Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Ömür | Bəxtiyar Vahabzadə

Deyirlər, çox azdır yüz il, əlli il,

İnsana bir ömür kifayət deyil.

Hələ isitməmiş öz yerimizi

Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,

Kaş iki olaydı ömrü insanın.

Nola, çalışsaydıq ömrün birində,

Sonra əylənəydik biz digərində. 

Hərə öz ömrünə bir cürə baxmış,

Hərə bu dünyanı bir cürə anlar.

Cahanda bəs nədən zövq alacaqmış

Zəhmətin özündən zövq almayanlar?

Yüz-yüz ömür belə azdır doğrusu

Bir ömrü insana az sayanlara

Haramdır bu hava, haramdır bu su

Əylənmək eşqilə yaşayanlara.

Yaşamaq, yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır

Şam əgər yanmasa, yaşamır demək

Onun da həyatı yanmağındadır.

Ömrü az olsa da, qartal yenmədi

Dedi, səmalarda öz oylağım var.

Ömrün azlığından gileylənmədi

Ömrü insan kimi başa vuranlar.

«Bu dünya beş gündür»,- deyib hər yerdə

Sağ ikən qəbirdə uzanan da var.

Öz alın tərilə bircə ömürdə

Yüz insan ömrünü qazanan da var.

Link to comment
Share on other sites

Mikayil Müsfiq 
Ressam
Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim...
Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim
Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim

Link to comment
Share on other sites

Sevdinsə... 
(Bəxtiyar Vahabzadə)

Sevdinsə…Beş il, on beş il nədir, 
Bütün ömrün boyu gözləyəcəksən. 
Nə boyda zülm etsə sevgili sənə, 
Sevdinsə…"her zülmə döz",- deyəcəksən. 
Sevdinsə…Kölgəyə dönüb her zaman 
Sən onu hər yerdə izləyəcəksən.

Sevdinsə…qəm içib, dərd udacaqsan, 
Onu unutmağı unutacaqsan. 
Zərərin xeyirdir, xeyirin zərər, 
Sevdinsə…Günahın içində haqsan. 
Onu unutmağa çalışsan, əgər. 
Sən özün özünü unudacaqsan.

Sevdinsə…qanqalı gül biləcəksən. 
Hər əsən yarpağa kövrələcəksən. 
Sevdinsə…nə dünən, nə də bu günsən, 
Sevdinsə…həmişə sən gələcəksən. 
Sevdinsə…bir ömrün ilk sabahısan, 
Dünyanın ən böyük xeyirxahısan.

Link to comment
Share on other sites

Zövq ilə yaradmış səni rəssami-təbiət,
Düşmüş nəzərim hüsnüvə, almış məni heyrət.

 

 

Tuba dedilər qəddüvə çün bağı behiştdə,
Hura gözünə çəkdi gözün dağı behiştdə,
Aldaddı xalın danəsi üşşaqı behiştdə.
Gəlmişsən, əzizim, verəsən həm mənə zillət,
Düşmüş nəzərim hüsnüvə, almış məni heyrət.

 

 

Ey bağı-baharın, çəmənin abu-həvası!
Ey qünçələrin, lalələrin buyi-səfası!
Ey bülbüli-zarın nəfəsi, ahu-nəvası!
Vermiş sənə Tanrım bu qədər tabu-təravət,
Düşmüş nəzərim hüsnüvə, almış məni heyrət.

 

 

Dil düşdü bu gün dami-səri zülfüvə neylim?
Tərmülər arasında təri-zülfüvə neylim?
Sən hurimisən yoxsa pəri, zülfüvə neylim?
Dün gördüm əlif qəddivi eylərdi qiyamət,
Düşmüş nəzərim hüsnüvə, almış məni heyrət.

 

 

Kaş atdığın ol daşı, fələk, daşa dəyeydi
Atdın ki, gəlib könlümə birbaşa dəyeydi?
Hiç olmasa bu gözdən axan yaşa dəyeydi,
Sındırma könül şişəsini, etmə zərafət,
Düşmüş nəzərim hüsnüvə, almış məni heyrət.

 

 

Eşq içrə könül hicri-qəmin Hacı bilirdi,
Dilxun edən əbruyi-xəmin Hacı bilirdi,
Qəm çəkməyin axır ki, çəmin Hacı bilirdi.
Can verməyə hazırdı yenə eylə işarət,
Düşmüş nəzərim hüsnüvə, almış məni heyrət.

Edited by фрилансер
Link to comment
Share on other sites

DÜNYA GÖZƏL DÜNYADI (Nəğmə)

Yenə gördüm gördüyümüz dağları

Nəfəsindən əriyirdi dağ qarı.

Yenə elə durnaların qatarı,

Yenə elə dərə, düzən dünyadı

– Dünya gözəl, dünya gözəl dünyadı.

Gündüzündə çiçəklənər duyğumuz,

Gecəsində gülablanar yuxumuz,

Oyunumuz, inadımız, uyğumuz,

Ömrümüzdən bir gül üzən dünyadı,

Dünya gozəl, dünya gözəl dünyadı.

Dumanların çağrışına yar olma,

Tufanlarin qəzəbinə qor olma,

Yoxuşunda ayaq saxla, yorulma;

Səndən əzəl, məndən əzəl dünyadı,

Dünya gözəl, dünya gözəl dünyadı.

Baxışında üfüqlərin baxarı,

Gülüşündə çaylarının axarı,

Ellərində işığının açarı,

Kimə gülzar, kimə gözəl dünyadı,

Dünya gözəl, dünya gözəl dünyadı.

M.Araz.

Link to comment
Share on other sites

 

Məni candan usandırdı
Müəllif: Məhəmməd Füzuli

 

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bil mən, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?


 

Edited by facetoface
Link to comment
Share on other sites

KÖRPƏLƏR..


Körpə doguşuyla başlar həyat,


Günahsiz, məsum, varliq.


Körpə gülüşüylə gülər, kainat,


Hər şey dəyişər, bir anliq.


Körpələr dünyanin sevincidir,


Barmaqlari kövrəkdir, incədir.


Fərqi yox ağdır, yoxsa zəncidir,


Onlar, cox bahalı bir incidir.


İnsan həyatına doğan günəşsən,


Arzusan, istəksən, çox-çox gərəksən.


Yaşıl çəmənlikdə açan, çiçəksən,


Yazılmış taleyə naxış, bəzəksən.


Əllərindən tutmaq, əvəz edər cahanı,


Gözllərində görmək olar, ulduzlu səmanı.


Sənin varlığın, unutdurar zamanı,


Sənin kimi, heçnə bəzəməz dünyani.


Sən həsrətlə gözlənən qonaqsan,


Bir çoxlari üçün, böyük sınaqsan.


Bəzən məşəqqətsən, bəzən dayaqsan.


Hələ bir şey yazılmamış,təzə varaqsan.


İnsanlar həyatda cox şey üçün yaşar,


Sən olmayan evdə, gözlər dolar, boşalar.


Sənin gəlişin, bütün arzuları aşar,


Sənə olan sevgi, sərhədsiz daşar.


Qəlbimdə xüsusi bir yerin var,


Yerin bütün məxluqların önündə durar.


Səni qucaqladıqda, heyrətdən qanım donar.


Eh, sənsiz bu həyatım boş-boşuna yanar.


Sənin həsrətinlə yanaram məndə,


Heç kəs bilməz, nə cəkirəm qəlbimdə.


Sənin kimi bir mələk, olsa mənimdə,


Yerə qoymazdım, gəzdirərdim köksümdə.


 


Link to comment
Share on other sites

İmadəddin Nəsimi!
“Mən bu cahanə sıxmazam” qəzəli və onun təfsiri!

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, gövnü məkanə sığmazam. * (1)

* (1) İki cahan (maddi və mənəvi “aləm”) içimə sığmış, mən isə bu dünyayə 
“aləmə” sığmaram. Məkansız gövhər mənəm, varlığa və məkanə sığmaram.

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam. * (2)

* (2) Göy və yer, kaf və nun hamısı məndə tapıldı. Sözünü kəs və lal ol,
şərhə, bəyanə sığmaram. (Kaf və nun “kün” (var ol) sözünü əmələ gətirir.)

Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. * (3)

* (3) Varlıq və yer əlamətimdir, başlanğıcım varlığın sahibi olan zat ilə başlar.
Sən məni bu nişanla tanı və bil ki, bu nişanə sığmaram.

Kimsə gümanü zənn ilə olmadı Həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam. * (4)

* (4) Heç kimsə güman və zənn ilə Həqqi bilib tanımadı. Həqqi (həqiqəti,
mənim həqiqətimi) bilən mənim güman və zənnə sığmayacağımı bilir.

Surətə baxü mənini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. * (5)

* (5) Surətə bax və mənanı (iç görünüşü) tanı, çünki, cism ilə can mənəm,
amma cism ilə canə sığmaram.

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsənciyəm,
Bunca qumaşü rəxt ilə mən bu dükanə sığmazam. * (6)

* (6) Həm inciyəm, həm sədəfəm (inci qabığıyam), həşrin (öldükdən sonra
dirilmə yığıncağının) və siratın (həşrdən sonra gediləcək İlahi aləmin 
yolunun) başında buyruqçuyam. Üstümdəki qumaş və altımdakı yatacaqla
bu həyat dükanına sığmaram.
(Gercəkliyə qovuşmaq üçün maddi libası soyunmaq lazımdır.)

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvü kanə sığmazam. * (7)

* (7) Gizli xəzinə mənəm artıq, görünənin gözü mənəm artıq.
Mədənin gövhəri mənəm artıq, dənizə və mədənə sığmaram.

Gərçi mühiti əzəməm, adım adəmdir adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. * (8)

* (8) Hər yanı tutan ulu varlıq olduğum halda adım adəmdir.
Ev də mənəm, dünya da mənəm və buna görə də bu məkanə sığmaram.

Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm,
Gör bu lətifeyi ki, mən dəhrü zəmanə sığmazam. * (9)

* (9) Ruh ilə cahan mənəm, aləmlə zaman mənəm,
qəribəliyi gör ki, mən nə aləmə, nə zəmanə sığmaram.

Əncüm ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilinivü əbsəm ol, mən bu lisanə sığmazam. * (10)

* (10) Ulduzlarla fələk mənəm, vəhyi (Allahın mələk vasitəsi ilə
göndərdiyi sifariş) bilən mələk mənəm. Dilini çək və lal ol,
mən bu dilə sığmaram. (Mənəvi anlayışlar anladılmaqla bitməz.)

Zərrə mənəm, günəş mənəm,çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. * (11)

* (11) Zərrə mənəm, günəş mənəm, dörd ilə beş, altı mənəm,
(Dörd: torpaq, su, hava, od; Beş: beş duyğu; Altı: altı tərəf “səmt”.) 
Anladılan surəti gör, çünki bəyanə sığmaram.

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. * (12)

* (12) Sifətlərlə birlikdə zat iləyəm, Bərat gecəsi ilə birlikdə qədr gecəsi iləyəm. 
Şəkər bitkisi ilə gül mürəbbəsiyəm, qapalı ağıza sığmaram.
(Ramazan ayından əvvəlki Şaban ayının 15-ci gecəsi Bərat – yəni 
günahlardan arınma gecəsi, Ramazan ayının 27-ci gecəsi də müqəddəs 
Qurani-kərimin göydən yerə enmə gecəsi olduğu üçün qədr gecəsi sayılır.)

Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam. * (13)

* (13) Turi-Sina dağında Musa peyğəmbərə uzaqdan görünən od mənəm.
Həzrəti Məryəmin altında doğduğu ağac mənəm. Göyə çıxan daş mənəm. 
Bu odun uzanan dilini gör, mən bu yanar dilə sığmaram.

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam. * (14)

* (14) Günəş mənəm, ay mənəm, bal mənəm, şəkər mənəm.
Axıcı ruh bağışlaram, axıcı ruhə sığmaram.

Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam. * (15)

* (15) Bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyş oymağındanam.
Əlamətim bundan uludur, əlamətə, şanə sığmaram.

Link to comment
Share on other sites

Men seni gec tapib, itireceyem Ozum de bilmirem necisen, kimsen?

Belke bir xeyalsan gozegorunmez,

Bes, onda qelbime nece girmisen?

Sevirem soyledin sukut icinde,

Deyirem yuxuymus belke o anlar.

Seheri hesretle gozleyirem ki,

Acim gozlerimi-yuxum chin olar.

Dodaqi catlamis susuz torpaqam

Ustume elenmez yaqis olmusan

Gelende min istek, min arzu idin

Gedende bilmedin qargish olmusan.

Sen meni duymadin duya bilmedin

Belke de bilmedin mehebbet nedir?

Menim unvanima dediyin yalan

Meni unutmaqa bir behanedir.

Meni xatirlayib, dusunub herden,

Bilirem qeherden boqulacaqsan.

Eh sene ne var ki gunes kimisen

Kiminse bextinde doqulacaqsan.

Edited by dr.sebi
Link to comment
Share on other sites

Pulu ancaq yaraşır çinləyəsən sənduqə!

Ən sevdiyim şeir misrası tez-tez təkrarlayıram  :roflll:

 

 

 

Bəzi yerlərdə təsadüf olunur aşa, ətə.

Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!

 

Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün

Yeyib-içməkdə başım bənd ola, çulğaşa ətə!

 

О qədər xoşlanıram tüstüsü çıxcaq kababın --

Ac pişik tək cumuram şövq ilə birbaşa ətə!

 

Görürəm ta əti qəssab dükanında asılıb,

Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!

 

Nuş olur canıma ət, xasə о həngamədə kim,

Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə!

 

Əti çox istəyirəm, leyk pulu ondan çox,

Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!

 

Xərc edir bir para əşxas pulun bayramda

Zəfərana, yağa, razyanaya, xaşxaşa, ətə!

 

Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,

Yaramır pul verilə hər quruya, yaşa, ətə!

 

Pulu ancaq yaraşır çinləyəsən sənduqə,

Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə!

 

Oylə zəhləm gedir, allah da bilir, millətdən,

Oluram süst adı gəlcək, dönürəm daşa, ətə!

 

Adı puldursa pulun, leyk özü can yonqarıdır,

Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!

 

Verərəm dinimi, imanımı, əmma pulumu

Vermərəm "Bəhlul" ağa, arxayın ol, aşa, ətə!

Link to comment
Share on other sites

Bəzi yerlərdə təsadüf olunur aşa, ətə.

Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!

 

Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün

Yeyib-içməkdə başım bənd ola, çulğaşa ətə!

 

О qədər xoşlanıram tüstüsü çıxcaq kababın --

Ac pişik tək cumuram şövq ilə birbaşa ətə!

 

Görürəm ta əti qəssab dükanında asılıb,

Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!

 

Nuş olur canıma ət, xasə о həngamədə kim,

Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə!

 

Əti çox istəyirəm, leyk pulu ondan çox,

Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!

 

Xərc edir bir para əşxas pulun bayramda

Zəfərana, yağa, razyanaya, xaşxaşa, ətə!

 

Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,

Yaramır pul verilə hər quruya, yaşa, ətə!

 

Pulu ancaq yaraşır çinləyəsən sənduqə,

Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə!

 

Oylə zəhləm gedir, allah da bilir, millətdən,

Oluram süst adı gəlcək, dönürəm daşa, ətə!

 

Adı puldursa pulun, leyk özü can yonqarıdır,

Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!

 

Verərəm dinimi, imanımı, əmma pulumu

Vermərəm "Bəhlul" ağa, arxayın ol, aşa, ətə!

http://elibrary.bsu.az/sekil/sabir.pdf

 

Link to comment
Share on other sites

  • 2 weeks later...

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,

Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.

Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət…

Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.

Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?

Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.

Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!

Nə öncə öylə səadət, nə böylə zillət olaydı.

 

Hüseyn Cavid

Link to comment
Share on other sites

 

 

Məni candan usandırdı

Müəllif: Məhəmməd Füzuli

 

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.

Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən

Desəm, ol bivəfa bil mən, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,

Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

 

 

Əlaaaa))

Link to comment
Share on other sites

Hər qulun cihanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir еşqi, bir ilahı var,

Mənim tanrım gözəllikdir, sеvgidir.

 

Həzz еtmədim firqədən, cəmiyyətdən,

Zеvq alamam hərbdən, siyasətdən,

Bir şеy duymam fəlsəfədən, hikmətdən,

Mənim ruhum gözəllikdir, sеvgidir.

 

Gözəl sеvimlidir, cəllad olsa da;

Sеvgi xoşdur, sonu fəryad olsa da;

Uğrunda bənliyim bərbad olsa da,

Son dildarım gözəllikdir, sеvgidir.

 

Gözəlsiz bir gülşən zindana bənzər,

Sеvgisiz bir başda əqrəblər gəzər,

Nə görsəm, hanki bəzmə еtsəm güzər,

Həp duyduğum gözəllikdir, sеvgidir.

H.Cavid

Link to comment
Share on other sites

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı genə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..

Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin ?!

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?

Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm- dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

C.Cabbarlı

Link to comment
Share on other sites

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidq ilə, qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.

Bir nigari-ənbərinxətdir könüllər almağa,
Gostərər hər dəm niqabi-qeybdən rüxsar söz.

Xazini-gəncineyi-əsrardır hər dəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,
Kim sədəf tərkibi-təndir, lölöi-şəhvar-söz.

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

M.Füzuli

Link to comment
Share on other sites

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

M.Müşfiq

Link to comment
Share on other sites

  • 2 weeks later...

Şam

O alışır hər axşam
Düşünür tək, yanır tək...
Həsrətləmi yanır şam,
Göz yaşları tökərək?
Deyin, neçin o laldır
Bu dilsizlik nədəndir?
Deyın bu nə sualdır,
Hansı bir sinədəndir.
Ah! Bu şamın ürəyi
Alışdıqca hər gecə
İnsan oğlu şam təki
Bəzən yanır gizlicə.
O gizlicə yanır ki, .
Yerdən ucalsın bir az...
İnsanın dərdi var ki,
Onu açıb-ağartmaz.

 

Səməd Vurğun

Link to comment
Share on other sites

Sən məni təkliyin aldın əlindən,

Təzədən təkliyə düçar eylədin.

Özün kövrəkliyin alıb əlindən,

Özün kövrəkliyə düçar eylədin…

Ömrümün, günümün bu qürub çağı,

Ruhumda baharı göyərdə bildin.

Könlümdə qaralan odu, ocağı,

Təzədən yandırıb közərdə bildin.

Təzədən açıldı qolum, qanadım,

Təzədən od saldım sənin odundan.

Hətta saçlarıma məhəl qoymadım,

Hətta yaş həddi də çıxdı yadımdan.

Qələmi, dəftəri qoydum bir yana,

Az qala ilhamı yaddan çıxartdım.

Səpdim günlərimi ayaqlarına,

Adınla oyandım, adınla yatdım…

Demə bu məhəbbət, demə bu sevgi,

Ötəri hiss imiş, ötəri həvəs.

Yox imiş təməli, yox imiş kökü,

Dəyəri bir qara qəpiyə dəyməz.

Özün bu sevdaya sövq etdin mni,

Sonra öz əlinlə özün dağıtdın,

Özün hicrana öyrətdin məni,

Özün bu kitabı açdın, bağladın.

Özün də axırda dandın sözünü,

O andlar, amanlar de, harda qaldı?

Sən gəldin, yollardan çəkdim gözümü,

Sən getdin, gözlərim yollarda qaldı…

Yenə də tuş oldum qəmə əzizim,

Soldu bağçalarım, soldu bağlarım.

Tənhalıq ölümmüş demə, əzizim,

Mən necə yaşayım ölü günləri?!

C.Novruz

Link to comment
Share on other sites

Xeber geler daha omrun qisindan,

Soyuyarsan, saclarina qar duser.

Ancaq kohne kitablarin icinden

Herden-herden kohne mektublar duser.

Eyilersen, goturersen gizlice,

Boylanarsan, arvad-usaq gormesin.

Cekilersen otagin bir kuncune,

Gizli-gizli oxuyarsan her sozu.

Bu ne sevgi mektubudur, Ilahi,

Indiyecen agriyir her sozu de.

Yazan qizin neydi adi, Ilahi,

Yaddan cixib sifeti de, uzu de.

Oxuduqca lal setirler seslener,

Yavas-yavas sesi duser yadina.

Bir herfden qasi duser yadina,

Bir herfden gozu duser yadina.

O gozlerden yadigartek varaqda

Goz yasinin lekesini gorersen.

Birden donu xisildayar otaqda,

Pencerede kolgesini gorersen.

Diksinersen, boylanarsan qapiya;

''O kolgeni arvad-usaq gordumu ?!"

Tez mektubu atarsan kulqabiya,

Yandirarsan her sozunu, setrini.

Sozler yanar, kagizi da yandirar,

Sozler yanar, o qizi da yandirar,

Sozler qacar o alovun icinden,

Sen baxdiqca, basar seni soyuq ter.

Sira-sira qara qarisqalartek

Qacib geder qara-qara herfler.

Tekce o qiz qaca bilmez bu oddan.

Bir qus olub uca bilmez bu oddan.

O qiz yanar o alovun icinde,

Goye qalxar o alovun dilleri.

O alovun dillerine sarmasib

Yanar, yanar uzun-uzun telleri.

Yanar bir vaxt saclarını oxsayan

Uzun-uzun barmaqlari, elleri.

O qiz yanar, erse cixar tustusu,

Kagiz yanar, kulqabida kullener.

Qefil, birden kulqabinin icinden

Yere dusub bir uzuk diyirlener.

Lap ozunu itirersen, baxarsan,

O uzuyu goturersen, baxarsan;

Bu uzuyu, axi, harda gormusen ?

Bu uzuyu gormemisen, belke, hec.

Sen o qiza hacan uzuk vermisen ?

Ona uzuk vermemisen, belke, hec.

Arvadin da qefil girer qapidan:

- Elindeki nedie ? - deyer.

- Uzukdu.

- O uzuyu, ne yaxsi ki, tapmisan,

Nece vaxtdir, itirmisdim, gezirdim.

Sonra geler, senden alar uzuyu:

- Bunun rengi niye bele qaralib ?

Barmagina gücle salar uzuyu:

- Ele bil ki, bir balaca daralib.

Kulqabidan tustu qalxar hele de,

O mektubun kulu hele isarar.

Maddim-maddim durub baxar arvadin,

O tustuden bir cut gozu yasarar.

- Hec olmasa, pencereni ac, deyer,

- Burda nece oturmusan sen, nece ?!

Bu ne yaniq qoxusudu, Ilahi,

Ele bil ki, adam yanib indice...

Link to comment
Share on other sites

Sən məni təkliyin aldın əlindən,

Təzədən təkliyə düçar eylədin.

Özün kövrəkliyin alıb əlindən,

Özün kövrəkliyə düçar eylədin…

Ömrümün, günümün bu qürub çağı,

Ruhumda baharı göyərdə bildin.

Könlümdə qaralan odu, ocağı,

Təzədən yandırıb közərdə bildin.

Təzədən açıldı qolum, qanadım,

Təzədən od saldım sənin odundan.

Hətta saçlarıma məhəl qoymadım,

Hətta yaş həddi də çıxdı yadımdan.

Qələmi, dəftəri qoydum bir yana,

Az qala ilhamı yaddan çıxartdım.

Səpdim günlərimi ayaqlarına,

Adınla oyandım, adınla yatdım…

Demə bu məhəbbət, demə bu sevgi,

Ötəri hiss imiş, ötəri həvəs.

Yox imiş təməli, yox imiş kökü,

Dəyəri bir qara qəpiyə dəyməz.

Özün bu sevdaya sövq etdin mni,

Sonra öz əlinlə özün dağıtdın,

Özün hicrana öyrətdin məni,

Özün bu kitabı açdın, bağladın.

Özün də axırda dandın sözünü,

O andlar, amanlar de, harda qaldı?

Sən gəldin, yollardan çəkdim gözümü,

Sən getdin, gözlərim yollarda qaldı…

Yenə də tuş oldum qəmə əzizim,

Soldu bağçalarım, soldu bağlarım.

Tənhalıq ölümmüş demə, əzizim,

Mən necə yaşayım ölü günləri?!

C.Novruz

heyatda en sevdiyim sheirdir bu... mahnisida gozeldi, sozleride... 

Link to comment
Share on other sites

Bu gün men seni gördüm, 

Salam vermek istedim, 

Üzünü yana tutdun 

Söyle illerden beri 

Qelbimizin bir duyub 

bir vurduğu illeri, 

Axı ne tez unuttdun???? 

Beş ilde gözümüzden, axan o qanlı seller, 

Bir salama deymedi? 

Heç üzüme baxmadan, yanımdan nece keçdin?? 

Sen eşqin salamını qorxuyamı deyişdin? 

Yoxsa sen öz ehdine, ilqarına ağ oldun? 

O qeder yaxın iken, bu qeder uzaq oldun. 

Şirin gülüşlerimiz, acı feqanlarımız 

Bir salama deymedi? 

Qayğılı anlarımız, qayğısız anlarımız 

Bir salama deymedi? 

Sen neyledin, bir düşün! 

Yalniz indi anladım; ah, sen daha menimçün 

Elcatmaz bir çiçeksen, 

Yaşanmiş günlerimtek, geri dönmeyeceksen!.. 

Qop ey tufan, es ey yel! Xezel olum, tökülüm 

Düz beş il üreyimde 

Beslediyim mehebbet, bir salama deymedi. 

Bir günlük hesretime doze bilmeyen, güulüm, 

Bes ne oldu? Bu hesret bir salama deymedi? 

Getdin, dalınca baxdım, can ayrıldı canımdan, 

Sen nece etinasız öte bildin yanımdan? 

Ah cekdim, başım üste yarpaqlar esdi, gülüm, 

Senin qelbin esmedi. 

Arxana da baxmadın! 

Niye senin yolunu mehebbetin kesmedi?... 

Qazancımız de, bumu? 

Deyilmemiş o salam elvidamız oldumu? 

Sen mene zülm eyledin, mene zülm yaraşıir. 

Bir salama deymeyen eşqe ölüm yaraşır!

Link to comment
Share on other sites

Ay üzlü nigarım, kime mehman olacaqsan?

Bir söyle, kimin şenine şayan olacaqsan?

 

Şahlıq çetiri var başın üstünde bu axşam,

Enber çetirinle kime sultan olacaqsan?

 

Şeker demerem men sene, ondan da şirinsen,

Dilber, nece bir bextevere can olacaqsan?

 

Zülmet gece, sen nurlu çıraq, bed göze gelme!

Ey abi heyat, sen kime canan olacaqsan?

 

Getdin, nece bes tab elesin hicre Nizami,

O, xeste iken, sen kime derman olacaqsan?

 

Nizami Gencevi

Link to comment
Share on other sites

Sən gizli gəlmisən ömrümə inan.                           

Bu gizli eşq ilə yaşayacağam

Dünyanın ən ağır yükü sayılan,

Gecikmiş məhəbbət daşıyacağam.

Sən mənim ömrümdə açan çiçəksən.

Onu ürəyimdə bəsləyəcəyəm.

Sən məni heç zaman görməyəcəksən

Mən səni hər zaman gözləyəcəyəm

Uzaqdan göz qoyub gözünə sənin

San ki görəcəyəm Allahımı mən.

Düşüb qarış – qarış izinə sənin

Əzbərləyəcəyəm yollarını mən

Səni zərə – zərə kəşf edəcəyəm

Səni milyon kərə kəşf edəcəyəm

Hər günü adınla başlayacağam

Hər günü adınla bitirəcəyəm.

Səni röyalarda oxşuyacağam

Səni xəyallarda itirəcəyəm.

Sən məni heç zaman duymuycaqsan

Mən bütün ömrünü izləyəcəyəm

Sən mənə məhəldə qoymayacaqsan

Mən səni həmişə səsləyəcəyəm.

Hər gün mənim üçün doğulacaqsan,

Hər gün mənim üçün yox olacaqsan.

Mənim sevincim də sən olacaqsan

Mənim kədərim də sən olacaqsan.

Mən sənin adına hər saat, hər an,

Qəlbimdə məktublar yollayacağam.

Sən heç vaxt fikrimdən çıxmayacaqsan,

Mən heç vaxt yadında qalmayacağam.

Beləcə həsrətlə qalacağam,

Keçib hər alovdan, keçib hər oddan,

Böyük əzabından şad olacağam,

Sən mənə həyatda ən doğma adam,

Mən sənə yaddan da yad olacağam,

Sən ömr edəcəksən ayrı adamla,

Mən kiməm, nəçiyəm bilmiyəcəksən

Bir gün bu dünyadan sənin adınla,

Köçüb gedəcəyəm bilmiyəcəksən.
Link to comment
Share on other sites

Sən məni bu qədər gözlətməmişdin,

Belə qoymamışdın gözümü yolda.

Bu qədər özünü gizlətməmişdin,

Gizlənpaç oynayan vaxtımızda da.

*************************************

Hayana getsən də,dönmüşdün yenə,

Qayıdıb gəlmişdin mənsiz darıxıb.

Bu dəfə bilmirəm nə olub sənə,

Gedibsən, qayıtmaq yadından çıxıb.

**************************************

Qalıb evimizdə palın paltarın,

Tələsib gedəndə kimə deyibsən?!

Qapının ağzında başmaq tayların,

Yolda ayağına bəs nə geyibsən?!

*************************************

Solub pianonun üstündə güllər,

Təzə pərdələri yandırıbdır gün.

Sənin bişirdiyin o mürəbbələr

İçilib qurtardı hardasan özün?!

*************************************

Bu axşam qəribə bir hiss keçirdim,

Nə tez ömür ötdü, yaş əlli oldu,

Sənin ad gününü sənsiz keçirdim,

Şəkilin yeganə təsəlli oldu.

**************************************

Şirin söhbətindən olmayıb doyan,

Çağır qonşuları doyunca gülək:

Mənsiz gördünüzmü dözmür Nəriman.....

Sənə qurban olum sən görmədin tək...

Edited by monashka12
Link to comment
Share on other sites

Məni qınamayın, düzün deyirəm,

Əsl kişilərə, mən baş əyirəm.

Siz geyən şalvardan mən də, geyirəm,

Şalvar kişiliksə, mən də, kişiyəm. 

Kişi ocağına, evinə baxar,

Kişini el dərdi yandırıb yaxar.

Kişi xına qoyar, ya sırğa taxar?

Kişilik bəzəksə, mən də, kişiyəm.

Kişi bir söz verər, min söz gəzdirməz.

Kişi qeybət qırmaz, yalan söz deməz.

Nazlı gözəl kimi özün əsdirməz,

İşvə kişiliksə, mən də, kişiyəm.

Kişi qatlaşar hər ağır əzaba,

Kişilər tüpürməz yediyi qaba.

Görəsən, kişilik nədir əcəba?

Təkcə dolu cibsə, mən də, kişiyem.

Indi, çoxunun adı kişidir.

Paxıllıq, yaltaqlıq bir vərdişidir.

Məncə kişilik qeyrətin işidir,

Qoy hamı deməsin, mən də, kişiyəm.

Link to comment
Share on other sites

Məni qınamayın, düzün deyirəm,

Əsl kişilərə, mən baş əyirəm.

Siz geyən şalvardan mən də, geyirəm,

Şalvar kişiliksə, mən də, kişiyəm. 

Kişi ocağına, evinə baxar,

Kişini el dərdi yandırıb yaxar.

Kişi xına qoyar, ya sırğa taxar?

Kişilik bəzəksə, mən də, kişiyəm.

Kişi bir söz verər, min söz gəzdirməz.

Kişi qeybət qırmaz, yalan söz deməz.

Nazlı gözəl kimi özün əsdirməz,

İşvə kişiliksə, mən də, kişiyəm.

Kişi qatlaşar hər ağır əzaba,

Kişilər tüpürməz yediyi qaba.

Görəsən, kişilik nədir əcəba?

Təkcə dolu cibsə, mən də, kişiyem.

Indi, çoxunun adı kişidir.

Paxıllıq, yaltaqlıq bir vərdişidir.

Məncə kişilik qeyrətin işidir,

Qoy hamı deməsin, mən də, kişiyəm.

:algish:

Link to comment
Share on other sites

Gözlərin gözümə baxdı yenidən,

Döndərək geriyə vaxtı yenidən;

Özünlə dustaq et,

Bir ev dustağı,

Buraxıb sən məni salma məhbəsə.

Könlümü titrədən vaxt qorxusudu;

Şəlalə nə qədər coşub kükrəsə,

Çaya qarışanda adicə sudu,

Buraxmə məni…

Bu qədər işıqlı gözlərlə bir də

Heç kimə mən baxa bilməyəcəyəm;

Onda gözlərim də adiləşəcək.

Bu qədər mehriban sözlərlə bir də

Bir könülə axa bilməyəcəyəm;

Onda sözlərim də adiləşəcək

Buraxma məni…

Sevdalı ömrümün sarı siminə

Belə incə mizrab dəyməyib heç vaxt.

Bəxtəvərliyimin, xoşbəxtliyimin

Ən uca, Ən ali taxtıdır bu taxt.

Buraxma,

bu taxtdan endirmə məni,

Bu tacı başımdan götürmə hələ.

Ləfzindən yanıram,

söndürmə məni.

Dilinə başqa söz gətirmə hələ.

Qalxa bilmək üçün bu ucalığa,

Yetə bilmək üçün belə saflığa.

Min dağdan, dərədən soraq almışam,

Dilbər guşələri gəzmişəm bütün.

Bəlkə də duyğumu cilalamışam,

Elə bu vaxt üçün, bu məqam üçün;

Heyifdir bu məqam,

Heyifdir bu gün

Buraxma məni…

Eh, yazığım gəldi an kimi ötən

Bircə göz qırpımlı şimşək ömrünə.

Eh, yazığım gəldi payızda bitən

Bir meh sığal görən çiçək ömrünə.

Meh ki, o çiçəyi saxlaya bilmir,

Göy ki, o şimşəyi saxlaya bilmir,

İnsan ki, özünün ağası deyil,

Belə bir istəyi saxlaya bilmir,

Burax, qoy gedim.

M.Yaqub

Link to comment
Share on other sites

O qaranquş yuvası ki soyuyub,

O göldə ki qərib durna uyuyub,

Könlüm sənin ümidinə çox uyub,

Apar məni bu ümidin dalınca.

Mən quzeyin "gün çıx","gün çıx" naləsi,

Çatmaz mənə günəşin bir haləsi.

Ey güneyin qanad açan laləsi,

Apar məni bu ümidin dalınca.

Sənin sevgi cığırların yol açan,

Yetişərəm o yollara mən haçan?

Ağacımda sonuncu yarpağacan

Apar məni bu ümidin dalınca.

Kor ocağım yanıb külə dönüncə,

Lap sonuncu işartısı sönüncə,

Sən get mənim taleyimin önüncə

Apar məni bu ümidin dalınca.

Onda cürət,bunda mürvət olmadı,

Sitəm oldu,bu məhəbbət olmadı.

Yanınca ki getmək qismət olmadı

Apar məni bu ümidin dalınca.

Sən zirvədə,mən dərənin dibində,

Mən payızda,sən bir bahar təbində.

Bir ağ yelkən küləklənir gəmində,

Apar məni bu ümidin dalınca.

M.Yaqub

Link to comment
Share on other sites

Sеvgi vardır кi, dodaqlarda açar güllərini,

Sеvgi vardır кi, bir az qar кimi, ruzgar кimidir.

Sеvgi vardır oхudur qəlbidə bülbüllərini,

Böylə bir sеvgi mənim ruhumu oхşar кimidir.

 

Sеvgi vardır кi, uzaqdan bizə parlaq görünür,

Ona yaхlaşmayalım, çünкi o zülmətlə dolu.

Sеvgi vardır кi, düşər yеrlərə daim sürünür,

Öylə bir sеvgi də min dürlü хəyalətlə dolu.

 

Sеvgi vardır кi, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoхlama, qəlbin qanayar.

Sеvgi vardır üzü хoş, daхili bir qorхulu yar.

 

Sеvgi vardır bizə çoх dadlı əməllər gətirir,

Fəqət həpsində qaranlıq gеcələr кölgəsi var.

Sеvgilərdə qarışıq bilməcələr кölgəsi var.

 

Mikayıl Müşviq

Link to comment
Share on other sites

  • 2 weeks later...

Gecə dusuncesi (Mikayil Musfiq)

Xosladigim bir gece, yerler, goyler isiqli,

Ay bir serxos goz kimi, ulduzlar yarasiqli.

Bunlari seyr ederken

Bir az fikre gederken

Fikrim, hissim, xeyalim o qeder yukseldi ki,

Mene oyle geldi ki,

Bizlerden evvel ne yer, ne goy, ne heyat olmus,

Ne bu ucsuz-bucaqsiz gozel kainat olmus...

Gece sakit... dusuncem sakit deyildir feqet,

Gozlerimin onunde canlandi bir heqiqet.

Xeyalim enginlere o qeder yukseldi ki,

Mene oyle geldi ki,

İlk defedir kainat-

Dunyani sellerinde calxayan bizim heyat

Sagda, solda doyusmus,

Sonra yoluna dusmus.

Ne dayanmaq vaxtidir, gozel dostum, sen de gel!

Seyr edelim qol-qola bu zumrud cemende gel!

Goy uzune birce bax, her ulduz bir sari gul,

Yari qonce, yari gul.

Seni gordum, xeyalim o qeder yukseldi ki,

Mene oyle geldi ki,

Bize bu nazli alem gorunerdi qaranliq,

Gozel carpismasaydiq, gozel yasamasaydiq.

Xosladigim bir gece, yerler, goyler isiqli,

Ay bir serxos goz kimi, ulduzlar yarasiqli.

Bunlari seyr ederken,

Bir az fikre gederken,

Fikrim, hissim, xeyalim o qeder yukseldi ki,

Mene oyle geldi ki,

Bizlerden evvel ne yer, ne goy, ne heyat olmus,

Ne bu ucsuz-bucaqsiz gozel kainat olmus...

Link to comment
Share on other sites

NAMƏLÜM QƏHRƏMAN

Sən dəniz qoynunda, dəzgah dalında

Tarlada, zavodda... hər yerdə varsan.

Şöhrət paylananda, ad paylananda

Nə şöhrət umarsan, nə ad umarsan.

Səninçün meyarı şöhrətin, şanın

Nə medal, nə də ki, tərif- yazıdır.

Sənin aləmində hər qəhrəmanlıq

Bəlkə də ən adi iş normasıdır.

Demirsən yolunda xalqın, vətənin...

Demirsən. Sanmayaq Fikrin donubdur,

Bu hisslər qanınla yeriyib sənin

Qəlbinə, beyninə həkk olunubdur.

Haray da salmazsan düşsən dara sən;

Özgənin dərdinə dərman əlində...

"Can-can" demədiyin adamlara sən

Canını verərsən yeri gələndə.

ƏElindən zəmilar, bağlar boy alır;

Şöhrətin işindir, söhbətin deyil.

Neçə mərtəbəli, neçə boyalı

Çıxışlar, vədələr adətin deyil.

Bəs niyə az görür səni şeirimiz?

ƏElini sıxmırıq bir iftixarla.

Arayıb seçirik adamları biz

Bəzən də toz basmış siyahılarla.

Şair, ürəyini bircə anlığa

Bu adi adamlar yolunda yandır. Ə

En böyük qəhrəman, qəhrəmanlığa

Evəz istəməyən, pay ummayandır...

M.Araz.

Faciede heyatını itiren ve neftçilerimizin qurtulmağına sey gösteren her kese hesr edirem.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 29 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 96 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 110 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 53 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
        • Confused
      • 452 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...