Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

'“Qirmizi Körpü”Dən O Yana' Və Erməni Məsələsi


Recommended Posts

“A millət, dağılışın. Yer silkələner....” Bu çağırışın yüksəlməsi ilə evində olanlar bir-bir bayıra qaçır. Məhəlləyə baxıram, bayırdakıların böyük əksəriyyəti əli əsalı yaşlılar, bir də təkəm-seyrək qız-gəlin, uşaqlardır. Kənddə kimlərin qaldığını, qalanların hansı vəziyyətdə olduğunu elə bu mənzərə müəyyənləşdirir. Söhbət Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsi olan Borçalıdan, daha konkret desək, Faxralıdan gedir. Mayın 7-də Gürcüstanda 5.7 bal gücündə zəlzələ baş verən gün bəndəniz də həmin torpaqların üzərində idi. Buna “dəvə oynayanda qar yağır” da demək olar, kənd dili ilə desək, qara dabanlıq da. Bəli, kəndə getdiyim günün səhəri dediyim bu təbii fəlakət yaşandı. Amma şükür ki, insanlıq üçün fəlakət həddinə çatmadan.

Desəm ki, Borçalıya iş-gücümü, ailəmi qoyub, sırf reportaj üçün getmişəm, ... qeyri-səmimilik olar. Daha sərt desəm, ikiüzlülük etmiş olaram. Amma insafən, nənə-babama baş çəkmək üçün yolu əlimə alıb, kəndə gedəndə jurnalistikaya da xəyanət etmədim. Gözümün gördüyü, qulağımın eşitdiyi bütün xəbərləri qeydə aldım, ordan sizə göndərilən ismarışları isə can qulağı ilə dinləyib, yazdım yaddaşıma. Xüləs, nənəm xəstələnmiş, Qırmızıpapağın nağılında olduğu kimi, anam da qoğaldan, paxlavadan, dovğadan bişirib, məni yollamışdı 650 kilometr aralıdakı kəndimizə. Getməyinə getdim, amma gedənə qədər yolda qabağıma çıxan, kənddəkiləri bezdirən “canavarlar” barədə bilmirdim düzü. Bu haqda bir qədər aşağıda...

32583.jpg

Kəndin “ruset varlıları”, Bakıya gedib üzüqara qayıdanları və qul bazarı

Hələliksə zəlzələ barədə. Ayın 7-də baş verən zəlzələ Borçalıda güclü izlər buraxmadı. Amma dediyim kimi, əhalinin qorxusu zəlzələnin şiddətindən daha güclü idi. Neyçün ki, Borçalı kəndlərində əli iş tutan, cavan nəsil az qalmışdı. Sonuncular daha çox Rusiyada, Bakıda işləyirlər. Ailəsini qoca ana-atasının yanında qoyub, aydan-aya pul göndərənlər bu kəndlərin əsas qazanc mənbəyi sayılır. Təmirli evi, cüt-cüt su çəni, qış üçün odun tədarükü... olanların əksəriyyəti də elə övladı sərhədin o tayında olanlardır. Amma bu gənclərə özənib, kəndi tərk edənlərin heç də həmişə üzü gülmür. Məsələn, bizimlə həmsöhbət olan gənclərdən biri dedi ki, o da iki il əvvəl ailəsini götürüb Bakıya yaşamağa gedib: “Dedim, yəqin iş taparam. Tapdım da. Qarovulçu işlədim. Amma ayda 200 manat evin kirayəsinə verirdim. Nə uşağın əyninə çatırdı, nə də evdəkilərin qarnına. Ondansa qayıtdım geri. Dədə-baba ocağımda heç olmasa kirayə pulu vermirəm”.

Kənd əhalisinin dolanışığı həm də əkin sahələrindən çıxır. İmkanı olmayanlar özləri əkib-becərir, nisbətən imkanlılar isə günə 20 lari (10 AZN) qarşılığında 5 gün boyunca bir neçə muzdlu fəhlənin xidmətindən istifadə edir. Həmin adamlar da daha çox səhər saatlarında, kəndin mərkəzindəki körpünün üstündə muzdlu iş üçün gözləyirlər. Bu adamlara isə kənd arasında “müşə” deyilir. Yer toxalayanlar, mal-qaraya baxanlar, bir sözlə, Bakının qul bazarlarında insanlara təklif olunan işlərin kənd versiyası...

2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən Faxralıda 1495 ailədə 6891 nəfər sakin (rayon əhalisinin 12,2 faizi) yaşayır ki, onlardan da 47,2%-i kişilər, 52,8%-i isə qadınlardır. Əhalinin cinsi tərkibində belə disbalans getdikcə miqyaslı xarakter alan əmək miqrasiyası ilə əlaqədardır.

Faxralı əhalisinin sayı baxımından rayonda 1-ci ən böyük kənd, Bolnisi şəhəri (9938 nəfər) və Kazreti qəsəbəsindən (7268 nəfər) sonra isə 3-cü ən böyük yaşayış məntəqəsidir. Əhalinin sayına görə bütövlükdə Gürcüstanda 7-ci yeri tutan Faxralı Borçalı bölgəsi üzrə təkcə Sadaxlı, Qızılhacılı, Martkofi və Sərtiçala kəndlərindən geridə qalır.

32585.jpg

“Qırmızı körpü” nə qədər müasirləşsə də, ibtidaidir ki, ibtidaidir....

Borçalılıların ən böyük problemi sərhəddə, yəni “Qırmızı körpü”də başlayır. Neçə illərdir, bu sahədəki problemlər həll olunmur. Nəzarətdəki axsaqlıq, süründürməçilik, sərnişinlərin incidilməsi... dəfələrlə yazılsa da, öz həllini tapmır. Adi bir misal: sərhədi keçmək üçün növbədə dayanan insanlar üçün o boyda ərazidə bir dənə də olsun, ayaqyolu yoxdur. Ən azı bir-iki saat sərhəddə qalıb, sənədləşmənin yekunlaşmasını gözləyənlərin elementar təbii ehtiyacını ödəmək üçün şərait yaradılmayıb. Şəkildəki bu mənzərəyə diqqət: bu qadınlar Azərbaycana qayıdırlar, avtobus yoxlamadan keçir, onlar isə səkidə oturub gözləyir. 21-ci əsrdə bu mənzərələrin insanlıq xarici olduğunu deməklə kifayətlənirik sadəcə.

32586.jpg

Gürcülər borçalıların əkin sahəsini necə ələ keçirir?

Bu arada bilməyənlər üçün Faxralı sözünün mənası barədə. Ehtimallara görə, Faxralı toponimi “fəxr” və “Alı” (hamının öyündüyü el qəhrəmanı Alının adından) sözlərinin sintezindən yaranmışdır. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də gürcüləşdirilərək Talaveri (gürcücə hərfi mənası “üzüm talvarı”, “üzümlük” anlamına gəlir) şəklinə salınmışdır.

Qayıdaq faxralılıların əkin sahəsinə. Əkin sahəsi deyib, keçməyin. Faxralıların başı bu məsələdə də dərddədir. Neyçün ki, kənddə torpaqlar özəlləşdirilib, əksəriyyəti gürcülərin əlindədir. Həmin torpaqlar da azərbaycanlılara icarəyə verilir. Bu torpaqlar paytaxt Tiflisdə, internet vasitəsilə satışa çıxarılır və ehtiyacı olanlar bunu alırlar. Alış-verişdə isə gürcülər iştirak edir. Beləcə, borçalılıların əkin-biçin, örüş yerləri gürcülərin əlinə keçir. öz haqqını axtarmaq istəyən azərbaycanlılar isə məhkəmələrə çox nadir hallarda müraciət edir. Müraciət edəndə isə qanun çərçivəsində həyata keçirilən sənədləşmə ilə qarşılaşdıqları üçün məhkəmə onların xeyrinə qərar çıxarmır.

Bu arada kənd əhalisi ilə bu mövzuda söhbət edəndə maraqlı jarqonlarla qarşılaşıram. Məhlədəki söhbətdə kəndin yaşlıları bir-birinə aman vermədən danışır ki, bəs keçən il filankəsin əkin sahəsi “lenta” idi, bəhmənkəsin oğlu isə “buksavat” edirdi. Maraqlananda məlum olur ki, yeri lenta olmaq üstünlükdür, yəni bu, məhsulun yaxşı gəlməsinə işarədir. “Buksavat edənlər” isə hər hansı gəlirdən danışa bilmirlər. Adından da göründüyü kimi, yerlərində sayırlar. Ona görə də kənd əhalisi əkin sahəsi olanları da bu iki kateqoriya üzrə qiymətləndirir.

32589.jpg

Xəstəxanada gürcü həkim, azərbaycanlı xadimə tandemi...

Səfər müddətində Marneuli rayonundakı xəstəxanaya da baş çəkəsi olduq. Yuxarıda dediyim kimi, nənəm xəstə idi və həkimə aparası idik. Və burada azərbaycanlıların qarşılaşdığı ikili standartlar daha qabarıq gözə çarpırdı. Şəkildən də gördüyünüz kimi, xəstəxananın lövhəsində hər şey gürcü dilində yazılıb. Pasiyentlərin 90 faizi azərbaycanlı kəndlilər olsa da, qəbul şöbəsində bir nəfər də olsun azərbaycanlı çalışmır. Daha çox gürcü, svan və hətta ermənilər sənəd işlərində təmsil olunur. Həkimlərin böyük əksəriyyəti gürcülərdir. Ordakı azərbaycanlı həkimlərin isə ən azı 20-25 illik iş stajı var, yəni çoxdan çalışanlardır. Azərbaycanlılar orada daha çox xadimə, sanitar.. kimi nisbətən aşağı səviyyəli işlərdə təmsil olunur.

32584.jpg

Amma insaf naminə müşahidələrimdə gürcülərin xeyrinə bir neçə maraqlı detalla qarşılaşdığımı deməliyəm. Deməli, bizim şanlı azərbaycanlı həkimlərdən fərqli olaraq, gürcü həkimlərdə humanizm yüksək səviyyədədir. Pul-hörmət ummadan, gözü xəstənin əlində qalmadan onu dəqiqələr boyunca, səbirlə dinləyir, müayinə edir, canıyananlıq göstərir. üstəlik, böyük əksəriyyəti azərbaycan dilində də danışa bilir, ləhcə ilə olsa da. Ordakı özəl xəstəxanalarda istər müalicə, istər əməliyyat Bakıdakı ilə müqayisədə az qala ikiqat ucuzdur. Bu isə əməliyyat üçün Tiflisə üz tutanların sayını xeyli artırıb.

32581.jpg

“Tumurcuq”un ümidinə qalan kənd camaatı siyasətçilər haqda “çulu cırıq” deyir

Kənd əhalisinin digər problemi də işsizlikdir. Burada imkanı, adamı olanlar daha çox SOCAR-ın yanacaqdoldurma məntəqələrində çalışırlar. üstəlik, bu, yüksək imtiyazlı iş sayılır - gürcü dilini mükəmməl bilənlər özünə ofisdə yer edir, daha aşağı səviyyədə bilənlərsə kənd təbiri ilə desək, “şlanqtutan”dır. Rayon mərkəzində sənətinə uyğun hansısa işdə işləyə bilmək üçün gürcü dilini bilmək əsas şərt sayılır. Gürcülər üçün rus dili bilgisi heç bir önəm daşımır. İngilis dili yüksək səviyyəli işlərdə vacib kriteriyadır ki, bu sahələrə də kənd camaatı istəsə də, yaxın düşə bilmir.

Söhbət zamanı kənd camaatının Azərbaycan mətbuatına xeyli ac olduğunu müşahidə etdim. Məktəb müəllimləri, ziyalı təbəqə dedi ki, kəndə Azərbaycan mətbuatı gəlmir. Ancaq paytaxtdan gələnlər gətirdikləri sovqatı hansısa qəzetə büküblərsə, kənddəkilər o qəzeti əl-əl ötürərək oxuya bilirlər. Vaxtilə “Pioner”, “Komsomol” tipli qəzetlər oxuyan kənd əhalisi indi ancaq “Tumurcuq” adlı uşaq qəzetinin ümidinə qalıb.

Televiziyalara gəlincə, faxralılıların göz bəbəyi İctimai Televiziyadır. Kəndin ağsaqqalları “İsmayılın (ömərov-İTV sədri) qadasını alem” deyib, telekanaldakı bütün verilişləri sadalayır. Deyirlər, xüsusən sazın təbliğatında, Gürcüstanla bağlı verilişlərin çox yayımlanmasında bu telekanalın əvəzi yoxdur. Bundan başqa, kənd əhalisi üçün İTV-nin bölgə müxbiri Təhməz Təhməzov da sevimlidir. Deyirlər, bu jurnalist də çantasını çiyninə aşırır, köhnə Jiquli maşınına minib, tez-tez kəndə gəlir, xəbərlər hazırlayır, reportajlar verir. “Amma Bakıdakı jurnalistlərin bizdən xəbəri yoxdur. Elə hey siyasətçilərdən yazırlar”. Bunu da bizə giley-güzarla kənd camaatı dedi.

Siyasətdən söz düşəndə isə müsahiblərim çox da bu barədə danışmaq istəmədilər. Onların məntiqinə görə, siyasətlə məşğul olanların “çuluğu cırıq olur”. Bundan başqa, palaza bürünüb ellə sürünmək lazımdır və insan xeyri hansı tərəfdədirsə, ora tərəf əyilməlidir. Lap sərt desək, hökumətlə hökumətlik eləmək olmaz. Bu, söhbətləşdiyim kənd camaatının düşüncəsi idi. Amma kəndlilərin arasında Heydər Əliyevə böyük rəğbəti olanlar üstünlük təşkil edirdi. Hətta sözarası məlum oldu ki, mərhum dövlət başçısı dünyasını dəyişəndə buna görə xəstələnib, yatağa düşənlər də olub.

Tiflisin cəmi 50 kilometrliyində olan bu kənddə məlumatsızlıq yüksək həddədir. Azərbaycanlılar paytaxtda barələrində çıxarılan qərarlardan məlumatsızdılar. Bəzən adi bir məsələ ilə bağlı verdiyim suala hərənin bir cür, qarışıq cavablar verməsi də bu səbəbdən idi doğrusu.

Yeni sinfin açılması üçün 6 şagird lazımdır

Faxralıdakı məktəblərdə vəziyyət içlər acısıdır. Neyçün ki, şagirdlərin sayının azlığı sinif açmağa mane olur. Bir sinfin açılması üçün 6 nəfər şagirdin olması şərtdir. İl boyu şagirdlərdən kimsə sinifdən çıxanda, ya da kənddən köçəndə şagirdlərin sayı azaldığı üçün sinif də bağlanır. Amma kənddə də repetitorluq aşağı siniflərdən başlanıb. 6-cı sinifdən etibarən uşağını hazırlığa qoyanlar, onun təməl savad almasına meyl edən valideynlər var. Və çox aşağı məbləğ qarşılığında, ayda 20-30 manata uşaq hazırlaşdıran repetitorlar var.

Sonda... Faxralını, sazlı-sözlü faxralılıları, onların problemlərini, sevinclərini... bir səhifəyə sığışdırmaq mümkün deyil, fərqindəyəm. Kənddə bir gün boyunca eşitdiklərim bunlar idi sadəcə. Amma “mətbuata ac olan” soydaşlarımız bunların işıqlandırılmasından da razı qalacaq. Təbii sadalanan problemlər həll olunsa, daha çox sevinəcəklər.

Sevinc TELMANQIZI

Borchalinin realliqlari bunlardir...Borchalinin yerli Deputati Azer Süleymanov Borchalinin problemlerini hell edilmesini teleb etmek ücün niye gürcü deputatlara vazilen qabi atmir? Agzini acanda Pantürkizmden den vuran Borchali esilli Zemilxanlar niye Borchalinin problemlerinden danishmir..Qondarma ermeni soyqrimi ve Qarabag konflikti elede Iran haqda Borchalili gencler ve öznü ziyali hesab edenler agiz dolusu danishir..Bele qocaqsinizsa niye gedib öz ishinizi hell elemirsiz..Biri Turan yaradir, biri iran, biri böyük Azerbaycan o biride Türk-Islam Birliyi...Bakida yigishib bosh idealogiyalardan ceh-ceh vurmaq evezine gedib dede -baba torpaqlarinin gürcüleshdirilmesinin qarshisin niye almirlar?

Link to comment
Share on other sites

Borchalinin realliqlari bunlardir...Borchalinin yerli Deputati Azer Süleymanov Borchalinin problemlerini hell edilmesini teleb etmek ücün niye gürcü deputatlara vazilen qabi atmir? Agzini acanda Pantürkizmden den vuran Borchali esilli Zemilxanlar niye Borchalinin problemlerinden danishmir..Qondarma ermeni soyqrimi ve Qarabag konflikti elede Iran haqda Borchalili gencler ve öznü ziyali hesab edenler agiz dolusu danishir..Bele qocaqsinizsa niye gedib öz ishinizi hell elemirsiz..Biri Turan yaradir, biri iran, biri böyük Azerbaycan o biride Türk-Islam Birliyi...Bakida yigishib bosh idealogiyalardan ceh-ceh vurmaq evezine gedib dede -baba torpaqlarinin gürcüleshdirilmesinin qarshisin niye almirlar?

Topçubaşov, deputatı neynirsən, başqalarına niyə əl uzadırsan? sən bir ordakı insanların halına bax da.... axı onlar özləri elə yaşamaq istəyirlər, daha doğrusu başqa bir şeyi fikirləşmirlər... gürcülər ermənilərə daha çox hörmət edir, nəinki azərbaycanlılara... bəs günah kimdədi? yəqin bilməmiş olmazsan, sənin bir kəsə hörmətin həmin şəxsin özünə olan hörmətindən irəli gəlir... indiki kimi yaşamağa üstünlük verirlər, elmdən, savaddan uzaq olublar və olacaqlar da.... istəmirlər insan kimi yaşasınlar, özləri zəhmət çəkib, ehtiyac olsa qan töküb ağ günə çıxsınlar... ələbaxan öyrəşiblər, kimdənsə nəsə umurlar... və təkcə oradakılara aid deyil...

Link to comment
Share on other sites

Topçubaşov, deputatı neynirsən, başqalarına niyə əl uzadırsan? sən bir ordakı insanların halına bax da.... axı onlar özləri elə yaşamaq istəyirlər, daha doğrusu başqa bir şeyi fikirləşmirlər... gürcülər ermənilərə daha çox hörmət edir, nəinki azərbaycanlılara... bəs günah kimdədi? yəqin bilməmiş olmazsan, sənin bir kəsə hörmətin həmin şəxsin özünə olan hörmətindən irəli gəlir... indiki kimi yaşamağa üstünlük verirlər, elmdən, savaddan uzaq olublar və olacaqlar da.... istəmirlər insan kimi yaşasınlar, özləri zəhmət çəkib, ehtiyac olsa qan töküb ağ günə çıxsınlar... ələbaxan öyrəşiblər, kimdənsə nəsə umurlar... və təkcə oradakılara aid deyil...

Heç bir insan özünə pis gün arzulamaz. Hər ata öz övladına ali təhsil və ümüdlü gələcək arzulayır və bunu üçün əlindən gələni edir. Belə post yazandan əvvəl heç olmasa vəziyyətin nə yerdə olmasını bilin sonra yazın. Borçalının problemləri çoxdur və bu problemlərin hamısının səbəbi borçalıların özüdü demək düzgün deyil.

Borçalının problemlərin əksəriyyəti Gürcüstan cəmiyyətinə inteqrasiya olmamasıdır, borçalıların ancaq şəhər və rayonlarda yaşayanlar gürcü dilini bilir. Bunun da səbəbi tariximizdən irəli gəlir. Torpaqlarımızı paylaya paylaya yaşayırıq. Borçalı mahalı gürcülərə veriləndə bu ərazidə demək olar heç bir gürcü yox idi. Elə hal-hazırda da Borçalıda gürcü kəndlərinin sayı çox azdır. Borçalının ancaq şəhər və rayonlarında yaşayanlar gürcülərlə ünsiyyətdə olur, kəndlərdə isə gürcü dili işlədilmir, çünki gürcü yoxdur. Belə bir halda onlar necə gürcü dilində sərbəst danışa bilrər. Eyniylə, sovet dövründə Azərbaycanın bəzi bölgələrində rus dilini bilmirdilər.

Tiflis, Marneuli, Dmanisi xüsusən Qardabanda borçalılar gürcü dilini sərbəst bilir, ali təhsillidir və yaxşı iş yerində işləyirlər. Sadəcə, onlar təkdir, onlara Ermənistandan gürcüstan ermənilərinə gələn dəstək kimi dəstək verən yoxdur.

Link to comment
Share on other sites

Topçubaşov, deputatı neynirsən, başqalarına niyə əl uzadırsan?

Maraqli fikir söyleyirsiz..O deputat Borchalidan ve borchali camaatinin secdiyi Gürcüstan parlamentinin deputatirdir ve vezifesi ise Borchaliya xidmet elemekdir..Onuda tenqid eleme kimi tenqid ele..Xalq onlaris ecirki problemlerini hell elesinler..Qaldiki digerlerine: Azerbaycanda yashaya-yashaya Borchaliya yad ideologiya (Panturkizm, farsperestlik, shielik, islamizm, azerbaycanciliq, eliyevcilik ve.s) iteleyen eslen Borchalidan olan Zelimxanlar Borchalinin boshaldilmasinda gürcünün deyirmenine su tökmekle meshgul olur..Bizim genclere Borchalinin inkishafi ve onun türk geleceyinin garanti istiqametine xidmet dersi vermek lazim Türkiye ve Azerbaycan bayraqlari ellerinde qondarma soyqirim ve Qarabag ücün cigirmaq dersi yox..Onun ücün kifayet qeder türkiyeli ve azerbaycanli var, hansininki coxu Borchalini hec düzemelli tanimirda..

Link to comment
Share on other sites

Borçalının problemlərin əksəriyyəti Gürcüstan cəmiyyətinə inteqrasiya olmamasıdır, borçalıların ancaq şəhər və rayonlarda yaşayanlar gürcü dilini bilir. Bunun da səbəbi tariximizdən irəli gəlir. Torpaqlarımızı paylaya paylaya yaşayırıq. Borçalı mahalı gürcülərə veriləndə bu ərazidə demək olar heç bir gürcü yox idi. Elə hal-hazırda da Borçalıda gürcü kəndlərinin sayı çox azdır. Borçalının ancaq şəhər və rayonlarında yaşayanlar gürcülərlə ünsiyyətdə olur, kəndlərdə isə gürcü dili işlədilmir, çünki gürcü yoxdur. Belə bir halda onlar necə gürcü dilində sərbəst danışa bilrər. Eyniylə, sovet dövründə Azərbaycanın bəzi bölgələrində rus dilini bilmirdilər.

Cox düzgün fikir yazmisiniz..Inteqrasiya yalniz bir istiqametde bash tuta biler...Azliq coxluga inteqrasiya edir! Borchalida ise borchalilar coxluq gürcüler ise azliqdir..Dumanisde 90% azerbaycanca danishrsa camaat gürcü dilin nece öyrensin..Aktiv dil öyrenmeye ne imkan yaranir (cünki hami azca danishir) nede istek var (cünki hami azca danishir)..

Amma gürcü hakimiyyeti gürcünün yashamadigi bölgede süni gürcü idareetmeciliyi yaradir..Bütün yüksek vezifelere gürcüler teyin edilir ve simvolik olaraq 1 ya 2 borchalili idarecilik ishine teyin ediler...hec vaxt gürcü gömeyen bir kendli mecburdur polise gürcüce müraciet etmeye..

Bele bir halda integrasiya bash tutmayacaq...

1. Borchali ya Azerbaycaninda tesiri ile milli muxtrayyet alib Gürcüstanin terkibinde qalmali ve yalniz bundan sonra Borchalilar normal vetendash olacaqlar..ömrü boyu gürcüce danishmaq ehtiyaci olmayan bir kendli pasport ala bilem ücün bashqa bir dil öyrenmek mecburiyyetinde qalir..

2. Yada Borchali camaati öz taleyini öz eline alib özünü gürcülerin dostu Azerbaycanin caynagindan qurtarib aciq shekilde Gürcüstandan öz haqlarini teleb etmelidir..Borchali Azerbaycan gücü dostlugunun qurbani olmamalidir ve regionun destabilizasiyasi Borchali camaatini narahat etmemelidirdir cünki hazirda Borchalida gizli müharibe gedir ve islananinda sudan qorxusu olmur...

Edited by Topcubashov
Link to comment
Share on other sites

Azerbaycan rüshvet alib Borchaliyi satir...Bakidaki bezi Borchalili ziyalilarin kömeyi ile Borchali camaatinin esasende genclerin fikiri bilerekden sehv istiqamete yöneldilir...

1. Borchali genclerine gürcüler dost ve qardash xalq kimi sirinir bu ise ag yalandan bashqa bir shey deyil..

2. Borchali gencleri sehv istiqametde bilerekden radikallashdirilir..(Panturkizm, Farsperestlik, shielik, azerbaycanciliq, eliyevcilik ve.s)

3. "Ermeni düshmen obrazi"ndan istifade edilerek Borchalida "mezarliq sabitliyinin" qorunmasi meqsed elan edilir..

4. Borchalida Gürcüstan hakimiyyetinden haqq teleb eden her kes ermeni olmaqla ittiham edilerek aradan qaldirilir...

5. Borchali ücün saxta düshmen obrazlari (kürd, fars, qarabag ermenileri ve.s) yaradilaraq Borchalinin esas düshmenleri (Svanlar, gürcüler, Axirkelek ermenileri) arxa plana kecirilir..

Borchaliyi tehdid eden ilk önce gürcüler ve svanlar sonra ise Zalqaya göz dikmish ve Loru Daglarini ishgal elemish ermenilerdir..Ermeni Borchali ücün bashqa sebebden düshmendir: Loru Daglarini ishgal elediyine, ve Zalqa Rayonuna göz dikdiyi ücün(cünki bunun Borchaliya birbasha tesiri var ve olub)...Qarabag meselesini azerbaycanlilar (9 mio) özleri hell eder, bir haldaki onlar Borchaliya destek olmur..

Edited by Topcubashov
Link to comment
Share on other sites

Azerbaycan rüshvet alib Borchaliyi satir...Bakidaki bezi Borchalili ziyalilarin kömeyi ile Borchali camaatinin esasende genclerin fikiri bilerekden sehv istiqamete yöneldilir...

1. Borchali genclerine gürcüler dost ve qardash xalq kimi sirinir bu ise ag yalandan bashqa bir shey deyil..

2. Borchali gencleri sehv istiqametde bilerekden radikallashdirilir..(Panturkizm, Farsperestlik, shielik, azerbaycanciliq, eliyevcilik ve.s)

3. "Ermeni düshmen obrazi"ndan istifade edilerek Borchalida "mezarliq sabitliyinin" qorunmasi meqsed elan edilir..

4. Borchalida Gürcüstan hakimiyyetinden haqq teleb eden her kes ermeni olmaqla ittiham edilerek aradan qaldirilir...

5. Borchali ücün saxta düshmen obrazlari (kürd, fars, qarabag ermenileri ve.s) yaradilaraq Borchalinin esas düshmenleri (Svanlar, gürcüler, Axirkelek ermenileri) arxa plana kecirilir..

Borchaliyi tehdid eden ilk önce gürcüler ve svanlar sonra ise Zalqaya göz dikmish ve Loru Daglarini ishgal elemish ermenilerdir..Ermeni Borchali ücün bashqa sebebden düshmendir: Loru Daglarini ishgal elediyine, ve Zalqa Rayonuna göz dikdiyi ücün(cünki bunun Borchaliya birbasha tesiri var ve olub)...Qarabag meselesini azerbaycanlilar (9 mio) özleri hell eder, bir haldaki onlar Borchaliya destek olmur..

Svanlar Qamsaxurdzia hakimiyyatı tərəfindən Borçalıya köçürülmüşdü ki, azərbaycanlıları oradan məcbur etsinlər köçməyə, hətta Qamsaxurdzia onları bu iş üçün silahlandırırdı. Hal-hazırda isə düşünürəm ki, borçalılar üçün Gürcüstanda real imkanlar yaranıb, qalan işi Borçalı ziyalıları və varlı insanları etməlidir, kəndlilər, kasıblar üçün təhsil və iş imkanları yaratmalı onlara real dayaq olmalı, Bu dəstək Azərbaycandan da gəlməlidir.

Link to comment
Share on other sites

ну хватит даа млин.. общество ангел и только депутаты и политики козлы... а кто воспитывает таких депутатов, чиновников? кто им воспитание дает? почему интеграция азербайджанцев грузии в грузинское общество отстает от интеграции армян? а потому что наши не любят учатся, нет желания.. помню с одним парнем познакомился. оттуда приехал. причина - не хочет служить в армии.. а армяне грузии идут служить, ибо считают что нужно обучится оружию, военному делу...

наше общество никогда и ничего не добьется, если будет думать только о своей ..опе... армян в Грузии уважают больше чем азербайджанцев.. а причина в том что армяне имеют грузин по полной программе, требуют свои права, не орут, не кричат, а законными путями, доказывая, аргументируя свои шаги, отправляют своих детей получать высшее образования... а наши не делают это! просто трусят! не хотят выступать, поднят свой голос, что ей, ты Миша, ты про нас не забывай, вот не будешь о нас заботиться, мы тебе такое покажем!!!!

и вы там не думайте что я желаю оскорблять кого то. азербайджанцы грузии, так и азербайджанцы всего мира мои соотечественники, и мне больно видеть как они живут, какие у них социальные проблемы и т.п.

Link to comment
Share on other sites

Здесь отрегулировали и занялись гразами!!!!!!!!!?????????

Уважаемый, Вы не думаете, что называть свой народ гразами, еразами и тп. как минимум не красиво. Мы наверное единственный народ, который так неуважительно относимся друг к другу. Народ, не уважающий себя не будут уважать другие.

И не пойму Вашего сарказма к теме, Вы не могли подумать, что может тему обсуждают те самые как Вы назвали "гразы"?

Link to comment
Share on other sites

ну хватит даа млин.. общество ангел и только депутаты и политики козлы... а кто воспитывает таких депутатов, чиновников? кто им воспитание дает? почему интеграция азербайджанцев грузии в грузинское общество отстает от интеграции армян? а потому что наши не любят учатся, нет желания.. помню с одним парнем познакомился. оттуда приехал. причина - не хочет служить в армии.. а армяне грузии идут служить, ибо считают что нужно обучится оружию, военному делу...

наше общество никогда и ничего не добьется, если будет думать только о своей ..опе... армян в Грузии уважают больше чем азербайджанцев.. а причина в том что армяне имеют грузин по полной программе, требуют свои права, не орут, не кричат, а законными путями, доказывая, аргументируя свои шаги, отправляют своих детей получать высшее образования... а наши не делают это! просто трусят! не хотят выступать, поднят свой голос, что ей, ты Миша, ты про нас не забывай, вот не будешь о нас заботиться, мы тебе такое покажем!!!!

и вы там не думайте что я желаю оскорблять кого то. азербайджанцы грузии, так и азербайджанцы всего мира мои соотечественники, и мне больно видеть как они живут, какие у них социальные проблемы и т.п.

Судить о целом регионе исходя из знакомства только с одним парнем не было бы правильно. Я сам из Грузии, мое детство прошло там и я видел все своими глазами, а не со слов одного человека. И то, что борчалинцы не хотят служить тоже вымысел, в Грузии служба в армии очень перспективна и уважаема, поэтому все хотят туда попасть и все мои родственники и знакомые с грузинским гражданством служили и служат. Служба не такая обременительная и трудная как в Азербайджане, военкоматы стараются распределять призывников в части, близкие к их домам и часто отпускают домой на выходные.

Вы говорите об армянах, о том что их уважают больше чем азербайджанцев. Я вам скажу причину: это потому, что армяне уважают в первую очередь сами себя, поддерживают. Попробуйте, троньте армянина в Грузии, армяне всего мира такой кипишь устроят что грузинам мало не покажется. Армянскому лобби нет разницы откуда родом армянин, они даже не задают друг другу такой вопрос как часто его задают у нас. Им достаточно спросить "Хаес?" и все.

Link to comment
Share on other sites

Вы говорите об армянах, о том что их уважают больше чем азербайджанцев. Я вам скажу причину: это потому, что армяне уважают в первую очередь сами себя, поддерживают. Попробуйте, троньте армянина в Грузии, армяне всего мира такой кипишь устроят что грузинам мало не покажется. Армянскому лобби нет разницы откуда родом армянин, они даже не задают друг другу такой вопрос как часто его задают у нас. Им достаточно спросить "Хаес?" и все.

то есть соглашайтесь, проблема в нас самих...

Link to comment
Share on other sites

Да, проблема в нас в первую очередь, я всегда это говорю. Я даже понимаю сам, что я сам реально ничего дельного ни для Азербайджана ни для Борчалы все еще не сделал, хотя с детства были такие амбиции, но со временем рутина и свои проблемы заставляют забывать об этом. Просто есть люди, которых мы избераем, которым даем право распоряжаться нашими судьбами, все ведь не могут быть политиками. Вот эти люди должны в полной мере делать то для чего они избраны. К сожаленью, таких очень мало.

Расскажу интересную вешь, которую я видел в Грузии в августе 2008 года. Когда началась война, в то время когда жители азербайджанских сел добровольно пришли в военкоматы с просьбой отправиь их на войну, армяне собирали подписи к письму с просьбой Медведву освободить их от "грузинского гнета" и признать независимость Джавахетии.

Link to comment
Share on other sites

  • 11 months later...

Azerbaycanlilarin Ermenilere nifret fonunda Borchali camaatinin problemini gizletmekle özlerini Borchalilardan günü günden uzaqlashdirirlar...Gürcüstanda regionlarda yerli dillerin resmi status almasindan tek ermeniler yox hemde Borchali camaati behrelene biler...Niye Azerbaycan Borchalida yerli camaatinin dilinin möhkemlenmesini istemir? Niye Bu konteksde Borchalinin adi cekilmir ancaq anti-ermeni propogandasi aparilir...? Men ged-gede tam emin oluram ki Borchali camaati Qipcak türküdür (Qaracaylar, Malkarlar, Kumuklar kimi) azerbaycanlilar ise iranidirler ve Borchalidan öz ciblerini doldurmaq ücün istifade edirler, neft kermeleri kecsin, amma Borchali camaatinin veziyyeti bunlari maraqlandirmir...

ANS in Anti-ermeni Propogandasi ve Borchalinin birden-bire yoxa cixmasi...

Gürcüstan ermənilərinin absurd iddiası (VİDEO)

http://www.youtube.com/watch?feature=player_embedded&v=jx9I4HCFCLg

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
      • 39 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Haha
      • 17 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Milli
      • 13 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 5 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 48 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 116 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...