Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi


Recommended Posts

“Honda” yüz minə yaxın avtomobili geri çağırır

Buna səbəb avtomobilin şüşəaçan düymələrində və kompüter sistemində meydana gələn problemlərdir

Dünyanın avtomobil nəhənglərindən olan “Honda” 962 min avtomobili geri çağırır. Buna səbəb avtomobilin şüşəaçan düymələrində və kompüter sistemində meydana gələn problemlərdir. Bu barədə açıqlama verən yapon avtomobil markası Şimalli Afrika, Asiya və Avropadan Honda Fit (Jazz), CR-V ve Fit Aria seriyasına aid avtombillərin çağırılacağını bildirib.

Açıqlamada Yaponiyadan 216 193, Çindən 255 766, Asiyadan 297 000, Şimali Afrikadan 103 000 avtomobilin çağırılacağı, habelə mühərrik nəzarət bölməsindəki proqramda meydana gələn problem səbəbilə 26 000 Honda CR-Z markalı avtomobilin geri çağırılacağı deyilib.

“Honda” sürücü tərəfdəki elektrikli şüşəaçan düymənin əriyə biləcəyini və alovlanaraq yanabiləcəyini hesab edərək avtomobilləri geri çağırıb.

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Yasamal sakini bacısı tərəfindən bıçaqlanıb

Zərərçəkmiş hadisənin ehtiyyatsızlıq nəticəsində baş verdiyini deyib

Ötən gecə Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Murtuza Muxtarov küçəsi 105 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 41 yaşlı Paşayev İlham Aysəddin oğlu döş qəfəsinin sağ tərəfinin kəsilmiş-deşilmiş yarası ilə 1 saylı xəstəxanaya gətirilib. Yaralı xəstəxanaya daxil olan zaman xeyli qan itirdiyindən dərhal əməliyyat otağına alınıb və üzərində cərrahi əməliyyat aparılıb.

Həkim-Cərrah Adil Məmmədov yaralının vəziyyətinin stabil olduğunu, onun reanimasiya şöbəsində olduğunu bildirib.

Faktla bağlı araşdırmalara başlayan Yasamal rayon polis idarəsinin əməkdaşları hadisəsinin təfərrüatlarını, onun hansı şəraitdə baş verməsini öyrənməyə çalışır.

Qeyd edək ki, yaralı İlham Paşayev öz evində bacısı ilə etdiyi mübahisə zamanı ehtiyatsızlıq nəticəsində bıçaq yarası aldığını cərahi əməliyyat zamanı həkimlərə bildirib.

Cinayət işinin istintaqını aparan Yasamal rayon polis idarəsinin müstəntiqi Erol Əliyev isə hadisəyə görə heç kimin saxlanılmadığını bildirib. Faktla bağlı isə artıq Yasamal rayon polis idarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 126-cı, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.

Link to comment
Share on other sites

Yaponiyada tayfun 34 nəfərin həyatına son qoyub

50-dən çox adam təbii fəlakət nəticəsində itkin düşüb

Yaponiyada “Talas” tayfunu qurbanlarının sayı 34 nəçfərə çatıb. 50-dən çox adam itkin düşmüş sayılır. Məlumatı Yaponiya KİV-i yayıb. Təbii fəlakət ən çox üç prefekturaya - Vakayama, Nara və Mieyə ziyan vurub. Vakayama prefekturasında tayfun onlarla maşını çevirib, ağacları aşırıb, çayın gətirdiyi taxtalar yolların kənarında “dağ” yaradıb. Sürüşmə və çayın gətirdiyi ağac parçaları üzündən bir çox yaollar bağlanıb.

Nati-Kaçuura rayon mərkəzində 2000-ə yaxın adam ətraf mühitdən təcrid olunub. Şəhər merinin qızı ölüb, həyat yoldaşı isə itkin düşüb. Onun sözlərinə görə, səhər tezdən həyat yoldaşı zəng vurub və 24 yaşlı qızlarını selin apardığı barədə məlumat verib. Bundan sonra əlaqə kəsilib.

Nara prefekturasının rayon mərkəzinə yaxın yaşayış məntəqələrində isə 4700 nəfər ətrafdan təcrid olunub.

Məlumata görə, ziyanın miqyasının böyük olmasının səbəbi tayfunu müşayiət edən leysan yağışlarıdır. Kii yarımdasında altı gün ərzində illik yağıntı normasının 70 faizi düşüb.

Link to comment
Share on other sites

Ermənilər gürcü keşişini təhqir ediblər

Dörd erməni turist barəsində cinayət işi qaldırılıb

Ermənistandan Acarıstana gəlmiş 4 nəfər gənc erməni turist muxtar respublikanın paytaxtı Batumi şəhərindəki “Sameba” (müqəddəs üçlük) kilsəsinin başçısını mənəvi və fiziki təhqirə məruz qoyublar. Bu hadisənin şahidi olmuş Gürcüstan Çuxalılar Cəmiyyətinin rəhbəri Tengiz Tavqridze din adamının erməni turistlər tərəfindən təhqir olunması faktını həyəcanlandırıcı hadisə adlandırıb.

Erməni turistlər barədə cinayət işi qaldırılıb.

Link to comment
Share on other sites

Avstriyada qladiator məktəbi tapılıb

III əsrə aid olan kompleksin 1.1 hektar ərazini əhatə etdiyi güman edilir

25114.jpg

Avstriyada arxeoloqlar keçmiş qladiator məktəbinin qalıqlarını aşkar edib. Tarixdə olmuş ən iri qladiator kompleksi sayılan Karnuntum xarabalıqları (viranələri) paytaxt Vyanadan 28 kilometr aralıda aşkar edilib. Keçmiş kompleksin yerləşdiyi şəhərin eramızın III əsrində Roma imperiyasının Asiya sərhədlərində yerləşən əsas hərbi və ticarət mərkəzlərindən olduğu deyilir.

Arxeoloji Planlaşdırma və Virtual Arxeologiya İnstitutu virtual görüntüləmə əsasında Karnuntum xarabalıqlarını 1700 əvvəlki vəziyyətinə qaytara bilib. Virtual görüntülərdə kompleksin geniş sahəni əhatə etdiyi və açıq arenadan başqa, xüsusi məşq meydançalarının, təcridxana kameralarının və təlimlərlə bağlı digər tikililərin də kompleksə daxil olduğunu göstərir.

İnstitutun professoru Volfqanq Nyubaer qalıqların xüsusi radarların köməyi ilə aşkar olunduğunu deyib. Arxeoloq 1.1 hektardan çox ərazini əhatə etmiş Qladiator məktəbinin mükəmməl su sistemi və qladiatorların soyuq qış aylarında belə məşq etmələri üçün daxili isitmə sistemi ilə təmin olunduğunu deyib.

Link to comment
Share on other sites

Urmu Gölünü Kurutuyorlar! Çünkü...

İran dan Türkiye ye İnce Kazık

Urmu Gölü`nün ismini belki duymayanlar vardır. Ancak İran`da yaşayan Türkler için Urmu Gölü vazgeçilmez önemde. Ve bu göl kuruyor.

6 Eylül 2011 - 15:16

İşte İran'da yaşayan Türkler Urmu gölü ve karşı karşıya bulunduğu tehlikeyi bize ulaştırdılar. Anlatılanlar oldukça ilginç. Sadece bir göl kurumuyor. Bu “doğal” gibi görünen olayın arka planında İran'ın Türklere karşı tavrından Kürdistan projesine kadar pek çok hesap yatıyor.

İşte çok ilginç detaylar barındıran o mektup...

Saygıdeğer Türk Gazetecisi,

Sesimize kulak verin. İran Devlet'inin sınırları içerisinde bulunan, dünyanın en büyük 3. tuz gölü olan "Urmu Gölü" kuruyor. %60'ı kurudu. Ne yazık ki İran Rejimi gölün kurumasına karşı hiçbir önlem almıyor ve kasıtlı olarak kurutuyor. Fakat bu gölün kurutulmasının altında İran Devlet'i açısından çok ciddi bir strateji yatıyor.

Bildiğiniz gibi İran'da 35 ila 40 Milyon civarında Azerbaycan, Türkmen ve Kaşkay Türkleri yaşamaktadır. İran'ın kuzeyinde ise bölge Türk'lerinin deyimi ile "Güney Azerbaycan" bölgesi bulunmaktadır. Urmu Gölü, Güney Azerbaycan bölgesinin Urmu şehrindedir. Urmu şehri Türkiye sınırına hayli yakın bir şehirdir ve Van Gölü'ne de 147 kilometre yakınlığındadır.

Bir diğer açıdan ise Urmu şehrinde kimi istatistiklere göre %83'ü, kimilerine göre %90'ınından fazla Azerbaycan Türk'ü yaşamaktadır. Gölün kuruması sonucunda oluşacak oluşacak en ufak bir rüzgarda, tipide, hortumda bölge halkının yaşamı felç olacak ve en önemlisi de su kaynaklarının kurutulması hayvancılığı ve tarımı öldürecektir. Bunun sonucunda bölgeden en az 16 Milyon Türk Halkı göçmek zorunda kalacaktır.

Türk medyası son bir haftadır Güney Azerbaycan'da çıkan haklı ayaklanmayı görmemezlikten geliyor. Fakat nedense Suriye'de 10 kişi bir araya gelip slogan attığında bir hafta boyunca bunu yayınlamaktan geri durmuyorlar. Bunun bize göre birçok nedeni olabilir. Birincisi BOP haritasında Güney Azerbaycan toprakları ÖZERK KÜRDİSTAN toprakları içerisine alınmış. Yani Amerika sistematik olarak Güney Azerbaycan hareketini bloke etmeye çalışıyor. İkincisi ise Türkiye'deki etkin olan Sünni-İslami medya Şii-İslam Türklerinin sesini duymamazlıktan geliyor olabilir.

Şuana kadar gelen haberlerde 3 ila 7 arasında can kaybının olduğu söyleniyor ama sayılar net değil. Çünkü İran polisi öldürdüğü Türk'lerin cesetlerini arabalara doldurup kaçırıyor.

Sizden istediğimiz lütfen sesimizi duyun ve bu katliama karşı kaleminizle yanımızda durun. Buna ihtiyacımız var...

Link to comment
Share on other sites

İran hökuməti Urmiya gölünün xilası üçün 900 milyon dollar vəsait ayırıb

[05.09.2011 10:59] Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

İran hökuməti Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Bu barədə İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə bildirib. Trend-in məlumatına görə, xəbəri İran televiziyasının rəsmi xəbər saytı yayıb.

"Urmiya gölünə Araz və Silvə çaylarından su kəməri çəkilməsi nəzərdə tutulur. Bu layihəni həyata keçirmək üçün isə hökumət tərəfindən 900 milyon dollar vəsait ayrılıb", - Məhəmmədizadə deyib.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökumətinin gördüyü tədbirlər hələ ki kifayət deyil.

İran Prezidenti və hökumət nümayəndələrinin ötən il Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur.

Avqustun ortalarında İran parlamentinin nümayəndələri Urmiya gölünün qurmasının qarşısının alınması üçün təqdim olunan iki layihənin növbədənkənar müzakirəsinə qarşı çıxmışdılar. Layihələrdə Urmiya gölünə Araz və Silvə çaylarından su kəməri çəkilməsi nəzərdə tutulurdu.

Bundan sonra iki həftə ərzində İranın Urmiya və Təbriz şəhərlərində parlamentin bu addımına qarşı və hökumətin Urmiya gölünün xilası üçün tutarlı addımlar atmamasına etiraz əlaməti olaraq mitinqlər keçirilib. İranın Fars xəbər agentliyinin məlumatına görə, şənbə günü keçirilən son mitinqdə Urmiya şəhərində 60 nəfər həbs edilib.

İran Prezidentinin Parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini jurnalistlərə açıqlamasında hökumətin Urmiya gölü probleminin həlli üçün Nazirlər Kabinetində ciddi müzakirələr aparıldığını və qərarlar qəbul olunduğunu bildirib.

"Urmiya gölünün xilası üçün İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhiminin başçılığı ilə işçi qrup yaradılıb. Qrup bu problemin həlli istiqamətində ciddi işlər görür", - Mirtacəddini deyib.

O əlavə edib ki, Araz çayından suyun Urmiya gölünə axıdılması məqsədilə bu ilin dövlət büdcəsindən 25 milyard tümən (22 milyon dollar) vəsait ayrılıb.

Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.

Link to comment
Share on other sites

Enes İbrahim: “Türk dünyası Urmu gölü məsələsinə görə, Güney Azərbaycana dəstək verməlidir”

Font ölçüsü Plus Minus 05 Sentyabr [17:07] - Siyasət

Enes İbrahim Enes İbrahim

Güney Azərbaycan türkləri İran hakimiyyəti tərəfindən zoraklıqlara məruz qalırlar və dünya gücləri tərəfindən taleyin hökmünə buraxılıblar.

Bu sözləri Lefkoşadan Makedoniya Türkləri Ufuk Dərnəyinin sədri, “Ufuk” jurnalının baş redaktoru Enes İbrahim son günlər Güney Azərbaycanda cərəyan edən hadisələri şərh edərkən bildirib.

“Bölgədə son günlər gedən prosesləri və vəziyyəti diqqətlə izləyirik. Gələn xəbərlər bizi üzür. Bu yaxınlarda Güney Azərbaycan türklərinin insan hüquqları müdafiəçisi, dostum Mehda Mehdili Türkiyədən İrana gedərkən həbs edilib. Hətta hakimiyyət yetkililəri bu haqda ailəsinə xəbər verməyib və ondan xəbər ala bilmirik. Onun taleyi üçün çox narahatıq” - deyə, Enes İbrahim bildirdi.

Dərnək sədri Urmu gölü ətrafında gedən hadisələri də diqqətlə izlədiklərini qeyd etdi.

“Güney Azərbaycan türkləri İran hakimiyyəti tərəfindən qurumağa məhkum edilən Urmu gölü ilə bağlı etiraz aksiyaları keçirirlər, artıq həbslər var. İran polisi milli fəallara qarşı həbs həyata keçirir və onları işgəncələrə məruz qoyur.

Bu insan hüquqlarına qarşı bir cinayətdir. Türk dünyası Urmu gölünə görə, Güney Azərbaycan türklərinə öz dəstəyini verməlidir və onları yalnız buraxmaq olmaz” - deyə, Enes İbrahim vurğuladı.

Elnur Eltürk

Gün.Az

URL: http://www.gun.az/politics/13397

Link to comment
Share on other sites

Urmiya gölü quruyur, yoxsa qurudulur? - TƏHLİL

[ 06 Sentyabr 2011 14:57 ]Bakı. Sədrəddin Soltan - APA.

Güney Azərbaycanda 2011-ci ilin aprel ayından bəri Urmiya gölünün qurumasının qarşısının alınmaması ilə bağlı davamlı etiraz aksiyaları keçirilir.

Aprel ayında bir stəkan suyu gölə tökərək, «Urmiya gölü susuzluqdan yanır!», «Urmiya gölündə su yoxdur, Azərbaycan indi oyanmasa, gec olacaq!», «Uzun yaşa, Azərbaycan!» və digər şüarlarla keçirilən aksiyalarda 70 nəfər həbs olunub. Həmin vaxtdan bəri İran hakimiyyət orqanlarına və parlamentə edilən müraciətlərlə davam etdirilən etirazlar bu il avqustun 27-də yenidən küçə yürüşlərinə çevrilib.

Bu etirazların əks olunduğu ən böyük aksiya hələlik sentyabrın 3-də keçirilib. Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil şəhərlərində, paytaxt Tehranda keçirilən aksiyalara polis müdaxilə edib, çoxlu sayda yaralı və saxlanılan var. Bəzi məlumatlara görə, etiraz aksiyaları zamanı ölənlər olub. Digər məlumatlarda isə rəsmi Tehranın aksiyaların qarşısını almaq üçün yerli azərbaycanlıların yaşadığı şəhərləri nəzarətə götürdüyü, hündür mərtəbəli binaların üstündə snayperlər yerləşdirdiyi bildirilir.

İran hakimiyyət orqanları son aksiyalarda 60 nəfərin saxlanılması barədə məlumat yayıb.

Urmiya gölü niyə quruyur?

Urmiya gölü İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000-6000 kv.km, hövzəsində suyun həcmi 20-24 milyard kubmetr olub, eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün adı «suda yaşayış yeri» anlamını verir.

Rza Pəhləvinin hakimiyyətdə olduğu 1937-ci ildə gölün adı rəsmi mənbələrdə onun şərəfinə «Rzaiyyə» adlandırılıb. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də, oğlu Məhəmmərza Pəhləvinin dövründə gölə «Rzaiyyə», «Rzaiyyə gölü», «Kəbudan», «Çiçsit» kimi adlar verilib. İran inqilabından sonra isə şahla bağlı adlar ləğv edildiyindən gölün adı da “amnistiyaya düşüb”.

Gölə Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çaylarının suyu tökülür. Elmi mənbələrdə göstərilib ki, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə Urmiya gölündə suyun səviyyəsi aşağı düşməyib, buna səbəb isə gölə yeraltı çayların axmasıdır.

Qışın ən sərt vaxtlarında belə gölün suyu donmur ki, bunun da səbəbi suyun tərkibində duzluluğun miqdarının çox olmasıdır. Urmiya gölündə irili-xırdalı 102 ada var, adaların ümumi sahəsi 33,640 hektardır. Hazırda adalarda yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıqla məşğul olurlar. Ərazidə limanlar var və bölgə turizm üçün çox əlverişlidir.

Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi uçun əhəmiyyətli hesab olunur.

1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib.

Mütəxəssislərin fikrincə, Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, “kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.

Su anbarlarının tikintisinin başladığı vaxtdan etibarən yerli azərbaycanlılar bununla bağlı İran rəsmi orqanlarına müraciətlər etsələr də, heç bir nəticə əldə edilməyib. İranda 2009-cu ildə keçirilmiş prezident seçkiləri ərəfəsindəki kampaniya zamanı namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi də Urmiya gölü problemindən danışıblar.

2009-cu ildə prezident seçkisindən öncə Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən iclasda Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyasının yaradıldığı elan olunsa da, indiyə qədər bu komissiyanın heç bir əməli fəaliyyəti olmayıb.

Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi su hövzəsi ətrafında çoxsaylı problem yarandığını etiraf edib, gölü xilas etmək üçün əllərindən gələni edəcəklərini bildirib.

Lakin elə həmin il, komissiyanın yaranmasından dərhal sonra gölün quruması probleminə münasibət bildirən Şərqi Azərbaycandakı kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani deyib: “Urmiya gölü qurusaydı, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir. Dəvə çətin şəraitə, aclığa dözümlü heyvandır. Urmiya gölü quruyandan sonra orada çıxacaq tikanlarla çoxlu sayda dəvə yetişdirmək olar”.

İran parlamentinin bu ilin avqustunda keçirilən toplantısında da Urmiya gölünün quruması ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bucnurddan olan parlament üzvü Musəlrza Sərvəti “Urmiya gölü ətrafındakı əhali vaxtkən başqa yerə köçsün, gedib başqa işlə məşğul olsun, onsuz da o göl quruyacaq. Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə, daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki, gölün iki ilə quruyacağını söyləyirsiniz, onda niyə hay-küy salıb, dövləti qınayırsınız?” deyib.

Şərqi Azərbaycan əyalətinin bəzi rəsmiləri Urmiya gölünün qurumasının qarşısının alınması üçün ayrılan maliyyə vəsaitinin həcmi barədə təzadlı bilgilər veriblər.

Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın vəsaitin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat verib.

Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi isə onun yalan danışdığını söyləyərək, deyib ki, bu ilin dövlət büdcəsindən Urmiya gölünün mühafizəsinə 20 milyon dollar vəsait ayrılıb.

Güney Azərbaycanda nəşr olunan “Nəsimi Qaradağ” qəzetinin məlumatına əsasən, vali deputatın dediklərinə işarə edərək, bildirib: “Onun fikrincə, təkcə Araz çayından gölə su gətirmək üçün bir trilyon tümən (bir milyard dollar) maliyyə vəsaiti lazımdır”.

Bütün bu müzakirələrin sonu isə İran parlamentinin bu il avqustun 16-da keçirilən iclasında “Urmiya gölünün dirçəldilməsi” layihəsi rədd edilib.

Sentyabrın 3-də keçirilmiş və beynəlxalq aləmin diqqətini çəkən aksiyalardan sonra isə İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədzadə Urmiya gölünə Araz və Silvə çaylarından su kəməri çəkilməsinin nəzərdə tutulduğunu bildirib: “Bu layihəni həyata keçirmək üçün isə hökumət tərəfindən 900 milyon dollar vəsait ayrılıb”.

İran prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini isə jurnalistlərə açıqlamasında hökumətin Urmiya gölü probleminin həlli üçün Nazirlər Kabinetində ciddi müzakirələr apardığını və qərarlar qəbul olunduğunu deyib: “Urmiya gölünün xilası üçün prezidentin birinci müavini Məhəmmədrza Rəhiminin başçılığı ilə işçi qrup yaradılıb. Qrup bu problemin həlli istiqamətində ciddi işlər görür. Araz çayından suyun Urmiya gölünə axıdılması məqsədilə bu ilin dövlət büdcəsindən 25 milyard tümən (22 milyon dollar) vəsait ayrılıb».

İranın iki rəsmi şəxsi eyni sənədlə bağlı bir-birindən fantastik fərqi olan iki rəqəm açıqlayıb.

Assimilyasiya siyasəti

İran hakimiyyətinin Urmiya gölünün quruması prosesinə bu cür laqeyd yanaşmanın məqsədi isə mərkəzi gölün ətrafındakı Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətindəki əhalinin ərazidən köçürülməsi prosesini sürətləndirməkdir. Çünki yalnız yerli azərbaycanlılardan ibarət olan bölgədəki əhalinin əsas məşğuliyyəti göllə bağlıdır. Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulacaq ki, bu da insanların burda yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edəcək. Yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görəcək. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək.

Bundan əvvəl də rəsmi Tehran ərazidə assimilyasiya siyasəti yürüdüb. İran hakimiyyətinin dəstəyi ilə Qərbi Azərbaycan ərazilərinə etnik kürdlərin yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Məsələn, 1979-cu il inqilabından sonra Qərbi Azərbaycandakı Soyuqbulaq, Badam kəndləri müxtəlif vaxtlarda kürd terror qruplaşmalarının silahlı basqılarına məruz qalıb. Belə terror aksiyaları nəticəsində müdafiəsi olmayan dinc əhali ərazini tərk etmək məcburiyyəti ilə üzləşib. Həmin ərazilərə isə bir müddət sonra digər ölkələrdən gəlmiş kürdlər yerləşdirilib. Bu ərazilər Güney Azərbaycanın Türkiyə Respublikası ilə sərhədində yerləşir.

Bir neçə il öncə Sənədəc şəhərindən olan deputat Bəhaəddin Ədəb Urmiya şəhərinin «kürdlərə aid olduğunu» vurğulayıb, Urmiya bələdiyyə şurasının üzvü, kürd etnik qrupuna aid olan Xədicə Mənsuri də bu şəhərin «kürd şəhəri» olduğunu söyləyib. O, buradakı Azərbaycan türklərini «qonaq» adlandırıb.

Rəsmi Tehrana yaxınlığı ilə tanınan «Came-Cəm» qəzeti isə internet səhifəsində «Böyük Kürdüstan»ın xəritəsini yerləşdirərək, Güney Azərbaycan şəhərlərini kürd şəhərləri kimi təqdim edib. Bütün bunlarla bağlı yerli azərbaycanlıların etirazları isə nəzərə alınmayıb.

İran hökumətinin 2006-cı ildə apardığı rəsmi siyahıyaalma nəticəsində açıqladığı rəqəmlərdə Qərbi Azərbaycan əyalətinin əsas şəhəri olan Urmiyanın əhalisinin sayı 580 min nəfər göstərilib. Şəhər əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri, az sayda isə kürdlər, ermənilər və assurlardır.

Rəsmi Tehran dəfələrlə edilən müraciətlərə baxmayaraq, Urmiya şəhərində tarixi abidələrin və məhəllələrin dağıdılması prosesini də dayandırmayıb.

Urmiya şəhərindəki tarixi «Gülüstü» məhəlləsində yerləşən qədim «Lütfəlixan məscidi» artıq uçmaq üzrədir. Məlumata görə, 4-5 il öncə şəhərin hazırda «İmam» xiyabanı adlanan küçəsində «Şeyx Əlixan Hamamı» da «Sərdaran» prospektinin salınması adı altında sökülüb. Urmiya şəhərindəki «Doqquz pillə buzxanası»nın adı dəyişdirilərək, “Yəxçəle nohe-pille” olub.

Qoşaçayın adını Miyandoab, Soyuqbulaq isə Mahabad kimi səsləndirilib. Bundan başqa, Xana şəhəri Piranşəhr, Sulduz Nəğədə, Qızıl Xənəyə Xaneqahe-Sorx adlandırılıb.

Bir müddət öncə İranın Mədəniyyət Nazirliyinin saytında şirkətlərə xəbərdarlıq mətni yayılıb: “Biz mağaza şüşələrində, ad lövhələrində, malların qablaşdırılmasında və s. bu kimi sahələrdə səlahiyyətli orqanlar, o cümlədən bələdiyyə, polis, fars dil və ədəbiyyatı qurumu, eləcə də şirkətləri qeydə alan idarələrlə əməkdaşlıq edərək, qeyri-farsların dillərində istifadə edilməsinə imkan verilməməsi haqda razılıq əldə etmiş və buna çalışırıq”.

Urmiyanı nə gözləyir?

2006-cı ilin mayında Tehranda çıxan «İran» adlı rəsmi dövlət qəzetində türklərin aşağılanmasına dair material Güney Azərbaycan türklərinin İslam Respublikasının pəhləvilərdən mənəvi, siyasi, sosial, ideoloji cəhətdən fərqlənmədiyini sübut edib. Urmiya gölünün qurumasına rəsmi Tehranın laqeyd münasibəti isə yerli azərbaycanlılara münasibətin kəskinləşdiyini bir daha təsdiqlədi.

Ekspertlərin fikrincə, indi rəsmi Tehran vədlərlə yerli azərbaycanlıları sakitləşdirməyə çalışır, etiraz aksiyalarının təşkilatçılarını isə müxtəlif cəza üsulları ilə prosesdən çəkindirməyə cəhd göstərir.

İndi İran mediasının və deputatların əsas tezisi, “ərazidə ekoloji tarazlıq pozulduğundan, Urmiya gölünün quruması “duz sunamisi” yaradacağı uçun çıxış yolunun ərazini boşatmaq olması” şəklindədir. Buna etiraz edənlər isə “xarici dövlətlərdən maliyyələşənlər”, “separatçılar” adı ilə həbs olunur, müxtəlif repressiyalara məruz qalırlar.

Yerli azərbaycanlılar isə keçirdikləri etiraz aksiyaları ilə bir daha dünya ictimaiyyətinə İranda 35 milyonluq bir xalq olduğunu xatırlatdılar. Onu da yada sala bildilər ki, bu xalqın elementar insan haqları təmin olunmur, yaşadıqları ərazi isə ekoloji fəlakət ərəfəsindədir....

Susqun Türkiyə

Türkiyə rəsmiləri, siyasiləri və mətbuatının son vaxtlar Orta Şərqdə apardığı siyasət, Fələstin məsələsində vasitəçilik edəcək qədər fəallıq, Somali aclarına yardım aparılması, Suriya müxalifətinə dəstək vermə taktikası, Hatayda “Suriya çadır düşərgəsi” qurulması, Liviyadakı xəstələrin müalicəsini üzərinə götürməklə bağlı fəaliyyətlərini bütün dünya izləyir. Türkiyə mediasında Qəzza və Somali ilə bağlı xəbərlər say etibarilə yerli xəbərləri çoxdan ötüb.

Güney Azərbaycanda baş vermiş hadisələrlə bağlı isə Türkiyə mediası demək olar ki, heç nə yazmadı və yazmır. Halbuki Türkiyənin bütün böyük agentliklərinin və televiziyalarının İranda təmsilçiləri var və onların Suriya və Liviyada olduğu kimi İrandan da birbaşa reportaj vermək, videogörüntülər yaymaq imkanı var.

Azərbaycan KİV-i isə bu sahədə çox məhdud imkana malikdir. Çünki İran Azərbaycan əhalisi uçun viza rejimini ləğv etsə də, yerli KİV-lər bu ölkəyə yalnız xüsusi viza ilə gedə, orda görəcəkləri işlərin siyahısını əvvəlcədən İranın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Azərbaycan KİV-inə İranda təmsilçilik verilməsindən isə bu ölkənin müvafiq orqanları birmənalı imtina edirlər. Azərbaycan KİV-i ilə əməkdaşlıq edən, telefon, e-mail və digər vasitələrlə məlumat və müsahibələr verənlər isə İran xüsusi xidmət orqanları tərəfindən təqib və təzyiqə məruz qalır. Amma bu amil də prosesdə xeyli susqun olan Azərbaycanın elektron və yazılı mediasına haqq qazandırmır...

APA-Analitika

Link to comment
Share on other sites

Britaniyanın “The Guardian” qəzeti İran azərbaycanlılarının apardığı mübarizə barədə geniş məqalə dərc edib

07 Sentyabr 2011 13:21 ]Bakı. Habil Süleymanzadə - APA.

Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti İran azərbaycanlılarının Urmiya gölünün sürətlə qurumasına qarşı apardıqları mübarizə barədə geniş məqalə dərc edib.

APA-nın məlumatın görə, gölün UNESCO-nun diqqət mərkəzində olduğunu xatırladan nəşr Urmiyanın dünyanın ən böyük duzlu göllərindən biri olduğunu xatırladır.

Qəzet qeyd edir ki, göl quraqlıq səbəbindən yox olmaq təhlükəsi ilə üz-üzə qalıb və bu ekolofi fəlakət yerli azərbaycanlılar üçün kütləvi etirazlara əsas verib: “İranın Azərbaycan bölgəsinin Təbriz və Urmiya şəhərlərindən olan minlərlə şəxs hökümətin gölü qorumaq istiqamətində uğursuz siyasətinə etiraz əlaməti olaraq son həftələr ardıcıl küçələrə çıxıblar. Bu göl son illər özünün su ehtiyatlarının təqribən yarısını itirib. Urmiya gölü azərbaycanlıların yaşadığı regionun düz mərkəzində yerləşir. Azərbaycalı fəallar son illər onların təqib edildiyini deyir”.

Britaniya qəzeti yazır ki, gölün taleyi yerli azərbaycanlılarla hökümət arasında toqquşmalara belə səbəb olub: “Cənubi Azərbaycan tələbə hərəkatına bağlı olan internet saytı xəbər verib ki, etiraza çıxmış nümayşçilər təhlükəsizlik qüvvələri ilə toqquşmalarda xəsarət alıblar. Azərbaycanlı siyasi dustaqların müdafiəsi assosiyasiyası isə bəyan edib ki, toqquşmalarda ən azı bir nəfər həlak olub”.

Gölün siyasi bir problemə çevrildiyi yazan qəzet nümayişçilərin “Yaşasın Azərbaycan!” şüarı ilə küçələrə çıxdığını yazır. Nəşr xəbər verir ki, sərbəst şəkildə nümayiş keçirə bilməyən etirazçılar bu cümə Tehranın 100 minlik “Azadi” stadionunda növbəti etiraz aksiyası keçirməyi planlaşdırır.

Link to comment
Share on other sites

В ближайшие два месяца в Азербайджане ожидается снижение тарифов на интернет Как передает АПА, об этом сообщил заместитель министра связи и информационных технологий Ильтимас Мамедов.

«В настоящее время в стране действуют более 30 интернет-провайдеров. В последние годы наблюдается снижение цен на интернет-услуги и Азербайджан среди стран региона с самыми низкими ценами».

И.Мамедов отметил, что действующие в стране интернет-провайдеры в настоящее время снижают цены на предоставляемые услуги, в частности трафик, в условиях конкуренции.

«Наша главная цель состоит в обеспечении качества интернет-услуг. Другими словами, выплаты граждан должны соответствовать уровню интернет-услуг. В общем, могу сказать, что действующие в стране интернет-провайдеры снижают цены в рамках рекламы или кампаний, и в сентябре-октябре мы будем чувствовать разницу».

Link to comment
Share on other sites

Miladi: 08 sentyabr 2011

Hicri: 10 Şəvval 1432

İlin 251-ci günü

İlin sonuna 114 gün qalır

70 — İmperator Titin rəhbərliyindəki Roma ordusu Qüdsü talan etdi

1157 — Şir ürəkli Riçard dünyaya gəlib

1380 — Kulikovo döyüşü. Dmitri Donskoy rəhbərliyindəki rus qoşunları monqol-tatar qoşunlarını məğlubiyyətə uğratdılar.

1514 — Orşa döyüşü. Konstantin Ostrojski rəhbərliyindəki Litva və Polşa qoşunları rusları məğlub etdilər.

1529 — Sultan Süleyman Qanuninin rəhbərliyindəki Osmanlı imperiyası Budapeşti fəth etdi.

1636 — ABŞ-ın ən qədim universiteti - Harvard Universiteti yaradılmışdır.

1664 — Niderlandın Şimali Amerikadakı koloniyası Yeni Amsterdam ingilislər tərəfindən ələ keçirildi və sonradan Nyu-York adlandırıldı.

1812 — A.S.Puşkinin həyat yoldaşı Natalya Qonçarova dünyaya gəlib

1830 — fransız şairi 1904-cü il Nobel Ədəbiyyat Mükafatı laureatı Frederik Mistral dünyaya gəlib

1831 — Varşava rus ordusu tərəfindən ələ keçirildi.

1862 — Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanmışdır.

1886 — CAR-ın ən böyük şəhəri - Yoxanesburqun əsası qoyulmuşdur.

1888 — İngiltərə futbol liqasında ilk oyun keçirilmişdir.

1923 — avar şairi, yazıçısı, publisisti və siyasi xadimi Rəsul Həmzətov dünyaya gəlib

1926 — Almaniya Millətlər Cəmiyyətinə qəbul edilmişdir.

1930 — 3М şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent - skotçu kəşf etmişdir.

1937 — türk aktyoru Cüneyt Arkın dünyaya gəlib

1941 — alman qoşunları Leninqradın blokadasına başladılar.

1944 — almanlar reaktiv Fau-2 (V-2) raketlərinin istifadəsinə başladılar. Gündüzlər Paris, gecələr isə London raket atəşinə məruz qalırdı.

1946 — Bolqarıstanda keçirilən referendumun nəticəsinə əsasən monarxiya devrildi.

1946 — türk aktyoru Xəlil Ərgün dünyaya gəlib

1949 — rejissor Hüseynağa Atakişiyev dünyaya gəlib

1951 — San-Fransiskoda Yaponiya və II Dünya müharibəsi müttəfiqləri arasında sülh müqaviləsi imzalandı. SSRİ sənədi imzalamamışdır.

1952 — Ernest Heminqueyin "Qoca və dəniz" əsərinin ilk nəşri çapdan çıxmışdır.

1978 — Tehranda şah rejimi əleyhinə nümayişlər iğtişaşlara səbəb oldu. Hərbçilərin nümayişçilərə atəş açması nəticəsində 122 nəfər həlak olmuş, 2000 nəfər yaralanmışdı.

1991 — Makedoniya müstəqillik əldə etmişdir.

1991 - Ayaz Mütəllibov Azərbaycan Respublikasının (Azərbaycan SSR) ilk prezidenti seçilir.

Link to comment
Share on other sites

В ближайшие два месяца в Азербайджане ожидается снижение тарифов на интернет Как передает АПА, об этом сообщил заместитель министра связи и информационных технологий Ильтимас Мамедов.

«В настоящее время в стране действуют более 30 интернет-провайдеров. В последние годы наблюдается снижение цен на интернет-услуги и Азербайджан среди стран региона с самыми низкими ценами».

И.Мамедов отметил, что действующие в стране интернет-провайдеры в настоящее время снижают цены на предоставляемые услуги, в частности трафик, в условиях конкуренции.

«Наша главная цель состоит в обеспечении качества интернет-услуг. Другими словами, выплаты граждан должны соответствовать уровню интернет-услуг. В общем, могу сказать, что действующие в стране интернет-провайдеры снижают цены в рамках рекламы или кампаний, и в сентябре-октябре мы будем чувствовать разницу».

Bu xəbəri artıq neçənci dəfədir eşidirəm. Yaxın bir adamın interneti ucuzlaşıb, daha dəqiq desəm, həmin qiymətə, amma sürət artıb. Mən hələ də gözləyirəm :(

Link to comment
Share on other sites

Amerika yer üzündən silinməyə nə qədər can atırmış!

ABŞ-da 11 sentyabrda məscid partladılacaq

Naməlum şəxs məscidə bomba qoyacağını bildirərək müsəlmanları hədələyib.

Amerikanın Tennessi əyalətində naməlum bir şəxs 11 sentyabr hadisələrinin ildönümündə “Merfrisboro” İslam mərkəzində partlayış törədəcəyini bildirib. Polis rəsmiləri şəxsin səsli mesajla müsəlmanları hədələdiyini bildirib. Mesaj göndərən şəxsin həmçinin müsəlmanlar üçün söyüşlü və təhqiredici sözlər sərf etdiyi qeyd edilib.

Merfrisboro polis idarəsinin rəsmisi Kayl Evans məsciddə təhlükəsizlik tədbirlərinin çoxaldıldığını, məscidin ətrafında reydlərə başladıqlarını bildirib. Evans hədə mesaji çərçivəsində başladılan istintaqa federal rəsmilərin də dəstək verdiyini vurğulayıb.

Link to comment
Share on other sites

Bircə bu çatmırdı :angry:

Azərbaycanda havanın temperaturu yüksəlir

Bu gün Bakıda 30 dərəcəyədən isti gözlənilir.

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Paytaxtda havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.

Bu gün əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Hava şətaiti haqqında icmal: Yaxın 3 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Link to comment
Share on other sites

Bakıda böyük milli kitabxana tikiləcək

Artıq kitabxananın tikintisi üçün böyük ərazi qazılıb.

Bakıda böyük milli kitabxana tikiləcək. Artıq kitabxananın tikiləcək məkanı bəlli olub.

Binanın tikintisi işlərinə də başlanılıb. Belə ki, Bakı Dövlət Universiteti ilə Milli Elmlər Akademiyasının arasında kitabxananın tikintisi üçün böyük ərazi qazılıb.

Qeyd edək ki, artıq sözügedən ərazidən keçən kommunikasiya xətləri köçürülüb. İşlərin nə zaman yekunlaşacağı isə hələlik dəqiq bilinmir.

Məkanın uğurlu olduğunu düşünmürəm. Ora dünyanın düz vaxtı adamla dolur olur, indi kitabxana da orda tikilsə....görək də.

Link to comment
Share on other sites

Bakı Olimpiya Oyunlarını qəbul etməkdə israrlıdır

Azərbaycan paytaxtının 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.

Təşkilat Komitəsi aşağıdakı tərkibdədir:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Füzuli Ələkbərov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kərəm Həsənov – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

İlqar Rəhimov – Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti

Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Fərid Mansurov – Olimpiya çempionu

Namiq Abdullayev – Olimpiya çempionu

Zemfira Meftəhətdinova – Olimpiya çempionu

Elnur Məmmədli – Olimpiya çempionu

Təşkilat Komitəsinə Bakı şəhərinin 2020-ci ilin XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etmək, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə isə Milli Olimpiya Komitəsi ilə birlikdə namizəd şəhərin Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı namizədliyinin qəbul edilməsi proseduruna uyğun olaraq Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün, Təşkilat Komitəsi ilə razılaşdırılmaqla, sifariş kitabını hazırlamaq tapşırılıb.

Sərəncamdan irəli gələn məsələləri isə Nazirlər Kabineti həll edəcək.

Link to comment
Share on other sites

Rövşən Bayramov dünya çempionluğu və London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

[ 13 Sentyabr 2011 11:25 ]Bakı – APA.

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarına 10-cu lisenziyasını qazanıb.

Apasport.az saytının məlumatına görə, buna yunan-Roma güləşçimiz Rövşən Bayramov dünya çempionluğunu qazanmaqla nail olub. 55 kq çəkidə mübarizə aparan gənc idmançımız Türkiyənin İstanbul şəhərində keçirilən yarışın qalibi olmaqla, karyerasında ilk dəfə dünya çempionu olub. Pekin Olimpiadasının gümüş medalçısı olan Rövşən finalda belaruslu Elbek Taciyevi (3:0, 1:0) məğlub edib. Bu, dünya çempionatının ilk günündə yeganə uğurumuz olub. Digər güləşçilərimiz – Vitali Rəhimovla (66 kq) Şalva Qadabadze medal və lisenziya qazana bilməyiblər.

Qeyd edək ki, Bayramov London Olimpiadasına lisenziya qazanan ilk güləşçimiz olub.

http://www.youtube.com/watch?v=cHTLi-NpRt8

Link to comment
Share on other sites

Gəlinlə bəy toylarına bir neçə saat qalmış intihar etdilər

18.09.2011 13:36

Bu gün Siyəzən rayonunda ailə qurmağı planlaşdıran iki gənc intihar edib.

Hadisə Zarat inzibati ərazi vahidliyinin Kəndahar kəndində qeydə alınıb.

Məlumata görə, 27 yaşlı Asif Feyruz oğlu Quliyev və 23 yaşlı Vüsalə Əmirağa qızı Əmiraslanova özlərini yaşadıqları mənzillərində asıblar. Deyilənə görə, ilk öncə saat 05:40 radələrində Feyruz Quliyev intihar edib. Xəbəri eşidən Vüsalə Əmiraslanova isə ondan sonra bu addımı atıb.

Hazırda gənclərin intihar səbəbləri araşdırılır.

/// ANS

My link

Link to comment
Share on other sites

Rövşən Bayramov dünya çempionluğu və London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

[ 13 Sentyabr 2011 11:25 ]Bakı – APA.

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarına 10-cu lisenziyasını qazanıb.

Apasport.az saytının məlumatına görə, buna yunan-Roma güləşçimiz Rövşən Bayramov dünya çempionluğunu qazanmaqla nail olub. 55 kq çəkidə mübarizə aparan gənc idmançımız Türkiyənin İstanbul şəhərində keçirilən yarışın qalibi olmaqla, karyerasında ilk dəfə dünya çempionu olub. Pekin Olimpiadasının gümüş medalçısı olan Rövşən finalda belaruslu Elbek Taciyevi (3:0, 1:0) məğlub edib. Bu, dünya çempionatının ilk günündə yeganə uğurumuz olub. Digər güləşçilərimiz – Vitali Rəhimovla (66 kq) Şalva Qadabadze medal və lisenziya qazana bilməyiblər.

Qeyd edək ki, Bayramov London Olimpiadasına lisenziya qazanan ilk güləşçimiz olub.

http://www.youtube.com/watch?v=cHTLi-NpRt8

Sevindirici xəbərdir. :aappll:

Link to comment
Share on other sites

  • 4 weeks later...
20 yaşlı oğlan ailə üzvlərinin gözü önündə damarlarını doğradı

O, əsəbiləşib hər iki qolunun venasını kəsdi

Oktyabrın 14-də Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib. Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 18-ci mikrorayon sakini, 1991-ci il təvəllüdlü Əşrəfov Vahid Mirzəcan oğlu hər iki qolunun damarlarını ülgüclə kəsərək, intihara cəhd edib.

Məlumata görə, hazırda Kimyaçılar qəsəbəsində yaşayan 20 yaşlı V.Əşrəvov ailə münaqişəsi zəminində əsəbiləşib və özünü öldürmək qərarına gəlib. O, ülgücü götürərək ailə üzvlərinin gözü qarşısında damarlarını doğrayıb.

Canına qəsd edən gənc dərhal xəstəxanaya aparılıb. Çoxlu qan itirən oğlanın həyatını xilas etmək mümkün olub.

Faktla əlaqədar araşdırma aparılır.

Link to comment
Share on other sites

255_0O1Z3V9qHPTu.jpg

ŞOK !3 ildə 23 yaşlı qız 50 yaşlı qadının halına düşdü

Gənc qadının halına bütün dünya heyrətləndi..

26 yaşında olan Vietnamlı Nguyen Thi Phuong balıq məhsulundan qidalandıqdan sonra bədənində qaşınma hallarının artığını ərinə bildirib.Lakin ərinin imkanı olmadığından onu xəstəxanaya aparmayıb və aptekdən müxtəlif alergiyaya qarşı dərman alıb və onlardan istifadə etməyə məsləhət görüb.Gənc qızın bildirdiyinə görə dərmanlar onun qaşınmasını azaltsa da onun dərisinin sürətlə qocaldığını bildirib.Nəticədə 3 il ərzində 50 yaşında ki,qoca qadın halına düşüb.

Həkimlər isə gənc qızın bu hala düşməsinin əsas səbəbini dərmanlarda görürlər.

Link to comment
Share on other sites

Çexiya Parlamenti müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı qətnamə qəbul edib

Bu ölkənin Deputatlar Palatasının xarici əlaqələr komitəsinin üzvləri Çexiya xalqı adından Azərbaycanı təbrik ediblər

Çexiya Parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsi Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə yekdilliklə qətnamə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə qətnamədə deyilir ki, 28 may 1918-ci ildə müstəqilliyi bəyan edilmiş Azərbaycan Respublikası Türk və Müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və universal səsvermə hüququnu təmin edən ilk dünya dövlətlərindən olub və Çexoslovakiya da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanınıb.

“Azərbaycan 1918-1920-ci illərdə müstəqil və 1922-1991-ci illərdə SSRİ tərkibində olub, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Parlamenti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi və müstəqilliyi Çexiya Respublikası tərəfindən qeyd-şərtsiz tanınıb və dəstəklənib. Yaradıcılarının qoyduğu rəhbər prinsiplərin və ümumbəşəri demokratik dəyərlərin təbliğinin davamı olaraq, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır, Avropanın enerji təchizatının diversifikasiyasında əhəmiyyətli rol oynayır, bununla da Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir”, - deyə qətnamədə vurğulanır.

Bununla yanaşı sənəddə qeyd olunub ki, Azərbaycan NATO-nun Sülh naminə Tərəfdaşlıq və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramlarının aktiv üzvüdür: “Biz, Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr Komitəsinin üzvləri, təmsil etdiyimiz xalq adından müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasını təbrik edirik”.

Link to comment
Share on other sites

Bakıda daha bir polis cinayət başında həbs edildi

Polis əməkdaşı narkotik vasitə satarkən tutulub

Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Müşfiq Əkbərov 6,283 qram heroini satarkən tutulub. Daxili İşlər Nazirliyinin rəösmi saytında yerləşdirilən məlumata görə, polis Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Təhqiqatlar İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyat tədbirləri nəticəsində saxlanılıb.

Əsas diqqətimi daha bir polis ifadəsi cəlb etdi. Sən demə birinci deyilmiş. Sonra da deyirlər polislər ictimai asayişin keşikçiləridir. Əzrayıl uşaq paylayır məsələsinə döndü lap. Bilməyənlər üçün:

Xəbər yayılır ki, əzrayıl uşaq paylayır, biri deyir ki, "mənim uşağımı aparmasın, payladığı mənə lazım deyil". :hmmm:

Link to comment
Share on other sites

Azərbaycanlı kino tənqidçisi İrana getmək istəyir

Sədaqət Kamal Beynəlxalq Fecr Kinofestivalına qatılmaq arzusundadır

25890.jpg

Hər il Tehranda düzənlənən məşhur Fecr Kinofestivalında iştirak etmək arzusunda olan azərbaycanlı kino tənqidçisi Sədaqət Kamal İran mədəniyyət nazirinin müavini Ağayi Cavad Şəməkdariyə müraciət ünvanlayıb. Eyni zamanda Peşəkar Kinoaktyorlar Gildiyasının mətbuat sözçüsü olan S.Kamal ANS PRESS-ə müsahibəsində, bu səfərin hal-hazırda üzərində işlədiyi "İslam ölkələri kinosu" kitabı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirır.

Kino tənqidçi keçən il Fecr kinofestivalına dəvət olunsa da festivala qatıla bilmədiyini deyir: "Keçən il Tehranda keçirilən Fecr kinofestivalına dəvətli idim. Lakin bəzi səbəblər üzündən bu səfəri reallaşdıra bilmədim. Ümid edirəm ki, İran rəsmisi 2012-ci ilin fevral ayında gildiya nümayəndələrinin kinofestivalda istirakını reallaşdıra biləcək.

Qeyd edim ki, hazırda üzərində işlədiyim "İslam ölkələri kinosu" kitabımın səhifələrini bu festival haqda təəsüratlarımsız təsəvvür etmirəm. Ötən il Bağdadda keçirilən kinofestivalda Cavad Şəməkdari ilə müsahibəm zamanı mən bu istəyimi ona bildirdim və o, "çox gözəl, buyurub gəlin, İranda olarkən sizin Məşhəd ziyarətiniz də təşkil olunacaq", deyə söyləmişdi".

Link to comment
Share on other sites

FHN yanğın zamanı uşaq ölümlərinin səbəblərini açıqlayıb

"Bu il 12 azyaşlı ölüb ki, onlardan 3-ü maşında yanaraq ölüb, 9-u ev və sair qapalı yerlərdə yanıb"

2010-cu ildə baş verən yanğın hadisələrində 46 nəfər ölüb. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

Onun sözlərinə görə, onlardan da 12-si azyaşlıdır. Bu il isə azyaşlı uşaqların yanması halları ötən illə müqayisədə artıb.

Fövqəladə hallar nazirini müavini etibar mirzəyev deyib ki, yanğın hadiəsləri zamanı azyaşlıların ölməsi daha çox rayon yerlərində baş verir və bunun başlıca səbəbi valideynlərin uşaqları evdə tək qoymasıdır.

"Bu il 12 azyaşlı ölüb ki, onlardan 3-ü maşında yanaraq ölüb, 9-u ev və sair qapalı yerlərdə yanıb. Aparılan statistika gösstərir ki, uşaqlar daha çox raoyn və kənd yerlərində yanırlar. Ona görə ki, valideynləri onları evdə tək qoyur, nasaz sobalardan istfadə edir və ya ot tayaları evə bitişik olur", deyə E. Mirəzyev qeyd edib.

Link to comment
Share on other sites

Toydan gələn ailə qəzaya uğradı: 5 yaralı

Siyəzəndə iki maşın toqquşdu

Azərbaycanın Siyəzən rayonunda yol qəzası baş verib. "Regional" TV kanalının məlumatına görə, qəza Bakı-Quba-Rusiya Federasiyası yolunun 107-ci km-də baş verib.

"Hyundai" və "VAZ 2106" markalı nəqliyyat vasitələrinin toqquşması 5 nəfərin xəsarət almasına səbəb olub. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Onlar Siyəzən rayon sakinləri 29 yaşlı Əfsanə Hüseynova, 25 yaşlı Samir Hüseynov, 27 yaşlı Həbibə Mayılova, Bakı şəhər sakinləri - 51 yaşlı Mətanət Zeynalova və 56 yaşlı Ruhəngiz Məmmədovadır. Xəsarət alanların üçü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər iki nəfər isə tibb müəssəsində stasionar qaydada müalicəsini davam etdirir.

Onlardan Əfsanə Hüseynovanın vəziyyəti ağırdır. "VAZ 2106" markalı avtomobildə olan şəxslər Xaçmazdan toy mərasimindən qayıdırmışlar. Onların qohum olduğu bildirilir. Hadisə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən araşdırılır. Faktla əlaqədar avtotexniki və tibbi ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.

Link to comment
Share on other sites

Əfqanıstanda ABŞ hərbi bazasına hücum olub

Taliban döyüşçüləri məsuliyyəti öz üzərinə götürüb

Əfqanıstanın şərqindəki Pancşir vilayətinin Rakoha rayonunda silahlı döyüşçülər ABŞ hərbçilərinin bazasına hücum ediblər. Hücumu həyata keçirən 4 kamikadzedən 3-ü bazanı atəşə tutub, biri isə idarə etdiyi avtomobildəki partlayıcı maddələri işə salıb. Döyüşçülərin hamısı zərərsizləşdirilib. Hücum zamanı 2 əfqan mühafizəçi də yaralanıb. Partlayışa görə məsuliyyəti taldiban döyüşçüləri öz üzərinə götürüb. Bu, koalisiya qüvvələrinin Əfqanıstanda hərbi əməliyyatlara başlamasından bəri 10 ildə Pancşir vilayətində kamikadzelərin törətdiyi ilk hücum olub.

Bu hücum ötən gün bütün ölkədə azı 30 nəfərin ölümü ilə nəticələnmiş silahlı qarşıdurmalardan sonra baş verib. NATO-nun məlumatına görə ölkənin şərqindəki Kunar, Vardak və Qəzni vilayətlərində keçirilən əməliyyatlarda 23 döyüşçü zərərsizləşdirilib. Müxtəlif hücumlar zamanı 3 NATO hərbçisinin də öldüyü bildirilir.

Link to comment
Share on other sites

Bakıda “Eurovision 2012”nin keçirilə biləcəyi arenanın bünövrəsinin inşası başa çatır

Təxminən 25 min tamaşaçı tutumuna malik olacaq kompleks 2012-ci ilin aprelində istismara veriləcək

Bakıda çoxfunksiyalı arenanın bünövrəsinin tikintisi başa çatır. Trend-in məlumatına görə, bu arena paytaxtda “Eurovision 2012” mahnı müsabiqəsinin keçiriləcəyi mümkün yerlərdən biridir. Dövlət Bayrağı Meydanının yaxınlığındakı “Baku Crystal Hall” idman kompleksinin inşası bu ilin sentyabrında başlayıb. Təxminən 25 min tamaşaçı tutumuna malik olacaq arena 2012-ci ilin aprel ayında istismara veriləcək.

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin Bakıda Dövlət Bayrağı Meydanında yeni idman-konsert kompleksinin tikintisi üzrə elan etdiyi tenderin qalibi Almaniyanın məhşur “ALPİNE Bau Deutchland AG” şirkəti olub.

“ALPINE Bau Deutschland AG” şirkəti 100 faizli “ALPINE Bau Group” şirkətinin törəməsidir.

“ALPINE Bau Deutschland AG” şirkətinin layihə üzrə tərəfdaşı “gmp International GmbH”, İsveçrənin “Nüssli AG” və “Basler & Hofmann AG”, eləcə də Avstriyanın “GmbH & Co. KG” və “SSF Ingenieure AG” şirkətləridir.

Link to comment
Share on other sites

İlham Əliyev: “Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər”

“Heç kim təmas xəttində hər hansı bir ssenarini istisna edə bilməz”

“Dağlıq Qarabağ münaqişəsi region üçün ən böyük təhlükədir”. ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir: ““Qarabağ” sözünün özü Azərbaycan sözüdür. 1990-cı illərin əvvəllərində təkcə Dağlıq Qarabağdan deyil, eləcə də ermənilərin heç zaman yaşamadıqları Dağlıq Qarabağ ətrafındakı 7 rayondan bütün azərbaycanlılar qovuldular. Ümumilikdə bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var. Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən bizim torpağımızdır, hüquqi nöqteyi-nəzərdən də beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir - BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni işğalçı qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilib. Digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müvafiq qərar və qətnamələr qəbul edilib”.

Dövlət başçısı bildirib ki, rəsmi Bakı münaqişənin münaqişənin sülh yolu ilə nizama salınacağına hələ də ümid edir: “Münaqişənin həll olunması beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni silahlı qüvvələri bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı, azərbaycanlıların öz ata-baba yurdlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququ olmalıdır. Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Dünyada və Avropada muxtariyyətlərin yaxşı nümunələri var. Təmas xəttindəki vəziyyətə gəldikdə isə, burada vəziyyət çox kövrəkdir. Faktiki olaraq sülh yoxdur”.

Prezident İlham Əliyev müxbirin münaqişə dövründə nə qədər insanın həyatını itirməsi ilə bağlı sualına cavabında deyib: “Müxtəlif rəqəmlər var, lakin hərbi əməliyyatlar zamanı əlbəttə ki, itkilər olub, müharibə dövründə bizdə 12-15 min insan həlak olub və itkin düşüb. Ermənilər nə qədər itki veriblər, bunu onların özləri daha yaxşı bilirlər”.

“Bu münaqişənin proqnozlaşdırılması mümkün olmadığından ən təhlükəli münaqişədir”, - deyən Azərbaycan Prezidentinin fikrincə, nəyin baş verəcəyini proqnozlaşdırmaq olmur: “Azərbaycanın bütün beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinə əsasən, öz ərazi bütövlüyünü istənilən vasitə ilə bərpa etmək üçün tam hüququ var. Elə ölkələr var ki, onlar özünün yerləşdiyi əsas ərazidən min kilometrlərlə uzaqda ərazi bütövlüklərini bərpa ediblər. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir. Dağlıq Qarabağın Ermənistan ilə heç zaman inzibati sərhədi olmayıb. Hətta Sovetlər dövründə bu ərazinin, - o zamanlar Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı, - Ermənistan ilə heç bir inzibati sərhədi yox idi. Dağlıq Qarabağın əhalisinin təqribən 30 faizi etnik azərbaycanlılar idi. Buna görə də bizim ərazi bütövlüyümüzü istənilən yolla bərpa etməyə tam hüququmuz var. Lakin biz bunu sülh yolu ilə etmək istəyirik. Demək olar, 20 ildir ki, beynəlxalq vasitəçilər heç bir nəticə olmadan bu məsələ ilə məşğuldurlar”.

Link to comment
Share on other sites

26036.jpg

Qəddafi öldürülüb

Milli Keçid Şurasının döyüşçüləri Sirtdə qələbəni bayram edirlər

"Əl-Cəzirə" telekanalının məlumatına görə, Milli Keçid Şurasının rəsmisi Abdül Məcid bildirib ki, Qəddafi hər iki ayağından yaralı vəziyyətdə ələ keçirilib. Məlumata görə, Qəddafi Sirt yaxınlığında NATO hücumundan qaçmağa çalışarkən vurulub və daha sonra yaxalanıb. Rəsmilərin sözlərinə görə, Qəddafi "Vurmayın, vurmayın", deyə bağırdığını deyiblər.

ABŞ isə Qəddafinin tutulduğunu hələ də təsdiqləməyib.

Başqa bir xəbərə görə isə Qəddafinin oğlu Mutassım və Qəddafinin sözçüsü də saxlanıb. Qəddafi rejiminin müdafiə naziri Əbubəkr Yunus Cebirin də öldürüldüyü bildirilib.

***

17:04

Liviya televiziyasının məlumatına görə, Müəmmar Qəddafi öldürülüb. Milli Keçid Şurasıdan yüksəsk səviyyəli hərbi rəsmisi bildirib ki, bu gün Sirt şəhərində ələ keçirilən Qəddafinin aldığı ağır yaralardan öldüyünü söyləyib.

16:04

Liviyada Milli Keçid Şurasının qüvvələri Sirt şəhərində Müəmmər Qəddafiyə sadiq qüvvələri öz mövqelərindən tamamilə sıxışdırdıqlarını bəyan ediblər. Müxalif qüvvələr devrilmiş lider Müəmmər Qəddafinin doğma şəhərində nəzarəti tamamilə ələ keçirdiklərini bildirirlər.

Bölgədə olan kütləvi-informasiya vasitələrinin məlumatına görə, şəhərin ələ keçirilməsində həlledici hücuma yerli vaxtla səhər saat 8-də başlanılıb və 90 dəqiqə davam edən döyüşlərdən sonra Sirt üzərində nəzarət ələ keçirilib. Hazırda Milli Keçid Şurasının əsgərləri şəhərdə qələbəni bayram edirlər.

Liviyanın Milli Keçid Şurası avqustda paytaxt Tripolinin ələ keçirilməsindən bəri gizlənən Müəmmər Qəddafinin ələ keçirildiyini və 2 ayağından yaralandığını xəbər verib. Təfərrüatlar məlum deyil.

Link to comment
Share on other sites

3793.jpg

Xalq artisti öz istəyi ilə teatrı tərk etdi

İsrafil İsrafilov: “Zərnigar Ağakişiyeva işdən çıxmaq üçün 4 dəfə müraciət etdi, biz də onun xahişini nəzərə aldıq”

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva Akademik Milli Dram Teatrından gedib. Teatrın direktoru İsrafil İsrafilov bildirib ki, Z. Ağakişiyeva dörd dəfə teatrdan çıxmaq üçün ona müraciət ünvanlayıb: “Biz Zərnigar xanımın işdən çıxmasını, teatrdan uzaqlaşmasını istəmirdik. Sadəcə olaraq, dörd dəfə müraciət etdi və səhhətindəki problemlərlə bağlı teatrdan ayrılmaq istəyini bildirdi. Onun təkidindən sonra xahişi nəzərə alındı”.

Bu ilin əvvəlində teatrda əməkdaşlarla müqavilələr bağlanarkən teatrın aktrisası Kubra Əliyevanın da işdən çıxması faktına toxunan İ.İsrafilov deyib ki, K.Əliyeva da teatrdan uzaqlaşmasını səhhəti ilə əlaqələndirib: “Heç kimin ürəyinə girmək mümkün deyil. Kubra xanım da öz xahişi ilə işdən çıxdı. Səhhətini əsas gətirdi və teatrdan uzaqlaşdı”.

Teatr rəhbəri bu iki haldan başqa, teatrdan getmə halının olmadığını vurğulayıb.

Link to comment
Share on other sites

24623.jpg

Qəddafinin oğlu öldürülüb

Mütəsim Qəddafinin cəsədi Misuratu şəhərinə yola salınıb

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğullarından biri Mütəsim Sirtin alınması zamanı Milli Keçid Şurasının əsgərləri tərəfindən öldürüb. ANS PRESS “ France Press”ə istinadən bildirir ki, Mütəsim Qəddafinin və Liviyanın keçmiş müdafiə naziri Əbu Bəkr Yunisin cəsədi Misuratu şəhərinə yola salınıb.

“Əl Cəzirə” telekanalının məlumatına görə, Müəmmar Qəddafinin digər oğlu Seyf-Əl İslam hələ tutulmayıb və Liviyanın cənubundakı Bəni-Valid şəhəri ətrafında gizlənir. Seyf Əl-İslamı bəşəriyyətə qarşı cinayətlərdə günahlandırırlar.

Link to comment
Share on other sites

Azərbaycan Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupa üzv qəbul olunub

Bu, Azərbaycana fəlakətlər zamanı beynəlxalq xilasetmə dəstələri ilə qarşılıqlı əlaqələrin qurulması və s. imkanı yaradır

Azərbaycan Respublikası 2011-ci ilin oktyabr ayında BMT çərçivəsində fəaliyyət göstərən və fəlakətlərə cavab tədbirləri görən ölkələrin axtarış-xilasetmə və beynəlxalq əməliyyatlar üzrə əlaqələndirmə fəaliyyətini icra edən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupa (INSARAG) üzv qəbul olunub.

Bu barədə Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinindən ANS PRESS-ə məlumat verilib.

Məlumatda bildirilir ki, 1991-ci ildən təsis edilmiş INSARAG-ın yaranma məqsədi müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ezam olunan müxtəlif axtarış-xilasetmə qrupları arasındakı uzlaşmanın təmin edilməsi, onların imkan və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi və inkişaf etdirilməsindən ibarətdir. INSARAG fəlakətlərin mənfi nəticələrinin azaldılması məqsədilə fövqəladə hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsi, beynəlxalq axtarış-xilasetmə dəstələri arasında əməkdaşlığın səmərəliliyinin artırılması və bu baxımdan onların işini tənzimləyən sistem və prosedurların inkişaf etdirilməsi, beynəlxalq səviyyədə fövqəladə yardım əməliyyatlarının təşkili üçün müvafiq prosedur və istiqamətlərin təyin edilməsi, mükəmməl təcrübələrin öyrənilməsi və maraqlı təşkilatlar arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsində fəaliyyət göstərir.

INSARAG-a üzvlük Azərbaycana fəlakətlər zamanı beynəlxalq xilasetmə dəstələri ilə ölkəmizin müvafiq xilasetmə dəstəsi arasında qarşılıqlı əlaqələrin qurulması, Qrupun illik görüşlərində və regional təlimlərində iştirak, BMT-nin fövqəladə hallarla bağlı mexanizmlərinə cəlb olunması, Qrupun məlumat vasitələrinə çıxışın əldə edilməsi, INSARAG qaydalarının öyrənilməsi və müvafiq vərdişlərə yiyələnmə, o cümlədən bilik və bacarıqların bölüşməsi imkanı yaradır.

Link to comment
Share on other sites

Müstəqilliyimizin 20-ci ildönümü Meksikada qeyd edildi

Bayram tədbiri Mexikonun tarixi mədəniyyət ocağı “Bellas Artes” Milli İncəsənət Sarayının binasında keçirilib

26034.jpg

Müstəqilliyimizin 20-illiyi Meksikada qeyd edilib. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 19 oktyabr tarixində Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə səfirlik tərəfindən konsert və rəsmi qəbul təşkil edilib. Bayram tədbiri Mexiko şəhərinin ən nüfuzlu və tarixi mədəniyyət ocağı hesab edilən “Bellas Artes” Milli İncəsənət Sarayının binasında keçirilib.

Tədbirin rəsmi açılışı zamanı Azərbaycan və Meksikanın dövlət himnləri səsləndirilib.

Giriş sözü ilə çıxış edən səfir İlqar Muxtarov Azərbaycan xalqı və hökuməti adından qonaqları salamlayıb və Azərbaycanın dövlət müstəqilliyinin qeyd olunması ilə əlaqədar bayram günü sevincinə qoşulduqları üçün tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Səfir İ.Muxtarov Şərqdə ilk demokartik respublika qurmuş Azərbaycanın dövlətçilik tarixi, müasir dövrdə ölkəmizin regionda rolu, iqtisadi inkişafı və beynəlxalq ictimaiyyətə inteqrasiya olunması istiqamətində son 20 il ərzində əldə etdiyi uğur və nailiyyətlərdən bəhs edərək, xalqımızın zəngin mədəniyyəti və müxtəlif dinlərə və xalqlara münasibətdə tolerantlıq və dözümlük ənənələrindən danışıb. Səfir öz çıxışında həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və münaqişənin nəticələri, habelə Ermənistan hökumətinin regionda davamlı sülh və təhlükəsizliyə təhdidlər yaratdığını bildirib.

Azərbaycan və Meksikanın inkişaf edən ikitərəfli münasibətlərinə toxunan səfir İ.Muxtarov ölkələrimiz arasında geniş spektrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu söyləyib.

ff4103cf7817.jpg

Tədbirdə həmçinin Meksika Konqresinin üzvləri, Senator Euxenio Qvadalupe və Meksika–Azərbaycan Dostluq Qrupunun üzvü, deputat Salvador Karo çıxış edib. Natiqlər Meksika Konqresi adından Azərbaycan xalqını Müstəqillik bayramı münasibəti ilə təbrik edərək, ölkələrimiz arasında davam edən siyasi əməkdaşlığın, o cümlədən parlamentlərarası, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edib. Qədim və zəngin tarixi keçmişə malik olan ölkəmizin müstəqiliyinin 20 illik yubiley tarixinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən Meksika konqresmenləri Azərbaycan xalqının azadlıq uğrunda ağır mübarizə edərək yenidən bərpa etdiyi müstəqilliyin əbədi olacağına əmin olduqlarını bildiriblər.

Daha sonra, qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, dövlətçiliyin inkişafı və bu xüsusda, Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, habelə müasir dövrdə Azərbaycanın müxtəlif sahələrdə inkişafı, həyata keçirilən iri miqyaslı iqtisadi layihələr və ölkəmizin genişlənən beynəlxalq münasibətlərindən bəhs edən ispan dilində sənədli film nümayiş etdirilib. Tədbirin rəsmi hissəsi konsert proqramı və Azərbaycanın Müstəqillik bayramı münasibəti ilə verilmiş ziyafətlə davam etdirilib. Ziyafət zamanı qonaqlara Azərbaycan mətbəxinə aid təamlar və şirniyyatlar təqdim edilib.

Azərbaycandan qastrol səfərinə gəlmiş incəsənət xadimlərinin iştirakı ilə keçirilmiş konsert zamanı, xalqımızın milli rəqsləri və qədim irsi olan muğam sənətinin nümunələri ifa edilmiş və qonaqların davamlı alqışları ilə müşayiət olunub.

711a92ec3f79.jpg

cbd4102f4c85.jpg

Link to comment
Share on other sites

:D

İndi də "balıq qripi" çıxdı!

Dünyada yeni yoluxucu virus - "balıq qripi" - yayılmağa başlayıb

Bu xəstəliyin bakteriyaları genetik struktur və forma baxımından "quş qripin"ə (H1N1) bənzəyir. Milli.az "Scientist"ə istinadən bildirir ki, Kanadanın Saymon Freyzer Universitetinin professorları Rik Routlec və Aleksandra Mortonun apardıqları tədqiqatlar nəticəsində aşkarlanmış "Selmon anemiyası infeksiyası" (Infectious Salmon Anaemia, İSA) virusu "quş qripi" virusuna bənzəyir.

Balıqlarda ilk dəfə belə virusla rastlaşdıqlarını deyən professorların sözlərinə görə, İSA-ya hələlik heyvanlar yoluxur və xəstəlik insan orqanizminə təsir etmir. Virusa yoluxmuş naqqa balıqları bir-birlərinə hücum edirlər.

Kanadanın Prins Edvard Aylend əyalətindəki Atlantik Baytarlıq Kollecinin professoru Fred Kaybenq laboratoriyada "quş qripi" virusu ilə bağlı apardığı testlərin cavablarını Kanada Ərzaq Nəzarəti Agentliyinə yolladığını deyib.

Onun dediyinə görə, Kanada sahilləri ilə yanaşı, Çilidəki balıqların 70 faizi "quş qripi"nə yoluxub.

Routlec onu da vurğulayıb ki, Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərindəki naqqa balıqlarının çoxu "balıq virusu"na yoluxduğu üçün onların nəsli kəsilə bilər.

Link to comment
Share on other sites

  • 1 month later...

13 yaşlı erməni Azərbaycana məktub göndərdi

“Bütün dünyaya, bütün ölkələrə müraciət edib çörək istəmişəm, çörək pulu istəmişəm”

“Mən David Davtyanam, 13 yaşım var. Erməni faşizmi məni acından öldürür. ölkədən çıxmağa qoymurlar. Məni burada basdırmaq istəyirlər. Bütün dünyaya, bütün ölkələrə müraciət edib çörək istəmişəm, çörək pulu istəmişəm. Heç kəs 13 yaşlı uşağa bir çörək almağa pul verməyib. Mən ölümdən qorxmuram, amma insanların laqeydliyinə təəccüb edirəm. Doğrudanmı erməni zəhəri bütün dünyanı korlayıb. Ermənizm öldürür, dünya isə susur? Yalvarıram, rəhm edin, bizi öldürə bilərlər...”.

13 yaşlı erməni David Davtyanın [email protected] elektron poçt ünvanından AzərTAc-a göndərdiyi bu məktub bir yeniyetmənin fəryadıdır. Onu düşündürən azğınlaşmış erməni faşizmindən daha çox heç kəsə aydın olmayan əlçatmaz məqsədlər naminə öz uşaqlarını qıran erməni cəmiyyətində hökm sürən özbaşınalığa bütün dünya birliyinin soyuqqanlığıdır. Acından üzülən vəhşi heyvanlar da belə hərəkət etmir.

Link to comment
Share on other sites

Bakıda abituriyent faciəvi şəkildə öldü

16 yaşlı gənc hamamda dəm qazından boğulub

Bakının Nizami rayonunda 16 yaşlı oğlan dəm qazından boğulub. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, hadisə İsmayıl Məmmədov küçəsi, ev 14-də qeydə alınıb. Qazdan boğulan 16 yaşlı Kamran Əliyev olub.

Faktla bağlı araşdırma aparlır.

Link to comment
Share on other sites

ABŞ vitse-prezidenti Bakını İraq şəhəri adlandırdı

Co Bayden elementar coğrafi biliklərə malik olmadığını nümayiş etdirdi

ABŞ vitse-prezidenti Co Bayden İraqda çıxışı zamanı elementar coğrafi biliklərə malik olmadığını nümayiş etdirib. ANS PRESS-in Britaniyanın “The Independent” qəzetinə istinadən verdiyi məlumatına görə, ABŞ-ın vitse-prezidenti İraqın paytaxtı Bağdad şəhərində çıxışı zamanı “ABŞ Bakıda xəstəxanalar tikir” ifadəsini işlədib. Co Beyden çıxışı zamanı Bakının İraqda yerləşdiyinə əmin olduğunu bildirib.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 79 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 155 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...