Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İslam dininə aid suallar


Recommended Posts

  • Replies 834
  • Created
  • Last Reply

Top Posters In This Topic

[quote name='Museyib Elekber' timestamp='1358366148' post='15165039']
Gece ve gunduzun aylar cekdiyi bir yerde namaz ve oruc vaxtlari nece mueyyen olunur?
[/quote]
çox sadə bu zaman gecə və gündüzün normal sürdüyü ən yaxın yaşayış məntəqəsinə orientasiya edilir.

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1358420881' post='15172358']

çox sadə bu zaman gecə və gündüzün normal sürdüyü ən yaxın yaşayış məntəqəsinə orientasiya edilir.
[/quote]

Bu, ziddiyeti aradan qaldirmaq ucun sonradan ireli surulmus bir fikirdir. O vaxtlar gece ve gunduzun her yerde eyni uzunluqda oldugu zenn edildiyinden bele bir izah verilmeyib. Eger heqiqeten Quran universal bir kitabdirsa, onda qutbler etrafindaki eraziler nezere alinaraq bu haqda bir qeyd olardi.

Link to comment
Share on other sites

Her defe sohbet dusende ortaya Quran mocuzelerini atirsiniz. Quranda deyildiyine gore Allah birinci yeri yaratdi, doshedi, sonra goyleri "yixilmaz tavan" okaraq duzeltdi. Her seyden evvel goyler dediyimiz sey yixilacaq bir sey deyil. Ikincisi ve en esasi kainatin inkisafinda yerin meydana gelmesi son merhelelerdir. Sizce de mentiqsizlik yoxdurmu?

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1358616565' post='15202833']
Ibrahim suresinin 4-cu ayesinde yazilir: aciqca basa sala bilsin her xalqa oz dilinden olan peygember gonderdik. Eger bu, dogrudursa, bizim peygemberimiz hele gelmeyib, Mehemmed de erebler ucun gonderilib. Yox eger dogru deyilse, ....
[/quote]
Əgər siz fırıldaqçıların yeni pr-çısı deyilsizsə sizə deyim ki, Quranda Məhəmmədin (s.ə.s) sonuncu peyğəmbər olması deyilir.Buna görə də heç bir ixtilaf yoxdur.Hər qövmə gödərilib\göndərdik deyilir deyilməyib ki, göndəriləcək.)))

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1358627704' post='15205308']
Bu, ziddiyeti aradan qaldirmaq ucun sonradan ireli surulmus bir fikirdir. O vaxtlar gece ve gunduzun her yerde eyni uzunluqda oldugu zenn edildiyinden bele bir izah verilmeyib. Eger heqiqeten Quran universal bir kitabdirsa, onda qutbler etrafindaki eraziler nezere alinaraq bu haqda bir qeyd olardi.
[/quote]
Sizcə dünyanın forması və vaxt fərqi naviqasiya və coğrafi biliklər,yerin forması haqqında fikirlər o vaxt mövcud deyildi?Və niyə düşünürsüz ki, ərəblərin bu elmlərdən xəbəri yox idi?

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1358664391' post='15207530']
Her defe sohbet dusende ortaya Quran mocuzelerini atirsiniz. Quranda deyildiyine gore Allah birinci yeri yaratdi, doshedi, sonra goyleri "yixilmaz tavan" okaraq duzeltdi. Her seyden evvel goyler dediyimiz sey yixilacaq bir sey deyil. Ikincisi ve en esasi kainatin inkisafinda yerin meydana gelmesi son merhelelerdir. Sizce de mentiqsizlik yoxdurmu?
[/quote]
Quran möcüzələri nədir?

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1358855230' post='15237493']
Əgər siz fırıldaqçıların yeni pr-çısı deyilsizsə sizə deyim ki, Quranda Məhəmmədin (s.ə.s) sonuncu peyğəmbər olması deyilir.Buna görə də heç bir ixtilaf yoxdur.Hər qövmə gödərilib\göndərdik deyilir deyilməyib ki, göndəriləcək.)))
[/quote]

İslamda nəzərdə tutulan allah hər şeyin (zaman və məkanın) üstündədir, yəni bizə görə hələ baş verəcək hadisələr onun nəzərində çoxdan baş vermişdir. Bu səbəbə görə də Quranda göstərilən hadisələr, adətən, keçmiş zamanda göstərilir. Ola bilsin ki, onun "göndərdik" deyə nəzərdə tutduğu şey bizə görə hələ baş verməyib. Lap deyək ki, Məhəmməd son peyğəmbərdir. Yenə də mənim (türk milləti) üçün peyğəmbər göndərilməmiş qalır.


[quote name='Hekari' timestamp='1358855315' post='15237524']
Sizcə dünyanın forması və vaxt fərqi naviqasiya və coğrafi biliklər,yerin forması haqqında fikirlər o vaxt mövcud deyildi?Və niyə düşünürsüz ki, ərəblərin bu elmlərdən xəbəri yox idi?
[/quote]

Əlbəttə, həmin dövrdə bu biliklər mövcud idi. Lakin ərəblərin bu haqda çox da məlumatı yox idi. Hətta Quranda dünya ilə bağlı fikirlər ibtidai formadadır: Yerin döşənmiş olması, Günəşin palçıqda batması, Göylərin dayaq olmadan durması-hamısı yerin düz formada olması fikri ilə üst-üstə düşür. Bütün bunlar göstərir ki, Quran heç də allahın sözü deyil, o şəraitdə məhdud biliklərə malik bir şəxsin sözləridir.


[quote name='Hekari' timestamp='1358855365' post='15237537']
Quran möcüzələri nədir?
[/quote]

Ola bilməz ki, bu barədə eşitməmiş olasınız. Harun Yahya (Adnan Oktar), Ömer Çelakıl kimi bəzi şəxslər Quranda yazılanları dəyişdirib onda möcüzələr axtarırlar ki, guya o, adi insanın deyə biləcəyi sözlər deyil. Halbuki yuxarıda da göstərdiyim kimi bir çox faktlar bunun tərsini doğrulayır.

Link to comment
Share on other sites

[quote name='Tiaanan' timestamp='1358865138' post='15240061']
Salam Aleykum.Sizden xahishim SHIYE namazinin duzgun qaydalarini ve sozlerini kim deye biler?ALLAH razi olsun
[/quote]Aleykum salam sizin üçün nə fərqi var?Özünüz şiəsiz?

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1358863228' post='15239699']
İslamda nəzərdə tutulan allah hər şeyin (zaman və məkanın) üstündədir, yəni bizə görə hələ baş verəcək hadisələr onun nəzərində çoxdan baş vermişdir. Bu səbəbə görə də Quranda göstərilən hadisələr, adətən, keçmiş zamanda göstərilir. Ola bilsin ki, onun "göndərdik" deyə nəzərdə tutduğu şey bizə görə hələ baş verməyib. Lap deyək ki, Məhəmməd son peyğəmbərdir. Yenə də mənim (türk milləti) üçün peyğəmbər göndərilməmiş qalır.




Əlbəttə, həmin dövrdə bu biliklər mövcud idi. Lakin ərəblərin bu haqda çox da məlumatı yox idi. Hətta Quranda dünya ilə bağlı fikirlər ibtidai formadadır: Yerin döşənmiş olması, Günəşin palçıqda batması, Göylərin dayaq olmadan durması-hamısı yerin düz formada olması fikri ilə üst-üstə düşür. Bütün bunlar göstərir ki, Quran heç də allahın sözü deyil, o şəraitdə məhdud biliklərə malik bir şəxsin sözləridir.




Ola bilməz ki, bu barədə eşitməmiş olasınız. Harun Yahya (Adnan Oktar), Ömer Çelakıl kimi bəzi şəxslər Quranda yazılanları dəyişdirib onda möcüzələr axtarırlar ki, guya o, adi insanın deyə biləcəyi sözlər deyil. Halbuki yuxarıda da göstərdiyim kimi bir çox faktlar bunun tərsini doğrulayır.
[/quote]
Siz nə bilirsiz ki, göndərilməyib və ümumiyyətlə bunun heç bir önəmi qalmayıb çünki Məhəmməd(s.əs.) tək ərəblərə deyil bütün aləmlərə göndərilib,Quran isə özündən əvvəlki kitabların təsdiqi və eləcə də o hökmləri ləğv edib qiyamətə qədər qalacaq tək kəlamdır.Siz də bilirsiz ki, Allah qarşısında tək din İslamdır.
İnsan öyrəndikcə anlayır ki, əslində heçnə bilmir.Heç kim deyə bilməz ki, bugün biz yer və Günəş haqqında tam biliklərə sahibik.Eləcə də Quran savadsız adam yaza bilməzdi.O dövrün ən savadlısı belə də bunu edə bilməzdi.Ona görə də Allahın sözü olamaması iddiası yalandır.
Harun yahyanı izləmirəm.məncə İslamın bu cür şeylərə ehtiyacı yoxdur.

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1358883222' post='15243700']
Aleykum salam sizin üçün nə fərqi var?Özünüz şiəsiz?
[/quote]
Beli SHIYEYEM.Deyirler SHIYELER eli aciq,SUNNILER eli bagli qilirlar.Ve qildiqlari namazin sozleri ve qaydalari ferqlidi.Onun ucun sorusdum.Duzgun cavab versenizde sagolun vermesenizde

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1358883841' post='15243832']
Siz nə bilirsiz ki, göndərilməyib və ümumiyyətlə bunun heç bir önəmi qalmayıb çünki Məhəmməd(s.əs.) tək ərəblərə deyil bütün aləmlərə göndərilib,Quran isə özündən əvvəlki kitabların təsdiqi və eləcə də o hökmləri ləğv edib qiyamətə qədər qalacaq tək kəlamdır.Siz də bilirsiz ki, Allah qarşısında tək din İslamdır.
İnsan öyrəndikcə anlayır ki, əslində heçnə bilmir.Heç kim deyə bilməz ki, bugün biz yer və Günəş haqqında tam biliklərə sahibik.Eləcə də Quran savadsız adam yaza bilməzdi.O dövrün ən savadlısı belə də bunu edə bilməzdi.Ona görə də Allahın sözü olamaması iddiası yalandır.
Harun yahyanı izləmirəm.məncə İslamın bu cür şeylərə ehtiyacı yoxdur.
[/quote]

Necə olur ki, bir millətin tam başa düşmədiyi dildə yazılan bir kitab və bu dildə yaranan bir din bütün dünya üçün göndərilsin. Belə olsa belə o, elə bir formada yazıla bilərdi ki, hamı aydınlıqla başa düşə bilsin, daha hansısa 5-10 mənada işlənə bilən sözlərlə yox ki, ondan hərə özü üçün bir neçə məna çıxarıb özünə uyğunlaşdırsın. Bir də mənə o çatmır ki, Quranda belə qeyri-adi nə var ki, onun adi, hətta çox savadlı insan tərəfindən yazıla bilməyəcəyini iddia edirsiniz? Allahın tərifi, cənnət-cəhənnəm təsvirləri, ölümdən sonra sonsuz işgəncələrlə qorxutmaq, bir sıra dini vacib əməllər, qiyamət günü və s. Bunlar hamısı insan təxəyyülünün nəticələridir. Hələ bir çox riyazi və coğrafi-astronomik səhvləri demirəm ki, bu da dinin insan məhsulu olduğunu təsdiqləyir.

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1358919039' post='15246192']
Necə olur ki, bir millətin tam başa düşmədiyi dildə yazılan bir kitab və bu dildə yaranan bir din bütün dünya üçün göndərilsin. Belə olsa belə o, elə bir formada yazıla bilərdi ki, hamı aydınlıqla başa düşə bilsin, daha hansısa 5-10 mənada işlənə bilən sözlərlə yox ki, ondan hərə özü üçün bir neçə məna çıxarıb özünə uyğunlaşdırsın. Bir də mənə o çatmır ki, Quranda belə qeyri-adi nə var ki, onun adi, hətta çox savadlı insan tərəfindən yazıla bilməyəcəyini iddia edirsiniz? Allahın tərifi, cənnət-cəhənnəm təsvirləri, ölümdən sonra sonsuz işgəncələrlə qorxutmaq, bir sıra dini vacib əməllər, qiyamət günü və s. Bunlar hamısı insan təxəyyülünün nəticələridir. Hələ bir çox riyazi və coğrafi-astronomik səhvləri demirəm ki, bu da dinin insan məhsulu olduğunu təsdiqləyir.
[/quote]
Millət anlayışı yersizdir xalq daha müvafiqdir lakin bu da mübahisəlidir.Xüsusilə Azərbaycan üçün xüsusilə də o dövr üçün.Lakin siz gözləmirdiz ki, yazöb-oxumaq bilməyən bir ərəbə Quran suaxilidə nazil olunsun?

Link to comment
Share on other sites

[quote name='Tiaanan' timestamp='1358885148' post='15244096']
Beli SHIYEYEM.Deyirler SHIYELER eli aciq,SUNNILER eli bagli qilirlar.Ve qildiqlari namazin sozleri ve qaydalari ferqlidi.Onun ucun sorusdum.Duzgun cavab versenizde sagolun vermesenizde
[/quote]
men ən sade namazi yaziram:
her bir namazin "esasini" Fatiha ve Ixlas suresi teshkil edir.
azan ve iqamə- den sonra(bunlar vacib deyil, deyilməsə də olar) [b] birinci ruket;[/b]
1)niyyet-niyyet etdim Allah rizasi ucun subh namazi qiliram vaciben qurbeten illellah.
2)tekbir - Allahu Əkber.
3)hemd ve sure (yani fatiha ve ardinca ixlas suresi)
4) ruku - 3 defe SubhanAllah
5)tekbir
6)səcdə - alin möhure qoyularaq 3 dəfə SubhənAllah, yeniden tekbir və yenidən səcdə.
Namaz boyu əllər yan tərəfdə olur.
Daha sonra 2-ci rükətə başlayiriq;
1)hemd- sure
2)tekbir
3)qunut- əllər birləşdirilərək, ovuc şeklində irəli tutulur və 3 dəfə salavat (Allahummə səlli Əla Muhəmməd və Ali Muhəmməd) və 3 dəfə SübhənAllah deyilir
4) təkbir
5)ruku
6)səcdə-2 dəfə, hər səcdədən sonra təkbir deyilir.
7)Təşəhhüd -(oturaq vəziyyətdə) Əlhəmdülillahi və əşhədi ənna la ilahə illəllahu vəhdəhu la şərikəllahu və əşhədü ənla Muhəmmədin əbduhu və rəsulu
8)Salamlar-Əssəlamu əleykə eyyihənnəbiyyu və rəhmətullahi və bərəkətuhu
Əssəlamu əleyna əla ibadillahis salehin.
Əssəlamu əleykum və rəhmətullahi və bərəkətuhu
9)3 dəfə təkbir deyib namazı bitiririk.
Allah qebul etsin.

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1359029728' post='15267654']
Millət anlayışı yersizdir xalq daha müvafiqdir lakin bu da mübahisəlidir.Xüsusilə Azərbaycan üçün xüsusilə də o dövr üçün.Lakin siz gözləmirdiz ki, yazöb-oxumaq bilməyən bir ərəbə Quran suaxilidə nazil olunsun?
[/quote]

Nə demək istədiyiniz tam aydın olmadı mənə. Mənim demək istədiyim o idi ki, heç ərəblər özləri Quranda nə yazıldığını tam başa düşə bilmirlər (əslində başa düşüləsi bir şey də yoxdur. Sadəcə din adamları ona mistik don geyindirərək və xüsusi mənalar verərək elə göstərməyə çalışırlar ki, guya onu adi formada oxuyub başa düşmək çətindir.) və başqa millətlərdən (və ya xalq, necə istəyirsiniz elə qəbul edin) olanların da onu başa düşməsini, hətta ona inanmasını istəyirlər. Kim istəyir inansın, amma çox təəssüflər olsun ki, mənim heç inanmağım gəlmir.

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1359096296' post='15276890']


Nə demək istədiyiniz tam aydın olmadı mənə. Mənim demək istədiyim o idi ki, heç ərəblər özləri Quranda nə yazıldığını tam başa düşə bilmirlər (əslində başa düşüləsi bir şey də yoxdur. Sadəcə din adamları ona mistik don geyindirərək və xüsusi mənalar verərək elə göstərməyə çalışırlar ki, guya onu adi formada oxuyub başa düşmək çətindir.) və başqa millətlərdən (və ya xalq, necə istəyirsiniz elə qəbul edin) olanların da onu başa düşməsini, hətta ona inanmasını istəyirlər. Kim istəyir inansın, amma çox təəssüflər olsun ki, mənim heç inanmağım gəlmir.
[/quote]
Qorx ALLAHdan!!!Bos-bos sozler yazib Insanlarin ureyine shubhe salmaga calisma!

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1359096296' post='15276890']


Nə demək istədiyiniz tam aydın olmadı mənə. Mənim demək istədiyim o idi ki, heç ərəblər özləri Quranda nə yazıldığını tam başa düşə bilmirlər (əslində başa düşüləsi bir şey də yoxdur. Sadəcə din adamları ona mistik don geyindirərək və xüsusi mənalar verərək elə göstərməyə çalışırlar ki, guya onu adi formada oxuyub başa düşmək çətindir.) və başqa millətlərdən (və ya xalq, necə istəyirsiniz elə qəbul edin) olanların da onu başa düşməsini, hətta ona inanmasını istəyirlər. Kim istəyir inansın, amma çox təəssüflər olsun ki, mənim heç inanmağım gəlmir.
[/quote]
Qorx ALLAHdan!!!Bos-bos sozler yazib insanlarin ureyine shubhe salmaga calisma!

Link to comment
Share on other sites

[quote name='Necefi Ulvi' timestamp='1359194829' post='15292661']
Qorx ALLAHdan!!!Bos-bos sozler yazib insanlarin ureyine shubhe salmaga calisma!
[/quote]

Deyirəm elə dinin əsas vasitəsi qorxutmaqdır. Allahdan qorx, cəhənnəmdən qorx, şeytandan qorx. Xoşgörü deyirsiniz, amma saysanız Quranda qorxu sözü sevgi sözündən daha çox yazılıb. Sonra da iddia edirsiniz ki, İslamın terrorla əlaqəsi yoxdur. Xatirladım ki, "terror" sözü də elə "qorxu" deməkdir. Necə də ironikdir, deyilmi?

Şübhə. Boş-boş nağıllar oxuyub kortəbii inanmaqdansa, sübhəyə düşüb sorğulamağı üstün sayıram. Sonunda cəhənnəmə düşəsi olsam da.

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1359195570' post='15292788']
Şübhə. Boş-boş nağıllar oxuyub kortəbii inanmaqdansa, sübhəyə düşüb sorğulamağı üstün sayıram. Sonunda cəhənnəmə düşəsi olsam da.
[/quote]

Şübhəyə düşənlər qazanir yoxsa inananlar..? Şübhə də bir yerə qədər , insan ömrünün sonuna kimi şübhə altinda firlanmaqdansa , nəyəsə inanib dua etməsi ən yaxşi seçimdir , inananlari bəyəm asib - kəsirlər.? Yer kürəsində yaşayan insanlardan 80 - 85 % inananlari inandiqlari üçün işgəncələməyiblər.İnsanın xeyrinə olan hər işdən faydalanmaq gözəldir şübhəsiz. .Amma şübhə etmək işgəncənin bir növüdür , beyinə artiq naqruzkadir..

[b] [/b]

[b]Sizlərin şübhədən çixmağiniz üçün hələ neçə əsr tələb edir.?[/b]

Link to comment
Share on other sites

[quote name='azda' timestamp='1359198482' post='15293314']


Şübhəyə düşənlər qazanir yoxsa inananlar..? Şübhə də bir yerə qədər , insan ömrünün sonuna kimi şübhə altinda firlanmaqdansa , nəyəsə inanib dua etməsi ən yaxşi seçimdir , inananlari bəyəm asib - kəsirlər.? Yer kürəsində yaşayan insanlardan 80 - 85 % inananlari inandiqlari üçün işgəncələməyiblər.İnsanın xeyrinə olan hər işdən faydalanmaq gözəldir şübhəsiz. .Amma şübhə etmək işgəncənin bir növüdür , beyinə artiq naqruzkadir..

[b] [/b]

[b]Sizlərin şübhədən çixmağiniz üçün hələ neçə əsr tələb edir.?[/b]
[/quote]

Inanib dua etmekden nese qazanan gormemisem hele. Amma elm shubhe neticesinde inkisaf edir. Eger deseniz ki, esl qazanc olumden sonra olur, onu hele bilmek olmaz.

Orta esrlerde Islam olkelerinde olan yukselisinse dinle hec bir elaqesi olmayib. Bu barede de bir yazi ve ya link qoyacam

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1359222947' post='15297585']
Inanib dua etmekden nese qazanan gormemisem hele. Amma elm shubhe neticesinde inkisaf edir. Eger deseniz ki, esl qazanc olumden sonra olur, onu hele bilmek olmaz.

[/quote]

İnsanın başı boş və məqsədsiz yaradilmadiği üçün axirətə inanmağı tələb edir. Axirət həyatının mahiyyəti və axirətdəki vəziyyətlər, duyğular sonrası və qeybə aid mövzular olduğu üçün, müşahidə və təcrübəyə söykənən müsbət elmlərlə və ağılla izahetmək mümkün deyil.

Link to comment
Share on other sites

Biraz uzun bir yazıdır.


İslam və elm
Oktyabr 24, 2012


Dünyanın indiki vəziyyətindən az-çox xəbəri olan hər kəs müsəlman ölkələrin geridəqalmışlığını, islamın idarə etdiyi dövlətlərin tənəzzülünü, mədəniyyət və tərbiyyəsini yalnız müsəlman dinindən qidalanan irqlərin əqli cılızlığını aydınca görməkdədir. Şərq və ya Afrikada olmuş hər kəs həqiqi dindarların faciəvi bəsitliyinə heyrət etməyə bilməz – sanki bunların kəllələrini dəmir halqayla sıxıb elə bağlamışlar ki, elmdən bir şey öyrənməyə, hansısa bir yeni ideyanı qavramağa imkan olmasın.



Xanımlar və cənablar!


Bu auditoriyanın mənə olan xoş münasibətinə çox şahid olmuşam. Ona görə də sizinlə söhbət üçün incə məsələlərdən birini seçmişəm, məqsədim də tarixi qeyri-dəqiqliklərdən azad etməkdir. Axı tarixdəki bütün anlaşılmazlıqlar millət və irq anlayışlarını ifadə edən sözlərin dəqiq işlədilməməsindən irəli gəlir. Yunan, rumlu və ərəblər haqda elə danışırlar ki, guya bu anlayışlar həmişə özünə bərabər olan insan qruplarını bildirir. Amma hərbi, dini və lingvistik işğalların, dəb və tarix boyu müxtəlif böyük cərəyanların yaratdığı dəyişikliklər nəzərdən qaçırılır. Gerçəklik adi düzən kateqoriyalarıyla idarə edilmir. Örnəyin, bizləri — fransızları — götürək: dil baxımından biz rumlu, sivilizasiya baxımından yunan, inanca görə isə yəhudiyik.

Hər bir xalqın yaranmasında müəyyən irqə məxsusluq əsas fakt olsa da, yunan sivilizasiyası, rum və german fəthləri, xristianlıq, islamizm, intibah, fəlsəfə, inqlab adlandırılan böyük və ümumi faktlar insan nəslinin ibtidai çeşidliliyinə ağır təsir göstərib, onları ya az ya çox dərəcədə oxşar kütlə qarışıqlıqlığına çevirir.

İndi mən sizin qarşınızda ideyaların ən böyük dolaşıqlıqlığından birinin düyününü açmaqa çalışacağam: ərəb elmi, ərəb fəlsəfəsi, ərəb incəsənəti, müsəlman elmi və müsəlman sivilizasiyası anlayişlarının ikili mənasına işarə edirəm. Buradakı fikir aydınsızlığı bir sürü yanlış baxışların, bəzən hətta önəmli praktiki yanlışlıqların nəticəsidir.

Dünyanın indiki vəziyyətindən az-çox xəbəri olan hər kəs müsəlman ölkələrin geridəqalmışlığını, islamın idarə etdiyi dövlətlərin tənəzzülünü, mədəniyyət və tərbiyyəsini yalnız müsəlman dinindən qidalanan irqlərin əqli cılızlığını aydınca görməkdədir. Şərq və ya Afrikada olmuş hər kəs həqiqi dindarların faciəvi bəsitliyinə heyrət etməyə bilməz – sanki bunların kəllələrini dəmir halqayla sıxıb elə bağlamışlar ki, elmdən bir şey öyrənməyə, hansısa bir yeni ideyanı qavramağa imkan olmasın.

Öncələr olduqca iti ağıl nümayiş edən bir müsəlman evladı 10-12 yaşlarından başlayaraq dinin sirlərinə baş vurduqca dərhal küt, təkəbürlü və lovğalıqla dolu bir fanatikə çevrilir, özünü mütləq həqiqətə sahib olan adam kimi aparır və məhz bu geridəqalmışlığını xüsusi məziyyət sayır. Müsəlmançılığın köklü nöqsanı da elə bu ağılsız təkəbbürdür. Nə inkişafını, nə də şəxsi xidmətlərini qətiyyən hesaba almayan, istədiyi şəxsə var-dövlət və hakimiyyət verən Allaha inanan musəlman adam təhsilə, elmə və Avropa ruhu deyilən hər şeyə dərin nifrət başlayır. Müsəlman fiqhinin kök saldığı bu cəhət o dərəcədə güclüdür ki, bütün irqi və milli özəlliklər islamla təmasdan sonra itirilir. Berber, Sudanlı, çərkəz, Malaylı, Misirli və ya Nubili islamı qəbul edərkən berber, Sudanlı və s. olmur, o, sadəcə və sadəcə müsəlman olur. Bu baxımdan bircə Persiya istisnadır, o, özünə məxsus ruhunu qoruyub saxlamış, çünki o, islama münasibətdə xüsusi mövqe tuta bildi və mahiyyət etibarilə müsəlman fiqhindən daha çox şiəliyin təsirinə düşdü.

Qeyd edilən ümumi və təkzibedilməz faktın gətirib çıxardığı acınacaqlı islam induksiyalarını yumşaltmak istəyilə bir çoxları islamın süqutunu sadəcə keçid mərhələsi kimi izah etməyə səy göstərir. Müsəlmanlığın gələcək taleyi ilə bağlı özlərini sakitləşdirən optimistlər keçmişə istinad edir.

Onlar deyir ki, hal-hazırda tamamən bərbad hala düşmüş müsəlman sivilizasiyasının bir zamanlar çox parlaq keçmişi, öz alimləri, filosofları varmış, əsrlər boyu da xristian Qərbindən üstün olmuşdu.
Bəs niyə bir zamanlar baş verənlər yenidən təkrarlanmır?

Bundan sonrakı mülahizələrimi məhz bu məqamlara kökləmək istərəm. İslamın qəbul etdiyi, dözümlü yanaşdığı müsəlman elmi gerçəkdən də olmuşdurmu?

Adətən istinad edilən faktlarda qismən həqiqət var. Bəli! Təxminən 775-ci ildən başlayaraq XII əsrin ortalarınadək, yəni 500 ilə yaxın bir vaxtda müsəlman torpaqlarında alimlər də, görkəmli mütəfəkkirlər də ortaya çıxmışdı. Demək olar ki, o dövrdə müsəlman dünyası əqli mədəniyyət baxımından xristian dünyasını üstələyirdi də.

Amma yanlış nəticələrin çıxarılmaması üçün bu faktı yaxşıca və dəqiq təqdiq, analiz etmək lazımdır. Qərb üzərində Şərqin tez solan üstünlüyünə və sonralar sürətlə açıq-aydın geridəqalmışlığına, cırlaşmasına səbəb olan müxtəlif elementlərin iştirakını qəbul etmək üçün Şərq sivilizasiyasının tarixini addımba-addım izləmək gərəkdir.

Doğrusu, islamın birinci yüzilliyinə fəlsəfə və elmdən daha yad bəlkə də heçnə olmamışdı.

Yüz illərlə gedən və ərəb şüurunu semit monoteizminin müxtəlif formaları arasında dolaşmağa məcbur edən dini mübarizənin nəticəsi olan islam, rasionalizm və ya elm adlandırılan hər şeydən 1000 il geridədir.

İşğala və quldurluğa yaxşı bəhanə tapıb islama qoşulan ərəb atlıları vaxtilə dünyada ilk savaşcı idilər, amma fəlsəfəyə bütün insanlardan ən az meylli olmuşlar, əlbəttə.

XIII əsrin şərq yazarı Əbu-əl-Fərəc ərəb xalqını belə qələmə verir: ”Bu xalqa xas olan və qürur verən elm dil bilgisi idi, dilin bütün ləhçələri, şeir qaydaları, nəsr yazma bacarığı idi… O ki qaldı fəlsəfəyə, Allah bu qabiliyyəti onlara verməmişdi.”

Bundan artıq bir şey demək də çətin olardı.

Bəşəriyətin ən ədəbi varlığı olan köçəri ərəb, mistisizm və düşünmə qabiliyyətinə ən az meyl göstərən insandır. Kainatın taleyini birbaşa idarə edən və peyğəmbərlərin zühurlarıyla bəşəriyyətə açılan Tanrı-Yaradan anlayışı hər şeyin izahı üçün iman gətirən ərəbləri qane edir. Bu səbəbdən də islam ərəb irqinin əlində olduğu vaxtlar, yəni ilk dörd xəlif və Omeyadlar dövründə, islamda dünyəvilik təsiri bağışlayan bir əqli hərəkət görünməməkdədir. Aleksandriya kitabxanasını, tez-tez iddia edildiyi kimi, Ömər yandırmamışdı. Onun vaxtında kitabxana, demək olar, tamamilə yoxa çıxmışdı, lakin onun təməlini qoyduğu zəfər gerçəkdən də hər cür elmi araşdırmaya və əqli fəaliyyət müxtəlifliyinə mənfi təsir buraxmışdı.

750-ci illərdə Persiyanın güclənməsi və Abbasilər sülaləsinin Bəni-Omeya sülaləsinə qalib gəlməsi ilə hər şey dəyişdi. İslam mərkəzi Dəclə və Fərat çayları ətrafına keçirildi, bu diyar Şərqin yaşadığı ən parlaq sivilizasiyanın qalıqları ilə hələ də dop-doludu. Bu, Xosrov Ənuşirvanın padşahlığı dönəmində ən yüksək zirvəyə çatmış Sasanilər sivilizasiyası idi. Buralarda əsrlər boyu incəsənət və sənaye çiçəklənirdi. Xosrov əqli fəaliyyəti də əlavə etdi. Konstantinopoldan qovulan fəlsəfə Persiyada sığınacaq tapmışdı. Hind kitablarının tərcüməsi də Xosrovun qayğısı ilə həyata keçirilirdi. Əhalinin əksəriyyətini təşkil edən Nestorian xristianlar yunan elmi və fəlsəfəsilə məşğul olduqlarına görə loğmanlıq sənəti də büsbütün onların əlində cəmləşirdi. Onların yepiskoplarının məntiq, həndəsə bilicisi olmasına da tez-tez rast gəlinirdi. Sasanilər dövrünün təsiri ilə yaranan fars dastanlarında körpü tikməyə hazırlaşan Rüstəm, djathaliki (katolikosu, Nestorian patriarxını və ya yepiskopunu) mühəndisliyə dəvət edir.

Bu möcüzəvi İran mədəniyyətinə qasırğa kimi gələn islam öz dəhşətli hücumuyla bütün gələcək tərəqqini 100 il dayandırdı. Ancaq sonralar Abbasilərin hakimiyətə keçməsi ilə sanki Xosrovun o parlaq dövrü təzədən dirildi. Yeni sülaləni şah kürsüsünə yüksəldən fars öndərlərinin başçılığıyla fars ordusunun çevrilişi olmuşdu. Əbdül-Abbas sülaləsi, xüsusilə də Mənsurlar, həmişə farsların əhatəsində olurdu. Onlar sanki yenidən doğulmuş Sasanilər idi. Varislərin tərbiyəçiləri və baş nazirlər olduqca mütərəqqi qədim fars nəslindən olan, parsizm adlı xalq inancına sadıq qalan, islamı da gec, məcburiyyət qarşısında könülsüz qəbul etmiş Bərməkilər idi. İnamı az xəlifələrin başına toplaşan nestorianlar tezliklə istisna imtiyazlara sahib olub onların baş həkimləri kimi çalışır. Bəşəriyyətin idrak tarixində xüsusi yeri olan Hərran şəhəri qədim zamanlardan bəri bütpərəst qalmış və Qədim Yunan elminin ənənələrini qoruyub saxlamışdı. Bax məhz bu şəhər yeni məktəb üçün dini vəhylərə yad olan alim təbəqəsini bəxş etmişdi. Onların içində isə istedadlı astronomlar xüsusilə fərqlənmişlər.

Bağdad, yenidən dirçələn Persiyanın paytaxtına çevrilir. Öncəki fatehlərin, ərəblərin, dili tamamilə dövriyyədən çıxmasa da, bununla bərabər müsəlmançılıqdan da büsbütün əl çəkilməsə də, yeni sivilizasiyanın ruhu mahiyyət etibarilə qarışır: fars və xristianlar üstünlük təşkil edir; idarəçilik və polis işi xristianların əlinə keçir. Bizim K a r l o v i n qlərin müassiri olan M ə n s u r, H a r u n - ə l - R ə ş i d,
M ə m u n və b. yalnız ad baxımından müsəlmandırlar. Onlar zahirən bir dinə etiqad edir, o dinin irəlidə gedən papaları sayılır, amma ruh baxımından tamam başqa şeylərə meyl göstərirlər. Bilgi aşıqı olduqlarından bütün yadelli və bütpərəstlik nişanələrinə xüsusi maraq götərirlər. Onlar Hindistanı, qədim Persiyanı, daha da çox Yunanı araşdırır. Düzdür, bəzən müsəlman pietizm tərəfdarları (möminlik tərəfdarları.-Tərc.) Sarayda qəribə reaksiyalara nail olurlar. Hərdən xəlifələr riyakarcasına öz dostlarını, kafir sayılan və azad düşüncə sahiblərini, onlara qurban gətirir, sonra isə, ruh özgürlüyü üstələyəndə, xəlifə, alimləri, əyləncə yoldaşlarını yenidən yanına çağırıb dindar müsəlmanları təşvişə salaraq azad həyatı təzədən canlandırır.

”Min bir gecə” rəvayətlərindən tanış olan, demək olar, hər kəsin təsəvvürünə də həkk olmuş maraqlı, cazibəli Bağdad sivilizasiyasının izahı belədir. Bu sivilizasiya, rəsmi mütəəsiblik, həddindən artıq sərtlik və gizli özbaşınalığın, gənclik dövrü və ardıcıllıqsızlığın qəribə qarışığı idi. Burada ciddi incəsənət və həssas gündəlik həyat fanatik dinin əyri düşünən başçılarının həsabına çiçəklənirdi. Daima hədə-qorxu altında, padşahın pis kefinə düşüb amansız təqiblərə məruz qalmalarına baxmayaraq, möminlərin əxlaqsız kimi tanıdıqları adamlar sarayın sevilən-sayılanlarından idilər. Bəzən tolerant, bəzən də, əfsuslar ki, təqiblərə yol açan bu xəlifələrin dönəmində azad düşüncə inkişaf edirdi; motecalleminlər (guman ki, mötəzilər.-Tərc.) və ya ”mübahisəçilər” bütün dinləri idrakilik nöqteyi nəzərindən müzakirəyə məruz qoyur, açıq iclaslar təşkil edirdilər.

Əlimizdə qatı mövhumatçı tərəfindən yazıya alınmış bir hesabat var.

İcazə verin onu cənab Dozi tərcümə etdiyi kimi sizə təqdim edim.

Q a y o r a n həkimi Bağdada səyahət etmiş bir ispan dindarından motecalleminlərin söhbətlərində olub-olmadığını soruşur. ”Bəli, iki dəfə olmuşam, özümə söz də vermişəm ki, bir daha ora getməyəcəyəm”. Müsahib soruşur: ”Niyə?” Səyahətçi cavab verir: ”Özünüz baxın. Birinci iclasda nəinki hər cür müsəlman, hətta çürbəçür mürtədlər — qvebrlər (atəşpərəstlər.-Tərc.), materialistlər, ateistlər, yəhudilər, xristianlar da var idi. Bir sözlə, ora hər cür kafir toplaşmışdı. Hər cərəyanın öz inancını müdafiə etmək səlahiyyətini daşıyan başcısı varıydı. Hər dəfə də bu ağsaqqallardan biri otağa daxil olanda hörmət mənasında hamı öz yerindən qalxır və yalnız o oturanda otururdular. Zal tamamilə dolanda mürtədlərdən biri belə dedi: ”Biz ağıllı söhbət üçün toplaşmışıq. Şərtimizi bilirsiniz. Siz, müsəlmanlar, öz müqəddəs kitabınıza və ya Peyğəmbərinizin nüfuzuna söykənən dəlillər gətirməyin, nə ona, nə də buna inanmayacağıq. Ona görə də qoy hər kəs yalnız idrak bulağından götürülmüş dəlillərlə kifayətlənsin”. Bu sözlərə hamı əl çalmağa başladı.” Sözünü bitirən İspaniyalı ”İndi anlayırsınız da, belə sözləri eşidən mən bir də bu yığıncaqlara ayaq basmadım”,— dedi. ”Sonra başqa toplantıya dəvət etdilər, amma orda da eyni oyunların şahidi oldum.”

Fəlsəfə və elmin irəliləyişi gerçəkdən də məhz din ciddiyətinin müvəqqəti yumşalmasının nəticəsi olmuşdu.

Son Yunan məktəblərinin davamçılarından olan Süriyalı həkim-xristianlar peripatetik fəlsəfə, riyaziyyat, tibb və astronomiyaya olduqca yaxşı yiyələnmişdilər. Aristotel, Evklid, Qalien, Ptolemey ensiklopediyalarının və ümumiyyətlə, o zaman əldə olan bütün yunan müdrikliyini ərəb dilinə çevirmək üçün xəlifələr bu alimlərdən istifadə etdi. Əl-Kindi kimi çalışqan başlar bəşəriyyətin öz qarşısına qoyduğu və həll edə bilməyəcəyi əbədi suallar üstündə başladı. Onları filsuf (philosophos) adlandırırdılar və bundan sonra islama yad olanı ifadə edən bu sözə nifrət bəslənməyə başlandı. Filsuf, müsəlmanlar arasında vahimə, qorxu anlayışını ifadə etməyə başlayır. Çox vaxt bu söz, zındik, daha sonralar isə farmaçoun sözləriylə bərabər ölüm və təqib ehtiva edən anlam daşıyır. Etiraf edək ki, bu, islam qoynunda inkişaf tapmış bir rasionalizm idi. İkhvan əs-səfa adlı fəlsəfi cəmiyyət (”saf ürək qardaşlığı”) müdrik və ülvi ideya baxımından dəyərli fəlsəfi ensiklopediyanın nəşrinə başlayır. Tezliklə Əl-Farabi və Avisena adlı iki böyük şəxs o dövrə qədər görünməmiş ən dərin mütəfəkkirlər sıralarına daxil olurlar. Astronomiya və cəbr xüsusilə də Persiyada əla inkişaf etməyə başlayır. Kimya öz yeraltı işlərini görüb distillə edilmə və, ola bilsin, hətta barıt kimi nailiyyətlərdə biruzə çıxır. Şərqi yamsılayaraq müsəlman İspanya da belə axtarışlara baş vurur. Öz növbəsində yəhudilər də fəal əməkdaşlıq nümayiş etdirir. İbn-Badya, İbn-Tofayıl, Averroes XII əsrin fəlsəfəsini qədimdən bəri hələ görünməmiş bir zirvəyə qaldırırlar.

Mahiyyət etibarilə yunan-sasani olan, lakin bütün bilikləri ərəb dilində yazılan və ona görə də ərəb mədəniyyəti adlandırılan böyük fəlsəfə qurğusu bax budur. Bunu yunan qurğusu adlandırmaq daha doğru olardı sadəcə, çünki bütün bu çalışmalarda əsil məhsuldar başlanğıc Yunandan gəlirdi.

Bu süqut dövründə hər kəsin əqli dəyəri qədim Yunan elminin mənimsəmə dərəcəsindən asılıydı. Yunanıstan bilgi və doğru düşüncənin yeganə mənbəyi idi. Suriya və Bağdadın latın Qərbə üstün gəlməsinin yeganə səbəbi Şərqin yunan ənənəsi ilə təmasının çox olmasıydı. Evklid, Ptolemey və Aristotelin əsərlərini Hərran və Bağdaddan almaq Parisdən almaqdan daha asan idi. Ah! Kaş ki Bizanslılar o saxladıqları, amma tətqiq etməyini heç düşünmədikləri ədəbi inciləri belə bərk qorumazdılar! VIII və ya IX əsrlərdən başlayaraq Vissarionlar və Laskarislər peyda olsaydılar, XII əsrdə Suriya, Bağdad, Kordova və Toledodan gələn yunan eliminin bizlərə bu qədər dolanbac yollardan keçərək əlimizə çatmasına ehtiyac olmazdı. Bəşərin bilik çırağı bir xalqın əlində sönməkdə olarkən başqa xalqın bu çırağı əlinə keçirib onu yenidən alovlandırması möcüzəyə bənzəyir.

Yalnız bu baxımdan inamsızlıqlarıyla o vaxtın adamlarını özündən diksindirib qaçıran bədbəxt suriyalıların, bu təqibə məruz qalan filsufların, bu hərraniyanların yaradıcılığı xüsusi önəm daşıyır. Yoxsa bunların başlatdığı işin heç bir dəyəri olmazdı. Önəmli olan o idi ki, ərəb dilinə çevrilmiş yunan müdrikliyi vasitəsilə qədimlərdən yoğrulub gələn bilikləri Avropa idrakı öz dahiyanə çiçəklənməsi üçün əldə etmişdi.

Gerçəkdən də, ərəblərin son filosofu, unudulmuş və Mərakeşdə bədbəxtlik içində ömrünü başa vuran Averroes ölüm ayağındaykən bizim Qərb artıq tamam oyanmışdı: Abelyar dirçəlmiş rasionalizmi bəyan etmişdi artıq. Avropa öz əsil ruhunu tanımış və artıq bəşər ruhunu müxtəlif tilsimlərdən azad edə biləcək qeyri-adi takamülə başlamışdı. Burada, müqəddəs Jenevyeva dağında əqli fəaliyyət üçün yeni sensorium yaradılır. Çatışmayan isə qədimlik mənbəyi olan kitablar idi yalnız.

İlk baxışdan, Konstantinopol kitabxanalarında saxlanılan əski dövrlərin o orijinal əsərlərini götürmək çətin deyildi. Nədən bəzən çevikliyi az olan dildə yazılmış və yunan düşüncəsini yaxşı ifadə edə bilməyən tərcümələrə üz tutulmuşdu? Əfsuslar ki, latın və yunan aləmində baş vermiş dini ixtilaf kədərli ayrıseçkilik yaratmışdı. 1204-cü ildə baş verən fəlakətli Səlib yürüşü isə bu ixtilafı daha da dərinləşdirmişdi. Nəhayət, bizim yunanşünaslarımız – ellinistlərimiz – yox idi. Yalnız o vaxtdan üç əsr sonra Lefevr dEtapl və ya Büde kimi lingvist alimlər yetişdi.

Avropaya Bizans kitabxanalarının tozu altında qalmış həqiqi və əsil yunan fəlsəfəsinin yerinə yunan fəlsəfəsi İspaniyadan keyfiyyətsiz və boz tərcümələr vasitəsiylə daşınılırdı. Müsəlmanlar arasında səyahət etməsi məndə çox şübhə doğuran Herbert haqqında danışmayacağam, amma XI əsrdə yaşamış Afrikalı Konstantin aldığı müsəlman tərbiyəsinə görə öz zamanını da, öz vətənini də məhz çox bilgili olmağıyla geridə buraxmışdı.

1130—1150-ci illərdə arxiepiskop Raumondun himayəsi ilə Toledoda bütöv bir tərcüməçilik idarəsi təsis edilir...

Beləliklə, ərəb adlandırılan elm latın Qərbinə köç edərək, yoxa çıxır.

Latın məktəblərində Aristotellə eyni səviyyədə tutulan Averroes öz yurddaşları tərəfindən demək olar ki, unudulur.

Təxminən 1200-ci ildən sonra heç bir görkəmli ərəb mütəfəkkiri gözə dəyməməkdədir.

İslam qoynunda fəlsəfənin hər zaman təqib olunmasına baxmayaraq, o, bir müddət həyatını sürdürə bilmişdi. Lakin 1200-ci ildən sonra müsəlmanların dini reaksiyası fəlsəfəni üstələyir. O zamanın tarixçi və poliqrafları fəlsəfəni xoşagəlməz bir xatirə kimi dilə gətirir. Fəlsəfi əlyazmalar nəsə qəribə bir şey sayılır, məhv edilir. Astronomiyaya olan nisbətən yumşaq münasibətin səbəbi dünyanın əsas ölkələrinin istiqamətini müəyyən edib duaları doğru səmtə yönləndirməyə kömək etməsi idi. Tezliklə islam başçılığı fəlsəfə və elm ruhunu hərtərəfli inkar edən türk irqinin əlinə keçir. Bu andan sonra İbn-Həldun kimi istisnalardan başqa elm və fəlsəfənin qundaqdaca boğulduğuna görə islam dünyası geniş zəkalı bir şəxsiyyət də yetişdirmir.

Xanımlar və cənablar, mən ərəb elmi adlandırılan böyük elmi kiçiltmək fikrim yoxdur. Sözsüz, o, bəşər zəkası tarixində mütərəqqi bir başlanğıc sayılmaqdadır. Düzdür, bu elmin özünəməxsusluğu bəzən şişirdilir, xüsusən də astronomiya sahəsində. Lakin başqa ifrata varıb ərəb elmini həddindən artıq da kiçiltmək lazım deyil. VI əsrdə, qədim sivilizasiyanın yoxa çıxması və XII-XIII əsrlərdə yaranan Avropa dahiliyi arasında, belə demək olarsa, ərəb dövrü yerləşməkdədir. Bu dövrdə insan ağlının əski axtarışları islam tərəfindən təqib edilən digər dinlərin sayəsində gəlişməyə davam edirdi.

Bu ərəb adlandırılan elmdə həqiqətən ərəb olan nə var?

Dil və yalnız dil!

Müsəlman işğalları Hecas dilini dünyanın hər yerinə yaydı. Çox sonralar latın dilinin başına gələnlər əvvəl ərəb dilinin başına gəlir. Latın dili qədim L a s i u m a yad olan düşüncə və duyğu carçısına çevrilmişdi. Averroes, Avisenna, Əlbatinin ərəbliyi Böyük Albert, Rojer Bekon, Fransisk Bekon və ya Spinozanın latınlığına bərabər idi.

Elm və fəlsəfəni ərəblərin hesabına yazmaq bütün xristian ədəbiyyatını, sxolastikləri, XVI, qismən də XVII əsrlərin elmini latın dilində olduğu üçün qədim Rumun hesabına yazmağa bərabərdir.

Əslində maraqlı olan budur ki, ərəb sayılan bütün digər mütəfəkkir və alimlərdən yalnız Əl-Kindi mənşəcə ərəb idi. Yerdə qalanları fars, transsakson, ispan, Buxaralılar, Səmərqəndli , Kordovalı, Sevilyalı və s. idilər. Onlarda nəinki ərəb qanı, ruhları belə ərəb ruhuna yad idi. Düzdür, öz düşüncələrini ifadə etmək üçün ərəb dilindən istifadə ediblər. Bu dil, yeni ehtiyaclar üzündən ilkinliyini əldən verən və orta əsr mütəfəkkirlərinə əngəl olmuş latın dili kimi ərəb dili də bunlara yetərli deyildi.

Poeziya və natiqliyə uyğun olan ərəb dili çərçivələri metafizika üçün tamamilə yararsız bir silahdır. Məhz bu səbəbdən ərəb düşünürləri (mütəfəkkirləri) və bilim adamlarından yaxşı yazıçılıq edən olmamışdı.

Beləliklə, bu elm ərəb elmi deyildisə, bəlkə müsəlman elmidir?

Bəlkə islamizm bu idrak axtarışlarında yardımçı olmuşdur?

Kəsinliklə yox! Bu gözəl əqli çalışmalar büsbütün persiyalıların, xristianların, yəhudilərin, harranlıların, ismaililərin, bir də öz dinlərinə qarşı daxili hiddət bəsləyən müsəlmanlar olmuşlar. Əsil dindarların tərəfindən isə bu hərəkat yalnız lənətlərə tuş olmuş.

Xəlifələrin içində yunan fəlsəfəsinə ən çox həvəsli olan Məmun müsəlman ilahiyyatçıları tərəfindən heç bir güzəştə gedilmədən lənətlənirdi. Məmunun hakimiyyəti dövründəki bütün bəlalar islama yad olan təlimlərə dözümlülüyə qarşı allahın cəzası sayılırdı. Bəzən imamların səyilə ayağa qalxmış kütlənin xoşuna gəlmək üçün fəlsəfə və astronomiyaya aid əsərlər ictimai meydanlarda yandırılır, su quyularına və çənlərinə atılırdı. Bu elmlərlə məşğul olanlar zındıq (kafir) adlandırılırdı. Alimlərin özləri isə küçələrdə döyülür, evləri yandırılırdı. Camaat içində populyarlıq dalınca qaçan hakimlər isə çox vaxt mürtəd alimlərin öldürülməsinə izin verirdilər.

Beləliklə, mahiyyət etibarilə islamizm həmişə elmi də, fəlsəfəni də təqib edib, sonralar isə tamamilə boğmuşdu.

Bununla belə, islam tarixində iki dövrü ayırmaq gərək: biri — islam doğuşundan XII əsrə, digəri isə -- XII əsrdən bugünümüzə kimi.

Mötəzilə adlanan protestantçılığa bənzər cərəyanlarla içindən yeyilən və kiçilən islam özünün birinci dönəmində həm daha az təşkilatlanmış, həm də daha az fanatik idi. İkinci dönəmində islam küt, kobud, savadsız tatar və berber irqlərin əlinə keçdiyindən vəziyyət dəyişir.

Islamizmin özəlliyi odur ki, nəsillər dəyişdikcə bu dinin tərəfdarları daha da qəddarlaşırdı. Dini hərəkata başlayan ilk ərəblərin peyğəmbərin missiyasına inanmaqları da şübhə doğurur: iki, üç əsr müddətində bu şübhə heç gizlədilmirdi də. Sonralarsa ruhani və dünyəvi hakimiyyətin fərqi sezilməyən ehkam hakimiyyəti başlayır. Qayda-qanunlara lazımınca rəayət etməyən hər kəs məcburiyyətə və bədən işkəncələrinə məruz qalırdı. Bir sözlə, işkəncəvermə baxımından bu sistem, olsun ki, ispan inkvizisiyasını da geridə qoymuşdu.

İctimai quruluşda vətəndaşlıq məfhumunun din tərəfindən əsarətə alınmasından daha dərin azadlıq məğlubiyyəti yoxdur. Ən yeni çağda bu növ ictimai təşkilatın cəmi iki örnəyini tanıyırıq: bir tərəfdən — müsəlman ölkələrində, digər tərəfdən isə — dünyəvi səlahiyyətlərə malik olduğu dövrlərdəki Papalıq. Qeyd edilməlidir ki, islamınkıyla müqayisədə Papanın ictimai hakimiyyəti cüzi bir sahəyə basqı edirdi. İslam isə yer kürəsinin geniş hissəsini istismar edib tərəqiyyə tamamilə zidd olan, ilahi vəhyə və toplumun talelərinə guya nəzarət edən quruluş ideyalarını dəstəkləyir.

İslamı dəstəkləyən liberalların islamdan anlayışları belə yoxdur. İslam, ruhaniliyin dünyəviliklə kip birliyidir, dar çərçivəli ehkam hakimliyidir, bəşəriyyətin ayağına bağlanılmış ən ağır zəncirdir. Təkrar edirəm, orta əsrlərin birinci yarısında islamın fəlsəfəyə dözümlülüyünün səbəbi ona maneə yarada biləcək gücün olmamasından qaynaqlanırdı. Gücsüzlüyü isə bağlarının zəifliyi və tabeçiliyində olanlara qarşı terror tətbiqinin hələ yaxşı təşkil olunmaması idi. Öncə qeyd etdiyim kimi, polis (dövlət.-Tərc.) büsbütün xristianların əlində idi və əsas Alidlərin (həzrət Əli tərəfdarları?-Tərc.) niyyətlərinin təqibinə yönəlirdi. Beləliklə, bir çox şey kifayət qədər zəif din şəbəkəsinin kəməndindən yayına bilirdi. Sıraları ehtiraslı dindarlarla dolandan sonra isə islam hər şeyi məhv etdi: dini terror və riyakarlığın sırası gəldi. Sözgəlişi deyim ki, özünü zəif hiss edənə qədər islam liberal qalırdı, öz gücünün fərqinə varandan sonra isə qəddarlığa çevrildi.

Bir zamanlar gücü çatmadığından məhv edə bilmədiyini onun məziyyəti, uğuru, fəxri saymayaq. Lap əvvəldən boğa bilmədiyi fəlsəfə və elmi islamın ayağına yazmaq müasir biliklə əldə edilmiş ixtiraları ilahiyyatçılarınkı saymağa bərabərdir. Əslində ixtiralar ilahiyyatçılara rəğmən edilirdi, çünki Qərb teologiyasının təqiblərə olan sevgisi islamizminkindən heç də geri qalmırdı. Lakin islamizmin fəth etdiyi ölkələrdə azad fikrin boğulması cəhdləri uğurlu olmuşdu. Bu sahədə Qərb dindarlarının şansı gətirməmiş, çağdaşlıq ruhunu boğa bilməmişdilər. Bizim Qərbimizin yalnız bir ölkədə, İspaniyada, bəxti gətirmişdi. Dəhşətli istismar sistemi burada elm ruhunu boğmuş, amma, sizə deyim ki, gec ya tez bu nəcib diyar yeni yüksəlişə güc tapacaq. İnkvizisiyanın, II Filipin və V Piyin insan ağlına gəlməyən məhdudiyyət niyyətləri həyata keçsə idi, müsəlman ölkələrindəki durum Avropanın da başına gələ bilərdi.

Həqiqətən də, anlaya bilmirəm, qəsdində olduğu pisliyi gerçəkləşdirə bilməyən və ya çatdırammayan adamlara niyə minnətdar olunmalı?! Yox! Bu fəlakətli dünyamızda məzlum və zəiflərə təsəlli verib dayaq olan müsəlman dininin, əlbəttə ki, böyüklüyü və gözəlliyi var. Amma buna rəğmən yaranan yenilikləri qundağındaca boğmağa çalışan islama minnətdarlıq etmək əsassızdır. Qatili olduğun adamın varisi olmaq mümkün deyil; təqibçilərin təqib etdiyi həmin şeylərlə zənginləşmək olmaz.

Bəlkə də alıcənablığının bolluğundan islama rəğmən və islama qarşı yaranan, xoşbəxtlikdən də qarşısı alına bilinməmiş hərəkatı bəziləri islamın təsiri nəticəsi sayır.

Avisenna (İbn Sina.-Tərc.), Avenzoar və ya Averroes (İbn Rüşd.-Tərc.) kimilərini islamın xidməti saymaq Qalileyin kəşflərini katolisizmin xidməti saymağa bənzəyir. İlahiyyat Qalileyə yalnız əngəl törədirdi; böyük astronomun fəaliyyətinə mane olmaqdan zəifləyib gücdən düşmüşdü.

Kainat və onun talelərinin verdiyi çözülməz tapmacalar arasında insan idrakının içində rahatlıq axtardığı hansısa simvolları qınamaqdan uzağam! Din kimi islamizmin də nurlu tərəfləri yox deyil. Hər halda mən məscidə girərkən onun kandarında həyəcanlanmadığım vaxt olmamış. Bunu da deyimmi, bilmirəm... Müsəlman olmadığıma görə hərdən təəssüflənmişəm də. Lakin insan zəkası üçün islamizmın ancaq ziyanı var. Maariflənmə yollarını islam başqa dinlərdən daha qəddarca qapayıb istədiyini daha uğurla gerçəkləşdirdiyinə görə, fəth edilmiş ölkələrdə rasional əqli mədəniyyət tamamilə əlçatmaz olmuş. Gerçəkdən də, müsəlmanları başqa insanlardan fərqləndirən cəhət biliyə nifrət, bütün axtarışların lazımsız, fani və yaramaz məşğuliyyət olmasına əminlikdir. Çünki təbiətin tədqiqi tanrı dərgahının zəbti, işğalı sayılır, tarixin tədqiqi islamaqədərki zamanı da içərisinə aldığı üçün öncəki inanc yanlışlıqlarını yaddaşlarda oyada bilər...

Şəxsən mən əminəm ki, bilik xeyirdir. Bilik vasitəsilə törədilə bilən şərə qarşı kifayət qədər güclü silah da elə yenə də bilikdir. Hər halda bilik tərəqqinin tam zəfərinə xidmət edəcək yalnız. Tərəqqi deyəndə bəşəriyyətə və azadlığa hörmət anlayışlarından ayrılmaz olan əsil tərəqqini nəzərdə tuturam.

Jozef Ernest Renan

29 mart 1883-cü ildə Sorbonda oxunmuş mühazirə

İxtisarla ruscadan çevirən: İlahə Ucaruh

[url="http://kultura.az/articles.php?item_id=20121024044050142&sec_id=10"]http://kultura.az/articles.php?item_id=20121024044050142&sec_id=10[/url]

Link to comment
Share on other sites

[b]Museyib Elekber, [/b]teşekkürler maraqlı yazı üçün.

P.S,

[quote name='Museyib Elekber' timestamp='1359382603' post='15320522']

750-ci illərdə Persiyanın güclənməsi və Abbasilər sülaləsinin [b]Bəni-Omeya[/b] sülaləsinə qalib gəlməsi ilə hər şey dəyişdi.
[/quote]

Daha doğrusu [b]Əməvilər sülaləsi.[/b]

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1359096296' post='15276890']
Nə demək istədiyiniz tam aydın olmadı mənə. Mənim demək istədiyim o idi ki, heç ərəblər özləri Quranda nə yazıldığını tam başa düşə bilmirlər (əslində başa düşüləsi bir şey də yoxdur. Sadəcə din adamları ona mistik don geyindirərək və xüsusi mənalar verərək elə göstərməyə çalışırlar ki, guya onu adi formada oxuyub başa düşmək çətindir.) və başqa millətlərdən (və ya xalq, necə istəyirsiniz elə qəbul edin) olanların da onu başa düşməsini, hətta ona inanmasını istəyirlər. Kim istəyir inansın, amma çox təəssüflər olsun ki, mənim heç inanmağım gəlmir.
[/quote]
Siz oxuduz və başa düşmədiz?Bəlkə kitabı düz tutmamısız?

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1359442329' post='15328999']
Siz oxuduz və başa düşmədiz?Bəlkə kitabı düz tutmamısız?
[/quote]

Söhbət Quranı başa düşüb düşməməkdən getmir. Hamı ərəb dilini bilə bilməz, ona görə də Quranı tərcümədən oxumaq lazım olur. Mən də tərcümədən oxudum və orada qeyri-adi nəsə tapa bilmədim. Sonra da deyilir ki, onu tam başa düşmək üçün orijinalını oxumaq lazımdır. Problem də elə buradan yaranır.

Yeri gəlmişkən, Quranın özündə də səhvlər var imiş. Bu haqda bir yazı da var.

Link to comment
Share on other sites

Quran niyə möcüzə deyil
İyun 16, 2012


Quran mətnində çoxsaylı orfoqrafik səhvlər var ki, onların əksəriyyəti mövcud olan lap ilkin əlyazmalarına, yəni bizim eranın VIII əsrinə gedib çıxır. Bu, ona işarə edir ki, yanlışlıqlar elə orijinal mətnlərdə mövcud olmuşdur. Bu deməkdir ki, özünün bəyan etməsinə baxmayaraq, Quranı səhvlərdən qoruyan İlahi qüvvə yoxdur.





İçindəkilər

I Qısa xülasə

II Linqvistik problemlər

a) Quranın üslubu

[img]http://img.dispute.az//public/style_emoticons/default/cool.png[/img] Qeyri-mükəmməl qrammatika

c) Yabancı sözlər

d) Yazı qaydaları (orfoqrafik) yanlışlıqlar

e) Sonuc

III Müxtəlif fərziyyə və oxumalar.

IV Elmi problemlər

V Tayfaöncəki inkişaf mərhələləri

VI Tarixi problemlər

VII Daxili təzadlar

VIII Ləğvetmələr doktrinası

IX İblisi ilham doktrinası

X Sonuc



I

Qısa xülasə

Hesab edilir ki, dilinin gözəlliyi ilə daxili məzmununa görə Quran möcüzədir. Aşağıda göstərəcəyimiz kimi, Quranın güman edilən dil gözəlliyi şübhəlidir, məzmunu isə heç də möcüzəvi deyil.

Quranı elmi ekspertizadan keçirib bəlli etmişik ki, bu kitab fərqli fərziyyə və oxunuşlara malik linqvistik, elmi və tarixi problemlərlə, habelə daxili ziddiyyət və uyğunsuzluqlarla, problematik doktrinalarla, qadağa və iblisi ilhamla doludur.

Bu problemlərin aşağıdakı analizi belə bir qaçınılmaz nəticəyə gətirib çıxarır ki, Quranın möcüzəvi tərəfi yoxdur.

II

Linqvistik problemlər

Ərəb dili arami dilindən törəmiş dildir. Quranda istifadə edilən ərəb dili Fərat çayından qərbdə yerləşən bölgədə bizim eranın IV-V yüzilliklərində yaranıbdır. İlk dönəmlərdə bu dil cənubi İraqda əl-Kufadan təxminən üç mil uzaqlıqda əl-Hira ətrafında, əl-Münazər adlı xristian tayfaları arasında cəmləşirdi. Sonralar onlar bu dili Bağdaddan qərbə doğru, Firatın əl-Ənbər bölgəsinə yaydılar. Ərəb dilinin ilk daşıyıcıları əl-Hira və Əl-Ənbər adlı xristian tayfaları olmuşlar. Getdikcə, ərəb dili Firatdan qərbə doğru uzanan bütün ərazidə üstünlük təşkil etməyə başladı. Çox guman ki, ərəb dili adlanan bu dil “qərbi” sözündən əmələ gəlib. Ərəb dili Levanta təsir edib, ticarət və xristianlıq vasitəsilə Məkkə və əl-Hicaza kimi yayılmışdı.

a) Quranın üslubu

Quranın üslubu şifahi deklamasiyaya xüsusi olaraq uyğunlaşdırılan qafiyəli ritorik nəsr və lirik quruluşun qarışığından ibarətdir. Bu qarışıq üslub Məhəmmədin zamanında Ərəbistanda ümumi və sevimli quruluş üslubu idi. Quran üslubunda üstünlük təşkil edən qafiyəli nəsr heçbir ölçüyə riayət etmir, o, bütpərəst Ərəbistan kahinləri tərəfindən işlədilirdi. Quran VI-VII yüzilliklərdəki Ərəbistanın Qureyşı qəbiləsinin ləhcəsi və üslubuna uyğundur, bu səbəbdən də özündə özgür səma mənşəyini əks etmir. (Qısa İslam Ensiklopediyası, s. 228)

Quranda qafiəyə daima riayət olunur. Qafiyəyə görə söz düzümü və fe′llərin biçimi dəyişdirilir, isimlər də yanlış yazılır (örnəyin, bitmiş keçmiş zaman yerinə bitməmiş keçmiş zamanın istifadəsi). Bu, çox vaxt Quran mətnini təhrif edir və oxunuşa ikimənalılıq gətirir. Qafiyəni qoruyub saxlamaq üçün Sina dağını Sina yerinə (əl-Muminun surəsi 23:20 olduğu kimi) Sinin adlandırırlar (əl-Tin surəsi 95:2). Eyni bu qaydada İlyası İlyas yerinə (əl-An’am surəsi 6:85 və əl-Səffat surəsi 37:123) İlyasin adlandırırlar (əl-Səffat surəsi 37:130). Qafiyə tələblərini təmin etmək üçün müəyyən hallarda predmetin məğzi də dəyişdirilir. Əl-Haqqə surəsi 69:17 Allah kürsüsünü tutan mələklərin yerinə yersiz olan “səkkiz” sözü işlədilir, çünki “səkkiz” rəqəmi burada heçbir teoloji məna daşımasa da, ərəb sözü “səkkiz” qafiyə üçün bu beytə çox uyğun gəlir. Əl-Rəhman surəsində (surə 55:46) iki səmavi bağ haqda danışılır. Hər bağın iki fəvvarəsi, iki növ də meyvəsi var və s. və i. “İki” rəqəmi sadəcə ona görə işlənilir ki, ərəb dilində ikili bitmə bu surədəki qafiyəni saxlayan hecaya uyğun dəlir. Islamaqədərki tarixdə Ərəbistan sivilizasiyadan kənarda olsa da, qısaömürlü Kind krallığı (480-550) dönəmi b.e. VI əsri ərəb ədəbiyyatının doğuşunu görür. VI-VII-ci yüzilliklərdə şairlik istedadı çiçəklənməkdə idi. Ən ünlü poema “Yeddi qızıl mədhiyyə” poeması idi. Faktiki olaraq bu, o dövrün şair və natiqlərinin ənənəsi idi. Onlar öz əsərlərini Məkkədə Kəbə divarlarına asırmış ki, hər kəs onları oxuyub söyləyə bilsin. Məhz buna görə onlar “asılmış” olaraq tanınırdı (əl-Müallaqat). Bu yolla şair İmru-əl-Qaysın məşhur poeması üzə çıxmışdı (d.540). Bu poemadan bir neçə misra Qurandan tapılmış (əl-Qəmər 54:1, 29, 31; əd-Dua 93:1, 2; əl-Anbiya 21: 96; əl-Səffat 37:61).

Quranda Məhəmmədin müasirləri olan tanınmış şairlərin, natiqlərin sözləri, fikirləri və üslubu tapılıb. Onlardan: Kus ibn Səid əl-Ayadi (d.600), Kumaya ibn Abi əl-salat (d. 624), əl-Həsin ibn Hamam (d. 611) (əl-Araf 7:8,9), Varaka ibn Nofal (d. 592), və Antara əl-Abasi (d. 610). Nəinki Məhəmmədin müasirləri olan şair və natiqlərin bəzi əsərləri, eləcə də Nadir ibn Hərizə (canon Sell, Studies, p. 208), Həmzə ibn Ahid, və Musailam (McClintock and Strong, Cyclopedia, V:152) kimi şəxsiyyətlər də tapılmışdı. Onu da sözgəlişi qeyd edək ki, bu şəxslərin əsərləri Quranın başqa mətnlərindən daha keyfiyyətli, dil baxımından daha ifadəli yazılmış. Bundan başqa, cinlərə bütöv bir fəsil həsr edilir - 72-ci surə, əl-Cin surəsi. Bu surənin əksər şeirləri Quran üslubunda olan cinlərin sözləridir. Bundan başqa, əl-Najm surəsində İblis öz iblisi şeirlərini də daxil etmiş (əl-Najm 53:19-23), sonralar onlar götürülmüş.

Məşhur İran-ərəb müsəlman alimi Əli Dəşti öz kitabında (“Tüenty Three Years: A study of the Prophetic Career of Muhammad,” Allen and Unüin, London, 1985) aşağıdakıları yazır:

“Fanatizm” və şişirtmənin üstünlük təşkil etmədiyi ilkin dövrlərdə müsəlman alimlərinin arasında İbrahim ən-Nəzzam kimiləri var idi ki, onlar Quranın sistemləşdirilməsini və sintaksisini (cümlə quruluşunu.- Tərcüməçidən.) möcüzəvi saymır və bunu açıqca etiraf edirdilər. Onların fikrincə, buna bərabər və ya bundan daha da dəyərli əsər başqa Allah bəndəsi tərəfindən də yaradıla bilər” (s.48). “Geniş yayılmış fikir var ki, Əbu-Əla əl-Maari (979-1058) adlı kor suriyalı şairin yazdığı “Ketab əl fosul vaal-qayyət” əsərinin bir hissəsi Quranda təqlid şəklində mövcuddur.” (s.48)

“Quranda elə cümlələr var ki, təfsirlərin yardımı olmasa onlar yarımçıq qalır və tam anlaşılmır. Quranda əcnəbi sözlər, qeyri-məlum ərəb sözləri və qeyri-normal anlamda işlənən sözlər var. Quranda sözlər cins və say hallanma qaydalarına riayət edilmədən dəyişilir. Bə′zən mənbələri olmayan qeyri-qrammatik şəkildə işlənən əvəzliklər də qeyri-məntiqidir. Qafiyəli pasajlarda xəbər və mübtəda çox vaxt bir-birindən uzaq düşmüşlər. Dildə bu və bu kimi pozuntular Quranın gözəl dildə yazıldığını inkar etməyə səbəb verir. Bu problem dindar müsəlmanların ağlını da məşğul etdiyindən təfsirçiləri izah etməyə məcbur etmişlər. Çox guman ki, bu izahlar oxunuşa dair fikir ayrılıqlarına səbəblərdən biri olmuş.” (s.48,49)

Quranı diqqətlə oxuduqda məlum olur ki, uzun surələrin çoxu Məhəmmədin Məkkə və Mədinədə olduğu dövrlərdəki nitqlərindən tərtib edilmişdi. Bu surələrin mövzusu hüquqi məhdudiyyətlərdən tutmuş peyğəmbəranə hekayələrə, əxlaqi təlimlərdən Allahı mədh etməyə qədər dəyişir. Başqa surələrdə müxtəlif mövzuların arasında məntiqi bağ daha da qopuqdur. Bu səbəbdən də Quran olduqca ardıcıllıqsız bir kitabdır. Bu kitab, ardıcıllığa, mövzu ya da mətləbə hörmət edilmədən kəbeeeeep-kəbeeeeep mətn və pasajlardan toplanmış qeyri-ahəng bir bütündür.

[img]http://img.dispute.az//public/style_emoticons/default/cool.png[/img] Qeyri-kamil qrammatika

Quranın aydın, parlaq ərəb dilində yazıldığı söylənilsə də (əl-Nahl 16:103; əl-Shu’ara 26: 195; əl-Zumar 39:28; əl-Shura 42:7; əl-Zukhruf 43:3), qeyri-mükəmməl ərəb qrammatikasına, yabancı sözlərin işlədilməsinə və yazı qaydalarının pozulmasına görə bu fikri ədalətli saymaq olmaz. Quranda çoxlu qrammatik yanlışlıqlar var. Buna bir neçə örnək:

*(əl-Ma′idah 5:69) Alsabeoun ərəb sözü Alsabieen olmalıdır;

(əl-Baqarah 2:177) alsabireen ərəb sözü alsabiroon olmalıdır;

(əl-İmran 3:59) fayakoon ərəb sözü fakaana olmalıdır;

(əl-Baqarah 2:17, 80, 124; əl-A′raf 7:56) qaribum ərəb sözü qaribtun olmalıdır;

(əl-A′raf 7:160) asbatan ərəb sözü sebtan olmalıdır;

(Ta Ha 20:63) Hazani lasaberani ərəf ifadəsi Hazaini Lasahirieni olmalıdır;

(əl-Həcc 22:19) ikhtasamu fi rabbihim ərəb ifadəsi ikhtasama fi rabbihima olmalıdır;

(əl-Tawbah 9:62, 69) kalladhi ərəb sözü kalladhina olmalıdır;

(əl-Munafiqun 63:10) Akon ərəb sözü Akoon olmalıdır;

(əl-Nisa′ 4:162) Almuqimeen ərəb sözü Almuqimoon olmalıdır;

Tanınmış müsəlman alimləri Əli Dəşti və Mahmud əl- Zamanşari (1075-1144) Quranda ərəb dilinin qrammatik qaydaları və struktur (quruluş) normalarından 100 dəfədən çox kənara çıxdığını qeyd edirlər (Ali Dashti, Tüenty Three Years; A study of the Prophetic career of Muhammad, Allen and Unwin, London, 1985, p.50).

c) Yabancı sözlər

Böyük müsəlman dilçisi və təfsirçisi Cəlal əl-Din əl-Suti (d.1505) və Artur Ceffriyə görə, Quranda fars, assuriya, suriya, ivrit, yunan, kont və efiopiya dillərindən alınmış 107-275 yabancı söz var. Aşağıda buna bir neçə örnək verilir:

Fars dilindən: Ara′ik və İstabraq (əl-Kahr 18:31) taxt və parça anlamında.

Abariq (əl-Waqi′ah 56:18) kuzələr anlamında;

Ghassaqan (əl-Nəba′ 78:25) irin anlamında;

Sijjil (əl-Fil 105:4) bişmiş gil anlamında;

Arami dilindən: Harun və Marut (əl-Baqarah 2:102),

Sakina (əl-Baqarah 2:248);

İbrani dilindən: Ma′un (əl-Ma′un 107:7) mərhəmət anlamında,

Ahbar (əl-Tawbah 9:31) rəbbilər, keşişlər anlamında;

Efiopiya dilindən: Mishkat (əl-Nur 24:35) camaxatan, divar oyuğu, taxça

anlamında;

Suriya dilindən: sura (əl-Tawbah 9:124) fəsil anlamında,

Taghut (əl-Baqarah 2:257; əl-Nahl 16:36) bütlər anlamında,

Zəkat (əl-Baqarah 2:110) sədəqə anlamında,

Fir′awn (əl-Muzzammil 73:15) Firon anlamında;

Kopt dilindən: tabut (əl-Baqarah 2:243) Nuhun gəmisi və ya mücrü anlamında.

Bu yabancı sözlərdən bə′zilərinin dəqiq mə′nasını Məhəmməd bilmirdi, çünki o dövrdə bu sözlər hələ ərəbləşməmişdi. Bu səbəbdən də Məhəmməd onları yanlış işlədirdi. Örnəyin, arami dilinin “Furqan” sözü “girov pulu, fidiyə” deməkdir. Məhəmməd bu sözü “ixtira” və “ölçü” kimi işlətmişdi (e.g. əl-Furqan 25:1). Arami dilinin “mila” sözü “söz” anlamındadır. Quranda bu, “din” kimi işlənir (əl-Baqarah 2:120, 130, 135 və s.). Yəhudi sözü “ilyön” (əl-Mutaffifin 83:18,19) “ən yüksək” deməkdir. Məhəmməd bunu “səmavi kitab” kimi işlətmiş (əl-Muttaffifin 83:20).

Ən ilkin islam təfsirçiləri, özəlliklə də Məhəmmədin yaxın qohumu Abd Allah ibn Abbasla əlaqəsi olanlar yabancı sözlərin mənşəyinin tapılması və mənasının izahına çox maraq göstərirdilər. Bütün dillərin yaradıcısı — Tanrı — yəqin ki əcnəbi sözlərin qatqısı olmadan gözəl ərəb dilində danışa bilərdi, axı Quranda vurğulanır ki, Tanrının əbədi dili təmiz ərəb dilidir! Buna görə də Quranın İlahi mənşəyi olduqca şübhəlidir.

d) Yazı qaydaları (orfoqrafik) yanlışlıqlar

Quran mətnində çoxsaylı orfoqrafik səhvlər var ki, onların əksəriyyəti mövcud olan lap ilkin əlyazmalarına, yəni bizim eranın VIII əsrinə gedib çıxır. Bu, ona işarə edir ki, yanlışlıqlar elə orijinal mətnlərdə mövcud olmuşdur. Bu deməkdir ki, özünün bəyan etməsinə baxmayaraq, Quranı səhvlərdən qoruyan İlahi qüvvə yoxdur. İndiki dövrdə istifadə olunan indus, pakistan, suaxili, fars, misir, türk və s. dillərdə nəşr olunmuş müxtəlif Quran versiyaları mövcuddur. Bunların hamısı orfoqrafik səhvlərinə münasibətdə ziddiyyətlidirlər. Bəzi versiyalarda əlavə hərflər ləğv edilir, bəzilərində sait işarələri əlavə edilir, digərləri isə çatışmayan hərfləri əlavə edir. Qurandakı orfoqrafik səhvlərinə bir neçə örnək:

1. Bu yazı yanlışlıqlarından ən ciddisi “Hə” və “Yox” radikal biçimin (formanın) anlamını dəyişir, çünki əksər durumlarda inkar üçün işlənən “la” ərəb sözü əlavə “əlif” hərfiylə müşayiət olunur. “La” sözü “yox” deməkdir, “l” ərəb hərfi sözə əlavə ediləndə isə “yox” sözünün əksi olan “əlbəttə” anlamını verir.

Bu ciddi yanlışlığa bir neçə örnək aşağıdakı şeirlərdən tapılmış:

əl-Namə 27:21;

əl-İmran 3:158;

əl-Səffat 37:68;

əl-Taübah 9:47;

əl-İmran 3:167;

əl-Hashr 59:13.

“La” sözündən sonra əlavə “əlif”in ləğv edilməsi oxunuşu düzəldir.

2. Misir Quranının 1924-cü il nəşrində 9000-dən çox yuxarıda qeyd edildiyi kimi “əlif” əlavəsi var. Bu “əlif” əlavələri müasir zamanın icadıdır, bununla da “əlif”in qətiyyən olmadığı Quranın ən ilkin əlyazmalarındakı minlərlə səhvi düzəltmək üçün istifadə edilir (əl-Fatihah 1:1-4,6; əl-Baqarah 2:110, 126; Ta Ha 20:63; və b.).

Bu deməkdir ki, Quranın özgün (original, ilkin) mətni bütün bu səhvləri özündə daşıyırmış. Faktiki olaraq, Quranın giriş cümləsində (“Allahın adıyla”) yox olmuş “əlif”in üç səhvi var: ikisi tələffüz edilməyən (bism). Tanrını bildirən “Allah” ərəb sözü “əlif”siz 2700 dəfə yanlış yazılıb. Quranın ən əski əlyazmalarında insanı bildirən “əl-ənsaan” “əlif”siz yanlış yazılıb. Quranın bəzi müasir nəşrlərində düzəliş məqsədiylə itmiş “əlif”lər artırılmış.

Bə′zi hallarda buraxılmış “əlif” ciddi şəkildə mə′nanı dəyişir. Misal üçün, Mühəmməd 47:4-də “qutilu” sözü “əlif”siz yazıldığına görə “öldürülmüş” anlamını verir. “Qaatalu” sözü isə “mübarizə aparırdı” deməkdir. Artıq “əlif”lər

“sukun” işarəsilə tələffüz edilməyənlərə çevrilmişdilər. Yazı qaydalarını düzəltmək amacıyla (əl-Tawbah 9:47; Kojura 11:68; əl-Furqan 25:38; əl- Ankabut 29: 38; əl- Najim 53:51; əl-A′raf 7:103; Yunis 10: 75, 83; Kojura 11:97; əl-Muminun 23:46; əl-Qasas 28:32; əl-Zukhruf 43:46; və b.)

3. Ərəb sözü “shadda” sait səsin ikiqat olmasına işarə edən daha sonrakı dönəmlərin artırmasıdır, amma onun işlənmə qaydalarına dair fərqli baxışlar var. Faktiki olaraq, 1924-cü ildə işıq üzü görən Quranın Misir nəşrində 1909-cu ildə çıxan Türkiyyə nəşrindən 3380 dəfə çox “shaddas” var (əl-Baqarah 2:78 və b.). Bə′zi hallarda “shadda” artırmaları şeirin mənasını dəyişir. Örnəyin, əl-Baqarah 2:222-də “shadda” sözünün olub-olmamasından asılı olaraq bir-birinə zidd fikirlər ortaya çıxır. Əgər “yathurna” “shadda”sız işlənərsə, şeirdəki anlam belədir: aybaşısı olan qadınla cinsi ilişki bu dövrün bitməsindən sonra, qadın hələ özünü təmizləməmiş izin verilir. Eyni bu söz “shadda” ilə, yəni “yattahirna” ilə, birlikdə işlənirsə, şeirdə deyilir: cinsi ilişkiyə aybaşısı olan qadın özünü təmizləyəndən sonra ola bilər. Əl-İmran 3:37-də olan “shadda” ilə “Wakafalaha” sözü Zakariyanın Məryəmə qayğı göstərdiyinə işarə edir. “Shadda”siz “Wakafalaha” sözü Allahın Zakariyaya Məryəmiin qayğısını çəkməsi tapşırığını göstərir. Faktiki olaraq, “Allah” sözündə “shadda” yanlışdır, çünki sözə üçüncü “l” hərfini artırıb sözü “Alllah” şəklinə salır.

4. Artıq hərflər tələffüz edilmir ya da onlara heç fikir verilmir. Örnəyin, artıq “waw” “həmrə” yardımıyla tələffüz edilməyənə dönüşüb (əl-Ma′idah 5:29). Artıq “l” əl-An′am 6:32-də diqqətə alınmır. Artıq “dal” əl-Ma′idah 5:29-da diqqətə alınmır; və b. Bundan başqa, çatışmayan hərflərə də çoxlu örnək var:

əl-Ə′raf 7:196, Kurayş 106:2; və b. (itmiş “ya”);

əl-Zukhruf 43:13, əl-İsra 17:7; əl-Ma′arij 70:13 və b. (itmiş “waw”;

əl-Anbiya 21:88; Yusuf 12:11 (çatışmayan “nun”);

əl-baqarah 2:245; əl-A′raf 7:69 və b. (buraxılmış “sin”).

5. “U” ərəb hərfinin iki nöqtəsi buraxılanda uzun “a” saiti kimi tələffüz edilir. Amma bu məsələdə fikir ayrılığı olduğundan Quranın müxtəlif müasir nəşr fərziyyələrində buna fərqli yanaşılır. Bu problemə örnəklər:

əl-İmran 3:28; əl-Bagarah 2:98; əl-Dhariyat 51:47; Fussilat 41:20; əl-Kahf 18:70.

6. Aşağıdakı şeirlərdə “t” ərəb hərfi düzəldilib iki nöqtəli “h” ərəb hərfiylə birgə yazılmalıdır: əl-İmran 3:61; əl-Araf 7:56; əl-Nur 24:7; və başqaları.

e) Sonuc

Yuxarıda deyildiyi kimi, bəlağətli, gözəl ərəb dili Məhəmmədin zamanında həm savadlılar, həm də savadsızlar içində adi hal idi. Məhəmmədin savadlı olmasına dair tutarlı sübutlar var. O məktublarda rəqəmləri, hesabı oxuya bilən başarılı bir tacir idi. Həmçinin o, kral və dövlət başçılarına islamı qəbul etməyə də′vət edən bir neçə məktub yazmışdı. Quranın əl-Abad 96:1-5; əl-Nahl 16:98; əl-İsra 17:14, 45, 106; və əl-Furqan 25:5 surələrində onun savadlı olduğu söylənilir. Əl-İmran 3:20; əl-Jum′ah 62:2 və əl- A′raf 7:157-158 surələrindəki “ummu” ərəb sözü bisavad anlamında deyil. Bu söz, nə yəhudi, nə də xristian olmayanlara deyilir. Lakin Məhəmməd hətta bisavad idisə də, qeyri-kamil ərəb dilində və kələ-kötür ədəbi üslubda yazılmış, dili bəlağətli, gözəl sayılan Quran tarixi kontekstdə heç də qeyri-adi deyil.

Quranın linqvistik mükəmməlliyinə dair islam iddiasi yalan və əsassızdır. Linqvistik anlamda Quran möcüzə deyil. Qrammatik, orfoqrafik yanlışlıqların və əcnəbi sözlərin mövcudluğu Quranın İlahi mənşəyinə qarşı tutarlı dəlildir. Hərşeyə Qadir və hərşeyi bilən Həqiqi Tanrı kitab yaratsaydı, o, birini digərinə qurban vermədən həm qrammatika, həm də dil gözəlliyi yönündən çox gözəl əsər yaradardı.

Endrü

Mənbə: Three Lotus

Rus dilindən çevirən: İlahə Ucaruh


[url="http://kultura.az/articles.php?item_id=20120616080104800&sec_id=9"]http://kultura.az/articles.php?item_id=20120616080104800&sec_id=9[/url]

Link to comment
Share on other sites

[quote name='Museyib Elekber' timestamp='1359554668' post='15351347']
Söhbət Quranı başa düşüb düşməməkdən getmir. Hamı ərəb dilini bilə bilməz, ona görə də Quranı tərcümədən oxumaq lazım olur. Mən də tərcümədən oxudum və orada qeyri-adi nəsə tapa bilmədim. Sonra da deyilir ki, onu tam başa düşmək üçün orijinalını oxumaq lazımdır. Problem də elə buradan yaranır.

Yeri gəlmişkən, Quranın özündə də səhvlər var imiş. Bu haqda bir yazı da var.
[/quote]
Əgər burdakı cızma qaranı nəzərdə tutursuzsa onlar tamamilə savadsız yazılardır.Quranda səhv olması utopiyadır.və müəyyən dar düşüncəli auditoriyaya hesablanıb bu cür yazılar.Yuxarıdakı kopi-peyst etdiyiniz bu yazı da son dərəcə birtərəflidir və islam müsəlmanları tanımayan avam yazısıdır.Ərəb dilini öyrənmək üçün də müəyyən əqli bacarıqlar lazımdır eləcə də Quranı istənilən dildə anlamaq üçün də müəyyən bacarıqlar gərəklidir.Bundan məhrum olan yaxud sadəcə tənbəllik edib buna cəhd etməyənlər isə utopiya uydurur.

Link to comment
Share on other sites

[quote name='Hekari' timestamp='1359619072' post='15360390']
Əgər burdakı cızma qaranı nəzərdə tutursuzsa onlar tamamilə savadsız yazılardır.Quranda səhv olması utopiyadır.və müəyyən dar düşüncəli auditoriyaya hesablanıb bu cür yazılar.Yuxarıdakı kopi-peyst etdiyiniz bu yazı da son dərəcə birtərəflidir və islam müsəlmanları tanımayan avam yazısıdır.Ərəb dilini öyrənmək üçün də müəyyən əqli bacarıqlar lazımdır eləcə də Quranı istənilən dildə anlamaq üçün də müəyyən bacarıqlar gərəklidir.Bundan məhrum olan yaxud sadəcə tənbəllik edib buna cəhd etməyənlər isə utopiya uydurur.
[/quote]

Mən ərəbcə bilmirəm. Burda yazılanlar da nə dərəcədə doğrudur, onu da bilmirəm. Əgər siz ərəbcə bilirsinizsə, buyurun, zəhmət olmazsa açıqlayın, harda nə düzgün yazılmayıb.

Başqa bir məsələ də var. İddia olunur ki, Quran Allahın sözüdür və buna görə də orda olan bütün cümlələr Allahın dilindən müraciət olunmalıdır. Lakin elə ayələr var ki, onlar Məhəmmədin dilindən deyilir. Sonradan görüblər ki, bu, ziddiyət yaradır, həmin ayələrin əvvəlinə "De ki" ifadəsi artırmaqla onları Allahın kəlamı kimi göstəriblər.

Link to comment
Share on other sites

[font=comic sans ms,cursive]Endrü kimdirsə heç o ayəni başa düşməyib , əl - İsra 17.14 surəsi heç də Endrü dediyi kimi deyil.


[b](17. 14) “Oxu öz kitabını! Bu gün sənin özünün öz əleyhinə hesablamağın bəs edər!”[/b]

Bu ayə Hz.Məhəmmədin savadli olduğu barədə söz açmir , amma yuxaridaki yazida onun əvvəllər savadli olduğu barədə qeyd edildiyi bəhs olunur..[/font]

[font=comic sans ms,cursive]Ərəb dilinə başqa millətlərin dillərindən sözlər girməsi Qurani - Kərimin yalan olduğunu göstərir? Yer üzündə başqa dildən söz etməyən bir dil var? Bu gün bir-birinə xarici saydığımız dillər arasında müştərək sözlər yaşayir.Hələ bir tayfadan olan dillər arasında bunlar nə çoxdur. Fransız, İngilis, Alman ilə Fars arasında müştərək sözlər nə qədər boldur. Bu dillərdə Ərəbcədən alınma sözlər də vardır. Beləcə ərəbcə da, başqa dildən sözlər mövcuddur. [/font]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[quote name='Museyib Elekber' timestamp='1359641896' post='15366617']


Mən ərəbcə bilmirəm. Burda yazılanlar da nə dərəcədə doğrudur, onu da bilmirəm. Əgər siz ərəbcə bilirsinizsə, buyurun, zəhmət olmazsa açıqlayın, harda nə düzgün yazılmayıb.

Başqa bir məsələ də var. İddia olunur ki, Quran Allahın sözüdür və buna görə də orda olan bütün cümlələr Allahın dilindən müraciət olunmalıdır. Lakin elə ayələr var ki, onlar Məhəmmədin dilindən deyilir. Sonradan görüblər ki, bu, ziddiyət yaradır, həmin ayələrin əvvəlinə "De ki" ifadəsi artırmaqla onları Allahın kəlamı kimi göstəriblər.
[/quote]
Bir gun sende oleceksen!!!Bir gun sende unudulacaqsan!!!Bir gun seninde ustuve torpaq atacaqlar!!!Onda bilersen heqiqeti!Amma qorx ki onda cox gec olar!Fikirles!!!Ne qeder ki nefesin dayanmayib FIKIRLES!!!!!Zererin yarisindanda donsen xeyirdi!Ne qeder ki shansin var FIKIRLES dogru yola yonel!!!!!!!

Link to comment
Share on other sites

[quote name='lucifer13' timestamp='1318016051' post='10175200']
sual: allah islam dinini yaymaq ucun o qeder peygamber gondermisdise neye gore bu qeder inancsiz var?allahin islam propagandasi gorunur iflasa ugrayib.ya nece?

not: kecen defe bu movzu haqqinda muzakire etmisdik.amma bilmirem axiri ne oldu.yeniden bu barede dnaismaq isterdim.
[/quote]
Cavab: Allah təala zərr aləmində (yəni ruhlar aləmi) hər bir insandan ona iman gətirəcəyi, etiqadı olacağı barədə əhd peyman alıb amma insanın xislətində unutqanlıq olduğuna görə insan dünyaya gələn kimi bunu unudur. Amma hər bir halda Böyük Allah hər bir insanın qəlbinə Allaha inam təcəlla etdiyinə görə bəzi insanlar inamda yolunu azır, yəni bütə sitayiş eliyir və ya aya, ulduza və s. Buna görə Allah öz yaratdığı varlığın unutqan olduğunu bilib onlara 124 000 peyğəmbər göndərib ki insanların yadına salsın. Birdə insanın elədiyi günahlar onu inamını əlindən alır əsas məsələdə budu

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Like
      • 21 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
       
        • Milli
        • Upvote
        • Like
      • 9 replies
    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
       
        • Red Heart
        • Like
      • 127 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

       
        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
        • Haha
      • 17 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Like
      • 9 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
        • Upvote
        • Like
      • 41 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...