Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Gedirəm, gözlərimi bağla mənimçün bu gecə
Yoxdu bir ağlayanım, ağla mənimçün bu gecə.

Soyuğam, öpmə üzümdən dodağın xəstələnər,
Gəl dəyiş yorğanı torpaqla mənimçün bu gecə.

Əcəl almış məni ağuşuna, yox fərqi daha,
Qoca dünyanın oyuncaqla mənimçün bu gecə.

Qəmi təklikdə yedin hər gecə məndən gizlin,
Doymusansa, azacıq saxla mənimçün bu gecə.

Ağlayıb yolma saçın, yox, eləcə yas saxla
Səs-səmirsiz dəli olmaqla mənimçün bu gecə.

Fəhminin ömrü bitir, bir də uzat əllərini
Son dəfə gözlərimi bağla mənimçün bu gecə.

  • Like 1
Link to comment
Share on other sites

Sen gedeni o örtduyun qapi sesi qulaqimda.
Kecse iller o ses qalar xatireler varaqimda.
Mene seni xatirladir gelen her bir qonaqimda.
Sen ebedi getmemisen umid yeri qalib mende.

Duwunurdum sensen gelen her qapimiz döyulende.

Bu dunyanin wad gunu az qemli gunu coxdu dedi.
Onsuz zulumden ezabdan ureyimiz toxdu dedi.
Yene döyuldu qapimiz senden xeber yoxdu dedi.
Bir idise min derd oldu min qem oldu bu bedende.

Duwunurdum sensen gelen her qapimiz döyulende.

Bu dunyanin sen deme hec yox imiw ki ehtibari.
Qem qusseymiw hesret imiw bu heyatin dövlet vari.
Men xebersiz qapimizi döyur yaqiw damcilari.
Sen yaqiw tek yaxin deyil dolanirsan yene gende.

Duwunurdum sensen gelen her qapimiz döyulende.

Bu dunyada tek bir arzum tek isteyim dileyim sen.
Bir gun sen döy qapimizi acim görum meleyim sen.
Men seni cox sevdiyimden sanirdim ki ureyimsen.
Ehtibarsiz cixarsanmiw ay sevdiyim deme sende.

Duwunurdum sensen gelen her qapimiz döyulende.

Sen kedersen keder menle menle olan birge sensen.
Men ele zenn eyliyirdim görduyum her kölge sensen.
Her qapimiz döyulende boylanirdim belke sensen.
Iller kecdi sen gelmedin saclarima duwdu den de.

Duwunurdum sensen gelen her qapimiz döyulende.

. Vusal. Zaman

Link to comment
Share on other sites

Yadinda qalibmi son goruşumuz
O gunu duşunmek yaman aqirdi
Hemin gun gözelim göruşende biz
Bilmirem nedendi yaqiş yaqirdi

Qara keder imiş gelecek bize
Bizse duşunmeden deyib gulerdik
Belke goyler bizim qismetimize
Baxib aqlayirdi hardan bilerdik

Yaşayir eşq ile gunun her anin
Bizim seven qelbler eşq hevesinde
Sen deme o göyden duşen damlanin
Min keder var imiş her denesinde

Eceb yaqiş idi o yaqan yaqiş
Biz xelvet astadan söhbet edirdik
Gözlerde eşq dolu sevdali baxiş
Birde saf eşq ucun niyyet edirdik

Bir sükut cökurdu susurduq herden
Ürek öz yarini arzulayirdi
Hundur bacalardan süzulub duşen
Tekce o damcilar picildayirdi

Bize pay getirib qemin damlalar
Ayriliq zulmunu asan sanirdi
Torpaqa düşerek hemin damlalar
Belkede min yere parcalanirdi

Dedin daha gecdi gedirem Vüsal
Anam nigarandi lazimdi gedim
Mense hey deyirdim bir az daha qal
Sense üz cevirib helelik dedin

Sen getdin itdikcen gözumden gulum
Baxaraq arxanca izledim seni
Dedim göruşerik yeqin sevgilim
Her gun hesret ile gözledim seni

Yene yaqiş yaqir yene damlalar
Derd zülüm getirib yoxsa merhemet
Yene göy üzünde qara bulud var
Amma ne sen varsan ne o mehebbet

Vüsal Zaman

Link to comment
Share on other sites

Gəl söyləyək can, sən mənimçün, mən səninçün.

Kəşf edək hər dərdə dərman, sən mənimçün, mən səninçün.



Gəl keçək cism ilə candan, baş verək eşqin yolunda,

Eyləyək dünyanı qurban sən mənimçün, mən səninçün.



Köz çəkib eşqin odundan qovrulaq vəsl atəşində,

Gah yanım mən, gah da sən yan, sən mənimçün, mən səninçün.



Mən vəfalərlə verim can, sən cəfalərlə silahlan,

Gəl açaq eşq içrə meydan sən mənimçün, mən səninçün.



Ağlayım şəbnəm kimi mən, sən gülümsə qönçə gül tək,

Gəl olaq gülzara mehman, sən mənimçün, mən səninçün.



Arifəm, hər lal baxışda eyləyək zahir məhəbbət,

Kəşf edək sevdanı hər an, sən mənimçün, mən səninçün.

 

 

Hacı Arif Buzovnalı 

Link to comment
Share on other sites

Ey ürək Imtahan etdi səni eşq ilə dövran, ey ürək,

Varlığın atəşə yandıqca dedim, yan, ey ürək.



Səni Allah mənə vermişdi ömür sürmək üçün,

Öz əlimlə elədim ömrümü viran, ey ürək.



Sən vücudumda şah idin, yada əyməzdin baş,

Mən vəfasızlara etdim səni qurban, ey ürək.



Daşürək dilbərə verdim səni, sən də daşa dön,

Bu cahan adlı yeri et mənə zindan, ey ürək.



Haqlısan, vurma, döyünmə, al əlimdən ömrü,

Məni torpaqlar içində elə pünhan, ey ürək.



Sevdiyindən diləyin bircə vəfa idi, vəfa

Bivəfa etdi səni möhnətə ünvan, ey ürək.



Zahiri huri olan iblis imiş batində,

Bu cəhənnəmdə tapılmaz sənə dərman, ey ürək.



Tərk edib cismini birdəfəlik Arif getdi,

Sahibindən daha sən qalma nigaran, ey ürək.

 

 

 

 

Hacı Arif Buzovnalı 

Link to comment
Share on other sites

Dolub dərdü qəminlə bağrımın başı daşır sənsiz.

Hesabın sorma saysızdır, qəmim başdan aşır sənsiz.



Səadətdən, məhəbbətdən həmişə dəm vuran könlüm

Xəyalınla gecə-gündüz kədər, qəm paylaşır sənsiz.



Səninlə hər qəmi dəf etməyi adət edən qəlbim

Fərağından gələn min bir əzaba qatlaşır sənsiz.



Bütün dünyaya mən düşmən kəsildim, kimsəsiz qaldım

Bu üzdən ruzigarım get-gedə ağırlaşır sənsiz.



Görüm viran ola bir vaxt dolaşdığmız çəmənzarı

Həyasızmış yaman gül açmağa hazırlaşır sənsiz.



Məni tərk etdiyin gündən nə hala düşmüşəm gəl gör

Gözüm görmür, dilim söz tutmayır, əqlim çaşır sənsiz.



Gülərüz gördüyün Arifdən indi bir əsər yoxdur,

Nigaran gözlərində sənli anlar ağlaşır sənsiz

 

.

 

Haci Arif Buzovnali

Link to comment
Share on other sites

Ayrılıq anları yetişir, gülüm, Gəl o bir cüt qara gözündən öpüm.

Qəhər boğur məni, söz tutmur dilim, Yanağından öpüm, üzündən öpüm.



Son dəfə dolansın boynuna qolum,

Bahar buludu tək boşalım, dolum,

Susma, bir söz söylə, qurbanın olum,

Dodağını öpən sözündən öpüm.



Nə əlim yetişir göyə, nə ünüm,

Həsrət buludunda tutuldu günüm,

Sən get, mən ardınca kölgəyə dönüm,

Düşüb addım-addım izindən öpüm.



Arifəm, heç nəylə olunmaz əvəz,

Şirin gülüşündən apardığım həzz,

Gül dodaqlarının yerini verməz,

Qönçə dodaqların yüzündən öpüm.

   

Haci Arif  Buzovnali.

Link to comment
Share on other sites

Ey mənim gözlərimin gedən nuru, işığı, İndi niyə gəlmisən?

Ey xatirələrimin bəzəyi,yaraşığı, Indi niyə gəlmisən?



Gözlərim yollarına dikiləndə hardaydın?

Həsrətindən göz yaşım töküləndə hardaydın?

Gecələr yuxum ərşə çəkiləndə hardaydın?

İndi niyə gəlmisən?

Sənsiz bu sevən ürək nələr çəkir,bilmədin…

Sevincimi bölərdin, kədərimi bölmədin…

Öldürdün sevgimizi, dəfninə də gəlmədin…

İndi niyə gəlmisən?



Səni qara günümə bu ağ saçmı gətirdi?

Vaxtdakı qovhaqovmu, qaçaqaçmı gətirdi?

Həqiqi məhəbbətə ehtiyacmı gətirdi?

İndi niyə gəlmisən?



Sənlə getdi sevincim, söhbətim, sözüm mənim,

Səndən ayrı düşəli gülmədi üzüm mənim,

Dar günümdə gələydin, ay canım, gözüm mənim,

İndi niyə gəlmisən?
 

 

 

Haci Arif Buzovnali.

Link to comment
Share on other sites

Apardi ( Haci Arif Buzovnali )

 

Felek yele verdi insan karvanin,
Heresin bir yana cekib apardi, 
Bir omur rengbereng bezedi onu,
Sonda ag eskiye bukub apard?

 

Her insan yasadi olum anini, 
Qefleten ezrayil kesdi yanini,
Kiminin yuxuda aldi canini,
Kiminin qanini tokub apardi.

 

Dunya tanriliga cehd eyleyenin,
Halal deye-deye haram yeyenin,
Sinesine doyub men-men deyenin
Cemdeyin torpaga ekib apardi.

 

Allah hikmetine kor baxanlarin,
Xalqin servetine xor baxanlarin,
Haqqa gozlerinde tor baxanlarin,
Felek torbasini tikib apardi.

 

Arif, sen de oldun basladi adet,
Bir az qurdalanib getdi camaet,
Birce cadir qald? yasdan elamet,
Onu da sahibi sokub apardi...

Edited by Pari***
Link to comment
Share on other sites

 

Apardi ( Haci Arif Buzovnali )

 

Her insan yasadi olum anini, 

Qefleten ezrayil kesdi yanini,

Kiminin yuxuda aldi canini

 

Bu ani mən yaşamişam.Çox aci bir duyğudur.Sevdiyin insani torpağa əkmək .

Link to comment
Share on other sites

Alnımdaki bu qırıslar

Sensizliyin imzasidi.

Mene gulur dost-tanıslar,

Bu sevginin qisasıdı?

Ayrılıgın adı yalan,

Bu derd hele harasıdı?

Hesretinin dadı yaman,

Sinem sevgi yarasıdı,

Bu sevginin qisasıdı?

Qelbim sınıbdır, incidir,

Yene sınıq qalasıdı.

Men sevirem, o incidir,

Belke seytan balasıdı?

Bu sevginin qisasıdı?

Ciyerlerim sevgi dolu,

İcimde esq havasıdı.

O secdi ayrılıq yolu,

Bu da onun vefasıdı.

Bu sevginin qisasıdı?
Link to comment
Share on other sites

Ağlaram,var gözümün yaşına,əlbəttə,səbəb,

Ağlasam qəlbimin əhvalına,gəl sanma əcəb.

Məni dindirməyir ol qaşı kaman cananım, 

Qaşqabaqla baxib eylər mənə peyvəstə qəzəb,

Candan heç kəs,nə qədər ömr edə,minnət çəkməz, 

Zövq versə gər onun qəlbinə bir şirin ləb.

Kuyi-canana bizik,talibi-cənnət zahid,

Taleyində edər öz qədricə hər kimsə tələb.

Yoxdur,ey şəm soruşma, ürəyimdən xəbərim,

Ondan ayrı mənə gündüz görünür zülməti-şəb.

Kuyində gəlsə də yüz şövq ilə dürri-əşkim,

Yaşının azlığına baxma,bilir rəsmi-ədəb.

Bu Füzuli gəh aşiq,gəhi arif deyildir,

Şöhrəti dəhri tutub,var ona her yerde leqeb

Link to comment
Share on other sites

Sənə güclüyəm deyəndə
aciz idim mən, 
çox aciz
Sənə yaxınam deyəndə
sonu gözlə görünməyən- 
yollar qədər uzaq idim.
 
Sənə qorxma dediyimdə
özüm tir-tir əsirdim mən.
Sənə ümüd bəxş edəndə
bilirsənmi,
əlimdə bir iti bıçaq
ümüdümü “kəsirdim” mən.
 
Sənə ağlama deyəndə
hönkürtüdən
içimdə tufan var idi
Göz yaşlarını siləndə
öz gözümdə qan var idi.
 
Sənə gözəlsən deyəndə
kor idim mən-
gözüm görmürdüki mənim
Sənə ürəyim deyəndə
qəlbim vurmurduki mənim.
 
Sənçün dağları “dələn” mən
özüm çoxdan dağılmışdım
dəryaları “ram” edərkən
haçandır ki, boğulmuşdum
 
Hər şey adi yalan idi
su kimi təmiz bir yalan
Acı həqiqətdən şirin,
doğma 
və əziz bir yalan...

 

Ilqar Kamil

Link to comment
Share on other sites

Gel, meni dost kimi dindir, danışdır. 

 Dost bilsin qıraqdan camaat bizi. 

 Men deyim: dostumdur, sen de: tanışdır, 

 Hamıdan gizledek sevdiyimizi. 

 Danışaq, gülüşek, gezek yan-yana 

 Onda adımıza söz de deyilmez. 

 Gizli görüşümüz çıxsa meydana, 

 Deyek ki, dost dostla görüşe bilmez? 

 Yalandan bir oğlan şekili getir, 

 Heç kim bilmesin ki, sevgiliyik biz. 

 İstesen arada qoluma da gir, 

 Burda pis ne var ki , dost deyilik biz? 

 Zeng ele danışaq dersden-filandan, 

 Anana denen ki, bir yoldaşımdı. 

 Qoy hamı "dost" bilsin bizi her zaman, 

 Denen ki , heç menim seven yaşımdı... 

 Bu yolla gizledek gel sevgimizi, 

 Camaat "dost" bilsin, anansa yoldaş... 

 "Dost"luğa bükerek hesretimizi, 

 Bir azcıq sevinek gel yavaş-yavaş. 

 "Dost"luqla böyüsün mehebbetimiz, 

 Qoy daha olmasın hesret, göz yaşı... 

 Gel, evvel heyatda yoldaş olaq biz, 

 Sonrasa olarıq heyat yoldaşı...

 

NUSRET​ KESEMENLI
  • Like 1
Link to comment
Share on other sites

Elə dayanırsan , elə baxırsan , 

Elə bil qarşında quru bir daşam . 

İpək saçlarını bir vaxt oxşayan 

Elə bil hardasa mən olmamışam .

 

Səni dostlarımla , tanışlarımla , 

Mən tanış edərdim nə vaxtsa bir-bir . 

İndi özgələri yad ehtiramla , 

Deyirlər tanış ol .... 

Nə qəribədir ?!

 

Yuxuda görərdin nə vaxtsa hər dəm , 

Yolumu gözlərdin yollardan uzaq . 

Mən sənin yuxundan çıxıb gəlmişəm , 

Bu da bir yuxudur , gəl tanış olaq .

 

Qoluna girərdim ... bu , yadındadır , 

gedərdik ... yolumuz , arzumuz şərik . 

Qolum qollarının lap yanındadır , 

toxunsa biz indi üzr istəyirik .

 

Hayanda oldumsa səhər , ya axşam , 

Aradın sən məni , gördün sən məni . 

İndi gözlərinin qabağındayam , 

Hayanda durum ki , 

Görəsən məni ?

 

Neriman Hesenzade
  • Like 1
Link to comment
Share on other sites

Çətindir mənimlə birgə yaşamaq ,

Bəzən gözlərimdə dəyişir aləm .

Mənimlə ömür - gün yoldaşı olmaq

Bir az da çətindir ,

Başa düşürəm .

Nə duman çəkilir , başımdan nə çən , 

Tufanlı boranlı dağam mən , nəyəm ?!

Nə bilim ,

Dünyada mən öz əlimdən

Bəlkə də birinci şikayətçiyəm .

Məndə bir " mən " də var .... Məndən bixəbər ,

Nə eşidər məni , nə sayar məni .

Yer var ki o məni hörmətsiz eylər ,

Yer də var şöhrətə çatdırar məni .

Bir qəmi bir ürək gəzdirə bilər , 

Yüz ürək qəmi var bu bir sinəmdə .

Mən yerdən göylərə baxsam da əgər ,

Göy ürəyimdədir....

Yer ürəyimdə .

Bir insan olsaydım nə idi dərdim , 

Yaşardım hər fəsil bir paltar geyib ,

Evimdə çay içib ,

Çörək də yeyib

Bir insan qəmini çəkə bilərdim .

Sinəmdə xalqların bədbəxt taleyi , 

Bəzən bir aldanmış qadın gileyi ,

Bəzən bir torpağın batan çeşməsi ,

Bəzən bir üzsüzün üzə düşməsi ,

Könlümün yayını çəkib qırırlar ,

Səndən diqqətimi yayındırırlar .

 

Elə ki , tutuldum , gözlə bir qədər , 

Bir az qayğıkeş ol sən ana kimi .

Yağış yağan kimi açılır göylər ,

Mən də yağmalıyam 

Yağana kimi .

 

Neriman Hesenzade
  • Like 1
Link to comment
Share on other sites

Ürəkdən gəlməyən sözün

Bir ucu ürəkdə qalır.

Bir çöp kimi, tikan kimi

Orda çürüməkdə qalır.

Az qalır səni çürüdə,

Ağrısını kim kiridər?!

O ağrı içdiyin suda,

Yediyin çörəkdə qalır.

Sən torpağa bürünəndə,

Yaxşı-pisin ələnəndə,

Min-min sözün ələnəndə,

Tək o söz ələkdə qalır…

Edited by monashka12
  • Like 1
Link to comment
Share on other sites

""ANALAR OLMEYEYDI KAS""...

.
Sen bir gunes idin,qurub eyledin....
Ana,qurubuna doze bilmirem....
Meni bu dunyada qerib eyledin...
Itirdim qiblemi...Doze bilmirem...
Ele perisanam,ele nigaran...
Seni isteyirem,men seni her an...
Bilirem sagalmaz menim bu yaram...
Niye bele etdi???Qeza...Bilmirem...
Ne yerler teselli,ne goyler hemdem...
Xeyalimda sensen,ruhumda sensen...
Odlu hesretine dozmediyimnen...
Odlanib donurem koze...Bilmirem...
ANA...Sen gedeni gor neler oldu...
Bu dunya qem olub konlume doldu...
Sevib oxsadigim guller de soldu...
Sensiz o gulleri uze bilmirem...
Ele dusunurem,gozlerimde yas...
Heyatin bu hokmu olmuyaydi kas...
Ne olar...Ne olar Analar olmeyeydi kas...
Bu derdi dunyadan poza bilmirem.

 

(şerin müəllifini bilmirəm, bilən varsa yazsın)

Edited by myesmiralda
Link to comment
Share on other sites

Sorma iyi misin diye !

Ne değişecek ?

İyiyim desem, sevinecek misin,

ya da kötüyüm desem, üzülecek misin?

Sorma nerdesin diye.

Cehennemin dibindeyim desem, gelecek misin?

Yoksa kaçmaya devam mı edeceksin.

Sorma kimlesin diye !

Yalnızım desem, elimi mi tutacaksın?

Sorma seviyor musun diye !

Bende seviyorum mu diyeceksin.

Herkesten duyduğun için farklı gelmediğini mi

söyleyeceksin.

Ne önemi var bana sorduklarının.

Gidişinle tüm soruları cevapsız bırakmadın mı zaten…
  • Like 1
Link to comment
Share on other sites

Geldin de necin, pembe buludlar kimi axdin...

Bilmem, niye getdin, niye dondun, niye baxdin...

Shimshek kimi caxdin da, necin konlumu yaxdin..

bilmem, niye getdin, niye dondun, niye baxdin

Huseyn Cavid

Link to comment
Share on other sites

Ürəyimdə küçə-küçə
özümü axtarıram.
Axşam-axşam, gecə-gecə
özümü axtarıram...
Hansı qapıdadı görən,
hansı dalanda ilişib?
Hansı tingədə yıxılıb,
hansı çuxura düşüb?
Üzərindən keçə-keçə
özümü axtarıram...
Qapı-qapı, küçə-küçə
özümü axtarıram...
...Bircə onu tuta bilsəm,
yaxşıca danlayacam.
Yaxasından yapışacam,
əlini qandallayacam.
Minbir hədə biçə-biçə
özümü axtarıram.
Qapı-qapı, küçə-küçə
özümü axtarıram...

 

Ilqar Kamil 

  • Like 1
Link to comment
Share on other sites

Unutma,

Bu gece yerine girende yum gözlerini,

Yorğanı da lap başına çek ki, zil qaranlığa batasan.

Ve orada 

Bir anlıq zülmetde yadina sal meni.

Onda orda göreceksen ki,

Az da olsa,

Gözlerimden işıq düşür üstüne...

Vaqif Semedoğlu 

Link to comment
Share on other sites

ŞAM

Yüz illərdi bir şam yanır,
Küləklər söndürə bilmir.
Yüzlərlə əllər uzanır,
İşığını dərə bilmir.

 

Qaranlıqsa solu-sağı,
Yanan şamın nə günahı?!
Əriyir, tökülür yağı,
Ölür, ölür, ölə bilmir.

 

Gilə-gilə, damla-damla
Günbəgün üzülən canla,
Ağlayır hər ağlayanla,
Hər gülənlə gülə bilmir.

 

Qızındırır yazıqları,
Qorxuzur yalquzaqları,
İşıqladır uzaqları,
Öz dibini görə bilmir…

 

R.Rovshen

Edited by Консуэло
Link to comment
Share on other sites

  • 2 weeks later...
"Hər kəlmən edir könlümü məyus, Nə olar Sus!

Yaddır səsin artıq mənə əfsus, Nə olar Sus!"

 

Düzdür, yenə qəlbimdə yerin var, hələ boşdur,

Yalvarmaram, ancaq bu sönən ömrümü coşdur,

Otdukce saatlar mənə əqrəb səsi xoşdur!

Səssizliyə məhkumdu bu məhbus, Nə olar Sus!

 

Hər kəlmən edir könlümü məyus, Nə olar Sus!

Yaddır səsin artıq mənə əfsus, Nə olar Sus!

 

Gözlər də olub kor səni görmür elə bil ki,

Getdin! gələcəm söylədin ey Sevgimin ilki,

Olduqca gecikdin, zaman əvvəlki deyil ki,

Artıq bu ürək özgəyə məxsus, Nə olar Sus!

 

Hər kəlmən edir könlümü məyus, Nə olar Sus!

Yaddır səsin artıq mənə əfsus, Nə olar Sus!

 

Sevgin qarışıbdır tamaha, get nə olar, get!

Qaldıqca batırsan günaha, get nə olar, get!

Onsuz nə desən,gecdi daha,get ne olar get!

Son dəfə baxım gözlerinə Sus, nə olar, Sus!

 

Hər kəlmən edir könlümü məyus, Nə olar Sus!

Yaddır səsin artıq mənə əfsus, Nə olar Sus!

 

 Xezer Suleymanli
Link to comment
Share on other sites

Pərişan zülfümü dağıtdım üzə, 

sehr etdi hər teli sanki bir gözə, 

gördülər qarışmış gecəm gündüzə, 

Ölülər nəşədən qiyamə gəldi. 

H.Cavid

Link to comment
Share on other sites

Hüseyn Cavid "Uçurum"dan son parça

 

Uçurum : qaranlıq, çıxılmaz yolum,

Uçurum : uçurum hər sağım solum.

Uçurum : duyduğum həqiqət, xəyal.

Uçurum : uçurum yıldızlı amal.

Uçurum : çağlayanlar, kəhkaşanlar,

Uçurum : dənizlər, dağlar, ormanlar.

Uçurum : üfüqlər, əngin fəzalar

Uçurum : uçurum çılğın dəhalar,

Uçurum : sürəkli, coşğun alqışlar.

Uçurum : uçurum süzgün baxışlar.

Uçurum : bu çirkin, bu alçaq həyat,

Uçurum : uçurum bütün kainat.

Link to comment
Share on other sites

Edalet sam kimi eriyir , Allah,
Zor haqqi divara diriyir, Allah,
Yalan ayaq acib yeriyir, Allah,
Bacara bilmirse dogru yalanla,
De, nece barisim men bu zamanla ?!

Urekler soyuyub olub buz kimi,
Namus ceynenilir bir saqqiz kimi,
On ilin pozgunu temiz qiz kimi,
Gelin kocuren var toyla, nisanla,
De, nece barisim men bu zamanla ?!

Qeyret coxlariycun olub qeyri et,
Bir milyon qacqini olan bu millet
Dozub sebr eyleyir, dehsetdir, dehset,
Yuya bilmirikse biz qani qanla,
De, nece barisim men bu zamanla ?!

Indi bir suar var : yasasin rusvet,
Basda vezifedi, ayaqda qeyret,
Bu yollla haraya gedir bu millet ?
Yolu kesmek olmur hetta Quranla,
De, nece barisim men bu zamanla ?!

Her bir kes oz xeyrin gudur heyatda,
Bu ishe Allah da mat qalib, hetta,
Iki dogma qardas bir damin altda,
Bir ocaq yandirir iki qazanla,
De, nece barisim men bu zamanla ?!

Haqqa yox, nefsedir, indi etiqad,
Bir kimse yoxsula etmeyir imdad,
Varli oz cekisin cekdirir ey dad,
Kasib oz cekisin ceken qapanla,
De, nece barisim men bu zamanla ?!

Kasib ne deyerse, "esi" deyirler,
Delidir, islemir basi, deyirler,
Indi dovletliye kisi deyirler,
Menlik olculurse dovletle , sanla,
De, nece barisim men bu zamanla ?!

  • Like 1
Link to comment
Share on other sites

Bu gecənin sirrini,
Yuyacaq bu dəniz də,
Bizdən bu qumlar üstə,
Qalmayacaq bir iz də.

Balıqlar danışacaq,
Bu sirri bir-birinə,
Balıqlar daşıyacaq,
Bu sirri lap dərinə,
Lap dənizin dibinə.

Balıq dilini bilən yox,
Bu sirrin səsi çıxa,
Bu dəniz quruyanda,
Sirrimiz üzə çıxa.

 

R. Rovshen

Link to comment
Share on other sites

Ey ALLAH, dünyaya sənsən padşah,

Biz kiçik bəndəyik, sən böyük ALLAH.

Tək sənə sığınır hər yüksək, alçaq,

Hər varlıq yoxluqdur, sən varsan ancaq.

Yuxarı, aşağı - hər gözə çarpan

Nə varsa, onları sənsən yaradan.

Sənsən hər biliyi bizə öyrədən,

Torpağın köksündə qələm işlədən.

Sənin varlığına tapınca bürhan,

Ağıl ilk inandı sənə, yaradan.

Sən ağlın gözünü işıqlandırdın,

Sən doğru yollarda çıraq yandırdın.

Göyləri sən qurdun, ucaltdın, allah,

Ona yer üzünü etdin güzərgah1.

Sənsən bu aləmdə bir damcı sudan

Günəşdən işıqlı gövhər yaradan2.

Gövhəri lütfünlə etdin aşikar,

Sərrafın əlinə sən verdin açar.

Daşların bağrına düzdün gövhəri,

Rənglərlə boyadın hər bir cövhəri.

Buludlar yağdırmaz, sən deməsən: "Yağ!"

Sən "bitir!" deməsən, bitirməz torpaq.

Özün də kimsədən kömək almadan

Yaratdın nə gözəl, səfalı cahan.

Istidən, soyuqdan, qurudan, yaşdan

Yoğurub yaratdın gözəl bir cahan.

Nə gözəl naxışlar vurdun xilqətə,

Ağıllar heyrandır bu məharətə.

Bu sirri mühəndis axtarır hər an,

Bilməyir ən əvvəl başladın hardan.

Uca sənətini seyr edirik biz,

Yeməkdir, yatmaqdır yalnız işimiz.

Hər nəyi bəzədin, var etdin yoxdan

Onlara ehtiyac duymadın bir an. 

Link to comment
Share on other sites

Bir yiyəsiz qəmin varsa,

ver çəkim,ovutma meni.

mənden əziz kimin varsa,

Sev...Amma unutma məni.

gecəyəm,çirağim sənsən,

çiçəyəm,budağim sənsən,

en əziz qonağim sənsən,

Qapimdan qayitma mənim...

Yuxuda könlünü alsam,

Əlimi boynuna salsam,

bir ölüm yuxusu olsa,

qoy yatim,oyatma meni...

Ramiz Rövshen

Link to comment
Share on other sites

Hamı bilmək istəyir

Kim nə deyəcək o öləndə

Kim necə ağlayacaq onun məzarı üstə.

 

Nədən diriykən yüz yol basdırırq özümüzü

Qoyuruq meyidimizi dost-tanışın,

Qohum-qardaşın çiyinləri üstə

Və küləkli, qasırğalı bir gündə

Doldururuq qəbirstanlığı

Özləri də, bir vaxt öləcək insanlarla

Saatlarla saxlayırıq onları

Yağışın altında, küləyin ağzında...

Link to comment
Share on other sites

Ay qız,qızdırma tutsun səni,:-)

Səni sevib alovlanıb ölürəm.

Nə tez unutdun məni?

Şam kimi əriyib sönürəm.

 

Baxışına heyran qalmışam

Yaman gəlbim darıxır

Sənin üzünə həsrət qalmışam

Səsini eşidib,ruhum karıxır.

(Ed.)

Link to comment
Share on other sites

  • 2 weeks later...

Dahi shair, sevimli shairim Bextiyar Vahabzadenin sevdiyim sherlerinden biri 

 

Sen hardan bilesen ne çekirem men.
Payızam...
Ey ömrün ilk baharlısı,
Sen hardan bilesen, neden bilesen
Yoxdur bu dünyada senden varlısı…


...Duman tek dağlara çekilen menem,
Budaqlar üstünde quş tek dinen sen.
Payızda yarpağı tökülen menem,
Ömrün yaz çağında çiçeklenen sen.

İllerim xerclenmiş, ömür gödelmiş,
Senin yol gedesi çox illerin var.
Menim üreyimde baş-başa gelmiş
Kövrek duyğulardan ne xeberin var.

Deyirsen, ocağın közü menem, men,
Sense tüstülenen xatirelersen.
Ancaq xatiremi?
Sehvin var senin,
Dağdan xebersizdi arandakılar.
Bir de... unutma ki, tüstülenenin
Tezeden tutuşub alışması var.

Sen hardan bilesen, sevda anları
Qenimet payıdır tükenen ömrün.
Sısqa bir bulağın son damcıları
Daha şirin olur teşneler üçün.

Sen hardan bilesen, axşam şölesi
Niye aynaları alovlandırır.

...Sen hardan bilesen bülbülün sesi
Niye son baharda ürek yandırır.

Artır zaman-zaman vaxtın qiymeti,
Arzu min hevesde, ürek telaşda.
Sen hardan bilesen, gözün lezzeti
Qelbin ağrısına dönür bu yaşda.

Sevgi yaş tanımır... Qelbini yandır!
Yanaraq yaşasan, yaş düşmez yada.
Seven doxsanında hele cavandır,
Sevmeyen qocadır otuzunda da.


Ürek alışırsa, günahkarmı yaş?
Seveni qınama, sevecek seven!
Yaş ile üreyi deyil, a qardaş,
Boş ile dolunu çekiye qoy sen!

Bir ömrü illerle ölçmek düz deyil,
Ömürle illeri ölçesen gerek.
Hissinle, qelbinle dinle ne deyir,
Bu duyan, bu yanan, alışan ürek...
Yaşarken heyatı sevirem...Ne qem
Ölerken ölümle sevişeceyem...

  • Like 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Upvote
      • 28 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Like
      • 11 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Like
      • 22 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Upvote
        • Like
      • 48 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 34 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Sad
        • Like
      • 444 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Haha
        • Like
      • 52 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...