Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Gedirsen,ne xahiş,ne minnet gerek,

Yalvarmaz eşq üçün seven-sevene!

Senin köksün altda çirpinan ürek

Min sevgi neğmesi yazdirir mene.

Sen bu gedişinle didib qelbimi

Özünü özünden ayiracaqsan.

Ünvanı sehv salmış mektublar kimi

Hardansa,haçansa qayıdacaqsan..

Qarşına fikirli qaya çixanda.

Denize telesen çaya baxanda

Meni xatirladar sene,ezizim,

dözümlü,çağlayan eşqimiz bizim!

Mensiz ömür sürmek,mensiz yaşamaq

Sene o qeder de gelmesin asan.

Menden uzaqlaşan yollarda ancaq

Sen meni,sen meni axtaracaqsan.

Bizim eşqimize şahid çinarin

Boynuna qolunu dolayacqsan.

Ana yurd hesretli durnalar kimi

Qürbetden vetene qayidacaqsan.

Harda ki,temizlik,gözellik görsen,

Şehli çiçeklerden min çeleng hörsen,

Şimşektek parlayib göylerde çaxsan,

En uca zirveden üfüqe baxsan,

Delisov eşqime inanib yene

Sen meni harayla çağiracaqsan,

İnanib üreyin,qelbin deyene

Qelbinin sözune qayidacaqsan.

Özunden özune qayidacaqsan.

N.Hesenzade

Link to comment
Share on other sites

təşəkkür , Ceylin :rroza: şirin və incə qəzəldir ) 

Ə. Vahid əvəzsiz şairdir, şifahi xalq ədəbiyyatının meyxana janrını həmin səviyyədən çox yüksəldib.

heca vəznində şeir oxuyarkən, olur ki, bəzi nümunələri barədə düşünürəm, bu şeir necə də acıdı, ya bəsitdi, sanki hərəkətsizdi... dalğalanmır, çırpınmır.... amma Vahidin bütün qəzəlləri canlıdır.

 

Bilsən, gözəlim, sən nə qədər sevgili cansan !

Zülm eyləmə, qoy söyləməsinlər can alansan.

 

Soldurma o gül çöhrəni, aldanma rəqibə,

Öz qədrini bil ki, nə qədər indi cavansan.

 

Əğyarə inanma, gözəlim, qorxuram ondan,

Çox sadəsən, hər söz ki, deyirlər, inanansan.

 

Güldən də, çiçəkdən də, günəşdən də gözəlsən,

Sən baği-məlahət yetirən sərvi- rəvansan !

 

Gördüm, yenə min naz ilə biganəyə baxdın,

Çox şübhəyə saldın məni, bildim nigaransan.

 

Gör bir nə gözəllikdə yetirmiş səni tale,

Həsrət çəkər aləm sənə, məşhuri-cahansan.

 

Vahid, bu qədər səndə ki, var eşqi-məhəbbət,

Dünya qocalıb getsə, çətin sən qocalansan.

Link to comment
Share on other sites

təşəkkür , Ceylin :rroza: şirin və incə qəzəldir ) 

Ə. Vahid əvəzsiz şairdir, şifahi xalq ədəbiyyatının meyxana janrını həmin səviyyədən çox yüksəldib.

heca vəznində şeir oxuyarkən, olur ki, bəzi nümunələri barədə düşünürəm, bu şeir necə də acıdı, ya bəsitdi, sanki hərəkətsizdi... dalğalanmır, çırpınmır.... amma Vahidin bütün qəzəlləri canlıdır.

 

 

:rroza: Chunki,qezellerinde "Vahid ruhu" sezilir ve onun sehrine bigane qalmaq mumkunsuzdur.)

Link to comment
Share on other sites

Hələ də ayaqda durmağım

möhkəmliyimdən deyil.

Ayaqdayam,

çünki yıxılmağa yer tapa bilmirəm...

 

Məni həmişə kədərli görüb

dərdim böyükdür düşünməyin!

Kədərliyəm,

çünki gülməyə səbəb bula bilmirəm.

 

Və heç vaxt

ətrafımı boş görüb

məni tənha sanmayın!

Ürəyimdə

gizli-gizli daşıdıqlarım var mənim...

 

İlqar Kamil
Link to comment
Share on other sites

Ömrün payızında sevdim, sevildim,

Elə bilirəm ki, ilk baharam mən.

Arxanca sürünən kölgənəm sənin,

Harda qərar tutsan, orda varam mən.

Mey olsan, yanında bir qədəh ollam,

Gül olsan, çətrini öpən meh ollam.

Ot olsan, bir anda dönüb şeh ollam.

Dağ olsan, zirvənə yağan qaram mən.

Başımı qoyaram gündə yüz kərə

Bir yol ayağını basdığın yerə.

Eşqindir ucaldan məni göylərə,

Bu eşqin gücünə minnətdaram mən.

Sevgiyə hədd qoymaq, düzü günahdır,

Cahilin hər işi, sözü günahdır.

Eşqi günah saymaq özü günahdır,

Kim deyir, eşqimdə günahkaram mən?

Özün bir aləmsən, eşqin bir aləm,

Sən olan könüldə nə kədər, nə qəm!

Sənsiz bu dünyanın ən bədbəxtiyəm,

Səninlə dünyada bəxtiyaram mən.

B.Vahabzade

çox gözəl şeirdir, mahnısıda var :)

Link to comment
Share on other sites

Baba Veziroglu

– Gecdir daha -

Yadindami onda Dunya gozel idi,

O mehebbet her sevgiden ezel idi

Kecdi sirin caglar,

Soldu yasil baglar,

Xatireler aglar,

Gecdir daha !

Yadindami, o mehebbet deniz idi,

O duygular her duygudan temiz idi,

Soyuq yeller esdi,

Iller yolumu kesdi,

Xatirladiq besdi,

Gecdir daha !

Xatireler cagirsa da hara gedim ?

Yadindami men seninle xosbext idim,

Olan oldu, kecdi,

Bu xeyallar hecdi,

Bir de sevmek gecdir,

Gecdir daha !

özümdən asıllı olmayaraq bu möhtəşəm şeiri şeir kimi ouxya bilmirəm, elə mahnı kimi  oxunur.

istəyirəm şeir formasında oxuyum alınmır )

Edited by monashka12
Link to comment
Share on other sites

Başa tökülən soyuq su,

Hər yanda barıt qoxusu,

Vəzirovun qış yuxusu –

Fövqəladə vəziyyət.

 

Beş canavar, əlli qoyun,

Vicdanı kənara qoyun,

Məclisdə növbəti oyun –

Fövqəladə vəziyyət.

 

Günün gözündən qan axdı,

Gecələr – komendant vaxtı,

Millətimin qara baxtı –

Fövqəladə vəziyyət.

 

Müxənnətlərin qarğışı,

Amansız güllə yağışı,

“Olum ya ölüm” yarışı –

Fövqəladə vəziyyət.

 

Cəlladların ət taxtası,

Zülmlərin sığortası,

Hakimlərin iş qaydası –

Fövqəladə vəziyyət.

 

Zalımların son çarəsi,

Fağırların ah-naləsi,

Fövqəllərin öz tələsi –

Fövqəladə vəziyyət.

 

Vampirlərin susuzluğu,

Ölümlərin ucuzluğu,

Qanunun qanunsuzluğu –

Fövqəladə vəziyyət.

 

Yanvar, 1990
Link to comment
Share on other sites

Beynim çeynəyə bilmir

Gözlərimin udduğunu.

Neynim?!

Bəs niyə bilmir

Canım, maddəm, bədənim

Ruhumun duyduğunu?!

 

Hər can bir ruh üçün deyilmiş.

Bu can bu ruh üçün deyilmiş.

 

Çölümdə: ağıllı əməl həvəsi,

İçimdə: zavallı hıçqırıq səsi,

Çölümdə: bədən, baş - canın hissəsi,

İçimdə: vətəndaş müharibəsi.

 

R.M.

İstanbul

Yanvar, 2000

Edited by monashka12
Link to comment
Share on other sites

1990-cı ilin yanvar ayında Naxçıvan MR Şərur rayonunun anklav ərazi olaraq Ermənistan ərazisində yerləşən və keçmiş SSRİ ordusunun hərbiçiləri tərəfindən əhalisi çıxarılaraq erməni çaqqalarına təslim edilmiş Kərki kəndinə həsr olunub...

 

Hər daşı, qayası, tarix izleri,
Dindirsən, dil acar, yeli Kərkinin.
Düşmən, cox oyünmə, bir gün sizləri,
Yuyub aparacaq, seli Kərkinin.

 

Bir ovuc torpağı, nələr bitirdi,
Nələr kəşf eylədi, nələr yetirdi.
Hər gülü, çiçəyi xoş bir ətirdi,
Dərdlərə dəvadır, gülü Kərkinin.

Qoşa səslənibdir, Vətən və Ana,
Onlar bəxş eyləyib, bizi cahana.
Bilirəm, dərd cəkir bizlərdən yana,
Kecməyir, ayları ili Kərkinin.

 

Görsəm camalını, daha nə dərdim,
Öpüb, torpağını, səcdə edərdim.
Yalnız, bu dunyadan rahat gedərdim,
Dəysəydi əlimə, əli Kərkinin.

 

Mətanət Duyğulu, duyğu dənizi,
Muqəddəs Tejgarda, qalıbdır izi.
Hay salıb, haraya səslərdi bizi,
Olsaydı bir anlıq, dili Kərkinin.
Müəllif:-Mətanət Duyğulu.

Edited by umniy Nxcivanli
Link to comment
Share on other sites

GƏL DANIŞAQ MƏHƏBBƏTDƏN...

 

Gecə düşdü,zülmət çökdü yollara,
yenə səni düşündüm mən,sevdiyim!...
Həsrət qaldım yanağında xallara,
bəs ölümmü bu həsrətdən,sevdiyim!...

 

Düşünürəm,göz önündə durursan,
həyatımı sən təzədən qurursan...
"Ayrılaqmı?"-təbəssümlə sorursan,
qorxum vardır bu möhnətdən,sevdiyim!...

 

Ürəyimdə yuva qurdum mən sənə,
dəli könlüm,bacarırsan,dönsənə...
Çıx qarşıma,şirin-şirin dinsənə,
mən lal olum səadətdən,sevdiyim!...

 

Dünyaminin söhbətisən-sözüsən,
nəğməsisən,ürəyisən,gözüsən...
Mənim üçün sən həyatın özüsən,
gəl danışaq məhəbbətdən,sevdiyim!...
19.10.82.Ağdaş

Link to comment
Share on other sites

Gah ağladıb, gah güldürdün sən məni,

Bilmirəm ki, gözumdə yaş nədəndi.

Gözləyirəm, tək "Sevirəm" kəlməni,

Sevgi qalan, ömür gəlib gedəndi.

Gəl ağlatma, gözlərimi bir daha,

Bel bağlayaq, gözəl, nurlu sabaha.

Sevgimizi, batırmayaq günaha,

Ömür bizi, nə vaxtsa tərk edəndi.

Müəllif:-Mətanət Duyğulu.

Edited by umniy Nxcivanli
Link to comment
Share on other sites

1332749397_a.jpg
 

Qatmısan sən yenə də malı mala, nolub ala
qazıyırsan ayağım altda çala, nolub ala
 
Bağı aldın, evi aldın, amma doydum demədin
qoymadın heç mənə bir metrə qala, nə olub ala
 
Neçə ildir ki, imarətlə, ticarət duruşun
getmisən sən qabağa mənsə dala, nolub ala
 
Xəzərə çəkdin hasar, ruhuma qoydun gömrük
mülkü tikdin məni saldın kanala, nolub ala
 
Gah atı, gah nalı, gah mıxı tərifləmisən
vurursan gah mıxa, gah da nala, nolub ala
 
Qız, gəlin orda əsirlikdə qalıb ermənidə
götürürsən evinə gündə xala, nolub ala
 
Ananas, kivi, banan payladı yas süfrəsinə
bircə şey qaldı, durub zurna çala, nolub ala
 
Qərbdən şərqə kimi hər yeri zəpt eyləmisən
keçmisən indi cənubdan şimala, nolub ala
 
İçəri şəhərimizin hər daşı bir tarixdir
çəkmisən tarixi inpırtnı mala, nolub ala
 
Nəcəb qız qalasından xəbərin yoxdu sənin
al onu, sal adına, qoyma qala, nolub ala
 
Pünhanın kəs dilini, çək bazara as divara
gedəcək yaxşı pula, baxsa mala, nolub ala
Link to comment
Share on other sites

Deyişib dövrü-zaman, hami gümannan danışır.
Molla rüşvətxanadan, kafir imannan danışır.

Bir zamanlar eşşəyimiz arpa beyənməzdi bizim
Indi eşşəyimiz ölüb, atda samannan danışır.

Qalmayıb sevgi- məhəbbət iwıqından bir ümid. 
Məcnun artistlik edir, Leyli yalandan danışır.

Keçmişde məşhur olan qəhrəman aslanlarımız,
Meşəyə girmək ücün indi siçannan danışır.

Istədim dillənib öz haqqımı isbat eliyim. 
Dedilər: pulsuz olan insan ,haçannan danışır.?!

 

Mirze Elekber Sabir
Link to comment
Share on other sites

Qəfil gün doğsa bir gecə, 
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
 

Ramiz Rovshen

Link to comment
Share on other sites

Bilirəm, intizar içində qalıb,
Hər bir kölgə düşsə, heyrətə dalıb,
Yollara həsrətlə sən göz dikirsən,
Məni görməyəndə hey ah çəkirsən...

Titrək dodaqların pıçıldar hərdən:
“Niyə gəlməz oldun, yox oldun birdən?”
Hicran alovunda əriyəndə sən
Mənim gəlişimlə sönmək istərsən.

Mənim ürəyimi nəbzində dinlə,
Döyünür inan ki sənin qəlbinlə.
Kövrəlir, ağlayır o için-için,
Ağlayır gecikmiş məhəbbətinçin.

Bəlkə də sevmirsən, mən yanılmışam,
Şirin sözlərinə aldanılmışam.
Ürək kitab deyil, açıb oxuyaq,
Bizi də yaşadan ümiddir ancaq

Link to comment
Share on other sites

Özünlə aparmısan
Günlərimin rəngini.
Kədər mənə bənzəyir,
Qəm kövrəlib sən kimi.
İndi başa düşmüşəm,
Sənsiz hər şeyim hədər;
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.
Sevgi dolu baxışlar
Şəklindən baxır mənə,
Dönəcəksən bilirəm
Sən əvvəl-axır mənə.
Mən elə bilirdim ki,
Hər şey soyuyub gedər,
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.
İçimdə tufan kimi
Çağlayır xatirələr,
Göz yaşlarım qurumur,
Ağlayır xatirələr.
Mən kədərdən doymuşam,
Məndən doymayır kədər,
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.
O qədər yaxın ikən,
Bu qədər uzaq olduq.
Yorulduqmu sevgidən
Biz yarı yolda qaldıq.
Mən əzablar içində,
Sən özün məndən betər.
Sən özün də heç kəsi
Sevmədin mənim qədər…

 

 

Nusret Kesemenli

Link to comment
Share on other sites

Deniz,goy,mehebbet...(Nebi Xezri)

Denizi hediyye verirem sene...

Men dedim, sen baxdın, sen gulumsedin.

Goylerin shefeqi dushdu uzune.

- Men ise... goyleri verirem, - dedin...

Ayrıldıq qeribe hediyyelerle,

Goyler eshqim qeder mene ezizdir.

Ayrıldıq denizle, ağ lepelerle,

Nece aparasan? Deniz denizdir.

Denizi verdim ki, sene hediyye,

Geldiyim sahile gelesen bir de.

Meni gormeyende o menem - deye,

Menimle danıshıb, gulesen bir de.

- Eger gorushmesek, bize dağ olar,

Dedim, neçe defe bele dedim men.

Deniz sahiline qayıtmaq olar,

Goylerin sahili varmı, gedim men?!

Dushundum, ayrıldıq gelenden beri,

Sen menim eshqime çıraq olasan.

Onunçun verdinmi mene goyleri,

Menden goyler qeder uzaq olasan?!

Men bir denizem ki, eshqim seherdir,

Seni dushunurem, ezizim, yene.

Menim dalğalarım xatirelerdir,

Qoy çatsın qelbinin

sahillerine.

Esl mehebbet ki, boyuk hunerdir,

Coshar umman kimi teze arzular.

Menim dalğalarım xatirelerdir,

Orda tufan da var, burulğan da var.

Denizem, eshqimden qaçmaq hederdir,

Men ki, adlayıram çolu, çemeni.

Menim dalğalarım, xatirelerdir,

Gece de, gunduz de tapacaq seni.

İstesen yuxuna gelerem senin,

gelerem deniz kimi.

Uzune inciler çilerem senin,

çilerem deniz kimi.

Yoluna shefeqler seperem senin

seperem deniz kimi.

İstesen uzunden operem herden,

operem deniz kimi.

Adını qelbinin sahillerine

yazaram deniz kimi,

"Sevirem" soylesen bir axsham mene,

Susaram deniz kimi,

Susaram deniz kimi.

Dunyada sakitlik aramadım men,

Gunesh kimi parla,

seher kimi gel.

Goylertek yuxuma gelmek istesen,

Sen aylı, ulduzlu goyler kimi gel.

Adla qucağından gur tufanların,

Men baxım axshamdan sehere kimi.

Adla ağ yoluyla kehkashanların,

Parlasın her ulduz xatire kimi.

Gel, gel qısh gecesinde,

yaz seherinde,

Denizi goylerden ayırmaq olmaz!

Sonsuz kainatın ufuqlerinde,

Sen gorush vaxtını shimsheklerle yaz!

Men gerek neğmetek seni dinleyem,

Sen menim eshqimle, ureyimlesen.

Ne qeder goyler var, sen menimlesen,

Ne qeder deniz var, men seninleyem...

Link to comment
Share on other sites

Elə qəribədir söz də, fikir də

Bu necə duyğudur,qəlbimdə bu an?

Bilsəm gələcəyəm dünyaya bir də

İstərdim göz yumub gedim dünyadan.

Görürəm qar olur yağan yağışlar

İl qışa calanır bahar çağından.

Yumağa cevrilib dostlar, tanışlar

Dərin bir kədərin ağırlığından.

Bəlkə bir ümmandım, damlaya döndüm.

Kiməsə fərəhdir kiminsə dərdi.

Düşmən fərəhini görüb düşündüm

Axır düşmənlərə sevinc də verdim.

Dərdin özündə də yaşayır qurur

Egər ağlasa da o için-için.

Hamıdan kənarda bir gözəl durur

Ah çəkir əlcatmaz məhəbbətiyçin.

Görürəm torpaqdan çinarlanıram

Aya, ulduzlara yol alıram mən.

Oğul şöhrətiylə vüqarlanıram

Nəvələr boyunda ucalıram mən.

Sözlər talelərə axır aramla,

Sən yenə ellərin gəz ürəyini.

Mənim sevgi dolu misralarımla

Açır sevgililər öz ürəyini.

Sahilə baxıram səhər çağında

Verirəm dənizə susmaz qəlbimi.

Xəzərin əbədi coşqunluğunda

Hər dalga ucalır abidə kimi.

Yox, necə ayrılsın söz də,f ikir də

Bu nədim dünyadan, qədim dünyadan.

Bilsəm gələcəyəm dünyaya bir də

Yenə istəmərəm gedim dünyadan...

Nəbi Xəzri

Link to comment
Share on other sites

Yad edib o meni,

Geleri,gelmezmi?

Qelbimden keçeni

Bilermi,bilmezmi?

Baxışı semimi,

Kipriyi sinemi

Bir zerif ox kimi

Delermi,delmezmi?

Men susmaz bir sesem,

Yel olub telessem,

“Sevirem” söylesem,

Gülermi, gülmezmi?

Menimle derdimi

Bölermi,bölmezmi?

Gözde yaş gördümü,

Silermi , silmezmi?

Gelermi,

Gelmezmi ?

Nebi Xezri...

Link to comment
Share on other sites

Ürəyimdə gecəqondu qurmusan.

Qeydiyyatsız zadsız sakin olmusan.

Ürəyimə gəlir ev uçuranlar.

Sənsə həmin daxmada oturmusan.

Tez ol! Tələs! Çıx həmin o daxmadan!

Axı evi uçururlar baxmadan.

Qorxuram ki,daxma uçar başına.

O daxmada oturmusan qorxmadan.

 

‪‎Abdul Taghi‬
Link to comment
Share on other sites

Məni nə vaxtsa görsən,

Məndən salam deyərsən.

Soruşarsan necəyəm,

Yenə çoxmu içirəm,

Yenə çoxmu çəkirəm.

Soruşarsan neynirəm,

Necə gün keçirdirəm.

Çoxmu ağrıyır mədəm?

Təsəlli vermək üçün deyərsən ki,düzələr.

Səndən sonra bilmirsən,heç nələr oldu,nələr.

Sən hardan biləsən ki,ağlayıram gecələr...

Sən hardan biləsən ki,mən nə çəkirəm indi.

Sən hardan biləsən ki,ayrılıq kəlbətindi.

Sən hardan biləsən ki,sənsizlik çox çətindi.

Elə arıqlamışam paltar gendi əynimə.

Pencəyin çiyinləri düz oturmur çiynimə.

Sən bilmirsən,dərdimi deyəmmirəm heç kimə...

İştahım yaman küsüb,yaxşı yemək yemirəm.

Dediklərim nədiki,çoxunu heç demirəm.

Sənin xəbərin yoxdu,heç özüm də bilmirəm...

Sənin xəbərin yoxdu,otağımız toz basıb.

Sənin xəbərin yoxdu,qonşumuz özün asıb.

Sənin xəbərin yoxdu,olmuşam lap it kasıb...

Sən hələ də gözəlsən.

Amma nə gündəyəm mən..

Bu günə düşməyimin günahkarı özünsən. 

Məni ya küçələrdə,ya sahildə görərsən.

Yəqin məni görəndə,acı-acı gülərsən.

Məni nə vaxtsa görsən,

Məndən salam deyərsən.

 

‪Abdul Taghi‬
Link to comment
Share on other sites

Çiyinlerde yerin-göyün qemidir,

Ah çekirsen asimana yetişir.

Qadinsiz ev-

Tufandaki gemidir,

O ne batir,ne limana yetişir.

Agir derdler facienin gücüdür,

Ne sevinib, ne de güle bilirsen.

Qadinsiz ev-

Xestexana küncüdür,

Ne diridir,ne de öle bilirsen.

Felaketde neçe-neçe sirr yatir,

Seni yixir,polad kimi o sinmir.

Qadinsiz ev-

Güneşsiz bir dünyadir,

Ne od yansa, qizinmir ki, qizinmir.

Sen bir quşsan,ruhun sinmiş qanaddir,

Hec baxma ki, külek serin,meh iliq…

Qadinsiz ev-

Ulduzsuz kainatdir,

Hemdemindir sükut ile qaranliq.

Ey kişiler!

Sevginizi ezizleyin cahanda,

Qadinliğin sedaqetdir ilk adı.

Vay o günden-

Ömrun axir aninda,

Gözünüzü qapayanda olmadi!

Nebi Xezri 

Link to comment
Share on other sites

Gözlərinə de ki, 

girməsinlər yuxuma; 

nə kədərli, 

nə sevincli, 

nə şirin vədəli. 

Dodaqlarına de ki, 

çəkilsinlər xəyalımdan; 

pıçıltılı, 

gileyli, 

hədəli! 

Ömrün illəri

çiynimə yığılıb

qalaq-qalaq. 

Nə qəm! 

Gəl bir əbədi an

səninlə 

əl-ələ, 

söz-sözə, 

fikir-fikrə qalaq! 

Bəlkə, bütün ötüb keçən günlər

ən gözəl günün müqəddiməsi imiş. 

Bəlkə də bu nigaranlıq, 

bu incimələr

məhəbbətin sınağı 

sədaqətin səsi imiş.

Resul Rza

Link to comment
Share on other sites

son postdakı şeirə, İqolka xanım, ürəkdən + qoyuram ) davamı gəlsin ) mahnısını da eşitməmiş olmazsız, xoşluyuram həmin mahnını.

" скажи глазам твоим,

пусть в сон мой не приходят

ни яркими ни темными от слез..."

Link to comment
Share on other sites

Ayrılıq dediyin duzlu bir sudur, 

içdikcə göz kimi yandıracaqdır. 

Hicran saatları yetişdi, budur

Bu gün, qorxudurdu məni haçaqdır. 

Daha bundan sonra çıxıb eyvana

yoluma göz dikmə axşam çağları

yollar ayrıcında baxıb dörd yana

gözləmə hər səhər, hər gecəyarı. 

Bəlkə də hər şeyi unudacaqsan: 

yuxudan oyanmış bir uşaq kimi. 

Ancaq hərdən məni yadına salsan, 

gec gəlib, tez gedən bir qonaq kimi. 

Bil ki, sənsiz mənə dar gəlir cahan. 

Qəlbimdə, qanımda, duyğumda varsan

Dünyanın pərişan bağında, canan, 

mən nəğməli bülbül, sən bir baharsan. 

Sənindir bu dövran, bu böyük ölkə. 

Qəm mizrabı vurma telə, sevgilim

Desəm, görüşərik, sən demə, "bəlkə"…

Cavab ver: - Elədir, elə, sevgilim!.. 

Gecələr aya bax, ulduzlara bax, 

gözlərimiz orda birləşəcəkdir. 

Könlün aynasında, a ceyransayaq

eşqin qələmiylə şəklimi çəkdir. 

Xatırında varmı, tez-tez küsüşüb

deyərdin: -Danışma, dindirmə məni

İndi ədaların yadına düşüb

yandırırmı səni, yaxırmı səni? 

Hər zaman saçını darayan zaman, 

həsrət gözlərinə baxıb aynada, 

bil ki, səni sevən, sənə inanan

könül ilqarını pozmaz dünyada. 

Bəlkə bir gün səndən üzüldü əlim

"Xoş keçdi az sürən bir ömrümüz" de. 

Ayrılıq dəmində, aman, gözəlim, 

qoy yadımda qalsın, bir yaxşı söz de! 

Mənsiz bu dünyanın olsan qonağı,

Nə olar, sevgilim, sağ ol təki sən. 

Kim görsə boyasız solğun dodağı,

Onsuz da biləcək, sən mənimkisən.

Resul Rza

Link to comment
Share on other sites

Zəkimxan Yaqub

 

GÖZƏLLƏR

Gözəllər də  buz bulaqlar kimidi,
Öpüldükcə gözəlləşir, durulur.
Vurulanlar elə-belə  vurulmur,
Bir könüldən min könülə vurulur.

Gözəllər də  göy yaylaqlar kimidi,
Çəməni var, çiçəyi var, ətri var.
Sevənlərin ürəyində, ruhunda,
Sevilənin dağlar boyda xətri var.

Gözəllər də  gül dodaqlar kimidi,
Ləzzəti var, nəğməsi var, sözü var.
Yer üzünə  neçə insan gəlibsə,
Hamısının dodaqlarda gözü var.

Gözəllər də  gur ocaqlar kimidi,
İstisi var, işığı var, odu var.
Ürəkləri, könülləri isidən,
Damaqlardan heç  getməyən dadı var.

Gözəllər də  oyuncaqlar kimidi,
Aldanan var, aldadan var, atan var.
Gözəlliyin qiymətini bilməyib,
Dünyasını  beş qəpiyə satan var.

Link to comment
Share on other sites

Nuridə Atəşi – Neylərsən

Ürəyimi sənə açsam,dərdlərimi sənə danışsam

neylərsən mənə görən neylərsən …

Yarama məlhəm istəsəm,sənnən imdad diləsəm

neylərsən mənə görən neylərsən …

Sənsiz ölərəm desəm,sənə səninəm desəm,

səni “sevirəm” desəm neylərsən mənə görən neylərsən…

Yarama məlhəm istəsəm,sənnən imdad diləsəm

neylərsən mənə görən neylərsən

Qarşını kəsib ağlasam, qapını döyub yalvarsam

neylərsən mənə görən neylərsən …

https://youtu.be/JeAM347Tor4

Edited by umniy Nxcivanli
  • Upvote 1
Link to comment
Share on other sites

Bəxtiyarlıq

İki əl örtdü gözlərimi.

Söndü işığı dünyanın.

Bu üfüqsüz,

bu sahilsiz,

bu dibsiz qaranlıqda

səni gördüm.

Ellərin dedi mənə:

gözlərinin gülüşünü,

dodaqlarının, qəlbinin

gülüşünü.

ellərinin nəfəsi,

elə yumşaq, elə ilıqdı;

dedim: yəqin

gül üşümür.

Bir ömür qalsaydım belə

əllərinin bu nurlu qaranlığında;

ülfətinin sərxoş qurbanlığında.

Səslərdən uzaq.

Rənglərdən uzaq.

Ellərinin nəvazişindən başqa

hər cürə istəklərdən uzaq.

Mümkünlərdən, gərəklərdən uzaq.

Dünyadan uzaq.

Resul Rza

Link to comment
Share on other sites

Bir gün mənsiz olacaqsan.

Sənsiz olacağam deməyə

gəlmir dilim.

Kim bilir,

hardadır

ömür yolunun finişi.

Ömrümüzü uzadacaqmı

məhəbbət,

kədər,

nifrət,

sevinc;

ya qısaldacaqmı!

Yolumuz döngə-döngədir.

əzizim!

Bu döngələrin

kor dalanı da var.

Baharlı günlərin

ümid qaynağı;

şaxtalı günlərin

talanı da var.

Bir sükut, bir qaranlıq

kəsir qarşını.

Dur!

Qurtar!

Deyirsən, axı,

bitməmiş işlərim,

nə qədər ümidim,

arzum var.

Soyuq bir səs

yandırır beynini.

Möhlət bitdi!

Qurtar!

O sözləri deməyə,

bu sözləri eşitməyə belə

macal olmayacaq.

Bir gün mənsiz qalacaqsan.

Sənsiz qalacağam deməyə

gəlmir dilim.

Xəstə qəlbinə

ağır olacaq bu nisgilim.

Başını qaldır!

Gözlərinin yaşını sil!

Dünyaya bax!

Neçə ulduz sönüb, gedib

yaşı yüz-yüz işıq ili olsa da.

Dənizlər, çaylar quruyub,

dağlar çöküb,

nə qədər ağac qopub kökündən,

nə qədər çiçək solub

milyon illik

ya bir günlük doğulsa da.

Nə qəm, nə kədər!

Hamımız getməliyik;

Vaxt gəlsə haçaq.

Ancaq,

vaxtsız gəlməsin bu vaxt,

gəl yeni il süfrəmizi açaq!

Dolduraq piyalələri.

Qarşılayaq

yaşamadığımız gələcəkdən gələn

səhəri!

Dilimizdə ölümsüz nəqarət!

Var olsun həyat!

Resul Rza

Link to comment
Share on other sites

Qarşımda sənmisən, 

xəyalınmıdır? 

Sevdalı könlümün soltanı dostum! 

Gördüyüm röyamı, 

vüsalınmıdır? 

Nigaran qəlbimin cananı dostum! 

Sənmisən başımı oxşayan öylə? 

Saçımda dolaşan

əllərinmidir? 

Xoş bir nəfəs kimi

üzümdə, söylə

dolaşan dağınıq tellərinmidir? 

Söylə, bu gördüyüm

Həzin qaranlıq

axşamdır, 

zil qara gözlərinmidir? 

Xəyaldır oxşayan məni

bir anlıq, 

sənin ümid dolu sözlərinmidir? 

Kim duyardı

sakit gözəlliyini

dənizin

fırtına, tufan olmasa? 

Vüsalın ləzzəti duyulardımı

ayrılıq olmasa, 

hicran olmasa?! 

Resul Rza.

Link to comment
Share on other sites

  

Hər yerdə, 

hər zaman, 

aradım səni, 

ömrümün baxtını arayan kimi. 

Nə yazıq! 

Amansız hicran tikanı

qanatdı

eşqinlə çırpınan qəlbi. 

Üfüq sapsarı, 

acı köpüklər örtdü

göy suları. 

Yavaş-yavaş söndü günəş

alov dillərini qaldırdı yenə

sinəmdə yatan

həsrət -

amansız atəş. 

Həzin bir axşam

dayandı qarşımda

yollar yarılanmadan. 

Bir günüm keçməyir səni anmadan. 

Ömürümün neçə yarpağı

budağından qopub

sovruldu rüzgara! 

Mənzil hara! 

Möhlət hara! 

Gör nə qədər

gün tökülüb yollara?! 

Gör nə qədər qalıb hələ

ilk bahara! 

Sən

eşqimə güldün

için-için. 

Anlat mənə, 

bəs neçin

axşam qonunca pəncərəmə, 

könlüm yenə səni, 

ilk eşqimin qatilini xatırladı? 

Hər nəğmədən zil qalxdı

qırılmış məhəbbətin fəryadı. 

Gözlərimdə ümid, həsrət, 

neçə kərə - neçə kərə

gileyimi söylədim axşamlara, 

danışdım göy gecələrə. 

Ağır-ağır keçdi buludlar

bəlkə yanıqlı dastanımı

bahara söyləmək üçün? 

Mən həsrətində yandım

necə ki, cadar-cadar torpaq

həsrət çəkər

bir damcı su, 

bir əlvan çiçək üçün. 

Bir damcı salmadan

keçdi buludlar. 

Mən yenə

gözləməkdən yorulmadım. 

Qovruldum yana-yana, 

dözdüm hicrana, 

lakin solmadım. 

Bir damcı salmadan keçdi

döşü dolu buludlar. 

Mən inadımda varam. 

Yeddi dağ ardında gizlənsən

yenə arayıb səni taparam. 

Bütün dünyaya baxsam illər boyu, 

yenə gözündə gözüm var. 

Yüz il danışsam yenə, 

sənə deməyə sözüm var. 

Qoy ayrılıq tikənilə bəzənməsin

son qərar! 

Qoy xəzan yarpaqları kimi

tökülməsin

ümidlər, arzular! 

Sən

ümid verə bilməsən də

həyat namına, 

aldanmaq üçün yol göstər

könlümün istəklərinə, 

şerimin ilhamına. 

Resul Rza

Link to comment
Share on other sites

Çıq-çıq saat işləyir. 

Düşür əbədiyyətə

ömrün geri dönməyən anları. 

Zaman alıb aparır insanları

bugünəcən heç kəsin

qayıtmadığı uzaqlara. 

Vaxt var ikən dünyaya bax! 

Baxıb doymasan belə. 

Bir divara daş qoy! 

Çiçək iylə! 

Saçlarını

sabahın xoş nəsimiylə dara! 

Könlünü aç günəşə, bahara. 

Vaxt var ikən gəl, 

şəfəqləri qarşılayaq

səhər-səhər. 

Sevək, sevilək! 

Fikrimizdən işıqlansın zülmətlər. 

Dodaqlarında açılsın

təbəssüm çiçək-çiçək. 

Vaxt var ikən

əllərinin hərarətindən

isinsin bir insan əli. 

Nə qədər iş var görməli, 

Nə qədər söz var deməli.

Vaxt var ikən

bircə qələm vur, 

bir budaq peyvənd elə. 

Demə, o necə, mən də elə

Düşmənə amansız ol, 

dosta xoşqılıq! 

Vaxt var ikən

elə yaşa, elə çalış

bir gün sən olmayanda

hər kəsə aydın görünsün

yerində qalan boşluq. 

Resul Rza

Link to comment
Share on other sites

Cavanlığa aldanma! 

Səni gücsüzlüyə, 

üz qırışına, 

yorğunluq qışına

tapşırıb gedər. 

Gözəlliyə inanma! 

Səni təəssüflü xatirələrə, 

soyuqluğa, boyatlığa, 

laqeydliyə təslim edər. 

Qəlbinə inan! 

İlk gündən son günə qədər

səninlədir. 

Sənə sədaqətidir ki, hərdən

həzin-həzin

ağrıyır, 

səni də inlədir... 

Resul Rza.

Link to comment
Share on other sites

Sen uca bir dağsan,heç yaraşarmi,

Her esen rüzgara boyun eyesen?

Etekden zirvene çiçek boylanır,

Belke o çiçeye gülüm deyesen?

Eteyin belke de çiçek doludur,

Zirvende tek açan çiçek men olum.

Senin xeyalinda,röyanda onlar,

Dünyanda var olan gerçek men olum..

İnternetden aldığım yarım parça şeirdir.Sema Soytürk.

Link to comment
Share on other sites

Vaqif Memmedov

Celladmıdır,durdu menim qesdime,
O gözlere nece baxım,bilmirem.
Alovları eleyir o,üstüme,
O gözlere nece baxım,bilmirem.

 

Tonqallara,ateşlere düş orda,
Alış orda,qovrul orda,biş orda,
Payız orda,bahar orda,qış orda,
O gözlere nece baxım,bilmirem.

 

O gözlerde ''Heyratı'' var, ''Cengi'' var,
Yağış ki,var,duman ki,var, çen ki,var...
O gözlerde gecelerin rengi var,
O gözlere nece baxım,bilmirem.

 

Leli-Mecnun sevgisinden son izdi,
Mehebbete yol başlayan ön izdi,
Ele bil ki,dalğalanan denizdi,
O gözlere nece baxım,bilmirem.

 

O gözlerden nur çilene,dan düşe,
Qüsse-keder uzaq ola,yan düşe.
Qorxuram ki,xata çıxa,qan düşe,
O gözlere nece baxım,bilmirem...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 30 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 96 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 116 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 53 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
        • Confused
      • 452 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...