta sevirəm. Ancaq uzun illərdir başa düşmürəm ki, bu balaca yırtıcı heyvanlardan niyə qorxuram. Bəlkə onlardan iyrənirəm. Onlardan biri mənə toxunsa, biabır olaram. Qışqırığım aləmi götürər.

- Kimsə deyə bilər ki, “Hüsniyə həyasızdır”?

- Yox, heç vaxt. Hələ mən indi bir az açılmışam. Ancaq hər zaman öz mənafeyimi qorumuşam. Əvvəllər güzəştə gedə bilirdim. İndi isə elə deyiləm. Öz mənafeyimi qoruya bilirəm. Ancaq heç vaxt həyasızlıq etmərəm. Onu özümə rəva bilmərəm. Fikrimcə xanımın həyasız olmağı büyük biabırcılıqdır. Hətta söyüşə bərabərdir. Onu heç vaxt özümə yaraşdırmaram.

- Amma deyirlər, bu sahədə bir az həyasız olmalısan ki, nələrəsə nail olasan.

- Həyasız deməzdim, iddialı olmalısan. Gərək möhkəm xasiyyətin olsun. Əslində mən güclü insan deyiləm, ona bənzəyirəm. Mənim də zəif cəhətlərim var. Ancaq evdəkilər mənə çox şeylərdə kömək edirlər. Xüsusi ilə də anam. O mənə çox dəstək olur.

"Niyə kimlərisə aldatmalıyam?!"

- “Hüsniyə qeyri-səmimi aparıcıdır” ifadəsinə rast gəlmisiniz?

- Sözün düzü, bunu ilk dəfədir sizdən eşidirəm. Hər insanın xoşuna gələ bilmərəm. Uşaqlar tanıyıram ki, tənqidi çox normal qəbul edirlər. Mənim qeyri-səmimi olmağım yanlışdır. Acığın desəm, hərdən məni tərifləyəndə sevinirəm. Əgər səmimiyəmsə, səmimiyəm - deyiləmsə, demək, belə deyiləm də. Niyə kimlərisə aldatmalıyam?! Məndə artistlik alınmır. Özüm olmağa çalışıram. İnsanların nə deməsi o qədər də önəmli deyil. Əsas odur ki, özüm özüm haqda nə düşünürəm. Fikrimcə insan etdiyi hərəkətin yaxşı olub-olmadığını özü düşünməlidir. Bəlkə də insan elə düşünür ki, pis hərəkət etdi, amma onu heç kim görmədisə, hər şey yaxşıdır. Ancaq bu fikirlə yaşaya bilmərəm. Mənə isə elə gəlir ki, səmimiyəm.

- Bununla yanaşı deyirlər ki, gülüşləriniz sünidir.

- Yox, bax, bunu yalan deyirlər. Aparıcı efirə çıxmadan öncə necə danışacağını məşq edirsə, özümü daha az gülməyə hazır edirəm. Həddən artıq çox gülürəm. Bu isə qeyri-səmimiyyət deyil. Əksinə, səmimiyəm ki, bu qədər gülə bilirəm. Düzdür, yalandan gülən insanlar var ki, onları seçmək olur. Ancaq məndə o gülüşlər yoxdur. Baxmayaq ki, uşaq vaxtımdan aktyor olmaq istəmişəm və ən böyük arzum Hollivudda filmə çəkilmək olub. Amma buna baxmayarq mən heç vaxt efirdə aktyorluq etməmişəm. Gülüşüm heç vaxt süni ola bilməz. Heç vaxt yalandan gülüb-ağlaya bilmərəm.

- Efirə görə sizinlə dostluq etmək istəyən müğənnilər olubmu?

- Bəlkə də var, ancaq mən rast gəlməmişəm. Əgər müğənni belə edirsə, bu onun ən mənfi cəhəti ola bilər. Görün, o nə dərəcədə əskik bir müğənnidir ki, efirə görə aparıcı ilə dostluq edir. Ancaq bəziləri var ki, özlərinə “avtoritet” qazanmaq üçün müğənnilər oturub-dururlar. Belə insanlar televiziya sayəsində az deyir. Şükür Allaha, onların sırasına daxil deyiləm. Heç bir şou-biznes nümayəndəsinin xətrinə dəymək istəmirəm. Amma televiziyaya gəlməmişdən öncə heç çoxunu tanırdım. Çünki heç kimə qulaq asmırdım. Indi sadəcə onu deyə bilərəm ki, hər kəslə münasibətim yaxşıdır. Amma heç kimlə dostluq etmirəm.

- Siz hər kəsdən çəkilib elə ustalıqla kənarda dayamısınız ki, sanki nəyəsə bulaşmaqdan qorxursunuz.

- Yox, çəkinəcəyim heç nə yoxdur. Bulaşacağım isə ola bilməz. Çünki hər addımıma fikir verən insanam. Heç vaxt çirkaba bulaşmaram. Başım var və olanları real qəbul edə bilirəm. Sadəcə, dostum çoxdur deyənləri başa düşmürəm. Axı necə hər insanla dostuq etmək olar?! Tanışlarım çoxdur. Ancaq əsil dostum çox azdır, hətta bir nəfərdir. Ailəm və yoldaşımdan sonra bir nəfər Vüqar adlı dostum var. Ümumiyyətlə, əks cinslə dostuğum daha çox tutur, nəyinki həmcinslə.

- Bəlkə bir az da həyat yoldaşınızdan söz açaq?

- Oy, nə qədər istəyirsiniz (gülür). Onun haqqında günlərdə dayanmadan danışmağa razı olaram. Hər zaman fikirləşirdim ki, görəsən yoldaşım necə bir insan olacaq. Deyirdim ki, o, mütləq qeyri-adi biri olmalıdır. Hər kəs kimi olan insanla yola getməzdim.

Onu tanıyandan sonra gördüm ki, o, həddindən artıq qeyri-adidir. Onu tanıdıqca düşünürdüm ki, görəsən, mən bununla yola gedəcəm, ona maraqlı gələcəm? Çünki o həddindən artıq qeyri-adi, ağıllı, intelektual səviyəli və erotik bir adamdır. Biz 3 ildir ailəliki və mən hər gün ona aşıq oluram. Subay vaxtı çox qorxurdum və düşünürdüm ki, çətin ailə quram. Çünki mən insanlardan tez yoruluram. Deyirdim ki, ailə qurduqdan bir sonra mən ondan bezəcəm. İndi görürəm ki, yox, bu insandan doymuram. 3 ildir ki, ona daimi aşiq oluram. İnsanlar adətən tanış təzə tanış olub, aşiq olan dövrdə xoşbəxt olurlar, göylərdə uçurlar. Mən isə hər zaman bu haldayam. O, çox qeyri-adi, səmimi, mehriban və gözəl insandır. Bəlkədə o bu dünyada yeganə insandır o da mənə qismət olub. Bu isə yenə də qeyri-adiliyimdən xəbər verir.

- Bəzilərinə sizin ailəli olmağınız da özünüz kimi qeyri-adi gəlir.

- Bəli, özümdə bunu hiss etmişəm. Hələ bəzi insanlar eşidəndə ki, dadlı yeməklər də bişirirəm, onda ümumiyyətlə, şoka düşürlər. Hər zaman düşünmüşəm ki, o mənim üçün böyük hədiyədir. Adətən xanımlar kişilərə bir az naz edirlər, amma onun təklifini düşünmədən qəbul etdim. Hətta ona cavabımı yazanda çoxlu sayda nida işarəsi qoydum ki, birdən fikrini dəyişər. Sonra belə adamı nə vaxt taparam!

"İndi Allah qoysa, planlaşdırırıq..."

- Səhv etmirəmsə, uşağınız yoxdur.

- Bəli, yoxdur. Çünki buna vaxtımız yoxdur. Ailə həyatını müxtəlif səbəblərdən qururlar. Kimisi sadəcə ailəsi olsun deyə, kimisi valideynlərin istəyi ilə ailə qururlar. Biz isə ailəni biri-birimizi dəlicəsinə sevdiyimiz üçün qurduq. İndi düşünürük ki, uşağımız olsa, özümüzə vaxt ayıra bilməyəcəyik. Ona görə qərara aldıq ki, bir necə il özümüz üçün yaşayaq və bu sınaq dövrünü keçək. İndi Allah qoysa, planlaşdırırıq. Bu “Eurovision”da yola verək, mütləq olacaq (gülək).

- Diyəsən yoldaşınız rok musiqisi ilə sıx əlaqədədir.

- O rok musiqiçidir. Bir zamanlar Azərbaycanın ən məşhur rok qrupunun üzvü idi. Rok mənim də sevdiyim janrdır.

- Hüsniyə nə vaxtsa rok ifa edə bilər?

- Əslində, nə vaxtsa müğənni də olmaq istəmişəm. Düzünü desəm, uşaqlıqdan bir çox peşəyə sahib olmaq istəmişəm. Kosmonavt, aktyor, şərqşunas da olmaq arzusunda idim. Eksperiment da edib, balaca bir rok qrupu yaratmışdıq.

- Bu dəqiqə hər kəsi maraqlandıran bir məsələ var. Görəsən, “Eurovision”nun aparıcısı Hüsniyə olacaq?

- Bu hələ deyilməyib. Amma mən aparsam çox sevinərəm. İlk dəfə Heydər Əliyev adına İdman Konsert kompleksində o möhtəşəm finalı məhz mən aparmışdım. Bu ildə müsabiqəni mən aparsam, buna gözəl bir sonluq olar. Ancaq mən aparmasam, buna çox anlamlı yanaşaram. Ancaq hazırda “Eurovision” üzərində peşəkar bir komanda çalışır. Onlar məsləhət gördükləri insan pis olmaz. Hərdən insanlar elə düşünür ki, bu mənim üçün həyat əhəmiyyətli bir məsələdir. Amma bu belə deyil. Karyeram üçün böyük uğur olar.

- Ancaq mənə elə gəlir ki, içinizdə böyük bir əminlik var ki, bu müsabiqəni məhz siz aparacaqsınız?

- Xeyir, yoxdur. Əminlik o vaxt yarana bilər ki, mənə təklif edələr və ya namizədlər arasında adım olar.

- Bəs həmkarınız Leyla aparsa, nə baş verər?

- Heç nə. Biz əzəl gündən birgə çalışmışıq. Bəlkə də kənardaki aparıcının seçilməsindənsə, Leyla olsa daha yaxşı olar.

- İlk ildən etibarən “Eurovison”un aparıcı məhz siz və Leyla olub. Aranızda rəqabət yaranmayıb ki?

- Yox. Əksinə olub ki, məndə çıxmaq alınmayıb, işim olub. Ondan xahiş etmişəm, əvəzimə çıxıb. Bizim dost münsibətlərimiz var. Belə şeyləri fikirləşməyi özümə sığışdırmıram.

"Əslində gec başlayıblar öyrənməyə..."

- Bu dəqiqə bir çoxları ingilis dilini öyrənməyə can atırlar ki, aparıcı məhz onlar olsun.

- Sevindici haldır ki, onlar heç olmasa indi öyrənməyə başlayıblar. Çünki apacılar savadlı və dil bilən olmalıdır. Niyə başqa verilişlər aparıram?! Çünki mənim sahəm musiqidir. Bilirəm ki, məndən sonra gələndən az yox, çox biləcəm. Hazırda ingilis dili dünyada ikinci bir dil hesab olunur. Onu bilmək mütləqdir. Əslində gec başlayıblar öyrənməyə. Ancaq sevinmək lazımdır ki, heç olmasa başlayıblar.

- Xəbər dolaşır ki, “Eurovision”u öncəki təmsilçilər apara bilər.

- Maraqlı fikirdir. Mən də bunu təklif etmişəm. Təmsilçilərimiz hər zaman maraqlı və diqqət mərkəzində olublar. Düşünürəm ki, tanınmış insanın aparmağındansa, təmsilçilərimiz daha maraqlı olar.

- Maraqlıdır, 4 təmsilçidən kim ola bilər?

- Fikrimcə, onlardan hər biri ola bilər. Elnur və Samir superdilər, onları çox sevirəm. Aysel, ümumiyyətlə “Eurovision” tarixinin ən gözəl ifaçısı olub. Gəl, aparmasın. Səfurə həmçinin xarici görünüşü də var, ingilis dilini də gözəl bilir. Səhnəni hiss edən xanımdır. Nigarla Eldar isə qalibdirlər.

- Bu il Azərbaycanı kim təmsil edə bilər?

- İstedadlı uşaqlarımız çoxdur. Elə İlhamə Qasımova, Azad Şabanov, Sabina Babayeva, Orxan İsrafilov, Nurlan Növrəsli, Çingiz Mustafayev - çoxdur istedadlı uşaqlar.

- Bəs yerli şou-biznesdən kim ola bilər?

- Gedə biləcək müğənnilərimiz çoxdur. Amma onlar özləri buna can atmalıdırlar. Di gəl, nədənsə çəkinirlər. Bəlkə də qorxurlar. Axı Azərbaycanda sevilən bir müğənni gedib orada uğur qazana bilməsə, narahat olar. Məsələn, Aygün Kazımova gedə bilər. Çox parlaq bir sima ola bilər. Eləcə də Röya. Bu xanımlar uğur əldə edə bilərlər. Düzdür, xarici dili bilmək daha yaxşı olar. Ancaq bilməyən biri seçilsə, öyrənə də bilər. Düzdür, gənclər getsə, daha yaxşı olar.

Mələk

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/55407.html

Link to comment
Share on other sites

Azərbaycan müğənnilərinin yeni toy qiymətləri - SİYAHI

29 IYUN 2011 [10:31] - MİLLİ.AZ

Son günlər Azərbaycan müğənnilərinin toy qiymətləri mətbuatda müzakirə edilən əsas mövzulardan birinə çevrilib.

Milli.Az xəbər portalı Day.Az saytına istinadən ifaçıların son toy qiymətlərini təqdim edir. Müştərinin ifaçılardan hər hansının yaxını, tanışı olacağı təqdirdə, «aşağı yeri» də var.

Qiymətlər manatla göstərilib.

Bütün toy:

Faiq Ağayev - 15 000

Brilliant Dadaşova – 12 000

Abbas Bağırov - 10 000

Xumar Qədimova – 8 000

Samir Piriyev - 7 000

Nadir Qafarzadə - 7 000

Elton - 7 000

Nazpəri Dostəliyeva – 7 000

Vasif Məhərrəmli - 6 000

Könül Kərimova – 6 000

Xatirə İslam – 6 000

Könül Xasıyeva – 6000

Ayaz Qasımov – 5 000

Nüşabə Ələskərli – 5 000

Xuraman Şuşalı – 4 500

Rəqsanə – 4 500

"Şeron" qrupu (Ülvi) – 4 500

Mətanət İskəndərli – 4 500

"Şeron" qrupu (Rüstəm) – 4 500

Faytonçu Nazim – 4 000

İzzət Bağırov – 4 000

Üzeyir Mehdizadə – 4 000

Ruhəngiz Allahverdiyeva – 3 000

Əlikram Bayramov – 3 000

Manaf Ağaev – 3 000

Əflatun Qubadov – 3 000

Mənzurə Musayeva – 3 000

Nazənin – 3 000

Elariz – 3 000

Səməd Səmədov – 2 500

Kamran Həsənli – 2 000

Yarım saat:

Röya – 5 000

Brilliant Dadaşova – 4 000

Aygün Kazımova – 4 000

Namiq Qaraçuxurlu – 3 000

Elnur – 3 000

Xumar Qədimova – 2 500

Manana – 2 500

Ədalət Şükürov – 2 500

Nadir Qafarzadə – 2 000

Eyyub Yaqubov – 2 000

İlqar Muradov – 2 000

Nazpəri Dostəliyeva – 2 000

Xatirə İslam – 2 000

İzzət Bağırov – 1 500

Aygün Bəylər – 1 000

Üzeyir Mehtizadə – 1 000

Ruhəngiz Allahverdiyeva – 1 000

Könül Xasıyeva – 1 000

Meyxanaçı Vüqar – 800

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/55439.html

Link to comment
Share on other sites

Bakının avtomobil bazarında son qiymətlər - SİYAHI

29 IYUN 2011 [10:50] - MİLLİ.AZ

Milli.Az xəbər portalı Day.Az saytına istinadən Bakının maşın bazarında avtomobillərin son qiymətlərini təqdim edir.

Milli.Az

Avtomobilin markası

Buraxılış ili

Qiyməti

1

Mercedes (C 200)

2001

13500 $

2

Mercedes (C 220)

2000

12000 $

3

Mercedes ( C 240)

1999

12500 $

4

Mercedes (E 220)

2001

14000 $

5

Mercedes (E 270)

2000

14500 $

6

Mercedes (ML350)

2007

45000 $

7

VAZ (2107)

2004

4200 $

8

VAZ (2106)

1987

2000 $

9

VAZ (2109)

1999

3500 $

10

QAZ (24)

1991

3000 $

11

QAZ (3110)

1998

3500 $

12

QAZ (31105)

2005

8000 $

13

Porsche (Cayenne)

2006

46 000 $

14

BMW (X5)

2001

20000 $

15

BMW (525)

1992

4000 $

16

BMW (328)

1995

6000 $

17

Chevrolet (Cruze)

2009

19500 $

18

Chevrolet (Niva)

2008

12000 $

19

Chevrolet (Lacetti)

2006

13000 $

20

Chevrolet (Aveo)

2010

10500 $

21

Ford (Fusion)

2008

11 000 $

22

Hyundai (Getz)

2004

7000 $

23

Hyundai (Sonata)

2009

21000 $

24

Hyundai (Accent)

2009

11000 $

25

Lexus (LX 470)

2003

37000 $

26

Lexus (LX 570)

2008

80000 $

27

Lexus (RX 330)

2004

28000 $

28

Mazda (CX-7)

2007

16000 $

29

Mazda (CX-9)

2008

35000 $

30

Nissan (Sunny)

2005

8000 $

31

Nissan (Murano)

2007

28000 $

32

Nissan (X-Trail)

2008

25000 $

33

Nissan (Tiida)

2006

10000 $

34

Opel (Vectra)

1994

5000 $

35

Opel (Astra)

1998

8000 $

36

Toyota (Land Cruiser)

2008

54000 $

37

Toyota (Prado)

2005

26000 $

38

Toyota (RAV 4)

2002

15000 $

39

Volkswagen (Passat)

2000

8000 $

40

Volkswagen (Touareg)

2008

45000 $

41

KIA (Carens)

2008

14 000 $

42

Daewoo (Nexia)

1997

5000 $

43

Jeep (Grand Cherokee)

1999

12000 $

44

Mitsubishi (Pajero io)

2000

11000

45

Audi (A4)

2005

17000 $

URL: http://www.milli.az/news/economy/55441.html

Link to comment
Share on other sites

Bakıda idmanla məşğul olmaq neçəyə başa gəlir? - SİYAHI

29 IYUN 2011 [11:16] - MİLLİ.AZ

Azərbaycanda idmana göstərilən böyük diqqət şübhəsiz ki, ona marağı da artırır.

Milli.Az xəbər portalı Day.Az saytına istinadən Bakıda müxtəlif əlbəyaxa döyüş növlərilə məşğul olmaq istəyənlər üçün qiymətləri təqdim edir. Qiymətlər idmanın növü ilə yanaşı, həm də idman zallarındakı şərait, məşqlərin sayı və digər amillərə görə dəyişir.

Milli.Az

İdmanın növü

Məşqlərin sayı

Qiymət (AZN)

1

Boks

Həftədə 3 dəfə

15-50

2

Kikboksinq

Həftədə 3 dəfə

15-30

3

Trenajor zalı

Həftədə 3 dəfə

12-50

4

Karate

Həftədə 3 dəfə

20-40

5

Muay-tay

Həftədə 3 dəfə

15-50

6

Güləş

Həftədə 3 dəfə

15-30

7

Karate-do

Həftədə 3 dəfə

20-40

8

Kapoeyra

Həftədə 3 dəfə

25-30

URL: http://www.milli.az/news/sport/55473.html

Link to comment
Share on other sites

Azərbaycan ərazisində havanın temperaturu 38 dərəcəyə çatacaq

29 IYUN 2011 [12:14] - MİLLİ.AZ

Bakı və Abşeron yarımadasında iyunun 30-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 19-23, gündüz 32-37, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

İyulun 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 30-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

İyulun 1-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Milli.Az

URL: http://www.milli.az/news/society/55500.html

Link to comment
Share on other sites

Mayk Tayson müsəlman toyu etdi

29 IYUN 2011 [11:34] - MİLLİ.AZ

O, kilsədəki nikahını bu dəfə Şəriət toyu ilə əvəzləyib.

Milli.Az xəbər portalı "New York Daily News"a istinadən bildirir ki, dünya boksunun canlı əfsanəsi Mayk Tayson və onun arvadı Lakiha Speyser Taysonun ad gününə dəvət olunmuş qonaqlar gələrkən xeyli təəccübləniblər.

Sən demə, heç bir ad günü-filan yoxmuş.

Mayk Tayson arvadı ilə yenidən, bu dəfə İslam və Şəriət qaydalarına uyğun evlənirmiş.

Lakiha Spayser əfsanəvi "Dəmir Mayk"ın sayca üçüncü arvadıdır. Bu ilin yanvarında o, Morokko Eylac Tayson adlı oğulu dünyaya gətirib. Morokko əfsanəvi boksçunun beşinci övladıdır.

Mayklla Lakiha üç il əvvəl ABŞ-ın Las-Veqas şəhərindəki "La Bella Wedding Chapel" kilsəsində xristian adət-ənənələrinə uyğun olaraq nikah mərasimi keçirmişdilər.

"O nikah xristian adətləri əsasında idi. Lakiha ilə qərara gəldik ki, bu dəfə İslama uyğun nikah kəsək və rahat olum", - Mayk Tayson deyib.

Milli.Az

URL: http://www.milli.az/news/interest/55486.html

Link to comment
Share on other sites

Azərbaycanın tanınmış müğənnisi qolunu sındırdı

29 IYUN 2011 [12:17] - MİLLİ.AZ

Populyar müğənni və teleaparıcı Kərim Abbasovun qolu sınıb. ANS PRESS-in məlumatına görə, bədbəxt hadisə paytaxtın əyləncə mərkəzlərinin birində müğənni su təpəciklərində sürüşmək istəyərkən baş verib.

Kərim qol sümüyünün çatlamasına baxmayaraq, zədələnən hissəni gipsə saldırmadığını bildirib: “Qolum çox ağrıyır, şişib. Çatın arasına su yığılıb. Efirə çıxmalı olduğumdan gipsə saldıra bilmirəm. Tamaşaçıların qarşısına qolu sarıqlı çıxa bilmərəm. Bu həftəni birtəhər yola verim, sonra gipsə saldıracam”.

Müğənni həkimlərin yazdığı müəyyən məlhəm və ağrıkəsicilərlə gələn həftəni səbirsizliklə gözləyir.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/55507.html

Link to comment
Share on other sites

Olimpiya çempionumuz ad gününü qeyd edir

29 IYUN 2011 [12:52] - MİLLİ.AZ

Bu gün Olimpiya çempionumuz, cüdoçu Elnur Məmmədlinin doğum günüdür. ANS PRESS-in məlumatına görə, Elnur Məmmədli 1988-ci il iyunun 29-da doğulub. O, 2006-cı ildə cüdo üzrə Avropa çemponu, 2007-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı olub. Karyerasında ən böyük uğura 2008-ci ildə imza atıb. Elnur Məmmədli Pekində keçirilən Olimpiya oyunlarında 73 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək olimpiya çempionu adına layiq görülüb.

2011-ci ilin yanvarında Bakıda keçirilən lisenziya xarakterli “World Masters” seriyası turnirinin qalibi olan Elnur Məmmədli 2011-ci ilin aprel ayında İstanbulda keçirilən Avropa çempionatında 81 kq çəki dərəcəsində ikiqat Avropa çempionu tituluna yiyələnib. Dünya idman ictimaiyyəti tərəfindən “Mister ippon” ləqəbi ilə tanınan Elnur Məmmədli 2009-cu ildə Polis Akademiyasına qəbul olunub.

Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pekin Olimpiadasının qalibinə polis baş leytenantı rütbəsini və zabit poqonlarını təqdim edib. Elnur Məmmədlinin 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında böyük uğura imza ataraq ikiqat Olimpiya çempionu titulunu rəsmiləşdirəcəyinə ümid edirik.

Ailəlidir, Emin adlı bir oğlu var.

Milli.Az

URL: http://www.milli.az/news/sport/55518.html

Link to comment
Share on other sites

Azərbaycanlı alim Yerin asteroidlə nə vaxt toqquşacağını açıqladı

29 IYUN 2011 [12:26] - MİLLİ.AZ

Yerin asteroid və ya digər səma cismilə toqquşmaq ehtimalı çox azdır.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Batabat astrofizika observatoriyasının direktoru Qulu Həziyev bildirib.

Bu günlərdə Yerin yaxınlığından 20 metr diametri olan asteroidin keçməsi faktını şərh edən mütəxəssis deyib:

"Diametri 20 metr olan asteroid çox kiçikdir. O, Yerə çırpılacaq olsa belə, həmin asteroidin böyük hissəsi atmosferdə yanaraq yox olacaqdı. Yerə çatacaq kiçik hissə isə heç bir təhlükə yaratmayacaqdı. Hansısa səma cisminin Yerlə toqquşma ehtimalı hər zaman var. Amma bu ehtimal cüzidir".

Q.Həziyev bildirib ki, Yerlə toqquşa və insanlara təhlükə yarada biləcək potensial asteroidlər daim mütəxəssislərin nəzarətindədir.

Milli.Az

URL: http://www.milli.az/news/interest/55487.html

Link to comment
Share on other sites

Bu mahnı çart və reytinqləri silkələyir - VİDEO-TƏRCÜMƏ

29 IYUN 2011 [13:00] - MİLLİ.AZ

Milli.Az xəbər portalı sizə ən populyar mahnıları, onların orijinal ifadakı mətnini və həmin mətnin dilimizə tərcüməsini təqdim edir.

Deepside Deejays - "Never Be Alone" - original

I’ll never be alone, be alone, be alone,

Cause you are in my soul, in my soul, in my soul

I’ll never make you cry, make you cry, make you cry

You give me sunrise with your smile

I’ll never be alone…

Turn the lights

A lil’ down low

We can be together

Turn the lights a litle bit

So we can go slow

And we can be forever.

Give me a whole life

We gotta be together ever moonlight

I hold you so tight

Till morning and the sun

Will be our moonlight

[x2]

I’ll never be alone, be alone, be alone,

Cause you are in my soul, in my soul, in my soul

I’ll never make you cry, make you cry, make you cry

You give me sunrise with your smile x2

I’ll never be alone…

I’ll never be alone…

I’ll never be alone, be alone, be alone,

Cause you are in my soul, in my soul, in my soul

I’ll never make you cry, make you cry, make you cry

You give me sunrise with your smile

I’ll never be alone…

[x4]

Give me all your love, love, love, love, love

And I’ll give you mine

Alright

Deepside Deejays - "Never Be Alone" ("Heç vaxt tənha olmayacağam") - sətri tərcümə

Heç zaman tənha olmayacağam,

Heç zaman tənha, tənha, tənha olmayacağam.

Axı sən qəlbimdəsən, qəlbimdəsən, qəlbimdəsən,

Sənə heç zaman ağlamağa, ağlağama, ağlağama imkan verməyəcəyəm,

Gülüşün sanki sübh Günəşidir.

Heç zaman tənha olmayacağam.

İşığı söndür,

Azacıq,

Bir yerdə ola bilərik,

İşığı söndür azacıq,

Tələsməyə bilərik,

Və həyatı boyu bir yerdə ola bilərik,

Mənə bütün həyatını ver,

Səni elə bərk qucaqlayıram ki...

Sübh və Günəş

Bizim Ay işığımız olanadək...

Heç zaman tənha olmayacağam,

Heç zaman tənha, tənha, tənha olmayacağam.

Axı sən qəlbimdəsən, qəlbimdəsən, qəlbimdəsən,

Sənə heç zaman ağlamağa, ağlağama, ağlağama imkan verməyəcəyəm,

Gülüşün sanki sübh Günəşidir.

Heç zaman tənha olmayacağam...

Heç zaman tənha olmayacağam....

Heç zaman tənha olmayacağam,

Heç zaman tənha, tənha, tənha olmayacağam.

Axı sən qəlbimdəsən, qəlbimdəsən, qəlbimdəsən,

Sənə heç zaman ağlamağa, ağlağama, ağlağama imkan verməyəcəyəm,

Gülüşün sanki sübh Günəşidir.

Heç zaman tənha olmayacağam...

Mənə ver eşqini, eşqini , eşqini

Sənə isə öz məhəbbətimi verərəm,

Yaxşı?!

Heç zaman tənha olmayacağam...

Milli.Az

URL: http://www.milli.az/news/video/55484.html

Link to comment
Share on other sites

Google «Xocalı»nı «Armenia» kimi tərcümə edir - FOTO

29 IYUN 2011 [13:14] - MİLLİ.AZ

Google Azərbaycanla bağlı növbəti yanlışlığa yol verib.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, indiyədək Google Earth, Google Maps və Google Analytics xidmətlərində Azərbaycanla baş vermiş yanlışlıqlara bu dəfə Google Translate xidməti də qoşulub.

Dünyanın ən populyar axtarış sistemində tərcümə bölməsinə «Xocalı» yazarkən o, «Armenia» kimi tərcümə olunur. Bu, bütün dillərdə belədir.

Yanlışlığın nə ilə əlaqədar olduğunu söyləmək çətindir. Amma fakt ortadadır.

Milli.Az

URL: http://www.milli.az/news/politics/55530.html

Link to comment
Share on other sites

Günəş tutulacaq

29 IYUN 2011 [13:50] - MİLLİ.AZ

İyulun 1-də yerli vaxtla saat 13:38-də Günəş tutulması baş verəcək. Bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, Günəşdə qismən tutulma baş verəcək.

“Bu, ən maraqsız Günəş tutulmalarından biri olacaq. Çünki proses Antarktidanın yanında, yəni Afrikanın cənub hissəsində olacaq. Bu Günəş tutulması həm elmi baxımdan maraqsızdır, həm də müşahidə etmək üçün əlverişsiz yerə düşür. Heç kəs onu müşahidə edə bilməyəcək”, - Quliyev deyib.

Astronom qeyd edib ki, cari ildə 4 Günəş tutulması baş verəcəyi gözlənilir. Bu, ilin 3-cü Günəş tutulmasıdır. Növbəti Günəş tutulması noyabrın 25-də olacaq.

Milli.Az

URL: http://www.milli.az/news/interest/55537.html

Link to comment
Share on other sites

Zülfiyyə Xanbabayevanın yeni dueti kiminlə olacaq?

29 IYUN 2011 [13:59] - MİLLİ.AZ

Xalq artisiti Zülfiyyə Xanbabayeva ATV kanalının “Onlar” verilişinə müsahibəsində yeni duet olacağını bildirib.

Lirik janrda olan bu mahnını Zülfiyyə xanım Samir Bağırovla ifa edecəyini qeyd edib.

Müğənni, Brilliant Dadaşova və Aygün Kazımova ilə birlikdə olan proyektindən də danışıb. Layihənin hazır olmasına hələ çox qalmasını bildirən xalq artisti fotosessiyaların keçirildiyini və proyektin sentyabr ayına hazır olacağını da bildirib.

Emiliya

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/55462.html

Link to comment
Share on other sites

Müğənni Ədalət niyə utanır?

29 IYUN 2011 [14:20] - MİLLİ.AZ

Populyar müğənni Ədalət Şükürov öz peşəsindən utandığını söyləyib.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Ədalət Şükürov ATV-nin «10-lar» verilişinə açıqlamasında bəzi müğənnilərin üzündən ifaçılara münasibətin dəyişildiyini söyləyib: «Bir neçə il əvvəl hər şey fərqli idi. Hesab edirəm ki, bizim yaxşı xarici görünüşümüz, bahalı evimiz, maşınımız və sair olmalıdır. Müğənni gözəl geyinməlidir. Çünki ona tamaşaçı baxır və nümunə götürür».

Bəzi müğənnilərin yaxşı aktyor olduğunu deyən Ədalət fikrini belə davam etdirib: «Onlar həyatda tam fərqlidirlər. Bu insanları tanımaq mümkün deyil. Bəzilərindən fərqli olaraq, mən heç zaman heç kimi aldatmamışam… Bütün bunlara baxmayaraq, müğənni olduğum üçün peşman deyiləm».

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/55494.html

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 24 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 98 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...