Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

He, Perishka, menim de chox xoshuma geldi. Beyendiyine gore sevindim  :loveyouu:

Zovqler muxtelifdir, ola biler kiminse xoshu gelmeyib. Ya da menden xoshu gelmir kiminse :)

minuslara fikir vermə, Konsuelo... hər necə formada olsa da reaksiya verirlər )) əsas odur ki, laqeyd deyillər )))

bəyəndim şeiri

Link to comment
Share on other sites

minuslara fikir vermə, Konsuelo... hər necə formada olsa da reaksiya verirlər )) əsas odur ki, laqeyd deyillər )))

bəyəndim şeiri

Men bele sheylere hech fikir vermirem, NOIR. Dediyim kimi, zovqler muxtelifidir, biri beyener, biri beyenmez. Beyenmeyeni de buna gore qinamaq olmaz ki... )

Senin ise beyendiyine sevindim :)

Link to comment
Share on other sites

Ushaq vaxti jurnalda bir sher var idi. Cox xosum gelirdi ondan. Indi yadima dusdu. Axtarib tapdim ve gordum ki, Ramiz Rovshenin Gemi sheri imis.

-Hara gedirsen ay gemi?

-Uzaqlara ,uzaqlara

-Mektub yazsam ,verersenmi

Baliqlara,baliqlara?

-Yosunlari derersenmi,

Yosun koynek horersenmi

Ushaqlara,ushaqlara?...

-Hara gedirsen ,ay gemi?

-Yaxinlara,yaxinlara,

-mektub yazsam verersenmi

Qohumlara ,qohumlara?

-Yosunlari derersenmi,

Yosun koynek horersenmi

Xanimlara ,xanimlara?..

Edited by Museyib Elekber
  • Upvote 1
Link to comment
Share on other sites

Unutmağa çalışdığımı necə başa salım sənə?!

Bax kənddə - babamgildə

Həyatla ölüm arasında bircə mərtəbə fərq var -

Evin ikinci mərtəbəsi...

Erməni snayperindən yayınmaq üçün

Pilləkənləri qaça-qaça qalxırlar

Orda yaşamırlar - gülləylə yarışırlar

mən də şəhərdə belə keçirəm küçələrdən

Xatirələrdən yayınım deyə...
Link to comment
Share on other sites

Uzaqsan,

çox uzaqsan.

həm də yasaqsan axı,

məni sevmə, nə olar,

canım, yazıqsan axı...

dəli ehtirasımsan,

bütün məğlubiyyətlərə,

bütün məhrumiyyətlərə

mənim etirazımsan...

sən də susma,

qışqır, bağır,

qulaqlarım batınca de:

Gülüm, məni unut, gedim...

gözlərinə dolmuşam, bax,

yanağınca axıt məni,

ovuc-ovuc qurut, gedim...

Gülüm, məni unut , gedim...

Link to comment
Share on other sites

Bu dünya nerdivandı,-

Qalxanda mehribandı,

Enende ne yamandı...

Görüşdük pillelerde,

Yolun yarısında biz.

O qalxırdı bu demde,

Men enirdim xebersiz.

Onu arzularına

Qaldırırdı nerdivan,

Meni xatirelere

Endirirdi

Bu zaman.

Birimiz-günçıxana,

Birimiz günbatana...

Qalxa bilmezdim daha,

Ne o güc,ne o taqet.

O da ene bilmezdi,-

Haqlı,haqsız

Vermişdi,oz hökmünü tebiet,

Gerek ya düşmeyeydi

Bu görüş heç araya.

Ya o evvel geleydi,

Ya men sonra dünyaya...

Link to comment
Share on other sites

Qəzzaya günəş doğacaq,

Qış bitəcək yaz olacaq,

Qəzza o zalımlara məzar olacaq.

Dayan ey nazlı Əqsa,

Sil sən o göz yaşlarını,

Ey şəhidlər şəhəri qəzza, 

Əymə dik tut başını.

Ey qəhhar olan Rəbbim,

İsminin hörmətinə, 

Qəzzanı məzar eylə zalıma.
Link to comment
Share on other sites

Belə zamanədə yaşamaq olmaz

Dodaqdan dodağa yalan sürünür,

Qapıdan bucağa ilan sürünür,

Ölənlər ölübdü, qalan sürünür.

Belə zamanədə yaşamaq olmaz.

Dəyişib insanlar, dəyişib dövran,

Yurdumuz yuvamız qalıbdı viran.

Oğlanlar qız kimi, qızlar lütüryan

Belə zamanədə yaşamaq olmaz.

İnsanın canına, insan daraşır.

Insan insanlığa daha yadlaşır

Adət ənənəmiz ta uzaqlaşır,

Belə zamanədə yaşamaq olmaz.

Yaxını görməyən baxır uzağa,

Ağalar nökərdi, nökərlər ağa.

Yamanca çoxalıb tamahkar qağa,

Belə zamanədə yaşamaq olmaz.

Var dövlət yığanın qədəri yoxdur.

Qardaşın-qardaşdan xəbəri yoxdur.

Qerətsiz keftədir, kədəri yoxdur.

Belə zamanədə yaşamaq olmaz.

Özündən atılan özünə dəyir.

Əyrilər düzlərin qəddini əyir.

Desələr deyin ki, Firudin deyir.

Belə zamanədə yaşamaq olmaz.

Link to comment
Share on other sites

Belə zamanədə yaşamaq olmaz

Dodaqdan dodağa yalan sürünür,

Qapıdan bucağa ilan sürünür,

Ölənlər ölübdü, qalan sürünür.

Belə zamanədə yaşamaq olmaz.

Dəyişib insanlar, dəyişib dövran,

Yurdumuz yuvamız qalıbdı viran.

Oğlanlar qız kimi, qızlar lütüryan

Belə zamanədə yaşamaq olmaz.

İnsanın canına, insan daraşır.

Insan insanlığa daha yadlaşır

Adət ənənəmiz ta uzaqlaşır,

Belə zamanədə yaşamaq olmaz.

Yaxını görməyən baxır uzağa,

Ağalar nökərdi, nökərlər ağa.

Yamanca çoxalıb tamahkar qağa,

Belə zamanədə yaşamaq olmaz.

Var dövlət yığanın qədəri yoxdur.

Qardaşın-qardaşdan xəbəri yoxdur.

Qerətsiz keftədir, kədəri yoxdur.

Belə zamanədə yaşamaq olmaz.

Özündən atılan özünə dəyir.

Əyrilər düzlərin qəddini əyir.

Desələr deyin ki, Firudin deyir.

Belə zamanədə yaşamaq olmaz.

:aappll:

Link to comment
Share on other sites

Tanri bu dunyani neycun yaratdi?
Sonra dagitmaga neycun can atdi?
Eger gozeldise mehve ne layiq?
Cirkinse ne ucun gunaha batdi?

 

..................................................

 

 

Sadəlöhv canımdan mən cana gəldim,
Cəfakeş canımdan fəğanə gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba nə üçün Cahana gəldim?

 

 

Ömər Xəyyam.

Link to comment
Share on other sites

Yarıçılpaq,

Qədim insan

Düşməninə bir daş atdı,

Qana batdı.

Daş düşmədi

Amma yerə,

Uçub getdi

Üfüqlərdən-üfüqlərə

Deməyin ki,daş yox oldu,

Daş çevrilib bir ox oldu.

Oldu qılınc,

güllə

mərmi.

Dayanmadı fikir kimi.

Atom oldu.

Meridianı qırıq-qırıq,

Arzuları zərrə-zərrə,

Okeanı para-para

Edib keçdi...

Həmin o daş

İndi yenə dayanmayır,

uçur hara?

O,neytron,

elektron-

Dönüb

nələr,

nələr olur.

Alov olur,

ölüm olur,

zəhər olur.

Ey həməsrim,

Həqiqətin qan qardaşı,

Dayandırmaq olmazmı,de,

Yarıçılpaq,

yarıvəhşi,

Qədim insan atan daşı?!

Eli Kerim

Link to comment
Share on other sites

Allahın qüdrətiylə dünyayi-aləm qurulub,

Ona ilk sakin olan Adəm ilə Həvva olub.

Habillə Qabil arasında da ilk dava olub

Odur ki, mən də davakarlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Göstərib bizlərə yol gör neçə min peyğəmbər,

Dini təbliğ eləyib, həm də olublar rəhbər.

Onlara ola bilməz dünyada tay və bərabər

Bunu görməyənlərdə korluğa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Dünyaya könül verib görmədikmi fanidi o,

Ölümü düşünməyib bilmədikmi anidi o,

Şeytanla əlbir olub sanmadıq heç canidi o

Qeyri-insani havadarlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Əzabla, əziyyətlə yormuşuq birbirimizi biz,

Balaca zəif görüb vurmuşuq birbirimizi biz,

Pul üçün, kreslo üçün qırmışıq birbirimizi biz

İnsan adlı şəxsdə qəddarlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Molla var pul verəndə haramı halal eyləyəcək,

Kimin bəxti bağlıdı, onu da fəal eyləyəcək,

Hələ bir utanmadan mənə də sual eyləyəcək

Ki, niyə mən belə dindarlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Hansı şəxs ki yetimin puluyla bazarlıq edir,

Balası kef çəkərək hər cürə murdarlıq edir.

Xəbər alsan deyəcək:”Varlığa nə darlıq edir?”

Varlıqda olmayan bu darlığa nifrət edirəm,

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Kimin ürəyindəki əməliylə birdi, desin,

Hansı pullu pulsuza bir dəfə pul verdi, desin.

Hansı varlı balasın cəbhəyə göndərdi, desin

Vətənə sevgidə murdarlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Amandı, xəstələnmə, düşmə həkimin əlinə,

İnanma çox da onun şirin, mülayim dilinə.

Bir yerin ağrısa da beşin yükləyir belinə

Vara-dövlətə həvəskarlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Yolumuz az olsa da çoxdu bizim postlarımız,

Saxlayır addımbaşı qırmızıxətt dostlarımız.

Qaydanı pozma, çünki bahadı üzdən astarımız

Qanunu eşitməyən karlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Zəngindi musiqimiz,gün kimi aydındı bizə,

Oxuyur gündə biri, lap toxunur əsəbimizə.

Göydə ulduz qalmayıb, hamsı düşüb səhnəmizə

Sənətdən uzaq sənətkarlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Atalardan görmüşük, müəllimə hörmət olur,

Ancaq görməmişdik heç hörmət ilə qiymət olur.

Hörmətsiz qiymət üçün minnət olur, söhbət olur

Bazardan uzaqda bazarlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Demə ki sadəcə rüşvətlə keçir dərs ilimiz,

Əməlli-başlı ticarətlə keçr dərs ilimiz.

Acınacaqlı vəziyyətdədi lap təhsilimiz

Təhsil yerində rüşvətxorluğa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

Adam var tez unudur, həm atanı, həm ananı,

Yatmayıb sübhə qədər övladı üçün yananı.

Ana göz yaşı ilə gözləyir öz övladını

Mən belə naxələf övladlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanlığa nifrət edirəm.

İmkanı olan nəzir deyib pulunu atan deyil,

Tutaq ki, atdı, lazım olan yerə çatan deyil.

Əl tutan çəkiliş olmadan heç əl tutan deyil

Belə reklamla fədakarlığa nifrət edirəm.

İkiüz, qəlbiqara varlığa nifrət edirəm,

İnsanam, mən bu cür insanliğa nifrət edirəm.

Link to comment
Share on other sites

O, eşqi öldürməyə ürəyin necə gəldi?

Ehh, sənə nə var ki, nə cəkdim özüm bildim.

İllər ötüşüb kecdi, yangınlarda soyudu,

sənin günahlarını, mənim göz yaşım yudu!

Hələ səhərə cox var, yagış yagır gecədən.

Damcılar yana-yana süzülür pəncərəmdən

Təzədən alışıram o sevginin oduna,

Yagış yagır İlahi nələr düşür yadıma

Xatirələr könlümün gözlərini göynədir

Aglamak istəyirəm, YAGIŞ BİR BEHANEDİR..

Link to comment
Share on other sites

Havayı bir şeydir, havayı bir şey-

Hər şey mənasızdır, eləcə boşdur.

Kiməsə xoş gəlir pis bildiyimiz,

Kimsə pis bildiyi bizlərə xoşdur.

Havayı bir şeydir dünyada "var" da,

Heç nəyin əsaslı təməli yoxdur.

Sən özün yoxsansa bir gün dünyada,

Bu gün var bildiyin deməli yoxdur!

Havayı bir şeydir, havayı bir şey-

Üst-üstə arzular ucaltmağın da,

Kiminsə yolunda ömür sərf edib

Özünü boş yerə qocaltmağın da.

Havayı bir şeydir, havayı bir şey-

Sevgi də, nifrət də, qəzəb də, kin də.

Həqiqət Allahdır, həqiqət isə

Tapmaz öz əksini hansısa dində.

Axı nə fərqi var, ağasan, qulsan,

Cahilsən, abidsən, kafirsən, bütsən.

Havayı bir şeydir, havayı bir şey...

Onsuz da torpağın altında lütsən!

Havayı bir şeydir ölüb gedərkən

Sənin ağlayanın oldu, olmadı -

Kimsə yoxluğunu bildi,bilmədi,

Adın bu dünyada qaldı, qalmadı.

Baxıram,

baxıram görə bilmirəm

Havayı şeylərdən savayı bir şey.

Bu dünya, o dünya, o biri dünya...

Havayı bir şeydir, havayı bir şey !!!

Link to comment
Share on other sites

  • 2 weeks later...

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim...

 

Çək onun qaradan qara telini

Çək, rəssam çək onun incə belin

Gözünə çatanda saxla əlin

Can alan gözünü mən özüm çəkim

 

Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim

 

Mikayıl Müşviq

Edited by Blok
Link to comment
Share on other sites

Adam tekce gücsüzlüyündən

yıxılmır, atam balası,

Arabir gücündən yıxılır adam.

Başını dik tutub gəzdiyi yerdə

içindən yıxılır adam.

İllər boyu neçə dərdə

dözüb dayanır,

Qəfil sevincindən yıxılır adam.

 

Dünya qaçır ayağının altından – 

yıxılmır,

Bu dünyanın ən dəlisov atından

yıxılmır,

Amma bir kəpənəyin qanadından,

bir otun ucundan yıxılır adam.

 

…Gülmə hər yıxılana,

atam balası, gülmə, –

Elə bilmə

bu dünyada təkcə gücsüzlüyündən

ya da ki, acından yıxılır adam…

 

Ramiz Rövşən
Link to comment
Share on other sites

Xoşuma gələn geyimlər

yaşıma uyğun deyil,

Yaşıma uyğun olanlar

xoşuma gəlmir.

Ürəyimdən keçən günlər

başıma uyğun deyil.

Onunçün istədiklərim

başıma gəlmir.

Nə ola, alınan mallar

geri verilə.

Geri qaytaram bu canı,

xoşuma gəlmir.

Cansız bir maneken olam,

heç dəyişməyən.

Baxam donuq bir vitrinin

boz şüşəsindən.

S. E

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bu yerləri bu göyləri
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.

1369426398-557.jpg

Gözümüzün yaşını da,

Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.

1369426398-557.jpg

Gələn nədi ,gedən nədi?

Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.

1369426398-557.jpg

...Ulduzların tozunu da,

Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur ,gün qurudur...

Link to comment
Share on other sites

mövzudan kənar yazdığım üçün üzr istəyirəm, amma zəhmət olmasa mövzunun adında "şeİr" sözündən İ hərfini silərdiniz.

Bu barədə bəzi mülahizələr və mübahisələrimiz olmuşdu. Müasir orfoqrafiyada  məhz "şeir" forması qəbul olunub. Apostrofun ləğvi ilə bağlıdır. Daha əvvəllər xatırlayırsınızsa, "şe`r" forması düzgün idi.

Edited by Sunyata
Link to comment
Share on other sites

Əvvəlimi bilirsən, sevgilim, 
yaxın gəl, sənə axırımı danışım:
Səndən sonra 
saçının hörükləri kimi dolam-dolaşıq həyatda
yaşamaq asan olmadı, olmadı
başqalaşdım başqalaşdıqca
məndə özümdən əsər-əlamət qalmadı, qalmadı...
 
Ata bilmədimsə içimdən dünya məhəbbətini
ilişdimsə, qaldımsa
alçaldıqca alçaldımsa...
 
Qınama məni - yenə bilmədimsə həsrətini;
axı nə edəydim
mən əliyalın
o yaraqlı...
 
Və uzun kipriklərindən sallanan göz yaşların kimiyəm indi
bir toxunuşa bənddi düşüşüm
bir hıçqırtına bağlı... 
 
Yenə iddialıyam amma,
Tanrı alnında gizlətdisə talehini - gələcəyi, gəlməyəcəyi
mən də, əzizim,
ovcunu uzat, bir şer yazım ağ-appaq əlinin içində
səndən başqa heç kimin oxuya bilməyəcəyi.
 
Artıq sözlərim səni ağlatmırsa,
səsim ürəyinə yatmırsa...
 
ehhh...
 
...Əlim əlinə çatmırsa
nə fərqi var - sən uzaqdasan, yoxsa mən?
 
Sən ədalət kimi idin, sevgilim
axtarıb tapa bilmədiyim...
 
belə bir qərarım da var,
hələ tam qənaətə gəlmədiyim:
 
Allah sevdiyi bəndəsinə çətin həyat yaşadırsa,
bəndə də mısmırığını sallayıb Allahına daş atırsa
bəlkə biz qarışmayaq...?
 
Belə umu-küsülərə get-gedə alışacaqlar, alışacaqlar
biz araqatanlıq etməsək, onlar 
barışacaqlar, barışacaqlar...
 
Sənsə bircə bunu bil, get, ay ürəyimin dərdi:
Bir həsrət var, 
illərdi
dodaqlarının küncündə gizli...

 

Ilqar Kamil

Link to comment
Share on other sites

  • 3 weeks later...

Xəlil Rza Ulutürk. Yurdum, Sənin sağlığına.

Bir məclisdə unuduldum,

Mey içdilər hər gələnin sağlığına

Hər gedənin sağlığına.

Yaxasına qonduğumuz mavi gölün sağlığına,

Mey gətirən şux gözəlin sağlığına.

Güldandakı qızıl gülün sağlığına,

Xoş qədəmli ayın, ilin sağlığına

Unuduldum. Nə tutuldum, nə pərt oldum

Pıçıldadım öz-özümə - Xəlil sənin sağlığına!

Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!

Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!

Qibtə etsin qoy dan yeri saçlarının təkəm-seyrək ağlığına,

Ey dost, sənin sağlığına!

Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,

Basılmadın. Sarsılmadın.

Heç bir zaman qoltuqlara qısılmadın.

Şax yeridin öz yolunla, düz yolunla!

Mən heyranam sənin qaya dözümünə, dağlığına.

Dodağıma sıxa-sıxa piyaləni,

İçirəm bu şəlaləni, könlüm sənin sağlığına!

Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,

Heç bir zaman xəstələnməz,

Ruhu enməz, əhdə sadiq, beyni yanar,qəlbi qaynar

Bir oğul var—Xəlil sənin sağlığına!

Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.

Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.

Sən elə bir yolçusan ki, məsləkindən dönməyin yox,

Tərif, çələng paylananda susmağın var, dinməyin yox.

Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,

Cahanda beş oğul varsa, sənsən biri, Xəlil Rza!

Şerimizin xoş taleyi, ağ baxtısan,

Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!

Heç bilmirəm əfv elərmi dostlar məni?

Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.

Elim-günüm, səsim-ünüm,

Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,

Öz sağlığım bəhanədir, yurdum sənin sağlığına!

Menbe: https://www.facebook.com/dilinibil?ref=bookmarks

Link to comment
Share on other sites

 

Ne kadar seversen sev asla sevdiğin

kadar sevilmeyeceksin . Boş yere

harcama hayatını sakın o bir gün çekip

gidecek . Unutulacaksın 2 günde ,

gururuna engel olamayıp mesaj

atacaksın o ise takmayacak seni . 

Çünkü artık koluna başkasını çoktan takmıştır.

Bunun acısı içini cehennem alevi gibi

yakacak ne yaparsan yap hiç birşey

söndüremeyecek bu ateşi . 

Her sigara yakışında

sigaranın dumanı gibi aklına girecek . 

Düşündükçe düşüneceksin ,

her düşünmende bir sigara yakacaksın .

Hayatınla kumar oynacaksın ,

ölümü göze almış olacaksın .

Pişman olacaksın

sevdiğin için kendinden utanacaksın

hatta nefret edeceksin . 

Ölmek isteyipte ölemeyeceksin,

yaşamak isterken zaten ölmektesin.

Piskolojin bozulacak yalnız

kalmak isteyeceksin yağmurlar da

ıslanmak isteyeceksin .

Hasta olacaksın

ama onun umrunda olmayacaksın .

Çünkü o şuan seni unutmuş

ve başka biriyle mutlu . 

Bekleme daha fazla gidenler geri dönmez ,

sebebi senin sevgin hariç

senden daha iyisini bulmuş demektir . 
Link to comment
Share on other sites

Bəxtiyar Vahabzadə

Sən həm mənim kədərim,

Sən həm də şadlığımsan.

Sən mənim əsarətim,

Həm də azadlığımsan...

Yoxsan...

Qəribə işdir

Qəlbim,

hissim,

düşüncəm,

Axı, oyaqdır mənim

Necə nəfəs alıram -

Havam ki, yoxdur mənim?

Yoxsan...

Sən mənim üçün

Xoş arzularsan, demək,

Baharda qarsan, demək,

Qışda baharsan, demək.

Yoxsan...

sən mənim üçün

Daha çox varsan, demək...

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 4 weeks later...

Varlığın, yoxluğun çölünü gəzdim,

Yüksəyin, alçağın içiniz sezdim.

Bu məstlik fövqündə bir şey bulsaydım,

İndiki bilgimə meyl eləməzdim.

 

Həyatı bilməyin mənası varmı ?

Ürəyi boş yerə üzmək yararmı ?

Xoş keçin , dünyalar yaradılarkən

Sənin tədbirini soruşdularmı ?

 

Xəyyam

Link to comment
Share on other sites

Yaxşılıq...

 

Söz var - ürəkləri döndərər buza,
Söz var - bu dünyanı sənə bağışlar.
Nə yaxşı, tikanlar azdı çiçəkdən,
Nə yaxşı, dünyada çoxdu yaxşılar...

Hardasa "Qıl körpü" gözləyir bizi,
Hər kəsi yerinə layiq biləcək.
Sən dönmə yolundan, ay yaxşı adam,
Balıq bilməsə də, Xaliq biləcək...

Bəxtəvər - hər sərvət toplayan deyil,
Həyatın sirrini bilən adamdır.
Bəlkə də, dünyada ən güclü insan
Bir damla göz yaşı silən adamdır...

Yaxşılıq - bir dəndi, atsan torpağa,
Min ruzu yetirər ömrün qışına.
Nə suda əriyər, nə odda yanar,
Min illər ötsə də, çıxar qarşına...

 

Baba Veziroglu

 

Edited by Консуэло
Link to comment
Share on other sites

Hüseyn Cavid      "İblis"

 

Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,

Hər xaliqə təsbih idi, təhlil idi virdim.

İlk öncə mələklər bəni təqdis ediyordu,

Adəm kibi bir sayğısız axır ləkə vurdu.

Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım,

Allah ilə bir zikr edilir namü nişanım.

 

.....

 

Bən hiçlə doğan bir ulu qüvvət , ulu qüdrət

Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah.

Dünyada əgər varsa rəqibim o da : Allah !

 

Hər din ilə, məzhəblə , siyasətlə cihanda

Hər fırtına qopmuşsa, əvət , bən varam orda.

Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət,

Hakimdir o yerlərdə şu qarşındakı xilqət.

Edited by NOIR
Link to comment
Share on other sites

Uzun zamandı yoxam 
ərşə çəkilmişəm elə bil;
dilim kilidlənib itmiş bir qıfılla;
sükuta şəklənib qulaqlarım.
Payızımmı gəlib yoxsa, 
yağışlar yağdıqca leysan kimi
küləklər əsdikcə amansızcasına
tab gətirməmiş,
budaqlarımdan tökülmüşəm elə bil...
 
Zülmət qaranlığam nə vaxtdır
sönmüşəm elə bil;
daşa basıb sındırıb həyat lampamı bəlkə də
anasına əsəbiləşən hansısa məhlə uşağı;
 
Axx, nə yaman ağrıyıram
əzilmişəm elə bil;
görəsən hansı zirvədən,
kimin gözündən düşmüşəm?
Bax, nəbzim də vurmur heç artıq,
kipriklərim də qapalı;
yaxın gəl, yoxla bir, gör 
axı mən...
axı mən ölmüşəm elə bil?!...

 

Ilqar Kamil

Link to comment
Share on other sites

Bir gün qəfil
məchula çevrilsə bütün bildiklərin,
bilməsən, 
sən heç nə bilməsən
Qarşında nəhəng bir qaranlıq olsa sadəcə...
 
Bir gün aynanın qabağında dayanıb 
əlini üzünə sürsən
və düşünsən:
əcəba sən xəyalsan, yoxsa gərçəksən?!
Bir gün görsən ki, aman Allah, 
az qala Allah kimi təksən...
 
Bir gün zamanın ayaq səsini duysan
anlasan ki, 
ömür addım-addım gedir, sənsə 
donub dayanmısan yerində
həyatın anlaşılmaz olduğunu anlasan günlərin birində;
düşünsən ki, 
görəsən niyə hər şey elə deyil də belədi?...
 
Bir gün məlum olsa ki, sənə
ilişmisən öz əlində;
özünü özündən qoruya bilmirsən
yarıya bilmirsən
bilmirsən
bilmirsən... o zaman bil ki, sən də mənim günümə düşmüsən!!!
 
Elə isə sən də mənim kimi çıx eyvana,
ovuclarını uzat:
bir yağış yağır ki, tut ucundan özünü as...

 

Ilqar Kamil

Link to comment
Share on other sites

Gedirsen, ne deyim, ne soz soyleyim
Saxlaya bilmedim yolundan seni
Sene inanmisdim, konul vermisdim
…Cox heyif, indice tanidim seni,

Sen menim gozumde uca bir dagsan
Eyilme sevginin goz yaslarina
Subheler qoymadi seni sevmeye
Yalandi.. aldanma goz yaslarima..

Delisov sevgim de, mehebbetim de
Olmayib, hamisini yalan demisem
Baxma ki, indice doldu gozlerim
Yeqin varligina cox oyresmisem..

Qelbinin yerine bir das bagla sen..
Belke esq onunde eyile bildin!
Nece inanmisdim xos sozlerine…
Sen meni deliler kimi sevirdin..?

Sozler, serler de bes etmir mene
Bu derdi daglara danissam azdir..
Bextim gozlerimin icine baxib
Ayagim altinda bir quyu qazdi..

Bagisla sohbetim cox uzun cekdi
Gedirsen yolundan etmeyim seni
Taleyim bes gunluk sevinecekdi..
Indi calisacaq unutsun seni..

Indi ne etsen de, ne soylesen de
Ovuda bilmersen yanan qelbimi
Ozun oz elinle yixdin bu esqi,
Oldurdun, derdinden olen sevgimi,,,,,,

P.C. Müəllifini tanımıram.

Link to comment
Share on other sites

Erkekler ağlar. Hem de öyle bir ağlar ki..

Kadınlar gibi öyle her şeye ağlamaz erkekler.

Gerçekten canları yanmadıkça

ağlamazlar.

Ulu orta da ağlamazlar öyle.

Ama ağlarlar bilirim.

Sessiz ve yalnız.

Savunmasız.

Ürkek.

Bir çocuk gibi hesapsız,

düşünmeden ağlar erkekler.

Kendilerini tutabildiklerinde

gözlerini silip yine sırtları dik

çıkmak zorunda kalırlar dışarı.

Bir erkek timsah göz yaşı dökemez.

Bir erkek sizin için ağlıyorsa, size

kendinden çok değer vermiştir…

Bir erkek ağlıyorsa, çok acı çekmiştir...
Link to comment
Share on other sites

Görmək şərt deyil, qızım,

bəzən tüstüdən bilərsən hardasa bir yanğın olduğunu

görməzsən gözlərinlə

Bilməzsən kimdir yanan, nədir yanan?

baxarsan uzaqdan əlini alnına qoyub

deyərsən ki

köhnə bir daxmadır yəqin, ya da taxılı biçilmiş lazımsız zəmi...

nə biləsən, 

bəlkə də böyük bir meşədir yanan!

Sən su ol, 

amma onlara inanma, incəciyim,

islanmışın da yağışdan qorxusu olmalı, 

olmalı;

islanmaq başqa

culumbur olmaq başqa...

Məsələn, Eşq elə bir cinayətdir ki, onda vuran yox,

vurulan tutulur!

Bunlar başqa başqa şeylərdir;

çıxılmaq başqadır, vurulmaq başqa...

Və nətəcədə

bəzən səbəb də biz olarıq, nəticə də.

Məsələn, nənənə dedim ki, bir dəfə yuxuda

ölüm səfərin niyə belə dönüşsüz oldu, anacan?

"Sən haçan var gücünlə çağırdın ki, dönmədim?" dedi;

bu qədər bəsit, bu qədər sadə!

Odur ki, məndən nağıl istəmə daha, 

məsum körpəm!

Tapdanmış insan hüquqları qədər əzikdi dilim,

icra olunmayan qanunlar qədər formal;

Dünya yaşlandıqca

hamımız başqa olmağa, başqalaşmağa başlamışıq

indi ən çətini özümüz olmaq - biz olmaq, mən olmaq, sən olmaq...

bilirsən, 

necə deyim, ay dilimin nəğməsi

alim olmağın, əllaməliyin çox asan olduğu bu zamanda

ən çətini sənin kimi içdən olmaq!
Link to comment
Share on other sites

Yene hemdemimdir, qelem-defterim,

Bir kuncde kozeren tenha ocagam.

Niye darixmiram senden oteri?

Axi demishdim ki, darixacagam...

 

Getdin sen. Yeridir dalinca gulsem,

Gedib xatiren de ozunden qabaq.

Belke sabahisi uz-uze gelsek,

Seni tanimaram, faciene bax.

 

Arabir beynimde fikir yelkeni

Seni xilas edir, meni qerq edir.

Belke sen ozunde apardin meni,

Mendese qalmadin, ne qeribedir.

 

Belke de bundadir bextiyarligin, --

Menimle dil tapmaq deyildir asan.

Eger yoxlugunda yoxsa varligin

Demek varliginda sen ele yoxsan.

 

Yene chay qiragi oz gorkeminde,

Gozleri yol chekmir cigirin, yolun...

Meshe sukutunun gizli qeminde

Teessuf oxunmur: "hani bir qolun".

 

Men indi bildim ki, o dilim axmaq

Qelbimden gizli chox yalanlar demish.

Men indi bildim ki, senli yashamaq

Sensiz yashamaga beraber imish...

 

Memmed Araz

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 158 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Red Heart
        • Like
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Red Heart
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...