Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi


Recommended Posts

Milli Ordunun mövqeləri atəşə tutulub

Atəşkəs Goranboy, Xocavənd və Tərtər istiqamətindən pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 12-də və 13-də bir necə istiqamətdə atəşkəsi pozub. Erməni ordusu saat 15.55-dən 16.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, saat 11/.35-dən 11.50-dək və dekabrın 13-də saat 01.40-dan 01.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 05.00-dan 05.15-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Bakıda həbsdən yeni çıxmış qız müəmmalı şəkildə öldü

Onun meyiti metronun “Sahil” stansiyasının yaxınlığından tapılıb

Bakıda gənc qız müəmmalı şəkildə ölüb. Səbail rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, üzeyir Hacıbəyov küçəsi 16 ünvanında, metronun “Sahil” stansiyasının yaxınlığında 22-25 yaşlı qadın meyiti tapılıb. Meyit ekspertizaya göndərilib. Gənc qadının hansı şəraitdə ölməsi barədə isə ətraflı məlumat yoxdur.

Digər məlumata görə, əməliyyatçılar artıq naməlum qadın meyitinin kimə məxsus olmasını aydınlaşdırıb. Lakin hadisənin hansı şəraitdə, nə səbəbdən baş verməsi məlum olmadığından ad istintaq sirri kimi gizli saxlanılır. Lakin əldə etdiyimiz məlumata görə, ölən və ya öldürülən qadın yüngül həyat tərzi keçirirmiş, təxminən 1 ay əvvəl həbsdən çıxıbmış.

Qeyd edək ki, hazırda qadının narkotik vasitənin təsirindən, bədbəxt hadisədən və ya digər səbəblərdən dünyasını dəyişməsi ehtimalları araşdırılır.

Link to comment
Share on other sites

Bakı metrosunda gediş haqqı ödənilməsində yenilik var

Bakı metrosunda gediş haqqı ödənilməsində yenilik edilib. Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, dekabrın 17-si saat 06:00-dan etibarən sərnişinlərin istifadə etdikləri təmassız kartlara yüklənmiş məbləğ, gedişlərin sayı kimi yox, pul vahidi kimi ifadə olunur.

Onun sözlərinə görə, kartlara dekabrın 17-dək yüklənmiş gedişlərin sayına müvafiq olan məbləğdən istifadə etdikləri hər bir gediş üçün 20 qəpik çıxılacaq.

Xidmət rəisi qeyd etdi ki, post terminallarda və PKAY aparatlarında aparılan əməliyyatlarda gediş haqqı say yox, məbləğ kimi göstəriləcək. Turniketlərdən keçən zaman kartlardakı gedişlər avtomatik olaraq pul vahidinə çevriləcək.

Daha bir dəyişiklik isə odur ki, müvəqqəti olaraq kart və gedişlərin xəzinədar tərəfindən satışı və ya geri qaytarılması mümkün olmayacaq.

Link to comment
Share on other sites

OK sözünün bir neçə mənası barədə:

Obeday Kelly (Obediah Kelly) - ABŞ-ın dəmiryolunun yükdaşıyan agenti vacib sənədlər OK yazaraq Obeday Kelly tərəfindən yoxlanıldığını bildirirmiş.

Okeh – sözü çokto dilində Bəli deməkdir.

Oll Korreсt – 19 əsr ABŞ prezidenti Andrew Jacksonun ən məhşur ifadəsi idi. Hər şey yaxşıdır, düzgündür sözünü bəzən o OK deyərək bildirirmiş.

Old Kinderhook- Prezident Jacksonun köməkçisi Martin vann Buren öz doğma torpağı olan Old Kinderhook barədə danışanda qısaca olaraq OK deyirmiş.

Ola Kala – Yunan dilində hərşey qaydasındadır deməkdir. Qısaca olaraq OK

О Ке – Mandinqo dilində hər şey yaxşıdır deməkdir.

Oav Kay – Vol millətinin dili ilə desək Bəli həqiqətən demiş olarıq.

Omnia Correcta – Latın dilində Bəli Düzgündür deməkdir.

Aux Cayes (Okey kimi oxunur) - Haitidə öz ecazkar Rom içkisi ilə seçilən kəndin adıdır.

Och Aye – Şotland dilindən «OO bəli» deməkdir

http://big.az/27642-OK_ifadesi_ile_bagli_bilmediklerimiz.html

Link to comment
Share on other sites

Bakı metrosunda gediş haqqı ödənilməsində yenilik var

Bakı metrosunda gediş haqqı ödənilməsində yenilik edilib. Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, dekabrın 17-si saat 06:00-dan etibarən sərnişinlərin istifadə etdikləri təmassız kartlara yüklənmiş məbləğ, gedişlərin sayı kimi yox, pul vahidi kimi ifadə olunur.

Onun sözlərinə görə, kartlara dekabrın 17-dək yüklənmiş gedişlərin sayına müvafiq olan məbləğdən istifadə etdikləri hər bir gediş üçün 20 qəpik çıxılacaq.

Xidmət rəisi qeyd etdi ki, post terminallarda və PKAY aparatlarında aparılan əməliyyatlarda gediş haqqı say yox, məbləğ kimi göstəriləcək. Turniketlərdən keçən zaman kartlardakı gedişlər avtomatik olaraq pul vahidinə çevriləcək.

Daha bir dəyişiklik isə odur ki, müvəqqəti olaraq kart və gedişlərin xəzinədar tərəfindən satışı və ya geri qaytarılması mümkün olmayacaq.

Kontur kimi oldu ki. Maraqlıdır. Mənim balansımda indi 4 gediş var, belə çıxır ki, 0.80 AZN var kartımda. :)

Link to comment
Share on other sites

Bakı metrosunda gediş haqqı ödənilməsində yenilik var

Bakı metrosunda gediş haqqı ödənilməsində yenilik edilib. Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, dekabrın 17-si saat 06:00-dan etibarən sərnişinlərin istifadə etdikləri təmassız kartlara yüklənmiş məbləğ, gedişlərin sayı kimi yox, pul vahidi kimi ifadə olunur.

Onun sözlərinə görə, kartlara dekabrın 17-dək yüklənmiş gedişlərin sayına müvafiq olan məbləğdən istifadə etdikləri hər bir gediş üçün 20 qəpik çıxılacaq.

Xidmət rəisi qeyd etdi ki, post terminallarda və PKAY aparatlarında aparılan əməliyyatlarda gediş haqqı say yox, məbləğ kimi göstəriləcək. Turniketlərdən keçən zaman kartlardakı gedişlər avtomatik olaraq pul vahidinə çevriləcək.

Daha bir dəyişiklik isə odur ki, müvəqqəti olaraq kart və gedişlərin xəzinədar tərəfindən satışı və ya geri qaytarılması mümkün olmayacaq.

Tağə Əhmədov cənabları metroda geddiş haqqının 70 qəpik olacağı təqdirdə öz xərclərini ödəyəcəyini deyir. Hlə buna da şükr!

Link to comment
Share on other sites

Onun kimi dünyada cəmi 35 nəfər var

İngiltərənin Şimali Uels bölgəsindəki Flint şəhərində yaşayan 26 yaşlı Keti Deyl çox nadir rast gəlinən allergiya xəstəsidir. O, gündəlik gigiyenik prosedurlarda belə, çətinlik çəkir.

çünki suya qarşı allergiyası olan Keti üçün çimmək, əl-üz yumaq çətin məsələyə çevrilib.

Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, Keti ağlaya da bilmir. çünki ağlayanda gözlərindən axan yaş da ona ağrılar verir.

Keti dənizə girə bilmir, hamamda çox qala bilmir, yağışlı havada küçədə gəzə bilmir.

O, çox sevdiyi peşəsini - rəqs müəlliməliyindən belə əl çəkib. çünki Keti tərləyəndə dözülməz ağrılara məruz qalır.

"Bütün bunlar 16 yaşım olanda başlandı. Əvvəl elə bilirdim bəlanın səbəbi şampun və ya sabundur. Lakin sonradan anladım ki, suya qarşı ciddi allergiyam var. Bütün qadınlar kimi, romantik filmlərə baxıb kövrəlmək, yağışlı havada küçədə olmaq istəyirəm", - Keti deyib.

Ketinin dediyinə görə, həyatda ona ən çox dəstək verən adam əri Endidir.

http://big.az/27731-Onun_kimi_dunyada_cemi_35_nefer_var.html

Link to comment
Share on other sites

  • 1 month later...

Azərbaycanda itkin düşən 3 məktəbli qız Bakıda tapılıb.

13:14

Kürdəmir rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, rayonun Carlı kənd sakinləri - əkiz bacılar, 16 yaşlı RöyaləMinayə Novruzovalar, 16 yaşlı Tünzalə Şirəliyeva dünən itkin düşüblər. Onlar yaşadıqları kənddən Kürdəmir rayonuna müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.

İtkin düşən məktəblilərin valideynlərinin polisə müraciətindən sonra araşdırmaya başlanılıb.

Onların müəllim yanına getmədikləri məlum olub.

Hazırda məktəbli qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

__________________

15.02.2012

15:27

Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, ilkin araşdırmalar zamanı məktəbli qızların Kürdəmir avtovağzalından könüllü olaraq taksi ilə Bakı Beynəlxalq Avtovağzalına gəldikləri müəyyənləşib.

Oradan onların hansı istiqamətə getdiyi hələlik müəyyənləşməyib.

Məlumata görə, qızlardan birinin mobil telefonu olsa da, həmin nömrəyə zəng çatmır.

Məktəbli qızları avtovağzala gətirən taksi sürücüsü dindirilib.

Qızların valideynləri ailələrində hər hansı münaqişə və problemin olmadığını bildiriblər. Onlar qızlarını axtarmaq üçün Bakıya gəliblər.

__________________

16.02.2012

09:17

Kürdəmir rayon prokuroru Nurəddin Qasımov Trend-ə bildirib ki, rayon polis şöbəsinin əməkdaşlarının Bakıda keçirdikləri əməliyyat tədbirləri nəticəsində itkin düşən qızlar dünən axşam tapılıblar.

Kürdəmir rayonu Carlı kənd sakinləri - əkiz bacılar 16 yaşlı Röyalə Minayə Novruzovalar, 16 yaşlı Tünzalə Şirəliyeva fevralın 14-də itkin düşüblər.

Prokuror bildirib ki, hər üç qız Bakı Bulvarında tapılıblar. Onlar saxlanılan vaxt yanlarında oğlanlar olub.

Məlumata görə, qızların Bakıya gələrklən telefonla danışdığı Qismət adlı şəxs də saxlanılıb və izahat alınması üçün Kürdəmirə gətirilib.

Xatırladaq ki, məktəbli qızlar yaşadıqları kənddən Kürdəmir rayonuna müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.

Araşdırmalar zamanı məlum olub ki, məktəbli qızlar internet vasitəsi ilə Bakıda yaşayan oğlanlarla tanış olublar. Həmin oğlanların dəvəti ilə onlar Kürdəmir avtovağzalından Müşfiq adlı taksi sürücüsünün maşını ilə Bakı şəhərinə gəliblər. Bakı Beynəlxalq Avtovağzalında isə onları Qismət adlı şəxs qarşılayıb. İtkin düşən məktəblilərin valideynlərinin polisə müraciətindən sonra araşdırmaya başlanılıb.

P.S.Azərbaycan gəncliyi irəliləyir!facepalm.gif

Link to comment
Share on other sites

Bakının mərkəzində qəribə hadisə: inək dükanları dağıtdı

Bölmə: HADİSƏ

17 Fevral 2012 12:13

Polis və vətəndaşları inəyi saxlaya bilmir.

Bu gün Bakının küçələrində dəlisov inək peyda olub. Hadisə şahidlərinin Lent.az-ın “qaynar xətti”nə verdiyi məlumata görə, Yasamal rayonundakı “Beşmərtəbə” adlanan ərazidə yerləşən “5 Qazan” restoranı yaxınlığında 1 inək dükanları dağıda-dağıda qaçır.

Post Patrul Xidmətinin əməkdaşları və vətəndaşlar inəyi tutaraq sakitləşdirməyə çalışsalar da buna nail ola bilmirlər.

Yasamal rayon Polis İdarəsindən Lent.az-a faktı təsdiqləyiblər. Bildiriblər ki, qəssabxanalardan birindən qaçmış inək 1 apteki dağıdıb, xeyli dükana ziyan vurub və ”Sovetski” məhəlləsinə doğru istiqamətlənib. Qəssabxananın işçiləri və ətrafdakılar inəyi tutmağa çalışırlar.

P.S. yaxşı ki, Eurovisiona hələ var, yoxsa turistlərin halını təsəvvür edirəm sleep.png

Link to comment
Share on other sites

Almaniya prezidenti istefa verdi

Bölmə: DÜNYA

17 Fevral 2012 14:08

Almaniya prezidenti Kristian Vulf son aylar adı ətrafında səsləndirilən çoxsaylı qalmaqallarla əlaqədar istefa verib. Lent.az-ın məlumatına görə, Vulfun bir sıra biznesmenlərlə qarşılıqlı mənfəətli əlaqələrdə olduğu və 2008-ci ildə yaşayış ÜçÜn 500 min avro məbləğində aşağı faizli kredit aldığı mÜəyyənləşib.

Bu xəbər alman nəşrlərinin səhifələrində yer aldıqdan sonra ölkə prezidentinin belə yazıların qarşısını almağa hər cÜr cəhd etdiyi və hətta redaktorları hədələdiyi Üzə çıxıb. Fevralın 16-da Almaniya prokurorları ölkə parlamentinə Vulfun toxunulmazlıq hÜququndan məhrum edilməsi barədə rəsmi ərizə göndəriblər. Kansler Angela Markel ölkədəki daxili vəziyyəti qaydasına qoymaq ÜçÜn İtaliyaya səfərini ləğv edib.

Qeyd edək ki, Kristian Vulf 2010-cu ildən Almaniya prezidenti postunu tutur. Onun dövlət idarəçiliyindəki rolu böyÜk ölçÜdə təntənə xarakteri daşıyır.

Link to comment
Share on other sites

Allah səsimi eşitmədi… 17.02.2012, 15:08

arzushirinova.jpgArzu Şirinova

Ötən həftə mobil telefonuma zəng gəldi. Bir qadın idi. Mənimlə gÖrüşmək istəyini bildirdi. «Nə məsələdir», sualını verəndə dedi: «Xahiş edirəm sual verməyin. GÖrüşəndə dərdimi danışaram». Öz-Özümə dedim: «Allah, Allah mən dərdə çarə edənəmmi?» Adını soruşdum. Onu da sÖyləmədi. GÖrüşmək üçün razılaşdım. Sonra mental təfəkkürlə düşündüm ki, bəlkə bir oyundur. Ancaq tez də bu təfəkkürdən vaz keçdim. Kimin mənimlə nə işi ola bilər?

Həftə sonunda razılaşdığım kimi gÖrüş yerinə yollandım. Şirniyyat evinin Önündə bir neçə nəfər vardı. Onlardan bir qədər aralıda 35-40 yaşlarında qadın dayanmışdı. Mənim o tərəf-bu tərəfə baxdığımı gÖrəndə yaxınlaşdı və soruşdu: «Arzu xanım sizsiniz?» «Bəli», deyə bildirdim.

Təklif elədim ki, yaxınlıqdakı ailəvi istirahət məkanında oturub bir çay içək və danışaq. Əvvəlcə tərəddüd elədi, ancaq mənim təkidimi gÖrəndən sonra razılaşdı…

Adımı yazmazsınız

…Bu yaşda olmasına baxmayaraq saçı ağappaq ağarmış, həyat eşqindən əsər-əlamət olmayan gÖzləri çuxura düşmüş, əlləri cadar-cadar olmuş qadın tanışlıq verdi:»Mən Xavərin (şərti ad-A.Ş.) bacısı qızıyam. Yadınızdadır, Xocalının işğalından sonra yataqxanaya gəlib xalamla gÖrüşdünüz və yazı hazırladınız. O zaman mən də oradaydım». O danışdıqca xatırladım. Ermənilər Xocalının işğalı zamanı Xavərin oğlunu, yoldaşını, valideynlərini, bacısını və onun həyat yoldaşını, qardaşını qətlə yetirmişdilər. Özü yeganə qızı ilə canını güclə qurtarmışdı. İki gün ermənilərdən gizlənərək yol gəldiyindən ayaqlarını don vurmuşdu. Yaxşı ki, həkimlərin müalicəsinin nəticəsi olmuşdu və onun ayaqları bir çoxları kimi kəsilməmişdi.

Xavəri soruşdum, dedi ki, dünyasını dəyişib. Yazıq qadın o qədər faciəyə dÖzə bilməyib. Valideynlərinin Ölümündən sonra xalasına sığınan və onun nəvazişinə ehtiyac duyan, nə yazıq ki, bütün bunlardan da olan qarşımdakı qadına təskinlik verməyə sÖz tapmadım. Sadəcə susdum. Sükutu yenə o pozdu: «Telefon nÖmrənizi qohumunuzdan almışam. İstəyirəm mənim yaşadığım faciədən yazasınız. Ancaq əsil adımı bildirməzsiniz. Bu fikrə ona gÖrə gəlmişəm ki, mənim kimilər çoxdur və bizə çox vaxt haqsızlıqlar olur. Bəzən bizi ələ salırlar. Hətta bizə vicdansız təkliflər edənlər də tapılır»…

Bələkdəki kÖrpə

Əvvəlcə Səkinənin (şərti ad-A.Ş.) nədən bəhs elədiyini bilmədim. Və sonra eşitdiklərimdən əsil şok yaşadım.

«Ermənilərin qəfil hücumu ailəmizi pərən-pərən saldı. Elə onu bildim ki, bələkdəki bacımı gÖtürüb qaçdım. Meşəyə çatana kimi yolboyu qohum-əqrabanın güllələndiyini gÖrdüm. Bacımı bağrıma basıb ayağımı hara gəldi ataraq qaçırdım. Fikirləşirdim ki, bircə Ağdama çatsaydım dərdim olmazdı. Erməniyə əsir düşməkdən qorxurdum. Anamdan eşitmişdim ki, onlar əsir gÖtürdükləri qız-gəlinlərin başına pis işlər gətirirlər. Ancaq Ağdama çata bilmədim. Ermənilərin əlinə keçdim. KÖrpə bacımı əlimdən alıb gÖzlərim baxa-baxa ürəyinə tüfəngin bıçağını soxdular və hırıldaya-hırıldaya dedilər:»Bu bizə lazım deyil. Sən isə bizimsən». Yarı Azərbaycan, yarı erməni dilində danışırdılar. Mən ermənicə də bilirdim. Nə gizlədim, bacımın müsibəti yadımdan çıxmışdı. Öz canımın hayına qalmışdım. Məni Xankəndinə mal tÖvləsi kimi bir yerə apardılar. Burada qonum-qonşunun qızlarını gÖrdüm. üst-başları yaman gündə, paltarları cırılmış, baldırları və qolları qançır-qançır olmuş bu qızlardan biri məni gÖrəndə dedi: «Özünü Öldürərdin, dağdan atıb parça-parça olardın, təki bu cəlladların əlinə keçməzdin». Bunu eşidən erməni qızı təpikləməyə, təhqir etməyə başladı. Sonra qapını arxadan bağlayıb getdilər. Qonum-qonşunun qız-gəlinləri başlarına gələnləri mənə anlatdıqca vahimələnirdim. Allaha yalvarırdım ki, canımı alsın onların yaşadıqlarını mən yaşamayım. Ancaq Allah da səsimi eşitmədi.

Bir neçə saat keçəndən sonra həmin iki erməni və bir də paqonlu gəldilər. Paqonlu dÖrd bir tərəfimə dolanıb qızarmış domba gÖzləri ilə məni altdan-yuxarı süzdü və üzünü onlara çevirib «düzünü deyin, buna toxunmamısınız». Erməni əsgərlər and-aman elədilər: «Komandir, and olsun Andranikin ruhuna ki, toxunmamışıq». Komandir «bir azdan hazırlayın», əmrini verib çıxdı, erməni əsgərlər də onun arxasında. Yenə də dizlərimi yerə qoyub Allaha yalvarırdım ki, canımı alsın. Həmin vaxt Allah canımı alsaydı bəlkə də dünyanın ən xoşbəxt insanı olardım».

«Məni dÖvrəyə aldılar və ələ salmağa başladılar»

Səkinə əllərini ovuşdura-ovuşdura o günləri bir daha yaşayırmış kimi qəhərdən boğulurdu. Onu sakitləşdirmək istəsəm də münasib sÖz tapmadım. Nə deyəcəkdim ki, ən yaxşısı dinləmək idi. Bəlkə bir qədər yüngülləşərdi. Ancaq sonda əmin oldum ki, Səkinə bu 20 ildə başına gələnləri dÖnə-dÖnə anlatsa da, zərrə qədər də yüngülləşməyib. Əksinə həmin faciəni sanki nÖvbəti dəfə yaşayırmış kimi bir hallara düşür.

«Təxminən bir saat keçmişdi ki, yenidən qapı açıldı. Həmin ermənilər mənim qolumdan tutub aparmaq istəyəndə əllərindən buraxılıb çÖlə qaçdım. Elə bildim canımı bu quduz itlərdən qurtara biləcəyəm. Ermənilərin bağıraraq yoldaşlarını kÖməyə çağırmasına on-on beşi birdən tÖküldü. Məni dÖvrəyə aldılar və ələ salmağa başladılar. çığırırdım, ağlayırdım, imdad diləyirdim. Biri saçımdan tutub sürüməyə başladı. Sürüyə-sürüyə bir az əvvəl gÖrdüyüm dombagÖz komandirin otağına gətirdi. Komandir başqa bir komandirlə otağında içki məclisi qurmuşdu. Stolun üstündə cürbəcür yeməklər vardı. Məni onlara təhvil verən erməni əsgərlər gedəndən sonra məcbur elədilər ki, onlarla içki içim. Ağladım, içməyəcəyimi bildirdim. Bu zaman dombagÖz komandir ayağa qalxıb yanıma gəldi və əlində tutduğu qədəhi sinəmə boşaltdı. Hər ikisi elə qəh-qəhə çəkdilər ki, indi də səsləri qulağımdadır. Xatırlayanda dünya başıma fırlanır. Mənə elə sÖzlər deyirdilər, elə ifadələr işlədirdilər ki, heç biri sÖyləniləsi deyil. Bayrağımızı, millətimizi, şəhidlərimizi təhqir edirdilər. Qarabağın heç vaxt bizimki olmayacağını deyirdilər. İçki məclisini bitirəndən sonra dombagÖz komandir o birisinə çÖlə çıxmasını işarə elədi. Mənim qolumdan tutub arxadakı otağa apardı. Onunla əlbəyaxa oldub. çığırdım, bağırdım. «Türkün balası, türk», deyib başımdan necə zərbə vurdusa huşumu itirdim. Ayılanda komandirin yatağında idim. Mənim ayıldığımı gÖrəndə əlindəki yekə telefonla kimisə çağırdı. GÖrdüm ki, o biri komandirdi. «Sənin nÖvbəndi», deyib otaqdan çıxdı. Həmin gün mənə dÖnə-dÖnə təcavüz elədilər. Və bayılmış halda aparıb tÖvləyə atdılar. Oradakı qız-gəlinlər başıma toplanıb heç nə demədən səssizcə ağladılar. Bir çox Azərbaycan qızları kimi mənim də həyatım puç olmuşdu».

NÖvbəti faciəm

Səkinə mənə hər şeyi çılpaqlığı ilə danışırdı. Və o danışdıqca vahimələnirdim.

«Bilmirəm neçə gün keçdi. Bir səhər qapı açıldı beş nəfəri, o cümlədən məni girovluqdan azad elədiklərini bildirdilər. Bizi əvvəlcə Ağdama gətirdilər. Araşdırma zamanı məlum oldu bizim ailəmizdən tək mən qalmışam. Xalamın qızı ilə sağ qaldığını sÖyləyəndə dedim ki, məni ona aparın. Xalam məni aylarca müalicə elətdirdi, qayğımı çəkdi, dərdimə şərik oldu. Bizi ovundursa da, Özü için-için əridi və dünyadan kÖçdü. NÖvbəti faciəm də ondan sonra başladı. Məcbur qalıb işləmək üçün qapılar dÖydüm. Biləndə ki, erməni əsirliyində olmuşam bəziləri məni aşağılamağa başladılar. Hətta mənə əxlaqsız təkliflər də eləyən oldu. Bax o zaman həyata nifrət elədim. Öz millətimdən olan bəzi kişilərin-yaxşı ki, onların sayı azdır-erməni ilə heç bir fərqinin olmadığını gÖrdüm. Ancaq qeyrətlisi də tapıldı. Mənə və xalam qızına arxa-dayaq durdu. Onun kÖməkliyi sayəsində işə düzəldim. Texnikum təhsili aldım. Bütün bunları sizə anlatmaqda bir məqsədim var. Adımı hallandırmadan başıma gələnləri yazın ki, mənim kimi hər şeyini itirənlər, namusuna təcavüz olanlar cəmiyyətdə təklənməsin, bizə əxlaqsız kimi baxmasınlar. Onsuz da bizlərin Ölü ilə heç bir fərqimiz yoxdur». http://modern.az/articles/21255/1/

Link to comment
Share on other sites

Novruzda 7 gün iş olmayacaq

Nazirlər Kabineti istirahət günləri ilə bağlı qərar qəbul edib

Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-nə kimi qeyri-iş günü olacaq. Bunu Lent.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli söyləyib.

Akif Əli bildirib ki, 24 martın şənbə gününə düşməsi ilə əlaqədar olaraq Nazirlər Kabineti martın 26-nı da qeyri-iş günü elan edilib.

P.S.Martın 19-nu da 17-si ilə əvəz etsələr lap yaxşı olar.

Hamıya yaxşı istirahətlər )))

Link to comment
Share on other sites

  • 2 weeks later...

Sizcə, o nə aparır?

Bu fotolara diqqətlə baxın. Sizcə, çinli kəndli nə aparır? Hava şarı? Balon? Əsla.

Şandun vilayətindəki bu kəndli yol kənarından keçən qaz boru kəmərini dələrək oğurladığı təbii qazı nəhəng hava şarına dolduraraq evinə aparır.

5 metr uzunluğu olan bu hava şarını velosipedə bağlayaraq aparan kəndli qadın ölümcül risk edir. çünki ən kiçik qığılcım şarı partladaraq qadını havaya uçura bilər.

Maraqlıdır qaz boru kəmərini dəlib təbii qazı necə oğurlamaq olar?))))Nə qədər iş düşür görəsən smile.png

Link to comment
Share on other sites

Azərbaycan martın 25-də yay vaxtına keçəcək.

Martın 24-dən 25-ə keçən gecə Azərbaycan yay vaxtına keçəcək. Bunu Lent.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Mətbuat katibi bildirib ki, mart ayının son bazar günü ( 25 mart) saat 4:00-da əqrəblərin 1 saat irəli çəkilməsi ilə Azərbaycan yay vaxtına keçəcək.

Azərbaycanda “yay-qış” mövsümünə keçidin ləğv olunması ilə bağlı müzakirələrə gəldikdə isə Akif Əli bildirib ki, bu hələlik bir təklifdir. Saatların dəyişilməsi Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarına əsasən həyata keçirilir. Bu qərar hələ qüvvədədir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, yay vaxtına keçid mart ayının hər sonuncu bazar günü həyata keçirilir.

Birdəfəlik ləğv olunsaydı yaxşı olardı. Həmişə yay vaxtında qalaydıq.

Link to comment
Share on other sites

hele bilmek olmaz qurtarib canini ya yox,her shey isti istidi,hele bashina ne oyunlar gelecek onu Allah bilir......

Ne oyun gelesidi axii?Britaniyaya dincelmeye depressiyadan cixmaga gedib. Qayidanda yeqin bashqa vezifeye teyin edecekler. Yaxshi deyil axii Ziya Memmedovun adami ishsiz qalsin?bawling.gif

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 154 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Sad
        • Red Heart
        • Like
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Upvote
        • Haha
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Upvote
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...