Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi


Recommended Posts

Ərdoğan hökuməti istefaya göndərdi - YENİLƏNİB

14 IYUN 2011 [20:38] - MİLLİ.AZ

Qanunvericiliyə görə, yeni hökuməti də parlament seçkilərində qalib gəlmiş Ədalət və İnkişaf Partiyası (AKP) formalaşdırmalıdır

20:38

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı başçılıq etdiyi 60-cı hökuməti istefaya göndərib. Trend-in məlumatına görə, bu barədə "CNN Türk" xəbər yayıb.

Qanunvericiliyə görə, yeni hökuməti də parlament seçkilərində qalib gəlmiş Ədalət və İnkişaf Partiyası (AKP) formalaşdırmalıdır.

Türkiyədə keçirilən parlament seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP bülletenlərin 99 faizi hesablandıqdan sonra seçicilərin 50 faizinin səsini toplayaraq qalib gəlib.

Bu nəticələrlə Ərdoğanın partiyası yeni parlamentdə 326 mandat əldə edib ki, bu da ona birpartiyalı hökumət formalaşdırmaqda kömək edəcək. Lakin bu, AKP-yə Türkiyə Böyük Millət Məclisində yeni konstitusiyanın sərbəst şəkildə qəbul edilməsinə və referendum keçirilməsinə imkan vermir.

Türkiyə Konstitusiyasına görə, prezident partiya liderinə müvafiq tapşırıq verdiyi andan 45 gün ərzində hökumət formalaşdırılmalıdır.

----------

11:03

Milli.Az xəbər portalının CNN Türk-ə istinadən verdiyi məlumata görə, prezident baş naziri yerli vaxtla saat 16.00-da qəbul edəcək. Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi 60-cı hökumətin bu gündən istefaya gedəcəyi gözlənilir.

Qanunvericiliyə görə, yeni hökuməti də parlament seçkilərində qalib gəlmiş Ədalət və İnkişaf Partiyası (AKP) formalaşdırmalıdır.

Milli.Az

URL: http://www.milli.az/news/world/52976.html

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Bakının təmiz və çirkli çimərlikləri açıqlandı

Çimərlik mövsümü başlasa da, vətəndaşları Abşeron çimərliklərindən hansında çimməyin təhlükəsiz olması düşündürür

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya Xidməti insanların bu narahatlığına son qoydu. Qurum Bakı və Abşeron çimərliklərinin hansında çimməyin düzgün olmasına aydınlıq gətirdi. Xidmətin rəhbəri Ziyəddin Kazımov bildirib ki, dəniz suyunda aparılan yoxlamalar başa çatdırılıb.

Onun sözlərinə görə, ötən il respublika sanitar baş həkimin müavini tərəfindən Bakının Qaradağ rayonu ərazisində, Sahil və Səbail rayonu ərazisindəki Şıx çimərliyində vətəndaşların çimməyinin qadağan olunması barədə qərar verilmişdi. Orada bakterioloji çirklənmə normadan dəfələrlə artıq idi. Eyni zamanda yaşayış massivində çirklənmələr müşahidə olunurdu. Bu il təkar aparılan laborator müayinələrin nəticələrinə görə, bütün Abşeron yarımadasında yerləşən çimərliklərin dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Yalnız Şıx və Sahil çimərliyində, eyni zamanda Sumqayıt şəhərinin ərazisindəki çimərliklərdə çimmək olmaz.

Z.Kazımov qeyd etdi ki, respublikanın cənub və şimal zonalarında yerləşən çimərliklərdə dəniz suyu norma daxilində olduğunda vətəndaşlar səmərəli istifadə edə bilərlər: “Bura Pirşağı, Zaqulba, Nardaran, Bilgəh, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Türkan, Hövsan çimərlikləri daxildir”.

Link to comment
Share on other sites

Ədalət Şükürova qanlı hücum!

14 IYUN 2011 [15:06] - MİLLİ.AZ

Nizami rayonu ərazisində yerləşən elit şadlıq saraylarından birində keçirilən toyda qanlı insident olub.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, toyda çıxış edən müğənniyə bir neçə qonaq hücum çəkib. Nəticədə Ədalət Şükürovun sifəti qana bələnib.

Müğənni özü baş verənlər haqda bunları deyib: «Ötən həftənin cümə günü yaxın dostlarımın toy məclisində mahnı oxuyarkən qonaqlardan birinin gözlənilməz hücumuna məruz qaldım. Qəfildən məni vurdular və dodağım partladı. Əlbəttə ki, mən bunu cavabsız qoymadım. Lakin ətrafdakı insanlar bizi ayırdılar. Səhəri gün həmin şəxslər məndən üzr istədilər, hadisəni sərxoş olduqları üçün törətdiklərini bildirdilər. Bununla da məsələ qapandı. İllərdir toylarda çıxış edirəm, başıma belə hadisə ilk dəfə gəlir».

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/53052.html

bu xəbəri köçürdüm mədəniyyət xəbərləri mövzusuna. ;)

Link to comment
Share on other sites

Ermənistanın musiqi yarışmasında “Süsən sünbül” xalq mahnımız erməni musiqisi kimi təqdim olunub

Ermənistan tərəfindən Azərbaycan mədəniyyətinin mənimsənilməsi prosesi davam edir. Onlar bu dəfə xalq mahnımız “Süsən sünbülü” erməni mahnısı kimi təqdim ediblər.

Ermənistanın ictimai kanalı vasitəsilə yayımlanan “Xalq müğənnisi” musiqi yarışmasında Nişam Manuçaryan adlı iştirakçı “Süsən sünbül” mahnısını erməni dilində ifa edib. Xalq mahnımızın müəllifi isə erməni aşığı Aşıq Şeram kimi qeyd olunub. Yarışmanın həmin həftəsi Aşıq Şerama həsr olunub və ifa olunan bütün mahnılar onun repertuarına aid olub. “Süsən sünbül” erməni dilində “Alvan Varter” adı ilə ifa olunub. Bu ifadə dilimizə tərcümədə isə “əlvan qızılgüllər” mənasına gəlir. Süsən sünbül xalq mahnısı Xalq artisi Xan Şuşinski tərəfindən ifa olunub və xalq arasında məşhurlaşıb. Azərbaycanın xalq artisti, müstəsna istedadlı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyətinə malik Xan Şuşinski bu mahnını keçmiş SSSR-nin bir çox ölkələrində ifa edib. Xan Şuşinskidən sonra da “Süsən sünbül” bir çox xanəndələrimiz tərəfindən səslənib və indiyə qədər ifa olunur. Qeyd edək ki, “Süsən sünbül” ermənilər tərəfindən mənimsənilən ilk mədəni sərvətimiz deyil. Onlar indiyə qədər bir çox xalq və bəstəkar mahnılarımızı öz adlarına çıxararaq erməni mahnısı kimi təqdim ediblər.

http://www.aztv.az/readnews.php?lang=az&id=2011

Link to comment
Share on other sites

Canlı efirdə Röyaya sui-qəsd xəbərini verən şəxs tapıldı

15 IYUN 2011 [12:34] - MİLLİ.AZ

Azərbaycanda telekanalın canlı efirinə zəng edərək müğənni Röyalə Nəcəfovaya sui-qəsd olacağı barədə məlumat verən şəxs müəyyən edilib.

Milli.Az xəbər portalının Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, iyunun 14-də saat 11.51-də özünü təqdim etməyən şəxs ANS TV-nin “Günəbaxan” verilişinə telefonla zəng edərək müğənni Röyaya verilişdən sonra sui-qəsd hazırlanması (avtomaşınla vurulacağı) barədə məlumat verib.

Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, lakin təsdiqini tapmayıb. Yalan məlumatın Astara şəhərində yaşayan İlqar Əliyev tərəfindən verilməsi müəyyən olunub. O, polisə gətirilib, izahatı alındıqdan sonra buraxılıb.

Milli.Az

URL: http://www.milli.az/news/criminal/53194.html

Link to comment
Share on other sites

Bu il Azərbaycanda ilk dəfə Ay tutulması müşahidə olunub - VİDEO-FOTO-YENİLƏNİB

16 IYUN 2011 [10:02] - MİLLİ.AZ

16.VI.2011

00:55

Bu il ilk dəfə Azərbaycanda Ay tutulması müşahidə olunub. Ay tutulması Bakı vaxtı ilə saat 23:24-də başlanıb.

2011-ci ildə növbəti Ay tutulması dekabırın 10-da olacaq.

-----------------

15.VI.2011

11:02

Bu gecə Ay tutulması baş verəcək. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, ay tutulması Bakı vaxtı ilə 23:22-də başlayacaq və 03:02-də başa çatacaq.

Həmin vaxtın 1 saat 40 dəqiqəsi ərzində Ay tamamilə tutulacaq. Bu vaxt Yerin kölgəsi tamamilə Ayın üzərinə düşəcək, Yer Ay ilə Günəşin ortasında olacaq. Ay tutulmasının ildə 3-4 dəfə baş verdiyini deyən Ə. Quliyev bildirib ki, bu proses Azərbaycandan yaxşı müşahidə olunacaq. Ay tutulması insanlarda heç bir narahatlıq yaratmayacaq. Əyyub Quliyevin sözlərinə görə, Günəş və Ay tutulması hadisələri ildə 6-7 dəfə baş verir.

Milli.Az

-----------------

16.VI.2011

10:02

URL: http://www.milli.az/news/society/53175.html

Link to comment
Share on other sites

Bu günün tarixi (16.06.2011)

Miladi: 16 iyun 2011

Hicri: 15 Rəcəb1432

İlin 167-cü günü

İlin sonuna 198 gün qalır

1313-cü ildə italyan yazıçı Covanni Bokaçço anadan olub

1815-ci ildə Napoleonun son zəfəri Ligny meydan müharibəsi məşhur Vaterlou müharibəsindən iki gün əvvəl reallaşdı

1903-cü ildə Ford motor şirkəti qurulub

1918-ci ildə Azərbaycan və Gürcüstan hokumətləri arasında hərbi müdafiə aktı imzalanıb

1919-cu ildə Türkiyə qurtuluş savaşında, Yörük Ali Efe, yunan ordusunun bir qolunu dağıdıb

1940-cı ildə Litvada Kommunist dövləti qurulmuşdu

1950-ci ildə məşhur hind aktyoru Mitxun Çakroborti anadan olub

1961-ci ildə araşdırmaçı jurnalist - yazar Can Dündar anadan olub

1963-cü ildə ilk qadın kosmonavt Valentina Tereşkova kosmosa uçub

1971-ci ildə musiqiçi Tupac Shakur anadan olub

1977-ci ildə Leonid İliç Brejnev SSRİ MK-nın baş katibi olub

1980-ci ildə türk aktrisası Nehir Ərdoğan anadan olub

1982-ci ildə Azərbaycanlı futbolçu Rəşad Fərhad Sadıqov anadan olub

1983-cü ildə Yuri Andropov SSRİ MK-nın baş katibi olub

1992-ci ildə Azərbaycan Respublikası Rumıniya ilə diplomatik əlaqələr qurub

Link to comment
Share on other sites

“Yay tətili günlərində çəkilmiş ən yaxşı şəkil” foto müsabiqəsi elan edilib

Fotolar CD formatında oktyabrın 1-dək ADU-ya təqdim edilməlidir

Azərbaycan Fotoqraflar Birliyi (AFB) və ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidməti tələbələr arasında “Yay tətili günlərində çəkilmiş ən yaxşı şəkil” adlı foto - müsabiqə elan edib. Azərbaycan Dillər Universitetinin (ADU) ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova bildirib ki, müsabiqənin şərtlərinə görə, ADU tələbələri yay tətili günlərində yaşadıqları gözəl anları, xoş dəqiqələri fotoaparatın lentinə köçürməlidirlər. AFB-dən seçilən münsiflər heyəti maraqlı hesab edilən fotoların müəlliflərini təyin edəcək və onları müxtəlif hədiyyələrlə təltif edəcək. Bundan əlavə, həmin fotolardan ibarət sərginin keçiriləcəyi də nəzərdə tutulur. Fotolar CD formatında 2011-ci il oktyabrın 1-dək ADU-nun ictimaiyyətlə əlaqələr və çətbuat xidmətinə təqdim edilməlidir.

Link to comment
Share on other sites

Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verildi

Bu barədə Nazirlər Kabineti qərar verib

4878.jpg

Nazirlər Kabineti Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumata görə, Nazirlər Kabineti Maliyyə Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməyi tapşırıb.

Link to comment
Share on other sites

Ermənilər Milli Ordunun mövqelərini atəşə tutublar

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 15-də saat 13.25-dən 13.55-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.35-dək və iyunun 16-da saat 01.30-dan 01.35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.10-dan 01.25-dək və 01.40-dan 01.55-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Link to comment
Share on other sites

Bakı və Abşeron çimərliklərində istirahət etmək üçün əliniz cibinizdə olsun - QİYMƏTLƏR

16 IYUN 2011 [09:15] - MİLLİ.AZ

Həftədə 1-2 dəfə dəniz kənarında dincəlmək neçəyə başa gəlir?

Havaların qızması ilə əlaqədar olaraq çimərlik mövsümü başlayıb. Həmişə olduğu kimi, bu il də istirahətini şəhərdən kənarda keçirə bilməyənlər iş gününün sonunda və ya istirahət günləri çimərliklərə üz tuturlar.

Milli.Az xəbər portalının məlumatına görə, paytaxt və ətraf ərazilərdə yerləşən çimərliklərdə istirahət heç də ucuz deyil. Həftədə 1-2 dəfə çimərliyə üz tutmaq istəyənlərin xərclədiyi məbləğ hər hansı istirahət mərkəzində ödədiyi pulla eynilik təşkil edir.

Məsələ ilə bağlı apardığımız müşahidələr zamanı onu da öyrəndik ki, burada digər xidmətlərin haqları da hər kəsin cibinə uyğun deyil. Maraqlı tərəf odur ki, ötən il ilə müqayisədə qiymətlərdə artım olub. Beləliklə, Bakı və Abşeron çimərliklərindəki qiymətlərlə tanış olun.

Şıxovda pulsuz çimərlikdəki qiymətlər:

- Masa, stul, çətir - 10-15 manat;

- Uzanmaq üçün ləvazimat - 5 manat;

- Duş - 1-2 manat;

- Skuter - 15 manat;

- Geyimlərin qorunması üçün kamera - 2 manat;

- Paltar dəyişmək üçün yer - 2 manat;

- Park xidməti - 1 manat.

Pullu çimərliklərdə giriş 10 manatdan 30 manatadək dəyişir (ötən il 5 manat aşağı olub). Bura masa, stul, çətir, bilyard, skuter, duş, paltar dəyişmə otağı, uzanmaq üçün ləvazimat, çardaq, uşaq meydançası, tennis kortu daxildir.

Bilgəhdə pulsuz çimərliklərdə qiymətlər:

- Duş - 1-2 manat;

- Masa, stul, çətir - 2-5 manat;

- Qeyimlərin qorunması üçün kamera - 1-2 manat;

- Paltar dəyişmək üçün yer - 1 manat;

- Park xidməti - 1 manat.

Pullu çimərliklərdə isə qiymətlər 5-15 manat arasında dəyişir.

Novxanıda pulsuz çimərliklərdə qiymətlər:

- Duş - 1-2 manat;

- Skutter 15 manat;

- Masa, stul, çətir - 1-3 manat;

- Uzanmaq üçün ləvazimat 3 manat;

- Qeyimlərin qorunması üçün kamera - 1 manat;

- Paltar dəyişmək üçün yer - 1 manat;

- Futbol meydançası - 5 manat;

- Park xidməti - 1 manat.

Buzovnada pulsuz çimərlikdə qiymətlər:

- Duş 50 qəpik - 1 manat;

- Masa, stul, çətir - 5-6 manat;

- Uzanmaq üçün ləvazimat - 5 manat;

- Park xidməti - 1 manat.

Mərdəkanda pulsuz çimərliklər:

- Bilyard - 5 manat;

- Masa, stul, çətir - 1-10 manat;

- Uzanmaq üçün ləvazimat - 3-5 manat;

- Kottec - 40, 80 manat;

- Skuter - 10 manat;

- Banan - 1-3 manat;

- Park xidməti - 1 manat.

Zaqulbada pulsuz çimərliklərdə qiymətlər:

- Masa, stul, çətir - 4-6 manat;

- Skutter - 20 manat;

- Kottec - 20 manat;

- Banan - 1 manat;

- Park xidməti - 1 manat.

Qeyd olunan məbləğin üstünə çay və ya sərinləmək üçün ərazidə satılan sokları da gəlsək, qiymətin hara vurub çıxdığını hesablamaq çətin olmaz. Orta hesabla, hazırda çimərlikdə 1 günlük istirahətin qiyməti 25-35 manata gəlib çıxır.

Anar Məmmədov

Milli.Az

URL: http://www.milli.az/news/society/53002.html

Link to comment
Share on other sites

İsti havalarda necə rahat yatmalı? - ARAŞDIRMA - FOTO

16 IYUN 2011 [09:45] - MİLLİ.AZ

Qızmar günlər artıq özünü göstərməyə başlayıb. Proqnozlara görə bu yay da isti keçəcək.

Havaların bürkülü və isti keçməsi, təbii ki, orqanizmdən asılı olaraq, hərəyə bir cür təsir edir. Orqanizm günün yorğunluğunu yuxuda çıxardır. Havanın isti olması isə rahat yatmağa imkan vermir. Gecələr rütubətin normadan artıq olması, orqanizmin istiliyi daha çox hiss etməsinə səbəb olur. Bəs isti havalarda rahat yatmaq üçün nələri bilməliyik?

Şirin yuxumuza haram qatan nələrdir?

İnsan orqanizmi elə mürəkkəbdir ki, bədənin temperaturu normadan aşağı və yuxarı olanda problemlərə gətirib çıxarır. Normal bədən temperaturu 36,6 dərəcədir. Temperatur 35-ə enmişsə, deməli, donuruq, 37-40 arasıdırsa, deməli, xəstələnmişik.

Mütəxəssislər ideal yuxu üçün 18-22 dərəcə istiliyin uyğun olduğunu araşdırıblar. Rahat yatmaq istəyənlərin isə xüsusilə işıqlı yerlərdən kənar durmaları məsləhət görülür. Amerika Birləşmiş Ştatlarında mütəxəssislərin apardığı araşdırmalara görə, bəzi insanların işıqlı yerlərdə yata bilməməsinin əsas səbəbi orqanizmdə olan yuxu hormonu-melotoninin az ifraz olunmasıdır. Melotoninin normada olmaması yuxu pozğunluğuna gətirib çıxarır.

Deməli, xüsusilə, yayda, 30-40 dərəcədən də çox istidə rahat yatmaq üçün müəyyən qaydaları bilmək lazımdır. Mütəxəssislərin gəldiyi nəticə belədir:

- Stressdən uzaq olun. İdmanla (yatmazdan 2-3 saat əvvəl olmaz) məşğul olun. İlk növbədə balanslı bəslənin. Siqaret çəkməyin. Çay və qəhvə içməyi azaldın.

- Səs-küydən qaçın. Rahat yatmaq üçün səs-küyün maksimum dərəcədə içəridə eşidilməsinə mane olun. Otağınızdan səsli cihazları çıxardın. Səs-küyü eşitməməyin ən yaxşı yolu isə qulaqcıqlardan istifadə etməkdir.

- İşıq və elektrik cihazları yuxunu pozur. Yatmazdan əvvəl otağınızın işığını söndürün, pərdələri bağlayın, elektrik cihazlarını elektrik şəbəkəsindən ayırın. İşıqlı havada insan narahat yatır. Yayda elektrik cihazları onsuz da isti olan havanı daha da isidir.

- Kiçik yataq rahat yuxunun düşmənidir. Mütəxəssislərə görə, yataq ən azı, 180x240 sm ölçülərində olmalıdır. Yastıq başı qoymaq üçün yumşaq olmalıdır. Ortası çalalanmış yataqda insan narahat olur. Orqanizm dincələ bilmir. Yataqları seçərkən də diqqətli olmaq lazımdır. Düz və yumşaq, ortopedik çarpayılara üstünlük verilməlidir. Yadda saxlamaq lazımdır ki, yuxu pozğunluğu müxtəlif xəstəliklərə səbəb olur.

- Spirtli və kofeinli içkilər içməyin. Yatmağa yaxın spirtli içki qəbulundan qaçın. Çünki narahat formada yatmaq insanın gələcək gününü məhv edir. Baş, boyun və bel ağrıları get-gedə özünü göstərməyə başlayır. Kofeinli içkilər isə yuxunun qaçmasına səbəb olur. 1 fincan qəhvədə olan kofeinin təsiri 6-8 saat davam edir. Ona görə də, 18.00-dan sonra kofeinli içkilər içmək rahat yatmaq istəyənlərin yuxusunu pozur.

- Su sahələrinə və meşələrə yaxın olan ərazilərdə havalar sərin olur. Təbii ki, belə şərait rahat yatmaq üçün çox əlverişlidir. Həm də sahil zonalarında soyutma cihazlarının xərclədiyi enerji yüzdə 50 azalır. Təbii mühitdə yatmaq orqanizmə daha çox xeyirdir.

- Kondisionerdən istifadə edin. Şəhər yerlərində havalar daha çox bürkülü və isti keçir. Ona görə də, şəhər sakinlərinin evlərini kondisionersiz təsəvvür etmək mümkün deyil. Otağa uyğun kondisioner alınmalıdır. Kondisionerin xarici mühitdəki istilikdən ən çox 5-6 dərəcə aşağı işləməsinə fikir verilməlidir. Belə soyuducu cihazlardan qaydaya uyğun normada istifadə edilərsə, orqanizm heç bir zərər görməz.

- Sərinkeşlərdən (ventilyator) də istifadə etmək olar. Otağınızda hava axınının sərbəst hərəkət eməsi üçün lazım olan şəraiti yaradın. Sərinkeşin önünə buzla dolu bir qab da qoya bilərsiniz. Buza hər dəfə külək vurduqca sərinliyi hiss edəcəksiniz.

- Otağı vaxtında havalandırın. Sübh tezdən və axşam yatmazdan əvvəl otağın pəncərələrini açın, havasını dəyişdirin. Gündüzlər pəncərəni və pərdələri açmayın. Günəş şüalarının əşyaları qızdırmasına mane olun.

- Yatmazdan əvvəl cib telefonunu söndürün. Fransada aparılan araşdırmalara görə, yataq otağında zəngi gələn telefon rahat yuxudan 50 dəqiqə oğurlayır.

- Çox hərəkət etməyin. İsti havalarda, xüsusilə, yuxudan əvvəl həddindən artıq hərəkətli işlər görməyin.

- Günəş şüaları altında çox yanmayın. Yayda həddindən artıq yanmaq yuxunun ən böyük düşmənidir. Sağlamlığın qeydinə qalmaq üçün günəş vannalarını normada qəbul etmək məsləhətdir.

- Çox yeməyin. Həddindən artıq yağlı və şəkərli yeməklər yuxuya mane olur. İsti havada yüngül yeməklər (süd və qatıq məhsulları, qarpız, meyvə-tərəvəz, dəniz məhsulları və s.) yeyin və yemək ilə yatmaq arasında ən azı, 3 saat fərq olmalıdır. Ac qarına da yatmaq olmaz.

- Su insanı rahatladır. İsti havalarda tərləmənin çox olması orqanizmdə maye itkisinə gətirib çıxarır. İstidə sərinləmək üçün bol su içmək məsləhətdir. Hər bir insanın gündəlik suya olan tələbatı 1,5-2 litrdir. Yatmazdan əvvəl isə çox maye qəbul etmək düzgün deyil. Çünki maye daha çox tərləməyə səbəb olur.

- Duş qəbul edin. Yatmazdan əvvəl ən çox 37 dərəcədə qəbul edilən ilıq bir duş yatmağa kömək edər. Duşdan sonra otaq temperaturunda yatırsınızsa, saçınız yaş qala bilər. Ən azından, bu, orqanizminizin sərinləməsinə kömək edər. Lakin bu hal hər kəs üçün keçərli deyil.

- Sərin örtüklərdən istifadə edin. Üstünüzü örtmək üçün sərin, yüngül, yumşaq, tərlətməyən, pambıq örtüklərə üstünlük verin.

- İncə, pambıq, təri üzərinə hopduran təbii parçalardan olan geyimlərə üstünlük verin. Qara paltarlar geyməyin. Açıq rənglər psixoloji olaraq insanın özünü daha sərin hiss etməsinə kömək edir.

- Baş, əl və ayaqları sərin su ilə yaxalayın. Yatmağa gedərkən duş almaq imkanınız yoxdursa baş, əl və ayaqlarınıza sərin su vurun. Yatarkən bədəninizin sərin qalmasını istəyisinizsə, bu nahiyələri açıq qoyun. Çünki bu bölgələr bədənin radiatorlarıdır.

- Su ilə dolu sprey qabı istiləndikcə nəbzinizə fışqırtmaq sərinlik gətirər və rahat yatmanıza kömək edə bilər.

- Üstünüzə örtmək üçün yüngül bir mələfəni torbaya qoyub soyuducuya qoyun, sonra üzərinizə örtün və ya sərin su ilə nəmləndirin.

Ürək xəstəliyindən əziyyət çəkənlərə xüsusi məsləhət

Havaların isti keçməsi xüsusilə ürək və qan təzyiqindən əziyyət çəkənlərə pis təsir edir. Kardioloq Saleh Hüseynov belə xəstələrin mümkün qədər günəş altına 10-16.00 arası çıxmamasını məsləhət görür. Qızmar yay günlərində hər bir kəsin diqqət eləməli olduğu bəzi şeylər var. Xüsusilə, ürək xəstəliyindən əziyyət çəkənlər olduqları yeri havalı və sərin tutmalıdırlar. Gündə 2-3 dəfə duş qəbul etmək, çoxlu maye içmək, ağır və yağlı yeməklərdən uzaq olmaq, rahat və açıq rəngli paltarlar geyinmək, üzü tez-tez soyuq su ilə yumaq görüləcək ilkin tədbirlərə aiddir. Ciddi xəstəliyi olanlar çox isti havalarda həkim məsləhətlərinə qulaq asmalıdırlar. Təzyiq və ürək xəstələri kardioloqun tövsiyəsi ilə dərman qəbul etməlidirlər. Çünki elə preparatlar var ki, onların dozası vəziyyətdən asılı olaraq dəyişə bilər.

Vüsalə

Milli.Az

URL: http://www.milli.az/news/society/52886.html

Link to comment
Share on other sites

Bakıda sırf qadınlar üçün mehmanxana tikiləcəkmi?

16 IYUN 2011 [10:38] - MİLLİ.AZ

Ekspertləri belə bir mehmanxananın olması təəccübləndirdi.

Qadınlar üçün mağaza, qadınlar üçün fitnes klub görmüşük. Amma dünya ölkələrində, Azərbaycanda heç vaxt rastlaşmadığımız, bəlkə də çoxlarının eşitmədiyi qadın mehmanxanaları da var.

Bəs Azərbaycanda nə vaxtsa qadınlar üçün mehmanxanalar tikiləcəkmi?

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri, ekspert Müzəffər Ağakərimov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, mehmanxana işi ilə sahibkarlar məşğul olur. Onun sözlərinə görə, belə bir mehmanxananın olub-olmaması onlardan asılıdır: “Hər bir işin həyata keçirilməsi üçün mütləq təlabat lazımdır. Ola bilsin ki, qadınlar üçün mehmanxanaya təlabat olmadığına görə sahibkarlar tərəfindən tikilmir”.

M.Ağakərimov hesab edir ki, Azərbaycanda qadınlar üçün mehmanxanaların olmaması turizmin inkişafına elə də mənfi və ya müsbət təsiri yoxdur:

“Dünya otelçilik elmində belə bir amil yoxdur. Turizmin inkişafına əsasən iqtisadi-siyasi məsələlər təsir göstərir. Gələcəkdə qadınlar üçün otelin olub-olmaması sahibkarların istəyindən asılıdır”.

Tanınmış turizm şirkətinin təsisçisi və direktoru Ruslan Quliyev portalımıza müsahibəsində vurğuladı ki, belə mehmanxanalara dünya praktikasında nadir hallarda rast gəlinir. London, Moskva, Dehli, Honkonq, Kaliforniya ştatında sırf qadınlar üçün otellər var. Azərbaycanda qadınlar üçün mehmanxanaya hələlik zərurət yoxdur və yaxın gələcəkdə belə bir mehmanxananın olması gözlənilmir.

“Qadınlar üçün klublar, SPA mərkəzləri ola bilər. Ancaq sırf mehmanxana olması Azərbaycan üçün absurd məsələdir. Elektron mehmanxanalar var. İtlər, pişiklər üçün mehmanxanalar fəaliyyət göstərir. Hətta məişət tullantılarından tikilmiş mehmanxanalara da rast gəlmək olar. Ancaq sırf qadınlar üçün mehmanxanalar nadir rast gəlinən haldır”.

Dinşunas, İslam Universitetinin dekanı Hacı Fuad Nurulla da Azərbaycanda qadınlar üçün mehmanxananın olmasına zərurət görmür. O, hesab edir ki, heç dində belə bir ayrı-seçkilik yoxdur:

“Hətta Həcc ziyarəti zamanı zəvvarlarımız oteldə qadın və ya kişilər üçün ayrıca mehmanxanalarda yerləşdirilmir. Sadəcə, qadınlar üçün bir mərtəbə, kişilər üçün isə digər mərtəbə ayrılır. Gələcəkdə turizm marağı üçün ola bilər ki, qadınlar üçün mehmanxanalar tikilisin. Amma hazırda belə bir mehmanxananın olması inandırıcı deyil”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva da Milli.Az xəbər portalına açıqlamasında Azərbaycanda belə bir mehmanxananın tikilməsinə zərurət görmədiyini dedi. Onun sözlərinə görə, Azərbaycan sivil, tolerant və gələcəyə doğru irəliləyən bir ökədir.

Anar Məmmədov

Milli.Az

URL: http://www.milli.az/news/society/53190.html

Link to comment
Share on other sites

Müğənni Röya: «Mən həyatımı onlarsız təsəvvür etmirəm»

16 IYUN 2011 [10:50] - MİLLİ.AZ

Azərbaycanın populyar müğənnisi Röya Ayxan imicini dəyişib.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, ATV-nin «10-lar» verilişinə açıqlamasında imicini dəyişmək üçün tənbəllik etməyərək düz Türkiyəyə getdiyini söyləyib: «İndi tamaşaçılar məni uzunsaçlı görəcəklər. Bu saçlarla mənə o qədər də rahat deyil. Amma dözmək lazım gələcək».

Röya «Sənə görə» mahnısına klip çəkdirməyə hazırlaşdığını da söyləyib.

Röya bildirib ki, onun həyatında dostları ən vacib yeri tutur: «Mən həyatımı onlarsız təsəvvür etmirəm. Dostlarımdan xahiş edirəm ki, mənə hörmət etsinlər, necə ki, mən onlara edirəm. Hirsli vaxtıma düşməsinlər. Çünki bu zaman ağzıma gələni danışa bilərəm. Sonra isə peşman oluram».

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/53299.html

Link to comment
Share on other sites

Azərbaycan yığması “Caspian Cup”da 3-cü oldu

16 IYUN 2011 [19:34] - MİLLİ.AZ

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında beynəlxalq “Caspian Cup” turnirində 3-cü yer uğrunda oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, üçüncülük uğrunda qarşılaşmada Azərbaycan və Gürcüstan milli komandaları üz-üzə gəliblər. Oyunda hesabı meydan sahibləri açsa da qonaqlar elə ilk yarıda bərabərliyi bərpa edib.

Fasilədən sonra tərəflərdən heç biri fərqlənə bilmədiyindən görüşün, həm də 3-cü yerin taleyi penaltilər seriyasında həll olunub. Qalibin adı artıq 3 penalti zərbəsindən sonra müəyyənləşib. Gürcüstanlılar hər 3 zərbədə qeyri-dəqiq olubsa səhvə yol verməyən yığmamız 3:0 hesabı ilə qalib gəlib. Bununla da Təbriz Həsənovun yetirmələri turniri 3-cü yerdə başa vurublar.

Milli.Az

URL: http://www.milli.az/news/sport/53444.html

Link to comment
Share on other sites

Rəşad Sadıqov üçün Türkiyədə hazırlanan tort - FOTO

17 IYUN 2011 [12:28] - MİLLİ.AZ

“Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov növbəti ad gününü Türkiyədə keçirib. Milli.Az xəbər portalının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamızın müdafiəçisi 29 yaşının tamam olmasını Ağdam təmsilçisi ilə təlim-məşq toplanışında olduğu Qızılcahamamda qeyd edib. Bu, “Qarabağ”ın qaldığı oteldə baş tutub ki, tədbirdə klubun direktoru Əmrah Çəlikəllə baş məşqçi Qurban Qurbanov iştirak edib.

Rəşad millidə də komanda yoldaşı olan hücumçu Vüqar Nadirovdan 5 yaş böyük olsa da, gün baxımından yaxındır. Belə ki, Nadirov iyunun 15-də, Sadıqov 16-da anadan olub. Hər 2 futbolçu üçün tort hazırlanıb. Vüqarın tortunda “bol qol”, Rəşada “möhkəm müdafiə” arzulanıb. Vüqar tortundan ilk tikəni “Qarabağ”ın həkimi Sədrəddin Məmmədova verdisə, Sadıqovun seçim etməkdə çətinlik çəkməsi gülüşə səbəb olub.

Milli.Az

URL: http://www.milli.az/news/sport/53516.html

Link to comment
Share on other sites

Faiq Ağayev 7 ay nəyə görə cəzalandırılıb?

17 IYUN 2011 [14:08] - MİLLİ.AZ

Xalq artisti Faiq Ağayevin şou-biznesə gəlişi heç də asan olmayıb.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, ATV-nin «Ulduz oldun» verilişində iştirak edən xalq artisti deyib: «Həmişə arzulayırdım ki, saçlarım uzun olsun. Bu, o vaxtlar reallaşdıra bilmədiyim arzum idi. İctimaiyyətin məni necə qəbul edəcəyini bilmirdim. Sonradan həm saçımı uzatmağa, həm də sırğa taxmağa risk etdim».

F.Ağayev müğənniliyə başlayarkən ailəsi tərəfindən də təzyiqlərə məruz qalıbmış: «Valideynlərim müğənni olmamı istəmirdilər. Onların arzusu məni həkim görmək idi. Bu istəyimin qarşısını almaq üçün məni düz 7 ay cəzalandırdılar. Amma sonradan gələcəyimin olduğunu anladılar».

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/53536.html

Link to comment
Share on other sites

Türk futbolçulardan Azərbaycana bayraq jesti

“Caspian Cup” turnirin qalibləri meydana Azərbaycan bayrağı ilə çıxarıblar

23587.jpg

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığmaların iştirakı ilə “Caspian Cup” turnirinə yekun vurulub. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, turnirin həlledici oyununda Türkiyə və İspaniya yığmaları üz-üzə gəlib. Oyunun əsas vaxtında hesab açılmayıb – 0:0.

Oyunsonrası penalti seriyasında rəqibini 4:3 hesabı ilə məğlub edən Türkiyə komandası turnirin qalibi adını qazanıb. Kubokun qalib komandaya təqdim edilməsi mərasimində türk futbolçular Türkiyə cümhuriyyətinin bayrağı ilə yanaşı Azərbaycanın üçrəngli bayrağını da meydana çıxarıblar.

Bununla da gənc türk futbolçular “Eurovision-2011” yarışında qalib gəlmiş Eldar Qasımov və Nigar Camala da cavab jesti vermiş olublar. Xatırladaq ki, “Eurovision - 2011”in qalibləri səhnəyə Türkiyə bayrağı ilə çıxmışdılar.

Link to comment
Share on other sites

Milli Orduda 2 ölüm hadisəsi

İki əsgərimiz ölüb

Azərbaycan Ordusunda iki ölüm hadisəsi baş verib. APA-nın xəbərinə görə, hər iki hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinə daxil olan hərbi hissələrdə qeydə alınıb. Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər Bəşirov Mərdan Arif oğlu SVD silahından açdığı atəş nəticəsində əsgər Əlizadə Vüsal İlqar oğlunu qətlə yetirib. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Digər hadisə isə Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verib. Kiçik çavuş Muradov Kənan Etiqad oğlu dövlət nişanı olmayan motosikletlə gedərkən Ağstafa-Sadıxlı yolunda idarəetməni itirərək, onu aşırıb. Hərbçi hadisə yerində həlak olub.

Hər iki hadisənin iyunun 16-da baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev hər iki faktı təsdiqləyib. Onun sözlərinə görə, hər iki fakt üzrə araşdırma aparılır.

Link to comment
Share on other sites

Bu günün tarixi (17.06.2011)

Miladi: 17 iyun 2011

Hicri: 16 Rəcəb1432

İlin 168-cü günü

İlin sonuna 197 gün qalır

334-cü ildə İmperator Konstantin dul və yetimlər üçün himayə qanunu çıxardı

1631-ci ildə Mümtaz Mahal doğum edərkən vəfat etdi. Onun əri hind-Türk İmperatoru Şah Cahan I, sonrakı 20 ilini onun məzarı Tac Mahali tikmekdə məşğul oldu

1797-ci ildə İranın Birinci Qacar şahı Aqa Məhəmməd Xan Şuşada öldürülüb

1885-ci ildə Azadlıq Heykəli Nyu-York limanına çatdı

1918-ci ildə Azərbaycan Milli Şurası öz fəaliyyətini dayandırıb

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi yaradıldı

1921-ci ildə Türkiyədə Sivas, Ərzincan və Tunceli bölgəsində 3,5 ay davam edən Koçgiri Üsyanı Türk ordusu tərəfindən basdırıldı

1940-cı ildə Sovet ittifaqı, Qızıl Ordu Latviyaya yürüş etdi

1942-ci ildə Nobel sülh mükafatı laureatı, Beynəlxalq Atom Enerjisi Agentliyinnin (BAEA) sabiq sədri Muhamməd əl Bəradei dünyaya gəlib

1944-cü ildə İslandiya, Danimarkadan ayrıldı və respublika elan etdi

1947-ci ildə Azərbaycanın opera müğənnisi Fidan Qasımova anadan olub

1967-ci ildə Çin Xalq Respublikası ilk hidrogen bombasını sınaqdan keçirdi

1976-cı ildə türk futbolçu Bülent Bölükbaşı anadan olub

1991-ci ildə Apartaid sistemilə Cənubi Afrikada əhalidən soy üzrə malumat yığma qanunu lağv olunub

1992-ci ildə Azərbaycan Respublikası Belçika ilə diplomatik əlaqələr yaradıb

Link to comment
Share on other sites

Nemət Pənahlı 6 il həbs cəzası aldı

Xuliqanlıqda təqsirləndirilə AMDP sədri həbsxanaya göndərildi

16390.jpg

Bakının Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və onunla birgə saxlanılan Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən Nemət Pənahlı 6 il, Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev bu il yanvarın 7-də saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Nemət Pənahlının 7 il 6 ay, Ceyhun Fərzullayevin isə 5 il müddətinə azadlıqdan məhkum edilməsini istəmişdi.

Link to comment
Share on other sites

Qobustan həbsxanasının rəisi işdən çıxarılıb

Kazım Abdullayev ədliyyə orqanlarından xaric olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasının rəisi Kazım Abdullayev ədliyyə orqanlarından xaric olunub. Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. Bununla bağlı ədliyyə naziri əmr imzalayıb.

Qeyd edək ki, K. Abdullayev bir neçə ay əvvəl Qobustan həbsxanasında baş verən neqativ hallarla bağlı başlanan istintaq prosesi ilə əlaqədar tutduğu vəzifədən araşdırma aparılan müddət ərzində kənarlaşdırılmışdı. İstintaq müddətində müəssisəsinin rəisi vəzifəsinin icrası 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Osmanova həvalə edilib. Hazırda da bu vəzifəni Ş. Osmanov icra edir.

Xatırladaq ki, Ədliyyə Nazirliyi tərəfindən Qobustan həbsxanasında xidməti təhqiqat aparılıb və nəticələrinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Həbsxananın təsərrüfat şöbəsinin rəis müavini və yeməkxananın rəhbərinə qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.

Penitensiar Xidmətin rəisi Mədət Quliyev də bir qədər əvvəl jurnalistlərə açıqlamasında Qobustan həbsxanasının iki əməkdaşının saxlanıldığını, müəssisənin rəisi barədə olan təhqiqat isə yekunlaşaraq istintaqa göndərildiyini açıqlamışdı.

Link to comment
Share on other sites

Bu xəbəri oxuyanda nə düşünəcəyimi bilmədim.

Azyaşlı oğlan əkiz bacısının arzusunu gerçəkləşdirmək üçün cinayətdən çəkinmədi

Onun danışdıqları polis əməkdaşlarını da təsirləndirib...

Tovuz rayonunda yaşayış evi qarət olunub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, naməlum şəxslər tərəfindən törədilən cinayət ilk baxışdan adi oğurluq hadisəsi kimi görünsə də, olay maraqlı və dramatikliyi ilə diqqəti cəlb edir.

Cinayətin maraqlı tərəfi onun azyaşlı olan əkiz bacı-qardaş tərəfindən törədilməsidir. Oğurluq hadisəsinin üstünün açılmasında ev sahibinin polisə köməyi dəyib. Belə ki, zərərçəkmiş polisə müraciət edərək evdən qızıl-zinət əşyalarının, qadın bijuteriyalarının oğurlandığını bildirib. Hətta cinayətin qonşuları olan 12 yaşlı əkiz bacı və qardaşlar tərəfindən tördildiyini deyib. Əsas kimi isə qızının bijuteriyasının qonşudakı qızın qolunda və boğazında olmasını göstərib.

Polis əməkdaşları bacı-qardaşı şöbəyə dəvət edəndən sonra zərərçəkmiş şəxsin dedikləri öz təsdiqini tapıb. Uşaqlar oğurluğu etiraf ediblər. Uşaqlardan biri ifadə verərkən deyib ki, oğurluq etməklə bacısının arzu və istəyini bir qardaş olaraq həyata keçirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl bacısı qonşu qızın üstündə zinət əşyaları görüb və ondan xoşu gəlib. Bacısı kasıb olduqlarına görə onun heç vaxt belə bəzək əşyalarının olmayacağını qardaşına təəssüflə deyib. Qardaşı elə həmin vaxt bacısına həmin bəzək əşyalarını gətirəcəyini söz verib.

O, bacısının arzusunu reallaşdırmaq üçün oğurluğa əl atmalı olub. Onlar qonşularının Bakıda olmasından istifadə edərək nəfəslikdən evə daxil olublar. Evdən qızıl əşyaları, bijiuteriya, kostemetika oğurlayıblar. Pərvanə oğurladıqları əşyaları aparıb çantasına yığaraq özü üçün “kosmetiçka” düzəldib...

Maraqlıdır ki, uşaqların ifadəsi hətta polis əməkdaşlarını da təsirləndirib. Amma zərərçəkmiş şikayətini geri götürməyib.

Onu da əlavə edək ki, orta məktəbin 3-cü sinfində oxuyan azyaşlıların ataları rəhmətə gedib, anaları isə rayon ərazisində pal-paltar yumaqla qazandığı pulla övladlarını dolandırır. Saxlanılan uşaqlar azyaşlı olduqlarından, izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

Link to comment
Share on other sites

Aygün Bəylər toylara niyə "embarqo" qoydu?

18 IYUN 2011 [09:30] - MİLLİ.AZ

“Toylara demək olar ki, getmirəm..."

Əməkdar artist Aygün Bəylər bu il yaradıcılığında bir sıra yeniliklər edəcək.

Milli.Az xəbər portalının məlumatına görə, son aylar daha çox mahnı bəstələməyə üstünlük verən sənətçi bu istedadını Allahın ona verdiyi vergi adlandırıb:

“Əgər Allah mənə belə bir istedad veribsə, niyə də mən ondan istifadə etməyim?! Bir neçə mahnı yazmışam və həmkarlarım, gənc müğənnilər də həmin mahnıları ifa edib. Hal-hazırda simfonik əsərlər üzərində çalışıram. Yaxın vaxtlarda simfonik muğamımı tamaşaçılara təqdim edəcəm”, - deyə, müğənni qeyd edib.

Aygün Bəylər bu il çoxdandır gözlənilən solo konsert layihəsini də reallaşdıracağını bildirdi: “Toylara demək olar ki, getmirəm. Getsəm də, bu ancaq uşağımın dayəsinin pulunu ödəmək üçün olur. Yəni, ayda 1 yaxud da 2 toya gedirəm. Başım daha çox solo konsertimin hazırlıqlarına qarışıb. Simfonik əsərlərin də daxil olacağı konsert olacaq. Onu da qeyd edim ki, konsertdə səslənəcək bütün əsərlərin aranjemanını da özüm edirəm”.

Can adlı övladından bəhs edən müğənni qızının istedadı və sənətə marağı olacağı halda onu dəstəkləyəcəyini söyləyib: “Çox istərdim ki, qızım Vaqif Mustafazadənin davamçılarından olsun”.

Leyla

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/53635.html

Link to comment
Share on other sites

Azərbaycanlı modelin qızı olacaq - FOTO

18 IYUN 2011 [10:00] - MİLLİ.AZ

"Yenidən ana olmaq çox gözəl bir hissdir".

Xəbər verdiyimiz kimi, tanınmış model Züleyxa Akçurina hamilədir. Milli.Az xəbər portalının məlumatına görə, hamiləliyinin 6-cı ayını yaşayan modelin qızı olacaq. Payız aylarında dünyaya gələcək körpənin qız olması Züleyxa Akçurinanı hədsiz sevindirib.

“Mənim gözəl bir qızım olacaq. Yenidən ana olmaq çox gözəl bir hissdir. Dünyaya yeni bir həyat bəxş edəcəm” - deyə, model qeyd edib. Qeyd edək ki, hamilə olmasına baxmayaraq, model müxtəlif tədbirlərdə və dəb nümayişlərində iştirak edir.

Məlumat üçün bildirək ki, Züleyxa Akçurinanın Zaxar adlı oğlu var. Zaxar ötən il mart ayının 1-də dünyaya gəlib.

Leyla

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/53636.html

Link to comment
Share on other sites

Dilarə Əliyeva: “Oqtay müəllimin bəxti onda gətirib ki…”

18 IYUN 2011 [10:15] - MİLLİ.AZ

Tanınmış aparıcı, əməkdar artist Dilarə Əliyevanın müsahibəsi.

- Dilarə xanım, gec də olsa, soruşum, “Çal-çağır” nə üçün “Burada və indi” oldu?

- Məzmun etibarilə, təbii ki, qonaqlarımız yenə də şou-biznes nümayəndələri olurlar. Amma “Çal-çağır” əyləncəli tok-şou idisə, “Burada və indi” proqramı sırf əyləncəyə köklənib. Verilişin həm adını, həm də dekorasiyasını dəyişdik. Artıq 13 ildir, “Çal-çağır” kimi efirə çıxırdıq, hər şeyi dəyişdiyimizə görə istədik ki, verilişin adı da yeni olsun. Əslində, “Burada və indi” tamamilə başqa veriliş oldu. Əvvəllər məqsədimiz şou-biznes aləmindəki pıçhapıçları, qalmaqalları müzakirəyə çıxarmaq idisə, indi bu qalmaqallarla zarafat etməklə kifayətlənirik. Bunu etməkdə əsas məqsədimiz insanların həftə ərzində qarşılaşdıqları stresi, əsəb gərginliyini bazar günü televizorun qarşısında oturub bizim verilişə baxa-baxa atmasıdır. Yəni, insanlara xoş əhval-ruhiyyə aşılamaq arzusundayıq.

- “Burada və indi”" bir az Türkiyənin “Kanal D” kanalında yayımlanan “Bəyaz şou”nu xatırladır...

- Sözün düzü, “Bəyaz şou”nun internetdəki bəzi kadrlarına baxmışam, proqrama bütövlükdə tamaşa etməmişəm. Belə baxanda, böyük həcmli şou-proqramlar bir-birinə çox bənzəyir. Çünki bu verilişlərin kökündə əyləncə dayandığı üçün, vizual və məzmun etibarilə bir-birini xatırladır. Məncə, verilişlərin bir-birinə bənzəməsində elə bir problem yoxdur, lakin etiraf edək ki, “Bəyaz-şou”nu xatırlatsa da, “Burada və indi” başdan-başa milli kaloritlərlə zəngindir. Bu verilişdən sırf azərbaycançılıq ətri gəldiyinə görə inanmıram ki, insanlar “Burada və indi”yə baxa-baxa onun “Bəyaz şou”ya bənzədiyini düşünsünlər. Əsas odur ki, efirə yüksək peşəkarlıqla hazırlanan veriliş buraxırıq. Mənə elə gəlir, indiyədək təqdim etdiyimiz əyləncəli proqramların içərisində “Burada və indi” daha əyləncəlidir.

- Sizi Azərbaycanın hələlik ilk və yeganə “Şou vumen”i adlandırırlar. Bununla razılaşırsınızmı?

- Bəli, razılaşıram. Əgər insanlar belə düşünürlərsə, biz nə deyə bilərik ki?.. Mən adların və titulların həvəslisi deyiləm, amma əgər gördüyüm işin nəticəsində bu ad yaranırsa, imtina etmirəm...

- “Şouvumen Dilarə Əliyeva” həm də gözəl səslənir...

- Bilirsinizmi, bizdə bu adlar şou-proqramlara qoşulan aparıcalara verilir. Mən axı televiziyadan kənarda bu işlə məşğul olmuram. Ona görə də məni çox vaxt “aparıcı Dilarə Əliyeva” kimi təqdim edirlər. Amma belə baxanda, “Şou vumen Dilarə” də pis deyil...

- Siz həm də İrəvan Dövlət Dram Teatrının aktrisasısınız...

- Artıq deyiləm.

- Amma “əməkdar artist” fəxri adını orada aldınız. Fəxri adı alandan sonra niyə teatrdan uzaqlaşdınız?

- Mən “əməkdar artist”i 2007-ci ildə almışam, teatrdan isə ondan 3 il sonra uzaqlaşmışam. Bu barədə uzun-uzadı danışmaq istəmirəm, amma qısaca onu qeyd edərdim ki, məndən asılı olmayan səbəblərə görə, teatrı tərk etmək qərarını verdim.

- Bəlkə bu qərarı teatrın rəhbərliyi verib?

- Xeyr, rəhbərlik məsələsi deyil. Sizcə, əməkdar artist adını almaq üçün teatrda neçə il çalışmaq lazımdır?

- Yaxşı... Toppuş bacı ilə Keyxanım deyir ki, əgər boxçamızın ağzını açsaq, aləm bir-birinə dəyər. Bəlkə aləmi bir-birinə qataq?

- Xeyr, bağışlayın ki, mən bu məmnuniyyəti sizə verə bilməyəcəyəm. Biz efirdə deyilməsi mümkün olan şeylər barədə danışırıq. Təbii ki, Azərbaycan şou-biznesi çalxalanan dəryaya bənzədiyinə görə boxçanın ağzını açsaq, tornado ola bilər. Siz məgər bir jurnalist olaraq incəsənət aləmi barədə eşitdiyiniz hər şeyi yazırsınız? Sizin də özünüzə məxsus senzuranız var. Bizdə də belədir. İndiki halda bizim məqsədimiz nəyinsə dərinliyinə gedib qaşınmayan yerdən qan çıxarmaq deyil. Sadəcə, xəbərlərə məzəli don geyindirib insanların kefini açmaqla məşğuluq ki, nə şiş yansın, nə kabab... Bu ilin noyabrında bizim verilişin 15 yaşı tamam olacaq. Bu illər ərzində əsas devizimiz də belə olub ki, nə şiş yansın, nə kabab...

Biz elə şeyləri efirdə qabardırıq ki, onları hamı bilir. Əgər eksklüziv xəbərlərimiz olubsa, inanmırıq ki, bu halda da kiminsə qəlbinə toxunmuşuq.

- Sizdən xəbəri yaymamağa görə xahiş edənlər olubmu?

- Sözün düzü, belə halla rastlaşmamışıq.

- “Burada və indi” verilişində sizin həm də rəqqasəlik qabiliyyətinizi müşahidə etdik. Günü-gündən rəqs etməyiniz mükəmməlləşir. Sonra bu hobbiniz peşəkarlığa çevrilməz ki?

- Bu gün-sabah “Lambada” da olacaq... “Renessans” rəqs qrupu cari mövsümdən bizimlə çalışmağa başlayıb. Həftədə 3 gün bu qrupla məşq edirik. Ümumiyyətlə, verilişə diqqətlə baxan tamaşaçı orada necə böyük zəhmətin çəkildiyini müşahidə edir.

- Mənə elə gəlir ki, siz teatr səhnəsinin “qurdunu” bu verilişdə öldürürsünüz...

- Təbii ki, adi apırıcı bu verilişdə tələb olunan mizanların öhdəsindən gələ bilməzdi. Ona görə də bu verilişdə aparıcının az-çox aktrisalıq keyfiyyətlərinə malik olması vacibdir.

- Həyat yoldaşınız Oqtay Əliyevin ixtisasca rejissor olduğunu bilirik. Bəs evdə rejissorluğu kim edir?

- Sizcə, kim eləyə bilər? Sözün düzü, bizim evdə qarşılıqlı anlayış hökm sürür. Biz dünən və ya srağagün evlənməmişik. Evliliyimizin 20 illiyinə bir il qalıb. Bu müddətdə bir-birimizi kifayət qədər tanıya bilmişik.

- Biz “20 il” məsələsini böyük şriftlərlə dərc edəcəyik ki, Oqtay müəllimin yadından çıxıbsa, yadına düşsün...

- (gülür)... Artıq biz bir-birimizi adi baxışdan anlayır, adi bir nəfəsdən başa düşürük...

- Yəni, hansı bayramda hansı hədiyyəni istədiyinizi Oqtay müəllim bir baxışınızdan o saat başa düşür, eləmi?

- ... Bilirsinizmi, bayramlarda adi formal şeylərə çox önəm vermirəm. Oqtay müəllimin bəxti onda gətirib ki, həddindən artıq gözütox insanam. Bununla belə, məsləhət olsa, “20 il” məsələsini böyük şriftlə verərsiniz...

- Teatr aləmində belə bir ifadə var ki, rejissorlar heç vaxt aktrisalara güzəşt etmirlər. Çünki rejissorlarda akttrisalara qarşı anadangəlmə kompleks olur...

- (gülür)... Bunu doğru buyurdunuz, Oqtay müəllim, ola bilsin, həyatda mənə nəyisə güzəştə gedə bilər, amma çəkilişlərdə baş verən kiçikcik xətaya görə günümü qara edir. Özü də həddindan artıq amansızcasına... Hətta elə amansız olur, mən efirə çıxmağa ehtiyat edirəm ki, bəlkə lazım deyil...

- Belə hallarda küsüb pavilyonu tərk etdiyiniz məqamlar olubmu?

- Xeyr, təbii ki, bu, işin nəticəsində ortalığa çıxan əsəb gərginliyidir. Heç mən evdə küsəndə də çıxıb harasa getmirəm. Şükür Allaha, bu neçə ildə bir dəfə də olsun, küsüb getmək olmayıb.

- Bəs, sizi küsdürəndən sonra özü barışır, yoxsa yenə də təşəbbüs sizdən olur?

- Vallah, o qədər küsüb-barışırıq ki, artıq adi hal alıb. Sadəcə, mən vaxtilə çox səhv edib, kinli olmadığımı ona büruzə vermişəm, Oqtay da bundan məharətlə istifadə edir. Ona görə də, mənimlə barışması üçün elə də böyük əziyyət çəkmir. Daha nə edək, hər gözəlin bir eybi olur da... Bu illər ərzində onu artıq öyrənmişəm ki, Oqtay müəllim əsəbiləşəndə, bərk əsəbiləşdiyi üçün həmin məqamda onun gözünə görünməmək lazımdır. Heç nə yox, onun acıqlı baxışları adamı həqiqətən məhv etmək gücünə malikdir. 20 illik təcrübəyə malik insan kimi evlənən gənclərə də məsləhətim odur ki, yalnız və yalnız güzəştə getməyi bacarsınlar, xüsusən də qızlar.

- Bir zamanlar Oqtay müəllim şikayətlənirdi ki, sizin yeməkləri ləziz hazırlamağınız onun çəkisini azaltmasına imkan vermir. Amma son zamanlar Oqtay müəllimin çəkisində nəzərəçarpacaq dərəcədə azalma var. Yoxsa, daha evdə yemək hazırlamırsınız?

- Xeyr, sadəcə, indi yeməkləri daha peşəkar hazırladığıma görə Oqtay formasını saxlayır. Məsələ bundadır ki, əvvəllər nə hazırlayırdım, onu da yeyirdi. Amma indi hansı yeməkləri bişirmək lazımdır, o deyir. Yəni, mən onun qulluğunda elə dayanıram ki, çəkisində artma problemi olmur. Diqqət yetirirəm ki, Oqtay üçün lazım olan yeməklər vaxtında hazır olsun. Oqtay da sağ olsun ki, özünün formada qalmasına diqqət yetirir. Söz ki Oqtaydan düşdü, bir məqamı da qeyd etmək istəyirəm ki, o, əsl ailə başçısıdır - mənə gözəl ərdir, qızlarıma ideal atadır. Evdə adi duzundan qəndinə qədər hər şeyə diqqət yetirəndir. Hər səhər tezdən durub bazarlığı özü edir. Bu saat məndən soruşsanız, nəyin neçəyə olduğunu bilmərəm. Ola bilsin, gözəl sözlər deməyi bacarmasın, amma bu insan ailəsini çox sevir.

- Qaynınız Elçin Əlibəyli bir vaxtlar sizin aparıcılığınızı qəzetdə tənqid edirdi. Bu "xəta"lara indi də yol verirmi?

- Mən sizə deyim ki, biz bir evin içində heç vaxt bir-birimizi tərifləməmişik. Yeri gəlmişkən, mən aparıcı kimi nəyəsə nail olmuşamsa, bu, Elçinin böyük əməyi sayəsində baş verib. Elçin mənim üçün Rusiyadan aparıcılıqla bağlı elə kitablar sifariş edib gətizdirib ki, inanmıram, bu kitablardan Azərbaycanda kimdəsə olsun.

- Eşitdiyimə görə, böyük qızınız bu il orta məktəbi bitirdi. Marağı hansı sahəyədir? Hər halda sənətçilər ailəsində böyüyüb...

- Marağı humanitar sahəyədir, hüquqşünas olmaq arzusundadır. Ailə ənənəsini davam etdirmək istəmir.

"Ekspress" qəzeti

URL: http://www.milli.az/news/culture/53671.html

Link to comment
Share on other sites

Bakıda qırıcılar manevrlər edib - FOTO

18 IYUN 2011 [10:46] - MİLLİ.AZ

Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə bu gün döyüş qırıcı təyyarələri planlaşdırılmış təlim məşqləri keçirib. Trend-in məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələri Bakı səmasında hazırlıq uçuşları həyata keçiriblər.

Bir neçə gün öncə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Mi-8 tipli 20-yə yaxın helikopteri Azadlıq Meydanı üzərindən keçməklə bir neçə dəfə dövrə vurub.

Qırıcı təyyarələr də manevrlər ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri planlaşdırılmış təlim uçuşları keçirir.

Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçiriləcəyi gözlənilir.

Milli.Az

URL: http://www.milli.az/news/society/53705.html

Link to comment
Share on other sites

Azərbaycanda turizm mövsümü başladı

18 IYUN 2011 [09:50] - MİLLİ.AZ

Azərbaycanda turizm mövsümü açıq elan olunub. AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi bununla əlaqədar “Ramada” hotelində mərasim təşkil edib.

Xarici ölkə səfirlikləri və turizm şirkətləri nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin imkanları və inkişaf perspektivləri barədə məlumat verib. O, bildirib ki, ölkəmizdə turizm mövsümü ənənəvi olaraq iyunun ortalarından başlayır: “Ötən il 200 mindən artıq Azərbaycan vətəndaşı bölgələrdə istirahət edib. İndi Azərbaycanın istirahət zonalarında qiymətlər ötən ilə nisbətən 8-15 faiz aşağı düşüb. Respublikada bu il 6 beşulduzlu hotelin açılması gözlənilir. Bütün bunlar, eləcə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlər xarici turistlərin cəlb olunmasında mühüm rol oynayır”.

Turizm sənayesində kadr hazırlamaq üçün 3 yeni təhsil mərkəzinin yaradılacağını bildirən nazir deyib ki, gələn il Bakıda “Eurovision” mahnı yarışmasının keçirilməsi də qarşımızda ciddi vəzifələr qoyur. Bu münasibətlə ölkəmizə gələn qonaqları qarşılamağa və Azərbaycanın təbii gözəllikləri ilə tanış etməyə hazır olmalıyıq.

Nazir Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin də turizmə əvəzsiz töhfələr verəcəyindən danışıb və qonaqların ölkəmizin görməli yerlərindən və müalicə sanatoriyalarından xoş əhval-ruhiyyə ilə qayıdacaqlarına əminliyini bildirib.

Sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Milli.Az

URL: http://www.milli.az/news/society/53669.html

Link to comment
Share on other sites

Azərbaycanda zəlzələ olub

18 IYUN 2011 [10:52] - MİLLİ.AZ

Mingəçevir şəhərində zəlzələ baş verib. Milli.Az xəbər portalının AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin internet saytına istinadən verdiyi məlumata görə, zəlzələ dünən gecə saat 20.53-də Mingəçevirdən 19 km şimal-qərbdə qeydə alınıb. Yeraltı təkanların gücü Rixter şkalası üzrə 3 bal olub. Zəlzələ ocağı 23 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Milli.Az

URL: http://www.milli.az/news/society/53710.html

Link to comment
Share on other sites

Daxili İşlər Nazirliyində yeni təyinat olub

18 IYUN 2011 [11:17] - MİLLİ.AZ

Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub. Hüquq-mühafizə orqanlarından Trend-ə bildirilib ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Rahib Qarayev Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Rahib Qarayev bundan əvvəl idarənin rəis müavini vəzifəsində çalışıb.

DİN-in mətbuat xidməti məlumatı təsdiqləyib.

Bir neçə gün öncə Şəxsi Heyətlə İş İdarəsinin rəisi Mehman Mehmanov daxili işlər orqanlarında qulluqkeçmənin son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Milli.Az

URL: http://www.milli.az/news/society/53717.html

Link to comment
Share on other sites

Sevda Yəhyayeva Faiq Ağayevdən niyə inciyib?

18 IYUN 2011 [11:53] - MİLLİ.AZ

Populyar müğənni Sevda Yəhyayeva xalq artisti Faiq Ağayevdən inciyibmiş.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Sevda bunu Lider TV-nin «Rəngarəng» verilişində bildirib. «Rəqs müsabiqəsində iştirak etdiyim vaxt Faiq Ağayev mənə aşağı bal vermişdi. Buna görə ondan çox incimişdim. Faiq Ağayev məni illərdir tanıyır. Ona görə də belə etməməli idi. Amma artıq incikliyim keçib və hər şey arxada qalıb», - deyə gənc ifaçı bildirib.

Ümumiyyətlə, şou-biznes nümayəndələrilə münasibətlərindən danışan S.Yəhyayeva qalmaqallardan uzaq insan olduğunu söyləyib: «Hərdən bəzi anlaşılmazlıqlar olur. Amma bu, əsasən mənim tərəfimdən olmur. Tamaşaçıların məni qalmaqallarımla yox, mahnılarımla tanımasını istəyirəm. Yaşda və yaradıcılıqda məndən yüksəkdə olan sənətkarlara həmişə hörmətlə yanaşıram. Hazırda demək olar ki, hamı ilə münasibətim var. Şou-biznesimizdə bütün müğənnilər öz yerini bilsə, heç bir problem olmaz».

Sevda Azərbaycan şou-biznesində yalnız Natəvan Həbibi ilə münasibətinin olmadığını, onunla hətta salamlaşmadığını bildirib: «Ad çəkmək istəmirəm, amma şou-biznesdə məni görməyə gözü olmayan xeyli insanlar var. Onlar mənim populyarlığımdan yanıb-yaxılırlar. Onların acığına daha da çox işləyəcək, onlardan da yüksəyə qalxacağam».

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/53670.html

Link to comment
Share on other sites

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov anılıb

18 IYUN 2011 [12:34] - MİLLİ.AZ

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümü ilə əlaqədar şənbə günü məzarı üzərində anım mərasimi keçirilib. Trend-in məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, bir qrup gənclər şəhid Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Mübariz İbrahimov öz həyatı və əməli ilə vətəndaşlıq borcunu yerinə yetirib.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Milli.Az

URL: http://www.milli.az/news/karabah/53734.html

Link to comment
Share on other sites

İyunun 18-i Azərbaycanda Milli İnsan Hüquqları günüdür

18 IYUN 2011 [12:54] - MİLLİ.AZ

Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.

Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.

Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılmışdır. 2002-ci il martın 5-də ulu öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib.

2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.

Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb.

Ötən illərdə Ombudsman Aparatı insan hüquqları üzrə silsilə tədbirlər həyata keçirib. Regionlarda da İnsan Hüquqları üzrə Müvəkkilin regional mərkəzləri açılmışdır. Bu mərkəzlər əhalinin ombudsmana müraciət etməsini asanlaşdırıb. Bütün bunlar isə ölkədə insan hüquqlarının qorunmasına xidmət edir.

Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

AzərTAc

URL: http://www.milli.az/news/society/53756.html

Link to comment
Share on other sites

Azərbaycanda qədim iri şəhər aşkarlandı

18 IYUN 2011 [12:42] - MİLLİ.AZ

Azərbaycanın müasir Gəncə şəhərinin ərazisində vaxtilə “Laso” adlandırılan iri bir şəhərin olduğu aşkarlanıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Arxeoloji Ekspedisiyasının rəisi Arif Məmmədov bildirib. O deyib ki, antik və ilk orta əsrlərdə Gəncə “Şəhər burnu”, başqa sözlə “Laso” adlandırılan yerdə olub.

Arxeoloqun sözlərinə görə, o, Lasonu romalıların bizim eramızdan əvvəl ikinci əsrə aid tərtib etdiyi xəritədə aşkarlayıb. Həmin xəritədə Laso adı ilə göstərilmiş ərazi hazırkı Gəncə şəhərinin ərazisinə uyğun gəlir.

“Gəncə deyildikdə, həmişə Gəncə çayı sahilində orta əsrlərdə olmuş Gəncə şəhəri nəzərdə tutulub. Əsl Gəncə isə “Şəhər burnu” deyilən ərazidədir. İndiyədək “Şəhər burnu” və ya Laso arxeoloqlar tərəfindən tədqiq edilməyib”, - Məmmədov qeyd edib.

O əlavə edib ki, tədqiqatları fərdi qaydada aparacaq. Tədqiqatlara iyulun əvvəlindən başlanacaq və bu işlər sentyabrın əvvəlinədək davam edəcək.

Tədqiqatlar zamanı, ilk növbədə, Lasonun iqtisadi-ticarət əlaqələri öyrəniləcək, bu böyük şəhərin digər ticarət şəhərləri ilə əlaqəsinin olduğunu göstərən tapıntılar üzə çıxarılacaq.

Milli.Az

URL: http://www.milli.az/news/society/53749.html

Link to comment
Share on other sites

Bakı metrosunda qatarlara kondisioner quraşdırılacaq

18 IYUN 2011 [13:06] - MİLLİ.AZ

Bakı Metropoliteni sərnişinlərə xidmətin səviyyəsini yüksəltməyə çalışır.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Bakı Metropoliteninin şöbə müdiri Fuad Tağızadə Abc.az-a açıqlamasında bildirib. O, deyib ki, son illər Bakıda yay fəslinin çox isti keçməsilə əlaqədar olaraq, qatarların bütün vaqonlarında kondisioner quraşdırılacaq: «Artıq kondisionerləri sifariş etmişik. Onlar bütün vaqonlarda, həmçinin maşinist kabinələrində quraşdırılacaq».

F.Tağızadə sərnişinlərin təhlükəsizliyinin təmini üçün metropolitenin bütün stansiyalarında müşahidə kameralarının quraşdırıldığını da söyləyib. «Ümumilikdə 2,5 min kamera quraşdırılıb. Qatarların hər vaqonunda 4, hər stansiyada isə 40-60 kamera var», - deyə şöbə müdiri bildirib.

Milli.Az

URL: http://www.milli.az/news/society/53759.html

Link to comment
Share on other sites

Qızlar Faiq Ağayevi niyə öpüşə qərq etdilər? - FOTOSESSİYA

18 IYUN 2011 [13:24] - MİLLİ.AZ

ATV telekanalında rəqibsiz teleaparıcı Nanə Ağamalıyevanın təqdimatında yayımlanan “Ulduz oldun” verilişinin qonağı olduqdan sonra studiyanı tərk edən Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu, 100% F.A və Cənab Qızıl Şlyager titullarının sahibi Faiq Ağayev, fanatlarının sevgisini pavilyonun qarşısında da hiss etdi. Pərəstişkarları tərəfindən dövrəyə alınan xalq artisti, hər bir əziz bildiyi heyranı ilə həmsöhbət oldu, toy məclisinə gecikməsinə baxmayaraq, onlarla foto çəkdirməkdən imtina etmədi.

Həmin an Trend-in fotokamerası da öz işini görürdü. Çəkiliş bitəndən sonra fanatları haqqında ürək sözlərini oxucularımızla bölüşən səhnənin nömrə bir kişi müğənnisi, onu yaşadan əsas amilin sevgi olduğunu da etiraf etməkdən çəkinmədi.

“Şadam ki, məni sevən auditoriyanın sırası çox genişdir. Və yeganə sənətçiyəm ki, pərəstişkarlarımın ümumi yaşı 7-dən 77-yə kimidir. Həmin insanların sevgisindən qaynaqlanıb, yaradıcılığımda durmadan yeniliklər edirəm. Verilişə gələn, eləcə də pavilyonun qarşısına toplaşan insanlar isə illərin sınağından çıxmış pərəstişkarlarımdır. Onları ailə üzvlərimdən ayırmıram. Əsas odur ki, onlar daim yaxşı günümdə də, pis anımda da yanımdadırlar. Səhnə insanı üçün bundan böyük ikinci xoşbəxtlik təsəvvür etmirəm”, - 100% F.A belə dedi.

/Trend/

URL: http://www.milli.az/news/showbiz/53763.html

Link to comment
Share on other sites

Azərbaycanda hava küləkli olacaq

18 IYUN 2011 [13:46] - MİLLİ.AZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında iyunun 19-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Milli.Az

URL: http://www.milli.az/news/society/53772.html

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 146 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Upvote
        • Sad
        • Thanks
        • Like
      • 123 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Upvote
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Sad
        • Haha
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Red Heart
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...