Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İslam dininə aid suallar


Recommended Posts

Salam Aleykum.Refiqem 3 il bundan once hecaba kecdi.Ve inde hicabini cixrtmaq isteyir.Amma sebebini aciqlamir.Deyirikki,gunahdi etme deyir artiq bacarmiram.Bunun quranda ne kimi gunahlari var?Xahish edirem bilenler delillerle aciqlasin.

Link to comment
Share on other sites

  • Replies 834
  • Created
  • Last Reply

Top Posters In This Topic

[quote name='plotophyte' timestamp='1352299372' post='14344091']
Elmi cavab odur ki, insanlar cox şey ördüklərini iddia edir. Bu normal hal olmadığına görə belə insanlar psixi xəstə sayılır. Məsəl üçün Rusiyada minlərlə insan İsa Məsih ilə və ya allahla danışdığını iddia edir. Sizin bildirdiyiniz hal da bunun kimi, yəni normal hal deyil.
Qaldı ki, ölümdən qorxmaq bu tək insana yox həm də heyvanlara xasdır, adi qoyunu və ya digər heyvanı kəsəndə siz onun gözlərinə baxsanız görərsiniz. Biz indi deyə bilmərik ki, heyvanlar qorxursa onlar da imama gəlir.
Hər bir canlı da özünü qoruma və ölümdən qorxma instinkti var. Bəzi insanlar isə bunu da keçə bilir və özünü rahatlıqla öldürə bilir.
[/quote]
Klinik ölüm keçirənləri şizofreniya adlandirmaq nə dərəcədə düzgündür.? Kəsilən heyvanlarin da canina Allah qorxusu düşür.? ) plotophyte,bədən ilə ruh, lampa ilə elektrik kimidir. Lampa qırılınca elektrik yox olmur və var olmağa davam edir. Biz onu görməsək də inanırıq ki, elektrik hələ mövcuddur. Eynilə bunun kimi, insan ölməklə ruh bədəndən çıxır.Bir də bizlər yatar ikən bəzən ruhumuz, bədənimizdən ayrılır. Daha sonra "aaa! mən daha əvvəl bu yerləri görmüşdüm" deyərik. Bəli görmüşdük və görende ruhumuzdur. İnsan ruhu olmadan özünə mən deyə bilməz,ət-sümük, yağ, zülal yığını olan bu bədən öz-özünə mən deyib düşünüb, görüb sevinib kədərlənə bilər sizcə.? Bu sadaladiqlarim özünə "mən" deyə bilər.? O halda özünə "mən" deyən bədənimiz deyil ruhumuzdur.Beləliklə, görən, düşünən, duyğulanan, hiss edən (6-ci hiss,telepatiya, psixometriya ) həmişə ruhdur.Mən sizə bununla bağli bir rolikə baxmaği təklif edirəm,düşünürəm ki,o əhvalati danişan professora nə dəli,nə şizofreniya adi verməyəcəksiniz.Olduqca ağla batan filmdir ..
http://www.dizimag.com/through-the-wormhole-2-sezon-1-bolum-izle-dizi.html

Link to comment
Share on other sites

[quote name='azda' timestamp='1352312533' post='14346278']
Klinik ölüm keçirənləri şizofreniya adlandirmaq nə dərəcədə düzgündür.? Kəsilən heyvanlarin da canina Allah qorxusu düşür.? ) plotophyte,bədən ilə ruh, lampa ilə elektrik kimidir. Lampa qırılınca elektrik yox olmur və var olmağa davam edir.
[/quote]
Videoya baxdım maraqlı idi təşəkkür edirəm, Morgan Freeman mistik teleproqramlarda cəlbedici danışır. Heyvanların allahdan qorxmur insanlar kimi ölüm vaxtı qorxurlar. Ümimiyyətlə siz heyvan orqanizmi ilə insan arasında nə fərq görürsünüz? Ruhun şüurla nə əlaqəsi var ki, ruh dinlərdə iddia edilən xəyali bir varlıqır. İnsanın şüuru və ağlı isə fiziki formada başında yerləşir və neyronların hüceyrələrin köməyi ilə gördüyü eşitdiyi informasiyaları işləyir qərar verir, heyvanlarda olduğu kimi.Onda deyək ki şimpanzenin də ruhu var,çünki şüurludur.
Siz çalışırsınız ki, sübutu olmayan bir şey haqqında sübutlar gətirib mülahizələr edəsiniz. Amma bu mümkün deyil çünki, ruhu heç kim görməyib,necəki dindəki digər yazıların sübutu olmadığı kimi. Dinə ancaq inanmaq olar.İnsan isə hər bir şeyə inanmaqda azaddır. İnamla xəyal arasında isə elə bir fərq yoxdur.
Real olan isə bizim görə bildiklərimiz və şüurlu şəkildə qəbul edə bildiklərimizdir.

Link to comment
Share on other sites

[quote name='Плохой Мальчик' timestamp='1352286754' post='14341323']
Gorunur bezi insanlara Allahin kelami bes etmir. Mentiqli cavab axtarisindadirlar helede.
[/quote]
Allahın kəlamını yetərli hesab etməyənə bəndənin məntiqi kömək deyil...

Link to comment
Share on other sites

[quote name='Tiaanan' timestamp='1352307031' post='14345282']
Salam Aleykum.Refiqem 3 il bundan once hecaba kecdi.Ve inde hicabini cixrtmaq isteyir.Amma sebebini aciqlamir.Deyirikki,gunahdi etme deyir artiq bacarmiram.Bunun quranda ne kimi gunahlari var?Xahish edirem bilenler delillerle aciqlasin.
[/quote]
Aleykum salam,günahdır,nəsihət edin çıxarmasın.hər halda səbəbləri nə olur olsun Allahın əmrindən artıq ola bilməz.

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1352319217' post='14347665']
Aleykum salam,günahdır,nəsihət edin çıxarmasın.hər halda səbəbləri nə olur olsun Allahın əmrindən artıq ola bilməz.
[/quote]
Cox tesekkur edirem guman ediremki,bu sozleri ona oxutdursam belkem fikrinden doner.ALLAH sizden razi olsun

Link to comment
Share on other sites

bir nece gun bundan qabaq bir nece saytda bele bir melumat cixdi.

Alimler ruh nezeriyyesini tesdiqleyibler.

[color=#000000][font='Times New Roman'][size=1][b]Alimler [/b]her kesin ruhu olduğu barede nezeriyyeni tesdiq edibler. AzerTAc xeber verir ki, [b]alimler [/b][/size][/font][/color][color=#000000][font='Times New Roman'][size=1]ölümden sonrakı heyatın mövcud olduğunu tesdiqleyibler. Hekim-anestezioloq Stüart Hameroff telekanalların birinde yayımlanan "Boşluğun içindeki tunel" verilişinde bu barede açıqlama verib.Hekim bildirib ki, insanın ruhu daha fundamental neyronlardan ibaretdir. İnsanın üreyi dayandıqda beyinde olan informasiyalar silinmir. Hemin informasiyalar kainatda dövr etmeye başlayır. Bezi insanların klinik ölmü zamanı ağ işıq ve ya tunel görmeleri bu nezeriyyeni isbat edib. Müeyyen edilib ki, ürek fealiyyetini dayandıranda, qanın damarlarda dövr etmesi de dayanır ve mikroborular öz kvant veziyyetlerini itirirler. Lakin onlarda olan Kvant informasiyaları mehv olmur. Bu informasiya mehv ola bilmez, çünki o bütün kainatda dövr edir. Eger orqanizm ölürse, informasiya bedenden kenarda qeyri-müeyyen dövr erzinde yaşayırsa, bu, ele ruhun özüdü..[/size][/font][/color]
[color=#000000][font='Times New Roman'][size=1]bu haqda ne fikirlesirsiz?[/size][/font][/color]

Link to comment
Share on other sites

yazdigim niyese xirda oldu))bir daha yaziram[img]http://img.dispute.az//public/style_emoticons/default/evilgrin1.gif[/img]
Alimler ruh nezeriyyesini tesdiqleyibler.

Alimler her kesin ruhu oldugunu barede nezeriyyeni tesdiq edibler.AzerTac xeber verir ki,alimler olumden sonraki heyatin movcud oldugunu tesdiqleyibler.Hekim-anestezioloq Stuart Hameroff telekanallarin birinde yayimlanan "Boslugun icindeki tunel" verlisinde bu barede aciqlama verib.Hekim bildirib ki,insanin ruhu daha fundamental neyronlardan ibaretdir.Insanin ureyi dyaandiqda beyinde olan informasiya silinmir.Hemin informasiya kainatda dovr etmeye baslayir.Bezi insanlarin klinik olum zamani ag isiq ve ya tunel gormeleri bu nezeriyyeni isbat edib.Mueyyen edilib ki,urek fealiyyetini dayandiranda,qanin damarlarda dovr etmesi de dayanir ve mikroborular oz kvant veziyyetlerini itirirler.Lakin onlarda olan kvant informasiyalari mehv olmur.Bu informasiya mehv ola bilmez,cunki o butun kainatda dovr edir.Eger orqanizm olurse,bedenden kenarda qeyri-mueyyen dovr erzinde yasayirsa bu ele ruhun ozudur.
bu haqda ne fikirlsirsiz?

Link to comment
Share on other sites

[quote name='Nesim' timestamp='1351278320' post='14204315']
Fotomontaj oldu]u o deqiqe hiss olunur ))))
[/quote]
Bu həm foto montajdır, həm video montajdır, həm də NBC NEWS montajdır... ))))
Ay səni...! Bilmədiyin şeyiiiii....................DANIŞMA!!!

Link to comment
Share on other sites

[quote name='plotophyte' timestamp='1352299372' post='14344091']
E Qaldı ki, ölümdən qorxmaq bu tək insana yox həm də heyvanlara xasdır, adi qoyunu və ya digər heyvanı kəsəndə siz onun gözlərinə baxsanız görərsiniz. Biz indi deyə bilmərik ki, heyvanlar qorxursa onlar da imama gəlir.
[/quote]

Mən tamam başqa bir şey deyirəm , deyirəm ki , insan niyə son anda etdiklərinə görə peşman olur, siz dediyiniz qorxu təbii ki,var,mövcuddur,hər halda indi biçaq silah görən insanin qorxusundan danişmayacayiq ki,amma ölən , can verən insan heç bir vaxt ölümündən qorxmayib,sadəcə nələrsə keçirir,hiss edir..Mən o hisslərdən, yəni peşmançiliq hisslərindən danişiram.Bu insan ölüb yoxa çixacaqsa,sadəcə quruca cəsədi qalacaqsa niyə peşmanliq hissi keçirir.?

[quote name='plotophyte' timestamp='1352316320' post='14347041']
Videoya baxdım maraqlı idi təşəkkür edirəm, Morgan Freeman mistik teleproqramlarda cəlbedici danışır. [/quote]

Morganin yerində başqa bir aktyor olsaydi da yenə də onu mistika ilə əlqələndirəcəksiniz.? Yoxsa bunu özü sizə dedi,deyirəm bu amerikanlar da dəhətdirləre )) Harda müsəlman var aldadirlar.Yəqin Freemanla Alexandr ancaq müsəlmanlar üçün film çəkiblər. Əfsuslar ki,videonun məğzini anlamadiniz.

[quote name='plotophyte' timestamp='1352316320' post='14347041']
Ümimiyyətlə siz heyvan orqanizmi ilə insan arasında nə fərq görürsünüz? Ruhun şüurla nə əlaqəsi var ki, ruh dinlərdə iddia edilən xəyali bir varlıqır. İnsanın şüuru və ağlı isə fiziki formada başında yerləşir və neyronların hüceyrələrin köməyi ilə gördüyü eşitdiyi informasiyaları işləyir qərar verir, heyvanlarda olduğu kimi.Onda deyək ki şimpanzenin də ruhu var,çünki şüurludur.
[/quote]

İnsanlarda olan ruhdan heyvanlarda yoxdur , onlarin ruhu sadəcə onlar üçün canliliq qazandirar..Bəzi filosovlarin da bu ruh anlayişindan bixəbər olduqlari üçün insani məhz meymunlara bənzədiblər. Təbii elmlərdə tətbiq olunan üsul lazımınca, maddə olmayan hər şey araşdırmalardan xaric tutulur. Buna görə, elmin maddəsi olmayan həqiqətlər haqqında bir şey söyləməsi mümkün deyil.Amma insanlara aid olan , bizlərin əxlaqi dəyərləri vardır və bunu bilə bilərik ki mənəvi həqiqətlər də vardır. Bu da bizi bu nöqtəyə doğru istiqamətləndirər. Əgər yox olub gedən maddi bədənimiz xaricində yox olmayan mənəvi bir təbiətimiz yəni ruhumuz var isə o zaman bədənin çürüməsini sonra bu ruh var olmağa davam edəcək. Qısacası ölüm bir son olmaqdan çıxıb bizim üçün başqa bir başlanğıc olmağa başlayır..Əxlaq harda olur.?Beyində,ürəkdə , böyrəkdə.? Eləcə də insan sevgisini misal çəkə bilərəm , əgər bir insan sevib ayrilarsa , onda o insan ruhən əzab çəkir , əzab çəkən nədir.?? Ürək , mədə , qaraciyər , beyin.?


[quote name='plotophyte' timestamp='1352316320' post='14347041']
Real olan isə bizim görə bildiklərimiz və şüurlu şəkildə qəbul edə bildiklərimizdir.
[/quote]

Siz şüurunuzu da obyektiv olaraq görürsüz deyə onun var olduğunu inanirsiz.? Mən görmürəmsə demək ki,yoxdur.? maddi olmayan həqiqətin varlığını inkar edirəm. Amma burada bir problem var. Varlığı sübut hər zaman mümkündür. Var olduğu iddia edilən şeyin tək bir hadisəsi olarsa var deməkdir. Yoxluğun isbati çətindir. İndi siz şüurunuzu görmürsüzsə bunu necə isbat edə bilərsiz.?

Allahın varlığı isbat edilə biləcək olsaydı bu dünyanın böyük bir imtahan olmasının heç bir mənası qalmazdı , yalnız ibrətlər vermişdir ona inanılmasını təmin edəcək. Şübhəsiz ki, bunu ağıl sahibləri anlamişdir..

Link to comment
Share on other sites

plotophyte , gülməli səslənsə də , siz imenno özünüzün şüurunun şəklini çəkib foruma yerləşdirə bilərsizniz . ? Əgər bu mümkün olmayacaqsa necə olacaq.?

Link to comment
Share on other sites

[quote name='azda' timestamp='1352352603' post='14349524']
Amma burada bir problem var. Varlığı sübut hər zaman mümkündür. Var olduğu iddia edilən şeyin tək bir hadisəsi olarsa var deməkdir. Yoxluğun isbati çətindir.
[/quote]
azda, siz mənə ruhun varlığını sübut etməyə çalışırsınız, mən ruhun olmamasını iddia etmirəm, çünki bunu bilmirəm. Amma eyni zamanda olmasını da sübut edə bilməzsiniz çünki bunu heç kim bilmir. Dində bilirəm ifadəsi işlədə bilməzsiniz, dinə ancaq inanmaq və əməl etmək olar.
Sizin fikirləriniz İslam kononlarının təsiri altında formalaşıb və inancınız, yaşayış tərziniz nisbətən ona əsaslanır., Hindistanda da bir cox insan Kali tanrisina inanır və bir cox hadisələri onunlar əlaqələndirir,,çünki onların fikirləri o dinin təsiri altında formalaşıb, Buddistlər başqa tanrıya inanır. Ümumiyyətlə mifik varlıq və ya hadisə ona deyillər ki, onun heç bir sübutu yoxdur, o ancaq inamlarda yaşayır.
Deyək ki, siz yazdıqlarınza tam şəkildə inanırsınız, bəs öz müqəddəs saydığınız kitabda hər bir göstərişə qərəzsiz əməl etməyə hazırsız? Əminəm ki, bəzi yazılarla razı deyilsiniz. Çünki, sizdə inanımınızda əmin deyilsiniz, necə ki başqa dindarlar. İnsan öz şüurunun qəbul etmədiyi bir şeyə tam şəkildə inana bilməz.

Link to comment
Share on other sites

[quote name='plotophyte' timestamp='1352358525' post='14350618']
azda, siz mənə ruhun varlığını sübut etməyə çalışırsınız, mən ruhun olmamasını iddia etmirəm, çünki bunu bilmirəm. Amma eyni zamanda olmasını da sübut edə bilməzsiniz çünki bunu heç kim bilmir. Dində bilirəm ifadəsi işlədə bilməzsiniz, dinə ancaq inanmaq və əməl etmək olar.
Sizin fikirləriniz İslam kononlarının təsiri altında formalaşıb və inancınız, yaşayış tərziniz nisbətən ona əsaslanır., Hindistanda da bir cox insan Kali tanrisina inanır və bir cox hadisələri onunlar əlaqələndirir,,çünki onların fikirləri o dinin təsiri altında formalaşıb, Buddistlər başqa tanrıya inanır. Ümumiyyətlə mifik varlıq və ya hadisə ona deyillər ki, onun heç bir sübutu yoxdur, o ancaq inamlarda yaşayır.
Deyək ki, siz yazdıqlarınza tam şəkildə inanırsınız, bəs öz müqəddəs saydığınız kitabda hər bir göstərişə qərəzsiz əməl etməyə hazırsız? Əminəm ki, bəzi yazılarla razı deyilsiniz. Çünki, sizdə inanımınızda əmin deyilsiniz, necə ki başqa dindarlar. İnsan öz şüurunun qəbul etmədiyi bir şeyə tam şəkildə inana bilməz.
[/quote]


[b]İnsan ruhu olmadan özünə mən deyə bilməz,ət-sümük, yağ, zülal yığını olan bu bədən öz-özünə mən deyib düşünüb, görüb sevinib kədərlənə bilər sizcə.? Bu sadaladiqlarim özünə "mən" deyə bilər.? [/b]
[b]insanlara aid olan , bizlərin əxlaqi dəyərləri vardır və bunu bilə bilərik ki mənəvi həqiqətlər də vardır. [/b]

Siz niyə mən bir dindar kimi çixiş etdiyimi düşünürsüz.? Axi ayələrdən misal gətirmədim son postlarimda, sadəcə ruhun varliğina inanan bir şəxs kimi fikir bildirirəm..Bu qaraladiğim yazilardan cavab verin , bir də görünməz şüur haqqinda məlumat yazin. Səmavi dinlərin daşa taxtaya itaət edilən dinlərlə nə əlaqəsi.? Mən sizdən sübut gözləyirəm , siz isə mifologiya haqqinda yazirsiz.


[quote name='plotophyte' timestamp='1352358525' post='14350618']
mən ruhun olmamasını iddia etmirəm, çünki bunu bilmirəm. [/quote]
Bəs niyə araşdirmaqdansa inkar edirsiz.?

Link to comment
Share on other sites

[quote name='azda' timestamp='1352358963' post='14350721']
[b]İnsan ruhu olmadan özünə mən deyə bilməz,ət-sümük, yağ, zülal yığını olan bu bədən öz-özünə mən deyib düşünüb, görüb sevinib kədərlənə bilər sizcə.? Bu sadaladiqlarim özünə "mən" deyə bilər.? [/b]
[b]insanlara aid olan , bizlərin əxlaqi dəyərləri vardır və bunu bilə bilərik ki mənəvi həqiqətlər də vardır. [/b]
Bəs niyə araşdirmaqdansa inkar edirsiz.?
[/quote]
İnsanın özünü tanıdan onun daxilində yerləşən mifik ruh yox, şüurudur. Necə ki, delfinlər güzgünün qarşısında özünü tanıyır və mən olduğunu bilir. İnsan da körpə yaşlarından şüuru formalaşdıqca özünü tanımağa başlayır.
Bəli şüur sizə görünməz sayılsa da, siz ağlınızın və ondan irəli gələn şüurunuzun başda yerləşdiyini bilirsiniz., bunu hiss edirsiz, və başınızı gücə saldıqda hətta fiziki ağrıya səbəb olduğunu da görə bilərsiniz. Necə ki kompyuterlərdə mikropreosessorlar siqnalları paylamaqla müəyyən əməliyyatlar edir, insan beyni də eyni formada daha mürəkkəb şəkildə prosessordur. Sizin aldığınız informasiyanı işləyir nəticə çıxarır.

Link to comment
Share on other sites

[quote name='plotophyte' timestamp='1352359549' post='14350873']
Bəli şüur sizə görünməz sayılsa da, siz ağlınızın və ondan irəli gələn şüurunuzun başda yerləşdiyini bilirsiniz., bunu hiss edirsiz, və başınızı gücə saldıqda hətta fiziki ağrıya səbəb olduğunu da görə bilərsiniz. [/quote]

Bilirəm , amma görmürəm deyə inkar etmirəm,hər halda onu görən yoxdur,sadəcə elmi araşdirmalar nəticəsində hamimiza məlum olub , necə ki, ruh maddə kainatına daxil deyil, onu ancaq, maddə üzərindəki yönlərini öz anlayışımıza görə tərif edə bilirik..(bəzilərimiz) Dinlərdə isə ruh anlayışı haqqında açıq bir məlumat verilməmişdir , çünki, bəşər ağlı, ruhun xüsusiyyətini qavraya bilməz. şüurun varliğini necə araşdiraraq tapmişiqsa ruhun varliğini eləcə də qəbul etməkdəyik obyektiv olmamasina baxmayaraq,məhz şüur kimi ..

Link to comment
Share on other sites

  • 3 weeks later...

[quote name='Hekari' timestamp='1349699064' post='13997731']
Bəli günahdır.Qadın yaxud kişi naməhrəmə baxa bilməz,hətta bu belə qadağandır.Evli oldu olmadı Allah hər kəsə gözünü haramdan çəkməsini əmr edir[b].Ərli qadın əgər ərilə arasında sevgi və anlayış,ailədə rahatlıq yoxdursa və bu evlilik hər ikisinə əziyyətdirsə boşana bilərlər və iddə müddəti bitdikdən sonra qadın başqasılə ailə qura bilər[/b].Yəni bilmirəm siz anladız ya yox amma İslamda qadınla kişinin sevgisi ancaq nigahda mümkündür.Başqa cür heç.
[/quote]

Bu qaraladığım cümlə ilə tam razıyam. Amma olur ki, qadında ərinə qarşı qəti sevgi olmur, ailənin yaşayışı cəhənnəm əzabına dönür. Boşanmaq istəyir amma kişi yol vermir buna, heç cürə razılıq vermir " boşansan həyatını cəhənnəm əzabına dondərərəm " deyə hədə qorxu gəlir. Onda bu bədbəxt qadın neyləməlidir?

Link to comment
Share on other sites

[quote name='gapgara' timestamp='1354148941' post='14592797']
Bu qaraladığım cümlə ilə tam razıyam. Amma olur ki, qadında ərinə qarşı qəti sevgi olmur, ailənin yaşayışı cəhənnəm əzabına dönür. Boşanmaq istəyir amma kişi yol vermir buna, heç cürə razılıq vermir " boşansan həyatını cəhənnəm əzabına dondərərəm " deyə hədə qorxu gəlir. Onda bu bədbəxt qadın neyləməlidir?
[/quote]
Ona bu ayələri oxuyun
229 - (Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.
230 - Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir).
231 - Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri,öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!
232 - Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu (şəri baxımdan) sizin üçün daha təmiz (faydalı) və daha pakdır. Allah (sizin mənfəətinizi) bilir, siz bilməzsiniz!
233 - Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!
234 - Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!
235 - (Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə müddətində) onlarla gizlində vədələşməyin, onlara şəriətə müvafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin!
236 - Yaxınlıq etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin haqqını, başlığını) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (mütə) versin!
237 - Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir
Bəqərə surəsi
və təfsirini
[b](229) “Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır”. [/b]

[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Cahiliyyə dövründə və İslamın ilk yayıldığı illərdə kişiyə saysız-hesabsız dəfə zövcəsindən boşanmağa icazə verilərdi və əgər o, arvadına əziyyət vermək istəsəydi, ona boşandığını elan edərdi və boşanmaq üçün müəyyən olunmuş vaxtın yaxınlaşmasına az qalmış nikahı bərpa edər və bundan sonra yenə arvadını boşadığını elan edərdi. Bu minvalla, kişi bütün həyatı boyu arvadına məşəqqət çəkdirərək belə edə bilərdi. Bunu ən yaxşı bilən Allahdır.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Buna görə, Uca Allah bəyan edir ki, kişi, ər-arvadlıq münasibətlərini sonradan bərpa etmək şərti ilə arvadını ancaq iki dəfə boşaya bilər. Boşanma üçün ayrılmış müddət ərzində kişi öz qərarını dəyişərək, əgər o, zövcəsinə əziyyət verməyəcəksə, onu geri qaytara bilər. Əgər kişi arvadını üçüncü dəfə boşayırsa, onda ona yenidən ər-arvadlıq münasibətlərini bərpa etməyə icazə verilmir, çünki əgər o, belə edirsə, onda o, ya öz Rəbbinə kobudcasına itaətsizlik göstərir, ya da öz zövcəsi ilə ailə həyatı sürmək istəmir və ona ancaq əziyyət verməyə çalışır.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Ərin zövcəsinə bəyan etdiyi boşanma qəti olmadıqda, ona buyurulur ki, ya başqa ər-arvadların arasında olduğu kimi ləyaqətli ailə münasibətlərini bərpa etsin, vəziyyətin belə inkişafı daha yaxşıdır, ya da zövcəsi ilə qəti olaraq ləyaqətlə boşansın. Bu o deməkdir ki, ayrılarkən ər zövcəsindən qadının mülkiyyətini güclə almamalıdır, çünki bu rəftar ədalətsiz və qanunsuzdur.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Ərə, zövcəsinə verdiyi mehri (Burada söhbət, ərin arvadına “talaq” sözünü bir neçə (3) dəfə təkrar etməsi ilə onu boşamış hesab olunmasından gedir. F.S.)geri götürməyə bir şərtlə icazə verilir ki, onlar Allahın hədlərini qoruyacaqlarından ehtiyat etsinlər. Məsələn, əgər qadın ərinin zahiri görkəminə və ya onun əxlaqi simasına və yaxud dini qaydalara laqeyd yanaşmasına nifrət bəsləyirsə və onunla qarşılıqlı münasibətlərində Allahın hədlərinə riayət edə biləcəyindən ehtiyatlanırsa, onda o, ərinə fidyə verib boşana bilər. Bu ayə arvadın tələbi (hul) üzrə boşanmanın, əgər şərtlər təsvir olunan səciyyəni daşıyarsa, qanuni olmasını təsdiq edir. Bu halda arvad ərinə maddi təminat ödəyir və yaxud nikah bəxşişini (mehri)( Nikah bağlanarkən kişinin qadına verdiyi başlıq, şərti məbləğ (mehr). F.S.) ona qaytarır.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Yuxarıda sadalanan hökmlər Allahın Öz qulları üçün qoyduğu və onları aşmağı qadağan etdiyi hədlərdir. Onları aşıb keçənlər ədalətsiz zalımlardır. [/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Allahın icazə verdiyi ilə kifayətlənməyərək qadağan olunmuş əməllər törətməyə cəsarət edən insandan başqa kim ən böyük zalım ola bilər?[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Qeyd etmək lazımdır ki, zülmkarlıq üç növ olur: ən böyük zülm, bu Allaha şərik qoşmaqdır; qulun Onun qarşısında öz vəzifələrini yerinə yetirdiyi zaman etdiyi zülm və qulun başqa məxluqlara qarşı etdiyi zülm. Allaha şərik qoşma ancaq səmimi tövbədən sonra bağışlana bilər. Başqa məxluqlara zülmkar münasibətə görə insan hökmən ədalətli əvəzini alacaqdır. Qulun, Allah qarşısında öz vəzifələrini yerinə yetirərkən yol verdiyi zülmkarlığa görə əvəz isə Qüdrətli Rəbbin istəyi və müdrikliyindən asılıdır.[/background][/size][/font][/color]


[b](230) “Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir”.[/b]

[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Ər arvadını üçüncü dəfə boşayarsa, onun sabiq zövcəsi başqa bir kişi ilə qanuni nikah bağlayıb, onunla cinsi yaxınlıq edənə qədər, sabiq ərin sabiq zövcəsi ilə yenidən evlənməsi qadağan edilmişdir. İslam şəriətində nikah, ər-arvad nikah müqaviləsi bağlayıb cinsi yaxınlıq etdikdən sonra qüvvəyə minmiş sayılır. Alimlər bu məsələdə tam yekdildirlər.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Bilmək lazımdır ki, qadının ikinci dəfə evlənməsi arzuedilən olmalıdır, yoxsa əgər onun ərə getməsinin məqsədi əvvəlki ərinə qayıtmaq olarsa, belə nikah qanunsuz sayılır və boşanmadan sonra onun əvvəlki əri ilə evlənməsinə icazə verilmir. Hətta ikinci əri ilə cinsi yaxınlığın da burada heç bir əhəmiyyəti yoxdur, çünki o, qanuni ər hesab olunmur. Əgər qadın ikinci nikahı təmiz niyyətlə bağlamışsa və əri ilə cinsi əlaqəyə girmişsə, sonra isə ayrılmışlarsa, onda boşanma üçün ayrılmış müddətdən sonra, onun keçmiş ərinə onunla növbəti dəfə evlənməyə icazə verilir. Bundan ötrü onlar hər iki tərəfin razılığı ilə yenidən nikah bağlamalıdırlar, çünki Allah buyurur ki, ər-arvad yenidən birləşə bilərlər. Lakin təkrar nikahın mütləq şərti, onların Allahın hədlərinə riayət edəcəklərinə və bir-birinin qarşısında vəzifələrini yerinə yetirəcəklərinə ümid bəsləmələridir. Bunun üçün, onlar əvvəlki ailə həyatı zamanı yol verdikləri və ayrılmalarına səbəb olmuş səhvlərinə görə Allah qarşısında tövbə etməlidirlər. Onlar həmçinin xoşbəxt ailə yaratmağa qəti qərar verməlidirlər. Ancaq belə olduğu halda onların yenidən evlənməsində günah olmaz. [/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Bu gözəl ayədən aydın olur ki, boşanmış ər-arvad Allahın hədlərinə riayət edə biləcəklərindən ehtiyat edirlərsə və hesab edirlərsə ki, onların həyatı əvvəlki kimi qəm-qüssə içində keçəcək, onda yenidən nikaha qədəm qoymaları ər-arvadın hər ikisi üçün günahdır. Bilmək lazımdır ki, əgər insan bu və ya digər bir əmələ görə dinin tələblərini yerinə yetirə və Allaha itaət edə bilməyəcəyindən ehtiyat edirsə, onda o əməli etməməlidir.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Ayədən həm də məlum olur ki, əgər insan müəyyən vəzifələri icra etməyə başlayırsa, xüsusilə, öz üzərinə böyük və ya kiçik bir insan qrupunun məsuliyyətini daşımağı götürürsə, o, əvvəlcədən öz imkanlarını dəyərləndirməlidir. O görsə ki, bu vəzifələri yerinə yetirməyə imkanı çatacaq, onda başladığı işi davam etdirə bilər. Əks təqdirdə isə, o, bu təşəbbüsdən çəkinməlidir.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Uca Allah bu mühüm tələblərini xatırlatdıqdan sonra bildirir ki, bunlar dində Onun qoyduğu hüdudlardır və bunu, bilən insanlara izah edir, çünki məhz bilik sahibi olan qullar Allahın izah etdiklərindən faydalanır və ətrafındakılara da xeyir verirlər. Bu ayə alimlərin və fəqihlərin üstünlüyünü vurğulayır, çünki Uca Allah Öz şəriətini onlara izah edir və Öz açıqlamalarını onlara ünvanlayır. Bundan həmçinin aydın olur ki, Allah Peyğəmbərinə (s.ə.s.) nazil etdiyi qanunlarının Onun qulları tərəfindən öyrənilməsini və onların mənasını dərk etmələrini istəyir.[/background][/size][/font][/color]


[b](231) “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və Hikməti (Sünnəni) yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir”.[/b]

[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Əgər siz öz zövcələrinizlə birinci və ya ikinci dəfə boşanmışsınızsa və boşanma üçün ayrılmış müddətin sonunun yaxınlaşmasını gözləmişsinizsə, onda ya gərək vəzifənizi layiqincə yerinə yetirmək niyyəti ilə evlilik münasibətlərinizi bərpa edəsiniz, ya da qəti olaraq zövcələrinizdən, onlara zərər vurmadan, ayrılmalısınız. Onları narahat etmək və əziyyət vermək məqsədilə saxlamaq sizə qadağandır. Siz, sizə yol verilmiş hərəkəti günah törətmək üçün istifadə edə bilməzsiniz. Bu halda yol verilən hərəkət zövcənizi saxlamaq və evlilik münasibətlərini bərpa etmək, günah isə onlara ziyan vurmaqdır. Əgər siz cəsarət edib belə bir rəftar göstərsəniz, bilin ki, siz özünüz özünüzə qarşı zülm etmiş olacaqsınız. Axı hər bir məxluqun haqqının əvəzi veriləndə, cinayətkarlar öz cinayətlərinin acı nəticələrini mütləq dadacaqlar.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Allahın ayələrini zarafat və əyləncə hesab etməyin. O, Öz hədlərini sizə ən gözəl tərzdə şərh edir ki, siz onları öyrənəsiniz və onlara riayət edəsiniz, onlarla kifayətlənəsiniz və yol verilən həddi keçməyəsiniz. Uca Allah Öz qanunlarını əyləncə xatirinə deyil, haqq üçün nazil etmişdir və sizə o qanunlara qeyr-ciddi yanaşmaq və dinin vacib ehkamlarını yerinə yetirməkdən boyun qaçırmaq qadağan edilmişdir. Sizə zövcələrinizi, onlara əziyyət vermək məqsədilə saxlamaq, ayrılarkən azğınlıq etmək, zövcələrinizi tez-tez boşamaq və ya birdəfəlik üç kərə “talaq” demək qadağan edilmişdir, çünki Allah Öz mərhəməti ilə sizə qəti olmayan boşanmalar ( Yəni, bir və ya iki dəfə “talaq” sözünü deməyə. F.S.) elan etməyə icazə vermişdir və bunu ancaq sizin xeyriniz üçün etmişdir.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Allahın səxavətliliyini, Onu dilinizlə tərifləyərək, Onun xeyirxahlığını qəlbinizdə etiraf edərək, və Onun hökmlərini bədəninizin bütün üzvləri ilə yerinə yetirərək, zikr edin. Yadda saxlayın ki, Allah sizə Müqəddəs Quranı və Hikməti – Muhəmməd Peyğəmbərin (s.ə.s.) Sünnəsini nazil etmişdir. Bu iki çeşmənin vəsiləsilə Allah sizə xeyirxah əməlləri izah etmiş və sizi yaxşılıqlar etməyə çağırmış, sizə günah sayılan əməlləri göstərmiş və sizi onlardan agah etmişdir. Allah sizə Özü haqqında bildirmiş, Özünün sevimli qullarına və düşmənlərinə olan münasibəti barədə xəbər vermiş və sizə qətiyyən bilmədiyiniz şeyləri öyrətmişdir. [/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Belə bir rəy var ki, Hikmət kimi ifadə edilən əsrarəngiz söz İslam şəriətidir. Allahın Kitabı qanundur, Hikmət isə dini ehkamların və haramların nüzul ( Nazil edilmə, endirilmə. F.S) səbəbini açıqlayır. Qeyd olunan hər iki şərh səhihdir, Uca Allah da sonra vurğulayır ki, Kitab və Hikmət insanlara öyüd-nəsihət vermək üçün nazil edilmişdir.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Bu müddəa – Hikmət sözü ilə şəriət ayinlərinin, mərasimlərinin nəzərdə tutulduğunun xeyrinə dəlalət edir, axı öyüd-nəsihət vermək ehkamların və onların mənalarının izahından və həmçinin mükafatla həvəsləndirməkdən və cəza ilə qorxutmaqdan ibarətdir. Dini hökmün açıqlanması sayəsində insanlar cahillikdən və nadanlıqdan xilas olurlar. Mükafatla həvəsləndirmə nəticəsində insanlarda yaxşılıq etmək arzusu oyanır, cəzalandırmaqla qorxutma hesabına isə adamlar Allahdan qorxmağa başlayırlar. Onlar Allahdan hər bir şəraitdə qorxmalı və bilməlidirlər ki, Ona bütün məxluqat haqqında hər şey məlumdur. Məhz buna görə, O, bütün zamanlarda və dünyanın bütün ucqarlarında qullarına ancaq fayda verən dini ehkamlarını izah edir. Buna görə həmd təkcə Ona məxsusdur![/background][/size][/font][/color]


[b](232) “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz”.[/b]

[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Bu vəhy birinci və ya ikinci dəfə boşanmış qadınların qəyyumlarına ünvanlanmışdır. Boşanma üçün ayrılmış müddətin qurtarması üzrə onların sabiq ərləri onlarla ikitərəfli razılıq əsasında yenidən evlənmək istəsələr, qadınların qəyyumlarına, ya onların ataları olsun, ya da digər qohumları, qadınları belə ərə getməkdən saxlamağa (çəkindirməyə) icazə verilmir. Onlar bu vasitə ilə ər-arvadın əvvəlki boşanma zamanı büruzə verdikləri davranışlarına görə öz narazılıqlarını və hiddətlərini bildirməməlidirlər. [/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Sonra Uca Allah vurğulayır ki, bu öyüd-nəsihət Allaha və Axirət gününə iman gətirənlərə müraciətdir, çünki məhz iman onları təkrar nikaha maneçilik etməkdən çəkindirməlidir.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Sonra Allah bildirir ki, təkrar nikaha razılaşmaq, ona mane olmaqdan daha ləyaqətli və daha doğrudur, hərçənd qadının qəyyumu belə vəziyyətdə elə zənn edə bilər ki, kişiyə, zövcəsindən boşandıqdan sonra, yenidən onunla evlənməsinə mane olmaq daha ləyaqətli olardı. Təəssüflər olsun ki, adətən təkəbbürlü və dikbaş adamlar məhz belə edirlər. Əgər qəyyum onun vəziyyətində təkrar nikaha mane olmaq qərarına gəlsə, onda ona xatırlatmaq lazımdır ki, onun bilmədiyini Allah bilir və Rəbbin iradəsinə tabe olmalıdır. İnsanlara nəyin xeyir verdiyi Ona məlumdur. O, Öz qullarına xeyir diləyir və onlara hər cür nemət verməyə qadirdir. O, Öz qullarının taleyini, onlara məlum olmayan hadisələrin vasitəsilə yüngülləşdirir.[/background][/size][/font][/color]
[color=#000000][font=tahoma][size=3][background=rgb(244, 244, 244)]Bu ayə, gəlinin qəyyumunun razılığını, nikah bağlanmasının vacib şərti olduğunu təsdiq edir, çünki əgər Allah qəyyumlara ərindən ayrılmış qadınlara təkrar nikah bağlamağa mane olmağı qadağan edirsə, deməli onlar qəti qərar qəbul etmək haqqına malikdirlər.[/background][/size][/font][/color]

Link to comment
Share on other sites

[quote name='Tiaanan' timestamp='1354204343' post='14601454']
Salam Aleykum.Xahish edirem sualimi bilenler varsa delillerle cavablandirin.Evde pisiyin ve itin olmasi ne derecede gunahdir ve haramdir?
[/quote]
bildiyim qederiler evde it saxlamaq olmaz,it dine gore mundar hesab olunur..hetta it olan eve melekler gelmezmis..bele bir hedis de var.
[color=#505050][font=Arial][size=3][background=rgb(255, 244, 240)]Bir gün Cəbrail əleyhissəlam həzrəti Muhəmməd (s. a. v.) evdə oturduğu halda, otağa girmir. Peyğəmbərimiz ondan nə üçün girmədiyini soruşur. O da deyir ki, içəridə bir küçük var. Baxıb görürlər ki, həqiqətən də, otaqda bir küçük var. Onu bayıra çıxardırlar. Bundan sonra Cəbrail əleyhissəlam otağa daxil olur.[/background][/size][/font][/color]

ps:evde it saxlamiyin melekler tez tez gele bilsinler [img]http://img.dispute.az//public/style_emoticons/default/evilgrin1.gif[/img]

Link to comment
Share on other sites

[quote name='Tiaanan' timestamp='1354204343' post='14601454']
Salam Aleykum.Xahish edirem sualimi bilenler varsa delillerle cavablandirin.Evde pisiyin ve itin olmasi ne derecede gunahdir ve haramdir?
[/quote]

Heyvanlarin bulaşdığı yer pis olub, belə bir yerdə namaz qılınmaz. Nəticə olaraq namaz qılınacaq yerin təmiz olduğundan əmin olunma şərti ilə, it olan evdə, namaz qılmaqda bir qorxu yoxdur. Namaz qilinan otağa it-pişik keçməsə yaxşidir , mən belə düşünürəm..
Prosta namaz pak təmiz yerdə qilinsa yaxşidir ..

Link to comment
Share on other sites

[quote name='Tiaanan' timestamp='1354204343' post='14601454']
Salam Aleykum.Xahish edirem sualimi bilenler varsa delillerle cavablandirin.Evde pisiyin ve itin olmasi ne derecede gunahdir ve haramdir?
[/quote]
Iti evdə yox həyətdə saxlamaq o zaman olar ki, bu evi,əmlakı qorumaq üçün saxlamağa icazə verilir eləcə də bu heyvanlarla al-ver etmək olmaz.Amma hər bir canlıya qarşı mərhəmətli olmaq vacibdir.
[quote name='Her Kurnst' timestamp='1354260420' post='14607547']
Salam aleykum
kim deyər, naxa (som balığı) yemelidi yoxsa xaramdı ? teşekkür edirem...
[/quote]
aleykum salam dəniz məhsullarının hamısı halaldır.som balığı da haladır.

Link to comment
Share on other sites

[quote name='gentlem@n' timestamp='1319372413' post='10288308']
<<<<<<<<<<<<<<<< (Əhli-sünnətin Əhli-beytə tabeçiliyi)>>>>>>>>>>>>>

Əhli-sünnət öz dinini, etiqadını Quran və Sünnətdən, Peyğəmbərin əshabından və əhli-beytindən almışdır. Əhli-sünnətə görə əhli-beyti sevmək və onların fəzilətlərini dilə gətirmək imandandır. Belə ki, əhli-sünnətin demək olar bütün hədis kitablarında əhli-beytin fəzilətinə dair xüsusi bölümlər var. Hətta İmam Nəsai məhz Əlinin (radiyallahu anh) fəzilətlərinə dair "əl-Xəsais” adlı bir əsər qələmə almışdır. Bu, h.215-ci ilində dünyaya gəlmiş bir əhli-sünnət alimidir. Kim hicri üçüncü əsirdə İ.Nəsainin bu kitabı kimi bir kitab yazan şiə müəllifini göstərə bilər?

Bu yerdə belə bir sual ortaya çıxa bilər: "Nə üçün əhli-sünnət Əbu Hənifənin, Şafinin, Məlikin və Əhmədin məzhəbinə (yəni fikirlərinə, fətvalarına) tabe olduğu kimi, Cəfərə və onun atasına tabe olmurlar?”

Cavab: Şübhəsiz ki, İmam Zeynulabidin, İmam Həsən əl-Bəsri, Abdurrəhman Auzai, Muhəmməd əl-Bəqir, Sufyan əs-Souri, Sufyan ibn Uyeynə, İbn Mübarək, Zeyd ibn Əli ibn Hüseyn, İ.Məlik, Əhməd ibn Hənbəl, Cəfər əs-Sadiq və qeyriləri əhli-sünnətin imamları, hədis raviləri və hidayət rəhbərləridir. Ancaq burada başqa bir məsələ var. İmam Əhmədin, Əbu Hənifənin, Şafinin və İmam Məlikin əshabı öz ustadlarının fiqhini (fətvalarını) qələmə aldıqları halda, Sourinin, Auzainin, Cəfərin, Muhəmməd əl-Bəqirin və qeyrilərinin tələbələri onların fiqhini qələmə almamışdır. Bu səbəbdən də, onların fiqhi tam olaraq bizə çatmamışdır. Onların fətvalarının bir qismi yalnız ravilər vasitəsi ilə bizə çatmışdır. Məsələn, Həsən əl-Bəsrinin fiqhinin (fətvalarının) 80%-i, Sourinin fiqhinin 90%-i, İbn Mübarəkin fiqfinin 10%-i, Cəfərin fiqhinin 40%-i əhli-sünnətin kitab-larında mövcuddur. (Bu faizlərin rəqəmi nisbidir) Amma Əbu Hənifənin bir neçə risaləsi bu günəcən bizə gəlib çatmışdır. "əl-Fiqhul-əkbər”, "Müsnəd” və "əl-Vasiyyə” bunlardandır. Onun tələbələri olan Əbu Yusuf, Muhəmməd ibn Həsən əş-Şeybani və İmam Zufər onun fiqhini qələmə almışdılar. İmam Məlikin "əl-Muvatta” əsəri mövcuddur. İ.Şafi "əl-Müsnəd”, "ər-Risalə” və "əl-Umm” əsərlərini qələmə almışdır. Əhməd ibn Hənbəl içərisində 30 mindən artıq hədis olan "əl-Müsnəd”in sahibidir. Onun tələbələri isə onun fətvalarını qələmə almışdır. İndi mən, bütün şiələrə belə bir sual ünvanlayıram: "Sizin əlinizdə məhz İ.Zeynulabidinin, əl-Bəqirin və ya Cəfər əs-Sadiqin özlərinin qələmə aldıqları bir fiqh və ya hədis kitabı varmı? Onların öz tələbələri tərəfindən onların fiqhinə dair qələmə aldıqları bir dənə də olsa, kitabı bizə göstərə bilərsinizmi?”

Siz belə bir kitabı ortaya çıxartmaqdan acizsiniz. O zaman, nə üçün özünüzü İmam Cəfərə nisbət edərək "Cəfəri” adlandırırsınız? Axı siz onu yox, "Cəfəri” adı altında Xomeynini, Lənkəranini, Xoini, Sistanini təqlid edirsiniz. Bunların İ.Cəfər ilə nə əlaqəsi var?

Bəli, əhli-sünnət öz kitablarında əhli beytdən nəql olunmuş hədisləri və fətvaları qəbul edir. Əhli-beytin rəisi olan Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) nəql olunmuş on minlərlə səhih hədis əhli-sünnətin hədis kitablarında mövcuddur. Ancaq şiələrin ən mötəbər hədis kitabların da Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) nəql olunmuş hədislərin sayı cəmi 644-dür. Hələ mən, bunların səhih olub-olmadığını demirəm. Əhli-sünnət alimləri əhli-beytdən olan möminlərin anası (münafiqlərin deyil) Aişədən 2210 hədis, İbn Abbasdan 1160 və Əlidən (təkrarları ilə birlikdə) 1583 hədis rəvayət etmişdir. Ancaq şiələrin dörd əsas və mötəbər hədis kitabında[1] Əlidən nəql olunmuş hədislər 690 dənədir. Bunları növbəti səhifədə ətraflı bir şəkildə açıqlayacam.

Əhli-sünnətin kitablarında bəzi səhabələrdən az, bəzilərindən çox, bəzi imamlar-dan az, bəzilərindən çox hədis rəvayət olunmasının bir çox səbəbləri vardır. Bu səbəbləri izah etmək buranın yeri deyil. Ancaq bəzi misallar qeyd etmək istəyirəm ki, haqqı axtaran onu tapsın! Məsələn, Əhli-sünnət kitablarında Əbu Bəkr və Osmandan nəql olunmuş hədislərlə yanaşı Zeynulabidin, əl-Bəqir və Cəfərdən nəql olunmuş hədislərin sayını sizə təqdim edirəm:

1. "Səhih əl-Buxari”də: Zeynulabidindən 25, Osamandan da 25 hədis rəvayət edilmişdir;

2. "Səhih əl-Müslim”də: Zeynulabidindən 15, əl-Bəqirdən 19, əs-Sadiqdən 17, Əbu Bəkrdən isə yalnız 9 hədis rəvayət edilmişdir;

3. "Sünən ət-Tirmizi”də: əl-Bəqirdən 23, Cəfərdən 20, Əbu Bəkrdən 22 və Osmandan 19 hədis rəvayət edilmişdir;

4. "Sünən ən-Nəsai”də: əl-Bəqirdən 56, Cəfərdən 44, Əbu Bəkrdən 22, Osmandan isə 27 hədis rəvayət edilmişdir;

5. "Sünən Əbi-Davud”də: Zeynulabidindən 11, əl-Bəqirdən 17, Cəfərdən 11, Əbu Bəkrdən də 11 və Osmandan 15 hədis rəvayət edilmişdir;

6. "Sünən İbni Məcə”də: əl-Bəqirdən 24, Cəfərdən 19, Əbu Bəkrdən 16, Osmandan isə 23 hədis rəvayət edilmişdir.

Fikir verin! Əhli-sünnətin ən mötəbər hədis kitablarında[2] Əbu Bəkrdən rəvayət olunan hədislərin sayı cəmi 210, Muhəmməd əl-Bəqirdən rəvayət olunmuş hədislərin sayı isə 229-dur. Məgər, Əbu Bəkrdən az hədis rəvayət olunması, əhli-sünnətin ona qarşı hörmətsizliyini göstərir? Əlbətdə ki, xeyr. Beləcə də digərlərindən az hədis rəvayət olunması onlara qarşı hörmətsizliyin əlaməti deyil. Əksinə, əhli-sünnət hər kəsin haqqını vermiş, təfrit və ifratdan uzaq durmuşdur.

Hörmətli oxucu! Sənin üçün Peyğəmbərdən (saləllahu aleyhi və səlləm), Əlidən, Fatimə, Həsən və Hüseyndən nəql olunmuş hədislərin sayını həm əhli-sünnətin və həm də şiələrin ən mötəbər hədis kitablarından təqdim edirəm:

1. Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) nəql olunmuş hədislərin sayı: Əhli-sünnətin ən mötəbər hədis kitablarında nəql olunmuş on minlərlə hədisin 90%-indən artıqı məhz Peyğəmbərimizin hədisləridir. Qalan hədislər isə səhabələrin söz və fellərindən ibarət xəbərlərdir. Şiələrin ən mötəbər dörd hədis kitabında olan hədislərin sayı 44 mindən artıqdır (44244 hədis). Bu hədislərdən yalnız 644 hədis Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) rəvayət olunmuşdur. Bu dörd kitabın içərisində şiələrin ən dəyərli kitabı əl-Kəfi də 16 mindən artıq (16121) hədis var. Bu hədislərdən yalnız 92-si Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) nəql olunmuşdur. (Şiə alimlərinin öz etirafları ilə) bu 92 hədisin hamısının sənədində də zəiflik var. Çox təəccüblüdür, deyilmi? Şiələrin Peyğəmbərə qədər gedib-çıxan səhih bir dənə də olsa hədisləri yoxdur.

2. Əlidən (radiyallahu anh) nəql olunmuş hədislərin sayı: Əhli-sünnət kitab-larında Əlidən 1583 hədis nəql olunmuşdur. Bunlardan 804-ü İmam Əhmədin "Müsnədin”də mövcuddur. Şiə kitablarında isə Əlidən 690 hədis nəql olunmuş-dur. Bu rəqəmlər arasındakı fərqə fikir ver! Ey şiələr! Harada qaldı "Mən elmin şəhəri və Əli də onun qapısıdır” hədisi?

3. Fatimədən nəql olunmuş hədislərin sayı: Əhli-sünnətin mötəbər kitablarında Fatimədən 11 hədis nəql olunmuşdur. Şiələrin dörd mötəbər kitabında isə ondan bir dənə də olsa, hədis nəql olunmayıb.

4. Həsəndən nəql olunmuş hədislərin sayı: Əhli-sünnət ondan 35, şiələr isə 21 hədis rəvayət etmişdir.

5. Hüseyndən nəql olunmuş hədislərin sayı: Əhli-sünnət ondan 43 hədis nəql etmişdir. Şiələr isə onun barəsində bu qədər həddi aşmalarına baxmayaraq, ondan cəmi 7 hədis rəvayət etmişdilər.

Bütün bunlardan sonra kim deyə bilər ki, əhli-sünnət öz elmini əhli-beytdən almayıb. "Səqəleyn” hədisini əhli-sünnətə qarşı dəlil kimi irəli sürmək istəyən, bütün bunları heç olmasa ömründə bir dəfə də olsa araşdırıbmı?

Biz (əhli-sünnət), İslamın rüknlərindən biri olan həcci əhli-beytin vasitəsi ilə öyrənmişik. Belə ki, İmam Müslim özünün "əs-Səhih” əsərində İmam Cəfərdən, o da atası Muhəmməd əl-Bəqirdən, o da səhabə Cabir ibn Abdullahdan Peyğəmbərin (saləllahu aleyhi və səlləm) necə həcc etdiyini müfəssəl bir şəkildə nəql etmişdir. Əhli-sünnətin bütün alimləri bu səhih hədisə etimad etmiş və onunla əməl etmişdirlər. Əhli-sünnətə mənsub camaat, hər il bu hədis əsasında həccini yerinə yetirir. Məgər bu, əhli beytə tabeçilik deyilmi? Hətta, Şeyx Əlbani məhz bu hədisin şərhi ilə əlaqəli bir əsər qələmə almışdır.

Tirmizinin Cabirdən (radiyallahu anh) rəvayət etdiyi "Səqəleyn” hədisinin də sənədi bu cürdür; İmam Tirmizi bu hədisi Abdurrəhman əl-Kufidən, o da Zeyd ibn Həsəndən, o isə Cəfərdən, o da atası Muhəmməddən, o da Cabir ibn Abdullahdan nəql etmişdir.

Əhli-sünnət namazda əlləri bağlamağı da Peyğəmbərin (saləllahu aleyhi və səlləm) əshabı və əhli-beytindən öyrənmişdir. Bu barədə əhli-beytdən: Aişə, İbn Abbas və Əlidən hədislər nəql olunmuşdur. Ğəzvən ibn Cərir öz atasından nəql etmişdir ki: "Əli (radiyallahu anh) namaza qalxdığı zaman təkbir gətirər, sağ əlini sol əlinin biləyinin üstünə qoyar və rükuya gedənə qədər əllərini aşağı salmazdı...” (Beyhəqi "Sünən əl-Kubra” 2164, hədis həsəndir).

Əhli-sünnət dəstəmazda ayaqların necə yuyulacağını da Peyğəmbərin əshabı və əhli-beytindən öyrənmişdir. Dəraqutni "əs-Sünən” əsərində, "Peyğəmbərin dəstəmazının vəsfi” bölümündə Əlinin nəcə dəstəmaz aldığını nəql etmişdir. Belə ki, Əli (radiyallahu anh) dəstəmaz aldığı vaxt ayaqlarını üç dəfə yumuş[3] və "Mən Peyğəmbərin bu cür dəstəmaz aldığını gördüm” demişdir. (Əbu Davud 116, Nəsai 70, Tirmizi 48, İbn Hibbən 1056)

Əhli-sünnət mutənin (siğənin) haram olduğunu da əhli-beytdən öyrənmişdir. Belə ki, İmam Cəfərə mutə barəsində sual veriləndə, o dedi: "Bu zinadır” (Beyhəqi "Sünən əl-Kubra” 7/207).

Əli ibn Əbu Talib Peyğəmbərin (saləllahu aleyhi və səlləm) Xeybər günü mütəni haram etdiyini bildirmişdir. (Buxari 5115, Müslim 1407)[4]

Bir dəfə mən, Əlinin mutənin haramlığına dair söylədiyi bu sözlərini Qum şəhərində təhsil almış bir şiənin qabağına qoyduqda, onun mənə verdiyi cavabı belə oldu: "Bəli, bu sözü Əli deyib. Çünki bu rəvayət bizim bütün kitablarımızda var. Ancaq Əli bütün bunları yalandan, təqiyyə əsasında söyləyib”. Mən isə ona: "Əgər dünyanın bütün kişiləri bir tərəfdə, haqq isə başqa bir tərəfdə dursaydı, Əli yenə də haqqın yanında olar və haqqı deyərdi” - dedim.

Əhli-sünnət Peyğəmbərin (saləllahu aleyhi və səlləm) əshabını sevməyi, onlara hörmət etməyi və onları daima xeyirlə yad etməyi də əhli-beytdən öyrənmişdir. Muhəmməd ibn Əli əl-Hənəfiyyədən belə dediyi nəql edilmişdir: "Atam (Əli ibn Əbu Talib)-dən soruşdum: "Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) sonra insanların ən xeyirlisi kimdir?” "Əbu Bəkr”, dedi. Mən: "Sonra kimdir?” "Ömər”, dedi. Mən "üçüncüsü də Osmandır” deyəcəyindən qorxduğum üçün; "Sonra da sənsən?” deyə soruşdum. O isə belə dedi: "Mən sadəcə müsəlmanlardan biriyəm” (Buxari 3651, Əbu Davud 4629)

İbn Abbasdan belə dediyi nəql edilmişdir: "Ömər ibn Xəttab (radiyallahu anh) vəfat etdikdə insanlar onun ətrafına yığışdılar, onu xeyirlə yad edib ona dua etməyə başladılar. Mən də insanların arasında idim. Hiss etdim ki, bir kəs əllərini arxadan çiyinlərimin üzərinə qoydu. Arxaya dönərkən onun Əli olduğunu gördüm. (Əli) Ömər üçün Allahdan rəhmət dilədi və belə dedi: "Artıq səndən sonra, sənin kimi (saleh) əməl işləyib Allaha qovuşacağımı istədiyim başqa bir şəxs qalmadı. Allaha and olsun, mən bilirdim ki, Allah daima səni iki dostunla (Peyğəmbər və Əbu Bəkr ilə) bir yerdə bərqərar edəcəkdir[5]. Çünki mən Peyğəmbərin (saləllahu aleyhi və səlləm) daima belə dediyini eşidirdim: "Mən, Əbu Bəkr və Ömər gəldik. Mən, Əbu Bəkr və Ömər girdik. Mən, Əbu Bəkr və Ömər çıxdıq.” (Buxari 3677, 3685 və Müslim 2389)

Bu hədisin bir bənzərini də İmam Məlik Cəfər əs-Sadiqdən, o da atası əl-Bəqirdən səhih bir sənədlə rəvayət etmişdir. (İbn Həcər əl-Heytəmi "əs-Səvaiq” səh.58)[6]

Əhli-sünnət, övladlarına Əbu Bəkr, Ömər, Aişə kimi adları qoymağı da əhli-beytdən öyrənmişdir.

Əli (radiyallahu anh) öz övladlarından bəzilərinin adını Əbu Bəkr, Ömər və Osman qoymuşdur. Bunlar, Hüseyn ibn Əli ilə birlikdə Kərbəlada şəhid olanlardandır.[7]

Həsən (radiyallahu anh) bəzi övladlarının adını Əbu Bəkr, Ömər və Talha qoymuşdur. Əbu Bəkr ibn Həsən əmisi Hüseyn ilə birlikdə Kərbəlada şəhid olmuşdur.

Hüseyn (radiyallahu anh) bir övladının adını Ömər qoymuşdur.

Əli ibn Hüseyn Zeynulabidin bir qızının adını Aişə və bir oğlunun adını da Ömər qoymuşdur. Onun nəsli oğlu Ömərdən də davam etmişdir. İmam Zeynulabidinin kunyəsi Əbu Bəkr idi.

Musa ibn Cəfər əl-Kazım iki övladına Əbu Bəkr və Ömər, bir qızına da Aişə adını vermişdir.

Əli ibn Musa ər-Rza qızının adını Aişə qoymuşdur. Onun kunyəsi də Əbu Bəkr idi.[8] Nə üçün şiələr övladlarına bu cür adlar qoymurlar? Axı onlara görə hər bir məsələdə əhli-beytə tabeçilik vacibdir. İnsan öz düşmənlərinin adını övladına qoyarmı? İnsan öz düşməninə qızını ərə verərmi? Əlbətdə ki, xeyr. Bəs nə üçün Əli, Fatimədən olan qızı Ümmü Gülsümü Ömər ibn Xəttaba ərə verdi?[9] Bütün bunları düşün! Düşün ki, haqq sənə bəlli olsun.[10]

Əhli-sünnət şirki inkar etməyi və tövhidə sarılmağı da əhli-beytdən öyrənmişdir. Əli ibn Hüseyn Zeynulabidin daima Peyğəmbərin (saləllahu aleyhi və səlləm) qəbrinin yanına gəlib, orada dua edən adamı bu əməlindən çəkindirmiş və ona belə demişdir: "Sənə atamdan, onun da babam Peyğəmbərdən eşitdiyi bir hədisi danışıram: "Mənim qəbrimi bayram yerinə, evlərinizi də qəbirstanlığa çevirməyin! Mənə dua edin, siz harada olsanız duanız mənə çatacaqdır.” (İbn Əbi Şeybə "əl-Müsənnəf” 2/83, Əbu Yalə 2/32, Diya əl-Məqdisi "əl-Muxtara” 1/54, hədisin sənədi mutəsəlsilən (yəni ard-arda) əhli-beytdəndir.)[11]

Əbul-Həyyac əl-Əsədidən belə dediyi nəql olunmuşdur: "Əli (radiyallahu anh) xilafəti zamanında bir gün mənə belə dedi: "Ey Əbul-Həyyac! Vaxtiylə Peyğəmbərin məni vəzifələndirdiyi bir iş ilə indi mən səni vəzifələndirmək istəyirəm. Get və yıxmadığın bir timsal (şəkil, büt), yerləbir etmədiyin hündür qəbir

buraxma!” (Müslim 1/666 hədis no:969, Əbu Davud 3/548 no:3218, Titmizi hədis: 1049, Nəsai 4/88, Əhməd "Müsnəd” 1/96, Beyhəqi 4/3, İbn Əbi Şeybə; 6548)[12]

Süheyl ibn Əbi.Süheyl Peyğəmbərin (saləllahu aleyhi və səlləm) qəbrini görəndə ona sarılmış və əlini ona sürtmüşdür. Bunu görən Həsən ibn Həsən ibn Əli ona doğru bir daş atmış və onu bu əməlindən çəkindirmişdir. (İbn Asakir 4/217, Abdurrəzzaq 3/557 hədis:6694)

Muhəmməd ibn Əli əl-Bəqir vəsiyyət edərək demişdir: "Qəbrimi yerdən yüksək etməyin!” (Dulabi 1/134. Bu hədisin bütün raviləri etibarlıdır. Yalnız Səlim adlı ravi məçhuldur. İmam Zəhəbi "əl-Mizan”da və şiə olan Hilli də "Xilasətul-əqval” səh.108-də bu cür demişdir.)[13]

İndi baxın, məhşur şiə alimi Məclisi öz kitabında nə yazır: "Qiblə namaz qılanın arxasında qalsa da, qəbrə doğru namaz qılmaq olar...” ("Biharul-ənvər” c.41 səh. 26 və ya c.97 səh.134 "Kitabul-məzar” bölümündə)[14]

Xoi "Minhəcus-salihin” kitabının 562-ci məsələsində (səh.147) demişdir: "İmam-ların məşhədlərində (məqbərələrində) namaz qılmaq müstəhəbdir. Hətta, orada qılınan namazlar məscidlərdə qılınanlardan da əfzəldir. Əlinin qəbri yanında qılınan namaz, 200 min namaza bərabərdir.”[15]

Ey şiələr! Haradadır sizin əhli-beytə tabeçiliyiniz? Haradadır sizin tövhidə əsaslanan əhli-beyt əqidəniz? Vallahi, şirkin böyük-kiçik, aşkar-gizli elə bir növü yoxdur ki, sizdə olmasın. Budurmu əhli-beytin yolu? Əgər budursa, belə yoldan Allaha sığınırıq.

Xülasə, Əhli-sünnətin kitabları Əlinin, Həsən və Hüseynin fəzilətləri, rəvayət etdikləri hədisləri və fətvaları ilə doludur. Ancaq biz, onların məsum olduqlarını, onların qeybi bildiklərini və onların elmdə hər kəsdən üstün olub da xilafətə hər kəsdən daha layiq olduqlarını da söyləmirik. Səid ibn Müseyyəb, Əlqamə, Qatadə, Mücahid, Həsən əl-Bəsri, Məqhul, Muhəmməd ibn Sirin, Səlim ibn Abdullah kimi şəxsiyyətlər dində imam olduqları kimi, Əli ibn Hüseyn və Muhəmməd ibn Əli kimi şəxsiyyətlər də əhli-sünnət üçün dində hidayət rəhbərləridir. əl-Mizzi "Təhzibul-Kəmal”da Sufyan ibn Uyeynənin Zuhridən belə eşitdiyini nəql edir: "Mən Qureyşin içərisində Əli ibn Hüseyndən daha fəzilətli bir şəxsi görmədim.” Ancaq insanlardan bəziləri onlara, xüsusən də Cəfər ibn Muhəmmədə aid olmayan şeyləri ona nisbət etdilər. Hətta əbcəd hesabını, nəsəb və nücum (ulduz) elmini ona nisbət etdilər. Onun kimyagər olduğunu belə söylədilər. Ancaq onun belə mənasız işlərlə heç bir əlaqəsi yoxdur. Cəfər ibn Muhəmməd dövrünün böyük alimlərindən olmuş və atasından, Qasim ibn Muhəmməddən, Urvə ibn Zübeyrdən, Ata ibn Əbi Rəbahdan, Zuhri və Nafidən, Muhəmməd ibn Munkədirdən və başqa bu kimi tanınmış alimlərdən elm almış və hədis rəvayət etmişdir.[16] Əhli-sünnət heç vaxt Yəhya ibn Səid, Hişam ibn Urvə və Əbuz-Zinadın tabeçilik yönündən Cəfər ibn Muhəmməddən daha layiqli olduğunu söyləməz. Həmçinin onlar (yəni əhli-sünnət), Zuhri, Yəhya ibn Əbu Bəkr və Həmmad ibn Əbi Sələmənin tabeçilik cəhətindən Muhəmməd əl-Bəqirdən daha layiqli olduğunu iddia etməzlər. Yenə əhli-sünnət, Qasim ibn Muhəmməd, Urvə ibn Zübeyrin və Səlim ibn Abdullahın elmdə Əli ibn Hüseyndən daha irəli olduğunu da deməz. Əksinə, əhli-sünnət yuxarıda adlarını zikr etdiyim şəxsiyyətlərdən hər birinin, sadiq (doğru sözlü) bir ravinin özlərindən rəvayət etdikləri hər bir mövzuda müsəlman-ların imamı olduğuna etiqad edir. Musa ibn Cəfər haqqında da Əbu Hatim: "Müsəlman imamlarından bir imamdır” demişdir. İbn Sad isə, Musanın çox rəvayəti olmadığını söyləmişdir. Musa ibn Cəfərdən sonrakı imamlara gəldikdə, iddia edildiyi qədər də onlardan elm alınmamışdır. Fətvaları da yoxdur. Ancaq sahib olduqları bir çox gözəl və yüksək əxlaqi keyfiyyətləri vardır. Əli ibn Musa da dəyəri, qədir-qiyməti uca olan bir insan idi. Zamanında ondan daha alim olan Şafi və digər imamlar var idi. Maruf əl-Kərhi və Əbu Süleyman əd-Darani də onun zamanında yaşamış və ondan daha zahid olan şəxsiyyətlərdir. Əgər müsəlmanlar Məlik, Şafi və Əhmədin əsərlərində gördükləri hədisləri Musa ibn Cəfər, Əli ibn Musa və Muhəmməd ibn Əlinin yanında olan hədislərdən daha çox görməsəydilər, bunları buraxıb da Məlik, Şafi və Əhmədə yönəlməzdilər. Halbuki, Musa ibn Cəfər ilə İmam Məlik eyni dövrdə və eyni şəhərdə yaşamışdılar. Əhli-beytdən olan Haşim oğulları belə Musadan çox, Məlikdən elm alırdılar. Bu gün də əlimizdə İmam Məlikin qələmə aldığı "əl-Muvatta” əsəri olduğu halda, Musa ibn Cəfərdən, onun atasından və oğullarından bir dənə də olsa əsər yoxdur. İmam Şafi də Məlikdən elm almış və Muvattanı əzbərləmişdir. O da Haşimi oğullarından idi. Şafi öz qohumu olan Musa ibn Cəfərin, Əli ibn Musanın elmini və hədis rəvayətlərini Məlikin elmindən çox görsəydi, heç şübhəsiz onların yanına gedər və elmini onlardan alardı. İmam Əhməd də Peyğəmbərə tabeçiliyi, əhli-beytə olan sevgisi və əhli-beyt düşmənlərinə qarşı nifrəti ilə tanınan bir şəxs idi. Onun əsərləri Məlik, Souri, Auzai, Leys ibn Sad, Vəki ibn Cərrah, Yəhya ibn Səid, Abdurrəhman ibn Məhdi və digər imamların rəvayətləri ilə dolu olmasına rəğmən, Əli ibn Musa, Muhəmməd ibn Əli və digərlərinin rəvayətlərindən bir şey yoxdur. Əhməd bunların yanında istədiyi qədər elm görsəydi, başqalarından daha çox bunlara rəğbət göstərərdi. Bütün bunlar, inkarı qeyri-mümkün olan həqiqətlərdir. Bu həqiqətlərə göz yuman isə, haqqa arxa çevirmiş miskindir.

Ardı

SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ-4



[1] Şiələrin qədim ən mötəbər dörd hədis kitabı:

1. Muhəmməd ibn Yaqub əl-Kuleyninin "Kitabul-Kəfi” kitabı. İçərisində 16099 hədis var. Bu kitab üç hissədən; "Furu”, "Usul” və "ər-Rovda”dan ibarətdir.

2. Muhəmməd ibn Babaveyh əl-Qumminin (Şeyx Saduq ləqəbi ilə tanınmışdır) "Mən lə yəhduruhul-fəqih” kitabı. 176 bölümdən, 9044 hədisdən ibarətdir.

3. Muhəmməd ibn Həsən ət-Tusinin "Təhzibul-Əhkam” kitabı.

4. Muhəmməd ibn Həsən ət-Tusinin "əl-İstibsar” kitabı.

Şiələrin daha sonra yazılmış ən mötəbər dörd hədis kitabı:

1. əl-Feyz əl-Kaşaninin "əl-Vafi” kitabı.

2. Məclisinin "Biharul-ənvər” kitabı.

3. Hurr əl-Amilinin "Vəsailuş-şiə” kitabı.

4. Nuri ət-Təbərsinin"Mustədrəkul-vəsail” kitabı.

[2] Əhli-sünnətin ən mötəbər altı hədis kitabı: Buxari və Müslimin "Səhih”ləri, Nəsai, Tirmizi, Əbu Davud və İbn Məcənin "Sünən”ləridir. Bu kitablara "Kutubi-sittə” (yəni altı kitab) deyilir. "Kutubi-tis`a” (yəni doqquz kitab) deyildikdə, bu altı kitabdan əlavə İmam Əhmədin "Müsnəd”i, Dariminin "Sünən”i və İmam Məlikin "əl-Muvatta” adlı kitabı nəzərdə tutulur.

[3] Belə bir hədis şiə kitablarında da nəql olunmuşdur. Əli (radiyallahu anh) Muhəmməd ibn Əbu Bəkrə və Misir əhlinə dəstəmazın necə alınacağını bəyan edərək deyir: "Başınıza məsh çəkin, sonra sağ və sol ayaqlarınızı üç dəfə yuyun! Çünki mən Peyğəmbəri bu cür dəstəmaz alan gördüm.” ("Müstədrək əl-vəsail” 1/44) Əli deyir: "Dəstəmaz almaq üçün oturmuşdum. Elə bu vaxt Peyğəmbər (saləllahu aleyhi və səlləm) gəldi və mənə gözəl şəkildə dəstəmaz almağın qaydasını öyrətdi. Mən ayağımı yuduğum vaxt, o, (saləllahu aleyhi və səlləm) mənə dedi: "Ey Əli! Barmaqlarının arasını da yu ki, sənə cəhənnəm odu toxunmasın.” ("əl-İstibsar” 1/65-66, "Təhzib əl-əhkam” 1/93, "Vəsailuş-şiə”1/296-297) İmam Cəfər dəstəmazı öyrədərkən demişdir: "Əgər başa məsh çəkməmiş ayaqları yusan, gərək qayıdıb başa məsh çəkəsən və sonra ayaqları yuyasan” (Kuleyni "Furu əl-Kəfi” 3/35, "Təhzib əl-əhkam” 1/99, "əl-İstibsar” 1/74, "Vəsailuş-şiə”1/318)

[4] Əlidən nəql olunmuş bu hədis şiələrin bütün məzhəbləri tərəfindən də rəvayət olunmuşdur. "Zeydi” şiələrinin mənbəsi; "ər-Rovdun-nəzir şərhu məcmuul-fiqhil-kəbir” 4/23. "Cəfəri” şiələrinin mənbələri; "ət-Təhzib” 2/186, "əl-İstibsar” 3/142, "Vəsailuş-şiə” 14/441. "İsmaili” şiələrinin mənbəsi: "Dəaimul-İsləm” 2/228-229 hədis no: 858.

[5] Əlinin Ömər barədə olan zənnini Allah həqiqətə çevirdi. Sağlığında iki dostu ilə birlikdə olan Ömər, vəfat etdikdən sonra da onlarla birlikdə oldu. (Üçünün də qəbri bir yerdədir) Əli ibn Hüseyn (Zeynulabidin)-dən soruşdular: "Əbu Bəkr və Ömərin Peyğəmbərə yaxınlığı necədir?” İmam isə əli ilə peyğəmbərin qəbirlərinə işarə edərək dedi: "Onların peyğəmbərə olan yaxınlığı indiki kimi idi.” (Zəhəbi "Siyəru Aləmin-nübəla” 4/394-395)

[6] Bu mənada olan hədislər şiələrin də kitablarında mövcuddur. Bunlardan bir neçəsini qeyd edirəm. Əli daima xütbələrində deyərdi: "Allahım! Raşidi xəlifələrini islah etdiyin kimi, bizi də islah et!” Ondan soruşanda ki, "Onlar kimlərdir?”, cavabında imam belə demişdir: "Onlar, iki sevimli, İslamın şeyxləri, hidayət rəhbərləri və peyğəmbərdən sonra özlərinə tabe olunan Qureyşin kişiləri – Əbu Bəkr və Ömərdir. Kim onlara tabe olsa qorunar, onların izi ilə gedən isə doğru yolda olar.” (Tusi "Təlxisuş-Şəfi” 2/428). Zeynulabidin əl-Həşr surəsinin 8-10 cu ayələri ilə Əbu Bəkr, Ömər və Osmanı müdafiə etmişdir. ("Kəşful-ğummə”2/291) İmam əl-Bəqir demişdir: "Allah Əbu Bəkrə "Siddiq” (doğrucul) deməyənin sözünü nə bu dünyada, nə də axirətdə təmizə çıxarmaz.” ("Kəşful-ğummə”2/360) Bir qadın Cəfərdən, Əbu Bəkr və Ömər barədə soruşur. İmam isə onları sevməyi və onları dost tutmağı tövsiyə edir. (Kuleyni "Rovda əl-Kəfi” səh.88) Əli ibn Musa ər-Rdadan, Peyğəmbərin "Mənim əshabıma dua edin!” hədisi və "Əshabım ulduzlar kimidir, onlardan birinə tabe olan haqqı tapar” hədisi barədə soruşdular. O isə cavabında; "Bu hədis səhihdir” dedi. (Qummi "Uyunu əxbər ər-Rda” 2/87) Mühəmməd ibn Əli ər-Rda demişdir: "Mən Ömərin fəzilətini inkar etmirəm. Lakin, Əbu Bəkr Ömərdən də əfzəldir.” (əl-İhticac 2/479)

[7] Görəsən, nə üçün daima Kərbəla şəhidləri üçün mərsiyyə, şer və qəzəllər oxuyan şiələr Əbu Bəkr ibn Əlinin, Ömər ibn Əlinin, Osman ibn Əlinin adlarını çəkmirlər?

[8] Bax! Əhli-sünnətin kitablarından; Tarix ət-Təbəri 3/162, 343 və İbn Kəsir "əl-Bidayə vən-Nihayə” 8/189. Şiə kitablarından; Əbul-Həsən Ərdəbili "Kəşful-Ğummə” cild.2 səh.64, 67-68, 90, 199, 217, 334 və cild.3 səh.10, 29, 60. Tarixul-Yaqubi 2/213, "əl-Fusulul-Muhimmə” səh.283.

Təbərsi "Ə`ləmul-vəra” səh.203, Mufid "əl-İrşad” səh.186, Əbul-Fərəc Əsfəhani " Məqatilut-Talibin” səh.78, 83, 119, 142, 561-562. Məclisi "Ciləul-uyun” səh.182 və 582, "Biharul-ənvər” 42/120, Məsudi "ət-Tənbih vəl-İşraf” səh.263, "Ənvərun-Numaniyyə” 1/371 və.s.

[9] Cəfər əs-Sadiqdən soruşurlar: "Əri ölmüş qadın öz evində qalmalıdır, yoxsa harada istəsə qala bilər?” İmam cavabında deyir: "Əlbəttə, harada istəsə. Əli, Ömər öləndən sonra Ümmü Gülsümün talağını alıb onu öz evinə gətirdi.” (Kuleyni "Furu əl-Kəfi” cild.2 səh.115 bəzi nüsxələrdə; səh.311) Buna bənzər bir rəvayəti də Tusi "Təhzibul-əhkam” kitabının "Qadınların iddəti” fəslində gətirir. Ömərin Ümmü Gülsümdən övladları da olmuşdur. ("Təhzibul-əhkam”2/380 "Miras kitab”ında)

[10] Qumda təhsil almış bir şiə ilə bu barədə söhbət etdikdə, o mənə belə dedi: "Ömər Əlini təhdid edib. Onu öldürtdürəcəyini və ya üzərinə oğurluq iftirası ataraq əlini kəsdirəcəyini deyib. Buna görə də Əli məcburiyyət qarşısında qalaraq qızını Ömərə verib.” Hətta İmam Cəfərin belə dediyini irəli sürdü: "Bu (yəni Ümmü Gülsüm), bizim əlimizdən alınmış namusumuzdur.” (Furu əl-Kəfi 2/141 "Ümmü Gülsümün ərə verilməsi” fəsli) Mənim isə ona cavabında belə dedim: "Sənin bu sözün Əliyə "namussuzluq” iftirası atmaqdır. Sözündən elə çıxır ki, Əli öz canının qorxusundan namusunu satıb. Həmçinin sənin bu sözün Əliyə "qorxaqlıq” iftirası atmaqdır. Necə olur ki, Əli bir qızına sahib çıxa bilmədi. Axı sizə görə Əli Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) sonra bu ümmətin sahibi sayılır. Bir qızına sahib çıxa bilməyən, bu ümmətə nacə sahiblik edə bilər? Bax, beləcə, şiələr haqqı bilənlərin yanında gizli olmayan qüsurları əhli-beytə yamaq etmişlər.”

[11] Buna oxşar bir hədisi şiə alimi Nuri Təbərsi "Mustədrəkul-vəsail” kitabında cild.2 səh.379-da qeyd etmişdir.

[12] Şiə kitablarından: "əl-Kəfi”6/528, "Vəsailuş-şiə”3/211, "Biharul-ənvər”76/286.

[13] Şiə kitablarında da qəbir üzərində qübbə və türbə tikmək, qəbirin üzərinə yazı yazmaq, qəbrə doğru və qəbir olan yerdə namaz qılmaq kimi şirkə vəsilə olan əməllərin haram olması barəsində əhli-beytdən kifayət qədər hədislər nəql olunmuşdur: "Mən lə yəhduruhul-fəqih”1/178, "İstibsar” 1/217, "Təhzibul-əhkam”1/461, "Müstədrəkul-vəsail” 2/347, "Vəsailuş-şiə”3/202, 210-211, 235 və 5/158, 161, "Biharul-ənvər” 73/159, 79/20, 80/313 və.s.

[14] Məclisi kitabının həmin yerində imamların qəbrini ziyarət etməyin qaydasını açıqlayaraq deyir: "İmam Hüseynin qəbrini ziyarət zamanı, qəbrin baş tərəfində iki rəkət namaz qılırsan. Birinci rəkətdə Fatihə və Yasin surələrini, ikinci rəkətdə isə Fatihə və ər-Rəhman sürələrini oxuyursan. Əgər, istəsən qəbrin arxasında da qıla bilərsən, amma baş tərəfində qılmaq daha əfzəldir. Bu iki rəkəti qıldıqdan sonra nə qədər istəsən namaz qıla bilərsən...” Daha sonra o, imamların qəbrini ziyarət etmək üçün əvvəlcədən necə qüsul almağı, ziyarətkahın qapısının önündə durub dua etməyi, əl sürtməyi, öpməyi, ora necə daxil olmağı, qəbrə doğru namaz qılmağı və.s. bu kimi şirk əməlləri öyrədir.

Sübhənallah!!! Daha şeytana nə qaldı? Onun vəzifəsini artıq Məclisi gördü. Şiə alimləri imamların qəbirlərini ziyarət etməyin qaydalarına dair bu cür kitablar çox yazıblar. Onlar, bu kitabların adını adətən "Ziyarətnamə” qoyurlar. Mən isə bu kitablara "Şirknamə” deyərdim.

[15] Ümumiyyətlə şiələrin əhli-beyt barədə olan etiqadlarını oxuyanda insanı dəhşət bürüyür. Şiə alimlərinə görə İmam Hüseynin qəbrinin torpağını, palçığını yemək bütün dərdlər üçün dəva, xəstəliklər üçün şəfadır. ("Kitabul-kəfi” 3/378, "Biharul-ənvər” c.98 səh.118, 129, 131) Xomeyni "əl-Hukumətul-İsləmiyyə”kitabında (səh.75) belə deyir: "Bizim məzhəbin zəruriyyətlərindəndir ki, imamların dərəcəsinə nə Allaha yaxın bir mələk, nə də rəsul olan bir peyğəmbər çata bilməz.”

Ayətullah Zeynulabidin "Ənvərul-vilayə” kitabında (səh.440) demişdir: "Məsum imamların içi də, çölü də təmizdir... Onların bövl (sidik) və ğait (nəcis)-ləri murdar sayılmır. Əksinə, bunlar misk kimidir. İmamların bövl və ğaitlərini içən şəxsə Allah Cəhənnəm odunu haram edər və ona Cənnətə girmək vacib olar.”

[16] Buxari "Tarix” 2/198, Əbu Nəim "Hilyətul-Övliya” 3/192, Zəhəbi "Siyər” 6/255.
[/quote]

Allah razi Olsun Sizden!!!!!

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1355033048' post='14706050']
Bu sual verilbmi bilmirem, amma men gormedim. Quranda yazilmadigi halda oglan usaqlarinin sunnet olunmasi neye esasen islamin shertlerinden sayilir? Yeni ki, "eger sunnet olmayibsa, muselman deyil" fikri nece yaranib?
[/quote]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]Əbu Hureyradan radiyallahu anhu rəvayət edilir: "Beş şey Fitrətdəndir:[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]1. Sünnət etdirmək (Xitan)[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]2. Ayıb yerlərini qırxmaq[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]3. Qoltuğaltı tüklərini götürmək[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]4. Dırnaqları tutmaq[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]5. Bığları qısaltmaq[/font][/color]

[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif](Buxari 5550; Müslim 257)[/font][/color]

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1355052722' post='14708502']

[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]Əbu Hureyradan radiyallahu anhu rəvayət edilir: "Beş şey Fitrətdəndir:[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]1. Sünnət etdirmək (Xitan)[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]2. Ayıb yerlərini qırxmaq[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]3. Qoltuğaltı tüklərini götürmək[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]4. Dırnaqları tutmaq[/font][/color]
[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif]5. Bığları qısaltmaq[/font][/color]

[color=#666666][font='Palatino Linotype', 'Book Antiqua', Palatino, 'Times New Roman', Times, serif](Buxari 5550; Müslim 257)[/font][/color]
[/quote]

Cavab ucun tesekkurler

Diger 4'u gigiyena ile elaqedar meseledir. Amma sunnetin ele boyuk gigiyenik ehemiyyeti yoxdur. Eger deseniz ki, hansisa xesteliyin olmasi ehtimalini azaldir, deye bilerem ki, bu, o qeder de genis yayilmis xestelik deyil. Normal gigiyenik qaydalara emel olunsa, sunnete hec ehtiyac da yoxdur. Bundan elave, gerek onda usaq dogulan kimi kor bagirsaq da kesilsin. Hem eger bu qeder mukemmel bir varligiqsa, niye sonradan mudaxile edilmeye ehtiyac duyulur? Ele dogulanda da sunnetli dogulardiq

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1355054393' post='14708747']
Cavab ucun tesekkurler

Diger 4'u gigiyena ile elaqedar meseledir. Amma sunnetin ele boyuk gigiyenik ehemiyyeti yoxdur. Eger deseniz ki, hansisa xesteliyin olmasi ehtimalini azaldir, deye bilerem ki, bu, o qeder de genis yayilmis xestelik deyil. Normal gigiyenik qaydalara emel olunsa, sunnete hec ehtiyac da yoxdur. Bundan elave, gerek onda usaq dogulan kimi kor bagirsaq da kesilsin. Hem eger bu qeder mukemmel bir varligiqsa, niye sonradan mudaxile edilmeye ehtiyac duyulur? Ele dogulanda da sunnetli dogulardiq
[/quote]
Böyük ehtimalla siz həkim deyilsiz.Çünki çox vaxt belə həkimlər yeni doğulmuş oğlan uşaqlarını sünnət etməyi tövsiyə edirlər.

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1355225441' post='14733573']
Böyük ehtimalla siz həkim deyilsiz.Çünki çox vaxt belə həkimlər yeni doğulmuş oğlan uşaqlarını sünnət etməyi tövsiyə edirlər.
[/quote]

Həkimlər çox şey təvsiyə edə bilər, amma bu onun dinin vacib əməllərindən olmasına əsas vermir. Eləcə də əvvəldə yazığınız fitrət məsələsi. Bir də ki, insan bədəninin bir hissəsinin kəsilməsi nə dərəcədə dini cəhətdən vacib sayıla bilər?

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1355234466' post='14735948']
Həkimlər çox şey təvsiyə edə bilər, amma bu onun dinin vacib əməllərindən olmasına əsas vermir. Eləcə də əvvəldə yazığınız fitrət məsələsi. Bir də ki, insan bədəninin bir hissəsinin kəsilməsi nə dərəcədə dini cəhətdən vacib sayıla bilər?
[/quote]
Tibbi aspektə siz toxundunuz.Bizim üçünsə şəriət tibbdən üstündür.Və şəriətin xeyirli buyurduğu bir çox şeylər tibbə çox gec çata da bilər amma müsəlman üçün vacibdir.[quote name='Museyib Elekber' timestamp='1355236825' post='14736362']
[url="http://en.wikipedia.org/wiki/Circumcision"]http://en.wikipedia....ki/Circumcision[/url]
[url="http://ru.wikipedia.org/wiki/Обрезание"]http://ru.wikipedia.org/wiki/Обрезание[/url]
[url="http://tr.wikipedia.org/wiki/Erkeklerde_sünnet"]http://tr.wikipedia....keklerde_sünnet[/url]
[url="http://az.wikipedia.org/wiki/Kişi_sünnəti"]http://az.wikipedia....ki/Kişi_sünnəti[/url]

Aydın məsələdir ki, sünnət daha qədimdə tətbiq olunmuş bir şeydir.
[/quote]
Sünnətin ilk dəfə Məhəmmədin(s.ə.s) ümməti tərəfindən icra edildiyini heç kim yazmayıB))Məhəmməd(s.ə.s) sonuncu peyğəmbərdir amma ilk deyil.Dediyim kimi sizin bu barədə məlumatınız azdır.

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1355513967' post='14779116']

Tibbi aspektə siz toxundunuz.Bizim üçünsə şəriət tibbdən üstündür.Və şəriətin xeyirli buyurduğu bir çox şeylər tibbə çox gec çata da bilər amma müsəlman üçün vacibdir.
Sünnətin ilk dəfə Məhəmmədin(s.ə.s) ümməti tərəfindən icra edildiyini heç kim yazmayıB))Məhəmməd(s.ə.s) sonuncu peyğəmbərdir amma ilk deyil.Dediyim kimi sizin bu barədə məlumatınız azdır.
[/quote]
Deyesen, fikrim aydin olmadi. Hansi seriet qanunda sunnetin vacib oldugu bildirib? Quranda bu barede hec bir sey yazilmayib. Peygemberin sunnetli olmasini esas getirirsinizse, bu, sadece hemin dovrun eneneleri ile olmus bir seydir. Ortada qeyri-adi bir sey yoxdur.

Link to comment
Share on other sites

[quote name='mister ali' timestamp='1356092718' post='14858777']
qadinin dirnaginda lak namaz qilmasi duzgundur?yeni bildiyim qeder bu halda alinan destemaz batil hesab olunur.hansisa mezhebe gore buna icaze verilir?
[/quote]
Yəni əgər dəstəmaz alıb sonra lak çəkirsə bu zaman namaz qılmaq olar.Amma dəstəmaz alması üçün mütləq lak silinməlidir.

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1356448901' post='14905840']
Yəni əgər dəstəmaz alıb sonra lak çəkirsə bu zaman namaz qılmaq olar.Amma dəstəmaz alması üçün mütləq lak silinməlidir.
[/quote]
ele destemazi da nezerde tuturdum.meselen bir nefer deyir ki olar deyir karvan jurnalinda oxumusam ki lakla birlikde destemaz almaq olar,icaze var.ona gore deyirdim ki hansisa mezhebe gore olar ya butun mezhebler eyni sozu deyir..

Link to comment
Share on other sites

  • 3 weeks later...

[quote name='Hekari' timestamp='1354273949' post='14610728']

Iti evdə yox həyətdə saxlamaq o zaman olar ki, bu evi,əmlakı qorumaq üçün saxlamağa icazə verilir eləcə də bu heyvanlarla al-ver etmək olmaz.Amma hər bir canlıya qarşı mərhəmətli olmaq vacibdir.

aleykum salam dəniz məhsullarının hamısı halaldır.som balığı da haladır.
[/quote]

Link to comment
Share on other sites

[quote name='mister ali' timestamp='1356465651' post='14908822']
ele destemazi da nezerde tuturdum.meselen bir nefer deyir ki olar deyir karvan jurnalinda oxumusam ki lakla birlikde destemaz almaq olar,icaze var.ona gore deyirdim ki hansisa mezhebe gore olar ya butun mezhebler eyni sozu deyir..
[/quote]
karvan jurnalı ən etibarlı mənbə deyil.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 5 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 15 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 77 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 111 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...